Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu il tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix01.04.2017
ölçüsü2,24 Mb.
#13184
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22
______________Milli Kitabxana_____________ 

 42


Lakin ehramlar yalnız Misir hökmdarları - fironlar və 

əyanlar üçün tikilirdi. Ancaq Misir kahinlərinin dini təliminə görə 

təkcə hökmdarlar və  əyanlar deyil, hər bir adam əbədi həyat 

qüvvəsi olan «Ka»- ya malik idi. Bunun üçün dəfn adətinə ciddi 

əməl olunmalı idi. Bütün bunlara baxmayaraq mərhumun 

mumiyasının düzəldilməsi baha başa gəldiyinə görə kasıb 

adamların cəsədləri sadəcə olaraq həsirə bükülür, qəbiristanlığın 

kənarındakı yarğanlarda basdırılırdı. Ehramlar qədim Misirdə 

adamların bərabərsizliyinin əyani sübutu kimi zəmanəmizə qədər 

gəlib çatmışdır.  

E.ə. III-II minilliklərdə ehramlar və allahlar üçün məbədlər 

tikilməyə başlanmışdır. Ehram tikintiləri xalqa çox ağır başa 

gəlirdi. Ən qədim Misir ehramı firon Coserin şərəfinə tikilmişdir. 

Bu tikili 5 min il bundan əvvəl tikilmişdir. Lakin ən məşhur və 

nəhəng ehram Xeopsun şərəfinə ucaldılan ehramdır, 20 ilə 100 

minlərlə adamın əməyi ilə tikilmiş ehramın hündürlüyü 147 metr 

(hazırda 137 metr), meydanı 55000 m

2

-dir. Ehram tikintisində 



işlədilən daşların hər birinin çəkisi 2-3 tondur. Alimlərin 

hesablamasına görə bu tikilidə 2.300000 ədəd həmin çəkidə 

daşlardan istifadə olunmuşdur. Sonralar, yəni 2 min il bundan 

əvvəl ehramları daşdan yox, kərpicdən tikməyə başladılar. Bu isə 

nisbətən ucuz başa gəlirdi. 

E.ə. I minilliyin əvvəlində ehram tikintisi dayandırılmışdır. 

Fironların qəbri gözdən-könüldən uzaq yerlərdə gizlədilirdi. Lakin 

ehram kimi bu gizli yerləri də çapıb talayırdılar. Fironların 

qəbirləri Qədim Misir tarixinin bütün dövrlərində talanmışdır. 

Qədim misirlilərin öz hökmdarlarını ilahiləşdirib ondan 

qorxmalarına baxmayaraq qəbirlərin talan edilməsi zaman-zaman 

davam etdirilmişdir. 

Fiva Misir padşahlığının yeni paytaxtı olarkən, artıq Misir 

öz inkişafının zirvəsinə çatmışdı. Qüdrətli hökmranlığı dövründə 

Misirdə elm və  mədəniyyət inkişaf etməyə başlamışdı.  İşarə-

şəkillər-heroqliflər yarandı. Papiruslarda yazılar yazılırdı. O 

vaxtdan bir şer Misirdə kitaba yüksək qiymət verildiyini sübut 

edirdi: 


Müdrik mirzələr 

______________Milli Kitabxana_____________ 

 43


Özlərinə ehram tikmirdilər. 

Tunc baş daşı da qoymurdular, 

Onların ehramı kitablar idi 

Onların övladı qamış qələm idi. 

Buna görə də kitabda yazılan 

Haqqında xatirə əbədidir. 

Qədim dünyanın digər xalqları kimi, qədim misirlilər də 

inanırdılar ki, təbiəti və insanların həyatını allahlar idarə edir. 

Misirlilər allahları adətən insan, lakin heyvan başlı insan şəklində 

təsəvvürlərinə  gətirirdilər. Bu cür təsəvvürlərin ovçuluq 

dövrlərindən qalması  şübhəsizdir. Qədim misirlilərdə axirət 

dünyasına inam mühüm yer tutduğundan meyitləri mumiyalamaq 

geniş yayılmışdı. Misirlilərə görə, axirət səltənətində  hər  şey 

boldur. Lakin hər bir adamın ruhu bu səltənətə getmir. Ölənlərin 

ruhunu Oziris mühakimə edir. O, allahın iradəsi  əleyhinə 

gedənlərə qarşı çox böyük amansızlıq göstərir. Elələrinin ruhunu 

müdhiş, yırtıcı heyvanlar yeyir. Qədim Misirdə fironlar 

ilahiləşdirilirdi. Ona görə  də  qədim dini kitabədə yazılırdı: 

«Allahlar itaət edənləri sevir, itaət etməyənlərə isə nifrət edir». Bu 

ölkədə din fironlara danışıqsız itaət etməyi tələb edirdi. Əmri 

pozanlar isə quraqlıq, taun xəstəliyi, düşmənlərin hücumları ilə, 

öləndən sonra isə Oziris mühakiməsi ilə hədələnirdi. 

Qədim insanlara elə  gəlirdi ki, fironların ixtiyarında olan 

qeyri-məhdud hakimiyyəti insanlar yox, allahlar müəyyən 

etmişlər. Təsadüfi deyildir ki, fironu «allahın oğlu» və «böyük 

allah» adlandırırdılar. Misirdə allahlara dualarla müraciət edir, 

onlara qurban verirdilər. Məbədlər allahların evləri hesab 

olunurdu. Orada allahların bütləri qoyulurdu. Məbədlərdə 

«allahların xidmətçiləri» - kahinlər olurdular. Hesab edilirdi ki, 

kahinlər allahları yedizdirirdilər-onlar bütlərin qabağına yemək 

qoyurdular. Qırğı baş olan Günəş allahı Ra, allahların padşahı hər 

gün qızıl qayıqda göydə gəzir və qərbdə yerə enir. Uzaq cənubda 

Nil allahı ilanların qoruduğu mağarada küpələrdən su tökür. Nə 

qədər su tökəcəyi onun iradəsindən asılıdır. Bunlardan əlavə 

vəbanı göndərən aslan başlı  qəzəbli müharibə ilahəsi də olduqca 

təhlükəli idi. 



______________Milli Kitabxana_____________ 

 44


Nil çayı misirlilər üçün həyat demək idi. Təsadüfi deyildir 

ki, qədim bədii yaradıcılıqda, həm də digər sahələrdə, o cümlədən 

xüsusilə poeziya və mifologiyada Nilin tərənnümü mühüm yer 

tutur. 


Məsələn, Nil çayını  tərənnüm edən himndən bir parça 

verməklə görərik ki, misirlilər Nili canlı varlıq və allah hesab 

edirdilər: 

Misir torpağına həyat gətirən 

Nil çayı daim yaşa, var ol sən, 

Sən bir az geciksən tükənər həyat, 

Əgər qəzəblənib çıxsan özündən. 

Şən yaxşı gələndə şənlənir həyat  

Ölkə fərəhlənər, ölkə şad olar.  

Alqış deyər gənclər, körpələr sənə,  

Düşürlər sənin şad qədəmlərinə. 

Misirlilərin etiqadına görə, ruh heykəldə yaşaya bilərdi. 

Öləni  əzəmətli pozada təsvir edirdilər. O, həyatda kimi idisə, 

ölümündən sonra da həmin adam, yəni firon və ya əyan olaraq 

qalmalı idi. 

Misirin tarixi, mədəniyyəti, incəsənəti, özünü bu və ya digər 

şəkildə Misir mifologiyasında göstərmişdir. Günəş allahı eləcə də 

insanların və allahların padşahı Ra qocaldıqdan sonra öyrənir ki, 

Nilin yuxarı hissəsində  və  səhrada adamlar onun əleyhinə  nə isə 

fikirləşirlər. O zaman Ra kişi allahları Şu, Geb və Nunu, eləcə də 

qadın allahları Tefnut, Nut və Okonu Ranın daxil olduğu allahlar 

şurasını çağırdı. Bu şura insanlardan gizlin olaraq çağırılmışdı. 

Allahların məsləhəti ilə Ra Okonu Xatxor ilahəsi simasında 

bəşəriyyəti məhv etməyə göndərdi.  İlahə  işinin bir hissəsini 

sevinclə yerinə yetirdikdən sonra Ranın hüzuruna qayıdarkən Ra 

peşman olaraq hələ  məhv edilməyən insanların günahından 

keçməyə  qərar verdi. Onun əmri ilə gecə sahələrə  qırmızı pivə 

tökdülər. Səhər qaniçən ilahə yoluna davam edərkən pivəni gördü 

və içməyə başladı. Xatxor sərxoş oldu və adamları görə bilmədi. 

Xatxor bayramına məstedici içkilər hazırlanması adəti belə 

yaranmışdır. 

Misirdə günəş allahı kultu Şumer və Akkad mərasimlərinə 



______________Milli Kitabxana_____________ 

 45


nisbətən daha mühüm rol oynamışdır.  Şamaş  ədalət qoruyucusu 

olsa da, onun adı heç vaxt allahlar üçlüyünə daxil olmamışdı və o 

yaranma mifi ilə  əlaqədar göstərilməmişdir. Misirdə isə Ra 

ənənəyə  əsasən Misirin birinci padşahı olmuş Atum kimi 

dünyanın yaradıcısı hesab olunurdu. Heliopol şəhəri Ra kultunun 

əsas mərkəzi olmuşdur və yəqin ki, qədim padşahlıq dövründə elə 

həmin  şəhərdə Oziris kultu ilə günəş allahı kultunun birləşməsi 

baş vermişdir. 

Elə həmin zamandan başlayaraq fironların allah Ranın oğlu 

olması  mərasimi keçirilirdi. Firon Xafranın heykəlində onun 

başının qoruyucusu Qor, şahin Qor və Ranın eyniliyini və padşah 

hakimiyyətinin Ra ilə  əlaqəsini göstərir. Oziris-Qor mifologiyası 

Ra kultu ilə birlikdə fironun taxta gəlməsi və tac qoyması 

qaydasını müəyyən edirdi. III Tutmosun ölümü və II 

Amenxotepin taxta gətirilməsi belə təsvir olunurdu: 

Padşah Tutmos səmaya yollandı, 

O günəş diski ilə birləşdi. 

Allahın bədəni onun yaratdığı ilə birləşdi. 

Ertəsi gün 

Günəş şəfəq saçdı, 

Səma işıqlandı. 

Amenxotep atasının taxtına  əyləşdirildi. Ölən padşah 

Ozirisə çevrildi və sonra gətirilən mətndə o, həm də Ra ilə 

birləşdi. Məlum olur ki, Ra və Oziris haqqında miflər tamamilə 

bir-birinin içərisində  əriyərək birləşir. Doğrudur, Qədim Misirdə 

«Günəş» mifologiyasının elə elementləri vardır ki, onlar Oziris 

haqqında mifdən köklü surətdə  fərqlənir. Lakin Günəş allahı Ra 

yerdə insanlarla birlikdə olmaqdan yoruldu. Qədim allahlardan 

biri Nunu (onun adının mənası «ilkin okean» deməkdir) Raya 

məsləhət görür ki, Nut adlı inəyin çiynində otursun. Sübh 

açılarkən adamlar bir-birinə ox atmağa başlayan anda çiynində 

Ranın oturduğu inək Nut yüksəkliyə qalxıb səma oldu. Ra razı 

qaldı və arzu etdi ki, səmada yaşıllıq olsun. Yalnız bundan sonra 

«Məmnunluq sahəsi» və «Qarğı (qamış) sahəsi» meydana gəldi, 

səma gölü təsəvvürü yarandı. Sonralar həmin mifin kontekstində 

əkinçilərin ideal-axirət dünyasında  əkmək üçün torpağın olması 



______________Milli Kitabxana_____________ 

 46


ifadə edilirdi. Lakin daha yüksəklikdə inəyin başı  hərlənməyə 

başladı  və o titrədi. Bu zaman günəş allahı Ra dedi: «Əgər mən 

Xex (milyon ilahə  nəzərdə tutulurdu) olsaydım, inəyi səmada 

saxlaya bilərdim». Bu sözlərlə o 8 Xex ilahəsini yaratdı və onlar 

səma inəyinin ayaqlarını saxladılar. Nəhayət, Ra allah Şuya  əmr 

etdi ki, inəyi saxlamaq və 8 Xex ilahələrini qorumaq üçün aşağıda 

yerləşsin. 

Hekayə onu ancaq inək rəsmi önündə oxumağı  məsləhət 

verən göstərişlə başa çatır. Bunu isə yeni doğulmuş  uşağını başı 

üzərində tutmuş ata etməli idi. 

Hekayətin birinci hissəsi qədim mifoloji baxışların  əks 

edilməsi ilə əlaqədar idi. Günəş allahı Ra allahların və insanların 

padşahı rolunda ilkin allah Atumla eyniləşdirildiyindən öz 

təbiətinə görə ulu qocadır. Məlum olduğu kimi, insanların Atuma 

qarşı günah işlətməsi hələ e.ə. 2000-ci ildən xatırlanırdı. 

Günəş allahının yaranması haqqında Misirdə bir sıra 

əfsanələr mövcuddur. Onlar bəzən bir-birini tamamlayır, bəzən də 

bir-birindən köklü surətdə  fərqlənir. Onların bəzisinə görə, 

günəşin, onunla birlikdə dünyanın yaradıcısı ana ilahədir. Ana 

ilahə heç bir kişi olmadan günəş  oğlunu doğmuşdur.  İkinci 

əfsanəyə görə isə allah-ata ilk iki allahı qadınsız yarada bilmişdir. 

Əldə edilən materialların  əksəriyyətində  səma ilahəsindən 

doğulduğu qeyd olunur. O, günəşi tək doğur, yəni burada nə kişi 

allah, nə  də heyvan iştirak etmir. O, bəzən qadın, bəzən inək 

obrazında təzahür edir. Hər gün sübhdən işıqlı disk onun 

bətnindən çıxır, axşamlar o günəşi təzədən udur ki, səhər onu 

yenidən doğsun. 

Bütün ibtidai cəmiyyətlərdə olduğu kimi Qədim Misirdə də 

uşağın doğulması haqqında aydın təsəvvür yox idi. Yeni tarixə 

qədərki Misirdə  uşağın doğulması bu və ya digər predmetin 

udulması ilə  əlaqələndirilirdi. Misir folkloru belə baxışlar 

haqqında geniş  məlumat verir. Misirdə «uşağa qalmaq» «nə isə 

udmaq» kimi başa düşülürdü. Bu barədə fikir Ehram mətnlərində 

və dini mərasimlərdə uzun müddət yaşamışdır. 

«Udmaq» mövzusu matriarxat xarakter daşıyırdı. Qədim 

Misirdə ana-allahlar mühüm rol oynayırdı.  



______________Milli Kitabxana_____________ 

 47


Əsrlər keçdikcə dünyanın yaranması və allahların yaranması 

haqqında təsəvvürlər də  zənginləşmişdir. Müxtəlif sahələrdə öz 

funksiyalarını yerinə yetirən allahlar xarakterinə görə insanlara da 

bənzəyirdilər. 

Öz təbiətinə görə yumşaq olan Xatxor inək şəklində təzahür 

edəndən sonra qaniçən Okoya çevrilir. Bəlkə  də bunlar Xatxor 

bayramında artıq içib sərxoş olmamaq üçün uydurulmuşdur. 

Xatxonrun rolunu məhəbbət hamisi kimi təhlil etməyə meyl də 

mövcud idi. 

Mifin ikinci hissəsi Ranın bəşəriyyətdən yorulması motivi 

ilə əlaqədardır. Ra inəyin çiynində oturduğu halda olsa da, özünün 

iki qayığı ilə üzdüyü şəkildə  təsvir olunmuşdur. Bu kosmoqonik 

nəqletmə  səmanın yaranmasını izah edir. Bundan əlavə  səma 

sahələrinin və inəyin ayaqlarmı tutan 8 ilahənin mövcudluğu söz 

oyunu kimi də  təsvir olunur. Misir mifologiyasında söz oyunu 

geniş yer almışdı. Söz oyunu himnlərdə  və  mərasimlərdə 

yaradılırdı. Hər  şeydən  əvvəl, səma inəyi və yaxud bəzi 

mənbələrdə qeyd edildiyi kimi, inək-səma haqqındakı təsəvvürlər 

tarixəqədərki dövrə gedib çıxır. Qədim mətnlərə  əsasən inəyin 

hüdudsuz okeandan qalxaraq səmaya çevrilməsi barədə 

təsəvvürlər həmin mifə qədər mövcud olmuşdur. İkincisi, günəşin 

il qayığının səmanı  su  kimi  ifadə edən konsepsiyaya görə, səma 

həm gecə, həm gündüz qayıqlarında üzməkdədir. Həmin səma 

suları yer okeanlarına müvafiqdir. Təəccüblü deyildir ki, səma 

inəyi də yer inəyinə oxşayır. Bu sular Nilə bənzəmir, çünki qədim 

misirlilər bilirdilər ki, Nil cənubdan  şimala axır. Günəş isə 

Şərqdən Qərbə  hərəkət edirdi. Üçüncüsü, öz qızı Nutu səmaya 

qardaşı  və  əri Kebinyerin üzərinə qaldıran allah-kişi inəyin 

qarnından tutmuşdur. Nutun onu qaldıran allahların qayıqlarını 

apardığını, sonra onların duzlara çevrildiyi haqqında təsəvvürlər 

hələ çox qədimlərdən məlum idi. Allahların, ulduzların və günəş 

allahının qayıqlarda üzməsi haqqında təsəvvürlərin  əsası var idi. 

Qayıq Nil çayında təbii və rahat nəqliyyat növü idi. Geniş 

yayılmış əks olunan səma haqqında dördüncü konsepsiya nisbətən 

rasionalist xarakter daşıyır. Səma allahlar tərəfindən qorunan və 

dörd dayaqla saxlanılan üst qatdır.  İnəyin dörd ayağı burada 



______________Milli Kitabxana_____________ 

 48


səmanın dörd dayağını əvəz edib. Dayaqları qoruyan 8 Xex ilahə 

dünyanın dörd tərəfini təmsil edən allahlar cərgəsinə daxildir. 

Dünyanın dörd tərəfinin göstəricisi olan say-rəqəm misirlilərdə 

həmişə müqəddəs olmuşdur. 

Misirlilərin səma haqqında dörd müxtəlif təsəvvürləri 

olmuşdur. İnək, okean, qadın Nut və yerin üstü səma həmin dörd 

rəqəminə daxildir. 

Qədim Misir miflərində dünyanın və insanların yaradılması 

əfsanələri mühüm yer tutur. İlk baxışda bu əfsanələr özlərinin 

ziddiyyətli rəngarəngliyi ilə adamları çaş-baş sala bilər. 

Allahların, insanların və kainatın yaradıcısı rolunda gah 

heyvanlar, gah allahlar, gah da ilahələr çıxış edir. Bir əfsanəyə 

görə Günəş  səma inəyindən doğulur, digərinə görə bitkilərdən, 

üçüncü qrupa görə isə qaz yumurtasından doğulur. Yaradılma 

üsulu və yaradıcılar da müxtəlif olur. Bütün miflər üçün ümumi 

olan cəhət budur ki, ibtidai xaosdan bu və ya digər allahlar 

meydana gələrək bu və ya digər şəkildə dünyanı yaradırlar.  

Dünyanın yaranması haqqında miflərin əksəriyyəti ən qədim 

zamanlarda qəbilə-tayfa münasibətlərinin hökm sürdüyü Nil 

vadisində yaranmışdır. Sonralar isə ictimai münasibətlərin inkişaf 

etməsi, qədim misirlilərin dünyanı anlama üsullarının 

təkmilləşməsi ilə  əlaqədar olaraq həmin miflər də bir sıra köklü 

dəyişikliklərə uğramışdır. Nəticədə dünyanın yaranması haqqında 

mif bir növ «işlənmiş»  şəkildə  gəlib çatmışdır. Dünyanın 

yaranması haqqında miflərin  əksəriyyəti bizə tam şəkildə  gəlib 

çatmamışdır. Misir mifləri zəngin olduğu qədər, həm mürəkkəb, 

həm də ziddiyyətli xarakterdədir. 

Səma-inək haqqında mifə əsaslanaraq Misir mifologiyasının 

xarakteri haqqında bəzi fikirlər demək mümkündür. Hər bir hadisə 

üçün çoxsaylı mifoloji müddəalar mövcud ola bilər. Mifoloji 

müddəalara münasibətdə  səxavətlilik Misir üçün səciyyəvi bir 

haldır. Ehkamlar olmadığından təriqətlər haqqında da təsəvvürlər 

olmamışdır. Dini dözülməzlik və fanatizm yalnız ölkənin 

tənəzzülə uğradığı dövrlərdə təzahür etmişdir. Fanatizm yalnız II 

minillikdə, təqribən e.ə. 1370-ci ildə Ehnatonun Misir dinini zorla 

mifologiyadan azad etmək cəhdi zamanı meydana çıxmışdır. 



______________Milli Kitabxana_____________ 

 49


Ehnatona qədər magiya və fetişizm daha geniş yayılmışdı. 

Misirlilər özləri üçün insana adi görünən anlayışlarla 

obrazları, hadisələri, obrazlar qrupunu, yaxud bir sıra hadisələri 

izah etməyə  cəhd edirdilər. Onlara görə  həmin hadisə, obraz və 

anlayışlar «allahlar dünyasına» mənsub idi. «Allahlar dünyası» 

ifadəsi mövcud olan kimi təsəvvür edilməsinə baxmayaraq 

bilavasitə insan əqli və hissi ilə əldə edilə bilməyən nə varsa, onu 

özünə daxil edir, «simvol» vasitəsilə ifadə edilirdi. «Simvol» 

insanın allahlar dünyasındakı  bəzi ünsürləri bəşəri kateqoriyalar, 

daha dəqiq desək, məntiq və hissi qavrayış kateqoriyaları ilə 

vermək cəhdidir. Doğrudur, elə  də olur ki, onların  əksəriyyətini 

təbiət qanunları ilə uyğunlaşdırmaq o qədər də zəruri olmur. Hələ 

e.ə. III minillikdə Misirin müdrik adamları bu barədə özlərinə 

həmin məsələni aydınlaşdıraraq qeyd edirdilər ki, simvolu onun 

əks etdirdiyi predmetin əsli kimi qəbul etmək olmaz. Bu mənada 

Misir simvolu ya predmet forması, ya hərəkət, ya da söz forması 

kimi qəbul edilə bilərdi. Həmin dövrdə  hər bir simvol mifoloji 

anlayış olmadığı halda, hər bir mifoloji anlayış allahlar dünyasının 

predmetinin simvolik inikası idi. Şübhəsiz, zəka simvolun 

həqiqiliyini yoxlamaq imkanına malik deyildi. Mifoloji anlayış 

yalnız o halda həqiqidir ki, o allahlar dünyasının hər hansı bir 

hadisəsini insana aydın ola bilən kateqoriyalarla ifadə edə bilirdi 

və insan tərəfindən etiqad kimi qəbul olunurdu. 

Misir mifologiyası bütün mifoloji anlayışların cəmidir. 

«Mif» ifadəsini Misir mifologiyasının müəyyən tərkib hissəsini 

göstərmək üçün istifadə etmək olar. «Misir dini» bu mənada 

qədim misirlilərin mifoloji anlayışlardan ümumi istifadəyə sakit 

razılıq verməsinin təzahürüdür. «Misir teologiyası» bu mənada 

Misir teoloqları tərəfindən mifologiyanın konstruktiv və şərhçilik 

aspektlərindən təfsiridir. 

Misir kahinləri öz təbliğatlarında miflərdən geniş  şəkildə 

istifadə edirdilər. Çoxlarına məlum olan miflər qədim dini 

himnlərdə  təkrar olunurdu. Amon-Ra allahların, insanların, 

heyvanların və bitkilərin yaradıcısı kimi tərənnüm edilirdi. Onun 

əbədi düşməni olan əjdaha-ilan üzərində  qələbəsi qeyd edilirdi. 

Həmin təbliğatda yaradıcı allah kimsəsizlərin və  əzabkeşlərin 



______________Milli Kitabxana_____________ 

 50


müdafiəçisi kimi göstərilirdi. Digər tərəfdən, müxtəlif dini-fəlsəfi 

sistemlərin inkişafı ilə əlaqədar olaraq Misir dini mətnlərində daha 

tez-tez dünyanın yaradıcısı-allahın  əsas cizgiləri-əbədiliyi, hər 

şeyə qadirliyi tərənnüm edilirdi. Allah biliklərin hakimi və bütün 

kəşflərin səbəbkarı elan olunurdu. Sonralar bunun inkişafı yalnız 

kahin mühiti ilə  məhdudlaşır, dini-fəlsəfi təlimlərin mücərrəd 

ilahiyyatçı quramaları ilə  təsvir olunurdu. Mətnlər allahların 

surətləri və epitetləri ilə doldurulur, onlar bir sıra predmet, hadisə 

və anlayışlarla səsləşir. Bu mətnlər isə sonralar müxtəlif ibadət və 

mürəkkəb mərasimlərin geni yayılmasına güclü zəmin olurdu. 

Sonrakı dini-fəlsəfi traktatlar, mərasim nəğmələri və dünyanın 

yaranması haqqında Misir təsəvvürləri Ellin və Roma dövrünə 

qədər yaşayaraq, Misirin hüdudlarından kənara çıxır. 

Misir mifoloji anlayışları sözlərdə (himnlər, dualar, 

hekayələr, ayin mətnləri), hərəkətlərdə (dramatik tamaşalar, 

ayinlər və s. mərasimlər), predmetlərdə  və  rəsmlərdə,  şəkillərdə 

(təsvirlər, bitkilər və göy cisimləri), yaxud canlı varlıqlarda 

(padşah və heyvanlar) ifadə oluna bilərdi. Bu ifadələrdən hər biri 

mənəvi təcrübəni təmsil edir, yaddaşda bir sıra dini əhval-ruhiyyə 

yaradırdı.  Əksər mifoloji anlayışları bu müxtəlif ifadə 

formalarında hiss olaraq qavramaq olar. 

Oziris və Xor haqqında mif padşahların dəfn mərasimlərini 

təsvir edir. Bu mif olmuş hadisələr haqqında bir hekayə 

formasında hələ II minilliyin əvvəllərində  əzbər  şəkildə dildən-

dilə, eldən-elə keçmişdi. 

Misir mifologiyasının xarakterik cəhətlərindən biri müxtəlif 

tipli təsəvvürlərin bədii  şəkildə birləşdirilməsidir. Səma inəyi 

haqqında mif kosmik, kosmoqonik hadisə, yaxud dini adət kimi 

təsvir olunur,  ondan sehrbazlıq vasitəsi kimi istifadə edilirdi. 

«Allahlar dünyası» adlandırdığımız yeganə mahiyyət eyni 

teoloqlarda müxtəlif, bir-birinə zidd anlayışlarla ifadə oluna 

bilərdi. Hər hansı ilahi qüvvə, yaxud allah çox asanlıqla digəri ilə 

eyniləşdirilə bilərdi. Səma inəyi haqqında hekayədə Ra bir yerdə 

Atum kimi, digər yerdə isə günəş diski kimi çıxış edir. Oko digər 

şəraitdə ilanla eyniləşdirilir. Ureyem Xatxor kimi çıxış edir. 

Xatxor inəyə xas olan yumşaq təbiətdən fərqli olaraq amansız 



______________Milli Kitabxana_____________ 

 51


kimi təqdim olunur. Bu isə Misir mifologiyasının əsas prinsipini-

eyni zamanda dəyişmək,  ənənəni saxlamaq meylini bir daha əks 

etdirir. Misir dininin dəyişkən forması  və azad ruhu 

mühafizəkarlıqla bərabərləşdirilir. Beləki, nə vaxt isə lazım olan 

mifoloji konsepsiyalar faktiki olaraq heç vaxt atılmırdı. Bu 

səbəbdən Misir mifologiyasının mühafizəkar xüsusiyyəti e.ə. XIX 

əsrdə Misir dinini parçalamaqdan xilas etmiş, Misir dininin 

daimiliyini və uzunmüddətli mövcudluğunu təmin etmişdir. 

Misir və  Şumer mifologiyaları arasında məlum oxşarlığı 

inkar etmək qeyri-mümkündür. Lakin onların fərqi daha çox 

nəzərə çarpır. Bu iki sivilizasiyanı yaradan mühitlərin oxşarlığı da  

hər iki mifologiyanın oxşarlığında mühüm rol oynamışdır. Hər iki 

ölkə çay vadilərində yerləşirdi ki, bu da şübhəsiz, onların 

əhalisinin həyat tərzinə həlledici təsir göstərmişdir. Lakin Nil çayı 

ilə  Dəclə  və  Fərat çayları arasında fərq çoxdur. Nil Misiri iki 

hissəyə - düzənliyə və deltaya bölür. Fransız alimi More demişdir: 

«Təbiət Aralıq dənizi Misirini və Afrika Misirini belə yaratmışdır. 

Misirlilərin çox vaxt xüsusi vurğuladığı bu «iki torpaq» arasındakı 

fərq ölkənin mifoloji və bəşəri tarixinə əhəmiyyətli dərəcədə təsir 

göstərmək üçün kifayət qədər böyükdür». 

Qədim Misir yazısı e.ə. IV minilliyin sonunda meydana 

gəlmişdi. Bu yazı sisteminin ilkin nümunələri artıq Erkən səltənət 

dövründə  tətbiq olunurdu. İlk Misir yazı növü piktoqrafiya, yəni 

şəkli yazı adlandırılır.  Ən qədim Misir yazısı sadə naxış  və 

müxtəlif anlayışları bildirən  şəkillərdən ibarət olmuşdur.  Şəkli 

işarələr vasitəsilə ayrı-ayrı sözlərin, anlayış  və  məfhumların 

mənası verilirdi. Ay, günəş, ev, su və s. müvafiq oxşar şəkillərlə 

ifadə olunurdu. 

Misir təsərrüfatı genişləndikcə, dövlət idarə sistemi 

mürəkkəbləşdikcə yazı gündəlik həyatda tez-tez tətbiq olunmağa 

başladı. Bu, şəkli yazıların sadələşdirilməsinə  gətirib çıxartdı. 

İşarələr artıq əvvəlki mənası ilə yanaşı səs birləşmələrini, hecaları 

bildirməyə başladı. Məsələn, "ulduz" işarəsi oba kimi tələffüz 

olunurdu, o eyni zamanda heca kimi də işlədilirdi. Yaxud "kanal" 

işarəsi  mer kimi səslənirdi,  mer eyni zamanda hecanı bildirirdi. 

Heca bildirən işarələr vasitəsilə cümlələr tərtib olunurdu. Bunun 



______________Milli Kitabxana_____________ 

 52


nəticəsində müxtəlif anlayışları  və hadisələri ifadə etmək imkanı 

yaranırdı. Bu yazı işarələri hələ qədimdə heroqlif, yəni "müqəddəs 

işarələr" adlandırılmışdı. İlk zamanlar heroqliflərin sayı çox imiş. 

Ən çox işlədilən işarələrin sayı yeddi yüzə çatırdı. Adətən 

heroqliflər daş, ağac, dəri üzərində yazılırdı. Belə hallarda 

heroqliflərin  şəkli dəyişilmirdi. Qədim misirlilər eyni zamanda, 

bitkisinin gövdəsini lazım olan ölçüdə doğrayır, sonra özəyini 

uzununa çox nazik təbəqəyə ayırıb, xüsusi üsulla bir-birinə 

yapışdıraraq "kağız" kimi istifadə edirdilər. Böyük mətnləri 

yazmaq üçün papirus vərəqlərini uzununa bir-birinə calayırdılar 

və lülə halında bükürdülər. Onların bəzilərinin uzunluğu qırx beş 

metrə çatırdı. Heroqliflər papirus üzərində də yazılırdı. Belə halda 

heroqliflərin ilkin şəkli xeyli dəyişilirdi. Bu yazı heroqlifikadan 

fərqli olaraq heratika adını almışdı. E.ə. VIII əsrdən etibarən yazı 

sistemində dəyişiklik baş vermişdi.  Əvvəllər ayrı yazılan işarələr 

indi bir işarədə birləşdirilirdi. Bu yazı demotika, yəni xalq yazısı 

adını daşıyırdı. Bu yazı növü dövlət idarələri,  ədəbi və dini 

mətnlərin tərtibində  işlədilirdi. Heratika vasitəsilə  təsərrüfat 

sənədləri, eləcə də ədəbi və elmi əsərlər yazılırdı. 

Misir yazı sistemində  əlifba işarələri də peyda olmuşdu. 

Bunlar 21 işarədən ibarət idi, hər birisi müəyyən samiti bildirirdi. 

Əlifba işarələri heroqliflərin ayrılmaz tərkib hissəsini təşkil edir 

və müstəqil işlənmirdi. 

Misir yazı sistemi dəyişildiyi və təkmilləşdiyi kimi onun dil 

quruluşu da minilliklər ərzində eyni şəkildə qalmırdı. Qədim, orta 

və yeni Misir dili bölgüsü təklif olunmuşdur. Erkən orta əsrlərdə 

(III-IV  əsrlər) qədim Misir dili artıq ölü dillər cərgəsinə daxil 

olmuşdu. Bu zaman gipti dili işlənirdi. VII əsrdən etibarən  ərəb 

dili yayılmağa başladı. Hal-hazırda Misirdə dörd milyon yerli 

gipti yaşayır. Onlar xristian olmaqla ərəb dilində danışır, lakin 

dini ibadətlərini gipti dilində aparır, qədim  ənənələri qoruyub 

saxlayırlar. 

Qədim misirlilərin  şifahi xalq yaradıcılığı  bədii  ədəbiyyat 

əsərlərinin əsasını təşkil edir. Ən qədim əsərlər e.ə. IV minillikdə 

yaradılmışdır. Üç min il ərzində  qədim misirlilər zəngin bədii 

ədəbiyyat, onun müxtəlif janrlarını yaratmışdılar.  Şifahi xalq 



______________Milli Kitabxana_____________ 

 53


yaradıcılığının təsiri altında nağıllar da meydana gəlmişdi. Adətən 

nağıllar əkinçi əhalinin məişətini, həyatını və dünyagörüşünü əks 

etdirirdi. Bunlardan "İki qardaş haqqında nağıl", "Cadulanmış 

şahzadə", "Düz və əyri haqqında nağıl", "Gəmi qəzasına uğramış 

barədə nağıl", "Firon Xufu və cadugərlər" və s. göstərmək olar. 

Qədim misirlilər nağıl vasitəsilə xeyirxahlığı, müdrikliyi tərənnüm 

edirdilər, sadə adamın fərasətini,  ədalətini və  cəsarətini 

açıqlayırdılar. Nağıllarda allah və fironların qüdrətinin sarsılmaz 

olması ideyası  əks olunmuşdur,  əyanların zalımlığı  və  qəddarlığı 

təsvir edilmişdir. 

Birinci nağılda əhvalat iki qardaş - Bata və Anubis ətrafında 

baş verir. Hər iki qardaş birgə işləyir, böyük qardaş Anubis, kiçik 

qardaşı Bataya atalıq edir. Bir gün çöldə  səpin üçün taxıl azlıq 

edir, Anubis Batanı evə taxıl gətirməyə göndərir. Bata evə gələndə 

Anubisin arvadı onu yoldan çıxarmağa cəhd edir, lakin Bata 

nifrətlə onu rədd edir, taxılı götürüb çölə qayıdır. Axşam Anubisin 

arvadı ərinin qulağını doldurub Bataya şər atır. Anubis qardaşını 

öldürmək niyyətinə düşür. O, pəyədə gizlənir və Batanı gözləyir. 

Bata mal-qaranı evə gətirərkən inəklərdən biri Bataya qardaşının 

niyyətini açır. Bata qaçır, Anubis onu təqib edir. Allahlar Bataya 

kömək edir, qardaşlar arasında keçilməz çay yaranır. Ertəsi gün 

Bata qardaşına günahsız olduğunu sübut edir və uzaq ölkəyə 

yaşamağa gedəcəyini bildirir. Əgər Batanın başına iş  gələrsə, 

qardaşı bunu qabdan içdiyi suyun köpüklənməsindən biləcəkdi. 

Böyük qardaş qayıdır və arvadını öldürür. 

Bata uzaq ölkədə (Sidr ağacı dərəsində) evlənir. Ovçuluqla 

məşğul olur. Arvadına tövsiyə edir ki, dəniz kənarına getməsin, 

çünki dəniz onu uda bilər. Arvad ərinin nəsihətini yaddan 

çıxararaq dəniz sahilinə gedir. Dəniz coşur və onu təqib edir. O, 

çətinliklə xilas olur, lakin onun saçından bir tük dənizə düşür və 

su onu Misir sahilinə  gətirir. Dəniz zülfünün xoş  ətir iyini firon 

Narmerə çatdırır.  Ətir iyi fironun dəniz kənarında yuyulan pal-

paltarına keçir. Firon aqilləri toplayır və xoş iyin səbəbini soruşur. 

Firona izah edirlər ki, xoş iy sidr dərəsində yaşayan ilahə qadının 

zülfündən gəlir. Firon uzaq ölkəyə qoşun göndərir, ilahə arvadı 

tapdırır. Arvad Batanın həyat sirrini onlara acır və içərisində 



______________Milli Kitabxana_____________ 

 54


Batanın canı olan sidr ağacını kəsdirir. Bata vəfat edir. 

Anubis Sidr dərəsinə  gəlir, sidr ağacının gülləri içərisində 

Batanın ürəyini tapır və onu həyata qaytarır. Hər ikisi Misirə 

qayıdır. Bata arvadını tapıb cəzalandırır, çünki o, Batanın canını 

saxlayan sidr ağacını kəsməyi məsləhət görmüşdü. Firon öləndən 

sonra Bata hökmdar olur. Nağıl xeyrin şər üzərində  qələbəsi ilə 

qurtarır. Burada ölən və dirilən allah mövzusu da öz əksini 

tapmışdır. 

"Düz və əyri barədə" nağılın da qəhrəmanları iki qardaşdır. 

Kiçik qardaş böyük qardaşın paxıllığını çəkir. Qardaşlar arasında 

mübahisə başlayır. Kiçik qardaş  şərt kəsir ki, əgər mübahisəni 

udsa, böyük qardaşın gözlərini çıxaracaqdır. Kiçik qardaş 

mübahisəni udur, qardaşının gözlərini çıxarır və  əmlakına sahib 

olur. Bir müddət sonra qardaşının iki quluna əmr edir ki, koru 

aparıb öldürsünlər. Onu səhraya aparırlar. Yazıqları  gəlir, orada 

qoyub qayıdırlar. Bir neçə ovçu nnu səhrada görür, evdə  həmin 

korun gözəlliyi barədə bacılarına danışırlar. Bacı koru görmək 

istəyir, onu gətirirlər. Qız ona vurulur. Onu dalandar vəzifəsinə 

təyin edir. Sonra gizlicə ona arvad olur. Onların oğlu olur, 

böyüyür. Yoldaşlarından müdrikliyi və biliyi ilə  fərqlənir. 

Yaşıdları onun paxıllığını  çəkirlər. Sataşmaq məqsədilə onun 

atasının kim olduğunu soruşurlar. Uşaq bunu anasından bilmək 

istəyir. Oğul atasının başına gələn hadisəni öyrənir və uzun 

əhvalatlardan sonra əmisini cəzalandıraraq atasının  əmlakını 

qaytarır. 

Bu nağıl mövzuları  şərq xalqları  ədəbiyyatında indi də 

yaşayır. Qədim Misir nağılları "Min bir gecə" nağıl silsiləsinin 

yaranmasına təsir göstərmişdi. 

Qədim misirlilər təbiətdə  və insan həyatında baş verən 

hadisələri dini ideologiya əsasında izah edirdilər. Bunların 

içərisində "Osiris haqqında"  əfsanə geniş yayılmışdı. Osiris ölən 

və dirilən təbiət allahı hesab olunurdu. Qardaşı Set onu 

qəddarcasına öldürür. Osirisin arvadı  İsida və bacısı Neftida 

allahlardan kömək diləyirlər, Osirisi tapıb dirildirlər. İsidanın oğlu 

olur. Adını Qor qoyurlar. Qor Setdən atasının intiqamını alır, 

allahlar hakimiyyəti ona verirlər. 



______________Milli Kitabxana_____________ 

 55


Misirdə  də dünyanın  əmələ  gəlməsi haqda əfsanə vardı. 

Günəş allahı Ra dünyanı xəlq edən hesab edilirdi. O, səmanı, yeri, 

bitkiləri, heyvanları, quş  və balıqları sudan yaratmışdı. Bu 

təsəvvürlərin bəziləri qədim yəhudilərin dini dünyagörüşünə  də 

təsir göstərmişdi. 

Misirin qonşu ölkələr ilə iqtisadi və  mədəni  əlaqələri bədii 

ədəbiyyatın yeni janrında - səyahətlərin təsvirində öz əksini 

tapmışdı. Bu səpkidən “Gəmi qəzasına uğramış barədə nağıl” 

rəvayətini misal göstərmək olar. Firon öz məmurunu Punta 

göndərir. Gəmi qəzaya uğrayır və  dənizçi sirli adaya düşür. 

Adanın hökmdarı xeyirxah ilan surətində ona qonaqpərvərlik 

göstərir, var-dövlətindən ona hədiyyələr verir, Misirə yola salır. 

“Misirli Sinuxet haqqında” hekayətdə qorxusundan 

Suriyaya qaçmış adlı-sanlı saray əyanından bəhs edilir. Əsərdə 

Sinuxetin yolda çəkdiyi 

əzab-əziyyətdən, Suriyada 

varlanmasından, vətən həsrətindən  əzab çəkməsindən danışılır. 

Uzun müddət Suriyada yüksək vəzifə tutmasına və yaşamasına 

baxmayaraq, Sinuxet vətən həsrəti ilə yanırdı, doğma yurduna 

qayıtmağa fürsət axtarırdı. Sonralar yeni fironun dəvəti ilə o, 

Misirə qayıdır. 

Nəsihət xüsusiyyətli  əsərlər  əsasən Orta və Yeni səltənət 

dövründə yaranır. Nəsihətlər mövcud olan dövlət və ictimai 

quruluşu müdafiə edirdi. Burada sosial ziddiyyətlər, aşağı 

təbəqələrə münasibət, dövlət idarəetmə qaydaları, mirzəlik 

sənətinin üstünlüyü, xalq üsyanlarının acı  nəticələri və s. əks 

olunmuşdur. Nəsihət səpkili  əsərlərdən "Ptaxotepin nəsihəti", 

"Herakliopol hökmdarı Axtoyun oğlu Merikara nəsihəti", "I 

Amenexetin nəsihəti", "Duauf oğlu Axtoyun nəsihəti", "İpuserin 

nəsihəti", "Nefertitinin nəsihəti"ni göstərmək olar. 

Axtoyun oğlu Merikara nəsihəti aşağı təbəqələrə, yoxsullara 

və onların sırasından çıxan fərasətli və müdrik adamlara 

münasibət qaydasından bəhs edir. Hökmdar belə adamlardan uzaq 

olmağı, fərasətliləri  əzməyi oğluna tövsiyə edir. Burada dövlətin 

idarə olunması qaydaları da əks olunmuşdur. Duauf oğlu Axtoyun 

nəsihətində bir çox peşələrin ağır zəhmət tələb etməsi sadalanır və 

mirzəlik peşəsinin daha üstün və  şərəfli olması qeyd olunur. 


______________Milli Kitabxana_____________ 

 56


"Ptaxotepin nəsihəti"  əsərində  əxlaq qaydalarından, yaxşı 

davranışdan bəhs edilir, "xırda adamı" öz taleyi ilə razılaşmağa 

çağırır. Onu inandırmağa çalışır ki, allah ancaq adlı-sanlı adamı 

yüksəldir. Bu nəsihətə görə, xırda adamlar itaətkar olmalı, öz 

ictimai mənşəyini heç zaman yaddan çıxarmamalı, vəzifəli 

adamlara itaət etməlidirlər. Nəsihət mövcud olan quruluşun 

möhkəmləndirilməsini tövsiyə edir. 

"İpuserin kəlamı" və "Nefertitinin nəsihətləri" yoxsulların 

və qulların Orta səltənətin sonunda baş vermiş üsyanını  bədii 

şəkildə şərh edir. 

"Natiq kəndli" hekayəti kəndlinin  əmlakının (iki eşşəyinin) 

əlindən alınmasından, onun şikayətindən, saraya gəlməsindən, 

hökmdarı öz natiqliyi ilə valeh etməsindən danışır. 

"Miskin adamın öz ruhu ilə söhbəti" hekayəti dialoq 

şəklində verilmiş və burada mövcud olan həyat qaydalarına etiraz 

əks olunmuşdur. Əsərdə miskin adamın bədbinliyi, əzab-əziyyətli 

həyatı, ölüm arzusu ilə yaşaması  təsvir olunur. Əsərdə axirət 

dünyasının və  əbədi həyatın olmasına  şübhə ilə yanaşılır, dini 

dünyagörüşləri şübhə altına alınır. 

Sinfi cəmiyyətdə incəsənət firon hakimiyyətinin 

möhkəmləndirilməsinə xidmət edirdi. 

Qədim Misir memarlığı dini ibadətin güclü təsiri altında 

olmuşdu. Məhz buna görə allahların və ilahi mənşəli hesab edilən 

fironun  şərəfinə  əzəmətli məbədlər, saraylar, ehram və heykəllər 

yaradılırdı. Artıq qədim səltənət dövründə Misir memarlığını 

fərqləndirən  əzəmətlilik  əlaməti meydana gəlmişdi. Firon 

ehramları buna misal ola bilər. 

Ehramın ən qədim nümunəsi Sakkarada təmsil olunmuşdur. 

Firon Coserin şərəfinə burada pilləli ehram tikilmişdi. IV sülalə 

fironları Xufu,  Menkaura, Xafra əzəmətli ehramlar tikdirmişdilər. 

Ehramın yanında, sonralar isə (XVIII sülalə dövründən etibarən) 

kənarda axirət məbədləri (axirət dünyası ilə bağlı dini mərasimləri 

icra etmək üçün) tikilirdi. Məbədlərin divarında ilahiləşdirilmiş 

fironun həyatı  və  şücaətləri təsvir olunurdu. Bundan başqa, 

misirlilərin gündəlik həyatını əks etdirən səhnələr də vardı: burada 

dalaşan qayıqçılar, işləyən sənətkarlar, dəfn mərasimində  iştirak 



______________Milli Kitabxana_____________ 

 57


edən əkinçilər, balıqçılar, çobanlar, ağı tutanlar təsvir olunmuşdu. 

Yeni Səltənət dövründə incəsənət və memarlıq yüksək 

inkişaf səviyyəsinə qalxır. Bu dövrdə qayanı  kəsib yeraltı  dəfn 

sərdabələri inşa edirdilər. I Setinin yeraltı  dəfn sərdabəsinin 

yüzlərlə otaqları vardı. Burada minlərlə heykəllər qoyulmuşdu. 

Xəzinəsində saysız-hesabsız varidat saxlanılırdı.  Ən möhtəşəm 

memarlıq dəsti Fivadakı (Karnak və Lüksorda) Amon məbədi 

hesab olunur. Məbəd dəstinin yüzdən çox otağı, geniş  həyət 

sahələri, keçidləri, nəhəng heykəlləri, sfinksləri, sütun abidələri 

varmış. Onun təkcə böyük salonu 16 cərgədə ucalan 134 sütundan 

ibarət imiş. Böyük salonun 12 mərkəz sütunu 21 m 

hündürlüyündə imiş. Salonun sahəsi 5 min m

2

-dən artıq imiş. 



Əzəmətli tikintilərdən Deyr əl-Bəhridə Xatşepsutun xeyrat 

məbədini və  Mədinət-Abuda III Ramzesin böyük məbədini 

göstərmək olar. III Ramzesin məbədi dördbucaq şəklində 

tikilmişdi. Buraya kanal çəkilmişdi. 

Qaya məbədləri əzəmətli və dəbdəbəli idi. Abu-Simbeldə II 

Ramzesin məbədi qaya içərisində inşa edilmişdi. Qayanın 

içərisində çoxlu otaq, sütun və heykəllər tapılmışdı. Firon 

sarayları burada böyük bir zövqlə tikilir, otaqlara nəfis və  zərif 

bəzəklər vurulurdu. 

Heykəltəraşlıq memarlığın mühüm sahəsini təşkil edirdi. 

Hər bir məbəd və saray ehram və sərdabə heykəllərlə dolu olurdu. 

Bunlar həm nəhəng, həm də nisbətən xırda  şəkildə yonulurdu. 

Heykəltəraşlar Misir allahlarını  və fironlarının surətini 

yaradırdılar.  Əyan və sadə adamlara həsr olunmuş heykəllər də 

düzəldilirdi. Divar təsviri geniş  təmsil olunmuşdu. Təsviri sənət 

vasitəsilə müxtəlif səhnələr  əks etdirilir, zəngin bədii surətlər 

yaradılırdı. Təsviri sənət müharibə səhnələri, firon ailəsi, əkinçilik 

və balıqçılıqla məşğul olma səhnələri, qurbankəsmə  və  dəfn 

mərasimləri, hədiyyələr gətirilməsi və ov səhnələri kimi geniş 

mövzuları əhatə edirdi. 

Dini təsəvvürlər qədim Misir cəmiyyətinin bütün 

sahələrində özünü təzahür etdirirdi, mədəniyyətin hər bir 

sahəsində müəyyən iz buraxırdı. Din qədim misirlilərin 

ideologiyasını təşkil edirdi. Dini təsəvvürlərin sadə formaları, yəni 



______________Milli Kitabxana_____________ 

 58


heyvanlara,  əşyalara və  əcdadlara ibadət Misir tarixinin bütün 

dövrlərində mövcud olmuşdur. Fetişizm (əşyalara ibadət) və 

totemizm (totem heyvanlara ibadət) sadə dini təsəvvürlər idi. 

Qədim misirlilər təbiət qüvvələrini ilahiləşdirmişdilər. Onlar 

günəşə, aya, suya, Nil çayına, vəhşi və ev heyvanlarına və s. 

sitayiş edirdilər. Misir dini sistemi tədricən yaranırdı  və Yeni 

səltənət dövründə bitkin şəklə düşmüşdü. Misirdə xeyli sayda 

allahlara ibadət olunurdu. II Ramzesin Het hökmdarı ilə 

müqaviləsində min Misir allahı  və ilahəsi  şahid kimi yad edilir. 

Bu allah və ilahələrin hamısının adları məlum deyildir. Misirin hər 

guşəsində dini ibadət mövcud idi. Allahlar haqda təsəvvürlər 

müxtəlif təbiət qüvvələrinin və ictimai hadisələrin təcəssümü kimi 

meydana gəlmişdi. Dini təsəvvürlər nəticəsində yerli, vilayət 

(nom) və ümum Misir ibadətləri möhkəmlənirdi. Adətən mərkəz 

şəhərlərin allahları bu və ya digər siyasi şəraitdən asılı olaraq 

ümum Misir allahına çevrilirdi. 

Misir panteonunda Amon allah ali mövqe tutmuşdu. O, 

allahların hökmdarı  və fironun havadarı hesab olunurdu. Onun 

məskəni Fiva şəhəri sayılırdı. Misir panteonunun nüfuzlu 

allahlarından biri Ra idi. O, Günəş allahı kimi məlum idi. Onu 

gündüz üfüqündə  səma gəmisində  təsəvvür edirdilər. Günəş 

allahına sitayiş Heliopol şəhərində yayılmışdı. Yeni Səltənətin 

əvvəlində Ra-Günəş allahı Amon allahı ilə birləşdirildi və Amon-

Ra ibadəti yarandı. Amon-Ra dünyanın yaradıcısı kimi qələmə 

verilirdi. Exnatonun dövründə Aton ("Günəş üfüqü") allahına 

sitayiş  bərqərar oldu. Memfis şəhərində allah Ptax məskən 

salmışdı. Guya Ptax allahları  və dünyanı yaratmışdı. Misir 

panteonunda Osiris, onun bacısı və arvadı İsida, oğlu Qor şərəfli 

yer tuturdular. Osiris firon hakimiyyətinin havadarı olmaqla 

yanaşı, axirət dünyasının allahı kimi təsəvvür edilirdi. O, ölən və 

dirilən təbiəti təcəssüm edirdi. Təbiətdə  qış  və yaz fəsillərinin 

gəlməsi onun adı ilə bağlanırdı. O, ər-arvad məhəbbətinin və 

analığın himayəçisi idi. 

Qor səma və  işıq allahı idi. İlk Misir fironları Qoru firon 

hakimiyyətinin havadarı kimi təsəvvür edirdilər. Qədim misirlilər 

Nil çayına sitayiş edirdilər, onu Hapi adlandırırdılar. Tot 



______________Milli Kitabxana_____________ 

 59


müdriklik və hesab allahı, Xatxor səma, məhəbbət və  şadlıq 

ilahəsi hesab edilirdi. Maat (ədalət ilahəsi), Soxmet (qüdrət 

ilahəsi) və başqaları Misir panteonuna daxil idilər. 

Misirlilər allahları müxtəlif heyvan görkəmində  təsvir 

edirdilər. Bu, ən qədim təsəvvürlərin əksi idi. Öküzə sitayiş geniş 

yayılmışdı. Allah Apis öküzü təmsil edirdi. Öküz Ptax, Osiris, Ra 

və s. allahları  əks edə bilirdi. Amona qoyun, Soxmetə  şir, Tota 

əntər, Sebekə timsah görkəmi verilirdi. Dini təsəvvürlərin 

təkmilləşməsi allahların totem ibadətini dəyişdirdi. Allahlar artıq 

heyvan, yaxud quş başlı adam görkəmində təsvir olunurdular. Ra, 

Qor  şahin başlı adam, Anum, Xnum qoyun başlı adam, ilahə 

Xatxor inək başlı adam görkəminə salınmışdı. 

Qədim Misirdə ilk allahlar haqda da təsəvvürlər müəyyən 

sistem  şəklinə salınmışdı.  Əvvəl guya qarmaqarışıq su aləmi 

olmuş və onu Nun təmsil etmişdi. Sonra Atum su aləmindən təpə 

şəklində bünövrə yaratmışdı. Sonralar Atumu Ra təmsil edirdi. 

Atum-Ra qoşa allah (hava) və arvadı Tefnutu (nəmişlik) 

törətmişdi. Yer allahı Heb və  səma ilahəsi Nut onların törəməsi 

olmaqla Osiris, İsida, Set və Neftidunu yaratmışdılar. Beləliklə, 

allahların ailəsi təsəvvürü yaradılmışdı. Nəticədə allah-ata, allah-

ana və allah-oğul dini anlayışı meydana gəlmişdi. Bu dini ehkam 

sonrakı dinlərə, xüsusilə xristianlığa təsir göstərmişdi.  

Misirin  ən qədim dövründə  əcdadlara və onunla bağlı olan 

mərhumlara ibadət mövcud idi. Misirlilərə görə ölüm insanın 

varlığını məhv etmir, onu sadəcə olaraq başqa aləmə, həyatın guya 

davam etdiyi axirət dünyasına aparır. Odur ki, misirlilər ölünü 

başqa aləmdə  əbədi həyatla təmin etməyə  cəhd edirdilər. 

Mərhumu dəriyə, həsirə, yaxud parçaya büküb basdırırdılar, 

yanına yemək, silah, heyvan və insan heykəlcikləri (uşebtu) 

qoyurdular. Qədim səltənət dövründə varlı məmurları və adlı-sanlı 

kahinləri kürsü (mastab) şəkilli sərdabələrdə dəfn edirdilər. Meyiti 

süni surətdə saxlamaq üçün onun içalatı  çıxarılırdı  və xüsusi 

qablara qoyulurdu. Meyitin bədəninə duzlu maddələr və qatranlı 

məhlullar sürtməklə mumiyalayırdılar. Meyiti (mumiyanı) bir çox 

kətan parçalara büküb dəfn edirdilər.  

Orta səltənət dövründə yeni varlı  təbəqələr yaranmışdı. 



______________Milli Kitabxana_____________ 

 60


Bununla bağlı  mərhuma ibadət nisbətən dəyişilir.  Əgər  əvvəllər 

dini-cadu xüsusiyyəti daşıyan yazılar ancaq hökmdarlar və 

əyanların sərdabəsinə  həkk olunurdusa, indi belə yazılar orta 

təbəqəyə mənsub adamların daş tabutu (sərdabə) üzərində də həkk 

olunurdu. Belə cadu xüsusiyyətli yazılar əsasında "Ölülər kitabı", 

"Dirilmə kitabı" tərtib olunmuşdu. Kitabda sehr, himn, dua və 

allah şərəfinə mədhlər vardı. Kitabın çox hissəsi cadu xüsusiyyətli 

sehrlərdən ibarətdir. Belə sehrlər guya mərhumu axirət dünyasının 

dəhşətindən qorumalı və onu o dünyanın səadəti ilə təmin etməli 

idi. Mərhum axirət dünyasının məhkəməsində Osirisin qarşısında 

hesabat verirdi. Mərhum üzərində məhkəmə qurulurdu, onun ürəyi 

çəkilirdi və 42 əsas günah şərh edilirdi. Mərhum günahsız 

olduğunu sübut etməli idi. Fironlar da axirət dünyası məhkəməsi 

qarşısında cavab verirdilər. Günah sahibi əjdahaya yem olurdu. 

Günahsız isə o dünyada əbədi həyat qazanırdı. Artıq o dövrdə 

günahsız və mömin həyat sürmüş insanların axirət dünyasında 

əbədi səadətə qovuşması barədə təsəvvür formalaşır.  

Qədim Misirdə fironun şəxsiyyəti ilahiləşdirilmişdi. 

Əvvəllər onu allah oğlu, sonra allah adlandırırdılar. Ona yer 

üzünün allahı kimi sitayiş və itaət edirdilər. Hər bir ictimai etiraz, 

hökmdara qarşı qiyam dini baxımdan cinayət hesab olunurdu. 

İncəsənətdə hökmdarın allah oğlu olması müddəası  təbliğ 

edilirdi. Məbədlərdə firona ibadət xüsusi otaqlarda keçirilirdi. 

Belə otaq "böyük ev" (pir-a) adlanırdı. Bu sözdən də "firon" 

rütbəsi yaranmışdı. XVIII sülalə dövründə "firon" anlayışı artıq 

hökmdar mənasında işlədilirdi. Otağın divarlarında fironun 

həyatını  əks edən təsvirlər həkk olunurdu. Bu təsvirlər fironun 

ilahi mənşəli olmasına dəlalət edirdi. Buna baxmayaraq firon 

hakimiyyəti dini ehkamların güclü təsiri altında olmuşdur. 

Dinin geniş təsirinə baxmayaraq, insanlarda "bilik" və onun 

əhəmiyyəti haqda təsəvvür yaranırdı.  Əsas bilik mənbəyi 

məktəblər idi. Biliklər tətbiqi xüsusiyyət daşıyırdı. Riyaziyyat 

sahəsində biliklər praktiki tələbatdan doğurdu, yer ölçənlərin və 

inşaatçıların işini yüngülləşdirməli idi. Sərdabələrdə xüsusi iplə 

torpaq ölçən adamların  şəkli çəkilirdi. Hesab və  həndəsə 

sahəsində sadə biliklərə malik idilər. Dəqiq riyazi hesablama 



______________Milli Kitabxana_____________ 

 61


nəticəsində ehram tikmək mümkün idi. Riyazi sahədə  ən böyük 

nailiyyət onluq hesablama sisteminin yaradılması idi. Yazıda 1, 

10, 100, 1000, 10000, 100000 bildirən işarələr tətbiq olunurdu. 

Hətta milyonu bildirən işarə vardı: bu təəccübdən  əllərini 

qaldırmış adam şəklində təsvir olunurdu. 

Həndəsə sahəsində müəyyən inkişaf vardı. Misirlilər 

düzbucağın, yarım bucağın, xüsusilə  bərabəryanlı üçbucağın, 

trapesiyanın və dairənin səthini müəyyənləşdirə bilirdilər. Cəbr 

sahəsində bir naməlum tənliyi çıxara bilirdilər. Astronomiya 

sahəsində müəyyən nailiyyətlər  əldə edilmişdi. Planeti ulduzdan 

fərqləndirirdilər, ulduzların xəritəsini cıza bilirdilər. Misirlilər 

xüsusi təqvim yaratmışdılar.  İli hər bir ayı 30 gündən ibarət 12 

aya bölmüşdülər. İlin sonunda 5 gün əlavə olunurdu. İl onda 365 

gündən ibarət olurdu. Misir təqvim ili tropik ildən dörddə bir 

sutka geriyə qalırdı. Bu fərq 120 il ərzində bir aya bərabər olurdu. 

Onlar gecə-gündüzü 24 saata bölürdülər. Su və günəş saatları icad 

etmişdilər. 

Təbabət inkişaf tapmışdı. Diş, göz və başqa xəstəliklər 

müalicə olunurdu. Misir həkimləri insanın anatomiyasına bələd 

idilər. Meyitin yarılması insan orqanizminin quruluşunu 

öyrənməyə imkan yaradırdı. Həkim bacardığını edirdi. Həkim 

xəstəyə baxıb xəstəlik  əlamətlərini və müalicə vasitələrini 

müəyyənləşdirməyi bacarmalı idi. Təbabət etikası mövcud idi. 

Həkim öz müalicə imkanlarını xəstəyə əvvəldən bildirməli idi və 

bunu belə deməli idi: "Bu xəstəliyi mən müalicə edə bilərəm, 

yaxud bu xəstəliyi mən bəlkə müalicə edə bildim, ya da xəstəliyi 

mən müalicə edə bilmərəm". Cərrahlıq geniş inkişaf tapmışdı. 

Misir Qədim Şərqin inkişaf etmiş mədəniyyət (sivilizasiya) 

mərkəzlərindən birinə çevrilmişdi. Bu sivilizasiyaya mənsub olan 

dövlət sistemi, iqtisadiyyat, mədəniyyətin müxtəlif sahələri üç min 

il  ərzində öz varlığını saxlaya bilmiş, digər ölkələrə  təsir 

göstərmişdi. Misir Qədim  Şərqdə  ən uzun ömürlü dövlətlərdən 

biri olmuşdu. 

Qədim Misirdə həm bədii ədəbiyyat - nağıllar, hökmdarların 

öz övladlarına nəsihətləri, fəlsəfi dialoqlar, o cümlədən məşhur 

«ümidi boşa çıxmışın öz ruhu ilə söhbəti» və s. geniş yayılmışdı. 



______________Milli Kitabxana_____________ 

 62


Heykəllər, divar rəsmləri, daş üzərində təsvirlər Qədim Misir üçün 

səciyyəvi idi. E.ə.VI  əsrdə Misir farslar tərəfindən işğal 

edilmişdir. Onların hökmranlığı e.ə. 405-ci ilə  qədər davam 

etmişdir. E.ə. 332-ci ildə Misir İsgəndər tərəfindən işğal olundu. 

Onun  şərəfinə tikilən  İsgəndəriyyə ellin mədəniyyətinin Misirdə, 

Misir mədəniyyətinin Yunanıstanda yayılmasına səbəb oldu. 

Burada hündürlüyü 100 metrdən artıq olan, dünyanın yeddi 

möcüzəsindən biri sayılan İsgəndəriyyə mayakı

 tikilmişdir. 

 

 



 

______________Milli Kitabxana_____________ 

 63


 

  

 



______________Milli Kitabxana_____________ 

 64


 

 


______________Milli Kitabxana_____________ 

 65


 

 

 



 

______________Milli Kitabxana_____________ 

 66


 

 

 



 

 

 



 

______________Milli Kitabxana_____________ 

 67


 

 


______________Milli Kitabxana_____________ 

 68


 

 

 



______________Milli Kitabxana_____________ 

 69


 

 

 



______________Milli Kitabxana_____________ 

 70


 

 

 



 

 


______________Milli Kitabxana_____________ 

 71


 

 


______________Milli Kitabxana_____________ 

 72


 

 

 



 

 


______________Milli Kitabxana_____________ 

 73


 

 


______________Milli Kitabxana_____________ 

 74


 

 

 



______________Milli Kitabxana_____________ 

 75


 

 

  



______________Milli Kitabxana_____________ 

 76


 

 

 



 

______________Milli Kitabxana_____________ 

 77


 

 


______________Milli Kitabxana_____________ 

 78


 

______________Milli Kitabxana_____________ 

 79


 

 

 



 

______________Milli Kitabxana_____________ 

 80


 

Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin