AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ GƏNCƏ DÖVLƏt universiteti



Yüklə 2,86 Mb.
səhifə14/16
tarix31.01.2017
ölçüsü2,86 Mb.
#7268
1   ...   8   9   10   11   12   13   14   15   16

XII fəsil
Professor Sədnik Paşa

Pirsultanlının tədqiqat obyekti:

Sarı Aşığın bayatı zirvəsi
Qədim və zəngin tarixə malik olan Azər­baycan ədəbiyyatının şifahi və yazılı poeziyası dünya mədəniyyəti xəzinəsinə dahi sənətkarlar vermişdir.

Azərbaycan ədəbiyyatı tarixində aşıq poeziyası görkəmli yer tutur. Azərbaycan aşıqları üç qrupa bölünmüş, onların həyatı, fəaliyyəti təhlil olunmuş, faydalı tədqiqat əsərləri yazıl­mışdır.

Azərbaycan aşıqlarının üç qrupu bunlardan ibarətdir: birinci qrup: ustad aşıqlar, ikinci qrup: ifaçı aşıqlar, üçüncü qrup: aşıq poeziyası üslubunda şeir yaradan el şairləri.

Aşıq sənətini yaşadan və inkişaf etdirən görkəmli sənətkarlar birinci - ustad aşıqlar qru­puna daxildir: Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Şəmkirli Aşıq Hü­seyn, Aşıq Ələsgər, Bozalqanlı Aşıq Hüseyn, Aşıq Şəmşir, Hüseyn Cavan, Mikayıl Azaflı və başqaları ustad aşıqlardır.

Azərbaycan poeziyasında Sarı Aşığın yara­dı­cılığı çox zəngin və rəngarəngdir. Azərbaycan aşıq poeziyasında Sarı Aşığın bayatıları misilsiz və bədii xəzinədir.

Sarı Aşığın bayatı zirvəsi insan qəlbini pərvazlaşdıran sənət inciləri əsasında qurulmuş­dur. Əbədiyaşar sənətkar Sarı Aşığın yaratdığı bayatılar tərbiyəvi və estetik mahiyyətli sənət inciləridir.

Sarı Aşığın bayatılarını toplamaq və tədqiq etmək professor Sədnik Paşa Pirsultanlıya nəsib olmuşdur. Professor Sədnik Paşa 1975-ci ildə Gəncədən Şəmkirə gedəndə yolun qırağında qoyun otaran Pənah kişi ilə görüşür.

Pənah Allahverdi oğlu deyir ki, mənim əslim Şəmkirin Dağincilli kəndindəndir. Otu­zuncu illərdə bizi Şəmkirin Könüllü kəndinə köçürmüşlər.

Professor Sədnik Paşa nurani, ağsaqqal Pə­nah kişidən soruşur ki, dastan, nağıl bilir­sənmi?

- Pənah kişi cavab verir ki, 1918-ci ildə Göyçədə bir bəyin qoynunu otarırdım. Çalmalı yaylağında bir dərviş mənim yanıma gəldi. Ona hörmət etdim. Danışdığı “Lələ nağılı” xoşuma gəldi, ona bir quzu kəsdim. Onu üç gün qonaq etdim. Dedi ki, Bağdadda Lələnin yazıya alınmış bayatılarını görmüşəm.

Professor Sədnik Paşa bu hadisəni Gəncə Dövlət İnstitutunda fizika-riyaziyyat elmləri namizədi, dosent Cəbrayıl Xələfova danışır. Cəb­rayıl müəllim deyir ki, bizim Füzuli rayonundakı Qazaxlar və Əhmədallar kəndlə­rində Lələnin saysız-hesabsız rəvayətləri və bayatıları möv­cuddur.

Professor Sədnik Paşa Füzuli rayonunun Əhmədallar və Qazaxlar kəndinə gedir. Əhməd­al­lar kənd sakini, yetmiş yaşlı Bayram Musa oğlu, Qazaxlar kənd sakini, doxsan yaşlı Şahlıq Xınalı qızı ləl-cəvahirat xəzinəsinin ağzını açırlar, Lələnin bayatı incilərini əzbər danışırlar.

Sədnik müəllimə “Lələ dağı”, “Lələ yay­lağı” haqqında geniş məlumat verir, onu Arqalı qəbir­stanlığına və Arqalı günbəzinə aparır, bu bayatını da əzbər deyirlər:
Arqalı haray, Babı haray,

Lələ haray.

Yoruldum yolda qaldım,

Bir yorğa, yabı haray.


XIII əsrə aid Babı günbəzinin yanında bir daş-təknə məzar var. Məzarın üstündə yazılıb: “Məzar Lələ Mahmud oğluna aiddir”. Bundan sonra Sədnik müəllim Lələnin “Yaxşı-Yaman” dastanını öyrənir, iki cilddən ibarət 2006-cı ildə Gəncədə “Pirsultan” nəşriyyatında çap olunan “Ozan-aşıq yaradıcılığına dair araşdırmalar” kitabına daxil edir, hədiyyə verir.

Professor Sədnik Paşa həmin kitabda “Lələnin məzarı və özü” adlı məqaləni oxuculara təqdim edir. Professor Məmmədhüseyn Təh­masib yazır ki, Lələ Sarı Aşıqdan əvvəl yara­dı­cılığa başlamışdır. Onun yaradıcılığını Sarı Aşıq davam etdirmişdir.

Sarı Aşıq “Aşiq və Yaxşı” dastanını yaradır. Lələnin “Yaxşı və Yaman” dastanından, xalq rəvayətlərindən təsirlənir:
Mən aşığam, Lələ mən,

Qəflətdəyəm hələ mən,

Dərddən, qəmdən, hicrandan,

Bağlamışam şələ mən.


Professor Sədnik Paşa “Lələnin məzarı və özü” adlı məqaləsində hadisələrin ətraflı şərhini verir.1

Sarı Aşıq haqqında ilk yazılı məlumat Əndəbil Qaradağinin “Təzkireyi-Qaradaği” adlı əsərində verilir2. XIX əsrin sənətkarı olan Qaradaği təzkirəsində “Aşıq Qurbanəli və ya Sarı Aşıq və haqq aşığı deyilən şəxsin seyrüsüluki” sərlövhəsi altında yazır: “Zahirən bu zati pak şifteyi-ruzi­gardır. Əslən Qaradağ mahalındandır. Çox qədim vaxtlarda gəlib Qarabağın Zəngəzur maha­lında Həkəri çayının kənarında Vaqe Gü­ləbird adlı qəryədə sükna edib”.

Bu məlumat içərisində əsas fakt onun Qaradağ mahalından olmasıdır. Ancaq Yaxşının və bacısı Günəşin həqiqi adları müəyyən­ləşdirilmədiyi kimi, Sarı Aşığın özünün adı da dəqiqləşdirilməmişdir.

Qaradaği “Təzkireyi- Qaradağı” əsərində onun adının Qurbanəli, Salman Mumtaz Ab­du­l­la,3 Əmin Abid Qərib, Bəhlul Bəhcət isə Sarıca Nəbi olduğunu göstərirlər.

Aşıq Ələsgər bir təcnisində onun adının Yetim olduğunu poetik dillə vurğulayır:
Fərhad Şirin sevdi,

Yetim Yaxşı yar.4

Lələnin bayatılarından məlum olur ki, onun adı Budaqdır:
Lələ lələləndi,

Göz yaşı səpələndi.

Lələ şah qapısından,

Budağı Şələləndi.


Sarı Aşıq bir bayatısında deyir:
Mən aşıq, sarı qaldı,

Gün getdi, sarı qaldı.

Yollarına göz tikdim,

Gözümdə sarı qaldı.


Sarı Aşığa elə gəlir ki, onun hər bir alqışı alqış, qarğışı isə qarğışdır. Deməli, onun sözü Dədə Qorqud kimi ötkəmdir:
Mən aşığam yana üz,

Ördək göldə yana üz,

Necəsən bir ah çəkəm,

Yaş tökülə, yana üz.


Sarı Aşıq bəzi bayatılarını rişxənd şək­lin­də, qeyri-adi tərzdə dilə gətirir:

Mən aşığam don qara,

Kofta yaşıl, don qara,

Ay allah sənə qurban,

Yaxşını yaxşıya yaz,

Donqarı da, donqara.


Sarı Aşığın təsəlli üçün bircə Yaxşısı var. Ona da qovuşa bilmir. Onun Yaxşısı ayla gün kimi gözəl camala malikdir:
Aşıq, bu gün butandı,

Güldən dəstə tutandı.

Ayla gün bəhsə girdi,

Camalından utandı.


Sarı Aşıq Yaxşının hüsnünə baxmaqdan doymur:

Aşıq, süzgün gözlərin,

Qəmdən üzgün gözlərin.

Yaxşıdan doya bilməz,

Baxsa yüz gün gözlərin.
Professor Sədnik Paşa Pirsultanlı yazır: “Sarı Aşıq Azərbaycan poeziyasında bayatı zirvəsinin fatehidir. O, bu ucalığı getdikcə daha möhtəşəm bir şəkildə nümayiş etdirir. İnsanlar onun yetkin, bitkin mənalı, rəngarəng, dərin mənalı və məzmunlu bayatılarından doymayırlar.

Onun bayatı çeşməsi zaman-zaman axdığı kimi bundan sonra da könüllərə axmaqda davam edəcəkdir. Sarı Aşığın bayatıları gələcək bayatı yaradıcıları üçün bir örnək, bir mənbə, bir qay­naq rolunu oynayacaqdır. Neçə ki, Azər­bay­can türkləri var Sarı Aşıq zaman-zaman onların qəl­bində yaşayacaqdır”.5

Görkəmli folklorşünas, əməkdar müəllim, filologiya elmləri do­ktoru, professor Sədnik Paşa Pirsultanlının 2011-ci ildə Bakıda nəşr olunmuş “Poeziyamızda Sarı Aşığın bayatı zirvəsi” adlı tədqiqat əsəri iki fəsildən, yüz əlli beş səhifədən, “Bayatı yara­dı­cısı Lələ və Sarı Aşıq” adlı girişdən və nəticədən ibarətdir.

Birinci fəsil “Sari Aşığın həyat və yara­dı­cılıq yolu”, ikinci fəsil isə “Sarı Aşığın bayatı zirvəsi” adlanır. Birinci fəsildə Sarı Aşığın dastan yaradıcılığı, ikinci fəsildə isə Sarı Aşığın cinaslı bayatıları və bağlama bayatıları təhlil olunur.

“Yaxşı Yaman” dastanı “Aşıq və Yaxşı” dastanından əvvəl yaranmışdır. Yaxşı, Günəş və Liqa obrazları da “Yaxşı-Yaman” dastanında for­ma­laşmışdı. Bu dastana görə Lələ daşdan ya­ran­mışdır. Buna görə də Yaxşı onun mənəvi anasıdır. Yaxşının mənəvi yüksəkliyi Sarı Aşığın xoşuna gəlmiş, buna görə də sevgilisini Yaxşı adı ilə çağırmışdır.

Sarı Aşıqdan sevdiyi və Yaxşı adlandırdığı qız yaşca çox kiçikdir. Qızın ailəsi də bu sevgiyə etiraz edir. Hətta Yaxşı öləndə onu uşaq qəbir­stanlığında dəfn edirlər.

Lələ Sarı Aşıqdan əvvəl yaradıcılığa başlamışdır. Lələ haqqında yazılı mənbə Elyas Muşeqin 1721-ci ildə yazdığı “Nəğmələr kitabı” nda göstərilir. Lələnin Matedaranda altımışa yaxın bayatısının saxlandığı məlumdur.

Lələnin Füzuli rayonunun Əhmədallar kən­dinin yaxınlığındakı “Arqalı qəbirstanlığı”nda qəbrinin Sənduqə-qəbir daşı olduğu müəy­yənləşdirilmişdir. Bunu təsdiq edən bir bayatı da var:

Lələ yerin Arqalı,

Mələməz ay arqalı.

Kəsəkəs meydanında,

Namərd qaçar, ər qalı.


Elyas Muşeqin “Nəğmələr kitabı” nda Lələnin üç bayatısı verilmişdir. Lələnin arzusuna görə “gözəl şah” onun qəbri üstə gəlməli idi. Şah onun qəbri üstə gəlir və günbəz də tikdirir:
Lələ də ölüb getdi,

Dünyanı böldü getdi.

Qoy Lələ də bilsin ki,

Gözəl şah gəldi, getdi.


Bu bayatıdan məlum olur ki, Lələnin arzu­suna əməl edilir. Lələ vəfat edəndən sonra “gözəl şah” onun qəbrinin üstünə gəlir, həm də günbəz tikdirir.

Sarı Aşığın bayatısında həyat hadisələri çox canlı və təsirli verilir.

Sarı Aşıq bəzən bir bayatıda dediyi fikrə, mətləbə başqa bir bayatısında eyhamlı şəkildə işarə edərək, onu daha da qüvvətləndirir:
Aşıq, əlaman çəkər,

Dilin əlaman çəkər,

Yarın soyuq üzündən,

Dağlar əlaman çəkər.


Həqiqətən Türkiyədə Qaraman dağları, Qara­man vilayəti, Göyçədə Qara İmanlı kəndi, Laçında Qaraman kəndi mövcuddur. Yuxarıdakı bayatıya görə bu mətləbin Sarı Aşığa bağlı olduğunu aydınlaşdıra bilmirik. Təkcə, tədqiqatçı Bəhlul Bəhcət “Sarı Aşığın bayatıları” kitabının müqəddiməsində Sarı Aşığın Türkiyənin Qara­man vilayətindən olduğunu qeyd edir. Lakin Bəhlul Bəhcət “Sarı Aşığın bayatıları” kitabının müqəddiməsində Sarıca Nəbinin Türkiyədə Hacı Qaramanın ailəsindən olduğunu göstərir.

Əndəlib Qaracadaği, Salman Mümtaz və Əhliman Axundov, eləcə də Bəhlul Bəhcət Sarı Aşığın bayatılarını tam toplaya bilməmişlər.

Onun ana vətəni Qaradağ, sonra da Qarabağ olsa da onun bütün həyatı Laçın rayonunun Həkəri çayının sahilindəki Güləbird kəndində keçmiş, onun həyatı, məişəti, sevgisi, yaradıcılığı bu coğrafi məkanla bağlı olmuşdur.

Sarı Aşıq bayatısında deyir:


Kəndimiz Güləbatdı,

Çiçəyə, gülə batdı.

Yaxşı yar gülümsədi,

Ağzından gülab atdı.


Bu bayatının ikinci variantı belədir:
Mən aşıq, gülab axdı,

Çiçəyə, gülə baxdı.

Yaxşı yar gülümsədi,

Ağzından gülab axdı.


Sarı Aşığın tədqiqatçıları elə təsvir etmişlər ki, guya Sarı Aşıq bütün bayatılarında yalnız Yaxşını təsvir və tərənnüm etmişdir. Onun ba­ya­tıları Yaxşının həyat macəraları çevrəsindən çıxa bilməmişdir.

Sarı Aşıq Azərbaycan poeziyasının bütün sirlərinə bələd olmuşdur. Sarı Aşıq gəzməyi, görməyi sənətkar üçün böyük yara­dıcılıq qaynağı hesab etmiş, hər bir bayatısını bir abidə kimi poetik dillə söyləməyə nail olmuşdur. Professor Sədnik Paşa yazır:

“Sarı Aşıq yığcam, lakonik tərzdə, dörd misralı bayatıda öz hissini, məhəbbətini, istəyini elə sənətkarlıqla çatdıra bilir, onu elə poetik dillə, canlı, yaddaqalan bədii lövhələrlə verir ki, istər-istəməz bunlar insanı ilhamlandırır, vəcdə gətirir, mənən zənginləşdirib düşündürür, təsir­ləndirir, yatmış fikir və duyğularını yenidən oyadır. Bax, budur, Sarı Aşıq poeziyasının cazi­bə qüvvəsi, fərdi məziyyəti”.

Sarı Aşığın bayatılarındakı forma və məzmun vəhdətdə qurulmuş, forma məzmunu, məzmun da formanı tamamlamışdır.

Ə.Qaradaği “Təzkireyi-Qaradaği” əsərində yazır ki, Sarı Aşıq çox erkən Güney Azər­bay­canın Qaradağ mahalından Zəngəzura, oradan da Həkəri çayının sahilindəki Güləbird qəryəsinə gəlir, orada Yaxşı adlı bir qıza aşiq olur, sevgilisi nakam ölən zaman özünün tarixi bayatısını söyləyir:

Mən aşiq, tərsinə qoy,

Tər təni tərsinə qoy.

Yaxşını qibləsinə,

Aşiqi tərsinə qoy.
Sarı Aşıq Həkəri çayının sahilindəki Gülə­bird qəryəsində vəfat etmiş və kənd qəbir­stan­lığında dəfn olunmuşdur.

Sarı Aşığın zəkalı, dərin biliyə malik olma­sı, sağlığında ona böyük şöhrət gətirmiş, onu el içərisində məşhurlaşdırmışdır.

Sarı Aşığın bir-birindən gözəl və təsirli deyişmələrində hərbə-zorba ünsürləri də müəy­yən yer tutur.

Folklorşünas Əhliman Axundova da, Bəh­cətə də məlumdur ki, onlardan bir əsr əvvəl Ə.Qaradaği “Təzkireyi-Qaradaği” əsərində məlu­mat verir ki, Sarı Aşıq İranın Qaradağ maha­lından köçüb, Zəngəzur qəzasına gəlmiş və Həkəri çayının sahilində yaşayıb məskun­laş­mışdır.

1927-1938-ci illərdə aparılan arxeoloji qazıntılar onun üstündə saz şəkli olan qəbrinin XVII əsrə aid olduğunu təsdiq etmişdir. Arazın o tayı da, bu tayı da bütöv Azərbaycandır. Sarı Aşıq Qaradağdan da olsa, Laçından da olsa bi­zim­kidir, azərbaycanlıdır, Azərbaycan sənət­karıdır.

Sarı Aşığın dastan yaradıcılığında əvvəl yaratdığı kiçik sujetli bayatılı hekayələr, bayatı deyişmələr, bayatı-bağlamalar əsas yer tutur. Bayatı deyişmələrə bir nümunə:


Mən aşiq, odu-budu,

Sözümün canı budu.

Qoy səndən bir soruşum,

Kür neçə batman sudu.


Lakin Sarı Aşığın “Aşiq və Yaxşı” dastanı hələ də özünün təkamülünü yaşamaqdadır. Bizə məlum olan üç bayatılı dastanımız var: “Arzu-Qənbər”, “Yaxşı-Yaman” və “Aşiq və Yaxşı”.

Bu dastanların üçü də dağ kultu ilə bağlıdır. “Yaxşı-Yaman” dastanının qəhrəmanı Lələ təkrar-təkrar deyir: “Yaranmışam daşdan mən”. “Arzu-Qənbər” dastanında Bakı dialektində Qəm­­bərin mənası daş deməkdir. Sarı Aşıq öz ustadını yamsılayaraq tez-tez deyir:


Kiprikdən mən, qaşdan mən,

Yemərəm hər aşdan mən,

Nə atam var, nə anam,

Yaranmışam daşdan mən.

Sarı Aşığın ədəbi irsini tam toplayıb əldə etmədən onun qoşma yaradıcılığı haqqında saz götürüb, el-elatı gəzməsindən, məclislər keçir­məsindən söhbət açmaq olmaz. Bizim vəzifəmiz Sarı Aşığın bitib tükənməyən ədəbi irsini səbrlə toplayıb üzə çıxarmaqdan və tədqiqata cəlb etməkdən ibarətdir.

Akademik Mirzə İbrahimov bütün bunları nəzərə alaraq yazır: “Aşıq poeziyamızın bir çox məsələlərinin aydınlaşmamış qaldığını Sarı Aşığın həyatı və yaradıcılığı haqqındakı məlu­matın naqisliyi aydın göstərir”.

Cəsarətlə demək olar ki, Sarı Aşığın cinaslı bayatıları, bağlama-bayatıları haqqında bu və ya digər şəkildə fikir və mülahizələr söylənilmişdir.

Lakin Sarı Aşığın həyatı və şeirləri ilə bağlı “Aşıq və Yaxşı” dastanı tam araş­dı­rıl­mamışdır.

Sarı Aşıq bayatı yaratmaq sahəsində par­laq uğurlar qazanmış, bayatı zirvəsinə ucal­mışdır.

A). Sarı Aşığın cinaslı bayatıları.

XVII əsrdə Sarı Aşıq cinas qafiyəli bayatıların klassik nümunələrini yaratmış, heca vəznli xalq şeirimizi zənginləşdirmiş, onu ən gözəl cinaslı bayatılara qovuşdurmuşdur:

Mən aşiq, baltasına,

Elə vur, balta sına.

Yaxşının ağ əlləri,

Batıbdı bal tasına.


Sarı Aşıq XVII əsrin nəhəng simalarından biridir. Onun bayatı yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur. Sarı Aşıqdan əvvəl və sonra bayatı yaradıcılarından heç biri onun fəth etdiyi zirvəyə yüksələ bilməmişlər.

Zəngin yaradıcılıq yolu keçmiş Sarı Aşıq ənənəvi bayatılar, bağlama-bayatılar, cinaslı bayatılar, bayatı-deyişmələr, bayatı-rəvayətlər, dastan və hekayələr yaratmışdır.

Sarı Aşığın forma və məzmun gözəlliyi ilə seçilən cinaslı bayatıları onun fitri istedada malik olduğunu təsdiqləyir. Sarı Aşıq deyir:
Aşıq, qaz binə bağlar,

Meylin Qəzbinə bağlar.

Gözüm yaşı göl olar,

Ördək, qaz binə bağlar.


XIX əsrin qadın aşığı Maralyanlı Pəri “Oynaşı” adlı qoşmasında Sarı Aşığın bən­zət­mələrindən, təşbehlərindən geri qalmayan bədii lövhələr yaratmışdır.

Sarı Aşığın cinaslı təmsillərinin Aşıq Bəsti də vurğunu olmuşdur. Bəsti Ağçınqılı, Tama­şalını, Ərgünəşi gəzdiyi kimi Həkəri çayı­nın sahilinə də gəlmiş və demişdir:


Mən aşıq yanı gül,

Həkərinin yanı gül.

Güldən ayrı yaşamaz,

Can verər ölər bülbül.


Verilən nümunələrdən, aparılan araşdır­malardan və elmi-nəzəri təhlildən aydın olur ki, Sarı Aşığın cinaslı bayatıları nadir sənət inciləridir.

Bu sənət incilərindən görkəmli sənətkarlar faydalanmış, məzmunlu, ideyalı, tərbiyəvi və estetik mahiyyətli sənət inciləri yaratmış, Sarı Aşığa dərin hörmət və məhəbbət qazandırmışlar.



B). Sarı Aşığın bağalma bayatıları. Sarı Aşıq cinas qafiyəli bayatılar yaratmaqla kifayətlənməmiş, bağlama və qıfılbəndlərin inkişafı üçün səmərəli çalışmış, gözəl sənət inciləri yaratmışdır.

Sarı Aşıq yaradıcılığının bütöv bir qolunu təşkil edən bayatı-bağlamalarda yüksək sənət­karlıq keyfiyyətləri vardır. Sarı Aşığın bu bağlama- bayatıları çox variantlıdır:

Mən aşıq, budaq atar,

O dağı, bu dağ atar.

Torpaqsız yerdə bitər,

Yarpaqsız budaq atar.


Bu bayatı-bağlamalarda rəngarəng, müxtəlif şəkildə təsvir və tərənnüm olunan, heyrət doğu­ran, torpaqsız yerdə bitən, bar verməyən maralın buynuzudur.

Sarı Aşığın çoxvariantlı bayatı-bağlamaları da çox maraqlıdır:


Mən aşığam, ay mələr,

Bulud altdan ay mələr.

Dəryada bir gül bitib,

Su deyibən ay mələr.


Mən aşıq, süsən ağlar

Sünbülü kəsən ağlar.

Dəryada bir gül bitib,

O da su deyib ağlar.


“Dəryada bitən gül” ürəkdir, onun hər tərəfi qan, su olsa da, yenə də su istəyir.

Professor Sədnik Paşa Pirsultanlı yazır:

“İstedadının qüdrəti ilə bayatılara yeni bədii boyalar verən, onu mənaca, məzmunca, formaca gözəlləşdirən, zənginləşdirən, məşhur­laşdıran, şöhrətləndirən Sarı Aşıq Azərbaycan ədəbiy­ya­tın­da tükənməz irs, iz və bu sahədə ölməz ənə­nələr qoyub getmişdir”.

Sarı Aşıq həyat hadisələrinə, epizodik məsələlərə yüksək həssaslıqla yanaşır, onlardan nəticə çıxarır, özünün müşahidələrinə arxalanır və orijinal, həm də bənzərsiz bayatı bağlamalar yaradıb, oxuculara ərmağan verib, hörmət qazan­mışdır.

Folklorşünas alim, əməkdar müəllim, şair, publisist, professor Sədnik Paşa Pirsultanlının yaradıcılığında tədqiqatçılıq fəaliyyəti çox əhə­miy­yətlidir.

Professor Sədnik Paşa Pirsultanlı Sarı Aşığı Azərbaycan poeziyasında bayatı zirvəsinin fatehi adlandırmış, “Sarı Aşığın bayatı zirvəsi” adlı monoqrafiyasını yazıb nəşr etdirmiş və oxuculara hədiyyə verib, parlaq uğurlar qazanmışdır.

Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının tədqiqat obyektləri çox zəngindir. Onun “Poeziyamızda Sarı Aşığın ba­yatı zirvəsi” adlı 2011-ci ildə Bakıda nəşr olunan tədqiqat əsərinin dərin məzmunu, tərbiyəvi mahiyyəti, sənətkarlığı bu fəsildə elmi-nəzəri şərhini çox aydın tapmışdır.
XIII fəsil
Professor Sədnik Paşa Pirsultanlının poeziyasında elmi-nəzəri ideyasının

tərənnümü
Görkəmli folklorşünas, əməkdar müəllim, əməkdar mədəniyyət işçisi, mahir tədqiqatçı, məsu­liyyətli jurnalist, peşəkar dərslik və dərs vəsait­ləri müəllifi, professor Sədnik Paşa Pirsultanlının zəngin yaradıcılığı vardır.

Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı altmışdan artıq kitabın və üç yüzdən artıq elmi-nəzəri, pedaqoji-metodik məqalənin müəllifidir.

Mahir tədqiqatçı Sədnik Paş Pirsultanlı “Azərbaycan xalq yaradıcılığının inkişafı” (1981), «Azərbaycan folkloru və aşıq yara­dıcılığı” (1989), “Azərbaycan xalq dastan­larının təsnifinə dair” (1989), “Heca vəznli və mənzum atalar sözləri” (2001), “Ozan-aşıq sənətinin nəzəri məsələləri” (2002), “Ozan-aşıq yaradı­cılığına dair araşdırmalar” (iki cilddə, 2002), “Aşıq Şəmşirin poetik aləminə səyahət” (2008), “Publisistika və folklor” (2007), “Azər­baycan aşıq yaradıcılığına dair araşdırmalar” (2010), “Azərbaycan aşıq poeziyasında və yazılı poeziyada təcnisin inkişaf tarixi” (2010), “Xəstə Qasımın ədəbi irsinin tədqiqi” (2011), “ XIX əsrdə Azərbaycan folklorundan incələmələr” (2011) adlı dərsliklər, dərs vəsaitləri yazıb çap etdirmişdir.

Professor Sədnik Paşa Pirsultanlı dərslikləri və dərs vəsaitləri mütəxəsislər tərəfindən dövrü mətbuatda yüksək qiymətləndirilmişdir.

Mahir pedaqoq, görkəmli folklorşünas, professor Sədnik Paşa Pirsultanlı həm də istedadlı şairdir. Sədnik müəllimin ilk şeiri 1946-cı ildə “Daşkəsən” qəzetində dərc edilən “Zəfər bayra­mı” adlı şeiridir. Bundan sonra o, şair kimi fəa­liy­yət göstərməyə, nadir sənət inciləri yaratmağa başlamışdır.

İstedadlı şair Sədnik Paşa Pirsultanlının “Öz səsim” (1990), “ Pirsultan bulağı” (1994), “İnci­çiçəyim” (1996), “İlahi bir səs” (1999), “Yuxular olmasaydı” (2002), “Bir içim nəğmə” (2003) adlı şeirlər kitabları çap olunmuşdur.

Alim-şair Sədnik Paşa Pirsultanlı bu şeirlər külliyatını çap etdirmək üçün Folklor İnstitutuna müraciət etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Elmi Şurasının 2007-ci il 31 oktyabr tarixli 7 saylı iclasında ona görə qrif verilmişdir ki, “Pirsultan Pinarı” kitabındakı şeirlərin çoxunu müəllif folklor səfərlərində apardığı araşdırmaları ilə eyni dövrdə yazmışdır.

Şair-alim Sədnik Paşa Pirsultanlının 1946-cı ildən indiyə kimi yazdığı şeirləri “Pirsultan pinarı” adlı şeirlər kitabında toplanmışdır.2

Professor Sədnik Paşa Pirsultanlı kitaba “Şeirlərim mənim həyatım və tərcümeyi-halımdır” adlı çox məzmunlu bir giriş yazmış, şairliyə başlamasının əsasını şərh etmişdir.

Şair-alim Sədnik Paşa Pirsultanlı kitabındakı şeirləri bu başlıqlar altında vermişdir. “Bir çiçək də vətəndir”, “Könlümün vüqarı dağlar”, “Sevgi çəmənim”, “Kəlbəcər”, “Dağıstan”, “Qazaxıs­tan”, “Almaniya”, “Türkiyə”, “Təbriz”, “Bağ­dad­dan gələn qəmli səslər”, ”Ürəyimdə heykəl­ləşən sənətkarlar”, “Yaxşıların ürəklərdə yeri var”, “İthaf şeirləri”, “Ustad aşıqlar”, “Aşıq qızlar”, “Müğənni qızlar”, “Mənim mahnılarım”, “Buludumun göz yaşları”, “Fidanlar”, “Təbiət və mən”, “Politik düşüncələr”, “Hikmət xəzinəsin­dən”, “Müxtəlif səpkili şeirlər”, “Məktub­laş­malar, deyişmələr”, “Şuşa, Göyçə, Kəlbəcər yaraları”, “Bayatılar”, “Rübailər”,”Mənzum he­ka­yələr”.

Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı həmin başlıqları çox diqqətlə seçmiş, hadisələrin poetik şərhini çox gözəl vermiş, həmin başlıqlarla möhkəm əlaqə­lən­dir­miş­dir. Professor Sədnik Paşa Pirsultanlı elmi səfər­lərində gəzdiyi yerləri, gördüyü, tanış olduğu insanları, topladığı sənədləri, elmi məlu­matları, tarixi mənbələri poetik dillə oxucularına çatdırır, onlarla çox maraqlı hadisənin poetik şərhini verir.

Professor Sədnik Paşa Sultanlının “Pirsultan pinarı” adlı şeirlər kitabı poetik tarixi salnamədir.

Şair-alim Sədnik Pirsultanlı poeziya kitabını “Pirsultan pinarı” adlandırır və oxuculara bu adın poetik şərhini misralar əsasında ərmağan verib, onların qəlbini pərvazlandırır və bədii-estetik zövq verir:


Suyun şərbət, suyun baldı,

Baldı, Pirsultan pinarı.

Daşların mərcandı, ləldi,

Ləldi, Pirsultan pinarı.


Qayaların bir xəyaldı,

Qartalların qanad çaldı,

Çəmənlərdə gözüm qaldı,

Qaldı, Pirsultan Pinarı.

Ay bulaq, yolların güldü,

Sonaların suya gəldi.

Sular ördək, qazla doldu,

Doldu, Pirsultan Pinarı.


Bu nə görüş, nə vüsaldı,

Köynəyi lalədən aldı.

O qız ürəyimi çaldı,

Çaldı, Pirsultan Pinarı.


Nənəm, sən deyənlər oldu,

Sədnikə yadigar qaldı,

Pir Abdaldan payın aldı,

Aldı, Pirsultan Pinarı.


Kitabın əvvəlində müəllif iftixarla bu misralarda alovlu qəlbinin arzu və istəklərini ifadə edir:

İlahi bir sevgi yaşar içimdə,

İlahi bir sevgi daşar içimdə,

İlahi bir sevgi coşar içimdə,

Sədnikəm, bir sevgi dəlisiyəm mən,

Yunis İmrələrin bir iziyəm mən.


Professor Sədnik Paşa Pirsultanlı yazır: “Daş­kəsənin Qasaxyolçular kəndi ulu babamız Pirsul­tanın adını daşıyan Pirsultan dağının aya­ğın­dadır. Eyni zamanda, bizim nəslimizin nəsil-soy adı Pirsultanlılardır. Atamın atası, Türk Paşa, anamın atası Türk Səməddir. Hətta mənim çoxbəndli şeirimin bir parçasında deyilir:
Ağ qayam, Arxaşanı,

Türk Səmədi, Türk Paşanı,

Nənəm-o xalı qoşanı,

Sizdə qoyub gəlmədimmi?


İstər Türkiyədəki ulu babalarımızın yurdu Yıldız elləri, Sivas, Banaz köyü, Pirsultan Ab­da­lın faciəsindən sonra Təbrizin altmış kilo­metrliyində Qasım dağlarının ətəyində bu nəslin bir parçasının saldığı Pirsultan kəndi və mənim doğulduğum kənd füsunkar gözəlliklərə ma­likdir.

Sazın-sözün vurğunu olan bu nəslin adamları həmişə buz bulaqlı, göy çəmənli, bənövşəli-nərgizli təbiətin ağuşunda məskən salmışlar. Bu nəslin şəcərəsi Pirsultan Abdaldan bəri məlumdur.

Nəslin ilk yazarı və fəxri XVI əsrin böyük sənətkarı Pirsultan Abdaldır. Bundan sonra onun qızı Sənəmin nadir şeirləri əldədir. Yüksək dini təhsil görmüş dayım Abdulkərim gözəl təbə malik olmuşdur.

Bütün tarixi əhvalatları sinəsində yaşadan yüz otuz il ömür sürmüş Leyli nənəm olmuşdur. Leyli nənəm bir misra da şeir yazmayıb, lakin onun sinəsi folklor xəzinəsi idi. Mənim ilk müəlimimdir.3

İstedadlı alim-şair, folklorşünas, tədqiqatçı, publisist Sədnik müəllim yazır ki, mən Leyli nənəmin ulu babamız Pirsultan Abdaldan dediyi şeirlər iliyimə və qanıma hopmuş, mənə ilham vermişdir:

Sivas ellərində zilim çalındı,

Camlıbellər bölüm-bölüm bölündü,

Mən dostdan ayrıldım bağrım dəlindi,

Katib əhvalımı şaha böylə yaz!
“Bu şeir körpəliyimdə Leyli nənəmin dilin­dən eşitdiyim birinci şeir olmuş, mənim ilha­mı­mı qüvvətləndirmişdir” deyən Sədnik müəllimin dayısı, bu nəslin istedadlı, xeyirxah, qayğıkeş oğlu, görkəmli din xadimi Abdulkərim 1931-ci ildə güllələnməyə aparılarkən alovlu qəlbinin sirlərini bu misralarla cilalamışdır:
Dəyməsin sinəmə düşmən gülləsi,

Aparın Sivasda asdırın məni.

Yıldız ellərində, Banaz köyündə,

Aparın o yerdə basdırın məni.


Sədnik müəllim uşaqlıq illərində Qazaxyol­çuların Əyri çayının daşmasını, sellərin ağacları aparmasını görür və qəlbinin poetik kəlamını bu beytdə bildirir:
Qazaxyolcuların əyrim-üyrüm çayı,

Aşdı-daşdı, sel gəldi, yaman çaşdı.


Bu vaxt nənəsi Leyli nəvəsi Sədniki gözləyir, onun hərəkətlərini izləyir, məlahətli səsi ilə dediyi şeiri eşidir və əziz nəvəsini bağrına basıb, üzündən öpüb deyir: “Allah səni mənə oğlum Kərimə əvəz göndərib. Oğlum Kərim “Quran” a baxıb hey deyərdi: “ Sənin bu nəvən gələcəkdə şair və alim olacaqdır”.

Səmərəli əməyi və fəaliyyəti nəticəsində istedadlı şair və görkəmli alim olan, filologiya elmlər doktoru, professor Sədnik Paşa bu hadi­sə­ləri şərh edərək yazır: “Tale məni nənəmin isti qucağından ayırdı. Qardaşına görə məni də gül­lələyəcəklər deyib, atam anamı məhkəməyə çək­di. Güclə xatırlayıram, anamın qucağında idim. Anam ağladıqca, onun göz yaşları dodaq­larımın üstünə düşürdü. Həmin vəziyyəti şeirlərimdə sonralar xatırlamışam:

Nə biləsən sən ananı əməndə,

Mən anamın göz yaşını içmişəm”.


Əməksevərliyi, çalışqanlığı, səmərəli müta­liəsi, Azərbaycan şifahi və klassik ədəbiyyatını çox həvəslə öyrənməsi Sədnik Paşayevi filolo­giya elmləri doktoru, professor Səd­nik Paşa Pirsultanlı səviyyəsinə yüksəltdi, əməkdar müəl­lim, əməkdar mədəniyyət işcisi, mahir pedaqoq, istedadlı şair səviyyəsinə yük­səltdi, ona ümumxalq məhəbbəti qazandırdı.

Professor Sədnik Paşa Pirsultanlı Qazaxıstan, Orta Asiya, Rusiya, Almaniya, Türkiyə, İran və başqa ölkələrə elmi səfərlər etmiş, zəngin folklor nəğmələri toplamış, görkəmli alimlər, elm və mədəniyyət xadimləri, mahir pedaqoqlar, sinə­dəftər və əməksevər insanlarla görüşmüş, parlaq uğur­lar qazanmış, nəticədə, “Aşıq Bəsti” (1969), “Ya­şayan əfsanələr” (1973), “Yurdumuzun əfsa­nələri” (1976), “Nizami və folklor” (1976), “Ya­nardağ əfsanələri” (1978), “Azərbaycan xalq əfsanələri” (1985), “Xalqın söz mirvariləri” (1999), “Gəncəbasar lətifələri” (2005), “Azər­bay­­can türklərinin xalq əfsanələri” (2009), “Azərbaycan yazarlar aləmində əfsanə inciləri” (2010) və s. kitablar nəşr etdirib oxuculara ərma­ğan vermiş, görkəmli və əməksevər folk­lorşünas kimi tanınmış dərin hörmət, məhəbbət, sevgi qazanmışdır.

Görkəmli şair Sədnik Paşa Pirsultanlının “Öz səsim”, “Pirsultan bulağı”, “İnciçiçəyim”, “İlahi bir səs”, “Yuxular olmasaydı”, “Bir içim nəğ­mə”, “Bir çiçək də Vətəndir”, “Yıldızdağdan əsən külək” adlı şeirlər kitabları çap olunmuş, onu istedadlı şair kimi tanıtmış, ona hörmət qa­zan­dırmışdır.

Professor Sədnik Paşa Pirsultanlı şair kimi fəaliyyətə başlamasının, saza, sözə, şeirə, sənətə dərin məhəbbət bəsləməsinin, xüsusilə şair kimi fəaliyyət göstərməsinin səbəblərini çox inandırıcı və təsirli xatırlayıb şərhini verir.

Professor Sədnik Paşa Pirsultanlı yazır:”Mən gəncliyimdə şeirə nikbin ruhla gəlmişəm. Ən gö­zəl şeirləri Vətənə, onun dağlarına və Səfurə xanı­mın məhəbbətinə həsr etmişəm. Lakin Sə­furə xanımın öz dün­yasını vaxtsız dəyişməsi şeir­lərimin başının üstünə qəm buludu gətir­mişdir.

Körpəlikdə valideyn nəvazişi görməməyim, Səfurə xanımın ölümü, ulu babam Pirsultan Ab­dalın faciəli həyatı istəsəm də, istəməsəm də şeirlərimdən bir sızıltı kimi gəlib keçmişdir. Şeir­lərimin içərisində Kəlbəcərə, Qazaxıstana, Almaniyaya, Türkiyəyə və İrana səfərlərim yeni incilər yaratmağıma səbəb olmuşdur. Hətta bun­lar gələcək tədqiqatçılara yaxından kömək edə­cək və onlara zəngin material verəcək. 4

Professor Sədnik Paşa Pirsultanlı “Bir çiçək də Vətəndir” arzusu ilə fəxr edir, humanist sə­nətkar “Vətəndi” şeirində Vətən sevgisini, mə­həb­bətini poetik dillə cilalayır:
Bir çiçək də Vətəndi,

Bir ləçək də Vətəndi.

Bir budaq də Vətəndi,

Bir yarpaq da Vətəndi.


Ötən bülbül Vətəndi,

Bir topa gül Vətəndi.

Bir yuva da Vətəndi,

Bir koma da Vətəndi.


Qurban olum,

Bir yanı Dərbənd Vətənə.

Qurban olum,

Bir yanı qürbət Vətənə.


Qurban olum,

Təbrizimə, Göyçəmə,

Qəlbim büründü qəmə,

Bir qəmim də Vətəndi,

Ürəyim də Vətəndi.
Şair-alim Sədnik Paşa Pirsultanlı Azərbay­canlı, Azəri türkləri yaşayan Türk dünyası ilə fəxr edir, ilham alır, yazır və nadir sənət inciləri yaradır.

Professor Sədnik Paşa Pirsultanlının poeziya dünyasında Şuşa, Laçın, Ağdam, Kəlbəcər, Qa­ra­qoyunlu dərəsi, Göyçə mahalı, Qarabağ ağrılı-acılı mövzuya çevrilmiş, onun lirik şeirləri dərslikləri bəzəmiş, dillər əzbəri olmuş, oxucu­lara bədii-estetik zövq və Vətənə məhəbbət duyğuları aşılamışdır.

Sədnik müəllimin şeirləri dərin məzmuna, tərbiyəvi mahiyyətə malik olduğuna görə oxu­cunun qəlbini göynədir, ona görə ki, Vətən dərdi, doğma və əziz yurd dərdi çox ağır və kədərlidir. Buna görə də yalnız “Qalıbdı” rədifli qoşmaya diqqət edək:
Ağzımın ləzzətli, dilimin tamı,

Neçə ilim Kəlbəcərdə qalıbdı.

Sən indi dərdinə dava gəzirsən,

Yeddi iqlim Kəlbəcərdə qalıbdı.


Keyti, Mehti dağlar verib boy-boya,

Dəlidağa baxıb gözlərin doya,

Çiçəyində min bir naxış, min boya,

Bir Məndilim Kəlbəcərdə qalıbdı.


Gözüm qalıb baharında, yazında,

Qiyməti var o torpaqda sözün də,

Hey inildər Aşıq Şəmşir sazında,

“Göyçə gülüm” Kəlbəcərdə qalıbdı.


Hanı xoş dövranım, xoş çağım hanı?

Taxta yaylağında yığnağım hanı?

Yox süfrəmdə balım, qaymağım hanı?

Ağır elim Kəlbəcərdə qalıbdı.


Sədnik deyər, bir də üzünü görüm,

Həyat verim, ömür verim,qan verim,

Gərək gedib o dağlarda can verim,

Son mənzilim Kəlbəcərdə qalıbdır.


Sədnik müəllim gənclik illərini poetik dillə xatırlayıb deyir ki, ömrümün mənalı çağları, ağzımın ləzzəti, dilinin tamı, Aşıq Şəmşirin sa­zın­da çaldığı “Göyçə gülüm”, Taxta yayla­ğın­da­kı xoş dövranım, ağır elim Kəlbəcərdə qalıbdır.

Professor Sədnik Paşa böyük arzu, sevinc və inamla deyir ki, mütləq Kəlbəcər yağılardan, nankor, haramxor, ziyankar qonşulardan azad ola­caq, yenə də bizim xoşmənalı, sazlı-sözlü əziz Kəlbəcərimiz olacaqdır. Ona görə ki, Pre­zidentimiz, Ali Baş Komandan İlham Əliyev de­yir ki, mütləq müqəddəs torpaqlarımız azad ediləcək, xalqımız öz ana torpaqlarında xoşbəxt yaşayacaqdır.

Professor Sədnik Paşa Pirsultanlı gənclik illərində Daşkəsən, Kəlbəcər, Goranboy rayon­larında qəzet redaktoru işləmiş, artıq qırx ildir ki, Gəncə Dövlət Universitetində gənc nəslin təlim-tərbiyəsi ilə səmərəli məşğul olur.

Maraqlıdır ki, Professor Sədnik Paşa pe­daqoji fəaliyyəti ilə kifayətlənmir, bəzən də çox məsuliyyətli folklorşünas və istedadlı şair kimi çalışır, parlaq uğurlar qazanır. Onun “Əməkdar müəllim” adına layiq görülməsi və “Tərəqqi” medalı ilə təltif olunması fikri bunu təsdiqləyir.

Professor Sədnik Paşa Pirsultanlı zəngin mənə­viyyatlı, tələbkar və qayğıkeş ailə başçı­sıdır. Sədnik müəllim üç ali təhsilli oğulun, üç ali təhsilli qızın atasıdır. Onun on iki nəvəsi vardır. Sədnik müəllim bunları özünün yaşıl pöhrələri, Pirsultan nəsil soyunun davam­çıları adlandırır, onlarla fəxr edir.

Professor Sədnik Paşa Pirsultanlı sədaqətli, incə, səmimi, xeyirxah və əziz ömür-gün yol­daşı, fitri istedadlı Səfura xanım Pirsultanlıya həsr etdiyi “Vermərəm” rədifli qoşmasında de­yir:


Biləsən ki, ürəyimi, eşqimi,

Sənə verrəm, özgəsinə vermərəm.

Bağlardan, dağlardan bənövşə dərrəm,

Sənə verrəm, özgəsinə vermərəm.


Ulduzlardan boyunbağı istərəm,

Göndərməsə, Almas dağı istərəm,

İlahidən gülşən bağı istərəm,

Sənə verrəm, özgəsinə vermərəm.


Səhər-səhər bulaqların gözünü,

Kəkliklərin nəğməsini, sözünü.

Müxtəsəri, bu Sədnikin özünü,

Sənə verrəm, özgəsinə vermərəm.


Professor Sədnik Paşa Pirsultanlı nikbin, əmək­­­sevər, vətənpərvər və çox qayğıkeş in­san­dır, gözəl tarixi şəxsiyyət, mahir pedaqoqdur. Buna görə də mənalı həyatı, xoşbəxtliyi, övlad­ları, nəvələri, qohum-qardaşları, dostları, yoldaş­ları, Azərbaycan və Azərbaycanın vətəndaşları ilə fəxr edir, onlara azad və xoşbəxt həyat arzulayır.

Professor Sədnik Paşa Pirsultanlının poe­ziyasında elmi-nəzəri ideyasının tərənnümü çox canlı və təsirli verilmiş, oxuculara əxlaqi keyfiy­yətlər aşılamışdır.



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin