AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ GƏNCƏ DÖVLƏt universiteti


VIII fəsil Professor Sədnik Paşa Pirsultanlının Azərbaycan aşıq poeziyasında və yazılı poeziyada təcnisin inkişaf tarixi haqqında ideyası



Yüklə 2,86 Mb.
səhifə11/16
tarix31.01.2017
ölçüsü2,86 Mb.
#7268
1   ...   8   9   10   11   12   13   14   15   16

VIII fəsil
Professor Sədnik Paşa Pirsultanlının Azərbaycan aşıq poeziyasında və yazılı poeziyada təcnisin inkişaf tarixi haqqında ideyası
Professor Sədnik Paşa Pirsultanlının elmi-nəzəri ideyası 2010-cu ildə nəşr etdirdiyi “Azər­baycan aşıq poeziyasında və yazılı poeziyada təcnisin inkişaf tarixi” adlı tədqiqat monoq­rafiyasında səmərəli bədii ifadəsini tapır.

Tarixi mənbələr, arxiv materialları, həyat hadisələri, şifahi aşıq poeziyası və yazılı poeziya əsasında araşdırılan, diqqətlə nəzərdən keçirilib tədqiq edilən və rəsmi sənədlərlə əsaslandırılan bu elmi-mənəvi tədqiqat əsəri zəngin təlim-tərbiyəvi və bədii-estetik mahiyyətli bilik xəzinəsidir.

Folklorşünas alim Sədnik Paşa Pirsul­tan­lının elmi-tədqiqat əsəri tarixilik, elmlilik, müa­sirlik, ideyalılıq, müqayisəlilik, ardıcıllıq, sa­də­lik, yüksək əxlaqi keyfiyyətlər, pedaqoji- meto­dik prinsiplər əsasında yazılmış, elmi-nəzəri ideyaların şərhinə geniş yer verilmişdir.

Monoqrafiya “Aşıq yaradıcılığına- onun poetik və metodik sisteminə bir baxış” adlı məzmunlu ön sözdən, dörd fəsildən və nəticədən ibarətdir.

Birinci fəsil “XVI-XVIII əsrlərdə şifahi və yazılı poeziyamızda təcnis”, ikinci fəsil “XIX əsrdə aşıq yaradıcılığı və yazılı ədəbiyyatda təcnis”, üçüncü fəsil “XIX-XX əsrlərdə təcnis yaradıcılığı”, dördüncü fəsil “Müasirlərimizin yaradıcılığında təcnis” adlanır.

Professor Sədnik Paşa Pirsultanlı fəsillərdə hadisələri tarixilik, elmlilik, ideyalılıq, pedaqoji-metodik prinsiplər əsasında tərtib etdiyi möv­zu­lar üzrə təhlil edilir, ümumiləşdirilib yekun­laşdırır və yekunda maraqlı tövsiyyələr verir.

Azərbaycan aşıq poeziyasında təcnis janrının araşdırılması, diqqətlə nəzərdən keçi­ril­məsi və öyrənilməsi aşıq yaradıcılığının səmərəli tədqiq edilməsidir.

Aşıq şeiri ilə yazılı poeziya arasındakı əlaqəni tarixilik və elmilik prinsipləri əsasında şərh etmək çox maraqlı və əhəmiyyətlidir. Ona görə ki, yazılı və şifahi poeziyanın vəhdətdə tədiq edilib öyrənilməsi bu yazıların düzgün şərhini vermək deməkdir.

Professor Sədnik Paşa Pirsultanlı yazır: “Yazılı ədəbiyyatda daha çox qoşma və gəraylı­lara meyl edilmişdir. Gəraylı və qoşma şeir se­vən­lərin ilham bulağıdır. Təcnis özlüyündə söz xəzinəsidir, söz dənizidir.

Təcnis həmin dənizin dibindən çıxarılan mirvaridir. Təcnis sözün qızıl külçəsidir, xəzinə­də əvəzi olmayan daş-qaşdır”.

Yazılı ədəbiyyatın görkəmli nümayəndələ­ri­nin təcnisi, qoşmanı və gəraylını yazılı ədəbiy­yata gətirməkdə məqsədləri şeirin sərhədlərini genişləndirməkdən ibarət olmuşdur.

Şah İsmayıl Xətai yaradıcılığının əsas hissəsi heca vəznində olan əsərlərdən və aşıq tərzində yazılmış qoşmalardan ibarətdir. Bu da onun xalq yaradıcılığı ənənələrinə sadiq olma­sının nəticəsidir.

Şah İsmayıl Xətai bununla da xalq yaradıcılığına, folklora dərin təsir göstərmişdir. Onun heca vəznində yazdığı əsərləri uzun zaman aşıqların ustadnaməsinə çevrilmiş, xalqın dilinin əzbəri olmuş, ona dərin hörmət qazandırmışdır. Seyid Əzim Şirvani Xətainin qəzəllərini xanən­də­lərin musiqiyə uyğunlaşdırıb oxumasını gös­tərmişdir.

Akademik Həmid Araslı yazmışdır ki, Aşıq Əsəd Xətainin bu şeirini həmişə divani üstündə oxumuşdur:


Şah Xətai seyrə çıxdı, açdı Hürün qəbrini,

Ya ilahi sən bilirsən, günahkaram doğrusu.1


Görkəmli sənətkar Mir Möhsün Nəvvab “Şah Xətai” adlı saz havasının xalq arasında məşhur olduğunu qeyd etmiş, onun poeziyasını yüksək dəyərləndirmişdir.

XIV əsrdə yaşamış Qazi Bürhanəddin və İmaməddin Nəsimi kimi böyük sənətkarlar əruz vəzni ilə yanaşı, heca vəznində də gözəl sənət inciləri yaratmış, oxucuya yüksək əxlaqi keyfiy­yətlər aşılamışlar. Nəsimi yazmışdır:


Bax bu dilbərin oynuna,

Günahın almış boynuna,

Səhərdə aşıq qoynuna,

Girən dilbərin quluyam.

Şah İsmayıl Xətayi həm hökümdar və həm də aşıq poeziyasının görkəmli nümayəndəsi kimi şərəfli fəaliyyət göstərmiş, xalq içərisində tanın­mış və sevilmişdir.

Şah İsmayıl Xətai el şairlərini, aşıqları ətra­fı­na toplamış, onlara səmərəli qayğı gös­tər­miş, möhkəm dayaq olmuş, onları ilhama gətirmək üçün aşıq şeiri tərzində qoşma, gəraylı və bayatılar yazmışdır.

Şah İsmayıl Xətai şeirlərinin birində Şeyx Sədi Şirazinin (1184-1291) məşhur “Gülüs­tan”ındakı “Bir tabaq gül nəyinə lazımdır, gəl mənim gülüstanımdan bir vərəq apar. Çünki gül dörd-beş günlükdür, mənim gülüstanım isə həmişə bahardır”- yazmışdır:
Ey Xətai, afərin qılmaq gərək idrakına,

Belə tər sözlər məgər kim Sədiyi-Şiraz edər.


Azərbaycan ədəbiyyatı tarixində şifahi ədəbiy­yatdan, xalq yaradıcılığından bəhrələnən Şah İsmayıl Xətainin ədəbi irsi özündən sonrakı sənətkarlara qüvvətli təsir göstərmişdir. Ona görə ki, Şahİsmayıl Xətainin dil və üslubuna görə “tər sözlər” gülüstanı, sözün həqiqi mənasında saf incilər xəzinəsidir, müqəddəs sənət abidəsidir.

Azərbaycan yazılı ədəbiyyatının görkəmli nümayəndələri Ş.İ.Xətai, M.P.Vaqif, Q.Zakir, Ə.Nəbati kimi dahi sənətkarların aşıq şeir­lə­rin­dən istifadə yolu ilə fars dilli şeirindən uzaqlaşıb, anadilli şerə keçmək, aşıq şeirinin nikbin ruhun­dan faydalanmaq əsas məqsədləri olmuşdur.

Azərbaycan muğamın və aşıq sənətinin beşiyi olmuş, dünya incəsənətinə böyük tövhələr vermişdir. Azərbaycanda ozan-aşıq sənəti qədim tarixə malik inkişaf yolu keçmiş, formalaşmış və parlar uğurlar qazanmışdır.

Azərbaycan milli musiqi­sinin inkişafı sahəsində, heca vəznli, ana dilli şeirimizin for­ma­­laşmasında klassik sənətkar­larımız çox sə­mə­rəli fəaliyyət göstərmişlər.

Dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyov, dünya şöhrətli müğənnimiz Bülbül, istedadlı sənətkar Qara Qarayev, Fikrət Əmirov və baş­qaları muğam və aşıq sənətinə dərindən bələd olmuşlar.

Azərbaycan xalq musiqisinin saz hava­ları və muğamlar adlı iki qolu vardır. Birincilər saza və ikincilər tara bağlıdır.

Aşıq sənəti aşıq yaradıcılığının canı, qanı, sözün əsl mənasında, onun həyatıdır.Aşığın məlahətli səsi və sazı onun varlığıdır.

Muğamın yeddi əsas ladı (kökü), sazın isə altı musiqi kökü vardır. Muğamın kökü “Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Cahargah”, “Baya-şiraz” və “hümayun”dan ibarətdir.

Böyük bəstəkarımız Üzeyir Hacıbəyli yazır: “Rast” dinləyicidə mərdlik və gümrahlıq hissi, “Şur”, şən, lirik əhvali-ruhiyyə, “Segah” məhəbbət hissi, “Şüştər” dərin kədər, “Cahar­gah” həyəcan və ehtiras, “Humayun” isə “Şüş­tər”ə nisbətən daha dərin kədər hissi oyadır.”1

Məlum həqiqətdir ki, muğam da, aşıq musiqisi də Azərbaycan xalqının varlığından doğmuşdur.

Professor Sədnik Paşa Pirsultanlı 1969-cu ildə müdafiə etdiyi “Ağda­banlı Qurban və müasir­ləri” adlı namizədlik dissertasiyasında yazır: “Təcnis aşıq poeziyasının tacıdır, əvəzsiz inci­sidir. Zərif və cilalanmış ifadələr, cinas qafiyələr ona xüsusi gözəllik və bədii ahəng bəxş etmişdir”.

Forma və məzmun gözəlliyinə malik təcnislər yaratmaq üçün sənətkarın söz xəzinəsi zəngin olmalı, aşıq poeziyasının incəliklərini şüurlu dərk etməli və bilməlidir.

Akademik Feyzulla Qasımzadə yazır: “Qoşmanın bir şəkli də təcnisdir. Təcnis, ümu­miy­yətlə, qafiyələri cinaslardan qurulan qoş­madır.”2

XVI əsrdə Dirili Qurbani, XVII əsrdə Tufarqanlı Abbas XVII-XVIII əsrdə Tikmədaşlı Xəstə Qasım, XVIII əsrdə Abdalgülablı Valeh XIX əsrdə Şəmkirli Hüseyn kimi sənətkarlar şərəfli fəaliyyət göstərmiş, zəngin ədəbi irs yaratmışlar.

Göyçə aşıq məktəbinin görkəmli nüma­yəndəsi, ustad Aşıq Ələsgər bu sənətkarların arasında sənətin zirvəsinə yüksəlmiş, zəngin ədəbi irs yaratmağa nail olmuş, aşıq yaradı­cı­lığının poetik və melodik sistemini gözəl bilmişdir.

Qurbani yaradıcılığında iki təcnis yarat­mışdırsa, Aşıq Ələsgər iyrimi beş təcnis yarat­mışdır.

Tufarqanlı Abbas Cığalı təcnisin bir nümu­nəsini yaratmışdırsa, Aşıq Ələsgər dörd cığalı təcnis yaratmışdır.

Aşıq Ələsgər sələflərindən və xələf­lərindən irəli gedərək aşıq poeziyasına dodaq­dəy­məz təcnislər də dodaqdəyməz cığalı təcnislər gətir­mişdir.

Aşıq Ələsgər şeirin məna dərinliyinə və məna çalarlarına bələd olmuş, onları fərqlən­dirməyi bacarmış və demişdir:
Qəsri- eyvan tikdirmisən oda sən,

O, sevdiyin, o nökərin, o da sən,

Qıya baxdın məni saldın oda sən,

İnsaf eylə, gəl könlümün narın üz.


Azərbaycan aşıq yaradıcılığında ustad Aşıq Ələsgərin görkəmli yeri, zəngin irsi vardır. Aşıq Ələsgər parlaq zəkalı, fitri istedadlı, görkəmli sənətkar olmuş, ümumxalq məhəbbəti qazanmışdır.

Aşıq Ələsgər Qafqaz elini başa-baş dolanmış, pirə ata demiş, cavana qardaş, ana-bacı bilmiş qızı, gəlini, bacarıqlı şəyirdlər yetiş­dirmişdir.

Professor Sədnik Paşa Pirsultanlı “Azər­baycan aşıq poeziyasında və yazılı poeziyada təcnisin inkişaf tarixi” (2010) adlı tədqiqat monoqrafiyasının “XVI-XVII əsrlərdə şifahi və yazılı poeziyada təcnis” adlı birinci fəslində “XVI əsrdə Dirili Qurbani yaradıcılığında təcnis şeir şəklinin görüntüləri”, “XVI əsrdə Dədə Kərəm yaradıcılığında təcnis”, “Tufarqanlı Ab­bas poeziyasında təcnisin mürəkkəb formalarının meydana gəlməsi (cığalı, müəmmə və təkrar gəraylı təcnisləri)”, “Sarı Aşığın cinas bayatı­larının bir küll halında meydana gəlməsi”, “Xəstə Qasım, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Nəbatı yaradıcılığında təcnis” prob­lem­lərinin elmi-nəzəri şərhini tarixilik və elmilik prinsipləri əsasında qısa şərh edir, ümumiləşdirib yekunlaşdırır.

Tədqiqatçı alim bu problemlərin həllində özünün elmi-nəzəri ideyasının təhlilinin ön plana çəkir, oxuculara təlim-tərbiyəvi, bədii-estetik mahiyyətli və yüksək insani keyfiyyətlərlə zən-gin fikirlərini təbliğ edir.

Müəllif mövzuların araşdırılıb tədqiq edilməsində yüksək elmi-nəzəri ideyanın aşıq yaradıcılığı ilə vəhdətdə şərhinə üstünlük verir, Azərbaycan şifahi və yazılı poeziyasının məz­mun və ideyasını, təlim-tərbiyəvi mahiyyətini vəhdətdə təhlil edir.

Tədqiqat əsərində hadisələrin elmi-nəzəri inkişaf yolu, yazılı və şifahi poeziyasının gör­kəmli nümayəndələrinin səmərəli fəaliyyəti, təcnislərin təlim-tərbiyəvi, bədii-estetik mahiy­yəti elmi-nəzəri prinsiplər əsasında, vahid vəhdətdə ətraflı şərh edilib ümumiləşdirilir.

Maraqlı və çox əhəmiyyətlidir ki, oxucu mənəvi aləmini, əqidəsini,dünyagörüşünü, bili­yini vəhdətdə zənginləşdirir, tədqiqat əsəsrindən həm bilik və həm də mənəvi tərbiyə alır.

Dirili Qurbani XVI əsrdə yaşamış və aşıq şeirində təcnisin ilk nümunəsini yaratmışdır. Dirili Qurbaninin “Üz indi”, “Yara yüz”, “Bir də yaz” rədifli təcnisləri gözəl sənət inciləridir:

Gözəllər yığılıb qıya baxanda,

Zülfi dal gərdəndə qıya baxanda,

Nigar pəncərədən qıya baxanda,

Ömrümün rişəsin bircə üz indi.


Dirili Qurbaninın təcnisləri gözəl və təsirli sənət nümunələri olduğuna görə oxuculara çox tərbiyəvi və estetik zövq aşılayır:
Xəstə düşüb qürbət eldə yatıram,

Bir bir kimsəm yoxdu oyada məni.

O siyah telləri, şirin dilləri,

Salıbdı sönməyən oy, oda məni.1


Dirili Qurbani həqiqəti poetik dillə cila­layır və deyir ki, xəstələnib qürbət eldə yatıram. Ancaq çox acınacaqlı haldır ki, məni oyadan, mənə kömək olan bir kimsəm yoxdur. Müəllif ikinci beytdə qara tellərin, şirin dillərin onu sönməyən oda saldığını alovlu qəlbinin təsiri ilə çox qüvvətli verir.

Ümumiyyətlə, Dirili Qurbaninin təcnisləri yüksək sənətkarlığa, dərin məzmuna, təsirli ideyaya malik sənət inciləridir. Təəssüflər olsun ki, Dirili Qurbaninin zəngin ədəbi irsi top­lan­ma­mış, tapılmamış, tam şəkildə çap edilib oxu­cuların mütailəsinə verilməmişdir. Şübhəsiz ki, ədəbiyyatşünaslar və folklorşünaslar bu prob­lemin həlli ilə səmərəli məşğul olacaqlar.

XVI əsrin görkəmli nümayəndəsi Dədə Kərəmin yaradıcılığında bitgin, kamil qoşmalar və gəraylılarla yanaşı, müəyyən təcnislər də vardır. Onun dili sadə, aydın və rəvandır. Dədə Kərəmin cinasları çox təsirlidir:
Aylar, illər həsrətini çəkdiyim,

Üzü dönmüş bivəfa yar, belə bax!

Gözəllərdə sərxoş gəzmək ar deyil,

Asılıbdı gümüş kəmər belə, bax!


Oxudum əlifi, yetdim yasinə,

Şux məmələr əcub yaraşır ya sinə,

Kamil ovçu bərəsinə ya sinə,

Rəncbərinəm, dayanmışam belə, bax!


Kərəm deyər, kam almadım dünyada,

Cəfa çəkdim, ömür verdim dünyada,

Məcnun kimi dolanıram dünyada,

Qocalmışam, piran oldum belə, bax!1


Anlaşıqlı dildə yazılmış bu təcnisi təhlil etməyə ehtiyac yoxdur, çünki məzmun və ideyası tamamilə aydındır.

Tufarqanlı Abbas XVII əsrin əvvəllərində yaşamış, sənət aləmində xüsusi yer tutmuş, təcnisin ən gözəl nümunələrini yaratmışdır. Onun yaratdığı cığalı, müləmmə və təkrar gəraylı təcnisləri gözəl sənət inciləridir.

Tufarqanlı Abbas Dirili Qurbaninin cinas qafiyələrindən bəhrələnmiş, qiymətli təcnislər yaratmışdır. Tufarqanlı Abbasın cinas qafiyəli bayatısı da nadir sənət incilərindəndir:
Mən aşiqəm, Gülgəzə,

Gül axtara, gül gəzə.

Abbas bir gül göndərdi,

Nişanlısı Gülgəzə.


Xəstə Qasımın və Aşıq Ələsgərin yaradı­cılığında Tufarqanlı Abbasın cığalı və cığasız təc­nislərindən faydalandıqları aydın nəzərə çarpır.

XVII əsrdə Sarı Aşıq cinas qafiyəli bayatıların klassik nümunələrini yaratmışdır:


Mən aşiq, baltasına,

Elə vur, balta sına,

Yaxşının ağ əlləri,

Batıbdı bal tasına.


Sarı Aşıq bayatı yaradıcılığının zirvəsinə yüksəlmiş, gözəl bayatılar yaratmışdır. Onun zəngin və çoxcəhətli yaradıcılığına ənənəvi bayatılar, bağlama bayatılar, cinaslı bayatılar, bayatı-deyişmələr, bayatılı rəvayətlər, dastan və hekayələr daxildir.

Sarı Aşıq Azərbaycan ədəbiyyatının baya­tı, Aşıq Ələsgər isə qoşma qanadıdır.

Sarı Aşıqdan sonra sənət meydanına gəl­miş Xəstə Qasım, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Kazım Ağa Salik, Qasım bəy Zakir, Aşıq Həmayıl, Aşıq Pəri, Məhəmməd bəy Aşıq, Aşıq Bəsti və başqaları onun bayatı yara­dı­cılığına xüsusi maraq göstərmişlər. Yaxşıya olan ülvi məhəbbətini və istəyini yüksək qiymət­ləndirmişlər.
Sarı Aşıq deyir:
Mən aşıq, dərdi məndə,

De dərdin, dərdi məndə,

Eşqdən cunun olanın,

Tapılar dərdi məndə.


Görkəmli sənətkar Qasım bəy Zakir Sarı Aşığın alovlu qəlbini dərindən duymuş və bir bayatısında demişdir:

Gəldi bir yaxşı suvar,

Gir bağa, yaxşı suvar.

Aləmin malı, mülkü,

Aşiqin Yaxşısı var.
Qasım bəy Zakir deyir ki, “Aləmin malı, mülkü var” Ancaq Sarı Aşığın bircə Yaxşısı var. Sarı Aşığın nəfəsi, amalı yaşayır. Qasım bəy Zakir bu bayatıda Sarı Aşığın öz eşqindən dönməzliyini, yar yolunda mətnliyini poetik dillə ifadə etmişdir.

Məhəmməd bəy Aşiq də Sarı Aşığın Yax­şının eşqi ilə yaşadığını göstərmiş və demişdir:


Qarşıda yaxşı Pəri,

Tərlanın yaxşı pəri.

Mən aşiqəm yaxşıyam,

Yaxşıdan yaxşı, Pəri.


Sarı Aşıq bayatı ustasıdır. Onun bayatıları dillər əzbəri olmuş, yaşayır və yaşayacaqdır. Sarı Aşıq, Xəstə Qasım və Aşıq Ələsgər möhtəşəm təcnis sarayları qurmuşlar, yəni təcnis inciləri yaratmışlar.

Zodlu Abdulla və Növrəs İman onların yaradıcılığından səmərəli bəhrələnmiş, gözəl sənət inciləri yaratmışlar.

Xəstə Qasım, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Nəbati yaradıcılığında təcnisə xüsusi maraq göstərir və gözəl sənət inciləri yaradırlar.

XVII əsrin sonu, XVIII əsrin birinci yarısında yazıb yaratmış Xəstə Qasımın ədəbi irsinin içərisində yeddi təcnis, üç cığalı təcnis vardır. Onun əvəzsiz sənət incisi olan “Üz ha, üz” rədifli cığalı təcnisində deyilir:


Həqiqət bəhrində qəvvasam deyən,

Qəvvasisən gir dəryaya, üzhaüz.

Aşıq deyər: üzhaüz,

Sonam göldə üzhaüz,

Qarı düşmən dost olmaz,

Yalvarasan üzhaüz.

Bir mərd ilə ilqarını vur başa,

Namərd ilə kəs ülfətin üz ha üz.1


Xəstə Qasım aşıq poeziyasında təcnisi yüksək qiymətləndirir:
Xəstə Qasım sözün yetib tamama,

Gündoğan, günbatan gələr salama,

Nə ailm işidi, nə də üləma,

Təcnis mənasının çox hünəri var1

Xəstə Qasımın Azərbaycan ədəbiyyatında milli heca vəznli şeirimizin inkişaf tarixində şərəfli xidməti vardır. Məhz buna görə də Xəstə Qasımın təcnis, qıfılbənd, ustadnamə və başqa şeirləri onun ustad və istedadlı sənətkar oldu­ğu­nu, ümumxalq məhəbbəti qazandığını təsdiqləyir.

M.P.Vaqif (1717-1797) faydalı qoşmalar, gəraylılarla yanaşı, bir neçə gözəl təcnis də yaratmışdır:


Gözəl qamət, gözəl gərdən, gözəl üz,

Gözəl olmaz sən tək, olsa gözəl yüz,

Gözəl tanı munca yetər, gözəl üz,

Gözəl deyil, etmə gözəl, alı sən. 2


Azərbaycan ədəbiyyatı tarixində Molla Pənah Vaqifin poeziyası çox zəngin və əhəmiy­yətlidir. Onun təcnisləri də nadir sənət inciləridir.

Görkəmli sənətkar Qasım bəy Zakir (1784-1857) aşıq şeiri tərzində zəngin gəraylı və qoşmalar yazıb-yaratmış, istedadlı şair kimi sevilmişdir. Qasım bəy Zakir ondan artıq təcnis yazıb oxuculara hədiyyə vermişdir:


Dilbər, həsrətindən xəstə düşmüşəm,

Hicran qoymaz duram ayağa məni.

Çulqala zülfünə, basdır dərində,

Qoyma ki, bükələr ayağa məni.3


Dilbərin həsrətindən xəstə düşən aşıqi ayrılıq ayağa durmağa qoymur. Aşıq deyir ki, qoyma məni ağa büksünlər. Dərin məzmunu və ideya oxucunun qəlbinə qüvvətli təsir edir. Qasım bəy Zakir başqa bir təcnisdə deyir:
Gül cəmalın göz yaşımı qurutdu,

Qoymadı buludtək ayağam məni.

Əl götürməz, gedər-gedər qayıdı,

Nə tapdıq eyləyib ayağam məni4


Gözəl qızın gül camalı aşığın göz yaşını qurudubdur. Buna görə də onu bulud tək yağ­mağa qoymur. Bu gözəl aşiqi həmişə qəmə qərq edir, ona nikbinlik vermir.

Qasım bəy Zakirin təcnisləri təlim-tərbiyəvi mahiyyətli sənət inciləri olduğuna görə dərsliklərin bəzəyinə çevrilmiş, oxuculara tərbi­yəvi təsir etmişdir.

Seyid Əbülqasım Nəbati (1812-1873) “Nədir”, “Gərək”, “Ay Pəri” rədifli təcnislərində qəlbinin arzu və istəklərini ifadə etmiş, nadir sənət inciləri yaratmışdır:
Keçə bilməm bu dəryalar dərindir,

Ölənədək yerim sənin dərindir,

Dur ağacdan almaları dər, endir,

Bir-bir otaqlara didər, ay Pəri1

Təcnisdə göstərilir ki, dərin dəryaları aşıq keçə bilmir. Ancaq sevgisinin qapısı ölənə kimi onun yeri olacaqdır. Aşıq sevgisindən alma dər­mə­sini və otaqlara düzməsini xahiş edir. Şübhəsiz ki, Pəri onun xahişinə əməl edir.

M.P.Vaqif, Q.Zakir, S.Ə.Nəbati aşıq po­eziyası ilə yazılı poeziyanı əlaqələndirmiş, bir məcraya gətirmiş, onların bir vəhdətdə inkişafına nail olmuşlar.

Görkəmli sənətkarlar Mola Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əbülqasım Nəbatinin aşıq şeri tərzində yazdıqları qoşmalar, gəraylılar, təcnislər yazılı ədəbiyyatda bədii əsər nümunəsi kimi oxucuların estetik zövqünü oxşayır, onlara gözəl təsir bağışlayır. Molla Pənah Vaqifin bu qoşmasına diqqət edək:
Boyun sürahıdır, bədənin büllur,

Gərdanın çəkilmiş minadan Pəri!

Sən ha bir sonasan, cuda düşübsəən,

Bir bölük yaşılbaş sonadan Pəri!


Seyid Əbdülqasım Nəbatinin bu qoşması da xanəndələrin ifaçılığına daxil olmuş, dinlə­yicilərin qəlbini pərvazlandırmış, onlara yüksək əxlaqi keyfiyyətlər aşılamışdır:
Səba, məndən söylə o güllüzara,

Bülbül gülüstanə gəlsin, gəlməsin?

Bu hicran düşgünü, illər xəstəsi,

Qapına dərmanə gəlsin, gəlməsin?


Adlarını çəkdiyimiz bu qoşmalar dillər əzbəri olmuş, M.P.Vaqifə və S.Ə.Nəbatiyə ümum­xalq məhəbbəti qazandırmış və qazandırır.

Tarixi mənbələr, tədqiqat materialları, rəsmi dövlət sənədləri göstərir ki, XVI-XVIII əsrlərdə şifahi və yazılı Azərbaycan poeziyasında təcnis nadir sənət incisi kimi xüsusi əhəmiyyətə malik olmuşdur.

Dirili Qurbani, Dədə Kərəm, Tufarqanlı Abbas, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Ələsgər və başqa sənətkarlar gözəl cinaslar yaratmışlar. Yazılı ədəbiyyatın M.P.Vaqif, Q.Zakir, S.Ə.Nə­bati kimi fitri istedadlı şairlərinin poeziyasında gözəl təcnis nümunələri dərslikləri zəngin­ləşdirmiş, oxuculara tərbiyəvi təsir aşılamış və aşılayır.

Professor Sədnik Paşa Pirsultanlının “Azər­­­­­­­bay­can aşıq poeziyasında və yazılı poeziyada təcnisin inkişaf tarixi” adlı tədqiqat əsərinin ikinci fəsli “XIX sərdə aşıq yaradıcılığı və yazılı ədəbiyyatda təcnis” adlanır.

Tədqiqat əsərinin bu fəslində “Varxiyanlı Aşıq Məhəmməd, Mücrüm Kərim, Məhəmməd bəy Aşiq, Məlikballı Qurban, Qızılvəngli Aşıq Alı, Şəmkirli Hüseyn, Aşıq Musa və başqalarının yaradıcılığında təcnis”, “XIX əsrdə təcnis yara­dıcılığında Aşıq Ələsgər zirvəsi”, “Aşıq Hüseyn Bozalqanlı, Tifil Əsəd, Seyfəli Aşıq Pənahın yaradıcılığında təcnis” adlı mövzuların şərhi verilir.

XIX əsrdə yaşamış Varxiyanlı Aşıq Məhəm­mədin qoşmaları və təcnisləri çox mənalı sənət inciləridir. O, qoşmalarının birində deyir:


Yatmış idim, qəfil gəldi üstümə,

Bir cam dolu, bir cam yarı, bir cam az.

Üç muradı onda tutdum dəstimə,

Bir cam kamal, bir cam söhbət, bir cam söz.1


Varxiyanlı Aşıq Məhəmmədin təcnisləri mə­n­­a­lıdır:
Bir gözəl görmüşəm bizim ellərdə,

Üzündə sevmişəm busə bağları.

Yaşılbaşlar cəm-xəm eylər göllərdə,

Tərlan şikarında busa bağları.1


“Professor-yazıçı Əzizə Cəfərzadə Mücrüm Kərimin, Məhəmməd bəy Aşiqin, Məlikballı Qurbanın, Padarlı Abdullanın garaylı, qoşma, və təcnislərini aşıq şeiri tərzində yazılmış poeziya adlandırır”.

Mücrüm Kərim XVIII əsrin sonu XIX əsrin əvvəlində Vardallı kəndində yaşamış, onun şeirləri “Sünbülistan” adlı cüngdə toplanmışdır. O, aşıq şeirinin başqa şəklində öz qələmini sınamışdır. “Qarşı” təcnisinin möhür bəndində deyir:

Gir bağa gəşt elə olanda yar hey!

Sözün bülbül kimi olanda yar hey!

Özün Sultan Mahmud olanda yar hey!

Kərimi də oxşat Ayaza qarşı.


Məhəmməd bəy Aşiq XIX əsrdə Maralyanlı Pəri ilə yazışan el şairlərindəndir. Onun yara­dıcılığına Molla Vəli Vidadinin (1709-1809) gözəl təsiri olmuşdur. Onun “Sənəm” adlı beş bəndlik təcnisi gözəl sənət incisidir:

Nə müddətdir həsrətini çəkirəm,

Bircə üzün görüm, ay ağa Sənəm!

Hicranın əlindən xəstə düşmüşəm,

Daha dura bilməm ayağa, Sənəm!
Sənəm o qədər gözəldir ki, gün ona baxanda gizlənir, ay isə səmada ağalıq eləyir, özünü göstərir:

Aşiqəm hüsnünə ay aman, gözəl!

Baxmaram zərrəcə aya mən, gözəl!

Ləblərin şəhdindən ay əmən gözəl,

Meyl etmə qəndə, bal ayağa, Sənəm!1
Aşıq gözəl Sənəmə heyran olmuş, aya baxmaq istəmir, gözəlin ləblərini əmək aşıq onun şəhdini qoyub bala və yağa qətiyyən meyl etmir.

Şirvan aşıqlarından təkcə Ucarın Məlikdağlı kəndindən olan Məlikballı Qurbanın (1790-1865) yaradıcılığında ara-sıra təcnislərə də rast gəlirik. Məlikballı Qurban “Gör” təcnisində deyir:


Məcnun olub səhralara düşmüşəm,

Zeydsən, Leylinin sorağını gör.

Dağdan-dağa səngixarə çəkmişəm,

Şikəstə əndamın sor ağını gör.2


Aşiq Məcnun olub Leylinin sorağı ilə gəzir, onun eşqindən zövq alır və “Gərək” rədifli təcnisində deyir.
Gözəl olan verir özünə bəzək,

Gözü nərgiz, şimşad ayağı gərək.

Giribani hər tərəfdən ola çak,

Görünə sinənin ay ağı gərək.


Gəl, gir bu bağçaya laləsin bilək,

Görək qönçələrin, laləsin bilək,

Gəlməz təkəllümə laləsin bilək,

Gər olmuş əğyara, a yağı gərək.1


Məlikballı Qurbanın “Nədir” rədifli təcnisi ən nadir sənət incisi təsiri bağışlayır:

Camalını görcək, mayil olmuşam,

Bilmədim gözəlim, ay adin nədir?

Səbrim aldı tamam türfə sənəmlər,

Sənəmlərdə məzhəb, aya din nədir?
Bu dünyada varmı yar, dı, yoldaşın?

Fərhad külüng çaldı, yardı yol daşın,

Aləmlər cəm olsa, yardı yoldaşın,

Qohumum, qardaşım, a yadın nədir?


Qurban deyər, yarsız günə gün dəmən,

Xızrə yetər ləblərindən gündəmən,

Ziyarətin hüsnə varan gündə mən,

Tamam günlərimiz ay adinnədir?1


Göyçə aşıqlarının yetkin ustadlarından biri olan Qızılvəngli Aşıq Alının (1801-1911) ədəbi irsi vaxtında toplanmadığı üçün çox şeir inciləri itib-batmışdır. Aşıq Ələsgərin ustadı olan Aşıq Alının şeir xəzinəsində bir neçə təcnis qalmışdır. Aşıq Alı “Almasın” rədifli təcnisində deyir:
Bimürvət yar məni candan elədi,

Tutubdu dəstində ay ağ almasın.

Yarın bağçasının seyrinə vardım,

Heç görmədim yarın ay ağ almasın.

Bayram ayı demək olmaz hər aya,

Təbib gərək dərman edə həraya,

Şahlar şahı, özün yetir haraya,

Düşmən üstümüzə ayaq almasın.


Aşıq Alı deyər: yar ab ağlaya,

Yaxşı təbib gərək yara bağlaya,

Yar ki, meylin qeyri yara bağlaya,

Həftəyə varmasın, aya qalmasın.1


Aşıq Alı kimi ustad sənətkarlar təcnis yaratmağa böyük sənətkarlıqla yanaşmışlar. Ümumi aşıq şeirinin inkişaf tarixindən əlavə başqa qaynaqlara da baş vurmuşlar. Baxın Aşıq Alı “Ay belə sinə” təcnisini yaratmaqda nə qədər böyük əmək sərf etmişdir. Onun bu təcnisinin möhürbəndini diqqətə gətirdikdə təhlilə cəlb etdikdə hər şey aydın olacaqdır.
Aşıq Alı, çıx gülşənə nərgiz dər,

Sərraf maya ağuşunda nər gizdər,

Olmaz tayı züleyxalar, nərgizdər,

Əsla yox kimsədə ay belə sinə.1

Aşıq Alı “Nərgizlər” adlı cinas bayatılarla bəzənmiş xalq hekayətini bu bir bənd təcnisdə dolğunluğu ilə ifadə edə bilmişdir.

XIX əsrin əvvəllərində Aşıq Hüseyn Şəmkirli (1811-1891) gözəl təcnisləri ilə yanaşı, üçbaşlı cığalı təcnisin də ilk nümunəsini yaratmışdır. Təcnisin hər bəndində misraların sayı dörd olduğu halda, Aşıq Hüseyn birinci bənddə misraların sayını altı, son bəndlərdə isə beş misra etmişdir.

Belə ki, birinci bənd iki yerə bölünür, ilk üç misradan sonra cığa gəlir, son üç misra bəndi tamamlayır. İlk misrada cığadan yuxarıda üç misra qaldığı üçün təcnisin bu növünə “Üçbaşlı təcnis” deyilir. Məsələn, təcnisin bir bəndini misal gətirək:
İbtida əlifdən dərsim alanda,

Göstərdilər mana nə qarə yaxşı.

Oxudum dərsimi hər ayə, qərəz,

Yox aşıq hər ayinə,

Xalların hərayi nə?

Aşıq Söyün nə dedi,

Dost yetdi hərayinə?

Görsə canım bəyənməz hər ayinə,

Səyrəqib geyinsin nə qarə yaxşı,

Naləsi yetişsin haraya qərəz.

Göyçəli Aşıq Musa (1909-1948) gəraylı və qoşma şeir janrları ilə yanaşı, təcnis və cığalı-təcnis nümunələri yaratmış, dərin hörmət qazanmışdır:
Vaxt dolandı, gəldi keçdi zamana,

Niyə əl çəkmədin, a yara mənnən?!

Nə əcəl gəlmədi, yetmişəm cana,

Nə xəbər getmədi, a yara mənnən.


Can deyən Fərhaddı, Şirin də hanı?,

Ləblərim də söylər şirin dəhanı,

Gəlibdir ləblərin şirin dəhanı,

Görmüşəm ləzzətin a yar əminnən.


Təəssüflər olsun ki, Aşıq Musanın zən­gin ədəbi irsi toplanmamışdır.

Aşıq Ələsgərin (1821-1926) zəngin ədəbi irsi aşıq poeziyasının və XIX əsrdə təcnis yaradıcılığında ülvi zirvəyə yüksəlmiş, ustad sə­nət­kara ümumxalq hörməti və məhəbbəti qazan­dırmışdır.

Aşıq Ələsgər dodaqdəyməz təcnislərin ən gözəl nümunələrini yaratmış, sənətin zirvə­sinə yüksəlmiş və “Çata-çat” dodaqdəyməz təc­nisində demişdir:
El yeridi, yalqız qaldın səhrada,

Çək şütürün, çal çatığın, çata-çat!

Hərcayılar səni saldı irağa,

Həsrət əlin yar əlinə çata-çat!


Qışda dağlar ağ geyinər, yaz qara,

Sağ dəstinlə ağ kağıza yaz qara.

Əsər yellər, qəhr eyləyər yaz qara,

Daşar çaylar, gələr daşlar çata-çat!


Aşıq Ələsgər cığalı təcnisində dərin məna verir:

Əziz-cani-dil, eyni dirəxşan,

Yazırsan risalə nə yaxşı-yaxşı.

Qarşıda nə yaxşı,

Ləhcəm gəlir nə yaxşı.

Canan candan əzizdir,

Nə Leylidir, nə Yaxşı.

Dil deyir: cananın sadağası can,

Cananı da deyir: nə yaxşı-yaxşı!
Ustad Aşıq Ələsgər təcnisin navotoru ol­muş, nadir sənət inciləri yaratmış, Azərbaycan ədəbiyyatında təcnis janrını zənginləşdirmişdir.

Aşıq Ələsgər gözəl müstəzad təcnis, yəni “Ayaqlı təcnis” və “İkibaşlı” təcnis də yarat­mışdır.

Aşıq gərək bu meydanda bir qala,

Eşq ocağın bir ətəklə, bir qala!

Əlsəgərdir Xeybər kimi bir qala,

Bacara bilməzsən, danışma əbəs,

Dur yerində pəs!
Aşıq Ələsgərin “Bax-bax” rədifli təcnisi çox dəyərlidir:

Gözüm sağı, səhər çağı,

Geyək ağı, gəzək bağı;

Könül sevdi bu damağı,

Qaymağa, həm yağa bax-bax!..1
XIX əsrdə təcnis yaradıcılığında Aşıq Ələsgər zirvəsinin parlaq və mənalı olduğu təhlildə aydın bədii ifadəsini göstərdi.

Aşıq Ələsgərin zəngin irsindən bəhrələnən yaradıcı aşıqlar faydalı sənət inciləri yaratmışlar. Ağdabanlı Qurban yaradıcılığı zəngindir. Onun yaradıb təşkil etdiyi “Qurban bulağı” məclisi öz dövrünə görə mütərəqqi bir hadisə olmuş, yaradıcı aşıqları elmə, savada bağlamış, daha mükəmməl sənət əsərləri yaratmaları üçün mə­suliyyətlərini artırmışdır.

Aşıq Ələsgərin təsiri ilə “Qurban bulağı” məclisi Ağdabanlı Qurban kimi görkəmli təcnis ustaları yetişdirmiş, Göyçə və Kəlbəcər aşıqları çox inkişaf etmişlər.

Ağdabanlı Qurban qoşmalarında olduğu kimi, təcnislərində də fikrini oxucuya çatdırır, ona gözəl təsir bağışlayır:


Tərlandı baxışın, gözün can alan,

De çək qaynağına, di darə məni.

Hərdən şölələnir o gül camalın,

Tel deyir şanəyə: di darə məni.


Zülflərintək olmaz əqrəb, nə də mar,

Çalmaq üçün yoxlayırsan nə damar?

Qaşqabaqdan zəhər deyil, nə damar?

Öldür, qoyma həsrət didarə məni.


Yar, gərdənin ər-ər kimi minalə,

Bülbülə gül neylər olsa min alə,

Bir canım var qəmzən istər min alə,

Qurbanam, çəkdirmə di darə məni.1


Ağdabanlı Qurban deyir ki, gözəlin bədəni şax mina kimidir. Bülbülə gül heç nə etməz, min ala çəksə və dilə tutsa da. Qurbani gözələ deyir ki, məni di darə, yəni dar ağacına çəksən də mən sənə qurbanam. O, gözəli ürəkdən sevir, bütün varlığı ilə ona vurulmuş, aşiq olmuşdur.

Padarlı Abdulla XIX əsrdə yaşamış, Tu­farqanlı Abbasın ədəbi irsindən çox gözəl bəhrələnmişdir. Padarlı Abdullanın təcnisləri maraqlıdır. O, “Bax” adlı təcnisində deyir:


Gəştə çıxıb süsən, sünbül dərin də,

Gül üzünə inci düzmüş tərin də,

Kəlbin olub bağlanmışam dərində,

İnanmırsan, sal boynuna qara bax.


Görün, dövran bizi aya tən eylər,

Alim olan oxur, aya tən eylər.

Münəvvər camalın aya tən eylər,

Ağ sinən istisna qılar qara, bax! 1


Cinaslardan istifadə yolu ilə bədii lövhə yaradan Padarlı Abdulla deyir ki, gözəlin sinəsi qardan ağdır, bədəni aya meydan oxuyur, ona naz satır. Bu bədii lövhə tərbiyəvi və estetik mahiyyətlidir.

Aşıq poeziyasının görkəmli nümayəndə­lərindən biri olan Molla Cümə (1854-1920) aşıq şeirinin bütün janrlarında şeirlər yazmış, iyir­midən artıq təcnis yazmışdır. Onun təcnislə­rin­dən nümunələrə diqqət yetirək:


Tək gəldin cahana, didarı göyçək,

Dəndanı yaqutsan, ləlsən, ay, ay.

Sinəndə iylənir ətirli çiçək,

Nərgizsən, narıncsan, laləsən, ay, ay.


Bahar oldu, düşdü ahu-fəryada,

Həsrətsən lalə tək yüzə sən, bülbül.

Ya gərək canını salasan oda,

Ya gərək əlini yüzəsən, bülbül.


Molla Cümə necə dözsün bu dağa,

Bu sitəmə, bu düyünə, bu dağa,

Məcnun edib saldın məni bu dağa,

Ha gəzirəm eniş, yoxuş, düz, dərə.


Molla Cümənin zəngin ədəbi irsi tərbiyəvi mahiyyətlidir.

Xəstə Qasımdan və Aşıq Ələsgərdən sonra Zodlu Abdulla (1858-1943) ardıcıl olaraq gözəl təcnislər yaratmış, Azərbaycan Aşıq poeziya­sında möhtəşəm təcnis binalarının memarları sırasında dayanmış və xalqın hörmətini qazan­mışdır.

Zodlu Abdullaya “Leyli niyə azdı?” təcnisi mahir təcnis ustası kimi şöhrət qazanmışdır:
Бищудя доландым, яфсаня эяздим,

Жаным дост йолунда Лейли нийазды.

Етибар кясилиб, илгар позулуб,

Яввялки мящяббят Лейли, нийя азды?


Гямяр ган аьлады, нештяр йериди,

Йарам сызылдайыр нештяр йериди,

Лейлинин голуна нештяр йериди,

Мяжнун ганы чюлдя Лейлини йазды.


Aşıq yaradıcılığında təcnis ustası kimi tanı­nan Zodlu Abdullanın təcnisləri memar əlindən çıxmış abidəni xatırladır.

Zodlu Abdulla “Yad qız ağı gəzər” təc­nisində deyir:


İldə zikr eyləyən sinaya gələr,

Ayaqdan can çıxar, sınaya gələr.

Əzrayıl qeyznən sınaya gələr,

Yığılan qəssallar, yad ağı gəzər.


Deməli, insanın ölümü ayaqdan başlayır. Əvvəlcə ayaq soyuyur, sonra da bədən soyu­mağa başlayır. Əzrayıl sinaya çatanda həyat ta­mamlanır. Qəssallar, yəni yuyucular gəlirlər, bir nəfər su tökür, bir nəfər də yuyur.

Təcnislər omonimlərdən, cinas sözlərdən ibarətdir. Aşıqlar bəzən qıfılbənd əvəzinə təc­nislə bir-birini imtahana çəkirlər. Təcnis dili­mi­zin incəliklərini, çoxmənalı, çoxhecalı oldu­ğu­nu göstərir. Buna görə də fitri istedadlı sə­nət­kar da dərin mütaliəyə və biliyə malik olmalıdır.

Zodlu Abdulla şeirin məna və forma gözəl­liyini qorumuş və aydın cinaslar yaratmış, məzmun gözəlliyinə və fikir yeniliyinə xüsusi diqqət yetirmişdir.

Zodlu Abdulla möhtəşəm təcnis binalarının memarlarından biri olmuş, həmişə sevilmiş və dərin hörmət qazanmışdır.

Aşıq Hüseyn Bozalqanlının (1864-1941), Tifil Əsədin (1874-1951) və Seyfəli Aşıq Pəna­hın (1876-1921) yaradıcılığında təcnis səmərəli yer tutur. Ona görə ki, bu görkəmli sənətkarlar gözəl təcnis inciləri yaratmış, oxuculara ərməğan vermişlər.

Aşıq Hüseyn Bozalqanlı Azərbaycan dilinin söz imkanlarından gözəl bəhrələnmiş, faydalı təcnislər yaratmışdır.

Гяввас олдум, дярйалар да дяринди,

Дярд якмишям, бар эятирир, дяр инди.

Мяним мящяббятим сяня дяринди,

Сянинки эюрцнцр ай цздян-цздян.


Явяз олмаз тязя доьмуш ай сяня,

Лейла дедим, Мяжнун олдум, ай сяня,

Истяйирям бир сярини яйсяня,

Щясрятям, гой юпцм, ай цздян-цздян.


Tifil Əsəd cığalı təcnisin gözəl nümunə­lərini yaratmışdır. Onun təcnislərinə diqqət yeti­rək:
Eşidib bilənlər, arif olanlar,

İnsan neçə şeydə eyləməzmi, uff?!

Bir tayfa görəndə, xəbər alanda,

Cavabın verəndə eyləməzmi, uff?!

Hərdən xəyallanan olar bir təhər,

Ah çəkər ürəkdən, ay eylər, of, of! və i.a.1


Məsələ bundadır ki, aşıq ifa zamanı bu “uff”ları xüsusi ahənglə, xüsusi nəfəs çəkmək yolu ilə deyir, daha doğrusu demir, nəfəs çəkmə ilə ifa edir.

Tifil Əsəd cığalı təcnisin də mükəmməl nümu­nələrini yaratmışdır. Heç yerdə çap olun­ma­dığı üçün Tifil Əsədin gözəl cinaslarla qu­rulmuş, hər kəsə nümunə ola biləcək cığalı təcnisini burada olduğu kimi veririk:


Ala gözlüm dərdə giriftar oldum,

Dərdə dərman, ya səndədir, ya məndə.

Aşıq deyər: ya məndə,

Gözüm qaldı Yaməndə,

Ləl üstündə həmayıl,

İşıq salır Yaməndə.

Dedim: gözəl, məni qoyma Yaməndə,

Dedi: təqsir ya səndədir, ya məndə.


Eşq ucundan mən də oldum ya dəli,

Görən deyər: ya divanə, ya dəli.

Aşıq deyər: ya dəli,

Ya divanə, ya dəli,

Şirin candan keçərəm,

Yara dəysə yad əli.

Dedim: gözəl, səndə tutsam yad əli,

Onda ölüm ya səndədir, ya məndə.


Görən olmaz mənim kimi yananı,

Nə keçirər, eşq oduna yananı?

Aşıq deyər: yananı,

Yandırmayın, yananı!

Mərd igidlər gözləyər,

Ya süfrəni, ya nanı.

Kim görübdü Əsəd kimi yananı,

Eşq atəşi ya səndədir, ya məndə.


Göstərilən nümunədə Tifil Əsədin istedadlı təcnis ustası olduğunu və hörmətli sənətkar kimi şöhrət qazandığını təsdiqləyir.

Azərbaycan ədəbiyyatında ustad sənətkar­lardan biri olan Seyfəli Aşıq Pənah cığalı gedər-gəlməz təcnisin ilk nümunəsini yaratmışdır:


Saqinin dəstindən piyaləsini,

Aldım şərbətini nuş eylədim uff!

Gözəl bir piyalə tutub dəstində,

İçən zamanında ay eylər, of,of!


Seyfəli Aşıq Pənahın bu təcnisini tam veririk:

Çəp telləri, çəp sərində, çəp yarın,

Çəp düzülüb, çəp saçları çəpa-çəp.

Çəp buxağı, çəp ləbləri, çəp dişi,

Çəp çəkilib, çəp qaşları çəpa-çəp.
Çəp bəradər, çəp sözləri, çəp demə,

Çəp mən eylər, çəp deyil ki, çəp demə,

Çəp ustadlar, çəp deməyib çəp demə,

Çəp tapıblar çəp daşları çəpa-çəp.


Çəp olacaq, Pənah deyər: çəp oğlu,

Çəp atası, çəp anası, çəp oğlu,

Çəp pis gündən, çəp qurtarmaz, çəp oğlu,

Çəp nütfəsi, çəp işləri çəpa-çəp.


XIX əsrdə aşıq yaradıcılığı və yazılı ədə­biyyatda təcnis probleminin şərhində Varxiyanlı Aşıq Məhəmməd, Mücrüm Kərim, Məhəmməd bəy Aşiq, Məlikballı Qurban, Qızılvəngli Aşıq Alı, Şəmkirli Aşıq Hüseyn, Aşıq Musa və baş­qa­la­rının yaradıcılığında təcnisdən istifadə olun­masının qısa şərhi göstərdi ki, onlar müdrik, nadir təcnis inciləri yazıb yaratmışlar.

Professor Sədnik Paşa Pirsultanlının “Azərbaycan aşıq poeziyasında və yazılı poe­ziyada təcnisin inkişaf tarixi” adlı elmi-nəzəri monoqrafiyasının üçüncü fəsli “XIX-XX əsrlərdə təcnis yaradıcılığı” adlanır.

Professor Sədnik Paşa Pir­sultanlı bu fəsildə Aşıq Şəmşir, Növrəs İman, Əli Bimar, Aşıq Həmayıl yaradıcılığında təcnis nü­munələrinin elmi-nəzəri şərhini verib ümu­mi­ləş­dirir. Pro­fes­sor Sədnik Paşa Pirsultanlının həmin sənət­karların təc­nislərindən verdiyi nümu­nələr və onların elmilik prinsipi əsasında təhlili səmə­rəlidir. Ona görə ki, problemi tarixilik və elmilik prinsipləri əsasında təhlil etmişdir.

Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi Aşıq Şəmşir (1893-1980) təcnisin gözəl nümunələrini yaratmışdır.

Aşıq Şəmşir Azərbaycan dilinin əlvan, təsirli boyalarından, Azərbaycan bayatılarındakı zəngin cinaslardan məharətlə istifadə etmiş, bu problemin həllinə məsuliyyətli yanaşmış, tərbi­yəvi və bədii-estetik mahiyyətli təcnislər yarat­mış, ədəbiyyatımızın zənginləşdirilməsində sə­mə­rəli əməyini əsirgəməmişdir.

Aşıq Şəmşirin təcnislərindən bu nümunə oxucuya təlim-tərbiyəvi və bədii-estetik təsir göstərir:


Gül gülü çağırır, çiçək çiçəyi,

Topla yasəməndən yara, dər indi.

Fərhad qayalarda Şirin eşqinə,

Çapardı daşlardan yara dər indi.


Çox çətindir ölüm adı, qan adı,

Səməndərin odda yandı qanadı,

Yetişməmiş neştər vurdu qanadı,

Təbibim naşıdır, yara dərindir.


Yolum uzaq, mən piyada, yar atdı,

Müjgan oxun sinəm üstə yar atdı,

Şəmşiri yaradan bir yol yaratdı,

Birdəmi təzədən yaradar indi?!1


Folklorşünas Sədnik Paşa Pirsultanlı 2008-ci ildə “Aşıq Şəmşirin poetik aləminə səyahət” adlı monoqrafiyasını çap etdirib oxuculara fay­dalı ərməğan vermiş, onların hörmətini qazan­mışdır.

Aşıq Şəmşir cinas-bayatılara yaxşı bələd olduğundan təcnis binalarını asanlıqla və mükəm­məl qura bilir. Ən maraqlısı odur ki, hər təcnisində bir mətləb işıq üzü görür. “Məni” adlı təcnisində bizim üçün yenilik olan bir misra var: “Sən çiçəkdə şirin balsan, mən - arı”:


Şəmşirəm, sevirəm mərdi, mən əri,

Gözləyirəm namus, qeyrət, mən arı.

Sən çiçəkdə şirin balsan, mən – arı,

Qondur yanağına, ya xala məni.


Aşağıdakı “Yaralı dağlar” təcnisində dağla, maralla əlaqədar təbii bir lövhə yaradır:

Yaxşı saxla, qaçıb ovçu əlindən,

Sənə bir maralım yaralı, dağlar.

Təbib hanı, gəlib eləsin dərman,

Sızıldar, ah çəkər yaralı dağlar.
Aşıq Şəmşir gözəlləri təsvir və tərənnüm etməkdən usanmır. O bilir ki, ürəyində məhəbbət odu olmayan şair yazıb-yarada bilməz. Onun şeirlərinin ilham mənbəyi el gözəlləridir. Onları görüb eşqə düşməmək olmaz. O yazır:
Qaşın qələm, boyun tərlan təhəri,

Dedim gözəllikdə beləsən, gözəl.

Məhəbbət eşqinə düşəndən bəri,

Mənəm yarpaq kimi bil əsən, gözəl.


Aşıq Şəmşir təzadlı bir təcnis yaradır. Təcnisin mövzusu və bu mövzunun bədii cə­hət­dən həlli mütləq elmi-nəzəri şəkildə apa­rılmalıdır:

Bir barı çəkmişəm sözdən, şeirdən,

Köməkdar ol, qoyma qala yarımçıq!

Görüm deyərsənmi başa çatmasın,

Qıyarsanmı belə qala – yarımçıq?
Aşıq Şəmşir cinaslı bayatı-bağlamalarını və qoşma şəkilli qıfılbəndini də məharətlə yaradır. Biz bundan əvvəl Sarı Aşığın və Aşıq Şəmşirin açılmamış bayatı-bağlamalarından nümunələr vermişik. Eyni zamanda, Xəstə Qasım və Aşıq Ələsgər kimi Aşıq Şəmşir də öz kitabında açıl­mamış qıfılbəndlər vermişdir. Mən onun açıl­mamış 5 bəndlik təcnis-qıfılbəndindən üç bəndini nümunə verirəm:
İki min gülü var iki kök üstə,

Altından biri sər-beş arasında.

Sən kamil aşıqsan, gəl öyrət məni,

Qalmışam bu çətin iş arasında.


Doxsan dörd min səcdə qılır birinə,

Otuz mini ikram edir pirinə,

On ikisi tac qoyubdur sərinə,

Altısı gəşt edir qaş arasında.


Kəndim Ağdabandır, yaylağım Murov,

Sözümdə məharət, qılıncımda sov!

Şəmşir bu şikarda tapıbdır bir ov,

Bir milyard iki yüz yaş arasında.


Göstərilən nümunələr və aparılan təhlil Aşıq Şəmşirin görkəmli təcnis ustası olduğunu təsdiqləyir.
Növrəs İman (1903-1933) təcnis yara­dıcılığında müasirlərindən xeyli önə keçmiş və təcnisin qıfılbənd nümunəsini yaratmışdır. Xəstə Qasımın açılmamış qıfılbəndlərinə açar salan, müəmmalı qıfılbəndlərinə cavab yazan Növrəs İman Xəstə Qasımın təcnis yaradıcılığına da böyük diqqət yetirmiş, yeni təcnis binaları ucaltmış, hələ üstəlik təcnisin qıfılbənd kimi çətin növünü də yarada bilmişdir. Onun “İndi” rədifli təcnis-qıfılbəndi əvəzsiz sənət incisidir:
İki şeş fəslində tifli büstanam,

Altıda yox atam, nə anam indi.

On ikidə yetişmiş bağ-bostanam,

On üçdə yox barım, nə danam indi.


Иман, ешгин ня аз вериб, ня аз алар,

Жан дярдя эяляндя титряр язалар,

Дост йад олса мящяббятляр азалар,

Галмаз сел йериндя, ня дя ням инди.


Kəlbəcər aşıq mühitində el şairi Əli Bimar (1906-1948) təcnis yaradıcısı kimi tanınır. Onun təcnislərinin də özünəməxsus gözəllikləri vardır. Onun təcnislərində məna dərinliyi xalq hikməti özünə geniş yer almışdır.

Əli Bimar (1904-1952) təcnislərində ona qədər işlənməmiş orijinal cinaslar yaradır.

Бимар тяжнис йарадыжылыьында чох иряли эет­миш вя устад сяняткарларла бир сырада дайан­маг щаггы газанмышдыр.

Яли Бимар ики мянбядян: устад ашыгларын гойуб эетдикляри ядяби ирсдян вя халг йара­дыжылыьы хязинясиндян бящрялянмишдир. Бу сябябдян дя онун шеiрляриндя хялгилик чох эцжлцдцр:


Ax deyərsən, vay deyərsən bir zaman,

Keçən günlər daha düşməz birdə ələ.

Səd heyif cavanlıq, aman, əl aman,

Buraxmaram yaxan keçsə, birdə ələ.


Aqil kəslər bu dünyadan kam alı,

Ağlı kəmlər haqdan payın kəm alı,

Kamil usta cəm eyləsə kamalı,

Lazım gəlmir, yüz düşünə, bir dələ.


Bimar Əli insanlıqda bir üzdü,

Qəm bəhrində bir çalxandı, bir üzdü,

Mən görmədim namərdlərdə bir üzdü,

Ara, axtar, sən onları birdə ələ.


Daşkəsənli şair Cavad Bayram oğlu Hüseynov (1898-1969), elatda usta sənətkar kimi tanınmaqdadır. O, aşıq şeirinin bütün janrlarında qələmini sınamış və istəyinə müvəffəq olmuş­dur. Onun dodaqdəyməz təcnislərini aşıqlar yüksək qiymətləndirirlər.

Aşağıda “A, sərin yellər” dodaqdəyməz təcnisini nümunə veririk:


Səhər-səhər əsdin səhər çağları,

Seyr eylə dağları a, sərin yellər.

Aşıq deyər a, yellər,

Nə sərinsən a, yellər,

Səhralarda sərasər

Seyr eylərsən a yellər.

Yaz gəzərsən yaylaqları, dağları,

Sərin dalğalısan a, sərin yellər.


Yarda seyr eyləyir, səhər sərindi

Sərin yollar, sərin çaylar sərindi.

Aşıq deyər sərindi,

Lalə, nərgiz sər indi,

Sərin yollar, yaylaqlar,

Sər qayalar sərindi.

Qış gələndə, dağlar qardı sərindi.

Yayda nə şirinsən a, sərin yellər.


Şair Cavad səni istər sədaqət

İnan dildə zikr eyləyər sədaqət.

Aşıq deyər sədaqət

Ad qazanar sədəqat

Eldə sina yaxşını

İgidlərdə sədaqət.

İnsan gedər yenə qalar sədaqət

Həyat əsərisən a, sərin yellər.


Ustad aşıqlarımızdan biri də Morullu Tey­murdur. “O qabaqda gələn kimdir” adlı garaylısı ilə məşhur olan, çox sayda qoşmalar yazıb-yaradan aşıq Teymur ara-sıra təcnis yaradı­cılığına da müraciət etmişdir. O, “Bala da” adlı təcnisinin möhür bəndində deyir:
Aşıq Teymur eşq oduna qalana,

Can deyərəm dost qayğına qalana.

Mən gedirəm sən sağlıqla qal, ana

Ana üçün dərddir-qəmdir bala da.


Şair Cavad Bayram oğlu Hüseynov məsu­liy­­yətli sənətkar olmuş, gözəl əsərlər yarat­mışdır.

Azərbaycan ədəbiyyatı tarixində Xəstə Bay­raməli təcnis ustası kimi gözəl təcnislər yarat­mışdır. Onun təcnislərindən bir neçə nümunə ver­məyi lazım bildik.

Xəstə Bayraməli “Mərdana” təcnisində halal süddən söhbət açır:
Əzəl gündən baxdım halal südə mən,

Axır gələr, boya çatar südəmən,

Halal olar, halal kəsdən süd əmən,

Ömrü boyu yaxşı saxlar mərd-ana.1


Şair halal süd əmənə baxır, halal süd əmənin boya çatdığını görür, bu nəticəyə gəlir ki: “Halal olar, halal kəsdən süd əmən”.

“Halala dedim” təcnisində oxuyuruq:


Canı yanan silər eynim yaşını,

Xub zənənlər həyasından yaşını,

Bayraməli keçirməmiş yaşını,

O da ürcah ola halala, - dedim.


Xəstə Bayraməlinin poetik dili çox sadə, əlvan və axıcıdır. O, təcnisləri elə anlaşıqlı bir dildə yaradır.

Xəstə Bayraməli iki cığalı təcnis nümunəsi də düzüb qoşmuşdur. İndi də “Var” adlı təc­nisindən bir bədii parçanı örnək veririk:


Arifsənsə, söylə sözün sağını,

Yaxşı kəlam gəzən, yaxşı bəndə var.

Aşiqəm yaxşı bəndə,

Su gələr yaxşı bəndə,

Yamana üz tutmasın,

Yaxşı kəs, yaxşı bəndə,

Əgər xırda çaysan, çox da kükrəmə,

Əgər dəryasansa, yaxşı bəndə var.


Xəstə Bayraməli qoşma və gəraylılarında olduğu kimi, təcnislərində də sözün məna də­rinliyinə, məntiqi nəticəsinə xüsusi əhəmiyyət verir, gözəl sənət əsərləri yaradır.

El şairi kimi hörmət qazanan şair Yadigar Tahir əslən Dərələyəzdəndir. Ancaq bir müddət Kəlbəcərdə və sonra Gəncədə yaşamışdır.

El şairi Yadigar Tahirin qoşmaları aşıqların dilinin əzbəri olmuş, həmişə toylarda oxun­muş­dur. Onun doqquz təcnisi vardır:
Yadigaram, sinəm oldu dağdağan,

Dənə verər, çiçəkləməz dağdağan,


Axıdaram gözlərimdən dağdağan,

Dostlar, düşdüm bax, mən belə kökə hey!1


Yadigar Tahir “Qartal” təcnisində belə bir mənalı beyt işlədir:
Şeşələnər bayquş ilə sağsağan,

Qəzanın toruna düşən qartala.


Digər təcnisində deyir:
Yenə uşaqlığım düşdü yadıma,

Nənəm bişirərdi mənə kökə hey!

Deməliyəm qohumuma, yadıma-

Qız nəsilə, oğul çəkər kökə hey!


Çobana bax, quzu salır o küzə,

Bir dəryadan nə götürər o küzə?

Cütcü babam “ho-ho” dedi öküzə,

Xışı gedib ilişəndə kökə hey!


Azərbaycanın XIX əsrdə yaşamış qadın aşıqlarından Maralyanlı Pəri, Kəlbəcərli Aşıq Bəsti gözəl gəraylılar və qoşmalar düzüb qoş­duqları halda, onların yaradıcılığında təcnis qoşmalar qədər dərin iz salmamışdır.

Lakin eyni əsrdə yaşamış Aşıq Həmayıl mükəmməl bir təcnis qoyub getmişdir. Həmin təcnis “Həmayıl” dastanından qopub qalmış bir yarpaqdır.

Məlumdur ki, Aşıq Həmayılın dillər əzbəri olan “Gəlmədin” adlı beş bəndlik qoşması həm xanəndələrin, həm də aşıqların repertuarına da­xil olmuş qiymətli bir sənət incisidir. Qoşmanın bədii dəyərini, məhəbbət abidəsi olmasını nəzərə alaraq həmin qoşmanı burada bütövlüklə veririk:

Ямим оьлу, мяндян щеч утанмадын?

Цч ай кечди, бир йайлаьа эялмядин.

Йцз мин жяфа иля кюч ейлядим мян,

Ордан ендим Аьбулаьа, эялмядин.
Демядин: даьдадыр бир сярвиназым,

Бир бяйаз синялим, бир аь боьазым.

Ай гара тярланым, мяним шащбазым,

Шикар цчцн сян овлаьа эялмядин.


Мян сяни истярдим щамыдан язиз,

Мян сянин йанында олдум бир кяниз.

Ятри-жан бяслядим эцллярдян тямиз,

Бцлбцл олуб гохламаьа эялмядин.


Варлылар йарыйла чякдиляр ляззят,

Сян йада дцшдцкжя мян чякдим щясрят.

Нийя беля етдин, ай эядя хиsлят?

Шамама дярмяйя таьа эялмядин.


Мяним адым Щямайылдыр, щямайа,

Синям бянзяр щям улдуза, щям айа.

Мяня вядя вердин эяллям бир айа,

Баьландын арана, даьа эялмядин.1


Filologiya elmləri doktoru, professor Səd­nik Paşa Pirsultanlı tədqiqat monoqra­fiyasının dördüncü fəslində “Müasirlərimizin yaradı­cı­lığında təcnis” probleminin elmi-nəzəri şərhini verir.

Şah İsmayıl Xətaidən bəri başlamış və inkişaf etmiş təcnis yaradıcılığının inkişafını və parlaq zirvələrə yüksəlməsini ədəbiyyatşünaslar göstərmişlər. Bu sahədə mükəmməl tədqiqat əsərləri yazılmışdır.

Kəlbəcərli Aşıq Allahverdi Qəmkeş, Bəh­mən Vətənoğlu, Əlqayıt, Həsən Göyçəli, İmam Cəmilli, Aşıq Afiq və başqaları gözəl təcnislər yaratmışlar.

XVI əsrdə, yəni Dirili Qurbanidən bəri bu günə kimi davam edən təcnis aşıq şeirinin inki­şafı tədqiq edilmiş, öyrənilmiş, tədqiqat əsərləri çap olunmuşdur.

Bu sənətkarların təcnislərindən nümunələr verməyi faydalı bilirik. Bəhmən Vətənoğlu fay­dalı təcnislər yaratmışdır:
Гушлар няьмя деди бащар эяляндя,

Гарангуш торпагдан йахшы дян алды.

Кярям Яслисиндян, Фярщад Шириндян,

Ляля илщамыны Йахшыдан алды.


Йара мяктуб йазар олсан кюнцлсцз,

Ня ялиня ал гялями, ня дя йаз,

Ким дцнйада мящяббятсиз йашаса,

Цряйиндя ня пайыз вар, ня дя йаз!


Демядимми йада демя сиррини,

Ешг одунун атяши ня, сирри ня…

Щейран олмаз тябиятин сирриня,

Надан дуймаз нядиr булуд, ня дайаз.


Унудубдур Бящмян эялир йара дан,

Инсан юляр дил вурдуьу йарадан,

Сяни эюзял йарадыбды йарадан,

Щейиф ола камалынды, ня дайаз.1


Bəhmənin təcnislərinin təhlilə və izaha ehti­yacı yoxdur. Qoşmalarında olduğu kimi, təc­nis­­lə­rində də atalar sözlərindən və xalq hikmət­lərin­dən bol-bol, yerli-yerində istifadə edir. Təc­nisin son bəndinin son beytində deyilir:
Fərsiz övlad göz dağıdır ataya,

Şüursuzdan nə qalıbdı, nə qala?


Bəhmən Vətənoğlunun aşıqlar tərəfindən əzbərlənmiş, hər məclisdə söylənən bir təcnisini qiymətli örnək olaraq burada bütöv vermək arzusundayıq. Bu təcnis müasir dövrdə yaranmış təcnislərin ən yaxşısı, ən mükəmməlidir. “Ay ana haqqın” adlı bu təcnis şahanə bir əsərdir.
Əl tərpədib bir iş görmək istəsən,

Gətirmə dilinə, ay ana haqqı.

Deyilər ki, yoldan gedən yorulmaz,

Haqqdan uzaq bilmə, ay ana haqqı.


Günahkar üçündür zindan da, dar da,

Nə etibar olar, o qəlbi darda,

Yəqindir ki, qalmaz çətində, darda,

Hər kim sidqi dillər, ay ana haqqı.

Bəhmən, hörmət bəslə, bir ağır borcdu,

Bir xəstə dincəlməz, bir ağır borcdu,

Övladın boynunda bir ağır borcdu,

Atanın zəhməti, ay ana haqqı.


Göyçənin Qaraqoyunlu kəndindən olan el şairi Şıx Aslan (Aslan Şıxıyev) gözəl təcnislər yaratmışdır.
Bir bimanam dərdim həddən ziyada,

Qurtarmaz ey loğman ha qanal, qanal.

Canım sadağadır, arifim, sana,

Mətləbdən mətləbi ha qanal, qanal.


Birinci bənddə məlum bir həqiqətdən söhbət açılır. Bəzən yazın əvvəlində xəstə adamların başından qan alırlar ki, sağalsın. Şair bildirir ki, loğman, nə qədər qan alırsan al, mən sağalan deyiləm. O, öz canını o adama sadağa edir ki, o, hər sözü, hər mətləbi qanır, başa düşür:
Suvar olnan ata, suvar yerində,

Danışınan mərdanə suvar yerində,

Qurtarmaz dəryalar su var yerində,

Çəkilsə üstündə ha qanal, qanal.


Biçarə Aslana ol bir ata sən,

Namussuzu daldan-dala atasan,

Düşmənini yeri gəldi atasan,

Keçirmə vaxtını ha qanal, qanal.


Növrəs İmanın bacısı oğlu, el şairi İsmi­xanın yetmişinci illərdə Göyçədə “Yaxşı ya da mən” cığalı təcnisi çox geniş yayılır. Bu təcnis aşıq yaradıcılığında gözəl abidədir. Göyçənin Ağ­­kilsə kəndində anadan olmuş İsmixanın bu təc­nisində Tikmədaşlı Xəstə Qasımın cəsarəti du­yulur:

Bəd qohuma sir söylədim car oldu,

Açdım ürəyimi yaxşı yada mən.

Yox aşıq yaxşıda var,

Pisdə var, yaxşıda var,

Pis qohumdan yaxşıdı,

Qapında yaxşı davar.

Qohum var ki, qazıb atır yolumu,

Nədən xoş gəlirəm yaxşı yada mən.
Pisə töhmət yazdım, yaxşıya namə,

Qeyrətin bəllidir, yaxşı yanama,

Yox aşıq, yaxşı yana,

Çəkilib yaxşı yana,

Yaxşı ölsə pis yanmaz,

Pis ölə yaxşı yana.

Sanma ərəsətdə yaxşı yananam,

Pisə də yaxşıyam, yaxşıya da mən.

İsmixanam, dərdim yaradır mənim,

Soruşmur əhvalım yaradır mənim.

Yox aşıq yaradır,

Bağrım, başı yaradır,

Min bəlaya düşmüşəm,

Unudubdur yar adı.

Ölürəm dilimdə yaradı mənim,

Yetim dərdli olar, dərdim yada mən.


Yazılı ədəbiyyatın nümayəndəsi şair Məm­məd Aslan bütün varlığı ilə xalq yaradıcılığına bağlı tədqiqatçı-şairdir. O, gözəl təcnislər də yaradır:

Gün batanda yem axtarar yarasa,

Qızılquş şikara o başdan çıxar.

Hər gün bi xilqətdə qalmayır dünya,

Bu baş zülmət çökər, o baş dan çıxar.
Dad dünyanın bişmişindən, çiyindən,

Seç qartal səsini bil cik-ciyindən,

Bir baş fır bağlasa əyər çiyindən,

Nə pislik istəsən, o başdan çıxar.


Dünya pay-puşt olub, gediş birdəndi,

Gəliş uzun çəkir, gediş birdəndi,

Dünya dəyirmandı Məmməd bir dəndi,

Bu başdan düşməmiş o başdan çıxar.

Alqayıt faydalı təcnisin yaratmışdır:
Vətən diləmişdim, sən isə fələk,

Bir yazdın qürbətə bir də yaz məni.

Ya qismət sahilə çıxam çıxmayam,

Bir dərin gözləyir, bir dayaz məni.


Qəmi duymayandan qəm qatarından,

Qəmsiz qəminə qəm qat arından,

Siyahı tutsalar qəm qatarından,

Bir də çək adımı bir də yaz məni.


Əlqayıtam, həsrət qalmışam yara,

Yaranlar qəbrimi dərindən yara,

Hicrandan köksümə vurulan yara,

Bir payız incidər, bir də yaz məni.


Təcnis yaradıcılığında şair Məmməd İlqarın təcnisləri maraqlıdır, aşıqların dilinin əzbəridir. Onun təcnislərinin forması və məzmunu çox gözəl, həm də təsirlidir.
Ay Allah belə də gözəl olarmı?

Kimdir qələm çəkən, nə gözəl çəkib,

Üz-üzə, göz-gözə sehrlənmişik,

Nə gözəl əl çəkir, nə göz əl çəkir.

Şəhla gözlüm gözəllikdə bircə sən,

Bu güllükdə bir mən olum bir də sən,

Arıya bax, gül üstündə bircə sən,

Gör gülün nazını nə gözəl çəkir.


Gəl salma Məmmədi gözündən gözəl,

Gözüm gözmü görüb gözündən gözəl,

Mən yazıq neyləyim gözümnən gözəl,

Nə bir könül doyub, nə göz əl çəkir.


Təcnis yaradıcılığında Həsən Göyçəli sə-mə­rəli fəailiyyət göstərmiş, gözəl təcnislər yaratmışdır:

Yaxşılıq yaxşıdır, yaxşı qanana,

Yaxşı dolan, yaxşı dayan, yaxşı dur.

Yaxşılar yaxşıya, yaxşılıq eylər,

Yaxşı insan yaxşılardan yaxşıdır.
Aşıq Sirac Şəkinin Layisqi kəndindəndir. Əlli ildən artıq Gəncədə və Gəncənin ətrafında aşıqlıq etmişdir. Təcnis və cığalı təcnis nümu­nələri yaratmış Aşıq Sirac Aşıq Molla Cümənin nəslindən olduğunu bildirmiş və Molla Cümənin, Tufarqanlı Abbasın yaradıcılığından bəhrə­lənmiş, gözəl təcnislər yaratmışdır:

Kimsəm yoxdur, yatan bəxtim oyada,

Qorxuram ki, dərd sinəmi oya da,

Sirac sevdi, sənsə getdin o yada,

Qismət imiş haqqdan bu yazı mənə.
Aşıq Sirac yeddi cığalı təcnis yaratmışdır.

Müasirlərimizdən İmam Cəmilli maraqlı təc­nislər yaratmışdır. O, “Gözəldən” təcnisində yazır:

Nadan oğlu, qürrələnmə, öyünmə,

Bəxt gətirib zəmin verib gözəldən .

Ağıl çaşğın dolansa da sər-səri,

Əl çəkərmi göz gördüyü gözəldən?1


Daşkəsənli Aşıq Afiq Sönməz aşıq yaradı­cılığı ilə xeyli vaxtdı məşğuldur. O, aşıq şeirinə çox gözəl maraq göstərir, şeirlər yaradır. “Süz mənə” təcnisində deyir:
Yazıq Fərhad sevdin Şirin canı sən,

Yar yolunda qoydun şirin canı sən,

Bu sönməz Afiqin şirin canısan,

Məndən ayrı oynama, nə süzmə nə.

Bu Sönməz Afiqin təkcə mənisən,

Yar mənsiz gəzirsən, tək çəməni sən,

Günahkar görmə, gəl təkcə məni sən,

Bu günahda yarı mənəm, yarı sən.


Aşıq Afiq Sönməz cığalı təcnisdə ya­rat­mışdır:
Sönməz Afiq laçın deyil qarqalar,

Naşı girsə dəryalarda qərq alar,

Aşıq deyər qarqalar,

Silsilədə qar qalar,

Tərlanla cəngə çıxsa,

Nə eyləyər qarqalar.

Hər nə qədər ərşə çıxsa qarqalar,

Yenə dal deyirlər a dala-dala.


Müasir dövrümüzdə Aşıq Ələsgər öz öncül­lüyünü saxlayır. Şifahi poeziyada təcnisin mahir yaradıcısı kimi qalır və ön cərgədə da­yanır. Şifahi poeziyada dodaqdəyməz təcnislərin ilk nümunələrini yaradan Aşıq Ələsgər dodaq­dəy­məz divanilərin (zəncirlə­mələrin) gözəl nü­mu­­nələrini yaratmışdır:

Əldən getdi ixtiyarın,

Ah edərsən, gəl deyər;

Həsrət çəkər ehtidarın,

Cəhd eylər, istər əsər,

Ah edərsən, gəl deyər.

Şindi səni tənzil edər,

Səd həzarın çətin yetər,

Ələsgərin dənginə.1
Aşıq Ələsgər “Gəda” divanisində:
Səyyad isən seyrə çıxsan,

Gəşt elə dağlara sən,

Eşq əhlisən ağlarginan,

Yetişəsən yara sən.

Yar həsrəti canda getsin,

Getsən hər diyara sən,

Arı təki hey sızılda.

Şirə çək şandan, gəda!2


Aparılan təhlil aydın göstərir ki, Göyçə aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Ələsgər bütövlükdə aşıq poeziyasının ön cərgəsində dayandığı kimi, təcnis yaradıcılığında dodaq­dəyməz təcnislər yaratmaqda Aşıq Ələsgər qartal kimi zirvədə dayanır.

Deməli, Aşıq Ələsgər əbədiyaşar sənət­kardır, insanların qəlbində özünə əbədiyaşar abidə qurmuş, yaşamış, yaşayır və əsrlər boyu yaşa­yacaqdır.

Görkəmli folklorşünas alim, filologiya elm-ləri doktoru, “Əmək veteranı”, “Əməkdar mədə­niyyət işçisi”, “Qabaqcıl təhsil işçisi”, professor Sədnik Paşa Pirsultanlının kitaba yazdığı “Nəti­cə”ni olduğu kimi veririk, çünki faydalı və əhəmiyyətlidir.

“XVI əsrdə, yəni Dirili Qurbanidən bəri bu günə qədər davam edən təcnis aşıq şeirinin şifahi aşıq poeziyasında və yazılı poeziyada inkişafı qarşılıqlı olaraq izlənilmişdir.

XVII əsrdə Sarı Aşıq gələcək təcnis binalarını qurmaq üçün cinas bayatılardan tağ daşları yonmuşdur. Elə həmin əsrdə Tufarqanlı Abbas, onun davamçısı olan Xəstə Qasım (XVII-XVIII) təcnis şeir formasına daha çox maraq göstərmiş, təcnisin cığalı təcnis şeir formasını yaratmışdılar.

Yeni şeir nümunələrinin yaranması sazın imkanlarını xeyli artırmışdı. Belə ki, sazın biləyinə təcnis pərdəsi bağlanmış, təcnis havası ilə yanaşı cığalı təcnis havası da meydana gəlməyə başlanmışdı. Bu havaların yaranmasına səbəb sinkretik şifahi aşıq poeziyasındakı impravizasiya şərait yaratmışdır.

Lakin təcnis şeirinin inkişafında yazılı poeziya onunla ayaqlaşa bilməmişdi. Qeyd etdi­yimiz kimi, yazılı poeziyada M.P.Vaqif yara­dıcığılında, Qasım bəy Zakir, Nəbati və digər sənətkarların poeziyasında qoşma şeiri ilə yanaşı, təcnis nümunələri də boy vermişdi.

Aşıq poezi­yası bilavasitə ifaçılıqla bağlı olduğundan, ifaçılıq repertuarına daxil olmuş, aralarında bö­yük ünsiyyət yaranmışdı. Əlbəttə, yazılı poe­ziyadakı təcnislər bu imkana malik olmamışdur.

Vaqif, Zakir və Nəbati yaradıcılığı çox zəngin və rəngarəngdir, çünki bu sənətkarlar nadir sənət inciləri yaratmışlar. Ancaq bu gör­kəmli sənətkarların yaradıcılıqlarında mövcud olan təcnislər arasında cığalı təcnis nümunələri yoxdur.

Çünki şifahi poeziyada yaranan şeirlər daha işləkdir. O aşığın ki, ifaçılığında kök və pərdələrin əlaqəsi yaranır, şeirlə musiqi melo­diyası arasında da vəhdət yaranır. Qanunauyğun olaraq yeni şeir formaları yeni musiqi melo­diyalarının yaranmasına səbəb olur.

Yazılı poeziyadakı təcnis şeirləri nadir hallarda saza gəlir, həmin şeirləri aşıqlar asan­lıqla sazın kök və pərdələrinə, eləcə də oxumaq üslubuna uyğunlaşdırmaqda çətinlik çəkirlər.

Şifahi poeziyada təcnis yaradan sənət­karlar da yazılı poeziyadakı təc­nislərə baş vurur, ondan bir qaynaq kimi istifadə edir, dənizdən, dəryadan ləli-mərcan seçən kimi cinas qafiyələr tapıb mənimsəyirlər. Yazılı poezi­yadakı təcnislər aşıqlar üçün tükənməz bir lüğət xəzinəsidir. Bir sözlə, bu xəzinədə sözün qızıl külçəsi toplanmışdır.

XVI əsrdə Qurbani yaradıcılığında ilkin təcnis nümunəsində yaranmış şeir forması özün­dən sonrakı əsrlərdə yüksələn xətt üzrə inkişaf etmiş, ustad Aşıq Ələsgərin timsalında özünün yüksək zirvəsinə qədəm qoymuşdur.

İndi XXI əsrdə təcnis şeir janrının onlarla nümayəndəsi yetişmişdir. İndiki müstəqil dövrü­müzdə istedadlı sənətkarların yetişməsinə geniş imkan yaradılmış, onların fəaliyyəti yüksək qiymətləndirilir və inkişafına əsaslı təkan verilir.

XVII əsrdə bayatının, cinaslı bayatının, bağlama bayatının əvəz olunmaz yaradıcısı olan Sarı Aşığın da onlarla davamçısı meydana çıx­mışdır. Məhəmməd bəy Aşiq, Qasım bəy Zakir, Aşıq Pəri, Aşıq Bəsti, Aşıq Həmayıl eyni cinaslı bayatılar yaratmışdılar ki, hər birisi sənət incisidir.

İstər şifahi aşıq poeziyasında, istərsə də yazılı poeziyada cinas bayatılar ayrıca müstəqil janr olaraq öz yolunu davam etdirmiş, yeddi he­calı şeir forması kimi öz müstəqilliyini, müstəqil inkişaf yolunu qorumuşdur.

Eləcə də, on bir hecalı qoşma ölçüsündə olan təcnislər müstəqil öz inkişaf yolunu davam etdirmişdir. Fərqli şəkldə, nadir hallarda divani şəklində gəraylı şeir formasında da təcnislərə rast gəlinsə də onlar müstəsnalıq təşkil edir. Təcnislər əsasən on bir heca ölçüsündə olur, onun cığalı və cığasız formaları da mövcuddur.

Cığalı bayatılarda, bayatı bağlamalarda cinaslardan istifadə olunur. Eləcə də, təcnislərdə cinaslardan istifadə olunur. Başqa formada desək cinas onların “inşaat” materiallarıdır.

Lakin cinas bayatı binaları ilə təcnis binaları arasında fərq çox böyükdür. Daha doğrusu onlar bənzərsiz müs­təqil şeir formalarıdır, müstəqil şeir janrlarıdır”.

Görkəmli folkorşünas, filologiya elmləri doktoru, mahir pedaqoq və tədqiqatçı, professor Sədnik Paşa Pirsultanlının 2010-cu ildə yüz əlli beş səhifədən ibarət çap etdirdiyi “Azərbaycan aşıq poeziyasında və yazılı poeziyada təcnisin inkişaf tarixi” adlı tədqiqat monoqrafiyasında istedadlı alim, mahir müəllim, Sədnik Paşa Pir­sul­tanlının elmi-nəzəri ideyası ətraflı bədii ifa­dəsini tapır və oxuculara təlim-tərbiyəvi, bədii-estetik, yüksək əxlaqi key­fiyyətlər, və­tən­pər­vərlik, əməksevərlik duy­ğuları aşılayır, həm də müəllifə ümumxalq məhəbbəti qazandırır.

Professor Sədnik Paşa Pirsultanlının Azər­baycan aşıq poeziyasında və yazılı poeziyada təcnislərin inkişafı tarixi haqqında faydalı ideyası çox səmərəli olmuş, bu sahədə qiymətli əsərlər yazmışdır.

Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının Azərbaycan aşıq poeziyasında və yazılı poeziyada təcnisin inkişaf tarixi haq­qında apardığı səmərəli axtarışlar və yazdığı tədqiqat əsərləri onun elmi-nəzəri ideyasının zənginliyini, səmərəli və faydalı olduğunu təsdiqləyir.



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin