AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ GƏNCƏ DÖVLƏt universiteti


VI fəsil Professor Sədnik Paşa Pirsultanlının bayatı və “Çeşmə”



Yüklə 2,86 Mb.
səhifə10/16
tarix31.01.2017
ölçüsü2,86 Mb.
#7268
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

VI fəsil
Professor Sədnik Paşa Pirsultanlının bayatı və “Çeşmə”

folklor teatrı ilə bağlı fəaliyyəti
Azərbaycan şifahi xalq ədəbiyyatında lirik növün geniş yayılmış janrlarından biri də bayatı­lardır. Bayatılar Azərbaycan folklorunun çox qədim növlərindən biridir.

Bayatılar musiqi ilə bağlı olduğuna görə geniş yayılmış, toylarda və analar beşik başında layla çalanda bayatılardan istifadə olunur.

Azərbaycan ədəbiyyatının XVIII əsrdə yaşa­mış və zəngin ədəbi irs yaratmış nümayən­dələri Molla Vəli Vidadi ilə Molla Pənah Vaqif deyiş­mə­sində bayatının adını çəkir və deyir:
Küllü Qarabağın abi həyatı,

Nəzmi-nazik bayatıdır, bayatı.


Bayatı yeddi hecalı, birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası sərbəst olan şeirdir.

Professor Vaqif Vəliyev “Azərbaycan şifahi xalq ədəbiyyatı” dərsliyində yazır ki, “bayatı” sözü vaxtilə Azərbaycanda olan Boyat qəbilə­si­nin adı ilə əlaqədardır. Bu qəbilə şeirə, musiqiyə daha çox meyl göstərmişdir. Boyat qəbiləsinin yaratdığı şeir formasından biri də qəbilənin adını daşıyan bayatıdır.

Ədəbiyyatşünas Salman Mümtaz yazır ki, Boyat Oğuz xanın nəvəsi, Gün xanın ikinci oğlu imiş. Ağıllı, fərasətli, varlı olduğuna görə onu “Bəyat” adlandırmışlar. Adın mənası “adlı-sanlı və məşhur” deməkdir. Bəyatıların yaratdığı ədə­biyyata “boyat” adı verilmişdir.

Görkəmli sənətkar Sarı Aşıq bayatı ustasıdır. Məlumdur ki, “Mən aşıq” sözü ilə başlayan ba­ya­tılar məşhur bayatı ustası Sarı Aşığın adı ilə bağlıdır.

Mən aşıq ahu zarda,

Canım dərddə, azarda.

O gündən ki, qul oldum,

Satırlar hey bazarda.


Mən aşiqəm incə belə,

Ay belə, incə belə.

Qulpun sınsın ay səhəng,

Minibsən incə belə.


XVII əsrdə yaşamış Sarı Aşıq Yaxşı adlı bir qızı sevirmiş, şeirlərinin çoxunu Yaxşının eşqi ilə yazmış və onun adı ilə oxumuşdur. Ancaq Sarı Aşıq kasıb olduğuna görə sevgilisi Yaxşını Ya­man adlı varlı bir oğlana verirlər. Ailənin razılığını eşidən Yaxşı bayıra çıxıb bu bayatını deyir:

Aşıq, aşın bişdi, gəl,

Bişib yerə düşdü, gəl!

Yaxşı günün yoldaşı,

Yaman günə düşdü gəl!
Sarı Aşıq sevgilisi Yaxşının səsini eşidib gəlir. Ancaq sevgisinə sadiq qalan Yaxşını zorla Yamana verdiklərinə görə onun qəlbi yatır. Yaxşının ölümündən sonra gələn Sarı Aşığın qəlbi sarsılır, sevgilisinin həsrətinə dözmür, son nəfəsində vəsiyyət edir:
Eləmi tərsinə qoy,

Tər təni tərsinə qoy.

Yaxşını qibləsinə,

Aşığı tərsinə qoy.


Sarı Aşığı böyük hörmətlə Laçın rayonunun Güləburt kəndinin yaxınlığındakı qəbiristanlıqda dəfn edirlər.

Ancaq bayatıda vəsiyyət etdiyi kimi Sarı Aşığın üzünü qibləyə deyil, Həkəri çayının sahilində, təpənin üstündə dəfn olunan Yaxşının qəbrinə sarı dəfn edilmişdir. Sarı Aşığın başdaşı üstündə yalnız saz şəkli çəkilmişdir.

Sarı Aşığın şeirlərinə əsaslanaraq tədqiqat­çılar onun Qaramanlı olmasını təsdiq­ləyirlər:
Aşıq Qaramanlıdı,

Xalın qara manlıdı.

Yaxşının tənəsindən,

Genə qar amanlıdır.


“XIX əsrin təzkirəçilərindən Qaradağı yazır ki, Sarı Aşıq Qaradağ mahalındandır. Çox qədim vaxtlarda gəlib Qarabağın Zəngəzur mahalında yaşamış, orada da vəfat etmişdir. Qəbri isə Həkə­ri çayının sahilində Güləbürt kəndinin yaxın­lığındadır”.12

Sarı Aşıq haqqında Əhliman Axundov 1966-cı ildə çap etdirdiyi “Sarı Aşıq” kitabında ətraflı məlumat vermişdir. Sarı Aşıq deyir:


Mən aşığam yüz qandı,

Əlli qandı, yüz qandı.

Kəbə yıxmaq bir evdir,

Könül yıxmaq yüz qandı.


Azərbaycan şifahi söz sənəti tarixində Lələ bayatı ustası kimi tanınır, onun adı Sarı Aşıqla birgə yad edilir. Professor Mirəli Seyidov yazır ki, “Baba, Lələ adları ilə başlayan bayatılar eyni adlı, yaxud təxəllüslü müəlliflərin əsəridir”.

Professor Sədnik Paşa Pirsultanlı “Lələnin məzarı və özü” və “Yaxşı-Yaman” dastanı ilə bağlı maraqlı məqalələr yazmış, Lələnin ustad aşıq olduğunu, Füzuli rayonunda Əhmədallar kəndi yaxınlığındakı “Arqalı qəbiristanlığı”nda dəfn edildiyini və kənd ağsaqqallarının onun bayatı­larından nümunələr söylədiyini xəbər vermişdir.

Folklorşünas Sədnik Paşa Pirsultanlının bu elmi məlumatını tədqiqatçılar yüksək qiymət­lən­dirmiş, çox gözəl elmi-nəzəri axtarışın nəticəsi hesab etmişlər.

Professor Sədnik Paşa yazır ki, qəriblik, həsrət, nigarançılıq, iztirab, zəngin təbiət gözəl­liyi, zəmanənin tələbindən doğan zülm, təzyiq və bu kimi onlarca həyat, cəmiyyət hadi­sə­ləri Lələ bayatılarına geniş mövzu olmuş, yüksək poeziya dili ilə ifadəsini tapmışdır.

Tədqiqatçı haqlı olaraq göstərir ki, Lələyə olan sonsuz məhəbbət onu “Əsli-Kərəm” dasta­nına gətirib çıxarmış, xalq Lələni romanın aparıcı obrazlarından birinə çevirmişdir. Buna görə də “Əsli-Kərəm” dastanını Lələsiz təsəvvür etmək çətindir.

Ona görə ki, Lələ əksər türkdilli xalqlar içərisində geniş yayılmış, “Əsli-Kərəm” dastan­larının ancaq Azərbaycan variantına məxsus bir obrazdır.

Xalq içərisində bugünədək dolaşan “Lələ köçüb, yurd ağlayır”, “Lələ köçüb, yurdu qalıb” və s. bu kimi məsələlər Lələnin ağır həyat keçirdiyini göstərir.

Lələ ilə bağlı folklor nümunələri onun tarixi şəxsiyyət, müəllim, ustad, tərbiyəçi, məsləhətçi, el ağsaqqalı olduğunu təsdiqləyir. Müasir döv­rümüzdəki bayatılar təsdiq edir ki, Lələ Azər­baycan şifahi xalq poeziyası tarixində görkəmli sənətkardır.

Məhz buna görə də Lələ haqqında tədqiqatçılar maraqlı axtarışlar aparır, onun bədii irsini toplamağa çalışır, çap etdirib oxuculara ərməğan vermək istəyirlər.

Bu problemin həl­lində professor Sədnik Paşa Pirsultanlı çox məsuliyyətlə çalışmış və çalışır ki, parlaq uğurlar qazansın, Lələnin bədii irsini toplayıb dərc etdir­sin. Sədnik müəllim bu müqəddəs arzusunu yerinə yetirir.

Məlumdur ki, el-oba arasında qışın ləzzətini ocağın közündə və nənənin sözündə cilalayır, onunla fəxr edirlər. Qoca nənə dörd misralıq bir bayatıda dünyalıq kədər ifadə edir və arzusunu, istəyini, həm də ağır həyatını poetik dillə verib deyir:

Əzizim öz günümə,

Ağlaram öz günümə.

Fələk əlimə düşsə,

Salaram öz günümə.
Nənənin dilindən deyilən bu bayatı insanın qəlbini sarsıdır, nənəyə məhəbbət bəsləyir.

Bu kimi bayatılar nənələrin alovlu qəlbinin kədər cehizidir.

Professor Vaqif Vəliyevlə pro­fes­sor Sədnik Paşa Pirsultanlının toplayıb 1985-ci ildə nəşr edib oxuculara hədiyyə verdikləri “Bayatılar” xalqın poetik dühasını, sənət möcü­zə­sini əks etdirən poetik çələngdir.

Bayatılar ideya-məzmun xüsusiyyətlərinə, ictimai, bədii, estetik ideyasına və həyat gerçək­liyinə görə nadir sənət inciləridir.

Bu bayatılarda sadəlik, dərinlik, əxlaqi və bədii keyfiyyətlər aşılanmasını tədqiqatçılar kita­bın girişində çox gözəl təhlil edir, ümumiləşdirib yekunlaşdırırlar.

Azərbaycan bayatılarını yaşadan, nəsildən-nəslə keçirən, xalqın poeziya sərvətlərini yaddaş­larına hopduran ağbirçəklər bayatıların müəllif­ləridir.

Onlar bu qiymətli töhfənin zəngin tərbiyə mənbəyi olduğunu bilir və balalara laylalarda öyrədir, onların qəlbini pərvazlan­dı­rırlar.

Məhz professor Sədnik Paşa Pirsultanlı bu zəngin sərvəti toplayır və nəşr etdirib məktəb­lərə, mək­təb­lilərə ərməğan verir, buna görə də xalqın hörmətini qazanır və sevilir.

Professor Sədnik Paşa Pirsultanlının fəaliy­yətində “Çeşmə” folklor teatrının yaradıcısı ol­ma­­sı, onu inkişaf etdirməsi vətənə, xalqa, ədəbiyyata və incəsənətə şərəfli xidməti, huma­nist, vətənpərvər və mahir pedaqoq olması ilə bağlıdır.

Teatrın yaradıcısı və bədii rəhbəri profes­sor Sədnik Paşa teatra repertuar seçmək üçün səmə­rəli axtarış aparır və uğurlar qazanır. Dağıstan, Türkmənistan və Gürcüstanın rayon­larından mu­si­qi folkloru nümunələri toplayır.

Teatrın iştirakçıları oxuyan “Çeşmə” şeiri çox maraqlı, məzmunlu, tərbiyəvi mahiyyətlidir:
“Çeşmə” gəlir, “Çeşmə” gəlir,

Ayaq saxla, keçmə, gəlir,

“Çeşmə” hara çeşməsidir?

Çeşmələrin çeşməsidir.

Ruhu inci çeşməsidir,

“Çeşmə” Gəncə “Çeşməsi” dir.


Bu ansamblın tərkibi əsasən qızlardan iba­rət­dir. Bu teatr müxtəlif rəhbər təşkilatların fəxri fərmanlarına və mükafatlarına layiq gö­rülmüş­, onun tərtibçisi mükafatlandırılmışdır.

“Çeşmə” teatrının əsas prinsipi mənəvi sər­vətləri xalqa çatdırmaq, müasir və gələcək nəslə ötürməkdən ibarətdir.

Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının bu teatrla bağlı fəaliyyəti çox ma­­­raqlı və əhəmiyyətli olmuşdur. Ona görə ki, indiyə kimi tarixlərin şahidi olan, dahi sə­nətkarlar yetişdirən Gəncə şəhərində indiyə kimi belə teatr yaradılmamışdır.

Professor Sədnik Paşa Pirsultanlının aşıq yaradıcılığını tədqiq etməsi və folklor nümunə­lərini toplaması gözəl nəticə vermiş və verir.

Professor Sədnik Paşa Pirsultanlı yazır ki, qədim şeir-sənət ocağı Nizami yurdunda Ozan-aşıq muzeyinin yaradılması məni çoxdan düşün­dürürdü. Muzeyi təşkil etdik, bizə otaq verdilər. Muzey yüzlərlə tamaşaçının sevincinə və fərə­hinə səbəb oldu.

Gəncədə təşkil olunan “Azərbaycan ozan-aşıq muzeyi” hamını sevindirir, tamaşaçılara və iştirakçılara çox gözəl təsir bağışlayır.

Azərbaycan xalqının folklor incilərini səmərəli toplayan, araşdıran, tədqiq edən, şair, publisist, mahir pedaqoq kimi sevilən və hörmət qazanan filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının bu şərəfli fəaliyyəti­nin əsasını onun elmi-nəzəri ideyası təşkil edir. Ona görə ki, onun elmi-nəzəri ideyası mütərəqqi ideyadır, vətənə və xalqa səmərəli xidmət edən, gənc nəslə əxlaqi keyfiyyətlər aşılayan zəngin ideyadır.

“Elm və sənət adamları Sədnik Paşa Pirsul­tanlı haqqında” adlı kitab Gəncədə 2011-ci ildə nəşr olunmuşdur. Bu kitabın I cildi 2003-cü ildə nəşr olunmuşdur.

Kitabdakı materiallar haqqında rəyini yazmış professor Sədnik Paşa Pirsultanlı elmi-nəzəri ideyası ilə əlaqədar olaraq kitabdakı mate­rialların qısa şərhini vermiş və ümumi­ləşdirib rəyini bildirmişəm:

Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının 80 illiyi (1929-2009) münasi­bətilə yalnız Azərbaycan Respublikasın­dan deyil, ümumiyyətlə, başqa ölkələrdən gələn təbrik məktublarını da bu cilddə toplayıb vermişlər.

Folklorşünas alimin əsərləri və şəxsiyyəti ilə əlaqədar yazılmış yazılar, həm də ona həsr edilmiş şeirlər və onun tərcümeyi-halı bu kitabda toplanmışdır.

Mən bu nəticəyə gəldim ki, həmin təbrik məktublarını eynilə bu yazdığım kitabda oxucu­lara çatdırsam daha əhəmiyyətli və faydalı olar. Bundan sonra həmin yazılara və şeirlərə müna­sibətimi bildirməli oldum. Bu vəzifəni də imka­nım daxilində həll etməyə çalışıb, kitabda həllini verdim.

Folklorşünas alim, filologiya elmləri dok­toru, professor Sədnik Paşa Pirsultanlı sözün həqiqi mənasında vətən sevgili, vətən istəkli sənətkardır.

Buna görə də onun vətənə həsr etdiyi şeirləri oxuculara təqdim etməyi, onların mütaliəsinə ver­məyi, daha doğrusu, həmin şeirləri şərh etməyi lazım bildim.

Mənim yeganə məqsədim, daha doğrusu, arzum və istəyim folklorşünas Sədnik Paşa Pir­sul­tanlının elmi-nəzəri ideyasının şərhini ver­mək­dən, xüsusilə bu müqəddəs ideyanın əsasını oxuculara çatdırmaqdan ibarət olmuşdur.

Əmi­nəm ki, mənim qarşıma qoyduğum vəzifəni həyata keçirdiyimi və icra etdiyimi oxucular düzgün qiymətləndirəcək və mülahi­zələrini, ədəbi-tən­qidi qeydlərini bildirəcəklər.

Görkəmli folklorşünas, qabaqcıl təhsil işçisi, əməkdar müəllim, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının Azərbaycan şifahi xalq ədəbiyyatında lirik növün geniş yayılmış janrlarından biri olan bayatıların tədqi­qində və “Çeşmə” folklor teatrının inkişafında səmərəli fəaliyyəti şərəfli olmuş, ona parlaq uğurlar qazandırmışdır.

Filologiya elmləri doktoru, Professor Sədnik Paşa Pirsultanlının bayatı və “Çeşmə” folklor teatrı ilə fəaliyyəti çox şərəfli olmuş, Vətənə və xalqa səmərəli xidmət etməyin parlaq nümunəsi kimi sevilmişdir.



VII FƏSİL
Professor Sədnik Paşa Pirsultanlının

xarici ölkələrə elmi səfərləri
Professor Sədnik Paşa Pirsultanlının 1990-cı ildən sonra Almaniyaya səfəri başlamış, orada Türk və Azərbaycan kültür dərnəklərində çox­saylı mühazirələr oxumuşdur.

Onun hazırlamış olduğu “Türk dilli xalqların ozan-aşıq sənəti”, “Əski türk soyları və əfsanələri”, “Güney və Quzey Azərbaycanında milli şüurun oyanışı və dinə münasibət məsə­lələri” kimi mühazirələri dinləyicilər tərəfindən sonsuz rəğbətlə və diq­qətlə qarşılanmışdır.

“Türk dilli xalqlarda oxşar oyun havaları və toy ənənləri” mövzusunda silsilə mülahizələri də böyük marağa səbəb olmuş, ona parlaq uğurlar qazandırmışdır.

Professor Sədnik Paşa Almaniyanı gəzib-dolanaraq, Frank­furt, Dördmunt, Fulta, Köln və başqa şəhərlərdə türkdilli xalqlarla görüşmüş, onların qarşısında maraqlı mülahizələrlə çıxış etməklə yanaşı, adət-ənənələri ilə də köklü bir şəkildə maraqlanmışdır.

Professor Sədnik Paşa Pirsultanlı Frankfurt şəhərində “Yunis İmrəyə sevgi ili” devizi altında türk aşıqlarının yarışında iştirak etmiş, bu yarışdakı məruzəsi böyük rəğbətlə qarşılanmış, onun fəaliyyəti təqdir edilmişdir.

Bu yarışa Ərzurum, İstambul, Qars, Ana­do­lu və Türkiyənin başqa-başqa bölgələ­rin­dən məşhur aşıqlar gəlmişdi. Professor Sədnik müəl­lim münsiflər heyətinin tərkibinə seçil­mişdir.

Professor Sədnik Paşa Pirsultanlı burada məşhur aşıq Reyhani ilə görüşmüş və onlarla səmimi dost olmuşdur. Onun Azərbaycandan Avropaya dəvət olunduğunu Türkiyədə çıxan “Zaman” və “Tür­kiyə” qəzetləri dönə-dönə elan etmiş və qiymətləndirmişlər.

Almaniya səfəri geniş işıqlandırıldığına görə Sədnik Paşa hələ özü Türkiyəyə getməmiş artıq orada məşhurlaşmışdır. Məhz buna görə də Almaniya səfərindən geri dönən kimi Azər­bay­can nümayəndə heyətinin tərkibində Türkiyəyə yaradıcılıq ezamiyyətinə yollanmışdır.

Azərbaycan nümayəndə heyətinin tərki­bində Samsun Universiteti, Nevşəhrdə, Hacı Vəli Bəktaşi törəninə dəvət olunan Sədnik Paşa orada “Hacı Vəli Bəktaşi və ozan-aşıq sənəti” mövzu­sunda maraqlı məruzə ilə çəxəş etmişdir.

O, Gülşəhrində dolanmış, Qırşəhrində adı ədəbi aləmdə əfsanələşmiş Yunis İmrənin məza­rı­nı ziyarət etmiş, burada “Sarı çiçək” adlı bir şeir qələmə almış, mətbuatda nəşr etdirmişdir. Sədnik müəllimin bu elmi səfəri çox mənalı keçmişdir.

Professor Sədnik Paşa Pirsultanlının həmin şeirini oxucuların mütaliəsinə veririk:
Mən Qaraman dağlarını dolaşdım,

Bilməm hansı cəmənzarda bitmisən.

Ay Yunus İmrənin sarı çiçəyi,

Necə olub ürəyimdə bitmisən?


Gözəlliyin valeh edir insanı,

İlqara düz, sənin kimi dost hanı?

Ay Yunus İmrənin dini-imanı,

Elə bilmə xəyalımdan getmisən.


Qırşəhrində boz təpənin başında,

Sarı çiçək gördüm məzar daşında.

Sədnik kimi baş əyən çox qarşında,

Yunus İmrəm, xoş vüsala yetmisən.


Professor Sədnik Paşa Sivasın Banaz kö­yü­nə də getmiş, ulu babası Pirsultan Abdalı zi­ya­rət etmiş, məzarın başında keçirilən mərasim zamanı Pirsultan Abdala yazdığı şeirini oxu­muşdur.

Türk dünyasında artıq məhşurlaşmağa başlayan folklorşünas alim ardıcıl olaraq bir neçə il Hacı Vəli Bəktaşi törəninə çağırılmış, Sivra­landa Aşıq Veysəlin yubileyinə dəvət olunmuş, burada “Aşıq Veysəlin yaradıcılığınının özünə­məxsusluğu” mövzusunda məruzə oxumuşdu.

Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının dərin məzmunlu, par­laq ideyalı bu məruzəsi sonsuz bir hərarətlə qarşılanmış, “Aşıq Veysəlin şerlərindəki özünə­məxsusluqlar” adı altında “Aşıq Veysəl” kitabına daxil edilmişdir.1

Ümumiyyətlə, 1990-cı ildən başlayaraq Sədnik Paşa türk mətbuatında geniş yayılmağa başlamış, “Türk dünyası”, “Milli folklor”, “Xalq ozanının səsi”, “Dost, dost” dərgisində, “Yeni düşüncə”, “Gur səs”, “Xocatəpə” qəzetlərində müntəzəm çap olunmuşdur.

Alimin “Türk ipək yolu və ozan-aşıq sənəti” məruzəsi Türkiyədə çox yüksək qiymət­ləndirilmişdir. O, burada ipək yolunda yaranan dastan və şeirlərdən söz açmış, ozanın çalğı aləti qopuzun çağdaş dövründə tuluq, qumuq və noqaylar arasında ağac-komuz, qır­ğızlar arasında dəmir-komuz, bolqar və qaraçaylar arasında qıl­ko­­muz adı ilə yaşadığını, əski durumunu saxladığını şərh etmişdir.

Professor Sədnik Paşa Pirsultanlı “Milli folk­­lor” və “Dost, dost” dərgilərinin redaksiya heyətinin üzvü seçilmiş, dərin hörmət qazan­mışdır.

Sədnik Paşanın türk mətbuatında “Azəri və qazax əfsanələrində bənzərliklər”,2Türk xalqla­rın­da ozan-aşıq sənəti və onun milli xüsusiy­yətləri”,3 “Türk xalqlarında aşıq ənənələrinin bağlılıqları”,4 “Heca vəznli şeir və mənzum atalar sözləri”5, “Hacı Bəktaş Vəli, Bəktaşilik və ozan-aşıq sənətinin əski və çağdaş durumu”6 , “Aşıq Veysəl poeziyasında qeyri-adilik və özü­nə­məx­susluq”7 kimi elmi məqalələri dərc olun-muş, geniş oxucu kütləsinin rəğbətini qazan-mışdır.

Professor Sədnik Paşa Pirsultanlının türk dünyasında geniş tanınması onun yaradıcılığının ədəbi mühitdə tədqiqat obyektinə çevrilməsinə gətirib çıxarmışdır.

Hacettəpə universitetinin türk dili və ədəbiyyatı fakültəsinin dörd nəfər son kurs tələbəsi Professor Sədnik Paşa Pirsultanlının yaradıcılığından diplom işi yazmışdır. İmmixan Emre “XIX əsr Azərbaycan aşıq yaradıcılığı”, Nesrin Alkan “Professor Sədnik Paşayev (Pir­sultanlı) şeirləri”, Rifat Alişiroğlu “Azərbaycan xalq söyləmələri”, Aynur Akarsu “Azərbaycan xalq yaradıcılığının inkişafı” mövzularında diplom işi yazaraq folk­lorşünas Oğuz Ocalın rəhbərliyi altında müvəffəqiyyətlə müdafiə etmişlər.8

Professor Sədnik Paşa Pirsultanlının İran səfəri də bir sıra yaddaqalan xatirələrlə bağlıdır. O, Təbrizdə yüzdən artıq aşığın iştirak etdiyi müsabiqədə münsiflər heyətinə üzv seçilmişdir. Professor Sədnik Paşa Pirsultanlı Tehran və Təbrizdə “Güney və Quzey Azərbaycanında aşıq ifaçılığı məsələləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Onun bu məruzəsi İran ədəbi icti­maiyyəti arasında böyük məhəbbətlə qarşı­lanmışdır.

Ümumiyyətlə, folklorşünas alim Sədnik müəllim Qaza­xıs­tana, Orta Asiyaya, Dağıstana, Türkiyəyə və İrana səfərlərindən heç zaman əliboş qayıtmamışdır. Yeni-yeni ədəbiyyatlar əldə etmiş, yeni-yeni folklor materialları toplayıb gətirmişdir.

Onun İran və Türkiyədən toplayıb gətirdiyi “Yaralı Mahmud”, “Şah İsmayıl”, “Əsli-Kərəm” dastan­larının yeni variantlarını Azərbaycan folk­lo­runa ən gözəl töhfə hesab etmək olar, çünki çox dəyərli mənbələrdir.

Professor Sədnik müəllim səfərləri zamanı Ankara və Təbriz radiosu və televiziyaları ilə çıxışlar etmiş, türk dünyasının folkloru ilə bağlı bir sıra problem doğuran məsələlərə toxun­muş-dur. Onun bu çıxış­ları da dinləyici və tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.

Folklorşünas alim 22 oktyabr 1993-cü ildə Şəkidə keçirilmiş respublika folkloru müşavi­rəsində “Türkiyə və İranda aşıq mühiti” mövzu­sunda geniş məruzə etmişdir. Məruzədə Türkiyə və İran aşıqlarının mühiti, həyatı, yaradıcılıq yolu, zəngin bədii irsi tarixilik və elmilik prinsipləri əsasında təhlil edilmişdir.

Filologiya elmləri doktoru, professor Səd­nik Paşa Pirsultanlının həmin məruzəsinin mətni “Azərbaycan folkloru” adlı elmi məqa­lələr toplusunda çapdan buraxılmışdır.1

Professor Sədnik Paşanın elmi və ictimai fəaliyyət dairəsi olduqca genişdir. Gəncəbasar Aşıqlar Birliyinin və “Çeşmə” folklor ansan­b­lının təşkili də onun adı ilə bağlıdır. Bünöv­rədən ozanın, aşığın meydan açdığı Gəncədə bu qədim sənəti, onun ənənlərini yaratmaqda folklorşünas alimin xid­mət­ləri böyükdür.

Sədnik müəllimin ozan-aşıq sənəti muzeyi Gəncə mədəni həyatında bir əlamətdar hadisə kimi qiymətləndirilməlidir. Bu muzeydə ən nadir eksponatlar saxlanılır.

Şah İsmayıl Xətainin 1515-ci ildə şair Miskin Abdala verdiyi şəhadətnaməsinin surəti, XIX əsrdə yaşayıb, yaratmış türk aşığı Şenliyin həyat yoldaşı ilə birlikdə naməlum rəssam tərə­findən çəkilmiş şəkilləri, ilk aşıqlar qurultayı nümayəndələrinin kütləvi fotoşəkili də muzeyin qiymətli sənədlərindəndir.

Adı dillər əzbəri olan sənətkarlardan Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq Şəmşir, Morullu Tey­mur, Miskin Vəli, Mikayıl Azaflı, Aşıq Başat, Aşıq Əkbər, Aşıq İmran, Bozalqanlı Hüceyn, Almərdanlı Nəcəf, Aşıq Kamandar, Aşıq Əmrah və başqaları üçün xüsusi guşə düzəldilmişdir.

Qadın aşıqlarımıızdan Nabatın, Cəvahirin, Əskinazın,Qəndabın, Narınc Xatunun,Ulduzun, Gülarə Əzaflının, şəkilləri və hər birinin haq­qında ətraflı məlumatlar da muzeyin gözəlliyini daha da artırır və onu zənginləşdirir.

Müxtəlif illərdə el cənətkarlarına verilmiş şəhadətnamələr, fəxri fərmanlar və s. sənədlər də muzeyin bəzəyidir. Onu da bildirmək istərdik ki, bünövrəsi Gəncədə qoyulmuş ozan-aşıq sənəti muzeyi hələlik yalnız Tovuz və Qazax rayon­larında yaradılmışdır.

1981-ci ildə Gəncə Dövlət Universitetinin nəzdində yaradılan “Çeşmə” folklor ansamblının repertuarı hələ ilk gündən geniş tamaşaçı kütlə­si­nin qəlbini ovlaya bilmiş, ətrafına çoxlu pərəs­tişkarlar toplamışdır.

“Çeşmə”də ən çox qədimi, unudulmaqda olan xalq mahnıları, xalq havaları yenidən bərpa edilmiş, yenidən xalqa qaytarılmışdır. “Çeşmə” haqqında mətbuatda, ümumiyyətlə, əksər infor­masiya vasitələrində ürək dolusu söz açılmış, onun fəaliyyəti yüksək qiymətlən­dirilmişdir.

Bütün tamaşalarda aparıcı qız və oğlanın xüsusi bir intonasiya ilə söylədikləri şux misralar tamaşaçıların qəlbini sevindirmiş, onlara yüksək əxlaqi keyfiyyətlər aşılamışdır. Bu baxımdan bir maraqlı nümunə veririk:


“Çeşmə” gəlir,

“Çeşmə”, gəlir,

Ayaq saxla, keçmə, gəlir.

“Çeşmə” hara çeşməsidir,

Çeşmələrin seçməsidir.

Ruhu inci çeşməsidir,

“Çeşmə” Gəncə

“Çeşmə”sidir.


Beləliklə, “Çeşmə” folklor ansamblının fəaliy­yəti dəfələrlə yüksək qiymətləndirilmiş, fəxri fərmanlarla təltif olunmuşdur.

Sədnik müəllimin yaradıcılıq fəaliy­yə­tin­dən müxtəsər də olsa bəhs etdik və onun yara­dıcılıq yoluna həsr olunmuş kitabdan bəhs etdik. Bu kitab məzmunlu və ideyalı olduğuna görə faydalı tədqiqat əsəridir.

Bu kitab professor Sədnik müəllimin yaradıcılıq aləminə ilk səyahətidir. Gələcəkdə bu səyahətin sayı yəqin ki, artırılacaq, tədqiqat­çıların diqqətini özünə cəlb edəcəkdir. Ona görə ki, Sədnik müəllimin yaradıcılığının hələ ətraflı şərh olunmamış problemləri çoxdur və şərh edilməsi vacibdir.

Qədim və zəngin tarixə malik olan Azərbaycan folklorunun yolu milli düşüncənin və milli mənəviyyatın müqəddəsilik yoludur. Bu yolda Hümbət Əlizadə, Hənəfi Zeynallı, Salman Mümtaz və başqa folklorşünasların şərəfli ömür­ləri 1937-ci ildə yarımçıq qalıb, Azərbaycan xalqının ömrünə qovuşubdur.

Bu mütəfəkkirlərin folklora həsr etdikləri şərəfli həyatları, müqəddəs və səmərəli ömürləri əbədi yaşayır və yaşayacaqdır.

Azərbaycan folklorşünaslarının fəaliyyəti­ni filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı şərəflə davam etdirir.

Onun mayası folklorla tutulmuş, şəx­siy­yəti folklorla formalaşmış, alimliyi də folklorun təd­qi­qi ilə təsdiq edilmiş və parlaq uğurlar qa­zan­mışdır.

Seyfəddin Rzasoy 2008-ci ildə Bakıda çap etdirdiyi “Azərbaycan folklorşünaslıq tarixi və Sədnik Paşa Pirsultanlı” adlı əsərində yazır: “Sədnik Paşa Pirsultanlı öz folklor məkanından qopmağı ağlına belə gətirmədi. Zaman-zaman folklor yurdundan uzaq düşəndə bağrının başı göynədi. Boşluğu kimlərisə darıxdıran Daşkəsən dağlarını görmək üçün ürəyi çırpındı, Göygölün sükutunu dinləmək, ruhuna çiləmək üçün vətənə doğru əsən rüzgarlara qoşuldu. O, folklordan ayrı dura bilmədi: dağların, meşələrin insanı sehrə salan sükutunu Bakının səs-küyünə, göz qa­maşdıran işıqla dolu gecələrinə dəyişə bil­mədi... Doğmalarının yaşadığı Bakı onun ruhunda yaşayan folklor doğmalığına üstün gələ bilmədi: o, folklorun həsrətlisi olaraq qaldı... Alim ömrünü Gəncədə yaşadı: insan ömründə sazdan, sözdən bir an belə uzaq düşməmək üçün.... O, sovet epoxasının içindən Sədnik Paşayev kimi keçib, lakin daim öz varlığında Sədnik Paşa ömrünə proyeksiya olunmuş “Pirsultanlı” zaman kodunu da gəzdirib. Zamanı, zamanın içində gizlədib. Zahiri ilə sovet zamanının ritminə kök­lənsə də, batini ilə “Pirsultanlı” kodunun zaman fövqündə olub”1

Görkəmli folklorşünas Oğuz türklərinin mifologiyasına dair orijinal araşdırmalar aparan, professor Paşa Əfəndiyev, professor Hüseyn İsmayılov Ələsgər Əli oğlu haqqında qiymətli təd­qiqat əsərləri yazan Seyfəddin Rzasoy pro­fessor Sədnik Paşayev haqqında qiymətli ömür çələngi yazmışdır.

Professor Sədnik Paşa Pirsultanlı ilk məqaləsini 1955-ci ildə yazmış “Azərbaycan gəncləri” qəzetinin 26 avqust nömrəsində dərc etmişdir. Professor Sədnik Paşayev “Xalq ədə­biyyatı nümunələri nə vaxt nəşr ediləcəkdir?” adlı həmin ilk məqaləsini 2006-cı ildə çap etdirdiyi “Azərbaycan folkloruna dair tədqiqlər” adlı kitabında vermişdir.

Professor Sədnik Paşa Pirsultanlı bu kita­bın­dakı məqalələrini “Əfsanələrin tədqiqi”, “Azərbaycan eposunun tədqiqi”, “Nağıl və təm­sillərin tədqiqi”, “Aşıq yaradıcılığının tədqiqi”, “Heca vəzninin tədqiqi” adlı bölmələrdə topla­mışdır. Ancaq ilk məqaləsini bu bölmələrə daxil etməmiş, kitabın əvvəlində vermişdir.

Professor Sədnik Paşa Pirsultanlı kitaba yazdığı “Əlli bir il yollarda, uluslarda, ellərdə” adlı ön sözünü bu fikirlə bitirir: “Yaşımın yetmiş yeddinci baharını yaşayıram, yaradıcılığım əvvəl olduğu kimi yenə də bulaq kimi qaynayır. Mən ilhamı qədirbilən xalqımdan, bitib-tükənməyən zəngin folklorumuzdan alıram. Əhsən mənim istedadlı xalqıma!”1

Professor həmin ilk məqaləsini iyrimi yeddi yaşında yaşmış, folklorun nəşr edilməsinin vacib olduğunu əsaslandırmışdır.

Alovlu qəlbi vətəninə, xalqına, onun təbii və mənəvi sərvətlərinə vurğulanan Sədnik Paşa həmin məqaləsində yazmışdır: “Şifahi ədəbiyyat öz rəngarəngliyi, zəhmətkeş adamların istək və arzularını tərənnüm etdirməsi etibarilə hər bir xalqın mədəni və ədəbi irsində böyük yer tutur. Nağıllar, dastanlar, qoşmalar, bayatılar, atalar sözləri, zərbi-məsəllər və s. xalq ədəbiyyatının ən zəngin və gözəl nümunələrindəndir.

Bunlarda xalqın qəlb çırpıntıları, ümidləri, maraq və meylləri öz parlaq əksini tapmışdır. Xalqımız bu gün də öz işi və həyatı ilə əlaqədar olan çoxlu mahnılar bəstələyir, qoşmalar qoşur, yeni-yeni bayatılar yaradır. Buna görə də xalq ədə­biy­yatının bu nümunələrini toplayıb nəşr etməyin böyük əhəmiyyəti vardır”2

Professor Sədnik müəllim mənalı ömrünü bu müqəddəs ideyasına həsr etmiş, görkəmli folk­­lorşünas alim, məsuliyyətli publisist, təd­qiqatçı və mahir pedaqoq kimi yazıb yaratmaqla məşğul olmuş və indi də səmərəli məşğul olur.

Professor Sədnik Paşa Pirsultanlı həmişə istirahət etməyi şeir yazmaqda görür, yorulanda lirik şeirlər yazır. O, şeirlərində oxucuları və ümu­miyyətlə insanları sevgiyə çağırır, onları böyük millət sevgisinə çağırmağı poetik dillə təbliğ edirdi.

Professor Sədnik Paşa Pirsultanlının “Ədə­biyyat və incəsənət” qəzetinin 2 sentyabr 1955-ci il tarixli sayında “Aşıq havalarını diqqətlə toplamalı” adlı məqaləsi dərc edilir. Məqalədə Azərbaycan milli mədəniyyətinin əsas meyarı olan saz-söz sənətindən bəhs edilir, onun top­lanması, nəşr edilib təbliğ olunması haqqında həyəcan təbili çalınır.

Professor Sədnik Paşa Pirsultanlı həmin məqaləsində yazır: “Aşıqlıq sənətinə sadə bir iş kimi baxmaq olmaz. Hər saz götürənə aşıq de­mək qəbahətdir. Son zamanlar şəhərlərdə, rayonların yeməkxana­larında və çayxanalarında “aşıqların” əlindən tərpənmək olmur. Həqiqətdə bunlar aşıq deyil, bir-iki yarımçıq hava çalan, bir-iki qatar şeir əzbərləmiş xalturaçılardır”3

Sədnik Paşa həmişə yaradıcılıq fəaliy­yə­tində miskin Abdal, Qurbani, Pirsultan Abdalın ilahi yolunun müqəddəsliyini dərk edir, “Pirsul­tan” adlanan sevgisinə qovuşmağa çalışır, sazın və aşığın, folklorun azad olub inkişaf etməsinə inanır, “Pirsultan” günəşinin parlaq işığını görəcəyinə və səmərəli yaradıcılıq yolunu inkişaf etdirib sənət inciləri, tədqiqat əsərləri yara­da­cağına inanır.

Folklorşünas tədqiqatçı Seyfəddin Rzasoy “Xalq ozanı” dərsliyinin 2007-ci il tarixli birinci sayında “Azərbaycan əfsanə və rəvayətləri professor Sədnik Paşa Pirsultanlının baxışlar sistemində” adlı resenziyasında Sədnik müəlli­min fəaliyyətini yüksək dəyərləndirmişdir.

Sədnik Paşanın yeniyetməliyinin, gəncli­yinin və elmi fəaliyyətinin folklorda keçməsi çox mənalıdır. Sədnik Paşa mahir pedaqoq kimi Gəncə Dövlət Universitetində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olduğu dövrdə də folklor­şünaslıqla ciddi məşgul olmuş və altımışdan artıq kitab çap etdirmişdir.

Onun çap etdirib ali və orta məktəblərə verdiyi “Yaşayan əfsanələr” (1973), “Yurdu­muzun əfsanələri” (1976), “Nizami və folklor” (1976); “Yanardağ əfsanələri” (1978); “Nizami və xalq əfsanələri” (1983); “Azərbaycan əfsanələrinin öyrənilməsi” (1985); “Azərbaycan xalq əfsanələri” (1985); “Azərbaycan mifoloji mətnləri” (1988); “Azərbaycan xalq söyləmələri” (1992), “Əfsanələr, rəvayətlər” (2005), “Azər­bay­can əfsanə və rəvayətlərinin ədəbi abidə­lərimizlə müqayisəli tədqiqi” (2007), “Azərbay­can türklərinin xalq əfsanələri” (2009), “Azərbaycan yazarlar alımində əfsanə inciləri” (2010) bu kitablarda əfsanə və rəvayətlər toplanmışdır.

Azərbaycan folklorşünaslıq elminin nadir alimlərindən biri olan professor Sədnik Paşa Pirsultanlı Azərbaycan və ümumtürk folklorunun bir çox fundamental məsələləri ilə bağlı müs­tə­qil, orjinal və polemik tədqiqat əsərləri yaz­mışdır.

Bu baxımdan onun “Azərbaycan əf­sanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi” (2007) adlı monoqrafiyası çox əhəmiy­yətlidir, həm də səmərəli araşdır­maların nəti­cəsidir.

Beş fəsildən ibarət olan bu monoqrafiyada müəllif yazır: “Azərbaycan folklorunun müstəqil janrlarından sayılan əfsanə və rəvayətlər özü­nəməxsus yaranma, formalaşma və yayılma mərhələləri keşirmişdir. Bu janrlı ideya-məzmun tutumuna görə yüzilliklərə yoldaşlıq etmiş, cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrə biganə qalmamışdır”.

Professor Sədnik Paşa Pirsultanlı Azər­baycan xalq poeziyasının inkişaf tarixini tədqiq edərkən əhəmiyyətli nəzəri nəticələrə gəlmiş, fundamental tezislər göstərmiş və yazmışdır:

“İlk mənzum şeir hesab etdiyimiz atalar sözü daxilində qafiyələnmə sistemi getmiş, rədiflər yaranmış, lakin Azərbaycan milli şeiri dörd qafiyəli olduğundan bunlar mənzum tapmacalar daxilində öz formasını tapmış, hətta tapmacaların daxilində gələcəkdə yaradılacaq şeirlərin, cinasların rüşeymləri, ünsürləri və elementləri yaranmışdır.

Hətta tapmacaların daxilində öz məz­mun və forması ilə seçilən bayatı-tap­macalar, cinas sözlərlə bəzənmiş bayatı-bağlama şeir şəklinin bitkin nümunələri yaranıb meydana çıxmışdır.”1

Professor Sədnik Paşa Pirsultanlı “Azər­baycan xalq poeziyasının inkişafı” problemi ilə bağlı “Heca vəznli şer və mənzum ata sözləri” (2001), “Heca vəznli tapmacaların inkişafı” (2001) və “Heca vəzninin bayatı və qoşma möcüzələri” (2003) adlı tədqiqat əsərlərini yazıb çap etdirmişdir.

Professor Sədnik Paşa Pirsultanlının “Azər­baycan xalq poeziyasının inkişafı” prob­lemi üzrə apardığı araşdırmalar folklor poeziya­sının bazası üzərində təşəkkül tapdığına görə folklor poetikasının xüsusiyyətlərini və qanuna­uyğunluqlarını özündə əks etdirmiş faydalı tədqiqat əsəridir.

Görkəmli tədqiqatçı, folklorşünas-peda­qoq, ustad-alim Sədnik Paşa Pirsultanlı yazır: “Aşığın sazı ilə sözü əkiz doğulmuşdur. Bizə məlum olan aşıq şeirinin bütün formaları: gəraylı, qoşma, divani, təcnis və müxəmməs sazla əlaqəli yaranmış, hər şeir janrı sazın qoluna öz danışan pərdəsini bağlamışdır. Sazın qolunda qoşmanın öz danışan Şah pərdəsi, divaninin və təcnisin də öz müstəqil pərdələri vardır”.1

Professor Sədnik Paşa Pirsultanlı yazır ki, aşıq poeziyasında olduğu kimi, saz havaları da janr və növlərdən yəni kök və budaqlardan asılıdır. O, fikrini daha aydın şərh edərək yazır:

“Aşıq şeirini sazla və saz havaları ilə əla­qəli öyrəndikdə, nəinki təkcə onun şəkli xüsusiy­yətləri, hətta tarixən bu xalq sənətinin hansı ruhda yaşadığı da, şifahi və yazılı poeziyamızla əlaqəsi də, onun əsas mövzuları da aydınlaşır”.2

Professor Sədnik Paşa Pirsultanlı həm məzmun baxımından, həm də kəmiyyət baxı­mından zəngin yaradıcılığa malik tədqiqatçıdır.

Onun səmərəli tədqiqatları Azərbaycan folklor­şünaslığının inkişaf perspektivləri ilə bağlı aktual problemin həllini və öyrənilməsini folk­lor­şünas­lığın əsas və aktual vəzifəsinə çevirir, müasir dövrümüzdə həll olunmasını qarşıya qoyur.

Professor Sədnik Paşa Pirsultanlının yara­dıcılığında türk xalq musiqi alətləri mövzusu əsas yer tutur. Onun yaradıcılığında türk dünya­sının saz, qopuz, tənbur, setar, dütar kimi alətlə­rinin təhlili çox ardıcıl, aydın və ətraflı verilir.

Professor Sədnik Paşa Pirsultanlı göstərir ki, saz folklor dünyasının başlanğıcıdır, mədə­niy­yəti yaradan ana qucağıdır. Sazsız mədəniyyət olmaz, ona görə ki, “Aşığın sazı və sözü ekiz doğulmuşdur.

Bizə məlum olan əsas aşıq şeir formaları... sazla əlaqəli yaranmış, hər aşıq şeiri sazın-qoluna öz danışan pərdəsini bağlamışdır.”3

Folklorşünas alim Sədnik Paşa Pirsultanlı türk xalqıarının folklorunun mükəmməl araşdıran və ətraflı tədqiq edən sənətkardır. O, Azərbaycan folklor dünyasının sərhədlərini keçib türk dünyasının bütün əngəllərini öyrənməyə xüsusi həvəs göstərmiş və məqsədinə nail olmuşdur.

O, tarixi-müqayisəli təhlillərinin birində yazır: “Aşığın üç növ: cürə, tavar və böyük sazı olduğu kimi, ozanın da qopuzu və qolça qopuzu olmuşdur. Qolça qopuz, bizcə, qopuzun xeyli sonra meydana gəlmiş və qismən təkmilləşmiş formasıdır.”4

Folklorşünas tədqiqatçı Sədnik Paşa Pirsul­­tanlı Balakən və Zaqatalada axtarışlar apar­mış, həmin alətlərlə dərindən tanış olmuş və onun elmi təsvirini vermişdir: “Həmin musiqi alə­ti, yəni tambur Balakən rayonunun Qabaqçöl, Zaqatala rayonunun Car, Göyəm və Tala kənd­lərində indi də mövcuddur.... Tambur, əsasən, cökə və çəkil (gər) ağaclarından düzəldilir.

Tamburun əsasən iki simi, yeddi bəndi və iki kökü vardır. “Tək tel” kökü ilə əsasən mah­nılar çalınıb oxunulur, “Cüt tel” kökü ilə isə bəzi oyun havaları çalınır. Tamburun telləri mizrabla, təzənə ilə deyil, barmaqlarla ehtizaza gətirilir”1.

Ümumiyyətlə alimin verdiyi məlumatlar dərin mənalı və çox məzmunludur. Buna görə onun tədqiqat əsərləri oxuculara gözəl əxlaqi keyfiyyətlər aşılayır, bilik verir və müəllifə dərin hörmət qazandırır.

Görkəmli folklorşünas, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələ­rində mahir tədqiqatçı, məsuliyyətli pub­lisist, elmi nəzəri məqalələr müəllifi kimi tanınır və dərin ümumxalq hörmət qazanır.

Professor Sədnik Paşa Pirsultanlı 1992-ci ildə Türkiyənin Ankara şəhərində təşkil olunmuş “Türk-İpək yolu”, Almaniyanın Frankfurt şəhə­rində “Yunis İmrəyə sevgi ili” simpozium­larında fəal iştirak etmiş, məzmunlu məruzələr söylə­mişdir.

Professor Sədnik Paşa Pirsultanlının Türk­iyədə keçirilən “Hacı Bəktaşi”, “Aşıq Vey­səl lirikası” adlı elmi-nəzəri konfranslarda dərin məzmunlu, parlaq ideyalı məruzələri konfransın müxtəlif ölkələrdən gəlmiş professor və akademiklərinə gözəl təsir bağışlamışdır.

Sədnik müəllimin məruzələrini konnfrans iştirakçıları yüksək qiymətləndirmiş, məsələ­lərin mətnləri, elmi əsərlərdə dərc olunmuş, oxuculara ərməğan edilmişdir.

Professor Sədnik Paşa Pirsultanlı sim­po­zium və konfranslarda iştirak etmək, məzurələr söylə­məklə kifayətlənməmişdir. Folklorşünas alim Amerika, Almaniya, Avstriya və Türkiyə dövrü mətbuatında elmi-nəzəri məqalələrini dərc etdirmiş, tədqiqatçı alim kimi tanınmış və həmin ölkələrin mütəxəsusləri tərəfindən yüksək qiy­mət­ləndirilmişdir.

Tədqiqatçı folklorşünas, professor Sədnik Paşa Pirsultanlı Amerikanın Viskonsin Univer­sitetinin alimləri ilə səmimi dost olmuş, elmi əməkdaşlığını möhkəm­ləndirmiş, səmərəli müna­sibət yarat­mışdır.

Mahir pedaqoq şifahi xalq ədəbiyyatına, ümumiyyətlə, folklora aid özünün əsərlərini və görkəmli folklorşünas alimlərin əsərlərini Ameri­kanın Viskonsin Universitetinə hədiyyə vermiş, universitetdə “Folklorşünas alim Sədnik Paşa Pirsultanlı kitabxanası” adlı çox faydalı bir şöbə yaradılmasına nail olmuşdur.

Professor Sədnik Paşa Pirsultanlı Ameri­kanın səfirliyinin vasitəsi ilə həmişə həmin kitab­xanasına kitablar göndərir, kitabxanasını zəngin­ləşdirir.

Məhz buna görə də xarici ölkələrin dövrü mətbuatında, xüsusilə Amerika və Türkiyə mət­bu­­atında onun yaradıcılıq yolu və əmək fəaliy­yəti, kitabxanasına qaygısı haqqında ma­raq­lı məqalələr dərc olunub oxucuların mü­tailəsinə verilir.

Professor Sədnik Paşa Pirsultanlının kitab­xanasında yalnız Azərbaycanın, azəri-türk xalq­la­rının, daha doğrusu, türkdilli xalqların deyil, həm də Misir, Çin, Hind, folkloruna, mifo­logiyasına aid kitablar vardır.

Bu kitablar oxuculara gözəl təsir ba­ğışladığına görə, profes­sor Sədnik Paşayevə yeni kitablar göndərməsi haqqında məktublar yazı­lır,ona müraciət edilir.

Sevindirici haldır ki, folklorşünas tədqiqat­çı Sədnik Paşa Pirsultanlının “Azər­baycan türk­lərinin xalq əfsanələri” (“Azərbaycan Türklərinin Halk efsaneleri”) kitabı 2011-ci ildə, “Azərbay­can əfsanə və rəvayətlərinin müqayisəli tədqiqi” monoqrafiyası 2009-cu ildə, “Ana maral və qızıl beşik” adlı hekayələr toplusu, “Lilpar çeşməsi” adlı şeirlər kitabı türk dilinə tərcümə edilib çap olunmuşdur.

Folklorşünas alim Sədnik Paşa Pirsultan­lının Türkiyədə nəşr olunan “Yeni düşüncə”, “Türk dünyası”, “Xalq ozanının səsi”, “Türk folkloru”, “Hacı təpə”, “Gur səs” adlı qəzet və jurnallarda şeirlərini dərc etdirib oxucuların mü­tailəsinə hədiyyə verməsi çox səmərəli və sevindirici haldır.

Professor Sədnik Paşa Pirsultanlı Madison Universitetinin pedaqoji kollektivi, professorları ilə çox səmimi münasibət yaratmış, onun haq­qında universitetin “Elmi əsərlər”ində maraqlı məqalələr dərc edilmiş, onun əfsanələr toplaması və əfsanələr haqqında tədqiqat əsərləri yazması yüksək dəyərləndirilmişdir.

Professor Sədnik Paşanın Azərbaycan qolları haqqında çap etdirdiyi əfsanələr ingilis di-linə tərcümə edilmiş bə kitab şəklində çap olunmuşdur.

Maraqlı və sevindirici haldır ki, professor Sədnik Paşa Pirsultanlının “Koroğlu” eposu” və “Xalq əfsanələri” adlı məqalələri Amerikada dərc olunmuşdur. Həmin məqalələr 2008-ci ildə ingilis dilinə tərcümə olunmuş və Frankfurt Universitetində dərsliyə salınmış, proqram əsa­sında tədris olunmasına icazə verilmişdir.

Professor Sədnik Paşa Pirsultanlının Azər­bay­­can xalq əfsanələri haqqında elmi və azərbaycan qollarının əfsanələri, həm də qol­larının şəkilləri “Azərbaycan international” jur­nal­larında dərc olunmuş, oxucuların mütailəsinə verilmişdir.

Həmin jurnalda dərc olunan tədqiqat əsə­rin­də qalalardan “Qəbələ” qalasının, “Beş barmaq” dağının, Bakıdakı “Ramana” qalasının, Dərbənd qalasının və “Qanlı göl” əfsanəsi öz əksini tapmışdır. Dövrü mətbuatda bu tədqiqat mahiyyətli əsər yüksək dəyərləndirilmişdir.

Professor Sədnik Paşa Pirsultanlının Almaniyanın Berlin şəhərində Nuridə Atəşinin direktoru olduğu Nizami Gəncəvi adına mədə­niyyət İnstitutunun “Elmi xəbərlər”ində ingilis dilində dərc olunan “Azərbaycan əfsanələrində Nizami motivləri” adlı məqaləsi maraqlı tədqiqat əsəridir.

Professor Sədnik Paşa Pirsultanlı Nizami Gəncəvinin zəngin bədii irsində, xüsusilə, “Xəm­sə”sinə daxil olan “Sirlər xəzinəsi”, “Xosov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İs­gən­dərnamə” poemalarında şifahi xalq ədəbiyya­tından, əfsanələrdən bəhrələnməsi yolalrını diqqətlə araşdırır, tədqiq edir və ümumiləşdirir.

Tədqiqatçı alimin verdiyi izahatlar çox məzmunlu və əhatəlidir. Ona görə ki, Nizaminin əsərlərində onun tərcümeyi halı, şəxsiyyəti, zəma­nəyə münasibəti, əxlaqı, dolanışığı, bədii yaradı­cılığa baxışı, övladı və qohumları haqqında fikirləri çoxdur.

Misilsiz sənəti, çoxcəhətli sağlam, huma­nist fikirləri ilə Yaxın və Orta Şərq poeziyasının ən yüksək nümunələrini yaradan Nizami öz sənətinin ölməzliyinə inanmış, həqiqi intibah şairi kimi, şeirə yeni istiqamət verdiyini qürurla, iftixarla qeyd etmişdir.

Nizami Gəncəvinin poemalarında həssas, nəcib, gözütox, dərin düşüncəli, parlaq əqidəli, cavanlığından özünü müdrik bir qoca kimi apa­ran, nurani, müqəddəs bir insanın heykəli ucalır.

Nizami Gəncəvinin hər bir beyti səkkiz yüz ildən çoxdur ki, oxuculara cavab verir, Niza­minin burada olduğunu onlara bildirir, Nizami Gəncəvi buradadır deyir.

Nizami Gəncəvinin ən düzgün və zəngin tərcümeyi-halı onun yaşadığı əsərlərdədir. Bu əsərlərdə şairin mənalı ömür yolu, yaradıcılığı, fəaliyyəti ətraflı bədii ifadəsini tapır.

Xalqın yazılmış tarixi olan dastan tarixə yoldaşlıq edir, folklorun epik-lirik növünə daxil olub xalqın qəlbində onun canlı tarixini yaşadır.

Dastanların tarixi əhəmiyyəti dahi Nizami Gəncəvinin və görkəmli bəstəkar Üzeyir Hacı­bəylinin zəngin ədəbi irsində ətraflı bədii ifa-dəsini tapmışdır.

Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında dastan ənənələri ətraflı ifadəsini tapmışdır. Bu poemada Nizami Gəncəvi Bərdədə eşitdiyi aşıq vücudnaməsinin bədii tərənnümünü cilalamışdır.

“Xosrov və Şirin” poemasında qəhrəmanın on yaşından yüz yaşına qədər keçirdiyi fizioloji, psixoloji hallar etap-etap göstərilir, təsirli bədii ifadəsini tapır.

Professor Sədnik Paşa buna görə də “Xosrov və Şirin”i “dastan-poema” adlandırır. Nizami Gəncəvi bu poemada “Yanıq Kərəmi” havasının ilkin nümunəsi olan “Novruz” saz havasından və muğam havalarından bəhs edir.

Nizami Gəncəvi “Leyli və Məcnun” poemasında xalq əfsanələrindəki “Qanlı göl” və “Pərvanə” əfsanələrindən də bəhrələnmişdir. Dahi sənətkar bu poemasında qədim zamanlarda yaşayan ozanlar və aşıqların ədəbi irsindən də istifadə etmişdir.

Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyli yazılı mənbələrlə yanaşı, xalq dastan­larından da yaradıcı şəkildə istifadə etmişdir. “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Koroğlu” dastanlarından bəhrələnən Üzeyir Hacıbəyli qüdrətli sənət əsərləri yaratmış, dünya şöhrəti qazanmışdır.

Azərbaycanın dahi sənətkarları Nizami Gəncəvi və Üzeyir Hacıbəyli Azərbaycan das­tanlarından istifadə etməklə bu dastanların qüd­rə­tini, tarixi əhəmiyyətini və əzəmətini nümayiş etdirmişlər.

Böyük rus tənqidçisi V.Q. Belinski yazır: “Tarix həmişə hər xalqda olmuşdur. Tarixsiz xalq yoxdur və bu tarix bir xalqın yaradıcılığında əfsanə şəklində, başqasında nağıl, üçüncüsündə poema, dördüncüsündə isə xronika şəklində olmuşdur”1

Qafqaz folklorşünası, böyük həc­minə, mürəkkəb quruluşuna, janrların müxtəlifliyinə görə başqa folklor nümunələrindən fərqlənir”

Bu fikirlərdən aydın olur ki, dastan xalq yaradıcılığı örnəklərini özündə cəmləşdirən və yaşadan epik-lirik əsərdir. Məclislərdə söylənən dastanlar xalqın dərsliyi şer və musiqi rolunu oynayır.

Professor Sədnik Paşa Pirsultanlının “Ozan-aşıq sənətinin nəzəri məsələləri” adlı monoqrafiyasında yüzdən artıq saz havası ya­zıya alınmış, haqqında bəhs edilmişdir. Folk­lorşünas müəllif qeyd edir ki, hər bir dastanda ifa zamanı on saz havasından istifadə edilir. Ancaq müəllif yazır ki, “Əsli və Kərəm” dastanı ilə on iki, “Koroğlu” dastanı ilə on dörd saz havası bağlıdır.

Görkəmli bəstəkar Üzeyir Hacıbəyli bu ilham mənəbyi olan dastanlardan bəhrələnmiş, qiymətli sənət inciləri yaratmış və ümumxalq məhəbbəti qazanıb məhşurlaşmışdır.

Professor Sədnik Paşa Pirsultanlı tədqi­qatlarında Nizami Gəncəvinin və Üzeyir Hacı­bəylinin xalq yaradıcılığından, xüsusilə dastan­lardan səmərəli və yaradıcı şəkildə istifadə etdik­lərini tarixi mənbələr əsasında ətraflı vurğulayır.

Azərbaycan xalqının aşıq sənəti, telli saz və onun nümayəndələri dövrün zülmkarlığına həmişə cavab vermişdir. Azərbaycan şifahi xalq yaradıcılığında dastanlar geniş yer tutur. Ona görə ki, dastanlarda Azərbaycan xalqının tarixi, adət-ənənələri, qəhrəmanlıq mübarizələri, saz və söz sənəti, məişət ətraflı bədii ifadəsini tap­mış­dır.

Məhz bu yüksək keyfiyyətlərinə görə Azərbaycan dastanları xalqın canlı və bədii ta­rixi­dir. Azərbaycan xalqı bu zəngin təlim-tər­bi-yəvi və bədii-estetik mahiyyətli dastanlardan bədii zövq alır, ənənəvi dünyasını zənginləşdirir.

Professor Sədnik Paşa Pirsultanlı Almani­yanın Frank-Furt Mayns şəhərindəki Gete adına Universitetin “Elmi əsərlər”ində “Koroğlu eposu və onun inkişaf mərhələləri” adlı məqaləsini dərc etdirmiş, “Koroğlu” dastanının yaranması, inki­şaf yolu, məzmunu, ideyası, təlim-tərbiyəvi ma­hiy­yəti haqqında ətraflı məlumat vermiş, oxu­cuları razı salmış və dərin hörmət qazanmışdır.

Professor Sədnik Paşa Pirsultanlı “Almatı axşamı” qəzetində” Biz beytərək budağıq” (“Biz hamımız bir ağacın budaqlarıyıq”), Türkmənis­tanda nəşr olunan “Ədəbiyyat və Sunqat” qəze­tində “Türkmən və Azərbaycan folklor əlaqələri” adlı məqalələrini dərc etdirmiş, oxuculara ma­raqlı məlumat vermişdir.

Professor Sədnik Paşa Pirsultanlının Hol­lan­diyada “Türk-islam təşkilatı”nın buraxdığı “Yeni gün” jurnalında “Türk dünyasında aşıq sənəti” adlı on iki səhifədən ibarət dərc olunan məqaləsində ozan-aşıq yaradıcılığının inkişaf yo-lu, Azərbaycandakı aşıq yaradıcılığının inkişaf tarixi, Azərbaycanda təşkil olunmuş aşıq mək-təbləri, xüsusilə poeziya zirvəsində Aşıq Ələsgər duran Göyçə aşıq məktəbi, onun nümayəndələri haqqında ətraflı məlumat verilir.

Professor Sədnik Paşa Pirsultanlı Ameri­ka­da çap olunan “İnternet Azərbaycan” jurna­lında “Azərbaycan əfsanələri”, “Azərbaycan qalaları əfsanəsi”, “Azərbaycanda Molla Nəsrəd­din lətifələri”adlı elmi-nəzəri məqalələrini dərc etdirmiş, hadisələrin elmi-nəzəri şərhini tarixilik və elmilik prinsipləri əsasında ətraflı vermişdir.

Həmin jurnalda “Folklorşünas alim Sədnik Paşa Pirsultanlının tərcümeyi-halı” adlı məqalə dərc olunmuş, onun həyatı, yaradıcılığı, əmək fəaliyyəti, mahir pedaqoq olduğu, dərsliklər, dərs vəsaitləri, tədqiqat monoqrafiyaları yazıb çap etdirdiyi ətraflı göstərilmiş, kitabının siyahısı verilmişdir.

Həmin məqalədə professor Sədnik Paşa Pirsultanlının əməkdar mədəniyyət işçisi, Azər­bay­can Yazıçılar və Aşıqlar Birliyinin üzvü ol­ma­sı, otuz ildir ki, Gəncə Dövlət Univer­sitetində gənc nəslin təlim-tərbiyəsilə məşğul olması, müxtəlif qəzetlərdə redaktorluq etməsi və zəngin mənəviyyatlı ailə başçısı kimi üç oğluna və üç qızına ali təhsil verməsi, onların xoşbəxt həyat qurmasına şərait yaratması, on üç nəvə və beş nə­ti­cəsinin olması haqqında gözəl məlumat verilir.

Professor Sədnik Paşa Pirsultanlının ki­tabları Amerika, Almaniya, Yaponiya, Türkiyə, Orta Asiya və başqa ölkələrdə yayılmış, onun haqqında 2005-ci ildə “Pirsultanlı” adlı film çəkilmişdir.

“Ozan”, “Səhər”, “Ovqat” verilişlərində pro­fessor Sədnik Paşa Pirsultanlı maraqlı veri­lişlər aparır, dərin hörmət qazanır.

Folklorşünas, professor Sədnik Paşa Pirsultanlının türk dilində nəşr olunan kitabları dövrü mətbuatda yüksək qiymətləndirilmişdir. Həmin kitablar bunlardır:

1.Sədnik Paşa Pirsultanlı. Lilpar çeşməsi. Gencə, 2011, 147 səhifə.

2. Sədnik Paşa Pirsultanlı. Altın beşik ve Anne Geğik (düzyazı). Gence, 2010, 159 səhifə.

Görkəmli folklorşünas, mahir pedaqoq və publisist, istedadlı tədqiqatçı, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının xa­ri­ci ölkələrə səfərləri çox səmərəli olmuş, yara­dı­cı fəaliyyət göstər­miş, simpozium və konfrans­larda fəal iştirak etmiş, məruzələr söyləmiş, qabiliyyətli mütə­xəssis kimi tanınmış, sevilmiş və hörmət qazanmışdır.

Professor Sədnik Paşa Pirsultanlının “Novruz-Qəndab” və digər məhəbbət dastan­la­rının tədqiqi” adlı tədqiqat əsəri professor Abbas Səmədovun redaktorluğu ilə 2009-cu ildə Bakıda “Azərnəşr” nəşriyyatında yüz on səhi­fədən ibarət nəşr edilmiş və dövrü mətbuatda professor Sadıq Şükürov tərəfindən yüksək qiymətləndirilmiş, “folklorşünas tədqiqatının şərəfli əməyinin nəticəsi” adlandırılmışdır.

Professor Sədnik Paşa Pirsultanlının bu monoqrafiyası ali məktəblərin filologiya fa­kül­tə­sinin tələbələri, tədqiqatçı müəllimlər, aspi­rantlar, dissertantlar, magistrlər, orta ümum­təhsil və peşə məktəblərinin müəllimləri üçün çox faydalı dərc vəsaitidir.

Monoqrafiyada “Novruz və Qəndab” qəhrəmanlıq dastanı örnək götürülmüş, digər məhəbbət dastanları ilə müqayisəli şəkildə araş­dırılmış, tarixilik və elmilik prinsipləri əsasında təhlil edilmişdir.

Türk xalq yaradıcılığı çox zəngindir, həm də tarixdə türk xalqları qədər dastan yaradan ikinci bir xalq olmamışdır. Ona görə ki, türk xalqları qədim xalqdır, türk tayfaları çoxdur, onların yayıldıqları ərazinin genişliyi yüzlərlə dastana mövzu olmuş, onun yaranmasına təkan vermişdir.

Əlliyə qədər kitabın müəllifi kimi tanınıb hörmət qazanan Sədnik müəllim “Novruz və Qən­dab”, “Səyyad və Sədət”, “Abdullah və Cahan”, “Məsim və Diləfrüz” dastanlarını qəh­rə­man­­­lığın hüdüdlarında dayanan məhəbbət das­tan­ları adlandırır, həm də bununla yeni elmi fik­rin inkişaf yollarını şərh edir, “Şah İsmayıl” das­tanının da bu dastanlara bağlı olduğunu göstərir.

Tədqiqat əsərində “Novruz və Qəndab” dastanının həm qəhrəmanlıq və həm də məhəbbət dastanı kimi ətraflı şərhi verlir, dastanın əhə­miy-yətini artırır. Novruzu dərin dəryalardan Xızır İlyas qurtarır. Qəribi üç aylıq yoldan üç günə Xızır İlyas gətirir. Novruz Misirdən üç gözəllə vətəninə qayıdır.

Şah İsmayıl da atasının yanına qayıdanda özü ilə üç gözəl gətirmişdi. Şəhriyar da bu gözəlin dalınca gedib üç gözəllə rastlaşmışdı. Novruz Sultan Mahmudla Abdulla Ağa xanla qarşılaşır. Hər ikisi qalıb gəlir. Bu problemin çətin şərhini Sədnik müəllim gözəl verir.

Professor Sədnik Paşa Pirsultanlı tədqiqat əsərinin birinci fəslində “Novruz və Qəndab” qəhrəmanlığın sərhəddində dayanan məhəbbət dastanıdır”, ikinci fəslində “Novruz və Qəndab” və digər məhəbbət dastanlarının müqayisəli təd­qiqi”, üçüncü fəslində “Novruz və Qəndab” və digər dastanların poetikası” adlı problemlərin elmi-nəzəri şərhini verir.

Tədqiqat əsərində Vaqif Vəliyevin “Azər­bay­can folkloru”, Paşa Əfəndiyevin “Azərbaycan şifahi xalq ədəbiyyatı” M.H.Təhmasibin “Azər­baycan xalq dastanları” (orta əsrlər), Həmid Araslının “Aşıq yaradıcılığı” adlı monoq­rafi­ya-larından bəhs edilmiş, həmin problemin şərhi ilə bağlı məsələlərdən bəhrələnmişdir.

Sədnik müəllim “Novruz və Qəndab” das­ta­nını “Abdullah və Cahan”, “Səyyad və Sədət”, “Məsim və Diləfrüz”, “Məhəmməd və Gü­lən­dam”, “Əmrah” dastanları ilə müqayisəli şəkildə araşdırmış, “Novruz və Qəndab” dastanının sonu nikbinliklə bitən, Azərbaycan xalqının məişətinə daxil olan, aşıqların repertua­rından düşməyən faydalı dastan olduğunu göstərmişdir.

“Novruz və Qəndab” dastanı işlək das­tandır, xalqın mənimsədiyi sənət incisidir, dillər əzbəridir, gözəl bədii sənət abidəsidir.

“Novruz” dastanında Qəndab anasına mü­ra­ciətlə deyir ki, “Ay ana, mənim dərdim Novruz dərdidir”, “Abdullah və Cahan” das­tanınıda Abdullah anasına deyir ki, “Ay ana, mənim dərdim Cahan dərdidir”... Hər bir folklor janrı bir çeşmə və bulaqdır. Buna görə də bu zəngin ir­maq­­lara çevrilmiş, nəhirlənmiş, dərya, dəniz olmuş folklor okeanını dərindən və şüurlu öy­rə­nib dərk etmək lazımdır. Bunu mükəmməl öy­rən­məyən şagird gələcəkdə mahir aşıq ola bilməz. Sədnik müəllimin verdiyi nəticə və ye­kun çox əhəmiyyətlidir.

Filologiya elmləri doktoru, əməkdar mədə­niy­yət işçisi, əməkdar müəllim, görkəmli folk­lorşünas, Professor Sədnik Paşa Pirsultan­lının xarici ölkələrə elmi səfərləri çox mənalı, məz­munlu, əhəmiyyətli və faydalı olmuşdur.

Professor Sədnik Paşa Pirsultanlı xarici ölkələrə elmi səfərlərində görkəmli elm və mə­də­niyyət xadimləri, tarixşünaslar, ədəbiy­yat­şü­naslar, folklorşünaslar ilə görüşmüş, səmimi dost olmuş, folklor nümunələri toplamış, fəaliyyətini zəngin­ləşdirmişdir.

Ümumiyyətlə, professor Sədnik Paşa Pirsul­tanlının xarici ölkələrə elmi səfərləri çox şərəfli olmuşdur.



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin