AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ GƏNCƏ DÖVLƏt universiteti



Yüklə 2,86 Mb.
səhifə1/16
tarix31.01.2017
ölçüsü2,86 Mb.
#7268
  1   2   3   4   5   6   7   8   9   ...   16


AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ


Abbas Səmədov

Filologiya və pedaqoji elmləri doktoru, professor


FİLOLOGİYA ELMLƏRİ DOKTORU,
PROFESSOR SƏDNİK PAŞA
PİRSULTANLININ
ELMİ-NƏZƏRİ İDEYASI


Gəncə Dövlət Universitetinin Elmi

Şurasının 30 may 2012-ci il tarixli

qərarı ilə nəşr olunur


Bakı, “Azərnəşr”- 2012

Elmi redaktor: Qara Namazov,



Bakı Dövlət Universitetinin Mir

Cəlal Paşayev adına Azərbaycan

ədəbiyyatı kafedrasının müdiri,

filologiya elmləri doktoru, professor.
Rəyçi: Sadıq Şükürov,

Filologiya elmləri doktoru,

Gəncə Dövlət Universitetinin professoru.

Professor Abbas Səmədov
Filologiya elmləri doktoru, professor

Sədnik Paşa Pirsultanlının

elmi-nəzəri ideyası.

Azərbaycan ədəbiyyatı tarixində görkəmli folklorşünas alim, iste­dadlı şair, məsuliyyətli publisist, mahir pedaqoq, əməkdar müəllim, əmək veteranı, qabaqcıl təhsil işçisi, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı yetmişdən artıq kita­bın, dərsliyin, dərs vəsaitinin, üç yüzdən artıq elmi və metodik məqalənin müəllifidir. Professor Sədnik Paşa Pirsul­tanlının ədəbi irsində elmi-nəzəri ideyası çox zəngin və təlim-tərbiyəvi mahiy­yətli, yüksək əxlaqi keyfiyyətlidir.

Professor Sədnik Paşa Pirsultanlının elmi-nəzəri ideyası ümum­milli liderimiz Heydər Əliyevin Azərbaycançılıq ideyasından bəh­rə­lənmiş, onun əsasında formalaşıb inkişaf etmiş və bu kitab vasi­tə­silə oxuculara hədiyyə verilir və müəllifə parlaq uğurlar qazan­dırılır.

EL03 0032 Qrifli nəşr

032.06.06.2012

ÖN SÖZ
Azərbaycan xalqının bədii söz sənəti onun tarixi qədər qədimdir. Azərbaycan şifahi xalq yaradıcılığı, Azərbaycan folkloru Azərbaycan xalqının, Azərbaycan dilinin yarandığı gündən meydana gəlmiş, yüzilliklər boyu nəsildən-nəsilə keçərək inkişaf etmiş, zənginləşmiş, müasir müstəqil dövrümüzə gəlib çatmışdır.

Azərbaycan xalqı istək və arzularını şifahi yaradıcılığında, yəni folklorunda bildirmiş, poetik şəkildə ifadə etmişdir.

“Folklor” istilahını 1846-cı ildə ingilis tarixçisi Vilyam Toms işlətmiş və mərasim nəğ­mələrini toplayıb nəşr etdirməyin əhəmiy­yətini göstərmişdir. “Folklor” sözünün hərfi mə­nası xalq biliyi, xalq hikməti deməkdir.

Ümummilli liderimiz Heydər Əliyev şifahi xalq ədəbiyyatını Azərbaycan xalqının milli ədə­biyyatının əsas və ayrılmaz tərkib hissəsi, həm də ədəbiyyatın başlanğıcı adlandırır.

Azərbaycan xalqının şifahi xalq ədəbiyyatı, folkloru xalqın danışıq dilinin incəliklərini poetik şəkildə ifadə edən zəngin xəzinədir. Şifahi xalq yaradıcılığı, folklor söz sənətinin başlanğıcıdır, xalqın hafizəsində yaşayan misilsiz dəryadır.

Ulu öndərimiz Heydər Əliyev qədim və zəngin tarixə malik Azərbaycan xalqını yaşadan və müasir dövrümüzə gətirib çıxardan ədəbiyyatı yüksək qiymətləndirir və deyir:

“Çoxəsrlik tariximizdə xalqımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, ən əsası bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairləri­miz, yazıçılarımızdır.

Azərbaycan xalqı tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, baca­rı­ğı­nı göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və bədii əsərləri, musiqisi ilə parlaq səhifələr yaz­mışdır. Bunların arasında şairlərimizin, yazı­çı­larımızın xidməti və tariximizin yaranmasında, saxlanmasında onların əsərlərinin qiyməti çox böyükdür”.

Tarixi mənbələr aydın göstərir və təsdiq edir ki, Azərbaycan xalqı fitrətən şair xalq olmuş, müqəddəs ana laylasından başlamış şeirlə qida­lanmış, şifahi poeziya Azərbaycan xalqı üçün günəş, hava və su qədər zəruri olmuşdur.

Azərbaycan xalqına şifahi xalq yaradıcılığı, folklor (xalq biliyi, xalq hikməti) həmişə əsas qüvvə vermiş, onun qəlbini pərvazlandırmış, ona parlaq inam və ümid vermişdir. Azərbaycan tor­pa­ğının barı şeirlə, musiqi ilə toplanır. Zəh­mətkeşlərin əməyini şeir, nəğmə yüngül­ləşdirir, ona şərəfli təkan verir. Azərbaycan folkloru ideya məzmunu, ictimai əhəmiyyəti, təlim-tərbiyəvi və bədii-estetik mahiyyəti ilə gənc nəslə yüksək əxlaqi keyfiyyətlər aşılayır.

Ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqının qədim dövrdən ədəbiyyata dərin mə­həb­bət bəslədiyini, onu öyrəndiyini yüksək qiy­mət­ləndirmiş və yazmışdır:

“Bizim xalqımız ən qədim zamanlardan ədəbiyyatla, ədəbiyyat nümunələri ilə tanınıbdır. Xalqımızın tarixində ədəbiyyat qədim dövrlərdən öz yerini tutubdur və inkişafında çox böyük rol oynayıbdır”.

Məlumdur ki, dahiləri, tarixi şəxsiyyətləri dövr, zaman yetişdirir. Heydər Əliyev ümum­bəşəri duyğulara sədaqətlə xidmət edən, parlaq düha, yetkin kamal, dərin zəka sahibidir, əvəzsiz, təkrarolunmaz tarixi şəxsiyyətdir, dünya şöhrətli siyasətçidir.

Bəşəriyyət tarixində Heydər Əliyev ucalığı və parlaq zirvəsi ona ümumxalq məhəbbəti qazandırmış, onun bəşər nəslinin zinəti, böyük nailiyyəti və qızıl fondu olduğunu təsdiqləmişdir.

Görkəmli folklorşünas, filologiya elmlər doktoru, professor Sədnik Paşa Pirsultanlı elmi-nəzəri ideyasında həmişəyaşar, dahi Heydər Əliyevin zəngin azərbaycançılıq ideyasından bəhrələnmiş, ondan ilham almış, dərin məzmunlu və parlaq ideyalı əsərlər yazıb oxuculara hədiyyə vermişdir.

Polşa prezidenti Aleksandr Kvas Nevski demişdir: “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin rəhbəri olmaqla yanaşı, həm də zəma­nəmizin görkəmli liderlərindən biridir”.

Türkiyə Böyük Millət Məclisinin millət vəkili Aysel Köksoy iftixarla yazmışdır: “Türki­yəlilərin Atatürk kimi lideri vardır, azər­bay­canlılar da xoşbəxtdirlər ki, onlar Heydər Əliyev kimi bir liderin ətrafında sıx birləşmişlər. Məhz buna görə də həm türkiyəlilər, həm də azər­baycanlılar öz talelərinə minnətdar olma-lıdırlar”.

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin fikir dünyası Azərbaycan xalqının bu gününə, sabahına aydın yol göstərən mayaq olduğuna görə professor Sədnik Paşa Pirsultanlı ondan öyrənməyi, ilham almağı və gözəl sənət inciləri yaratmağı özünə şərəf bilmiş, bu yolda parlaq uğurlar qazanmışdır.

Professor Sədnik Paşa Pirsultanlının yazıb çap etdirdiyi yetmişdən artıq kitabı ulu öndərimiz Heydər Əliyev dünyasının şərəfli və səmərəli təsirinin bəhrəsidir. Görkəmli şair Əli Tudə on iki bənddən ibarət “Azərbaycan” adlı qoşma­sında Azərbaycanı poetik dillə tərənnüm edir və yazır: “Azərbaycan bir qaladır”, “Azərbaycan bir anadır, süfrədir, ocaqdır, xalıdır, zəmidir, dəniz­dir, gülşəndir, nəğmədir, dastandır, dünyadır”:
Azərbaycan bir anadır,

Hər övladı bir qürur.

Alovların içində də,

Uğur qazanmış, uğur!


Azərbaycan bir ocaqdır,

Hər alovu bir bayraq.

Hüsnünə əl uzadanı,

Yandırıb yaxır ancaq!


Görkəmli folklorşünas, fitri istedadlı şair, məsuliyyətli jurnalist, görkəmli maarif xadimi, mahir pedaqoq, filologiya elmlər doktoru, pro-fessor Sədnik Paşa Pirsultanlı humanist, vətən-pərvər, əməksevər, tələbkar, qayğıkeş, vətən və xalq eşqi ilə folklor toplayan, tədqiqat əsərləri, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri yazıb çap etdirən müdrik tarixi şəxsiyyətdir.

Görkəmli alim, mahir pedaqoq, şair, iste­dadlı folklorşünas, professor Sədnik Paşa Pirsul­tanlı (Paşayev Sədnik Xəlil oğlu) 1929-cu ildə Daşkəsən rayonunun Qazaxyolçular kən­dində anadan olmuşdur.

Sədnik Paşa Pirsultanlının nəslinin ilk mən­şəyi Gəncədən başqa, Türkiyənin Sivası, Gü­ney Azərbaycanın Pirsultan kəndi və Qazax rayo­nunun Kosalar kəndi ilə sıx əlaqəlidir.

Sədnik Paşa Pirsultanlı Dəstəfur internat məktəbini 1949-cu ildə qurtarıb, 1950-ci ildə Gəncə Dövlət Uni­versitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olub, 1954-cü ildə fakültəni yüksək qiymətlərlə bitirmiş, institutun elmi şurası asbiranturaya daxil olmaq üçün təqdimat vermişdir.

Sədnik Paşa Pirsultanlı 1955-ci ildən 1970-ci ilə qədər Daşkəsən rayonunda “Yeni Daş­kəsən”, Goranboy rayonunda (rayonlararası) “Mübariz”, Kəlbə­cər rayonunda “Yenilik” adlı qəzetlərin redaktoru, “Kirovabad kommunisti” qəzetində isə məsul katib vəzifəsində səmərəli işləmiş, həmişə mükafatlandırılmışdır.

Sədnik Paşa Pirsultanlı rayon qəzetlərinin redaktoru vəzifəsində işləməklə kifayət­lən­mə­miş, həmişə arxivlərdə, Əlyazmaları İnstitutunda, dövlət və şəxsi kitabxanalarda çox səmərəli ax­tarışlar aparmış, elmi-nəzəri və pedaqoji-metodik materialları toplamış, tədqiqat əsərləri yazmaq üçün hazırlamışdır.

Sədnik Paşa Pirsultanlının bu materialları top­lamaqda əsas məqsədi dissertasiya yazmaq, professor səviyyəsinə yüksəlmək olmuşdur.

Xoşbəxtlikdən səmərəli tədqiqatçı və məsu­liy­yətli publisist Sədnik Paşa Pirsultanlı bu mü­qəddəs arzusuna çatmış, filologiya elmləri doktoru, professor səviyyəsinə yüksəlmiş, faydalı elmi-tədqiqat əsərləri yazıb çap etdirmiş, oxu­cuların mütaliəsinə verib parlaq uğurlar qazan­mış, yalnız Azərbaycanda deyil, Türk dün­yasın­da, Yaxın və Orta Şərqdə görkəmli folklorşünas alim kimi tanınmış, sevilmiş, dərin hörmət qazan­mışdır.

Sədnik Paşa Pirsultanlı 1970-ci ildən Gəncə Dövlət Universitetində pedaqoji fəaliyyətə başla­mışdır. Hazırda universitetin professorudur.

Professor Sədnik Paşa Pirsultanlı Azər­bay­can Jurnalistlər Birliyinin (1960), Aşıqlar Bir­liyinin (1989), Yazıçılar Birliyinin (2004), Yeni Azərbaycan Parti­yasının (2003) üzvüdür.

Professor Sədnik Paşa Pirsultanlı yüzlərlə elmi-nəzəri, pedaqoji-metodik məqalənin və yetmiş kitabın müəllifidir.

Professor Sədnik Paşa Pirsultanlı “Əmək ve­te­ranı” (1988), “Əməkdar mədəniyyət işçisi” (1992), “Qabaqcıl təhsil işçisi” (2007), “Əmək­dar müəllim” adına layiq görülmüş, “Tərəq­qi” medalı ilə təltif edilmişdir.

Professor Sədnik Paşa Pirsultanlı “Yurddan səslər” jurnalının və “Xalq ozanı” qəzetinin tə­sis­çisi və redaktorudur.

Professor Sədnik Paşa Pirsultanlı humanist, vətənpərvər, əməksevər, tələbkar və qayğıkeş, müdrik və gözəl insandır. Onun “Vətəndi” və “Vətənimə dəyməsin” adlı poetik kəlamları fik­ri­mizi təsdiqləyir. Buna görə də hər iki şeiri oxucuların mütaliəsinə ve­ririk:



Vətəndi
Bir çiçək də vətəndi,

Bir ləçək də vətəndi,

Bir budaq da vətəndi,

Bir yarpaq da vətəndi.

Bir topa gül vətəndi,

Bir yuva da vətəndi,

Bir koma da vətəndi.
***

Qurban olum,

Bir yanı Dərbənd vətənə.

Qurban olum,

Bir yanı qürbət vətənə.

Qurban olum,

Təbrizimə, Göyçəmə,

Qəlbim büründü qəmə,

Bir qəmim də vətəndi,

Ürəyim də vətəndi.



Vətənimə dəyməsin

Düşmənin mərmisi,

gülləsi,

Qoy mənə dəysin,

Vətənimə dəyməsin.

Analar


Sədnik adlı oğulu,

bir də doğar.

Vətəni

heç kəs doğa bilməz.



Vətənim

salamat olsa,

özümün olsa,

heç kəs məni

boğa bilməz.

Əsil türkəm,

əcdadım doğulan yerdi

mənim Vətənim.

Törəmə türk olsaydım,

harda olsa yaşardım,

Vətəndən uzaqlaşardım.

Yox, yox,

bircə günüm

Vətənsiz olmasın.

Ancaq bu torpağın Günəşi

məni qızdırar,

məni yaşadar,

məni mənə oxşadar.

Analar

Sədnik adlı oğlu,



Bir də doğar,

Vətəni


heç kəs doğa bilməz.

“Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının elmi-nəzəri ideyası” kitabı on dörd fəsildən ibarət, tarixilik, elmilik, müasirlik, pedaqoji və metodik prinsiplər əsa­sında yazılmış, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq ideyası rəhbər tutul­muş, ondan səmərəli istifadə olunmuşdur.

Bu monoqrafiyada filologiya elmləri dok­toru, professor Sədnik Paşa Pirsultanlının gör­kəm­li və əməksevər folklorşünas tədqiqatçı ol­duğu, zəngin Azərbaycan folklorunu çox diqqətlə araşdırdığı və yetmişdən artıq kitab yazıb çap etdirdiyi və oxuculara ərməğan verib parlaq uğurlar qazandığı göstərilir.

Şübhəsiz ki, görkəmli folklorşünas alimin zəngin yaradıcılıq yolunu, xüsusilə elmi-nəzəri azərbaycançılıq ideyasını bir monoqrafiyada ətraflı təhlil etmək mümkün deyildir.

Ola bilər ki, ilk təşəbbüs olan bu kitabda müəyyən çatış­mayan cəhətlər olsun. Buna görə də oxuculara dərin minnətdarlığımızı bildirir, onlara uzun ömür, şərəfli fəaliyyətlərində parlaq uğurlar arzulayırıq ki, ədəbi-tənqidi qeydlərini, arzu və istəklərini bizə yazsınlar, bizdən kö­mək­lərini qətiyyən əsirgəməsinlər.
I FƏSİL
Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının

elmi-nəzəri ideyası
Mənalı ömrünün qırx ildən artıq müddətini Azərbaycan folklorunun toplanması, nəşri və təd­qiqi problemlərinə həsr etmiş professor Sədnik Paşayev Türk dünyasının çox gözəl tanı­dığı və səmimi hörmət bəslədiyi görkəmli folk­lorşünas alimdir.

Azərbaycan folklorşünaslığında əsatir və əfsanələrin bir küll halında toplanması, nəşri və təd­qiqi sahəsində, həm də Azərbaycan aşıq yara­dıcılığı haqqında dərin məzmunlu, tərbiyəvi mahiyyətli, parlaq ideyalı, faydalı kitablar yazıb nəşr etdirməkdə professor Sədnik Paşa Pirsul­tanlının şərəfli fəaliyyəti təqdirə layiqdir.

Professor Sədnik Paşa Pirsultanlı Gəncə şəhə­rində “Çeşmə” folklor teatrını yaratmış, “Ozan” və “Bulaq” verilişlərində xalq mahnı­la­rına yeni həyat vermiş, xalqa şərəfli xidmət et­mə­yin carçısı olmuşdur.

Professor Sədnik Paşa Pirsultanlı Gəncə şəhərində “Çeşmə” folklor teatrını və “Ozan aşıq muzeyi”ni yaratdığına, yəni aşıq yaradıcılığının inkişafı sahəsində xidmətlərinə görə Res­pub­li­kanın əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.

Professor Sədnik Paşa Pirsultanlının folk­lorşünas alim kimi səmərəli əməyini elm və sənət adamları yüksək qiymətləndirirlər. Onun əsər­lərini mütəxəssis tənqidçilər, elm və mədəniyyət xadimləri dövrü mətbuatda yüksək qiymət­ləndirir, ona şərəfli fəaliyyətində parlaq uğurlar arzulayırlar.

Professor Sədnik Paşa Pirsultanlıya xarici ölkələrdən, Türkiyədən, Qazaxıstandan və Orta Asiyadan, Dağıstandan, qonşu ölkələrdən həmişə məktublar göndərilmiş və göndərilir. Onun kitab­larını istəyirlər və yaradıcılığına səmərəli müna­sibət bildirirlər.

Professor Sədnik Paşa Pirsultanlı müstəqil Respublikamızın hüdudlarından kənarda olan elm və mədəniyyət, sənət və incəsənət, maarif və tə­hsil xadimləri, mütəxəs­sislər, gözəl tarixi şəx­siy­yətlər, şairlər, nasirlər, tərcüməçilər, pub­lisistlər, ümumiyyətlə, ziyalılarla səmimi əlaqə saxlayır, onlarla görüşür, qarşılıqlı münasibət­lərini bildirir.

Həmin görkəmli şəxsiyyətlər də professor Sədnik Paşa Pirsultanlı haqqında xeyirxah müna­sibətlərini, arzu və istəklərini yazır, ona uzun ömür, cansağlığı və parlaq uğurlar arzulayırlar.

Professor Sədnik Paşa Pirsultanlının yaradı­cılığının, əsərlərinin əsasən vətənə və xalqa, azad­lığa, xoşbəxtliyə, xalqlar dostluğuna, sülhə, mehribanlığa, ağsaqqallara, ağbirçəklərə, ana­lara, övladlara, gələcəyin şərəfli qurucuları olan gənc nəslə dərin sevgi və məhəbbət təşkil edir.

Professor Sədnik Paşa Pirsultanlının elmi-nəzəri ideyası çox dərin məzmunlu, təlim-tərbi­yəvi mahiyyətli, bədii-estetik və yüksək insani keyfiyyətlərlə zəngindir, rəngarəngdir, misilsiz elmi-nəzəri ideya salnaməsidir.

Ümumiyyətlə, professor Sədnik Paşa Pirsul­tanlının məqalələri, əsərləri, monoqrafiyaları, təd­qiqat kitabları, çıxışları, nitqləri, müsahibə­lərinin və tövsiyyələrinin məzmunu, ideyası qiymətli əxlaqi keyfiyyətlər çələngi, maraqlı və faydalı ideya mənbəyidir.

Professor Sədnik Paşa Pirsultanlının ilk ki­tabı “Lalə” (Aşıq Bəsti) 1969-cu ildə Bakıda nəşr olunmuşdur. Onun Aşıq Bəstinin ədəbi ictima­iy­yətə məlum olmayan əsərlərini “Lalə” adı ilə “Gənclik” nəşriyyatında çap etdirib oxuculara hədiyyə verməsi folklor aləmində cəsarətli və parlaq uğurlarının nəticəsi olmuş, ona dərin hör­mət qazandırmış, onu məsuliyətli folklorşünas kimi tanıtmışdır.

Professor Sədnik Paşa Pirsultanlının “Yaşa­yan əfsanələr” (1973), “Xəstə Qasım” (1975), “Yur­dumuzun əfsanələri” (1976), “Nizami və folklor” (1976), “Yanardağ əfsanələri” (1978) adlı kitabları görkəmli mütəfəkkir alimlər M.H.Təh­masib, H.Araslı, Qara Namazov, P.Əfən­­diyev və başqa­ları tərəfindən yüksək qiymətləndirilmiş, ciddi axtarışların və səmərəli tədqiqatın nəticəsi oldu­ğu göstərilmişdir.

Professor Sədnik Paşa Pirsultanlının “Ağda­banlı Qurban və müasirləri” adlı elmi əsəri tarixilik, müasirlik və elmilik prinsipləri əsasında yazılmış, ətraflı elmi-nəzəri təhlil aparılmışdır.

Folklorşünas Sədnik Paşa Pirsultanlı 1970-ci ildə “Ağdabanlı Qurban və onun müasirləri” mövzusunda namizədlik, 1990-cı ildə “Azərbay­can xalq əfsanələri və onun tədqiqi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, filologiya elmləri doktoru adını almış, 1992-ci ildə professor elmi adına layiq görül­müşdür.

Folklorşünas Sədnik Paşanın professor səviyyəsinə yüksəlməsi oxucuların qəlbini pər­vazlandırmış, ona parlaq uğurlar qazan­dır­mışdır.

Əmək və müharibə veteranı, “Əməkdar mədəniyyət işçisi”, “Elm tədrisi”, “Fəxri ziyalı” diplomları laureatı Sədnik Paşa Pirsultanlı doq­quz dərsliyin, on şeir kitabının, beş dərs vəsa­itinin müəllifidir. O, Türkiyədə nəşr edilən “Dost-dos­t” və “Milli folklor” jurnallarının Azərbaycan təmsilçisidir.

Professor Sədnik Paşayev Xəlil oğlunun ulu əcdadı şair-aşıq Pirsultan Abdalın nəsil-soyudur. Məhz buna görə də istedadlı şair və folklorşünas, Sədnik Paşayevin zəngin mənəviyyatlı ömür-gün yoldaşı Səfurə xanım “Pirsultanlı” təxəllüsünü seçmiş, haqlı olaraq Səfurə xanım Pirsultanlı yazmışdır.

Professor Sədnik Paşa Pirsultanlının folk­lorşünaslıq fəaliyyətinə parlaq uğurlar işığını mərhum şair, xalq yaradıcılığının kamil bilicisi kimi şöhrət qazanan, üç oğul, üç qız anası Səfurə xanım Pirsultanlı yandırmışdır.

Professor Sədnik Paşa Pirsultanlı Ağrı­dağ, Şahdağ, Uludağ, Babadağ, Göyçə, Borçalı, Qa­zax, Dərəçiçək, Dərələyəz, Zəngibasar maha­lını, Təbriz, İstanbul, İzmir və s. cənnət mə­kanlarını qarış-qarış gəzmiş, xalq yaradı­cılığının nadir nü­mu­nələrini toplamış, sinədəf­tərinə, könül zirvə­lərinə cilalamış, diqqətlə nəzərdən keçirib tədqiq etmiş, faydalı kitablar çap etdirmiş, oxucuların mütaliəsinə hədiyyə vermiş, dünyada fitri istedadlı folklorşünas kimi tanınıb sevilmişdir.

Professor Sədnik Paşa Pirsultanlı səmərəli fəaliyyəti ilə parlaq uğurlar qazanmış və müasir müstəqillik dövrümüzdə də qazanır.

Professor Sədnik Paşa Pirsultanlının “Azər­bay­can folkloru və aşıq yaradıcılığı”, “Ozan-aşıq yaradıcılığının nəzəri məsələləri”, iki cilddən ibarət “Ozan-aşıq yaradıcılığına dair araşdır­malar”, “Ağdabanlı şair Qurban”, “Azərbaycan eposunun əfsanə qaynaqları”, “Xalqın söz mirvariləri”, “Lətifələr”, “Tapmacaların inkişafı” və s. kitabları Azərbaycan folklor xəzinəsini zənginləşdirən sənət inciləridir.

Professor Sədnik Paşa Pirsultanlının zəngin elmi-nəzəri, pedaqoji-metodik və ədəbi irsi Azər­baycan ədəbiyyatının nadir incisidir, gənc nəslin dünyagörüşünü, bilik dairəsini, əxlaqi-estetik zövqünü zənginləşdirən xəzinədir. Bu xəzinəni yaratmağa gənc yaşlarından başlayan Sədnik Paşa on beş yaşında yazdığı ilk şeiri oxuculara hədiyyə verməyi faydalı bilirik:
Daşkəsəni görən könül,

Fərəhlənir, coşa gəlir.

At keçməzdi bu yerlərdən,

Avtomaşın qoşa gəlir.

Professor Sədnik Paşa bu dövrdən sazla-sözlə maraq­lanır, poeziyanı, musiqini sevir, onun vurğunu olur. Qədim və zəngin Azərbaycan poe­ziyası professor Sədnik Paşa Pirsultanlını cavan­lığından ilhamlandırır.

Onun ana nənəsi Leyli qarının çəkdiyi baya­tı­lar, dayısı Əbdülkərimin düzüb-qoşduğu qoş­ma­­lar, gəraylılar qəlbini pərvaz­lan­dırır, xalq yaradıcılığının vurğunu olmağa təkan verir.

Gəncəbasar aşıq məktəbinin inkişafında Xoş­bulaq yaylağı məşhur xalq sənətkarlarının dayancaq məskanı, şer-sənət yurdu olmuşdur. Aşıq Ələsgər iftixarla demişdir:
Həsənnənə, Həsənbaba qoşadı,

Xoşbulaq yaylağı xoş tamaşadı.

Arsız aşıq elsiz niyə yaşadı?

Ölsün Ələsgərtək qulların dağlar.


Aşıq Ələsgər dağlara baxıb sarsılmış, nan­kor ermənilər, ziyankar erməni daşnakları qırğın salmış, talançılıq etmişdir. Buna görə də Aşıq Ələsgər 1905-ci ildə deyir:
Hanı bu dağlarda yaylayan ellər?

Görəndə gözümdən car oldu sellər...

Seyr etmir köksündə türfə gözəllər,

Sancılmır buxağa güllərin dağlar!


Gözəllər çeşməndən götürmür abı,

Dad verə dahanda kövsər şərabı.

Xaçpərəstlə düşdü pund inqilabı,

Onunçün bağlandı yolların, dağlar!


Kəpəz, Murov, Qonur-gör neçə dağ var...

Üstünə nur yağsın, ay dəli Qoşqar!

Yayın ortasında yağdırırsan qar,

Səf çəkib üstündə Sərdarın, dağlar!


Azərbaycan şifahi və yazılı ədəbiyyatını öyrənən Sədnik Paşa jurnalist, şair, folklorşünas kimi səmərəli fəaliyyət göstərməyə başlayır. O, “Ağdabanlı Qurban və müasirləri” adlı elmi-tədqiqat üzərində işləyərkən onun müasirləri Aşıq Ələsgər, sənətkar Abdulla, Növrəs İman, Aşıq Bəsti kimi sənətkarların yaradıcılığı ilə ətraflı tanış olmuşdur.

Sədnik Paşa Pirsultanlının Göyçə mahalına səfərləri onun parlaq zəkasını zənginləşdirmiş, aşıq poezi­yasını və əfsanələri öyrənməyə baş­lamış, bu zəngin ədəbi-bədii mənbə onda dərin maraq oyatmışdır.

Sədnik Paşa “Bir əfsanənin izi ilə” (1976), “Dədə Qorqud dastanı və xalq əfsanələri” (1982), “Dəli Domrul boyu və xalq əfsanələri” (1985), “Səməd Vurğun və xalq əfsanələri” (1982), “Əs­li-Kərəm” dastanı və xalq əfsanələri” (!983) adlı məqalələr yazıb dövrü mətbuatda çap etdirir.

Bu məqalələr dərin məzmuna və tərbiyəvi mahiyyətə malik sənət inciləridir.

Professor Sədnik Paşa Pirsultanlı yalnız Azərbaycanda deyil, bir sıra ölkələrdə çox mə­nalı səfərlərdə olmuş və bu yerlərə səyahət edib gəzdiyi zaman yazmışdır:
Mənim Təbriz həsrətim var,

Üstündən keçimmi, Araz?

Ayrılığın göz yaşısan,

Suyundan içimmi, Araz?


Sədnik Paşa müasir dövrümüzdə Qarabağ münasibətlərini “Əylən durnam”, “Ay ana bül­bül”, “Didər­gin demə”, “Köçkün durnalar” və.s. şer­lərində əks etdirir, indiki tarixi hadisələri inan­dırıcı verir. Ona görə ki, onun alovlu qəl­bin­də vətən həsrəti, ana torpaq sevgisi, xalq mə­həbbəti çox qüvvətlidir.

Sədnik Paşa Pirsultanlının “Sevincim, kə­də­­rim” silsiləsindən yazdığı “İnciçiçəyim”, “Sən­siz”, “Gözləyir”, “Xoş gəldin”, “Pünhan-pün­han”, “Qoşa yarpaq”, “Bənövşə”, “Dağların”, “Yu­xu­ya həsrət” və s. şerləri sevimli həyat yol­daşı, folklorşünas Səfurə xanım Pirsultanlıya həsr edilmişdir:


Gündüzlər gözümdə, xəyalımdasan,

Gecələr qəribəm, qəribəm sənsiz.

Yuxum yox, yuxuma gələsən gülüm,

Gecələr qəribəm, qəribəm sənsiz.


Professor Sədnik Paşa Pirsultanlı zəngin mənəviyyatlı, incə və ülvi keyfiyyətli ömür-gün yoldaşı Səfurə xanımı alovlu qəlbində əbədi ya­şadır. Ona görə də Səfurə xanım haqqında poetik sənət inciləri yaratmağı özünə şərəf bilir.

Sədnik Paşa Pirsultanlının 1996-cı ildə nəşr olunan “İnciçiçəyim” adlı şeirlər kitabı həqiqi mənada amansız fələyin vaxtsız apardığı Səfurə xanımın mənalı ömrünün poetik çələngidir.

Bu kitabda müəllifin elmi-nəzəri ideyasının poetik ifadəsi bədii lövhələrlə çox təsirli ifa­də­sini tapır. Onun şeir dünyası məzmunlu, mənalı və müdrikdir.

Professor Sədnik Paşa Pirsultanlının “Tale ulduzu”, “Mayaklar”, “Dağlar qızı”, “Murov dağı­­­nın ətəklərində”, “Gülüstanda bir gün”, “Dağda dəryaça”, “Yazılmamış kitab”, “Günəşə doğru” oçerklər kitabını ictimai həyat və təbiət hadisələri ilə vəhdətdə yazmış, oxucuya gözəl əxlaqi keyfiyyətlər aşılamışdır.

Sədnik Paşanın “Ədəbiyyat və incəsənət” qəzetinin 1955-ci il 2 sentyabr tarixli nömrəsində verdiyi “Aşıq havalarını diqqətlə toplamalı” adlı məqaləsi çox ciddi təsir edir, saz havalarının kütləvi şəkildə lentə köçürülməsi göstərilir.

Sədnik Paşa aşıq şerinin bir növü sayılan divanisinin yazılı şerimizin qəzəl janrından törə­diyini və aşıq poeziyasında əbədi yer tutmasını düzgün göstərmişdir.

Tədqiqatçı professor, Sədnik Paşa Pir­sul­tanlı “Ağdabanlı Qurban və Göyçə mühiti” adlı məqaləsində Göyçə aşıq məktəbinin və Kəlbəcər aşıq mühitinin tarixini mənbələr əsasında şərh edir və yazır: “Göyçə aşıqlarının inkişafı Aşıq Ələsgərlə bağlı olduğu kimi, Kəlbəcər aşıq­la­rının, el şair­lərinin yetişməsi də Ağdabanlı Qur­ba­nın adı ilə bağlıdır. O, Kəlbəcərə qayıdandan sonra “Qur­ban bulağı” məclisini yaradır.

Məclisdə şeir oxuyub müzakirə edirlər. Klassiklərin əsərlər­indən parçaları oxuyub qulaq asırlar. Ağdabanlı Qurban, Aşıq Ələsgər, Aşıq Bəsti və Usta Abdulla bu məclisin ilk iştirakçıları olmuşlar”1.

Bu zaman Kəlbəcərdəki “Qurban bulağı” məclisi ilə paralel Şəmkirdə də “Dilqəm bulağı” məclisi səmərəli fəaliyyət göstərmişdir. Bu məc­lis Şəmkirli Hüseynin təşəbbüsü ilə yara­dılmışdır.

Məclisdə Qaracəmirli Qasım, Molla Əhməd, Uğurlu oğlu Cəfər, Dəmirçi Məcnun, Aşıq Ço­ban, Seyfəli Pənah və başqa istedadlı sənətkarlar fəal iştirak etmişlər.

“Qurban bulağı” məclisində Aşıq Ələsgərin oğlu Talıb, qardaşı oğlanları Nəcəf, İman, kürə­kəni Qurban, Ağdabanlı Qurbanın oğlu Şəmşir fəal iştirak etmiş, tanınıb hörmət qazanmışdır.

“Dilqəm bulağı” məclisində Aşıq Çoban, Morullu Teymur və başqa sənətkarlar toplanıb fəaliyyət göstərmişlər.

Sədnik müəllim mənalı fəaliyyətində nankor ermənilərə həmişə nifrət yağdırmışdır.

1918-ci ildə erməni daşnaklarının törət­dikləri cinayətlər nəticəsində Göyçə mahalından bir çox ailələr Kəlbəcərdə məskunlaşmışlar. Aşıq Ələsgərin ailəsi də Kəlbəcərə köçür, Qalaboy-nun­da yurd salıb yaşayır.

Aşıq Ələsgər də dəyirman­çılıqla məşğul olur. Bu ərazi Aşiq Ələsgərin qadını Anaxanımın doğulduğu Yanşaq kəndinin yaxınlığındadır. Hər iki məclis arasında Aşıq Ələsgərlə Şəmkirli Hüseyn səmimi dostluq yaradır.

Professor Sədnik Paşa Pirsultanlı yazır ki, “Göyçə şərilisi”, “Göyçə­gülü”, “Nəcəfi”, “Göyçə qaytar­ması”, “Qur­ban bulağı” məclisinin, “Aşıq Hüseyni”, “Dilqəmi”, “Aran gözəlləməsi” kimi havalar isə “Dilqəm bulağı” məclisinin iştirak­çıları tərəfin­dən yaradılmışdır.

Folklorşünas Sədnik Paşa Pirsultanlı “Qur­ban bulağı” və “Dilqəm bu­lağı” məclis­lərinə M.P.Vaqif, Ə. Nəbati, Q.Za­kir kimi sənətkarların təsir etdiyini elmi şəkildə əsaslandırmışdır.

Professor Sədnik Paşa Ağdabanlı Qurbanın Aşıq Bəs­tiyə təsirini göstərir və nümunələrlə təsdiqləyir. Aşıq Bəsti deyir:

Çox axtardıq, tapammadıq bir çara,

Bəylər günümüzü eylədi qara.

Bunlar ki, var, Bəsti, daha dağlara,

Nə yaz gəlməz, nə yay olmaz, ay olmaz.2


Professor Sədnik Paşa Pirsultanlı Xəstə Qasım, Növrəs İman, Aşıq Şəmşir kimi görkəmli sənətkarların yara­dıcılıq yolunu ətraflı araş­dırmış, əhəmiyyətli tədqiqat əsərləri yazmışdır. Onun Göyçə aşıqları, ümumiyyətlə, Azərbaycan aşıqları haqqında apar­dığı araşdırmalar və yazdığı tədqiqat əsərləri çox qiymətlidir.

Professor Sədnik Paşa Pirsultanlının 1990-cı ildə çap etdirdiyi “XIX əsr azərbaycan aşıq yaradıcılığı” adlı monoqrafiyası çox səmərəli tədqiqatın nəti­cəsidir. Tədqiqatçı Sədnik Paşanın “Miskin Ab­dal” (1985), “Ağqızoğlu Piri” (1984), “Məlikballı Qurban” (1987), “Məcnun təxəllüslü şair” (1987), “Uğur­lu oğlu Cəfər” (1987), “Növ­rəs İman” (1869), “Sənətkar Abdulla” (1989), “Tifil Əsəd” (1988), “Ağbulaqlı Aşıq Aqil” (1988) məqalələri dərin məzmunlu, zəngin ide­yalı, sənətkarlıqla yazılmış sənət inciləridir.

Professor Sədnik Paşa Pirsultanlının “Kitabi-Dədə Qorqud” və “Ko­roğlu” abidələri ilə bağlı əfsa­nələri araşdırıb tədqiq etməsi əhə­miyyətlidir. Onun gəldiyi nəticə bundan ibarətdir ki, “Vəkil oğlu İmran”, “Təpə­göz” və “Domrul” boyları “Kitabi-Dədə Qorqud” eposunun ilkin boylardır.

Professor Sədnik Paşa Pirsultanlının “Niza­mi və xalq əfsanələri” monoqrafiyasını tədqi­qatçılar yüksək qiymət­ləndir­miş, səmərəli əmə­yin nəticəsi, misilsiz elm mənbəyi adlan­dır­mışlar.

Professor Sədnik Paşa Pirsultanlı Nizami Gəncəvinin “Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məc­nun”, “Yeddi Gözəl”, “İsgən­dərnamə” poema­larında xalq əfsanələrinin təsir dairəsini düzgün tədqiq etmiş, düzgün yekun­laşdırmışdır.

Sədnik Paşa Pirsultanlının aşıq yaradıcı­lığına meyli çox güclü olmuşdur. Aşıq Pəri, Aşıq Həməyıl, Aşıq Nabat, Sarı Aşıq və başqa aşıqlar haqqında qiymətli əsərlər yazmışdır.

Professor Sədnik Paşa Pirsultanlı 1990-cı ildə Almaniyaya səfər etmiş, orda türk və Azər­baycan kültür dərnək­lərində çoxsaylı mühazirələr oxumuşdur. Onun “Türkdilli xalqların ozan-aşıq sənəti”, “Əski türk soyları və əfsanələri”, “Güney və quzey Azər­baycanında milli şüurun oyanışı və dinə müna­sibət məsələləri” adlı məruzələri yüksək qiymətləndirilmişdir.

Professor Sədnik Paşa Pirsultanlı Frankfurd Mayns şəhərində “Yunis İmrəyə sevgi ili” devizi altında türk aşıqlarının yarışında iştirak etmiş, bu yarışdakı məruzəsi yaxşı qarşılanmışdır. Ona görə ki, professor Sədnik Paşa Pirsultanlı tarixi mənbələri ətraflı araşdırmış, məruzəsinin mətnini tarixilik və elmilik prinsipləri əsasında yazıb ümumiləş­dirmişdir.

Bu da çox təbiidir. Ona görə ki, professor Sədnik Paşa Pirsultanlı filologiya elmləri dokto­rudur, mahir tədqiqatçı və folklorşünas alimdir.

Sədnik Paşa Pirsultanlı Türkiyəyə yaradı­cılıq ezamiyyətinə göndərilmiş, Nevşəhrdə Hacı Vəli Bəktaşi törəninə (toplantısına) dəvət olunmuş, orada “Hacı Vəli Bəktaşi və ozan-aşıq sənəti” mövzu­sunda məruzə etmiş, sonra Gül­şəhrdə dolanmış, Qırşəhrdə adı əbədi aləmdə əfsanələşmiş Yunis İmrənin məzarını ziyarət et­miş və burda “Sarı çiçək” adlı bu şeri yazmışdır:


Mən qaraman dağlarını dolaşdım,

Bilməm hansı çəmənzarda bitmisən.

Ay Yunis İmrənin Sarı çiçəyi,

Necə olub ürəyimdə bitmisən?


Gözəlliyin valeh edir insanı,

İlqara düz, sənin kimi dost hanı?

Ay Yunis İmrənin dini-imanı,

Elə bilmə xəyalımdan getmisən.


Qırşəhrində boz təpənin başında,

Sarı çiçək gördüm məzar daşında.

Sədnik kimi baş əyən çox qarşında,

Yunis İmrəm, xoş vüsala yetmisən.3


Bu poetik çələngdə dərin məna və Yunis İmrəyə misilsiz məhəbbət bədii ifadəsini çox təsirli tapmışdır.

Yaxın və Orta Şərqin mədəniyyət mərkəz­lərindən biri olan Gəncə şəhərində “Çeşmə” folk­lor ansambılı yaratmaq vətənə məhəbbətin nəticəsidir.

Professor Sədnik Paşa Pirsultanlı yaratdığı “Çeşmə” folklor ansamblının poetik tərifini bu misralarda real ifadə etmişdir:
“Çeşmə” gəlir, “Çeşmə” gəlir,

Ayaq saxla, keçmə, gəlir,

“Çeşmə” hara çeşməsidir,

Çeşmələrin çeşməsidir.

Ruhu inci çeşməsidir,


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin