AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ GƏNCƏ DÖVLƏt universiteti



Yüklə 2,86 Mb.
səhifə2/16
tarix31.01.2017
ölçüsü2,86 Mb.
#7268
1   2   3   4   5   6   7   8   9   ...   16
Çeşmə” Gəncə “Çeşməsi”dir.

Professor Sədnik Paşa Pirsultanlının yaradı­cılığına, daha dəqiq desək, yaradıcılıq aləminə, yaradıcılıq dünyasına səyahət etmək çox çətin, məsuliyyətli və həm də şərəflidir.

Ona görə ki, onun yaradıcılıq aləmi, yara­dıcılıq dünyası, yəni səmərəli əmək fəaliyyəti və yaradıcılıq yolu çox mürəkkəb, əziyyətli, xüsu­silə çox zəngin, rənga­rəng, şərəfli, məzmunlu və mənalı ömür tarixi salnaməsidir.

Professor Sədnik Paşa Pirsultanlının parlaq tarixi ömür salnaməsi onun zəngin elmi-nəzəri ideyasının mənbəyidir.

Folklorşünas alimin “Novruz-Qəndab” və digər məhəbbət dastanlarının müqayisəli tədqiqi” adlı Azərbaycan şifahi xalq ədəbiyyatı haqqında yazdığı əsər səmərəli elmi-nəzəri araşdırmaların şərəfli məhsuludur.

Professor Sədnik Paşa Pirsultanlının tarixi mənbələr və şifahi xalq ədəbiyyatı materialları əsasında yazdığı elmi-nəzəri və ədəbi-tənqidi monoqrafiyası ədəbi salnamədir. Bu salnamə ədi­bin ideyasının şərhinə parlaq nümunədir. Buna görə də monoqrafiyanın qısa təhlilinə nəzər sal­maq çox faydalıdır.

Professor Sədnik Paşa Pirsultanlı zəngin mənəviyyatlı, parlaq ismətli, şeir, sənət, saz, söz, vətən və xalq sevgili əbədi­yaşar ömür-gün yol­daşı Səfurə xanımın müqəd­dəs eşqi ilə ədəbiyyat aləminə gəlmiş, yazmış, yaratmış, müasir müstə­qil dövrümüzdə də yazıb yaradır, ümum­xalq mə­həb­bətilə yaşayır və parlaq uğurlar qazanır.

Mahir pedaqoq, gənc nəslin təlim-tər­bi­yə­si ilə səmərəli məşğul olan Sədnik müəllim gözəl şairdir. Sədnik Paşayev folklorşünas, pedaqoq, nə­zə­riyyəçi, jurnalist, tədqiqatçı alimdir, filo­logiya elmləri doktoru, professordur.

Professor Sədnik Paşa Pirsultanlı 2007-ci ildə “Pirsultan pinarı” (şeirlər) adlı 666 səhifə­dən ibarət çap olunmuş kitabında gənclik illə­rindən bu günə kimi yazdığı şeirləri toplamış-dır.

Şübhəsiz ki, bu şeirlər alimin folklor ekspe­disiyası zamanı gəzdiyi və gördüyü yerlə­rin xoş havası, zövqü-səfası, romantik mənzərəsi əsasın­da qələmə aldığı sənət inciləridir. Bu şeirlərdə folk­lorçu sənətkarın nəfəsi, ruhu duyulur, oxu­cuya bədii-estetik zövq verir.

Folklorşünas alim-şair Sədnik Paşa Pirsul­tanlının poeziyasında təbiətin gözəllikləri ilə həyat hadisələri vəhdətdə tərənnüm edilir, oxu­cuya gözəl tərbiyəvi və bədii-estetik təsir edir.

Professor Sədnik Paşa Pirsultanlı poeziya­sında özünü sevgi bəh­rinə bənzədir, görkəmli türk sənətkarları onun poeziyasını sevir və yüksək dəyərləndirirlər. Sədnik müəllim gözəl bilir ki, Yunis İmrənin şeirləri axıcıdır, insanın qəlbinə təsirlidir, şəlalə kimi çağla­yan­dır.

Sədnik müəllim həmin kitabındakı ön söz­də yazmışdır: “Şeirlərim mənim həyatım və tər­cü­meyi-halımdır”.

Aydındır ki, Sədnik müəllim şeir­lərində həyatını, mənalı ömür yolunu nəzərə alır, həmin misralar sanki kağız üstündə dil açıb danışır və Sədnik müəllimin özünü danışdırır:
Sədnikəm, bir sevgi dəniziyəm mən,

Yunis İmrələrin bir iziyəm mən!


Alim-şair Sədnik Paşa lirikanın əhəmiy­yə­tini yüksək dəyərləndirir, poeziyası ilə fəxr edir və deyir ki: “Mən az qala şeirlərimlə bərabər doğulmuşam”.

Sədnik müəllim yüz otuz il mə­nalı ömür ya­şamış nənəsi Leyli xanımın sinəsini “folklor yatağı” adlandırır və bu müdrik nənə­si­nin özünə ilk müəllim olduğunu iftixarla qeyd edir, Leyli xanı­mın əbədiyaşar nənə olduğunu poe­tik dillə cilalayır. Ona görə ki, Leyli nənə vətənin, xalqın, şifahi xalq yaradıcılığının vurğunu olmuşdur.

Professor Sədnik Paşa Pirsultanlı yazır: “Qa­zağıstana, Orta Asiyaya, Rusiyaya, Alma­niyaya, Türkiyəyə, İrana və başqa yerlərə alim ki­mi səfər etsəm də, bu gəzmək, görmək mənə saysız mövzular vermiş, yeni-yeni şerlərin dünyaya gəlməsinə imkan yaratmışdır”.

Deməli, şair Sədnik Paşa gəzdiyi və gör­düyü yerlərdən bəhrələnir, ilham alır, poetik sə­nət inciləri yaradır. Bu da təbii haldır.

Professor Sədnik Paşa Pirsultanlı şairliyi haqqında ya­zır: “Gəncliyimdə şerə nikbin ruhla gəlmişəm. Ən gözəl şeirləri vətənə, onun dağ­la­rına və Sə­furə xanımın məhəbbətinə həsr et­mi­şəm”.

Lakin Səfurə xanımın öz dünyasını vaxtsız də­yişməsi şeirlərinin başının üstünə qəm bu­ludu gətirdi. Körpəlikdə valideyn nəvazişi gör­məməyim, Səfurə xanımın ölümü ulu babam Pir­sultan Abdalın faciəli həyatı istəsəm də, is­tə­məsəm də, şeirlərimdən bir sızıltı kimi gəlib keçmişdir.

Qarabağ müharibəsi, Şuşanın, Laçının, Kəl­bəcərin və Göyçənin əldən getməsi mənim ağ­rılı-acılı şeirlərimin mövzusuna çevrilmişdir”1

Alim-şair Sədnik Paşanın lirikasında həm sevimli, nikbin, gözəl, xoş günləri və həm də kədərli və qəmli çağları bədii ifadəsini tapmışdır. Buna görə də bu gözəl sənət inciləri olan şeirləri mütaliə edən oxucular həm bədii-estetik zövq alıb sevinir və həm də qəmə batır, qəmginləşir, sənətkarın həyatına, sevgisinə və qəminə şərik olub ona cansağlığı, uzun ömür və şərəfli yaradıcılıq uğurları arzulayırlar.

Alim-şair Sədnik Paşa dünyanı gəzmiş, mə­nalı səfərlər etmiş, ancaq şeirlərində əziz və mü­­­qəd­dəs, doğma Vətəni Azərbaycanı tərənnüm etmişdir:

Bir çiçəkdə vətəndi,

Bir ləçək də vətəndi.

Bir bulaq da vətəndi,

Bir yarpaq da vətəndi...
Qurban olum,

Bir yanı Dərbənd vətənə,

Qurban olum,

Bir yanı qürbət vətənə.


Alim-şair oxucuya vətən sevgisi, vətən mə­həbbəti aşılayır, oxucunu vətənpərvər, əmək­se­vər, qeyrətli, elmli, bacarıqlı müdrik olmağa çağırır, gənc nəslə əxlaqi keyfiyyətlər aşılayır.

Vətən eşqi ilə yaşayan mahir pedaqoq və istedadlı şair Sədnik Paşa Pirsultanlı gələcəyin qurucuları gənc nəslə yüksək əxlaqi keyfiyyətlər aşılayır.

Professor Sədnik Paşa Pirsultanlı vətən eşqi ilə yaşayır və yazır:
Sən də, mən də qurban olaq, ay gözəl,

Bu əziz Vətənin bir yağışına.


“Nizami baba” şeirində dahi sənətkar, dünyada ilk “Xəmsə” müəllifi Niza­mi Gəncəviyə müəllif müraciətlə deyir:
Göygölü əlində ayna kimi tut,

Bu xoşbəxt Gəncənin camalına bax.

Axşamlar baxdıqca fəvvarələrə,

Elə bil dağlardan xoşbulaq gəlib.


Professor Sədnik Paşa Pirsultanlı “Daş­kəsən mədənləri” şe­irində anadan olduğu yurdu Daşkəsəni, “Gül bitirdi” şeirində Gədəbəyi tərənnüm edir. Alim-şair Sədnik Paşa Pirsultanlı poetik dillə deyir:
Gözəli sevməyən ürək,

Vətəni də sevə bilməz.


Müəllif göstərir ki, insanı sevmək, Vətəni sevmək, vətəndaşı sevmək deməkdir. “Xoşbu­laqda” adlı şeirində Azərbaycan şifahi xalq yaradıcılığına müraciət edir, Koroğlunun qəhrə­man­lığını xatırlayır və yazır:
Koroğlu burdan keçəndə,

İgidlərə yurd seçəndə.

Qırat suyundan içəndə,

İzi qaldı xoşbulaqda.


Sənətkar alimin poeziyasında vətənin gözəllikləri, təbii sənəti, başı qarlı uca dağları, sərin bulaqları, alyaşıl geyinmiş meşələri, bağları və bağçaları canlı və gözəl tərənnüm edilir, oxucunun vətənpərvərlik hissini pərvazlandırır.

Şair Sədnik Paşa Pirsultanlının “Öz səsim” (1990), “Pirsultan bulağı” (1994), “İnciçiçəyim” (1996), “İlahi bir səs” (1991), “Bir içim nəğmə” (2003), “Pirsultan Pinarı” (2007), “Saz nəfəsli şeirlərim” (2008) adlı şerlər kitabları çap olunub oxucuların mütailəsinə hədiyyə verilmiş, onların mənəvi aləmini zənginləşdirmiş, müəllifə dərin sevgi və məhəbbət qazandırmışdır.

Professor Sədnik Paşa Pirsultanlının “Bu­laq”, “Dağlar”, “Bu dağların”, “Kəklik”, “Sev­­­sən”, “Yatmış gözəl”, “Qoşqar dağı”, “Koroğlunun daş qalası” kimi şerlərində vətənə, xalqa məhəbbət hissi aşılanır, oxucunun qəlbinə həyatda yaşamaq və yaratmaq həvəsi təbliğ edilir. “Təbiətin sərgisi” adlı şeirində tarixi qəh­rəmanlıq hadisələrini təbiətin gözəllikləri ilə vəhdətdə tərənnüm edir:
Xalı kimin xalısıdır?

Yamacda qalıb.

Xına kimin xınasıdır?

Daşda qalıb.

Hansı gözəlin darağıdır,

Quşda qalıb?!

- Bunlar təbiətin sərgisidir,

Allahın vergisidi.


O görünən qayalar,

Koroğlunun hörgüsüdür.


Şeirdə Vətənin güllü-çiçəkli çölləri, nərgizli-bənövşəli düz­ləri, hər yeri İlahi tərə­findən yaradılmış xalıya bən­zədilir, “Təbiətin sevgisi Allahın vergisidir” nə­ticəsi verilir. Həm də gözəlin darağının hop-hop adlı quşda qalması xatırlanır.

Şairin misraları lə­tifliyi ilə oxucuya vüsət verir, təbiətə vur­ğunluğu göstərir, ondan bədii-estetik zövq almağa çağırır.

Professor Sədnik Paşa Pirsultanlı “Qala divarı” adlı şeirində ulu babalarımızdan yadigar qalmış tarixi abidələrin tərənnümünü verir, onlara qayğı bəsləməyi təbliğ edib deyir:
Ürəyim dağa dönür,

Dağ üstə görəndə səni.

Babamın yadigarı,

Babamın şah əsəri,

Qala divarı.

Torpağıma, bağlı qayalar üstə,

Öz canıma bağlı qayalar üstə,

Babamın öz əl işi-

Babamın yüksəlişi,

Qala divarı.


Şeirdə tarixin yadigarı Qala divarı tərən­nüm edilir, nəzmə çəkilir, onun sevilməsi və qorun­ması təbliğ edilir, çünki vətənin yadi­ga­rıdır. Şeirdə Qala divarı illərin, əsrlərin əbədi yadigarı kimi tərənnüm edilir.

Alim-şair Sədnik Paşa Pirsultanlı “Vətə­ni­mə dəyməsin” şeirində vətənə məhəbbətin tərən­nü­münü çox canlı, təsirli poetik dillə verir:

Düşmənimin, mərmisi, gülləsi,

Qoy mənə dəysin,

Vətənimə dəyməsin.

Analar Sədnik adlı oğulu bir də doğar,

Vətəni heç kəs doğa bilməz.

Vətənim salamat olsa, özümün olsa,

Heç kəs məni boğa bilməz.
Aydındır ki, Vətən vətəndaşları doğur, ancaq vətəni heç kim doğa bilməz. Buna görə də vətəndaşlar vətən yolunda can qoymalı, şəhid olmalı, onu qorumalı və keşiyində durmalıdır.

Professor Sədnik Paşa Pirsultanlı mü­qəddəs vətən uğrunda şərəfli mübarizə aparmağı, düşmənə ağır zərbə vurmağı, cəbhəyə getməyi, vətəni yaşatmağı, onu zənginləşdirməyi tələb edir, çünki vətənsiz yaşamaq olmaz, vətənsiz yaşamaq ölümdən betərdir.

Sədnik müəllim şerlərində xalqın ədəbi xəzinəsinə dərin hörmət bəsləyir, ondan bəh­rələnir. Atalar demişdir ki, “Könül dediyin bir quşdur ki, o, hər dəni dənləməz”. Onun şerində məhəbbətin və sevginin müqəddəsliyi tərənnüm edilir:
Sevənlərə yaş həddi yox,

Məhəbbətin sərhəddi yox.

Sinəmizdə çırpınır bax,

Könüllərdi, quş ki, deyil.


Ürəyi sevgi və məhəbbətlə dolu olan, həmişəyaşar, həmişəcavan folklorşünas Sədnik Paşa Pirsultanlı şifahi xalq yaradıcılığından düz­gün bəhrələnir və həqiqi sevgini qəlbin zirvəsi adlandırır:

Hər aşiqin öz adı var,

Hər ürəyin öz odu var.

Hər meyvənin öz dadı var,

Turşməzədi turş ki, deyil.
Müəllifin alovlu qəlbinin odu insanlara sevgi və məhəbbətdir, onun yanğısı məhəbbət və sevgi ilə doludur. Ona görə ki, sevən aşiqin qəlbinin odu çox qüvvətlidir, təravətlidir, incədir, ülvidir və təsirlidir.

Dağların zirvəsində dünyaya göz açmış professor Sədnik Paşa Pirsultanlı təbiətin gözəl­liklərindən ilham almış, sağlam fiziki ömür yaşamış, ruhunun mayasını vətənimizin təbii gözəllik­lərindən, vətənin təbii sərvətindən almış­dır. Buna görə də ömrün zirvəsinə yüksəlir, yazır, ya­radır və parlaq uğurlar qazanır.

Görkəmli folklorşünas alim və şair Sədnik Paşa Pirsultanlının “Lilpar bulaq” adlı şeirlər ki­tabı onun könül dünyasının parlaq nümu­nəsidir.

Lilpar dağların köksündə çağlayan, bulaq­ların gözündə bitən çiçəkdir. Bu çiçək poetik obrazdır. Sədnik müəllim ilhamını Allahdan alır, təbiətin gözəllikləri ilə qəlbini zənginləşdirir və yazır:

Bu, sinəmdə bir lalədir,

Bil, o, mənim ürəyimdir.

Şəbnəm dolu piyalədir,

Bil, o, mənim ürəyimdir.


Şeirin təsiri çox qüvvətlidir. Aydındır ki, lilpar çiçəyi öz rişəsini buz bulaqların gözündən alıb həyat, dirilik torpağı kimi, Sədnik müəllimin lilpar misilli ürəyi, lilpar təbli könül dünyası da öz ilhamının mayasını, öz təbii çeşməsini də vətənimizin elə lilpar bulaq­lardan, səfalı yaylaq­lardan, bir sözlə, vətənimizin gözəlliyindən alır.

Bəli, bulağın çeşməsi heç vaxt qurumaz, lilpar isə öz mayasını çeşmələrdən alar, Sədnik müəllimin lilpar könlü də öz ilhamının qaynağını uca Yaradandan, Uca Yaradanın vətənimizə bəxş etdiyi zənginliklərdən alır.

Obrazlı dillə öz ürəyinin vətənin gülü, təbiəti ilə müqayisəsini verir, metaforik tərzdə vətəndə bitən lalənin gecədən üstünə düşən şehi (şəbnəmi, jaləni) dolu piyalə, dolu qədəh adlan­dırır və onu da öz ürəyi ilə eyni bərabərdə tutur. Ona görə ki, hadisələr canlı və təsirli bədii ifadəsini tapır, oxucuya gözəl təsir bağışlayır.

Professor Sədnik Paşa Pirsultanlı vətənin təbii gözəlliklərindən bədii-estetik zövq alır, onu tərənnüm etməyi özünə şərəf bilir və bununla fəxr edib alovlu qəlbini pərvazlandırır.

Şair Sədnik Paşa ürəyinin lalənin rənginə müqabil olaraq qan qırmızıya boyandığını, qara xalın ürəyində qəm-qüssə nişanəsi olduğunu demək istəyir və üstəgəl, gecədən lalənin ləçə­yinin ortasına düşən şəbnəmi isə qədəh dolu şərabla müqayisədə bildirmək istəyir ki, mən qızıl qırmızı geyinmiş qara xallı-qüssəli ürəyimin dərdini-qəmini dağıtmaq üçün içki şərbətini (şəbnəmi) nuş edirəm.

Yəni qəmdən-dərddən içib, kədərimi dağı­dıram. Gözəlliklər diyarı olan təbiət səhnəsini misralara düzməklə özünü təbiətin bir parçası saymış, ürəyini laləyə bənzətmiş, həm də ona təbiətin gözəllikləri ilham verdiyini, bununla da misilsiz sənət inciləri yaratdığını vurğulamışdır.

Professor Sədnik Paşa Pirsultanlı “Lilpar bulaq” adlı şeirlər kitabında təbii və bədii təs­virlər vasitəsilə çox zəngin poetik obrazlar yaratmış, yüksək əxlaqi keyfiyyətlər tərənnüm etmişdir.

Bu cür uğur özünü vətənin fədaisi sayan sənətkara xas ola bilər, o fədai folklorşünas alim­lə şairliyi bir vəhdətdə birləşdirir, qarşısına qoyduğu ideyanın şərhini düzgün verir.

Dünyada dağdan ağır, dağdan uca, dağdan böyük nə ola bilər ki? Bax, Sədnik müəllimin dərdi o, dağlardan da güclüdür, ağırdır ki, dağları aşırmaq qüdrətindədir. Sonra dərdinin həcmini poetik dillə düzgün cilovlayıb oxucuya çatdırır.

Sədnik müəllimin obrazlı dillə ürəyi vətə­nin güclü pərvazlandığını göstərir. Dünyada dağ­dan ağır və uca heç nə tanımayan müəllif deyir:


Dərdimi dağa desəm,

Dağ tərpənər, dağ yeriyər.


Deməli, Sədnik müəllimin dərdi dağlardan da qüvvətlidir, dağlardan da ağırdır. Ona görə ki, onun dərdi suları yandırır:
Dərdimi suya desəm,

Su alışar, sular yanar.

Xəzər suya həsrət qalar,

Araz axar, Kür dayanar.


Deməli, Sədnik müəllimin dərdinin odu-alovu yüksək dərəcədə sarsıdıcı, yandırıcı oldu­ğuna görə dünyanın ən böyük gölü, dənizi olan Xəzəri, Kür çayını və Araz çayını qurudur. Müəllif poetik dillə dərdinin onun qəlbini coş­durub qaynatdığını ifadə edir:
Dərdimi Sədnikə desəm,

Qaynar, qaynar, əsər, coşar.


Aydındır ki, müəllifi əsdirən, coşduran, daxili aləmini təlatümə gətirən və bu təlatümü şerə çevirən dərd yanğısıdır.

Bu dərdin kökü şair-alim Sədnik Paşa Pirsultanlının vətəndaşlıq yan­ğısından gəlir. Çün­ki Sədnik müəllim vətəndaşlıq qey­rəti ilə yaşayır, vətəni və xalqı sevir, vətənin inkişafını və xalqın azad, xoşbəxt yaşamasını tərənnüm edir, ona parlaq uğurlar arzulayır.

Professor Sədnik Paşa Pirsultanlının bu yanğısının əksəriyyəti Qarabağın, Zəngəzurun nankor düşmənlərin işğalı altında olmasından ibarətdir. Bu haqsızlığa dünya birliyi dözür, təd­bir görmür. Ancaq bu cinayətkar məhv ediləcək, torpaqlarımız azad olunacaqdır. Şair çox haqlı olaraq deyir ki, analar oğul doğar, ancaq vətən doğmaz:

Düşmənin mərmisi, gülləsi,

Qoy mənə dəysin.

Vətənimə dəyməsin,

Analar Sədnik adlı oğulu

Bir də doğar,

Amma Vətən doğulmaz,

Azərbaycan doğulmaz,

Türkiyəm doğulmaz.
Professor Sədnik Paşa Pirsultanlı Vətəni Azərbaycan Respubilkasının sərhədləri ilə deyil, həm də bütöv Türk dünyası ilə birlikdə qələmə alır, onun ətraflı şərhini verir, ona parlaq uğurlar diləyir.

Professor Sədnik Paşa Pirsultanlı göstərir ki, bu gün parçalanmış Böyük Türküstanı birləşdirmək üçün Türkiyə-Azərbaycan qardaş­lığının möhkəmlən­məsi, digər Türk dövlətlərinin həmrəylik nüma­yiş etdirməsi zəruridir. Aydındır ki, Sədnik müəl­limin dərdinin böyüklüyü bu xalqların hikmətini dərindən dərk etdiyindən böyükdür.

Bu da çox təbii haldır. Ona görə ki, Sədnik müəllim vətənpərvər, əməksevər, vətən və xalq sevgili müdrik insandır.

Folklorşünas professor, istedadlı şair Səd­nik Paşa Pirsultanlı “Varlığım” adlı şeirində ana Vətənin təbii mənzərəsini, şəhər və kəndlərini, tarixi abidələrini iftixarla tərənnüm edir:


Varlığım, ürəyim,

Gəncə-


Gözlərim-

Göygöl, Maralgöl,

Gölləri.

Qollarım-

Xanbulağın, Qızıltorpağın

Dolanbac yolları.

Həsrətim-

Qarabağımın

Qızıl oba elləri.

İçimin alovu-odu-

Dəlidağın lalələri,

Çilgəzən


Çilgəz dağlarının

Gülləri....


Şair şeirdə özünün fiziki varlığını doğma ana Vətənin bir parçası kimi cilalayıb oxucuya təq­dim edir, oxucunun Vətənə məhəbbətini qüv­vət­ləndirir.

Şeirdə Dəlidağın, Çilgəz dağla­rının gül­lərinə təşbeh edən sənətkar lalənin qırmızı rən­gini qəzəbinin alovu kimi görür, dağların çeş­mə­lə­rini, təbii gözəlliklərini, güllərinin rən­gini özünün daxili dünyasının əlvanlığı ilə əla­qə­ləndirib poetik dillə cilalayır:


Ömrünün axarı-

Yaz yağışına qoşulub.

Aşıb-daşan,

Yaşıl dağların,

Qışqırıqlı selləri.
Professor Sədnik Paşa Pirsultanlı poezi­yasında vətənin və xalqın tarixi sevgisini vəh­dətdə tərənnüm edib deyir:
Sağ yanı Canbazdı,

Sol yanı Murov.

Əyriçay üstündə,

Bir Ağca qala,

Bu çayın üstündədir.

Dəli Domrul körpüsü....

Professor Sədnik Paşa Pirsultanlı “Dağlara, qayalara yazıl­mış” şeirlərini poeziya çələngi adlandırır. Sədnik Paşa Pir­sultanlı Vətənin gö­zəl­liklərini, onun maddi və mənəvi sərvətlərini çox canlı tərənnüm edir. “Banu Çiçəyinin gəlib Domrul körpüsünün üstündən keçdiyini, Ağca­qalaya köç sürdüyünü, Şəmkirin Maral qoruğunu qırx incəbelli maralla (gözəllə, qız-gəlinlə) gəzdiyini” təsəvvürdə maraqlı canlandırmışdır.

Şerdə Murovdağ, Qazandurmaz qayası, Dom­rul körpüsü tarixi yadigar kimi poetik ifadəsini tapır. Təbiətin bu təbii gözəllikləri onun poeziyasında çox təsirli verilir.

Sədnik müəllim yazır: “Xalqımızın tarixin­də Qazandurmaz adlanan qaya var, elə həmin ətraf­lardaca Dəli Domrul körpüsü deyilən nişan­gah da var.

Bütün bunlara xalqımız ad qoyubdur. Göründüyü kimi, ən qədim şifahi və eləcə də yazılı sənət abidəmiz, tarix kitabımız olan “Kitabi-Dədə Qorqud”dakı obrazların adları ilə bağlı dağ-daş adlarımız var.

Qanlı-qadalı, faciəli şərəfli döyüş səhnə­lərini özündə əks etdirən, saralmış kağız səhifə­ləri dövrümüzə gəlib çatmasa da, sal daşların, qayaların üstündə tariximiz özünü yaşadır. Ona görə ki, tariximizin səhifələri “daşlara, qayalara yazılmışdır”, qızıl hərflərlə həkk olunmuşdur.

Sədnik Paşa Pirsultanlının şerlərində təsvir olunan təbiət və cəmiyyət hadisələri orijinal bədii ifadəsini tapdığına görə məzmunlu və ideyalı sənət inciləridir.

Professor Sədnik Paşa Pirsultanlı şerlərini quruplaşdırır və müraciətlə Türkmən qardaşına deyir:
Türkmən qardaş,

Təkcə mənəm.

Türk demə!

Türkmən de.

Tək mən demə,

Sən də bizlərdən birisən,

Fərqi bu,

Sünortac,

Türkün beşik yerisən.

Ancaq biləsən.

Kürreyi-ərzin,

Yarıdan-yarısı.

Türkmən-

Türk mənəm deyir.

Allahı bir,

Dili bir, inancı bir.

Bir bədənəm deyir.

Altaydan, Yaqutdan,

Anadoluya qədər.

Türk yurduyam,

Türklərə vətənəm deyir.
Şeirdə şairin qədim, ulu Türk dünyasına məhəbbəti tərənnüm edilir, ulu Türk dünyası haq­qında maraqlı məlumat verilir, ulu Türk dünyasına xoşbəxtlik arzu olunur.

Professor Sədnik Paşa Pirsultanlı türk aşığı Gülabiyə. Anadolu övladı Mühsin Yazıçıoğluna, Karslıoğluna, türk müğənnisi Gülsərənə,Tansu Çillərə həsr etdiyi şeirlərində yalnız Türkiyə türklərinə deyil, bütöv Türk dünyasına sevgi və məhəbbətini bildirir, bütün türk qardaşlarına uzun ömür, cansağlığı və şərəfli uğurlar arzu­layaraq deyir:


Karslıoğlu, bir rəssam olaydım,

Çəkəydim rəsmimi vətənin üstə.

Dostu itirən yox, dost tapanam mən,

Gör nələr yazılıb bir mənin üstə.


İlhamı “Lilpar bulaq” kimi kükrəyən, bütün Türk dünyasına, türkdilli xalqlara azadlıq və xoşbəxtlik arzulayan şair deyir:
Banaz köyün ağ buludu,

Mənimlə görüşdü getdi.

Yıldızdağın rüzgarı,

Mənimlə öpüşdü getdi.


Görkəmli folklorşünas, əməkdar elm xadimi, istedadlı şair, publisist, tədqiqatçı, mahir pedaqoq, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlıya bir sıra görkəmli sənət adamları Məmməd Alim, Elxan Gözəldağlı, Nurayib Əsgərli, Məmməd Qaşqaçaylı, Aşıq Haşım, Qubalı, Ramiz Təmkin, Əhməd Fərhad, Fəridə Əbülfəzqızı, Qivami Qazıyev, Aşıq Ka­man­dar, Sabir Əliyev, Mahirə İsbiqızı, Səyyaf Sədnikoğlu və başqaları şerlər qoşmuş, mahnılar bəstələmiş, professor Sədnik Paşa Pirsultanlını təbrik etmiş, ona uzun ömür, cansağlığı və səmərəli fəaliyyətində parlaq uğurlar arzu­lamışlar!

Çox təbii və inandırıcıdır ki, Sədnik müəl­limin şərəfli əmək fəaliyyəti və zəngin yara­dıcılıq yolu bu səmərəli alqışlara tamamilə layiqdir.

Məmməd Qoşqarçaylı alim, şair, mahir pedaqoq, gözəl və müdrik insan, professor Səd­nik Paşa Pirsultanlıya yazır:
Təxəllüs götürüb Pirsultan kimi,

Alimdi, şairdi, həm loğman kimi.

Düşünən zəkalı bir insan kimi,

Çəkir həsrətini yüzü Sədnikin.


Sədnik Paşa Pirsultanlını 2007-ci ildə Folklor İnstitutu Elmi Şurasının qrifi ilə Gəncədə “Pirsultan” nəşriyyatında çapdan buraxılmış “Pirsultan pinarı” adlanan şerlər kitabı qar­şım­dadır.

1946-cı ildən bu günəcən qələmə aldığı şerləri toplamış bu irihəcmli (təxminən 680 səhifəlik) şerlər toplusundakı şerlərin əksəriyyəti alimin folklor ensiklopediyası zamanı səfər təəssüratlarından aldığı ilham nəticəsində ya­ranmış, eyni zamanda, gəzdiyi-gördüyü yerlərin xoş havası, zövqü-səfası, mənzərəsi onun kövrək təbiətli şair könlünü ehtirasa gətirmişdir.

Məhz bu mənada Sədnik Paşanın şeir­lərində bir folklor nəfəsi duyulmaqda, folklorçu ruhu görünməkdədir.

İnsan dünyasının bütün təbii gözəllikləri, insanın qəlbini pərvazlandıran, ona bədii-estetik zövq verən sənət inciləri professor, mahir pe­daqoq, fitri istedadlı şair Sədnik Paşa Pirsultanlı poeziyasında real cila­lanmış, onun təsiri bütün cahanda-planetimizdə çox şərəfli yayılmışdır.

Bu cəhətdən də Sədnik Paşa Pirsultanlının lirikasını insan-zaman-dünya müctəəvisində ge­niş­liyi ilə nəzərdən keçirmək çox əhəmiyyətlidir. Folklorşünas alimin şair dünyasının aynasından bizim real yaşayışımız, həyatımızın canlı mənzərəsi təbii görünməkdədir, çünki Sədnik müəllim vətənpərvər və əməksevər insandır.

“Yunis İmrələrin bir iziyəm mən!” deyən Sədnik Paşa özünü sevgi bəhrinə bənzədir, Yunis İmrə izinə oxşadır. Bəs nəyə görə Yunis İmrə?

Ona görə ki, Yunis İmrə şerləri- ilahiləri ilahinin özündən qopub gələn vəhələr kimi axı­cıdır, ruha yatımlıdır, iliyə-qana yeriyəndir, şəlalə kimi bənd-bərə tanınmadan gur çağ­layandır, ürəklərə təsir edəndir.

Bax elə buna görə haqlı şəkildə özünü Yunis İmrə izi-nişanəsi hesab edir ki, bu günün canlı klassiki olan Sədnik müəllimin adi danışığı-nəşr dili ürəyə yatıb, könüllərə hakim kəsilərsə, demək, poeziyası da eyni qaydada belə olacaqdır.

Sədnik Paşanın qələmi dilə gəlib, misralar qismində, kağız üstündə dil açıb danışır, oxu­cu­ya bədii-estetik zövq verir.

“Mən az qala şeirlərimlə bərabər doğul­muşam”, yazan müəllif 130 il ömür yaşamış Leyli nənəsinin sinəsinin folklor yatağı olduğunu söyləyib, onu özünə ilk müəllim hesab edir.

Sədnik müəllim tamamilə haqlıdır, çünki poetik dillə həqiqəti cilalayır.

“Qazaxıstana, Orta Asiyaya, Rusiyaya, Almaniyaya, Türkiyəyə, İrana və başqa yerlərə alim kimi səfər etmiş, gəzmiş, görmüş, eşitmiş, öyrənmiş Sədnik müəllim yazır ki, bu xoş­məramlı səfərlər mənə saysız mövzular vermiş, yeni-yeni şeirlərimin dünyaya gəlməsinə imkan yarat­mışdır.

Şairin öz dilindən etiraf edilir ki, yazdıqları birbaşa gəzdiyi yerlərdən, gördüyü həqiqətlərdən qaynaqlanır. Bu, yuxarıda söylədiyimiz fikrə güzgü tutur, bir daha aydın olur ki, Sədnik Paşa gördüyünü nəzmə çəkməklə dünyamızın real mənzərəsini bədii fonda bizlərə təqdim edir.

İstedadlı alim-şair Sədnik Paşa Pirsultanlı “Günəş və bulud” adlı şerində Günəşi poetik dillə tərənnüm edir:


Buluddan bircə içim,

Su istər doğan Günəş.

Verməsə bərk inciyər,

Durar ondan yan Günəş.


Bulud dağlara enər,

Yayılar yuxa-yuxa.

Qorxar doğma dağları,

Günəş yandırıb-yaxa.


Sədnik müəllimin iki bənddən ibarət olan bu şeiri çox orijinal, təsirli, sadə və aydın olduğuna görə azyaşlı uşaqların qəlbini oxşayır, onlara tərbiyəvi təsir bağışlayır, uşaqların dilinin əzbərinə çevrilir.

Professor Sədnik Paşa Pirsultanlının “Pirsultan pinarı” adlı poetik nümunəsində təbiət nəzmə çəkilmiş, eyni vaxtda burada xüsusi deyim tərzinə üstünlük verilmişdir:


Bu, nə görüş, nə vüsaldı,

Köynəyi lalədən aldı.

O qız ürəyimi çaldı,

Çaldı, Pirsultan pinarı.


Bir bəndini misal çəkdiyimiz bu şerin digər bəndlərində də sonuncu misra üçüncü misradakı axırıncı kəlmənin təkrarı üstündə (təkrirsayağı) qurulub, bu da şerin axıcı olmasına təminat verən bədii deyim vasitəsidir.

Şairin “Dağlar”, “Vətən sevgisi”, “Qoşqar dağı”, “Qalıbdır”, “Koroğlunun daş qalası” və s. şerlərində də vətən sevgisinin, vətənin tarixi abidəsi olan Qoşqar dağının təsvir və tərənnümü oxucunun qəlbini pərvazlandırır.

“Görmüşəm” adlı şerində Sədnik müəllim sevdiyi gözələ xitabən poetik bir dillə deyir:
Sözlərində nə riya var, nə bəzək,

Təmizlikdə gül-çiçəksən, gül-çiçək.

İstedadlı şair, mahir pedaqoq Sədnik Paşa Pirsultanlı şeirini bu mənalı misralarla yekun­laşdırır:
Sədniki qınama divanəlikdə,

Dəyanəti sən gözəldə görmüşəm.


Şeirdə gözəlin zəngin mənəviyyatlı, parlaq əqidəli olduğu təsirli vurğulanır.

Professor Sədnik Paşa Pirsultanlı müdrik gözələ iftixar hissilə deyir ki, mənim sənə olan çılğın məhəb­bəti­min bir səbəbi də səndəki dəyanətdə-inamımı, etibarlığım qazanmağın­da­dır. Sən həm gözəl, həm də ağıllı, vəfalı, sə­daqətli, bir sözlə, dözümlü olduğun üçün yolunda can fəda etməyə, hazıram.

Sədnik müəllimin poeziyası zəngin və tərbiyəvi mahiyyətlidir. “O görünən qayalar Ko­roğ­lunun hörgüsüdür” deyilməklə obrazlı deyim yaradılmışdır.

Bu yekəlikdə daşları-qayaları yerindən qal­dırmağa mifik xalq qəhrəmanı Koroğlunun gücü çata bilərdi.

Sıralanmış-muncuq kimi, üst-üstə, yan-yana düzülmüş kimi görünən qayalar adama elə gəlir ki, hansısa bir usta tərəfindən nizama vurulub, hörgüyə düzülübdür.

Sədnik müəllimin qənaətincə, Koroğlu bən­nalıq edib dağları-qayaları belə nizama düzüb­dür. Bu fikrə baxmayaraq, müəllifin qəti hökümü belədir ki, “Bunlar hamısı Allah vergisi olan təbiətin möcüzələridir”.

Təbiətdə bu gözəl­likləri axtaran Sədnik müəllim insanın bütün varlığında inkişafın olma­sını, onun bəhrələnməsini arzu edir və deyir:
Çiçəklərdən dəstə bağla,

İçində bir ürək olsun.

Özün kimi gərək olsun,

O ürəyi gülə bələ,

Ürək dönüb çiçək olsun.
Professor Sədnik Paşa Pirsultanlı şeirlə­rində ana Vətənin tərənnümünü çox gözəl cila­layır, Vətənin ucalığına, gözəlliyinə, ülvili­yinə sevinir, onunla fəxr edir, ona qurban olduğunu poetik dillə tərənnüm edir:
Sən də, mən də qurban olaq, ay gözəl,

Bu əziz vətənin bir yağışına.


Kərkük bayatılarından birində deyilir ki, “yar şirindi, keçilməz”. Bu mənada gözələ üz tutub vətən yağışına qurban olaq demək çox mənalıdır. Gözəl Vətənə qurban getməyə inci­məz, ancaq fəxr edər. Ona görə ki, vətən çox əziz, şirin, və əbədi zirvədir.

“Gözəldi” adlı şerində Vətənin dağını, daşını, gülünü, çiçəyini, təbiətini, çəkir.


Qımış, ey Gavalı bulaq,

Dodağından bal süzülsün.


Sədnik müəllim bulağın çağlamasını gü­lüm­səməsi kimi xüsusi halda mənalandırır, oxucuya bədii-estetik zövq verir, onun alovlu qəlbini pərvazlandırır:
Qoca dağın cavanlaşıb,

Qanlı dağa toy vurdurur.


Sədnik müəllim bu misralarda cənnət təbiətli Gədəbəy dağlarını təsvir­ və tərənnüm edir. Folklorumuzun toplanması, araş­dırılması məsələ­ləri Sədnik müəllimin yaradıcılığında əsas yer tutur. Özünün toplama materialları və tədqiqat əsəri ilə oxucuların dərin məhəbbətini qazanan şair çox məsuliyyətlidir.

“Heca vəznli tapmacaların inkişafı” adlı tədqiqatı dərin mənalı, elmi mahiyyətli olduğuna görə müəllifə hörmət qazandırır:


Mən aşıq, qoyun dərdi,

Çobanın qoyun dərdi.

Bağban bir gül üzüncə,

Çoban bir qoyun dərdi.


Bu bayatı-bağlama “qoyun”cinası üzərində qurulmuşdur. Birinci misra mətləbi açmadan, ikinci misra çobanın qoyun-quzu qayğısından danışır. Üçüncü misrada məna açılır.

Şeirdən aydın olur ki, bağban bağdan və güllükdən bir gül dərməmiş, çoban bir qucaq gül yığır, əməyinin bəhrəsini dərir. Burada bağbanla çoban müqayisə edilir.

Bağban gülü bir-bir üzür, hətta gülü üzməyə əli də gəlmir. Çoban isə nə varsa, tələm-tələsik dər­məyə çalışır. Şeirdə bu məna çox incə bir mətləb daşıyır:
Mən aşığam, buz bağlar,

Qışda çaylar, buz bağlar.

Aşiq bir hikmət görüb,

Od içində buz bağlar.


İlk misrada qışda çayların buz bağla­masından söhbət gedir. Burada təəccüblü, anla­şılmaz heç nə yoxdur. “Od içində buz bağlayan” südün qaymaq tutmasıdır.

Südün yavaş-yavaş “buz bağladığını”, yəni qaymaq tutduğunu insan görmüş olarsa, bədii təxəyyülün vasitəsi ilə obrazlı şəkildə məna­lan­dıra bilər.

Soyuduqca suyun üzündə buz kimi, südün üzündə də qaymaq qat bağlayır. Bütün bunlar geniş müşahidənin, zəngin biliyin və poetik təxəyyülün məhsuludur.

Sarı Aşıq bağlama bayatıları dərindən müşahidələr əsasında yaradır. O, həm də elinə, obasına, adət-ənənəsinə yaxşı bələddir. Yayda camışlar günor­tadan ta axşam sərininə qədər yatışar.

Sarı Aşıq baxır ki, göldə yeddi çamış var. Camışlardan üçü göyə çəkilir, yəni göy çəmənə otlamağa gedir, dördü isə göldə qalır. Böyük sənətkarlıq qabi­liyyəti olan Sarı Aşıq bu mənzə­rəni seyr edib aşağıdakı bayatı-bağlamanı yaradır:

Mən aşiqəm, bu göldə,

Yeddi can var bu göldə.

Üçü göyə çəkildi,

Dördü qaldı bu göldə.

Burada çaşqınlıq yaradan aşağıdakı misralardır:


Yeddi can var bu göldə,

Üçü göyə çəkildi.

Sarı Aşığın “göy” ifadəsindən çox faydalı istifadə etməsi mənanı dərinləşdirir. Sarı Aşıq başqa bir bayatısında deyir:
Mən aşiqəm, Qəmər hey,

Harayladım Qəmər, hey.

Göydə bir madyan otlar,

Altda qulun əmər hey.


Birinci beytdə işlədilən Qəmər atın və yaxud at sahibinin arvadının adı ola bilər. Burada başqa bir məna yoxdur.

Bayatının ikinci beytindəki “göy” sözü asiman və göy zəmi mənasında işlədilə bilər. Buna diqqət etmək və şərhini vermək lazımdır:


Göydə bir maydan otlar,

Altda qulun əmər hey.


Tam anlaşılmazlıq törədən “göy” sözüdür. İlk nəzərdə adama elə gəlir ki, söhbət göydən, asimandan gedir, at da göydə-asimanda otlayır.

Lakin sonra məlum olur ki, at göydə-yaşıl çə­məndə və ya göy zəmidə otlayır, qulunu da altında əmir.

Bu bayatı-bağlama yaradıcısı Sarı Aşıq çox sənətkarlıqla sözlərdən rəng alıb lövhə çəkir, tablo yaradır. Bu cür bayatı-bağlamalar təkcə adamı düşündürmür, eyni zamanda, ona bədii-es­tetik zövq verir, onun mənəvi aləmini zən­ginləşdirir.

Sarı Aşıq təkcə göy ifadəsi ilə əlaqədar bir neçə bayatı-bağlama yaratmışdır ki, bunlar baya-tının məna və təsirini qüvvətləndirir:


Mən aşiq, göydə nə var?

Göy yemiş, göy dana var.

Ayaqları yerdədir,

Bədəni göy dana var.


Bu bayatı-bağlamada oxucunu düşündürən “göydə nə var” ifadəsidir. Qarşıdakı insan elə başa düşür ki, ondan göydə-asimanda, ərşdə nə olduğunu soruşur, cavab almaq istəyirlər. Ancaq mənasını dərk etmək mütləq lazımdır.

Sarı Aşığın bayatısında göy çəməndən bəhs edilir. Burada asimandan, göydən deyil, göy zəmidən, göy çəməndən söhbət gedir. Hətta ikinci misrada sualın cavabı var ki, göydə “göy yemiş, göy dana var”.

Burada söz oyununa qarşı diqqətli olmaq, çaşmamaq lazımdır. Belə nümunələrdə əsas məq­səd qarşı­dakının dilin incəliklərinə nə dərəcədə bələd olduğunu yoxlamaqdır.

Birinci misrada aşıq soruşur ki, göydə nə var? İkinci misrada göy dananın göy taxıl və ya göy ot yediyi, üçüncüdə dananın ayaq üstə, yəni ayaq­ları yerdə olduğu, dördüncüdə isə dananın bədəninin tamam göy olduğu aydınllaşır. Bu həm də bir növ “göy” ifadəsinin təkrarı ilə yaradılmış cinasdır. Sənətkarın zəngin yaradıcılığa malik olması deməkdir.

Professor Sədnik Paşa Pirsultanlı yazır: “Türklər tapmacaya bilməcə, kərküklər isə həm tapmaca, həm də bilməcə deyirlər. Lakin Azər­baycan folklorunda tapmaca ilə bilməcə eyni funksiyanı daşımır.

Azərbaycan folklorunda tap­ma­canın öz yeri, bilməcənin öz yeri, mina­rələrin də öz yeri vardır. Mahiyyət etibarilə müəyyən oxşar və yaxın cəhətləri olsa da, onların özlərinə məxsus fərqli xüsusiyyətləri də mövcuddur”.

Sədnik müəllim mövzu baxımından bir-biri ilə yaxın olan tapmaca, bilməcə və minarələr haqqında ətraflı məlumat verir, hadisələri düzgün şərh edir.

Professor Sədnik Paşa Pirsultanlı görkəmli folklorşünas alim kimi tapmaca, bilməcə və minarə nümunələrinin elmi-nəzəri şərhini ətraflı verir.

Folklorşünas Sədnik Paşa Pirsultanlı gəz­diyi yerlərdə, xarici ölkələrdə və vətəndə topla­dığı materialların çoxluğuna, toplamasına, həm də bu nümunələri çap etdirməsinə görə ölkə ədəbiyyatı və mətbuatında, istərsə də xarici ölkə nəşrlərində çap etdirmə dairəsinə görə əsl alimlik nümayiş etdirmişdir.

O, Azərbaycanda deyil, ölkənin kənar­larında da toplayıcılıqla səmərəli məşğul olmuş, Azərbaycan respubilkasından kənar mətbu or­qan­larda maraqlı yazıları ilə çıxışlar etmiş, oxucuları razı salmışdır.

Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı hər iki halda çox səmərəli fəaliyyət göstərmiş, problemin həllinə nail olmuşdur.

Sədnik müəllim səfərlərində gəzib topla­dığı və qələmi ilə yazdığı folklor nümunələrini çap etdirmiş, diqqətlə nəzərdən keşirmiş və faydalı tədqiqat əsərləri yazıb, parlaq uğurlar qazanmışdır.

Professor Sədnik Paşa Pirsultanlı xalq ozanı kimi ölkələri, şəhər və kəndləri diyar­ba­diyar gəzmiş, gözəl folklor nümunələri toplamış, dövrü mətbuatda və kitab şəklində çap etdirib kütləvi oxuculara və ali məktəblərə hədiyyə vermişdir.

Görkəmli folklorşünas, tədqiqatçı, profes­sor Sədnik Paşa Pirsultanlı folklor nümunələrini toplayır, araşdırır, diqqətlə nəzərdən keçirir, elmi-nəzəri tədqiqat aparır və faydalı dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar yazıb çap etdirir.

Məhz buna görə də filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Sədnik Paşa Pirsultanlı həmişə mükafatlandırılır, orden, me­dal, fəxri fərman və qramotalarla təltif edilir.

Professor Sədnik Paşa Pirsultanlının bədii yaradıcılığında poeziyası xüsusi yer tutur. Ona görə ki, alim-şair, səyyah-şair Sədnik Paşa Pirsultanlının “Öz səsim” (1990), “Pirsultan bulağı” (1994), “İnci çiçəyim” (1996), “İlahi bir səs” (1999), “Bir için nəğmə” (2003), “Pirsultan pinarı” (2007), “Saz nəfəsli şerlərim” (2008), “Lilpar bulağı” (2010) kimi kitablarında şerləri toplanıb çap olunmuş və oxucuların mütailəsinə verilmişdir.

Qasım Qırxqızlı “Sədnik Paşa Pirsul­tanlının bədii yaradıcılığı” (2010) adlı kitabında onun “Payız çiçəkləri” adlı şeirlər kitabında toplanan sənət incilərinin təhlilini vermişdir.

“Ana” şeiri bayatını xatırlatsa da, bayatı deyildir. Şeirin bütün ölçülərinə riayət olunur. Ana laylasını bulaqların zümzüməsinə oxşadır, onu körpələrin ilk kəlməsi adlandırmaqla müqəd­dəs ana obrazını yarada bilmişdir. “Ana şerini müqəddəslərlə eyniləşdirir, ana varlığının bütün varlıqlardan üstün olduğunu lirik bir dillə oxucuya çatdırır:


Laylan bulaqların zumzuməsidir,

Səsin Mina dağda Hacər səsidir,

Adın körpələrin ilk kəlməsidir,

Zəm-zəm sularının sonası, ana!


Sədnik Paşa Pirsultanlı “Bənövşəm” və “Bənövşə” şeirlərində bənövşə obrazı yarat­mışdır. “Sən gəlməsən mənim yazım yaz olmaz”, deməklə öz yazının gəlişini və bənövşənin gəlişini bildirir, yaz gəlməsə bənövşə gəlməz deyib yazır:
Sən gəlməsən mənim yazım yaz olmaz,

Yaz nəfəsli, qız nəfəsli bənövşəm.

Bülbül gülməz, çiçək gülməz, gül gülməz,

Yaz nəfəsli, qız nəfəsli bənövşəm.


Sədnik müəllim “Bənövşə” şeirində bənövşənin lirik obra­zını yaradır, üzü şehli, sərin mehli, tər çiçək ol­du­ğunu bildirir.

“Of dedim” şerində İstanbulda Minnaz adlı gözələ rast gəlir. Yaşının keşdiyini, o gözəllə ca­hana bir gəlməsini, anasının onu dünyaya tez gətir­diyini göstərir. Xan Çobana, Sarama, o sel­lərdə mən də axıb of dedim!” deməklə İstanbullu qıza vurğun olduğunu aləmə car çəkir.

Məhəbbət mövzusunda yazdığı “Kimi” şeirində gözəlin gözəlliyini vəsf edərək deyir:
Yanaqların lalədir xəbərin varmı?

Dodaqlar qırmızı çiyələk kimi.

Bilirsənmi məni məndən alırsan,

Çıxanda qarşıma bir mələk kimi.


Professor Sədnik Paşa Pirsultanlı “Dodaqlar qırmızı çiyələk kimi, gözəllik göz vurur bir çiçək kimi” deməklə təşbeh yara­dır.

“Gətir” qoşmasında dağların laləsinin həs­rətini çəkir, gecə qaranlıqlarını sevmir, yandırıb yaxan günəşin cahana qayıtmasını istəyir, yerin-göyün gün rənginə boyanması istəyi ilə yaşayır, daha doğrusu, bu şerini ictimailəşdirir:


Yatmış gözəl yuxusundan oyansın,

Mən gəlincə o bulaqda dayansın.

Yerim, göyüm gül rənginə boyansın,

Sədniyi sevindir, imana gətir.


Filologiya elmləri doktoru, əməkdar müəl­lim, professor Sədnik Paşa Pirsltanlı məhəbbət mövzusunda yaz­dığı şeirlərində sevgilisinə olan sonsuz məhəb­bətini lirikanın dili ilə o qədər gözəl, səmimi hislərlə qələmə alır ki, hər bir sevən adam özünü onun yerində hiss edir və bu sevgi lirikasından vəcdə gəlib, bədii-estetik zövq alır:

Bu dünyada sevda nədir bilənlər,

Eşq yolunda ağlayanlar, gülənlər.

Sədnik kimi bizə tərəf gələnlər,

Şahsənəmdi, Xan Əslidi, gəlmədin.
Sədnik müəllim sevgilisinin gəlmədiyini, Əslilərin nakam eşqiylə eyniləşdirir, daha doğ­rusu, onu faciə kimi qəbul edir.

Sevgi yaşa baxmır, deyənlər yanılmırlar. Sevginin əzab və iztirablarını, sevinc və şirin­liyini duyanlar bunun necə müqəddəs bir hiss olduğunu dərk edirlər.

“Duman qalxar başımdan” şeirində qızları bulaq başında görəndə gənclikdə sevdiyi o gözəl pəri yadına düşür, keçmişin şirin xatirələri xəyalından gəlib keçir:
Pərvanələr oda bircə kəz yanar,

Sinəm oddur, köz içində köz yanar.

A Sədnik, işimdə yanır, söz yanır,

Eşqim səngiməyib, of bu yaşımda.

Klassik poeziya nümunəsini “Mənimdir” şeirində açıq-aydın hiss etmək olur. Türk ulus­larının ulu yer yaddaşı onun yaradıcılığının əsas qayəsini təşkil edir. Nəvəsi Simrana həsr etdiyi bu şeirin dili sadə, obrazlı ifadələri ürəyi oxşa­yan, sənətkarlığın məna gözəlliyini ifadə edən sənət incisidir:
Simran, yaylaqları bir gəzək,

Pirsultanda ağır ellər bizimdir.

Daşlıdağın gül qoxulu mehi var,

Arxaşandan əsən yellər bizimdir.


Karvan-karvan ağ buludların dərənin, təpə­nin, dağın üstünü tutduğuna dözə bilmir, öz örpə­yini yığıb çəmənin naxışlı güllərinin görünməsini arzulayır.

Professor Sədnik Paşanın “Qocalmayan” şeiri özünə həsr edilmişdir. O, özünə poetik bir müraciətlə deyir ki, “min dərdə min dərman bilən Sədnik qocalmasın”. Allah bu müdrik vətən­pər­vər və əməksevər insana şərəfli ömür versin, onu əbədi zirvələrə ucaltsın.

Qocalıq nurdur, qocalıq xoşbəxtlik və pira­nilikdir. Qocalmaq hər adama qismət olmur. Sədnik müəllim gənclik ruhu ilə yaşayır, gənclik və cavanlıq eşqi ilə yazıb yaradır və xalqın hörmətini qazanır.

Professor Sədnik Paşa Pirsultanlı yaradı­cılığında poe­ziyanın gözəl nümunələrini, lirika­sında dostluq, qardaşlıq, xoşbəxtlik və azadlıq möv­zusunda gözəl şeirlər yaradır.

Onun lirik əsərləri dövrü mətbuatda dərc olunur və yüksək dəyərləndirilir. Bundan sonra həmin şeirləri kitab şəklində çap etdirib oxu-culara ərməğan verməsi ona hörmət qazandırır.

Professor Sədnik Paşa Pirsultanlının elmi-nəzəri tədqiqat əsərləri, dərslikləri, dərs vəsait­ləri, xüsusilə lirikası onun əbədiyaşar cavan ol­du­ğunu təsdiqləyir. Ona görə ki, Sədnik müəllim üzü nurlu, zülmətlərə parlaq işıq saçan mayaqdır.

Buna görə də Azərbaycan ədəbiyyatı tari­xində Sədnik Paşayevin işığının nuru əbədi­dir, o, tarixdə izi qalan əsl ziyalı, əməksevər, vətən­pər­vər, humanist, əbədiyaşar insandır, elm fədaisi, görkəmli folklorşünas alimdir.

Professor Sədnik Paşa Pirsultanlı özünə həsr etdiyi “Qocalmayan” adlı şeirində həyat həqiqətlərini real verdiyinə görə şeiri oxucuların mütailəsinə verməyi faydalı bilirik:


Toy-mağarda “Ruhani”ni kim oynar?

Qocalmaynan, ay Sədnikim qocalma!

Hər məclisdə öz səsin, öz sədan var,

Qocalmaynan, ay Sədnikim, qocalma!


Vaxt var idi güldürərdin, gülərdin,

Ağlayanın göz yaşını silərdin,

Min dərdə sən min bir dərman bilərdin,

Qocalmaynan, ay Sədnikim qocalma!


Laçındın, tərlandın, sındı qanadın,

Vaxtsız qəlbin niyə qana boyadın?

Çox vəsf etdin, gözəllərdən doymadın,

Qocalmaynan, ay Sədnikim, qocalma!


Görkəmli folklorşünas, əməkdar elm xa­dimi, məsuliyyətli jurnalist və tədqiqatçı, filo­logiya elmləri doktoru, mahir tərbiyəçi müəllim, professor Sədnik Paşa Pirsultanlı əbədiyaşar sənət­kardır, elmi-nəzəri ideyasının carşısı və təb­li­ğatçısı, zəngin mənəviyyatlı ömür-gün yoldaşı Səfurə xanım Pirsultanlının sədaqətli, səmimi və əbədi qayğıkeşidir.

Sədnik müəllim ali təhsilli övladlarının və nəvələrinin könül sirdaşı, arzu və istək zirvəsidir. Bizim istəyimiz ulu ustad Sədnik Paşa Pirsul­tanlıya həmişə cavan qalmağı və cavanlıq eşqi ilə yazıb yaratmağı, sazlı-sözlü poeziya dünyasında əbədi yaşamağını arzu­la­maqdır.

Professor Sədnik Paşa Pirsultanlı gözəl poe­ma­lar yazmış, oxucuların mütailəsinə vermiş, dərin hörmət qazanmış, şair kimi tanınıb sevilmişdir.

Alim-şair Sədnik Paşa Pirsultanlı “Kəsil­miş hörüklərin harayı” və “Gəlin qaya” adlı gö­zəl poemalar yazmışdır. Bu poemaların qısa şərhini Qasım Qırxqızlı “Sədnik Paşa Pirsul­tanlının bədii yaradıcılığı” adlı 2010-cu ildə Gəncədə çap etdirdiyi yüz otuz səhifədən ibarət kitabında vermişdir.

Professor Sədnik Paşa Pirsultanlının “Kə­silmiş hörüklərin harayı” poemasının dili sadə, məz­munu və ideyası gözəldir. Oxucu əsərdə təsvir olunan hadisələri düzgün dərk edir, onun tərbiyəvi mahiyyətini başa düşür. Ona görə ki, poemadakı hadisələr çox maraqlı və əhəmiyyətli, tərbiyəvi mahiyyətlidir.

Aslan Hürü məhəbbəti “Leyli və Məcnun” məhəbbəti kimi geniş yayılır, sevilir, dillərdə dastan olub oxucuların qəlbini pərvazlandırır.

Əsərin oxucuları bu müqəddəs və ülvi məhəbbətin real tərənnüm edilməsini alqışlayır:
Sevgi baş tutarsa bir dastan olar,

Nakam məhəbbətsə bir dastan olar.


Burda ağı deyir, Allah, daşa, bax,

Qayanın gözündən axan yaşa, bax.


Bu nakam məhəbbətə dözməyən daş da, qaya da ağlayır, sinəsində Aslanın əli ilə cızılan qoşa hörüklər qayanın sinəsi aşağı uzanaraq qaya üzərində heykəlləşir, əbədiləşir.

Aslan kaman çalır. Bu kamanın simlə­rindən ah-nalə qopar, nakam məhəbbətin sızıl­tıları simlərin canına hoparaq haray qoparıb, nalə çəkər. Bu nalələr oxucuların qəlbini ağladar.

Bu nalənin ahından yer də, göy də, vəcdə gələr, Aslan-Hürü məhəbbətinin nakamlığına acı-acı göz yaşı tökər.

Müharibə düşür. Aslan bir əlində silah, bir əlində isə kaman müharibəyə yola düşür. Qanlı-qadalı müharibədə kaman dərdli-dərdli dillənər, yatmış hisləri yerindən oynadardı. Bir gün Hürü göz yaşları tökə-tökə kamanın Vətənə qayta­rılmasını Aslana yazır.

Aslan isə qan iyi gələn müharibədən sağ çıxmayacağını fikirləşir və kamanı Vətənə gön­dərir. Hürü bu kamanı əzizləyər, oxşayar, qəmli-qəmli nakam məhəbbətinin dərdli deyim­lərini məlahətli səsi ilə aləmə bəyan edərdi.

Aslan Hürünün qoşa hörüklərini həmişə xəyalən oxşayar, bu gözəlliyə tamşa etməkdən doymaz­, ondan bədii-estetik zövq alar, onu al­qış­layardı.

Vaxt gəlir, Hürünü də tibb bacısı kimi müharibəyə aparırlar. Aslan bunu eşidib çox mü­təs­sir olur, ürəkləri riqqətə gətirən qoşa hö-rüklərinin Vətənə qaytarılmasını Hürüyə yazır:

Hürü sevgilisinin xahişinə əməl edir, göz yaşı tökə-tökə hörüklərini kəsib anasına göndərir və xahiş edir ki, bu hörükləri Aslana çatdırarsan:


Ay Hürü, mən bunu səndən nə danım,

Qoşa hörüyünə bağlıdır canım.

Qurtar bu canımı əzabdan qurtar,

Qaytar hörükləri vətənə qaytar.


Düzü, bu poemanı oxuduqda insan heyrət etməyə bilmir. Aslanın kamanı xalqın, Hürünün hörükləri Azərbaycan qadınının isməti, həyası olduğuna görə özləri ölsə də hər iki əmanətin Vətənə qaytarmasını istəyirlər.

Buradan belə bir nəticəyə də gəlmək olar ki, həsrətlilər qovuşa bilməsə də, heç olmasa kamanla qoşa hörüklər bir-birinə qovuşsun, bu əbədiyaşar məhəbbəti yaşatsın.

Xalq şairi Məmməd Rahim ömür-gün yoldaşına demişdir:
Hörüklərin qulac-qulac ilandır,

İncimərəm sal boynuma dolandır.

Qaşlar qara, gözlər qara, sevgilim,

Rahim qurban nazlı yara, sevgilim!


Aslan cəbhədən yaralı qayıdır. Hürünün Qroznıda həlak olduğunu öyrənir. Sonra gedib Hürünün qəbrini ziyarət edir. Nakam sevgisinə göz yaşı tökə-tökə qayanın sinəsinə özünün, Hürünün, kamanın və qoşa hörüklərin əksini cızır:

Əlində kamanı dayanııb Aslan,

O biri yanında bir ürkək ceyran.

Tökülmüş hörüklər qaya boyunca,

Aslan hörüklərə baxdı doyunca.
Alim-şair Sədnik Paşanın bu poeması məhəbbət dastanı təsiri bağışlayır. Bu məhəbbət dastanı gözəl sənət incisidir, məhəbbət haqqında faydalı poetik dastandır.

Alim-şair Sədnik Paşa Pirsultanlının “Gə­lin qaya” adlı poemasında Azərbaycan xal­qının milli adət-ənənələri poetik dillə bədii ifadəsini tapır.

Poemada hadisələrin təsviri canlı və təsirli verildiyinə görə oxucuya yüksək əxlaqi keyfiy­yətlər aşılayır, müəllifə dərin hörmət qazandırır.

Professor Sədnik Paşa Pirsultanlı “Gəlin qaya”adlı poemasında xalqımızın milli adət və ənənlərinin çox incə və təsirli yerlərinə diqqət yetirib qələmə alır, faydalı sənət əsəri yaratmağa nail olur.

İstedadlı şair şifahi xalq ədəbiyyatının incilərindən çox səmərəli faydalanır, “Gəlin qaya”nın təbii gözəlliklərini poetik dillə oxu­cu­la­ra hədiyyə verir, onlara yüksək əxlaqi key­fiy­yətlər aşılayır.

“Gəlin qaya” poemasının mövzusu Azər­baycan xalqının ulu yadigarı olan əfsanələrdən götü­rülmüşdür. Azərbaycan şifahi xalq ədəbi­y­yatı mövzularına müraciət edib onu poeziya dilinə çevirməyin özü böyük ustalıq tələb edir. Bu poemada “Gəlin qaya”nın təsviri poetik boyalarla oxucuların diqqətinə çatdırılır.

Poemanın qısa məzmunu belədir: “Gözəl­likdə tayı-bərabəri olmayan gəlin qayanın di­bində şırhaşırla axan çayın ayına sularında çi­mir­miş.

Gəlin o qədər gözəl olur ki, canlı-cansız təbiətin bütün varlıqları bu gözəlliyə tamaşa et­mək­dən vəcdə gələrmiş. Gəlinin qaynatası giz­lincə dayanıb gəlinin gözəlliyinə hərisliklə baxırmış. Bir zaman gəlin anlayır ki, hardansa ona yad nəzərlər tuşlanıb. O, bu nəzərlərin altında qətrə-qətrə əriyərək şama dönmək istəyir.

Yad baxışların ona baxmasını qəbul edə bilmir. Ona görə də ulu yaradana yalvarır ki, onu daşa, qayaya çevirsin. Abırlı, ismətli, həyalı bu gəlinin istəyi yerinə yetir. O, qayaya çevrilir. Elə həmin vaxtdan da bu qayanın adı “Gəlin qaya” kimi qalır.

Poemada təzadlı poetik boyalar və bən­zətmələr çoxdur. Eyni zamanda, milli minta­litetimizə tamamilə yad olan qaynatanın hərəkəti, onun gəlininə ağır gəlir. Gəlin bu hərəkətin qarşısında aciz qalır, nə edəcəyini bilmir.

Gəlin qaynatasının bu yaramaz hərəkəti qarşısında çox ağır vəziyyətə düçar olur. Buna görə də qaynatanın naqisliyinə, etikamdan kənar göstərdiyi həərəkətə dözmür, Allahdan arzu edir ki, onu daşa döndərsin. Məlum həqiqətdir ki, gəlin müqəddəs anadır, onu incitmək, xatirinə dəymək olmaz.

Professor Sədnik Paşa Pirsultanlı “Gəlin qayası” adlı poemasında Azərbaycan xalqının tarixdə yüksək qiymətləndirilən və qəbul edilən müqəddəs adət və ənənlərini əks etdirən qiymətli bir sənət əsəri, daha doğrusu, poeziya çələngi yaradıb oxucuların mütailəsinə hədiyyə vermiş və yazmışdır ki, ismətli, zəngin mənəviyyatlı gəlin, mənəviyyatsız və ismətsiz qayınatasının riyakarlığından canını qurtarır:


Gəlin dönüb bir daş oldu,

Dağlara sirdaş oldu.

Dünyayla yaşdaş oldu.
“Gəlin qayası” adlı poemadan verdiyimiz bu misralardan aydın olur ki, poemada hadisələr ibrətamiz şəkildə bədii ifadəsini tapır.

Ailənin gəlini vəfat eləmir, dünyasını dəyiş­mir. Zəngin mənəviyyatlı gəlin əbədi ya­şayır, dillərdə əzbər olur, sevilir, dərin hörmət və məhəbbət qazanır.

Onun mənalı ömür yolu, səmərəli fəaliyyəti dillərdə əzbər olur, könüllərdə dastana çevrilir. Şair iftixarla deyir:
İncimə, küsmə,

Ulu əcdadımız,

Nənəmiz gəlin.
Professor Sədnik Paşa Pirsultanlı “Gəlin qayası” adlı poeması ilə Azərbaycan xalq yara­dıcılığına çox faydalı və əhəmiyyətli sənət ya­digarı yazıb vermişdir.

“Gəlin qayası” poemasında qayaya dönən gəlin daşa dönməklə, dünyasını əbədi dəyiş­məklə, həyatdan cavan getməklə əbədilik qaza­nır, yəni əbədi yaşamaq, ölməzlik, ölümsüzlüyün zirvəsinə yüksəlib əbədiyaşar olmaq adına nail olur.

Professor Sədnik Paşa bu poemada mü­qəddəs və zəngin elmi-nəzəri ideyasını parlaq nümunəsini verir, insanlığın paklığını təbliğ edir.

“Gəlin qayası” poemasında Azərbaycan qadınının isməti, həyasə, zərifliyi, incəliyi, na­mu­su, zəngin mənəviyyatı, tələbkarlığı, qay­ğı­keşliyi ön planda poetik təsvirini, bədii ifadəsini tapır, Azərbaycan qadınlarının, azərbaycanlı ana­ların, gəlinlərin, bacıların, qızların müqəd­dəsliyi, saflığı, qeyrətli və yüksək insani keyfiy­yətlərə malik olması yüksək sənətkarlıqla göstərilir.

Alim-şair Sədnik Paşa Pirsultanlının “Gə­lin qayası” poeması Azərbaycan qadınlarının bədii obrazını cilalayan poeziya çələngidir, faydalı və qiymətli sənət nümunəsidir.

Professor Sədnik Paşa Pirsultanlının yaradıcılığında nəsr nümunələri də vardır. Onun “Ağac adam”, “Kür qənim olsun”, “Həsrətlər qovuşsun” adlı hekayələri maraqlı və məzmun­ludur.

“Ağac adam” hekayəsində göstərilir ki, üç yolçu yaz fəslində yola çıxır. Meşənin kənarında yatırlar. Onlardan biri meşəyə gözəllik verən ağaclardan birini kəsir və ondan insan düzəldir. İkinci yolçu ağac adama gözəl paltar tikir. Onun dərzi olduğu bilinir.

Bu hekayə ülvi bir məhəbbətin təmizliyi üçün insanın heç vaxt qorxmaması təbliğ olunur. Hekayədə “Qız öyüdü anadan olar” kəlamı ilə gəlinlərə tövsiyyə verilir ki, qaynananı öz anaları bilsinlər. Analar, gəlinlər, qaynanalar səmimi ol­sunlar.

Professor Sədnik Paşa Pirsultanlının “Kür qənim olsun” hekayəsində Samuxun tanınmış bəylərindən olan Həsənqaradan danışılır və Samuxun gözəl təbii mənzərələri poetik dillə təsvir olunur, bədii ifadəsini tapır.

Həsənqara bəyin ilxısından atlar bir-bir yoxa çıxır. Həsənağa bəy bir oğlanın Kürdən keçə bilmədiyini görür və onu atının tərkinə alıb Kürdən keçirir. Oğlan bəyin xoş münasibətini gö­rüb bəyə deyir ki, sənin atlarını mən oğurlayıb dəyər-dəyməzinə satmışam. Bir də oğurluq etsəm, qoy bu Kür mənə qənim olsun.

Oğlan bəyin qarşısında diz çökür. Bəy onu qaldırır və deyir: “Qalx, bala, kişi diz çökməz. Bu andan sonra sənə yaraşan bir at da bağış­layıram. Üstəlik qoyun-quzu da, mal-qara da... Di getdik!”

“Kür qənim olsun” hekayəsinin dili və məzmunu sadə və xalq dilinə çox yaxındır.

Bəyin özünü sadə aparması gənc oğlanı məcbur edir ki, etdiyi oğurluğu etiraf etsin və öz səhvini başa düşsün. Bəy oğlanı cəzalandırmaq əvəzinə ona at, qoyun-quzu, mal-qara da ba­ğış­lamağa söz verir.

Hekayədə bu əsl tərbiyə üsulu kimi verilir. Buna görə də hekayə oxucuların qəlbində özünə yer tapır, mütailə olunur və sevilir. Müəllif he­kayənin sonunda bu müdrik atalar sözünü verir: “Yaxşılığa yamanlıq hər kişinin işidir, yaman­lığa yaxşılıq ər kişinin işidir.”

Bu müdrik atalar kəlamının çox dərin əxlaqi keyfiyyəti var və mütləq oxucular dərk etməlidirlər.

Bu hekayədə dərin məzmuna və təlim-tərbiyəvi mahiyyətli ideyaya malikdir. Ümumiy­yətlə, Sədnik müəllim hekayələrinin sonunda məzmunu və ideyanı tamamlayan əhəmiyyətli bir atalar sözü verir və bununla da hekayəsini ye­kunlaşdırır.

Professor Sədnik Paşa Pirsultanlının “Həs­rətlər qovuşdu” sənədli hekayəsi faydalı əsərdir. Heka­yədə dövrün ictimai-siyasi yaramaz, eybə­cər, pis hadisələri qələmə alınmış, kəskin tənqid atəşinə tutulmuşdur.

Hekayədə Oğuz elinin Xaçmaz bölgəsinin gözəllikləri canlı və təsirli lövhələrlə təsvir edilir. Hekayə maraqlı məzmuna və tərbiyəvi ideyaya malik sənət incisidir.

Professor Sədnik Paşa Pirsultanlı heka­yəsində iftixar hissilə Filfili dağı, Filfili qayası və Pirsultan dağının adını çəkir, onların tarixi ya­digar olduğunu göstərir.

Məhəmməd Xaçmaz kəndində böyümüş, müdrik cavan kimi boya-başa çatmış və Şəkər xanımla evlənmişdir.

Kəndin qoca qız və gəlinlərinin uzaq qonşu kəndə dəyirmana dən aparması ona ağır gəlir. Həyat sirdaşı Şəkərlə, oğlu Məcnunla və Əzizlə məsləhətləşdikdən sonra dəyirman tik­məyi qəti şəkildə qərara alır və kəndə məxsus bir dəyirman tikir. Hamı Məhəmmədin bu xeyirxah işini alqışlayır.

Şura hökuməti qurulduqdan sonra tuthatut başlayır. “Kulak” adı ilə el-obanın say-seçmə adamlarını ya güllələyirlər, ya da sürgünə gön­dərirlər. Kimin 2-3 inəyi, bir neçə danası var imişsə düşmən damğası vurulur və sürgün edilir. Bədxahlar Məhəmmədin dəyirmanı olduğunu xəbər verirlər.

Məhəmməd dəyirmanı xalq üçün tik­dir­miş, xalqın tələbini ödəmişdi. Ancaq bədxahlar, xalqın, elin və obanın düşmənləri Məhəmməd kişiyə zidd olur, onu həbs etdirirlər.

Müəllif hekayədə göstərir ki, vətənə və xalqa xidmət edən, ona qayğı göstərən insanlara hörmət etmək lazımdır. Ona görə ki, həmin xeyirxah insanlar öz mənafelərini müdafiə et­mişlər.

Hekayənin əsas motivi və mövzusu Sovet hökumətinin ədalətsizliyi, həsrətin ürəklərdə qübar etməsidir. Yazıçının hekayədə əsas məq­sədi bütün həsrətliləri qovuşdurmaq, xalq üçün xeyirxah işlər görməkdir.

Babalardan yadigar qalan, xeyirxahlığı ya-şadan Məhəmməd kişi unudulmur. Heç bir kəs həsrətli qalmır, nəticədə həsrətlilər biri-biri ilə qovuşur. Belə yerdə deyiblər ki, həsrət də çiçək açarmış.

Profesor Sədnik Paşa Pirsultanlının yara­dıcılığı çox şaxəlidir, milli poetik fikirlə zən­gindir. Onun poetik söz dünyası məzmunlu, ide­yalı, təsirli və tərbiyəvi mahiyyətlidir.

Ümumxalq məhəbbəti qazanmış professor Sədnik Paşa Pirsultanlı haqqında “Sədnik Paşa və Səfurə Pirsultanlı” dastanı yaranmışdır. Səd­nik müəllimin zəngin mənəviyyatlı, zərif və incə ömür-gün yoldaşı Səfurə xanım Pirsultanlı fitri istedadlı sənətkar olmuş, sevilmiş və hörmət qazanmışdır.

Mənalı ömrünün müdrik və kübar çağını yaşayan tədqiqatçı alim, məsuliyyətli folklor­şünas, mahir müəllim, professor Sədnik Paşa Pirsultanlı geniş və zəngin yaradıcılıq yolu, təlim-tərbiyəvi mahiyyətli əsərləri ilə gənc nəslin yollarına parlaq işıq verəcək, onların vətənə və xalqa məhəbbətini artıracaqdır.

Bütün Türk dünyasının folkloru haqqında dərin biliyə və geniş məlumata malik olan professor Sədnik Paşa cəsur, arayan, axtaran, toplayan, tədqiq edən folklorşünas alimdir.

Buna görə də onun poetik söz dünyası çox zəngin və rəngarəngdir. Ona görə ki, xalq ruhu ilə yaşamış, qüdrətli, cəfakeş, əməksevər, tələb­kar və qayğı­keş tarixi şəxsiyyətdir, gözəl insandır.

“Nizami və folklor” kitabına görə 1976-ci ildə “Yejeqodnik”ə (Velikaya sovetskaya ensik­lo­pediya) daxil edilib. “Dədə Qorqud boyları” haqqında topladığı əfsanələr və elmi məqa­lə­lərinə görə 2000-ci ildə Türkiyədə nəşr olunmuş “Kitabi-Dədə Qorqud” ensiklo­pe­diya­sının I və II cildlərində təmsil olunub.

20 ildən artıq Gəncəbasarda Aşıqlar Bir­liyinin sədri olub. Uzun müddət ərzində Gən­cə­basarda aşıq poeziyasının, sənətinin inkişaf etdirilməsi sahəsində əvəzsiz xidmətlər göstər­mişdir.

Gənc istedadların üzə çıxarılması sahə­sində də gərgin fəaliyyət göstərmiş, unudulmuş, yaddaşlardan silinmiş saz havalarına yeni nəfəs gətirmişdir.

Professor Sədnik Paşa Pirsultanlı xalqımı­zın yaratdığı mahnı və nəğmələrin xalqımıza qaytarılmasında, rəh­bərlik etdiyi “Çeşmə” folk­lor teatrında göstərdiyi fəaliyyətə görə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülmüşdür.

Folklorşünnas alim Sədnik Paşa 1993-cü ildə Ankarada keçirilən “İpək yolu uluslararası halk ədəbiyyatı”simpoziumunda və Nev şəhərin­də keçirilən “Hacı Veli Bektaşi” törənində dol­ğun məzmunlu məruzələrlə ilə çıxış etmiş, onun mə-ruzəsinin mətni orada çap olunmuşdur.

Professor Sədnik Paşa Pirsultanlı haqqında 2005-ci ildə “Azte­lefilm” yaradıcılıq birliyinin dövlət sifarişi ilə “Pirsultan” adlı sənədli tele­vi­ziya filmi çəkil­mişdir.

Bütün bunlarla bərabər cəfakeş alim, əsl vətəndaş olan Sədnik müəllim pedaqoji fəa­liyyətini də yorulmadan davam etdirir. 2007-ci ildə “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüş və “Tərəqqi” medalı ilə təltif olun­muşdur.

Dövrü mətbuatda “Azərbaycan folklo­runun şahı” adlandırılan Sədnik müəllim bu əsərləri yazıb oxuculara hədiyyə vermişdir:

“Nizami və folklor” “Azərbaycan xalq yara­dıcılığının inkişafı”, “Nizami və xalq əfsa­nələri”, “Heca vəznli şeir və mənzum atalar sözləri”, “Heca vəznli tapmacaların inkişafı”, “Azərbaycan eposunun əfsanə qaynaqları”, “Ozan-aşıq sənətinin nəzəri məsələləri”, “Heca vəzninin bayatı və qoşma möcüzələri”, “Azər­baycan əfsanə və rəvayətlərinin ədəbi abi­dələrimizlə müqayisəli tədqiqi” və sair adda onun yetmişdən artıq kitabı nəşr olunmuşdur.

Professor Sədnik Paşa Pirsultanlının 2007-ci ildə çap olunan “Pirsultan pinarı” adlı kita­bında 1946-cı ildən bu günə kimi yazdığı şeirlər toplanmış, oxuculara ərməğan verilmişdir.

İyrimi bölümdən ibarət olan “Pirsultan pinarı” kitabının ilk bölümü “Bir çiçək də vətən­dir” adlanır. Bu bölümdə vətənə məhəbbət tərən­nüm edilir:


Bir qəmim də vətəndir,

Ürəyim də vətəndir.


Bu misraların müəllifi Sədnik müəllim bütün varlığı ilə vətənə bağlıdır.

Sədnik Pirsultanlının maraqlı tərcümeyi-halı vardır. 20 may 1929-cu ildə Gəncə yaxın­lığında Daşkəsən bölgəsinin Qazaxyolçular kən­din­də dünyaya göz açıb. Bu kənd ulu babaları Pirsultanın adını daşıyan Pirsultan dağının ətə­yindədir. Atasının atası türk paşa, anasının atası Türk Səməd olmuşdur.

Pirsultanlılar nəsli olmaqla saza-sözə vurğun olmuş, ağız ədəbiyyatının əsl bilicisi kimi tanınmışlar. Bu nəslin səcərəsi Pirsultan Ab­daldan bəri məlumdur. Nəslin ilk yazarı və fəxri XVI əsrin böyük sənətkarı Pirsultan Abdaldır. Onun qızı Səkinənin nadir şeirləri hal-hazırda əldə vardır. Ali dini təhsil almış dayısı Abdul Kərim gözəl təbə malik bir şair olmuşdur.

Bütün tarixi varidatları sinəsində yaşadan, 130 il ömür sürən Leyli nənəni Sədnik Pirsultanlı özünün müəllimi hesab edir. Leyli nənənin ulu Pirsultan Abdaldan dediyi şeir parçaları da Sədnik müəllimin poeziya yaradıcılığında mü­hüm rol oynamışdır.

Sivas ellərində zilim çalındı,

Camlıbellər bölüm-bölüm bölündü.

Mən dostdan ayrıldım bağrım dəlindi,

Katib, əhvalımı şaha söylə yaz!


Şair Sədnik Paşa “Saz nəfəsli şeirləri” ilə tarixə nəzər salır. Sazla deyilən və insanların qəlbini sevindirib pərvazlandıran Dədə Qorqud­dan, Aşıq Abbas Tufarqanlıdan, Xəstə Qasım­dan, Yunis İmrədən, Dədə Ələsgərdən, Dədə Şəmşirdən yadigar qalan sözləri dərk edir və deyir:

Söylə tarixini a telli sazım,

Sən varsan Harutdan, Marutdan bəri.

Sənin ilk səsini musa eşitmiş,

Gəlmisən Dəclədən, Fəratdan bəri.
Bundan sonra hörmətlə aşığa müraciət edir:
Sazınla ucalmış sözün şöhrəti,

Şair yazır, aşıq verir zinəti.

Qəlbində el ruhu, el məhəbbəti,

Hər sözü tarixdə yadigar aşıq.


Sədnik müəllim dağlarla fəxr edir və deyir:
Can atır göylərə o məğrur başın,

Ağrıdır, Şahdağdır, çoxdur qardaşın.

Vətənə keşikçi sənin hər daşın,

Bu xalqın əyilməz bir oğlusan sən.

Sədnik müəllimi “Bənövşə” şeirində insani hissləri eyniləşdirir, qəlbinin istəyini bənövşəyə müraciətlə deyir:
Neynəyim ki, mən də yara dərdimi,

Sənin kimi tez açmışam bənövşə.

Sən nələr çəkmisən bütün el bilir,

Mən dərdimi az açmışam bənövşə.


“Dağlar gözəli” şeirində müəllif Kərəmin eşq oduna yanaraq keçdiyini və dağlar gözəlini seçdiyini poetik dillə vurğulayır:
Sədnik onu gördü sevdaya düşdü,

Yandı eşqə, amma Kərəmi keşdi.

Yüz gözəl içindən tək onu seçdi,

Köksündə ürəkdi dağlar gözəli.


Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı gözəllər içində dağlar gözəlini seçib vəsf edir, özünün ülvi sevgisini Kərəmin sevgisindən də üstün tutur.

Sədnik müəllim tamamilə haqlıdır, çünki özünün ömür-gün yoldaşı Səfurə xanım Pirsul­tanlı gözəllərin gözəli olmuş, “mən də bir aslanam erkək tinətli” demişdir. Dahi Nizami yazır ki, “Aslanın erkəyi, dişisi olmaz”. Səfurə xanım gözəllərin ülvi və parlaq zirvəsi olmuşdur.

“Pirsultan pinarı” şeirində bu pinarın suyu­nun bal daddığını, daşların mərcanı, ləli oldu­ğunu poetik boyalarla qələmə alır:
Nənəm sən deyənlər oldu,

Sədnikə yadigar qaldı.

Pir Abdaldan payın aldı,

Aldı, Pirsultan pinarı.


Folklorşünas alim-şair Sədnik Paşa Pir­sultanlı “Qalıbdır” şeirində Qoşqar dağının zirvə­sində yaza tala-tala qalan qarı qış fəslinin mey­vəsi adlandırır, yeni bir təşbih yaradır.
Qoşqarımın zirvəsində,

Tala-tala qar qalıbdır.

Bir fəsilin meyvəsidir,

Qışdan yadiğar qalıbdır.


“Bulaq” şeirini oxuduqda insan xəyalı ulu keçmişə qayıdır, qoca ozan Dədə Qorqud gəlib gözlərimizin önündə canlanır:
Səni görcək sehirləndim,

Qayalardan sızan bulaq.

Qopuzunu sən çalırsan,

Hanı qoca, ozan, bulaq?!

Şeir yazanın mənəvi saflığı, fitri istedadı, həyati təcrübəsi həmişə üstünlük təşkil etməlidir. Sözü şeir incisinə çevirmək, gördüyün hər bir hadisədən nəticə çıxarmaq meyarı Sədnik Paşa­nın yaradıcılığında əsas yer tutumuşdur:
Bu yurda göz dikib yağı,

Bu yurdda qan töküb yağı,

Sinəmizə çəkib dağı.

Gəlib çatıb döyüş çağı,

Nə istərsən, Oğuz oğlu?
Doğma vətənimiz Azərbaycan şairin yara­dıcılığında önəmli yerlərdən birini tutur. Kəl­mə­sinin əvvəli də, axırı da Azərbaycandır, Vətəndir. Hətta özünü vətənə qurban verməkdən belə çəkinmir:
Azərbaycan, gözəl vətən,

Adına qurban olum.

Torpağının ətrinə,

Dadına qurban olum.

Torpağı əkənə,

Alın təri tökənə,

Keşiyini çəkənə,

Orduma qurban olum.

Ürəyimin özəyi,

Yurduma qurban olum.


Alim şair Sədnik Paşa Pirsultanlı “Azər­baycan gözəli” şeirində təbii gözəlliklərin insana xoşbəxtlik verdiyini vurğulayır:
Necə gözəl olur hüsnü səhərlər,

Səni ovsunlayar, səni sehirlər.

Könlümün gül vaxtı qələm çalıbdı,

Gözəllik fırçası burda qalıbdı.

Qadasın aldığım ana torpağın,

Qəlbinin parçası burda qalıbdı.


Sədnik müəllim Pirsultan dağına həsr etdiyi şeirində bu dağın müqəddəsliyini cila­layır:
Başın seyrəngahım, ayağın köyüm,

Qoşqarımın öz anası, Pirsultan.

Adın qızılbaşdan bir yadigardır,

Dağ başında göz qalası, Pirsultan.


Yox aşıq, göz qalası,

Dözmüsən, döz qalası.

Hər kəsə çox şirindi,

Yuvası, öz qalası.


Professor Sədnik Paşa Pirsultanlı poe­ziyasında əsrlər boyu yaşayan, xalqın tarixi yadigarı olan qalalarımızı Miskin Abdaldan, Şah İsmayıl Xətaidən yadigar qaldığını poetik dillə ön plana çəkir, bu qalalara hörmətlə deyir:
Yox, aşıq nişan qala,

Dağ üstə nişan qala.

Abdaldan, Xətaidən,

Qalıbsan nişan, qala.


Sədnik müəllimin dağlara yazdığı şeirlər onun yaradıcılığının parlaq tapıntısıdır:
Mən qocaldım, siz cavansız,

Həmənkisiz, Həsən dağlar.


Gəzməlidi, görməlidi,

Sədnik könül verməlidi,

Bulaqları süd gölüdü,

Buludları əmən dağlar.


“Verəmmərəm” şeirində itən gəncliyinin bir də geri qaytarılmasının mümkün olmadığını poetik dillə vurğulayır, gəncliyin əsil nemət olduğunu xatırlayır:
Səndən aldığım gəncliyi,

Birdə geri verəmmərəm.

Bağçanıza yüz yol girəm,

Həmən gülü dərəmmərəm.


Sədnik, o Tanrı payımdı,

Günəşimdi, həm ayımdı.

O mənim xan sarayımdı,

Uçsa bir də hörəmmərəm.


“Açma mənim məktubumu” şeirində məktubuna yad əllərin dəyməsindən ehtiyat edir, qorxur və müqəddəs sevginin gizli saxlanmasının zəruriliyini vurğulayıb deyir:
Açma, mənim məktubumu,

Yox əl vurma, dəymə ona.

Yad əl dəyər, izi düşər,

Orda hiss var, həyəcan var.


Görkəmli folklorşünas, əməkdar mədəniy-yət işçisi, məsuliyyətli jurnalist və tədqiqatçı, ma­hir müəllim, filologiya elmləri doktoru, pro­fessor Sədnik Paşa Pirsultanlıya ömür-gün yoldaşı, gözəlliyin və insanlığın zirvəsi Səfurə xanım Pirsultanlı həmişə arxa və dayağ olmuş, yaradıcılığına zülmətlərdə həmişə şam kimi nur ələyərək qətrə-qətrə əriyərək ömrünü-gününü onun yolunda qurban vermişdir.

Səfurə xanımı vaxtsız itirən alim-şair özünü qanadı qırılmış qartala bənzədir. Dağların, qayaların, zəngin səmanın onsuz qaldığını yana-yana qələminin süzgəcindən keçirir.

Professor Sədnik Paşa Pirsultanlı həyat yoldaşı Səfurə xanıma həsr etdiyi “Qalıbdı” şeirində ilk eşqinin, istəyinin dağlarda qaldığını, Səfurə xanımsız olduğunu poetik dillə vur­ğulayıb deyir:
Sədnik bu dünyada yaşarmı sənsiz,

Qəlbi dalğalanıb coşarmı sənsiz.

Dağlara bir nəğmə qoğarmı sənsiz?

İlk eşqim, istəyim dağlarda qalıb.


Daha sonra Səfurə xanıma həsr etdiyi “Vermərəm” şeirində ürəyini, eşqini ondan başqa heç bir kəsə verməyəcəyini bildirir. Bu hadisəni həyat da təsdiq edir, Sədnik müəllimə haqq qazandırır:
Bilirsən ki, ürəyimi, eşqimi,

Sənə verrəm, özgəsinə vermərəm.

Bağlarda, dağlarda bənövşə dərrəm,

Sənə verrəm, özgəsinə vermərəm.


Professor Sədnik Paşa Pirsultanlının poe­ziyasında sevgi və məhəbbət mövzusuna geniş yer verilir, insan qocalsa da məhəbbətin qocal­madığı poetik dillə bədii ifadəsini tapır:
Deyirlər ki, səksən, doxsan,

Vaxt çatanda bir gün yoxsan.

Sədnik deyər, çox uşaqsan,

Yüzdə də baldı məhəbbət.


Alim-şair Sədnik Paşa Pirsultanlının haqqında bəhs etdiyimiz kimi “Pirsultan pinarı” kitabında səfərlərə həsr etdiyi şeirlər çox təsirli və tərbiyəvi mahiyyətli sənət incisidir. Ona görə ki, səyyah-alim Sədnik Paşa Pirsultanlı Azər-baycanın, Türk dünyasının ellərini, obalarını gəzmiş, ağız ədəbiyyatından seçmə nümunələr toplamış, şifahi xalq ədəbiyyatından xalça toxumuş, zəngin ədəbi xəzinə yaratmışdır.

Səyyah-alim Sədnik Paşa Pirsultanlı Kəl­bəcərə həsr etdiyi “Yolum düşdü” şeirində çox maraqlı bir poetik mənzərə yaratmış və yazmış-dır:

Gəlib çıxdım gül çağına,

Girdim Şəmşirin bağına.

Sinəm döndü söz dağına,

O, içən çeşmədən içdim.


Dedim, hanı Əli Bimar,

Sözü pərən Bəsti də var,

Yada düşdü çox sənətkar,

Sənət sevdasına düşdüm.


Yaşamaqdan doymayan şair “Mən doy­ma­mışam” şeirində yazır:
Həyat nə şirindir, ay Vətənoğlu,

Ömür gülzarından mən doymamışam.

İnsan yaşadıqca yaşamaq istər,

Bağçalar barından mən doymamışam.


Bu qoca dünyanın özü şirindi,

Sədnik, hamısından yazı şirindi.

Yayı, qışı, sərt ayazı şirindi,

Dağların qarından mən doymamışam.


Alim-şair, Sədnik Paşa Pirsul­tanlı Qaza-xıstan səfərində “Qorqud məzarı” şeirini yazmış, Dədə Qorqud məzarı yanında qırx qızın daş olmasını göstərib demişdir:
Qorqudumu gördüm əlində qopuz,

Məzarı yanında daş olmuş qırx qız.

Gözəllərdən biri şikəst, ayaqsız,

Yaralı ceyranın bərəsindəyəm.


Almaniyada səfərdə olanda “Dəyməz” rədifli şerini yazmış və qeyd etmişdir ki, vətən­dən şirin, gözəl yer yoxdur:
Qürbət el bəzənə bir cənnət ola,

Yurdumun bir parça daşına dəyməz.

Az görmədim alçaq, uca dağları,

Qoşqarımın qarlı qaşına dəyməz.


Sədnik deyər, qürbət elin nə yazı?

Qərib eldə ötməz könlümün sazı.

Min gül aça min dərəsi, min düzü,

Vətənin boranlı qışına dəyməz.


Sədnik Paşanın Türkiyəyə səfəri zamanı yazdığı şeirlər Azərbaycanla Türkiyənin qardaş­lığın­dan, doğmalığından xəbər verir:
Mən qocaman dağlarını dolaşdım,

Bilməm hansı çəmənzara getmisən.

Ay Yunis İmrənin sarı çiçəyi,

Necə olub ürəyimdə bitmisən?


Yunis İmrənin sarıçiçəyini ürəyində bitirən Sədnik müəllimin Türkiyəyə məhəbbəti son­suzdur.

Humanist şair Sədnik Paşa Pirsultanlı xarici ölkələrə səfərində belə məntiqi bir nəticəyə gəlir ki, qürbət ellər cənnət olsa da, müqəddəs Vətənim Azərbaycanın bir daşına da dəyməz, ona görə ki, ana yurdumda könlümün sazı min gül açır, pərvazlanır.

“Pirsultan babam” şeirində Pirsultanı ziyarətgah pirə, ocağa bənzədir, Azəri yurdunda dağ oldu­ğunu bildirir.

Türkiyə səfərləri zamanı yazdığı bitkin, dolğun şeirlər insan qəlbini riqqətə gətirir.

“Araz” şerində ürəyində Təbriz həsrətinin olduğunu, ayrılığın göz yaşına çevrildiyini, Sava­lana quş olub uçmaq istədiyini həsrətlə Arazdan soruşur:
Göyüm-göyüm göynəmişəm,

Bilirsənmi, neyləmişəm?

Dərd becərib qəm yemişəm,

Qəmimi biçimmi, Araz?


Görkəmli bayatı ustadı Sarı Aşıq demişdi:
Mən aşiqəm ha sarı,

Sınıq könlüm ha sarı.

Aşiq dərddən ev tikdi,

Qəmdən çəkdi hasarı.


Sədnik müəllimin “Araz” şeirində söylə­nən fikirlər hörmətli ustadı Sarı Aşığın oxşar­lığına üz tutur, ondan ibrət dərsi götür­düyünü bir daha təsdiqləyir.

Professor Sədnik Paşa Pirsultanlının “Azər­­­­baycan poeziyasında Sarı Aşığın bayatı zirvəsi” adlı yazdığı monoqrafiya ali məktəb tələbələri və Sarı Aşıq poeziyasının pərəs­tiş­karları üçün mənəvi hədiyyədir.

Professor Sədnik Paşa Pirsultanlının po­etik duyğuları çox qüvvətlidir, qan yaddaşının çeşməsindən gələn saf suya bənzəyir, unu­dulmur. Onun “Təbrizim layla” şeirində deyilir:
Mənə də körpələr kimi,

Layla, de, Təbrizim, layla.

Di ələ al ürəyimi,

Layla, de, Təbrizim, layla.


Az çəkmədik zülm-zillət,

Hər dərdimiz bir hekayət.

Döyülməyən olmur, millət,

Layla, de, Təbrizim, layla.


“Bağdaddan gələn qəmli səslər” bölü­mündə, “Durnalar” şeirində Bağdadın dərdinə dözməyərək göz yaşı tökür, Füzulinin ahının ərşə dayandığını ürək yanğısı ilə bildirir:
Bağdadın hər günü qandı-qadadı,

Görən yazda gələcəkmi durnalar?

Dəşti-Kərbəlada, Vətən yolunda,

Şəhid olub, öləcəkmi durnalar?

Kəbənin qızıldan kərpici yandı,

Füzulinin ahı ərşə dayandı.

Sədnikin ürəyi qana boyandı,

Göz yaşını siləcəkmi durnalar?


Ustad aşıqlara xüsusi səhifələr ayıran, on-ların xalq qarşısında göstərdikləri xidmətləri yüksək qiymətləndirilir və onları sazla sözün vəhdətində birləşdirərək yaddaqalan şeir nümu-nələri yaradıb deyir:
Sədnik deyər unutmaram mən sizi,

Sizdə tapdım ilk cığırı, ilk izi.

Qorqudlu, Abbaslı keşmişimizi,

Yaşaya-yaşaya yaşadar aşıq.


“Pirsultanlı pinarı” kitabı “Gəlin qaya” və “Kəsilmiş hörüklərin hekayəti” ilə tamamlanır. Bu kitabdakı şeirlər haqqında müəyyən məlumat verdik və çox qısa mülahizələr yürütdük.

Ancaq kitabdakı şerlər dərin məzmunlu təlim-tərbiyəvi, bədii-estetik sənət inciləridir. Şübhəsiz ki, oxucular kitabı oxuyacaqlar və alim-şair Sədnik Paşa Pirsultanlının şeirləri ilə tanış olacaq, bu sənət incilərini mütailə edəcək-lər.

Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı Türk dünyasında məşhur folklorşünas, toplayıcı, tərtib və tədqiq edən alim

kimi tanınır. Ona görə ki, onun topladığı, tərtib etdiyi və tədqiqatçı kimi yazdığı əsərləri dünyaya yayılmış, oxuculara gözəl təsir bağışlamış, ona dərin hörmət və məhəbbət qazandırmışdır.

Professor Sədnik Paşa Pirsultanlı görkəmli folklor­şünas, tanınmış jurnalist, istedadlı şair və mahir pedaqoq kimi fəaliyyət göstərir, vətənə və xalqa şərəfli xidmət edir. Onun “Gəlir” adlı ilk şeirində oxuyuruq:
Daşkəsəni görən könül,

Fərəflənir, coşa gəlir.

At keçməzdi bu yerlərdən,

Avtomaşın qoşa gəlir.


Sədnik Paşayev bu dövrdən Pirsultan Abdalla qohumluğunu araşdırmağa başlayır, həm də saza və sözə xüsusi maraq göstərir.

Sədnik Paşayev ana nənəsi Leyla qarının bayatılarından, dayısı Əbdülkərimin şeirlərindən, sevimli müəllimi Kərəmin ədəbiyyat haqqında mülahizələrindən öyrənmişdir. Eləcə də kənd ra­yon­larında çalıb-oxuyan aşıqların ana laylasına bənzəyən səsi ona sazı-sözü sevdirmişdir.

Sədnik Paşayev tərcümeyi-halında, tədqi­qat əsərlərində və xatirələrində qeyd edir ki, mənim nəslim dahi Nizami yurdu Gəncədən başqa Türkiyənin Sivası, Güney Azərbaycanın Pirsultan kəndi, Qazağın Qıraqkəsəmən, Ağ­köynək və Kosalar kəndləri, Samux rayonunun Cobanabdall kəndi, həm də Miskin Abdal ocğı ilə sıx əlaqədardır.

Sədnik Paşayevin ədəbiyyata marağının artmasında orta məktəbdə ədəbiyyat müəllimi Əlabbas Qasımovun xüsusi xidməti olmuşdur. Qabiliyyətli və pedaqoji hazırlığa malik olan müəllim şagirdlərinə qarşı çox tələbkar və qay-ğıkeş olmuş, vətəndaşlıq borcunu ləya­qətlə hə-yata keçirmiş, camaatın hörmətini qazan­mışdır. Ancaq Əlabbas müəllimin dünya­sını cavan də-yişmiş, evlənməmiş, həyatdan ölüm­süzlüyün zir-vəsinə köçmüşdür.

Kəlbəcər mühitinin formalaşmasında və məşhur­laşmasında Göyçə aşıq məktəbinin zirvəsi sayı­lan Aşıq Ələsgərin ilhamla tərənnüm etdiyi Xoş­bulaq yaylağı və burada yaratdığı “Dəli Alı” dastanı əsas amil olmuşdur. Aşıq Ələsgər “Dağlar” qoşmasında demişdir:
Həsənnənə, Həsənbaba qoşadı,

Xoşbulaq yaylağı xoş tamaşadı.

Arsız aşıq elsiz niyə yaşadı?

Ölsün Ələsgər tək qulların dağlar.


Azərbaycanın cənnət guşələrindən biri olan Daşkəsən rayonunun Qazaxyolçular kəndini Xoşbulaq yaylağından bircə bələn ayırır. Sədnik Paşayevin anadan olduğu Qazaxyolçular kəndi dağların füsünkar qoynunda yerləşmiş, bənöv­şəli, nərgizli, al yaşıl meşəli, bağlı-bağatlı, bol məhsullu ziyarətgah diyarıdır.

Professor Sədnik Paşa Pirsultanlı mənalı ömrünün cavanlıq çağlarını bu cənnət diyarın əsrarəngiz qoynunda keçirmiş, sazın, sözün, ana təbiətin füsünkar gözəlliklərindən bədii-estetik zövq almış, şeirin, sənətin, ədəbiyyat və incə­sənətin vurğunu olmuşdur.

Bu dövrdə dərin hörmət qazanmış saz-söz ustalarından Aşıq Mirzə, Aşıq Qara, Aşıq Əsəd, Aşıq İslam, Aşıq Nabat və başqaları ilə səmimi münasibətdə olması Sədnik Paşayevin alovlu qəlbini əfsunlamış, ona bədii-estetik zövq ver­miş, onun bütün varlığını pərvazlandırmışdı.

Professor Sədnik Paşa Pirsultanlı deyir ki, 1947-ci ildə Gəncəbasarda hörmət qazanıb tanı-nan şair Cavadla görüşdüm, onunla səmimi mü-nasibətdə oldum. Mənim şair Cavadla görü­şüm mənə şairlik ilhamı verdi, şeirin vurğunu oldum, folkloru səmərəli öyrənməyə başladım.

Folklorşünas alim Sədnik Paşa Pir­sultanlı Aşıq Bəylərin “Paşaköçdü”, Qaraçı oğlu İbra-himin və Aşıq Zeynalın “Koroğlu” epo­su əsa-sında çalıb oxuduqları Koroğlu cəngiləri gözəl təsir bağış­lamış, onun şeir dünyasını zəngin-ləş­dirmiş, ona ilham vermişdir.

Professor Sədnik Paşa Pirsultanlının 1950-1954-cü illərdə Gəncə Dövlət Universi­tetinin Azərbaycan dili və ədəbiyyat fakültəsində təhsil alması, sevimli müəllimi Əli Əliyevin ona qayğısı və ona şifahi xalq ədəbiyyatı sahəsində axtarışlar aparması üçün göstərişlər verməsi, köməyini əsirgəməməsi çox əhəmiyyətli nəti­cələr qazanmasına səbəb olmuşdur.

Professor Sədnik Paşa Pirsultanlının “Ağ­dabanlı Qurban və müasirləri” mövzusunda elmi iş üzərində işləməsi ona toplayıcı və tərtibatçı kimi fəaliyyət göstərməyə geniş imkan ver­miş­dir.

Professor Sədnik Paşa Pirsultanlının 1969-cu ildə aşıq Bəstinin əsərlərini “Lalə” adı ilə çap etdirib oxuculara hədiyyə verməsi onun folk­lorşünas kimi tanın­masına əsaslı kömək etmiş, onda folklora dərin maraq yaratmışdır.

Professor Sədnik Paşa Pirsultanlının Ağ­da­banlı Qurbanın yara­dıcılıq irsində tədqiqat apa-rarkən Aşıq Ələsgər, Sənətkar Abdulla, Növrəs İman və Aşıq Bəstinin fəaliyyəti ilə tanış olmuş, qələmini səmərəli işlətməyə başlamışdır.

Professor Sədnik Paşa Pirsultanlı Azərbay­can xalq əfsanə­lərindəki reallıq, müdriklik, həyatilik, tarixi reallıq əsasında axtarışlar apar­mış, “Şirin qalanı axtararkən” məqa­ləsini yazıb çap etdirmişdir.

Professor Sədnik Paşa Pirsultanlı “Bir əfsanənin izi ilə” məqaləsini 1976-cı ildə “Elm və həyat” jur­nalının səkkizinci nömrəsində, “Dədə Qorqud” dastanı və xalq əfsanələri” məqaləsini həmin jurnalın on ikinci nömrəsində, “Dəli Domrul” boyu və xalq əfsanələri” məqa-ləsini jurnalın 1985-ci il beşinci nömrə­sində, “Səməd Vurğun və xalq əfsanələri” məqalələrini “Azərbaycan müəllimi” qəzetində dərc etdir-mişdir.

Professor Sədnik Paşa Pirsultanlı poeziya yaradıcılığını təd­qiqatı ilə yanaşı davam etdirmiş, təbiətə, həyata səmimi münasibət bəsləmiş, canlı xalq dilindən ləyaqətlə istifadə etmiş, gözəl şeirlər yaratmışdır:

Mənim Təbriz həsrətim var,

Üstündən keçimmi Araz?

Ayrılığın göz yaşısan,

Suyundan içimmi Araz.1


Professor Sədnik Paşa Pirsultanlının zən­gin mənə­viy­yatlı ömür-gün yoldaşı Səfurə xanı­mın vəfatı ilə yazdığı sənət inciləri çox təsirlidir.

Professor Sədnik Paşa Pirsultanlının “Sevincim, kədərim” silsiləsindən yazdığı şerlər oxuculara gözəl təsir etmiş, ona hörmət qazan­dırmışdır.


Gündüzlər gözümdə, xəyalımdasan,

Gecələr qəribəm, qəribəm sənsiz.

Yuxum yox, yuxuma gələsən gülüm,

Gecələr qəribəm, qəribəm sənsiz.1


Professor Sədnik Paşa Pirsultanlı maraqlı qoşma, gəraylı, bayatı yazmaqla kifayətlənmir, sərbəst şerlər də yazır. Onun “Bir topa bulud duyumu”, “Mənim dünyam”, “Səndən sonra”, “Nəyimə gərək” adlı şeirləri maraqlı və təsirlidir:

Haçan ki, əlimə qələm alıram,

Sənli günlərimlə bağlı.

Xəyallara dalıram....

Həm səni anıram,

Həm də gəncliyimi.

Həsrətinin boyverməz qoynunda,

İtirirəm dincliyimi...

Sənsiz mənim qəlbimdə,

Çətin çiçəklər.

Bir arzu, bir dilək,

Sənsiz.


Geri qayıtsa da,-

Nəyimə gərəkdir gəncliyim,

Nəyimə gərək?2
Sədnik Paşa Pirsultanlı uzun illər “Yeni Daş­kəsən” (Daşkəsən), “Yenilik” (Kəlbəcər), “Mü­bariz” (Goranboy) rayon qəzetində redaktor kimi fəaliyyət göstərmiş, görkəmli jurnalist kimi şöhrət qazanıb sevilmişdir. Onun altımışıncı illərdə gözəl şerləri çap olunmuşdur.

Sədnik Paşa Pirsultanlı Aşıq Ələsgərin xidmətlərini yüksək qiymətləndirmiş, onun sazı-sözü, şirin ləhcəsinin təsir edib onun həyat yolunu dəyişdiyini qeyd edir.

Tədqiqatçı göstərir ki, Ağdabanlı Qurban bir müddət Göyçədə yaşamış, sonralar Kəlbəcərə köçmüş və orada yaşamış, yazıb yaratmağa başlamış, xalq arasında tanınmış, xalqın hör­mətini qazanmışdır.

Sədnik müəllim “Ağdabanlı Qurban və Göyçə mühiti” adlı məqaləsində yazır: “Göyçə aşıqlarının inkişafı Aşıq Ələsgərlə əlaqədar olduğu kimi, Kəlbəcər aşıqlarının, el şairlərinin yetirməsi Ağdabanlı Qurbanın adı ilə bağlıdır. O Kəlbəcərə qayıdandan sonra “Qurban bulağı” məclisini yaradır. Məclisdə şeir oxuyub, müza­kirə edirlər. Klassiklərin əsərlərindən parçalar oxuyub,qulaq qasırlar. Ağdabanlı Qurban, Aşıq Ələsgər, Aşıq Bəsti və Usta Abdulla bu məclisin ilk iştirakçısı olmuşlar”.

Tədqiqatçı Kəlbəcərdəki “Qurban bulağı” ilə Şəmkirdəki “Dilqəm bulağı” aşıq məclisləri haqqında bəhs edir, bu məclislərin bir-birinə təsir etdiyini göstərir, həm də məclislərin aşıq poeziyasının inkişafında xidmətlərini yüksək qiymətləndirir.

“Dilqəm bulağı” Şəmkirli Hüsey­nin təşəb­büsü ilə yaradılmış, Qaracəmirli Qasım, Molla Əhməd, Uğurlu oğlu Cəfər, Dəmirçi Məcnun, Aşıq Çoban, Seyfəli Pənah və başqa bu kimi istedadları öz ətrafına toplamışdır.

“Qurban bulağı”nın təşəbbüsü ilə bünöv­rəsi qoyulan ata-oğul ənənəsi uzun illər hər iki məclisin fəaliy­yətində özünü doğrultmuş, yeni-yeni iste­dadların, və sənətkarların üzə çıx­masına şərait yaratmışdır.

Professor Sədnik Paşa Pirsultanlının təd­qiqatları dərin məzmunlu, parlaq ideyası, tər­biyəvi mahiyyətli olduğuna görə çox hörmətlə mütaliə edilir və onu sevdirir.

Göyçə aşıq məktəbinin yetirməsi Aşıq Ələsgərin oğlu Talıb, qardaşı oğlanları Nəcəf, İman, kürəkəni Qurban, Ağdabanlı Qurbanın oğlu Şəmşir “Qurban bulağı”, Şəm­kirli Hüseynin oğlu Aşıq Çoban, Aşıq Əhmədin bacısı oğlu Morullu Teymur “Dilqəm bulağı” işığına yı­ğışmışlar.

Bu çətin illərdə Aşıq Ələsgərin ailəsi ilə Lev qalası yaxınlığındakı Qalaboynunda yurd salır. Burada dəyirmançılıqla məşğul olur. Bu ərazi onun evlənib ailə qurduğu Anaxanımın doğulduğu Yanşaq kəndinin yaxınlığındadır.

Bu dövrdə “Qurban bulağı” ilə “Dilqəm bulağı” arasındakı dostluq Aşıq Ələsgərlə Şəm­kirli Hüseynin arasında da möhkəm dostluq yaratmışdır.

Professor Sədnik Paşa Pirsultanlı yazır ki, “Göyçə şərilisi”, “Göyçəgülü”, “Nəcəfi”, “Göyçə qaytarması”, “Qurban bulağı”nın işığına yığı­şanlar tərəfindən yaradılmışdırsa, “Aşıq Hüsey­ni”, “Dilqəmi”, “Aran gözəlləməsi” kimi havalar da “Dilqəm bulağı”nın başında yığışanlar tərə­findən yaradılmışdır.

Folklorşünas Sədnik Paşa Pirsultanlı Ağ­dabanlı Qurban və müasirləri ilə bağlı işlədiyi elmi işində XIX əsrin başlanğıcından etibarən aşıq şeiri və musiqisinin tarixi inkişaf yollarını bütün incəlikləri ilə işıqlandırmışdır. Sübut etmişdir ki, bu tarixi inkişaf yollarında hər şeydən əvvəl, sazın təkmilləşməsi, hər bir pər­dənin öz yerini tutması, sazda üç müstəqil səs qatarının yaranması ilə əlaqədardır.

Sədnik Paşa Pirsultanlı tədqiqat əsərində M.P.Vaqif, Ə.Nəbati, Q.B.Zakir və bu kimi sənətkarların “Qurban bulağı” və “Dilqəm bu­lağı” məclislərinə güclü təsirindən ətraflı söz açmışdır.

Tədqiqatçı Qurbanı sənətdə qızğın axta­rışlar aparan, yenilik axtarıb-arayan bir sənətkar kimi qiymətləndirməklə, onun ictimai-fəlsəfi görüşlərini də açıqlamışdır.

O, Qurban təcnis­lərinin də Aşıq Şəmşirə, Növrəs İmana və Sənətkar Abdullaya müsbət təsirini bütün versi­yalarla tam əsaslandırmışdır. Qurban yara­dıcılığında müxəmməsin tutduğu yer, şeirin bu janrında, onun qalxdığı zirvə bütün incə çalar­larla şərh edilmişdir.

Folklorşünas Sədnik Paşa Pirsultanlı Aşıq Bəstinin həyatı ilə bağlı bir sıra faktları da araşdırıb üzə çıxarır, Onun gənclik illərindən tut­muş, ömrünün sonuna kimi gəzib dolandığı yerlər, məkanlar, başına gələn müsibətlər, folk­lorşünas alimin yaradıcılığında bir sıra açılmamış səhifələri oxucular qarşısında açır...

Aşıq Bəsti şeirlərində istismarçı hakim sinfə, onun talançı və cinayətkar nüma­yən­də­lə­rinə nifrət edir:


Çox axtardıq tapammadıq bir çara,

Bəylər günümüzü eylədi qara.


Bunlar ki var, Bəsti daha dağlara,

Nə yaz gəlməz, nə yay olmaz, ay olmaz.


Aşıq Bəsti bütün məclislərdə yaratdığı sənət inciləri ilə istismarçı quruluşu ifşa edir:
A bəy, nə gəzirsən hallı-havalı,

Süleyman mülkünün yiyəsi kimi.

Nədəndir yaxşının başın kəsməyə,

Hazırsan xəncərin tiyəsi kimi.


Bəsti yaradıcılığını çox diqqətlə izləyərkən folklorşünas alim, professor Sədnik Paşa Pir­sul­tanlı ömrü iztirablar içərisində keçən bu sənətkarın qarşılaşdığı faciələri, qeyri-adi hadisə­ləri dövrün ictimai-siyasi problemləri ilə bağlı qırılmaz bir surətdə əlaqələndirir.

Ümumiyyətlə, onun apardığı araşdırmalar və yazdığı tədqiqat əsərləri dövrün ictimai-siyasi hadisələri ilə vəhdətdə elmi-nəzəri şərhini real tapır.

Qiymətli qoşmalar və təcnislər yaradan sənətkar Abdullanın görkəmli sənətkar kimi formalaşmasında Aşıq Ələsgərlə birgə Qurbanın da xidmətləri nəzər-diqqətdən yayınmır. Sənət aləmində sənətkar Abdulla, Zodlu Abdulla, Usta Abdulla adları ilə tanınan bu el şairinin yara­dıcılıq yollarında şölə saçan məhz Aşıq Ələsgər və Ağdabanlı Qurban olmuşdur.

Klassik aşıq poeziyasının görkəmli nüma­yəndəsi Sənətkar Abdulla gəraylı, qoşma, təcnis, müxəmməs, cığalı təcnis və s. şəkillərdə çoxlu nümunələr yazıb-yaratmaqla böyük şöhrət qazan­mışdır. Sənətkarlıq baxımından onun “Ley­li niyazdı” təcnisi bu janrda ən dəyərli bir incidir. Nümunə üçün bircə bəndə nəzər yetir­məyimiz kifayətdir:


Qəmər qan ağladı, neştər yeridi,

Yaram sızıldayır, neştər yeridi.

Leylinin qoluna neştər yeridi,

Məcnun qanı çöldə Leylini yazdı.


Tədqiqatçı sənətkar Abdullanın, təcnis sahəsində uğurlarını yüksək qiymətləndirərək bu janrın spesifik xüsusiyyətlərindən geniş söz açır.

Görkəmli folklorşünas Sədnik Paşa Pirsul­tanlı Növrəs İmanın yaradıcılığını yüksək qiy­mətləndirmişdir. Yaradıcılığında təcnis xüsusi yer tutan Növrəs İman istedadı, dünyagörüşü və əsərləri ilə müasirləri arasında tanınmış, dərin hörmət və məhəbbət qazanmış, gözəl sənət inciləri yaratmışdır:


Səni gördüm, nələr düşdü yadıma,

Dərdim desəm, kimlər yetər dadıma.

Vəfasızlıq mənim uymaz adıma,

İman ürəyində düz ilqar eylər.


Növrəs İman geniş zəkası, dərin ağıl və düşüncəsi, parlaq biliyi ilə bir çox qıfılbəndləri açmışdır. O, iyrimi doqquz yaşına kimi salamat yaşamış, ancaq Gəncə ətrafında itmiş, onun haqqında heç bir xəbər aydın olmamış, məlumat verilməmişdir.

Professor Sədnik Paşa Pirsultanlı göstərir ki, Növrəs İmanın divanı və müxəmməsləri ol­muş­dur. O, dinə inanmış, ərəb və fars sözlərin­dən istifadə etdiyinə görə dili müəyyən qədər mürəkkəb olmuşdur.

Tədqiqatçı professor Sədnik Paşa Pir­sultanlı yazır ki, Aşıq Şəmşir atası Ağdabanlı Qurbanın və Aşıq Ələsgərin müasiri olmaqla yanaşı, həm də onların ən istedadlı davam­çılarından biri kimi tanınmışdır.

Professor Sədnik Paşa Pirsultanlının Aşıq Şəmşir, Ağdabanlı Qurban və Aşıq Ələsgər haq­qında apardığı araşdırmalar və yazdığı tədqi­qatlar inandırıcı, həm də real və təsirlidir.

Aşıq Şəmşirlə xalq şairimiz Səməd Vur­ğunun görüşünü təsvir etməklə tənqidçi göstərir ki, bu iki sənətkarın simasında xalqımızın sənət­sevərliyi nümayiş etdirilmişdir. Aşıq Şəmşir də öz sələfləri kimi aşıq şeirinin bütün for­malarında yazıb-yaratmışdır.

Aşıq Şəmşirin bir sənətkar kimi forma­laşmasında həm şifahi, həm də yazılı ədəbiyyatın təsiri olduqca böyükdür.

Xüsusən, Vaqif və Nəbati şeirlərinin Aşıq Şəmşir yaradıcılığına güclü təsir göstər­diyini hər iki müəllifin yazdığı eyni adlı “Gəlsin, gəlməsin” adlı qoşma aydın göstərir.

Tədqiqatçı Sədnik Paşa Pirsultanlı aşıq Şəmşirin sənətkarlıqla yaratdığı ustadnamələrin bəzəyini, bünövrə daşını atalar sözləri və canlı xalq ifadələri təşkil etdiyini açıqlayır.

Aşıq Şəmşirin təcnis meydanında hünərlər göstərdiyini vurğulamaqla onun təcnislərindən maraqlı bir nümunə də çəkir:
Gül gülü çağırır, çiçək çiçəyi,

Topla yasəməndən yara, dər indi.

Fərhad qayalarda Şirin eşqinə,

Çapardı daşlardan yara dər indi.


Görkəmli folklorşünas, filologiya elmləri doktoru, frofessor Sədnik Paşa Pirsultanlı dahi Azərbaycan şairi Nizami Gəncəvinin yara­dı­cılığında əfsanələrdən istifadə olunduğunu qeyd edir və nümunələr göstərib fikrini əsaslandırır.

Onun “Kitabi Dədə Qorqud” və “Koroğ­lu”, dastanları ilə əfsanələri tədqiq etməsi, mü­qayisələr aparması və maraqlı nəticələr gös­tər­məsi çox əhəmiyyətlidir.

Apardığı tədqi­qatlardan aydın olur ki, “Küsmüş çayın körpüsü” əfsanəsi “Kitabi-Dədə Qorqud” dakı “Dəli Domrul” əhvalatını, “Məley­kə” əfsanə”si “Təpə­göz” boyunu xatırladır. O, bu qənaətə gəlir ki, “Bəkil oğlu İmran”, “Təpəgöz” və “Domrul” boyları “Kitabi-Dədə Qorqud” eposunun ən qədim və ilkin meydana çıxmış boylarındandır.

“Koroğlu qalası” əfsanəsində də bu eposun özündə olduğu kimi, Qırat Koroğlunun arxa-dayağı kimi təsvir olunur. Bu da onu göstərir ki, dolayısı ilə də olsa, əfsanələr yeni donda öz təsirini həmişə bu eposa göstərmiş, onun yeni çalarlar almasına şərait yaratmışdır.

“Koroğlu” eposu ilə bağlı bir sıra əfsanələr də vardır ki, onlarda toponimlərin leksik mənası açıqlanır. Tədqiqatçının gərgin axtarışları nəticə­sində məlum olmuşdur ki, Şəmkir rayonunun Zəyəm və İrmaşlı zonalarında, Şamaxıda “Ko­roğlu meydanı”, “Koroğlunun qırx dəyir­manı”, Ləngəbiz dağlarının cənub ətək­lərində, Pirsaat vadisini tamamlayan Ağ uç­ğununda, İncəbel dağlarında “Koroğlu atlarının axırları” vardır.

Professor Sədnik Paşa əfsanələr və yazılı ədə­biyyat arasındakı əlaqələri izləyərkən ən güclü məxəz kimi Nizami Gəncəvinin yara­dıcılığını tədqiqat obyekti seçmişdir. Apardığı tədqiqatlardan belə bir nəticə çıxarmaq müm­kündür ki, N.Gəncəvinin nəhəng bir sənətkar kimi formalaşmasında əfsanələr də böyük rol oynamışdır.

Tədqiqatçının əfsanələrlə bağlı apardığı bir sıra araşdırmalar N.Gəncəvinin həyatında müəy­yən qaranlıq nöqtələrin işıqlanmasına imkan verir, şərait yaradır: “Nizami və Ağcaqız”, “Nizami ilə Gəncə əmri” əfsanələri xalq təfək­kürünün mənəvi məhsulu kimi yaddaşlarda dərin izlər buraxmışdır.

Əməkdar müəllim professor Sədnik Paşa Pirsultanlı Nizami Gəncəvinin folklora bağlılığı haqqında yazır: “Nizami sənətinin böyüklüyü bir tərəfdən onun dahiyanə istedadı ilə bağlıdırsa, o biri tərəfdən öz doğma xalqının folkloru, xü­su­silə qədim əfsanələrlə qırılmaz tellərlə əlaqədə olmasındadır. Nizami xalq həyatını doğru, hər­tərəfli əks etdirmək üçün xalq ədəbiyyatından mövzular götürməklə möhtəşəm sənət abidələri ucaltmışdır”.1

“Sirlər xəzinəsi”ndəki “Bir şahzadənin dastanı” “Bostan əhvalatı”, “Harun ər-Rəşid və dəlləyin hekayəsi”, “Xan yurdu”, “Qarı və Sultan Səncərin hekayəsi”, “Şah ilə qarı”, “Ədalətli Nuşirəvan və vəzirin hekayəsi”, “Ədalətli Ənuş­rəvan” əfsanələri ilə səsləşir.

Nizami Gəncəvinin “Xosrov və Şirin” poe­masına da xalq əfsanələrinin dərin izləri düş­müşdür. Ancaq bu əfsanələrin əksərində Fərhad ön plana çəkilmiş, bəzən daş yonan deyil, başqa bir sənətin-peşənin sahibi kimi verilmişdir. Şirinin də qəlbi poemada verildiyi kimi Xos­rovdan ötrü deyil, Fərhaddan ötrü döyünmüşdür.

Professor Sədnik Paşa Pirsultanlının fəaliyyəti filologiya elmləri doktoru R.Xaş­xojeva, Qırğızıstanlı filologiya elmləri doktoru R.Kadırbaeva, moskvalı professor U.Dalqat, öz­bəkistanlı professor B.Sarımsaqov, azərbaycanlı professor F.Fərhadov və başqaları tərəfindən yüksək qiymətləndirilmişdir.

Professor Sədnik Paşa Pirsultanlı aşıq poezi­yası və əfsanələr üzərində maraqlı təd­qiqatlar aparmışdır. O, əsatir və əfsanələr topla­maqla səmərəli məşğul olur. Onun Aşıq Lələnin dövrü və şəxsiyyəti haqqında apardığı araş­dırmalar çox əhəmiyyətlidir.

Folklorşünas İsrafil Abbasov Aşıq Lələ ilə bağlı yazdığı məqaləsində bildirir: “Yaxın günlərdə “Lələnin məzarı və özü” və “Yaxşı-yaman” dastanı ilə mətbuatda çıxış edən folk­lorşünas Sədnik Paşayev Lələnin ustad aşıq olduğunu, Füzuli rayonunun Əhmədallar kəndi yaxınlığındakı “Arqalı qəbristanlığı”nda dəfn edildiyini və kənd ağsaqqallarının onun baya­tılarından nümunələr söylədiyini xəbər ver­mişdir.

Bu bir daha sübut edir ki, tarixi şəxsiyyət olan Lələ haqqında söz açmaq, onun adı ilə bağlı poetik inciləri qiymətləndirmək tamamilə həqi­qətə uyğun bir məsələdir. Son zamanlar bizim əldə etdiyimiz bayatılar da bunu təsdiq edir.1

Filologiya elmlər doktoru, professor Səd­nik Paşa Pirsultanlının zəngin və təlim-tərbiyəvi mahiyyətli, dərin məzmunlu elmi-nəzəri ideyası çox təsirli, əhəmiyyətli və faydalıdır.


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin