Üxtəlif müəlliflərin məlumatlarına əsasən, ilkin



Yüklə 46,18 Kb.
səhifə2/3
tarix28.12.2021
ölçüsü46,18 Kb.
#11613
1   2   3
Mədİnə Hacıyeva, 

ATU, Uşaq xəstəliklərinin 

propedevtikası kafedrasının assistenti

Professor İbraHİM İsayev, 

ATU, Uşaq xəstəliklərinin 

propedevtikası kafedrası,  

əməkdər elm xadimi, əməkdar həkim

Ürəyin qapaq aparatının üzvi 

mənşəli zədələnmələrinin əsas 

səbəbi sayılan kəskin revmatik 

qızdırma qan-damar sistemində 

buraxdığı izlərə görə bu sistemin 

digər xəstəliklərindən heç də geri 

qalmır. Kütləvi xəstəlik sayılmasa 

da, Krq ürək qüsurlarını 

formalaşdırmasına müvəqqəti 

və ya daimi olaraq əmək 

qabiliyyətini aşağı salmasına görə 

kardiorevmatologiyanın ciddi 

problemlərindən sayılır. 




07/2010

 

KONSİLİUM



  

35

 

konsilium



maksimal  yığılma  sürəti (MYS), qovma 

fraksiyası (QF%), SQ-nin sistolik ölçüsünün 

diastolik ölçüyə nisbətini ifadə edən 

boşalma fraksiyası (SQBF), “Devereux-

Penn-convention” düsturu ilə hesablanmış 

SM miokardının kütlə indeksi (SMMKİ)  və 

SMDH/SMMK öyrənilmişdir. 

Analiz zamanı məlum olmuşdur ki, həm 

ümumi antirevmatik müalicə qəbul edən, 

həm də müalicəsinə angiotenzinçevirici 

fermentlərin inhibitorları (AÇFİ) əlavə 

olunan xəstələrdə müalicədən əvvəl SM-

nin qeyd olunan bütün struktur-funksional 

parametrləri statistik dürüst olmaqla 

xeyli dərəcədə dəyişilmişdir. Revmatik 

qızdırmaya qarşı ənənəvi müalicə alan 

xəstələrin 1 ildən sonra təkrari müayinəsi 

zamanı onların subyektiv şikayətləri 

(təngnəfəslik, tez yorulma, zəiflik, 

ürəkdöyünmə, oynaq ağrıları) nisbətən 

azalsa da, öyrəndiyimiz göstəricilərin 

qiymətlərində yaxşılığa doğru nəzərə çarpan 

dinamika aşkar edə bilmədik.

Lakin,  KRQ  keçirən  xəstələrdə  

standart  antirevmatik  müalicə ilə 

yanaşı angiotenzinçevirici fermentlərin 

inhibitorları (AÇFİ)  əlavə  olunmuş  

müalicə  üsulunun  müqayisəli  təhlilindən  

bəlli  olmuşdur  ki,  ilk  növbədə  adı  

çəkilən  qrupdan olan preparatlar 

xəstənin  orqanizmi  tərəfindən  yaxşı  

mənimsənilməklə  heç  bir  narahatlıq  

törətməyib.  Angiotenzinçevirici 

fermentlərin inhibitorları (AÇFİ) 

qrupundan olan preparatı  qəbul  edənlərin  

sol   mədəciyinin  funksional  vəziyyətində  

yaranan  müsbət  dinamika  nəzərəçarpandır.  

Kəskin   revmatik  qızdırma  əleyhinə  

ənənəvi  müalicə  alan  uşaqlarda  sol  

mədəcik  funksiyasında  müsbət  dinamika  

izləmək  mümkün  olmamışdır.  Təklif  

olunan  üsulla  müalicə olunanlarda 

isə angiotenzinçevirici fermentlərin 

inhibitorları (AÇFİ)  hemodinamik  

yüklənməni  azaltmaqla,  ürəyin  fəaliyyətini  

asanlaşdıraraq funksional  parametrlərin  

də  yaxşılaşmasına  şərait  yaratmışdır.  

Angiotenzinçevirici fermentlərin 

inhibitorlarının (AÇFİ)  bu  effektini  həm  

də  onların  neyrohumoral  sistemə  təsirilə  

də  izah  etmək  olar.

Beləliklə, KRQ keçirmiş uşaqlarda 

ürəyin vəziyyətinə müsbət təsir göstərmək, 

patoloji prosesin gedişini yüngülləşdirmək, 

formalaşa bilən ürək çatışmazlığının 

qarşısını almaqla xəstəliyin proqnozunu 

yaxşılaşdırmaq və nəhayət, həyat 

keyfiyyətini artırmaq üçün erkən dövrlərdən 

etibarən ümumi antirevmatik müalicəyə 

AÇFİ qrupundan olan prearatların əlavə 

olunması məqsədəuyğundur.  

Kəskin revmatik qızdırmanın 5 əsas 

əlamətləri arasında rastgəlmə tezliyinə görə 

karditdən sonra 2-ci yerdə dayanan və bu 

cür xəstələrin həkimə müraciət etməsinə 

daha çox səbəb olan simptom revmatik 

poliartritdir. Klassik kəskin revmatik 

qızdırma hücumu miqrasiyaedici poliartritlə 

özünü biruzə verir. Əsasən ətrafların iri 

oynaqları prosesə məruz qalsa da nadir 

hallarda digər oynaqların da reaksiyasını 

müşahidə etmək mümkündür. Revmatik 

poliartritin spesifik xüsusiyyətlərindən biri 

də budur ki, bir oynaqda yaranmış ağrı 

və şişkinlik azalan kimi, başqa bir oynaq 

patologiyaya məruz qalmaqla diqqəti cəlb 

edir. «Miqrasiya» prosesi revmatik qızdırma 

üçün səciyyəvi sayılsa da, mütləq əlamət 

deyil. Yəni, bir neçə iri oynaq eyni zamanda 

dəyişikliyə uğraya bilər. Poliartriti revmaktik 

qızdırmanın diaqnostik kriteriyası hesab 

etmək üçün xəstədə oynaq zədələnməsilə 

yanaşı bu xəstəliyin ən azı 2 əlavə əlaməti 

(qızdırma, eritrositlərin çökmə sürətinin 

artması, antistreptolizin-O və ya digər 

streptokokk anticisminin titrinin yüksək 

olması və s.) olmalıdır. Revmatik poliartritin 

səciyyəvi xüsusiyyətlərindən biri 

də qeyri - steroid iltihab 

əleyhinə preparatların 

təsirinə tez və effektli təbe 

olmasıdır. Bizim müşahidəmiz altında olan 

və ürəyində remodelləşmə prosesi inkişaf 

etmiş xəstələrin bir qrupunda yanaşı olaraq 

revmatik poliartit əlamətləri rast gəlindiyinə 

görə onların bəzilərinin müalicəsinə qeyri 

- steroid iltihab əleyhinə preparatlarla 

yanaşı xondroprotektor qrupundan olan 

preparatlar da təyin edilmişdir. Həm 

qeyri - steroid iltihab əleyhinə preparatlar 

kimi ağrıkəsici və iltihab əleyhinə həm 

də xondroprotektor xüsusiyyətinə malik  

olan 


Yüklə 46,18 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin