AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ GƏNCƏ DÖVLƏt universiteti


*** Sayın professor Sednik Paşa Pirsultanlı



Yüklə 2,86 Mb.
səhifə6/16
tarix31.01.2017
ölçüsü2,86 Mb.
#7268
1   2   3   4   5   6   7   8   9   ...   16

***

Sayın professor Sednik Paşa Pirsultanlı
80 yaşınız sebebiyle Sizi kutluyor, başarı və sağlık diliyoruz.

Dedeniz Pir Sultan Abdalın adına kurulmuş olan Alevi Bektaşi Federasyonu üyeleri, tüm alevi türkler Sizi kutluyor və seviyor.

Ustadımız Pir Sultan Abdalın torunu gibi onun neslini yaşatmanız bizleri memnun ediyor. Siz bizlerin onur və kurur yerisiniz. Degerli eserlerinizi her kes – aleviler və alevi olmayanlar taktir etmektedir.

Tüm aleviler adına Sizi kutluyoruz.

Siz çağımızda türk ilminin, türk şiirinin Pir Sultan Abdalısınız. Pir Sultan Abdala layık olan 80 yaşlı güzel bir torunsunuz.

Nice mutlu yıllar Yüce Allahdan temenni ediyoruz.

Sayın Prof. Dr. Sednik Paşa Pirsultanlı

Göndermiş olduğunuz kitaplar Ankara Şubemize ulaşmışdır.

Çok teşekkürler... Sevgi və saygılarla.
PİR SULTAN ABDAL KÜLTÜR

DERNEĞİ GENEL MERKEZİ

20.05.2009

***

Görkəmli folklorşünas alim Sədnik Paşa Pirsultanlıya göndərilən təbriklər dərin məz­munlu, parlaq ideyalı, səmimi alqışlarla, arzu və istəklərlə cilalanmış tarixi təbriklər çələngidir.

Bu zəngin təbriklər salnaməsi professor Sədnik Paşa Pirsultanlının elmi-nəzəri ideyasının humanist, vətənpərvər, təlim-tərbiyəvi və estetik dəyərlərlə bağlı olduğuna, həm də onun müqəddəs elmi-nəzəri ideyasını aşkar­ladığına görə oxuculara təqdim etdik.

Sevindirici haldır ki, bu təbriklər salnaməsi professor Sədnik Paşa Pirsultanlının elmi-nəzəri ideyasını oxuculara çatdırır, onlara gözəl və yük­sək əxlaqi keyfiyyətlər aşılayır, həm də görkəmli folklorşünas tədqiqatçıya, mahir pedoqoqa, is­tedadlı şairə, məsuliyyətli publisistə dərin ümum­xalq məhəbbəti qazandırır.



IV Fəsil
Professor Sədnik Paşa Pirsultanlının elmi-tədqiqat əsərləri
Professor Sədnik Paşa Pirsultanlı “Nizami və xalq əfsanələri” mövzusunu tədqiq edən ilk tədqiqatçı alimdir. Nizaminin əsatir və əfsanə­lərlə bağlı olması müasir folklorşünaslığın qarşı­sında duran başlıca problem olmuşdur.

Bu problemi həll etmək üçün ədəbiyyatımız sağlam düşüncəsi, atəşli qəlbi olan, vətən mül­künü gəzib xalqın mənəvi sərvətini toplayıb tədqiq etmək eşqi ilə yaşayan Sədnik Paşa kimi folklorşünas alimi tələb edirdi. Bu tələbi Sədnik müəllim səmərəli həll etməyə nail oldu.

Sədnik Paşanın mahir folklorşünas oldu­ğunu “Aşıq Bəsti” (1969), “Yaşayan əfsanələr” (1973), “Xəstə Qasım” (1976), “Yurdumuzun əfsanələri” (1976), “Yanardağ əfsanələri” (1978), “Azərbaycan xalq yaradıcılığının inkişafı” (1981), “Azərbaycan xalq əfsanələri” (1985), “XIX əsr Azərbaycan aşıq yaradıcılığı” (1990), “Xalqın söz mirvariləri” (1999), “Ağdabanlı şair Qurban” (2000), “Dabravol Qasımın lətifələri” (“2001), “Ozan-aşıq sənətinin nəzəri prob­lem­ləri” (2002), “Bir içim nəğmə” (2003), “Əsatir­lər, əfsanələr, rəvayətlər” (2005), “Azərbaycan folk­loruna dair tədqiqatlar” (2006), “Publisistika və folklor” (2007), “Azərbaycan türklərinin xalq əfsanələri” (2009), “Lilpar bulağı”, “Xəstə Qasımın ədəbi irsinin tədqiqi” (2011) və s adlarda çap olunan yetmişdən artıq kitabı təsdiqləyir.

Sədnik Paşa Nizami irsinin xalq yaradıcılığı ilə bağlılıq problemini araşdırıb həll etməkdə parlaq uğur qazanmışdır. Dahi Nizaminin xalq müdrikliyi, xalq hikməti, xalq biliciliyi xəzinəsi olan folklordan səmərəli bəhrələnməsini tarixilik və elmilik prinsipləri əsasında Sədnik Paşanın təhlil etməsi onun yaradıcı təşəbbüsüdür.

“Nizami və xalq əfsanələri” kitabı ciddi elmi axtarışların və səmərəli əməyin məhsuludur. Kitabda görkəmli ədəbiyyatşünaslardan M.Ələk­bərov, Ə.Mübariz, M.H.Təhmasib, H.Araslı, H.Əlizadə, Ə.Axundov və başqalarının xidmət­ləri yüksək qiymətləndirilir.

“Nizami və xalq əfsanələri” kitabı “Niza­minin həyatı ilə bağlı əfsanələr”, “Sirlər xəzi­nəsi” və əfsanələr”, “Əfsanələrlə süslənmiş eşq dastanı”, “Leyli və Məcnun” poeması və nakam məhəbbət əfsanələri”, “Yeddi gözəl” poemasının əfsanə qaynaqları”, “İsgəndərnamə” poemasını doğma torpağa bağlayan əfsanələr” adlı bölmə­lərdən və nəticədən ibarətdir.

Bu kitab dahi Nizaminin folklordan səmərəli bəhrələn­diyini düzgün əsaslandırır. Ona görə ki, çox səmərəli araşdırmaların nəticəsində yazılmış tədqiqat monoqrafiyasıdır.

Sədnik Paşa Pirsultanlının əfsanə toplamaq məqsədi ilə Naxçıvan, Astara, Masallı səfərləri çox mənalı olmuş, görkəmli adamlarla görüşmüş, maraqlı söhbətlər etmiş, faydalı əfsanələr top­lamışdır.

Aşıq Şəmşirin atası Ağdabanlı Qurbanın, Aşıq Bəstinin, Xəstə Qasımın əsərlərini toplamış, tədqiq etmiş, nəşr edib oxuculara ərməğan ver­miş Sədnik Paşa həmişə səmərəli çalışır və gözəl kitablar çap etdirir.

Sədnik Paşanın dahi Nizami çeşməsinin folklor qaynaqlarını diqqətlə araşdırıb tədqiq et­məsi faydalı nəticə vermiş, dərslikləri də zən­ginləşdirmişdir.

Xalq şairi Səməd Vurğun dahi Nizaminin yaradıcılığından bəhs edərək yazmışdır: “Niza­minin yaratdığı əsərlərin mənbələrindən biri xalq içərisində yayılmış nağıl və əfsanələrdən, şifahi xalq yaradıcılığından ibarət olmuşdur.

Böyük şairin “Xosrov və Şirin”, “Leyli və Məcnun” poemaları və başqa əsərləri xalq əfsanələri və dastanları üzrə qurulmuşdur”.

Xalq şairi Səməd Vurğunun bu müqəddəs kəlamının şərhini professor Sədnik Paşa Pir­sultanlı səmərəli elmi araşdırmalar aparmaq və Nizami əsərlərin”in folklorla əlaqəsini tədqiq etməklə vermişdir. Onun “Nizami və xalq əfsa­nələri” adlı kitabı bu problemin şərhinə həsr edilmişdir.

Professor Sədnik Paşa yazır ki, Nizami Gəncəvinin ədəbi irsi zəngin təlim-tərbiyə mən­bə­yidir. Buna görə də ətraflı tədqiq edilib öyrə­nilməli və gənc nəslin mütaliəsinə veril­məlidir.

Aydındır ki, folklorşünas alim Sədnik Paşa Pirsultanlının elmi-nəzəri ideyası tamamilə Azərbaycan pedoqoji fikirinin tələblərinə cavab verir. Gələcəyin səmərəli qurucuları olan gənc nəslin dünyagörüşünü, biliyini, nitqini, parlaq hafizəsini zənginləşdirmək üçün təlim-tərbiyəvi və bədii-estetik mahiyyətli əsərləri gənc nəslə şüurlu mənimsətmək müasir müstəqil Respub­likamızda təhsil problemlərinin qarşısın­da duran əsas vəzifədir.

Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poema­sındakı “Süleyman və əkinçi” , “Bülbül ilə qızılquşun dastanı”, “Sultan Səncər və qarı heka­yəsi”, “Ovçu, it və tülkü dastanı”, “Nu­şirəvan ilə bayquşların söhbəti” kimi hekayələrin süjet və motivləri folklorşünasın mülahizələri, xüsusilə “bu hekayələr bilavasitə Azərbaycan folklo­run­dan, onun ən qədim əsatir və əfsanə qaynaq­larından istifadə yolu ilə yaranmışdır” qənaəti düzgündür.

Poemadakı mənzum hekayələrin süjet və motivləri, Azərbaycan folklorundan gətirilən əsatir və əfsanələrin müqayisəli təhlili müəllifə mülahizələrini əsaslandırmağa kömək edir və onun qənaətinə, yəni gəldiyi nəticəyə inam yaradır. Onun gəldiyi nəticəni professor Mikayıl Rəfilinin fikri də təsdiq edir.

Professor Mikayıl Rəfili yazır: “Xosrov və Şirin” İran tarixindən doğmamışdır, bəlkə Azər­baycan xalqının daxilində yaşamış olan qədim və gözəl bir əfsanədən qüvvət almışdır. Bütün varlığı ilə Gəncə elinə bağlı olan Nizami öz ilha­mını çox zaman xalqın əfsanələrindən, el məra­sim­lərindən, xalqın dimağında süslənmiş, bəzən­miş, qəşənglənmiş olan dastanlardan alır­dı”.

Professor Sədnik Paşa Pirsultanlı tarixi-etnoqrafik abidələr, toponimik yer adları, Niza­minin əsərlərinə çəkilmiş miniatürlər, “Şirin qala”, “Fərhadın səsi” və ümumiyyətlə, Fərhad və Şirinlə bağlı əfsanələrdən səmərəli istifadə etmiş, zəngin material toplamış və bu qənaətə gəlmişdir ki, “Xosrov və Şirin” poemasının yaradılmasında “xəyal ilə bəzənmiş” (M.Qorki), xalqımızın səmimi və sadə duyğularını ifadə edən Azərbaycan əfsanələri də bizə örnək olmuş, dahi Nizamiyə zəngin material vermişdir.

Poemadakı süjet və motivlərlə əfsanələrin müqayisəli tədqiqi də həmin mülahizənin düz­günlüyünü əsaslandırır. Müasir dövrümüzdə Nizami “Xəmsə”sinin el variantları daha geniş yayılmış, yeni məna və məzmun kəsb etmişdir.

Professor Sədnik Paşa Pirsultanlının “Nizamini sənət dünyasında folklor ilə bağlı min çeşmə qaynayır. Onların suyu bir-birinə qarışıb böyük sənət nəhri yaradıb” fikri düzgündür.

Ona görə ki, dahi sənətkar Nizami Gəncə­vinin epik əsərlərində əsatir və əfsanələrdən səmərəli şəkildə geniş istifadə olunmuş, əsərlərin məzmun və ideyası, həm də təlim-tərbiyəni və bədii-estetik mahiyyəti zənginləşdirilmişdir.

Bu da çox təbiidir, çünki, müəllifin əsərlərində tədqiqatçının dediyi kimi, əfsanələr Nizami təhkiyəsinin əsasına hopmuş, ümumiləş­dirilmiş və zənginləşdirilmişdir.

Xalq yaradıcılığı ilə möhkəm bağlılıq Nizami irsinin xəlqiliyini, bədii-estetik dəyərini, təlim və tərbiyəvi dərinləşdirmiş, təsir qüvvəsini artırmışdır.

Kitabın nəticəsində verilən əsatir və əfsa­nələrlə bağlı ümumiləşdirmələr və tövsiy­yələr çox gözəl təsir bağışlayır, oxucunun qəlbini və duyğularını pərvazlandırır.

Professor Sədnik Paşa Pirsultanlının “Azər­baycan xalq əfsanələri” və “Nizami və folklor” adlı tədqiqat əsərləri dahi Nizami Gəncəvi bədii çeşməsinin nadir folklor qaynaqlarıdır, əfsanələr çələngi ilə zənginləşdirilmiş sənət inciləridir.

Professor Sədnik Paşa Pirsultanlının elmi-nəzəri ideyasının, gərgin axtarışların və məsu­liyyətli elmi-nəzəri, pedoqoji-metodik prinsip­lərin əsasında yazdığı bu tədqiqat əsərləri, daha dəqiq desək, Nizami çeşməsinin folklor qay­naqları Azərbaycan folklorşünaslığına çox nadir və dəyərli hədiyyədir. Tədqiqatçı alim Sədnik Paşa Pirsul­tanlının vətənə və xalqa şərəfli xidmət etməyin, sülhün, azadlığın, xoşbəxtliyin, elmin, mədəniy­yətin, maarif və incəsənətin inkişaf yollarını göstərən elmi-nəzəri ideyasının əsasında yazdığı bu nadir sənət inciləri əbədiyaşar xəzinə mənbəyidir.

Azərbaycan aşıq poeziyası qədim və zən­gin tarixə malikdir, müdrikliyin estetik mənbəyi, çox canlı və təsirli təlim-tərbiyə məktəbidir.

Aşıq poeziyasında Vətən məhəbbəti, qəh­rəmanlığın, əməyin, sənətin, sülhün, qardaşlığın, dostluğun, səmimiyyətin, müdrikliyin tərənnümü əsas yer tutur, insanın mənəvi dünyasını, bədii təfəkkürünü zənginləşdirir.

Aşıq poeziyasında folklorun bir sıra janr­la­rından, xüsusilə əfsanə və rəvayətlərdən isti­fadə olunur, oxuculara, dinləyicilərə gözəl təsir ba­ğışlayır.

Professor Sədnik Paşa Pirsultanlının “Azər­baycan folkloru və aşıq yaradıcılığı” adlı dərs vəsaiti çox faydalı və əhəmiyyətlidir, çünki gərgin axtarışların nəticəsində tədqiq olunub yazılmış elmi-nəzəri əsərdir.

Dərs vəsaiti “Aşıq yaradıcılığı”, “Dirili Qurbani”, “Tufarqanlı Abbas”, “Sarı Aşıq”, “Tikmədaşlı Xəstə Qasım”, “Abdalgülablı Val­eh” adlı bölmələrdən ibarətdir.

Professor Sədnik Paşa Pirsultanlı istedadlı folklorşünas alim və mahir pedaqoq kimi Azər­baycan xalqının qaynar söz çeşməsindən, onun qaynaqlarından öyrənməyi, sevimli Vətən torpa­ğı­nı qarış-qarış gəzib mənəvi sərvətimizi top­lamağı, tədqiq etməyi özünə mənəvi vətəndaşlıq, alimlik, müəllimlik və mənəvi borc, şərəf bilən çox məsuldar, tələbkar, qayğıkeş tədqiqatçı, gözəl tarixi şəxsiyyətdir.

Professor Sədnik Paşa Pirsultanlının səmərəli əməyi nəticəsində “Aşıq Bəsti” (1969), “Yaşayan əfsanələr” (1973), “Nizami və folklor” (1976), “Xəstə Qasım” (1976), “Yanardağ əfsanələri” (1983), “Azərbaycan xalq əfsanələri” (1985) adlı kitabları nəşr olunmuşdur. Onun yet­miş­dən çox kitabları çap edilib oxuculara ərməğan verilmişdir.

O, mülahizələrini əsas­lan­dırmaq, oxucu­la­rını inandırmaq və tədqiqatını zənginləşdirmək məqsədilə qarşısına qoyduğu problemin elmi-nəzəri, pedaqoji-metodik təhli­lini ətraflı və düzgün verməyə çalışıb məqsədinə nail olur.

Tədqiqatçının müxtəlif mənbələrdən gətir­diyi nümunələr, paralellər, araşdırmalar, onun tədqiqat əsərlərinin məzmun və ideyasını zən­ginləşdirir, dəyərini artırır.

Dərs vəsaitlərində “Kitabi Dədə Qorqud” eposuna, ümumiyyətlə, Azərbaycan dastanlarının qədim səciyyəvi xüsusiyyətlərinə nəzər yetirilir, epos poetikasının oxşar və fərqli cəhətləri izlənilir, aşıq poeziyası ilə vəhdətdə tədqiqata cəlb edilir.

Professor Sədnik Paşa Pirsultanlının XV-XVI əsrlərdə anadilli şeirin kütləvi şəkildə milli heca vəznində yaradılması, mənzum atalar söz­lərinin, xalq düzgülərinin və mahnılarının heca vəznli şeirin inkişafına müsbət təsiri haq­qında mülahizələri çox maraqlı və əhə­miy­yətlidir.

Onun Şah İsmayıl Xətai poeziyasının xalq şeiri ənənələri ilə bağlı olması, böyük sənətkarın aşıqların hamisi kimi hörmət qazanması haq­qındakı araşdırmalar da bizə çox şey deyir.

Şah İsmayıl Şeyx Heydər oğlu Xətai (1486-1524) Ərdəbildə anadan olmuşdur. Anası Aləm­şahbəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızıdır, maarifpərvər xanımdır.

Şah İsmayıl Xətai “Divan” yaratmış, “Dəh­namə” və “Nəsihətnamə” adlı təlim-tərbiyəvi mahiyyətli əsərlər yazmışdır.

Professor Sədnik Paşa Pirsultanlı Şah İs­mayıl Xətainin didaktik-əxlaqi mahiyyətli “Dəh­namə” və “Nəsihətnamə” adlı əsərlərini diqqətlə araşdırmış, tədqiq etmişdir.

Dərs vəsaitində ozan-aşıq yaradıcılığının XII əsr Nizami dövrü, XVI əsr Şah İsmayıl Xətai dövrü və XVIII əsr Molla Pənah Vaqif dövrü ilə bağlılığı düzgün tədqiq olunub müəyyən­ləşdirilmişdir.

Müəllifin həmin bölgü ilə əlaqədar gətirdiyi nümunələr, izahat və müqayisələr dərs vəsaitini zənginləşdirir, onun təlim-tərbiyəvi və elmi-nəzəri əhəmiyyətini artırır. Müəllifin Molla Pə­nah Vaqif haqqındakı izahatı gözəl təsir bağışlayır, çünki bu məsələ haqqında maraqlı və əhatəli məlumat verilməmişdir.

Professor Sədnik Paşa Pirsultanlının aşıq yaradıcılığının inkişaf mərhələləri, mövzu geniş­liyi, təsir qüvvəsi, milyonlarla insanların dilinin əzbərinə çevrilməsi, müasirliyi və əhə­miy­yəti haqqında indiyə kimi apardığı araşdırmalar və tədqiqat inandırıcıdır, təsirlidir.

Folklorşünas alim Sədnik Paşa düzgün göstərir ki, aşıq poeziyasının yüksəliş dövrü XVI əsrin görkəmli aşığı Dirili Qurbaninin zəngin və çoxcəhətli yaradıcılığı ilə şərtlənir. O, ümumi təsvirçiliyə, yersiz təkrarçılığa qətiyyən yer ver­mir, hadisələri poetik sözün qüdrətilə təhlil edib aydınlaşdırır.

Professor Sədnik Paşa Pirsultanlının tədqi­qat­ında istedadlı gənc aşıq Qurbaninin İrandan qədim ozanlar yurdu Gəncəyə səfəri və Dədə Yediyar kimi adlı-sanlı sənətkarla qarşı­laşması, həm də sazın-sözün qüdrətilə ona qalib gəlməsi hadisəsinin Şah İsmayıl Xətaiyə çat­dırılması maraq doğurur.

Poeziyasının əsas obyekti insan, qayəsi isə insana dərin məhəbbət olan Şah İsmayıl Xətai yaradıcılığı haqqında professor Xəlil Yusifli haq­lı olaraq yazır ki, yazılı ədəbiyyatımızda “heca vəznli şerimizin tarixi Şah İsmayıl Xətai ilə başlayır”.

Tarixi mənbələr göstərir ki, aşıq poeziyası Şah İsmayıl Xətai şeirinə qüvvətli təsir gös­tərmişdir. Şübhəsiz ki, “Şah Xətai” havasının və məşhur “Şah İsmayıl” dastanının yaradılması da şairin aşıq poeziyası ilə bağlı olmasından irəli gəlmiş, onunla əlaqədar olmuşdur.

Tufarqanlı Abbas ictimai bərabərsizliyin törətdiyi dəhşətli hadisələrin şahidi olmuş, yox­sulların dar ağacına çəkilməsini, zülmkar pad­şahlarda ədalət və səxavətin olmamasını poetik sözün qüdrəti ilə bildirmiş, “elimə, ölkəmə saldılar talan” deyə etiraz səsini yük­səltmiş, istismarçı hakim quruluşa nifrət etmişdir.

Professor Sədnik Paşa Pirsultanlı “Abbas və Gülgəz” dastanını tədqiq etmiş, tarixi faktları ədəbi-bədii proseslə vəhdətdə araşdırmış və bu qənaətə gəlmişdir ki, Tufarqanlı Abbasın zəngin ədəbi irsi, bu qüdrətli el sənətkarının şer və dastan yaradıcılığı mükəmməl tədqiq olunmalı, toplanıb xalqın mütaliəsinə verilməlidir. Buna görə də, o, tədqiqatını davam etdirir və məqsədinə nail olur.

Professor Sədnik Paşa Pirsultanlı Azər­baycan aşıq poeziyasında insan qəlbini təlatümə gətirən, nadir bayatıları ilə şöhrət qazanan XVII əsrin kamil söz sənətkarlarından biri olan Sarı Aşıq haqqında maraqlı tədqiqat aparmış, “Yaxşı-Yaman”, “Aşıq və Yaxşı” dastanlarından səmə­rəli istifadə etmişdir.

Professor Sədnik Paşa Pir­sultanlı düzgün gös­tərmişdir ki, bayatı yaratmaq zirvəsinin uğur­la­rı yalnız Sarı Aşığa nəsib olmuşdur. Onun “Sarı Aşıq” mövzusunu diqqətlə işləməsi yaxşı nəticə vermişdir.

Professor Sədnik Paşa Pirsultanlı əfsa­nələrlə bağlı mövzuda apardığı səmərəli araş­dırmalar və yazdığı tədqiqat əsərləri, dərsliklər, dərs vəsait­ləri, toplayıb çap etdirdiyi əfsanələr dərin məzmuna və parlaq ideyaya malikdir.

Ona görə ki, bu zəngin ədəbi və elmi tədqiqat materiallarında professor Sədnik Paşa Pirsultanlının müqəddəs və əhəmiyyətli elmi-nəzəri ideyası əsas yer tutur. Bu şərəfli əməyin nəticəsində yaradılıb xalqa ərməğan verilən əsər­lərin əsas məzmun və ideyasını, təlim-tərbiyəvi və bədii-estetik mahiyyətini müəllifin elmi-nəzəri ideyası təşkil edir, oxuculara, vətənə və xalqa məhəbbət hissi aşılayır.

Folklorşünas alim, istedadlı şair, məsuliy­yətli publisist, mahir pedaqoq, professor Sədnik Paşa Pirsultanlının qırx ildən artıq bir müddətdə yüksək cəsarət və bacarıqla Azərbaycan folk­lorunun toplanması, nəşri, tədqiqi və təbliği sahəsindəki şərəfli xidmətləri, Vətənə və xalqa dərin sevgisi, qayğısı, gənc nəslin təlim-tərbiyəsi ilə səmərəli məşğul olması, faydalı dərsliklər və dərs vasitələri yazıb çap etdirməsi, alovlu qəlbinin istək və arzusunu lirikasında (Öz səsim” (1990), “Pirsultan bulağı” (1994), “İnciçiçəyim” (1996), “İlahi bir səs” (1999), “Bir içim nəğmə” (2003), “Pirsultan Pinarı” (2007), “Saz nəfəsli şeirlərim” (2008), adları qeyd olunan şerlər kitablarında verməsi elm və sənət adamları tərəfindən yüksək qiymətləndirilmiş, ona uzun ömür, cansağlığı, şərəfli fəaliyyətində parlaq uğurlar arzulanmış, dərin hörmət qazan­dı­r­mışdır. Onun bu parlaq uğurlar qazanması elmi-nəzəri ideyasının mütərəqqi təsiri ilə bağlıdır.

Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı Azərbaycan ədəbiyyatı tarixində çox məsuliyyətli, tələbkar və qayğıkeş folklor­şünas, tədqiqatçı, toplayıcı və təbliğatçı alimdir, folklorun kamil şərhini verən mahir müəllimdir.

Professor Sədnik Paşanın əsərləri orta və ali məktəblərdə Azərbaycan şifahi xalq ədəbiy­yatının elmi-nəzəri və pedaqoji-metodik təhlilini verən dərs vəsaitidir.

Görkəmli folklorşünas, professor Sədnik Paşa Pirsultanlının 2010-cu ildə Gəncə şəhərində “Azərbaycan folklorunda gülüş” adlı kitabı nəşr olunmuşdur.

Kitabın birinci fəslində “Azərbaycan folk­lo­runda gülüş”, ikinci fəslində “Lətifə­ləri­mizin yeni qəhrəmanları probleminin şərhi” verilir və nəticədə yekun vurulur.

Professor Sədnik Paşa Pirsultanlının “Azər­­baycan aşıq poeziyasında və yazılı poezi­yada təcnisin inkişaf tarixi” adlı monoqrafiyası gözəl tədqiqat əsəridir.

Yetmişdan artıq kitabın müəllifi professor Sədnik Paşa Pirsultanlı “Aşıq yaradıcılığına, onun poetik və melodik sisteminə bir baxış” adlı müqəddimədə yazır: “Təcnis özlüyündə söz dəni­zi­dir. Təcnis həmin dənizin dibindən çıxarılan mirvaridir. Təcnis sözü qızıl külçəsidir, xəzinədə əvəzi olmayan daşqaşdır. Ona görə ki, sözün bütün incəlikləri, göz qamaşdıran ifadələri, cinas gövhərləri bu xəzinədədir”1. Bu mo­noq­rafiya səmərəli tədqiqatın ynəticəsidir, faydalı bir dərslikdir.

Şah İsmayıl Xətai yaradıcılığının böyük bir hissəsi aşıq tərzində yazılmış qoşmalardan iba­rətdir.

Azərbaycan ədəbiyyatının Ş.İ.Xətai, M.P.Va­­­qif, Qasım bəy Zakir, Ə.Nəbati kimi gör­kəmli nümayəndələri qoşma, gəraylı və təcnislər yaratmışlar.

Professor Sədnik Paşa Pirsultanlının “Azər­­baycan aşıq poeziyasında və yazılı poe­ziyada təcnisin inkişaf yolu” (2010) adlı kitabı dərin məzmuna və təsirli ideyaya malikdir. Bu kitab dörd fəsil və nəticədən ibarətdir.

Birinci fəsildə “XVI-XVIII əsərlərdə şifahi və yazılı poeziyamızda təcnis” problemi elmi-nəzəri həllini tapır. Bu fəsildə “XVI əsərdə Dirili Qurbani yaradıcılığında təcnis şeir şəklinin görüntüləri”, “XVI əsrdə Dədə Kərəm yaradıcı­lığında təcnis”, “Tufarqanlı Abbas poeziyasında təcnisin mürəkkəb formalarının meydana gəlməsi (cığalı, müəmma və təkrar gəraylı təcnisləri)”, “Sarı Aşığın cinas bayatılarının bir küll halında meydana gəlməsi”, “Xəstə Qasım, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Nəbati yaradıcılığında təcnis” adlı bölmələrin şərhi verilir.

Monoqrafiyanın ikinci fəsli “XIX əsrdə aşıq yaradıcılığı və yazılı ədəbiyyatda təcnis” adlanır. Bu fəsildə “Varxiyanlı Aşıq Məhəmməd, Mücrum Kərim, Məhəmməd bəy Aşıq, Məlik­ballı Qurban, Qızılvəngli Aşıq Alı, Şəmkirli Hü­seyn, Aşıq Musa və başqalarının yaradıcılığında təcnis”, “XIX əsrdə təcnis yaradıcılığında Aşıq Ələsgər zirvəsi”, “Aşıq Hüseyn Bozalqanlı, Tifil Əsəd, Seyfəli Aşıq Pənahın yaradıcılığında təcnis” adlı mövzular təhlil olunur.

Monoqrafiyanın üçüncü fəsli “XIX-XX əsrlərdə təcnis yaradıcılığı” adlanır. Bu fəsildə “Aşıq Şəmşir yaradıcılığında təcnis”, “Növrəs İman, Əli Bimar, Aşıq Həmayıl yaradıcılığında təcnis nümunələri” adlı mövzular elmi nəzəri baxımdan təhlil edilir.

Monoqrafiyanın dördüncü fəsli “Müasir­ləri­mizin yaradıcılığında təcnis” adlanır. Bu fə­sil­də həmin mövzu tarixilik və elmilik prinsipləri əsasında ətraflı şərhini tapır.

Əsərin nəticəsi maraqlı və məz­munludur. Monoqrafiyada Dirili Qurbaninin, yəni XVI əsrdən indiyə kimi davam edən təcnisin aşıq poeziyasında və yazılı poeziyada inkişaf tarixi araşdırılıb təhlil olunur.

Tufarqanlı Abbas (XVII əsr), Sarı Aşıq (XVII əsr) cinas bayatıların gözəl nümunələrini yaratmışlar. Sarı Aşıq haqqında Sədnik müəllim çox məzmunlu və ideyalı tədqiqat əsəri yazıb çap etdirmışdir. XVII əsdrə Tufarqanlı Abbas, XVII-XVIII əsrlərdə Xəstə Qasım təcnisin cığalı təcnis şeir formasını yazıb yaratmışlar.

Görkəmli sənətkarların yeni şeir nümunə­lərini yaratması sazın imkanlarını xeyli artırmış və qüvvətləndirmiş, oxuculara və tamaşaçılara gözəl təsir bağışlamışdır. Həmin şeirlər əsasında “Təcnis və Cığalı təcnis” havaları da yaradılmış, aşıqların ifaçılıq sənətini zənginləşdirmişdir.

Azərbaycan ədəbiyyatının yazılı poeziya­sında Molla Pənah Vaqif, Qasım bəy Zakir, Nəbati və digər sənətkarların qoş­ma­larla yanaşı, təcnis nümunələri də yaradılmış, inkişaf etdi­rilmişdir.

Yazılı poeziyadakı təcnislər aşıqlar üçün tükənməz lüğət xəzinəsidir. Bir sözlə demək la­zım­dır ki, yazılı poeziyada yaradılan təcnislər lüğət xəzinəsində sözün qızıl külçəsi kimi toplanmışdır.

Azərbaycan ədəbiyyatı tarixindən məlum­dur ki, XVI əsrdə Qurbani yaradıcılığında ilkin nümunəsi yaradılan təcnis sonrakı əsərlərdə inkişaf etmiş, ustad Aşıq Ələsgərin timsalında özünün yüksək zirvəsinə qədəm qoymuşdur.

Müasir dövrümüzdə, yəni XXI əsrdə təcnis şeir janrının onlarla nümayəndəsi yetişmiş, gözəl təcnislər yazıb yaratmış və yaradırlar.

XVII əsrdə bayatının, cinaslı bayatının, bağlama bayatının əvəzolunmaz görkəmli nüma­yəndəsi, Sarı Aşığın da onlarla davamçısı mey­dana çıxmış, gözəl sənət inciləri olan cinaslı bayatılar yazıb yaratmağa başlamışlar.

Məhəmməd bəy Aşıq, Qasım bəy Zakir. Aşıq Pəri, Aşıq Bəsti, Aşıq Həmayıl eyni cinaslı bayatılar yaratmışlar ki, bu cinaslı bayatıların hər birisi gözəl və nadir sənət inciləridir.

Şifahi və yazılı Azərbaycan poeziyasında cinas bayatılar müstəqil janr kimi yaradılmış, yeddi hecalı şeir forması kimi müstəqil inkişaf etdirilir, gözəl nümunələri yaradılıb oxucuların mütailəsinə verilir.

Azərbaycan ədəbiyyatında on bir hecalı qoşma ölçüsündə olan təcnislər müstəqil öz inkişaf yolunu davam etdirmişdir.

Maraqlıdır ki, nadir hallarda “Divani” şəklində, gəraylı şeir formasında təcnisin də vardır. Ancaq çox azdır.

Məlumdur ki, təcnislər əsasən on bir heca ölçüsündə olur. Bir həqiqət də vardır ki, təcnis­lərin cığalı və cığasız formaları da mövcuddur. Bu cığalı və cığasız təcnisin də tərbiyəvi mahiy­yətli poetik nümunələridir.

Filologiya elmləri doktoru, professor Səd­nik Paşa Pirsultanlı cığalı və cığasız təcnislərin tərbiyəvi mahiyyətini tarixilik və elmilik prinsipləri əsasında şərh etmişdir.

Təcnis yaradıcılığında Kəlbəcərli Aşıq Allahverdi Qəmkeş səmərəli fəaliyyət göstər­mişdir. Onun şeirləri Cənubi və Şimali Azər­baycanda geniş yayılmışdır. Gəncədə Qəmkeş adına aşıq muzeyi vardır. Qəmkeş deyir:


Çox Sənəmə tərif deyib aşıqlar,

Hamısından adı bəlli Sənəmsən.

Sən sözü bir gözəllik rəmzidir,

Sənəmlərdən çox gözəl Sənəm sən.


Qəmkeş ilə olmaq üçün düz danış,

Qəlbindəkin sözlərinə düz danış.

İstəkli dost məndən küsər düz danış,

Bəlkə bizim Əyyub deyən Sənəmsən?


Qəmkeş Kəlbəcərli Əyyubun “Sənəm” adlı şeirinə işarə edir, onu xatırlayır. Ancaq, deməli idi ki, Xəstə Qasım hamıdan əvvəl, yəni XVIII əsrdə “Sənəm” adlı təcnis yazmışdır.

Şair Bəhmən Vətənoğlu da gözəl təcnislər yaratmış və 1992-ci ildə çap olunmuş “Allahsız dünya” kitabında vermişdir:


Yolunda can verdim o, inanmadı,

Ölümüm də gəldi yaradan öldüm.

Yüz güllənin yarasından ölməzdim,

Bir dilin vurduğu yaradan öldüm.1

Bəhmən Vətənoğlu “Qala” rədifli təcni­sinin möhür bəndini bu misralarla tamamlayıb yazır.

Bəhmən dərdi ürəyindən at aya,

Kədərini ilə qoyma, at aya.

Fərsiz övlad göz dağıdır ataya,

Şüursuzdan nə qalıbdı, nə qala?
Göyçənin Ağkilsə kəndində anadan olmuş, Növrəs İmanın bacısı oğlu İsmixanın yetmişinci illərdə Göyçədə yazdığı “Yaxşı, ya da mən” adlı cığalı təcnisi geniş yayılmışdır. Bu təcnis aşıq yaradıcılığında bir abidədir.

Bəd qohuma şer söylədim car oldu,

Açdım ürəyimi yaxşı yada mən.

Yox aşıq yaxşı da var,

Pis də var, yaxşı da var,

Pis qohumdan yaxşıdı,

Qapında yaxşı davar.

Qohum var ki, qırıb atır yolumu,

Nədən xoş gəlirəm yaxşı yada mən.

İsmixanam, dərdim yaradır mənim,

Soruşmur əhvalım yaradır mənim.

Yox aşıq yaradır,

Bağrım başı yaradır.

Min bəlaya düşmüşəm,

Unudubdur yar adı.

Ölürəm dilimdə yar adı mənim,

Yetim dərdli olar, dərdim yada mən.
Şair Məmməd Aslan, şair Alqayıt, Məm­məd İlqar, Həsən Göyçəli, Aşıq Sirac, İmam Cəlili, Aşıq Afiq və başqaları gözəl təcnislər yaratmışlar. Aşıq Əlqayıt bu təcnisində hadisələri real verir:
Vətən diləmişdim, sən isə fələk,

Bir yazdın qürbətə, bir də yaz məni.

Ya qismət, sahilə çıxam, çıxmayam,

Bir dərin gözləyir, bir dayaz məni.


Qəmi duymayandan, qəm qatarından,

Qəmsiz qəminə qəm qat arından.

Siyahı tutsalar qəm qatarından,

Bir də çək adımı, bir də yaz məni.


Alqayıtam həsrət qalmışam yara,

Yaranlar qəbrimi dərindən yara.

Hicrandan köksümə vurulan yara,

Bir payız incidən, bir də yaz məni.
Azərbaycan ədəbiyyatı tarixindən məlum­dur ki, Dirili Qurbanidən, Tufarqanlı Abbasdan, Tikmədaşlı Xəstə Qasımdan üzü bəri bütün sənətkarlar daha çox qoşma ölçüsündə təcnislər yaratmışlar.

Məlumdur ki, tək-tək hallarda qoşma ilə yanaşı gəraylı formasında təcnis yaratmağa meyl göstərmişlər.

Şifahi poeziyada dodaqdəyməz təcnislərin ilk nümunələrini yaradan Aşıq Ələsgər, hərbə-zorba meydanında gəşt eyləyən bu sənətkar daha irəli gedərək dodaqdəyməz divanilərin (zəncir­ləmələrin) də bakir nümunələrini yarat­mışdı. Onun iki dodaqdəyməz (zəncirləmə) davra­nışından nümunə veririk:

Əldən getdi ixtiyarın,

Ah edərsən, gəl deyər.

Həsrət çəkən ehtidarın,

Cəhd eyləyər, istər əsər,

Ah edərsən, gəl deyər.

Şindi səni tənzil edər,

Səd nəzarın çətin yetər.

Ələsgərin dərdinə.1
Aşıq Ələsgər “Gəda” divanisində deyir:
Səyyad isən seyrə çıxsan,

Cəhd elə dağlara sən.

Eşq əhlisən ağlarginan,

Yetişəsən yara sən.

Yar həsrəti candan getsin,

Getsən hər diyara sən.

Arı təki hey sızılda,

Şirə çək şandan, gəda !2

Professor Sədnik Paşa Pirsultanlı yazır ki, Aşıq Ələsgər aşıq poeziyasının ön cərgəsində dayandığı kimi yenə də təcnis yaradıcılığında dodaqdəyməz təcnislər kimi zirvədə dayanır, ümumxalq məhəbbəti qazanır.

Görkəmli folklorşünas, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlıya istedadlı şair və publisist Ələsgər Əlioğlu “Sədnik Paşanın yara­dıcılıq yolu” adlı kitab yazmış və Bakıda 1996-cı ildə nəşr etdirmişdir.

Ələsgər Əlioğlu əlli iki səhifədən ibarət olan kitabda Sədnik Paşa Pirsultanlının həyatını, yaradıcılıq yolunu və əmək fəaliyyətini qısa təhlil etmişdir.

Kitabda Sədnik Paşa Pirsultanın Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədə­biyyat fakültəsini bitirməsi, Daşkəsən, Goran­boy, Kəlbəcər rayon qəzetlərində redaktor vəzifəsində işləməsi, şair, nasir, publisist, mahir pedaqoq kimi səmərəli fəaliyyət göstərməsi, xüsusilə görkəmli və çox məsuliyyətli folk­lor­şünas olması haqqında qısa məlumat verilir. Kitab diqqətlə yazılmış, tarixilik və elmilik prinsiplərinə əməl olnumuşdur.

“Elm və sənət adamları Sədnik Paşa Pirsultanlı haqqında” 2003-cü ildə Gəncədə iki cilddə çap olunan monoqrafiyada professor Səd­nik Paşa Pirsultanlının qırx ildən artıq yorulmadan Azərbaycan folklorunun toplanması, nəşri, tədqiqi və təbliği sahəsindəki səmərəli xidmətləri elm və sənət adamları tərəfindən yük­sək qiymətləndirilir, onun vətən­pərvər, əmək­sevər, humanist, tələbkar, qayğıkeş və müdrik tarixi şəxsiyyət olduğu göstərilir.

Bu monoqrafiyalarda professor Sədnik Paşa Pirsultanlının çap olunmuş tədqiqat əsərləri, dərslikləri, dərs vəsaitləri, şeir kitabları, əfsanə­lər, rəvayətlər, lətifələr və s. haqqında nəşr olunmuş kitabları yüksək dəyərləndirilir.

Seyfəddin Rzayev “Azərbaycan folklorşü­naslıq tarixi və Sədnik Paşa Pirsultanlı” adlı kita­bını 2008-ci ildə Bakıda nəşr etdirib oxuculara ərməğan vermişdir.

AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun elmi redaktorluğu, akademik Bəkir Nəbiyevin rəyi ilə iki yüz on iki səhifədən ibarət çap olunan kitabda on mövzu təhlil olunmuşdur.

Kitaba elmi redaktor, professor Nizami Cəfərov “Professor Sədnik Paşa Pirsultanlı: “folklorun aşiqi və alimi” adlı üç səhifədən ibarət maraqlı bir giriş yazmış, kitabın oxunmasını təbliğ etmişdir.

Seyfəddin Rzasoy kitaba “Folklorlaşan alim ömründən etüdlər”, “Alimin baxışlar sis­te­min­də əfsanə və rəvayətlər”, “Türk şeirinin heca kodunun yeni konsepsiyası”, “Musiqi və heca kodlarının poetik struktur semantikası”, “Alimin yaradıcılığında türk xalq musiqi alətləri”, “Ələsgər Ecazi haqqında düşünclərim”, “Dədə Ələsgər poeziyasının aşiqi və alimi”, “Bir ömürlük Xəstə Qasım düşüncələri”, “Sənətkar sözü-alim gözü”, “Nizaminin əfsanə- əfsanənin Nizami dünyası” adlı mövzuları toplamış və həmin mövzuların şərhini vermişdir.

Müəllif kitabı tarixilik, elmilik, ideyalılıq, müqayisəlilik, pedaqoji və metodik prinsiplər əsasında yazmış, həmin mövzuları bu prinsiplər üzrə təhlil edib ümumiləşdirmişdir. Kitabın nəticəsində professor Sədnik Paşa Pirsultanlının folklorşünnaslıq görüşlərinin tədqiqinə həsr olunduğu göstərilir və mövzuların aktuallığı əsaslandırılır.

Folklorşünas Seyfəddin Rzasoy professor Sədnik Paşa Pirsultanlının fəqliyyətini düzgün şərh edir və qiymətləndirir.

Qasım Qırxqızlının “Sədnik Paşa Pirsul­tanlının bədii yaradıcılığı” adlı 2010-cu ildə Gəncədə yüz on beş səhifədən ibarət çap etdirdiyi kitabı ön söz və dörd fəsildən ibarətdir.

Qasım Qırxqızlı birinci fəsildə “Sədnik Paşa Pirsultanlının poetik söz dünyası”, ikinci fəsildə “Sədnik Paşa Pirsultanlının nəsr yaradı­cılığı”, üçüncü fəsildə “Poemaların tədqiqi”, dördüncü fəsildə “Payız çiçəkləri” adlı mövzu­ların təhlilini verir.

Qasım Qırxqızlı professor Sədnik Paşa Pirsultanlının yaradıcılığını və əmək fəaliyyətini tarixilik və elmilik prinsipləri əsasında qısa təhlil edir, onun bədii əsərlərinin şərhini verir. Kitab sadə və aydın dildə yazılmış, əsərlərin ideyası və tərbiyəvi əhəmiyyəti məzmunlu göstərilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi əməkdaşı, filologiya elmləri namizədi Şakir Albalıyev “Sədnik Paşa Pirsultanlı poeziyasına bir baxış” adlı kitabını 2011-ci ildə Gəncədə çap etdirmişdir. Azər­baycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi əməkdaşı Sahibə Paşayevanın redaktorluğu ilə çap olunan kitab səliqəli nəşr olunmuşdur.

Kitabda “Folklorumuzun bilici babası- Sədnik Paşa”, “Folklorumuzun məcnun dərvişi”, “Yunis İmrə izi- Sədnik Paşa sözü”, “Vətəni tərənnüm edən misralar”, “Sevgidən yazılan mis­­­ralar”, “Sədnik Paşa Pirsultanlının poezi­yası”, “80 yaş qırmızı ekvator qurşağı”, “Lilpar bulağı”n canlı obrazı” adlı mövzular top­lanmışdır.

Müəllif Şakir Albalıyev həmin mövzuların qısa və aydın şərhini vermiş, professor Sədnik Paşa Pirsultanlının müəllim, jurnalist, şair, alim, folklorşünas və tədqiqatçı kimi səmərəli fəaliy­yətindən qısa bəhs etmiş, oxuculara məlumat vermişdir.

Kitabda Sədnik Paşa Pirsultanlının folk­lorumuzun toplanmasında, nəşri və tədqiqi sahə­sin­də əlli ildən artıq bir dövrdə səmərəli çalışmasından, vətənə və xalqa şərəfli xidmət etməsindən, 80 yaşlı müdrik vətənpərvər və əməksevər olmasından əməkdar müəllim kimi şərəfli fəaliyyətindən bəhs edilir.

Kitabda “Lilpar bulaq”ın canlı obrazı”adlı mövzunun təhlili aydın verilir. Müəllif yazır ki “Lilpar bulağ” ifadəsi burada təkcə şeir kitabına qoyulan ad deyil, həm də Sədnik Paşa Pirsul­tanlının özünün adaşıdır- poetik obrazıdır”. Məlumdur ki, lilpar dağlardakı bulaqların gözündə bitən çiçəkdir. “Lilpar bulağı” ifadəsi də buradan götürülmüş, oxucunun qəlbinə lilpar bulaq sərinliyi bəxş edir.

Kitabda Sədnik Paşa Pirsultanlının poeziyasının yaranması, nəşr olunması tarixi və bu poeziyanın mahiyyəti öz şərhini tapır. Kitab oxucular üçün yaxşı tədris vəsaitidir.

Professor Sədnik Paşa Pirsultanlının yaradıcılıq yolu haqqında dərsliklərində və dərs vəsaitlərində bəhs edilir, onun fəaliyyəti yüksək qiymətləndirilir.

“Azərbaycan aşıq yaradıcılığına dair araşdırmalar” monoqrafiyasında (2010) professor Sədnik Paşa elmi əsərlərdə, jurnal və qəzetlərdə ustad aşıqlara dair yazıb dərc etdirdiyi məqalələri toplamışdır.

Professor Məhərrəm Qasımlının elmi redaktorluğu ilə çap olunmuş bu monoqrafiyada Tikmədaşlı Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Əsəd, Aşıq Şəmşir, Bəhmən Vətənoğlu, Həmid Araslı, Bozalqanlı Aşıq Ələsgər, Aşıq Bilal, Aşıq Şamil, Zodlu Abdulla, Növrəs İman, “Əsli-Kərəm” və “Şəhriyar” dastanları haqqında faydalı və tədqiqat mahiyyətli materiallar veril­mişdir.

Professor Sədnik Paşa Pirsultanlı “Tik­mədaşlı Xəstə Qasımın sələfləri və xələfləri” məqaləsində Tikmədaşlı Xəstə Qasımın sələfi olan Dirili Qurbaninin yaradıcılığından bəhs edir, məsail şeirinin (“Məsail”- ərəbcə məsələlərin cəmi deməkdir) ilk nümunəsini Qurbani yarat­dığını göstərir.

Sədnik müəllim yazır ki, klassik ədəbiy­yatda Nizami kimi dahi şairlərin iri həcimli əsərlərinin əvvəlində verilmiş “Mina­cat”larda, “Merac­namə”lərdə, yəni, “Peyğəmbərin mera­cı”nda, “Peyğəmbərin mədhi”ndə hansı məsələ­lər qoyulmuşdursa, məsaillərdə də eyni məsə­lələrdən bəhs olunmuşdur.

“Sirlər xəzinəsi” poemasının əvvəlində verilmiş minacatda Allaha belə müraciət olunur:

Sən, ey bütün varlığa həyat verən, can verən!

Gildən yaranmışlara nəfəs verən, can verən!

Biz hamımız faniyik, əbədiyyət sənindir,

Uca göylər, qüdsiyyət, təmiz niyyət sənindir.1
Nizami Gəncəvinin “Xosrov və Şirin”2, “İsgəndərnamə”3, “Yeddi gözəl”4 poemalarında Allaha müraciət edilir.

Dini təhsil görmüş ustad sənətkar Qurbani məclisə daxil olanda dərin mündəricəli məsa­ilərini söyləyirmiş. Qurbaninin ölməz əsəri olan məsaili Tufarqanlı Abbasa, Xəstə Qasıma, Abdal­gülablı Valehə, Şəmkirli Aşıq Hüseynə, Aşıq Ələsgərə qüvvətli təsir etmiş, onlar da peyğəm­bərin möcüzələrindən bəhs edən əsərlər yaratmışlar.

Tufarqanlı Abbasın və Xəstə Qasımın dini ustadnamələri, Şəmkirli Hüseynin zəncirləməsi və Aşıq Ələsgərin “Peyğəmbərin Meracı” adlı şeirləri göstərilən məlumata misal ola bilər.

XVII əsrin sonu, XVIII əsrin əvvəllərində sənət meydanına gəlmiş Tikmədaşlı Xəstə Qasım klassik ədəbiyyatdan, zəngin folklordan çox bəhrələnmişdir. Xəstə Qasımın xələfləri də onun ədəbi irsindən bəhrələnmiş, gözəl sənət inciləri yaratmışlar.

Xəstə Qasım Füzuli yaradıcılığından bəh­rələnir və onun nəslindən olduğunu söyləyir. O, Dirili Qurbaninin, Tufarqanlı Abbasın yara­dıcılığına böyük ehtiramla yanaşır, ondan bəhrə­lənir, özünün altmış dörd bəndlik məsailini yaradır.

Xəstə Qasım öz dini divanisi ilə aşıq poeziyasında bir Kəbə qurmuş, bir imarət ucalt­mışdır. Xəstə Qasım Qurbaninin islam dün­yası üçün böyük dərslik olduğunu göstərir, onunla fəxr etməyi, onu öyrənməyi poetik dillə vurğulayır:

Adəmnən Xatəmə,

Natiqi Quran mənim.

Din mənim, məssəb mənim,

Yol mənim, ərkan mənim.

Gül mənim, bülbül mənim,

Sünbülü reyhan mənim.


Xəstə Qasımdan sonra sənət meydanına gələn Aşıq Valeh, Aşıq Alı, Şəmkirli Aşıq Hüseyn, Molla Cümə, Yəhya bəy Dilqəm, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozarqanlı, Növrəs İman və başqaları onun sənətkarlığından bəhrələnmiş, təlim-tərbiyəvi mahiyyətli poeziya xəzinəsindən səmərəli istifadə etmiş və Xəstə Qasımı özlərinə ustad seçmiş, ona dərin hörmət bəsləmişlər.

Aşıq poeziyasında cığalı təcnisin gözəl nümunələrini və mütəzad təcnisin ilk nümunəsini Xəstə Qasım yaratmış, folklora və yazılı ədə­biyyata gözəl təsir göstərmişdir.

Professor M.H.Təhmasib yazır ki, XVII-XIII əsrlərdə aşıq ədəbiyyatı, aşıq şeri geniş yayılmış, böyük şəxsiyyətlər yetişdirmiş, Vaqif ədəbi məktəbinin formalaşmasında həlledici rol oynamışdır.1

Aşıq Valeh cahannaməsində Molla Pənah Vaqifi dərin hörmətlə xatırlamış və poetik dillə demişdir:

Hanı Molla Pənah, bivəfa cahan,

Təxəllüsü Vaqif, nəzmi dürr-əfsan.

İndi eyləmisən xak ilə yeksan,

Tapmaq olmaz o kamalda can, hanı?

Dünya səndə Aşıq Səməd var idi,

Nəzmi, şeri, ləli, gövhərlər idi,

Bir gözəl eşqinə giriftar idi,

Onun kimi bir bəhri-ümman hanı?


Professor Sədnik Paşa Pirsultanlı Molla Pənah Vaqifin (1717-1797) zəngin poeziyasını yüksək dəyərləndirmiş, onun Azərbaycan şifahi xalq ədəbiyyatına mütərəqqi təsirini göstər­mişdir.

Molla Pənah Vaqifin poeziyasında folk­lordan bəhrələndiyi aydın göstərilir.

Professor Sədnik Paşa yazır ki, Xəstə Qsım “Dağıstan səfəri” ilə real tarixi dastanın ilk nümunəsini yaratmışdır. Bundan sonra ondan Aşıq Valeh, Aşıq Alı, Şəmkirli Hüseyn bəhrə­lənmiş, tarixi dastan yaratmışlar.

Aşıq Ələsgər məclisə daxil olanda islami dəyərlərin tarixini, islam mədəniyyətini xalqa poetik dillə çatdırır, ictimai fikir tari­ximizdə, mənəviyyatımızın zənginləşməsində misilsiz rol oynayır, hörmət qazanır.

XX əsrdə Xəstə Qasımın açılmamış qıfıl­bəndlərini Növrəs İman açmışdır. Növrəs İman aşıq poeziyasında görkəmli fəaliyyət göstərən sənətkarların şərəfli əməyini yüksək qiymət­ləndirir.
Oyub ciyərimi möhnət alması,

Bu xəstə könlümün açılmaz pası.

Ələsgər, Xəstə Qasım, Şikəstə Abbası,

Ondan qalan aşıq üz gəlib gedib.


Folklorşünas Sədnik Paşayev Xəstə Qasımı “Azərbaycan aşıq yaradıcılığının, onun poeziyasını, ifaçılıq sənətinin bel sütunu, onurğa sütunu” adlandırır, “Məsail, vücüdnamə, merac­namə, zəncirləmə və cahannamə” folklor top­lusunu tezliklə nəşr etdirib oxuculara çatdırmağı zəruri hesab edir. Alim Xəstə Qasımın poetik dillə təsvir və tərənnüm etdiyi dini mövzuya aid şerini nümunə verir:
Əzəl-əzəl bu dünyaya,

Adəm ata maya gəldi.

Əmr olundu yaradandan,

İnsan üzünə həya gəldi.


On dörd dəstədir gülümüz,

Kəlmə gətirdi dilimiz.

Şahlar-şahıdır pirimiz,

Salman ona dayə gəldi.


Xəstə Qasım eylər bəsi,

Silinsin könlünün pası.

Behiştin bir dəst libası,

Fatmeyi-Zəhraya gəldi.


Bizim verdiyimiz bu qısa məlumat filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının görkəmli folklorşünas, mahir tədqiqatçı və çox məsuliyyətli publisist olduğunu təsdiqləyir, onun elmi-nəzəri ideyasını mü­kəmməl öyrənib dərk etməyin əhəmiyyətini gös­tərir. Deməli, professor Sədnik Paşanın zən­gin elmi-nəzəri və pedaqoji-metodik irsini tədris etmək kütləvi oxucuların, xüsusilə gənc nəslin müqəddəs vəzifəsi olmalıdır. Ali məktəb­lərdə, kolleclərdə, texnikumlarda, orta ümum­təhsil və peşə məktəblərində Sədnik müəllimin əsərlərini mütləq öyrənmək lazımdır.

Professor Sədnik Paşa Pirsultanlının “Azər­­baycan aşıq yaradıcılığına dair araş­dır­malar” adlı tədqiqat əsərində, daha dəqiq desək, dərs vəsaitində “Aşıq Ələsgər sənətkarlığı və Aşıq Ələsgər ucalığı”, “Bu səs Aşıq Əsədin sazının bağrından qopub”, “Aşıq Şəmşir və Bəhmən Vətənoğlu”, “Həmid Araslı və folklor”, “Şəmşiri yaradan bir yol yaratdı”, “Bəhmən,- ruhun Murovun başındakı ağ bulud­lardan yuxarıdadır”, “Bozalqanlı Aşıq Ələsgər”, “Aşıq Bilal haqqında bildiklərim”, “Aşıq Tağlabiyanlı Şamil haqqında xatirələrim”, “Meydan sənindir”, “Əsli-Kərəm” dastanı haq­qında”, “Göyçəli Zodlu Abdulla”, “Növrəs İman” adlı elmi-nəzəri məqalələri toplanmışdır.

Tədqiqat əsərində toplanan bu məqalələrin şərhini vermək imkanımız olmadığına görə əminik ki, oxucular bizi bağışlayacaq, günahkar saymayacaqlar. Əminik ki, bu tədqiqat əsərindən orta və ali məktəb müəllimləri səmərəli istifadə edəcək, mülahizələrini zənginləşdirəcəklər.

Professor Sədnik Paşa Pirsultanlı milli sərvətimiz olan Azərbaycan şifahi xalq yara­dıcılığının, yəni folklorumuzun, təhsilimizin, elmimizin inkişafında səmərəli əməyini əsir­gəməyən mahir pedaqoqdur, gənc nəslin təlim-tərbiyəsilə ləyaqətli məşğul olan, gənc nəslə əməksevərlik, vətənpərvərlik, vətənə və xalqa dərin sevgi və məhəbbət aşılayan qayğıkeş, tələbkar müəllimdir.

Sədnik müəllim respubilkamızda bütün rayonları gəzər, məktəblərdə olar, müəllimlərlə, adlı-sanlı insanlarla səmimi görüşər, onlara dərin qayğı bəsləyər və qətiyyən köməyini əsirgəməz.

Məhz buna görə də Sədnik müəllimin elmi-nəzəri ideyası çox zəngin, geniş, əhə­miy­yətli və faydalıdır. Onun əsərlərində, top­ladığı folklor materiallarına, dərsliklərində, dərs vəsait­lərində və tədqiqat monoqrafiyalarında bu müqəddəs elmi-nəzəri ideyası əsas meyardır, misilsiz təlim-tərbiyə və vətənpərvərlik ideya mənbəyidir.

Professor Sədnik Paşa Pirsultanlının filologiya elmləri doktoru, professor Sabir Əli­yevin elmi redaktorluğu və nəşriyyat redaktoru Ramiz Təmkinin səmərəli fəaliyyəti nəticəsində 2002-ci ildə Gəncədə “Pirsultan” nəşriyyatında iki cilddən ibarət çap olunan “Ozan-aşıq sənətinə dair araşdırmalar” adlı kitabı elmi-nəzəri tədqiqat əsəridir, dərslik mahiyyətli monoqrafiyadır.

Monoqrafiyanın birinci hissəsində profes­sor Sədnik Paşa Pirsultanlı uzun illər ərzində qəzet və jurnallarda dərc etdirdiyi otuz elmi-nəzəri və pedaqoji-metodik mahiyyətli məqa­lələrini toplayıb oxucuların mütailəsinə ver­mişdir.

Kitabda 1970-ci illərdən bəri Ozan-aşıq yaradıcılığına dair araşdırmaların bu toplusu ali məktəblər, koleclər, texnikumlar, ümumtəhsil və peşə məktəblərinin tələbləri üçün çox əhə­miyyətli dərslik vəsaitidir.

“Kitabi-Dədə Qorqud” dastanı və xalq əfsanələri, “Koroğlu” eposunun əsatir kökləri, xalq əfsanə və rəvayətləri ilə bağlı olması, “Arzu-Qənbər”dastanı, “Əsli-Kərəm” dastanı və xalq əfsanələri, Sarı Aşıq və “Yaxşı-Yaman” dastanı, ustad sənətkarlardan Miskin Abdal, Yetim Aydın, Ağqızoğlu Piri, Uğurluoğlu Cəfər, Güvəndikli Əhməd, Tifil Əsəd, Aşıq Bəsti, Aşıq Həmayıl, Aşıq Pəri, ustadlar ustadı Aşıq Ələsgər, Məlikballı Qurban, Aşıq Dilqəm haqqındakı tədqiqat əsərləri məzmun və ideya baxımından çox əhəmiyyətlidir.

Professor Sədnik Paşa Pirsultanlının bu monoqrafiyası səmərəli axtarışların və ciddi tədqiqatın bəhrəsi olduğuna görə dərin məz­mun­lu və təlim-tərbiyəvi mahiyyətlidir. Folklorşünas alim Sədnik müəllimin monoqrafiyasında verilən tədqiqat materialları yalnız elmi-nəzəri baxımdan deyil, həm də təlim-tərbiyəvi cəhətdən folklor­şünas alim Sədnik Paşa Pirsultanlının elmi-nəzəri ideyasının təbliğinə əsaslı təkan verir və oxuculara yüksək əxlaqi keyfiyyətlər aşılayır.

Folklorşünas alim Sədnik Paşa Pirsultan­lının 1979-cu ilin dekabrında elmi konfransdakı məruzəsinin mətni “Nizami və ozan-aşıq sənəti” adı ilə monoqrafiyada verilmişdir.

Tədqiqatçı alim 1981-ci ilin 25 noyabrında “Nizami irsi dünən və bu gün” mövzusunda Azərbaycan Milli Elmlər Akademiyasında keçi­rilən elmi-nəzəri konfransda “Nizami və Azərbaycan eposu” mövzusunda məruzə et­mişdir.

Həmin məruzənin mətni 1991-ci ildə konfransın materialları çap olunan kitabda dərc edilmişdir. Müəllif həmin “Nizami və Azər­baycan eposu” adlı tədqiqat məqaləsini də bu monoqrafiyada vermişdir.

Professor Sədnik Paşa Pirsultanlı yazır: “Nizami yaradıcılığında “Dədə Qorqud”, “Dədə Gunəş”, “Aldədə”, “Koroğlu” əsatir, əfsanə, epos və dastanlarla yanaşı “Bamsı Beyrək”, “Aşıq Qərib”, “Tahir və Zöhrə” dastanları ilə səsləşən epizodlar, süjet və motivlər vardır. Bütün bunlar Nizami yaradıcılığı ilə qədim bahadırlıq eposla­rımızı və məhəbbət dastanlarımızı müqayisə və təhlil etməyə geniş imkan yaradır”

Tarixi mənbələr göstərir ki, Azərbaycan eposunun inkişaf mərhələlərinin keçdiyi yolu öyrənməkdə yazılı bir mənbə kimi Nizami Gəncəvinin əsərləri, xüsusilə “Xosrov və Şirin” poeması böyük əhəmiyyətə malikdir.

Məlumdur ki, cahannamələr insanı dö­zümlü, səbirli olmağa çağırır, ona təskinlik verir. Dahi Ni­zami Gəncəvi “Xəmsə”sində cahan­na­mədən maraqlı nümunələr verir və onun mütaliə edilib dərk olunmasını göstərir:

Ancaq bir şərbətdir bu ölüm gərək,

Qoca da, cavan da, hamı içəcək.
Nizami Gəncəvi özünə müraciətlə deyir.
Hümmət eylə, burda ələ al sazı,

Ucalsın pərdədə sazın havazı.

Professor Sədnik Paşa Pirsultanlının yet­mişinci illərdən bəri ozan-aşıq yaradıcılığına dair araşdırmaları bir məcraya gətirməsi, iki cilddə nəşr etdirib folklor araşdırıcılarına, aspirantlara, dissertantlara, magistrlərə, tələbələrə, saz-söz sevənlərə və sənətsevərlərə hədiyyə verməsi yük­sək vətən­pər­vərlik, əməksevərlik, tələbkarlıq və qayğıkeşliyin çox əhəmiyyətli nəticəsidir. Ona görə ki, aşıq poeziyası zəngin təlim-tərbiyəvi və bədii-estetik zövq mənbəyidir, əxlaqi key­fiyyətlər xəzinəsidir.

Professor Sədnik Paşa Pirsultanlının Azər­baycan folkloruna aid əsərləri səmərəli tədqi­qatlarının nəticəsidir, vətənə, xalqa, xalqın zən­gin milli sərvətinə sevgi və məhəbbət ideyasıdır.

Professor Sədnik Paşa Pirsultanlının mo­noq­rafiyada yaradıcılıq yolunu təhlil etdiyi sənət­karların şeirlərindən bir sıra maraqlı nümunələri oxuculara təqdim etməyi lazım bilirik.

Ona görə ki, həmin poetik nümunələr yüksək əxlaqi və bədii keyfiyyətlər aşılamaq baxımından çox qüvvətli, təsirli və maraqlıdır.

“Dədə Qorqud” dastanındakı “Cahan­namə”də deyilir:

Hanı dediyim bəy ərənlər?

Dünya mənim deyənlər?

Əcəl aldı, yer gizlədi,

Fani dünya kimə qaldı?

Gəlimli-gedimli dünya,

Son ucu ölümlü dünya.
Dahi Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında folklor nümunəsindən yaradıcı şəkildə istifadə etmişdir:
Doqquzda tərk etdi onun yolunu,

Şir üstə sınadı güclü qolunu.

On yaşa girəndə bu nadir cavan,

Otuz yaşlıları qoyurdu heyran.

Qırx yaşa qədərdir həyat nəşəsi,

Qırxda bitib gedir könlün həvəsi,

Əllidən aşdımı, canın sağ olmaz,

Ayaqlarda taqət, gözdə nur qalmaz.

Altımışda salarsan bir yerdə məskən,

Yetmişdə hər üzvün düşər taqətdən.

Dünyada əziyyət çəkib boy atdın,

Elə ki, səksənə, doxsana çatdın,

Ordan da yetirdin özünü yüzə,

Ölüsən, diri də görünsən gözə.


Nizami Gəncəvinin əsərlərindəki bu “vücud­namə”lər xalq yaradıcılığının zəngin xəzi­nə­sin­dən yaradıcı istifadənin gözəl nümunəsidir. Nizami Gəncəvi xalq yaradıcılığının örnəkl­ərin­dən bəhrələnmiş, onun zəngin əsərləri də el sənət­karlarının yaradıcılığına qüvvətli təsir et­mişdir.

XVII əsrdə yaşamış, zəngin poetik xəzinə yaratmış Sarı Aşıq bayatı yaradıcısıdır, çünki onun bayatıları nadir sənət inciləridir. Ona görə də ondan nümunələr verməyi lazım bilirik:


Mən aşiq, sarı qaldı,

Gün getdi, sarı qaldı.

Yollarına göz tikdim,

Gözümdə sarı qaldı.


Qərib ellərdə tək qalan sənətkar ürək ağrısı ilə deyir:

Mən aşıq çəkən dərdi,

Doğrayım, töküm dərdi.

Nə atam var, nə anam,

De kimnən çəkim dərdi?
Aşıq sürgün gözlərin,

Qəmdən üzgün gözlərin.

Yaxşıdan doya bilməz,

Baxsa yüz gün gözlərin

Qazağın Dağkəsəmən kəndində anadan olmuş, 1515-ci ildə Şah İsmayılın sərkərdəsi kimi şərəfli fəaliyyət göstərdiyinə görə fəxri fərmanla qiymətləndirilən Hüseyn (Miskin Abdal) Türkiyənin Dənizlisində “Təslim Abdal” kimi dəfn olunmuşdur.

Miskin Abdal zəngin lirika yaratmışdır. O, İranda mükəmməl dini təhsil almışdır. Miskin Abdal şah əsəri olan “Dağlar” qoşmasını Dağıstan dağlarında söyləmiş, başı qarlı uca dağların poetik dillə obrazını yarat­mışdır:


Məğribdən məşriqə səf çəkib durub,

Qüdrətdən çəkilmiş baş-başa dağlar.

İtaət boynuna həmayıl vurub,

Misli-pəsənd, xotkar, xan, paşa dağlar.


Ağ çeşmən sərindən car eylər seli,

Yaşıl tirmə qurşar adaca belli.

Zabitə kölgəsi, Dağıstan yeli,

Sədrin səfasıdır həmişə dağlar.


Bəd illərdən satın aldın pis günü,

Çağırıb dumanı, tökdün çiskini.

Gözü yaşlı quydun Cida Miskini,

Eylə gülə-gülə tamaşa dağlar.

Miskin Abdal Çaldıran müharibəsində iştirak etmiş, döyüşdə qıçının birini itirmiş və “A yaz ayları” adlı qoşmasında mənalı ömrünün poetik təsvirini vermişdir:
Miskin Abdal, ömür keçdi heyinən,

Bu mətləbi Qocadağa deyinən.

Öləndə məzarım gül-çiçəyinnən,

Bəzərlər üstümü, a yaz ayları.


Misgin Abdal bir gəraylısında demişdir:
Namərd ilə yoldaş olma,

Uzun ağrı çəkər başın.

Halal ilə ərsəyə çat,

Daş qalalar tikər başın.


Miskin Abdalın poeziyası çox tərbiyəvi mahiyyətdədir. Buna görə də Aşıq Ələsgər və onun qardaşı oğlu Növrəs İman bütün varlığı ilə Miskin Abdalın vurğunu olmuş və İman demişdir:
Yaxşı bəyənmişəm Miskin Abdalı,

Cəm imiş başında huşu-kamalı.


İran Azərbaycanının Tikmədaş kəndində anadan olan Xəstə Qasım Dağıstana səfər etmiş, vətən həsrətiylə qürbət eldə yaşamış və elin köçürülməsinə qəlbi alovlanmışdır:
Obalarımız səf-səf olub yüklənir,

Başı ala qarlı dağlar, qal indi.

Biz içmədik abi-kövsər suyundan,

Soyuq sular, tər bulaqlar, qal indi.


Xəstə Qasım, tamam oldu sözlərim,

Eşq ucundan kabab oldu közlərim.

Qərib yerdə, yad ölkədə gözlərim,

Vətən deyib ağla, ağla qal indi.


Şamaxını seyr edən Xəstə Qasım onun faciəli gününü alovlu qəlbinin ağrısı ilə təsvir edir:
Köhnə Şamaxının seyrin elədim,

Əl dəyməmiş təzə bağlar qalıbdı.

Elə köçüb gedib Ulusu, eli,

İşlənməmiş ağ otaqlar qalıbdı.


Ağquz oğlu Piri Molla Pənah Vaqifin müasiri və səmimi dostu olmuşdur. M.P.Vaqifin anasının adı Ağqızdır. Piri Vaqifin anasının adını özünə təxəllüs seçmişdir. Molla Vəli Vidadi Vaqiflə Pirinin qardaş olduğunu “Ağlarsan” rədifli şerində göstərir: “Ağqız oğlu Piri dünya qardaşın” misrasını deyir. Ağqız oğlu Pirini Qasım bəy Zakir də sevir. Ağqız oğlu Pirinin dili canlı, rəvan və oynadır:
Güllərin solğun olmasın,

Süsən sünbülün solmasın.

Yad yerdən ovçun gəlməsin,

Bağlansın yolların sənin.


Piri deyər: budur yurdun,

Yaxşı yerdə məskən qurdun.

Xub gözləyib, dürüst vurdun,

Qurusun qolların sənin.


Bir əfsanədə deyilir ki, Mehdi maral dərisi geymiş qardaşı Keytini maral bilib vurub öldürür. Sonra oxla vurduğu qardaşı olduğunu bilir və özünü öldürür. Ağqız oğlu Piri bu şeirini həmin əfsanə əsasında demişdir.

Kəlbəcər rayonunun Lev kəndində anadan olan Aşıq Bəsti Aşıq Ələsgərlə bir dövrdə yaşamışdır. O, həmyerlisi el şairi Ağdabanlı Qurbanla calıb oxumuş, məclislər yola salmışdır.

Aşıq Bəsti Xan Çoban adlı bir oğlanı sevir və “Əlişir Çoban” adlandırdığı bu oğlanın eşqi ilə qoşmalar qoşur.

Ancaq Xan Çoban kənd bəyi tərə­findən öl­dürülür. Bu gündən Aşıq Bəsti saz götürüb öz dərdini “dərdli illərə” söyləyir. Onun ağla­maqdan göz­lərinə tor gəlir, el arasında “Kor Bəsti” adı ilə məhşur olub tanınır.

Aşıq bəsti “Tapılmaz” adlı qoşmasında deyir:

Üzülübdür canım el tənəsindən,

Hamı deyər Bəsti evdə tapılmaz.

Bir sazıdı, bir sözüdü, bir özü,

Bir beləsi daha levdə tapılmaz.
Bu qınağa vallah mənəm dözürəm,

Usanmışam, ölməyə də hazıram.

Dərdimi deməyə divan gəzirəm,

Yerdə axtarıram, göydə tapılmaz.


Aşıq Bəsti “A bəy” adlı satirik qoşmasında bəylərə, istismarçılara nifrət yağdırılır.
Ağladım doyunca, gülmədim haşa.

Bir ah çəksəm, dağlar gələr baş-başa,

Bəsti deyər, səni də düş ataşa,

Yan Novruz şamının piltəsi kimi.

Aşıq Həmayıl XIX əsrin birinci yarısında Şəmkir mahalının Dəllər-Cırdaxan kəndində anadan olmuşdur. Onu bir varlının Hidayət adlı ağılsız oğluna verirlər.

Hidayət Həmayılı unudur, onun yanına gəlmir. Aşıq Həmayıl gözü yollarda qalır, əmisi oğluna “Gəlmədin” rədifli beş bənd­lik qoşmasını yazır:

Əmim oğlu, məndən heç utanmadın?

Üç ay keçdi, bir yaylağa gəlmədin.

Yüz min cəfa ilə köç eylədim mən,

Ordan endim Ağbulağa, gəlmədin.


Mənim adım Həmayıldır, həmaya,

Sinəm bənzər həm ulduza, həm aya.

Mənə vədə verdin gəlləm bir aya,

Bağlandın arana, dağa gəlmədin.


Bədii deyminə görə sənət incisi olan bu qoşma dillər əzbəri olmuş, Həmayılın ustad sənətkar olduğunu təsdiqləmişdir.

Göyçə aşıq məktəbnin zirvəsi Aşıq Ələsgər Həmayılın ağır taleyinə acıyır, sevgisinə etirazını bildirib deyir.


Yaxşı yara qismət olmur yaxşı yar,

Həm sözdən mətləb qan, həm ayıl eylə!

Azərbaycan qadın aşıqlarının içəricində maralyanlı Aşıq Pəri çox məhşurdur. O, Cəbra­yıl rayonunun Maralyan kəndindəndir.

On beş, on altı yaşlarından şeir yazmağa başlamış, şeirləri dillər əzbəri olmuş, onu xalq sevmiş və dərin hörmət bəsləmişdir. Aşıq Pəri deyir:

Mən aşiq maral yana,

Sən də gəl Maralyana.

Necəsən bir ah çəkəm,

Dağlarda maral yana.


Yox, aşıq, dağda yanar,

Dağa arxa, dağ dayanar.

Pəriyəm, mənim ahımdan,

Maral nədi, dağ da yanar.


Aşıq Pəri qırx yaşına kimi Dərbənddə, Şuşada və Tiflisdə yaşamışdır. Qırx yaşında kən­də qayıtmış, əmisi oğlu Məmmədlə ailə həyatı qurmuş, bir oğlu və bir qızı olmuşdur.

Aşıq Pəri poetik dillə demişdir:


Mən Pəriyəm, Maralyandı elimiz,

Uçdu qazı, viran qaldı gölümüz.

Yenə Dağıstana düşüb yolumuz.
Yox, Aşıq, Dağıstana,

Pəri gedir Dağıstana.

Qorxuram göz yaşımdan,

Gül sola, dağ istana.


Ustadlar ustadı Aşıq Ələsgər (1821-1926) Göyçə aşıq məktəbinin görkəmli nüma­yən­dəsidir, Aşıq Alının şəyirdidir. Aşıq Ələsgər yalnız Azərbaycanda deyil, bütün Yaxın və Orta Asiyada, ümumiyyətlə Türk dünyasında, türkdilli ölkələrdə ümumxalq məhəbbəti qazanmış dahi saz və söz sənətkarıdır.

Göyçə aşıq məktəbinin zirvəsi sayılan Aşıq Ələsgər iftixar hissi ilə deyir:


Adım Ələsgərdi, mərdi-mərdana,

On iki şəyirdim işlər hər yana.


Aşıq Ələsgər demişdir ki, aşıqin əzəl başdan pürkamalı gərəkdir. Aşıq Ələsgər ustad­namə mahiyyətli bu misraları demiş, aşığın mənəvi zənginliyini və əsas keyfiyyətlərini poetik dillə ifadə etmişdir:
Yaxşı hörmətinnən, təmiz adınnan,

Mən dolandım bütün Qafqaz elini.

Pirə ata dedim, cavana qardaş,

Ana, bacı bildim qızı, gəlini.

“Hər sözü dillərdə bir dəftər” olan ustad Aşıq Ələsgər müəyyən bir məktəbdə təhsil almamış, kamil ustad Aşıq Alının şəyirdi olmuş, Göyçə mühitində yetişmiş, əslində xalq aka­de­miyasını bitirmiş, fitri istedadlı sənətkar olmuşdur.

Aşıq Ələsgərin ölümü Göyçənin Zod kəndindən olan Sənətkar Abdullanının varlığını sarsıtmış, onu kədərləndirmişdir. Buna görə də zodlu Sənətkar Abdulla demişdir:


Dağlar qan ağlayır, düşüb borana,

Daha bundan sonra çətin yarana.

Göyçə qana batsın, qaldı virana,

Daha Ələsgər tək ad olan varmı?


Mənim üçün nə ata var, nə ana,

Arif gərək bu mətləbi tez qana.

Minək qəm atına, çıxaq cahana,

Görək, bu dünyada şad olan varmı?


Aşıq Ələsgər dahi söz və saz sənətkarıdır. Aşıq Ələsgər ölümsüzlüyün əbədiyaşar zirvəsinə yüksəlmiş, yaşamış, yaşayır və əsrlər boyu yaşa­yacaqdır!

Xalq şairi Səməd Vurğun gözəl demişdir:

Ölüm sevinməsin qoy,

Ömrünü vermir bada.

El qədrini canından,

Daha əziz bilənlər,

Əbədi xatirətək

Yaşayacaq dünyada,

Sevərək yaşayanlar,

Sevilərək ölənlər!


Məlikballı Qurban (1810-1875) Ucar rayonunun Məlikballı kəndində anadan olmuş, gəncliyində İranı, Tiflisi gəzmiş, Turfə xanımla ailə qurmuşdur.

Məlikballı Qurban gözəl bayatılar yarat­mış, dünya şöhrətli sənətkar olmuş, vətəninə, xalqına şərəfli xidmət etmiş və demişdir:


Aşıq, Məlikballıdır,

Üzdə xalı bəllidir.

Gördüm gözəl çöhrəsin,

Bildim Məlikballıdır.

Mən aşiq, Məlikballı,

Gözümdü Məlikballı.

Gözəl bir yar sevmişəm,

Özü də Məlikballı.

Mən aşiqəm, qan olar,

Ağlasa göz, qan olar.

Tuti yar yada getsə,

Məlikballa qan olar.


Məlikballı Qurbanın “Yurdum” qoşması çox gözəl sənət incisidir. Altı bənddən ibarət olan bu qoşmada vətən məhəbbəti, ana yurdun sevgisi çox qüvvətli verilir:
Çəmənli, çiçəkli soyuq bulaqlı,

Dərəli, təpəli, obalı yurdum.

Qoyunlu, quzulu, güllü yaylaqlı,

Cahanda birinci səfalı yurdum.


Arandan köçəndə bura düşərlər,

Pendiri, süd, yağı sağın edərlər.

Qız-gəlinlər həm oynayıb gülərlər,

Həmişə əlləri xınalı yurdum.


Arandan köçənin buradır yolu,

Ağalar nökərdən haqq-hesab alı,

Onların duası müstəcəb olu,

Hayıf ki, düşmüşəm aralı yurdum.


Məlikballı Qurban ana yurdunu “Cahanda birinci səfalı yurdum” adlandırır, ancaq ana yurdundan aralı düşdüyünü, qürbətdə yaşadığını poetik bir dillə təsvir edir.

Azərbaycan aşıq yaradıcılığında “Dilqəmi” saz havasının yaradıcısı Yəhya bəy Dilqəm Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində XIX əsrin 20-ci illərində anadan olmuş, “Dilqəm bulağı”nın başında çox səmərəli məclislər keçirmiş və demişdir:


O qızıl gülləri dərməyən Dilqəm,

Dərib pünhan yerə sərməyən Dilqəm,

Bu dünyada yarı görməyən Dilqəm,

Yarəb o dünyada görüşər nola?


Dilqəmin övladı olmamışdır. Yəhya bəy Dilqəm Böyükağa oğlunun qardaşı Əhmədağanın övladları olmuşdur. Onun nəvələri bu gün də həmin kənddə yaşayırlar.

Dilqəm Güvəndikdə Nəsib bəyin qızı Telliyə vurulur, onunla evlənir və deyir:


Mən Dilqəməm, Böyükağanın balası,

Yerdə qalmaz, mən fəqirin nalası.

Telli xanım Nəsib bəyin balası,

Əlif qəddim dal yazılıb o bürcə.


Qəlb şairi Dilqəm təbiətin gözəllik mən­bəyi olduğunu “Dağlar” qoşmasında vurğulayır:
Ziynəti nərgizdən, tər bənövşədən,

Al-yaşıl geyinib şad olan dağlar.

Gülab kimi axar zülalı sular,

Dəhanlar ləzzəti, dad olan dağlar.


Dilqəm gözəllər haqqında mənalı şeirlər yazmışdır:
Gülüstanı-İrəmdən gəlmiş ay pəri,

Ay-Gün camalına olub müştəri.

Gör necə dolanır şahmar zülfləri,

Mənim gözüm o şahmara düşübdür.


Şəmkir aşıqları Kəblə Bağır, Şəmkirli Hüseyn, Aşıq Çoban, Seyfəli Pənah, Aşıq Qasım və başqalarının zəngin poeziyası heyif ki, öyrənilməmişdir. Onlar da Dilqəm kimi gözəl sənət inciləri yaratmışlar.

Morullu Uğurluoğlu Cəfər XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb yaratmış Şəmkir aşıq məktəbinin görkəmli nümayəndəsidir.

Cəfərin qardaşı Abbas bəyin sahəsində axan Morul arxının suyunu öz tərəflərinə aç­dı­ğına görə Bəbir bəy onu xəncərlə doğrayır. Cəfərin şikayətinə baxan olmadığına görə bəydən intiqam alacağını “Məni” rədifli qoş­masında deyir:
Cəfər deyər: boz bulanıq çay mənəm,

Mərd meydanda mən düşməni saymaram.

Bu qisası qiyamətə qoymaram,

Əgər ki, ortamdan yaralar məni.


Cəfər Bəbir bəyin sağ qolunu dibindən kəsir. Onu həbs edirlər. Cəfər qazamatda deyir.
Bəy vurub öldürdü, şahım- şahbazım,

Getdim divanlara, tutmadı sözüm.

Qəzəbim güc gəldi, qalmadı dözüm,

Mən də kəsmişəm bir qol yaranellər.


Uğurlu oğlu Cəfər həbsxanada olarkən bulağa gələn qızı görür və deyir:
Bulaq üstə duran gözəl,

Bəri baxsan qan olarmı?

Düşmüşəm dərmansız dərdə,

Dərdimə dərman olarmı?


Nə hürüdü, nə pəridi,

Baxanda cismim əridi.

Behişt gözəlinin biridi,

Belə də insan olarmı?


Cəfər, keçər cavan çağlar,

Dörd yanda qəmli dustaqlar.

Səni görüb qəlbim ağlar,

Görüşə güman olarmı?


Şeiri Uğurluoğlu Cəfərin mübariz şəxsiy­yət, döyüşkən el şairi olduğunu təsdiq edir. Mo­rul kəndindən Muxtariyyə kəndinə köçür, orada və­fat edib dəfn olunur. Uğurluoğlu Cəfərin zən­gin ədəbi irsi toplanıb nəşr edilməmişdir. Onun insan qəlbini alovlandıran şeirlərindən çox az hissəsi dillər əzbəridir, həm də tərbiyəvi ma­hiy­yətlidir.

Professor Sədnik Paşa Pirsultanlı 2006-cı ildə filologiya elmləri doktoru, professor Sabir Əliyevin və Azərbaycan Milli Elmlər Akade­miyası Folklor İnstitutunun elmi əməkdaşı Sa-hibə Paşayevanın redaktorluğu ilə çap etdirdiyi “Azərbaycan folkloruna dair tədqiqatlar” adlı monoqrafiyasına 1955-ci ildən qəzet və jurnal­larda nəşr olunmuş məqalələrini daxil etmişdir.

Kitabda müəllifin Azərbaycan folkloruna dair tədqiqləri toplanmış “Əfsanələrin tədqiqi”, “Azərbaycan eposunun tədqiqi”, “Nağıl və təmsillərin tədqiqi” adlı bölgələrdə verilmişdir. Ümumiyyətlə, monoqrafiyada müəllifin müx­təlif illərdə qəzet və jurnallarda nəşr edilmiş yetmiş məqaləsi toplanmışdır.

Professor Sədnik Paşa monoqrafiyada “51 il, yollarda, uluslarda, ellərdə” adlı üç səhifəlik ön söz yazmışdır. Ön sözdə şifahi ədəbiyyatın rəngarəngliyini, zəhmətkeş adamların istək və arzu­larını tərənnüm etməsi, xalqın mədəni və ədəbi irsində əsas yer tutması haqqında qısa məlumat verilir.

Azərbaycan xalqının “Koroğlu”, “Qaçaq Nəbi”, “Əsli və Kərəm”, “Leyli və Məcnun”, “Aşıq Qərib” dastanlarının 1936-1939-cu illər­dən sonra ayrıca kitab şəklində buraxılmaması qeyd olunur və bu problemin həll olunması göstərilir.

Aşıq yaradıcılığının rəngarəng və çox­cəhətli olması, Azərbaycan xalqının qədim və təkmilləşmiş musiqi aləti sazın aşığın əlində yeganə vasitə olduğu, aşığın sözünü və hərə­kətini tənzim etməsi məlum həqiqətdir.

Professor Sədnik Paşayev yazır: “Mən dəmirdən çarıq geyib, dəmirdən əsa götürüb el-el gəzərək əlli bir il ərzində təkcə aşıq yaradıcılığını deyil, əfsanələri, lətifələri, atalar sözlərini, tap­macaları toplayıb yeni tədqiqat əsərləri yazdım.

Bundan əvvəl 2002-ci ildə “Ozan aşıq yaradıcılığına dair araşdırmalar” adlı iki cilddə iyrimi yeddi çap vərəqi, “Ozan-aşıq sənətinin nəzəri məsələləri” on üç çap vərəqi həcmində məqalələr toplusunu ayrıca kitab şəklində nəşr etdirdim”.

“Azərbaycan folkloruna dair tədqiqlər” adlı iyrimi altı çap vərəqi həcmində olan bu əsər də məqalələr toplusudur.

Professor Sədnik Paşa Pirsultanlı bu kitaba Amerikada, İranda, Türkiyədə, Qazaxıstanda, Orta Asiyada, Dağıstanda və qonşu respub­likalarda çap olunmuş dəyərli əsərlərini də daxil edib oxucuların mütailəsinə vermişdir.

Professor Sədnik Paşa Pirsultanlı Azərbay­can xalqının istək və arzularını tərənnüm edən, onun mədəni və ədəbi irsində çox böyük yer tutan xalq ədəbiyyatının nağıllar, dastanlar, qoşmalar, bayatılar, atalar sözləri, zərb-məsəllər və s. ən zəngin və gözəl nümunələrinin ətraflı şərhini verir, həm də bu nümunələrin toplanıb nəşr edilməsini müasir dövrümüzün əsas prob­lemlərindən biri kimi qarşıya qoyur.

Folklorşünas Sədnik Paşa Pirsultanlı xalq ədəbiy­yatının kütləvi janrı olan bayatılarımızın 1938-ci ildə mərhum H.Əlizadə və 1943-cü ildə mərhum M.H.Təhmasib tərəfindən toplanıb nəşr edildi­yini göstərir və təəssüflə bildirir ki, bundan sonra həmin janrın nəşri unudulmuşdur.

Professor Sədnik Paşa Pirsultanlı 1955-ci ilin 25 avqustunda “Azərbaycan gəncləri” qəzetində dərc etdirdiyi” Xalq ədəbiyyatı nümu­nələri nə vaxt nəşr ediləcəkdir?” adlı həmin məqaləsində 1941-ci ildən sonra “Qaçaq Nəbi”, 1951-ci ildən isə “Koroğlu” dastanının nəşr edilmədiyini göstərir. O, qeyd edir ki, “Əsli və Kərəm”, “Leyli və Məcnun”, “Aşıq Qərib” dastanları da ayrıca kitab şəklində bura­xıl­mamışdır.

Professor Sədnik Paşa “Molla Nəsrəddin lətifələri”, “Atalar sözü və məsəllər” kitab­larında da lətifələrin, atalar sözü və məsələlərin tama­milə verilməməsini göstərir. Folklorşünas alim göstərir ki, nəşriyyat orqanlarımız xalqın zəngin folklor incilərini çap edib ona ərmağan verməlidir.

“Azərbaycan folkloruna dair tədqiqat” kita­bındakı “Əfsanələrin tədqiqi” bölməsində da­hi Azərbaycan sənətkarı Nizami Gəncəvinin zən­gin ədəbi irsində əfsanələrdən istifadə edil­məsi, Səməd Vurğun və xalq əfsanələri, qədim Azər­baycan əfsanələri təhlil olunub yekun­laşdırılır.

“Azərbaycan eposunun tədqiqi” bölmə­sində “Kitabi Dədə Qorqud”da və əfsanələrdə islami görüşlər, “Koroğlu” eposunun əfsanə qaynaqları, türk xalqlarının ortaq dastanlarının yaranması və yayılması, əsatiri qəhrəmanlıq epos və dastanların kamilləşməsi yolları elmi-nəzəri şərhini tapır, tarixilik, elmilik və müqayisəlik prinsipləri əsasında tədqiq edilib ümumiləşdirilir, həm də əhəmiyyətli tövsiyyələr verilir.

Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı Azərbaycan folklorunu səmərəli tədqiq edir, xüsusilə əfsanələrə geniş yer verir. Kitabdakı bölmələr planlı şəkildə şərh edilir.

Tədqiqat əsərindəki “Nağıl və təmsillərin tədqiqi” bölməsində Azərbaycan nağıllarının janr xüsusiyyətləri, Nizami yaradıcılığında təmsil­lərdən istifadə etməyin üsulları, Azərbay­can­folklorunda təmsil və Nizami Gəncəvi kimi dahilərin təmsillərindən bəhrələndiyinin əhəmiy­yətini təhlil edir.

Həmin məsələlərin elmi-nəzəri və pe­daqoji-metodik şərhi zəngin nümunələr əsasın­da tarixi hadisələrlə vəhdətdə verilir.

Mövzu ilə bağlı yazılan tədqiqat əsər­lərindən yaradıcı şəkildə istifadə olunur, əsas prob­lemlərin elmi şərhi ətraflı verilir.

“Aşıq yaradıcılılğının tədqiqi” bölməsində Gəncəli Dədə Yediyar, Şamama Bəyim, Məhbub xanım, muğamın və aşıq sənətinin beşiyi olan Azərbaycan, Dirili Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq, Varxiyanlı Aşıq Məhəmməd, Qızıl­vəngli Aşıq Alı, Aşıq Hüseyn, Ağdabanlı şair Qurban, Şişqayalı Aşıq Aydın, Aşıq Şəmşir, Narınc Xatun, şair Bəhmən, Aşıq Musa, şair Məhəmmədhüseyn, Aşıq Valeh haqqında maraq­lı və məzmunlu məlumat verilir.

Professor Sədnik Paşa Pirsultanlı həmin sənətkarların tərcümeyi-halı, yaradıcılıq yolu, ədəbi irsindən nümunələr, əsərlərinin təlim-tərbiyəvi və bədii-estetik mahiyyəti, Vətənə və xalqa şərəfli xidmətləri haqqında məzmunlu və ideyalı öçerklər yazmış, oxuculara ərmağan vermişdir.

Professor Sədnik Paşa Pirsultanlı “Azər­baycan folkloruna dair tədqiqlər” adlı tədqiqat əsərinin “Heca vəzninin tədqiqi” adlı sonuncu bölməsində Azərbaycan xalq şeiri və onun sazla əlaqəli inkişaf prosesinin elmi əsaslarını təhlil edib yekunlaşdırır.

Professor Sədnik Paşa Pirsultanlı Azər­bay­can milli şeirinin əsasını təşkil edən heca vəzninin tədqiqi ilə səmərəli məşğul olan Əmin Abid, Hənəfi Zeynallı, Əbdüləzəl Dəmirçizadə, A.Dadaşzadə, A.Axun­dov və başqa görkəmli mütəfəkkirlərin fəaliy­yətini diqqətlə nəzərdən keçirir və yüksək qiymətləndirir.

Professor Sədnik Paşa Pirsultanlı yazır ki, Şah İsmayıl Xətai və Kərəmə qədər heca vəzni xalq poeziyası daxilində böyük təkamül və inkişaf yolu keçmişdir. Ozan şeri qopuzla, aşıq şeri sazla əlaqəli yaranmış və inkişaf etmişdir.

Yazılı ədəbiyyatımızın Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Nəbati kimi görkəmli nümayəndələri farsdilli şeirdən uzaqlaşıb, anadilli şeirə keçmək üçün aşıq şeirinin mütərəqqi keyfiyyətlərindən fayda­lan­mış, gözəl sənət inciləri yaradıb kütləvi oxuculara ərməğan vermişdir.

Filologiya elmləri doktoru professor Sədnik Paşa Pirsultanlı tədqiqat əsərində qeyd edir ki, aşıq sənəti xalqımızın qədim və zəngin tarixində onun mənəvi dünyasına və milli mədəniyyətinə möhkəm dayaq olmuşdur.

Folklorşünas Sədnik Paşa Pirsultanlı tədqiqatında göstərir ki, aşığın sazı ilə sözü əkiz doğulmuşdur. Aşıq şeirinin gəraylı, divani, təc­nis, müxəmməs formaları sazla əlaqəli yaranmış, hər şeir janrı sazın qoluna öz danışan pərdəsini bağlamışdır. Sazın qolunda qoşmanın öz danışan şah pərdəsi, divaninin və təcnisin də öz müstəqil pərdələri vardır.

Professor Sədnik Paşa Pirsultanlı folkloru Azərbaycan xalqının əsrlərdən bəri yaratdığı və qoruyub saxladığı mənəvi sərvət adlandırır.

Folklor zaman keçdikcə köhnəlmir, ən mötəbər idrak mənbələrindən biri kimi qalır, zənginləşir, xalqın tarixi-mənəvi təcrübəsinin ümumiləş­məsində iştirak edir.

Məlumdur ki, istedadlı yazılan ədəbiyyat və ya incəsənət əsəri milli sərvətdir. Bədii söz, səslərin ahəngi nəslimiz və dövrümüz haqqında xatirələri nəsillərdən-nəsillərə ötürür.

Azərbaycan ədəbiyyatının S.Hüseyn, C.Cab­­barlı, Y.V.Çəmənzəminli, S.Vurğun, M.Rza­­­­qu­luzadə, R.Rza, S.Rəhimov, İ.Əfəndiyev, B.Vahabzadə və başqa sənətkarları xalq ədəbiy­yatından yaradıcı şəkildə bəhrələnmiş, gözəl sənət əsərləri yaratmışlar.

Tarixi mənbələr və klassik ədəbiyyat Azər­baycan sənətkarlarının şifahi xalq yara­dıc­ı­lı­ğından çox səmərəli bəhrələndiklərini gös­tərir. Bu tarixi hadisəni Sədnik müəllim də tədqiqat əsərlərində çox səmərəli təsdiqləyir.

Filologiya elmləri doktoru, əməkdar müəllim, əməkdar mədəniyyət işçisi, istedadlı folklorşünas alim, professor Sədnik Paşa Pir­sultan­lının tədqiqat əsərində aşıq yaradıcılığının tədqiqinə geniş yer verilmiş, Şirvan, Gən­cəbasar, Dərbənd, Borçalı, Güney Azərbay­can, Anadolu və başqa azəri-türk xalqlarının yaşadıqları ölkələrdə aşıqların fəaliyyəti araş­dırılmış, on­la­rın poeziyası yüksək qiymət­ləndirilmişdir.

Professor Sədnik Paşa Pirsultanlı aşıq poeziyasının zəngin təlim-tərbiyə və bədii-estetik mahiyyətli tərbiyə mənbəyi olduğunu aşıqların şeirləri əsasında diqqətlə nəzərdən keçirir, araşdırır, tədqiqata cəlb edib təhlilini verir.

Müəllif göstərir ki, bu keyfiyyətlərinə görə aşıq şeirlərini dərslikləri, dərs vəsaitlərini, müntəxabat və oxu kitablarını zənginləşdirir.

Folklorşünas alim Sədnik Paşayevin bu tədqiqat əsəri dərslik mahiyyətlidir, çox maraqlı və əhəmiyyətli materiallarla zəngindir.

Professor Sədnik Paşa Pirsultanlının 2002-ci ildə Bakıda nəşr olunan “Ozan-aşıq sənətinin nəzəri məsələləri” adlı kitabında 1970-ci illərdən bəri ozan-aşıq sənətinə aid yazılı qəzet və jurnallarında dərc etdirdiyi elmi-nəzəri məqa­lələri top­lanmış, oxuculara hədiyyə verilmişdir.

Folklorşünas alim Sədnik Paşa bu məqalə­lərində Qazaxıstanda və Orta Asiyada mövcud olan ozan, aşıq, baxşı və akın məktəblərindən ətraflı bəhs edir, maraqlı məlumat verir.

Professor Sədnik Paşa Pirsultanlı bu kita­bında “Saz və aşıq”, “Qopuz və sazın əlaqəli havaları”, “Aşıq ifaçılığı xüsusiyyətləri”, “Aşıq yaradıcılığında təcnisin öyrədilməsinə dair”, “Aşıq sənətinin ölməz əlaqələri”, “Aşıq ifaçı­lığı­nın bəzi məsələləri”, “Aşıq məktəbləri”, “Ozan-aşıq məktəbləri”, “Sazin yüz möcüzəsi”, “Ana saz”, “Sözün, sazın qovşağı”, “İlk araşdırmalar”, “Ozan sənəti” “Aşıq yaradıcılığı”, “Qədim ozanlar yurdu”, “Türk xalqlarında Ozan- aşıq mək­təb­ləri haqqında qeydlər” “Qazaxıstan folk­lo­runda çalğı alətləri və saz havaları”, “Kazak folkloru haqqında”, “Türk dilli xalqlarda ozan-aşıq sənəti və onun milli xüsusiyyətləri”, “Türk xalqlarının ozan-aşıq sənətinin əski və çağdaş durumu”, “Türkiyə və İranda aşıq mühiti”, “Şirin qala”nı axtararkən”, “Folklor problemlər, müla­hizələr” adlı məqalələri toplanmışdır.

Dövrü mətbuatda folklorşünaslar və təd­qiqatçı mütəxəsislər bu kitabın nəşr olun­masını folklorşünaslığın öyrənilməsinə səmərəli əməyin hədiyyəsi adlandırmış, müəllifin əməyini dəyər­lən­dirmişlər.

Maraqlıdır ki, bu məqalə yalnız Azər­bay­canda deyil, həm də Qazaxıstanda və Türkiyədə dövrü mətbuatda dərc edilib oxucu­ların müta­iləsinə verilmişdir. Həmin ölkələrin dövrü mətbuatında dərc olunan bu elmi-nəzəri məqa­lələri mütəxəssislər yüksək qiymət­ləndir­mişlər. Ona görə ki, bu tədqiqat əsərlərində xalqların şifahi yaradıcılığına ciddi qayğı bəslənilmiş, hadisələrin şərhi tarixilik və elmilik prinsipləri əsasında real verilmişdir.

Professor Sədnik Paşa Pirsultanlı saz havalarının ümumi siyahısını verərkən onlardan hansıların gəraylı, qoşma və təcnis, bayatı və xalq mahnısı, divani və müxəmməslə bağlı olduqlarını qeyd edir və şərhini verir.

Saz havalarından bunları göstərir: gəraylı havaları, qoşma havaları, təcnis havaları, bayatı havaları, xalq mahnısı havaları, divani havaları, müxəmməs havaları.

Müəllif saz havalarının ümumi mənzə­rə­sinə diqqət yetirir, həm də saz havalarının ətraflı şərhini verir.

Professor Sədnik Paşa Pirsultanlı yazır: “Sivasdan Pirsultan Abdalın, Şah İsmayıl Xə­tainin, Aşıq Veysəlin, Konyada Dadaloğ­lunun, Qaracaoğlanın, Koroğlunun, Qars bölgəsində isə Aşıq Şenliyin, Ərzurumda və Ağrıda Aşıq Əmrahın şeirləri geniş yayılmışdır. Bunların sıra­sında dastançılığa meyl Qarsda daha güclüdür”.

Professor Sədnik Paşa Pirsultanlının tədqiqatında bu sənətkarların yaradıcılıq yolu nəzərdən keçirilir, əsərlərinin məzmunvə ideyası qısa şərh edilir, onların vətənə və xalqa səmərəli xidmətləri aydın göstərilir.

Filologiya elmləri doktoru, əməkdar müəllim, professor Sədnik Paşa Pirsultanlı ad­larını çəkdiyi yerlərdə Azərbaycan dastan­larına dərin məhəbbət olmasını, bu dastanların geniş yayıl­masını və oxucuların dərin hörmətini qazan­masını çox inandırıcı vurğulayır.

Gəncəli Məhbub Xanım Gəncəni ürək yanğısı ilə tərənnüm edir. Ona görə ki, Məhbub xanımın vətən həsrəti çox qüvvətlidir:
Gəncəni görənin gəlir həvəsi,

Bu yerdə çox olub igidlər bəhsi.

Atamın var idi, ağır xəznəsi,

Yaqutu, yaməni, ləli Gəncənin.


Kitabda Azərbaycan ozan-aşıq sənətinin nəzəri məsələləri tarixilik, elmilik, ideyallıq, müqayisəlilik, pedaqoji və metodik prinsiplər əsasında ətraflı şəklini tapır.

Müəllif vətənə və xalqa dərin hörmət və məhəbbətin poetik bədii ifadəsini gözəl cilalayır, oxucuya yüksək əxlaqi keyfiyyətlər aşılayır.

Tədqiqatçı ozan-aşıq sənətinin tarixini, inkişaf yollarını, bu sənətin görkəmli nüma­yən­dələrinin, xüsusilə vətənə və xalqa şə­rəfli xidmət edən, zəngin ədəbi irs yaradan, yəni gözəl qoş­malar, bayatılar, təcnislər, divanilər, gəraylılar və s. şeirlərlə məclisləri bəzəyən sənətkarların fəaliyyətini şərh edir, yüksək qiymətləndirir.

Azərbaycan ədəbiyyatı tarixində görkəmli folklorşünas kimi tanınan, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı 20-30- cu illərdə Y.Vəzir, Ə.Abid, S. Mümtaz, V.Xuluflu, H.Zeynallı, Ə.Tahirov və başqa nurlu sima­ların səmərəli xidmətlərini yüksək dəyər­ləndirmiş, onların fəaliyyətini tədqiq etmişdir.

Azərbaycan folklorunun cografi atlasının yaranmasından, geniş təbliğindən, saz-söz sənə­tinin əhəmiyyətindən, professor Mirəli Seyi­dovun qırx ildən çox mifologiya ilə səmərəli məşğul olmasından, Abbas Aslanovun “Azərbay­can mifoloji mətnləri”, Mürsəl Həkimovun “Xalqımızın deyimləri və duyumları” və Sədnik Paşayevin dörd əfsanə kitabları haqqında apar­dığı bu tədqiqat əsərində faydalı izahat verilir.

Müəllif Borçalı aşıqları, Şirvan-Muğan aşıqları, Göyçə aşıq məktəbi, Gəncə-Şəmkir aşıqları haqqında apardıqları araşdırmalarda və tədqiqatda hadisənin şərhini düzgün cilalayır, oxucuya maraqlı elmi-nəzəri məlumat verir, oxucuların vətənpərvərlik, əməksevərlik, doğma ana yurda, onun füsünkar təbiətinə sevgi və məhəbbətini zənginləşdirir.

Professor Sədnik Paşa Pirsultanlı yazır ki, Gəncə-Şəmkir aşıqlarından Aşıq İmran, Aşıq Əkbər Koroğlu aşığı, Aşıq Mayıs Gəncəli kimi sinəsi dolu, “Qurbani”, “Abbas və Gülgəz”, “Əsli və Kərəm” dastanlarını, saz havalarını, aşıq şeirini mükəmməl bilən, onların səmərəli təbli­ğat­çısı olan, xalqın hörmətini qazanan sənət­kar­lar aşıq şeirinin bütün formalarını əzbər bilmiş, həmişə onun təbliğatçısı olmuş, parlaq uğurlar qazanmışlar.

Qüdrətli və istedadlı Aşıq Ədalətin həyatı, yaradıcılığı, ülvi sənətkarlıq ustalığı, insanların qəlbini pərvazlandırdığı, onlara yüksək təlim-tərbiyəvi və bədii-estetik, əxlaqi keyfiyyətlər aşıladığı tədqiqat əsərində ətraflı şərhini tapır.

Professor Sədnik Paşa Pirsultanlının təd­qi­qat əsərləri dərin məzmuna, yüksək sənətkarlığa və parlaq ideyaya malikdir.

Buna görə də ali və orta məktəblərdə onun tədqiqat əsərlərindən faydalı dərs vəsaiti kimi səmərəli istifadə edilir, ona hörmət qazandırır.

Professor Sədnik Paşa Pirsultanlının elmi-tədqiqat əsərləri səmərəli axtarışların, məsuliy­yətli araşdırmaların və diqqətli tədqiqatın nəticə­sində yazılmış elmi-tədqiqat sənədləridir. Buna görə də filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı həmişə sevilir, ümumxalq məhəbbəti qazanır.



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin