Tarix və onun problemləri, №4 2014 17 ƏSMƏd muxtarova



Yüklə 1.21 Mb.
Pdf просмотр
tarix06.09.2017
ölçüsü1.21 Mb.

 

Tarix və onun problemləri, № 4 2014 

 

17 

ƏSMƏD MUXTAROVA 

Bakı Dövlət Universitetinin professoru, 

Türk xalqları tarixi kafedrasının müdiri 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

BAKI DÖVLƏT UNİVERSİTETİ 



“TÜRK XALQLARI TARİXİ” TƏDRİSİNİN MƏRKƏZİDİR 

 

Açar sözlər: Bakı Dövlət Universiteti, Türk xalqları tarixi, Tük xalqları tarixi kafedrası, 

Müstəqil Azərbaycan, milli kimlik 

Ключевые  слова:  Бакинский  Государственный  Университет,  История  тюркских 

народов,  Кафедра  истории  тюркских  народов,  Независимый  Азербайджан,  националь-

ная идентичность 

Keywords:  Baku  State  University,  The  history  of  Turkic  peoples,  Department  of 

History of the Turkic peoples, İndependent Azerbaijan, National identity 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Tarix elminin lazımlılığı haqda mübahisələr hər zaman və bütün cəmiyyətlərdə aktual 

müzakirə  mövzularından  biri  olmuş,  tarixə  yanaşmada  müxtəlif,  bir-birinə  tamamilə  zidd 

fikirlər  irəli  sürülmüşdür.  Məsələn,  XIX  –  XX  əsrlərdə  yaşamış  fransız  filosofu  Pol 

Valeritarixi“ alimlərin intellektual fəaliyyətinin ən təhlükəli məhsulu”hesab edirdi(1). XVIII – 



 

Tarix və onun problemləri, № 4 2014 

 

18 


XIX  əsrlərdə  yaşamış  Rusiya  tarixçisi  N.M.Karamzinin  fikirlərində  isə,  bunun  tamamilə 

əksini  görürük.  N.M.Karamzinə  görə:  “Tarix  xalqların  məişətinin  və  fəaliyyətinin  aynası; 

onların  adət-ənənələrin  məcmusu;  əcdadların  gələcək  nəsillərə  tövsiyəsi;  bu  günün  izahı, 

gələcəyin təxminidir. Başqa sözlə, tarixi müəyyən mənada xalqların müqəddəs, əsas və zəruri 

kitabı  hesab  etmək  mümkündür”  (2).  Müasir  dövrdə  tarixə  yanaşmada  daha  bir  fikir 

mövcuddur: tarix milli kimliyin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Bu baxımdan, 

uzun  illər  ərzində  əvvəlcə  çar  Rusiyasının,  sonra  isə  SSRİ-nin  tərkibində  olduğu  zaman 

kəsimində  milli  kimliyinin  unutdurulmasına  cəhd  edilmiş  türk  xalqlarının  tarixinin  tədqiqi, 

təbliği və tədrisi mühüm əhəmiyyətə malikdir. 

SSRİ-nin  ittifaq  respublikalarından  biri  olmuş  Azərbaycanda  türk  xalqlarının  tarixi 

ümumilikdə  “SSRİ  tarixi”  fənni  çərçivəsində,  çox  səthi  olaraq  keçilirdi.  Həm  də  qeyd 

edilməlidir  ki,  türk  xalqları  öz  adları  ilə  (yəni,  “türk  xalqları”  olaraq)  deyil,  azərbaycanlı, 

qazax,  qırğız,  özbək,  türkmən,  tatar  və  s.  adı  ilə  təqdim  olunurdular.  Sovet  dövlətinin  türk 

xalqlarının  milli  kimliyinin  unutdurulması  istiqamətindəki  siyasətinin  nəticəsidir  ki,  yeri 

gəldi-gəlmədi  türk  xalqlarına  “türkdilli  xalqlar”  deyilmişdir.  Bu  siyasətin  nəticəsidir  ki, 

günümüzdə  də  “türkoloq”  deyərkən,  yalnız  dilçilik  sahəsində  alimlər,  onların  tədqiqatları 

anlaşılır.  Maraqlıdır  ki,  hətta  günümüzdə  də  dövlətlərarası  səviyyədə,  ümumilikdə  dil 

məsələsinin  xatırlanmasına  ehtiyac  belə  hiss  edilmədiyi  yerlərdə  “türkdilli  dövlətlər”  sözü 

işlədilir. 

1992-ci  ilin  may  ayında  postsovet  məkanda  ilklərdən  biri  olaraq,  Azərbaycanda  Bakı 

Dövlət Universitetinin  Tarix  fakültəsində  “Türk xalqları  tarixi”nin  müstəqil fənn  kimi tədris 

olunması  haqda  qərar  qəbul  edildi  (3,  s.4-5).  Bu  məqsədlə  fakültə  Elmi  Şurasının  qərarı  ilə 

“Türk  və  Qafqaz  xalqları  tarixi”  (2012-ci  ildən  “Türk  xalqları  tarixi”)  kafedrası  yaradıldı. 

Hazırda həmin kafedranın müdiri türk xalqlarının qədim dövr - orta əsrlər tarixi və dövlətçilik 

tarixi  problemləri  üzrə  araşdırmaçı,  tarix  elmləri  doktoru,  professor  Əsməd  Muxtarovadır. 

Kafedranın  8  nəfərlik  professor-müəllim  heyəti  tərəfindən  türk  xalqları  tarixi  dövrlər  və 

müxtəlif problemlər üzrə tədris edilir (4). 

“Türk  xalqları  tarixi”  fənni  Tarix  fakültəsində  -  “tarix”,  “tarix  müəllimi”, 

“Qafqazşünaslıq”, “Amerikaşünaslıq” ixtisaslarında; Beynəlxalq Münasibətlər və İqtisadiyyat 

fakültəsində  “Beynəlxalq  münasibətlər”  ixtisasında;  Kitabxanaçılıq  və  İnformatika 

fakültəsində “Kitabxanaşünaslıq” ixtisasında tədris olunur. 

Fənn  çərçivəsində  hazırda  müstəqil  olan  türk  dövlətləri  (müstəqil  fənn  kimi  tədris 

olunan  “Azərbaycan  tarixi”  istisna  olmaqla)  ilə  bərabər,  digər  dövlətlərin  türk  subyektləri, 

həmçinin dövlət qurumu olmayan türk xalqlarının tarixi, başqa sözlə desək, bütünlükdə  türk 

dünyasının tarixi tədris edilir. Aşağıdakı məsələlərə xüsusi önəm verilir: 

 



Müasir  türk  dünyası  anlayışı  –  müstəqil  türk  dövlətləri  (6+1:  Türkiyə,  Azərbaycan, 

Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti); 

Rusiya Federasiyası (Volqaboyu, Şimali Qafqaz və Sibirdə) və Çin Xalq Respublikasının 

(Sintzyan Uyğur Muxtar Vilayəti) türk subyektləri; digər dövlətlərin tərkibində yaşayan 

türk  xalqları;  türk  diasporası.  Türk  dünyasının  problemləri  (krım  tatarları,  ahısxa 

türkləri, uyğurların problemləri; mövcud münaqişələr, təhlükəsizlik problemləri və s.) 

 

Türk xalqlarının dünya tarixində  yeri və rolu – türk xalqlarının dünya tarixinə, elminə, 



mədəniyyətinə  verdiyi  töhfələr;  tarixi  abidələri;  tarixdə  və  günümüzdə  tanınmış,  gör-

kəmli insanların, elm xadimlərinin türklər haqda fikirləri, onlara verdikləri dəyər və s.  

 

Tarix və onun problemləri, № 4 2014 

 

19 

 



Tarix  elmində  türk  xalqlarının  anayurdu  ilə  bağlı  nəzəriyyələr;  türk  xalqlarının  tarixini 

saxtalaşdırmaq cəhdləri və onların ifşası; türk xalqlarının tarixi üzrə mənbələr

 

Türk xalqlarının dövlətçilik tarixi; tarixdə mövcud olmuş türk dövlətləri; onlar arasında 



əlaqələr, problemlər; türk dövlətlərinin qonşu dövlətlərlə münasibətləri; 

 



Türk  xalqlarının  islamaqədərki  dini  inancları;  İslamın  türk  xalqlarının  ictimai-siyasi 

həyatında yeri və rolu məsələləri; 

 

Türk xalqlarının çar Rusiyasının və SSRİ-nin tərkibində olduğu dönəm tarixi; 



 

Türk xalqlarının hərb tarixi; dünya müharibələrində iştirakları məsələləri; 



 

Türk  xalqlarında  ictimai-siyasi  fikrin  inkişafı,  milli  mətbuat,  milli  ideologiyanın 



formalaşması; milli hərəkat tarixi; 

 



Türk xalqlarının mədəniyyət tarixi; 

 



Türk  xalqlarının  postsovet  dönəm  durumu.  Türk  dünyasının  müasir  beynəlxalq 

münasibətlər sistemində yeri, ümumdünya proseslərdə iştirakı və s. 

Mövcud  olduğu  22  il  ərzində  kafedra  əməkdaşları  tərəfindən  Azərbaycanda  türk 

xalqları  tarixinin  tədqiqi,  təbliği  və  tədrisi  istiqamətində  bir  sıra  mühüm  işlər  görülmüş,  bu 

işlər  nəticəsində  kafedra  sözün  həqiqi  mənasında  Respublikada  türk  tarixinin  tədqiqi  və 

tədrisinin  mühüm  mərkəzinə  çevrilmişdir.  Bunlardan  əhəmiyyətinə  görə  xüsusi  seçilən  bir 

neçəsini qeyd etməyi məqsədəuyğun hesab edirik.  

Kafedranın  professoru  Əsməd  Muxtarova  1999-cu  ildə  postsovet  məkanda  ilk  olaraq 

ümumiləşmiş “Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər)” dərsliyini hazırlayaraq nəşr 

etdirmişdir (5). Sonrakı illərdə dərslik düzəliş, əlavə və dəyişikliklərlə təkrar nəşr edilmişdir. 

Müəllif dərsliyin nəşrinə görə “Sara Xatun” mükafatına layiq görlmüşdür. 


 

Tarix və onun problemləri, № 4 2014 

 

20 


 

2003-cü  ildə  kafedranın  digər  professoru  Nisbət  Mehdiyeva  “Türk  xalqlarının 

tarixi.Yeni dövr (XIX – XX əsrin əvvəlləri)” dərsliyini hazırlayaraq nəşr etdirmişdir (6). 

Professor  N.Mehdiyevanın  həmçinin  Türkmənistan  və  Özbəkistanda  türkmən,  özbək, 

rus və ingilis dillərində məqalələri nəşr olunmuşdur: 

1.Достлук  гатнашыклары.  Совет  эдебияты.  Туркменистан  Языжылар  Союзынын 

органы, 1988, №4, с.173-175 (türkmən dilində) 

2.ХХ  асрнинг  60-80-йилларида  Озарбайджан-узбек  маданий  алокалари. 

MOZİDAN  SADO  (Эхо  истории).  Daşkənd,  2010,  №2-3,  s.74-75  (özbək,  rus,  ingilis 

dillərində). 

Prof.N.Mehdiyeva  2011-ci  ildə  Bakıda  “Türk  dünyası:  dünəni  və  bu  günü” 

mövzusunda  keçirilən  beynəlxalq  konfransda  “XIX  əsrin  birinci  yarısında  qazax    xalqının 

milli-azadlıq hərəkatı” adlı məruzə ilə iştirak edib: 

XIX  əsrin  birinci  yarısında  qazax    xalqının  milli-azadlıq  hərəkatı.  “Türk  dünyası: 

dünəni və  bu günü”.  23-24  may 2011-ci il. Beynəlxalq  elmi konfransın  materialları.  I c.  B., 

VİKTORİ, 2012, s.105-110. 

Ümumilikdə, 1992-ci ildən bu günə qədər kafedra əməkdaşları tərəfindən türk xalqları 

tarixinin müxtəlif istiqamətləri üzrə 13 proqram (7), 7 metodik vəsait (8), 3 dərs vəsaiti (9), 2 

dərslik,  2  monoqrafiya  (10)  hazırlanaraq  nəşr  etdirilmişdir.  (Diqqətə  çatdıraq  ki,  qeyd 

edilənlər  kafedra  əməkdaşlarının  birbaşa  türk  xalqları  tarixinə  aid  olan  işləridir.  Bunlardan 

əlavə, kafedra əməkdaşları tərəfindən Azərbaycan tarixi ilə bağlı çoxsaylı məqalələr, dərslikvə 

monoqrafiyalar hazırlanır – müəl. (11)). 

Tədris,  elmi-tədqiqat  işləri  ilə  bərabər  Türk  xalqları  tarixi  kafedrasında  gənc 

mütəxəssislərin  hazırlanması  istiqamətində  də  mühüm  işlər  görülür.  Magistratura  təhsil 

pilləsində “Türk dünyası tarixi” və “Regionşünas: Türkiyəşünaslıq” istiqamətləri üzrə magistr 

hazırlığı həyata keçirilir; fəlsəfə üzrə elmlər doktoru hazırlanması məqsədilə doktorantura və 

dissertantura  mərhələlərində iş davam etdirilir. Həmçinin tarix elmləri doktoru elmi dərəcəsi 

almaq məqsədilə elmi tədqiqatlar davam etdirilir.  

1992-ci  ildən  bu  günə  qədər  kafedrada  yerinə  yetirilərək  müdafiə  edilmiş  bir  neçə 

namizədlik və doktorluq dissertasiyalarının adlarını qeyd etmək istərdik: 

1.“Müstəqil  Azərbaycan  dövlətinin  formalaşmasında  və  möhkəmlənməsində  Heydər 

Əliyevin rolu” - İ.M.Hüseynova (2004, doktorluq dissertasiyası) 

2.“XIX-XX  yüzilliyin  başlanğıcında  Şimali  Azərbaycanda  nəqliyyatın  inkişafı”  - 

Q.Ə.Əliyev (2003, doktorluq dissertasiyası) 

3.“Orta Asiyada müstəqil türk dövlətlərinin yaranması və Türkiyə ilə qarşılıqlı əlaqələr 

(XX əsrin 90-cı illəri)” - N.A.Məmmədli (2005, namizədlik dissertasiyası) 

4.“Skif  problemi  rus  və  sovet  tarixşünaslığında  (tarixi-arxeoloji  tədqiqat)”  - 

A.Q.Hüseynova (2005, namizədlik dissertasiyası) 

5.“Azərbaycanın  müstəqil  türk  dövlətləri  ilə  siyasi  münasibətləri  (XX  əsrin  90-cı 

illəri)” - S.F.Ruintən (2007, namizədlik dissertasiyası) 

6.“XX  əsrin  sonu  -  XXI  əsrin  əvvəllərində  Cənubi  Qafqazda  separatizm”  – 

R.Ş.Hüseynov (2009, namizədlik dissertasiyası) 

7.“Türkiyə  -  ABŞ  münasidətləri  (1991-2007-ci  illər)”-  G.S.Əliyeva-Məmmədova 

(2009, namizədlik dissertasiyası) 

8.“Azərbaycan - Türkiyə idman-turizm əlaqələri (1991-2008-ci illər)” – E.C.İsmayılova 

(2014, namizədlik dissertasiyası)  



 

Tarix və onun problemləri, № 4 2014 

 

21 

Kafedra  əməkdaşları  tərəfindən  həmçinin  tələbələrin  elmi-tədqiqat  işlərinə  cəlb 

olunması  istiqamətində  mühüm  işlər  görülür.  Tələbələr  elmi-təqiqat  işlərinə  cəlb  edilir, 

məqalələr  yazır,  məruzələrlə  Universitet,  Respublika  və  beynəlxalq  səviyyəli  konfranslarda 

çıxış edirlər. Kafedrada magistrantlarin açıq elmi seminarlari keçirilir. Eyni zamanda kafedra 

əməkdaşlarının tələbələrlə birlikdə tarixi yerlərə ekskursiyaları təşkil olunur. 

Kafedra  əməkdaşları  müxtəlif  səviyyəli  beynəlxalq  konfrans,  simpozium,  seminar, 

proqram və layihələrdə iştirak edirlər. Dosent A.R.Göyüşov müxtəlif proqram və layihələrdə 

fəal iştirak edir: 2001-2004-cü illərdə Boxum Universitetinin Şərqşünaslıq İnstitutu tərəfindən 

həyata keçirilən «SSRİ və MDB-də İslam maarifçiliyi tarixi» adlı proqramın Azərbaycan üzrə 

tədqiqat  qrupunun  rəhbəri,  2005-2007-ci  illərdə  Fransız  Anadolu  Araşdırmalar  Mərkəzinin 

Azərbaycan üzrə tədqiqatçısı olmuşdur. Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) və 

Fransa  Xarici  İşlər  Nazirliyinin  Parisdə  ingilis  dilində  nəşr  etdirdiyi  "Mərkəzi  Avrasiya 

Xrestomatiyası"  adlı  tənqidi  biblioqrafiya  və  epistomologiya  jurnalının  Redaksiya 

Komitəsinin  üzvüdür.  Jurnalın  baş  redaktoru  məşhur  fransız  alimi  Stefan  Dudoignondur. 

2008-2011-ci illərdə Kaliforniya ştatının Los-Anceles Universitetinin (UCLA) dəvəti ilə ABŞ-

a  ezam  olunmuşdur  və  burada  "Qonaq  Professor"  vəzifəsində  çalışaraq  "Azərbaycan  dili, 

ədəbiyyatı, tarixi" və həmçinin "Türk xalqlarının müasir dövr tarixi" fənlərindən mühazirələr 

oxumuşdur. 

Kafedranın  digər  dosenti  S.Ruintən  2012/2013-cü  tədris  ilində  Türkiyənin  Uludağ 

Universitetində (Bursa) stajkeçmədə olub. Həmin vaxt ərzində Uludağ Universitetinin İqtisadi 

və  İdari  Bilimlər  Fakültəsi  Beynəlxalq  münasibətlər  bölümünun  “Siyasi  tarix”  kafedrası  ilə 

Bakı Dövlət Universitetinin Türk xalqları tarixi kafedrası arasında əməkdaşlığa başlanmışdır. 

Uludağ  Universitetinin  “Siyasi  tarix”  kafedrasının  müdiri  dosent  Barış  Özdal2013/2014-cü 

tədris  ilində  Türk  xalqları  tarixi  kafedrasının  dəvəti  ilə  Bakı  Dövlət  Universitetində  olmuş, 

Tarix  fakültəsinin  bakalavr  və  magistratura  təhsil  pilləsinin  tələbələri  üçün  mühazirələr 

oxumuşdur. Hazırda kafedralar arasında əməkdaşlıq davam etdirilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Tarix və onun problemləri, № 4 2014 

 

22 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Tarix və onun problemləri, № 4 2014 

 

23 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Kafedranın  dosenti  S.Ruintən  həmçinin  2009-cu  ilin  dekabr  ayında  Azərbaycanın 

Özbəkistandakı  səfirliyinin  dəvəti  ilə  Daşkənddə  diplomatiyamızın  90  illiyi  münasibətilə 

keçirilən tədbirdə “Müstəqillik illərində Azərbaycan – Özbəkistan münasibətləri” mövzusunda 

məruzə ilə çıxış etmişdir. Bundan başqa 11-13 iyun 2013-cü ildə Qırğızıstan – Türkiyə Manas 

Universiteti  “Türk  Uyarlığıve  Araştırma  Merkezi”ndə  (Bişkek,  Qırğızıstan)  “Azərbaycan 

Cümhuriyyətinin  müstəqil  türk  dövlətləri  ilə  münasibətləri”  mövzusunda  seminar  keçirmiş; 

2009-cu 

ildən  Türkiyədə  keçirilməsinə  başlanmış  “Uluslararası  Tarih  Eğitimi 

Sempozyumu”nda  məruzələrlə  iştirak  etmişdir  (“Günümüzdə  “Türk  tarixi”nin  tədrisi 

problemləri”  məruzəsi  ilə,  2009-Ərzurum,  Türkiyə;  “Tarih  derslerinin  milli  kimliyimizin 

oluşmasında rolü” məruzəsi ilə, 2012 - Trabzon, Türkiyə). 

2014-cü  ildə  kafedranın  dosentləri  I  Dünya  müharibəsinin  100  illiyinə  həsr  olunmuş 

elmi  konfrans  və  simpoziumlarda  məruzələrlə  iştirak  etmişlər.  A.Göyüşov  iştirak  etdiyi 

konfransın eyni zamanda Elmi Komitəsinin üzvü olmuşdur: 

1.Göyüşov  A.  -  Roma  La_Sapienza  Universitetində,  “Azərbaycan  Respublikası: 

müharibə və inqilablar arasında gözlənilməz müstəqillik” məruzəsi ilə; 

2.Ruintən  S.  –  Akdeniz  Universitetində  (Antalya,  Türkiyə),  “I  Dünya  müharibəsi  və 

Rusiya müsəlmanları” məruzəsi ilə. 

Kafedranın  əməkdaşları,  aspirant  və  dissertantları,  magistrantları  dəfələrlə 

Universitetdaxili  qrant  layihəsində  qalib  olublar.  Hazırda  həmin  layihə  çərçivəsində  Tarix 

fakültəsində  “Türk  xalqları tarixi fənninin tədris kabineti”nin  yaradılması istiqamətində işlər 

görülür. 

 

 

 



 

 

 



 

 

 



 

 


 

Tarix və onun problemləri, № 4 2014 

 

24 


 

 

 



Son olaraq  qeyd etmək istərdik ki,  yuxarıda dediklərimiz Bakı Dövlət Universitetinin 

Türk  xalqları  tarixi  kafedrasının  Respublikada  türk  tarixi  tədrisinin  mərkəzi  olması  haqda 

fikrimizi  əyani  şəkildə  təsdiq  edir.  Kafedranın  əməkdaşları  tədrislə  yanaşı  həmçinin  türk 

xalqlarının  tarixi  üzrə  elmi  araşdırmaları  da  davam  etdirir,  bu  sahədə  müəyyən  diqqətəlayiq 

uğurlara imza atırlar. Bu haqda gələcək məqalələrimizdə bəhs edəyəcəyik. Hazırki məqalədə 

isə  xüsusi  olaraq  qeyd  etmək  istərdik  ki,  Respublikada  türk  xalqları  tarixi  tədrisinin 

mərkəzinin  hazırda  95  illik  yubileyini  qeyd  etdiyimiz  Bakı  Dövlət  Universitetində  olması, 

fikrimizcə, təsadüfi deyil. Cümhuriyyətimizin əvəzsiz yadigarı, zəngin elmi-tədris ənənələrinə 

malik Universitetimiz onu yaradanların, həmçinin fəaliyyət göstərdiyi dönəmdə rastlaşdığı heç 

bir  çətinliyə  baxmayaraq  onu  yaşatmağı  bacaranların  adına  layiq  tədris  və  elm  ocağı  olaraq 

qalmaqdadır.Universitetimizin bundan sonra da fəxr edilə biləcək tədris və elm mərkəzi olaraq 

qalması isə bu gün Universitetdə çalışan və təhsil alan hər kəsdən, yəni hər birimizdən asılıdır. 

Bu vəzifənin öhdəsindən gəlmək üçün isə hər birimizin 95 yaşımıza uyğun müdriklik nümayiş 

etdirməsinin kifayət olacağını hesab edirik. YUBİLEYİMİZ MÜBARƏK!   

 

ƏDƏBİYYAT: 



1.Брандт М., Ляшенко Л. Введение в историю. Mənbə: 

http://www.gumer.info/bibliotek_Buks/History/Brandt/01.php(Baxılıb: 05.12.2014) 

2. КарамзинН.М.История государства Российского. Том 1. Mənbə: 

http://lib.ru/LITRA/KARAMZIN/karamz01.txt_with-big-pictures.html (Baxılıb: 05.12.2014) 

3.Azərbaycanın mühüm tədris və tədqiqat mərkəzi. Türk və Qafqaz xalqları tarixi kafedrasının 

10 illik yubileyinə həsr olunmuş məqalələr toplusu. Bakı, 2002. 

4.Türk xalqları tarixi kafedrası. Mənbə: 

http://history.bsu.edu.az/az/content/trk_v_qafqaz_xalqlari_tarx_kafedrasi_21 (Baxılıb: 

05.12.2014) 

5.Muxtarova Ə. Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər). Ali məktəb üçün dərslik. 

Bakı: 1999; Bakı: 2013. 


 

Tarix və onun problemləri, № 4 2014 

 

25 

6. Mehdiyeva N. Türk xalqlarının tarixi. Yeni dövr (XIX – XX əsrin əvvəlləri). Ali məktəb 

üçün dərslik. Bakı: 2003. 

7.Muxtarova Ə. Türk xalqlarının tarixi (qədim və orta əsrlər). Bakı, 1993; Mehdiyeva N. 



Rusiya imperiyası tərkibindəki türk xalqlarının tarixi. Yeni dövr. 1800-1917-ci illər. Bakı, 

1993; Məmmədov İ. Hunlar. İxtisas kursunun proqramı. Bakı, 1995; Усейнова Г. 



Программа курса истории тюркских народов (1917-1996). Баку, 1998; Göyüşov A. 1917 

– 1920-ci illərdə Rusiya imperiyası ərazisində yaşayan türk-müsəlman xalqlarının milli-

azadlıq hərəkatı.Seçmə kurs proqramı. Bakı, 1999; Исмайлова С. Культура народов 

Средней Азии в средневековье (V-XVIIIвв.). Баку, 2000; Muxtarova Ə., Mehdiyeva N., 

Göyüşov A. Türk xalqları tarixi (qədim dövrlərdən müasir dövrə qədər). BDU-nun Tarix 

fakültəsində tədris edilmək üçün Vahid proqram. Bakı, 2002; Muxtarova Ə. Türk xalqlarının 

dövlətçilik tarixi (qədim dövr və orta əsrlər). Magistratura təhsil pilləsi üçün proqram.Bakı, 

2002; Mehdiyeva N. Türk xalqlarının mədəniyyəti (XIX – XX  əsrin əvvəlləri). Magistratura 

təhsil pilləsi üçün proqram.Bakı, 2002; Ruintən S. Türk xalqları tarixi. Kənar fakültələrdə 

tədris edilmək üçün proqram. Bakı, 2008; Muxtarova Ə. Qafqaza türk axınları. Magistratura 

təhsil pilləsi üçün proqram.Bakı, 2008; Mehdiyeva N. Mərkəzi Asiya və Qazaxıstan, 

Volqaboyu, Sibir və Krımda ictimai-siyasi vəziyyət (XIX – XX əsrin əvvəlləri). Magistratura 

təhsil pilləsi üçün proqram.Bakı, 2009; Mehdiyeva N. Mərkəzi Asiya – Rusiya münasibətləri 



(XIX – XX əsrin əvvəlləri). Bakalavr hazlrlığı üçün ixtisas kursunun proqram.Bakı, 2013. 

8.Muxtarova Ə. Türk xalqlarının tarixi (qədim və orta əsrlər). 2 cilddə. Bakı, 1994; 

Mehdiyeva N. Rusiya imperiyası tərkibindəki türk xalqlarının tarixi. Yeni dövr. 1800-1917-ci 

illər. Bakı, 1994; Mehdiyeva N. Türk xalqlarının tarixinə dair metodik materiallar (metodik 

tövsiyələr). Bakı, 1994; Məmmədov İ. Hunlar. İxtisas kursuna aid metodik vəsait. Bakı, 1995; 

Сеидова Т. История тюркских народов. Новое время. 1800-1917 гг. Баку, 1998; Göyüşov 

A. Rusiyada monarxiyanın süqutundan SSRİ-nin yaranmasına qədər olan dövrdə türk-

müsəlman xalqlarının milli-azadlıq mübarizəsi. Metodik vəsait. Bakı, 2002; Ruintən S. Türk 

xalqları tarixi (yeni və müasir dövrlər). Bakalavr təhsil pilləsində tədris üçün. Bakı, 2012. 

9.Muxtarova Ə. Türk xalqlarının dövlətçilik tarixi (qədim dövr və orta əsrlər). Magistratura 

təhsil pilləsi üçün dərs vəsaiti. Bakı, 2002; Məmmədov İ. Hunlar. Magistratura təhsil pilləsi 

üçün dərs vəsaiti. Bakı, 2002; Ruintən S. XX əsrin sonu – XXI əsrin əvvəllərində Mərkəzi 



Asiyanın türk dövlətləri dünya dövlətlərinin maraqları sistemində.“Türk dünyası tarixi” 

ixtisası üzrə magistratura təhsil pilləsində tədris üçün dərs vəsaiti. Bakı, 2014. 

10. Ruintən S. Azərbaycan türk dövlətləri ilə siyasi əlaqələr sistemində (XX əsrin 90-cı illəri). 

Bakı, 2005; Məmmədli N. Mərkəzi Asiyanın türk dövlətləri və Türkiyə (XX əsrin 90-cı illəri). 

Bakı, 2005. 

11.Mehdiyeva N. Azərbaycan Yaradıcılıq İttifaqlarının mədəniyyətin inkişafı sahəsində 



fəaliyyəti (1960-1980-ci illər). Bakı, 2014 (monoqrafiya); İsmail bey Zardabli. The history of 

Azerbaijan (from ancient times to the present day) London, 2014 (textbook for the higher 

educational institutions); Göyüşov A. Azərbaycanda ittihadçılıq. Bakı, 1997; yenə onun. 



1917-1920-ci illərdə Şimali Qafqaz Dağlılarının azadlıq uğrunda mübarizəsi. Bakı, 2000. 

 

 



 

Tarix və onun problemləri, № 4 2014 

 

26 


АСМАД МУХТАРОВА 

профессор Бакинского Государственного Университета

заведующая кафедрой Истории тюркских народов 

 

БАКИНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ - 



ЦЕНТР ОБУЧЕНИЯ «ИСТОРИИ ТЮРКСКИХ НАРОДОВ» 

 

В статье указывается, что после распада СССР в Азербайджане, одним из первых 



в Бакинском Государственном Университете была создана кафедра Истории тюркских 

народов. За годы существования сотрудниками кафедры были подготовлены и изданы 

программы,  методические  и  учебные  пособия,  учебники  по  различным  периодам  и 

проблемам тюркских народов; выполнены кандидатские и докторские диссертации. На 

кафедре  также  ведется  работа  по  подготовке  кадров  по  истории  тюркских  народов. 

Подводя итог всей проделанной работы, можно с уверенностью утвердить, что кафедра 

Истории  тюркских  народов  Бакинского  Государственного  Университета  является 

центром обучения истории тюркских народов в Республике и, по мнению автора, это не 

случайно. 

 

ASMED MUKHTAROVA 



Professorof Baku State University, 

Head of the Departmentof Historyof the Turkic peoples

 

 

BAKU STATE UNIVERSITY İS A 

"HISTORY OF TURKIC NATIONS" FOR TRAINING CENTER

 

 

 



After  the  collapse  ofthe  Soviet  Unionin  Azerbaijan,  one  of  the 

firstin  theBaku  State 

University  wasestablished  the  Department  of  History  ofthe  Turkic  peoples.  For  years  of 

existence  the  staff  of  the  Department  have  been  prepared  and  published  programs,  teaching 

and  learning  aids,  text  books  for  various  periods  and  problems  of  the  Turkic  peoples;  made 

candidate  and  doctoral  dissertations.At  the  departmentwork  is  also  underway  on  the 

preparation  frames  on  the  history  ofthe  Turkic  peoples.  To  summarizeall  this  work,  we  can 

confidently  affirmed  thatthe  Department  of  Historyof  the  Turkic  peoplesof  Baku  State 

Universityisa center of learningthe history ofthe Turkic peoplesin the country and according to 

the author, this is not accidental. 



 

 

Rəyçilər: t.ü.f.d. S.Ruintən, t.e.d. Q.Əliyev 

 

BDU-nun Tarix fakültəsi “Türk xalqlarının tarixi”  kafedrasının 3 dekabr 2014-cü il 

tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №3). 

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə