Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu il tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix01.04.2017
ölçüsü2,24 Mb.
#13184
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

QƏDİM MİSİR MƏDƏNİYYƏTİ 

Qədim Misir Şimali-Şərqi Afrikada Nil çayının vadisində və 

deltasında yerləşirdi. Yayın əvvəlində gur yağışlar yağır, ətrafı su 

basırdı. Noyabrda su çəkilir, üzvi maddələrlə zəngin olan lil sahili 

örtürdü. Bu qara lil qatı rütubəti yaxşı saxladığı üçün çox 

məhsuldar idi. Buna görə də misirlilər öz ölkələrini “Qara torpaq” 

adlandırırdılar.  Əvvəllər Nilin vadisi keçilməz cəngəlliklər, 

bataqlıqlardan ibarət idi. Burada çoxlu vəhşi heyvanlar, xəstəliklər 

yayan müxtəlif həşəratlar var idi. E.ə. VIII minillikdə Böyük 

səhrada yaşayan insanlar tədricən Nil vadisini mənimsəməyə 

başladılar. Bu tayfalar yığıcılıq, balıqçılıq, ovçuluq edir, kolluqları 

qırır, bəndlər düzəldir, kanallar çəkir,  əkinçiliklə  məşğul 

olurdular. Misirlilərin başlıca məşğuliyyətləri  əkinçilik idi. 

Hündür yerlərə su çıxarmaq üçün şaduf adlanan qurğudan istifadə 

etmişdilər. Onlar torpaqları toxa və sadə  xışlarla  şumlayırdılar. 

Qədim misirlilər arpa, buğda, meyvə, tərəvəz becərirdilər. Onlar 

mal-qara da saxlayırdılar. Onlar sənət və mübadilə ilə  məşğul 

olurdular. Bacarıqlı dulusçu, daşyonan sənətkarlar idilər. Misir 

e.ə. IV minillikdə əhalisi sıx olan ölkəyə çevrildi.  

Qədim Misirdə e.ə. IV minillikdə quldarlıq cəmiyyəti 

meydana gəldi. Tayfa başçıları, adlı-sanlı  əyanlar qəbilə 

üzvlərinin  əməyini istismar etməyə başladılar. Qədim Misirdə 

əhalinin bir hissəsini kəndlilər təşkil edirdi. Misir dövlətlərinin 

padşahları firon adlanırdı. Misirin bütün adamları, torpaqlar, sular 

fironun ixtiyarında idi. Firon öləndən sonra onun oğlu, yaxud 

yaxın qohumu firon olurdu. Onlar işğalçılıq müharibələri aparır, 

cənubda Nubiyaya, şərqdə Sinay yarımadasına hücumlar təşkil 

edirdilər. 

Misir fironları özləri üçün ehramlar (piramidalar) 

tikdirmişlər. Ehramların inşası “tarixin atası” Herodotun “Tarix” 

əsərində geniş  təsvir edilmişdir. Fironlar öldükdən sonra həmin 

ehramlarda dəfn edilirdilər. Yüz minlərlə qula nəhəng daşlardan 

ehramlar tikdirirdilər. Bu möhtəşəm ehramlar bir tərəfdən axirət 

dünyasına inam yaratmalı, digər tərəfdən isə fironların əzəmətini 


______________Milli Kitabxana_____________ 

 33


nümayiş etdirməli idi. Qədim Misirdə fironun sərdabəsinə o 

dünyada ona xidmət etmək üçün «uşebti» adlanan insan fiqurları 

qoyurdular.  Ən möhtəşəm ehram e.ə. XXVII əsrdə Memfis 

yaxınlığında firon Xeopsun (Xufunun) şərəfinə tikilmişdir. 

Ehramların yaxınlığında bütöv qaya parçasından insan başlı 

aslan bədənli nəhəng heykəl - sfinks yonulmuşdur. Bu nəhəng 

heykəl çox vahiməli olduğu üçün “dəhşətlər atası” 

adlandırılmışdır. Bəlkə də, sfinks ehramların qoruyucusu məqsədi 

ilə qoyulmuşdur. 

Misirdə  işarə-şəkillər heroqliflərdən istifadə edilirdi. 750 

heroqlif var idi. Yazı üçün papirusdan istifadə edilirdi. Qədim 

Misir yazılarını 1801-ci ildə fransız alimi Şampaliyon oxumuşdur. 

Misirlilər bənd, binalar tikmək üçün hesablamalar aparırdılar. 

Hesab və həndəsə elmi yarandı. Misirlilər daşqın zamanı həmişə 

ulduzların eyni nöqtədə olduğunu müşahidə edirdilər. Misirlilər 

ulduzları müşahidə etmələri nəticəsində astronomiya elmini 

yaratmışdılar. Onlar astronomiya elmi sahəsindəki biliklərinə 

əsasən təqvim tərtib etdilər. İl 12 aya bölünürdü. İldə 365 gün var 

idi. Misirdə tibb elmi inkişaf etmişdi, onlar cərrahiyyə  işlərini 

bacarırdılar.  

Misirdə dövlət idarələrində  və  məbədlərdə  məktəblər 

açılırdı. Bu məktəblərdə  oğlanlar oxuyurdular. Kiçik məktəblilər 

qab-qaçaq qırıntıları, böyük məktəblilər isə papirus üzərində 

yazırdılar. Məktəblərdə varlıların balaları oxuyurdu. 

Qədim Misirdə musiqi və rəqs sənəti yüksək inkişaf etmişdi. 

Nəfəs, zərb və simli musiqi alətləri mövcud idi. Rəqqasələr bəzən 

döyüş  səhnələrini təsvir edən pantomimlər ifa edir, məbədlərdə 

dini mərasimləri səhnələşdirirdilər.  

Qədim Misirdə allahları heyvan başlı insan şəklində  təsvir 

edirdilər. Bu da ovçuluqla bağlı idi. Misirlilərin etiqadına görə, 

ölən adamın cəsədi saxlansa, onun ruhu vaxtaşırı oraya qayıdar. 

Elə buna görə  də misirlilər ölüləri mumiyalayırdılar. Misirlilərə 

görə kinli allah Set bitki və əkin himayəçisi Osirisi öldürür. Osiris 

dirilir, axirətdə padşah və hakim olur. O, ölənlərin ruhunu 

mühakimə edir. Məbədlərə kahinlər rəhbərlik edirdilər. Məbəd 

allahın evi sayılırdı. Kahinlər qul sahibi idilər. Fiva şəhərindəki 



______________Milli Kitabxana_____________ 

 34


məbədin 80 min qulu var idi. Misirdə Amon Ra (Günəş allahı) baş 

allah sayılırdı. Qədim Misirdə adlı-sanlı kübarlar zümrəsinə 

dayaqlanan kahinlər təbəqəsi böyük nüfuza malik idi. Bəzən belə 

durum firon təkhakimiyyətliliyi ilə ziddiyyət yaradırdı. Məsələn, 

IV Amenxotepin (1372-1354) dövründə  kəskin qarşıdurma baş 

verir. Ehnaton adını  qəbul etmiş IV Amenxotep dini islahat 

keçirir, Misirə Aton Ra allahına sitayişi zorla qəbul etdirir. Lakin 

Ehnatonun vəfatından sonra hər şey köhnə axarına qayıdır.  

IV Amenxotepin arvadı Nefertiti minilliklər  ərzində gözəllik 

təcəssümü sayılıb. Misir Yaxın  Şərqin zəngin dövlətlərindən 

birinə çevrilmişdi. Uğurlu müharibələr ölkənin maddi ehtiyatlarını 

artırmışdı. Misirin təsərrüfatında yüksəliş gözə çarpırdı. 

Müharibələrdən  əsir gətirilmiş  əhali təsərrüfatda qul kimi 

işlədilirdi. Təcavüzkar xarici siyasətdən imtina etmiş III 

Amenxotep Misirin daxili vəziyyətinə diqqəti artırdı. Onun 

fəaliyyəti geniş tikinti işləri ilə bağlı idi. Misir fironları Nilin qərb 

sahilində Amon allahın  şərəfinə inşaat işləri aparmış  və onun 

adına məbəd tikdirmişdilər. Burada Misirin mərkəzi şəhərlərindən 

olan Fiv yerləşirdi. Bu şəhər Yeni səltənət dövründə ölkənin 

paytaxtı mövqeyini saxlayırdı. Müasir Karnak yaxınlığında Fiv 

şəhərinin xarabalığı qalmışdır. III Amenxotep də Fiv şəhərində 

Amonun  şərəfinə tikinti işləri görmüşdü. O, Amon məbədinin 

giriş hissəsinin hər iki tərəfindən kəsik ehram şəklində darvaza 

ucaltdırmışdı. Özünəməxsus xeyrat məbədlərdən birini Amona 

həsr etmişdi. Amon məbədi önündəki darvaza qızılla işlənmişdi. 

Luksor məbədlərinin divarlarına qızıl təbəqəsi, döşəməyə isə 

gümüş vurulmuşdu. Məbədlərə gedən yollar lövhə ilə döşənmişdi. 

Amon məbədinə gedən yolun kənarında qoyun heykəlləri 

düzülmüşdü. Qoyun Amon məbədinin müqəddəs heyvanı hesab 

edilirdi. Hökmdarın xeyrat məbədi yolu kənarına itəbənzər 

heykəllər qoyulmuşdu. Məbədlərdə fironun əzəmətli və hündür 

heykəlləri də ucaldılırdı. 

III Amenxotepin vəfatından sonra oğlu IV Amenxotep (e.ə. 

1365-1348-cü illər) hakimiyyətə  gəldi. O, Misirin Asiya 

vilayətlərindəki siyasi vəziyyətə  məhəl qoymadı, öz fəaliyyətini 

büsbütün daxili ixtilafların aradan qaldırılmasına həsr etdi. Köhnə 



______________Milli Kitabxana_____________ 

 35


hakim quldar təbəqəsi ilə yeni yaranan əyanlar təbəqəsi arasında 

kəskin mübarizə gedirdi. Köhnə hakim sinif nümayəndələri 

kahinlər  ətrafında cəmləşmişdi.  Əvvəlki illərin uzun sürən 

müharibələri, ölkəyə axan qənimət və insan qüvvəsi məbədləri və 

onlara qulluq edən kahinləri varlandırmışdı. Misirin baş  və  ən 

nüfuzlu allahlarına həsr olunmuş  məbədlərinin xeyli mal-qarası 

var idi. Məbəd xəzinəsi dolu idi. Xüsusilə Amon məbədi (Fiv 

şəhəri) fərqlənirdi. Ölkədə Amon allahına ibadət geniş yayılmışdı. 

Ona bol qurbanlar kəsilir və  nəzirlər verilirdi. Adətən quş  və 

heyvan, taxıl və meyvə, içki (şərab və pivə), ətriyyat və sair nəzir 

kimi məbədə  gətirilirdi. Məbəddə  ərzaq qıtlığı olmurdu, əksinə, 

həmişə bolluq olur, kahinlər və  məbəd xidmətçiləri, habelə 

məbədətrafı yetim-yesir ərzaqla təmin edilirdi. 

Firon IV Amenxotepin ətrafına yeni əyanlar təbəqəsinin 

nümayəndələri cəmləşmişdi. Onların içərisində yoxsulluqdan 

çıxmış  və az-çox varlanmış xidmət adamları da vardı. Bu sosial 

təbəqə nemxu - "yetim, kasıb, yetim-yesir" adlanırdı. Yeni 

əyanların tərkibində nemxu, yəni yetim-yesir anlayışı artıq məcazi 

mənada işlədilirdi, eyni zamanda da belə adamların aşağı 

təbəqədən çıxdığını bildirirdi. 

XVIII sülalənin son dövrlərində "yetim-yesir" (nemxu) 

təbəqəsinə  mənsub olan, lakin artıq varlanmış adamlar Misirin 

inzibati və təsərrüfat idarələrində, ordu və firon sarayında qulluq 

edirdilər. Belə varlı  və  vəzifəli "yetim-yesirlər" yazılarında firon 

IV Amenxotep sayəsində ad-sana çatdıqlarını və əyan səviyyəsinə 

qədər ucaldıqlarını qeyd edirdilər. Varlı, adlı-sanlı  və idarələrdə 

çalışan "yetim-yesirlər" fironun dayağına çevrilmişdilər. Fironun 

əhatəsində adlı-sanlı əyanlar da vardı. IV Amenxotep yeni əyanlar 

təbəqəsinə etimad göstərirdi. Yazılarında fironu onları yaradan 

kimi qələmə verirdilər.  

Amon ümum Misir allahı hesab olunurdu. Ona həsr 

olunmuş  məbədlər hər yerdə inşa edilmişdi. Amon məbədlərinin 

xeyli gəliri olurdu. Amon kahinləri fironun daxili və xarici 

siyasətinə istiqamət verən  əsas qüvvəyə çevrilmişdi. III 

Amenxotepin dövründə bu allah Amon-Ra, yəni "Amon-günəş" 

adlandırılırdı. Günəş allahına (Raya) Misirin müxtəlif şəhərlərində 



______________Milli Kitabxana_____________ 

 36


sitayiş edirdilər. Fironlar özlərini "Günəşin (Ranın) oğlu" 

adlandırırdılar. IV Amenxotep hakimiyyətə gələndə bir müddət bu 

Misir dini ənənəsini dəyişdirmədi. Günəşə sitayiş tədricən fironun 

başlıca ideoloji mənsəbinə çevrildi. Əvvəllər günəş, üstündə 

dairəsi olan şahin başlı insan kimi təsvir olunurdu. IV Amenxotep 

dini islahat həyata keçirtdi. O, "görünən Günəşə" (Aton) sitayişi 

bərqərar etdi. Günəş  şüalı  şəkildə  təsvir olunurdu, günəş 

dairəsindən  şüalar insan əli  şəklində uzanırdı. IV Amenxotepin 

şüa saçan günəşə öz ailəsi ilə birlikdə sitayişini təsvir edən abidə 

bizə  gəlib çatmışdır. Ffironun islahatı günəş Allahı Atonun 

ibadətini müəyyən etdi. Bu islahatın siyasi və iqtisadi nəticələri 

tezliklə özünü büruzə verdi. Bir müddət Aton və Amon allahlarına 

ibadət yanaşı aparılırdı. Lakin Aton məbədində taxıl adi ölçülərlə 

yox, dolu ölçülərlə buraxılırdı. Digər Qədim  Şərq ölkələrində 

olduğu kimi, Misirdə  də müxtəlif həcmli çəki ölçüsü (əndazə) 

mövcud idi. Aton məbədinin təsərrüfatı yarandı. Məbəddə 

qoyulmuş çoxlu qurbangahlar boş qalmırdı. Məbədin zəngin mal 

və  ərzaq anbarları vardı. "Günəş evi" adlanan Aton məbədi 

zənginliyi ilə fərqlənirdi. Aton məbədlərinin gəliri də artırdı. 

Ehtimala görə, IV Amenxotep hakimiyyətinin altıncı ili 

(təxminən e.ə. 1360-cı il) yeni ibadət mərkəzi yaratdı. O, Amon 

məbədi güclü olan paytaxtı Fiv şəhərini tərk etməli oldu. Misirin 

orta hissəsində (indiki əl-Amarna) Nilin sağ sahilində yeni paytaxt 

saldırdı. Adını yeni ibadətin  şərəfinə Axetaton, yəni "Günəş 

üfüqü" qoydu. Belə təsəvvür yaradılmışdı ki, Axetaton, ən qədim 

dövrlərdən guya günəşin məskəni olmuşdur.  Şəhər  ətrafı  əhalisi, 

torpağı, suyu, çölü və dağları ilə birlikdə Günəşin mülkü elan 

edildi. Eyni zamanda, firon Amenxotep (yəni "Amon 

məmnundur") adını dəyişdirib Exnaton ("Günəşə sərfəli") qoydu. 

Digər  şəxsi adlarda Amon Aton ilə  əvəz edildi. Exnatonun ailə 

üzvləri, onu əhatə edən  əyanlar buna uyğun olaraq adlarını 

dəyişdirməli oldular. Digər yerli allahlara ibadət sıxışdırıldı. 

Exnatonun dini islahatı  təkallahlığa doğru atılmış ilk addım idi. 

Exnaton ömrünün son ilini Axetatonda yaşadı. Axetaton bağlı-

bağatlı böyük şəhərə çevrilmişdi. Atonun şərəfinə böyük məbəd 

tikilmişdi. Firon sarayları öz əzəməti ilə  fərqlənirdi.  Ən böyük 



______________Milli Kitabxana_____________ 

 37


saray ağ daşdan hörülmüşdü. Saray divarları naxışla bəzənmiş, 

qiymətli daşlarla doldurulmuş, yaxud qızıldan üz çəkilmişdi. 

Günəş allahına sadiq olan yeni əynlar da Axetatonda ev 

tikdirmişdilər. Onlar Axetatonda sərdabələr tikdirir, divarlarını 

müxtəlif rəsmlərlə  bəzəyirdilər. Rəsmlərin  əksəriyyəti Exnatona 

həsr olunmuş, onun gündəlik işini təsvir edirdi. Məqbərə 

yazılarında  əyanların firona minnətdarlığı bildirilirdi. Ev və 

sərdabə divarlarında Günəşin və onun oğlu hesab edilən 

Exnatonun və arvadının ünvanına dua-müraciət mətnləri həkk 

edilmişdi. Onlar firon və firon arvadından yaxşı gün-güzəranlıq və 

öləndən sonra nemətlər diləyirdilər. 

Exnatonun dini-siyasi islahatı geniş xalq kütlələrinin maddi 

vəziyyətini yaxşılaşdırmadı. Atonun şərəfinə yazdığı himn sadə 

adamların güzəranından bir kəlmə  də olsun bəhs etmir. Burada 

ancaq Günəş allahının qüdrəti təsvir olunur: "Sən (yəni Aton)  

səmanın üfüqündə  qəşəng parıldayırsan, həyatın başlanğıcını 

qoymuş diri Günəş dairəsi! Sən şərq üfüqündə  çıxırsan və bütün 

yeri öz gözəlliyinlə doldurursan. Sən qəşəngsən, böyüksən, 

nursaçansan və yer üzündə yüksəkdəsən! Sənin  şüaların sənin 

yaratdığın bütün ölkələrin sərhədlərini bürüyür! Sən zülməti 

qovursan öz şüalarını saçanda. Hər iki torpaq şadlıq edir. Onlar 

(insanlar) oyanır, ayağa durur, qalxır sənə görə. Bədənlərini 

yuyurlar və geyimlərini götürürlər. Onların  əlləri sənin parıltını 

vəsf edir, onlar işə girişirlər. Mal-qara otlayır. Ağac və ot göyərir. 

Quşlar yuvasından uçur. Bütün heyvanlar ayaq üstə hoppanırlar. 

Gəmilər  şimala üzür, həm də  cənuba və bütün yollar sən nur 

saçanda açılır. Çayda balıqlar sənin görüşünə  çıxırlar. Sənin 

şüaların dənizə cumur. Sənin şüaların hər bir əkinə qida verir. Sən 

çıxanda o canlanır və göyərir sənə görə... Sən uzaq səmanı 

yaratdın ki, oradan doğasan və özün yaratdığına baxasan... Sən 

mənim ürəyimdəsən, elə birisi yoxdur ki, sənin oğlun 

Neferxepruradan (Exnatonun adıdır) başqa səni dərk etsin..." 

Exnaton ancaq günəşin yer kürəsinə  bəxş etdiyi işıq və  şüanın 

müsbət nəticələrinə dini don geyindirmiş  və onun şərəfinə  mədh 

demişdi. Yəqin ki, Exnaton sadə adamların müəyyən hissəsinə əl 

tuturdu, "yetim-yesir" təbəqəsindən  əyanlığa qəbul edirdi, lakin 



______________Milli Kitabxana_____________ 

 38


başlıca olaraq yeni quldar əyanların mənafeyini qoruyurdu. Yeni 

dini təlimin sosial və ictimai-iqtisadi bünövrəsi yox idi. Əhalinin 

vəziyyətinin yaxşılaşdırılması üçün heç bir tədbir görülmürdü. 

Atona sitayiş ancaq Amon kahinlərinin imtiyazlarını  ləğv etmək 

məqsədinin güdürdü. Amona ibadət Misir əhalisi arasında dərin 

köklərə malik idi. Amon məbədlərinin var-dövləti  əsrlər boyu 

yığılmışdı, bu da onun kahinlərini iqtisadi cəhətdən 

möhkəmləndirirdi. Aton məbədinin nə belə maddi bünövrəsi, nə 

də ibadətinin tarixi ənənəsi var idi. Bu ibadətin ömrü Exnatonun 

varlığı ilə ölçülürdü. Hər halda Exnaton vəfat etdikdən sonra 

Amon kahinlərinin və dindarlarının  əl-qolu açıldı. Hadisələr 

göstərdi ki, Aton ibadəti Misirdə  dərin kök sala bilməmişdi. 

Exnatonun 17 illik hakimiyyəti buna imkan vermədi. 

Exnatonun varisləri Atona ibadətin mövqeyini qoruyub 

saxlaya bilmədilər. Hakimiyyətə  gəlmiş firon Semnexkara 

Exnatonun Nefertitidən olan qızına evlənmişdi. Nefertiti dövrünün 

ən gözəl və incə qadınlarından idi. Nefertitinin Exnatondan altı 

qızı var idi. Nefertiti və kürəkəni Semnexkara müəyyən müddət 

Axetaton ənənəsini saxlaya bildilər. Atona ibadətə sadiq qaldılar. 

Lakin bununla yanaşı, Fiva Amon allahına ibadəti dirçəltməyə 

başladı. Cəmi üç il fironluq etmiş Semnexkara Amonun yenidən 

dirçəlməsinin qarşısını ala bilmədi, bəlkə  də ona sitayişi bərpa 

etmişdi. Hakimiyyətə doqquz yaşlı Tutanxaton ("Günəş  həyatına 

yaraşan") gəldi. Exnatonun digər qızı Anxesenpaaton ("O, Günəş 

üçün yaşayır") Tutanxatonun arvadı elan edilmişdi. Onlar Aton ilə 

yanaşı, başqa allahlara da sitayiş edirdilər. Gənc firon Amon 

ideologiyasının təzyiqinə  məruz qaldı. Bir müddət sonra o, adını 

dəyişdirib Tutanxamon, yəni "Amon həyatına yaraşan" qoydu. 

Arvadı isə Anexesenpaamon adını  qəbul etdi. Eyni zamanda, 

Axetaton  əyanları ilə birlikdə Memfis şəhərinə köçdü. Vaxtaşırı 

Fiv ziyafətlərində iştirak edirdi. 

Tutanxamon Efiopiyada və Asiyada müharibələr aparmışdı. 

Ehtimal ki, əldən gedən Asiya vilayətlərində Misir hakimiyyətini 

bərpa edə bilmişdi. Yəqin ki, hərbi  əməliyyatlarda sərkərdə 

Xoremxeb də  iştirak edirdi. Amona ibadətin tam bərpa 

edilməsində Xoremxeb böyük səylə fəaliyyət göstərmişdi. Az-çox 



______________Milli Kitabxana_____________ 

 39


Atona sitayişi qoruyub saxlayanlardan biri isə əyan Eye olmuşdu. 

Ehtimal edilir ki, Eye gənc Tutanxamonun adından Misiri idarə 

edirdi. Tutanxamon Amon məbədinin hüquqlarını  qəti olaraq 

bərpa etdi. Tutanxamonun hakimiyyəti uzun sürmədi. O, təxminən 

on doqquz yaşında vəfat etdi. Tutanxamon böyük dəbdəbə ilə 

yeraltı  sərdabədə  dəfn olundu. Onun sərdabəsi Fiva yaxınlığında 

"hökmdarlar dərəsi"ndə tikilmişdi. Fiva kahinləri Tutanxamonun 

bütün saray əmlakını, əşyalarını, qiymətli bəzək-düzəklərini, oyun 

lövhələrini, onun surətini  əks etdirən qızıl dəbilqəsini, müxtəlif 

heykəllərini və s. sərdabədə yerləşdirmişdilər. Tutanxamonun 

sərdabəsi hələ qədimdə qarətdən qorunmuşdu, halbuki əksər firon 

sərdabələri hələ o zaman talan edilmişdi. Sərdabə qarətçilərini 

tutub məhkəməyə verirdilər. Talan olunmamış Exnaton və 

Nefertiti sərdabələrinin qalanı XIX əsr qarətçiləri Atona (Günəşə) 

ibadət tərəfindən təmizlənmişdi. Hovard Karter 1922-ci ildə 

Tutanxamonun sərdabəsini aşkar etmişdi. Məlum oldu ki, 

Tutanxamonun da sərdabəsinə girmişlər, lakin elə bir şey apara 

bilməmişlər. Sonralar isə burada XVI Ramzesin sərdabəsi 

tikilərkən, Tutanxamonun yeraltı  sərdabəsinin girişi torpaq və 

çınqılla dolmuş, oğrular sərdabəyə giriş yolunu itirmişdilər. 

Tutanxamonun qısa müddətli hakimiyyəti illərində Misir 

qüdrətli dövlətə çevrildi. Tutanxamonun övladı olmadığından 

hakimiyyət onun arvadı dul Anxesenapamona keçdi. Misir 

mənbələri onun fəaliyyəti haqqında heç bir məlumat vermir. Lakin 

Het mənbələrindən məlum olur ki, o, Het hökmdarı Suppiluliuma 

müraciətnamə göndəribmiş. Müraciətnamədə deyilirdi: "Mənim 

ərim vəfat etmişdir. Eşitmişəm ki, sənin həddi-buluğa çatmış 

oğulların vardır: onlardan birini mənə göndər. Mən ona ərə 

gedərəm, o da Misirin hökmdarı olar". Het hökmdarı III Murşil 

tərəfindən tərtib edilmiş bu salnamədə qeyd edilir ki, Suppilulium 

belə qeyri-adi müraciətə  təəccüb edir. Hadisənin düzgün olub-

olmamağını yoxlamaq üçün o, Misirə elçi göndərir. Misir fironəsi 

yenidən Het hökmdarına müraciət edib yazır: "Sən nə üçün 

deyirsən ki, onlar məni aldatmaq istəyirlər.  Əgər hökmranlıq 

etmək üçün oğlum olsaydı, mən yadelli ölkəyə müraciət 

etməzdim, çünki bu mənim üçün və  mənim ölkəm üçün 



______________Milli Kitabxana_____________ 

 40


həqarətdir... Mənim  ərim vəfat etmiş  və  mənim övladım yoxdur. 

Məgər mən öz nökərimi götürüb özümə  ər etməliyəm? Mən heç 

bir ölkəyə müraciət etməmişəm, mən ancaq sizə yazmışam. 

Deyirlər ki, sənin çoxlu övladın vardır. Onlardan birini mənə ver; 

o, mənim ərim və Misir torpağının fironu olar". 

Tutanxamonun dul arvadının məqsədi tam aydın deyildi. 

Lakin belə bir nəticə  çıxartmaq olar ki, o, Het dövləti ilə 

yaxınlaşmaqla Aralıq dənizi  ərazisində Misirin təsirini bərpa 

etmək və daxildə aparacağı siyasətdə müəyyən müxalifət 

qruplarının müqavimətini qırmaq istəyirdi. Lakin Misir əyanları, 

xüsusilə hakimiyyətə göz dikən dövlət xadimləri və Amon 

kahinləri yadellinin Misirdə ağalığını qəbul edə bilməzdilər. Buna 

görə Misirə yola düşən Het şahzadəsi Zanaazu Suriyada 

öldürüldü. Ehtimala görə, Het şahzadəsinin öldürülməsini Misir 

sərkərdəsi Xoremxeb təşkil etmişdi, çünki o, dul fıronəyə 

evlənmək istəyirdi. Lakin Anxesenpaamon qohumu olan qoca 

Eyeyə ərə getdi. 

Eye hələ Exnatonun dövründə yüksək vəzifəli  şəxs idi və 

Aton məbədinin pərəstişkarlarından biri olmuşdu. O, Nefertitinin 

dayəsi Teyeyə evlənmişdi. Eye "Allahın atası" rütbəsini daşıyırdı. 

Bu zaman Exnaton ilahiləşdirilmişdi və ona "Allah" kimi sitayiş 

edirdilər. Beləliklə, Eye rəsmən fironun "atası" elan edilmişdi. 

Tutanxamonun hakimiyyəti dövründə Eye vəzir vəzifəsinə kimi 

yüksəlmişdi. Ola bilsin ki, Eye gənc Tutanxamonun qəyyumu 

kimi ölkəni idarə edirdi. Eye cəmi dörd il hakimiyyət başında 

oldu. 


Exnatonun islahatlarının qəti ləğvi Xoremxebin (e.ə. 1334-

1306-ci illər) adı ilə bağlıdır. O, yerli hakimlərdən idi. Xoremxeb 

ali kahin dairələri ilə möhkəm  əlaqədə idi, müxtəlif inzibati və 

hərbi vəzifələrdə olmuşdu. Xoremxeb Tutanxamonun sərkərdəsi 

idi. Fiva şəhərinin köməyinə arxalanan Xoremxeb dövlət çevrilişi 

etdi və hakimiyyəti  əlinə keçirtdi. Öz hakimiyyətini 

qanunlaşdırmaq üçün o, Exnatonun arvadı Nefertitinin bacısına 

evləndi. O, yazılarında hakimiyyətə qanuni sahib olduğunu, 

allahın arzusunu yerinə yetirdiyini qeyd edir. O, III Tutmosu "öz 

atalarının atası" adlandırırdı. 



______________Milli Kitabxana_____________ 

 41


Hakimiyyətə  gəldikdən sonra Xoremxeb Amon allahına 

ibadəti tamamilə  bərpa etdi. O, Aton ibadətini qəti ləğv etmək 

üçün tədbirlər gördü. Axetaton şəhərini boşaltdırdı, dəbdəbəli 

saray və malikanələri, məbədləri dağıtdı. Xoremxeb "Axetatonlu 

cinayətkar" adlandırdığı Exnatonun adını bütün abidələrdən 

sildirib onun yerinə öz adını yazdırdı, illərini öz hakimiyyətinə 

caladı. Tutanxamon və Eyenin də adları onun göstərişi ilə 

abidələrdən silindi. O, özünü bilavasitə III Amenxotepin varisi 

elan etdi. Xoremxeb hakimiyyətdə olmuş fironların siyahısından 

Exnatonun və hətta Tutanxamonun və Eyenin adlarını sildirdi. 

Qədim Misirin ən qədim və möhtəşəm memarlıq abidələri 

ehramlar idi. Ehramlar dünyanın 7 möcüzəsindən biridir. Qədim 

Misir Yer kürəsində ilk dövlət, dünya ağalığına iddia edən ilk 

qüdrətli imperiya olmuşdur. Bu dövlət xalqını tam itaətə gətirmiş 

güclü dövlət idi. Misir ali hakimiyyətinin  əsas prinsipləri-

sarsılmazlığı və ağlasığmazlığı ilə seçilmişdir. 

Qədim Misir mədəniyyətinin mühüm cizgilərı - misirlilərin 

özlərinin «qeyri-normallıq» hesab etdikləri «ölümə qarşı etiraz» 

olmuşdur. Ölməzliyə olan güclü meyl misirlilərin bütün 

dünyagörüşünü müəyyən etmiş, Misirin bütün dini fikrinə daxil 

olmuş  və  qədim Misir mədəniyyətini formalaşdırmışdır. Heç bır 

dünya sivilizasiyasında ölümə qarşı etiraz Misirdəki kimi bu qədər 

konkret, parlaq, bitkin ifadəyə malik olmamışdır. Ölməzliyə cəhd 

ölülər kultunun yaranmasına gətirib çıxarmışdır. Bu isə Misirin 

həm dini, həm də mədəni həyatında mühüm rol oynamışdır. Bunu 

Misirin iqtisadi, siyasi və  hərbi həyatına aid etsək onda həmin 

kultun necə əhəmiyyət daşıdığı bir daha məlum olur. Misirlilərin 

ölümlə razılaşmamağı belə bir dini etiqadı yaratmışdır ki, ölüm 

heç də son demək deyildir. Yerdə gözəl əbədi həyat uzana bilər. 

Ölən adam özünün dirilməsini gözləməlidir. Bunun üçün ölənin 

ölməz ruhlarından biri onun bədəni ilə təzədən birləşməli və həyat 

yenidən başlamalıdır. Ona görə də canlılar ölənlərin bədənlərinin 

qayğısına qalmalıdır. Bu qayğı üçün əsas vasitə mumiyalama idi. 

Mumiya hazırlamaq sənəti Misirdə  ən hörmətli sənət olmuşdur. 

Bununla yanaşı ölənin bədəninin saxlanılması üçün xüsusi 

məqbərələr yaradılırdı. Bu məqsədlə ehramlar tikilirdi. 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin