Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu il tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix01.04.2017
ölçüsü2,24 Mb.
#13184
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   22

 

İLQAR   HÜSEYNOV 

NİGAR   ƏFƏNDİYEVA 

 

 



 

 

 



 

 

 



QƏDİM  DÜNYA 

MƏDƏNİYYƏTİ 

 

Dərslik 



 

 

                     Azərbaycan Respublikasının Təhsil  



Nazirliyinin 24.11.2009-cu il tarixli,  

1324 saylı əmri ilə təsdiq edilmişdir. 

 

 

 



 

 

 



 

 

 



 

BAKI  2009 

 

 

 



 

______________Milli Kitabxana_____________ 

 

2



 

  63.3(0)3 

H 95 

Dərslik Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət Universitetinin “Tətbiqi 



kulturologiya” kafedrasının müdiri, kulturologiya elmləri doktoru İlqar Həsrət oğlu 

Hüseynov və kulturologiya elmləri doktoru Nigar Timuçin qızı  Əfəndiyeva tərəfindən 

hazırlanmışdır. 

 

Redaktor:



 

-Pərviz Rzaquliyev, ETRTMM-nin əməkdaşı



 

azerbaijan_books@mail.ru

; 

Elmi redaktor: -Ağalar Abbasbəyli, tarix elmləri doktoru, professor, 

 BDU-nun 

“Beynəlxalq münasibətlər” kafedrasının müdiri;

Rəyçilər:

 

-Əlikram Tağıyev, f.e.d., professor, AMEA-nın şöbə müdiri;  



 

-Ramiz Zöhrabov, sənətşünaslıq doktoru, professor;

 

-Niyazi Mehdi f.e.d., professor; 



 

 

Dizayn:

 

-Akşin Babayev, f.e.d., professor, ADMİU-nin “Ədəbi yara- 

dıcılıq” kafedrasının müdiri; 



-Rəşad Rzaquliyev, 

rashad156@mail.ru

.

 

 



İlqar Hüseynov, Nigar Əfəndiyeva

Qədim dünya mədəniyyəti. Dərslik. Azərbaycan dilində. 

 

“Qədim dünya mədəniyyəti” adlı  dərslik Azərbaycan Dövlət Mədəniyyət və 



İncəsənət Universitetinin tarixində yenilik kimi qiymətləndirilə bilər. Dərslikdə

 

bəşəriyyətin min illərlə yığıb saxladığı, zənginləşdirdiyi, bir-birinə verdiyi və gələcək 



nəsillərə çatdırdığı  mənəvi sərvətlərin və  dəyərlərin öyrənilməsi və  mənimsənilməsi 

problemləri müqayisəli kulturologiya baxımından araşdırılır, milli adət və  ənənələr, 

dini xüsusiyyətlər, beynəlxalq mədəni  əlaqələr, qədim dövr mədəniyyəti və 

incəsənətinin tarixi-mədəni-ədəbi abidələrinin tədqiqinə geniş yer verilir. Dərsliyə 

400-dən çox abidənin fotoşəkili daxil edilmiş, onlardan hər birinə annotasiya 

verilmişdir. Dərslik ali və orta ixtisas məktəblərinin professor-müəllim heyəti və 

tələbələri, mədəniyyət və incəsənət işçiləri, habelə geniş oxucu kütləsi üçün nəzərdə 

tutulur. 

 

 

Naşir - Pərviz Rzaquliyev, 



azerbaijan_books@mail.ru

 

“Mars-print” NPM, 2009. 



 

428 səh., 60x84/16, tiraj-1000. 

 

         



  ISBN 978-9952-8087-1-2 

 

 



© İlqar Hüseynov 

   


 

 

 



 

______________Milli Kitabxana_____________ 

 

3



GİRİŞ 

 

Müasir dövrdə  qədim dünya mədəniyyətinin kulturoloji 

konteksdə öyrənilməsi, tədqiqi və  tətbiqi mövcud sivilizasiyalar 

və insan cəmiyyətləri üçün aktuallıq kəsb edir. Bu baxımdan 

qədim dünya mədəniyyətinin kulturologiya elminin tədqiq obyekti 

kimi ön plana çəkilməsi məhz dövrün zəruri tələbi kimi əsas 

prioritetə çevrilir. Müasir cəmiyyətin inkişafında insanın kamil bir 

şəxsiyyət kimi formalaşmasında kulturologiya elminin böyük 

əhəmiyyəti vardır. Kulturologiya - ümumbəşəri və milli mədəni 

proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və 

mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edir. Bu elm 

insanların maddi maraq və  tələbatlarının yaranıb formalaşdığı 

ilkin  şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin yaradılması, 

artırılması, qorunub gələcək nəsillərə ötürülməsini həyata keçirir. 

Bu elmi zamanın özü yaratmışdır. Bir çox dünyəvi elmləri, o 

cümlədən, tarix, fəlsəfə, sosiologiya, etika, estetika və. s. özündə 

birləşdirən kulturologiya təbii ki, bu elmləri zaman-zaman öz 

süzgəcindən keçirmişdir. Kulturologiya özündə çox mühüm olan 

həyat layihələrini açıqlayan, eyni zamanda mədəni cəmiyyətin 

əsas komponentlərini özündə əks etdirən və insanşünaslığa xidmət 

edən nəhəng bir sahədir. 

Kulturologiya müxtəlif cəmiyyətlərdə mədəni həyatı öyrənir 

və bununla da əsas mədəni-tarixi tiplərin nailiyyətlərini və 

xüsusiyyətlərini aydınlaşdırmağa səy edir. Kulturoloqların mühüm 

vəzifəsi qloballaşan müasir dövrün sosial-mədəni tendensiya və 

proseslərini düzgün və  hərtərəfli təhlil etməkdir. Qeyd edək ki, 

kulturologiyanın obyektləri canlı insanlar, mədəniyyətin yaradıcı 

və daşıyıcıları, həmçinin mədəni hadisələr, proseslər və 

müəssisələrdir. 

Kulturologiya mədəniyyəti, sivilizasiyanı, onun tarixini, 

insanla mədəniyyətin qarşılıqlı  əlaqəsini və qarşılıqlı  təsirini 

öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol 

oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət 

tarixini, insanla mədəniyyətin qarşılıqlı  əlaqəsini, digər tərəfdən 

isə insanın ona təsirini və  əks-təsirini öyrənir. Kulturologiya bir 


______________Milli Kitabxana_____________ 

 

4



elm kimi XX əsrin  əvvəllərində meydana gəlmişdir. Onun 

yaranmasında ABŞ alimi Lesli Uayt (1900-1975) xüsusi rol 

oynamışdır. Lesli Uayt öz nəzəriyyəsini "Kulturologiya" 

adlandırmışdır. Lesli Uaytın bu elmi tədqiqatı "insan və 

mədəniyyət" anlayışlarını  əhatə etdiyindən kulturologiya dünya 

elmi ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir. 

Kulturologiya dünyaya, sosial reallığa, mədəni-mənəvi 

aləmə, insanın oradakı yeri və roluna bir küll halında baxır. 

Universal dəyərləri, keçmişin mənəvi irsini, cəmiyyətin mövcud 

bədii-mənəvi komponentlərini real gerçəklik baxımından təhlil 

edir. Kulturologiyanın elmi mənası bundan ibarətdir ki, o, 

mədəniyyətləri və sivilizasiyaları  dərindən və  hərtərəfli  şəkildə 

öyrənir, onun məzmun və mahiyyətini üzə  çıxarır, hansı 

səviyyələrdə və formalarda mövcud olduğunu müəyyən edir. 

Kulturologiya dünyada gedən prosesləri, həm də xalqımızın 

mənəvi-əxlaqi dəyərlərinin qorunub saxlanılmasını, inkişaf 

etdirilməsini və  gələcək nəsillərə çatdırılmasını öz qarşısına bir 

vəzifə kimi qoyur. Kulturologiya həm də müxtəlif sivilizasiyaların 

biri-birinə münasibətini, insan faktorunun təbiətə, istehsala, ətraf 

mühitə və s. amillərlə qarşılıqlı əlaqəsini araşdırır və onun inkişaf 

meyllərini öyrənir. Bu baxımdan informasiya-kommunikasiya və 

rəqəmsal texnologiyaların tətbiqi, iqtisadi cəhətdən inkişaf etmiş 

ölkələrdəki mədəniyyət sənayesinin təşəkkülü kulturoloji 

prosesləri qloballaşan dünyada ön plana çəkir. Dünyada gedən bu 

tendensiyalardan baş  çıxara bilən kulturoloq kadrların 

hazırlanması ölkəmiz üçün böyük aktuallıq kəsb edir. 

Mədəniyyət insanın ictimai şüuru və yaradıcılığı  əsasında 

formalaşan bir anlam olsa da o, həm də  hər bir yaradıcı  fərdin 

meydana gətirdiyi yenilikləri, oxşar yaradıcılıqların daima 

təkrarlanan mənəvi mühitidir. Bu mühit həm yaradıcılığa həm də 

milli mentalitetin inkişafına təsir edən müxtəlif amillərlə 

zəngindir. Məhz bu zənginliklər “mədəniyyətşünaslıq” və ya 

“kulturologiya” kimi anlamların yaranmasına, onların ictimai 

şüurda möhkəm yer tutmasına şərait yaradır. 

İctimai-siyasi quruluşların xüsusiyyətlərindən asılı olaraq 

mədəniyyət və kulturologiya anlayışlarına müxtəlif mövqelərdən 



______________Milli Kitabxana_____________ 

 

5



yanaşılmışdır. XX əsrin  əvvəllərində yaşamış türk alimi Ziya 

Göyalpa görə “kültürlə  mədəniyyət” bir-biri ilə  fərqlənən 

anlayışlardandır. Ziya Göyalpın fikrincə “kültür milli olduğu 

halda, mədəniyyət uluslararasıdır-beynəlmiləldir. Kültür yalnız bir 

millətin din, əxlaq, hüquq, ağıl, estetik, dil, iqtisadiyyat və texnika 

ilə bağlı yaşayışlarının uyumlu-ahəngdar bir bütünüdür. 

Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çox millətlərin 

toplumsal ictimai həyatlarının ortaq bir bütünüdür...”

1

 

Kulturologiya insanşünaslığa xidmət edən və qloballaşan 



dünyada cəmiyyətimizin gələcək inkişafı üçün son dərəcə aktual 

olan elmlərdən ən vacibidir. Bu elm bəşəriyyətin min illərlə yığıb 

saxladığı, zənginləşdirdiyi, bir-birinə verdiyi və gələcək nəsillərə 

çatdırdığı  mənəvi sərvətlərin və  dəyərlərin öyrənilməsi və 

mənimsənilməsi üsulları haqqında bir elm olub, bu mənəvi 

dəyərlərin quruluşu, ondan istifadə olunması, inkişafı, fəaliyyəti 

və s. məsələləri öyrənir. Bu gün insan tərəfindən mədəniyyət 

fenomeninin kəşfi, onun mexanizminin açılması, cəmiyyətin 

intellektual səviyyəsinin yüksəldilməsini tələb edir. Bu həm də 

insanın özünün cəmiyyətdəki yerinin və rolunun müəyyən 

edilməsinə, bir mədəniyyətin digərindən fərqlənməsinə kömək 

edir. Kulturologiya insanın mənəvi aləmini, şəxsiyyətin müəyyən 

sosio-kultur rolunu, insanın mədəni təkmilləşməsi, həyat tərzini, 

mentalitetini, əxlaqi-mənəvi keyfiyyətlərini və dəyərlərini, insanla 

elmin qarşılıqlı münasibətini və s. öyrənir. Bu mənada qloballaşan 

dünyada kulturologiya Azərbaycan cəmiyyəti üçün olduqca zəruri 

bir elmdir. Bu elm mövcud cəmiyyətdə yeridilən mədəniyyət 

siyasətinin  əsas prioritetlərini müəyyən edir. Mədəniyyət üçün 

prioritet olan kulturologiya sahəsi bu gün bəşəriyyətin min illərlə 

yığıb saxladığı, zənginləşdirdiyi və  gələcək nəsillərə layiqli 

səviyyədə çatdırdığı  mənəvi sərvətlər toplusudur ki, bu toplunu 

qorumağa isə biz hamımız borcluyuq. 

                                                 

1

 



Ziya Göyalp. Türkçülüyün əsasları. Bakı, “Maarif”, 1991, s. 40. 

 


______________Milli Kitabxana_____________ 

 

6



İBTİDAİ DÖVRÜN MƏDƏNİYYƏTİ  

Yer üzündə yaşamış insanlar öz həyat tərzləri ilə bağlı 

zəngin bir tarixi-kulturoloji iz qoyub getmişlər. Keçmişə aid olan 

maddi mənbələr (əşyalar), yazılı qaynaqlar bu günə qədər qalır və 

tariximizi, kulturoloji baxımdan öyrənməyə imkan verir. Maddi 

mənbələr  əsasən yaşayış yerlərindən və  qəbir abidələrindən  əldə 

edilir. Yazılı qaynaqlar, kitabələr isə qayalar, daşlar, sümük və gil 

lövhələr, papirus və s. əşyalar üzərindədir. 

Maddi mədəniyyət abidələri (yaşayış yerləri, qəbir abidələri, 

qayaüstü təsvirlər və s.) və  tədqiqat nəticəsində  əldə edilmiş 

materiallar (əmək alətləri, silahlar, bəzək  əşyaları  və s.) qədim 

keçmişi öyrənmək üçün son dərəcə  əhəmiyyətli tarixi-kulturoloji 

mənbələrdir. Bu abidələr vasitəsilə qədim insanların yaşayış tərzi, 

istifadə etdikləri  əmək alətləri, adət-ənənələri, dini görüşləri 

haqqında məlumatlar  əldə edilir, onların davranış  və  məişət 

həyatı, məşğuliyyəti və ictimai münasibətləri kulturoloji baxımdan 

öyrənilir və tədqiqat obyektinə çevrilir. 

Müxtəlif tipli qəbir abidələri-daş qutu qəbirlər,  torpaq 

qəbirlər, kurqanlar,  küp qəbirlər, taxta qutu, katakomba və 

onlardan əldə edilmiş materiallar qədim insanların adət-ənənələri, 

dünyagörüşləri, dini inancları  və s. haqqında geniş kulturoloji 

məlumatlar verir. 

Qəbir abidələri insanlar arasında müxtəlif dəfn 

mərasimlərinin mövcud olduğunu göstərir. Mərhumun qırmızı 

oxra ilə boyanması, parçalanaraq, yandırılaraq dəfn edilməsi 

adətləri olmuşdur. Dəfn adətləri və  qəbir avadanlıqları  qədim 

insanların axirət dünyasına inamlarının olduğunu göstərir. 

Təqribən beş min il bundan əvvəl bəzi xalqlarda yazı 

meydana gəlmişdir. Papirus, gil lövhələr, ağac, daş, dəri, parça, 

kağız və s. üzərində yazılı tarixi mənbələr dövrümüzə qədər gəlib 

çıxmışdır. Hələ  qədimdə  əl ilə kitablar yazılmışdı.  İsgəndəriyyə 

kitabxanasında 700 min cild əlyazmasında kitab olmuşdur. İndiyə 

qədər qalmış yazıların çoxu oxunmuşdur, lakin hələ də alimlərin 

oxuya bilmədiyi bəzi yazılı mənbələr var. Alimlər bu yazılı tarixi 

mənbələr (sənədlər) əsasında tarixi-kulturoloji biliklər əldə edirlər. 

Qədim Şərq ölkələri geniş coğrafi ərazidə təmsil olunmuşdu. 



______________Milli Kitabxana_____________ 

 

7



Ən qədim  Şərq dövlətləri Misir, İkiçayarası (Mesopotamiya), 

Aralıq dənizinin  şərqində, Kiçik Asiya, İran, Hindistan, Çin və 

digər ölkələrin  ərazisində meydana gəlmişdi. Qədim ölkələrin 

siyasi və ictimai-iqtisadi problemlərinin, mədəniyyət və etnik 

proseslərinin öyrənilməsi bu ölkələrin ayrı-ayrılıqda tarixi, 

ümumi, fərdi və özünəməxsus cəhətləri barədə  təsəvvür 

yaratmağa imkan verir. Fərqli cəhətlərinə baxmayaraq, qədim 

Şərq ölkələri vahid orqanizm idi, biri digəri ilə siyasi, iqtisadi, 

mədəni və etnik təmasda inkişaf tapırdı. 

Qədim Şərq dövlətləri bir neçə inkişaf mərhələsi keçmişlər. 

İlkin mərhələni sinifli cəmiyyət və dövlətin meydana gəlməsi 

dövrü təşkil edir. Bu mərhələnin e.ə. IV minilliyin sonu - III 

minilliyin xronoloji çərçivəsində müəyyənləşdirmək olar. Bu 

zaman Şərqin erkən dövlət qurumları meydana gəlmiş və bəziləri 

həmin dövrdə də tənəzzülə uğramışlar. Bununla yanaşı, quldarlıq 

ictimai-iqtisadi münasibətlərin   ilk   ünsürləri   özünü   büruzə   

vermiş,   işğalçılıq siyasətinin  əsası qoyulmuş, xarici və daxili 

ticarət inkişaf etmişdi.  Orta mərhələ yeni, əvvəlki dövrə nisbətən 

sayca daha çox dövlət qurumlarının meydana gəlməsi, işğalçılıq 

müharibələrinin güclənməsi, quldarlıq istehsal üsulunun bərqərar 

olması, siyasi, iqtisadi və  mədəni  əlaqələrin genişlənməsi və 

nəhayət, bu dövrün dövlətlərinin tənəzzülə  uğraması ilə 

səciyyələnir. Eyni zamanda, “imperiya” xüsusiyyətli dövlətlərin 

yaradılmasına meyl artır. Bu mərhələ xronoloji cəhətdən e.ə. II və 

I minillikləri əhatə edir. Bundan sonrakı mərhələdə rəqabət aparan 

dövlət və sülalələr meydana gəlir, quldarlıq quruluşunun böhranı 

başlayır və feodalizm ünsürləri üzə  çıxır. Eyni zamanda, bir sıra 

qədim dövlətlər siyasi təsir dairəsini genişləndirmək uğrunda 

mübarizə aparır. Bu mərhələ e.ə. IV əsrdən eramızın III-IV 

əsrlərinə qədər davam edir. 

İbtidai-icma quruluşunun dağılması  və sinifli cəmiyyətin 

meydana gəlməsi ilk dəfə qədim Şərqdə baş vermişdir. Quruluşa 

xas olan bir sıra təsərrüfat formaları, dini təsəvvürlər, adət-

ənənələr, mədəniyyət və incəsənət formalarının izləri sonrakı 

tarixi mərhələlərdə də öz əksini saxlamışdır. 

Dövlət də ilk dəfə  Qədim  Şərqdə meydana gəlmişdir. 



______________Milli Kitabxana_____________ 

 

8



Dövrün ideologiyasının  əyani vasitəsi olan dini “idarələr”-

məbədlər ilk dəfə  Qədim  Şərqdə meydana gəlmişdi. Sadə 

məbədlər ilə yanaşı  əzəmətli, bir neçə  mərtəbəli zikkuratlar 

(qülləli məbədlər) inşa edilirdi. Məbədlərdə xidmət edən kahinlər 

təbəqəsi yaranmışdı. 

Ön Qafqaz və Orta Asiya ölkələrində dövlətlərin meydana 

gəlməsi bu mərhələnin müxtəlif dövrlərinə təsadüf edir. 

Qədim  Şərqdə  mədəniyyət və incəsənətin müxtəlif sahələri 

inkişaf etmişdi.  Əfsanəvi nağıllar janrı, tarixi-əfsanəvi  ədəbiyyat 

nümunələri,  ədəbiyyat, fəlsəfi fikirlər, təsviri sənət, elmi 

istiqamətlər qədim  Şərq xalqlarının  fəaliyyətinin və  bədii 

yaradıcılığının bəhrəsi olmuşdur. Xüsusilə Babil, Hind, Misir, 

Fələstin ölkələrindən  bu  sahəyə aid zəngin təsviri sənət 

nümunələri dövrümüzə gəlib çatmışdır. 

İlk yazı növü - piktoqrafiya (şəkli yazı, heroqlif) qədim 

Şərqdə icad edilmişdir. Qədim  şumerlər, hindlilər, elamlar 

pıktoqrafik yazı sistemini yaratmış  və bundan təsərrüfat hesabı 

aparmaq uçun istifadə etmişlər. E.ə. IV minilliyin sonunda 

piktoqrafiya artıq tətbiq olunurdu. Piktoqrafiyanın ümumi oxşar 

cəhətlərinə baxmayaraq, onu işlədən hər bir xalqın ayrılıqda 

müstəqil yazı yaradıcılığı olmuşdur. 

Şəkli yazı mürəkkəb fikirləri ifadə edə bilmirdi. Elamda 

şəkli yazı  əsasında xətti yazı yaradılmışdı. Artıq burada hər bir 

işarənin heca oxunuşu vardı.  Şumerdə  şəkli yazının inkişaf 

mərhələsini mixi yazı işarələri təşkil edirdi. İşarələr bəzi hallarda 

şəkli (ideoqrafık) oxunuşu saxlamış, digər hallarda isə heca kimi 

tələffüz olunurdu. E.ə. III minilliyin ortalarında artıq mixi yazıdan 

geniş istifadə edirdilər. Bu yazı sisteminin yaradıcısı şumerlər idi. 

Mixi yazılar müəyyən dəyişiklik ilə qonşu xalqlar, o cümlədən 

akkadlar, elamlar, hürrilər, urartlar, farslar və başqaları tərəfindən 

mənimsənilmiş, təsərrüfat və salnamə  mətnlərinin tərtib 

edilməsində istifadə olunmuşdur.  Şumer mixi yazıları akkadlılar 

tərəfindən təkmilləşdirilmişdi. Şumer-Akkad mixi işarələrinin sayı 

600-dən çox olmuşdur. Hər işarənin bir neçə hecalı mənası var idi. 

Qonşu xalqlar mixi yazıları öz dillərinə uyğunlaşdırmış, işarələrin 

sayını azaltmışdılar. 



______________Milli Kitabxana_____________ 

 

9



Şərq tarixinin son dövründə  ən geniş yazı sistemi arami 

yazısı olmuşdu. Arami dili Şərqdə beynəlxalq dilə çevrilmişdi. 

Coğrafi baxımdan qədim Yunanıstan və Roma qərbdə

Avropa qitəsində yerləşirdi. Bunlardan şərqdə  və  cənub-şərqdə 

yerləşən ölkələr müvafiq surətdə Asiya və Afrika qitələrinə 

mənsub idilər. Hələ qədim zamanlarda Yunanıstan və Roma tarixi 

və publisist ədəbiyyatı Asiya əhalisini “Şərq xalqları” və 

“barbarlar”,  ərazisini isə  “Şərq ölkələri” adlandırırdı. “Şərq” 

anlayışı sadəcə olaraq coğrafi məfhum kimi işlədilirdi. Hazırda 

“Qədim Şərq” elmi anlayışı yunanların və romalıların tanış olduğu 

ərazidən daha geniş ölkələri özündə  cəmləşdirir və onlara ilk 

zamanlar məlum olmayan ən qədim dövlətlərin tarixini əhatə edir. 

Antik ölkələr Misir, Aralıq dənizinin şərq sahili, Anadolu (Kiçik 

Asiya), Ön Qafqaz, İkiçayarası (Mesopotamiya), Orta Asiyanın 

cənub və  qərbi, Hindistan ilə az-çox tanış idilər. Bəzi qədim 

Yunanıstan və Roma tarixçiləri adı  çəkilən ölkələrin tarixi, 

əhalisinin adət-ənənələri, mədəniyyəti və incəsənəti barədə 

müəyyən məlumatlar saxlamışlar. Lakin Çin və digər Uzaq Şərq 

ölkələri haqqında onların heç bir təsəvvürü olmamışdır.  

Bəşər tarixində Misir, Finikiya, Suriya, Fələstin, Het, 

Urartu, Mesopotamiyada - Şumer, Akkad, Babilistan, Assuriya, 

İranda-Aratta, Kuti, Lullubi, Elam, Manna, Midiya, Mada, 

Haxamaniş, Parfiya, Atropatena, Ön Qafqazda - Albaniya, 

İberiya, Orta və Uzaq Şərqdə - Hindistan, Koreya, Vyetnam, 

Yaponiya və  İndoneziya kimi ilk dövlətlər bu dövr ərzində 

meydana gəlmiş, sonra süquta uğramışlar. 

Qədim  Şərq ilk elmi biliklərin vətəni olmuşdur. Antik 

ölkələr qədim  Şərq mədəniyyətinin müəyyən təsirinə  məruz 

qalmışdı. 

İbtidai icma quruluşu bəşər tarixinin ən uzun bir dövrünü 

əhatə edir. Avropa, Asiya və Afrikanın isti iqlim sahələrində ilk 

dəfə insan əmələ  gəlmiş  və insan cəmiyyəti təşəkkül tapmağa 

başlamışdır.  İbtidai icma quruluşunun tarixi insanın heyvanlar 

aləmindən ayrılması ilə başlanır. Müasir insana yaxın olan ən 

qədim insan tipi “Cənub meymunları” (Avstralopitek) olmuşdur. 

Bu insan tipinə aid qalıqlar Afrikada (Keniya və Tanzaniyada) 



______________Milli Kitabxana_____________ 

 10


Rudolf gölü ətrafında tapılmışdır. Gürcüstan və Azərbaycan 

respublikalarının sərhədində olan Udabno kəndi yaxınlığında 

insanabənzər meymunların qalıqları aşkar edilmişdir. İbtidai icma 

quruluşu Daş, Tunc və Dəmir dövrlərinə bölünür. 

Daş dövrü aşağıdakı dövrlərə bölünür: 

1. Paleolit (Qədim daş) dövrü; 

2. Mezolit (Orta daş) dövrü; 

 3. Neolit (Yeni daş) dövrü. 

Paleolit (Qədim daş) dövrü e. ə. 12-ci minillikdə başa 

çatmışdır. İnsanın əmələ gəlməsi və insan cəmiyyətinin təşəkkülü 

2.6-3 milyon il bundan əvvəl başlanmışdır.  İlk insanlar təbii 

mağaralarda və açıq havada yaşamışlar. Alimlər  ən qədim 

insanların sümüklərinin qalıqlarına  əsaslanaraq onların xarici 

görkəmini müəyyən edə bilmişlər. Ən qədim insanlar iri meymuna 

oxşayırdılar. Onların əlləri dizlərinə qədər uzanır, ayaq üstə gəzir, 

ov edir, yem toplayır, müdafiə olunurdular. Onların alnı ensiz və 

maili idi. Beyni müasir insan beynindən kiçik idi. İlk insanların 

beyninin tutumu 600-700 sm

həcmində olmuşdur.  İnsanın  əmək 



fəaliyyətinə başlaması onun beyninin inkişafına, nitqinin 

yaranmasına, qamətinin düzəlməsinə kömək etmişdir. Paleolit 

dövrünün  ən qədim insan məskəni və insan qalığı Afrikada 

(Tanzaniyada) Oldovay dərəsində tapılmışdır. İndoneziyada Yava 

adasında Trinil şəhəri yaxınlığında pitekantrop, Çində sinantrop, 

Almaniyada Heyderberq və Neandertal vadisində Neandertal, 

Azərbaycan Respublikasının Füzuli şəhəri yaxınlığında, Quruçay 

vadisinin sol yamacında Azıx mağarasında Azıxantrop adamının 

qalıqları aşkar edilmişdir. 

Qədim insanların vəhşi heyvanlar kimi iti caynaqları  və 

dişləri yox idi. Onlar vəhşi heyvanlardan qorunmaq üçün daş  və 

dəyənəklərdən istifadə edirdilər.  İnsanın ilk əmək aləti sivri daş, 

dəyənək və yerqazan çubuq olmuşdur. Əmək alətinin hazırlanması 

nəticəsində insanın  əmək fəaliyyəti başlandı.  İnsanın tədricən, 

ardıcıl  əmək fəaliyyəti onun bütün orqanizminin dəyişməsinə 

səbəb oldu. Ən çox insanın əli, onunla birlikdə beyni inkişaf etdi. 

Alimlər əmək alətləri hazırlamaq bacarığı olan insanları “bacarıqlı 

insan” adlandırırdılar. 



______________Milli Kitabxana_____________ 

 11


İnsanın ilk məşğuliyyəti yığıcılıq və ovçuluq idi. İnsanlar 

meyvə  və bitki köklərini və toxumlarını, quş yumurtalarını 

toplamaqla məşğul olurdular. Bu məşğuliyyət yığıcılıq adlanır. 

Qədim insanların yaşayışını  təmin edən  əsas vasitələrdən biri də 

ovçuluq olmuşdur. Ovçuluq insanın  əsas məşğuliyyət sahəsinə 

çevrildikdən sonra yığıcılıq ikinci dərəcəli rol oynamağa başladı. 

İnsanlar vəhşi heyvanlardan müdafiə olunmaq, birgə qida 

əldə etmək üçün kollektivlərdə birləşdilər.  İnsanların tarixi 

birliyinin ilk forması olan ibtidai insan sürüsü meydana gəldi. 

İbtidai insan sürüsü sabit deyildi. Onlar bir-biri ilə qarışır və 

ayrılırdılar. 

İnsanlar  əmək prosesində topladıqları  təcrübəni inkişaf 

etdirərək, nəsildən nəslə ötürmüşlər. Onlar əvvəlki əmək alətlərini 

təkmilləşdirir, hər il yeni-yeni əmək alətləri hazırlayırdılar. Bir 

neçə yüz min il bundan əvvəl insanlar daşdan əl çapacağı, qaşov, 

bıçaq, sümükdən biz, iynə hazırlamışdılar.  İnsanlar 20-30 min il 

bundan əvvəl harpun düzəltdilər. Alətlər içərisində üstünlüyü daş 

alətlər tutduğuna görə bu dövr daş dövrü adlanır. Daş dövrü iki 

milyon ildən artıq davam etmişdir. 

Qədim insanın həyatında od böyük rol oynamışdır. İnsanlar 

ildırımın çaxması, üzvü maddələrin qızışıb yanması  nəticəsində 

baş verən yanğından od əldə etmişlər.  İnsan  əmək fəaliyyəti 

nəticəsində süni od əldə etməyi öyrəndi. İnsan daşı daşa vuranda 

qızışıb qığılcım çıxmasını, ağacı deşəndə istinin yaranmasını 

müşahidə etmişlər. Azıx mağarasında 700 min il yaşı olan ocaq 

yeri aşkar olunmuşdur. Odun əldə edilməsi insanın heyvanlar 

aləmindən ayrılmasını sürətləndirdi. 

Mükəmməl  əmək alətləri və oda yiyələnən insanlar daha 

geniş  ərazilərə yayılmağa başladılar. Afrika, Asiya və Avropada 

məskən salmış insanlar sonralar Amerika və Avstraliyaya 

yayılmışlar. Son tədqiqatlar təsdiq edir ki, Berinq boğazının 

ayırdığı Uzaq Şərqlə Alyaska yarımadası  əvvəllər bitişik olub. 

Təqribən 11 min il bundan əvvəl Orta Asiyadan köçmüş insanlar 

Amerikaya gedib çıxmışlar. 

Təqribən 100 min il bundan əvvəl yer üzündə  kəskin 

soyuqlar düşdü və axırıncı buzlaşma başlandı. Qalınlığı 2 km-ə 



______________Milli Kitabxana_____________ 

 12


qədər olan buzlaqlar cənuba irəliləyirdi. Heyvanların bir qismi 

cənuba çəkildi, bir qismi yeni iqlimə uyğunlaşdı, bir qismi isə 

məhv oldu. İnsanlar tundranın və soyuq çöllərin iqliminə 

uyğunlaşdılar. Bu dövrün insanları pusquda duraraq vəhşi 

heyvanları üstü ağac budaqları ilə örtülmüş çuxura, ya da uçuruma 

salıb ovlayırdılar.  

İlk paltarı  dəridən olan insan təbii mağaralarda 

məskunlaşmışdı. Düzən yerlərdə mamont sümüyündən və dəridən 

yurd tikirdilər. Milyon illər ərzində insanın şüuru və nitqi inkişaf 

etdi. Paleolit dövrünün sonunda təqribən 40 min il bundan əvvəl 

neandertal tipli insanlar müasir tipli insana çevrilməyə başladılar. 

Alimlər bu insan tipini “ağıllı insan” (homo sapiyens) 

adlandırdılar. “Ağıllı insanın” beyni “bacarıqlı insanın” beynindən 

iki dəfə böyük idi, aydın nitqə malik idi, məntiqi düşünməyi 

bacarırdı, düz qamətli, hündürboylu idi. Təbii  şəraitdən asılı 

olaraq, yəni isti, sərt küləklər, şaxtaların təsiri ilə “ağıllı insanın” 

zahiri görünüşündə  fərqlər yarandı, ağ irq (avropoid), qara irq 

(neqroid), sarı irq (monqoloid) meydana gəldi.  İbtidai insan 

sürüləri tədricən qəbilə (nəsil) icmasına çevrildi. Təqribən 30 min 

il bundan əvvəl nəsli icma və ya qəbilə meydana gəldi. Qan 

qohumluğu ilə bir-birinə bağlı olan, əmlakı ümumi olan, birgə 

yaşayan və birgə  fəaliyyət göstərən insan kollektivinə  qəbilə 

deyilir. Qəbilə ibtidai insan sürüsünə nisbətən sabit idi. Qəbilədə 

kişilər ov edir, balıq tutur, əmək aləti düzəldirdilər. Qadınlar uşaq 

saxlayır, yeməli bitki yığır, dəridən paltar tikir, yemək hazırlayır 

və s. işlər görürdülər. Qəbilədə əsas işləri qadınlar yerinə yetirirdi. 

Ona görə  də qohumluq ana xətti ilə müəyyən edilirdi. Qəbilənin 

ilk dövründə ana nəsli (matriarxat) hökmran idi. Qəbiləni 

ağsaqqallar idarə edirdi. Onlar əmək alətlərinin hazırlanması, 

qidanın toplanması  və bölüşdürülməsinə, gənclərə ovçuluğun 

öyrədilməsinə rəhbərlik edirdilər.  

Qədim insanların birlikdə çalışdıqları  nə ümumi əmlaka 

birlikdə sahib olduqları bu cür yaşayış qaydası ibtidai icma 

quruluşu adlanırdı. İbtidai icma quruluşunda qədim insanlar kiçik 

kollektivlərdə yaşayırdılar, birgə  işləyir, ümumi əmlaka malik 

idilər, istismar yox idi, əmək məhsulu bərabər bölüşdürülürdü. Bu 



______________Milli Kitabxana_____________ 

 13


quruluşda yaşayanları ibtidai insanlar adlandırırdılar. 

MEZOLİT (yunanca “mezos” orta, “litos” daş deməkdir) 

dövrü e. ə. XII-VIII minillikləri  əhatə edir. Bu dövrdə havalar 

istiləşdi, buzlaqlar əridi və  şimala çəkildi, buzlar əriyən yerlərdə 

kolluqlar, meşələr əmələ gəldi. Heyvanlar da şimala tərəf yayıldı. 

İnsanlar heyvanların ardınca gedir, Avropanın şimalında çayların 

və göllərin kənarında məskunlaşırdılar. Bu dövrdə ox, kaman, ox 

ucluğu və s. kəşf edildi. Çaylardan və göllərdən keçmək üçün 

ağacdan sal düzəldilirdi, ağacın gövdəsini oyub qayıq qayırırdılar. 

İnsanlar əvvəlcə iti, sonra isə qara mal, qoyun və digər heyvanları 

əhliləşdirməyə başladılar. Mezolit dövründə ilkin əkinçilik 

vərdişləri meydana gəldi.  

Paleolitin sonu və Mezolit dövründə bir neçə qəbilə birləşib 

tayfa əmələ gətirirdi. Tayfa üzvləri eyni ərazidə yaşayır, bir dildə 

danışırdılar. Tayfaya daxil olanların ümumi adətləri var idi. 

Tayfanın işini ağsaqqallar şurası idarə edirdi. 

NEOLİT (yunanca “neos” yeni, “litos” daş deməkdir) dövrü 

daş dövrünün son mərhələsini - e.ə. VIII-VI minillikləri  əhatə 

edir. Daş  əmək aləti daha da təkmilləşdirilir. Cilalanmış  və  ağac 

sapı olan daş baltalar əvvəlki  əmək alətlərindən daha məhsuldar 

idi. Belə əmək alətləri ilə ağac kəsmək və təmizləmək daha asan 

olurdu. 


İnsan toxumun yerə düşməsini, onun cücərməsini, inkişafını 

və  məhsul verməsini dəfələrlə müşahidə etmişdir.  İnsanlar 

sahələri kolluq və meşəlikdən təmizləyir,  əkinçiliklə  məşğul 

olmağa başlayırlar. Qadınlar ağaca buynuzdan, yaxud daşdan 

ucluq düzəldib toxa adlanan əkinçilik aləti ilə yeri şumlayır və 

taxıl  əkirdilər.  Ən qədim  əkinçilərin  əmək aləti toxa idi. Belə 

əkinçiliyə toxa əkinçiliyi deyirdilər. Sünbülü iti daş  qəlpələri 

taxılmış buynuz və sümükdən düzəldilmiş oraqla biçirdilər. Toxa 

əkinçiliyi yığıcılığa nisbətən qəbiləni daha çox qida ilə  təmin 

edirdi. Beləliklə, yığıcılıqdan əkinçilik meydana. gəldi. 

İnsanlar ilk dəfə iti əhliləşdirmişlər.  İt və oxla ov uğurlu 

olurdu.  İt ovu axtarıb tapır, insan ovu uzaqdan oxla vura bilirdi. 

Bu da qəbilədə qida bolluğu yaradırdı. İnsanlar quzu, çəpiş, donuz 

balası, buzovu və digər heyvan balalarını  kəsmədilər, onları 



______________Milli Kitabxana_____________ 

 14


saxlayıb böyütdülər. Beləliklə, ovçuluqdan maldarlıq meydana 

gəldi. İnsanlar indiyə kimi təbiətdə olan heyvanları ovlayır, balıq 

tutur, bitki toplayırdılar. Əkinçilik və maldarlıq yaranandan sonra 

insanlar özləri əkir, taxıl toplayır, heyvan saxlayır, öz tələbatlarını 

ödəyirdilər. Yığıcılıq və ovçuluq artıq yardımçı  təsərrüfat 

sahələrinə çevrildi. 

Neolit dövründə insanlar cilalı daş baltalardan, balıqçılıqda 

tordan, harpundan, qarmaqdan istifadə etmiş,  əkinçiliyin inkişafı 

ilə oturaq həyat tərzinə keçmişdi. Neolit dövründə gil (saxsı) 

qablar istehsalı, əyiricilik, toxuculuq meydana gəlmişdir. Kətan nə 

yun liflərindən sap əyirir, sapdan parça toxuyur, parçalardan 

dəriyə nisbətən yüngül və rahat paltar tikirdilər. Alimlər bu 

yenilikləri “neolit inqilabı” adlandırmışlar. 

Avropanın  şimalında meşə zolağında ovçu və balıqçı 

tayfalar su yaxınlığında, çay kənarlarında məskən salırdılar. 

Sibirdə  ən qədim neolit mədə-niyyəti V minilliyə aiddir. 

Türkmənistanda Çeytun əkinçilik məskəni, Anadoluda Çayönü və 

“Çatal hüyük” mədəniyyətləri Neolit dövründə yaranmışdır. E.ə. 

VII minillikdə ehtimal ki, Zaqros dağlarında  əkinçilik və 

maldarlıq meydana gəlmişdir. Zaqros dağları  və Anadolu 

buğdanın və arlanın vətəni olmuş  və buradan dünyanın digər 

ərazilərinə yayılmışdır. 

Eneolit (“eneos” - latınca mis, “litos” isə yunanca daş 

deməkdir, mis-daş) dövrü e.ə. VI-IV minillikləri əhatə edir. Bəşər 

tarixində metal əsri mis dövrü ilə başlayır. İnsanın istifadə etdiyi 

ilk metal mis olmuşdur. Mis emalının qədim izləri Ön Asiyada 

təqribən 7 min il bundan əvvəl Anadoludakı Çayönü, Çatal hüyük 

məskənlərində  və Mesopotamiyada tapılmışdır.  İnsanlar misdən 

balta, xəncər, nizə, bəzək  əşyaları, evdə  işlənən  əşyalar 

düzəltməyə başladılar. Mis yumşaq olduğuna görə daşı  sıxışdıra 

bilmədi. Mislə yanaşı daş alətlər də  işlədilirdi. Elə buna görə  də 

bu dövrə mis-daş dövrü deyirlər. Bu dövrdə toxa əkinçiliyi 

üstünlük təşkil edirdi, çiy kərpicdən evlər tikilir, gildən qadın 

fiqurları düzəldilir, boyalı qab istehsalı genişlənirdi. 

Eneolit dövründə  əhali cənubda  əkinçilik, maldarlıqla, 

sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdular. Lakin şimalda 



______________Milli Kitabxana_____________ 

 15


əhalinin  əsas məşğuliyyəti ovçuluq və  yığıcılıq idi. Torpaq toxa 

ilə becərilir, taxıl sümük və buynuzdan düzəldilmiş oraqlarla 

biçilir,  əl dəyirmanında üyüdülürdü. Əkinçilər oturaq həyat 

tərzində yaşayırdılar. Eneolit dövrünə aid abidələr Anadoluda, 

Mesopotamiyada, Orta Asiyada (Anau, Hamazqantəpə  və s.), 

Ukraynada (Tripolye mədəniyyəti və s.) Azərbaycanda (Kültəpə, 

Şoumtəpə və s) və digər ərazilərdə aşkar edilmişdir. 

Qədim insanların birlikdə çalışdıqları  nə ümumi əmlaka 

birlikdə sahib olduqları  Neolit dövründə gil (saxsı) qablar 

istehsalı,  əyiricilik, toxuculuq meydana gəlmişdir. Kətan nə yun 

liflərindən sap əyirir, sapdan parça toxuyur, parçalardan dəriyə 

nisbətən yüngül və rahat paltar tikirdilər. Alimlər bu yenilikləri 

“neolit inqilabı” adlandırmışlar.  

Avropanın  şimalında meşə zolağında ovçu və balıqçı 

tayfalar su yaxınlığında, çay kənarlarında məskən salırdılar. 

Sibirdə  ən qədim neolit mədəniyyəti V minilliyə aiddir. 

Türkmənistanda Çeytun əkinçilik məskəni, Anadoluda Çayönü və 

“Çatal hüyük” mədəniyyətləri Neolit dövründə yaranmışdır. E.ə. 

VII minillikdə ehtimal ki, Zaqros dağlarında  əkinçilik və 

maldarlıq meydana gəlmişdir. Zaqros dağları  və Anadolu 

buğdanın və arlanın vətəni olmuş  və buradan dünyanın digər 

ərazilərinə yayılmışdır. 

İbtidai (buna arxaik də deyirlər) mədəniyyət bəşəriyyət 

tarixinin ilkin mərhələlərində meydana gəlmişdir. İbtidai (arxaik) 

mədəniyyətin bir sıra xüsusiyyətləri diqqəti cəlb edir. Hər şeydən 

əvvəl, ibtidai mədəniyyət  ən qədim mədəniyyət tipidir, o 

bütövlükdə ibtidai insanların bütün tarixi boyu onların varlığını 

müəyyən edir. İkincisi, bizimlə «yanaşı» yaşayan və bir sıra 

adamların təkəbbürlə primitiv mədəniyyət adlandırdığı xalqların 

ibtidai, arxaik mədəniyyəti müasir dövrdə  də vardır. Üçüncüsü, 

qədim mədəniyyət müasir mədəniyyətin üzvi və olduqca 

əhəmiyyətli hissəsini təşkil edir. Tədqiqatçılar mədəniyyətin 

insanlara öz davranışını  təşkil etmək üçün bir sıra strategiyalar 

bəxş etdiyini göstərirlər.  İbtidai, arxaik mədəniyyətlərdə  təqlid 

strategiyası mühüm yer tutur. İkinci strategiya məkan-zaman 

əlaqələri və asılılıqlarının fərdi-sistematik müşahidəsidir. Bu 



______________Milli Kitabxana_____________ 

 16


barədə çoxlu misallar gətirə bilərik. Onlardan bir neçəsini 

nəzərdən keçirək. «Qara pəncə» adlı hindu qəbiləsi qabaqcadan 

baharın gəlişini öldürülmüş dişi bizonun (vəhşi öküzün) 

bətnindəki rüşeymin inkişaf səviyyəsi ilə xəbər verə bilirdilər. Bu 

cür qabaqcadan xəbərvermə adətən dəqiq olurdu. Yaxud da hindu 

osaqa qəbiləsi vəhşi bitkilər-qarğıdalı  və  vəhşi öküzü ovsunda 

birləşdirirdi. Bu çulğaşma aşağıdakı kimi izah olunurdu. Yayda 

osaqa qəbiləsi çöldə qarğıdalı çiçəklənənə  qədər vəhşi öküzü 

ovlayırdı. Onlar yaxşı bilirdilər ki, qarğıdalı çiçək açdıqdan az 

sonra yetişməyə başlayır. Bu o demək idi ki, qarğıdalı məhsulunu 

yığmağa qayıtmaq vaxtı gəlib çatmışdır. 

Üçüncü strategiya analogiyaya görə  əqli nəticənin 

çıxarılmasıdır. Animist təfəkkürün oxşar  əlamətlərini ayırmaq 

zərurəti buradan doğur. Animistik təfəkkür isə yer üzünü, təbiəti 

ilahi qüvvələr, ruhlar və iblislərlə doldurur. Bu strategiyanı təsdiq 

edən nümunələr çoxsaylıdır. Məlum olduğu kimi, piqmey 

tayfalarının biri dişə  bənzər çovdar mahmızı ilan vuran zamanı 

çarə kimi tətbiq edirdilər. Yaxud da paleolit dövründə bəşəriyyətin 

mədəni inkişafında böyük inqilab sayılan odu götürək. Bütün 

xalqların mifologiya və  əfsanələrində od əbədiyyət simvoludur. 

Ona görə  də  əfsanələrdə od yaradılmamışdır,  əksinə, allahlardan 

oğurlanıb, insanlara verilmişdir. 

İnsan xarakteri mürəkkəb olub, kosmik, bioloji, psixi, sosial 

və  mədəni aspektlərə malikdir. Bu baxımdan ibtidai mədəniyyət 

dedikdə, böyük tarixə malik yığıcılıq və ovçuluq mədəniyyəti 

nəzərdə tutulur. İbtidai mədəniyyətin spesifik xüsusiyyətlərindən 

biri onun yekcinsliyidir. Müasir kulturologiyada sosial-mədəni 

sistemlərin katerogen (qeyri-yekcins), qomagen (yekcins) və 

qomeostatik tiplər kimi üç tipi göstərilir. Birincisi üçün aksioloji 

(dəyər) plüralizmi; ikincisi üçün differensiyasiya edilmiş, 

antaqonist maraqlara malik olan çoxsaylı sosial qrupların 

mövcudluğu səciyyəvidir. 

İbtidai-sosial-mədəni sistem öz inkişaf dinamikasına malik 

olub, mövcud sistemli strukturun yenidən dirçəlməsinə imkan 

verir. İbtidai mədəniyyətin digər xüsusiyyəti onun sinkretikliyidir 

ki, bu da öz təcəssümünü totemizmdə tapmışdır. Onun üçüncü 



______________Milli Kitabxana_____________ 

 17


xüsusiyyəti isə tabu (qadağalar) mədəniyyətini təmsil etməsidir. 

30 min il ərzində arxaik mədəniyyət aradan çıxmamış, bu 

gün də yaşayır. «Əcdadlar kultu» formasında tarixi dünya anlamı 

prinsipini insanlar çox qədim dövrlərdə  dərk etmişlər. Onlar 

yaxınlarının birdəfəlik bu həyatı  tərk etməsinə inana bilmirdilər. 

Belə hesab edirdilər ki, ölülər onlarla yanaşı yaşayır, 

davranışlarını, adətlərə  sədaqətlərini müşahidə edirlər. Deməli 

indi ilə keçmiş arasında bir növ asılılıq, qırılmaz  əlaqə 

mövcuddur. Mədəniyyət elementləri bu cür yaranmışdır. 

Müasir dövrdə biz onları «tarixi yaddaş», «məsuliyyət», 

«vətənpərvərlik», «vicdan», «ləyaqət», «borc» və s. Adlandırırıq. 

Arxaik mədəniyyətin qalıqları saysız-hesabsız xırda  şeylərlə 

məsələn, kosmik gəmidəki həmail (gözmuncuğu), qaranlıqdan 

qorxma, tatuirovka (bədənə  şəkillər döydürülməsi) və s. 

göstərmək olar. Bunlar yuxarıda qeyd etdiyimiz kimi, saysız-

hesabsızdır. Burada müəyyən qanunauyğunluğun olduğunu nəzərə 

almaq lazımdır. Həyati situasiyalar (doğum, ölüm, dəfn, nikah, 

xəstəlik və s.) əhəmiyyətli olduğu qədər də ibtidai mədəniyyət irsi, 

onun mərasim, simvol, psixoloji qaydaları  və stereotipləri də 

mühüm yer tutur. 

Bəzi tədqiqatçılara görə müasir cəmiyyətin mədəniyyətində 

sivilizasiya təbəqəsi olduqca zəifdir və  çətin situasiyalarda 

(zorakılıq, aclıq, qorxu, sosial böhran və kütləvi psixoz) onlar tez 

təzahür edir. 

Bu zaman ibtidai şüurun güclü fantomları  təzədən 

dirçəldilir, müvafiq mədəni forma alır, müharibə təbilləri gurlayır, 

insanlar təsəvvürlərində yaratdıqları düşmən cəsədləri üzərində 

rəqs edir, onların məhv edilməsinə ürəkdən sevinirlər. 

Sosial hipnoz (ibtidai cəmiyyətdə bu kollektiv rəqs və 

nəğmə oxunması ilə  təmin edilirdi) işi o yerə  gətirir ki, insanlar 

yalnız onlara təlqin edilən  şeyləri görürlər, yerdə qalanlarmı isə 

rədd edirlər. Bəşər mədəniyyətinin başlanğıc mərhələsinin 

qanunauyğunluqlarının anlaşılmasında  əsas problem onun öz 

xarakteri ilə bağlıdır. Həqiqi arxaiklik bizdən minilliklərlə bir 

məsafədə durur. Neolit dövrünün homo sapiyensinin şüuru, 

birbaşa öyrənilməkdən çox fərziyyə predmeti kimi daha faydalı 



______________Milli Kitabxana_____________ 

 18


ola bilər. Hətta müasir dövrdə geridə qalmış  qəbilələrin  şüurunu 

öyrənmək də  çətindir. Çünki onlar bu və ya digər dərəcədə 

sivilizasiyanın təsirini görə bilmişlər.  İbtidai mədəniyyəti 

anlamağın ikinci çətinliyi onun formalarının çoxsaylı  və 

rəngarəng olmasında, ümumiləşdirilməyin demək olar ki, qeyri-

mümkünlüyü ilə əlaqədardır. 

On min illərlə bir dövrü əhatə edən ibtidai mədəniyyətdə 

ümumi, bütöv olan bir şey tapmaq mümkündürmü? İbtidai 

mədəniyyətin inkişafında çoxsaylı  mərhələlərin olduğunu çox az 

adam inkar edə bilər. Müasir Avstraliya aborigenləri, eskimoslar, 

Cənubi Amerika ovçuları-hindularının mədəniyyətində ümumi 

qanunauyğunluqlar tapmaq olduqca çətindir. Görəsən bizim 

şüurumuzla ibtidai insanın  şüuru arasında köklü fərqlər 

olmuşdurmu? Bu sualın cavabının birinci variantını  təkamül 

məktəbinə daxil olanlar verir. Əsas müddəa budur: insan psixikası 

cəmiyyətin inkişafının bütün mərhələlərində birtiplidir. Təfəkkür 

qanunları universal və dəyişməzdir. 

İbtidai insanların dinə  qədərki fikirlərinə aid nəzəriyyələr 

kifayət qədər əsaslandırılmamışdır, çünki ibtidai insanların dünya 

haqqında təsəvvürlərinin müxtəlif formalarına aid materiallar daha 

çoxdur.  Əgər buraya ibtidai inkişaf mərhələsində yaşayan, 

məsələn, Avstraliya aborigenlərini və b. həyat tərzinin 

öyrənilməsini də daxil etsək, güclü və zəngin material əldə etmiş 

olarıq.  İlkin dini təsəvvürlər kompleksi çoxcəhətlidir. Lakin 

onların  əksəriyyəti son nəticədə  təbiətdə insanın yeri və rolu, 

insanın  ətraf aləmlə  əlaqələrinin öyrənilməsi baxımından bir sıra 

forma və metodlara bölünür. Bu formalar totemizm, animizm, 

magiya, fetişizm və mifologiyadan ibarətdir. Yuxarıdakı 

formaların hamısı vacib olsa da, onların içərisində mifologiya 

özünəməxsus yer tutur. Mifologiyada insanlara öz totem-əcdadları 

ilə əlaqəsini, təbiətin bu və ya digər qüvvəsinin canlılaşdırılması, 

fetişin və magiyanın sehrli gücünü izah edən material istənilən 

qədərdir. 

Müxtəlif xalqların rəngarəng miflərinin və müxtəlif adlar 

altında çıxış edən allahları, qəhrəmanları və mifik hökmdarlarının 

olmasına baxmayaraq, ən qədim dövrlərdə  bəşər mədəniyyətinin 



______________Milli Kitabxana_____________ 

 19


ümumi cəhətlərə malik olması heç kimdə şübhə doğurmamalıdır. 

Bu vəhdətin mövcudluğu mifin özünün atribut və s. cəhətləri ilə 

bu və ya digər sosial-etnik birliklərin müəyyən inkişaf 

mərhələsində xalqların mənəvi mədəniyyəti və mental 

təcrübəsinin nümunəsi rolunda çıxış etməsi tamamilə doğrudur. 

Lakin mif təkcə xatirə-yaddaş deyil, həmçinin insan fikrinin 

sərbəst uçuşudur ki, cəlbedici mədəniyyət dünyasına daxil olmaq 

üçün göstərilən cəhdin nağıl xassəli, fantastik və realist istəkləri 

məcmusu hesab oluna bilər.  İnsan fikri gündəlik konkret 

qayğılardan xilas olaraq poetik səyahətin sonsuz nöqtələrinə doğru 

istiqamət götürə bilir. Mifdə müasir sivilizasiyanın mənəvi 

potensialını doğuran ilkin rüşeym açıq-aydın görünür. Qədim 

cəmiyyətlərdə dünyanın dərki və insanın oradakı yeri əslində 

mifdə, mifologiyada səlis şəkildə anlaşıla bilərdi. Mif fərdi şüura 

qarşı qoyulan, ondan köklü şəkildə  fərqlənən kollektiv şüurun 

inikasıdır. Mif mədəniyyətin kollektiv tərəfindən sakral dərk 

edilməsidir. Mif ilkin dini təsəvvürlər komplektinin mərkəz oxu 

olmuşdur. Onun ümumi mədəniyyətlə əlaqəsi şəksizdir. Mif ilkin 

fikrin məcburi, zəruri formasıdır. Onun formalaşdığı kollektiv 

təsəvvürlər nə praktik müşahidələrin rasionalizminə, nə  də 

abstrakt mühakimələrə  əsaslana bilməzdi. Qrupların təsəvvürləri, 

hər  şeydən  əvvəl emosional əhval-ruhiyyəyə, özünü gerçək 

mühitə daxil etməyə arxalanır. 

Mifopoetik təfəkkür öz prinsipləri və öz məntiqi olan 

təfəkkürdür. Mifin fərqləndirici cəhəti ziddiyyətləri aradan 

qaldırmaq cəhdidir. Onun vəzifəsi bu ziddiyyətlərin nisbiliyini 

sübut etmək, onu əhatə edən dünya ilə eyniləşdirmək, insanı, onu 

əhatə edən dünya ilə vəhdətə gətirmək, insan və təbiətin, təbiət və 

cəmiyyətin uyğunluğuna nail olmaqdır. 

Hər hansı bir din kimi, mifin də son məqsədi qrupa mənəvi 

rahatlıq təmin etmək və bununla da onu yad şəraitə, özünü 

dərkinə, hətta düşmən əhatəsində olsa belə özünü təsdiqinə şərait 

yaratmaqdır. 

Arxaik mədəniyyəti təcəssüm etdirən miflər haqqında 

müasir təsəvvürlər bir sıra nəticələri çıxarmağa imkan verir:  

- Miflər adamların öz varlığını dərk etmək və şüurlu şəkildə 



______________Milli Kitabxana_____________ 

 20


emosional və  məntiqi assosiasiyaların köməyi ilə varlıqla 

çulğaşmaq cəhdidir.  

- Mifoloji təfəkkürün xüsusiyyətləri ümumi, mücərrəd 

anlayışların çatışmamağı ilə əlaqədardır.  

- Mif ibtidai insanın  şüurunun intuitiv olaraq təbiət 

hadisələrinin qaydası və qanunauyğunluğunun dərk edilməsidir.  

- Miflərin quruluşu insan psixikasının müəyyən 

xüsusiyyətlərini ifadə edir.  

- Miflər kollektiv təcrübə ilə əlaqədardır, bu isə individ üçün 

etiqad obyekti, əcdadların müdrikliyi kimi olmuşdur. Fərdi 

təcrübə onu dəyişdirə bilmir; mif əcdadların etiqadı kimi, 

subyektin işi kimi yoxlanmırdı, məntiqi  əsaslandırılmağa ehtiyac 

hiss etmirdi.  

- Mif təbiətin qanunauyğunluğunu  əks etdirirdi, mücərrəd 

təfəkkürün zəifliyinə görə onları  şəxsləndirirdi, onları  şüurlu 

fəaliyyət göstərən iradə ilə birləşdirirdi. Buradan isə 

mifologiyanın  əsas fəaliyyət göstərən simaları-allahlar təzahür 

edirdi.  

- Mifologiya - insanın özünü ifadə etməsi vasitəsidir. Mif 

insan yaradıcılıq qabiliyyətinin təzahürünün  ən qədim və  əbədi 

formasıdır. Miflər sistemi, müxtəlif tipli mifologiyalar özündə 

bəşər mədəniyyətinin müxtəlif forma və tiplərini əks etdirir. 

Totemizm, animizm, magiya. Totemizm (Şimali Amerika 

hindularının dilindən götürülmüşdür). Totemizm totemə (onun 

qəbiləsi sözündəndir) - insan kollektivlərinin (qəbilə, tayfa) ilə 

müəyyən heyvan və bitki növləri, habelə  hər hansı bir predmet 

arasında guya mövcud olan fövqəltəbii qan qohumluğu əlaqələrinə 

etiqad edilməsindən ibarətdir. Bu insan kollektivindəki vəhdəti və 

ətraf aləmdə onun əlaqələrini başa düşməyin birinci forması hesab 

olunur.  Əmələ  gəlməkdə olan qəbilə kollektivinin həyatı onun 

üzvlərinin ovladıqları müəyyən heyvan növləri ilə sıx bağlı idi. Bu 

və ya digər heyvanın həmin ovçu kollektivi ilə qohumluğu 

haqqında illüziyalı  təsəvvürün meydana gəlməsi totemizm üçün 

əsas olmuşdur. Tədricən belə bir təsəvvür inkişaf edib, şüurlara 

hakim kəsilir ki, bu heyvan həmin qəbilənin üzvlərinin ümumi 

əcdadıdır, yəni totemidir. 



______________Milli Kitabxana_____________ 

 21


İbtidai insanların istehsal fəaliyyəti, qəbilə və tayfaların sayı 

artdıqca, balıq totemləri və bitki totemləri haqqında təsəvvürlər 

yaranıb möhkəmlənirdi. Nəticədə xüsusi totem bayramları yaranır, 

həmin totemin yeyilməsi mərasimi bu bayramlarda əsas yer 

tuturdu. Əslində mərasimin bu cəhəti kollektivin qüvvəsini, onun 

əti yeyilən totemlə qan qohumluğunu möhkəmləndirməli və 

bununla da totemin təkrar istehsalına zəruri  şəraitin təminatçısı 

olmalı idi. İndinin özündə də bir sıra xalqlar arasında totemizmin 

qalıqları öz varlığını saxlamaqdadır. Hazırda adamların heyvana 

(məsələn, canavara, ayıya) çevrilə bilməsinə, heyvanların isə 

insan şəkli almasına olan etiqad formasında özünü göstərir. 

Totemizm elementləri özünü mifologiyada daha çox 

qoruyub saxlaya bilmişdir. Mifologiya isə özlüyündə ibtidai 

cəmiyyətin fəlsəfə tarixi hesab oluna bilər. Həmin cəmiyyətin 

dünyagörüşü isə mahiyyətcə mifoloji xarakter daşımışdır. Lakin 

həmin cəmiyyətin mənəvi-konseptual və idrakı sahələrində onun 

mədəniyyətinin iki qatı olan totemizm və magiya (sehrbazlıq) 

mühüm rol oynamışdır. Həm kitablardan, həm də xalqımızın 

tarixindən bizə  məlumdur ki, bu və ya digər heyvan, yaxud quş 

necə böyük hörmətə malik olmuşdur. Türk xalqlarında qurd, at, it 

qaranquş, göyərçin və s. heyvan və quşların etiqad və inamlarda 

öz xüsusi yeri vardır.  

Bu proses bütün dünya xalqlarında, mövcud olan dünya 

dillərində baş vermişdir. Məsələn, Qədim Misirdə allah Ra öküz 

obrazında, Osiris qırğı başlı  təsvir olunurdu. Yunanıstanda Zevs 

guya insanlara öküz və yaxud qartal, eləcə də qu quşu simasında 

görünürdü. 

Allah Pan keçi ayaqları  və buynuzları ilə yunan 

etiqadlarında məlum idi. Finikiya ilahəsi Aştart inək simasında, 

obrazında təqdim olunmuşdur. Meksika günəş allahı Teskatlipoka 

ayı başlı,  Şumer allahı Eya insan-balıq, xristian allahı Xristos 

quzu obrazında bizə  məlumdur. Qədim yunanların dinlərində 

ovçuluq ilahəsi Artemida xallı maral simasında təsvir olunmuşdur. 

Dəhşətli görünüşü olan köpək Serber cəhənnəmin girişinin 

mühafizəçisi olmuşdur. 

Bəzi ibtidai xalqlarda belə bir təsəvvür mövcud idi ki, 



______________Milli Kitabxana_____________ 

 22


insanların mənşəyi heyvanlarla, quşlarla, balıqlarla, hətta 

həşəratlarla  əlaqəlidir. Kaliforniyalı Koyot hinduları belə hesab 

edirlər ki, onların  əcdadları canavar olmuşdur. Sibir xalqlarının 

əksəriyyəti - Ob xantları, Ural mansiləri mifik təsəvvürlərinə görə 

öz mənşələrini ayıdan, dovşandan, qazdan, durnadan, balıqdan və 

qurbağadan götürürdülər. 

Heyvanlar adamların hamisi rolunda çıxış edir, onlara öz 

işlərində köməkçi olurdular. Məsələn, Kanada eskimoslarında 

ilahə Sedna dişi morj obrazında xeyirxahlıq mücəssəməsi idi. 

Labrador eskimoslarında kişi allahları  ağ ayı simasında təsvir 

olunurdu. Bir sıra xalqların miflərində heyvanlar insanlara od 

verir, insanlara sənət öyrədir, mərasim və adətləri aşılayır. Buryat 

əfsanəsinə görə, birinci şaman qartal olmuşdur. O, qadınla əlaqəyə 

girərək ona şamanlıq etməyi öyrətmişdir. Koryaklarda və 

çukçalarda ilahi qarğa dünyanın, torpağın, çayların və  hətta 

insanların yaradıcısı hesab olunur. O, insanlara sənət öyrətmiş, 

onlara maral vermişdir. Çox vaxt insanın ruhu da heyvan 

obrazında təsəvvür edilirdi. Məşhur filosof Plotin (III əsr) ölərkən 

onun yaxın dostu çarpayının altında ilan görür. İlan tez divarın 

yarığında gizlənərək yox olur. Filosof tam əmin idi ki, həmin ilan 

Plotinin ruhudur. 

Qədim farslarda itlər  ən böyük hörmətə malik idi. Onların 

fikrincə insan öldükdən sonra onun ruhu «itlərə» keçir. Ona görə 

də öldükdən sonra insanın cəsədi itlərə yedizdirilirdi. 

Etiqad edilən heyvanları incitmək olmazdı. Qədim Misirdə 

müqəddəs heyvanın öldürülməsi ölümlə  cəzalandırılırdı. E.ə. V 

əsrdə məşhur yunan tarixçisi («tarixin atası») Herodot yazırdı ki, 

Misirdə pişiyin ölümü oğulun ölümündən betər sayılırdı. İnkişafın 

daha sonrakı  mərhələlərində animizm (latınca  nimus, nima-ruh, 

can deməkdir), yəni ruhlara etiqad meydana gəlmişdir. Bu inam, 

əqidə  qədim dövr insanlarının,  ən qədim  əcdadlarımızın 

fövqəltəbiiliyi haqqında təsəvvürlərinin formalaşmasında mühüm 

rol oynamışdır. Animizm insanlarda anlayış yaratmaq qabiliyyəti 

özünü göstərəndən sonra əmələ  gəlmişdir. Bu inkişaf 

mərhələsində aləmin ikiləşməsinə - real və fövqəltəbii aləmə 

bölünməsinə imkan yaranır. Sonralar fövqəltəbii aləmin real aləm 



______________Milli Kitabxana_____________ 

 23


üzərində hakim olması haqqında inam formalaşır.  İbtidai insanın 

aləmi onun fantaziyasının məhsulu olan ruhların insanların, 

heyvanların, bitkilərin, təbiət obyektlərinin, insanın yaratdığı 

predmetlərin ruhlarının «məskənidir». Daha sonralar isə bu və ya 

başqa predmetdən ayrılan, onu tərk edən ruhlar haqqında 

təsəvvürlər meydana gəlir. Bu qayda ilə müxtəlif kortəbii 

qüvvələrin və  təbiət hadisələrinin ildırım, günəş, ay, planetlər, 

dağlar, dənizlər, çaylar, və meşələrin ilahiləşdirilməsi prosesi baş 

verirdi. 

Ruhlar - insanla daimi qarşılıqlı  təsirdə olan mifoloji 

varlıqlardı.  İnsanların hamiləri olan ruhlar, nəsil ruhları,  əcdad 

ruhları, xəstəlik ruhları,  şamanların köməkçi ruhları, müxtəlif 

obyektlərin, sahələrin, təbiət qüvvələrinin sahiblərinin ruhları kimi 

müxtəlif ruhlar məlum idi. Ruhlar haqqında təsəvvürlər çox vaxt 

onları insanların «bənzəri», daha doğrusu mənəvi «bənzəri» kimi 

təqdim edir. Ruhlar çoxsaylı miflərdə  və mifoloji əfsanə  və 

dastanlarda özünü göstərir. Həmin dastanlar isə guya konkret 

insanların başına gələn əhvalatları ifadə etməklə yanaşı, həmçinin 

insanların ruhlarla təması - görüşü haqqında hadisələri əks etdirir. 

Ruhlar haqqında təsəvvürlər allahların obrazlarının 

formalaşmasında mühüm rol oynamışdır.  İnkişaf etmiş 

mifologiyalarda allahların və ruhların obrazları yanaşı mövcud 

olsa da ruhlar mifoloji sistemlərin daha aşağı səviyyəsinə aiddir. 

Beləliklə, animizm ruhların təbiət hadisələrinin səbəbkarı 

mövcudluğuna inamı, bütün təbiətin canlı olmasına inamı ifadə 

edir. Qədim dünyanın mədəniyyətində animizm dini etiqadların 

universal forması idi. Elə bütün dini tamaşaların, mərasim və 

ayinlərin inkişaf prosesi animizmdən başlanmışdır.  

İbtidai xalqların mədəniyyətində magiya (sehrbazlıq) da 

mühüm rol oynamışdır. Magiya da ibtidai dini etiqadlara aiddir. 

Magiya müəyyən simvolik hərəkətlər (tilsimləmək, ovsunlamaq 

və s.) yolu ilə, yəni fövqəltəbii yolla ibtidai insanın hər hansı təbii 

hadisələrə  təsir göstərmək imkanına olan etiqadından ibarətdir. 

İbtidai cəmiyyətlərin üzvləri sehrbazlıq üsulları ilə hadisələrin 

gedişinə özünün arzu etdiyi istiqamətdə  təsir göstərməyə 

çalışırdılar. Magiya sonralar inkişaf etmiş dinin daha mühüm 



______________Milli Kitabxana_____________ 

 24


ünsürlərindən birinə çevrilmişdir, hər bir müasir dini kult 

sehrbazlıq hərəkətlərinin (ayinlər, sirlər, ibadətlər və s.) müəyyən 

sistemini özündə birləşdirir. Sehrbazlığın ovsunlamaq, falçılıq, 

qabaqcadan xəbər vermə, «bəd nəzər», caduya inam, «bağlamaq» 

və s. kimi qalıqları indi də məişətdə qalmaqdadır. 

İbtidai cəmiyyətlərdə geniş yayılmış etiqad formalarından 

biri də fetişizm hesab olunur. Fetişizm (fransızca  fetiche  - büt, 

tilsim deməkdir) müxtəlif maddi əşyaların fövqəltəbii xassələrinə 

etiqad olunmasına deyilir. İbtidai insanın müxtəlif  əşyalardan, 

məsələn, daşlardan, ağaclardan, sonralar isə amuletlərdən 

(gözmuncuğularından, dualardan və s.), bütlərdən və s. fövqəltəbii 

kömək almaq ümidi fetişizmdə  əks olunurdu. İbtidai cəmiyyətdə 

yaşamaq taleyinə düşən insanın praktiki fəaliyyətinin inkişaf 

etməsi və onun dərketmə imkanlarının məhdudluğu fetişizmin ilk 

mənbələri olmuşdur.  İbtidai dövrlərdə fetiş öz-özlüyündə real 

mövcud olan predmet kimi pərəstiş obyekti olmuşdur. Sonralar isə 

onda «məskunlaşan» gizli fövqəltəbii qüvvə haqqında təsəvvürlər 

meydana çıxır. Fetişizm dini pərəstişin zəruri komponentidir. 

Möcüzəli ikonalara, xaça, quru cəsədlərə, «müqəddəs yerlərə 

pərəstiş edilməsi, tilsimlərin, amuletlərin, boyundan asılan 

xaçların və s. möcüzələr doğurduğuna etiqad edilməsi müasir dini 

praktikada fetişizmin daha xarakterik təzahürləridir. 

Cəlbedici predmetlər, gözəl görünən, eləcə  də çirkin 

görünən  şeylər fetişə çevrilə bilər. Predmet-əşya forması kimi 

fetişizm Qərbi Afrikada çox yaxşı saxlanılmışdır. Burada fetişlər 

hər yerdə  nəzərə çarpır.  Ən geniş surətdə yayılmış canlı fetişlər 

ilan (əjdaha) və qarğadır. Farslarda it və xoruz, Skandinaviyada 

ayı  və canavar, Yunanıstanda - bayquş  və s. fetiş sayılır. Canlı 

fetişlər qəbilə üzvləri üçün eyniləşdirici başlanğıcı ifadə etmirdi, 

onları eyni hesab etmək olmazdı. Onlar ya totemizmin 

özünəməxsus qalıqları, yaxud da güclü, müstəqil ruhların 

daşıyıcıları idi. Bəzi hallarda qəbilə üzvləri onlardan yararlana 

bilərdi. Ona görə  də bir xalqın bir neçə canlı fetişi olurdu. 

Məsələn, Qədim Misirdə hər bir icma özünün canlı fetişinə malik 

idi. Ümummilli fetiş-müqəddəs öküz Apis olsa da, regional və 

yerli fetişlər də mövcud idi. Fivada - qoyun, Memfisdə - keçi, 



______________Milli Kitabxana_____________ 

 25


Bastda - pişik və s. fetiş hesab olunurdu. Qədim Roma miflərində 

canavarlar («Roma dişi canavarı»), ağacdələnlər və digər canlı 

varlıqlar haqqında danışılırdı. Onlar İtaliya yarımadasında 

yaşayan qəbilələrə düşmənə qalib gəlmək, qəhrəmanlıq 

göstərmək, gələcəyi görmək və s.-də kömək edirdi. Mədəniyyət 

tarixinin bir çox səhifələri fetişizmlə  əlaqədardır, lakin onlardan 

biri müasir insana olduqca amansız və  qəbuledilməz  şəkildə 

görünür. Söhbət kannibalizmdən (adam yeməkdən) gedir. 

Kannibalizm çox qədim tarixə malikdir. Əcdadlarımız olan 

neandertallar adamyeyənlər idi. Homo sapiyens 40 min əvvəl 

planetdə adamyeyən kimi peyda oldu. Sonralar insan mədəniyyəti 

qəti imperativ ilə adam yeməyi qadağan etdi. Sonra qan 

qarışdırmaya (yaxınlarla evlənmə) qadağa qoyuldu. İkinci qadağa 

daha universal idi və insan cəmiyyətində ciddi şəkildə qorunmağa 

başladı. Bu tabu (qadağa) kannibalizmdən daha qədimdir. «Tabu» 

ibtidai mədəniyyətlə  əlaqədar olan ən mühüm anlayışlardan 

biridir, onun pozulması  dəhşətlə müşahidə olunur. Tabunun 

qorunması təhlükədən xilas olunmağın yeganə vasitəsidir. 

İbtidai incəsənət. İncəsənət tarixini yazanlar hələ keçən əsrin 

sonunda yalnız ilkin incəsənət kimi Qədim Misir incəsənətindən 

başlayırdılar. 90 il bundan əvvəl bəşəriyyət kinonu kəşf etdiyi 

zamanda daş dövrünün incəsənətini, paleolit təsviri sənəti, 

rəssamlığını  və heykəltəraşlığını da özü üçün aşkar etdi. Həmin 

vaxtdan başlayaraq ibtidai cəmiyyətin incəsənəti tədqiqat üçün ən 

populyar sahəyə çevrildi. Həmin proses indi də davam 

etməkdədir.  

İbtidai incəsənətin yaranması ilə  əlaqədar saysız-hesabsız 

nəzəriyyələr mövcuddur. Bədii fəaliyyət ibtidai mədəniyyətin 

bütün mərhələlərində mövcud olmuşdur. Ona görə  də incəsənət 

onun varlığının daimi üsulu olmuşdur. Sənət alət istehsalından 

başlanır.  İnsanın  ən qədim alətinin tarixi 2.5 milyon il bundan 

əvvəl başlanır. İnsanların düzəltdiyi alətlərin materialına əsaslanan 

arxeoloqlar ibtidai dünyanın tarixini üç dövrə bölürlər. Bunlar daş 

dövrü, tunc dövrü və dəmir dövrüdür. Öz növbəsində daş dövrü də 

bir neçə alt dövrə bölünür. Ən qədim daş dövrü, yaxud paleolit 

(təqribən e.ə. 2.6 milyon ildən XII minilliyə  qədər), orta daş 



______________Milli Kitabxana_____________ 

 26


dövrü, yaxud da mezolit (təqribən e.ə. XII minillikdən VII 

minilliyə  qədər), yeni daş dövrü, yaxud da neolit (e.ə. XII 

minillikdən IV minilliyə qədər), mis daş dövrü, yaxud da eneolit 

(e.ə. III-II minilliklər), tunc əsri (e.ə. II-I minilliklər). Dəmir dövrü 

təqribən birinci minilliyin ortalarından başlayır. 

Öz növbəsində Paleolit də üç dövrə - aşağı, orta və yuxarı 

(yaxud da sonrakı) dövrə bölünür. İbtidai incəsənətin ilkin 

mərhələsi üçün səciyyəvi cəhəti sinkretizm (latınca birləşmə) 

olmuşdur. Bu da müxtəlif görüşlərin bir yerdə ifadə olunması idi. 

Dünyanın bədii mənimsənilməsi ilə əlaqədar olaraq insanın 

fəaliyyəti eyni zamanda homo sapiyens (ağıllı insan) 

formalaşmasına da şərait yaratmışdır. Bu mərhələdə ibtidai 

insanın bütün psixi proses və  həyəcanlarının imkanları hüceyrə 

şəklində kollektiv şüuraltı vəziyyətdə, arxetip adlanan proobrazda, 

ilkin formada olmuşdur. Dünyanın dərki kortəbii baş verirdi, hər 

bir anlayışın arxasında obraz, canlı  əməl gizlənirdi. Bizə  gəlib 

çatan ilk ibtidai təsviri sənət əsəri Orinyak (Fransa) (e.ə. 33 min - 

18 min) mərhələsində olmuşdur. Qadın heykəlciyi (daşda və 

sümükdə) həmin sənət  əsərlərindəndir. Həmin dövrdə 

heyvanların, mamontların, filin, atın, maralın ümumi cizgilərini 

əks etdirən təsvirlər də yaranmışdır.  İbtidai incəsənət  əsərləri 

əsasən ovçuluq və əmək prosesi ilə əlaqədar olmuşdur. 

Bir sıra sənətşünaslar paleolit dövrünün təsviri fəaliyyətini 

üç mərhələyə bölürlər. Onlardan hər biri keyfiyyətcə yeni təsvir 

formalarının yaranması ilə səciyyələnir.  

Sümük, təbii maket və s.-dən kor pozisiyalar, süni təsviri 

forma - iri gil heykəltəraşlığı, barelyef profil konturu, yuxarı 

paleolit təsviri yaradıcılığı, mağara yazıları, sümük üzərində 

qravyuralar - natural yaradıcılıq nümunələridir. 

Analoji mərhələni ibtidai incəsənətdə, tipik musiqi 

yaradıcılığında da görmək mümkündür. Musiqi (natural 

pantomimanın musiqi elementləri, təbiətdəki səslərin təqlidi, səsin 

təqlid motivləri, süni intonasiya formaları, səs yüksəltmə 

vəziyyətini  əks etdirən motivlər, intonasiya ardıcıllığı, iki və üç 

səsli motivlər) hərəkət, mimika, jestlərdən və s.-dən ayrılmamışdı. 

Əvvəllər insanlar yalnız öz ehtiyacları üçün təbiətin verdiyi 



______________Milli Kitabxana_____________ 

 27


şeylərdən - daş, ağac, sümük və s.-dən istifadə edirdilər. Yeni daş 

dövründə insan sənət  əsərləri yaratmaq məqsədi ilə odadavamlı 

gildən istifadə etməyə başlayır.  

İbtidai cəmiyyətdə  təsviri sənətin, demək olar ki, bütün 

növləri: rəsmlər, heykəlciklər, təsvirlər (mineral rənglərdən 

istifadə etməklə  rəngli təsvirlər vermək), heykəltəraşlıq (daşdan 

yonulmuş, yaxud da gildən düzəldilmiş fiqurlar) və s. yaranmışdı. 

Dekorativ sənət növləri (daş, sümük üzərində işləmələr, relyeflər 

və s.) bu qəbildəndir. İbtidai cəmiyyətin inkişafının son dövründə 

bürünc, qızıl və gümüşün emalı ilə bağlı  bədii sənət növləri 

yaranırdı.  

İbtidai icma dövrünün sonunda yeni memarlıq tikililəri - 

qalalar yaranmağa başladı. Sonralar yaşayış  məskənləri, dəfnlə 

əlaqədar məqbərələr və s. meydana çıxdı. 

İbtidai dövrün incəsənəti dünya incəsənətinin sonrakı 

inkişafı üçün əsas olmuşdur. Qədim Misir, Şumer, İran, Hindistan, 

Çin, Azərbaycan və s. mədəniyyətlərin formalaşmasında ibtidai 

dövr mədəniyyətinin əvəzsiz xidməti olmuşdur. 

Dini görüşlər. Təqribən e.ə. XXX minillikdə ibtidai 

incəsənət meydana gəldi. Bu incəsənətin yaranması insanların 

gündəlik həyatı ilə bağlı idi. “Ağıllı insan” buynuzdan kiçik 

heykəllər düzəldir, sümük üzərində  təsvirlər cızır, təbiətdən  əldə 

etdiyi boyalarla mağara divarlarında rəsmlər çəkirdi. Belə  təsviri 

sənət nümunələri  İspaniyada Altamira mağarasının divarlarında 

aşkar olunmuşdur. Mağarada təsvir edilmiş bizonların bir qismi 

sakit durmuş, digər qismi düşmən üzərinə atılan vəziyyətdə təsvir 

edilmişdir. Sonralar dünyanın müxtəlif yerlərində mağaraların 

divarlarında, qaya üzərində bu tipli ibtidai incəsənət nümunələri 

aşkar olunmuşdur. Beləliklə, incəsənət Paleolit dövründə 

yaranmışdır. 

İnsanlar ov və döyüş səhnələrini, ovlayacaqları heyvanların 

hərəkətlərini təqlid edirdilər. Buradan da rəqs meydana gəlmişdir. 

Bu yolla insanlar bildiklərini gənclərə öyrədirdilər. Memarlıq 

rüşeymləri, heykəltəraşlıq nümunələri Paleolit dövründə 

yaranmışdı.  İnsanlar heyvanların gözəlliyini, onların zahiri və 

daxili aləmini təsvir edə bilmişlər. 



______________Milli Kitabxana_____________ 

 28


 

 

 



 

 

 



______________Milli Kitabxana_____________ 

 29


 

 

 



 

 


______________Milli Kitabxana_____________ 

 30


 

 

 



______________Milli Kitabxana_____________ 

 31


 

 

 



______________Milli Kitabxana_____________ 

 32


 

 


Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin