Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu il tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix01.04.2017
ölçüsü2,24 Mb.
#13184
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

QƏDİM FİNİKİYA 

 

Aralıq dənizinin  şərq sahilində Livan və Suriyanın sahil 



ərazisində  qədim finikiyalılar yaşayırdılar. Mesopotamiya və 

Misirdən gələn quru və  dəniz yolları Finikiyadan keçirdi. 

Finikiyalıların  ərazisi  əkinçilik və maldarlıq üçün əlverişli 

olmadığı üçün onların  əsas məşğuliyyəti dənizçilik və  dəniz 

ticarəti idi. E.ə. II minilliyin sonu - I minilliyin əvvəlində 

finikiyalılar Aralıq dənizində  ağalıq edirdilər. Finikiyalılar  ən 

yaxşı gəmiqayıranlar və dənizçilər idi. Onlar burada bitən sidr və 

palıd ağaclarından gəmi düzəldirdilər. Onlar Aralıq dənizi 

vasitəsilə üzüb ilk dəfə Atlantik okeanına çıxmışdılar. Sonra 

Avropa sahilləri ilə üzərək İngiltərənin cənub-qərbinə kimi gedib 

burada qalay mədəni tapmışlar. O vaxtı beynəlxalq ticarət 

finikiyalıların əlində idi. Onlar Yunanıstan, Misir, Babilistan və s. 

ölkələrlə ticarət edirdilər. Finikiyalılar  əsasən zeytun yağı, ağac, 

mis, tunc, mal-qara, taxıl və s. satırdılar. 

Finikiyalılar Aralıq dənizinin  şərq sahillərində bir çox 

şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə 

çevrildi. Sidon, Tir, Kabil belə  şəhərlərdən idi. Geniş ticarət Tir 

şəhər-dövlətinin yüksəlməsinə  şərait yalatdı. Tir qaya ada 

üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş  və 

genişləndirilmişdi. Dəniz ticarəti nəticəsində finikiyalılar Aralıq 

dənizi sahillərində, Kipr, Siciliya, Sardiniya adalarında 

məskunlaşmışdılar. Tir şəhəri tərəfindən e.ə. 825-ci ildə Karfagen 

şəhərinin əsası qoyuldu Mənası “yeni şəhər” deməkdir. E.ə. VII-

VI əsrlərdə Şimali Afrikada ən böyük dövlətlərdən biri olmuşdur. 

Uzun müddət Romaya qarşı müharibələr aparmış, e.ə. 146-cı ildə 

romalılar tərəfindən məğlub edilmiş və onun yaratdığı sivilizasiya 

məhv olmuşdu. Finikiyalılar 22 samitdən ibarət  ən qədim  əlifba 

(e.ə. X-IX əsrlər) tərtib etmişdilər. Finikiya əlifbasını yəhudilər və 

aramilər qəbul etdilər, sonra isə yunanlar da bu əlifbanın əsasında 

öz  əlifbalarını yaratdılar. Beləliklə, finikiyalılar  əlifba sisteminin 

ilk nümunəsini yaratdılar. 

 


______________Milli Kitabxana_____________ 

 168


 

 


______________Milli Kitabxana_____________ 

 169


QƏDİM ASSURİYA MƏDƏNİYYƏTİ 

Assuriya dövləti  İkiçayarasının  şimal hissəsində,  İraqın 

ərazisində mövcud olmuşdur. Assuriyanın  ərazisi  əsasən dağlıq 

olduğu üçün burada əkinçilik bir o qədər inkişaf etməmişdir. 

Lakin burada çoxlu faydalı qazıntılar və meşə materialları vardır. 

Assuriya  əhalisi tunc əldə etməyi çox erkən öyrənmişdir. 

Assuriyalılar mis, tunc, qalay və sonra dəmirdən istifadə etmişlər. 

Dəclə çayı sahilində  Aşşur (indiki Kilat-Şerkət)  şəhəri 

salınmışdır. Bu şəhər dini mərkəz və paytaxt hesab olunurdu. 

Aşşur allah adı  və Assuriya ölkə adı bu şəhərin adından  əmələ 

gəlmişdir. Assuriya əvvəlcə  Cənubi Mesopotamiyadan asılı idi, 

e.ə. XX əsrdə müstəqil Assuriya dövləti yarandı. I minilliyin 

başlanğıcında Ön Asiyada dəmirdən istifadə  təsərrüfatla yanaşı, 

hərbi sənətin inkişafında mühüm rol oynamışdır. Assuriyalılar 

bundan daha yaxşı istifadə edərək hərbi sənətdə böyük nailiyyətlər 

qazanmışlar. E.ə. VIII-VI əsrlərdə Assuriya Ön Asiyada ən 

qüdrətli hərbi dövlətə çevrildi. Assuriya qoşunlarının sayı 120 min 

nəfərə çatırdı. Qoşun piyada, atlı  və döyüş arabalarından ibarət 

idi. Assur çarlarını mühafizə edən daimi “çar cangüdənlər dəstəsi” 

var idi. Piyadalar uzun nizə, ox və kaman, qalxanlarla 

silahlanırdılar. Dağları  aşmaq üçün kəndir, çaylardan keçmək 

üçün heyvan dərisindən hazırlanmış və içərisinə hava doldurulmuş 

tuluqlardan istifadə olunurdu. Assur çarları ordunun təliminə 

xüsusi diqqət yetirirdilər. Hərbi parad üçün xüsusi meydançalar 

var idi. Onların ordusunda xüsusi “mühəndislər” dəstəsi fəaliyyət 

göstərirdi. Onlar hərbi istehkamlar qurur, hərbi yollar çəkir, çaylar 

üzərindən körpülər salırdılar. Assur ordusu xüsusi daşatan 

(mancanaq), qala uçuran qurğulardan istifadə edirdi.  

Assuriyanın Paytaxtı Nineviya idi. Bu şəhər “Aslanlar 

yuvası” adlanırdı. Assuriya Mesopotamiyanı, Suriyanı, Fələstin və 

Misiri işğal etdi, bütün Ön Asiyanı hakimiyyəti altında birləşdirdi.  

E.ə. VII əsrdə Assuriyanın düşmənləri olan Babil və Midiya 

ona qarşı birləşdilər. Onlar e.ə. 612-ci ildə Ninveiya şəhərini tutub 

dağıtdılar, e.ə. 605-ci ildə Karxemiş qalasını  ələ keçirdilər. 

Assuriyanın varlığına son qoyuldu. Onun ərazisi Midiya və Babil 

padşahlıqları arasında bölüşdürüldü.  



______________Milli Kitabxana_____________ 

 170


Qədim Assuriyanın  ərazisində icmalar mövcud olmuşdur. 

Bunlardan ən irisi Aşşur şəhər icması idi. Aşşur icmasının əhalisi 

əkinçilik və maldarlıqla məşğul olurdu. Aşşur eyni zamanda geniş  

ticarət aparırdı, Anadoludakı Kaniş beynəlxalq ticarət mərkəzi ilə 

əlaqə saxlayırdı. Aşşur icmasında ticarətin inkişafı ilə bağlı olaraq 

sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdular. Aşşur icması 

sənətkarlıq  əşyaları  və müxtəlif metallardan ibarət xammal ilə 

alış-veriş edirdi. Aşşurdan qərbə ticarət yolu keçirdi və yolun son 

məntəqəsi Kaniş ticarət məntəqəsi idi. Burada Aşşura tabe olan 

ticarət məhəllələri vardı. Aşşur icması şərqə gedən ticarət yolunun 

əsas məntəqəsi idi. Bu şəhərdə müxtəlif mənşəli  əhali mal 

mübadiləsi və alış-veriş edirdi. Aşşur  şimala və  şərqə gedən 

ticarət yollarını da nəzarətdə saxlayırdı. 

Assuriyanın ərazisində ixtisaslaşmış ticarət icmaları mövcud 

idi. Aşşurdan başqa, Arrapha şəhər icmasında da ticarət icması 

mövqe qazanmışdı.  İcmalar arasında  əmək bölgüsü vardı. 

Dəmirçi, dülgər, toxucu, dulusçu və s. peşələr üzrə ixtisaslaşmış 

ticarət icmaları  fəaliyyət göstərirdi.  İxtisaslaşmış ticarət icmaları 

bilavasitə bazarla bağlı idi. Lakin mövcud olan ev icmaları bazar 

ticarət münasibətlərinin inkişafını ləngidirdi. 

Ev icmalarının varlığı torpaqla bağlı idi. Arrapha icmasında 

torpaq alınıb-satılırdı. Bunun nəticəsində varlı  və yoxsul ailələr 

meydana gəlmişdi. Arrapha icmasındakı ailə kollektivi qullara 

malik idi. Əsas qul mənbəyi uğurlu müharibələr idi. Lakin qədim 

və orta Assur dövründə borc köləliyi də geniş yayılmışdı, çünki bu 

zaman müharibələr Assuriyanın dövlət, məbəd və  fərdi 

təsərrüfatlarını qul əməyi ilə təmin edə bilmirdi. Məhz yeni Assur 

dövründə uzun müddətli qələbələr ölkəni hərbi əsirlərlə doldurdu. 

Bununla yanaşı  işğal olunmuş  ərazinin  əhalisinin Assuriyaya 

köçürülməsi ölkənin işçi qüvvəsini artırırdı. Nəticədə qul əməyinə 

tələbat azalırdı. Yeni Assur dövründə qul ucuz qiymətə satılırdı. 

Fərdi təsərrüfata, yəni ev icmasına məxsus olan qul müəyyən 

müstəqilliyə malik olmuşdu. Qula ailə saxlamaq ixtiyarı 

verilmişdi. Müstəqil becərmək üçün ona torpaq sahəsi ayrılırdı. 

Məhsulun çox hissəsi quldara təhvil verilirdi. Qul, onun ailəsi və 

əmlakı  ağanın mülkiyyəti hesab olunurdu. Ağa qulu ailəsi ilə 



______________Milli Kitabxana_____________ 

 171


birlikdə sata bilərdi. Lakin assur qanunları borc əsarətinə düşmüş 

adamla qul arasında müəyyən fərq qoyurdular. Borc əsarəti 

assuriyada geniş  tətbiq olunurdu. Borclu borcunu vaxtında 

qaytarmazdısa, onda o, borc əvəzi sələmçinin təsərrüfatında 

işləməli və borcun məbləğini öz əməyi ilə ödəməli idi. Sələmçi 

onu qul kimi sata bilməzdi. Sənədlərdə 10-20 quldan ibarət 

ailələrin satılması qeyd olunmuşdur. Qullar becərdikləri torpaq 

sahəsi ilə birlikdə  də satılırdılar. Orta dövr assur qanunları ev 

köləliyi və qadının mövqeyi haqda xüsusi maddələr nəzərdə 

tutmuşdular. Ev sahibəsinin qul və  kəniz ilə münasibəti 

maddələrin birində belə əks olunmuşdur: "Əgər qul, yaxud kəniz 

azad adamın  əlindən bir şey qəbul edərsə, onda həmin qul və 

kənizin burnu və qulağı  kəsilməli, oğurlanmış  şey isə 

qaytarılmalıdır; adam öz arvadının da qulağını kəsə bilər. Əgər o, 

arvadına cəza verməzsə və onun qulağını kəsməzsə, onda qul və 

kənizin qulağı  həmçinin kəsilməməli və onlar oğurlanmış  şeyi 

qaytarmamalıdırlar». 

Assur qanunlarından belə  nəticə  əldə etmək olur ki, ailədə 

qadına müstəqillik verilmirdi. Onun bütün hərəkətləri kişinin 

nəzarəti altında idi. Qadın icazəsiz heç kəsə evdən ərzaq, yaxud ev 

əşyası verə bilməzdi, yəni heç kəsə  əl tutmamalı idi. Ailə 

əmlakına onun hüququ yox idi, ancaq ev əmlakı üzərində tam 

hüquqa malik olmuşdu. Qadın tərəfindən kənara verilmiş  əşya 

oğurluq malı hesab edilirdi. Müvafiq maddədə bu haqda belə 

deyilir: "Əgər azad adam xəstədirsə, yaxud vəfat edibsə, onun 

arvadı isə evdən bir şey oğurlayıb qadınamı, kişiyəmi, yaxud hər 

hansı bir kəsəmi veribsə, (onda) həmin adamın arvadı və ev şeyini 

qəbul edənlər öldürülməlidirlər. 

Əgər azad adamın arvadı  əri sağ olarkən  ər evindən nə isə 

oğurlanmışsa, kişiyəmi, qadınamı, hər hansı bir kəsəmi vermişsə, 

onda həmin adam and vasitəsilə öz arvadını təqsirləndirə bilər və 

ona cəza verə bilər, (oğurluq malını) adamın arvadından qəbul 

etmiş  şəxs isə malı qaytarmalıdır.  Ər arvadına verdiyi cəzanı 

(oğurluq malını qəbul etmiş) şəxsə də tətbiq etməlidir". 

Assuriyada qadın ləyaqətinə yüksək qiymət verilirdi. 

Qadının  şəxsiyyətini və namusunu qoruyan maddələr orta Assur 



______________Milli Kitabxana_____________ 

 172


qanunvericiliyinə salınmışdı. Məsələn, qanunların birində qeyd 

olunur: "Əgər azad adam ərli qadına barmağını silkələsə  və 

onunla uşaq kimi rəftar etsə və bu iş üzrə onu təqsirləndirib ifşa 

etsələr, onda onun barmağı  kəsilməlidir.  Əgər o, qadını öpübsə, 

onda onun aşağı dodağını baltanın tiyəsinə  çəkib kəsmək 

lazımdır". Assuriyada levirat, yəni dul qadının vəfat etmiş  ərinin 

qardaşı ilə nikahı mövcud idi. Belə hallarda ailə icmasının 

bütövlüyünü saxlamaq məqsədi güdülürdü. Bəzi hallarda, əgər 

təqsir  ərdə olardısa, qadın  ər evini tərk edib ata evinə qayıtmaq 

hüququna da malik idi. Adətən ər vəfat etdikdən sonra qadın onun 

borcunu ödəmək üçün sələmçinin təsərrüfatında işləməli idi. 

Bəzən müəyyən şərait nəzərə alınırdı və qadın borcu ödəməkdən 

azad olunurdu. Ailədə atanın hakimiyyəti qeyri-məhdud idi, buna 

görə  də qadın ləyaqəti və hüququ əksər hallarda tapdanırdı. Kişi 

qadını çox asanlıqla boşaya bilərdi. Lakin ərinə  xəyanət etmiş, 

yaxud  ərindən ayrılmaq istəyən qadını suya atırdılar. Assuriyada 

kəskin mülki bərabərsizlik mövcud olmuşdu. Bunun nəticəsində 

quldarlar cəmiyyətin hakim sinfi kimi formalaşırdılar. Mülki 

bərabərsizlik icma təşkilatlarına da toxunmuşdu.  İcmanın birliyi 

dağılırdı, icma üzvləri müflisləşir, sələmçilərdən asılı  vəziyyətə 

düşürdülər. Torpaqdan məhrum olmuş icmaçılar öz övladlarını 

kənara satmağa məcbur olurdular. Onlar məcburi əməklə məşğul 

olanlar dəstəsinə mənsub idilər. Qullar və məcburi əmək adamları 

istismar olunan sinfi təşkil edirdilər. 

Dövlət, məbəd və böyük fərdi təsərrüfatlarda qul əməyi 

geniş  tətbiq olunurdu. Dövlət təsərrüfatı  işğallar nəticəsində 

genişlənirdi. Hökmdar dövlətə yaxın olan adamları torpaq sahələri 

ilə  təmin edirdi. Belə adamlar yeni qulluq əyanları  təbəqəsini 

təşkil edir, hökmdarın dayağına və böyük torpaq sahibkarlarına 

çevrilirdilər. Onların mülkündə işləyən qulların sayı 30-50 nəfərə 

çatırdı. Xırda torpaq sahibkarlığı da mövcud idi. Burada işləyən 

qulların sayı nisbətən az idi. Assuriyada məbədlər də böyük 

torpaq sahələrinə malik idilər. Məbəd təsərrüfatında qullarla 

yanaşı məcburi əmək adamları da işləyirdilər. 

 


______________Milli Kitabxana_____________ 

 173


 

 

 



 

 

 



______________Milli Kitabxana_____________ 

 174


 

 

 



 

______________Milli Kitabxana_____________ 

 175


QƏDİM URARTU MƏDƏNİYYƏTİ 

Urartu Mesopotamiyadan şimalda,  Şərqi Anadoluda 

(Türkiyə) Van gölü ətrafında meydana gəlmişdi. Urartu dağlıq 

ölkə idi. Dəclə, Fərat və Araz çayları öz mənbələrini bu ərazidən 

götürür. 

Urartu  əhalisinin tərkibi müxtəlif olmuşdur. Assurlar bu 

ölkəni Urartu, urartulular isə öz ölkələrini Biaynili adlandırırdılar. 

Assur hökmdarı I Salmanasar “Uruatri ölkələri” ifadəsini 

işlətmişdi. Uruatri adı tədricən Urartu adı ilə əvəz olunmuşdu. Bu 

zaman xırda ölkələrin hakimləri vahid bir mərkəzdə 

birləşdirilmişdi. E.ə. IX əsrdə Assur hökmdarı II Assurnasirpal 

Urartu ölkəsinə yürüş  təşkil etmişdi. Urartulular ona güclü 

müqavimət göstərmişdilər. Urartunun dağlıq  ərazisində, 

məhsuldar vadilərində, düzən torpaqlarında  əhali müxtəlif 

təsərrüfat işləri ilə  məşğul olurdu. Onların təsərrüfat həyatı 

haqqında mixi yazılar və arxeoloji materiallar məlumat verir. 

Urartulular əkinçilik, maldarlıq, atçılıq, üzümçülük, bağçılıq 

və sənətkarlıqla məşğul olmuşlar. 

Menuanın hakimiyyəti dövründə ölkədə suvarma işlərinə 

xüsusi diqqət yetirilirdi. Van gölünün şimal hissəsində bir neçə 

qollara ayrılan suvarma kanalı  çəkilmişdi. Bunlardan biri Menua 

kanalı adlanırdı. Bu kanal vasitəsi ilə Van şəhəri içməli bulaq 

suyu ilə  təmin olunurdu. Kanalın aşağı axar hissələri yonulmuş 

daşlardan hörülmüşdü. Bu daşların bir çoxunun üzərində mixi 

yazılarda “Menua kanalı” sözləri aşkar edilmişdir. 

Menua işğal olunmuş ərazilərdə yaşayış məntəqələri saldırır 

və qalalar tikdirirdi. O, Urartunun baş allahı Haldinin şərəfinə qala 

tikdirmiş  və onu “Haldi allahının  şəhəri” adlandırmışdı. Burada 

üzüm tənəkləri saldırmış  və  həmin bağı “Menuanın üzümlüyü” 

adlandırmışdı. Bir çox tikililər Menuanın adını daşıyırdı. Onun adı 

əşyalar üzərində “Menuanın malı” ifadəsi ilə həkk olunmuşdu.  

Menua atçılığı da inkişaf etdirirdi. Atdan minik vasitəsi kimi 

və təsərrüfat işlərində, habelə hərbi yürüşlərdə istifadə edilirdi. At 

çapmaq, at oynatmaq yarışları bir adətə çevrilmişdi.  

Urartuda dulusçuluq, metalişləmə, zərgərlik və s. sənət 

sahələri inkişaf etmişdi. Urartu sənətkarları müxtəlif tunc 



______________Milli Kitabxana_____________ 

 176


məmulatları-məişət qabları, silahlar (qalxan, dəbilqə, xəncər, ox 

və s. istehsal edirdilər. 

Urartunun özünəməxsus yüksək mədəniyyəti olmuşdur. 

Onlarda memarlıq, yazı  mədəniyyəti, incəsənət yüksək inkişaf 

etmişdi. Urartulular Mesopotamiyadan mixi yazını mənimsəyərək 

Urartu dilinə uyğunlaşdırmışdılar. Urartu qalalarında daşüstü 

mətnlər-kitabələr həkk olunmuşdu. 

Arxeoloji qazıntılar zamanı Urartuya aid yazılı  sənədlər 

aşkar edilmişdir. Urartulular istehkam və qala inşası sahəsində 

böyük təcrübə qazanmış və şəhərlər salmışlar. 

Urartuda dini görüşlər yaranmış, çoxallahlılıq mövcud 

olmuşdur. Hər tayfa öz allahına sitayiş edirdi. Haldi (səma allahı) 

Urartunun baş allahı sayılırdı. Onun şərəfinə qala salınmış, heykəl 

qoyulmuşdu. Tufan, ildırım və yağış allahı Teyşeba, günəş allahı 

Şivini adlanırdı.  

Urartu bədii sənətkarlığına məxsus bir çox saxsı, metal, 

zərgərlik məmulatlarının, möhürlərin üzərində müxtəlif rəsmlər 

təsvir edilmişdir. Qızıl medalyon üzərində metal-plastika üsulu ilə 

işlənmiş “taxtda əyləşmiş İlahəyə səcdə edən qadın” təsviri Urartu 

zərgərlik sənətinin gözəl nümunəsidir. Urartu ərazisinin coğrafi 

şəraiti müxtəlif olmuşdur. Burada ucqar və yüksək dağlarla 

yanaşı, məhsuldar vadilər, aran torpaqları mövcud idi. Xüsusilə 

Haldi allahına ithaf edilmiş  məbədlərin nüfuzu saxlanılırdı  və 

təbliğ olunurdu. Urartu hökmdarları öz qələbələrini və abadlıq 

işlərini Haldi allahını adı ilə bağlayırdılar. Məbədlərə nəzir verilir 

və qurban kəsilirdi. İşğal olunmuş ölkələrdən gətirilmiş qənimətin, 

mal-qaranın və  əsirlərin bir qismi məbəd təsərrüfatına bəxş 

edilirdi. Burada məbədlər hələ böyük torpaq sahələrinə malik 

deyildilər. Urartu hökmdarları məbəd tikintisinə diqqət verirdilər, 

lakin məbədlərdə dövlət təsərrüfat formasına oxşar təsərrüfatlar 

hələ yaranmamışdı. 

 Ölkənin iqtisadi həyatında dövlət, yaxud hökmdar 

təsərrüfatı mühüm mövqeyə malik olmuşdu. Dövlət təsərrüfatının 

geniş torpaq sahələri, sənətkarlıq emalatxanaları, işçi qüvvəsi var 

idi. Urartu hökmdarları  işğal olunmuş  ərazilərdə, eləcə  də 

Urartunun özündə müxtəlif abadlıq işləri aparır, yeni qala və 



______________Milli Kitabxana_____________ 

 177


şəhərlər salırdılar. Cənubi Qafqazda inşa edilmiş Teyşebaini, 

Argiştihinili və Erebuni kimi qala-şəhərləri yüksək inkişaf 

səviyyəsinə çatmışdı. Urartu hökmdarları süni suvarma işini zəruri 

hesab edir, kanallar çəkdirilirdilər. Bu kanallara bəzən müvafiq 

hökmdarın adı verilirdi. Bağ-bağça və üzümlüklərin salınması 

hökmdarın göstərişi ilə həyata keçirilirdi. 

Yeni şəhərlərə işğal olunmuş ölkələrin əhalisi köçürülürdü. 

Belə  əsirlər Cənubi Qafqazdan, Şimali Suriyadan və Mannadan 

gətirilirdi. Köçürülmüş əhali əsasən qul halına düşürdü. Qul əməyi 

dövlət təsərrüfatında tətbiq olunurdu. 

Urartunun apardığı geniş miqyaslı müharibələr ordunun 

təkmilləşdirilməsini tələb edirdi. Əsirlər Urartu ordusunda 

xidmətə  qəbul olunurdular. Ordunu Assur tipli silahlarla təchiz 

edirdilər.  İşğal olunmuş ölkələrdə  hərbi və inzibati mərkəzlər 

yaradılır, orada hərbi dəstələr yerləşdirilirdi. Bu minvalla əhalinin 

Urartuya itaətini təmin edirdilər. Ordunun hərəkətini 

sürətləndirmək məqsədilə süvari dəstələri yaradılmışdı. Ölkədə 

atçılığın inkişafına lazımi fikir verilirdi, hətta xəracın bir qismini 

atlar təşkil edirdi. At ölkəyə qənimət kimi də gətirilirdi. Urartuda 

at çapma və oxatma yarışları keçirilirdi. 

Dövlətin  ərazisi canişinliklərə bölünmüşdü.  İşğal olunmuş 

torpaqlarda, xüsusilə Cənubi Qafqazda canişinliklər yaradılmışdı. 

Vilayətin idarə olunması canişinə tapşırılırdı. Hər bir vilayətin 

hərbi qüvvələri və inzibati idarəsi vardı. Urartunun Cənubi 

Qafqazda işğalları yerli idarə formalarının dəyişilməsinə  şərait 

yaratdı. Burada xırda hökmdarlar bu və ya digər  ərazini idarə 

edirdilər. Urartunun Cənubi Qafqaza qəsbkarlığı buranın daxili 

inkişaf prosesini pozur və onların dövlət  şəklində birləşməsini 

ləngidirdi. 

Urartu mədəniyyətinə Assur, Hurri və Het mədəniyyəti təsir 

göstərmişdi.  İkiçayarasından mixi yazı  mənimsənilmiş  və Urartu 

dilinə uyğunlaşdırılmışdı. Urartu sənətkarları istehkam və qala 

inşası sahəsində püxtələşmiş  və  şəhərsalma inşaat qaydalarını 

mənimsəmişdilər. 



______________Milli Kitabxana_____________ 

 178


 

______________Milli Kitabxana_____________ 

 179


QƏDİM MİDİYA MƏDƏNİYYƏTİ  

Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Bir dövlət kimi 

müasir İranın mərkəzi hissəsində yaranmışdı. 

Midiya haqqında ilk məlumat e.ə. IX əsrin ortalarına aid 

mixi yazılı qaynaqlarda verilir. Bu adı ilk dəfə Midiya ərazisinə 

hücum edən və oranı talayan Assur hökmdarı III Salmanasar 

işlətmişdir. Midiya tayfaları haqqında ilk geniş  məlumatı yunan 

tarixçisi Herodot “Tarix” əsərində vermişdir. O, Midiya ərazisində 

altı qəbilənin yaşadığını göstərmişdir. 

Mixi yazılarda Midiya sözü Maday, Matay, Amaday 

şəklində işlənmişdir. Yunan mənbələri onu “Midiya” kimi qələmə 

almışdır. 

Midiya xırda vilayətlərdən (45-ə  qədər) ibarət olmuşdur. 

Vilayətləri canişinlər idarə edirdi. Midiyalılar əkinçilik,  maldarlıq  

və    sənətkarlıqla məşğul olurdular. Əhalinin  əsas məşğuliyyəti 

əkinçilik, maldarlıq və  sənətkarlıq idi. Metalişləmə  işi sənətlər 

içərisində daha çox seçilirdi. Midiya ərazisində dəmir, qurğuşun, 

qızıl, neft və s. çıxarılırdı. “Midiya yağı” adlanan neftdən hərbi 

işdə də istifadə edilirdi. Neftli parçanı oxlara bağlayıb od vuraraq, 

düşmənin üzərinə, habelə yanğın törətmək üçün evlərin damına 

atırdılar. 

Midiya sənətkarları - dulusçular, toxucular, dəmirçilər əmək 

alətləri, parça, xalça, silah, bəzək  əşyaları, məişət  əşyaları  və s. 

hazırlayırdılar. Onların hazırladıqları gözəl sənət nümunələri 

qonşu ərazilərə yayılırdı. Bu, həmin ölkələrdə yerli mədəniyyətin 

inkişafına böyük təsir göstərmişdir. 

Midiya-Azərbaycan  əlaqələri Azərbaycanda (Urmiyada, 

Naxçıvanda, Qarabağda) tunc dövrünün boyalı qablar mədəniyyəti 

nümunələrində daha yaxşı izlənir. 

Əhali  əyanlar, kahinlər, azad adamlar, sıravi icma üzvləri-

kəndlilər və qullar kimi müxtəlif təbəqələrə ayrılırdı. Astiaq nəsli 

zadəganların hüquqlarmı  məhdudlaşdırmağa çalışırdı. Bu 

əyanların narazılığına səbəb oldu. Tarixi rəvayətlər Astiaqı qəddar 

hökmdar kimi tanıtmışdır. Astiaq hakimiyyətini itirməkdən 

həmişə ehtiyat edirmiş. O, hətta yeganə  qızının övladının 


______________Milli Kitabxana_____________ 

 180


hakimiyyətə  gəlməsini istəməmişdir. Bu məqsədlə  qızını fars 

vilayətinin hökmdarı I Kambizə  (Əhəməni nəslindən)  ərə verir. 

Onun fikrincə, fars mənşəli nəvə Midiya taxt-tacına sahib ola 

bilməzdi. Astiaq yeni dünyaya gəlmiş  nəvəsi Kirin öldürülməsi 

haqqında gizli göstəriş verir. Lakin uşaq təsadüfən sağ qalır. 

Astiaqın sarayında fars meylli qüvvələr artır. Onlar Kirin 

hakimiyyətə gəlməsinə çalışırlar. 

E.ə. 553-cü ildə fars vilayətində II Kir hakimiyyətə gəldi. O, 

Astiaqa qarşı üç il mübarizə apardı. E.ə. 550-ci ildə qələbə çaldı 

və Ekbatana şəhərini tutdu. Midiya dövləti süqut etdi və  İran 

Əhəməni (fars) dövlətinin tərkibinə qatıldı. 

Qədim yunan tarixçisi Herodotun “Tarix” əsərindən, Assur-

Babil qayaüstü mixi yazılarından məlum olur ki, Midiyada   

mədəniyyət   yüksək   inkişaf   etmişdi. Midiya əfsanələri  

(“Astiaq  və Tomiris”) Midiya mədəniyyətin öyrənilməsi üçün 

çox mühüm əhəmiyyətə malikdir. 

Midiyada memarlıq güclü inkişaf etmişdi. Suz sarayları, 

Ekbatananı  əhatə edən yeddi cərgə divarları, qırmızı  kərpicdən 

tikilmiş şah sarayı gözəl memarlıq nümunələridir. 

Zərdüştlük təqribən e.ə. VII- VI əsrlərdə meydana gəlmişdir. 

Müqəddəs kitabı “Avesta” sayılır. Zərdüşt təliminə görə  şər ilə 

xeyir, yalan ilə  həqiqət arasında ölüm-dirim mübarizəsi gedir. 

Zərdüştlüyün təlimində təkallahlılıq təzahür edir. O, Ahrumazdanı 

vahid allah kimi təbliğ edir. Dünya yaranandan xeyir və  şər 

arasında mübarizə gedir. İnsanlar xeyir və  şəri seçməkdə 

sərbəstdirlər, lakin son anda xeyir şərə, həqiqət yalana qalib 

gəlməlidir.  

“Avesta” e.ə. 330 ildə Makedoniyalı  İsgəndər tərəfindən 

əhəməniləri sarayı Persopolu tutan zaman yandırılmış  və  əsil 

nüsxəsi bizə  gəlib çatmamışdır. Yalnız Sasanilər dövründə (III-

VII  əsrlər) yenidən bərpa edilmiş  və dövlət dini elan edilmişdir. 

21 hissədən ibarət “Avestanın” yalnız 3 hissəsini bərpa etmək 

mümkün olmuşdur. 1) Vendidad 2) Visperad 3) Sasna. Bu 3 hissə 

milli mədəniyyətin inkişafına güclü təsir göstərmiş  və onu 

zənginləşdirmişdir. 

 


______________Milli Kitabxana_____________ 

 181


Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin