Üxtəlif müəlliflərin məlumatlarına əsasən, ilkin



Yüklə 46,18 Kb.
səhifə1/3
tarix28.12.2021
ölçüsü46,18 Kb.
#11613
  1   2   3


34

  

KONSİLİUM



 

 07/2010


konsilium

M

üxtəlif müəlliflərin 



məlumatlarına əsasən, ilkin 

revmokardit keçirmiş xəstələrin 

20-25%-də qapaq aparatının zədələnməsilə 

əlaqədar olaraq ürək qüsuru formalaşır. 

Lakin son zamanlar ürək-damar sistemi 

xəstəliklərinin ətraflı öyrənilməsi nəticəsində 

məlum olmuşdur ki, müxtəlif koronar 

patologiyalar zamanı yuxarıda qeyd olunan 

dəyişikliklərdən əvvəl ürək boşluqlarının 

və divarların həndəsi quruluşu dəyişilir. Bu 

proses «remodelləşmə» adlanır.

Klinik praktikaya «sol mədəcik 

remodelləşməsi» anlayışının daxil olması 

ürək çatışmazlığının inkişaf mexanizmi 

haqqında təsəvvürləri genişləndirməklə 

yanaşı, onun müalicəsinə yeni yanaşma 

tərzinin seçilməsində vacib rol oynayır. 

Məlum olmuşdur ki, müxtəlif patologiyalar 

zamanı ürəyin remodelləşməsinə 

hemodinamik amillərlə yanaşı, renin-

angiotenzin, simpatiko-adrenal 

sistemlər və bir çox hormonlar təsir 

göstərir. Bu baxımdan kəskin revmatik 

qızdırma zamanı (KRQ) yalnız qan 

dövranı çatışmazlığının  hemodinamik 

təzahürlərinə deyil, həmçinin onun 

patogenezinin neyrohumoral aspektlərinə 

təsir edən angiotenzinçevirici fermentlərin 

inhibitorları (AÇFİ) və  oynaqlarda 

poliartrit əlamətlərini aradan götürən 

xondroprotektor tərkibli preparatların 

təyini də xüsusi əhəmiyyət kəsb edir. 

AÇFİ-nin bir çox xəstəliklər zamanı 

effektivliyi təkcə renin-angiotenzin-

aldosteron sistemini (RAAS) blokadaya 

alması ilə əlaqəli deyil. Onlar kallikrein-

kinin sistemini fəallaşdıraraq toxumalarda 

azot oksidinin və prostosiklinin sintezini 

artırır ki, bu da AÇFİ-lərin orqanqoruyucu 

effektlərini təyin edir. Bu preparatlar arterial 

və venoz vazodilatasiya yaratmaqla ürəyin 

üzərinə düşən və ürəkdən çıxan yükü 

azaldaraq sol mədəcik (SM) miokardının 

hipertrofiyasını geriyə inkişaf etdirir və 

dilatasiyasının qarşısını alır, ürəkdə regionar 

qan dövranını yaxşılaşdırır.  

Müxtəlif kardioloji xəstəliklər 

zamanı SM remodelləşməsinə və onun 

funksional vəziyyətinə AÇFİ-nin bir çox 

nümayəndələrinin effektli təsirinə həsr 

olunmuş elmi-tədqiqat işləri mövcuddur. 

Nəşr olunan xarici və yerli elmi məqalələr 

arasında kəskin revmatik qızdırma (KRQ) 

keçirmiş xəstələrdə ürəyin morfofunksional 

vəziyyətinə AÇFİ-nin təsiri barədə tədqiqat 

işlərinə rast gəlinmir. Revmatik qızdırma 

nəticəsində formalaşan ürək qüsurlarının 

hələ də müasir səhiyyənin və tibb elminin 

nəzəri və praktiki problemlərindən biri 

sayıldığını nəzərə alsaq, KRQ zamanı ürək-

damar sistemində gedən remodelləşmə 

prosesinə AÇFİ-nin təsiri aktual hesab 

oluna bilər. Belə ki, revmokardit zamanı 

ürək çatışmazlığına ağır valvulit və 

onun nəticəsində formalaşan ürəkdaxili 

hemodinamika pozulmaları səbəb olur ki, 

bunun da qarşısının vaxtında alınmaması 

ciddi proqnozla nəticələnə bilər.

Problemin aktuallığını nəzərə alaraq, 

KRQ keçirmiş xəstələr arasında sol mədəcik 

miokardının yığılma qabiliyyətinə və 

SM-in struktur-funksional vəziyyətinə 

AÇFİ qrupundan olan  preparatların təsiri 

öyrənilmişdir. Müayinəyə 25 nəfər KRQ 

keçirmiş, II dərəcə mitral çatışmazlığı olan 

16-18 yaşlı yeniyetmələr cəlb olunmuşdur. 

Nəzarət  qrupunun  nəticələri  həmin yaş 

qrupundan olan 20 nəfər  praktiki  sağlam 

yeniyetmənin  məlumatları  əsasında  təşkil  

olunub.  Xəstələr 2 qrupa bölünmüşdür: 12  

nəfər  ümumi antirevmatik müalicə qəbul 

etmiş, digər  13  nəfər  xəstənin  müalicəsinə  

isə AÇFİ-qrupundan olan preparat əlavə 

olunmuşdur.    Xəstələr müalicədən  əvvəl  

və  müalicədən 1  il  sonrakı müddətdə  

müayinə  olunmuşlar.

Xəstələrə ümumi klinik, laborator-

instrumental müayinələrlə yanaşı standart 

EKQ və ExoKQ (M- və B-rejimli) 

tətbiq edilmişdir. ExoKQ-də aşağıdakı   

parametrlər   təyin edilmişdir:   SM-in bədən 

səthinə indeksləşdirilmiş son diastolik 

və sistolik ölçüsü (SMDÖİ, SMSÖİ), 

L.Teichholz düsturu ilə hesablanmış 

SM-in son sistolik və diastolik həcminin 

bədən səthinə indeksləşdirilmiş göstəricisi 

(SMSHİ, SMDHİ), miokard  liflərinin  

sirkulyar  qısalma  sürəti (Vsf),  SMAD-

nin  orta  yığılma  sürəti (Vor),  SMAD-

nin  orta normallaşmış  yığılma  sürəti 

(nVor),  SMAD-nin  sistolik   qalınlaşma   

dərəcəsi   (SQDsmad),  SMAD  miokardının  

KəsKİn revmatİK qızdırma 

keçirmiş xəstələrin müalicəsinə yeni yanaşmalar




Yüklə 46,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin