Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 26.66 Mb.
Pdf просмотр
səhifə3/55
tarix29.12.2016
ölçüsü26.66 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   55

17

Ekspedisiya qrupunun  fikrincə  bu  fundamental  layihə  çox  uğurla nəticələnəcək  və 

dinazavrlann  nəsli  bərpa  olunacaqdır,  lakin  layihə  bir  neçə  il  davam  edəcəkdir. 

Alimlər  müasir  genetik  müayinə  üsullarının  vasitəsilə  başqa  nəsli  kəsilən  heyvan 

növlərinin  də  nəslinin  bərpa  olunması  üçün  böyük  imkanlar  açılacağına  çox 

israrlıdırlar.  Göründüyü  kimi,  müasir  svilizasiyalı  cəmiyyətdə  biologiya  elminin, 

təbabətin və baytarlıq təbabətinin bütün problemləri və tədqiqatları yalnız genetika 

və gen  səviyyəsində öyrənilməlidir.

 

Bu, bütün dünya alimlərinin gəldiyi  son nəticə 



və  qənaətdir.  Biologiyanın bütün elmi istiqamətləri məhz bu  yolla inkişaf edə bilər 

və  mövcud  problemlərin  həlli  yollan  aşkarlanar.  Azərbaycan  Dövlət  Aqrar 

Universitetində  (ADAU)  tədris  edilən  «Baytarlıq  təbabəti  genetikası  və 

biotexnologiyanın  əsaslan»  fənni  müasir  biologiya,  tibb  və  baytarlıq  təbabətinin 

dialektik  fəlsəfi  vəhdədindən  yaranan,  formalaşan,  baytarlıq  təbabətinin  apancı, 

fundamental  ixtisas  prioritetidir.  Yüksək  ixtisaslı  baytarlıq  təbabəti  həkimlərinin 

hazırlanması  üçün həmin  fənnin müstəsna əhəmiyyətə  malik olması hazırda dünya 

alimlərinin  diqqət  mərkəzindədir.  Çünki  hazırda  bütün  xəstəliklər  yalnız  hüceyrə, 

onun  orqanoidləri,  xüsusilə  xromosom  və  genlər  səviyyəsində  öyrənilir.  Bu 

baxımdan  həmin  fənnin  yüksək  səviyyədə  tədris  edilməsi  günün  tələbidir.  Lakin 

həmin fənn üzrə ali məktəb dərsliyinin olmaması, onun yüksək səviyyədə və müasir 

tələblərə  uyğun tədris  edilməsi  prosesinə ciddi maneçilik törədir.  Baytarlıq təbabəti 

genetikası  və  biotexnologiya  fənləri  baytarlıq  təbabəti  ixtisasının  spesifik  baza 

fənləridir.  Çünki  həmin  ixtisas  fənləri  bir-biri  ilə  qınlmaz  surətdə  bağlı  olmaqla, 

onların əsas məqsədi heyvanların, quşların, balıqların və anların yoluxucu (infeksion 

və  invazion)  xəstəliklərinin  genetik  xüsusiyyətlərinin,  anomaliyalannın  və  genetik 

xəstəliklərin,  immunitetin  və  qan  qruplannm  genetik  aspektlərinin  öyrənilməsi, 

bioloji preparaüann (vaksinlər, dıaqnostikumlar, antibiotiklər, hormonlar, fermentlər 

və  s.)  hazırlanması  üsullannı  öyrənməkdən  ibarətdir.  Buna  görə  də  həmin  fənlər 

yalnız  baytarlıq  təbabəti  alimləri  tərəfindən  sərbəst fənlər  kimi  tədris  olunmalıdır. 

Həmin  fənlər  hazırda  dünyanın  bütün  inkişaf etmiş  ölkələrinin  baytarlıq  təbabəti 

fakültələrində  yalnız  «Baytarlıq  təbabəti  genetikası»  və  «Biotexnologiya»  adı  ilə 

baytarlıq təbabəti  ixtisası  olan  alimlər tərəfindən tədris olunmaqla,  yüksək  ixtisaslı 

kadrların  hazırlanmasında  çox  böyük  pozitiv  rol  oynayır.  Hazırda  beynəlxalq 



praktikada  baytarhq  təbabəti  genetikası  variasion  statistikadan  (biometriyadan) 

tamamilə  ayrılaraq  biotexnologiya  ilə  paralel  tədris  olunur.  Bu  isə  baytarhq 

təbabəti  genetikası  və  biotexnologiyanın  yüksək  ixtisaslı  baytarlıq  təbabəti 

həkimlərinin hazırlanmasında olduqca böyük və çox ümdə əhəmiyyət kəsb etməsi 

ilə  əlaqədardır.  Tibb  universitetlərinin  hamısında  bu praktikaya  çox  önəmli yer 

verilir.  Həmin  təcrübəyə  baytarhq  təbabəti fakültəsində  də  geniş  istinad  olun­

malıdır.

Son  zamanlar  dünyanın  bütün  inkişaf  etmiş  ölkələrinin  tibb  fakültələrinin 

hamısında  «Tibbi  biologiya»  fənni  tədris  olunur.  «Tibbi  biologiya»  həkimlik 

ixtisasının  əsas  aparıcı  fənni  olmaqla  yoluxucu  xəstəliklərin  bioloji  aspektlərini  və 

mübarizə  üsullannı  öyrənən  yeni  ixtisas  sahəsidir.  Onun  baytarlıq  təbabəti 

fakültəsində də tədris olunmasına dünya praktikasında geniş önəm verilir.  Bu, 

artıq günün ən vacib tələbi sayılır və ölkəmizdə də ona önəmli yer verilməlidir.

18


Yaxşı  olar  ki,  tibbidə  olduğu  kimi,  baytarlıq  təbabətində  də  həmin  fənn 

baytarlıq  təbabəti  genetikası  ilə  birlikdə tədris  olunsun.  Güman  edirik  ki,  bu 

vacib  məsələ  tezliklə  öz  müsbət  həllini  tapacaqdır.  Çünki  tibbi  biologiyanı 

bilməyən, onun haqqmda müfəssəl anlayışı olmayan həkim öz fəaliyyətində heç 

bir uğur qazana və məşhurlaşa bilməz.  Qeyd edilənləri nəzərə alaraq müəlliflərin 

birlikdə  14  ildən  artıq  müddət  ərzində  çox  gərgin  zəhmətə  qatlaşıb  «Baytarlıq 

təbabəti genetikası» adlı fundamental, ölkəmizin məşhur alimləri tərəfindən müsbət 

rəylə  dəstəklənən,  Təhsil Nazirinin  əmri  ilə  qrif verilən  və  nəşr olunması məsləhət 

bilinən, müasir tələblərlə uzlaşan ilk ali məktəb dərsliyi kimi ərsəyə gəlməsi diqqəti 

cəlb  edir.  Dərslik hazırlanarkən «Baytarlıq təbabəti genetikası və biotexnologiyanın 

əsaslan» fənni üzrə mövcud olan son (2009) tədris proqramına,  dünya, xüsusilə rus 

alimlərinin və milli elm xadimlərimizin əsərlərinə geniş istinad edilmişdir.

Dərslik  Azərbaycan  Respublikası  Təhsil  Naziri  tərəfindən  «Baytarlıq təbabəti 

genetikası  və  biotexnologiyanın  əsaslan»  adı  ilə  dərslik  kimi  təsdiq  olunmaqla iki 

hissədən -  “Baytarlıq təbabəti genetikası” və “Biotexnologiyanın əsaslan” ibarətdir. 

Dərsliyin ikinci hissəsi -  “Biotexnologiyanın əsaslan” -  üzərində müəlliflər hazırda 

gərgin  işlər  apanr  və  yaxın  gələcəkdə  oxuculara  təqdim  ediləcəkdir. 

Biotexnologiyanın  əsaslan  müasir  qloballaşma,  dövrünün  ən  prioritet  tələbi  kimi 

gündəmə  gəlməklə,  onsuz  kənd  təsərrüfatı,  baytarlıq  təbabəti  və  tibb  sahəsində 

yüksək  ixtisaslı  mütəxəssiz  hazırlığından  heç  bir  söhbət  gedə  bilməz  və  bu  qeyri 

mümkündür.  Çünki  hazırda  bütün  kənd  təsərrüfatı,  sənaye  və  digər  istehsal 

texnologiyalan  yalnız  biotexnoloji  proseslərə  əsaslanır,  ona  istinad  edir,  müasir 

nanotexnologiya elmi-texniki tərəqqiyə  inteqrasiya olunur.  Biotexnoloji proseslərin 

hamısı  fundamental,  tədbiqi  xarakter  daşıyır  (qida  və  yeyinti  məhsullan,  zülallar, 

hormonlar,  fermentlər,  bioloji  preparatlar  -   antibiotiklər,  diaqnosrikumlar, 

diaqnostiki  və  immunseriumlar, testlər,  vaksinlər,  immunoqolobinlər və  s.  Dərman 

preparatları əsasən bu üsulla alınır).

Müəlliflər dərsliyin nəşr olunmasında çox böyük xidmətləri olan, dərsliyə rəy 

verən  tanınmış  alimlərimizə,  elmi  redaktora  və  məsləhətçilərə,  redaktorlara  çox 

dəyərli elmi məsləhətlər verən və müvafiq köməklik göstərən professorlar ADA II- 

nun  sabiq rektoru hazırda İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı, əməkdar 

elm  xadimi Mirdaməd Sadıqova,  ADAU-nun  rektoru  İbrahim  Cəfərova,  ATU- 

nun  «Tibbi mikrobiologiya  və  immunologiya»  kafedrasının  müdiri Zakir  Qara­

yevə,  «Tibbi  biologiya  və  genetika»  kafedrasının  müdiri  (unbaxış  Nəcəfova, 

BDU-nun  professoru  Məcnun  Babayevə,  «Biologiya» fakültəsinin  dekanı A k if 

Quliyevə,  «Onurğalılar  zoologiyası»  kafedrasının  müdiri,  ƏEX  Qara  Musta­

fayevə,  kafedranın əməkdaşı Anar Məmmədova,  «Genetika və darvinizm» kafed­

rasının  müdiri  R auf  Quliyevə,  nəşriyyat  redaktoru  Səbuhi  Qəhrəmanova, 

kompüter  tərtibatçısı  Ramil  Əzizova  dərin  minnətdarlığını  bildirirlər.  Dərslik 

haqqında  irad  və  təkliflərini  bildirən  bütün  alimlərə,  oxucu  və  tələbələrə 

müəlliflər  öz  dərin  təşəkkürünü  bildirir  və  gələcək  nəşrlərdə  onların  iradlarını 

nəzərə alacaqlar.

m ü ə l l i f l ə r



19

Müəlliflər baytarlıq təbabəti həkimləri üçün olduqca önəmli və  vacib,  lakin 

yaddan  çıxmış  bir  məsələnin-baytarlıq  təbabəti  həkiminin  andının  bu  sahənin 

gənc  mütəxəssislərinin  öz  bəşəri  əhəmiyyətli  sənətinə  vicdanla,  yüksək 

məsuliyyət  hissi  ilə  yanaşması  və  öz  funksiyalarını  dərindən  dərk  etməsi  üçün 

günün  əsas  prioriteti  hesab  edir.  Baytarlıq təbabəti  həkimi  öz  üzərinə  düşən  və 

qarşısında  duran  müqəddəs,  çox  çətin,  mürəkkəb  bir  işi  vicdanla  yerinə 

yetirməli,  iş  prosesində  gündəlik  rastlaşdığı  təsərrüfat  işçiləri  və  hevanlann 

sahibləri  ilə  yüksək  etika,  davranış  nümayiş  etdirməklə  rəğbət  qazanmalı  və 

böyük nüfuz sahibi olmalıdır.  Bu işdə həkimin yaddaşına həkk olunan və həmişə 

onu müşayət edən, həmkarı olan, məhz onun diplom alarkən müqəddəs həkimlik 

andı içməsidir.  Bu təcrübə Rusiya Federasiyasında  1992-ci ildən tətbiq olunur və 

çox geniş diapozonlu  səmərə  verir.  Aşağıda həmin andı  şərh edirik.  Nəticəsi isə 

bizim  səlahiyyətimiz  xaricindədir.  Yaxşı  olar  ki,  gec  də  olsa  bu  məsələ  ilə 

səlahiyyətli  təşkilatlar  məşğul  olsun.  Çünki  bu  artıq  günün  prioriteti  və  vacib 

tələbidir,  həm də dünya praktitkasmda geniş tətbiq olunur.

PRİSƏQA VETERİNARNOQO VRAÇA

Poluçaə  diplom veterinamoqo vraça, toıjestvenno klənusğ:

• 

posvətitğ  oxrane  zdorovğə  çeloveka  i  jivotnıx  vse  zııanıə  i  silı, 



dobrosovestno truditğsə tam, qde gtoqo potrebuöt interest obhestva;

•  vseqda  bıtğ  qotovım  okazatğ  veterinamuö  pomohğ  nujdaöhimsə  v  ney

jivotnım;

•  postoənno  soverşenstvovatğ  znaniə  i  vraçebnoe  masterstvo,  poLuçennıe 

v vısşey şkole,  svoey deətelğnostğö sposobstvovatğ razvitiö veterinamoy nauki  i 

praktiki;

•  postoənno  soverşenstvovatğ urovenğ  profilaktiçeskoy i  leçebnoy  rabotı, 

dobivaəsğ likvidaüii-bolezney j ivotnıx;

• 

kvalifiüirovanno  ispolnətğ  vraçebnıe  obəzannosti,  bıtğ  aktivmm 

orqanizatorom veterinamoqo dela;

• 

zabotitğsə  ob  oxrane  prirodı,  vospitıvatğ  u  okrujaöhix  qumannoe 



otnoşenie ko vsemu jivomu;

•  neustanno  propaqandirovatğ  veterinamıe  znaniə  i  peredovoy  opıt  sredi 

rabotnikov  jivotnovodstva,  məsnoy,  moloçnoy  i  kojevennoy  promışlennosti, 

naseleniə;

•  bereçğ  i  razvivatğ  boqateyşie  tradiüii  oteçestvennoy  veterinarii,  vseqda 

rukovodstvovatğsə  obheçeloveçeskimi prinüipami  i pomnitğ  ovısohom prizvanii 

sovetskoqo  veterinamoqo  vraça,  eqo  otvetstvennosti  pered  narodom  i 

qosudarstvom.

•  vemostğ prisəqe klənusğ pronesti çerez vsö jiznğ!

BAYTARLIQ  TƏBABƏTİ HƏKİM İNİN ANDI

Baytarlıq təbabəti həkimi diplomunu alarkən, təntənəli surətdə and içirəm:

20


•  bütün  bilik  və  gücümü  insanların  və  heyvanların  sağlamlığının  müha­

fizəsinə həsr etməyə;

•  ictimaiyyətin  maraqları  tələb  etdiyi  yerlərdə  vicdanla  çalışmağa,  baytar 

yardımına ehtiyacı olan heyvanlara yardım etməyə hər zaman hazır olamağa;

•  ali  məktəbdə  aldığım  bilik və  həkim  bacarıqlarını  daima yeniləşdirməyə, 

baytarlıq  təbabəti  elminin  və  məşğələlərinin  inkişafına  öz  fəaliyyətimlə  təsir 

etməyə;

•  profilaktiki  və  müalicəvi  işlərin  səviyyəsini  daima  yeniləşdirməyə  və 



bununla da heyvanlarda olan xəstəliklərin aradan qaldırılmasına nail olmağa;

•  həkimlik borcunu  səriştəli  yerinə  yetirməyə,  baytarlıq təbabəti  işinin fəal 

təşkilatçısı olmağa;

•  təbiətin  mühafizəsinin  qayğısına  qalmağa,  bütün  canlılara  qarşı  ətrafda- 

kılarda humanist yanaşmağı tərbiya etməyə;

•  heyvandarlıq,  ət,  ət məhsulları,  süd,  süd  məhsulları,  dəri  sənayesi  işçiləri 

və  əhali  arasında  baytarlıq  təbabəti  bitkilərinin  və  qabaqcıl  təcrübələrinin 

yorulmadan  təbliğatım  aparmağa;

•  baytarlıq  təbabətinin  zəngin  ənənələrini  qorumağa və  inkişaf  etdirməyə, 

hər  zaman  ümumbəşəri  prinsipləri  rəhbər tutmağa,  baytarlıq təbabəti  həkiminin 

ali  adını  və  onun  xalq  və  dövlət  qarşısında  məsuliyyətini  heç  zaman

unutmamağa.

• anda bütün həyatım boyunca sadiq qalmağa and içirəm!

THE OATH OF THE VETERINARY SURGEON

Receiving the diploma o f the veterinary surgeon, solemnly I swear:

• to devote to health protection o f the person and animals all knowledge and 

forces, honesty to work there where it will be demanded by interests of a society;

• always to be ready to render the veterinary help to animals needing it;

•  constantly  to  improve  knowledge  and  the  medical  skill,  received  in  the 

higher  school,  the  activity  to  promote  development o f a veterinary  science  and 

practice;

•  constantly  to  improve  level  o f preventive  and  medical  work,  achieving 

liquidation o f illnesses o f animals;

•  qualitatively  to  fulfill  medical  duties,  to  be  the  active  organizer  o f 

veterinary business;

•  to  care  o f wildlife  management,  to  bring  up  at  surrounding  the  humane 

relation to all live;

•  indefatigably  to  propagandize  veterinary  knowledge  and  an  advanced 

experience  among  workers  o f animal  industries,  the  meat,  dairy  and  tanning 

industry, the population;

• to protect and develop the richest traditions o f domestic veterinary science, 

always to be guided by universal principles and to remember high calling o f the 

veterinary surgeon, its responsibility before the people and the state.



21

• fidelity to the oath I swear to carry by through all life.

22


I FƏSİL

GİRİŞ,  BAYTARLIQ  TƏBABƏTİ  GENETİKASININ 

MƏQSƏD VƏ  VƏZİFƏLƏRİ,  İNKİŞAF  TARİXİ

"Həkim  aslan  ürəyinə,  qartal  baxışma, 

ilan  müdrikliyinə  və  qız  əllərinə  malik  olma­

lıdır ".

(loğman  Əli İbn  Sina)



«Əgər  sən  hakimlikdən  başqa,  həm  də 

filosofsansa,  A llaha  bərabər həkimsən

 ».


(təbabətin  atası H ippokrat)

1.1. Ümumi  anlayış, genetikanın  məqsədi və vəzifələri



Genetika  (yunanca  «genezis»-«əcdad»,  «mənşə»)

  -   biologiya  elminin  ən 

əsas,  fundamental  sahəsi  olmaqla  orqanizmlərin  irsiyyət  və  dəyişkənliyini 

öyrənən  elmdir.  Hazırda  elmi-texniki  tərəqqidə  əsaslanan və  çox  sürətlə  inkişaf 

edən  molekulyar  biologiyanın  bütün  müddəaları  və  pnontet  istiqamətləri 

(genetika 

mühəndisliyi, 

ımmunofennent 

analizi. 

immunogenetika. 

immunologiya,  enzimologıya,  biotexnologiya  və  s.)  məhz  genetika  elminə 

əsaslanır.  Genetika  elminin  müasir  nailiyyətləri  əsasında  molekulyar  biolo­

giyanın  y eni  və  olduqca  mütərəqqi  sahələri 

genetika  mühəndisliyi  və  biotex­

nologiya elmləri  artıq  müstəqil  elıııı  sahə  kimi  formalaşmağa başlamışdır.  Məhz 

bu  mütərəqqi  elm  sahələrinə  əsaslanaraq  kənd  təsərrüfatının,  bioloji  sənayenin, 

istehsalatın  bütün  sahələrində,  xüsusilə  təbabətdə,  baytarlıq  təbabətində  geniş 

tətbiq  olunan  bioloji  preparatlar  (vaksinlər,  immun  serumlar,  dıaqnostıkumlar, 

hormonlar, 

fermentlər. 

antibiotiklər, 

sulfanilamid  və 

nitrofuran 

qrupu 


preparatları,  yem  və  qida  əlavələri,  müxtəlif dərmanlar,  xlorella.  spirullin  kimi 

qiymətli,  zülallarla  çox  zəngin  olan  yemlər  və  s.)  istehsal  olunur.  Bu  gün 

orqanizmlərdə  gedən  metobolik  proseslərin  hamısı  (metabolizm.  anabolizm, 

katabolizm)  məhz molekulyar genetika,  molekulyar və  submolekulyar sitologiya 

səviyyəsində  öyrənilir.  Genetika  mühəndisliyi  və  biotexnologiyanın  yüksələn 

düz 


xətlə 

dinamik 


inkişafı 

müasir


23

biologiya,  xüsusilə  molekulyar  biologiya  elminin  ən  böyük  nailiyyəti  kimi 

dəyərləndirilməlidir. Məhz həmin elm  sahələri  biologiyanın müasir İnformasiya, 

Kommunikasiya  Texnologiyaları  (JKT)  və  nanotexnologiya  səviyyəsində 

öyrənilməsinə, inkişafına olduqca güclü zəmin yaradır.

Genetikanın  əsasım  irsiyyət  və  dəyişkənlik

 

təşkil  edir.  Bu  iki  amil  canlı 



materiyanın  təkamülünü  təmin  edən  apancı  qüvvə  sayılır.  İrsiyyət  —  orqa­

nizmlərin  nəsillərarası  maddi  və  funksional  xüsusiyyətlərini  daşıyan,  əks 

etdirən, nəsildən nəsilə ötürən xassəsi olmaqla, müəyyən xarici mühit şəraitin­

də  onların fərdi,  spesifik, xarakterik  inkişafım təcəssüm  etdirir.  İrsiyyət orqa­

nizmlərinin  çoxalma prosesi zamanı  öz  irsi əlamət və xassələrin in in  nəsildən 

nəsilə  ötürülməsindən  ibarət olub,  ayrı-ayrı  növlərə mənsub  olan xüsusiyyət­

lərin populyasiyalarda  dayanıqlı  olaraq  davam  etməsini təmin  edir.

 

İrsiyyətin 



nəsildən  nəsilə  ötürülməsi  mexanizminin  və  dinamikasının  öyrənilməsi,  bir 

qayda olaraq, həmişə genetika elminin ən aktual problemi olmuşdur. İrsi əlamət 



və  xassələr  qeyri-cinsi,  cinsi  və  vegetativ  çoxalma  yolu  ilə  nəsildən  nəsilə, 

valideynlərdən  onların  törəmələrinə  ötürülür.

 

Cinsiyyət  hüceyrələri  somatik 



(bədən)  hüceyrələrinə  nisbətən  çox  azlıq  təşkil  etməklə  genlər  vasitəsilə  irsi 

informasiyaları  ontogenezin  dəqiq  planı  əsasındı  (hər  bir  fərdin  xarakterik 

xassələrim)  formalaşdırır. 

Cinsi  çoxalma  zamanı  qametlərin  qarşılıqlı 

assimilyasiyası  nəticəsində  yeni  fərdlər  həm  ata,  həm  də  ananın  əlamətlərinə 

malik  olur.  Dəyişkənlik  -  isə  orqanizmlər arasında  bəzi əlamət və xassələrinə 



görə fərqlərin  baş  verməsidir.  İrsiyyət,  dəyişkənlik  və  seçmə  təkamülün  əsası 

və  təkan  verici  qüvvəsidir.

 

Yer kürəsində  bioloji  müxtəlifliyin  mövcud  olması 



məhz  onların  təşəkkül  tapması  nəticəsində  olmuşdur.  İrsiyyət  və  dəyişkənliyin 

qanuna uyğunluqları yeni heyvan, bitki  və  mikroorqanizm  ştammlarının yaradıl­

ması üçün çox böyük zəmin yaradır.

Məşhur genetik  S.M.Qerşenzon genetikanın öyrəndiyi  nəzəri  problemləri  4 

əsas qrupa bölmüşdür:

-   genetik  informasiyanın  saxlanması  (genetik  informasiyanın  harada  və 

necə kodlaşdınlması);

-  genetik informasiyanın hüceyrədən hüceyrəyə və nəsildən nəslə verilməsi;

-  ontogenez prosesi zamanı genetik informasiyanın reallaşması;

-  mutasiya prosesi zamanı genetik informasiyanın dəyişilməsi.

Dəyişkənliyin  əsas  mahiyyəti  genlərin  dəyişməsindən  və  onlann  qarşılıqlı

dialektik  vəhdətindən  ibarətdir.  Müasir  dövrdə  genetika  elmi  biologiyanın  əsas 

mərkəzi  prioriteti  sayılmaqla  seleksiya,  bioloji  kimya,  fiziologiya,  təbabət, 

baytarlıq  təbabəti,  ekologiya,  ətraf mühitin  mühafizəsi,  İKT,  nanotexnologiya, 

biofızika,  kibernetika  və  s.  elmlərlə  dialektik  və  qarşılıqlı  vəhdət  təşkil  edir. 

Genetika  və  baytarlıq  təbabətinin  inteqrasiyasının  məntiqi  nəticəsi  kimi  son 

zamanlar baytarlıq təbabəti genetikası yaranmışdır. Baytarlıq təbabəti genetikası 

-

  heyvanların,  quşlann,  balıqların  və  arıların  genetikasının  tərkib  hissəsi 

olmaqla,  onlann  irsi  anomoliyalanm,  xəstəliklərini,  diaqnostika,  profilaktika, 

seleksiya üsullarını, xəstəliklərə  davamlılığını,  həssaslığını, xarici mühit amilləri 

ilə  vəhdətini,  qan  qruplan,  biokimyəvi  polimorfizm  və  immunitetin  genetik

21


aspektlərini  və  s.  öyrənən  planetar  və  bəşəri  əhəmiyyətli,  çox  perispektivli 

elmdir.  Baytarlıq  təbabəti  genetikasının  qarşısında  duran  prioritet  məsələlər 

aşağıdakılardan ibarətdir:

-  irsi anomaliyaların öyrənilməsi;

-   irsi  anomaliyaların  heteroziqot  daşıyıcılarının  aşkar  edilməsi  üsullarının 

hazırlanması;

-   populyasiyalarda  və  onların  eliminasiyasında  zərərli  (anomal)  genlərin 

yayılmasına nəzarətin edilməsi;

-qan qrupları və biokimyəvi polimorfızmin genetik aspektləri;

-   yoluxucu  (infeksion  və  invazion)  xəstəliklər  zamanı  immunitetin 

genetikasının öyrənilməsi;

-  irsiyyət yönümlü xəstəliklərin öyrənilməsi;

-   orqanizmin  yoluxucu  və  yoluxmayan  daxili  xəstəliklərə  həssaslığı  və 

davamlılığının erkən aşkar edilməsi (ekspres) üsullarının hazırlanması;

-   heyvanlar,quşlar,balıqlar  və  anların  xəstəliklərinin  proflaktika  və 

müalicəsində  işlədilən bioloji və  dərman preparatlannm genetik aspektlərinin və 

neqativ fəsadlarının aşkar olunması.

-  bütün xəstəlikləri yalnız gen patalogiyası səviyyəsində öyrənmək;

-   xəstəliyə  davamlı  və  sənaye  texnologiyasına  uyğunlaşan  sürü,  xətt  və 

cinslərin yaradılması.

Hazırda  gen  mühəndisliyiin  geniş  diapozonla  inkişaf  etməsi  və  istifadə 

olunması  elmə  indiyədək qaranlıq  qalan bəzi  elmi  sirlərin açılmasına çox böyük 

təkan  verir. 

Alimlərin  Afrikada  məskunlaşan 

fiUər  üzərində  apardığı 

tədqiqatların  nəticəsi  göstərmişdir  ki,  onların 

orqanizmində  indiyədək  elmə 

məlum  olmayan  ən  qısa  (ultra)  səs dalğaları hasil 

olunur və fü lər bu dalğalar 

vasitəsilə  100 km-ə  qədər aralıdakı filləri axtarıb tapır. 

Fil ailəsinin hər hansı 

bir üzvü itdikdə, yaxud sürüdən  ayrı düşdükdə (ən  çox bala 

fillər) onlar həmin 

ultra səs dalğaları ilə dərhal bir-birini axtarıb tapırlar.  Fillərin heç 

bir canlıya 

xas olmayan  başqa genetik xüsusiyyəti də aşkarlanmışdır.  Onlar hər 

hansı bir 

ərazidə  ölmüş  f i l   cəsədlərinin  qalıqlarını  (kəllə,  ətraf,  onurğa  sümükləri) 

taparkən  hamısı  dərhal  həmin  yerə  toplanaraq  cəsəd  qalıqlarının  yalnız 

filə 

mənsub  olduğunu  aşkarlayır,  göz yaşı  tökür,  sonda  isə  ön  ətrafları  ilə  həmin 

cəsəd qalıqlarını torpağa basdırır,  sanki yenidən  dəfn  edirlər.

  Heç  şübhəsiz ki, 

fillərə  məxsus  olan  bu  instinktlər  yalnız  genlərin,  genetik  kodların  vasitəsi  ilə 

icra  olunur,  irsi  xarakter  daşıyır  və  nəsildən  nəsilə  ötürülür.  Q.  Mendel, 

T.Morqan,  N.Vavilov,  Q.de-Friz,  K.Korrens,  E.Çermak və  başqa dünya  şöhrətli 

alimlər  bəşəri  və  planetar  əhəmiyyətli  genetika  elminin  əsas  qanunlarını  kəşf 

etməklə  biologiya  elminin  elmə  məlum  olmayan  yeni  sirlərini,  nailiyyətlərini 

aşkar  etdilər.  Azərbaycan  alimləri  də  bu  sahədə  novatorluq  etmiş,  genetika və 

seleksiyanın  öyrənilməsi  ilə  çox  ciddi  məşğul  olmuş,  elmi-praktiki  cəhətdən 

xüsusi  əhəmiyyət  kəsb  edən  fundamental-tətbiqi  xarakterli 

tədqiqatlar 

aparmışlar.  Onlar  yeni  taxıl  sortları,  qoyun,  qaramal,  camış  cinsləri  yaratmış, 

genetikanın,  seleksiyanın  nəzəri  və  tətbiqi  xarakterli  məsələlərinin  öyrənilməsi 

ilə məşğul olmuşlar.  Alimlərimizin milli genetika elmimizin inkişafındakı böyük





Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   55


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə