Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu il tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix01.04.2017
ölçüsü2,24 Mb.
#13184
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22
______________Milli Kitabxana_____________ 

 263


qablarının müxtəlif formalarda olmasına dəlalət edir. Bu qablar 

təkqulplu, bir və ikiağızlı,  şaquli və üfqi gövdəli olub, müxtəlif 

dekor ünsürləri ilə  bəzədilmişdir. Belə su qablarının üstündə 

düymələr, gözlüklər, cızma xətlər, eşmə formalı qabarıq çevrələr 

görünür. Üfqi şəkilli ikiqulplu Mingəçevir və Yaloylutəpə 

matralarında isə qabın boğaz və sinə  tərəflərində narın cızma 

naxışlara rast gəlirik. Belə qabların plastik forması  və naxışları 

göstərir ki, onlar mənşə etibarilə tuluqlardan əmələ gəlmişdir. 

Matraların bir tipi də onun zoomorf fiqurlu keramikadan 

əmələ  gəldiyini göstərir. Belə qablara zoomorf matra deyilir. 

Onlar quyruğu saxlanmış başsız quş  şəklində olan zoomorf 

qablardır ki, matra kimi işlənmişdir. Belə matralar da zoomorf 

keramikanın tənəzzülünü izləməyə imkan verir. 

Yaloylutəpə tipli qablar ilk dəfə 1937-ci ildə arxeoloq D. 

Şərifov tərəfindən Qutqaşen rayonunun Yaloylutəpə deyilən 

qədim yaşayış məskənindən tapılmışdır. Bununla əlaqədar olaraq 

sonralar Mingəçevir, Qəbələ, Molla İsaqlı, Torpaqqala, Gəncə, 

Qazax və digər yerlərdən tapılmış eyni şəkilli qablara Yaloylutəpə 

tipli məmulat deyilmişdir. Bu keramika qırmızı-kərpici rəngdə 

olub, gövdəsinin bikonik şəkli, ağzının uzunluğu və tək qulpunun 

yanda olması ilə  fərqlənir. Onların bir qrupu oturacaqsız, digər 

qrupu isə yastı oturacağı olan silindrik dayaq üzərində yerləşir. Bu 

qab-ların boğazları bəzən qabartma halqalar, gövdələri isə üç ədəd 

gözlük naxışlarla bəzənir. Qabartma halqalar qabdakı mayeni 

bədxah ruhlardan, gözlük şəkilli naxışlar isə  bədnəzərdən 

mühafizə edirmiş.  

Yaloylutəpə qabları şərabçılıq təsərrüfatı ilə əlaqədar olaraq 

istehsal edilmişdir. Həmin qablar formalarının mütənasibliyi və 

plastik gözəlliyi ilə  qədim Azərbaycan keramikasında xüsusi yer 

tutur. 


Bu dövrün keramikasındakı dekorativ bəzək xüsusiyyətləri 

ənənəvi və yeni tipli olması ilə iki qrupa bölünür. 

Tunc dövründən gəlmə  ənənəvi bəzək üsullarına misal 

olaraq, cilalanmış qara rəngli naxışları, az maddə ilə həkk edilmiş 

ornamentləri göstərmək olar. Bundan əlavə,  şaquli girintilər 

şəklində olan kannelyurlar, gil düyməciklər və qabartma xətlər də 



______________Milli Kitabxana_____________ 

 264


daha qədimdən gəlmiş dekorativ formalardır. Belə ənənəvi bəzək 

ünsürlərindən biri də  məhsuldarlıq kultu ilə  əlaqədar olan taxıl 

dənələrinin dekorativ motiv kimi işlədilməsidir. 

Bu dövrün keramikasında yeni bəzək üsulları  və motivləri 

də özünü göstərir. Misal üçün, Yaloylutəpə qablarında iki-iki, üç-

üç yerləşmiş düymələrin və  cızılmış naxışların sadəliyinə 

baxmayaraq, onlar məmulatın keramik forması ilə o dərəcədə 

ahəngdardır ki, qabların plastik nöqsanlarını hiss etdirmədən 

gizlədir, gözəl quruluş  cəhətlərini isə  nəzərə çarpdırır. Bu hal 

Qafqaz Albaniyası dulusçularının əsas yaradıcılıq prinsiplərindən 

birini təşkil edir. 

Tunc dövründə qara cilalı qabları  bəzəyən qabarıq bəzək 

motivləri bu dövrdə daha kəskin şəkil alır, daha çox plastikləşmiş 

halda nəzərə çarpdırılır. Bu motivlər və onlarla yanaşı  işlənən 

kannelyurlar ikinci dövrdə torevtika sənətində də öz əksini tapır. 

Bu dövrün astral kultu ilə əlaqədar olaraq istər qara, istərsə 

də  qırmızı  rəngli keramikada dini səciyyəli günəş  və ay tipli 

naxışlar meydana çıxır. 

Mingəçevir və Yaloylutəpə ustaları keramikada qabarıq - 

ayşəkilli naxışlar yaratmağa xüsusi fikir vermişlər. Ayı  təmsil 

edən naxışlar bu dövrdə dini təbliğat məqsədi daşımışdır.  İkinci 

dövrdə isə ay naxışları ornamental motivlərə çevrilmiş və ay kultu 

tənəzzülə uğradıqca, bu yeni bəzək forması da ortadan çıxmışdır. 

Ay kultu axirət dünyası ideyaları ilə  sıx surətdə bağlı 

olmuşdur. Odur ki, axirət dünyası haqqında təlimatlar, göstərişlər 

yazılırdı. Bu yazılar təsvirli yazılar-piktoqramlar olub, qırmızı 

boya ilə  kərpici rəngli qablar üzərinə yazılırdı. Üzərində 

piktoqram olan belə qablar Mingəçevirdən tapılmışdır. 

həmin piktoğramların məzmunundan aydın olur ki, bu 

dünyanın dindarları o dünyada-axirət dünyasında da günəş və ay 

allahları qarşısında müqəddəs borclarını yerinə yetirməlidirlər, 

onların yolunda qurban verməyi unutmamalıdırlar. 

Qafqaz Albaniyasının bədii keramikası ikinci dövrdə 

tənəzzülə uğrasa da, bu mərhələdə inkişaf tapmış bütün dekorativ 

sənət növləri üçün tükənməz yaradıcılıq mənbəyi olmuşdur. 

Alban incəsənətinin ikinci mərhələsində memarlıq, bədii 



______________Milli Kitabxana_____________ 

 265


şüşə, torevtika (bədii metal emalı), zərgərlik, həkkaklıq, 

heykəltəraşlıq və bədii oyma kimi sənətlər tərəqqi tapmışdır. 

Memarlıq. Bu dövrün memarlığı üçün müdafiə-qala 

istehkamları, xristian məbədləri və saraylar xarakterik sayılır. 

Müdafiə tikintiləri xalqımızın yadelli istilaçılara qarşı mübarizə 

tarixi ilə  əlaqədardır. Belə tikililər ilk növbədə  qədim  şəhərləri 

müdafiə məqsədi ilə yaradılırdı. Eramızdan əvvəl I əsrdə salınmış 

Qəbələ  şəhərinin qala istehkamlarını buna misal göstərmək olar. 

Qəbələ Qafqaz Albaniyasının paytaxt şəhərlərindən biri idi. Bu 

şəhər XIV əsrdə monqol istilası zamanı tamamilə dağılmışdır. 

Qəbələ Selbir və Qafır adlı iki qaladan ibarət olmuşdur. 

Beşbucaqlı  şəklində tikilmiş Selbir qalasının qalın divarları ara-

sıra tikilmiş bürclərlə daha da möhkəmləndirilmişdi. Qafır 

qalasının cənub tərəfindəki bürc və darvazalar indiyə kimi 

qalmışdır. Yarımdairə  şəklində olan bürclərin hündürlüyü 9-10, 

diametri isə 15 metrdir. Divarların qalınlığı 4 metrə çatır. Bütün 

bunlar göstərir ki, vaxtilə  Qəbələ  şəhərinin bişmiş  kərpicdən 

tikilmiş qala istehkamlarının  əzəmətli görkəmi olmuşdur. 

Qəbələnin sakinləri kommunal ehtiyaclara da xüsusi diqqət 

yetirmiş, saxsı borulardan istifadə edərək  şəhəri su ilə  təchiz 

etmişlər. 

Müdafiə tikintilərinin görkəmli nümunələrindən biri də V-

VII  əsrlərdə tikilmiş  Dərbənd divarlarıdır. Dərbənd keçidində 

uzanan bu divarlar «Uzun divarlar» adı ilə  məşhurdur. Bu 

əzəmətli abidə yonulmamış daşdan və  kərpicdən tikilərək, 

şimaldan axın-axın gələn köçəri tayfaların qarşısını kəsən bir sədd 

vəzifəsini görmüşdür. O, bir sıra müdafiə tikintilərinin 

kompleksindən ibarətdir. Bu kompleksə bir neçə böyük qala da 

daxildir. Onlardan ən məşhuru, hündür qaya üzərində tikilmiş 

«Çıraqqala»dır. Bu qalanın qarşısında geniş müşahidə sahəsi 

açılır; onun böyük müdafiə imkanları vardır. 

Dərbənddə belə mürəkkəb müdafiə sisteminin ümumi 

uzunluğu 120 km, divarların qalınlığı 8 m, hündürlüyü isə 18-20 

metrə  qədərdir. Bu abidənin müdafiə sistemində heykəltəraşlıq 

əsərlərinə  də böyük yer verilmişdir. Heykəllər insan və heyvan 

surətlərindən ibarət olub, dairəvi və barelyef şəklində 



______________Milli Kitabxana_____________ 

 266


yonulmuşdur. O vaxt şəhərin  əhalisi bu heykəllərə müdafiə 

tikintilərinin tilsimi kimi baxırdılar. Guya qala divarlarının və 

qapılarının taleyi, möhkəmliyi bu tilsimli heykəllərdən asılı imiş. 

Şəhərdə su mənbələrinin üstündə, ovdanlarda da belə heykəllər 

qoyulurmuş. Dərbənd qala qapısının üstündə indi də  şir başı 

barelyefi qalmaqdadır. 

IV əsrdən başlayaraq xristian dininin yayılması ilə əlaqədar 

olaraq Azərbaycanda xristian məbədləri tikilir. 

Qax rayonunun Ləkit kəndindəki dairəvi məbəd indi dağınıq 

bir haldadır. Onun divar və sütunlarının ancaq aşağı hissəsi 

salamat qalmışdır. Məbədin tikintisində çaydaşı, bişmiş  qırmızı 

kərpic və yonulmuş  əhəngdaşı  işlədilmişdir. Abidənin ümumi 

quruluşu dairəvi  şəkildədir.  Şimal, cənub-şərq və  qərb tərəflərdə 

dörd giriş qapısı vardır. Qapılar zahirdən portal şəklindədir. 

Binanın daxili quruluşu diqqəti daha çox cəlb edir. Məbədin 

mərkəzi hissəsini örtən günbəz 4 qüvvətli dayaq və onların 

arasındakı sütunlar üzərinə yatan tağlar üstündə yerləşmişdir. 

Mütəxəssislər binanın plan quruluşuna əsasən onun IV-V əsrlərdə 

ikimərtəbəli tikildiyini güman edirlər. 

Bu abidəni bəzi tədqiqatçılar xristian məbədi, digərləri isə 

aya sitayiş  məbədi kimi qəbul edirlər. Onun ay məbədi olmasını 

güman etməyə  də  əsaslar çoxdur. I əsrdə  Şəki yaxınlığında belə 

bir ay məbədi var imiş. Yunan tarixçisi Strabon həmin məbəddə 

insanın qurban verilməsi ayinini «Coğrafiya»  əsərində  ətraflı 

təsvir edir. 

Həmin dövrdə Azərbaycanda ay kultu çox geniş yayılmışdı. 

Qədim əcdadlarımız aya həm su və məhsuldarlığın, həm də axirət 

dünyasının himayəkarı, tanrısı kimi pərəstiş edirdilər. Mingəçevir 

və Yaloylutəpə keramikasında üzərində ay şəkilli qabartma olan 

qırmızı  və qara rəngli su qabları bu kultla əlaqədar olaraq 

yaradılmışdır. 

Qax rayonunun Qum kəndindəki məbəd bazilika tiplidir. Bu 

növ binalar sırf xristian məbədləri hesab olunur. Məbədin VI 

əsrdə, yonulmuş böyük çaydaşılarından tikildiyi müəyyən 

edilmişdir, Binanın daxilində iki sıra sütun qoyulmuşdur. 

Sütunların  əmələ  gətirdiyi mərkəz hissə daha hündür olduğu 



______________Milli Kitabxana_____________ 

 267


halda, kənar hissələr alçaq tikilmişdir. Bu da bazilika tipli 

məbədlər üçün səciyyəvidir. Orta hissənin sonunda dairəvi 

formada absida (mehrab) deyilən yer ayrılmışdır. Sütunların 

əmələ  gətirdiyi üç nef məbədin absida olmayan tərəfində 

üstüörtülü eyvanlar yaratmağa imkan vermişdir. Midiya dövründə 

ant tipli binalarda rast gəldiyimiz eyvan memarlıq forması bu 

abidədə daha kamil şəkildə  tətbiq edilmişdir. Məbədin tağları 

nalvarı formadadır. 

Mingəçevir məbədi də tipik xristian məbədidir. V-VII 

əsrlərdə çiy kərpicdən tikilmiş bu binanın damı bişmiş böyük 

kirəmitlərlə örtülü imiş. Arxeoloji qazıntı  nəticəsində  aşkar 

edilmiş bu abidə bir neçə dini səciyyəli binadan ibarətdir. 

Binalardan birinin qurtaracağında absida var imiş. 

Məbədin divarlarında həndəsi və  nəbati naxışlardan ibarət 

divar rəsmləri çəkilmişdir. Məbədin içərisində heykəltəraşlıq 

əsərləri də tapılmışdır. Onlardan kəc üzərində  işlənmiş süvari 

qabartmasını və böyük daş (üst səthi 78X69 sm, alt səthi 67X62 

sm, hündürlüyü 4.5 sm) üzərində yonulmuş iki tovuz quşunu 

göstərmək lazımdır. Təsvirlərdən yuxarıda, daşın bütün kənar 

haşiyəsi boyu cızma yazılar verilmişdir. Bu yazıların qədim alban 

və yaxud qədim türk yazısı olduğunu iddia edən iki fikir vardır. 

Daşın üst tərəfdən diametri 19 sm olan bir girintisi vardır. I 

Sarayların memarlığı haqqında məlumatımız çox 

müxtəsərdir. Tarixçilərin göstərdiyinə görə, qədim alban 

padşahlarının  əzəmətli sarayları olmuşdur. VII əsrdə hökmranlıq 

etmiş Cavanşir saray tikintisinə xüsusi diqqət yetirmiş, öz sarayını 

təmtəraqlı görkəmə saldırmışdı. 

Bu dövrdə  əhalinin köçəri vəziyyətdən oturaq həyata 

keçməsi ilə əlaqədar olaraq şəhərsalma işləri xeyli inkişaf etmişdi. 

II  əsrdə yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolemey Qafqaz 

Albaniyasının 29 şəhər və  kəndinin adını  çəkir. I-III əsrlərə aid 

tarixi mənbələrdə Naxçıvan, Qəbələ, Şamaxı kimi şəhərlərin adına 

rast gəlirik. Daha sonralar III-VII əsrlərin salnamələrində  həmin 

şəhərlərdən başqa yeni şəhər adlarına da təsadüf edirik. Onlardan 

Dərbənd,  Şabran,  Şirvan (Şarvan), Çola, Şake (Şəki), Beylakan, 

Bərdə, Xalxal, Kalankaytuk, Alven, Minkiçavır (Mingəçevir) kimi 



______________Milli Kitabxana_____________ 

 268


şəhərləri göstərmək lazımdır. 

Bədii  şüşə  sənəti. Azərbaycanda  şüşə  sənətinin yaranması 

alban dövrü incəsənətinin inkişafının birinci mərhələsinə  təsadüf 

edir. Lakin şüşə ustaları bu dövrdə ancaq bəzək şeyləri (bilərzik, 

müxtəlif muncuqlar və s.) yaratmaqla kifayətlənmişlər.  Şüşə 

qablar istehsalı isə ikinci dövrün məhsulu idi. 

Qədim Azərbaycanda  şüşə istehsalının inkişafı, birinci 

növbədə, ölkənin təbii zənginlikləri ilə bağlı olmuşdur. 

Azərbaycan torpağında kvars qumunun, soda və  əhəng 

yataqlarının olması  şüşənin yerli materialdan bişirilməsi üçün 

imkan yaratmışdır. Bu işdə başlıca  şərtlərdən biri də yanacaq 

mənbəyi olan meşə materialının bolluğu idi. Doğranmış 

ağaclardan yüksək dərəcədə istilik verən yanacaq, onların 

külündən isə  tərkibində natri və kali duzları  və  hətta  əhəng də 

olduğundan, xammal kimi istifadə edilirdi. Bundan başqa,  şüşə 

materialının  əridilməsi üçün odadavamlı gildən kiçik tiyanlar 

hazırlamaq vacib idi. Belə gillər isə Azərbaycanda çox olub, 

dulusçuluqda da tətbiq edilirdi. 

Bədii  şüşə  məmulatı Mingəçevirdə,  İsmayıllı rayonunun 

Qalagah,  Şamaxı rayonunun Xınıslı, Qax rayonunun Torpaqqala 

kəndlərində  və habelə  qədim Azərbaycanın başqa yerlərində 

tapılmışdır. 

İkinci dövrdə  şüşədən  ən çox bədii effektə malik material 

(şəxsi möhürlər, bəzək  əşyaları  və s.) kimi, habelə maye 

qablarının hazırlanması üçün istifadə edilirdi. 

Mingəçevir  şüşə möhürlərində dekorativ elementlərlə 

yanaşı, insan başı və yarımfiquru da cızılırdı. 

Mingəçevir ustaları  şüşədən qadın bəzəyi üçün müxtəlif 

formalı muncuq, hamar və  eşmə bilərziklər hazırlamışlar. 

Bilərziklər abı, yaşıl, qəhvəyi, qara, sarı  və başqa rənglərdə 

istehsal olunurdu. Bilərziklərin belə  rəngarəng alınması üçün 

müxtəlif metal oksidlərindən istifadə edilmişdir. Bəzən  şüşə 

bilərziklərin ucları gümüş bilərziklərdə olduğu kimi ilan başı 

formasında düzəldilirdi. Bu, ilan kultunun incəsənətə göstərdiyi 

təsirlə izah edilir. Uzun əsrlər boyu ilan axirət dünyasının simvolu 

kimi ibtidai insanların  şüurunda yaşamış  və bu anlayış  nəsildən-



______________Milli Kitabxana_____________ 

 269


nəslə keçmişdir. Lakin eramızın ilk əsrlərindən etibarən qədim 

Azərbaycanda ilan kultu və digər totemistik təsəvvürlər ay kultu 

tərəfindən sıxışdırılır. Bunun nəticəsində ilan və başqa totemistik 

motivlər dulusçuluqda olduğu kimi getdikcə ideya əhəmiyyətini 

və  təsvir tamlığını itirir, şəkilcə  təhrif olunaraq ornamental 

formaya çevrilir. Belə ideoloji dəyişiklik kənd təsərrüfatının, 

xüsusilə suvarma kanalları  şəbəkəsinin genişləndirilməsi ilə 

əlaqədardır. Belə ki, əvvəllər dinə görə axirət dünyasının allahı 

sayılan Ay, sonralar suvarma sisteminin hamisi hesab edilirdi. 

Qədim Azərbaycanda  şüşə istehsalının mövcud olduğunu 

sübut edən arxeoloji abidələrə misal olaraq Torpaqqalada (IV-VI 

əsrlər) və  Qəbələdə (VII-VIII əsrlər) tapılmış  şüşə bişirən 

emalatxanaların qalıqlarını göstərmək lazımdır. 

Şüşə məmulatı içərisində kiçik qablar öz bədii keyfiyyəti ilə 

diqqəti daha çox cəlb edir. Azərbaycan Dövlət Tarix muzeyində 

saxlanan  şüşə qabları zahiri görkəminə görə altı qrupa bölmək 

olar. 

Birinci qrupun qabları küpə  şəklindədir. Onlar əksər 



hallarda bəzəksiz olur. Lakin bəzi qabların üzərində  şüşə 

saplarının gəzdirilməsindən alınan naxışlara da rast gəlirik. Buna 

misal olaraq I-III əsrlərdə yaradılmış Mingəçevir qabını göstərə 

bilərik. Onun gövdəsi ilanyolu-sınıq xətlərlə bəzədilmişdir. Həmin 

dövrdə türk tayfaları belə ziqzaq xətlərin fövqəladə sehrkar 

qüvvəsinə inanırdılar. Belə  xətlər gecənin zülmətini dağıdan 

şimşəyin, göyləri lərzəyə salan ildırımın timsalı kimi qəbul 

edilmişdi. Xalq belə xətlərdən bədxah qüvvələrə, bədnəzərə qarşı 

mühafizəedici bir nişan kimi istifadə edir, onların sehrkar 

qüvvəsinə inanırdı. Buna görə  də o dövrün gil qablarında, metal 

əşyalarında, taxta və sümük daraqlarda ziqzaq xətlərə tez-tez 

təsadüf edirik. 

Mingəçevirdən tapılmış bu qrupun nümunələri içərisində 

gövdəsi kannelyurlarla bəzədilmiş  bənövşəyi rəngli qablara da 

təsadüf edirik. Onların bəziləri I-II, bəziləri isə IV-VIII əsrlərdə 

yaradılmışdır.  Ədəbiyyatda bu tip qabların qədim Finikiyadan 

gətirildiyi qeyd edilir. Lakin bunların Azərbaycanda geniş 

miqyasda işlədildiyini və buna görə  də yerli ustalar tərəfindən 



______________Milli Kitabxana_____________ 

 270


təqlid edildiyini də inkar etmək olmaz. 

İkinci qrupa aid olan şüşə qablar armudu formada olduğu 

halda, üçüncü qrupun nümunələri özünün şaquli kompozisiyaları 

ilə fərqlənir. 

Üçüncü qrupa daxil olan qablar, əsasən, Mingəçevirdə 

tapılmışdır. Onları gövdələrinin zahiri formalarına görə üç tipə 

bölmək olar. Birinci tip qabların gövdəsi küpə  şəklində olduğu 

halda, ikinci tip qablarda gövdə uzunsovlaşmış  şəkil almışdır. 

Üçüncü tip qablar isə konik formaları ilə fərqlənirlər. I-III əsrlərə 

aid olan bu üç tipdən başqa Mingəçevirdə IV-VIII əsrlərin 

dördkünc prizma şəkilli şüşə qabları da tapılmışdır. 

Dördüncü qrup qablar müxtəlif formalı dekorativ-

ornamental bəzəkləri ilə  fərqlənir. Onlardan III-IV əsrlərdə 

hazırlanmış uzunsov naxışlı qabları göstərmək olar. Belə naxışlar 

Mingəçevirin I əsrə aid keramik qablarında da vardır. Bu növ şüşə 

qablar Mingəçevirdə IX-XIII əsrlərdə də istehsal edilmişdir. Şüşə 

qabların badamı çıxıntılarla bəzədilməsi onlara metal məmulatının 

görkəmini verir. 

Beşinci qrupa zərif, dairəvi oturacağı olan şüşə piyalələr 

daxil edilir. Bu tipli qablar İsmayıllı rayonunun Qalagah və 

Şamaxı rayonunun Xınıslı  kəndlərindən tapılmışdır. Onlar I-II 

əsrlərə aiddir. Bu qabların zahiri bəzəyində qabartma ünsürlərə 

tez-tez rast gəlirik. 

Sonuncu, altıncı qrupa şaquli formalı piyalələr aiddir. Bir 

qayda olaraq, onların dairə şəkilli alçaq dayaqları olur. 

Şüşə  sənəti Qafqaz Albaniyasının digər dekorativ sənətləri 

ilə (məsələn, keramika və torevtika sənətləri ilə) sıx  əlaqədə 

yaranmış və inkişaf etmişdir. Bu sənət ölkədə maddi mədəniyyətin 

formalaşmasında görkəmli rol oynamış  və orta əsrlərdə 

Azərbaycanda orijinal şüşə  sənətinin yaranması üçün zəngin 

mənbə olmuşdur. 

Qədim incəsənətimizin ikinci inkişaf dövründə (I-VII əsrlər) 

bədii  şüşə  sənəti bir çox səbəblərə görə  tənəzzülə  uğramış 

dulusçuluğun zəifləməsini daha da sürətləndirmişdir. Bu yeni 

sənət ikinci dövrün ictimai amillərinə daha çox uyğun idi; bu vaxt 

dini təsəvvürlər getdikcə  zəifləyir, feodal saraylarında eyş-işrət, 



______________Milli Kitabxana_____________ 

 271


əyləncə məclisləri adi hal alır və şəhər həyatı korlanmağa başlayır. 

Odur ki, şüşə istehsalına olan ehtiyac dövrün ictimai zərurəti kimi 

ortaya çıxır. 

Şüşə  sənətinin inkişafı VIII əsrdən etibarən Azərbaycanda 

şirəli dulusçuluq məmulatının istehsalı üçün texnoloji baza 

yaratmışdı. Belə ki, şüşə  və keramika üçün şirələrin istehsalı, 

təxminən, eyni texnoloji proseslər və eyni xammal tələb edirdi. 

Qədim Azərbaycanın  şüşə  məmulatı  qəlibə salmaq və 

üfürmək kimi iki üsulla hazırlanırdı. Bu dövrdə ustalar şüşənin 

hələ tamamilə  ağ  rəngdə alınmasına nail ola bilməmişlər. 

Xammalın (qum, soda, əhəng) tərkibində olan dəmir qatışıqları 

şüşənin yaşılımtıl rəng almasına səbəb olurdu. 

Şüşə məmulatı içərisində göy, yaşılaçalan göy və abı rəngli 

qablara da rast gəlirik. 

O vaxt ustalar hələ dəmiri və misi lazımlı əsas materialdan 

ayıra bilmirdilər. Təmiz ağ  rəngli  şüşə alınması üçün qumu 

tərkibində müxtəlif metal oksidləri olan duzlardan ayırmaq lazım 

idi. 


Şüşə kürələrində xammalın bişməsi üçün 1500°-yə  qədər 

istilik tələb olunurdu. İstənilən istiliyi əldə etmək üçün isə 

meşələrdə olan bol və yararlı  ağaclardan istifadə edilirdi. Lakin 

ibtidai  şəkildə qurulmuş kürələrdə istiliyin çox hissəsi  ətrafa 

dağılır və itib gedirdi. Əldə edilən istiliyin kifayət etməsi üçün 

şüşə  xəmiri ibtidai və kiçik qazanlarda bişirilirdi. Nəzərə almaq 

lazımdır ki, qazandan götürülən  şüşə  xəmiri tez soyuyur, soyuq 

halda isə ona forma vermək olmurdu. Bütün bu çətinliklərin 

nəticəsidir ki, o dövrdə ancaq kiçik həcmli qablar istehsal etmək 

mümkün olmuşdur. 

Alban dövründə  bədii  şüşə istehsalının inkişafı iki 

mərhələdə (I-IV və IV-VII əsrlər) baş vermişdir.  İkinci dövrdə 

qabların həcminin nisbətən böyük olması, yəqin ki, şüşə bişirən 

kürələrin təkmilləşməsindən irəli gəlmişdir. Bu texniki tərəqqi isə 

həmin dövrdə  dəmirçiliyin inkişafı  və  dəmirçi kürələrinin daha 

məqsədəuyğun  şəkildə qurulması ilə  əlaqədardır. Dəmirçiliyin 

tərəqqisi isə,  şübhəsiz ki, istehsal alətlərinin istehsalı  və 

müharibələrlə sıx surətdə bağlı idi. 



______________Milli Kitabxana_____________ 

 272


Bədii metal. Zərgərlik. 

Qədim Azərbaycanda bədii metal sənətinin inkişafı alban 

dövründə yeni mərhələyə  qədəm qoyur. Bu sənət artıq,  əvvəlki 

dövrlərin dini təsəvvürlərin-dən azad olaraq, əsasən, məişət 

ehtiyac-larına və  həyati ideyalara xidmət etməyə başlayır. Bədii 

metal ustaları tunc və gümüşdən məişətdə lazım olan qablar 

hazırlayırlar. Bədii metal sənətinin bu növünə torevtika deyilir. 

Qafqaz Albaniyasında torevtika sənəti xüsusilə I-VII əsrlərdə 

geniş surətdə yayılır. 

Bu dövrdə Mingəçevirdə, Torpaqqalada və Qafqaz 

Albaniyasının ərazisinə daxil olmuş Cənubi Dağıstanda torevtika 

nümunələri istehsal edən emalatxanalar fəaliyyət göstərmişdir. Bu 

emalatxanaların məhsulu sırf praktik əhəmiyyət daşısa da, 

qabların bəzəyində əvvəlki dövrlərin dini təsəvvürlərindən doğan 

motivlər yenə  də qalmaqda idi. Lakin bu ünsürlər getdikcə dini 

əqidələrdən uzaqlaşır və dekorativ-ornamental motivlərə 

çevrilirdi. Bu baxımdan Mingəçevir və Torpaqqaladan tapılmış 

gümüş camlar çox maraqlıdır. I-II əsrlərə aid Mingəçevir camı 

ritmik olaraq dörd dəfə  təkrar edilən dörd barmaq naxışla 

bəzədilmiş, bu qruplaşmış naxışların arasındakı boşluqlar isə cüt 

üzüm salxımı qabartmaları ilə doldurulmuşdur. 

Üzüm salxımları birinci dövrdə  məhsuldarlıq, bərəkət 

kultunun  əlamətlərindən biri sayıldığı halda, bu mərhələdə qabın 

dekorativ bəzək ünsürünə çevrilmiş ornament motivi kimi qəbul 

edilir. 

Torpaqqaladan tapılmış III əsrlərə aid gümüş camın içində 

maralı  yıxıb parçalayan qanadlı  şirin təsviri cızılmışdır. 

Heyvanların təsviri realist səpkidə yaradılmışdır. Burada qanadlı 

şirin rəsmi atəşpərəstlik kultu ilə  əlaqədardır.  Şir od və günəşin 

ilahiləşmiş qüdrətini təmsil etdiyi halda, maral təslim olmuş, 

ölümə  məhkum, köməksiz bir varlığın obrazıdır. Həmin təsvirlər 

simvolik səciyyə daşıyır. 

Cənubi Dağıstanda yaradılmış VI-VII əsrlərə aid tunc su 

qablarının təsvirləri də  ənənəvi olaraq davam edən qədim 

motivlərdəndir. Həmin motivlər  əvvəlki dövrlərdə  sırf dini 

səciyyə daşıdığı halda, bu dövrdə artıq dekorativ bəzəklərə 



______________Milli Kitabxana_____________ 

 273


çevrilmişdir. Rusiya Federasiyası Dövlət Ermitajında belə metal 

qab nümunələrindən ikisi saxlanılır. 

Armudu  şəkilli, təkqulplu birinci qabın üstündə müqəddəs 

ağacın rəsmi, onun iki tərəfində isə tovuz quşunun təsvirləri 

döyülmüşdür. 

Tovuz quşunun müqəddəs sayılan təsviri zaman keçdikcə 

atəşpərəstliyin ortadan çıxması ilə  əlaqədar olaraq öz formasını 

dəyişib sadələşmiş  və  nəhayət, «buta» şəklinə düşmüşdür. Buta 

isə türk xalqlarında başlıca ornament motivi kimi qəbul edilmiş və 

sonralar başqa qonşu xalqların da incəsənətinə daxil olmuşdur. 

Qulpsuz, armudu şəkilli tunc su qabının döymə üsulu ilə 

bəzədilmiş gövdəsi nəbati naxışlarla örtülmüşdür. Naxışların 

üstündə yerləşdirilmiş qoşa butalar naxışlarla üzvi surətdə 

əlaqələndirilmişdir. Təsvirdə butaların tovuz quşundan  əmələ 

gəldiyini göstərən bir ünsür özünün arxaik xüsusiyyətini yaxşı 

saxlamışdır: bu, butaların aşağısında görünən və tovuz quşunun 

quyruğunu xatırladan rəsmdir. 

Bu dövrün tunc qablarında xalis bəzək elementi kimi 

işlənmiş naxış motivlərinə  də rast gəlirik. Onlardan ən təsirlisi 

kannelyur ornament motividir. Kannelyurlar qabın gövdəsinin 

döymə üsulu ilə ritmik şəkildə yan-yana düzülmüş şaquli batıqlara 

bölünməsindən alınır. Bu motiv Azərbaycan torevtikasına Qafqaz 

Albaniyasının bədii keramikasından keçmişdir. 

Torevtikanın inkişafı ölkənin Sasani dövləti tərəfində Bizans 

dövlətinə qarşı vuruşması faktı ilə də əlaqədardır. Çünki müharibə 

edən ölkəyə çoxlu silah və zirehli geyimlər lazım idi. Bu isə 

qədim Azərbaycanda dəmirçiliyin geniş yayılmasına kömək etmiş, 

bundan  əlavə, hərbi qənimət ki-mi əldə edilən antik torevtika 

nümunələri də bu sahədə  mədəni  əlaqələrin genişlənməsinə, 

qabaqcıl texnikanın və yunan bədii formalarının 

mənimsənilməsinə  səbəb olmuşdur. Antik dövr sənət 

xüsusiyyətlərinin Qafqaz Albaniyası ustaları  tərəfindən qəbul 

edildiyini göstərən nümunələrə tez-tez rast gəlirik. V-VII əsrlərə 

aid olan iki tunc Dağıstan məcməyisini buna misal göstərə bilərik. 

Hər iki məcməyidə antik təsvir formalarının təsiri görünür. 

Torevtika sənətinin inkişafı göstərir ki, qədim Azərbaycan 



______________Milli Kitabxana_____________ 

 274


incəsənəti bu dövrdə dönüş  mərhələsi keçirib dini əqidələrdən 

uzaqlaşır və dünyəvi ideyalarla sıx surətdə bağlanır. 

Alban dövründə  zərgərlik sənəti iki inkişaf mərhələsi 

keçmişdir. Birinci mərhələ e. ə. IV-I əsrlərini, ikinci mərhələ isə I-

VII əsrləri əhatə edir. 

Birinci mərhələdə Mingəçevirin və Yaloylutəpənin qədim 

zərgərləri tərəfindən üzüklər, sırğalar, baş  bəzəkləri (cütqabağı), 

qol bilərzikləri, arpa şəkilli qızıl muncuqlar və s. hazırlanmışdır. 

Bu bəzək məmulatının  əksəriyyəti alban dövründən də  əvvəl 

qədim azərbaycanlıların məişətində  işlənmiş  və  ənənəvi olaraq 

sonrakı dövrlərdə davam etdirilmişdir. 

Birinci mərhələdə  bəzəklərin  əksəriyyəti dini səciyyə 

daşıyırdı. Bu baxımdan qızıl sırğalar və bilərziklər birinci mərhələ 

üçün səciyyəvi sayılan əşyalardır. 

Sırğaların asma hissəsi hansı formada olursa-olsun 

halqalarının ucları, bir qayda olaraq, ilan başını təmsil etməli idi. 

Bu, birinci mərhələdə ilan kultunun çox qüvvətli olmasından, 

hətta bəzəklərə də öz təsirini göstərməsindən irəli gəlirdi. 

Bir sıra qızıl və gümüş  sırğalar da vardır ki, onların asma 

hissəsi dənlərdən tərtib edilmiş  bərabərtərəfli üçbucaqlar 

şəklindədir. Belə sırğalardakı dənlər taxılı, digər dənli bitkiləri və 

üzümü təmsil edir. Demək, bu tip bəzək  şeyləri bərəkət, 

məhsuldarlıq kultuna həsr edilmişdir. Yaloylutəpənin aypara 

şəkilli qızıl sırğalarının aşağı hissəsində  də üç dən yerləşdirilir. 

Görünür ki, bunlar da bərəkət kultu ilə əlaqədar olmuşdur. 

Qol bilərzikləri tuncdan və gümüşdən düzəldilirdi. Onların 

ucları ilan və qoyun başları formasında tökmə üsulu ilə 

hazırlanırdı. Güman etmək olar ki, ölüləri axirət dünyasına 

göndərmək ayinində ilan başlı qol bilərziklərindən də istifadə 

edilmişdir. İbtidai insanların etiqadına görə, qolunda belə bilərzik 

olan ölülər axirət dünyasında bədxah ruhların  əzabından xilas 

olurlar. 

Qol bilərziyində qoyun başının olması totemizmin 

əlamətidir. O vaxtlar hər qəbilənin bir totemi-himayəkar heyvanı 

vardı. Belə totemlərin surətlərini özləri ilə boyunlarında, 

qollarında gəzdirən qədim insanlar elə zənn edirdilər ki, artıq hər 



______________Milli Kitabxana_____________ 

 275


cür bədbəxt hadisələrdən qorunacaqlar, onlara bədxah ruhlar heç 

vaxt toxuna bilməyəcək. Belə bilərziklərdə ilan və qoyun 

başlarının ünsürləri-gözləri, ağzı  və burnu kəsmə üsulu ilə 

dəqiqləşdirilmiş, başların yan tərəfləri isə narın kəsilmiş  xətlərlə 

bəzədilmişdir. 

Birinci dövrün texnoloji və  bədii nailiyyətlərindən görünür 

ki, qədim ustalar tökmə, döymə (çekan) və basma (ştamp) kimi 

üsullardan müvəffəqiyyətlə istifadə etmişlər. Onlar lövhə  şəkilli 

Mingəçevir sırğalarında qırmızı rəngli daşlar tətbiq etməklə qədim 

Azərbaycan zərgərliyinə yeni texnoloji xüsusiyyət və əvəzedilməz 

bədii estetik keyfiyyət gətirmişlər. 

İkinci mərhələnin zərgərlik məmulatı dini təsəvvürlərdən 

uzaqlaşaraq, dünyəvi ideyalara, dekorativ məqsədlərə xidmət 

etmişdir. 

Bu dövrdə Qafqaz Albaniyasının Mingəçevir, Xınıslı, 

Qalagah (İsmayıllı rayonu) və Torpaqqala (Qax rayonu) kimi 

zərgərlik mərkəzləri olmuşdur. Belə  qədim  şəhərlərdən tapılmış 

bəzək  şeyləri formalarının orijinallığı ilə  fərqlənir.  İkinci dövrdə 

hazırlanan qızıl məmulatı sayca çox və  bədii keyfiyyətcə daha 

yaxşı olduğu üçün, bu dövr zərgərlik sənətinin yüksəliş dövrü 

hesab edilir. 

I-VII  əsrlərdə  zərgərlər sırğa, belbağı toqqası, qızıl 

muncuqlar, bilərziklər, sancaqlar və üzüklər hazırlamaqla bərabər 

silahları da bəzəyirdilər. 

Birinci mərhələdə qeyd etdiyimiz üç dənli qızıl sırğalar bu 

dövrdə daha da təkmilləşmişdir.  İndi dənlərin sayı daha da 

çoxalmış, onlar birbaşa halqaya yox, halqaya bənd edilmiş  qızıl 

kürəciyə yapışdırılırdı. Mingəçevirdə belə  sırğalardan çox 

tapılmışdır. Onların içərisində elələri də var ki, qızıl kürəcik 

əvəzinə qırmızı əqiq-dən muncuq qoyulmuşdur. 

Bu dövrün zərgərlik işlərində  təbii daşlardan, xüsusilə 

qırmızı  rəngli daşlardan geniş surətdə istifadə olunurdu. Belə 

daşlar həm üzüklərdə, həm də sırğalarda tətbiq edilirdi. Məsələn, 

Torpaqqaladan tapılmış  sırğada dörd üçbucaq çərçivə içərisinə 

qırmızı daşlar yerləşdirilmişdir. Eyni tipli, lakin daha mürəkkəb 

quruluşlu sırğa Qalagahdan tapılmışdır. 



______________Milli Kitabxana_____________ 

 276


İkinci mərhələdə zərgərlər daha sadə və daha zərif məmulat 

yaratmağa çalışırdılar. Onlar sadə konstruktiv formalardan, 

ornamental dekor elementlərindən istifadə edirdilər. Bundan 

əlavə, aydın görünür ki, zərgərlik sənətinin inkişafı bir tərəfdən 

texnoloji proseslərin təkmilləşməsindən, digər tərəfdən isə estetik 

zövqün yüksəlməsindən asılı olmuşdur. Nəticədə, zərgərlik 

işlərində yüngül ornamental formalara daha çox yer verilmiş  və 

beləliklə  də, sonralar inkişaf edən  şəbəkə üsullarının  əsası 

qoyulmuşdur: 

Həkkaklıq və heykəltəraşlıq. Gil, daş, metal, qiymətli daş, 

şüşə kimi cisimlər üzərində müxtəlif rəsmlərin iti uclu alətlər 

vasitəsi ilə oyulması heykəltəraşlıq və  həkkaklıq sənətini 

yaratmışdır. Cəmiyyət tarixinin və eləcə  də incəsənətin inkişaf 

mərhələlərinin öyrənilməsində bu sənət etibarlı  mənbələrdən 

hesab edilir. 

Ədəbiyyatda üstü təsvirli daşlara gemma deyilir. Gemma iki 

cür olur: üzərindəki təsvir cızılmış olanda i n t a l i y a, qabarıq 

olanda k a m ey a adlanır. 

Azərbaycan  ərazisində tapılmış  həkkaklıq (qliptika) 

nümunələri e. ə. I minilliyin başlanğıcından eramızın XX əsrinə 

qədər olan uzun bir dövrün müxtəlif mərhələlərində yaradılmışdır. 

Onların  əksəriyyəti alban dövrünə aid olub, Mingəçevir, Xınıslı, 

Torpaqqala, Qəbələ, Örənqala, qədim Gəncə kimi yerlərdən 

tapılmışdır. 

Həkkaklıq nümunələrinin köməyi ilə ayrı-ayrı dövrlərdə 

oyma sənəti ilə  məşğul olmuş  rəssamların ustalıq səviyyəsini 

öyrənmək olur. 

Azərbaycan  ərazisində tapılmış  həkkaklıq nümunələrini üç 

qrupa bölmək olar. Birinci qrupa yunan-Roma sənətkarlarının 

yaratdığı nümunələr, ikinci qrupa Sasani sənətkarlarının  əsərləri 

və üçüncü qrupa qədim Azərbaycanın oyma ustalarının kiçik 

cisimlər üzərindəki rəsmləri daxildir. 

Antik həkkaklıq nümunələri Azərbaycana hələ e. ə. IV-III 

əsrlərdə İrandan gətirilmişdir. Lakin antik oyma əşyalarının ardıcıl 

olaraq Azərbaycana gətirilməsi, e. ə. I əsrin ortalarında (66-65-ci 

illərdə) Lukull və Pompeyin rəhbərlik etdiyi Roma qoşunlarının 



______________Milli Kitabxana_____________ 

 277


Qafqaza hücumu ilə  əlaqədardır. Bu tipli antik nümunələrin 

Romadan asılı  vəziyyətdə olan Qafqaz Albaniyasına gətirilməsi 

IV əsrə qədər davam etmişdir. 

Roma gemmalarında allahların, dini kult əşyalarının 

rəsmləri və simvolik səciyyəli təsvirlər verilmişdir. Onların içində 

əlində nizə  və qalxan tutmuş müharibə allahı Marsın, məhəbbət 

allahı Erotun, günəş allahı Heliosun, məhəbbət və gözəllik ilahəsi 

Beneranın rəsmlərinə rast gəlirik. Simvolik səciyyəli təsvirlər də 

diqqəti cəlb edir. Misal üçün, məhsuldarlıq və  əmin-amanlıq 

simvolu olan lalənin sünbül ilə birlikdə  rəsmi, yaxud məhəbbət, 

dostluq və razılıq ifadə edən iki əlin bir-birini sıxması da Roma 

həkkaklığı üçün xarakterikdir. 

III  əsrdən başlayaraq Qafqaz Albaniyası ilə Roma 

arasındakı ticarət və  mədəni  əlaqələr getdikcə  zəifləyir. 

Azərbaycanın Sasani dövləti ilə siyasi və mədəni münasibətləri isə 

getdikcə qüvvətlənir. Bununla əlaqədar olaraq, III əsrdən sonra 

Sasani həkkaklıq nümunələri Azərbaycana daha çox gətirilirdi. 

Onlar şəxsiyyəti bildirən möhürlər kimi işlədilirdi. Bu möhürlərin 

çərçivəsi tunc, gümüş və qızıldan, qaşı isə əqiq, xalsedon, lazurit, 

dağ bülluru kimi daşlardan, bəzən də metaldan düzəldilirdi. 

Möhürlərin rəsmlərində insanlar, dini ayinlərin icrası, fantastik 

varlıqlar, heyvanlar, quşlar, nəbatat, astral işarələr və yazılar təsvir 

edilirdi. Bu təsvirlərin əksəriyyəti atəşpərəstliklə əlaqədardır. 

 Qədim azərbaycanlılar e. ə. I minilliyin ilk əsrlərindən 

etibarən həkkaklıq texnikasına yaxşı bələd idilər. 

Yerli ustaların yaratdıqları ilk həkkaklıq nümunələri e. ə. 

IV-III əsrlərə aiddir. Bunlar çaxmaqdaşı kimi adi daşlar üzərində 

cızılmış sxematik rəsmlərdən ibarətdir. 

Parfiya-Sasani dövründə isə yerli möhürlərdə heyvan, 

nəbatat, səma cisimlərinə (Günəş, Ay) və müxtəlif işarələrdən 

ibarət rəsmlərə rast gəlirik. Onlarda Zərdüşt dininin təsiri də 

özünü göstərir. 

Ustalar daş möhür qaşlarını müxtəlif metalların çərçivəsinə 

salırdılar ki, onların təsvirlərini hər hansı bir materialın üzərinə 

köçürmək asan olsun. Çox zaman işin texnoloji prosesini 

sadələşdirmək üçün daş əvəzinə, tunc və gümüş üzüklərin dairəvi 



______________Milli Kitabxana_____________ 

 278


və düzbucaqlı möhürlüyündən istifadə edirdilər. Metal rəsmlərdə 

ay motivinin müxtəlif variantları cızılmışdır. 

Uçar rayonunda III əsrə aid olan maraqlı bir gemma parçası 

tapılmışdır. Onun üzərində  ağacda oturub fleyta çalan 

heyvanabənzər bir varlıq təsvir edilmişdir. 

Qədim Azərbaycanda həkkaklıqdan mal sahibini göstərən 

möhür, insanları  bədxah ruhlardan qoruyan tilsim və  bəzək kimi 

də istifadə edilirdi. Tilsim olan gemmalarda ilahi qüvvələrin, 

qədim totemlərin, allahların, xeyirxah ruhların təsvirləri verilirdi. 

Həkkaklıq sənəti qədim Azərbaycanda təsviri sənətin 

inkişafını  və  səciyyəvi xüsusiyyətlərini  əyani surətdə göstərən 

mötəbər mənbələrdəndir. 

Heykəltəraşlıq Qafqaz Albaniyası incəsənətinin ikinci 

dövründə (I-VII əsrlər) tərəqqi tapmışdır. Qədim plastik sənətin 

müxtəlif nümunələrini üç qrupda ümumiləşdirmək olar. Birinci 

qrupa qabartma tipli təsvirlər, ikinci qrupa dairəvi heykəllər, 

üçüncü qrupa isə qəbirüstü abidələr daxil edilir. 

Birinci qrupu Mingəçevirdən tapılan ucları qoyun, ilan başı 

şəklində oyulmuş gümüş bilərziklər, daşdan, kəcdən hazırlanmış 

əsərlər və gildən yoğurulmuş keramik nümunələr təşkil edir. 

Zərgərlik sənəti bəhsində deyildiyi kimi, bilərziklər  ən 

qədim dini əqidələrdən olan totemizmlə  əlaqədar olaraq heyvan 

başları ilə bəzədilmişdir. Belə bilərziklər e. ə. IV-I əsrlərə və e. I 

əsrinə aiddir. Lakin daha əvvəlki dövrlərdə tunc bilərziklər metal 

kultu ilə əlaqədar olaraq insanları qorumaq «qüdrətinə» malik idi. 

Odur ki, qədim azərbaycanlılar belə bilərzikləri həm qollarına 

həm də qıçlarına salırdılar. Bu ayin qədim insanların metala, tunca 

oddan törəmiş, od qüvvəsinə malik ilahi bir varlıq kimi pərəstiş 

etmələrinin nəticəsi idi. Lakin zaman keçdikcə  əcdadlarımız 

metalların sirrinə daha çox bələd olur və dərk etməyə başlayırdılar 

ki, tunc, gümüş adi şəkildə insanı qoruya bilməz, onlarda ilahi 

qüvvə yoxdur, çünki onları insan özü yaradır və  şəkildən-şəklə 

salır. Ulu babalarımızın bu «kəşfindən» sonra ustalar tunc və 

gümüş bilərziklərə  və eləcə  də başqa metal əşyalara totem 

allahların surətini  əlavə etməklə, onların ilahi «qüvvəsini» bərpa 

etmiş oldular. 



______________Milli Kitabxana_____________ 

 279


V-VI  əsrlərə aid Mingəçevir daş qabartmasında müqəddəs 

ağacın sol və sağında üzbəüz dayanmış iki tovuz quşu  əks 

edilmişdir. Daşın xarici səthinin çopurlaşmasına baxmayaraq, 

qabartmanın təsvirlərində plastik ifadə  və dürüst rəsm özünü 

göstərməkdədir. Quşların boğazlarındakı lentlər (qüdrət və hökm 

nişanəsi) kompozisiyanın dinamikliyini və plastikliyini artırır. 

Maraqlı burasıdır ki, qabartmada tovuz quşları dirilik 

ağacının, həyat ağacının keşiyində durmuş vəziyyətdə təsvir edilir. 

Xanlar rayonundan tapılmış tunc dövrünün qara gil qablarında da 

buna bənzər cızma rəsmlər vardır. Orada dirilik ağacı svastika 

şəkilli iki günəş  təsvirinin  əhatəsində verilmişdir. Belə müqayisə 

göstərir ki, günəş, od əcdadlarımızın təsəvvürünə görə  həmişə 

həyatın xidmətində olmuş, onu himayə etmişdir. Daşın yuxarı 

hissəsində onun bütün perimetri boyu yazılar vardır. Bu yazıların 

qrafik quruluşunu və dövrün tarixi şəraitini nəzərə alaraq onların 

alban və ya qədim türk yazıları olduğu ehtimal edilir. Nəticə 

etibarı ilə qeyd etmək lazımdır ki, qabartmalı daşın yaradılması 

sasani-atəşpərəstlik ideyalarının Azərbaycanın türk qəbilələri 

arasında təbliğ edildiyi bir vaxta təsadüf etmişdir. 

Kəc üzərində hazırlanmış süvari təsviri isə VIII əsrə aiddir. 

Bu qabartmada süvarinin başı  və atın qıçları qalmamışdır. 

Heykəltəraş  ən kiçik əşyaları belə  təfərrüatı ilə verməyə 

çalışmışdır. Bunun nəticəsində süvarinin geyimi və qoşqu 

alətlərinin ornament bəzəkləri yaxşı  nəzərə çarpır.  Əsər bədii 

təsirə malik olmaqla, kəc üzərində  ən qədim Azərbaycan 

qabartması kimi çox qiymətlidir. 

İkinci qrupa daxil olan dairəvi heykəllər plastika sənətinin 

bu dövrdə daha çox inkişaf etdiyini sübut edir. Bu qrupa gil, tunc 

və daş heykəllər daxildir. Əksər hallarda qadın fiqurlarından ibarət 

olan sxematik və kobud gil heykəlciklər Mingəçevir və  Xınıslı 

kimi qədim mədəniyyət mərkəzlərində,  İsmayıllı,  Şəmkir, 

Qutqaşen və s. rayonlarda tapılmışdır. Onları dörd qrupa bölmək 

olar. Birinci qrupa daxil olan heykəlciklər ölü ilə birlikdə  qəbirə 

basdırılırdı ki, axirət dünyasında mərhumun bütün əziyyətlərini 

çəksin ona xidmət etsin (tunc dövründə bu məqsədlə qulları 

öldürüb qəbirlərə basdırırdılar, alban dövründə isə onlar gil 



______________Milli Kitabxana_____________ 

 280


heykəlcikləri ilə əvəz edilirdi). İkinci qrupa daxil olan fiqurlar da 

dini animistik təsəvvürlər nəticəsində yaranmışdır. Ölü ilə yanaşı 

qəbirə qoyulmuş bu heykəlciklərdə guya dəfn edilmiş adamın 

ruhu  əbədi olaraq yaşayacaqmış. Axirət dünyasında ölüləri 

əyləndirmək məqsədi ilə yaradılmış heykəlciklər üçüncü qrupu 

təşkil edir. Dördüncü qrupda isə müxtəlif allahları  təmsil edən, 

xəstəlik «köçürülmüş» və s. fiqurlar cəmlənir. 

Tunc və daş heykəllərdə daha mürəkkəb kompozisiya, 

müxtəlif plastik forma və  bədii xüsusiyyətlərə rast gəlirik. Mum 

qəliblərdə tökülmüş tunc heykəllər içərisində Mingəçevirdə 

tapılmış maral (I əsr), Cənubi Dağıstandan tapılmış tovuz, keçi və 

qaz fiqurları (V-VII əsrlər) xüsusi yer tutur. Bu heykəllər məişətdə 

müxtəlif vəzifələr daşımışdır: maral öz zəngi ilə  bədxah ruhları 

qovub dağıdan və  qəbiləyə himayəkarlıq göstərən ilahi qüdrətli 

totemin fiqurudur, tovuz fiquru isə  ətirli tüstü verən qab kimi 

işlədilmişdir. Belə qablarda yandırılan bitkilərin tüstüsü guya evi 

bədxah ruhlardan, bəd nəzərlərdən qoruyurmuş (bu cür bitkilərdən 

biri də üzərlikdir). Keçi və qaz heykəllərindən su qabı kimi 

istifadə edilmişdir. 

Naxçıvanda tapılmış tunc süvari heykəli (VII əsr) 

Azərbaycan hökmdarı Cavanşirin yeganə plastik obrazıdır. Bu 

əsərdə Cavanşir zərif bir gəncin surətində  təsvir edildiyi halda, 

Azərbaycan dövlətinin rəmzi olan at fiquru daha əzəmətli və daha 

qüdrətlidir. 

Daş heykəllərdə monumentallıq kimi yeni plastik keyfiyyət 

ortaya çıxmışdır. Bunu, Xınıslıdan tapılmış heykəllərdə aydın 

görürük. Belə heykəllər e. d. I minilliyin sonunda və eramızın ilk 

əsrlərində yaradılmışdır. Şamaxı rayonunun Dağkolanı kəndindən 

tapılmış heykəl də bu qrupa daxildir. Bu vaxta qədər Xınıslı 

heykəlləri qədim bütlərin, allahların heykəli hesab edilirdi. Yeni 

fərziyyəyə görə isə bu əsərlər qədim türk ayinlərindən birinə - 

ölünün ruhunun onun qəbri üstündə qoyulmuş heykəlində 

yaşaması əqidəsinə həsr edilmişdir. 

Tovuz rayonunun Qəribli kəndindən tapılmış qadın heykəli 

(I-VII  əsrlər) məhsuldarlıq, bərəkət ilahəsinin obrazıdır. Belə 

heykəlləri o vaxt hər evdə qoyurmuşlar ki, evdən ruzi əskik 



______________Milli Kitabxana_____________ 

 281


olmasın. 

VI  əsrdə tikilmiş  Dərbənd qala divarlarının yanında 

tikintinin tilsimi hesab edilən  şir qorelyefi, ovdan üstündə isə 

insan və  şir heykəlləri qoyulmuşdu ki, bunlar şəhəri və suyu 

düşmənlərdən və bədxah ruhlardan qorusunlar. Ərəb tarixçilərinin 

dediyinə görə, bu qədim sənət  əsərləri X əsrə  qədər yaşamışdır. 

Heykəlləri memarlıqda belə tətbiq etmək ənənəsi orta əsrlərdə də 

özünü göstərir. 

Üçüncü qrupa daxil olan qəbirüstü abidələr at və qoyun 

heykəllərindən ibarətdir. Bu abidələrin üzərində çox zaman ov 

təsvirlərinə rast gəlirik. Belə qəbirüstü heykəllər türk qəbilələrinin 

maldarlıq təsərrüfatı ilə bağlı olaraq yaranan dini əqidə  və 

təsəvvürlər  əsasında doğmuş, XV-XVI əsrlərdən başlayaraq 

oğuzlar bu fiqurlardan «ölülərin ruhunu cənnətə aparan» vasitə 

kimi istifadə etmişlər. 

Beləliklə, ərəb istilasına qədər uzun bir inkişaf dövrü keçmiş 

qədim heykəltəraşlıq sənətimiz xalqımızın mənəvi zənginliyi, 

qəbilələrin ənənəvi ayinləri və əqidələri əsasında yaranaraq böyük 

bir mədəniyyətə çevrilmişdir. 

Keçən  əsrin ortalarında Altayda yerli türklərin Pazırıq 

(Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları  qədim 

kurqandan hamını heyrətə salan əşyalar aşkar etdilər. Saqa (iskit) 

boylarına məxsus bu sənət  əsərləri içərisində salamat qalmış  və 

rəngini itirməmiş bir xalı da vardı. “Pazırıq xalısı” adı ilə bu gün 

Ermitajda saxlanan bu xalının yaşı m.ö. V əsrə aid edilir, çünki 

mütəxəssislərin rəyinə görə, bu xalının tapıldığı kurqanda aşkar 

olunan digər  əşyalar və onların kimyəvi analizi onların 2500 il 

əvvəl bu məzara (basırığa) qoyulduğunu  əks etdirir. Bu qədim 

xalının kurqanın altında salamat qalmasının səbəbi vaxtilə 

basırıqda açılmış bir oyuqdan məzarın dibinə  sızan suyun buz 

bağlaması və xalının buzun içində qalması idi

1



 

 

                                                 



1

F.Ağasıoğlu. 2500 il öncə Qarabağda toxunmuş Bərdə (sağa - oğuz) xalısı. 

Bakı, 2009. 


______________Milli Kitabxana_____________ 

 282


180 x 200 sm ölçüdə olan dünya şöhrətli bu xalının 

üzərindəki naxışların, at və maralların, ortadakı  çərçivədə 24 

xananın anlamı bir çox alimin tədqiqat mövzusuna çevrilmişdir. 

Əksər tədqiqatçılar burada verilən simvolların saqa (skit) sənət 

əsərlərindəki “heyvan üslubu” ilə üst-üstə düşən və ayrılan 

cəhətlərinə  də toxunmuşlar. 1960-cı illərdən  şüşə arxasında 

saxlanan bu xalının toxunma üsulu haqqında da müxtəlif fikirlər 

vardır: bəziləri onu ilməkli, bəziləri də bukle (dolama, sarma, lülə) 

üsulu ilə toxunduğunu qeyd etmişlər. 

Başqa-başqa ölkələrdə yaşayan bir neçə alim Pazırıqda 

ortaya çıxan xalının Türkmənistan, Azərbaycan və Anadoluda 

geniş yayılmış  oğuz (türkmən) xalıları ilə eyni tipdə olması 

haqqında bir bir-birindən xəbərsiz olaraq, eyni qənaətə gəlmişlər. 

Bu xalı ilə türkmən xalıları arasındakı tipoloji yaxınlıqla bərabər, 

istifadə olunmuş toxuma üsulları, eyni naxışlar, eyni boya (rəng) 

çalarları vardır. 

Xalçanın tapıldığı kurqanda saqa elbəyi (hökmdarı) 

basdırıldığı fikri irəli sürülmüş  və bu bunu əksər tədqiqatçılar 

qəbul etmişlər, belə ki, kurqanın möhtəşəmliyi, oradakı əşyaların 

zənginliyi və xalçanın üzərindəki simvollar da həmin fikri 

təsdiqləyir. Kurqanın aid olduğu tarixdə (m.ö. V əsr) heyvandar, 

yarımköçəri saqa boyları Azov dənizindən Altaya qədər olan 

ərazilərdə müxtəlif dövlətlər qurmuşdular. Bu durum şərq və qərb 

qollara ayrılan hunlar və sonralar Göy-Türk xaqanlığı çağlarında 

da davam etmişdir. 

Quzey Qafqazdan m.ö. VII əsrin əvvəllərində Azərbaycana 

qayıdan saqa boyları indiki Ermənistanı da içinə alan və 

Dərbənddən Urmu gölünə  qədər uzanan bir ərazidə, qədim 

Azərbaycanda çox qüdrətli bir dövlət qurmuşlar. Antik çağ 

yazarları burada oturan Saqa elbəylərinin qonşu ölkələrdən bac-

xərac, vergi aldığını və bəzən uzaq ellərə yürüş etdiklərini, hətta 

Misirə  qədər getdiklərini yazmışlar. Buradakı saqa elbəylərindən 

biri də haqqında əfsanələr yaranmış məşhur Əfrasiyab (Tunqa Alp 

Ər) idi. Urmu gölü yaxınlığında öldürülən bu türk başbuğunun yas 

törənində yazılmış “Tunqa Alp Ər öldümü?” misrası ilə başlanan 

ağıtı XI əsrdə M. Kaşğari yazdığı “Türk dillərinin lüğəti” 



______________Milli Kitabxana_____________ 

 283


kitabında yad etmişdir. 

Sonralar qonşu Urartu və Manna dövləti ilə birlikdə Saqa 



______________Milli Kitabxana_____________ 

 284


dövləti də süqut etmiş,  əraziləri Mada (Midiya) dövlətinin 

tərkibinə qatılmışdır. Son dəfə Saqa elinin adı m.ö. VI əsrin 

əvvəlində (593-cü ildə) Tövratda çəkilir. Artıq bu çağlarda saqa 

boylarının bir hissəsi Azərbaycandan çıxıb Azov yaxasına 

qayıtmış, sonra orada böyük Saqa dövləti qurmuşdular. Oradakı 

elbəylər Qonur, Savlı, Ata kimi türk adları daşıyırdı. Üzərində 90 

yaşında Makedoniyalı  İsgəndərin atası ilə döyüşdə ölmüş saqa 

elbəyi Atanın (m.ö. III əsr) adı  və  rəsmi olan bu sikkə  də elmə 

bəllidir.  

Saqa (skit) adı altında müxtəlif xalqlar vardı, lakin 

Azərbaycanda dövlət quran saqa boyu oğuz türkləri idi, çünki 

antik çağ yazarlarının qələmə aldığı elbəyi saqaların (царские 

скифы) soy şəcərəsində  və mifologiyasında keçən adlar oğuz 

türkcəsində olub, sonrakı Oğuznamələrdə təkrar olunur. 

İki əsrdən sonra Saqa elinin (dövlətinin) yerində alpan/aran 

adlı türk boylarının qurduğu Alban (Aran) dövlətinin tərkibində 

həmin saqa boylarından qalanlar da vardı. Alban çağında 

Sakasena bölgəsi onların adı ilə bağlı idi. Şəki, Şaqan, Pir-Saqat 

və çoxlu Sahatlı yer adları həmin atlı saqa boylarından qalmadır. 

Beləliklə, m.ö. VII əsrdə Quzey Azərbaycanda 

hakimiyyətdə olan saqa (oğuz) boyları buradakı xalçaçılıq 

sənətinin və xalçalar üzərində yabanı heyvanların stilizə olunmuş 

saqa boylarına məxsus “an üslubu” (звериный стиль) gələnəyinin 

inkişafına təkan vermişdir. Bu baxımdan, Altayda ölən saqa 

elbəyinin dəfnində istifadə edilən Pazırıq xalısının m.ö. V əsrdə 

Qarabağda toxunduğunu irəli sürən xalçaşünaslar haqlıdır. Lakin 

bəzi alman alimlərinin bu xalını Qarabağ ermənilərinə aid 

olduğunu yazması isə acı gülüş doğurur. Elmdən və gerçək 

durumdan çox uzaq olan bu yanlış fikrə  aşağıda qayıdacağıq, 

hələlik xalının əsas atributlarına baxaq: 

1. Toxunma üsulu. Xalının zahiri görünüşü ilməkli-xovlu 

xalçalara bənzədiyi üçün əvvəllər güman edilirdi ki, gördes ilməyi 

(güllabi ilmə) üsulunda toxunmuşdur. Doğrudur, bu üsuldan 

Quba, Qarabağ və Şirvan xalçalarında geniş istifadə olunur, lakin 

Pazırıq xalısının sonrakı  tədqiqi (K. Erdmann, F. Tekçe və b.) 

göstərdi ki, o, bukle (Noppen) üsulunda toxunmuş xovsuz xalıdır. 



______________Milli Kitabxana_____________ 

 285


Tanınmış xalçaşünas Lətif Kərimov Azərbaycanda xovlu 

xalçaların iki üsulla, xovsuz xalçaların isə yeddi növ texnologiya 

ilə toxunduğunu qeyd edir. Xalının bukle üsulu ilə toxunduğunu 

yazan məşhur xalçaşünas alim prof. Kurt Erdmann “İlməkli şərq 

xalısı” adlı əsərində bunu Noppen türü adlandıraraq yazır: “Bu cür 

toxumada çözgü teli (arış) arasından keçirilən atqı ipliyi (arğac) 

həm də çözgü üzərinə yerləşdirilmiş incə çubuqlara da sarılır. 

Çubuqları  çəkəndə Noppen türü alınır və artıq ortadan yarılanda 

ilməkli xalının xovuna bənzər görüntü yaranır”. 

2. Rənglər. Azərbaycanda ta qədim çağlardan bitki 

kökündən və yarpağından təbii boya alınması  gələnəyi vardı. 

Haqqında danışdığımız xalının toxunduğu əsrdə yaşayan Herodot 

Qafqazda yarpağını əzib suda qarışdıranda boya alınan ağac növü 

olduğunu yazır və özəlliklə bu boyanın solmadığını, hopduğu 

parça yuyulanda itmədiyini vurğulayırdı. Qarabağ xalçaları mis 

rəngi, qırmızı, al, palıdı, qızılı sarı, mavi rəngləri və bu rənglərin 

çalarları ilə seçilir. Pazırıq xalısında da bu rənglərdən istifadə 

olunmuşdur. 

3. Naxışlar. Xalının orta bölümündə 24 ədəd hun gülü 

deyilən nilufər çiçəyinin simvolu vardır. Bu naxışın azacıq fərqli 

variantı ilə üçüncü zolağın içi də  bəzədilmişdir. Nilufər çiçəyi 

işıqda deyil, qaranlıq düşəndə açıldığı üçün onun qaranlıq 

dünyada yaşam simvolu vardır. Oğuz xalçalarında bu naxışdan 

geniş istifadə olunur. Soldakı  şəkildən göründüyü kimi, həmin 

naxışı Qarabağ xalçaları da yaşadır. 

4. Süjet və simvolika. Xalıdakı digər naxışlar, onların 

simvolik anlamı və bunların oğuz xalçalarında yaşaması haqqında 

geniş bilgi verməyə lüzum yoxdur. Burada qısa da olsa, yalnız 

səkkiz guşəli damğa, at və marallara aid simvolika üzərində 

dayanmaq gərəkdir, çünki bunlar əsas atributlar olub, həmin 

xalının hansı məqsədlə toxunduğunu açıq sərgiləyir: 

a) Atlar olan ikinci bölmədə yuxarı sol tərəfdə iki təkər və 

ya səkkiz guşəli ( ) ulduz şəkli vardır. Bunlar əgər təkərdirsə, 

onda elbəyin araba ilə basdırılmasına (bu kurqanda araba qalığı 

vardı) işarə  və bu araba ilə o biri dünyaya gedəcəyinin 

simvoludur. Lakin xalıda araba şəkli olmadığı üçün bu versiya 



______________Milli Kitabxana_____________ 

 286


inandırıcı deyil. 

Əgər bunlar təkər yox, səkkiz guşəli damğadırsa, onda bu 

damğanın hələ  şumer çağından tanrı simvolikası olub, elə dingir 

(tengri) kimi oxunan sözün işarəsidir. Ön Asiyada mixi yazıdan 

istifadə edən xalqların (şumer, akkad, het, urartu və s.) hamısı bu 

işarəni həmin mənada işlətmişlər. Bu baxımdan, xalıdakı 

damğanın məhz quyruğu düyünlü atlar olan bölmədə verilməsinin 

mənası aydınlaşır. Belə ki, burada sıralanmış atlar elbəyin yolunda 

tanrıya qurban veriləsidir. 

b)  Şəhid olan türk döyüşçüsünü atı ilə birlikdə basdırmaq 

gələnəyi Azərbaycanda hələ m.ö. II minilin son əsrlərinə aid 

Şahtaxtı və Xaçbulaq kurqanlarında görünməkdədir. Orta əsrlərdə 

isə artıq atı yox, onun daşdan yonulmuş heykəlini qəbrin yanında 

qoyurdular. Belə  gələnək oğuzlarda geniş yayılmışdı. Bunun 

örnəyinə Azərbaycanın hər bölgəsində rast gəlmək olur. 

Saqa atlılarından başlayaraq türklərdə görünən atın 

quyruğunu düyünləyib savaşa girmək gələnəyi özü ilə birlikdə 

atının da “şəhid” olmağa hazırlanması idi. Atın quyruğunu 

düyünləməyə at çərmətmək, dullamaq və M. Kaşğarinin qeyd 

etdiyi kimi düymək deyilirdi. Çinlilər daş oymalarda təsvir 

etdikləri qonşuları atlı türklərin atının quyruğunu düyünlü şəkildə 

verirdilər. Mahmud Kaşğari də savaşa gedən döyüşçülərin atının 

quyruğunu düyünlədiyini  əks etdirən “Kudruk katığ tügdimiz” 

(Quyruğu qatı düyünlədik) misrası ilə başlanan bir şeir parçası 

vermişdir. Bu gələnək orta əsrlərdə  də davam etmişdir, belə ki, 

Alp Arslan atının quyruğunu düyünləyib Malazgird savaşına 

girmişdi. 

Saqa və türk savaş atlarında olduğu kimi Pazırıq xalısındakı 

yalı kəsilən bu atlar maralların hərəkətinə tərs yöndə düzülmüş və 

quyruqları da düyünlənmişdir: 

Solda verilən Təbriz və özəlliklə  Şirvan xalçasında da 

atların quyruğu eyni formada düyünlənmişdir. Göründüyü kimi, 

aradan min illər keçsə  də, Azərbaycan xalça toxuyanları savaş 

atının quyruğuna eyni formada düyün vururlar. 

Qarabağda toxunub, Pazırıqda ortaya çıxarılan xalıdakı 

atların quyruğuna düyün vurulması bir daha göstərir ki, xalı yas 



______________Milli Kitabxana_____________ 

 287


törəni üçün hazırlanmışdır.  

Keçmişdə atın sahibi öləndə onun yəhərini bir neçə gün 

tərsinə qoyardılar ki, adamın ruhu qayıdıb evdəkilərə  xətər 

toxundurmasın. Bu inancla bağlı “Yəhərin tərsə çevrilsin!” qarğışı 

da yaranmışdır. Bu baxımdan, xalıda maralların hərəkətinə  tərs 

istiqamətdə atların düzümü də yas törəninin simvolik göstəricisinə 

çevrilir. 

c)  Ən qədim çağlardan prototürklər yazın (yeni ilin) 

gəlməsini və payızın düşməsini qoç və maral timsalında 

simvollaşdırmış  və sonralar bir sıra türk boyları onların  şəkilini 

soy-boy damğası kimi istifadə etmişlər. Bu boyların təsviri 

sənətində yazın gəlməsi yeni qoç və ya maralın doğulması, 

payızda soyuqların düşməsi isə onların yırtıcı heyvan tərəfindən 

parçalanması kimi verilmişdir. Saqa rəsmlərindəki an üslubunun 

əsasını təşkil edən də bu motivlərdir.  

d) Xalının ən kənar şöbəsi olan zolaqda və 24 iç xana ilə 24 

maral arasındakı zolaqda yerləşən qrifonlar saqa an üslubunda 

gördüyümüz dördayaqlı heyvan bədənli, quş başlı və quş qanadlı 

yırtıcı heyvan şəklində verilmişdir. Lakin burada qrifon maralı və 

ya qoçu parçalayan pozada deyil, yalqız durumda verilmişdir. 

Qanadlarını  və quyruğunu yuxarı qaldırıb geriyə baxan bu 

qrifonların da hərəkətində gərginlik yox, bir durğunluq var. Olsun 

ki, bu kiçik ölçülü qrifonların  ən kənar zolaqda kiçik haşiyələr 

içində  hərəkətsiz durumda verilməsi payıza hələ çox vaxt 

qaldığını əks etdirir. 

Beləliklə, Pazırıq xalısında eyni istiqamətdə düzülüb sakit 

otlayan marallar burada həyat (yaşam) simvoludur. Maralların 

sayının da simvolik anlamı vardır. Belə ki, burada verilən 24 

maral Mete çağında hunların və Oğuznamələrdə oğuzların bəlli 24 

boyunu əks etdirir. Xalının simvolik “dilində” yaşam simvolu olan 

maralın sayı ilə (24) xalının orta bölümündə nilufər gülü (hun 

gülü) naxışı ilə yer alan 24 saqa-oğuz boyuna və  Dədə Qorqud 

eposunda “24 sancaq bəyi” deyimi ilə xatırlanan boy başçılarına 

sanki “baş sağlığı” verilib, onlara yeni yaşam arzulanır. 

Saqa an üslubunda adətən heyvanlar dinamik və  gərgin 

hərəkətli pozada verilir. Bu xalıdakı at və maralların hərəkətində 



______________Milli Kitabxana_____________ 

 288


isə  gərginlik yox, bütöv kompozisiyaya uyğun bir həzin sakitlik 

və yas ovqatı vardır. Məhz bu fərqi duya bilməyən bəzi yazarlar 

yanlış olaraq, buradakı  təsvirin saqalara yad olduğunu 

söyləmişlər. 

5. Toxunma yeri. Qarabağ  qədimdən xalça sənətinin 

mərkəzlərindən idi və bu gələnək günümüzə  qədər davam 

etmişdir. X əsrdə  əl-Müqəddəsi yazırdı ki, “misli olmayan” 

xalçalar Qarabağda toxunub Bərdə bazarında satılır. Yuxarıda 

verilən müqayisələr göstərir ki, m.ö. V əsrdə Altayda saqa 

elbəyinin yas törəni üçün Azərbaycandan göndərilmiş “saqa-oğuz 

xalısı” sonrakı Qarabağın bir hissəsini (o cümlədən Bərdəni) içinə 

alan o çağın Sakasena bölgəsində yaşayan saqalar tərəfindən 

toxunmuşdur.  

Beləliklə, istifadə olunmuş  rənglərdən tutmuş, toxunma 

üsuluna, naxış və simvollara qədər Qarabağ, o cümlədən türkmən 

xalçaları ilə genetik və tipoloji bənzərliyi ilə ortada olan bu 

əvəzsiz sənət  əsəri saqa-oğuz xalısıdır. Bəs, bu xalının erməni 

(hay) xalqına mənsub olduğunu söyləyənlər hansı elmi-tarixi 

faktlara əsaslanır? 

Vaxtilə xalı ticarəti ilə  məşğul olmuş  məşhur xalçaşünas 

alman alimi Ulrix Şürman “Pazırıq, mənşəyi və yozumu” adlı 

kitabında Pazırıq kurqanının m.ö. V əsrdə  qərbdən Çinə  qədər 

uzanan ipək yoluna və ucsuz-bucaqsız bozqırlara nəzarət edən 

önəmli bir saqa (skit) kralına aid olduğunu qeyd edir. O, yas törəni 

üçün toxunmuş Qafqaz mənşəli xalıdakı  səkkiz guşəli naxışın 

araba təkəri olduğunu basırıqdakı arabanın qalıqları ilə bağlayır. 

Xalının türkmənlərə deyil, ermənilərə aid olduğunu yazan, lakin 

qədim tarixdən elementar bilgisi olmayan bu yazara görə, guya bu 

sənət  əsəri ona görə türkmən xalısı ola bilməz ki, o çağlarda 

Altaydan bu yana türklər yox imiş, ermənilər isə Qafqaz 

dağlarının güney ətəyindən tutmuş ta Assurun quzey sınırına 

qədər böyük bir ərazidə yaşayırmış. Yazar kitabını bu son cümlə 

ilə bitirir: “Dəfn mərasimi üçün toxunmuş Pazırıq xalısı bütün 

əlamətlərinə (?) görə erməni sənətinin bir şedevr əsəridir”. 

Tarixdən bəllidir ki, Van gölü yaxınlığında m.ö. V əsrdə 

Ermən (Armeniya) bölgəsi Urartu çağından qalan və öncə Mada, 



______________Milli Kitabxana_____________ 

 289


sonra Əhəməni dövlətinin kiçik bir əyaləti idi. Bu bölgəyə haylar 

xalının toxunduğu çağdan bir neçə əsr sonra Suriyanın quzeyindən 

gəlib yerləşmiş  və obyektiv erməni alimlərinin yazdığına görə, 

daha sonralar bir xalq kimi burada formalaşmışlar. Buradan çox 

sadə bir sual ortaya çıxır, saqa xalısının toxunduğu çağdan bir 

neçə əsr sonra formalaşan bir xalq bu xalını necə toxuya bilərdi? 

Başqa bir başabəla “alim” Volkmar Gantshorn elmi dərəcə 

almaq üçün yazıb Kölndə çap etdirdiyi irihəcmli “Xristian Şərq 

xalısı” (1990) adlı kitabında bu xalını ermənilərə aid etməklə 

kifayətlənmir, Altaydakı Pazırıq kurqanının da ermənilərə məxsus 

olduğunu yazır. Bu yazara görə, hətta türk xalçaçıları xalı-xalça 

toxumağı ermənilərdən öyrənmişlər. Bu sərsəm fikrin cavabını bir 

gürcü alimin sözləri ilə vermək yerinə düşər. 1886-cı ildə Şuşaya 

gələn gürcü tədqiqatçısı Zedgenidze yazırdı ki, burada xalçalar 

azərbaycanlı ailələrdə toxunur, “ermənilər xalça toxumağı 

onlardan öyrənməlidir”. 

Bəzi yazarlar xalının üzərində olan orta xanaların fərqli 

rənglərdə yox, eyni rəngdə olduğunu nəzərə almadan onun bir 

dama oyunu üçün və ya xalının toxunduğu vaxtdan bir əsr əvvəl 

yaşamış  Əhəməni  şahı Daraya hədiyyə kimi, yaxud şahların 

oturduğu taxtın üzərinə salmaq üçün toxunduğunu qeyd etsələr də, 

bu fikirləri təsdiq edəcək  əsaslı elmi dəlillər gətirə bilməmişlər. 

Saqa boylarının mifoloji dünyagörüşünə  və bunun saqa tətbiqi 

sənətində simvolik təsvirinə uyğun olan bu xalının Saqa elbəyinin 

yas törəni üçün Azərbaycanda toxunması fikrini isə  əksər ciddi 

alimlər dəstəkləyir. Odur ki, Ermitajda “Pazırıq xalısı” adı ilə 

saxlanan Azərbaycan xalça sənətinin bu şah  əsərini Qarabağ 

xalçaçılıq məktəbinin “Saqa-Oğuz xalısı” adlandırmaqla tarixi 

gerçəkliyi bərpa etmiş və bununla 2500 il əvvəl bu xalını toxuyan 

azərbaycanlının ruhunu da şad etmiş olarıq. 

  

 

 



 

 

 



______________Milli Kitabxana_____________ 

 290


 

 


______________Milli Kitabxana_____________ 

 291


 

 

 



______________Milli Kitabxana_____________ 

 292


 

 

 



 

______________Milli Kitabxana_____________ 

 293


 

 

 



 

______________Milli Kitabxana_____________ 

 294


 

 

 



 

______________Milli Kitabxana_____________ 

 295


 

 

 



______________Milli Kitabxana_____________ 

 296


 

 


______________Milli Kitabxana_____________ 

 297


 

 

 



______________Milli Kitabxana_____________ 

 298


 

 

 



 

______________Milli Kitabxana_____________ 

 299


 

 

 



______________Milli Kitabxana_____________ 

 300


 

Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin