AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ GƏNCƏ DÖVLƏt universiteti


II FƏSİL Azərbaycan folklorunun toplanmasında professor



Yüklə 2,86 Mb.
səhifə3/16
tarix31.01.2017
ölçüsü2,86 Mb.
#7268
1   2   3   4   5   6   7   8   9   ...   16
II FƏSİL
Azərbaycan folklorunun toplanmasında professor

Sədnik Paşa Pirsultanlı salnaməsi
Azərbaycan şifahi xalq ədəbiyyatı qədim və zəngin tarixə malikdir. Dərin dəryaları xatırladan azərbaycan şifahi xalq yaradıcılığı gənc nəslin təlim-tərbiyə, bədii-estetik zövq və yüksək əxlaqi keyfiyyətlər mənbəyidir.

Görkəmli folklorşünas Sədnik Pirsultanlı mənalı ömrünü bu zəngin xəzinənin tədqiqinə həsr etmiş, yetmişdən artıq kitab yazıb oxuculara ərməğan vermiş və ümumxalq məhəbbəti qazanmışdır.

Mahir pedaqoq, istedadlı tədqiqatçı Sədnik Paşayev (Pirsultanlı) apardığı səmərəli axta­rış­ların nəticəsində “Novruz və Qəndab”, “Səyyad və Sədət”, “Abdulla və Cahan”, “Məsim və Diləfrüz” dastanlarını “qəhrəmanlığın hüdud­larında dayanan məhəbbət dastanları” adlandır­maqda tamamilə haqlıdır, çünki bu dastanlar həqiqətən qəhrəmanlığın hüdudlarında dayana­nan məhəbbət dastanlarıdır.

Sədnik müəllimin araşdırmaları və tədqiqatı vəhdətdə aparıldığına görə məzmunlu və ideyalıdır.

Tarixi həqiqətdir ki, “Şah İsmayıl” dasta­nında qəhrəmanlıq və məhəbbət ideyaları vəhdət təşkil edir. Dastandakı hadisələr bir-birini zən­gin­ləşdirir və tamamlayır. Bu da oxucuya gözəl təsir bağışlayır, onun mənəvi aləmini zən­ginləşdirir.

Prof. Sədnik Pirsultanlı “Novruz və Qən­dab” dastanını tarixilik, elmilik, mü­qayisəlilik, ideyalılıq prinsipləri əsasında diqqətlə nəzərdən keçirir, müqayisəli təhlil edir, məhəbbət və qəhrəmanlıq dastanları ilə vəhdətdə şərhini verir.

Müəllifin “Kitabi-Dədə Qorqud” və “Ko­roğlu” dastanları ilə müqayisəli şəkildə apardığı araşdırmaları, ümumiləşdirmələri və oxucuya təqdim etdiyi nəticə və tövsiyyələr inandırıcı və təsirlidir.

Ona görə ki, folklorşünas alim Novruzu dərin dəryalardan Xızır İlyasın qurtarmasını, Qəribi üç aylıq yoldan üç günə gətirməsini, Novruzu üç gözəllə vətəninə qaytarmasını elmi axtarışların nəticəsində real verir.

Şah İsmayılın atasının yanına üç gözəllə qayıtması və Şəhriyarın bir gözəlin arxasınca getdiyi halda üç gözələ rast gəlməsi kimi hadi­sələr müəllifin tədqiqatında müqayisəli paralellər əsasında elmi-nəzəri şərhini tapır və oxucunun qəlbini pərvazlandırır.

Folkorşünas alim Sədnik Paşa Pirsultanlının “Bilqamus” dastanı ilə bağlı verdiyi məlumatlar daha çox maraqlıdır, həm də elmi-nəzəri baxım­dan səmərəli axtarışların nəticəsidir.

Professor Sədnik Paşa Pirsultanlı xalqımızın qədim tarixə malik olan şifahi xalq ədəbiyyatını, xalqımızın zəngin mənəvi irsini ətraflı araşdırıb tədqiq etməkdə məşhur folklorşünas kimi tanınır və dərin ümumxalq hörməti qazanır.

Professor Sədnik Paşa Pirsultanlının aşıq sənətinin yaradıcı dədə ozanlarının və yaradıcı ustad aşıqlarının fəaliyyətini diqqətlə nəzərdən keçirib şərh etməsi, onların zəngin ədəbi irslərinin, yaradıcılıq və ifaçılıq fəaliyyətlərinin ətraflı təhlilini verməsi oxucuya gözəl təsir edir və biliyini zənginləşdirir.

Professor Sədnik Pirsultanlının əsatir, əf­sanə, epos və dastan haqqında verdiyi elmi-nə­zəri məlumat real və genişdir.

Epos və dastanların xalqın mənəvi dün­yasına və doğma ana Vətəninə bağlı şəkildə ya­ran­ması, dastanın eposun davamı olması və hər ikisinin müqayisəli təhlili verilir.

Folklorşünaslığın tarixi göstərir ki, eposda ana Vətən tərənnüm olunur. Xalqın arzu və istəkləri, azadlıq və xoşbəxtlik eşqi yüksək bədii ifadəsini tapır. Əsatir, əfsanə, epos, dastanlarla bağlı yaradılan atalar sözü, xalq məsələləri, baya­tılar və s. xalqın milli sərvətidir.

Buna görə də Dədə Qorqudun, Qazan xanın, Koroğlunun adı əbədiləşdirilmişdir. Azərbayca­nın bütün guşələrində onların şərəfli adlarını da­şı­yan göllər, çaylar, dağlar, qalalar, zirvələr var­dır.

Əsrlər keçdikcə bu qəhrəmanların adları nəğ­mələrə çevrilmiş, ölümsüzlüyün parlaq zirvə­sinə yüksəlib ədəbi yaşamış, yaşayır və yaşa­yacaqdır.

Folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı kitabın “Ön söz əvəzi” adlı girişində Azərbaycan şifahi xalq yaradıcılığının inkişaf tarixini, yazılı ədəbiyyatın M.P.Vaqif, M.V.Vi­dadi, Q.B.Zakir kimi görkəmli nümayən­dələrinin gəraylılarını, aşıq tərzində yaratdıqları şerləri diqqətlə nəzər­dən keçirir, “Şəhriyar”, “Vaqif”, “Qasım bəy Zakir” və başqa dastanların aşıq dastanı tərzində yara­dıl­mış dastanlar olduğunu göstərir.

Professor Sədnik Paşayev Hənəfi Zeynallı, Məmmədhüseyn Təhmasib, Əhliman Axundov və başqa görkəmli folklorşünasların yaradıcılıq yolunu nəzərdən keçirir, onların səmərəli əmə­yini yüksək dəyərləndirir.

Prof. Sədnik Paşa kitabda “Novruz və Qən­dab” dastanını qəhrəmanlığının sərhəddində da­yanan mə­həb­bət dastanı adlandırır, “Novruz-Qəndab” və digər məhəbbət dastanlarının müqa­yisəli tədqiqi” monoqrafiyasında “Novruz və Qəndab” və digər dastanların poe­tikası” adlı üç fəslin elmi-nəzəri və tənqidi şər­hini tarixilik, el­milik, müqayisəlilik, ardıcıllıq, ideyalılıq, peda­qoji və metodik prinsiplər əsasın­da vermiş, ümumiləşdirmiş və faydalı nəticə ilə yekun­laş­dırmışdır.

Monoqrafiyanın maraqlı cəhətlərindən biri “Professor Məmmədhüseyn Təhmasibin kitabı­nın sonunda verilmiş, aşıqlardan toplanmış das­tanların siyahısı” adlı bölmənin verilməsidir. Bura­da folklorşünas professor M.H.Təhmasibin aşıqlardan topladığı və kitabının sonunda verdiyi doxsan üç (93) dastanın adı dəqiq qeyd olunub oxucuya çatdırılmışdır.

Görkəmli folklorşünas, mahir publisist, şair, əməkdar müəllim, professor Sədnik Paşa Pirsul­tanlının “Novruz-Qəndab” və digər məhəbbət dastanlarının müqayisəli tədqiqi” adlı “Ön söz əvəzi”, üç fəsil və nəticədən ibarət olan monoq­rafiyası Azərbaycan şifahi xalq ədəbiyyatı haq­qında elmi-nəzəri və ədəbi-tənqidi, çox faydalı, məzmunlu və ideyalı ədəbi salnamədir.

Professor Sədnik Paşa Pirsultanlı Azər­baycan folklorunun toplanması, nəşri, tədqiqi və təbliği sahəsində qırx ildən artıqdır ki, səmərəli çalışır və parlaq uğurlar qazanır. Onun əsərləri zəngin xəzinədir, şifahi xalq ədəbiyyatını zəngin­ləşdirən nadir sənət inciləridir.

Professor Sədnik Paşa Pirsultanlıya yalnız Azərbaycanın elm və sənət adamları, ictimai-siyasi dövlət və ədəbiyyat, maarif, mədəniyyət, təhsil, incəsənət, hüquq, tarix, fəlsəfə, dilçilik, ədəbiyyatşünaslıq, etika, estetika xadimləri deyil, həm də Türkiyə, İran, İraq, Qazaxıstan, Öz­bə­kistan, Türkmənistan, Moskva, Kiyev, Almaniya, Belçika, Gürcüstan, İran və başqa ölkələrin görkəmli mütəfəkkirləri təbriklər göndərir, ona uzun ömür, cansağlığı və şərəfli fəaliyyətində parlaq uğurlar arzulayırlar.

Azərbaycan əfsanələrinin öyrənilməsi məsə­lə­sinin həllində folklorşünas alim Sədnik Paşa­nın səmərəli fəaliyyəti mütəxxəsislər tərəfindən yüksək qiymətləndirilir.

Ona görə ki, Sədnik Paşa Azərbaycan xalq yaradıcılığı nümunələrini, xüsusilə əfsanələri top­­layıb, onları incəliklə öyrənən, araşdıran folklorçudur.

Folklorşünas Sədnik Paşa yazır: “Əfsanə folklorun epik janrlarından olan rəvayət və əsa­tirlə çox yaxındır. Amma diqqətli müşahidə bunların hər birinin özünəməxsus cəhətlərini müəy­yənləşdirməyə imkan verir. Əsatir əfsanəyə yaxındır”.

Məlumdur ki, əsatirlə əfsanələr fantaziya ünsürləri ilə zəngindir. Ancaq onlar bir-birindən fərqlidir. Əsatir təbiət, əfsanə isə tarixi hadisə­lərlə bağlı şəkildə yaranır.

Azərbaycan əfsanələrinin öyrənilməsində görkəmli xidmətləri olan Mikayıl Rəfili və M.H.Təhmasibin əməyini yüksək qiymətləndirən professor Sədnik Paşa Pirsultanlı göstərir ki, əfsanələr bədii və tarixi əhəmiyyətə malikdir.

Professor Sədnik Paşa Pirsultanlı mindən artıq əfsanənin diqqətlə nəzərdən keçirmiş və Azərbaycan əfsanələrinin təsnifatını bu şəkildə aparmışdır:

1. Mifoloji əfsanələr, yaxud əsatiri təbiətli əfsanələr.

2. Mifoloji qaynaqdan su içmiş qəhrəmanlıq əfsanələri.

3. Tarixi qəhrəmanlıq əfsanələri.

4. Qədim abidələrlə bağlı əfsanələr

5. Məhəbbət əfsanələri

6. Ailə-məişət əfsanələri

7. Tarix və tarixi şəxsiyyətlərlə bağlı əf­sa­nə­lər

8. Dini əfsanələr

Müəllifin özü qeyd edir ki, hələlik bu böl­gülər şərtidir. Buna görə də elmi-nəzəri araşdır­malarını davam etdirir.

Xalqın yaradıcı təxəyyülü tükənməzdir. Və­tən­siz xalq olmadığı kimi, vətənsiz əfsanə də yoxdur. Əfsanələr xalqın bədii söz mədə­niy­yətinin ayrılmaz tərkib hissəsidir.

Əfsanələrin bir qismi həqiqi həyat hadisə­lərinə əsaslanaraq yaranır. Əfsanələrin bir qismi isə folklorun təbiətindəki ənənəvi axının təsiri ilə yaranmışdır. Ümumiyyətlə, əfsanələr obyektiv hə­qi­qətlə bağlı olmuşdur.

Folklorşünas alim Sədnik Paşa Pirsultanlı yazır:

“Azərbaycan folklorşünaslığında əfsanə jan­rı hələ də əsaslı tədqiqata möhtacdır”. Ədib min­dən artıq əfsanəni çap etdirmiş, oxucunun müta­liəsinə vermişdir. Zəhmətkeş folklorşünas alim bu səmərəli fəaliyyətini davam etdirir.

Sədnik Paşa Pirsultanlının “Yaşayan əfsa­nələr” (1973), “Yurdumuzun əfsanələri” (1976), “Yanardağ əfsanələri” (1978) kitabları çap olunmuşdur. Onun “Nizami və xalq əfsa­nələri” (1983), “Azərbaycan xalq əfsanələri” adlı ki­tab­ları gərgin əməyin nəticəsidir.

Azərbaycan əfsanələri xalq həyatının, məişət və təfəkkürümüzün, mənəvi və tarixi fik­rimizin qədim və ulu sənət xəzinəsidir. Həm də bu əfsanələr onu yaradan Azərbaycan xalqının adı ilə bağlıdır.

Ancaq, bu əfsanələri Şərqin, türkdilli xalq­ların əfsanələrindən ayırmaq olmaz. Unudulmaz xalq şairi Səməd Vurğun demişdir: “Hər hansı bir əfsanə olursa olsun, biz onda həqiqət şəfəqləri görməliyik”. Bu müdrik kəlam çox mənalıdır.

Tarixi həqiqətdir ki, “tarixin atası” Hero­dotun əsərlərində “Astiaq əfsanəsi” və “Tomris əfsanəsi” öz əksini tapmış, bizim zəmanəmizə qədər gəlib çatmışdır. Bu əfsanələr qədim azər­bay­canlıların zülmə və ədalətsizliyə qarşı ba­rışmaz olduğunu, ədalətin, azadlığın uğrunda mübarizə apardığını real əks etdirir.

“Lalə əfasnəsi”, “Sona uçan” və s. əfsanələr xalqın azadlıq arzusunun, müharibələrə çoxəsrlik nifrətinin yaddaşlara hopmuş tarixcəsidir.

Azərbaycan tarixinin müəyyən dövrlərini işıqlandıran Qəbələ qalası, Gülüstan qalası, Dər­bənd, Örənqala, Qarı körpüsü, Qız qalası və baş­qa real toponimlər haqqında əfsanələr xalqın sevinci və kədəri haqqında məlumat verir. Ona görə ki, əfsanələr onu yaradan xalqın tarixi arzu və duyğularının tarixidir. Bir çox məhəbbət əfsa­nələri qəhrəmanın faciəsi ilə nəticələnir. belə faciələrin qəhrəmanları xalqın təsəvvüründə mü­qəd­dəsləşir, xalq ruhunun ölməzliyini, əbədi­liyini göstərir.

Əfsanələr həm şifahi xalq ədəbiyyatının, həm də klassik Azərbaycan poeziyasının tükən­məz mənbəyi olmuş, ideya-bədii cəhətdən yazılı ədəbiyyata təsir et­mişdir. Onun 1985-ci ildə nəşr olunan “Azər­baycan xalq əfsanələri” adlı kita­bındakı əfsanələr sayca çox, məzmunca rəng­arəngdir. Kitabda “Qədim qalalar” adı altında toplanmış əfsa­nələrdə qızların təmizlik, bakirə­lik, ləyaqət rəmzi kimi canlandırılması gözəl təsir bağışlayır.

“Qız qalası”, “Pəri qala”, “Gülüstan qalası”, “Ağca qala” və s. əfsanələr məzmun və ideyaca çox tərbiyəvi mahiyyətlidir. Kitabda “Nizami mövzuları ilə səsləşən əfsanələr” bölməsində şairin yaradıcılığında əfsanələrin ideya-bədii cəhətdən yaxınlığı real şərhini tapır.

Xalq ədəbiyyatının, el sözünün fədakar top­layıcısı Sədnik Paşa Azərbaycanın, Dağıs­tanın, Gürcüstanın bir çox şəhərlərini, kəndlərini gəz­miş, dünyagörmüş qocalarla görüşmüş, onlardan maraqlı əfsanələr toplamış, topladığı folklor nümunələrini diqqətlə nəzərdən keçirmiş, nəşrinə çalışmış və məqsədinə nail olmuşdur.

Əfsanədəki müxtəlifliyi nəzərə alan tərtibçi öyrədən, ibrətləndirən, sevindirən, kədərləndirən əfsanələri qruplaşdırmış, vətənə məhəbbət, əxlaq saflığı, yadelli işğalçılara nifrət, doğma el-obaya bağlılıq, sevgiyə, dostluğa sədaqət aşılayan əfsa­nələri müəyyənləşdərmişdir.

Mülkədarların, şahların, sultanların xudbin­liyini, acgözlüyünü, zalımlığını açıb göstərən, xalqın nümayəndələrinin cəsarətini, mərdliyini və fədakarlığını ifadə edən əfsanələr qısa təhlil edilmişdir.

“Şirin qala” və “Ustanın qarğışı” əfsanələri Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması ilə səsləşir. Ümumiyyətlə, bu əfsanələr maraqlı məzmuna və tərbiyəvi mahiyyətə malikdir.

Şifahi xalq yaradıcılığı ədəbi məktəbdir, oxucuların mənəvi sərvətidir. Sədnik Paşanın “Yaşayan əfsanələr” (1973) kitabındakı əfsanə­lərdə əqli inkişafla yanaşı estetik fikrin formalaş­ması ideyası maraqlıdır.

Həmin əfsanələrdə təbiətin dilbər guşələ­rinin tərənnümü çox təsirlidir. “Pərvanə gölü”, “Şirin qala”, “Gəlin atılan qaya”, “Damcı bulaq”, “Sara haqqında” və s. əfsanələrdə dağlar, bulaqlar, yaylaqlar, qalalar, göllər,çiçəklər maddi mədəniyyət abidələri kimi əbədiləşdirilmişdir.

“Oğlan-qız dağı”, “Gəlin barmağı”, “Şana­pipik”, “Laçın qayası” və s. əfsanələrdə etik-əxlaqi dəyərlər poemalar təqdir olunur, azad məhəbbət yüksək qiymətləndirilir. Sevgidə səda­qət, vəfa, səmimiyyət ön plana çəkilir. Sevgi oxları daşa toxunanda obrazların qəlbi kədər­lənir:

Əziziyəm, xan dağlar,

Tanımaz bəy-xan dağlar.

Qəza-qədər olanda,

Evlər yıxan da ağlar.


Əzizim qanlı dağlar,

Qovğalı, qanlı dağlar.

Yad ağlar, dərdim bilməz,

Nə üçün qanlı ağlar?


Aydındır ki, əfsanələrdə də hadisələrlə bağlı, real, həyati məsələlərlə əlaqədar tarixilik vardır. Xalq yaradıcılığı qiymətli xəzinədir. Onu öyrən­mək və gənc nəslə öyrətmək müəllimin şərəfli borcudur, məsuliyyətli vəzifəsidir.

Professor Sədnik Paşa Pirsultanlı “Yanar­dağ əfsa­nələri” (1978) kitabında topladığı əfsa­nələrin tarixi qədimdir. Ona görə ki, yurdumuzun Odlar ölkəsi adlanması burada vaxtı ilə qədim atəş­gahların, yanan dağların, od püskürən vul­kan­­ların mövcud olması ilə bağlıdır.

“Aldədə əfsanəsi”, “Yanardağ əfsanələri”, “Qurdoğlu əfsanəsi”, “Dədə Günəş əfsanəsi” adlı əfsanənin əsas ideyası Vətən yanğısı, vətən­pərvərlikdir. “Aldədə əfsanəsi” çox maraqlıdır. Aldədə bir quzu kəsir. Quzunun budunu, qabır­ğasını çılpaq əlində közə tutub qızardır. Kabab bişirir. Aldədənin əlinin tükü də yanmır. Ərəblər heyrətlə deyirlər: -Bu nə möcüzədir? Aldədə deyir: “Əslində, burada heç bir möcüzə yoxdur. Mən Odlar diyarının övla­dıyam – od oğluyam. Od odu yandırmaz”. De­məli, Aldədə xalqın, Vətənin simvolik obrazı kimi tərənnüm olun­muşdur.

Professor Sədnik Paşa Pirsultanlı “Yanar­dağ əfsa­nələri” kitabında əfsanələri “Dağ əfsa­nələri”, “Qədim qalaların əfsanəsi”, “Bulaq və göl əfsanəsi”, “Çiçək və gül əfsanələri”, “Quş əfsa­nələri”, “Maral və ceyran əfsanələri”, “Ni­za­mi mövzuları ilə səsləşən” əfsanələr” bölmələri adı ilə qruplaşdırıb çap etdirmişdir. Müəllfin ver­diyi qısa təhlil də çox maraqlı və əhəmiy­yətlidir.

Professor Sədnik Paşa Şərq həyatının, o zamankı elmin, xalq məişətinin poetik ensiklo­pediyası” olan Nizami Gəncəvi yaradıcılığının əfsanələrlə əlaqəsi məsələsinin qısa şərhini ver­mişdir. Buna görə də geniş oxucu kütləsinin, söz sərvətini sevənlərin hörmət və etiramını qazan­mışdır.

Şifahi xalq ədəbiyyatında xalqın düşüncəsi, adət-ənənələri, məişət tərzi, keşməkeşli tarixi, filosofluğu, ağrı-acısı bədii ifadəsini tapmışdır. Yazılı ədəbiyyatın olmadığı qədim dövrlərdə xal­qın həyatının qaranlıq səhifələrini işıqlan­dırmaq baxımından folklor əvəzsiz və çox faydalı materialdır.

V.V.Rimenov “Mədəniyyətin etnik tarixi və genezisi” adlı monoqrafiyasında yazır ki, folklor yaradıcılığının hər bir sahəsində tarixi gerçək­liyin bədii əksi vardır.

Bu düzgün fikrin mahiyyəti folklorşü­nas­lıq­da əfsanələrin səmərəli tədqiqi problemini qar­şıya qoyur və onun şərh olunmasını tələb edir.

Professor Sədnik Paşa Pirsultanlı 1985-ci ildə çap etdirdiyi “Azərbaycan əfsanələrinin öy­rə­­nilməsi” adlı tədqiqat əsərində bu problemin şərhini tarixilik və elmilik prinsipləri əsasında ətraflı vermişdir.

Müəllif V.Q.Propp, K.V.Çistov, S.N.Azbel­ov kimi görkəmli rus alimlərinin nəzəri fikir­lərinə düzgün qiymət verir və onların təd­qiqat əsərlərindən faydalanır.

1960-cı illərdən əfsanələrin tədqiqinə müna­sibət qüvvətlənmiş, adlarını çəkdiyimiz alimlərlə bərabər V.Q.Qusev, V.K.Sokolova, İ.J.Kravsov, N.Şarakşinova, A.Baymuradov və bir çox başqa alimlər əfsanələr haqqında maraqlı tədqiqat əsər­ləri yazmışlar. Ancaq bu dərin mənalı problem tam şərhini tapmamışdır.

Bu problemin ətraflı tədqiq edilməsi sahə­sində Sədnik Paşa araşdırmalarını səmərəli da­vam etdirməyə başlamış və Karl Marksın yunan mifologiyasını elmi cəhətdən ümu­miləşdirən klas­sik göstərişinə, zəngin mütaliə­sinə əsas­lan­mış­dır. Buna görə də Sədnik Paşanın tədqiqatı yüksək qiymətləndirmişdir.

Professor Sədnik Paşa Pirsultanlı A.Po­xom­ov, H.Zeynallı, A.Fituni, R.Əfəndiyev, A.Baqri, M.Rəfili, M.H.Təhmasib, Ə.Axundov, B.Ab­dulayev kimi görkəmli tədqiqatçıların əməyini qiymətləndirmiş, onların əsərlərindən bəhrə­lən­mi­şdir.

Professor Sədnik Paşa Pirsultanlı V.Vəliyev, R.Əfəndiyev və T.Fəzəliyevin bu sahədəki yara­dıcılığına müraciət edir, xüsusilə miflərin, nağıl­ların, rəvayətlərin tədqiqatlarından fayda­lanır. O, əfsanələri folklorşünaslığın tələb və prinsipləri əsa­sında şərh edir və ədəbiyyat nəzəriyyəsinin tələb­lərinə sadiq qalır. Sədnik Paşa çox mə­­suliy­yətli, tələbkar və qayğıkeş folklorşünas alimdir, həm də səmərəli toplayıcı, tərtipçi və tədqi­qat­çı­dır.

Professor Sədnik Paşa Pirsultanlı göstərir ki, Nizaminin ilk poeması “Sirlər xəzinəsi” əsə­rindəki “Bir şahzadənin dastanı”, “Firudin ilə Ma­ralın dastanı” və başqa hekayələri Nizaminin Azərbaycan xalq əfsanələrindən ətraflı faydalan­dığını və əsərlərində ondan səmərəli istifadə etdiyini təsdiqləyir.

Professor Sədnik Paşa Pirsultanlı qeyd edir ki, Nizami Gəncəvinin “Leyli və Məcnun” poe­masındakı hadisələrin təhlili göstərir ki, Nizami böyük ilham və yaradıcılıq imkanları ilə Azər­baycan folklorundan səmərəli bəhrə­lənmiş­dir.

“Yeddi gözəl” poemasında Nizami Gəncəvi qədim Midiya əfsanələri “Astiaq” və “Tomris” əfsanələri ilə yanaşı, “Dədə Qorqud” boyların­dan, “Buğac oğlu Həsənin maralları”, “Laçın qa­ya­sı”, “Fit dağı”, “Ustanın qarğışı”, “Şindan qalası”, “Dərbənd qalası” kimi əfsanələrdən ya­ra­dıcı surətdə istifadə etmişdir.

Nizami Gəncəvi “İsgəndərnamə” də daha çox qəhrəmanlıq əfsanələrindən və bahadırlıq eposlarından bəhrələnmiş, əsərini folklor inciləri ilə zənginləşdirmişdir. Bu baxımdan “Soltan­bud”, “Xatun arxı”, “Acı nohur”, “İsgəndər və Diri baba” əfsanələri çox səciyyəvidir. Ona görə ki, bu sənət incilərində qəhrəmanlıq və baha­dırlıq əsas ideyanı təşkil edir.

Folklorşünas Sədnik Paşa Pirsultanlının dok­tor­luq dissertasiyası “Azərbaycan xalq əfsa­nə­ləri və onun tədqiqi problemləri” mövzusuna həsr edilmiş, ona filologiya elmləri doktoru adı verilmiş və professor elmi rütbəsi layiq görül­müşdür.

Folklorşünas Sədnik Paşa Pirsultanlının namizədlik dissertasiyası “Ağdabanlı Qurban və müasirləri” mövzusunda yazılmış, Azərbaycan aşıq yaradıcılığına həsr edilmiş, ona dosent elmi rütbəsi verilmişdir. Deməli, Sədnik Paşa Pirsul­tanlı mənalı ömrünü Azərbaycan şifahi xalq yaradıcılığının, daha doğrusu, folklorun tədqi­qinə həsr etmişdir.

Folklorşünas Sədnik Paşa Pirsultanlının sə­mə­rəli elmi-nəzəri ideyasını Qazağıstanın Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor R.Verdibayev, M.Aue­zov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direk­toru, Qazağıstan Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, pro­fessor S.Kerababayev yüksək qiymətlən­dir­mişlər.

Professor Sədnik Paşa Pirsultanlının yara­dı­cılıq fəaliyyətini akademiklərin yüksək qiymət­ləndirmələri çox təbiidir, ona görə ki, onun əsərlərinin elmi-nəzəri ideyası çox zəngin və əhəmiyyətlidir.

Professor Sədnik Paşa Pirsultanlının əmək fəaliyyətini, ədəbi irsini, səmərəli yaradıcılığını, elmi-nəzəri ideyasını Qırğızıstan Elmlər Akade­miyasının müxbir üzvü, professor R.Z.Xı­dır­ba­yeva, Qazağıstan Dövlət Universite­tinin pro­fes-soru A.Balakov, akademik Bəkir Nəbiyev, professor H.Quliyev, Kabarda-Balkar İnsti­tu­tu­nun professorları R.X.Xaşxaşeva və A.M.Qu­tov yüksək qiymətləndirmiş, onun görkəmli, məsu­liy­yətli, qayğıkeş folklorşünas olduğunu gös­tərmişlər.

Filologiya elmləri doktoru, professor Vaqif Vəliyev yazır: “Sədnik Paşayev bütün mənalı həyatını əfsanələrə həsr etmiş, parlaq uğurlar qazanmışdır”.

Filologiya elmləri doktoru, professor Mirəli Seyidov demişdir: “Sədnik Paşa bizim müasir çağdaş folklorşünaslarımız arasında ən yaxşı toplayıcıdır. O, təkcə yaxşı toplayıcı deyil, həm də yaxşı araşdırıcıdır. Sədnik Paşa xalqa bağlı alimdir. Sədnik Paşa əfsanələrin türk dünya­sından, türk mifologiyasından, türk folklorundan qidalandığını aydınca açıb göstərir”.

Professor Sədnik Paşa tədqiqatlarında dün­ya mədəniyyəti folklorundan və dünya folklor­şü­naslıq elminin nailiyyətlərindən tarixi və müasir mənbələr əsasında bəhs edir, maraqlı tövsiyələr verib ümumiləşdirir. O, ümumtürk folklorşü­nas­lığının elmi-nəzəri tədqiqini düzgün şərh edir.

Professor Mürsəl Həkimov demişdir: “Səd­nik Paşayev bizim folklor dünyamızda zəh­mət­keş, ayağına dəmir çarıq geyib elləri-obaları dolaşmaqdan doymayan vicdanlı bir araşdı­rı-cıdır”.

Professor Sədnik Paşa əfsanələri yalnız Azər­bay­candan deyil, həm də Gürcüstanın, Da­ğıstanın, Qərbi Azərbaycanın azərbaycanlılar ya­şa­yan ərazilərindən toplamış və toplayır. Tarixçilərimiz və etnoqraflarımız həmin xalq inciləri olan əfsanələri öyrənməli və təhlil etməlidirlər. Ona görə ki, nadir xalq inciləri olan əfsanələr həmin yerlərin tarixini əks etdirir, gözəl məlumat verir, oxucunun biliyini zənginləşdirir.

Professor Sədnik Paşa Pirsultanlı deyir ki, Azərbaycan ərazisində Nizami ilə bağlı yüzlərcə əfsanə toplamışam, ancaq Firdovsi ilə bağlı bir dənə də olsun əfsanəyə rast gəlməmişəm. Sədnik Paşanın bu müdrik kəlamı Nizami Gəncəvinin milliy­yətinin kimliyini və həm də onun vətəninin Azərbaycan olduğunu çox aydın göstərir və təsdiq edir.

Dahi Azərbaycan şairi Nizami Gəncəvi (1141-1209) dünya miqyasında ilk “Xəmsə” yaradan dahi sənətkardır. Nizami Gəncəvi Gəncə ilə fəxr etmiş, heç bir ölkəyə getməmiş, Gəncədə yaşamış, yazıb yaratmışdır.

Professor Sədnik Paşa Pirsultanlının haq­qında elm və sənətin görkəmli nümayən­dələrinin yazdıqları səmimi ürək sözlərindən, xatirə­lərindən, gördükləri və tanış olduqları ha­disə­lərdən müəyyən nümunələri verməyi faydalı bilir və eynilə təqdim edirik.

Professor Sədnik Paşa Pirsultanın 2010-cu ildə nəşr etdirdiyi “Sədnik Paşa Pirsultanın lətifələri” (I hissə) kitabinda iki yüz iyrimi yeddi lətifə toplanmışdır. Həmin lətifələri professor Xəlil Yusifli və dosent Sahib İbrahimli toplamış və tərtib etmişlər.

Filologiya elmləri doktoru, professor Xəlil Yusifli kitaba “Gülməyi və güldürməyi bacaran adam” adlı məzmunlu bir giriş yazmışdır. Həmin girişdə lətifələr haqqında maraqlı məlumat verir və lətifələrin tərbiyəvi mahiyyətini aşkarlayır. Bu giriş oxucular üçün əhəmiyyətlidir. Ona görə ki, müəllif oxuculara düzgün istiqamət verir, lətifələri mütailə etməyin əhəmiyyətini göstərir.

Lətifələr haqqında professor Sədnik Paşa Pirsultanlı maraqlı tədqiqat aparmış, lərifələrin təlim-tərbiyəvi və bədii-estetik mahiyyətini şərh etmişdir.

Folklorşünas tədqiqatçı yalnız lətifələri toplayıb çap etdirməklə kifayətlənməmiş, lətifə­lərin tarixi inkişaf yolunu, bu sahədə səmərəli fəaliyyət göstərən folklorşünasların fədakarlığını tarixilik və elmilik prinsipləri əsa­sında təhlil etmişdir.

Professor Sədnik Paşa Pirsultanlının ləti­fələr haqqında apardığı tədqiqatların mahiyyəti ilə bağlı mülahisələrini qeyd etməyi faydalı bilirik.

Azərbaycan xalqının və ümumiyyətlə türk xalqlarının bədii-fəlsəfi təfəkküründə Molla Nəs­rəddin lətifələri misilsiz mənbələrdən biridir. Azərbaycan ədəbiyyatının Cəlil Məmmədqu­lu­zadə, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani kimi görkəmli sənətkrların yaradı­cı­lığında bu mənbədən səmərəli istifadə olun­muşdir.

Müasir dövrümüzdə söz sənətkarlarının lətifə­lərdən çox səmərəli bəhrələnir, nadir sənət inciləri yaradıb oxucuların mütailəsinə verirlər. Şairlərin, nasirlərin, dramaturqların zəngin ədəbi irsində bu örnəkdən yaradıcı şəkildə istifadə etmək çox faydalı və səmərəlidir.

Bu mövzu ilə bağlı əsərlər dərsliklərin, qiraət-oxu kitablarının bəzəyinə çevrilmiş, dərs­likləri, dərs vəsaitlərini və müntəxəbatları zən­gin­ləşmişdir. Maraqlıdır ki, bu faydalı elmi-nəzəri və pedaqoji-metodik prinsip çox geniş şəkildə davam etdirilir.

Azərbaycan ədəbiyyatı tarixində Molla Nəsrəddin ədəbi məktəbi çox şərəfli olmuş, gör­kəmli sənətkarların yetişməsinə təkan vermişdir.

Azərbaycanda Molla Nəsrəddin ənənə­lərini müasir dövrümüzdə davam etdirən insanlar çoxdur. Hadisələrə, söhbətlərə, hərəkətlərə incə təbəssüm və yumorla yanaşan professor Sədnik Paşa Pirsultanlı bu sahədə şərəfli fəaliyyət gös­tərən və parlaq uğurlar qazanan insandır.

Folklorşünas alim Sədnik Paşa Pirsultan­lı­nın atmacaları, bəzəmələri, zarafatları onun zən­gin təfəkkürlü, hazırcavab, pak, arifanə, tələbkar, eyni zamanda sadə və qayğıkeş insan olduğunu təsdiqləyir.

Mən, Sədnik müəllimi qırx ildən artıqdır ki, tanıyıram, onunla birlikdə gələcək ümidlə­rimiz olan gənc nəslin təlim-tərbiyəsilə məşğul oluram. Sədnik mahir pedaqoq, gözəl insan, zəngin mənəviyyatlı şəxsiyyətdir. Onun təbiətinə lovğalıq, yaltaqlıq, tənbəllik, ziyankarlıq, xainlik, müftəxorluq tamamilə yaddır. Ona görə ki, Sədnik müəllim humanist, vətənpərvər, əmək­sevər, çalışqan, qeyrətli və namuslu insandır, müdrik tarixi şəxsiyyətdir.

Ümumiyyətlə, Sədnik müəllim çox hümanist, bütün insanlara məxsus gözəl keyfiy­yətləri özündə toplayan, cəmiyyətin bütün nüma­yəndələri ilə səmimi ünsiyyət yaratmağı bacaran, hər bir şəxsiyyətin dilini dərk edən, onu öz dilində danışdıran insandır.

Mahir pedaqoq, yaradıcı folklorşünas Sədnik Paşa Pirsultanlı üçün Azərbaycanın bütün ərazisi, o cümlədən Naxçıvan, Qazax, Şamaxı, Zaqatala, Lənkəran, Gəncə, Göyçə, Dilican, Qa­ra­qoyunlu, eləcə də, bütövlükdə Qərbi Azər­bay­can onun üçün cənnət guşəsidir.

Sədnik Paşa Pirsultanlı zəngin folklor nümunələrini bu cənnət diyarların əməksevər, xeyirxah, qayğıkeş, vətənpərvər insanlarından top­lamış və toplayır. O, ağsaqqalların, ağbirçək­lərin, baba və nənələrin, ata və anaların, gənc nəslin dilini gözəl bilir, danışığında şirin dilini işə salır, maraqlı əhvalatlar, əfsanələr, rəvayətlər, lətifələr danışır, gözəl sənət inciləri toplayır.

Sədnik müəllimin Naxçıvan, Dərbənd, Qax-Zaqatala, Masallı, Lerik, Lənkəran, Kəlbə­cər, Göyçə, Şirvan, Türkmənistan, Qazağıstan, İran, Türkiyə, Almaniya, Orta Asiya, Krım və digər yerlərə səfərləri və səyahətləri həmişə çox mənalı, faydalı, uğurlu olmuş, ona ümumxalq məhəbbəti qazandırmış, zəngin folklor nümunə­ləri toplamağına geniş imkan vermişdir.

Folklorşünas Sədnik Paşa Pirsultanlının zəngin yaradıcılığında çox əhəmiyyətli sahələr­dən biri də onun aşıq məktəblərinin tarixini, inkişaf yolunu, görkəmli aşıqların fəaliyyətini, zəngin ədəbi irsini araşdırması, tədqiq etməsi və “Ozan- Aşıq yaradıcılığına dair araşdırmalar” adlı iki cilddən ibarət 2002-ci ildə çap etdirdiyi tədqiqat əsərini oxuculara hədiyyə verməsindən ibarətdir.

Professor Sədnik Paşa Pirsultanlının Azər­baycan aşıq məktəbinə və onun nümayəndə­lərinin yaradıcılığına həsr etdiyi “Lalə Aşıq Bəsti” (1969), “Xəstə Qasım”, “Azərbaycan folk­­­loru və aşıq yaradıcılığı” (dərs vəsaiti, 1989), “XIX əsr Azərbaycan aşıq yaradıcılığı” (dərs vəsaiti, 1990), “Aşıq Şəmşirin poetik aləminə səyahət” (2008) , “Aşıq Tifil Əsəd və Aşıq Ağ­bulaqlı Aqil” (2009), “Azərbaycan aşıq yaradı­cılığına dair araşdırmalar” (2010), “Azərbaycan aşıq poeziyasında və yazılı poeziyada təcnisin inkişaf tarixi” (2010) əsərləri çox məsuliyyətli araşdır­malar, axtarışlar əsasında aparılmış tədqi­qatın faydalı nəticəsidir.

Professor Sədnik Paşa Pirsultanlının fəa­liy­yə­tində mühüm yer tutan tədqiqat sahə­lə­rin­dən biri də lətifələrin toplanılması, tərtib edil­məsi və qiymətli kitabların yazılıb oxuculara ərməğan verilməsidir.

Folklorşünas alim Sədnik Paşanın bu baxımdan “Karağan Usubunn lətifələri” (1997), “Unnu Ağcanın lətifələri” (1999), “Dabrovol Qası­mın lətifələri” (2001), “Qaraxanlı Künə Də­mirin lətifələri” (2002), “Gəncəbasar lətifələri” (2005) “Sədnik Paşa Pirsultanlının lətifələri” (2010) adlı kitabları çox qiymətli sənət inci­ləridir.

Bu kitablar Azərbaycan lətifələrinin tarixi səlnaməsi, zəngin mənbəyidir. Ona görə ki, folk­lorşünas alimin səmərəli tarixi araşdır­malarının və məsuliyyətli elmi-nəzəri, pedaqoji-metodik tədqiqatının nəticəsi, faydalı və əhəmiy­yətli bəhrəsidir.

Filologiya elmləri doktoru, professor Xəlil Yusifli yazır ki, Sədnik Pirsultanlının Karağan Usubun lətifələrinə müraciət etməsi təkcə son illərin məhsulu deyildir. Son otuz il ərzində Karağan Usubun adı Sədnik müəllimin dilindən düşməyib. Məqamı düşən kimi onun lətifələri işə düşüb, yeriylə, ünvanıyla danışıb, güldürüb, heyrətləndirib1”.

Müəllif qeyd edir ki, iri bədənli, gur səsli Karağan Usub barədə gah Molla Nəsrədini, gah da Dədə Qorqudu xatırladır.

Professor Xəlil Yusifli düzgün göstərir ki, Sədnik müəllimin lətifələr dünyası Molla Nəs­rəddinlə, Karağan Usubla məhdudlaşmır. To­vuz­lu Unnu Ağca, Gəncəli Baməzə Musa, Ağdamlı Abdal Qasım və başqaları da onun sevə-sevə xatırladığı, lətifələrini sevə-sevə danış­dığı söz ustalarıdır.

Professor Sədnik Paşa Pirsultanlı Azər­bay­can torpağının hər tərəfinə səpələnmiş baməzə söz ustalarının təbəssüm dolu lətifələrinin aşi­qidir.

Folklorşünas Sədnik Paşa Pirsultanlı Türkiyədə səfərdə olarkən Nevşəhərdə Nicat Birdoğanla səmimi görüşmüş, söhbət etmiş, Molla Nəsrəd­din, Karağan Usub, Unnu Ağca və başqalarının lətifələrindən çox maraqla danışmış, Nicat Birdoğana gözəl təsir etmişdir.

Nicat Birdoğan demişdir ki, Karağan Usub, Baməzə Musa, Abdal Qasım kimi söz ustalarının yaradıcılığı hələlik Molla Nəsrəddin lətifələri kimi yüksək sənət örnəklərinə çev­rilməmişdir.

Professor Sədnik Paşa Pirsultanlının kö­məyi və təqdimatı ilə Nicat Birdoğan Türkiyədə Kara­ğan Usubun lətifələrini çap etdirib oxu­culara hədiyyə vermişdir.

Sədnik Paşa Pirsultanlının lətifələri iş yol­daşları, dostları, həmkarları ilə qarşılıqlı müna­si­bə­tindən yaranmışdır. Sədnik müəllimin lətifə­lərində professor Rüstəm Rüstəmzadə, yazı­çı, ədəbiyyatşünas Altay Məmmədov, professor Davud Hacıyev, professor Sabir Əliyev, Mirəli Mahmudov, Musa Məsimov, X.İbrahimov, A.Rə­­cəbli, Mustafa Rəhimli və başqalarının adları hörmətlə çəkilir, onlara qayğı göstərilir.

Professor Sədnik Paşa Pirsultanlı adlarını çəkdiyimiz görkəmli mütəfəkkirlərin dostudur, həmkarıdır, ailəvi, səmimi iş yoldaşlarıdır. Hə­min lətifələrdə adları çəkilən insanlar bu ləti­fələrdən zövq almış, gülmüş və sevinmişlər.

Ona görə ki, bu lətifələrdə pislik, qərəz­çilik, tənqid, xoşagəlməz ifadələr yoxdur, səmimiyyət və mehribanlığın bədii nümunələri vardır. Bu bədii ifadələr də insan qəlbini pərvazlandıran amillərdir.

Professor Sədnik Paşa Pirsultanlının 2011-ci ildə Gəncədə çap olunan “XXI əsrdə Azər­baycan folklorundan incələmələr” adlı yüz iyrimi səhifədən ibarət kitabında müəllif yazır: “Mənə görə Azərbaycan folklorşünaslığında XXI əsrdə yeni folklor erası başlanır.

Bu kitabda cəmlənmiş yazılar böyük bir folklor hadisəsinə hazırlığın başlanğıcıdır. Bütün bunlar yazılmağa başlamış iri həcmli “Azər­baycan folklorunda mifoloji təsəvvürlər” kitabına hazırlıqdan başqa bir şey deyildir.

“Azərbaycan folklorunda mifo­loji tə­səv­vürlər” kitabı bu sahədə yazılmış əsərlərin zirvəsi olacaqdır.”

Professor Sədnik Paşa Pirsultanlı “XXI əsrdə Azərbaycan folklorundan incələmələr” adlı kitabında “əsatir, əfsanə və rəvayət haqqında düşüncələrim”, “Əfsanələrimiz yazılı ədəbiy­yatda”, “Azərbaycan xalq dasanları Nizami Gən­cəvi və Üzeyir Hacıbəyli yaradıcılığında”, “Zərbül məsəlin alt yapısı (yarısu, yaxud alt yapısı”, “Ata sözlərində və zərbül məsələrdə əsatiri izlər”, “Hikmət xəzinəsinin ləl daşları” adlı mövzuların təhlili verilmişdir.

Kitabdakı məqalənin dili sadə, məzmunu və ideyası aydın dildə yazılmışdır. Müəllif həmin mövzuların şərhini tarixilik, elmlik, ideyalılıq, müasirlik, müqayisəlilik, pedaqoji və metodik prinsiplər əsasında yazmış, mövzuların şərhini qısa və məzmunlu verib ümumiləşdirmişdir.

Professor Sədnik Paşa Pirsultanlının “Mol­la Nəsrəddin varislərinin lətifələri” adlı yüz iyir­mi beş səhifədən ibarət kitabı 2011-ci ildə çap olunmuş, kitabda Laçın, Göyçə, Kəlbəcər, Gən­­cə, Şəki, Gədəbəy, Daşkəsən, Bərdə, Samux lə­tifələri adı ilə vermişdir.

Məsələn, “Laçın ləti­fələri” bölməsində “Aşıq Abbasın lətifələri”, “Çiçək oğlu İsmayılın lətifələri”, “İslam Qasım­oğ­lunun lətifələri”, “Səlim kişinin lətifələri” adı ilə ayrı-ayrı lətifələr oxu­culara təqdim olun­muş­dur.

Ümumiyyətlə, professor Sədnik Paşa Pirsultanlının bu kitabı səmərəli axtarışların, məsuliyyətli tədqiqatın məhsulu olduğuna görə oxucuya gözəl təsir bağışlayır.

Professor Sədnik Paşayevin kitaba yazdığı “ön söz” maraqlı və əhəmiyyətlidir. Müəllif yazır ki, Azərbaycanda lətifə yaradıcılığının coğra­fiyasını genişləndirmək, onların istedadlı nüma­yəndələrini axtarıb tapmaq qərarına gəldik və bu kitabı yazdıq. Ancaq bu sahədə axtarışlarımızı davam etdirmək və Azərbaycan lətifələrini top­la­yıb çap etdirmək arzumuzu həqiqətə çevi­rə­cə­yik.

Görkəmli folklorşünas, əməkdar elm xa­dimi, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı “Azərbaycan yazıçılar aləmində əfsanə inciləri” adlı kitabını 2010-cu ildə çap etdirmişdir.

“Kitabın elmi redaktoru filologiya elmləri namizədi Seyfəddin Rzasoy, rəyçi isə Azər­bay­can Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rəfael Hüseynovdur. Kitaba professor Sədnik Paşa Pirsultanlı “Ön söz” yazmış və qarşısına qoyduğu məqsədin qısa şərhini vermişdir.

Professor Sədnik Paşa Pirsultanlı “Ön söz” də yazır: “Mən şair və yazıçılarımız tərəfindən qələmə alınmış poemaları, povest və hekayələri oxucuların ixtiyarına buraxıram. Yəqin ki, oxu­cu­lar əfsanə mövzusunda yazılmış poema, po­vest və hekayələri oxuyub böyük zövq ala­caqlar.

Burada Azərbaycan yazarlarının əfsanə nümunələri bütün oxucuları sevindirəcəkdir. Sərhədləri aşaraq bu kitab dünya oxucularını yeni mənəvi sərvətlərlə tanış edəcəkdir.

İndidən əminəm ki, “Azərbaycan yazarlar aləmində əfsanə inciləri” oxucuların ən çox sevdiyi stolüstü kitab olacaqdır”1

Kitabda Yusif Vəzir Çəmənzəminli, Seyid Hüseyn, Səməd Vurğun, Mikayıl Müşfiq, Məm­məd Rahim, Mehdi Seyidzadə, İslam Səfərli, Hüseyn Arif, Süleyman Sani Axundov, İlyas Əfəndiyev, Rəsul Rza, A.Zöhrabbəyov, Mehdi Hüseyn, Mirzə İbrahimov və Sədnik Paşa Pir­sultanlının əsrləri verilmişdir.

Müəllifin Azərbaycan sənətkarlarının əsər­lərindən seçdiyi nümunələr məzmunlu, ide­yalı, təlim-tərbiyəvi və bədii-estetik mahiyyətli sənət inciləridir. Buna görə də oxuculara çox gözəl əxlaqi keyfiyyətlər aşılayacaq, yaxşı təsir edəcək, onların qəlbini pərvazlandıracaq, mənəvi aləmini zənginləş­dirəcəkdir.

Filologiya elmləri doktoru, əməkdar müəl­lim, görkəmli folklorşünas, professor Səd­nik Pa­şa Pirsultanlının Azərbaycan folklorunun top­lan­masında səmərəli fəaliyyəti çox şərəfli olmuş, pro­fessor Sədnik Paşa Pirsultanlı sal­naməsi ya­rat­­mışdır.

Onun salnaməsi Azərbaycan şifahi xalq yaradıcılığının zənginləşdirilməsində əhə­miy­­­yətli olmuş və yüksək qiymətləndirilmişdir.



III Fəsil
Elm və sənətin görkəmli nümayən­dələri professor Sədnik Paşa Pirsultanlı haqqında
Folklorşünas alim, filologiya elmləri dok­toru, professor Sədnik Paşa Pirsultanlı istedadlı alim, mahir pedoqoq, görkəmli şair, məsuliyyətli publisist, ədəbiyyatşünas, folklor toplayıcısı, araş­­dırıcısı, tədqiqatçısıdır. Onun fəaliy­yətini elm və sənət xadimləri yüksək qiymət­ləndirirlər.

Türkiyə Respublikasının Azərbaycandakı sə­­fi­ri Hulusi Kilıç 19 mart 2009-cu ildə yazır:

“Hörmətli Sədnik müəllim!

80 illik yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can­sağlığı, uzun ömür diləyirəm.

Fürsətdən istifadə edərək, aşıq ədəbiyyatı və folklorun inkişafı üçün göstərdiyiniz xidmətlərə görə təşəkkür edir, qarşıdakı işlərinizdə uğurlar arzulayıram”.

AMEA Nizami Gəncəvi adına Milli Azər­baycan Ədəbiyyatı muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov 19 may 2009-cu ildə yazmışdır:

“On illər boyu el sözümüzü, füsunkar əfsa­nələrimizi sevərək toplayan, duyaraq araşdıran, bu gedişatda özü də əfsanələşən əziz Sədnik müəllimin 80 yaşı yalnız onun doğmalarının, ailəsinin bayramı deyil, bizim də bayramımızdır.

Bu dəyərli ömrün 54 ili millətə xidmətə sərf edilibsə, demək Sədnik müəllimin varlığı da milli ruhumuzun ayrılmaz bir parçasına çevrilib. Demək Sədnik müəllimin doğum günü və yu­var­laq ildönümü də ədəbi və mədəni həya­tımızın bayramlarındandır”.


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin