Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu il tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix01.04.2017
ölçüsü2,24 Mb.
#13184
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
______________Milli Kitabxana_____________ 

 132


mənimsənilmişdi. Ön Asiya xalqları bu yazı növünü mümkün 

dərəcədə öz dillərinin xüsusiyyətlərinə uyğunlaşdırırdılar. Mixi 

(mismarı) yazılar üç min il ömür sürmüş, e.ə. I minilliyin sonunda 

aradan çıxmışdı. Həmin minilliyin əvvəlində  İkiçayarasında 

samidilli arami tayfalarının gətirdiyi arami əlifba yazı növü də 

tətbiq olunmağa başladı. 

İkiçayarası qədim xalqları müxtəlif bədii əsər növləri (janr) 

yaratmışlar.  Şumer  ədəbiyyatı e.ə. lll-ll minilliyin əvvəli  ərzində 

çiçəklənmə  mərhələsinə  qədəm qoymuşdu. Təxminən 150 (xırda 

parçalarla birlikdə)  şumer  ədəbiyyat nümunəsi üzə  çıxmışdı. 

Bunlar yazıya köçürülmüş  şifahi xalq yaradıcılığı nümunələri, 

xüsusilə  əfsanələr, allah və hökmdar şərəfinə deyilmiş himnlər, 

fəlakətli hadisələr, dəfnlə bağlı ağılar və mərsiyələr, atalar sözü və 

zərbi-məsəllər, təmsillər, qəhrəmanlıq dastanları, məhəbbət 

mahnıları və s. olmuşdur. Eyni zamanda şumerlər müxtəlif həyati 

və məktəb mövzularında bədii əsərlər yaratmışdılar. Şumerlərdən 

başqa akkadlar da müxtəlif  ədəbiyyat nümunələri yaratmış, bir 

çox  şumer  ədəbi  əsərlərini akkad dilinə  tərcümə etmiş, bəzən də 

şumer mövzularını  təkmilləşdirmişdilər. Bədii üslub Akkad 

hökmdarlarının salnamələrində  də öz əksini tapmışdı. 

İkiçayarasında bədii əsərlərin tərtibatı arami dilində də aparılırdı. 

Yazılı ədəbiyyatla yanaşı İkiçayarasında şifahi xalq yaradıcılığı da 

öz varlığını saxlayırdı.  Şifahi xalq yaradıcılığı nümunələrinin 

böyük hissəsi yazıya köçürülməmişdi, onlar əzbərləmə yolu ilə ifa 

olunurdu. Bunların müəyyən qismi ibadət xüsusiyyəti daşıyırdı. 

Bir qayda olaraq allahların şərəfinə oxunan, mədh, tərifləmə 

xüsusiyyəti daşıyan himnlər adətən bayram ziyafətləri zamanı 

mahnı kimi ifa olunurdu. Allahın əməlləri sadalanır, adları çəkilir 

və onlardan kömək dilənirdi. Himnlər təkbaşına kahin tərəfindən 

və ya xorla dindarlar tərəfindən ifa edilirdi. Mətn adətən 

qabaqcadan öyrənilirdi. Himn xüsusiyyətli mahnılar külliyyatı 

Nippur dini mərkəzlərində  tərtib olunmuşdu. Himnlər mirzələr 

hazırlayan məktəbdə öyrənilirdi. Hökmdarların  şərəfinə  də himn 

xüsusiyyətli mahnılar qoşulurdu. Adətən himn ilahiləşdirilmiş 

hökmdarlara həsr olunurdu. 

İkiçayarasında ağı da təmsil olunmuşdu. Bu da şifahi xalq 



______________Milli Kitabxana_____________ 

 133


yaradıcılığı  əsasında meydana gəlmiş poeziya növü idi. Ağılar 

müxtəlif səbəblərdən yaradılırdı. Ağıların matəm və dini mərasim 

formaları vardı.  İqtisadi və siyasi fəlakət üz verəndə  ağlaşma 

keçirilirdi. Belə ağlaşmalardan biri Laqaş şəhərinin Luqalzaqqesi 

tərəfindən dağıdılmasına həsr edilmişdi. Ağı yanan şəhəri, 

adamların  əsarətini, məbədlərin murdarlanmasını  təsvir edirdi, 

şəhəri dağıdanlara lənətlər yağdırırdı. Dini məzmun daşıyan ağılar 

Ur şəhərinin, Şumer və Akkadın dağıdılması ilə əlaqədar meydana 

gəlmişdi. Dəfn mərasimi ilə bağlı qoşulmuş  ağı mahnısı ata və 

arvadın ölümünü təsvir edir. Mahnıda atanın ölümündən, oğlunun 

uzaqlarda bu xəbəri eşidib matəm saxlamasından, arvadının dul 

qalmasından, övladlarının və  gəlinlərinin göz yaşı axıtmasından, 

ailə üzvlərinin xoşbəxt və sağlam qalmasından bəhs edilir və ailə 

başçısını öldürən qatilə  lənətlər yağdırılır. Digər mahnı arvadın 

vəfatı,  ərinin tək qalması  və  qəm-qüssə içində  mərhum qadının 

şərəfinə mədhiyyə oxuması («haradasan, səni çağırmaq istəyirəm, 

haradasan, mənim qiymətli brilyantım, səni çağırmaq istəyirəm» 

və s.), sağ qalanlara xoş arzular söyləməsi («Qoy sənin ərin sağ-

salamat olsun, qoy sənin övladlarının taleyi xoş və firavan olsun, 

qoy Utu (günəş allahı) axirət dünyasında sənə işıq versin» və s.) 

barədə  ağı  mətnindən ibarətdir.  İndinin özündə  də müasir Şərq 

xalqlarının dəfn mərasimlərində ağı ifa edilir. 

Dastanlar tarixi hadisələri əks etdirirlər. Bu dastanlar Nippur 

külliyyatında cəmləşdirilmişdi. Doqquz belə dastan məlumdur. 

Dastanlarda iştirak edən bəzi qəhrəmanlar, məsələn, I Uruk 

sülaləsinin hökmdarları Enmerkar, Luqalbanda və Gilqameş tarixi 

şəxsiyyətlər olmuşlar. 

«Enmerkar və Aratta hökmdarı» dastanı e.ə. III minilliyin 

birinci yarısında baş vermiş hadisələrdən danışır. Dastan 

Enmerkarla Aratta hökmdarı arasında mübahisə  şəklində  tərtib 

olunmuşdu. Aratta ölkəsi  İkiçayarasının  şimal-şərqində Urmiyyə 

gölünün cənub və  cənub-şərq torpaqlarını  əhatə edirdi. Dastan 

Aratta hökmdarının adını çəkmir, lakin onu «en» (kahin-hökmdar) 

adlandırırdı, ölkəni isə yeddi dağ arxasına yerləşdirirdi. Uruk 

hökmdarı Enmerkar Arattanı özünə tabe etmək və varidatını əlinə 

keçirmək niyyətində imiş. Bu məqsədlə o, kömək üçün ilahə 



______________Milli Kitabxana_____________ 

 134


İnannaya müraciət edir. Enmerkar İnannanın lütfü ilə Aratta 

adamlarını  qızıl, gümüş, lacivərd və s. gətirməyə  məcbur etmək 

istəyirdi. Enmerkarın İnannaya müraciətində deyilir: «Aratta, qoy 

mənə, Uruka tabe olsun. Aratta adamları qoy mənim üçün öz 

dağlarından dağ aşı gətirsinlər, qoy mənim üçün böyük ibadətgah 

tiksinlər, qoy mənim üçün böyük məbəd ucaltsınlar».  İnanna 

Enmerkara Arata hökmdarının yanına qasid göndərməsini 

məsləhət gördü. Enmerkar Arattaya qasid göndərdi. Qasid "Qara 

dağı" aşdı, yeddi dağı keçdi və Aratta ölkəsinə daxil oldu. Qasid 

Ermerkarın tələbini Aratta hökmdarına şifahi yetirdi. 

Aratta hökmdarı  əvvəl Enmerkarın tələbini qəbul etmədi, 

özünü İnannanın sevimlisi kimi qələmə verdi və dedi: "Qasid! öz 

ağana, Kulabın ali kahin-hökmdarına de: - Mən, ali kahin-

hökmdar, təmiz  əlin (İnannanın) təyin etdiyi adamam. Səma 

hökmdarının özülü, kainatın hökmdar qadını, bütün qanunlar 

hakimi müqəddəs İnanna məni pak adət-ənənələr ölkəsi Arattaya 

həqiqətən gətirdi, dağlarda onun (Arattanın) önündə böyük qapı 

kimi məni qoydu. Necə ola bilər ki, Aratta Uruka boyun əysin? 

Aratta Uruka boyun əyməyəcək-de ona". Aratta hökmdarı 

Enmerkarın tələbini qəti rədd etdi, lakin qasid onu hədələməyə 

başladı. Qasid dedi ki, Arata hökmdarının Enmerkara itaət 

edəcəyini  İnanna vəd etmişdir. Bunu eşidən Arata hökmdarının 

ürəyi döyündü, özünü itirdi, cavab axtarmağa başladı. Nəhayət o, 

cavab verir: «Arattada şır-şır axan sular var... ölkədə 

qurbankəsmə, dua-nəzir, hörmət-izzət var, beş-on adam deyilik ki. 

Məgər Uruk dağlara qarşı gedə bilərmi? Sənin ağan silaha 

sarılmaq istəyir, mən isə tək döyüşə (mübahisəyə) çağırıram». 

Aratta hökmdarı münaqişəni sülh yolu ilə həll etməyi təklif 

etdi, Arattanın heç də gücsüz olmadığını bildirdi. Demək olar ki, 

tarixdə ilk dəfə münaqişələri dinc yolla həll etmək təklifinə rast 

gəlirik. Sonra Arata hökmdarı öz ölkəsini tərifləyir: «Dağ 

məharətlə dolu qəhrəmandır. O öz evinə yollanan axşam şəfəqidir, 

onun üzünə qaranlıq yayılır. O, üzü şölə ilə dolu olan fəzaya 

qalxan aya bənzəyir. O, dağlara çəpər olan ağaclara (meşəyə) 

bənzəyir. Pak adət-ənənə ölkəsini lütfkar Laması (Aratta ilahəsi)-

Arattanın tacı,  şəfəqli səma tacı  (İnanna) kimi Arattaya yol 



______________Milli Kitabxana_____________ 

 135


göstərdi, mən öz əzəmətliyimi həqiqətən dərk etdim». 

Aratta hökmdarı, nəhayət, Arattadan aparılan malların 

əvəzinə Enmerkardan taxıl tələb edir. Eyni zamanda Arattanın 

Uruka itaətkarlığını İnannanın qərarı ilə bağlayır. Mətndə deyilir: 

«Taxılı qoy səbətə doldurub, arabaya yükləsin. Bu taxılı dağlara 

gətirsin, vergi toplayanların yanında yığsın. Taxılı torbalara 

doldurandan sonra, ulaqlara yük vurandan sonra, Arattanın 

sarayında taxıl anbarına tökəndən sonra, əgər...  İnanna Arattanın 

varidatını aparsa, onda mən ona baş əyərəm, o isə öz cah-cəlalını 

mənə göstərər. Mən və mənim şəhərim ona tabe olarıq». 

Qasid  İkiçayarasına qayıtdı  və Uruk hökmdarı Enmerkara 

Arattanın cavabını söylədi, ölkənin varidatı barədə məlumat verdi. 

Enmerkar ikinci dəfə qasidi taxıl yüklənmiş heyvanlarla (və 

yeni tapşırıqla) Arattaya yola saldı: «Qasid Arattaya yaxınlaşanda, 

arattalılar heyran-heyran yüklü ulaqları dövrəyə aldılar». 

Enmerkar eyni zamanda tələb etmişdi ki, Aratta hökmdarı 

«hakimiyyət rəmzini» götürüb Uruka, onun hüzuruna gəlsin. 

Lakin Aratta hökmdarı bu tələbə  əhəmiyyət vermədi, Enmerkara 

tapmaca göndərdi və onun Arattaya gəlməsini tələb etdi: «Qasid, 

ağana, Kulabın ali kahin-hökmdarına de: - «hakimiyyət rəmzi» 

qoy ağacdan olmasın, ağacın adını da deməsin. Qoy sidr olmasın, 

sərv olmasın, ağcaqayın olmasın,  şümşad olmasın, mis olmasın, 

qızıl olmasın,  əqiq olmasın, lacivərd olmasın. "Hakimiyyət 

rəmzini" hazırlasın, özü ilə götürsün. Kulabın ali kahin-hökmdarı 

əqiqi bir ağac kimi, lacivərdi bir ağac kimi əlinə alsın və mənim 

yanıma gəlsin-de ona». Enmerkar müdriklik allahı Enkinin 

köməyi ilə tapmacanın yozumunu tapıb «hakimiyyət rəmzini» 

qasidlə Arattaya göndərdi. Aratta hökmdarı yozumun düzgün 

olduğunu görüb kədərləndi. Zənn etdi ki, İnanna artıq Arattanı 

Enmerkarın himayəsinə vermişdir. Lakin taleyini bir də yoxlamaq 

üçün Enmerkara yeni tapmaca göndərdi. O, bu dəfə nə qara, nə ağ, 

nə sarı və s. rəngli olmayan it göndərməsini təklif etdi. Enmerkar 

isə qasidə yeni tapşırıq verib Aratta hökmdarına nə qara, nə ağ, nə 

sarı  və s. rəngli olmayan geyim paltarı istəyir, eyni zamanda 

Aratta hökmdarını hədələyir: «... şəhər əhalisini vəhşi göyərçinlər 

kimi ağacdan qovaram, özünü məhv edərəm, (külünü) yelə 



______________Milli Kitabxana_____________ 

 136


sovuraram». Qasid tapşırığı yadda saxlamağa çətinlik çəkir. Onda 

Enmerkar Arattaya yazılı kitabə göndərir. Qasid özünü Arattaya 

çatdırır. Hökmdar kitabəni nəzərdən keçirən zaman külək allahı 

İşkur Aratta üzərinə yağış yağdırır, hər yerdə buğda, noxud və s. 

göyərməyə başlayır. Arata taxıl anbarlarını doldurur. Eyni 

zamanda Enmerkara xəbər göndərilir ki, İnanna Arattanı  tərk 

etməmişdir, Arattanı gur sularla doldurmuşdur, arattalılar başqa 

adamlardan fərqlənirlər, Dumuzi onları başqalarından ayırmışdır, 

çünki onlar müqəddəs İnannanın sözlərinə riayət edirdilər. İnanna 

öz lütfünü Arattadan əsirgəmir" , Dumuzinin şərəfinə ziyafət 

düzəldir, arattalı  qızla onun nikahını bağlayır. Enmerkar öz 

növbəsində səbətləri taxıl ilə doldurur, qurbanlıq qoyun, keçi, inək 

götürüb Arattaya yola düşür. Arattalılar İkiçayarasından gətirilən 

məhsulla dəyişmək üçün qızıl, gümüş, lacivərdi mübadilə 

meydanına çıxarırlar. Dastanın sonu zədələndiyindən 

münasibətlərin tam aqibəti naməlum qalır. Lakin aydın olur ki, 

Aratta ölkəsi Uruka tabe edilmir. 

«Enmerkar və Arata hökmdarı» dastanı  Şumerdə  aşkar 

olunmuş ən uzun mətnli əsərdir. Bu, tarixdə məlum olan ilk dastan 

səpkili  əsər nümunəsidir. Dastanda Arattanın  şərəfi, paklığı, 

məharət və müdrikliyi, müstəqilliyini qoruması, dinc yolla öz 

müstəqilliyini qoruyub saxlamağı müxtəlif bədii boyalarla ifadə 

olunmuşdu. 

Eyni zamanda şumer dastanı qədim Azərbaycanın ərazisində 

meydana gəlmiş ilk dövlət quruluşu barədə  təsəvvür yaratmağa 

imkan verir. 

Aratta ilə  əlaqədar mövzular başqa  şumer dastanlarında da 

əks olunmuşdur. Bunlardan birini «Uruk və Aratta» adlandırmaq 

olar. Dastanda Aratta hökmdarı Enmerkardan onun ali 

hakimiyyətini tanımasını  və ilahə  İnannanın isə Arattaya 

köçürülməsini tələb edir. Enmerkar öz növbəsində Arattanın 

Uruka tabe olmasını tələb edir və allahların iradəsi ilə İnannanın 

Urukda qalacağını bildirir. Dastanda Aratta hökmdarı 

Ensukuşsiranna adını daşıyır, onun köməkçisi «maşmaş» (vəzir?) 

kahin olmaqla Ur-Girnunna adlandırılmışdır. Aratta hökmdarı 

şurada Urukla münasibət məsələsini müzakirəyə çıxarır. Vahid bir 



______________Milli Kitabxana_____________ 

 137


fikrə  gələ bilmirlər. Hökmdar kahin maşmaşı Uruku itaət altına 

almağa göndərir. Kahin Uruka gəlir, müqəddəs pəyəyə girib inək 

və keçini dilə tutur ki, onlar ziyafət  şərəfinə süd və qaymaq 

verməsinlər. Uruk viran vəziyyətə düşür. Belə halda Nidaba 

ilahəsinin iki çobanı maşmaşı tutub öldürür, meyitini çaya atırlar. 

Aratta hökmdarı əlacsız qalıb Enmerkarın yanına qasid göndərir: 

«Ey sən,  İnannanın istəklisi, təkcə  sən  şöhrətə layiqsən... Aşağı 

torpaqlardan yuxarıya kimi sən yeganə hökmdarsan, mən isə sənin 

arxanla gedirəm. Ana bətnində belə  mən sənə tay deyildim, sən 

mənim «böyük qardaşımsan». Mən heç bir zaman sənə tay ola 

bilmərəm». Dastan Arattanın Urukdan asılı  vəziyyətə 

düşməsindən bəhs edir. 

Digər bir dastan «Luqalbanda və Enmerkar» adlanır. Burada 

Aratta  Şumerin müttəfiqi kimi qələmə verilmiş  və ora İnannanın 

məskəni kimi qeyd olunmuşdu. Dastanda Luqabandanın uzaq bir 

ölkəyə düşməsindən və  İmduqud quşunun köməyi ilə Uruka 

qayıtmasından bəhs olunur. Bu zaman martu (sami) tayfaları 

İkiçayarasına basqınlar edirdilər, artıq Uruku mühasirəyə 

almışdılar. Enmerkar Arattaya yardım üçün xəbər göndərmək 

istəyirdi, orada məskən salmış ilahə  İnannanın bu işlərdən xali 

etmək istəyirdi. Lakin bu tapşırığın öhdəsindən gəlmək iqtidarında 

olan mahir adam tapılmırdı. Luqalbanda bu tapşırığı öz boynuna 

götürdü. Enmerkar şərt qoyur ki, Luqalbanda bu yola tək çıxsın. 

Luqalbanda yeddi dağ silsiləsini keçib Arattaya çatır. İnanna ona 

qulaq asır və Uruku mühasirədən xilas etmək üçün məsləhətlər 

verir. 


Dastanlardan biri «Luqalbanda və Hurrum» 

adlandırılmışdır. Dastanda Enmerkarın Arattaya səfərindən bəhs 

edilir. Ermerkar bu ölkəni işğal etmək məqsədilə ordu toplayır. 

Orduya səkkiz başçı  təyin edir. Başçılardan biri də Luqalbanda 

idi. Onlar Hurrum dağlarına çatırlar. Burada Luqalbanda 

xəstələnir. Onu ölmüş bilib, Hurrum dağına qoyurlar. Onun 

meyitini Uruka Arattadan qayıdanda aparmaq qərarına gəlirlər. 

Lakin iki gündən sonra Luqalbanda özünə  gəlir. O, allahlardan 

(Utu,  İnanna, Sin) kömək diləyir. Ona «həyat yemi» və «həyat 

suyu» verirlər. Luqalbanda sağalır. O, vəhşi heyvanlar ovlayır və 



______________Milli Kitabxana_____________ 

 138


allahlara qurban kəsir. Dastanda Enmerkarın Aratta səfərinin 

aqibəti naməlum qalır. 

Şumer dastanlarında heç bir ölkəyə Aratta qədər diqqət 

yetirilməmişdir. Şumerlər bu ölkə ilə yaxından təmasda olmuşlar. 

Qədim  İkiçayarasında hakimiyyət uğrunda baş verən 

mübarizə  həmçinin dastanlarda əks olunmuşdu. Bunlardan biri 

«Gilqameş  və Aqa» adlanır. Aqa (yaxud Aka) Kiş  şəhərinin, 

Gilqameş isə Uruk şəhərinin hökmdarı idi. Aqa Uruk şəhərini öz 

itaəti altına almaq üçün Gilqameşə tələb göndərir. Gilqameş şəhər 

ağsaqqallarının yığıncağını toplayır və məsləhət istəyir. İlk əvvəl 

şurada Kişə tabe olmaq təklifi irəli sürülür. Gilqameş belə 

qərardan narazı qalır və Kişin tələbini Uruk şəhər adamlarının 

yığıncağının (xalq yığıncağında) müzakirəsinə verir. Yığıncaq 

qərara alır ki, Kişin tələbi rədd edilsin və Aqa ilə döyüşə girsinlər. 

Gilqameş hamını toxaları atıb, silahlara sarılmağa çağırır. Lakin 

tezliklə Aqa Uruk şəhərini mühasirəyə alır. Gilqameş Aqanın 

yanına elçi göndərir. Münaqişə dinc yolla həll edilir. 

«Gilqameş haqqından dastan» qədim dövrdə  ən geniş 

oxunan  əsərlərdən biri imiş. Bu dastanı, Akkad, hurri və het 

dillərinə  tərcümə etmişdilər. Dastanın qəhrəmanı  şumercə 

Bilqames adlanırdı. Dastan əslində «hər  şeyi görmüş» (ovsunçu 

Sin-lekeunninin rəvayətindən) adı altında cəmləşdirilmişdir. 

Dastanın  ən qədim parçaları  Şumer dilində yazılmışdı. Dastanın 

nisbətən geniş  mətni Akkad dilində  tərtib olunmuşdu. Dastan 

Gilqameşi belə hallandırır: «Dünyanın axırına kimi hər  şeyi 

görmüş haqqında, dənizləri görmüş, bütün dağları aşmış haqqında, 

öz dostu ilə birlikdə düşmənləri fəth etmiş haqqında, müdrikliyə 

çatmış haqqında, hər şeyi bilən haqqında, gizli (nə varsa) o gördü, 

sirli (nə varsa) bildi, bizə daşqından əvvəlki günlər barədə xəbər 

gətirdi, uzaq yola çıxmışdı, lakin yorulub qayıtmışdı». 

Dastanda  əfsanəvi mövzu azlıq təşkil edir. İnsan taleyi ön 

plana çəkilir.  İnsan və  cəmiyyət üçün səciyyəvi olan hadisələr 

həm bədii, həm də fəlsəfi baxımdan şərh olunmuşdur. Gilqameşin 

dastanda insan və allah kimi təsvir olunmasına baxmayaraq, 

əməlləri və fikri-zikri insanlara xas olan əməllərlə bağlıdır. O həm 

qəddar, həm xeyirxah, həm qəhrəman, həm dost, həm də insan 



______________Milli Kitabxana_____________ 

 139


taleyini, onun aqibətini düşünən adam kimi təsvir olunmuşdur. 

Dastan bir neçə hissəyə bölünür: 

1. Gilqameşin Uruk əhalisinə əsir verməsi; 

2. Enkidu ilə dostluğu; 

3. Onların qəhrəmanlığı; 

4. Enkidunun ölümü və Gilqameşin əbədi həyat axtarması. 

Gilqameş Uruk şəhərinin qala divarlarını tikdirdikdən sonra 

özünü sərbəst aparır,  şəhər  əhalisinə zülm edir, qız və qadınlara 

sataşır. Uruk sakinləri allahlara şikayət edirlər.  Şikayət sədası 

allah Anuya çatır. O, ana ilahə Arurunu yer üzərinə göndərir və 

deyir: «Sən onu yaratmışsan, indi də ona bənzər (qəhrəman) 

yarat». Aruru gildən vəhşi görkəmli və təbiətli Enkidunu yaradır. 

Tezliklə Uruka xəbər yayılır ki, yaxınlıqda vahiməli bir əcaib 

insan peyda olmuşdur. Onu ancaq Gilqameş  məğlub edə bilər. 

Lakin Gilqameş belə ona qarşı  çıxmaqdan çəkinir, çünki Enkidu 

vəhşi təbiətə malik idi. Onun təbiətini dəyişdirmək lazım idi. 

Məbəd qadınlarından birini Enkidunun yanına göndərirlər. Qadın 

ona nəvaziş göstərir. Tədricən Enkidunun vəhşi təbiəti dəyişilir, 

başına ağıl gəlir, gücdən düşür. Qadın məhəbbəti ona şüur gətirir. 

İnsana çevrilmiş Enkidu Gilqameş ilə döyüşə hazırlaşır. 

Enkidu Gilqameşin zülmünə son qoymaq üçün Uruk 

şəhərinə daxil olur. Burada Gilqameş onun yolunu kəsir. Onlar 

tutaşmalı olurlar. Enkidu Gilqameşə üstün gəlir, lakin Gilqameş 

tam basılmır. Hər ikisi əhd-peyman bağlayıb dostlaşırlar. Bundan 

sonra Gilqameş və Enkidu uzaq Sidr ölkəsinə şər qüvvələri təmsil 

edən Humbabaya qarşı döyüşə gedirlər. Onlar sidr meşələrinə 

çatırlar və sidr ağaclarını Uruka gətirmək üçün kəsirlər. Səsə 

gələn Humbaba döyüşdə həlak olur. 

İlahə  İştar Gilqameşin qəhrəmanlığını görüb ona vurulur, 

qəlbini ona açır. Lakin Gilqameş onun məhəbbətini rədd edir. 

Gilqameş yaxşı bilir ki, İştar heç bir sevgilisinə axıra qədər sadiq 

qalmamışdır. İştar bu təhqirə dözmür, səma allahı Anqudan xahiş 

edir ki, Gilqameşə qarşı  səma öküzünü göndərsin. Vəhşi öküz 

Urukda qabağına çıxanı dağıdır, məhv edir. Gilqameş və Enkidu 

güc-bəla ilə öküzü öldürürlər. 

Uruk camaatı qəhrəmanların şərəfinə mahnılar qoşur. Lakin 



______________Milli Kitabxana_____________ 

 140


allahlar Enkidunu Gilqameşə qarşı yönəltmişdilər. O isə 

Gilqameşlə dostluq edir, Humbaba və  səma öküzünün 

öldürülməsində  iştirak edir. Allahlar Enkiduya ölüm hökmü 

çıxarırlar. Enkidu xəstələnir və ölür, Gilqameş hədsiz qəmə batır. 

Həyatın, qəhrəmanlığın,  şöhrətin sonunu gözü qabağında 

canlandırır. O, əbədi həyat axtarmağa gedir... 

Gilqameş eşitmişdi ki, allahlar uzaq okean sahilində yaşayan 

Utnapiştimə  nə vaxtsa əbədi həyat bəxş etmişdilər. Çox gedir, 

dağı-daşı aşır, okeanı keçir, Utnapiştimi tapır, ondan əbədi həyatın 

sirrini öyrənmək istəyir. Utnapiştim «Ümumdünya daşqını» 

əhvalatını danışır, lakin əbədi həyat sirrini açmaq istəmir. Lakin 

Utnapiştim arvadının təkidi ilə sirri açmalı olur. Gilqameş onun 

məsləhəti ilə okeanın dibinə enir və orada cavanlıq otu dərir. 

Lakin bu otu qaynadıb suyunu içmək lazım imiş. Yolda Gilqameş 

soyunub göldə çimir ki, uzun yolun yorğunluğu bədənindən 

çıxsın. Bu məqamda bir ilan cavanlıq otunu aparır. Gilqameş 

pərişan halda Uruka qayıdır. O, insanların ölümə qarşı aciz 

olduğunu qəti dərk edir. 

«Gilqameş haqqında dastan» dünya ədəbiyyatının qızıl 

fonduna daxil olmuşdur. 

İkiçayarası qeyri-dini ədəbiyyatı sırasına hekayə və nağıllar, 

ibarə və zərb-məsəllər daxildir. Hekayələrdə müxtəlif cəhətlər öz 

əksini tapmışdı. Lirik ədəbiyyat silsiləsindən nümunə olaraq 

«Ağanın qul ilə söhbəti» hekayəsini göstərmək olar. Hekayədə 

həyatın mənasızlığı, ağanın hər  şeyə inamını itirməsi, qoyulan 

suallara qulun ikibaşlı cavabı əks olunmuşdur. Ağanın bədbinliyi, 

qulun hazırcavablığı əsərin əsasını təşkil edir. Qul ağanın hər bir 

arzusuna bəraət qazandırıcı cavab verir: 

- Ey qul, mənim xidmətimdə dayan!  

- Bəli, mənim ağam, bəli.  

- Yola tələs! İş arabasını hazırla! Mən saraya gedirəm.  

- Get, mənim ağam, get. Səni uğur gözləyir.  

- Yox, mənim qulum, yox. Saraya getmək istəmirəm.  

- Getmə, mənim ağam, getmə! Birdən səni uzaqlara 

göndərərlər, naməlum yola çıxmağa məcbur edərlər. Onda sənin 

payına gecə və gündüz iztirabı düşər! 



______________Milli Kitabxana_____________ 

 141


- Ey qul, mənim xidmətimdə dayan!  

- Bəli, mənim ağam, bəli.  

- Əlimi yumağa su hazırla. Mən kef eləmək istəyirəm.  

- Kef elə, mənim ağam, kef elə. Eyş-işrət şadlıqdır. Kim ki, 

şad qəlblə və təmiz əllə kef eləyir, Şamaş onunladır.  

- Ey qul, mən kef eləmək istəmirəm.  

- Eləmə, mənim ağam, eləmə. Aclıq və toxluq, susuzluq və 

içki adama əzab verir. 

- Ey qul, mənim xidmətimdə dayan.  

- Bəli, mənim ağam, bəli.  

- Mən ev tikmək istəyirəm.  

- Tik, mənim ağam, tik! Ədalətsiz və zalım rəqibindən 

canını qurtar.  

- Ey qul, mən ev tikmək istəmirəm.  

- Ev tikmə. Ev tikən atasının evini sökür. 

- Ey qul, mənim xidmətimdə dayan.  

- Bəli, mənim ağam, bəli.  

- Üsyan qaldırmaq istəyirəm.  

- Qaldır, mənim ağam, qaldır.  Əgər üsyan qaldırmasan, 

aqibətin necə olar? Düşərgəni təmin etmək üçün kim sənə  ərzaq 

verər?  

- Ey qul, üsyan qaldırmaq istəmirəm.  

- Qaldırma, mənim ağam, qaldırma. Üsyan qaldıran adamı 

ya öldürürlər, ya gözlərini çıxarırlar, ya da həbsxanaya salırlar. 

- Ey qul, mənim xidmətimdə dayan.  

- Bəli, mənim ağam, bəli.  

- Mən istəyirəm allahıma qurban kəsim.  

- Kəs, mənim ağam, kəs. Öz allahına qurban kəsən adamın 

ürəyi sevinc ilə dolu olur.  

- Ey qul, mən öz allahıma qurban kəsmək istəmirəm.  

- Kəsmə, mənim ağam, kəsmə. Yəqin sən fikirləşirsən ki, 

allahın istəyini yerinə yetirsən, onu öz arxanla gəlməyə  məcbur 

edə bilərsən? 

- Ey qul, mənim xidmətimdə dayan.  

- Bəli, mənim ağam, bəli.  

- Mən qadın sevmək istəyirəm.  



______________Milli Kitabxana_____________ 

 142


- Sev, mənim ağam, sev. Qadını sevən adam kədər və qəmi 

yaddan çıxardır.  

- Ey qul, mən qadın sevmək istəmirəm.  

- Sevmə, mənim ağam, sevmə. Qadın ovçu üçün tələdir, 

dərin quyu və yarğandır. Qadın adamın boğazını  kəsən iti 

xəncərdir. 

- Ey qul, mənim xidmətimdə dayan.  

- Bəli, mənim ağam, bəli.  

- Mən ölkəmə xeyirxahlıq göstərmək istəyirəm.  

- Göstər, mənim ağam, göstər. Özün də xeyirxahlıq 

taparsan.  

- Ey qul, mən xeyirxahlıq göstərmək istəmirəm.  

- Göstərmə, mənim ağam, göstərmə. Qədim xarabalıqları 

gəz və insan kəllələrinə  nəzər sal. Tap görüm, onlardan kim şər 

sahibi, kim xeyir sahibi olmuşdur.  

- Ey qul, mən istəyirəm səni öldürüm və arxamca getməyə 

məcbur edim.  

- Mənim ağam məndən sonra həqiqətən üçcə gün 

yaşayacaqdır. 

«Müdrik Ahikar haqqında» hekayət arami dilində  tərtib 

olunmuş  və e.ə. VII əsrin  şəraitini  əks etdirir. Ahikar Assur 

hökmdarı Sinahheribin ali məmuru idi. Onun övladı yox idi. O, 

allahdan oğul arzulayırdı. Arzusu boşa çıxdıqdan sonra Ahikat 

qardaşı  oğlu Nadanı  oğulluğa götürüb onun tərbiyəsi ilə  məşğul 

olur. Povestdə dövlət xadimi Ahikarın Nadana yüzdən çox 

nəsihəti  əks olunmuşdur. Onlardan bir neçəsi o dövrün əxlaqi 

qaydaları haqda təsəvvür yarada bilər: 

- Sirri açma. Sarayda eşitdiyin hər bir söz qoy sənin 

qəlbində çürüsün. 

- Sakit danış, səsini ucaldıb səs-küylə danışma.  Əgər səs-

küylə ev tikmək mümkün olsaydı, onda eşşək gündə iki ev tikərdi. 

- Ağıllı adam ilə daş daşımaq, axmaq adam ilə  şərab 

içməkdən yaxşıdır. 

- Həddindən artıq şirin olma, yoxsa səni udarlar. Həddindən 

artıq acı da olma, yoxsa səni atarlar. 

- Dilini yamanlıqdan saxla, əlini oğurluqdan. 



______________Milli Kitabxana_____________ 

 143


- Ağıllı adama qulaq asmaq, isti havada sərin su içməyə 

bənzəyir. 

- Heç kəsə ayağını basmağa imkan vermə, sonra boynuna 

minə bilərlər. 

- Bir sərçəni  əldə tutmaq, min quşun göydə uçmasından 

sərfəlidir. 

- Nə zaman su yuxarı axsa, quş qanadsız uçsa, qarğa ağarsa, 

acı bal kimi şirin olsa, o zaman axmaq da ağıllanar. 

- Öz sahibini tərk edən və sənin dalınca düşən iti daşla qov. 

- Başqasına gor qazan özü düşər. 

Bu nəsihətlər müasir dövrün əxlaq və davranış qaydaları ilə 

də səsləşir. 

İkiçayarası  ədəbiyyatının maraqlı nümunələrindən biri də 

«Nippurlu yoxsulun nağılıdır» (e.ə. II minilliyin ortası). Nippurlu 

yoxsulun heç nəyi yoxdur: nə qızılı, nə gümüşü, nə taxılı və əti, nə 

də yaxşı geyimi və içməyə pivəsi. O, Nippur şəhər rəisinin 

ziyafətində  iştirak etmək istəyir, lakin hədiyyə aparmağa heç bir 

şeyi yoxdur. Əlac ona qalır ki, paltarını satsın. Bir keçi alıb  əli 

dolu bayram ziyafətinə gedir. Şəhər rəisi yoxsulu məclisdə görüb 

qəzəblənir. Onun göstərişi ilə yoxsulu bir kənarda oturdurlar, artıq 

qalan yeməkdən qabağına qoyurlar, sonra da evdən qovurlar. 

Yoxsul pərt olur. Orada-burada xəbər yayır ki, rəisdən intiqam 

alacaqdır. Xəbər də  rəisə çatır. Lakin «bunu eşidən rəis bütün 

günü uğunmaqdan qarnını tutur». Yoxsul hiylə  işlədir, gah elçi 

paltarında, gah da həkim donunda üç dəfə rəisi aldadıb şəhərdən 

kənara çıxardır və  hər dəfə onu o möhkəm  əzişdirir. Rəis 

yarımcan şəhərə qayıdır. 

Şumerlər həyat və  məişət ilə  əlaqədar müxtəlif məzmunlu 

təmsillər yaratmışlar. Bu şifahi xalq yaradıcılığı nümunələri 

Şumer məktəblərində yazıya köçürülürdü. Xalq yaradıcılığı 

nümunələri (nəsihətlər, atalar sözü, zərbi-məsəllər və sairə) 

«Məktəb (e-duba) mətnləri» kimi məlumdur.  Şumer  şifahi xalq 

yaradıcılığı nümunələri, o cümlədən təmsilləri e.ə. II minilliyin 

birinci yarısında yazılmışdır. Təmsillərin bir qismi heyvanlara 

həsr olunmuşdur: 

Ulaq (eşşək) çayda üzüaşağı üzürdü, it isə onun dalınca 



______________Milli Kitabxana_____________ 

 144


qaçır və öz-özünə deyinirdi:  

- Görəsən o nə vaxt sahilə çıxacaq ki, mən onu yeyim. 

İt ziyafətə  gəldi, lakin sümük qalıqlarını görüb deyinərək 

uzaqlaşdı: 

-  İndi mən gedəcəyim yerdə  mənim üçün daha çox yem 

tapılar. 

Qancıq it iftixarla deyirdi: 

- Mənim üçün fərqi yoxdur, balalarım (küçüklər) kürəndir, 

yaxud xallı; onsuz da mən onların hamısını istəyirəm. 

Doqquz canavar (qurd) və onuncu bir neçə qoyunu birgə 

parçaladılar. Onuncu canavar tamahkar imiş. O, hiylə ilə dedi: 

- Mən (cəmdəyi) sizin üçün bölüşdürürəm. Sizin sayınız 

doqquzdur, qoy bir qoyun (cəmdəyi) sizin payınız olsun. Mən isə 

təkəm, qoy doqquz qoyun (cəmdəyi) mənə çatsın, bu da mənim 

payım olar. 

Tülkü vəhşi öküzün dırnağını basdaladı və soruşdu: 

- Səni çox incitmədim ki? 

Tülkü özünə ev tikə bilmədi, buna görə dostunun evinə fateh 

kimi gəldi. 

Tülkü əlində ağac gəzişir və deyirdi: 

- Görəsən, kimə ilişdirim? 

Tülkü əlində rəsmi sənəd düşünürdü: 

- Görəsən, nə tələb eləyim? 

Tülkü Enlildən vəhşi öküz buynuzu arzuladı. Ona vəhşi 

öküz buynuzu qoyuldu. Lakin külək qopdu, yağış yağdı, tülkü öz 

yuvasına girə bilmədi. Səhərə yaxın soyuq şimal küləyi, qara 

buludlar və leysan tülkünü yaxalayanda o dedi: 

- Qoy səhər açılsın... 

Pişik çox götür-qoy edir, manqusta isə fürsəti fövtə vermir. 

Evdə olan yeməyi manqust udur. Mənə bir şey qalırsa, onu 

da yadelli gəlib məhv edir. 

Mənim manqustum ancaq piylənmiş yeyir, pivə, yaxud sarı 

yağ üçün heç yerindən belə tərpənmir. 

Ey şir, sıx cəngəllik sənin müttəfiqindir. 

Şir cəngəllikdə donuzu yaxaladı  və deyinə-deyinə onu 

parçalamağa başladı: «Sənin  ətini hələ heç dadmamışam, amma 



______________Milli Kitabxana_____________ 

 145


sənin cığ-cığın qulaqlarımı deşdi». 

Şir bir keçini qamarladı. Keçi dedi: - «Məni burax, mən sənə 

rəfiqələrimdən birini, qoyunu verərəm».  Şir cavab verdi: - «Səni 

buraxaram, ancaq adını  mənə de görüm!». Keçi: - «Məgər sən 

mənim adımı bilmirsən? Mənim adım «Sən aqilsən!-dir».  Şir 

arxaca çatanda mırıldadı: - «Artıq arxaca çatdım, səni buraxıram». 

Keçi (azad olub) cavab verdi: - «Bəli, sən məni buraxdın. Məgər 

sən aqilsən? Mən sənə nəinki qoyun verərəm, heç özüm də səninlə 

qalmaram». 

Fil öyünüb deyirdi: - «Dünyada mənə  bənzər yoxdur». 

Gicitkən (bunu eşidib) ona dedi:-»Axı  mən də, nə  qədər xırda 

olsam belə, sənə bənzər yaradılmışdım». 

Eşşək öz döşəməsini də yeyər. 

Mənim eşşəyim sürətlə qaçmaq üçün yox, anqırmaq üçün 

yaranıb. 

Mən, eşşək kimi, üçyaşlıya evlənmərəm. 

At üstündəki süvarinin yerə atıb dedi: - «Belə bir yükü 

belimdə daimi gəzdirsəm, gücdən düşərəm ki!» 

- Sən at kimi tərləyirsən - bu sən içdiyindir. 

Ey qatır, səni kim tanıya bilər - atan, yaxud anan? 

Kökəldilmiş donuzu kəsməyə hazırlaşırdılar, o dedi: «Bu 

mən yediyim xörəyə görədir». 

Qəssab donuzu kəsə-kəsə deyinir: - «Nə  vız-vız salmısan? 

Bu yol ilə sənin atan, babaların getmişdir, sən də onların arxasınca 

gedəcəksən. Hələ səs-küy də salırsan!» 

Təmsillər və hikmətli sözlər, yəqin ki, hər bir qədim xalqın 

şifahi yaradıcılığında öz əksini tapırdı, lakin onların  ən qədim 

nümunələri bizə Şumer yazılarında gəlib çatmışdır. 

Atalar sözü, ibarələr, ibrətli hekayələrin yazılı qeydləri 

Misir qaynaqlarında, Tövrat dini kitabında da öz əksini tapmışdır. 

Şumer hikmətli atalar sözləri və  zərb-məsəlləri daha qədimdə 

yazıya alınmışdı. Bunlar e.ə. II minilliyin birinci yarısında yazıya 

köçürülmüşdü. Şumer zərb-məsəlləri müasir dövrlə səsləşir. 

Şumerlər həyat və  məişətin hər bir sahəsinə aid atalar 

sözləri, zərb-məsəllər yaratmışlar. Yoxsulluq həyatın ən acı amili 

kimi qəbul edilirdi, yoxsulun acınacaqlı halı  zərb-məsəllərdə  əks 



______________Milli Kitabxana_____________ 

 146


olunurdu: 

«Kasıbın ölməsi yaşamasından yaxşıdır. 

Onun çörəyi olanda duzu olmur, 

Duzu olanda çörəyi olmur, 

Əti olanda quzusu olmur, 

Quzusu olanda əti olmur». 

Yoxsulun ehtiyatı qurtaranda borca düşürdü: «Kasıb borc 

etməklə öz qayğısını artırır». Lakin zərb-məsəllərdən aydın olur 

ki, yoxsul təbəqələrdə  ədalətsizliyə qarşı etiraz mövcud idi. Bu 

aşağıdakı nümunədə daha aydın görünür: «Yoxsul ailələrin hamısı 

heç də eyni dərəcədə itaətkar deyil». 

Şumerlər var-dövlətə, varlı və yoxsula aid zərb-məsəllər də 

yaratmışlar. Müvafiq atalar sözü aşağıdakılardan ibarətdir: 

«Kimin çoxlu gümüşü varsa, bəlkə də o xoşbəxtdir. Kimin çoxlu 

arpası varsa, bəlkə  də o da xoşbəxtdir. Lakin kimin heç nəyi 

yoxdursa, o, gecələri sakit yatır». 

Şumerlər başa düşürdülər ki, hər bir peşə sahibi müvafiq işlə 

məşğul olmalıdır. Deyirdilər: «Mən cins atam, lakin qatır ilə bir 

boyunduruğa salıblar. Budur, arabanı  çəkirəm, qamış  və saman 

daşıyıram». Xidmətçinin işi çox olurdu, üst-başına diqqət verə 

bilmirdi. Eləsi haqda deyirdilər: «Xidmətçinin paltarı  həmişə 

çirkli olar». Şumerlər təmiz geyimə fikir verirdilər: «Yaxşı 

geyimliyə hər yerdə şaddırlar» - deyirdilər. 

Qədim  İkiçayarası sakinlərinin arasında baş verən mülki 

bərabərsizlik müvafiq surətdə atalar sözlərində öz əksini 

tapmışdır: «Hələ (dünya) çox yaşayacaq, gəlin (var-dövlət) 

toplayaq». Bunun əksinə olaraq dünya malına biganə baxanlar da 

vardı: «Onsuz da öləcəyik, gəlin nəyimiz varsa xərcləyək». 

Şumerlər səylə  zəhmət çəkənləri yüksək qiymətləndirirdilər. Bir 

atalar sözündə deyilir: «Əl üstə əl gəl - görürsən ev tikildi; qarın 

üstə qarın gəl - görürsən ev söküldü» və yaxud: «Kim ağa kimi 

tikirsə, qul kimi yaşayır. Kim qul kimi tikirsə, ağa kimi yaşayır». 

Zəhmət adamı haqda şumerlər xoş  zərb-məsəl yaratmışdılar: 

«İşləyən adamın yuxusu şirin olar». 

Şumerlərin, yəqin ki, tənbəl, mız-mız, daim öz taleyindən 

şikayətlənən adamlardan zəhlələri gedərdi. Belə adamlar haqda da 



______________Milli Kitabxana_____________ 

 147


atalar sözləri vardır: məsələn, aciz, heç bir işə yaramayan adam 

haqda deyirdilər: «Səni suya atsalar, su iylənər; səni bağçaya 

buraxsalar, bütün meyvələr çürüyər». Daim sızıldayan adam 

deyərmiş: «Mən uğursuz bir gündə anadan olmuşam». 

Şumerlər biliyi, savadı yüksək qiymətləndirirdilər. Ana 

dilini bilməyi üstün tuturdular. Hikmətli ibarədə deyilir: «Bu necə 

mirzədir ki, şumer dilini bilmir!». Şumer dilini öyrənəni 

tərifləyirdilər: - «Bax, bu xidmətçi  şumer dilini öyrənmişdir» - 

deyərdilər. Mirzə  sənətini qiymətləndirir, yaxşı mirzəni pisdən 

seçirdilər. Onların fikrincə, mirzə cəld olmalı idi: - «Əsl mirzə o 

adamdır ki, əli ağzından geriyə qalmasın» - deyirmişlər. 

Şumerlərin həyatında ailə  məsələləri mühüm yer tuturdu. 

Ailədə  tənbəl kişi haqda zərb-məsəl yaratmışdılar. Ailə başçısı 

deyinir: «Arvadım məbəddədir, anam çay kənarında, mən isə 

(evdə) acından ölürəm». Bəzən kişilər yaxşı ailə qura 

bilmədiklərindən evləndiklərinə peşman olurdular. Uğursuz nikah 

halları üçün aşağıdakı 

zərb-məsəl vardı: «Xoşbəxtlik 

evlənməkdədir, lakin bir az fikirləşəndə ayrılmaqdadır». 

Şumerlər ailə  və övladların qədrini bilir və buna yüksək 

qiymət verirdilər. Çox maraqlıdır ki, qaynanalar haqda atalar sözü 

yaratmamışlar. Yəqin ki, onlar üzüyola olmuş, ailənin 

bütövlüyünü qorumuşlar. Lakin gəlin qayınata üçün bəla imiş. 

«Çöldə bardaq - kişi üçün həyatdır. 

Ayaqqabı - kişi üçün göz bəbəyidir. 

Arvad kişinin gələcəyidir. 

Oğul - kişi üçün sığınacaq yeridir. 

Qız - kişi üçün nicat yeridir. 

Amma gəlin - kişi üçün lənətdir». 

Şumerlərin fikrincə, ailə  məhəbbət  əsasında qurulmalıdır. 

Qarşılıqlı istək olmayan nikah haqda deyərdilər: «Gəlinin ürəyi 

fərəhlə doludur, bəyin ürəyi qəm-qüssə ilə». Xeyirli nikah güdən 

qızlar haqda belə zərb-məsəl vardı: qız deyir: «Mən məhəbbətimi 

kimə  bəxş edim? Bəlkə  hər  şeyi bol olana, kifayət qədər varı 

olana?» 

Şumerlər ailə qurmağın müsbət və  mənfi cəhətlərini 

müşahidə etmiş, deyingən arvadlar haqda zərb-məsəl 


______________Milli Kitabxana_____________ 

 148


yaratmışdılar: - «Evdə deyingən arvad kədər üstünə azar gətirir». 

Ailə saxlamağın çətinliyini başa düşürdülər: - «Kim arvad və uşaq 

saxlamayıbsa, deməli o, burun deşiyində halqa gəzdirməyibdir» - 

deyirdilər. Şumerlər dostluq və qohumluq haqda belə deyirmişlər: 

- «Dostluq bir gün çəkir, qohumluq əbədi davam edir». 

Şumerlər bilavasitə istismarçılara nifrətlə yanaşırdılar. Buna 

belə  zərb-məsəl qoşmuşdular: «Sənin hökmdarın ola bilər, sənin 

şahın ola bilər, lakin, hər şeydən əvvəl, ağandan qorx!» 

Şumerdə ara müharibələri, hakimiyyət uğrunda mübarizə, 

düşmən basqınları tez-tez baş verirdi. Buna görə  Şumer  əhalisi 

ölkənin təhlükəsizliyinin qorunması barədə  də  zərb-məsəl 

yaratmışdılar. Məsələn, «Əgər ölkə pis silahlanıbsa, düşmən 

həmişə  (şəhər) darvazaları önündə dayanacaqdır». Bununla 

bərabər, şumerlər müharibənin mənasız olmasını başa düşürdülər. 

Buna uyğun atalar sözündə deyilir: «Sən gedirsən, düşmənin 

torpağını zəbt edirsən, düşmən gəlir, sənin torpağını zəbt edir». 

İkiçayarasının zəngin  ədəbiyyatı  Şərqin başqa xalqlarının 

ədəbiyyatına (hetlərin, yəhudilərin, aramilərin və s.), antik dünya 

ədəbiyyatına müəyyən təsir göstərmişdir. 

İkiçayarasında təhsilin başlıca ocağı  məktəb idi. 

Məktəblərin mövcudluğu haqda ilk məlumatı arxeoloji materiallar 

verir. Uruk şəhərində aparılan qazıntılar zamanı e.ə. IV minilliyin 

sonuna və III minilliyin əvvəlinə aid söz siyahısından ibarət gil 

kitabələr aşkar edilmişdir. Onların içərisində əzbərləmək üçün söz 

siyahısı vardı. E.ə. III minilliyin ortalarında Şumerdə artıq məktəb 

təhsili mövcud imiş. Şuruppak qazıntıları zamanı həmin dövrə aid 

çoxlu «məktəb mətnləri» aşkar edilmişdi. Bunlar tarixdə ilk dərs 

vəsaiti hesab olunur. 

Şumer məktəblərində  gələcək mirzələr hazırlayırdılar. 

Məktəbdə mixi yazı sistemini və əsas riyazi bilikləri öyrənirdilər. 

Şagird  Şumer və Akkad dillərini yaxşı bilməli,  ədəbi  əsərlərin 

üzünü köçürməyi bacarmalı idi. Eyni zamanda onlara ilahiyyat, 

coğrafiya, nəbatat, zoologiya, təbabət sahəsində məhdud miqdarda 

olsa da, savad verilirdi. 

Məbəd və dövlət təsərrüfatının genişlənməsi ilə  əlaqədar 

olaraq çoxlu qeyd və hesablama sənədlərinin tərtib edilməsi 



______________Milli Kitabxana_____________ 

 149


zərurəti meydana gəlmişdi. Buna görə savadlı mirzələrə ehtiyac 

artırdı. Bununla bağlı İkiçayarasında ilk məktəblər məbəd və saray 

yanında yaranmışdı. 

II minilliyin birinci yarısında  İkiçayarası  məktəbləri 

aşağıdakı qaydada təşkil olunmuşdu.  Şumer məktəbi edubba 

«kitabələr evi» adlanırdı. Məktəbə «kitabələr evinin atası» 

adlanan  şəxs başçılıq edirdi. Eyni zamanda o, müəllim idi. 

Müəllimə  şagirdlər «böyük qardaş» deyirdilər.  Şagirdlər 

«kitabələr evinin övladları» adlanırdılar. Məktəbin nəzarətçisi 

"qamçı tutan" adını daşıyırdı. Nəzarətçi  şagirdlərin məktəbə 

müntəzəm gəlməsini təmin edirdi. 

Şumer məktəbində nizam-intizam sərt idi, təlimdə  şallaq 

sistemi tətbiq olunurdu. Tədris iki cürə qurulmuşdu. Burada 

şagirdlər bir tərəfdən  şumer yazı növünü öyrənir, digər tərəfdən 

əsərləri əzbərləyir və üzünü köçürürdülər. Qazıntılar zamanı xeyli 

belə nüsxə tapılmışdır. Təhsil şagirddən yaxşı yaddaş tələb edirdi. 

Yəqin ki, bütün oxuyanlar güclü yaddaşa malik deyildilər. Buna 

görə, yaxud başqa səbəbə görə bəzi şagirdlər dərsləri buraxıb, indi 

necə deyərlər, «çətin tərbiyə olunan» uşaqlara çevrilirdilər. 

Qədim şumer mətnlərinin birində, təxminən 4 min il bundan 

əvvəl yazılmış  mətndə belə  çətin  şagird haqda söhbət aparılır. 

Ümumiyyətlə, həmin dövrdə  məktəb həyatı haqda hekayələr 

yaradılırdı. Belə hekayələrdən biri «Ata və  fərsiz oğul» adlanır. 

Hekayədə ata öz oğluna nəsihət verir, səylə oxumağı, məktəbə 

vaxtında gedib-gəlməyi, küçələrdə veyllənməməyi tövsiyə edir. 

Ata və oğul arasında belə bir söhbət başlayır: 

Ata oğuldan soruşur: «Haraya getmişdin?» 

Oğul cavab verir: «Mən heç yerə getməmişdim». 

Ata deyir: «Əgər sən heç bir yerə getməmişdinsə, nə üçün 

veyllənirsən? Dur, məktəbə get, «kitabələr evinin atası» qarşısında 

dayan, tapşırılmış dərsi ona danış, məktəb çantasını aç, öz kitabəni 

yaz, qoy sənin «böyük qardaşın» sənin üçün yeni tapşırıq kitabəsi 

hazırlasın. Dərsi hazırlayandan sonra, onu müəllimə göstər, 

mənim yanıma gəl, veyl-veyl gəzmə. Başa düşdünmü, mən sənə 

nə dedim?» 

Oğul: «Bəli, başa düşdüm və təkrar da edə bilərəm». 



______________Milli Kitabxana_____________ 

 150


Ata: «Onda təkrar et». 

Oğul ata nəsihətini təkrar edir, lakin sonralar bu nəsihətə 

əməl etmir. 

Ata yenidən qəzəblənir. 

«Qulaq as, adam ol! Meydançalarda dayanma, bağ-bağçanı 

gəzmə. Məktəbə get, bu sənə xeyir gətirər. Mən öz qohumlarımıza 

baxıram, onların arasında sənə oxşar adam tapa bilmirəm. Sən 

mənim ürəyimi üzdün, sən məni qəbirə aparacaqsan. Mən heç 

vaxt sənə iş buyurmamışam, torpaq şumlamağa göndərməmişəm, 

torpaq toxalamağa göndərməmişəm. Başqa sənə oxşar uşaqlar 

işləyirlər, valideynlərinə kömək edirlər. Onlar ataları üçün taxıl 

yığıb çoxaldır, arpa, yağ  və yunla təchiz edirlər. Sən isə onlarla 

müqayisədə heç kişi deyilsən. Mən səni onlar kimi işləməyə 

məcbur etməmişəm. Sən öz qardaşına,  şagird yoldaşına bax. Nə 

üçün sən onları ötüb keçmirsən? Heç olmasa öz böyük qardaşına, 

kiçik qardaşına tay olmağa çalış. 

Sənə görə mən gecə-gündüz əzab çəkirəm. Gecə və gündüzü 

kef axtarmaqla puça verirsən, sən çoxlu cavahirat toplamısan, 

yoğunlamısan, yekəlmisən, lovğa və güclü olmusan. Ancaq sənin 

bütün nəslin səbirlə gözləyir ki, sənə bir bəla üz versin və onlar da 

buna baxıb sevinsinlər, çünki sən adam olmağa can atmırsan». 

Hekayədən gətirilmiş bu qısa mətn göstərir ki, qədim 

zamanlarda savad almağa laqeyd olan övladlar valideynin 

narahatlığına səbəb olurdular. Övladın biganəliyinə baxmayaraq, 

ata allahlardan oğluna qayğı göstərməyi və başına ağıl qoymağı 

diləyir. 

Şumerlər təkcə oxumaqdan yayınanlar haqda hekayə 

yaratmamışlar. Səylə çalışan məktəblinin gündəlik həyatı haqda 

da hekayə vardı. Hekayə «Məktəblinin günü» adlanır. Onu da 4 

min il əvvəl yaşamış naməlum müəllim yazmışdır. 

Hekayədən göründüyü kimi, şumer məktəblisi dərsə 

gecikməkdən qorxur, çünki «müəllim onu çubuqla döyə bilər». 

Hər səhər anasını  tələsdirir ki, ona səhər yeməyi hazırlasın. 

Hekayənin mətni bilavasitə şagirdə yönəldilmiş sualdan başlayır: 

- «Ey məktəbli, sən erkən uşaqlıqda haraya getmisən?» 

Şagird cavab verir: - «Mən məktəbə getmişəm». 



______________Milli Kitabxana_____________ 

 151


- «Sən məktəbdə nə ilə məşğul olmuşsan?» 

Şagird cavab verir: «Mən məktəbdə öz kitabəmin 

məzmununu danışdım, səhər yeməyimi yedim, kitabəmi yazdım 

və onu sonacan köçürtdüm. Sonra şifahi tapşırığı soruşdular, 

nahardan sonra yazılı tapşırıq verdilər. Dərslər qurtarandan sonra 

evə gəldim. Otağa girdim, gördüm ki, atam əyləşib. Mən atama öz 

kitabəmi oxudum, o, razı qaldı». 

Bir gün şagird dərsə gecikir. Bu haqda belə danışılır: «Səhər 

ayılanda, anamdan xahiş etdim ki, mənə  səhər yeməyi versin, 

çünki məktəbə  tələsirdim. Anam mənə iki kökə verdi və  mən 

məktəbə getdim. Məktəbdə «çubuq tutan» məndən soruşdu: «Sən 

nə üçün belə gec gəlmisən?» Mən qorxdum və ürəyim döyündü. 

Mən müəllimə yaxınlaşdım və ədəb-ərkanla ona baş əydim». 

Həmin gün şagird üçün uğursuz oldu. Ehtiramla müəllimə 

baş əyməsinin köməyi olmadı. Hələ üstəlik müəllim şagirdə dedi: 

«Sənin əlin heç bir işə yaramaz (yəni pis yazırsan)» və şagirdə bir 

çubuq vurdu. Şagird bunu gözləmədiyindən pərt oldu. Evə gəldi. 

Atasından xahiş etdi ki, müəllimi evə  dəvət etsin və ona qulluq 

göstərsin. Ata müəllimi evə dəvət etdi. Müəllim gəldi, onu başda 

oturtdular.  Şagird müəllimə qulluq göstərməyə  və  məktəbdə 

öyrəndiyini danışmağa başladı. Ata müəllimə səy göstərdiyi üçün 

təşəkkürünü bildirdi və müəllimə təzə geyim və bahalı hədiyyələr 

verdi, barmağına isə üzük taxdı. Tərifli sözlərdən və 

hədiyyələrdən müəllim xoşlandı. Müəllim  şagirdə - gələcək 

mirzəyə ürək-dirək verməyə başladı: «Ey gənc, mənim sözlərimə 

diqqətlə qulaq asdığın üçün, heç bir kəlamı yaddan çıxartmadığın 

üçün, sən yazı  sənətinin zirvəsinə çata biləcəksən və onun 

incəliklərinə yiyələnəcəksən. Səni görüm qardaşların arasında lap 

yaxşı olasan, dostların arasında lap baş olasan, habelə  şagirdlər 

arasında lap birinci olasan. Sən məktəbdə yaxşı oxumusan, 

görürsən, sən artıq savadlı adam olmusan». 

Bu hekayə  hələ  qədimdə çox geniş yayılmışdı. Qazıntılar 

zamanı bu hekayənin 21 nüsxəsi tapılmışdı. Lakin mətn müəllimin 

maaşı haqda fikir yürütmək üçün imkan vermir. Müəllimin evə 

dəvət edilməsi və ona ehtiram göstərilməsi yaltaqlığın tarixini 

göstərən ilk tarixi faktdır, müəllimə  hədiyyə verilməsi 



______________Milli Kitabxana_____________ 

 152


rüşvətxorluğun tarixinə aid ilk sənəddir.  Şagirdin təhsil haqqını, 

yəqin ki, valideyn ödəməli idi. Lakin valideyn müəllimə  əmək 

haqqından başqa  əlavə  hədiyyə  də verirmiş. Müasir dövr 

baxımından müəllimin aldığı  hədiyyə rüşvət kimi, şagirdin 

hərəkəti isə, yaltaqlıq kimi qiymətləndirilə bilər, lakin bu 

mülahizə  həqiqətdən xeyli uzaqdır.  Əgər  şagird tənbəl və  fərsiz 

olsaydı, birinci hekayədəki kimi, dərsdən yayınsaydı, onda həmin 

mülahizələrə  bəraət qazandırmaq olardı. Hekayədə  tələbkar 

müəllim və çalışqan  şagird surəti yaradılmışdır.  Şərq adət-

ənənəsinə uyğun olaraq bu faktı müəllimə göstərilən ehtiramın və 

qonaqpərvərliyin ilk yazılı nümunəsi kimi də qəbul etmək olar. 

Təsərrüfat həyatının praktiki tələbləri müxtəlif sahəli elmi 

biliklərin yaranmasına səbəb olmuşdu. Məsələn, ulduzların və 

planetlərin müşahidəsi təqvimin tərtib olunmasına, torpaq 

sahələrinin ölçülməsi riyazi qaydaların müəyyənləşdirilməsinə, 

hesablama aparılmasına imkan verirdi. Bina tikintisi, hüquq 

normalarının yaradılması  və qeydə alınması, mülkiyyət və 

sahibkarlıq münasibətlərinin inkişafı gündəlik tələbat idi. 

Təsərrüfat işləri ilə bağlı ölçü, çəki, məsafəni hesablama 

qaydalarını öyrənmişdilər. Ən ağır çəki talant (təqribən 30 kq), ən 

yüngül çəki  şeum (0.04 q) adlanırdı.  Şeum  əslində «dən, taxıl» 

mənasını daşıyırdı. Praktiki tələbat riyaziyyatın inkişafına təkan 

vermişdi.  Şumerlər onluq və altı onluq hesablama sistemi 

yaratmışdılar. Müvafiq qaydada bunların əsasını, 1, 10, 100 və 60, 

120, 180, 3600 və s. rəqəmləri təşkil edirdi. İkiçayarasının sami 

mənşəli  əhalisi bu hesablama qaydasını  mənimsəmişdi. Onlar 

vurma, bölmə, dördbucaq, tənlik və  kəsri bilirdilər. Onlar 

düzbucaq, kub dərəcəyə yüksəltmə, kökalma, cəbr tənliyi və s. ilə 

tanış idilər. 

İkiçayarasında praktiki tələbata uyğun olaraq astronomiya 

xeyli inkişaf etmişdi. Astronomik müşahidələr eyni zamanda 

insan taleyinin və hadisələrin gedişinin göy cisimlərinin 

düzülüşündən asılı olması inamından doğurdu. Müşahidə kahinlər 

tərəfindən zikkurat-məbədlərin zirvəsindən aparılırdı. 

Müşahidələrin nəticəsi yoxlanılıb yazılırdı. Təbiətin daimi 

müşahidəsi nəticəsində  İkiçayarasında qədim təqvim növləri 



______________Milli Kitabxana_____________ 

 153


yaradılmışdı. Bunlardan biri qəməri təqvimi olmuşdu. Bu təqvimə 

görə, hər ay 29 ya 30 gündən ibarət (ayın dəyişmə  mərhələsi 

təxminən 29.5 sutkaya bərabər idi), il isə 12 aydan və 354 gündən 

ibarət idi. lakin qəməri təqvimi  şəmsi təqvimindən fərqlənirdi. 

Şəmsi təqvim astronomiyaya daha uyğun idi. Təqvimlər arasında 

fərq 11 günə bərabər olurdu. Buna görə hər üç ildən bir təqvimə 

on üçüncü ayı əlavə edirdilər. Günəşin batması günün başlanğıcı 

hesab edilirdi. Ayların  əksəriyyəti təsərrüfat işlərinin 

xüsusiyyətinə uyğun olaraq ad daşıyırdılar. Məsələn, «əkin», 

«biçin», «taxıl», «arpa dadına baxmaq bayramı» və  s.  ay  adları 

vardı. Yeni il bahar fəslinin  əvvəlindən,  əkin işləri başlanan 

dövrdən hesablanırdı. Adətən bu, mart ayına təsadüf edirdi. Günəş 

və ayın hərəkətini müşahidə edir, daimi müşahidə  nəticəsində 

günəş  və ayın tutulmasını  əvvəldən qeydə alırdılar. Bürc 

ulduzlarını tanıyır və onların təsvirini verirdilər.  İkiçayarası 

əhalisi günəş və su saatlarından istifadə edirdilər. «Astronomiya» 

üzrə  dərslik tərtib olunmuşdu.  İkiçayarasında gəmiqayıran, üzən 

körpü (ponton) düzəldən usta sənətkarlar vardı. Böyük çayları 

üzüb keçmək üçün üfürülmüş tuluqlardan istifadə edirdilər. 

Təbabət ovsunla sıx  əlaqəli idi. Ağır xəstələri ovsunla 

müalicə edirdilər. Türkəçarə müalicə aparanlar (aşinu, maşmaşu) 

ilə yanaşı savadlı  həkimlər (azu) də vardı. Qazıntılar zamanı 

hökmdar Qudeanın vazası  aşkar edilmişdi. Onun üzərində ilan 

şəklində  əsaya sarınmış sağlamlıq allahının simvolik təsviri 

düzəldilmişdi. Bu əlamət müasir təbabətdə  də  həkimlik rəmzini 

bildirir. Güman edirlər ki, İkiçayarasında ilk həkimlər kahinlər 

olmuşlar. Həkimlər fal və müalicə yolu ilə bir çox xəstəlikləri 

müalicə edirdilər. Onlar gözdən kataraktı götürür, soyuqdəyməni 

müalicə edir, dəri şişini kəsir, sınığı düzəldir, uşaq tuturdular. Bir 

sıra xəstəliklərin, o cümlədən ciyər, mədə, bağırsaq xəstəliklərinin 

əlamətini müəyyənləşdirə bilirdilər. Dərmanları müxtəlif 

bitkilərdən, heyvan maddələrindən və mineral maddələrdən 

hazırlayırdılar. 

İkiçayarasında təbabət üzrə vəsait və göstərişlər hazırlanırdı. 

Bunlardan biri «Nippur həkiminin arayış kitabçası» (e.ə. XXIV 

əsr) adlanırdı. Burada 15 müalicə qaydası əks olunmuşdu. Nippur 



______________Milli Kitabxana_____________ 

 154


məbədi nəzdində (Kassi dövrü) xüsusi müalicəxana mövcud imiş. 

Hesabatlarda bir neçə qadın müğənninin müalicəsindən bəhs 

edilir. Onlar soyuqdəymə, öskürmə  və zökəm (qrip) xəstəliyinə 

tutulmuşdular. Burada deyilir: «E. bu xəstəliyə tutulub. K. və A.-

nın qızları salamatdırlar və canları  bərkdir.  Əgər mənim ağam 

yazsa, onlar gəlib məşqə davam edə bilərlər. O ki, qaldı M.-nın 

qızına, onun soyuqdəyməsi keçdi, əvvəl öskürürdüsə, indi 

öskürmür. İ.-in qızının ikitərəfli sətəlcəmi davam edir. Onun rəngi 

qaçıbdır... dərman verilir... . B.-nın qızının qabırğaaltı  sətəlcəmi 

davam edir və o, öskürür». Sonrakı hesabatdan məlum olur ki, E. 

sağalmış, lakin M.-nın qızının «axşamdan istiliyi qalxıb. Səhərə 

yaxın ona ağı içirtdim, lakin qızdırma keçmədi, ayaqları 

soyuqdur...» 

Müalicə qaydalarında (reseptlərində) bir çox bitki, mineral 

və başqa maddələrin adları çəkilir, lakin onların mənası açılmamış 

qalır. Qaydaların birində deyilir: «Anadişşa» bitkisi, tikanlı kol 

budaqları, «duaşbura» toxumu... ovulsun, onlara su ilə pivə 

qarışdırılsın, ağrıyan hissə bitki yağı ilə ovxalansın və pivə ilə 

qarışdırılmış bitki tozu qızdırma (istilik vermə) vasitəsi kimi onun 

üstünə sarınsın». 

Şumer  əfsanələrində ilahə Baba təbabətin hamisi kimi 

qələmə verilmişdir. O, «qarabaşların böyük şəfavericisi, insanların 

həyatını qoruyan» kimi təsvir olunmuşdur.  Şumerlərin 

təsəvvürünə görə, allahlar da insan kimi xəstəliyə tutula bilərdilər. 

Bununla  əlaqədar  şəfa ilahəsi təsəvvürü meydana gəlmişdi. Eyni 

zamanda xəstəliyi iblis əməli hesab edirdilər.  Ən qəddar iblis 

Uduq adlanırdı. Onların törətdiyi xəstəlik çətin müalicə olunurdu. 

Qədim şumerlərin aqronomik məlumatları bir sıra əsərlərdə 

öz  əksini tapmışdır.  Şumerlər «Əkinçi təqvimi» və «Bağçılıq 

kitabları»  əsərləri yaratmışlar. Burada əkin, suvarma və biçinin 

başlanması, taxılın döyülməsi vaxtı, bağ-bağçanın becərilmə 

üsulları, suvarma kanallarının təmiz saxlanması  və s. haqda 

məlumat verilirdi. Babil, Assur şəhərlərində  məşhur «asılı 

bağlar», heyvanxanalar yaradılmışdı. Burada qəribə, qeyri-adi 

(ekzotik) bitkilər və heyvanlar saxlanılırdı. İkiçayarasında heyvan, 

bitki və mineralların təsnifi siyahısı tərtib olunmuşdu. 



______________Milli Kitabxana_____________ 

 155


İkiçayarası  əhalisi müəyyən coğrafi təsəvvürlərə malik idi. 

Uzaq və yaxın ölkələr barədə az-çox məlumatları vardı. Şumerlər 

Aratta, Subir, Elam kimi yaxın ölkələrin coğrafi mövqeyini bilir 

və bu ölkələrlə daimi ünsiyyət saxlayırdılar. Qaynaqlarda 

Meluhha (Hindistan), Maqan (Misir), Dilmun (Bəhreyn) kimi 

uzaq ölkələrdən yad edilirdi. İkiçayarasında «dünya xəritəsi» 

yaratmaq cəhdi edilmişdi. Onların zənnincə, dünyanın mərkəzi 

İkiçayarası olmuşdu. Xəritədə Yer kürəsi yastı  şəkildə 

göstərilmişdi. Burada şimaldan axan Dəclə  və  Fərat çayları 

göstərilmişdi. Yer kürəsinin  ətrafında dünya okeanı  təsvir 

olunmuşdu ki, onu «Acı çay» kimi başa düşürdülər. Şəhər və uzaq 

ölkələr müvafiq surətdə nöqtə  və üçbucaqlar vasitəsilə qeyd 

olunmuşdu. 

İkiçayarasında tarix haqqında müəyyən təsəvvürlər meydana 

gəlmişdi.  İlin mühüm hadisələri yazıya alınırdı, imkan daxilində 

onların tarixindən bəhs edilirdi. Tarixi və təbii hadisələrin səbəbi 

dini ideologiyaya uyğun olaraq allahların, xeyir və şər qüvvələrin 

əməlləri kimi dərk edilirdi. Müharibələr sənədlərdə əks olunurdu. 

Qələbələr bu və ya digər hökmdarların adı ilə bağlanırdı. Onların 

bəzisi barədə qəhrəmanlıq dastanları yaradılmışdı. İkiçayarasında 

hökmran olan sülalələrin və hökmdarların siyahısı tərtib olunurdu. 

Varlı  və yoxsul təbəqələri bir-birindən fərqləndirirdilər. 

Hökmdarların hərbi yürüşü, təsərrüfat və qanunvericilik fəaliyyəti 

ilə  əlaqədar salnamələr, kitabələr və yazılı qanun külliyyatları 

tərtib olunurdu. İkiçayarası tarixçisi Beros e.ə. IV-III əsrlərdə 

Babil  şəhərində yaşamışdı. Ondan xeyli əvvəl yaşamış 

«tarixçilərin» adı bu və ya digər salnamənin tərtibçisi sifəti ilə yad 

edilirdi. 

İkiçayarasında hüquq qaydaları yazılı  şəkildə mövcud idi. 

E.ə. III minilliyin sonundan etibarən  Şumer (Ur, İsin, Larsa) və 

Akkad (Eşnunna, Hammurapi qanunları, Assur qanunları, yeni 

Babil natamam qanunları) dillərində qanunlar külliyyatı 

yaradılmışdı. Cinayət işləri hərtərəfli yoxlanılırdı. İstintaq zamanı 

sübut və  dəlil toplanılırdı,  şahidlər dindirilirdi, cinayət 

iştirakçılarının təqsir və məsuliyyət dərəcəsi müəyyənləşdirilirdi. 

E.ə. III minilliyin əvvəlinə aid bir məhkəmə sənədində ölüm 



______________Milli Kitabxana_____________ 

 156


cinayəti əks olunmuşdu. Sənəddən məlum olur ki, üç nəfər məbəd 

işçisini öldürmüş və bu cinayətdən mərhumun arvadının da guya 

xəbəri olmuşdur. Sənəd qeyd edir: «Lu-İnanna öldürüldükdən 

sonra onlar arvadı Nin-dadaya dedilər ki, ərini öldürüblər. Nin-

dada ağzını açmadı (yəni dinmədi). Bunu İsin hökmdarına 

çatdırdılar. Hökmdar göstəriş verdi ki, bu işə Nippur camaatının 

yığıncağı baxsın. Orada (adlar çəkilir) müraciət etdilər və dedilər: 

- «Qatillər yaşamağa layiq deyillər. Üç kişi və bu qadın Lu-

İnannanın kürsüsü önündə  qətl olunmalıdırlar». Belə halda (iki 

nəfər) müraciət edib dedilər: - «Bəli, Nin-dadanın  əri 

öldürülmüşdür. Bəs bu qadının günahı  nədir ki, onu da ölümə 

məhkum edirik». Belə halda Nippur yığıncaq üzvləri müraciət 

edib dedilər: - «Qadın  ərinin düşmənlərini tanısa belə,  ərinin 

öldürülməsini bilsə belə, niyə bu barədə sussun? Kim həqiqətən 

onu öldürüb?» Nippur yığıncağının qərarına görə, qatillər (üç 

kişinin adı çəkilir) edam üçün cəllada təhvil verilirlər. 

Məhkəmə ailə  və mülki məsələlərə aid işlərə  də baxırdı. 

Lakin bir çox hadisələr məhkəmədən kənarda adətə uyğun öz 

həllini tapırdı.  İkiçayarasında adət hüququ da mövcud idi. Belə 

hallarda məhkəməsiz cəzalandırma, ellik zəmanət, qarşılıqlı 

intiqam, allah qarşısında andiçmə, suya atma (ordaliya) və s. yolu 

ilə mübahisəli məsələlər həll olunurdu. 

Qədim  İkiçayarasında müxtəlif dillərdə danışan (şumer, 

Akkad, hurri, turuk, elam, subir) xalqlar yaşayırdı. Burada başqa 

tayfalar (kassilər, aramilər, xaldlar, kutilər, lullubilər, turukkilər) 

məskən salırdılar. İkiçayarası Yaxın Şərq dövlətləri ilə geniş əlaqə 

saxlayırdı. Bunun nəticəsində filoloji biliklərin inkişafına  şərait 

yaranırdı. Söz və anlayışlar siyahısı,  şumer və Akkad dillərində 

qrammatik göstəricilər, tədris vasitələri və arayışlar tərtib 

olunurdu.  Şumer dilini öyrənmək üçün akkad dilində  vəsaitlər 

hazırlayırdılar. 

Eyni zamanda müxtəlif dillərin qarşılıqlı lüğətləri  şumer-

akkad,  şumer-hurri,  şumer-akkad-hurri, akkad-het, şumer-akkad-

het, akkad-elam, akkad-kuti, akkad-lullubi, akkad-kassi və s. 

lüğətlər yaradılmışdı. Bunların hamısı tam şəkildə qalmamışdır. 

Tədris üçün məktəb lüğətləri də vardı. Belə lüğətlərdə 



______________Milli Kitabxana_____________ 

 157


adətən müxtəlif mənşəli sözlər öz əksini tapırdı. Buna misal 

«Şumer-akkad məktəb lüğətini» göstərmək olar. Çox hallarda 

yazılar iki dildə  tərtib olunurdu. Xarici dil bilən xüsusi mirzələr 

ədəbiyyat nümunələrini, əcnəbi sözləri tərcümə edirdilər. 

Qədim İkiçayarası xalqları memarlıq və incəsənət sahələrini 

inkişaf etdirmişdilər.  İkiçayarasında təbii ehtiyatlar yox 

dərəcəsində idi. Orada tikinti ağacları  və daş kifayət qədər 

olmadığından xüsusilə gil-kərpic memarlığı  təkmilləşirdi. 

İkiçayarasının tikinti işində çiy kərpicdən istifadə olunurdu. Bəzi 

hallarda divara bişmiş kərpicdən və daşdan üz çəkirdilər. 

E.ə. IV minillikdə hündür yerdə tikilmiş əzəmətli məbədlər 

böyük yaşayış  məntəqələrinin mərkəzinə çevrilmişdi. E.ə. III 

minillikdə  şumer  şəhər-dövlətlərinin mərkəzində ibadətə xidmət 

edən tikintilər (məbəd) dəsti (kompleks) bina edilir, ətrafına da 

xüsusi divarlar çəkilirdi. Eyni zamanda İkiçayarası memarlığına 

xas olan zikkuratlar, yəni 3, 5, 7 mərtəbəli pilləli bürclər 

yaradılırdı. Bunlardan ən məşhuru Urda tikilmiş zikkurat idi. 

Zikkurat (qülləli məbəd) müxtəlif rənglərə boyanmış üç pillədən 

ibarət idi. Zikkurat adətən öz möhkəmliyi və  əzəmətliliyi ilə 

fərqlənirdi. Zikkuratın qülləsində kiçik ibadətgah yerləşirdi və 

oraya bir neçə ön pilləkən qalxırdı. Zikkuratdan rəsədxana kimi də 

istifadə edirdilər. 

Əzəmətli məbədlərlə yanaşı saray tikintisi dəsti də 

yaradılırdı. Sarayın bir çox yaşayış və köməkçi binaları, dəbdəbəli 

ön salonları olurdu. Qəbir memarlığı hökmdar məqbərələrindən 

ibarət idi. Bu qəbirlərdə xeyli incəsənət abidəsi aşkar edilmişdir. 

Müharibə mövzusu Entemenanın və Naram-Suenin daş abidəsində 

əks olunmuşdur: orada meyitlər və onları dimdikləyən qartal, 

döyüşçülərin dağ yolları ilə qalxması, hökmdarın əzəmətli əndamı 

(fiquru) göstərilmişdi. Hökmdar nizə ilə bir düşməni öldürür, o 

birisini isə ayağı ilə basır. Düşmən döyüşçüləri vahimə içərisində 

təsvir olunmuşlar. 

İkiçayarasının e.ə. III minilliyinə aid heykəltəraşlığı üçün 

alçaq boylu, ağır çəkili fiqurlar səciyyəvidir. Heykəl donmuş, 

gözlər böyümüş  şəkildə düzəldilirdi. Həmin üslubda hökmdar 

Qudeanın və Hammurapinin heykəl təsvirləri verilmişdir. Bununla 



______________Milli Kitabxana_____________ 

 158


yanaşı  qəddi-qamətli insan heykəlləri də yonulurdu. Getdikcə 

saray divarlarına rəngarəng təsvirlər vurulurdu. II Sarqonun Dur-

Şarrukində 14 m yüksəklikdə tikilmiş  əzəmətli saray dəstinin 

divarlarında müxtəlif səhnələr  əks olunmuşdu. Aşşurbanipalın 

saray divarlarında  şir ovu səhnəsini  əks etdirən təsvirlər vardı. 

Heyvan təsvirləri, o cümlədən oxlarla yaralanmış qan püskürən 

şirin təsviri xeyli real şəkildə verilmişdir. 

İkiçayarasında müxtəlif tətbiqi incəsənət növləri, o 

cümlədən zərgərlik, silahqayırma, daşdan güldan (vaza) 

hazırlama, silindrik möhür kəsmə  və s. geniş inkişaf tapmışdı. 

Zərgərlər müxtəlif rəng ahəngi yaradırdılar. Onlar adətən göy, 

qırmızı, sarı boyalardan istifadə edirdilər. 

Daşdan qayırılmış silindrik şəkilli möhürlər xeyli 

fərqlənirdi. Bu möhürlərdə insan və heyvan şəkilləri olan əfsanəvi 

və  məişət səhnələri təsvir edilirdi. İkiçayarası xalqlarının 

ədəbiyyat və elmi nailiyyətləri ilə yanaşı, incəsənəti də dünya 

mədəniyyətinin inkişafına müəyyən təsir göstərmişdir. 

Bəşəriyyətin ümumi mədəni inkişafında qədim şumer xalqı 

özünəməxsus yer tutur. Onların yaratdığı ilkin mədəniyyət 

dünyanın sonrakı inkişafına, o cümlədən onun tarixinin, 

mədəniyyətinin, fəlsəfəsinin,  ədəbiyyatının və s. inkişafına 

əvəzedilməz təsir göstərmişdir.  İlkin  Şumer miflərinin 

Azərbaycan xalqının mifologiyası, mədəniyyəti, dini və 

fəlsəfəsində özünü göstərməsi dünyanın bu qədim xalqını bizə 

doğmalaşdırır və onu «özümüzünkü» hesab etməyə imkan verir. 

 

 



 

 

 



 

______________Milli Kitabxana_____________ 

 159


______________Milli Kitabxana_____________ 

 160


 

______________Milli Kitabxana_____________ 

 161


 

 

 



 

 


______________Milli Kitabxana_____________ 

 162


 

 

 



______________Milli Kitabxana_____________ 

 163


 

 

 



______________Milli Kitabxana_____________ 

 164


 

 

  



______________Milli Kitabxana_____________ 

 165


 

 

 



 

______________Milli Kitabxana_____________ 

 166


 

 

 



 

 


______________Milli Kitabxana_____________ 

 167


 

Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin