Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu il tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix01.04.2017
ölçüsü2,24 Mb.
#13184
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

ORTA ASİYA XALQLARI 

 

E.ə. I minilliyin ortalarında Orta Asiyada əkinçi və köçəri 



sak və massaget tayfaları yaşayırdı. Bu tayfalar haqqında fars və 

yunan mənbələri məlumat verir. Yunan tarixçisi Herodot 

massagetlərin Xəzər dənizi və Sırdərya çayı arasında, sakların isə 

Amudəryadan  şərqdə Pamir və Tyan-Şan dağlarına qədər olan 

ərazidə yaşadıqlarını qeyd edirdi. Onlar əsasən köçəri həyat 

keçirirdilər. Sak və massagetlərin həyat tərzi iskitlərin (skiflərin) 

həyat tərzinə yaxın idi. Onların bir hissəsi oturaq həyat tərzi 

keçirirdi. Bu xalqlarda dəmir alətlərin və suvarma sisteminin 

yaranması ilə sinifli cəmiyyət meydana gəldi. Artıq e.ə. VI-IV 

əsrlərdə Orta Asiyada Xarəzm, Baktriya, Margiana (Səmərqənd), 

Soqd, Parfiya və s. kimi dövlətlər yarandı. Bu dövrdə Orta Asiya 

İran (Əhəməni) dövlətinin hücumuna məruz qaldı. E.ə. 512-ci ildə 

I Dara Aral dənizinin  şimalında sakları  məğlub etdi. Əhali 

işğalçılara qarşı müqavimət göstərirdi.  Şirak adlı bir sak İran 

ordusunu susuz səhraya aparmış, özü və  İran ordusu məhv 

olmuşdu. 

Makedoniyalı  İsgəndər  İranı  məğlub edəndən sonra Orta 

Asiyaya hücum etdi. E.ə. 330-327-ci illərdə burada müharibə 

apardı. Soqd hökmdarı Spitamen kiçik dəstələrlə  İsgəndərin 

qoşununa hücum edib ona tələfat verirdi. Spitamen tutuldu, boynu 

vuruldu, başı  İsgəndəriyyəyə göndərildi. Soqd əyanı Oksiart 

alınmaz qalaya çəkildi. Lakin İsgəndərin 300 döyüşçüsü divarı 

aşıb qalaya daxil oldular. Oksiart məğlub oldu. İsgəndər onu 

Soqda satrap təyin etdi, onun gözəl qızı Roksana ilə evləndi. 

İsgəndərin ölümündən sonra Orta Asiya Selevkilər dövlətinə daxil 

oldu. E.ə. III əsrin ortalarında Baktriya və Parfiya Selevkilərdən 

ayrıldı. Yeni Yunan-Baktriya çarlığı yarandı. Buraya Baktriya, 

Soqd, Fərqanə və başqa ərazilər daxil oldu. Orta Asiya xalqlarının 

azadlıq mübarizəsi və köçərilərin hücumu nəticəsində e.ə. 140-

130-cu illərdə Yunan-Baktriya çarlığı dağıldı. 



______________Milli Kitabxana_____________ 

 331


 

______________Milli Kitabxana_____________ 

 332


  

 

 



 

 


______________Milli Kitabxana_____________ 

 333


İSKİTLƏR (SKİFLƏR) 

Yunan tarixçisi Herodotun məlumatına görə, iskitlər 

(skiflər) Dunay çayının dənizə töküldüyü yerdən Don çayına 

qədər bütün Şimali Qara dəniz sahillərində yaşayırdılar.  Şimali 

Qara dəniz sahillərində  və  şimali Qafqazda yaşayan xalqları 

yunanlar iskit (skif), Orta Asiya və Cənubi Qafqaz, Yaxın Şərqdə 

yaşayanları farslar saklar, assurlar aşquz, işquz adlandırmışlar. 

Skiflər e.ə. VII əsrdə kimmerləri məğlub edib Dunay çayından 

Don çayına qədər  ərazidə, yəni Qara dənizin  şimalında 

məskunlaşmış  və eramızın III əsrinə kimi burada yaşamışlar. 

Skiflər Dərbənd keçidi vasitəsilə Azərbaycana və Yaxın  Şərqə 

yayılmışlar. Onlar Kür və Araz çayları arasında skif çarlığı 

yaratmış, burada böyük siyasi qüvvəyə çevrilmişlər. Midiyalıları 

da öz hakimiyyətləri altına almışlar. Lakin 593-cü ildə Midiya 

hökmdarı Kiaksar onların ağalığına son qoydu. Onların bir hissəsi 

Şimali Qafqaza çəkildi, bir hissəsi isə yerli əhali ilə qaynayıb 

qarışdı. 

E.ə. 512-ci ildə  İran  şahı I Dara Qara dənizin  şimal 

sahillərində yaşayan iskitlərin (skiflərin) üzərinə hücum etdi. 

Onlar I Daranı aldadıb tələyə saldılar və onu məğlub etdilər. Bu 

qələbədən sonra iskitlərin (skiflərin) siyasi birliyi möhkəmləndi. 

E.ə. IV əsrin ortalarında Dunay çayından Don çayına qədər 

ərazidə hökmdar Ateyin başçılığı altında  İskit (skif) çarlığı 

yarandı. Atey dövlətin  ərazisini qərbə doğru genişləndirməyə 

başladı, nəticədə Makedoniya hökmdarı II Filipplə üz-üzə  gəldi. 

E.ə. 339-cu ildə baş vermiş döyüşdə skiflər məğlub oldular, 90 

yaşlı Atey öldürüldü. Makedoniyalı  İsgəndərin Frakiyadakı 

canişini Zopirion e.ə. 331-ci ildə Skif dövlətinə soxuldu, lakin 

skiflər onu məğlub etdilər. E.ə. II əsrdə sarmatlar skiflərə qalib 

gəldilər. Onlar Krıma sıxışdırıldılar. III əsrdə Ostqotlar Skif 

dövlətinin varlığına son qoydular. 

Skiflərin əsas məşğuliyyəti əkinçilik, maldarlıq, sənətkarlıq 

və ticarət olmuşdur.  Əkinçi skiflər taxıl  əkməklə  bərabər 

sarımsaq, sodan və s. becərirdilər. Onlar istehsal etdikləri taxılın 

bir hissəsini yunanlara satırdılar. Köçəri skiflər qoyun, keçi, 

donuz, qaramal, at və s. bəsləyirdilər. Evləri arabalarda yerləşirdi, 



______________Milli Kitabxana_____________ 

 334


qadın və  uşaqlar arabalarda yaşayırdılar. Skif kurqan qəbirləri 

zənginliyi ilə adamı heyran edir. Arxeoloji qazıntılar zamanı 

Küloba, Soloxa, Çertomlıq və s. kurqanlardan çoxlu döyüş 

ləvazimatı, mis, gümüş, qızıl qablar, zərgərlik məmulatı  və s. 

tapılmışdır. Böyük kurqanlarda çar, onun arvadları, xidmətçiləri 

dəfn olunmuş, oraya çoxlu döyüş  ləvazimatı, qiymətli  əşyalar 

qoyulmuşdur. Skiflər böyük ərazidə yayılmalarına baxmayaraq 

onların dəfn adətləri, dini inamları  və  mədəniyyətləri ümumi 

cəhətlərə malik idi. Onlarda çoxallahlılıq yayılmışdı. Onlar 

özlərinə  məxsus incəsənət nümunələri yaratmışlar. Skif 

kurqanlarından çoxlu incəsənət nümunələri tapılmışdır. “Skif-

Sibir” incəsənət nümunələri hesab edilən “heyvani üslubda” 

hazırlanmış fiqurları, rəsmləri, daşdan yonulmuş insan heykəlləri 

bu baxımdan daha çox maraqlıdır. Qara dəniz sahillərində yaşayan 

skiflərin mədəniyyətlərində yunanların təsiri duyulur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


______________Milli Kitabxana_____________ 

 335


 

 


______________Milli Kitabxana_____________ 

 336


 

______________Milli Kitabxana_____________ 

 337


 

 


______________Milli Kitabxana_____________ 

 338


 

 

 



 

______________Milli Kitabxana_____________ 

 339


 

______________Milli Kitabxana_____________ 

 340


 

______________Milli Kitabxana_____________ 

 341


 

 

 



______________Milli Kitabxana_____________ 

 342


 

 

 



______________Milli Kitabxana_____________ 

 343


QƏDİM YUNAN MƏDƏNİYYƏTİ 

Avropada 

ən qədim dövlət. Yunanıstan Balkan 

yarımadasının cənubunda yerləşir. Dağlıq ölkədir. Daşlı-kəsəkli 

yamaclarda kolluqlar və seyrək ot bitirdi. Dağlar arasında münbit 

torpaqlı kiçik düzənliklər yerləşirdi. Yunanıstanda dəmir, mis, 

gümüş, mərmər yataqları var idi. Onun şərq sahili Egey dənizi ilə 

əhatələnir, girintili-çıxıntılıdır, liman üçün əlverişlidir. Burada qış 

qısa olur. Yayda çayların suyu quruyur Yunanlar yola saldıqları 

adamlara deyirdilər: “Yaxşı yol, sərin su”. Yunanıstan təbii 

surətdə üç hissəyə bölünürdü. Cənubi Yunanıstan və ya 

Peloponnes yalnız dar bir bərzəx vasitəsilə Orta Yunanıstanla 

birləşir. Orta Yunanıstanı və Şimali Yunanıstanı bir-birindən sıra 

dağlar ayIrır, ancaq sahildə dağlarla dəniz arasında dar Fermopil 

keçidi vardır. Egey dənizində çoxlu adalar var. Onların ən böyüyü 

Krit adasıdır. 

E.ə. XIX əsrdə arxeoloqlar Krit adasında e.ə. III-II 

minilliklərə aid daş ev, yoxsul komaları, saray qalıqları anbarlar, 

tuncdan silah, qızıldan bəzək  əşyaları  və s. aşkar etdilər. 

Kirtlilərin öz yazıları var idi Onu hələlik heç kəs oxuya 

bilməmişdir. Onlar Misir, Finikiya vasitəsilə Babil ilə ticarət 

aparırdılar. Beləliklə, e.ə. III-II minilliklərdə Avropada ilk sinfi 

cəmiyyət və dövlət yarandı. Kritdən  şimalda kiçik adada vulkan 

püskürmüş, Krit mədəniyyəti məhv olmuşdu. Buraya gələn 

yunanlar Kriti asanlıqla tuta bildilər. 

Krit mədəniyyəti ilə bağlı  mədəniyyət e.ə. II minillikdə 

Peloponnesdə Miken şəhərində yarandı. Mikenlilər kritlilərin 

yazısını öz dillərinə uyğunlaşdırdılar. Miken şəhərində axey 

tayfaları  məskunlaşmışdı. Miken Akropolu (yunanca “yuxarı 

şəhər) düzənliyin ortasındakı hündür təpədə yerləşirdi. Burada 

saray qalıqları, sərdabələr, ölünün üzünə qoyulan qızıl maska, 

bəzək  əşyaları, silah və s. aşkar edilmişdir Beləliklə, e.ə. II 

minillikdə Yunanıstanın daha münbit vilayətlərində quldarlıq 

quruluşu təşəkkül tapdı və dövlət yarandı. E.ə. XII əsrdə şimaldan 

gələn dori tayfaları Yunanıstanı tutub özlərindən  əvvəlki 

mədəniyyətə sön qoydular. Dorilərin mədəniyyəti Miken 

mədəniyyətindən aşağı idi. Dorilər Yunanıstanı tutub özlərindən 


______________Milli Kitabxana_____________ 

 344


əvvəlki mədəniyyəti məhv etdilər. Hətta bir neçə  əsr daşdan 

binalar tikilmədi, təsərrüfat tənəzzül etdi, yazı unuduldu, sənət 

əşyaları kobudlaşdı, yaranmış kiçik dövlətlər məhv edildi. Axeylər 

Anadoluya köçdülər, burada yüksək mədəniyyət mərkəzləri 

yaratdılar. Dorilər Yunanıstana özləri ilə dəmir gətirdilər.  

Yunan  əfsanələri. Homer. Qədim Yunanıstanda ölkənin 

keçmişindən bəhs edən çoxlu əsatirlər və  nəğmələr yaranmışdır. 

Bu əfsanələrin bir hissəsi dövrümüzə qədər gəlib çatmışdır. Şair-

müğənnilər lirada nəhənglər, allahlar, qəhrəmanlar haqqında 

mahnılar oxuyurdular. Bu mahnı  və  əfsanələrdə uydurmalar olsa 

da, onlar yunanların məşğuliyyəti adətləri,  əmək alətləri, hansı 

ölkələrdə olmaları, hansı allahlara inanmaları haqqında məlumat 

verir. Alimlər  əfsanələrdən tarixi mənbə kimi istifadə edirlər. 

Yunanlar “Dedal və  İkar”, “Tesey”, “Arqonavtlar”, “Herakl”, 

“Prometey”, “Demetra və Persefona” və b. əfsanələr yaratmışlar. 

Bu  əfsanələrin hər biri yunanların keçmişi, tarixi, insanları  və 

onların qəhrəmanları haqqında iftixar hissi tərbiyə edirdi. Bu 

əfsanələr müasir dövrdə də maraqla oxunur. 

Troya müharibəsi e.ə. 1200-cü ildə yunanlarla troyalılar 

arasında Anadolunun Egey dənizi sahillərində olan Troyada 

olmuşdur. Yunanlar Troya müharibəsi haqqında çoxlu əfsanələr, 

əsərlər yaratmışlar. Bunlar arasında “İlliada” nə “Odisseya” 

poemaları xüsusi yer tutur. Rəvayətə görə bu poemaları kor şair 

Homer yazmışdı. Cuman edilir ki, poemalar e.ə. VIII əsrdə tərtib 

edilib, e.ə. VI əsrdə isə  qələmə alınıb. Poemada yunanların adət 

ənənələri, etiqadları, həyat tərzi haqqında geniş  məlumat verilir. 

Bu poemaların  əhəmiyyəti tarix üçün o qədər böyükdür ki, e.ə. 

XI-IX  əsrlər Homer dövrü adlanır Yunanıstanın erkən qədim 

tarixini öyrənmək üçün Homerin poemaları etibarlı mənbə sayılır. 

Arxeoloji qazıntılar nəticəsində Homerin “İlliada” və “Odisseya” 

poemalarında təsvir olunmuş hadisələrin tarixən, olduğu sübut 

edilmişdir. 

Yunanlar Troya şəhərini  İlion adlandırırdılar. “İlliada” 

poemasının adı da buradan götürülmüşdür. Poema Troyanı 

mühasirəyə almış yunanların 10 ilik savaşdan usanmasından bəhs 

edir. Sıravi döyüşçü Tersit əsilzadələri suçlayır. Odissey onu 



______________Milli Kitabxana_____________ 

 345


susmağa məcbur edir. Yunanlar arasında Axilles, troyalılar 

arasında çar Priamın oğlu Hektor yaxşı döyüşçü sayılırdı. Onların 

təkbətək döyüşündə Axilles zəfər çalıb Hektoru öldürür. Döyüşdə 

Axillesin dostu Patrokl həlak olur, onun dəfn mərasimi təsvir 

olunur. Axillesin anası ilahə Fetida onu körpəlikdə dabanından 

tutub yeraltı Stiks çayının “sehrli” sularında çimizdirirmiş, 

nəticədə dabanından savayı bütün bədəni guya dişbatmaz olur. 

Parisin atdığı ox Axillesin dabanına sancılır. Yunanıstanın  ən 

məşhur qəhrəmanı  həlak olur. “Zəif yer” anlamını bildirən 

“Axillesin dabanı” ifadəsi buradan əmələ  gəlmişdir. Hiyləgər 

Odissey Troyanı tutmaq üçün taxtadan nəhəng at düzəltdirir və 

içərisində yunan döyüşçülərini yerləşdirir. Troyalılar atı  çəkib 

şəhərə aparırlar. Döyüşçülər gecə atdan çıxıb darvazaları açırlar, 

şəhərə soxulan yunanlar troyalıları  məğlub edirlər. “Troya atı” 

ifadəsi buradan meydana gəlmişdir. Bu isə, hədiyyənin qəbul edən 

üçün təhlükəli olması deməkdir. 

“Odisseya” poemasında Troyanın alınmasından sonra 

yunanların Odisseyin başçılığı altında vətənə dönmələri və yolda 

onların başına gələn hadisələr, Odisseyin öz doğma şəhəri İtakaya 

gəlməsi təsvir olunur. Odissey İtakaya gəlib evində  ağalıq edən 

əsilzadələri qırır və əvvəlki hakimiyyətini bərpa edir. Hər iki əsər 

dahi ədəbi əsər olmaqla yanaşı zəngin tarixi mənbədir. 

Homer dövründə (e.ə. XI IX əsrlər) yunanlar maldarlıq, 

əkinçilik, sənətkarlıq və ticarətlə məşğul olurdular. Onlar e.ə. IX 

əsrlə dəmir emal etməyə başladılar. Bu da əmək məhsuldarlığının 

artmasına səbəb oldu. Yunanıstanda torpaq bütün tayfaya məxsus 

idi. Hər bir ailənin torpağı, mal-qarası var idi. Adlı-sanlı adamlar 

torpağın yaxşısını özlərinə götürürdülər. Onlar əvvəllər torpağı 

özləri becərirdilər, sonradan günəmuzdçuları işlətdilər, daha sonra 

qullardan istifadə etdilər. Beləliklə, e.ə. XI-IX əsrlərdə ibtidai 

icma quruluşundan quldarlıq quruluşuna tədricən keçid başlandı. 

Dünyanın başqa xalqları kimi yunanlar da təbiət 

hadisələrinin səbəbini bilmir, ondan qorxurdular. Onlara görə 

təbiəti allahlar nə ilahələr idarə edirdilər. Rəvayətə görə baş allah 

Zevs, Poseydon və Aid dünyanı öz aralarında bölüşdürmüşdülər. 

Zevs yer və göyün, Poseydon dənizin, Aid isə yeraltı padşahlığın 



______________Milli Kitabxana_____________ 

 346


allahı olmuşdu. Zevsin iradəsi ilə  şimşək çaxıb yağış yağırdı. 

Dəniz allahı Poseydon üçbaşlı  əsası ilə  dənizdə  fırtına qoparır, 

gəmiləri batırırdı. Yeraltı padşahlığın allahı Aidin ayağı altında 

üçbaşlı köpək oturub, yerin altına gedənləri geriyə işıqlı dünyaya 

buraxmırdı. Nur və incəsənət allahı Apollon qızıl arabası ilə səfərə 

çıxandı gün başlanırdı. Aid münbitlik ilahəsi Demetranın qızı 

Pesefonanı  oğurlayır və anasının yanına buraxmır. Demetra 

kədərlənir, hər şey solur, təbiət təravətini itirir. Zevs Aiddən xahiş 

edir ki, Persefonanı bir neçə aylığa anasının yanına buraxsın. Qız 

anasının yanına gələndə yaz gəlir, yeraltı dünyaya gedəndə anası 

kədərləndiyinə görə qış gəlir. “Demetra və Persefona” əfsanəsi də 

buradan yaranmışdı. 

Yunanlar meşə allahlarını satirlər adlandırırdılar. Onlar keçi 

ayaqlı və qulaqlı adamlar kimi təsvir olunurdular. Bulaq ilahələri 

olan nimfalar gənc qız kimi təsvir olunurdular. Yunanlarda 

əkinçilik, maldarlıq, ovçuluq, sənətkarlıq və b. sahələr yarandıqca 

onları himayə edən allahlar da yaradılırdı. Şərabçılıq allahı Dionis 

idi. Onun şərəfinə yazda üzümlüklərdə  iş başlayanda, payızda 

şərab hazır olanda bayramlar təşkil edilirdi. Hefest dəmirçilik 

allahı idi. Yunanlar belə hesab edirdilər ki, vulkanlar onun 

dəmirçixanasının çıxış yollarıdır. Ticarət meydana gələndən sonra 

onu himayə edən Hesrmes meydana çıxdı. 

Yunanlar belə güman edirdilər ki, allahlar yüksək dağ olan 

Olimpdə yaşayırdılar. Onları Olimp allahları adlandırırdılar. 

Allahların həyatı adlı-sanlı adamların həyatına bənzəyirdi. 

Allahlar alovun sirrini insanlardan gizlədirdilər. Lakin cəsur titan 

Prometey odu oğurlayıb insanlara verir. Zevsin əmri ilə Hefest 

onu Qafqaz dağına zəncirləyir. Zevsin göndərdiyi qartal hər gün 

onun ciyərlərinin bir hissəsini qoparır. Hər səhər ciyər bərpa 

olunur. Prometey bu işgəncəyə dözür, lakin Zevsə boyun əymir. 

“Prometey” əfsanəsi də buradan yaranmışdı. 

Afinada quldarlıq quruluşu. Orta Yunanıstanın cənub-

şərqində Attika adlı böyük yarımada yerləşir. Burada geniş 

düzənliyin ortasında sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri 

salınmışdır. Təpənin zirvəsində  ətrafına hasar çəkilmiş Akropol 

adlanan qala yerləşirdi. Afinalılar əsasən zeytun nə üzüm becərir, 



______________Milli Kitabxana_____________ 

 347


şərab və zeytun yağı və şərab saxlamaq və daşımaq üçün amfora 

adlanan küp qayırırdılar. Akropolun yaxınlığında bazar meydanı - 

aqora yerləşirdi. Burada dulusçuluq, toxuculuq və kənd təsərrüfatı 

məhsulları satılırdı. Attika yarımadasının cənubunda gümüş 

mədənləri var idi. Afinada gümüş sikkə kəsilməyə başladı. 

Afinada  əvvəllər varlılar torpaqlarını özləri becərirdilər. 

Sonra onlar günəmuzdçulardan, daha sonra isə qullardan istifadə 

etməyə başladılar. Afinada köləliyin  əsas mənbələri dəniz 

quldurluğu, müharibədə  əsir götürmək, borca görə adamları qul 

etmək, qul qadınlardan doğulan uşaqları qul etmək idi. Qullar 

bazarda satılır, onları 

əsasən mədənlərdə, sənətkar 

emalatxanalarında, kənd təsərrüfatı işlərində, ev işlərində xidmətçi 

kimi işlədirdilər. 

Afinada adlı-sanlı adamlar torpağın yaxşısını ələ keçirdilər. 

E.ə. VIII əsrdə onlar Afinanın bütün əhalisini özlərinə tabe etdilər. 

Adlı-sanlı yunanlar mövcud üsul idarəni aristokratiya, yəni 

“yaxşıların hakimiyyəti” adlandırırdılar. 

E.ə. VII əsrdə Afinada sənət və ticarət gur inkişaf etməyə 

başlayır. Evpatritlər (aristokratlar) düzən yerlərdə  məhsuldar 

torpaqları  ələ keçirib geomorları (icmanın sıravi üzvlərini) 

dağətəyi daşlıq torpaqlara sıxışdırırdılar. Evpatritlərin bir hissəsi 

artıq emalatxanalar açıb istehsalla məşğul olurdu, bir hissəsi 

ticarətə girişmişdi. Aristokratların bu təbəqəsinin maraqları 

demosun varlı  təbəqəsinin maraqları ilə üst-üstə düşürdü. E.ə. 

640-cı ildə Afinada olduqca məşhur olan, Olimpiya oyunlarının 

qalibi Kilon demosla aristokratlar arasında ziddiyətlərin 

gərginləşməsindən istifadə etdi. O, Zevsin şərəfinə keçirilən 

bayramda özünə  tərəfdar toplayıb Akpopolu tutdu. Lakin demos 

hələ aktiv fəaliyyətə hazır deyildi. Arxont Meqaklın qoşunu 

Akpopolu mühasirəyə alıb üsyançıları təslim olmağa məcbur etdi. 

Kilon qaçmağa müvəffəq oldu, onun tərəfdarları isə öldürüldülər. 

 Bir  müddətdən sonra aristokratlar demosun varlı 

təbəqəsinin təzyiqi altında güzəştə gedib külliyyat şəklində yazılı 

qeydiyyatına razılıq verdilər. Həm aristokratlar, həm də demos 

üçün ümumi olan qanunların qəbulu mütərəqqi hadisə idi. e.ə. 

621-ci ildə arxont-fesmofet Drakont tərəfindən sərt qanunlar 


______________Milli Kitabxana_____________ 

 348


toplusu tərtib edilmişdi. Buna “Drakont qanunları” deyirdilər. Bu 

qanuna görə hətta bir salxım üzüm dərənə ölüm cəzası verilirdi. 

Afinada kənlilər aristokratlardan borc və ya faizlə pul 

alırdılar. Aristokratlar verdiyi borcu kəndlinin tarlasının kənarında 

borc daşına yazırdılar. Buraya borcun miqdarı, faizi, verildiyi və 

qaytarıldığı müddət qeyd edilirdi. E.ə. VII əsrdə demək olar, 

bütün kəndlilər borca düşdülər. 

Afinada kəndlilər, sənətkarlar, günəmuzdçular, dənizçilər 

demos, yəni xalq adlanırdılar. E.ə. VII əsrdə demosun bir hissəsi 

varlanmışdı. Onlar yenə  də aristokratların hakimiyyəti altında 

idilər. Beləliklə, e.ə. VIII-VII əsrlərdə Afinada quldarlıq quruluşu 

və dövlət təşəkkül tapırdı. 

Sparta quldarlıq dövləti. Yunanıstanın cənubunda 

Peloponnes yarımadasının cənub-şərqində Lakonika, cənub-

qərbində isə Messeniya vilayəti yerləşirdi. Bu ərazinin torpağı çox 

münbit idi. E.ə. II minillikdə dorilər hücum edib Lakonikanı 

tutdular, Sparta şəhərinin  əsasını qoydular. Doriləri spartalılar 

adlandırırdılar. Spartalılar messeniyalıları tabe etmək uzun 

müddət müharibələr aparmışdılar. E.ə. VII əsrdə spartalılar 

messeniyalılara qalib gəldilər. Messeniyalılar dağlara çəkildilər. 

Üç gün danam edən vuruşmadan sonra spartalılar müharibəni 

dayandırdılar və onlara ölkədən çıxıb getməyə icazə verdilər 

Spartalılar yerli əhalinin  əksəriyyətini qula çevirdilər. Qulları 

ilotlar adlandırırdılar. Azad adamlar kimi qalmış perieklər 

spartalılara vergi verirdilər. Spartalılar xalq yığıncaqlarında ahıl 

adamlardan ağsaqqallar şurası seçirdilər. Dövləti 60 yaşına çatmış 

28 ağsaqqal və 30 yaşı tamam olmuş 2 çarın daxil olduğu gerusiya 

idarə edirdi. Spartalılar ancaq hərbi işlə  məşğul idilər Qanun 

onların başqa işlə  məşğul olmasına icazə vermirdi. Döyüş vaxtı 

onlar bir cərgəyə düzülüb nizələrini qabağa uzadır, irəli 

yeriyirdilər. Sanki divar hərəkət edirdi. Belə düzülüş falanqa 

adlanırdı. 

Spartalılar uşaq yaşlarından sərt tərbiyə alırdılar. Yeni 

doğulmuş körpənin taleyini gerusiya müəyyən edirdi. Zəif və 

xəstə görünən uşaqlar məhv edilirdi, sağlam uşaq 7 yaşına qədər 

ailəsində  tərbiyə alır, sonra hərbi məktəbdə  təlim keçirdi. E. IV 



______________Milli Kitabxana_____________ 

 349


əsrdə Sparta Peloponnes ittifaqına daxil oldu. 30 il davam edən 

Peloponnes müharibəsində (e.ə. 431-404) qalib gəlmiş, bütün 

Yunanıstana hakim olmuşdu. E.ə. 146-cı ildə Romadan asılı 

vəziyyətə düşdü. 

Yunan koloniyalari. Yunan şəhərlərində  sənətkarlıq və 

ticarət inkişaf edirdi Tacirlər sənətkarlıq məmulatlarını Aralıq 

dənizi və ona bitişik olan dənizlərin sahillərində satırdılar. Kiçik 

Asiyadakı Milet şəhərində yun parça, Korinf şəhərində  ən yaxşı 

silah, Afinada əla dulusçuluq məhsulu istehsal olunurdu. Yunanlar 

keyfiyyətli şərab və zeytun hazırlayır və xaricə göndərirdilər. 

Yunanıstanda demosun artması ilə aristokratlarla demos 

arasında mübarizə gücləndi. Aristokratlar qalib gəldikdə demos, 

demos qalib gəldikdə aristokratlar ölkədən qovulurdu. Qovulmuş 

aristokrat demişdi: “Mən öz dəbdəbəli evimi qaçqın gəmisinə 

dəyişdim”. Yunanıstanın ticarət  şəhərləri Aralıq dənizi və Qara 

dəniz sahillərində daimi koloniyalarını yaratdılar. Hər bir şəhər öz 

koloniyalarına hərbi və ticarət gəmilərindən ibarət donanma 

göndərirdi. Köçüb gələnlər Yunanıstanın müxtəlif vilayətlərindən 

idilər, onlar kolonistlər adlanırdılar. Koloniyalara tacirlər, 

sənətkarlar, doğma yerlərini tərk edən, adamlar gəlirdilər. Qara 

dəniz sahillərində Pantikapey, Olviya, Xersones, Feodosiya, Fasis, 

Sinop və başqa yunan şəhər-dövlətləri yarandı. Onlar yerli əhali 

ilə alver edir, bəzən onları qula çevirir, qulların bir hissəsini 

Yunanıstana göndərirdilər. Beləliklə, e.ə. VIII-VI əsrlərdə 

Qafqazdan tutmuş  İspaniyaya qədər dəniz sahillərində çoxlu 

yunan koloniyaları əmələ cəldi. Bu koloniyalar yunan şəhərləri ilə 

əlaqə yaradır və  əlaqə saxladıqları  həmin  şəhərləri ana şəhər 

adlandırırdılar. 

Koloniyalarla ticarət Yunanıstanda sənətkarlıq və ticarətin 

inkişafına təkan verdi. E.ə. VIII-VI əsrlərdə Yunanıstanın bütün 

şəhərlərində və koloniyalarında şəhər quldarlıq dövlətləri yarandı, 

Hər bir şəhər-dövlətinin qoşunu, hökuməti, xəzinəsi, pulu var idi. 

Onların bəzisini demos, bəzisini isə aristokratlar idarə edirdilər. 

Qədim yunanlar yad ölkələrdə  məskunlaşsalar da, özlərini 

vahid xalq hesab edirdilər. Onlar özlərini ellinlər, vətənlərini 

Ellada adlandırırdılar. Harada yaşadıqlarından asılı olmayaraq, 



______________Milli Kitabxana_____________ 

 350


ellinləri ümumi dil, adət-ənənələr, qədim  əfsanələr, din və vahid 

yazı birləşdirirdi. 

Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış 

olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə 

səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII 

əsrdə Milet şəhəri nə Egey dənizinin  şərqində yerləşən  İoniya 

vilayətinin  şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət 

hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların 

səbəblərini aşkar etməyə çalışırdılar.  İoniya alimləri dünyanın 

mənşəyini də izah etməyə  cəhd göstərirdilər. Bir qrup alimlər 

təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri 

odda görürdülər. 

E.ə. V əsrdə yunan elminin mərkəzi Afina oldu. Burada 

İoniya alimlərinin işini Demokrit (e.ə. 460-370) davam etdirdi. O, 

belə bir fikir söyləmişdir ki, bütün dünya ən xırda zərrəciklərdən-

atomlardan ibarətdir. Demokrit insanlarda ruhun ölməzliyini inkar 

edirdi. Dinin yaranmasını insanların təbiətin qorxunc hadisələri 

qarşısında aciz qalmaları  və qorxusu ilə izah edirdi. Demokrit 

materialist olduğuna görə onu cəzalandırmaq istəyirdilər. 

Demokritin ardıcılı Hippokrat (e.ə. 460-377) olmuşdur. 

Onun fikrincə  həkim xəstənin bədənindən xəstəliyi qovmamalı, 

bədənin xəstəliyə qarşı müqavimətini artırmalıdır. Onun tibb 

elminin inkişafında böyük xidməti olmuşdur. Həkimin mənəvi 

davranışı normaları olan “Hippokrat andı” onun adı ilə bağlıdır. 

Aristotel (e.ə. 384-322) qeyri adi biliyə malik alim idi. 

İsgəndərin müəllimi olmuşdur.  Şərqdə Aristotelə  Ərəstun 

deyirdilər. O, bütün bilikləri ayrı-ayrı sahələrə böldü, elmlərə ad 

verdi. Botanika yunanca “bitki”, fizika - təbiət, politika - dovlət 

sözlərindən götürülmüşdür. E.ə. IV əsrdə Aristotel qabaqcıl 

alimlərlə birlikdə belə hesab edirdi ki, Yer kürə  şəklindədir, 

dünyanın mərkəzində yerləşir, Günəş  və ulduzlar isə onun 

ətrafında fırlanır. 

E.ə. V əsrdə Yunanıstanda tarix elminin əsası qoyulmuşdur. 

həmin dövrdə yunan tarixçisi Herodot (e.ə. təqribən 490-425) 

“Tarix” əsərini yazmış, Plateya savaşına qədər olan dövr haqqında 

məlumat verir O, bir çox ölkələri gəzmiş,  əsərində müxtəlif 



______________Milli Kitabxana_____________ 

 351


xalqların tarixi, adət-ənənəsi, mədəniyyəti, rəvayətləri və s. 

haqqında məlumat toplamışdı. “Tarix” əsərində  İran-yunan 

müharibəsində  iştirak edən bütün xalqlar haqqında tarixi, 

etnoqrafik materiallar şərh olunmuşdur. Midiya əfsanələrini ilk 

dəfə Herodot yazıya köçürmüşdü. Kitabda Azərbaycan ərazisində 

yaşayan xalqlar barədə maraqlı faktlar var. Siseron onu “tarixin 

atası” adlandırmışdı. 

Yunanlar e.ə. II minillikdə unutduqları öz yazılarına bir 

daha qayıtmadılar. Onlar Homer dövrünün sonlarında 

finikiyalıların əlifbasına saitlər əlavə edib 24 hərfdən ibarət yunan 

əlifbasını  tərtib etdilər. Onlar papirus, gil lövhə, üstünə mum 

çəkilmiş taxta parçası üzərində metaldan düzəldilmiş ucu şiş 

çubuqla yazırdılar. 

Yunan uşaqları 7 yaşından məktəbə gedirdilər. Sənətkar və 

kəndli uşaqları ibtidai məktəbdə, dövlətli uşaqları 18 yaşınadək 

gimnaziyada oxuyurdular. Onlar Homerin, Hesiodun və başqa 

yazıçıların  əsərlərini  əzbər bilirdilər.  Şagirdlər məktəbdə  şəkil 

çəkmək, rəqs etmək, oxumaq və lirada çalmağı öyrənirdilər. 

Qızlar və qullar oxumurdular. 

E.ə. VI əsrin sonu-V əsrdə Afinada açıq havada tamaşa 

göstərmək üçün ilk teatrlar tikildi. Yunan sözü olan “teatr” 

“tamaşa yeri” deməkdir. Xorun çıxış etdiyi yerə “orxestra”, 

aktyorların oynadığı yerə “skena” deyirdilər. Qədim Yunanıstanda 

şərab allahı Dionisin şərəfinə  təşkil edilmiş bayramlar, bu haqda 

əfsanələrin nümayiş etdirilməsi nəticəsində qədim yunan teatrının 

əsası qoyuldu. 

Yunanıstanda  əfsanələr  əsasında tragediyalar adlanan 

pyeslər yarandı. Tragediya “keçi mahnısı” deməkdir. Tragediyada 

qəhrəmanlar arasında gərgin mübarizə gedir, sonra isə 

qəhrəmanlar öz ideyaları  uğrunda həlak olurlar. Afinada 

tragediyanın banisi “Zəncirlənmiş Prometey” tragediyasının 

müəllifi Esxil olmuşdur. E.ə. V əsrdə yaşamış Sofokl “Antiqona” 

faciəsinin müəllifidir. 

Yunanıstanda komediyalar şən, məzəli və gülməli 

səhnəciklərdən ibarət olurdu. Komediya sözü “şən sakinlər 

mahnısı” deməkdir. Komediyalar adamları düşünməyə  məcbur 



______________Milli Kitabxana_____________ 

 352


edirdi. Aristofan (e.ə. 445-385) məşhur komediyalar müəllifi idi. 

O, “Quşlar”, “Buludlar”, “Atlılar”, “Barışıq”, “Qadınlar xalq 

yığıncağında” komediyalarının müəllifidir “Atlılar” 

komediyasında o, Afina demosunun başçısı Kleonu, “Buludlar” 

komediyasında isə Sokratı lağa qoyur. Onu “komediyanın atası” 

adlandırırdılar. 

E.ə. VI əsrdə  təmsil ustadı Ezop yaşayıb yaratmışdır. 

Rəvayətə görə o, sərsəm çolaq qul kimi təsvir edilir. Guya 

böhtanın qurbanı olmuş, günahsız edam edilmişdir. Antik dövrdən 

məlum olan təmsillərin az qala hamısını Ezopun adına çıxırlar. 

Fedr, Babri, Lafonten, Krılov və b. yaradıcılıqlarında onun 

mövzularından istifadə etmişlər.  

E.ə. VI-V əsrlərdə Yunanıstanda memarlıq, heykəltəraşlıq, 

və  rəssamlıq inkişaf edib özünün yüksək səviyyəsinə çatmışdı. 

Ölkədə çoxlu ictimai binalar tikilmişdi. Talvarlar-portiklər bir və 

bir neçə cərgə sütunlar üzərində tikilirdi. Yunanlar bu portiklərin 

kölgəsində istirahət edirdilər. E.ə. VI-V əsrlərdə Yunanıstanda iki 

növ sütun var idi. Dori sütunları sanki daş döşəmədən çıxan və 

yuxarıda adi sal daşla tamamlanan möhtəşəm sütunlar idi. Bəzəkli 

məbəd tikintisində sütunların yuxarısında  əyri qoç buynuzuna 

bənzər qıvrım naxışlar olurdu. Afinada ən məşhur məbəd Akropol 

idi. Akropol mərmər sütunlardan ibarət portiklərlə  əhatə 

olunmuşdu. Akropolun girəcəyində Fidi Afinanın heykəlini 

qoymuşdu. Burada Afinanın şərəfinə Parfenon məbədi tikilmişdi. 

Parfenonun qarşısında qurbanlar kəsilirdi. heykəllərlə  bəzədilən 

məbədlərdə xəzinə saxlanılırdı. 

Yunanlar heykəlləri ağacdan, tuncdan və  mərmərdən canlı 

və cazibədar düzəldirdilər. Heykəltəraşlar insan bədəninin 

hərəkətini də təsvir etməyi bacarırdılar. Heykəltəraş Miron e.ə. V 

əsrdə “Diskatan” heykəlini belə yaratmışdı. Allahların, 

qəhrəmanların və başqalarının heykəllərini yaradan Praksitel dahi 

yunan heykəltəraşı idi. 

Qədim Yunanıstanda vaza rəssamlığı və gil heykəllər geniş 

yayılmışdı. Rəssamlar vazalar üzərinlə yunanların həyatını, 

qəhrəmanları, Homerin əsərlərindən səhnələri təsvir edirdilər. E.ə. 

V  əsrdə ellin incəsənəti özünün yüksək mərhələsinə çatmışdı. 



______________Milli Kitabxana_____________ 

 353


İncəsənətin əsas mərkəzi Afina şəhəri idi. Fidi Afinada Akropolu 

inşa etmişdi. 

Olimpiya oyunları. Peloponnes vadisindəki Olimpdə 

keçirilirdi. Yunanlar əsas idman növləri üzrə 4 ildən bir keçirilən 

Olimpiya oyunlarında yarışırdılar. 4 at qoşulmuş arabada yarış 

daha təhlükəli idi. 12 dəfə dövrə vurmaq lazım gəlirdi. Hakimlər 

qalib idmançıları zeytun ağacının budaqlarından düzəldilmiş 

çələnglə mükafatlandırırdılar. Olimpiya oyunlarında ancaq varlılar 

iştirak edə bilirdilər, çünki yoxsulların bu yarışa hazırlaşmaq 

imkanları olmurdu. Spartalı qadınlar istisna olmaqla qadınlar 

yarışlarda iştirak etmirdilər. Olimpiya oyunlarına on minlərlə 

adam gəlirdi. Buraya koloniyalardan da tamaşaçılar və iştirakçılar 

gəlirdilər. Olimpiya oyunları keçirilən dövrdə Yunanıstanda 

müharibələr dayandırılırdı. 

Olimpiya yunanlar üçün müqəddəs yer idi. Onun 

mərkəzində Zevs məbədi, bu məbəddə Zevsin nəhəng heykəli 

yerləşirdi. Bu heykəl dünyanın 7 möcüzəsindən biri sayılırdı. İlk 

Olimpiya oyunları e.ə. 776-cı ildə keçirilmişdi. Yunanların il 

hesabı  həmin ildən başlanırdı. 1896-cı ildə Fransanın ictimai 

xadimi baron Pyer de Kubertenin (1863-1937) təşəbbüsü ilə 

Olimpiya oyunlarının keçirilməsi bərpa edildi. İndi hər dörd ildən 

bir Olimpiya oyunları keçirilir. Oyunların harada keçirilməsindən 

asılı olmayaraq onun məşəli Olimpiyada günəşdən yandırılmış 

alovla yandırılır. 

Yunan mədəniyyətinin müasir dövrümüz üçün misilsiz 

əhəmiyyəti var. Yunan əlifbası bir çox əlifbalar üçün əsas olmuş, 

onlar elmin inkişafında nailiyyətlər qazanmış, onların  əsərləri 

müasir dövrdə  əksər xalqların dillərinə  tərcümə edilmiş, onların 

yaratdıqları heykəllər və tikililər sonrakı dövr üçün nümunə 

olmuşdur. 

Quldarlıq demokratiyası azad yunanların elm və incəsənətlə 

məşğul olmasına  şərait yaratdı  və bu da dünyada elmin və 

incəsənətin tərəqqisinə təkan verdi. Yunanlar ellin mədəniyyətini 

yaratmaqla başqa xalqların da elm və  mədəniyyətini 

mənimsəyirdilər.  

Qədim Yunanıstan  ərazisində  ən qədim sivilizasiya Krit-



______________Milli Kitabxana_____________ 

 354


Miken adı ilə tanınır. Onun mərkəzi Krit adası  və yunan 

materikindəki Miken şəhəri olmuşdur. Krit mədəniyyətinin (yaxud 

da Minos mədəniyyətinin) yaranması Kritin əfsanəvi hökmdarı 

Minosun adı ilə bağlıdır və e.ə. III-I minilliklərə  təsadüf edir. 

Yüksəliş və tənəzzül dövrü keçirən Krit mədəniyyəti təqribən e.ə. 

1200-cü ilə  qədər davam etmişdir. Kritdə bütün həyat saraylar 

adlanan binalar ətrafında cərəyan etmişdir. Arxeoloji qazıntılar 

nəticəsində Knosda (adanın mərkəzi hissəsində) Krit 

saraylarından birincisi, Minos sarayı tapılmışdır. Bu saraydan 

Minotavr - insan bədənli və öküz başlı canlı haqqında yunan 

mifində  təsvir olunan labirint başlanır.  Əslində Krit sarayları 

doğrudan da labirintə  bənzəyir. Bütün bunlara baxmayaraq 

saraylar vahid arxitektura ansamblı kimi qəbul olunur. Diqqəti 

çəkən budur ki, divarlarda olan rəsmlər olduqca zəngindir. 

Freskalarda heyvanlar, güllər, saray sakinlərinin həyatından 

səhnələr, əsas Minoy kultlarından biri olan allah-öküz kultuna aid 

olan «öküzlərlə oyunlar» rəsmi diqqəti daha çox çəkir. Allah-öküz 

kultları öküz obrazında təbiətin dağıdıcı qüvvələri öz təcəssümünü 

tapmışdır. Təbiətin  əbədi təzələnməsi, analıq, qadınlıq simvolu - 

Böyük ilahə Minoy allahlar panteonunda mərkəzi fiqurdur. Kritin 

həyatında din böyük rol oynamışdır. Kritdə hakimiyyətinin xüsusi 

forması-teokratiya yaranmışdı. Bu idarə formasında dini və 

dünyəvi rəhbərlik bir nəfərin  əlində olmuşdur. Çar sarayı 

universal funksiyanı yerinə yetirərək eyni zamanda həm dini, həm 

siyasi-inzibati, həm də  təsərrüfat mərkəzi  rolu  kimi  fəaliyyət 

göstərmişdir. 

Minoy mədəniyyətinin çiçəklənməsi e.ə. XVI əsr və XV 

əsrin birinci yarısına təsadüf edir. XV əsrin ortalarında bu 

mədəniyyət Fera (indiki Santorin) adasında püskürən vulkan, 

eləcə  də döyüşkən axey yunanların adaya soxulması  nəticəsində 

tamamilə dağıdılmışdır. Bundan sonra Krit mədəniyyəti  əvvəlki 

şöhrətini bərpa edə bilməmişdir. Sivilizasiyanın mərkəzi materik 

Yunanıstana keçmişdir. Hələ e.ə. 1700-cü ildə burada Miken 

(yaxud Axey) mədəniyyəti formalaşmağa başlamışdı. Əvvəllər bu 

mədəniyyət Krit sivilizasiyasının güclü təsiri altında olmuşdur. 

Onlardan bir sıra allahların adları, su kəməri, kanalizasiya, geyim 



______________Milli Kitabxana_____________ 

 355


fasonları, freska təsvirləri və s. mənimsənilmişdi. Lakin bütün 

bunlara baxmayaraq, Miken sivilizasiyasında da spesifik, yalnız 

onlara məxsus cəhətlər inkişaf etdirilmişdir. «Şaxta qəbirləri» bu 

mədəniyyətin  ən qədim abidələrindəndir. Qəbirlərdə ölülərin 

sümükləri ilə yanaşı bəzək şeyləri, qablar, paltarlar, silahlar, qızıl 

maskalar və s. də tapılmışdır. Burada da mədəniyyət mərkəzləri 

saraylarda cəmlənmişdi. Onlar Miken, Korinf, Pilos, Afina və s. 

şəhərlərdə olmuşdur. Krit saraylarından fərqli olaraq Miken-Axey 

sarayları möhkəmləndirilmiş saraylar idi. Onların möhtəşəm 

divarlarını sonrakı dövrlərdə görən yunanlar onları təkgöz nəhəng 

sikloplarla  əlaqələndirərək siklopik adlandırmışlar. Burada saray 

divarlarında külli sayda döyüş  səhnələri təsvir olunmuşdu. 

Axeylər e.ə. XV əsrdə Kriti tutaraq onlardan yazını mənimsədilər. 

E.ə. XIII əsrdə  şimali Balkan barbarları (onların içərisində dori 

yunan qəbilələri mühüm yer tuturdu) Yunanıstanı başdan-başa 

işğal etdi. Axeylərdən dəmir silahlarına görə üstünlüyə malik olan 

dorilər Krit-Miken mədəniyyətinə son qoydular, e.ə. XII-XI 

əsrlərdə Yunanıstanda dəmir əsrinin başlanğıcına təkan verdilər. 

Yunan tarixinin sonrakı dövrünü adətən Homer dövrü 

adlandırırlar. Homerin e.ə. VIII əsrdə yaratdığı  «İlliada» və 

«Odisseya» kimi gözəl poemaları  həmin dövr haqqında mühüm 

informasiya mənbəyidir. Lakin bu əsərlərdə daha qədim dövrlərin 

haqqında da məlumat  əldə etmək mümkündür. Homerin 

qəhrəmanları - çarlar, əyanlar çox vaxt Krit-Miken saraylarına 

bənzəməyən ağac evlərdə yaşayırdılar. 

Homer dövründən bizə az abidə gəlib çatmışdır. Əsas tikinti 

materialları - ağac və bişməmiş  kərpicdir. Monumental 

heykəltəraşlıqda da ağacdan istifadə edilmişdir. Həndəsi 

ornamentlə yazılmış vazalar, bişmiş gildən və bürüncdən 

hazırlanmış heykəlciklər parlaq incəsənət abidələridir. 

Homer dövrü mədəniyyəti yunan cəmiyyətinin arxaik və 

klassik dövrünün ilkin şərtlərini yaratmışdır. Yunan 

mədəniyyətinin və tarixinin arxaik dövrü e.ə. VIII-VI əsrləri əhatə 

edir. Bu dövr böyük müstəmləkəçilik dövrüdür. Yunanlar Qara 

dəniz, Aralıq dənizi və  Mərmərə  dənizi sahillərini öz təsir 

dairəsinə alırlar. Bu dövrdə yunanlar başqa xalqlardan çox şey 



______________Milli Kitabxana_____________ 

 356


öyrənmişlər. Lidiyalılardan pul kəsməyi öyrənmiş, finikiyalılardan 

əlifbanı götürmüş, sonralar onu təkmilləşdirmişlər. Yunanlarda 

elmin, xüsusilə astronomiya və  həndəsənin inkişafı Misir və 

Babilistanın təsiri altında olmuşdur. Yunan incəsənətinə Misir və 

Yaxın Şərq memarlıq və heykəltəraşlığı böyük təsir göstərmişdir. 

Arxaik dövrdə ibtidai icma cəmiyyəti dağılmış, antik polis "şəhər-

dövlətləri" yaranmışdır. Vətəndaş icması-şəhərətrafı  kənd 

təsərrüfatı ərazisi ona aiddir. Bu dövrdə ən böyük polislər Afina, 

Sparta, Korinf, Arqos, Fivada yaranmışdı. Bütün yunan dünyası 

Ellada adlanırdı. Qədim  Şərq dinləri kimi Yunanıstanda da 

politeizm-çoxallahlılıq hökm sürürdü. Yunanlara görə  əvvəllər 

əbədi, hüdudsuz, qaranlıq, xaos mövcud idi. Dünyanın həyat 

mənbəyi onda idi. Hər şey-bütün dünya və ölməz allahlar xaosdan 

yarandı. Yer ilahəsi Geya da xaosdan yaranmışdır. Həyat mənbəyi 

olan xaosdan qüdrətli, hər  şeyi canlandıran məhəbbət - Eros 

yüksəlmişdir. Hüdudsuz xaos əbədi qaranlıq - Erebi və qaranlıq 

gecə - Nyuktu doğurmuşdur. Gecə və qaranlıqdan isə əbədi İşıq-

Efir və  şən işıqlı Gün - Gemera yaranmışdır. Qüdrətli, bərəkətli 

torpaq (Yer), hüdudsuz, mavi səma - Uran yaranmış və səma Yer 

üzünü örtmüşdür. Geyadan yeraltı dünya Tərtər, səma (Uran) 

doğulmuşdur. Allahların ikinci nəsli Geya və Uranın uşaqları-

titanlar olmuşdur. Uşaqlarının onun əlindən hakimiyyəti 

alacaqlarından qorxan Uran titanları yerin altında saxlamışdır. 

Lakin titanlar azad ola bilmiş, atalarmı devirmiş, onlardan biri 

Kron dünya üzərində  ağalıq etməyə başlamışdır. Onun özünü də 

kiçik oğlu Zevs devirmişdir. Onun qardaşı Poseydon dəniz allahı, 

Aid - yeraltı dünyanın allahı, işıq və poeziya allahı Apollon (onu 

doqquz muza-incəsənət və elmin hamisi müşayiət edir), Afrodita - 

gözəllik allahı, od və  dəmirçilik allahı Hefest, Ares müharibə 

allahı, Afina-müdriklik allahı, Demetr - əkinçilik hamisi, Afina-

toxuculuq hamisi, üzümçülük hamisi - Dionisi, ticarət hamisi 

Hermes və s. idi. 776 - cı ildən başlayaraq hər dörd ildən bir 

Zevsin  şərəfinə Olimpiya oyunları keçirilirdi. Antik dövrün ilk 

fəlsəfi sistemi - naturfəlsəfə  həmin dövrdə yaranmışdır. Həmin 

sistemin filosoflarından Fales suyu bütün şeylərin  əsası, 

Anaksimandr - apeyronu ilk materiya, Anaksimen - havanı ilkin 



______________Milli Kitabxana_____________ 

 357


əsas kimi götürürdü. Pifaqor (e.ə. VI əsr) dünyanın ilkin səbəbi 

kimi sayı, rəqəmi götürürdü. Bu dövrdə Heraklit kimi filosof da 

yaşayıb yaratmışdır. Məşhur Hesiod (e.ə. VIII-VII əsr) 

«Teoqoniya», «Əməklər və illər»  əsərlərini yaratmışdır. Bu dövr 

ədəbiyyatında epos tədricən öz yerini lirik poeziyaya verir. İnsana, 

onun daxili aləminə diqqət müasiri olduqları  həyat hadisələrin 

xarakterinin təhlili Arxiloxun (e.ə. VII əsrin ikinci yarısı), 

Solonun (e.ə. 635-559), Alkeyin (VII əsrin sonu - VI əsrin birinci 

yarısı), Anakreontun (570-478) və s. yaradıcılığında öz əksini 

tapmışdır. Safonun (e.ə. V11-VI) poeziyası indi də gözəlliyini 

saxlamaqdadır. VIII-VII əsrlərdə Yunan tarixşünaslığı yaranır. 

Loqoqraflar ilk dəfə olaraq mifoloji süjetlərin real əsaslarını aşkar 

etməyə  cəhd edirdilər. Yunan xoru və teatrı yaranır. Dramatik 

tamaşalardan, xordan iştirakçı  şəxslərdən birinin ayrılması - 

aktyorun seçilməsi əlamətdar bir hadisə idi. 

Arxaik dövrdə incəsənət inandırıcı forma axtarışları  həm 

cismani, həm də ruhən gözəl olan estetik idealın-polis 

vətəndaşının təcəssümü mühüm yer tutmuşdur. Özünəməxsus 

arxaik yunan mədəniyyəti klassik mədəniyyətin çiçəklənməsi 

üçün təməl rolunu oynamışlar. Bu da öz növbəsində dünya 

sivilizasiyasının inkişafında böyük əhəmiyyətə malik olmuşdur. 

Yunan-İran müharibələri dövrü (500-449) ilə antik polisin - 

arxaik dövrün formalaşması başa çatır və klassik dövr başlanır. 

Yunanların qələbəsi, klassik quldarlığın tam formalaşması, polis 

demokratiyasının inkişafı Yunanıstanın iqtisadi, siyasi yüksəlişini 

şərtləndirmiş, mədəniyyətin çiçəklənmə  mərhələsinə daxil 

olmağına kömək etmişdir. Bu dövrdə, xüsusilə Periklin idarəçiliyi 

dövründə Yunan mədəniyyətinin mərkəzi Afina hesab olunurdu. 

İlk dəfə bölünməz hissəciklər-atomlar nəzəriyyəsini elmə 

Demokrit (e.ə. V əsr) gətirmişdi. O, belə hesab edirdi ki, dünyada 

atomlardan və boşluqdan başqa heç nə yoxdur. Əgər Demokrit 

idrakın obyektiv xarakterini etiraf edirdisə, sofistlərə görə  nə 

qədər həqiqət vardısa, o qədər də insanlar vardır. Sofistlərin  ən 

görkəmli nümayəndəsi Sokrata (469-399) görə mütləq həqiqət 

vardır, lakin bu yalnız allaha məxsusdur. 

E.ə.  ədəbiyyatda  əsas janr faciə olmuşdur. Klassik yunan 



______________Milli Kitabxana_____________ 

 358


faciəsinin yaradıcısı Esxilin (525-456) «Zəncirlənmiş Prometey» 

faciəsi çox məşhur olmuşdur. «Oresteya» trilogiyası da bu 

qəbildəndir. İkinci böyük faciə ustası Sofokl (497-406) olmuşdur. 

Ən məşhur faciəsi  əfsanəvi hökmdar Edip haqqındadır. Psixoloji 

dramın yaradıcısı Evripid (480-406) «Medeya» və «Fedra» 

əsərlərini yazmışdır. Bu dövrün ən böyük komediya ustası 

Aristofan (445-385) «Dünya», «Atlılar», «Lisistrat» kimi 

əsərlərində komediyaya siyasi ruh və gündəlik düşüncə  tərzi 

gətirmişdir. E.ə. V əsrdə tarixşünaslıq surətlə inkişaf edir. 

«Tarixin atası» Herodot (484-470) məşhur «Tarix» əsərini 

yazmışdır.  Əsas süjet Yunan-İran müharibələri olsa da dünyanın 

digər xalqları haqqında da xeyli məlumatı  həmin  əsərdə tapmaq 

mümkündür. İkinci böyük tarixçi Fukidid (460-400) «Pelopennes 

tarixi» adlı əsərində ilk dəfə olaraq elmi-tənqidi metoddan istifadə 

etmişdir. 

E.ə. V əsrdə güclü, enerjili, ləyaqətli, səmimi ruha malik 

insanın düzgün təsviri yunan incəsənətinin əsas vəzifəsinə çevrilir. 

Bu insan Yunan-İran müharibəsinin qalibi, polisin azad vətəndaşı 

olmalıdır. Bu dövrdə realist heykəltəraşlıq inkişaf etmişdir. Fidi 

həmin dövrün ən qüdrətli heykəltəraşı olmuşdur. «Döyüşçü 

Afina», «Afina Parfenos», Olimpdəki məbəd üçün «Zevs» və s. 

onun  əsərləri sırasında mühüm yer tutur. Heykəltəraş Miron 

«Diskobol», heykəltəraş Poliklet qızıl və fil sümüyündən 

hazırladığı Heranın heykəli, Dorifor «Nizə atan», «Yaralı 

amazonka» və s. əsərləri ilə çox şöhrət qazanmışdır. Təsviri 

sənətdə Poliqnot və Apollodor maraqlı  əsərləri ilə diqqəti cəlb 

edir. Məbəd tikintisi çiçəklənmə dövrünü yaşayır. Olimpdə Zevsin 

məbədi, Afinada baş  məbəd Parfenon diqqətəlayiqdir. Sonralar 

məşhur Afina Akropolu öz əzəməti ilə seçilməyə başlanmışdır. 

Çiçəklənmə dövründən sonra böhran, tənəzzül dövrü gəlir. 

Əslində e.ə. IV əsr Yunan tarixində polisin böhranı tarixidir. Bu 

böhranın ilkin əlamətləri hələ Afina ilə Sparta arasında gedən 

Pelopennes müharibələri (431-404) dövründə meydana çıxmışdır. 

Yunan polisinin böhranı qanunauyğun bir hal idi. Əmtəə-pul 

münasibətlərinin inkişafı torpaq üzərində xüsusi mülkiyyətin 

yaranmasına, antik mülkiyyət forması şəhərlərin iqtisadi bazasının 



______________Milli Kitabxana_____________ 

 359


ləğvinə gətirib çıxardı. Bu dövrdə Makedoniya II Filippin və onun 

oğlu  İsgəndərin dövründə güclənməyə başladı. Kinik fəlsəfi 

məktəbi - Antisfen (e.ə. 450-360) Sinodlu Biogen (e. 414-323) 

inkişaf edirdi. Kinliklərə görə insan cəhdinin son məqsədi 

xeyirxahlıqdır. Böhran dövründə iki dahi filosof Platon (e.ə. 427-

348) və Aristotel (e.ə. 384-322) yaşayıb yaratmışlar. Platon 

Sokratın  şagirdi idi və onun ölümündən sonra Afinada xüsusi 

məktəbini-Akademiyanı yaratmışdı. Dünyanı idealist mövqedən 

izah edən Platon cəmiyyəti üç təbəqəyə bölürdü: 

1. hakimlər-filosoflar; 

2. hərbçilər; 

3. kəndlilər, sənətkarlar, tacirlər. 

Platonun  şagirdi Aristotel müəllimi öldükdən sonra öz 

məktəbini - Likeyi yaratmışdır. O, siyasət, biologiya, fizika, 

mexanika, botanika, riyaziyyat və s. dair əsərlər yazmışdır. 

Aristotelin təlimində forma və materiyanın qarşılıqlı münasibəti 

əsas məsələsidir. Forma başlanğıcıdır. O, formasız, ölü materiyaya 

müəyyənlik verir. Bu dövrdə natiqlik sənəti inkişaf etmişdir. 

Onların başında Demosfen (e.ə. 384-322) dururdu. IV əsrin  ən 

görkəmli tarixçilərindən biri Ksenofont (e.ə. 430-354) olmuşdur. 

«Anabasis», «Yunan tarixi» əsərləri ilə  hələ sağlığında böyük 

şöhrət qazanmışdı. Bu dövrdə teatr, heykəltəraşlıq da yüksək 

inkişaf etmişdir. 

Makedoniyalı  İsgəndərin (356-323) Şərqə yürüşü ellinizm 

mədəniyyətinin inkişafına imkan yaratmışdır. Bu dövrdə Arximed 

(e.ə. 287-212), Evklid (e.ə. III əsr), Eratosfen (e.ə. 276-194), 

Samoslu Aristarx (e.ə. IV-III əsr, Yerin öz oxu ətrafında 

fırlandığını göstərmişdir),  İsgəndəriyyəli Hipparx (e.ə. 180-125) 

və Heron (e.ə. I əsr) böyük elmi kəşflər etmişlər. Bu dövrdə bir 

sıra  şəhərlərdə  məşhur kitabxanalar yaranırdı. Onlardan ən 

məşhuru İsgəndəriyyə və Perqam kitabxanaları idi. Realist məişət 

komediyası ustası Menandr (e.ə. 343-291), eposu diriltməyə cəhd 

edən Rodoslu Apolloni (e.ə. 295-215), poema, himn, lirik şeirlər 

müəllifi Kallimax (e.ə. 310-240), idilliyanın banisi Feokrit (e.ə. 

IV-III  əsrlər), tarixçi Polibi (e.ə. 200-120), filosof Epikur (e.ə. 

341-270), Zenon (e.ə. 336-264) və b. böyük şöhrət qazanmışdır. 



______________Milli Kitabxana_____________ 

 360


Eklektizm, bir sıra cərəyanların birləşdirilməsi, etik istiqamət, 

sinkretizm, stoisizm və s. geniş yayılmışdır. Həmin dövr 

mədəniyyətin sintezi kimi tarixdə əvəzsiz rol oynamışdır. 

Ellin mədəniyyətinin  şərq mədəniyyəti ilə yaxinlaşmasi. 

İsgəndər öləndən sonra onun imperiyası parçalandı Makedoniyada 

Antiqonlar padşahlığı, Misir Ptolemeyləri çarlığı, Suriya 

Selevkilər çarlığı yarandı Yunanlar və makedoniyalılar  şərqə 

axışmağa başladılar.  Şərqin köhnə  şəhərləri böyüdü. Nil çay 

deltasında e.ə. III əsrdə salınmış  İsgəndəriyyə Misirin paytaxtı, 

dünyanın  ən zəngin  şəhəri oldu. Nil çayını  Qırmızı  dənizlə 

birləşdirən kanal çəkilmişdi Buradan başlanan karvan yolu İran 

körfəzinə, oradan da Hindistana gedirdi. İsgəndəriyyəyə Misirdən 

taxıl və papirus, Nubiyadan qızıl və fil sümüyü, Avropadan və 

Asiyadan müxtəlif mallar gətirilirdi  Şəhərin qarşısındakı Faros 

adasında 140 m hündürlüyündə mayak tikilmişdi. Bu dünyanın 

yeddi möcüzəsindən biri idi. İsgəndəriyyədə  dəbdəbəli padşah 

sarayları, gimnaziyalar, rəsədxana, kitabxana və s. var idi. Burada 

Musey, yəni muzaların ibadətgahı yerləşirdi. E.ə. III əsrin 

əvvəllərində yaradılmış musey antik dünyanın  əsas elm 

mərkəzlərindən biri idi. Burada görkəmli alimlər (Arximed, 

Evklid və b.), filosoflar, şairlər işləyib yaratmışdılar. Burada olan 

kitabxananın fondunda 700 min kitab var idi. Alimlər demək olar 

ki, elmin bütün sahələrində çalışırdılar. E.ə. 47-ci ildə 

İsgəndəriyyə kitabxanası yanmış, sonra bərpa edilmişdi. Eramızın 

391-ci ilində fanatik xristianlar kitabxananı dağıtmış, VII-VIII 

əsrlərdə ərəblər kitabxananı tamamilə məhv etmişdilər. 

Elmi  əsərlər  əsasən dana və quzu dərisindən düzəldilmiş 

perqament üzərində yazılırdı. Bu dəri Kiçik Asiyadakı Perqam 

şəhərində hazırlanırdı və şəhərin adı ilə adlanırdı. 

Beləliklə, e.ə. III-II əsrlərdə Aralıq dənizi sahillərində elm 

ən yüksək inkişaf səviyyəsinə çatmışdı. E.ə. III əsrdə 

İsgəndəriyyədə  məşhur alim, İsgəndəriyyə  məktəbinin ilk 

riyaziyyatçısı Evklid (e.ə. III əsr) çalışırdı. Evklid alqoritmi, 

Evklid fəzası, Evklid həndəsəsi onun adı ilə bağlıdır. Arximed 

(e.ə. 287-212) Siciliyadan buraya işləməyə  gəlmişdi. “Mənə 

dayaq nöqtəsi verin, yeri tərpədim”, “evrika” kəlamları onun adı 



______________Milli Kitabxana_____________ 

 361


ilə bağlıdır. Arximed qanununu o kəşf etmişdir. Sirakuz şəhərinin 

müdafiəsi zamanı II Pun müharibəsində öldürülmüşdür. 

Sadə dori üslubu dəbdəbəli padşah saraylarını memarlıq 

cəhətdən təmin etmirdi. E.ə. III-II əsrlərdə yaraşıqlı Korinf 

sütunları geniş yayıldı  İncəsənətdə insanın daxili aləmini açmaq, 

onu canlı göstərmək cəhdi  əsas yer tuturdu. Şərq incəsənət 

mərkəzlərindən biri Perqam şəhəri idi. Burada Olimp allahlarının 

Nəhənglər üzərində qələbəsini təsvir edən 140 m uzunluğunda, 2 

m hündürlüyündə relyef yaradılmışdı. Burada insan surətləri çox 

canlı təsvir olunmuşdur. 

Beləliklə, e.ə. III-II əsrlərdə yunan mədəniyyəti ilə  şərq 

mədəniyyətinin qovuşması  nəticəsində “ellin mədəniyyətin” 

yarandı. Bu mədəniyyətdə yunan və şərq mədəniyyətlərin ən gözəl 

xüsusiyyətləri öz əksini tapmışdır.  

Qədim Yunanıstanın görkəmli mədəniyyət xadimləri

 

E.ə. 525-456 



Dramaturq Esxil 

 500-431  Heykəltəraş Fidi 

 484-425  “Tarixin 

atası” Herodot 

 497-406  Dramaturq 

Sofokl 


 480-406  Dramaturq 

Evripid 


 460-395  Tarixçi 

Fukidid 


 430-355  Tarixçi 

Ksenofont 

 471-399  Filosof-idealist 

Sokrat 


 460-370  Filosof-idealist 

Demokrit 

 450-388  Dramaturq 

Aristofan 

 436-337  Natiq, yazıçı-publisist İsokrat 

 

427-347 



Filosof-idealist Platon (Əflatun) 

 384-322  Filosof 

Aristotel 

(Ərəstun) 

 341-270  Filosof-materialist 

Epikur 


 384-322  Natiq Demosfen 

 390-315  Natiq Esxin 

 370-334  Heykəltəraş Praksitel 

 342-292  Dramaturq 

Menandr 

 III 


əsrin ortaları Riyaziyyatçı Evklid 

 282-212  Riyaziyyatçı, fizik Arximed 

 III 

əsr Fizik 



Straton 

 

310-230 



Samoslu astronom Aristarx 

 275-208  Coğrafiyaşünas, astronom, riyaziyyatçı Erastofen 

 

Təqr. 300 



Təbib Herofil 

 200-120  Tarixçi 

Polibi 

 

 



 

 


______________Milli Kitabxana_____________ 

 362


 

______________Milli Kitabxana_____________ 

 363


 

______________Milli Kitabxana_____________ 

 364


 

 

 



______________Milli Kitabxana_____________ 

 365


 

 

 



______________Milli Kitabxana_____________ 

 366


 

 

 



______________Milli Kitabxana_____________ 

 367


 

 


______________Milli Kitabxana_____________ 

 368


 

 

 



______________Milli Kitabxana_____________ 

 369


 

 

 



______________Milli Kitabxana_____________ 

 370


 

 

 



 

______________Milli Kitabxana_____________ 

 371


 

 


______________Milli Kitabxana_____________ 

 372


 

 


______________Milli Kitabxana_____________ 

 373


 

 


______________Milli Kitabxana_____________ 

 374


 

______________Milli Kitabxana_____________ 

 375


 

 

 



______________Milli Kitabxana_____________ 

 376


 

 

 



 

______________Milli Kitabxana_____________ 

 377


 

______________Milli Kitabxana_____________ 

 378


 

 


______________Milli Kitabxana_____________ 

 379


 

______________Milli Kitabxana_____________ 

 380


 

 


______________Milli Kitabxana_____________ 

 381


 

______________Milli Kitabxana_____________ 

 382


 

 

 



______________Milli Kitabxana_____________ 

 383


 

 

 



______________Milli Kitabxana_____________ 

 384


 

______________Milli Kitabxana_____________ 

 385


 

______________Milli Kitabxana_____________ 

 386


 

______________Milli Kitabxana_____________ 

 387


 

 

 



 

______________Milli Kitabxana_____________ 

 388


Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin