Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu il tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix01.04.2017
ölçüsü2,24 Mb.
#13184
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

QƏDİM ÇİN MƏDƏNİYYƏTİ 

Şərqi-Çin düzənliyində Xuanxe və Yantszı çayları axır. Bu 

çaylar dağlardan başlayır və  dənizə tökülür. Gur yağışlar yağan 

zaman Xuanxe daşır və  ətrafı basır. Torpaq üzvi maddələrlə 

zənginləşir. Belə torpaqları  şumlamaq asan olurdu. Əhali bu 

məhsuldar torpaqlarda məskunlaşırdı.  

E.ə. II minillikdə Xuanxe çayı vadisində ibtidai icma 

quruluşu dağıldı, quldarlar, kəndli və qullar sinifləri və dövlət 

meydana gəldi. Əkinçilik, maldarlıq, sənətkarlıq inkişaf etdi. E.ə. 

VI-V əsrlərdə çinlilər dəmirdən istifadə etməyə başladılar. Çəltik 

becərilməsi genişləndi. Qədim Çin təsərrüfatında ipəkçilik xüsusi 

yer tuturdu. 

Çin hunların hücumuna məruz qaldı  və vahid Çin-

parçalandı. Kiçik dövlətlər yarandı. Onlar arasında müharibələr 

başlandı. E.ə. IV-III əsrlər Çün tarixində “vuruşan padşahlar” 

dövrü adlanır. E ə. III əsrdə Sin padşahlığı Çində  ən qüdrətli 

dövlət oldu. Çin hökmdarı İn-Çjen bütün Çini hakimiyyəti altında 

birləşdirdi. O, e.ə. 221-ci ildə özünü Sin-Şi-Xuandi adlandırdı və 



______________Milli Kitabxana_____________ 

 319


bu da “Birinci Sin imperatoru” deməkdir. Beləliklə, vahid və 

mərkəzləşdirilmiş Çin dövləti yarandı. Sin-Şi-Xuandi hunların 

hücumundan müdafiə olunmaq üçün ölkənin  şimalında Böyük 

Çin. səddi çəkdirməyə başladı. Səddin üstündə beş araba yanaşı 

gedə bilərdi. Bu tikinti fasilələrlə min il davam etmişdi. Səddin 

uzunluğu 5 min km-dən çox, hündürlüyü isə 6.6 m, bəzi yerlərdə 

10 m idi. 

Çindən qərbə gedən “Böyük ipək yolu” bütün Asiyanı yarıb 

keçir, Aralıq dənizinə doğru uzanırdı. “Böyük ipək yolu” e.ə. II 

əsrdə kəşf edilmişdir. 

Çin yazısında heroqliflərdən istifadə olunurdu. On minlərlə 

heroqlif var idi. Çinlilər yazı materialı kimi bambuk 

lövhəciklərdən, ipək parçadan istifadə edirdilər. Eramızın 

başlanğıcında çinlilər cındırdan, ağac qabığından, bambukdan 

kağız düzəltdilər. Kağız ucuz başa dəlirdi. Çində biliklər yüksək 

inkişaf etmişdi.  Əkinçilərin səma cisimlərinin müşahidəsi 

nəticəsində astronomiya elmi yaranmışdı. Çinlilər yeri nəhəng 

yumurta  şəklində  təsəvvür edirdilər. Onlara görə yer yumurta 

sarısı, göy isə qabığıdır, göy cisimləri ona bərkidilib. Onlarla 

birlikdə göy Yer ətrafında fırlanır. 

Kənd təsərrüfatına aid əsərlərdə torpağı becərmək və 

suvarmaq, ipək qurdu bəsləmək, çay kollarını becərmək 

qaydalarından bəhs olunurdu. Çay sözü Çin mənşəlidir. Əvvəllər 

xəstənin qüvvəsini mühafizə edən dərman kimi işlənmiş, sonralar 

isə içki kimi istifadə olunmuşdur. Dəniz səyyahlarının və karvan 

başçılarının müşahidəsindən coğrafiya elmi yarandı. Uzaq 

səyahətlərə çıxanlar kompas ixtira etmişlər. E.ə. II əsrdə və birinci 

əsrin  əvvəllərində yaşamış Çin tarixçisi Sıma Tsyan ən qədim 

dövrdən ömrünün sonuna qədər olan dövrü əhatə edən “Tarixi 

qeydlər”  əsərini yazmışdır. O, hər bir hadisəni düzgün yazmağa 

çalışmışdı. Elə buna görə  də o, padşah tərəfindən 

cəzalandırılmışdı. 

Çin e.ə. VII əsrdə yaranmış Vyetnam dövləti ilə  əlaqə 

saxlayırdı. Çinlə qərb ölkələri arasında əlaqə zəif inkişaf etmişdi. 

Çində kağızın istehsalı, çaydan istifadə, ipək istehsalı, kompasın 

ixtirası yüz illərlə avropalılara məlum olmamışdır. 



______________Milli Kitabxana_____________ 

 320


Qədim Çin mədəniyyəti müxtəlif sahələrdə inkişaf etmİşdİ.  

 

Din ilə bağlı  təsəvvürlər öz əksini  əfsanələrdə tapmışdı. 



Qədim Çin əfsanələri e.ə. VI əsrdən başlayaraq yazıya 

köçürülmüşdü.  Əfsanələrə görə, ilk əvvəl qarma-qarışıq Aləm 

(materiya) mövcud imiş. Sonra bu aləmdən işıq və qaranlıq 

bildirən ünsürlər ayrılmışdı. Birinci kişi, ikinci qadın xəttini təmsil 

edirmiş. Dünyanın möcüzə yolu ilə də yaranması əfsanələrdə əks 

olunmuşdur. Quraqlıq göydə yeddi günəşin peyda olması ilə 

əlaqələndirilir.  Əfsanədə ilahə  tərəfindən insanın gildən 

yaradılması aşılanır. Daşqın və onun faciəvi nəticəsi, quraqlıq və 

ondan doğan aclıq, qəhrəman adamlar və onların cəsurluğu 

əfsanələrin başlıca mövzusunu təşkil edir. Digər qədim  Şərq 

əfsanələrində olduğu kimi, daşqın allahın qəzəbi kimi qələmə 

verilir. 

Qədim çinlilər  əcdadlara və axirət dünyasına inanırdılar 

Konfusi təliminin yayılması  əcdadlara sitayişi möhkəmləndirdi 

və  səmaya sitayişi genişləndirdi. Səma allahı  təcəssüm edirdi. 

Allaha (di) inam tədricən səma ibadətinə çevrilmişdi. II-III 

əsrlərdə Çində Buddizm yayıldı. Qədim çinlilərin təsəvvürünə 

görə ilk Budda sutraları Çinə ağ at üstündə gətirilmişdi. 

Qədim Çin erkən yazı növləri "fal kitabələrində"  əks 

olunmuşdur.  İn dövründə inkişaf etmiş heroqlif yazı forması 

mövcud idi. İn dövrünün yazı növü müasir Çin heroqliflərindən 

o qədər də fərqlənmir. Xan dövründə yazı daha da təkmilləşir. 

Ən qədim Çin nəzm  ədəbiyyatı e.ə. XI-VI əsrlərə aid tunc 

qablar üzərində  əks olunmuşdur. "Şiszin"  əsəri 305 poetik 

hissədən ibarətdir. Bu, qədim Çin poeziyasının qiymətli əsəridir. 

Qədim Çində musiqi, memarlıq, təsviri incəsənət geniş inkişaf 

tapmışdı. Elmi biliklərin meydana gəlməsi praktiki tələbatdan 

doğurdu. Xüsusilə riyaziyyat inkişaf etmişdi. E.ə. II əsrdə 

"Doqquz kitablı riyaziyyat" adlı traktat tərtib olunmuşdu. Bu 

kitab torpaqölçənlər, astronomlar, məmurlar və b. üçün zəruri 

vəsait idi. Astronomiya və  təqvim sahəsində irəliləyiş vardı. II 

əsr astronomu və riyaziyyatçısı Çjan Xenin əsərində 124 ulduz 



______________Milli Kitabxana_____________ 

 321


bürcü barədə  məlumat verilmişdir. Planetlər üzərində müşa-

hidələr aparılırdı. E.ə. 104-cü ildə ilin davamiyyəti hesablandı. İl 

365.25 günə  bərabərləşdirildi. Bu yeni təqvim 85-ci ilə  qədər 

tətbiq olundu. Bu təqvimə görə il 12 aydan ibarət idi. Təbabət 

inkişaf edirdi. Hələ e.ə. IV-III əsrlərdən iynəbatırma ilə müalicə 

metodundan istifadə edirdilər. Təbabətə aid əlyazmaların birində 

52 xəstəliyin (məsələn, qıcolma,  əsəb pozğunluğu, qızdırma, 

yırtıq, qadın və  uşaq xəstəlikləri və s.) 280 müalicə üsulu 

göstərilirdi. Çin qədim tarixi, mədəniyyəti, fəlsəfəsi olan bir 

ölkədir. Hələ e.ə.  Şan-in dövlətində  təsərrüfatda quldarlıq 

münasibətləri hökm sürürdü. Döyüşlərdə  əsir tutulan qul 

əməyindən  əsasən maldarlıqda, müəyyən qədər  əkinçilikdə, 

həmçinin ev təsərrüfatında və tikintidə istifadə olunurdu. Həmin 

dövrdə  əkinçilikdə qan qohumluğuna  əsaslanan icmalar 

(patronimiya) mühüm rol oynayırdı.  Şan-İn dövründə  və onun 

yerinə  gələn Çjou sülaləsi dövründə dini-mifoloji dünyagörüşü 

hökm sürürdü. Artıq qeyd etdiyimiz kimi, Çin miflərinin 

fərqləndirici cəhətlərindən biri oradakı allahların və ruhların 

zoomorf xarakteri idi. Ona görə  də  qədim Çin allahları 

heyvanlar, quşlar, balıqlar ilə çox oxşar idi və əksəriyyəti yarım 

heyvan və yarım insan şəklində  təsvir olunurdu. Həmin 

panteonda əsas yeri Şan-Di tuturdu. Bütün allahlar və ruhlar ona 

tabe idi. Onun iradəsi qarşısında külək, yağış, bulud və  şimşək 

ruhları aciz hesab olunurdular. Lakin Şan-di təkcə baş allah 

olmayıb, qədim çinlilərin təsəvvürünə görə onların əcdadları və 

hamiləri idi. Miflərə görə İn tayfasının əcdadı Şan-di olmuşdur. 

Çox vaxt Şan-di obrazında səmanın  şəxsləndirilmiş ilahi 

qüvvəsi təcəssüm tapırdı. Qədim çinlilər belə hesab edirdilər ki, 

dünyada hər  şey Səmanın iradəsindən asılıdır və eyni zamanda 

«səmanın iradəsi» fala baxmaq və digər  əlamətlərlə müəyyən 

edilir. Dini-mifoloji təsəvvürlər icma əyanlarının ağalığı sistemini 

təbliğ edirdi. Hakim öz təbəələri qarşısında səma oğlu kimi 

tanınırdı. Qədim çin dinlərində  əcdadlara, qəhrəmanlara etiqad 

mühüm yer tuturdu. İnsanların ruhlarla və  əcdadlarla «əlaqəsi» 

çox ciddi şəkildə nizamlanaraq nəzarət altında saxlanılırdı. 

İnsanlarla allahlar və ruhlar arasında birinci vasitəçi hökmdar özü 



______________Milli Kitabxana_____________ 

 322


idi. 

Miflərdə  əcdadlar kultunda və totemizmdə  cəmiyyətin 

qəbilə-tayfa təşkilinin əlaqələri öz əksini tapmışdır. Mifologiyada 

dünyanın, təbiətin yaranmasının öz izahı, şərhi mövcud olmuşdur. 

Ən qədim dövrlərdə, nə  səmanın, nə  də yerin olmadığı dövrdə 

kainat formasız qaranlıq xaos kimi təsəvvür edilirdi. Bir mifə 

görə, həmin formasız qaranlıqda iki ruh (yaxud allah) - İn və Yan 

yarandı və onlar dünyanı qaydaya salmağa başladılar. Sonralar, bu 

ruhlar bir-birindən ayrıldılar. Yan ruhu səmanı,  İn ruhu isə yeri 

idarə etməyə başladı. Belə hesab edilir ki, onlar qaranlığın kobud 

hissəciklərindən heyvanları, quşları, balıqları  və digər canlıları, 

yüngül hissəciklərdən isə insanları yaratmışlar. Digər mifə görə 

isə insanlar allah Fu-si ilahə Nyuyva tərəfindən yaradılmışdır. 

Üçüncü bir mifə görə isə ilk mifik insan Panqu balta ilə qaranlığa 

zərbə endirir və  nəticədə bütün yüngül və  təmiz olanlar yuxarı 

qalxan səmanı yaradırlar, ağır və çirkli şeylər isə aşağı enərək yeri 

yaradır. 

Kainatın mənşəyi haqqımda miflərdə naturfəlsəfənin ilk, 

qaranlıq və bəsit də olsa belə rüşeymləri görünür. Hakim mifoloji 

şüur (təfəkkür) e.ə. birinci minilliyə qədər hökm sürmüşdür. 

İbtidai icma cəmiyyətinin dağılıb öz yerini yeni bir 

cəmiyyətə verməsi nəticəsində belə miflər aradan çıxmadı. Bir 

sıra miflər qədim Çin kosmoqonik konsepsiyalarının tərkib 

hissəsinə çevrilmişdir. Bu, hər şeydən əvvəl, İn və Yan ruhlarına  

dair yayılmış miflərə aiddir. Artıq  İn və Yan kainatın yaranması 

və inkişafında mühüm rol oynayan qüvvələrə çevrilirlər. 

Bir sıra mifoloji obrazların sonrakı  fəlsəfi traktatlarda 

mühüm yer tutması heç də  təsadüfi deyildir. E.ə. V-III əsrlərdə 

yaşayan filosoflar tez-tez miflərə müraciət edirdilər. Onlar həqiqi 

idarəçilik və insanın düzgün davranış normaları haqqında öz 

konsepsiyalarmı yaratmaq üçün miflərdən istifadə edirdilər. 

Bununla yanaşı, konfusiçilər miflərin tarixiləşməsini həyata 

keçirirlər. Buraya qədim miflərin süjet və obrazlarım mifdən azad 

edib, tarixi don geydirmək də daxildir. «Qədim Çin mifləri» 

kitabının müəllifi Yuan Ke yazırdı ki, konfusiçilərin əsas məqsədi 

bütün mifoloji personajların hərəkətlərini insaniləşdirmək idi ki, 



______________Milli Kitabxana_____________ 

 323


bu da miflərin tarixiləşməsi kimi başa düşülməlidir. Mifoloji 

əfsanələri öz təlimlərinə uyğunlaşdırmağa cəhd edən konfusiçilər 

ruhların insanlara çevrilməsinə çox səylə girişmiş, miflərin və 

əfsanələrin rasional izahı üçün də az iş görməmişlər. 

Burada miflər  ənənəvi tarixin bir hissəsinə çevrilmişdir. 

Bambuk lövhələrə mifləri köçürərkən onun ilkin mənası  təhrif 

edildiyindən, insanlar ancaq yazılanlara inanmağa başladılar. 

Tədricən isə ağızdan-ağıza keçən miflər unudulmağa başladı.  

Nəticədə səmərələşdirilmiş miflər fəlsəfi ideya və təlimlərin 

tərkib hissəsinə çevrilmiş, miflərin personajları isə konfusi 

təlimlərinin təbliğində istifadə edilən tarixi şəxsiyyətlər kimi çıxış 

etmişlər. Xüsusilə mifik padşahlar Yao Şun, Yuy qədim dövrün 

ideal hakimlərinə çevrildilər. Onların hakimlik dövrü isə Çin 

tarixinin «Qızıl əsri» elan edildi. Amansız və qəddar hökmdarlar 

Tsze, Çjou obrazları da uyğun  şəkildəyişməyə  məruz qalıbdır. 

Onlar Yao, Şun və Yuyun antipoduna - tiranlara çevrilmişlər. 

Bütün bunlar miflərdə öz əksini tapmış, xalq ənənələrindən hakim 

sinfin mənafeyinə uyğun şəkildə istifadə etmək məqsədinə xidmət 

etmişdir. Qədim dövrün bütün fəlsəfələrinin tarixi sübut edir ki, 

qəbilə-tayfa quruluşunun mifoloji baxışları elmi biliklərin 

yaranması prosesinə böyük təsir göstərmişdir. Fəlsəfə öz 

bünövrəsini mifoloji təsəvvürlər zəminindən götürmüş, onun 

materialından  əsaslı  şəkildə istifadə etmişdir. Bu mənada qədim 

Çin fəlsəfəsi Çin mifologiyasından geniş  şəkildə  bəhrələnmişdir. 

Başqa xalqların fəlsəfəsi kimi mifologiya ilə  sıx bağlı olan Çin 

fəlsəfəsi bir sıra spesifik xüsusiyyətlərə malik olmuşdur. Bu 

spesifik xüsusiyyətlər Çin mifologiyasının öz spesifikasından 

doğur. Çünki Çin mifləri, hər  şeydən  əvvəl, keçmiş sülalələr 

haqqında, «Qızıl  əsr» haqqında tarixi əfsanələrin məcmusundan 

ibarətdir. «Şi tszin» «Dəyişikliklər kitabı», «Şi tszin» «Nəğmələr 

kitabı», «Şu tszin» «Tarix kitabı» və s. əksər hissələri qədim 

miflərə  əsaslanır. Bu əsaslanma isə bir sıra kitablar «Şi tszin»  

sübutu üçün ən nüfuzlu arqumentlər hesab olunur. Çin mifləri 

qədim çinlilərin dünya baxışmı  əks etdirən materiallarla o qədər 

də  zəngin deyildir. Ona görə Çin fəlsəfəsində naturfəlsəfə 

ideyaları mühüm yer tutmamışdır. Lakin başlanğıc haqqında, 



______________Milli Kitabxana_____________ 

 324


«böyük hüdud haqqında» - in və yan qüvvələri haqqında, hətta 

dao təlimi öz mifoloji və qədim çinlilərin səma, torpaq haqqında 

bayağı dini baxışlarından götürür. 

Əsasında in və yan qüvvələri duran kosmoqonik 

müddəalarla yanaşı, «beş ilkin stixiya» ilə əlaqədar olan sadəlövh 

materialist konsepsiyalar da yaranıb inkişaf etmişdir. Təbiət 

qüvvələrinin canlı  şəkildə ilkin qavranılması  cəhdləri qədim Çin 

mütəfəkkirlərini bir-biri ilə qarşılıqlı  şəkildə  əlaqədar olan ilkin 

başlanğıclar - su, metal, torpaq, ağac kimi ünsürləri qəbul etməyə 

gətirib çıxarmışdır. Səma 5 ilkin başlanğıcı yaratmış, xalq onların 

hamısından istifadə edir. Onlardan biri məhv edilərsə, həyat qeyri 

- mümkün olar». 

«Şu Tszin» kitabının «Xun fan» («Böyük plan») fəslində 

deyilir: «Birinci başlanğıc - su, ikinci - od, üçüncü - ağac, 

dördüncü - metal və beşinci - torpaqdır. Su - yaş olub, üzü aşağı 

axmalıdır; od - yanmalı  və yuxarı yüksəlməlidir; ağac - əyilməli 

və düzəlməlidir; metal - xarici təsirə tabe olmalı və dəyişilməlidir. 

Torpaq o vaxt özünü təzahür etdirir ki, əkilir və məhsul verir. 

Yaş olub üzü aşağı axan duzu olanı yaradır. Yanan və yuxan 

qalxan acı yaradır;  əyilən və düzələn isə turş olam yaradır; tabe 

olan və  dəyişilən isə  kəskin (iti) olanı yaradır;  əkini qəbul edib 

məhsul verən isə şirin olanı yaradır». 

Əvvəllər in və yan qüvvələri və 5 ilk başlanğıc səma ilə 

(ruhlarla)  əlaqədar idi. Lakin xeyli müddətdən sonra Tszou Yan 

dini təsəvvürlərlə bağlı olan bu naturfəlsəfə sxemində  əlaqəni 

kəsir. Artıq bu zamanlar təbiət və  cəmiyyətdəki baş verən 

dəyişikliklərin müşahidəsi ümumi yaranma və dəyişilmə haqqında 

fikirlərin formalaşmasına  əsas vermişdir. Bu fikir olduqca dəqiq 

şəkildə  «İ-tszin» (e.ə. VIII-VII əsrlər) adlı  mətndə öz əksini 

tapmışdır. Kitabın adı da belə idi: «Dəyişikliklər haqqında traktat 

(kitab)». «İ-tszin» qrafik simvollardan və onların izahından 

ibarətdir. Onun əsasında 8 triqram durur. Tszian (səma), çen 

(dağ), li (od), çjen (ildırım), su-yun (külək, ağac), duy (nohur, 

hovuz), gün (torpaq), kan (su) həmin səkkizliyə daxil idi. Bu 

triqramlar  əslində o predmet və hadisələri ifadə edirdi ki, qədim 

çinlilər onlarla gündəlik praktikada rastlaşırdılar və xaosdan onları 



______________Milli Kitabxana_____________ 

 325


ayıra bilmək qabiliyyəti onların dünya baxışma xas idi. Nəticədə 

triqramın maksimum mümkün uyğunlaşdırılmış 64 heksaqram və 

64 qrafik simvolu yaranmışdır. Hər bir simvol və  hər bir 

heqsaqram müəyyən dərəcədə uzlaşdırılmış üfqi xətlərdən 

fasiləsiz - yan və fasiləsiz – in-dən ibarətdir. Məsələn, birinci 

heqsaqram tsayan (yaradıcılıq), ikinci heqsaqram gün (ifa edilmə) 

müxtəlif xətlərlə ifadə olunur. Hər bir heksaqram gerçəkliyin 

müəyyən vəziyyətinin ifadəsi, mahiyyəti heksaqramda aşkarlanan 

müəyyən həyat durumunun ifadəsidir. «Dəyişikliklər kitabı»nın 

nəzəriyyəsinə görə, bütün dünya vəziyyətlərin növbə ilə 

dəyişilməsindən ibarətdir. Bu dəyişilmə isə  işıq və qaranlıq 

qüvvələrinin qarşılıqlı təsirində meydana gəlir. 

«Dəyişikliklər kitabı»nın fikrincə, bir vəziyyətdən digərinə 

keçid varlığın dinamikasını açmalı idi. «Dəyişikliklər kitabı» Çin 

mədəniyyəti tarixində böyük bir hadisə olub, qədim  şamanlar, 

saray adamları və mirzələr dairəsində yaradılıb yayılmışdır. 

«Dəyişikliklər kitabı»nın məzmunu və əhəmiyyəti haqqında 

müxtəlif baxışlar mövcuddur. Bir qrup «Dəyişikliklər kitabı»nı 

romantik kitab hesab edir; ikinci qrup o qədər də  əsassız 

olmayaraq belə hesab edir ki, burada mühüm fəlsəfi fikirlər 

tapmaq mümkündür. Üçüncü qrup bu kitabı məntiq dərsliyi sayır, 

dördüncü qrup mənəviyyatsız kitab hesab edir, beşinci qrup isə 

bunu fallik kosmoqoniya hesab edir və s.  

E.ə. VI-III əsrlərdə qədim Çinin ideya həyatında keyfiyyətcə 

yeni hadisələr meydana gəlməyə başladı. Həmin dövrdə Çinin 

iqtisadi və ictimai həyatında mühüm dəyişikliklər baş vermişdir. 

Torpaq üzərində xüsusi mülkiyyət bərqərar olur, yeni sənət 

sahələri yaranır, kənd təsərrüfatında yeni dəmir alət və əşyalardan 

istifadə olunur. Torpaqdan istifadə edilməsi üsulları 

təkmilləşdirilir. 

O dövrdə siyasi həyatda da mürəkkəb hadisələr baş 

vermişdir. Tsin, Çu, Tsi, Vey, Tszin, Çjao, Xan dövlətləri arasında 

müharibələrin ardı-arası  kəsilmir, dövlətlərin öz daxilində sosial 

partlayışlar baş verir. Vahid Çjou dövləti faktiki olaraq dağılır və 

bir sıra yerli hakimlər özlərini müstəqil elan etməyə çalışdılar. 

Onlar özlərini müstəqil elan edib, çox vaxt mərkəzi hakimiyyəti 



______________Milli Kitabxana_____________ 

 326


tanımırdılar. 

Dərin sosial gərginlik və ziddiyyətlər güclü ideoloji 

mübarizə ilə müşayiət olunurdu. Elə buna görə  də sosial-siyasi 

çaxnaşmalar dövründə belə Çində  mədəniyyət və  fəlsəfənin 

inkişafı dayanmır, əksinə daha da tərəqqi edirdi. 

Zadəganlar və məmurlar «Səma», «Tale» ideyasını daha da 

inkişaf etdirməyə  cəhd edirdilər.  Bu  da  təsadüfi deyildir. Çünki 

həmin ideya onların hakimiyyətinin saxlanılması üçün zəmanət 

verirdi. 

Aristokratiyaya qarşı müxalifət kimi formalaşan yeni sosial 

qruplar öz baxışlarını irəli sürərək səmaya etiqad ideyasına qarşı 

çıxırdılar. Onlar səma ideyasına tamamilə yeni bir məna və 

məzmun verməyə çalışırdılar. Həmin təlimlərdə tarixi təcrübənin 

düzgün anlaşılmasına cəhd edilir, idarəçiliyin «ideal qanunu» 

axtarılır, müxtəlif sosial qruplar arasında qarşılıqlı münasibətlərin 

yeni qaydaları irəli sürülür, ayrı-ayrı adamların və ölkələrin 

dünyada yeri müəyyənləşdirilir, insanın təbiətlə, (səma ilə), 

dövlətlə  və digər adamlarla münasibətlərini aşkarlamağa səy 

göstərilirdi. 

«Şi Tszin», «Şu Tszin» kimi ədəbi-tarixi abidələrdə 

bilavasitə adamların  əmək və ictimai tarixi praktikasını 

ümumiləşdirən müəyyən fəlsəfi ideyalara rast gəlmək 

mümkündür. Lakin Çin fəlsəfəsi və mədəniyyətinin çiçəklənməsi 

e.ə. VI-III əsrlərə  təsadüf edir. Ona görə  də  həmin dövrün Çin 

fəlsəfəsinin «qızıl dövrü» adlanması tamamilə həqiqətə uyğundur. 

Əslində elə  həmin dövrdə  fəlsəfi və sosioloji fikir haqqında 

mühüm  əsərlər o cümlədən, «Dao-de tszin», «Lun yuy», «Mo-

tszı», «Men-tszı», «Çjuan-tszı», «Quan-tszı», «Li-Tszi» və s. 

əsərlər yaranmışdır. Elə  həmin dövrdə öz konsepsiyası  və 

ideyaları ilə Lao-tszı, Konfusi, Mo-tszı, Çjuan-tszı, Men-tszı, 

Syun-tszı,  Şan-Yan və Xan Feyt-tszı kimi mütəfəkkirlər yaşayıb 

yaratmışlar. Elə  həmin dövrdə Çin fəlsəfə  məktəbləri - daosizm, 

konfusiçilik, moizm, legizm, naturfilosoflar yaranıb inkişaf 

etmişlər. 

Qeyd etmək lazımdır ki, Şan və Çjou sülalələri dövründə 

siyasi sistem getdikcə daha da təkmilləşdirilmişdir. Quldarlıq 



______________Milli Kitabxana_____________ 

 327


quruluşu inkişaf etdikcə quldar-aristokratların tanınmış  nəsilləri 

daha da zənginləşirdi.  Şan sülaləsi dövründə Tszin nəsli həmin 

aristokrat-quldurların başında dururdusa, Çjou sülaləsi dövründə 

hakim Tszi nəsli başda dururdu. Şan və Çjou vanları ali hakimlər 

hesab olunurdular. «Şi-tszin»də deyilir: «Bütün səma altında elə 

bir yer yoxdur vana məxsus olmasın, yerin sonuna qədər elə bir 

adam yoxdur ki, vanın qulu olmasın». Bütün bunlar bir daha sübut 

edir ki, Şan və Çjou sülalələri dövründə quldarlıq quruluşunun 

əsası torpaq və qullar üzərində dövlət mülkiyyəti, daha doğrusu 

hakimin mülkiyyəti təşkil edirdi. Şan və Çjou sülalələri dövründə 

ictimai həyat  şəraiti fəlsəfədə iki kəskin xüsusiyyəti bir-birindən 

fərqlənirdi.  İlk növbədə ideologiya sahəsində başlıca yeri dini 

ideologiya tuturdu. Şan sülaləsi dövründə  hər  şeyi yaradan baş 

ilahi  Şan li (ali imperator) hesab olunurdusa, Çjou sülaləsi 

dövründə isə «səma iradəsi» təsəvvürü hakim oldu. Bu dini 

təsəvvürlər quldarlar tərəfindən ağalıqlarını möhkəmləndirmək 

üçün mənəvi silah kimi istifadə olunurdu. Fəlsəfə din formasında 

işlənir və inkişaf etdirilirdi. Dini baxışlar cəmiyyətdə  əsas yeri 

tutur. 

Fal sümüklərindəki yazılarda səma ancaq «di», yaxud da 



«şandi» (allah) kimi verilir. Burada «tyan» (səma, allah) termini 

göstərilmir. «Tyan» heroqlifi «da» (böyük) kimi göstərilir. O isə 

səmanı ifadə etmirdi. Ancaq «Şanşu» kitabının «Pan Gen» 

fəslində səma termini - yan «şandi» və həmçinin «tyan» mənasını 

verir. Lakin söhbət təkcə terminologiyada deyildir. Əsas məsələ 

dövrün mahiyyətini ifadə edən baxışların məzmunundadır. 

İkincisi, fəlsəfə  Şan və Çjou sülalələri dövründə siyasi və 

əxlaqi təsəvvürlərlə  sıx  şəkildə bağlı idi. Quldarlıq cəmiyyətində 

hakim təbəqələr allahın adı ilə öz iradəsini aşağı  təbəqələrə 

yeritməyə çalışırdılar. Öz ağalığını möhkəmləndirməkdən ötrü 

quldarlar təkcə siyasi qüvvələrə deyil, həmçinin  əxlaqi 

kateqoriyalara da ehtiyac hiss edirdilər. Həmin kateqoriyalarda 

insanların cəmiyyətdə hüquq və  vəzifələri, pis və yaxşı  əməlləri 

öz  əksini tapmışdır. «Çjuan-tszı»  əsərinin «Səma altı» fəslində 

göstərilirdi ki, fəlsəfə bu dövrdə  səmanı başlıca - müsbət 

məziyyətli əsas hesab edirdi. Bu isə real tarixi şəraitə uyğun gəlir. 



______________Milli Kitabxana_____________ 

 328


Həmin fikir bir daha sübut edirdi ki, söhbət gedən dövrdə fəlsəfə 

din və əxlaq bir-biri ilə qırılmaz tellərlə bağlı idi. 

İn hakimi Pan-gen xalqı  xəbərdar edirdi ki, mənim üçün 

yaxım və uzaq fikri yoxdur. Kim cinayət törədirsə, ölümə 

məhkum olunacaq, kim xeyirxahlıq (yaxşılıq) edərsə, öz əməlinə 

görə  şöhrətləndiriləcəkdir. Deməli, burada hakimlik, yüksək 

nəsildən olmaq, qohumluq və s. əsas yerdə durmur, əsas yerdə 

əxlaqi normalar durur. Bütün bunlar bir daha göstərir ki, Şan 

sülaləsi xüsusilə Çjou sülaləsi dövründə artıq ibtidai, siyasi, əxlaqi 

fəlsəfə yaranmağa başlamışdır ki, bu barədə  də Çin 

mifologiyasında material tapmaq mümkündür. Öz məzmununa 

görə quldarlıq sinfinin əxlaqi etik normaları sürətlə 

mürəkkəbləşməyə başladı. Nəticədə  həmin normalarda hakim 

sülalənin mənafeyi ön plana çıxarıldı. Yəni Pan-Genin və sonrakı 

bir sıra hökmdarların dedikləri tezliklə unudulmağa başladı. 

Həmin xüsusiyyətlər təkcə  Şan və Çjou dövrünün 

fəlsəfəsinə xas olan cəhət deyildir. Təxminən bütün qədim Çin 

fəlsəfəsi siyasi-əxlaqi baxışlarla sıx  əlaqədar olmuş, həmin  əlaqə 

nəsli-iyerarxiya sistemi ilə bağlı olmuşdur. Bu əlaqə  təkcə 

quldarlıq dövründə deyil, feodal münasibətlərin dövründə  də 

mövcud olmuşdur. Mifoloji bazaya əsaslanan qədim Çin fəlsəfəsi 

elə əvvəldən siyasi-əxlaqi xarakter daşımışdır. 

Qədim Çin mədəniyyəti  əski dövrlərdən yazılı  mənbələrlə 

zəngin olmuşdur. Hələ e.ə. XV əsrdə Çində heroqlifik yazı sistemi 

mövcud olmuşdur. Burada 2 min-dən çox heroqlifdən istifadə 

olunmuşdur. Çinlilər uzun əsrlər boyu ipək üzərində natural 

rənglərlə yazmışlar. Bizim eraya yaxın onlar mürəkkəb və kağızı 

kəşf etdilər. Bu dövrdə heroqliflərin sayı üç mini ötdü. Bizim 

eranın ikinci əsrində 10 minə, III əsrdə isə on səkkiz minə çatdı. 

Rəssamlıq, sənətkarlıq və s. geniş inkişaf etmişdir.  İki-üç 

mərtəbəli evlərin tikilişi, büllur qablar istehsalı  və s. bu 

qəbildəndir. Məbədlər və qəsrlərin tikilişi davam etdirildi. E.ə. III 

əsrdə Çində külli miqdarda imperator sarayı tikilmişdir. 

Riyaziyyat, astronomiya, ulduz kataloqu, təbabət, musiqi 

alətləri və s. böyük inkişaf yolu keçmişdir. Qədim çinlilər oxlu 

texniki kəşflər etmişlər. Maqnit cihazı, kompasın ilk nümunəsi, su 



______________Milli Kitabxana_____________ 

 329


dəyirmanı, maşın-nasos və seysmoqrafiya çinlilərin adı ilə 

bağlıdır. Ən böyük tarixçi çox cildlik «Tarixi qeydlər»in müəllifi 

də çinli Sıma Syandır. Məşhur «Böyük Çin səddi» də  ən böyük 

memarlıq nümunəsidir. Hindistan dünyanın qədim sivilizasiya 

mərkəzlərindən biridir. Qədim Hindistan sivilizasiyası Misirin, 

Mesopotamiya və Yunan sivilizasiyalarından fərqlənir. Onun 

ənənələri bizim günlərə  qədər saxlanılaraq,  əslində çox cüzi 

dəyişikliklərə  uğramışdır. Arxeoloji qazıntıların aparılmasına 

qədər Misir, yaxud İraq kəndliləri öz əcdadlarının mədəniyyətləri 

haqqında, demək olar ki, heç nə bilmirdilər. Yunan əhalisi isə 

Perikl zamanındakı Afinanın  şöhrəti haqqında dumanlı 

təsəvvürlərə malik idi. Çin mədəniyyəti güclü inkişaf səviyyəsinə 

qədəm qoyaraq bütün sivilizasiyalar üçün müsbət nümunə kimi 

bugün də xüsusi əhəmiyyət və maraq kəsb etməkdədir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

______________Milli Kitabxana_____________ 

 330


 

 

 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin