Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu il tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix01.04.2017
ölçüsü2,24 Mb.
#13184
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

QƏDİM MANNA DÖVLƏTİ 

E.ə. I minilliyin əvvəllərində Urmiya gölündən-cənub şərq-

də hövzəsində mərkəzləşdirilmişmiş Manna dövləti yaranmişdı. 

Manna dağlıq ölkə idi. Ərazisindən müxtəlif çaylar axırdı. 

Urmiya gölünün suyu duzlu olduğundan suvarma üçün yararsız 

idi. Məhsuldar çay vadiləri sıx məskunlaşmışdı. Manna ərazisində 

çoxlu faydalı qazıntı yataqları (dəmir, mis, gümüş, qızıl, qurğuşun 

v. s.) vardı. Mannanın düzən və dağətəyi yerlərinin  əhalisi 

əkinçiliklə  məşğul olurdu. Arxeoloji qazıntılar zamanı bu 

ərazilərdə arpa, buğda və darı qalıqları tapılmışdır.  Əkinçilər 

torpağı  dəmir toxa və  xış ilə  şumlayırdılar. Taxılı  dəmir oraqla 

biçirdilər. Assuriya mixi yazılarında göstərilir ki, Mannada taxıl 

anbarları olmuşdur. Böyük anbarlar dövlətə, yaxud hökmdara 

məxsus idi. Quraqlıq, yaxud aclıq vaxtı dövlət anbarlarından 

əhaliyə taxıl paylanırdı. Bağçılıq və üzümçülük də inkişaf etmişdi. 

Üzümdən şərab hazırlayırdılar. 

Mannalıların həyalında maldarlıq mühüm yer tuturdu. 

Atçılıq geniş yayılmışdı. Mannanın Subi vilayəti öz atları ilə 

xüsusilə  fərqlənirdi. Manna əhalisi oturaq həyat sürürdü. Yaz və 

yay aylarında mal-qaranı, qoyun-quzunu dağlara aparırdılar. Bara 

(Sanqibuti) vilayətində hökmdar sürüləri saxlanılırdı. Təsərrüfatda 

dəvədən də istifadə edirdilər. 

E.ə. I minilliyin başlanğıcında Azərbaycanın cənubunda, 

Urmiya gölü ətrafında mərkəzləşmiş dövlətin meydana gəlməsi 

üçün  şərait  əmələ  gəlmişdi. E.ə. IX əsrdə burada Manna dövləti 

yarandı. Lakin həmin dövrdə Manna hələ bütün cənubi 

Azərbaycan torpağını əhatə edə bilməmişdi. Manna adına ilk dəfə 

e.ə. 843-cü ildə Assuriya hökmdarı III Salmanasarın mixi yazılı 

kitabəsində rast gəlinir. Bu yazılarda Manna tayfa adını bildirir. 

 E.ə. XI əsrdə Manna ərazisində müstəqil siyasət yürüdən 

Zamua, Gilzan, Alateye, Surikas, Gizilbunda, Zikirtu, Andia və s. 

vilayətlər meydana gəlmişdi. Zamua ölkəsi Mannanın  əsas 

hissəsini təşkil edirdi. Urmiya gölündən cənubda yerləşən Zamua 

əvvəllər lullubilərin ölkəsi olmuşdur. E.ə. IX əsrin birinci 

yarısında Zamuanı ayrı-ayrı hakimlər idarə edirdilər. Buna görə də 

xarici hücumların qarşısını almaq mümkün olmurdu. Onların hər 



______________Milli Kitabxana_____________ 

 182


biri Assuriya ordusuna qarşı  təkbaşına mübarizə aparmalı olur, 

yaxud xərac göndərməklə Assuriya ilə müstəqil siyasi əlaqə 

yaradırdılar. 

Mannaya qarşı Assuriya və Urartunun hücumları ara 

vermirdi. Manna hökmdarları ölkəni vahid mərkəzdə birləşdirib, 

xarici hücumların qarşısını almağa çalışırdılar.  

E.ə. IX əsrin sonu-VIII əsrin  əvvəlində Manna güclü bir 

dövlətə çevrilmişdi. 

Mannanın  ərazisi  şimalda Araz çayına çatırdı, cənubda və 

cənub-şərqdə Kaspi ölkəsi, Parsua və Midiya ilə  həmsərhəd idi. 

İranzunun hakimiyyəti dövründə Manna qüdrətli dövlət olmuşdur. 

Bu dövrdə Mannanın xarici siyasətində iki meyl var idi. Bir 

qrup Assuriya ilə ittifaqa meyl göstərir, bununla da Manna 

torpaqlarının bütövlüyünü saxlamağa çalışırdı. İranzu Assuriyaya 

müttəfiq kimi baxır və onun siyasi üstünlüyünü tanıyırdı. 

Urartunun hücumlarına qarşı uzun müddət mübarizə aparan 

Mannaya  əmin-amanlıq lazım idi. Başqa bir qrup isə Urartu ilə 

ittifaq tərəfdarı idi. Onların siyasəti Manna vilayətlərinin mərkəzi 

dövlət ətrafında birləşməsinə mane olur, ölkənin parçalanmasına, 

torpaqlarının isə Urartu tərəfindən işğalına şərait yaradırdı. 

Mannada dövlətçilik ənənəsi qədim köklərə malik idi. Hələ 

e.ə. III minillikdə onun ərazisində dövlət qurumları meydana gəlir. 

Dövləti hökmdar idarə edirdi. Hökmdar mütləq hakimiyyətə 

malik idi. E.ə. VIII əsrin ikinci yarısında hakimiyyət irsi olaraq 

atadan oğula keçirdi. Dövlətə  qədim Azərbaycan türk sülaləsi 

başçılıq etmişdir. Manna mərkəzləşmiş dövlət idi. Ölkənin 

vilayətlərini canişinlər idarə edirdilər. Onlar mərkəzi hakimiyyətə 

tabe idilər. Dövlətin idarə işlərində müxtəlif əyanlar və məmurlar 

çalışırdılar. Məmurlar mixi qaynaqlarda əyan, ağsaqqal, 

məsləhətçi, başçı və canişin adlandırılmışlar. Dövlətin idarəsində 

hakim ailənin üzvləri də  iştirak edirdilər. Mannada ağsaqqallar 

şurası da fəaliyyət göstərirdi. Lakin bu şura hökmdardan asılı idi. 

Manna hökmdarları ölkəni yadelli basqınlardan qorumaq 

üçün qonşu Assuriyaya ilə diplomatik əlaqələr yaratmış  və 

ölkənin ərazi bütövlüyünü saxlamağa müvəffəq olmuşdular.  


______________Milli Kitabxana_____________ 

 183


Ahşerinin məğlubiyyəti faciə ilə qurtardı. Ona qarşı üsyan 

baş verdi. Üsyançılar Ahşerini öldürdülər. Hakimiyyətə Ahşerinin 

oğlu Ualli (e.ə. 650-630) gəldi və Assuriya ilə ittifaqı bərpa etdi. 

Bundan sonra Manna Assuriya ilə ittifaqa sadiq qaldı. E.ə. 616-cı 

ildə Ön Asiyanın qüdrətli Assuriya dövləti Midiya və Babilistan 

ilə mübarizədə təklənən zaman Manna hərbi dəstələri ona kömək 

etdi. Qaynaqlardan göründüyü kimi, e.ə. 593-cü ildə Manna 

müstəqil dövlət kimi öz varlığını saxlayırdı. 

Təxminən e.ə. 590-cı ildə Manna İranın mərkəzində 

yaranmış Midiya dövlətinin tərkibinə daxil edildi. Mannan 

müstəqil dövlətçiliyinə son qoyuldu. 

Mannada sənətkarlıq mühüm yer tutmuşdur. Mannanın 

ərazisində  zəngin dəmir filizi, o cümlədən qiymətli daş yataqları 

var idi. Mannada peşəkar sənətkarlar qızıl, gümüş, tunc və misdən 

bəzək  şeyləri, qab-qacaq və s. hazırlayırdılar.  İndiki Cənubi 

Azərbaycan  ərazisində, qədim Həsənli məskənində qazıntılar 

zamanı müxtəlif daş  qəliblər tapılmışdır.  Əridilmiş metalı  həmin 

qəliblərə tökərək oraq, toxa, balta, xəncər, ox ucları, dəbilqə, 

bəzək  əşyaları  və s. hazırlayırdılar. Həsənli qızıl camı 

Azərbaycanın nadir qədim sənət əsəridir.  

E.ə. VIII-VII əsrlərə aid Ziviyə Manna qalasından zəngin 

sənətkarlıq nümunələri tapılmışdır. Azərbaycanın cənubunda 

Sakkız şəhəri yaxınlığında yerləşən bu abidədə qızıl və gümüşdən 

hazırlanmış döşlük, qılınc qınının və dəstəyinin hissələri, at qoşqu 

ləvazimatı, gümüş sini, buynuzvarı  qədəhlər, kəmər, dəmir 

qılınclar və s. aşkar edilmişdir. 

Həsənli və Ziviyə tapıntıları Mannada metalişləmə sənətinin 

yüksək inkişaf etdiyini göstərir. Toxuculuq mühüm sənət sahəsi 

olmuşdur. Həsənli qazıntılarından tapılan müxtəlif parça qalıqları 

toxuculuqda qoyun yunundan və keçi dərisindən istifadə edildiyini 

göstərir. Mannada boyaqçılıq sənəti də olmuşdur. Mannalıların 

geyimi müxtəlif olmuşdur. Üst paltarları uzun, lakin qısaqol idi. 

Döyüşçülər uzun və dizə çatan libas da geymişlər. 

Mannalılar qonşu ölkələrlə ticarət  əlaqələri yaratmışlar. 

Mannadan müxtəlif məhsullar və xammal ixrac edilirdi. 

Mannada memarlıq sənəti inkişaf etmişdi. Mannaya 



______________Milli Kitabxana_____________ 

 184


hücumların qarşısını almaq üçün qalalar və qala-şəhərlər 

tikilmişdi. Mannanın paytaxtı  İzirtu və başqa  şəhərlər  əzəmətli 

qala divarları ilə  əhatə olunmuşdu. Həsənli qala-şəhərində iki-üç 

mərtəbəli binalar, məbədlər tikilmişdi. 

Arxeoloji qazıntılar zamanı tapılmış əşyalar üzərindəki şəkil 

və naxışlar Manna təsviri sənətinin gözəl nümunələridir. Həsənli 

qızıl camının üzərində çox maraqlı  əfsanəvi səhnə  təsvir 

olunmuşdur. 

Ziyiyənin qızıl və gümüş qədəhləri dağkeçisi, yaxud ceyran 

başı formasında hazırlanmışdır. Müxtəlif  əşyaların üzərində  şiri 

yaralayan hökmdar, dizi bükülmüş maral, dağqoçu, həyat ağacı 

ətrafında keçi və qanadlı öküz təsvir edilmişdir. 

Mannalılar allahlara sitayiş etmişlər.  İbadət üçün tikilən 

xüsusi binalarda-məbədlərdə allahların heykəli qoyulurdu. 

Müxtəlif  əşyalar üzərində Manna əfsanələri ilə bağlı  səhnələr 

təsvir olunmuşdur. Manna əsatirlərində müxtəlif əfsanəvi varlıqlar 

(qrifon, buynuzvarı yay kimi əyilmiş qanadlı qoç, insan sifətli 

öküz, qanadlı sfinks və s.) mühüm yer tuturdu. 

Həsənlidən tapılmış  qızıl camın üzərindəki təsvirlər 

mannalıların dini görüşləri ilə bağlı idi. Camın yuxarı hissəsində 

döyüş arabası üstündə üç allah təsvir olunmuşdur. Mannalılar dini 

təsəvvürlərinə uyğun olaraq allahları qanadlı  çəkmişlər. 

Təsvirlərdə günəş, ay və külək-yağış allahlarını ayırd etmək 

mümkün olur. 

E.ə. III minillikdə Azərbaycanın cənubunda əhali mixi yazı 

ilə tanış idi. Mannada yerli yazı növü də olmuşdur. Ziviyədən 

tapılmış gümüş sini üzərində bir çox işarələr həkk edilmişdir. Bu 

işarələr heroqlif yazı növünə aiddir. İşarələrin çoxluğu və 

müxtəlifliyi göstərir ki, bunların müəyyən oxunuşu olmuşdur. 

Mannada türk, hürri, İran və s. dillər işlənmişdir. Manna ilə 

bağlı yer və şəxs adları burada qədim türk tayfalarının yaşadığına 

dəlalət edir. Turukki adı türk tayfa adının ilkin forması hesab 

edilir. 

Manna hökmdarlarının adları da türk sözləri ilə izah olunur. 

Aza adı türk mənşəli aca - “böyük qardaş” sözünü bildirir. 

Ullusunu adı türk dillərində  işlənən ul-lu-ulu- “böyük, ulu, 



______________Milli Kitabxana_____________ 

 185


əzəmətli” sözü və “sun” sifət  şəkilçisinin birləşməsindən  əmələ 

gəlmişdir, “ən böyük”, “ən ulu”, yaxud “ulu adam” mənası 

daşımışdır. Mannada əhalinin  əsas dili ən qədim türk dili 

olmuşdur. E.ə. II minillikdə Azərbaycanın  ərazisində yerli 

türkdilli etnoslar yaşamışlar. Bu etnoslar milli mədəniyyətin 

inkişafına güclü təsir göstərmişlər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



______________Milli Kitabxana_____________ 

 186


 

QƏDİM İRAN MƏDƏNİYYƏTİ 

Mesopotamiyadan  şərqdəki vadilərdə  və dağlardakı 

yaylalarda iranlı (fars) tayfaları köçəri həyat sürürdülər. Bu 

ərazidə yaranmış  İran dövlətinin  əsasını  Əhəmənilər sülaləsi 

qoymuşdur. Farsların başçısı I Kambiz Midiyaya tabe idi. O, 

Midiya çarı Astiaqın (584-550) qızı Mandanaya evlənmişdi. 

Mandanadan olan Kir (e.ə. 558-530) inzibati və pul islahatı 

keçirdi. Vahid pul sistemi yaratdı. Ölkə 20 satraplığa bölündü. 

Satraplığa satrap başçılıq edirdi. Persepolla yanaşı, Babil, Suz, 

Ekbatan  şəhərləri də  İranın paytaxtı idi. İran-yunan 

müharibələrində (e.ə. 490-449) İran məğlub oldu.  

Əhəmənilər dövründə mixi yazı  əsasında qədim fars yazı 

növü icad edildi. Farslar şəmsi-qəməri (günəş-ay) təqvimi tərtib 

etmişlər. E.ə. zərdüştlük  Əhəmənilərin rəsmi dini oldu. I Dara 

Bisütun qayası üzərində  ən məşhur kitabə  həkk etdirmişdir. 

Pasarqad şəhərinin ətrafında böyük qülləli bina və onun ətrafında 

ibadət üçün binalar tikilmişdi. Farslar bu sahəni Təxti-Süleyman 

adlandırırdılar. Persepol xarabalıqlarına orta əsrlərdə  Təxti-

Cəmşid deyirdilər. 

Əhəmənilər imperiyası e.ə. IV əsrin sonunda zəiflədi, 

İsgəndər Persepol şəhərini tutdu, İranın sonuncu padşahı III Dara 

öldürüldü. İran Əhəmənilər imperiyasına son qoyuldu.  

Bir neçə  əsrdir ki, elmi və  bədii  ədəbiyyatda  İran və fars 

dövləti anlayışları yanlış olaraq sinonim kimi işlədilir. Bunun 

yanlış olmasının başlıca səbəbi  İranda tarixən məskunlaşan 

xalqların unudulması, nəzərdən qaçırılmasıdır. Nəticədə  təqribən 

3 min ildən çox bir müddət  ərzində  İran  ərazisində yaraşan 

mədəniyyət və digər mənəvi sərvətlər yanlış olaraq farsların adına 

çıxarılır. Avropa və rus tarixçi və  ədəbiyyatçılarının bir qismi 

hətta ifrata vararaq bütövlükdə İranı Persida adlandırmışlar. 

Bəzi tarixçilərin fikrincə, «İran» adı əslində coğrafi anlayış 

olmaqla geniş bir əraziyə (yaylaya) şamil edilir. Bu coğrafi 

anlayış  bəzən  İran dilləri qrupunu bildirən məfhum kimi də 

işlədilir.  İran dilləri qrupuna fars, puştu, tat, Mazandaran, tacik, 

Gilan, kürd və başqaları daxildir. 


______________Milli Kitabxana_____________ 

 187


İran mətnləri qədim fars mətnlərində, eləcə  də  hələ  də 

mübahisəli olan «Avesta» mətnlərində təmsil olunmuşdur. Bir sıra 

Azərbaycan alimləri Avesta dilinin fars dili ilə  əlaqəsini qəbul 

etmirlər. Sonralar Urartu mədəniyyətində  məzdəkilik  şəklində 

özünü göstərən zərdüştiliyin  əsl sahibi etnik cəhətdən türk 

qəbilələrindən təşkil olunmuş midiyalılardır və Urartu 

mədəniyyətinə indi sahib durmuş ermənilərə nəinki məzdəkizmin 

və  zərdüştiliyin, hətta etnik kökü etibarilə «onoqurlarla»-

»utiqurlarla», yəni türk tayfalarına bağlanan Urartu dövlətinin və 

mədəniyyətinin də  qətiyyən aidiyyəti yoxdur. Burada eyni 

zamanda udin-kutilərin də tarixi adlarının təhrifindən danışılır, 

sözlərin  əslən yəhudi mənbələrində «Uqin» («Uquz») olduğu 

təsdiq edilir ki, bu etnosların da qədim türklərə  məxsusluğu 

aydındır. Beləliklə, Avestanın bizə  gəlib çıxmış kitabları  qədim 

Azərbaycan ədəbiyyatının əsərləridir. 

Coğrafi anlayış kimi İranın  əhatə etdiyi ərazi və orada 

yaşayan müxtəlif xalqların nümayəndələri bu ölkəni özlərinin 

doğma vətəni hesab etmişlər. Deməli, «İran» adı altında yalnız bir 

xalqın - yəni farsların vətəni deyil, əksinə, bir sıra xalqların vətəni 

başa düşülməlidir. Bunu «İran» mədəniyyəti anlayışı haqqında da 

demək olar. Lakin «İran» mədəniyyətinin müxtəlif tarixi dövrlərin 

məhsulu olduğu da unudulmamalıdır. Qədim  İran mədəniyyəti 

İran yaylasının və onunla həmsərhəd Orta Asiya vilayətləri 

əhalisinin, çoxsaylı  İran tayfa və xalqlarının yaratdığı 

mədəniyyətdir. Həmin mədəniyyətin yaradılmasında Azərbaycan 

xalqının inkaredilməz rolu olmuşdur.  

Tarixçilərin fikrincə, e.ə. III-II minilliklərdə Urmiyyə gölü 

hövzəsində kuti, lullubi, su (suv), turukki tayfaları yaşayırdılar. 

Həmin tayfalar adları bizə  məlum olmayan, lakin başqa (o 

cümlədən Hurri, Qafqaz, Elam) dillərində danışan  əhali ilə 

ünsiyyətdə olmuşlar. 

Eramızdan əvvəl I minillikdə İran ərazisində kuti və lullubi 

etnosları ilə yanaşı, bir sıra başqa ad daşıyan tayfalar da 

yaşamışlar. Urmiyyə gölü hövzəsində Manna dövləti yarandıqdan 

sonra, onun ərazisi Assur mixi yazılarında «Mannaya ölkəsi», 

yəni «mannalıların ölkəsi» adlanırdı. Yəqin ki, «mannalı» anlayışı 



______________Milli Kitabxana_____________ 

 188


bir sıra etnosların, o cümlədən etnik cəhətdən qohum olan 

etnosların ümumi adı olmuşdur. Lakin Manna xüsusi antroponim 

və yer-toponim adlarının təhlili mövcud olan dillər barədə 

mühakimə yürütməyə imkan verir. Manna yer adlarının bir qismi 

türk dillərində izah olunur. Bəzi Manna hökmdar adları türk 

mənşəli hesab oluna bilər. Çox güman ki, bu etnos hələ Aratta 

dövründə burada yaşayırmış və ölkədə onun dilində işlənən söz ilə 

Aratta (Alateye, yəni «dağ», «dağlıq ölkə») adlanmışdır. Bu 

toponimlər prototürk, yaxud protoazərbaycan dilinə  mənsub idi. 

Lullubi, turukki və sular Arattanın sakinləri olmuşlar və prototürk 

(protoazərbaycan) dilində danışırmışlar. Bununla əlaqədar 

«turukki» etnonimini «türk» adının erkən forması kimi qəbul 

etmək olar. 

İranın,  İraqın, Türkiyənin, Zaqafqaziyanın, Orta Asiyanın 

bir çox ərazilərində  hələ  ən qədim dövrlərdən türklərin 

məskunlaşması  məsələsini müdafiə edən alimlərimizin sırası 

getdikcə artmaqdadır. 

Coğrafi anlayış kimi İran yaylasının sərhədləri Qərbdə 

Zaqros dağlarından, Şərqdə Hindistan (İndi Əfqanıstan, Pa-kistan) 

ərazisindən,  Şimalda Araz çayından başlayır, Cənubda fars 

körfəzinə çatır. Bu ölkə son zamanlaradək «Persiya» (Farsistan) 

adlanırdı. XX əsrdə dövlət tərəfindən rəsmi olaraq «İran» adı 

qəbul edilmişdir. Bəzi alimlərin fikrincə, «İran» adı qədim dövrdə 

«Ariana» («ari» ölkəsi) şəklində  işlədilirmiş, lakin Ariana qədim 

yunan qaynaqlarında bütün İran yaylasına yox, ancaq onun Şərq 

hissəsinə (indi: Seistana) şamil edilirdi. Avestada həmçinin 

«Arianam veyca» («ari ölkəsi») adı çəkilmişdir. Bəzən bu ölkəni 

Orta Asiyada qədim Xarəzm  ərazisində yerləşdirirdilər. Mərv və 

Herat  şəhərini onun mərkəzi hesab edirdilər.  Əhəmənilər 

dövründə Arey («Ariya») Xarəzm və Soqdiana ilə bir canişinliyə 

daxil idi və Xarəzmdə axan çay Ak adlanırdı (ola bilsin ki, Ak çay 

adı  türk  sözü  ak  (aq)  «ağ, ağımtıl (çay)» mənasını daşıyırmış). 

Beləliklə, Arianam (Ariana)  

Arey  İran yaylasının  Şərq və  şimal-şərqində müəyyən 

əraziyə verilən ad olmuşdur. «Ariana» adının  İran formasına 

çevrilməsi inandırıcı deyildir, «İran» adının  əmələ  gəlməsində 



______________Milli Kitabxana_____________ 

 189


başqa komponentlər iştirak etmişdir. Ariana xoronimi «ari» tayfa 

adından əmələ gəlmişdir. Türk dillərində ari - arı «təmiz, alicənab, 

kübar «müqəddəs» mənalarını saxlamışdır. «Ari» tayfa adını da 

eyni cürə  mənalandırırlar. «İran» adında isə «ir» etnonimi və an 

cəm şəkilçisi iştirak edir. Etnonim «ir» qədim türk dillərində ər, er 

sözlərinin digər fonetik forması olmaqla, «kişi, cəsur, qoçaq» 

mənalarını daşıyırdı. «Arı» və «ir» sözləri ancaq türk dillərində 

qalmışdır. 

Hind-İran tayfaları birliyi e.ə. II minilliyin sonu-I minilliyin 

əvvəlində parçalanmışdı. İrandilli tayfalar cənub-şərqi Avropadan 

hərəkətə başlamış, bir qismi Orta Asiyaya getmiş, digər qismi isə 

Qafqaz dağlarını aşaraq İran yaylasına gəlmişdir. İkinci ehtimala 

görə, onlar Orta Asiyadan hərəkət edərək İran yaylasında tədricən 

məskunlaşmışlar.  

Tarixi-filoloji dəlillərə əsaslanan başqa ehtimala görə, Hind-

Avropa dil birliyi Ön Asiyada Hind və İran qollarına parçalanmış, 

Hind dilini daşıyan etnoslar Hindistana yönəlmiş,  İran dillərində 

danışanlar isə  İran yaylasında məskən salmışdır. Eyni zamanda 

müxtəlif dövrlərdə  İrandilli tayfaların bir qismi Qafqaza və Orta 

Asiyaya hərəkət etmişdir. 

Hələ e.ə. III-II minilliklərdə  İran  ərazisində müxtəlif 

dövlətlər meydana gəlmişdi. Əsrlər keçdikcə həmin dövlətlər bir-

birini əvəz etmişdir. Aratta, Lullubi, Kuti, Elam, Midiya, Urartu, 

Manna,  Əhəmənilər, Atropatena, Sasanilər və s. dövlətlər tarix 

səhnəsinə çıxmış, bəzisi isə uzun müddət ömür sürmüşlər. Həmin 

dövlətlərin  ərazisində yaşayan xalqların mədəniyyətində eyni 

cəhətlər çox olmuşdur. E.ə. I minillikdə  zərdüştilik qəbul 

edildikdən sonra bu özünü mədəniyyətdə də göstərmişdir. Həmin 

dinin müxtəlif xalqlar tərəfindən qəbul edilməsi onların 

mədəniyyətinin formalaşması  işində müxtəlif xalqların iştirak 

etməsinə böyük təsir göstərmişdir. 

Məlum olduğu kimi, İranın  ən qədim  əhalisi müxtəlif 

allahlara sitayiş edirdi. Qədim Elamda allahlar panteonu mövcud 

idi. Qaynaqlar Urmiyyə gölü sakinlərinin dini dünyagörüşü barədə 

çox cüzi təsəvvür yaradır. Burada çoxallahlılıq-politeizm, bütlərə 

sitayiş mövcud olmuşdur. Tarixi faktlar sübut edir ki, assurilər 



______________Milli Kitabxana_____________ 

 190


dəfələrlə Manna allahlarının təsvirlərini qənimət kimi 

aparmışdılar. 

İranın cənubunda olan xalqlar, o cümlədən farslar arasında 

zərdüştilik təlimi yayılmışdı. Herodotun verdiyi məlumata görə, 

onlar məbəd tikməzdilər, ibadəti açıq havada keçirərdilər. Həmin 

xalqlar müxtəlif təbiət qüvvələrinə sitayiş edirdilər. Günəş, su, ay, 

külək və s. dini ibadətə çevrilmişdi. Bütün bunlar Avestada təsvir 

olunan miflərdə öz əksini tapmışdı. 

İran mədəniyyəti haqqında  əsas məlumatlar qədim 

abidələrdə qorunub saxlanılmışdır. Həmin abidələr içərisində 

Avesta özünəməxsus yer tutur. Avestada ən qədim  əsatirlər öz 

əksini tapmışdır. Bunlar eyni zamanda «Şahnamə», 

«Bəhmənnamə», «Camasbnamə», «Geştasbnamə», pəhləvi 

kitabları, «Artaviraknamak» və s. əsərlərdə geniş  şəkildə  təsvir 

olunmuşdur. 

Div, pəri,  əjdaha, Simurq quşu kimi mifoloji obrazlar, o 

cümlədən tarixi şəxsiyyətlər hesab edilən Cəmşid (Avestada ilk 

insan, ilk padşah Yima adlanır), Huşəng, Təhmuras, Kəyumərs, 

Zöhhak, Fərudin, Mənuçöhr, Nuzər, Gərşasb və b. adlar təkcə 

farsdilli ədəbiyyatda deyil, həmçinin türk xalqlarının dastan, əsatir 

yaradıcılığında geniş əksini tapmışdır. Həmin eposlardakı təsvirlər 

təbiət qüvvələrinin canlılaşdırılmasından başlanır. Tarixin 

əvvəllərində bu inikasın obyektləri, hər  şeydən  əvvəl, təbiət 

qüvvələrindən ibarətdir və bunlar sonrakı  təkamül zamanı 

müxtəlif xalqlarda ən müxtəlif və cürbəcür  şəkildə canlandırılır. 

Bu ilkin proses müqayisəli mədəniyyət vasitəsi ilə hər halda Hind-

Avropa xalqları arasında izlənərək, Hind vedalarındakı ilk 

təzahürünə qədər araşdırılmış, onun sonrakı inkişafı isə hindular, 

farslar, yunanlar, romalılar, germanlar, keltlər, litvalılar və 

slavyanlar arasında ətraflı tədqiq edilmişdir. 

Dünyagörüşü  əsasında doğulmuş fantastik obrazlar öz 

müstəqilliyini uzun müddət saxlaya bilir. Burada onun reallığına 

zəif də olsa, inamın olması mühüm rol oynayır. Lakin fantastik 

obrazlar doğulduğu dünyagörüşü atmosferini yaşayaraq bədii 

şüura çevrilir, obrazlar və motivlər dairəsini yaradır. 

Qədim  Şərq mədəniyyətində, onun mifologiyasında allah 



______________Milli Kitabxana_____________ 

 191


obrazları üstünlük təşkil etmişdir. Qədim  İran mədəniyyət 

nümunələrində isə mifoloji şahların təsvirinə daha çox yer 

verilmişdir. Həmin  şahları  təsvir edən eposlar içərisində 

Firdovsinin «Şahnamə»si mühüm yer tutur. Qədim yazılı 

abidələrdə, o cümlədən «Şahnamə»də mifoloji şahlar həmçinin 

mədəni qəhrəmanlar rolunda çıxış edir. «Şahnamə»də ilk mifoloji 

şah kimi Kəyumərs təsvir olunur. 

Kəyumərs paltarı  kəşf edir, çiy ət yeməkdən bişmiş  ət 

yeməyə keçməkdən ötrü odu kəşf edir. Kəyumərs  Əhrimənin 

yaratdığı divlərlə mübarizə edir, bu yolda onun oğlu Siyamək 

qurban gedir. Yalnız Siyaməkin oğlu, Kəyumərsin nəvəsi Huşəng 

atasının intiqamını alır. Huşəng surəti bir mifoloji şah surəti kimi 

mürəkkəb obrazdır. Qədim  İran mifologiyasının mədəni 

qəhrəmanları içərisində Huşəng özünəməxsus yer tutur. 

«Pardaxta» titulunun Huşəngə aid olması ehtimalı mövcuddur. 

«Avesta»da bu titul Huşəngin adı ilə yanaşı çəkilir. Sülalə anlayışı 

verən «Pardaxta» əvvəllər Huşəngin adı olmuş, sonradan isə onun 

tituluna çevrilmişdir, daha sonralar isə  İranın bütün mifoloji və 

əfsanəvi hakimlərinə, o cümlədən  İranın  əbədi düşmənləri olan 

Əfrasiyaba, hətta Zöhhaka da aid edilmişdir. 

Xaoşyanqa (Huşəng «Avesta»da belə adlanır) Pardaxta 

Ahura Məzdanın göstərişi ilə 7 ölkəni idarə edən ilk insan 

olmuşdur. (7 ölkə anlayışı iranlıların və  qərbi türklərin xalq 

yaradıcılığında «bütün dünya» kimi başa düşülür). Huşəng təkcə 

adamlar üzərində deyil, həmçinin divlər və cadugərlər üzərində 

ağalıq edirmiş. Huşəng divlərin qoşununu elə darmadağın etdi ki, 

onlar birdəfəlik zülmətdə gizlənməli oldular. O, iki dəfə 

Mazandaran divlərinə qalib gəlir, sonra Ahura Məzdaya böyük 

qurban verir. Huşəng odu kəşf edir, balta, mişar icad edir, 

adamlara torpağı  əkib becərməyi öyrədir, oda sitayişin  əsasım 

qoyur. O, əlindəki daşı dağdakı  vəhşi ilana atır, ilan daşdan 

yayınır, lakin daş qayaya dəydikdən sonra oradan od çıxır. 

Ağır zərbə aldı, qaya partladı, 

Toxunduqda daşa od parladı, 

İlan ölmədi, oldu bu sirr faş 

Ki, od mənbəyidir təbiətdə daş. 



______________Milli Kitabxana_____________ 

 192


Çöküb diz, göyə açdı əl hökmdar, 

Dedi, afərin, şükür, pərvərdigar. 

Hədiyyə mənə vermisən böylə nur 

Bu gündən belə xalqa qiblə odur. 

Dedi: - Xalqın nurudur od, yəqin, 

Cahanda pərəstiş oda eyləyin. 

Hesab edirlər ki, adamları ovçuluğa da o, öyrətmişdir. 

Yaşayış  məskəni tikən, su üçün quyu qazdıran da odur. Huşəng 

astronomiya elmi ilə tanış olmuşdur. Həmin sülalədən olan 

Təhmurəz onun oğlu olmuşdur. O, qoyun yunundan libas, xalça, 

palaz düzəltdirir, atı, eşşəyi, quşu, toyuğu, xoruzu əhliləşdirir. Ot, 

arpa, saman topladır. 

Dedi: - Qırxın, hər yerdə vardır qoyun, 

Qoyunlar ki, qırxıldı, ayrıldı yun, 

O yundan hazırlatdı xalça, libas, 

Döşətdi yerə çoxlu xalça, palaz.  

Atı, eşşəyi tutdu, ram eylədi 

Ot, arpa, saman topladı, yemlədi. 

Seçib vəhşi heyvanları birbəbir, 

Tazıdan, tuladan götürdü xeyir. 

Tutub onları dağda tədbir ilə, 

Gətirdi o, ram etdi zəncir ilə, 

Uçuşda baxıb yoxladı hər quşu,  

Edib qırğını, şahini əl quşu.  

Tutub verdi təlim, ova başladı,  

Bu tədbirini aləm alqışladı. 

Toyuqla, xoruzdan tutunca xəbər  

Ki, xoş banlayırlar açılacaq səhər 

Gətirdi, dedi: - Saxlayın bunları, 

Toyuq saxlayan xalqın artar varı. 

Əfsanəyə görə, Huşəng təkcə xalqına çox şey verən mifik 

şah, mədəni qəhrəman deyil, həmçinin Zöhhakla birlikdə 

iranlıların əcdadıdır. 

İran imperiyası dünyanın  ən iri, çoxsaylı etnoslarının 

imperiyası olmuşdur. E.ə. 559-cu ildən başlayaraq 30 il ərzində 

Əhəmənilər tərəfindən nəhəng imperiya maşını yaradıldı. 



______________Milli Kitabxana_____________ 

 193


Yunanıstandan başlayaraq Həbəşistana, Liviyadan başlayaraq 

Hindistana qədər uzanan bu imperiya bir dildə, aramey dilində 

danışırdı.  Əhəmənilər sülaləsinin nümayəndələri Kir, Kambiz, I 

Dara və başqaları müdrik dövlət müşavirləri vasitəsilə dövlət 

idarəçiliyində böyük uğurlar qazanmışdılar. Midiyanı, Babilistanı 

və Misiri işğal edərək həmin ölkələri öz hakimiyyəti altına 

salmışdılar. Bu ölkədə Zərdüştlü kimi dualist dini hakim din idi. 

Həmin dində xeyir allahı Ahuraməzda,  şər allahı  Əhrimən 

arasında  əbədi mübarizə gedir. Bu isə  həm mədəniyyət və 

incəsənətdə, habelə müqəddəs dini kitab olan «Avesta»da öz 

əksini tapmışdır. Persepol şəhərinin saraylarındakı  təsvirlər, 

Bisütundakı yazılar diqqəti cəlb edir. 

Məlum olduğu kimi, Qədim  İran çoxallahlığın hökm 

sürdüyü bir ölkə olmuşdur. Lakin Zərdüştlük təkallahlığa doğru 

böyük addım hesab oluna bilər. Bu isə mifologiyada, şifahi və 

yazılı ədəbiyyatda öz əksini tapmışdır. 

Haxamanişlərin dövründə  İranın cənubunda Pasarqad və 

Persepol  şəhərləri salınmışdı. Pasarqad şəhərinin tikilməsini II 

Kuruşun adı ilə bağlayırlar. Pasarqal haxamanişlərin müqəddəs 

şəhəri hesab edilirdi. Burada şahlara tacqoyma mərasimi 

keçirilirdi.  Şəhərdə gözəl  şah sarayları tikilmişdi. Onu qala 

divarları  əhatə edirdi. Burada böyük bir sahəni tutan qülləli bina 

inşa edilmişdi, yan-yörəsində ibadət üçün tikintilər vardı. Bu 

sahəni farslar Təxti-Süleyman, qülləni isə Zendan-i Süleyman 

adlandırırlar. Saray divarlarında dörd qanadlı heyvan təsvir 

olunmuşdu, üstündə isə "Mən Kuruşam, Haxamaniş  şahıyam" 

yazılmışdı. Saraylardan aralı bir yerdə Kuruşun məqbərəsi 

tikilmişdi. Saraylar qara və ağ daşdan bəzədilir, divarlara müxtəlif 

mövzulu naxışlar vurulurdu. 

Persepol  Şirazdan 50 km aralı,  şimalda yerləşirdi.  Şəhərin 

salınması I Daranın adı ilə bağlıdır. Persepolun xarabalığı orta 

əsrlərdə  Təxti-Cəmşid adlanırdı. Burada böyük saray dəsti 

yaradılmışdı. Saraylar yaşayış binalarından və ziyafət otaqlarından  

(apadana) ibarət idi. Sarayın özülünə 9.6 kq ağırlığında qızıl və 

gümüş lövhələr qoyulmuşdu. Lövhələrdə üç dildə (Elam, Babil və 

qədim fars) yazı  həkk olunmuşdu. Divarlarda müxtəlif səhnələr 



______________Milli Kitabxana_____________ 

 194


(saray adamları, bac-xərac gətirən başqa xalqların nümayəndələri) 

təsvir olunmuşdu. Persepolda yeni il bayram şənlikləri 

keçirilərmiş. Ehtimala görə, yeni il bayramı martın 22-də 

başlarmış. 

Haxamaniş  şahları Suz şəhərində geniş tikinti işləri 

aparırdılar. Suz şəhərində saray tikintisi barədə I Daranın kitabəsi 

məlumat verir: "Bu sarayı  mən Suzda tikdirdim. Onun bəzəkləri 

uzaqlardan gətirilmişdir. Torpaq çox dərin, ta ki qayanın özülünə 

çatınca qazıldı. Sidr Livan dağlarından gətirildi. Assur xalqı onu 

Babilə gətirdi. Karilər və İoniyalılar onu Suza çatdırdılar. (Hind) 

palıd ağacı  Qəndəhər və Kirmandan gətirildi. Burada işlədilən 

qızıl Sard və Baktriyadan gətirildi. Əlvan daşlar, lacivərd və əqiq 

ki, burada istifadə olunurdu, Soqddan gətirilmişdi. Burada 

işlədilən tünd göy əlvan daş (firuzə) Xarəzmdən gətirilmişdi. 

Burada istifadə olunan gümüş və tunc (yaxud qara ağac) Misirdən 

gətirilirdi. Divar bəzəkləri  İoniyadan gətirilmişdi. Burada 

işlədilmiş fil sümüyü Efiopiya (Kuş), Hindistan və Araxoziyadan 

gətirilirdi. Burada işlədilən daş sütunlar Elamın Abiraduş 

kəndindən gətirilmişdi. Daşyonanlar ioniyalı  və lidiyalılardı. 

Qızılla işləyən zərgərlər midiyalı  və misirlilərdi. Ağaca naxış 

vuran adamlar midiyalı  və misirlilərdi. Kərpic tökən adamlar 

babillilərdi". I Dara böyük bir təmtəraqla Suz şəhərində saray 

dəsti inşa etdirdi. Burada 100-dən çox otaq tikilmişdi, 12 ölkədən 

material gətirilmişdi. Saraya ağ, qırmızı, qara və Sarı  mərmər 

döşənmişdi. Ziyafət otağının tavanı 20 m-lik sütunlara dirənirdi, 

sütunların yuxarı hissəsi öküz başı rəsmi ilə bəzənmişdi. Ruradan 

tapılmış kitabədə deyilirdi: "Bax, bu ölkələrdən saray üçün bəzək 

gətirmişdilər. - Pars, Elam, Midiya, Babil, Assuriya, Ərəbistan, 

Misir, dənizarxası ölkələr, Lidiya, İoniya, Urartu, Kappadokiya, 

Parfiya, Drangiana, Areya, Xarəzm, Baktriya, Soqdiana, 

Qandhara, Skitiya, Sattagidiya, Araxosiya...". Nəqşi-Rüstəmdə 

(Persepol yaxınlığında) Haxamaniş dini abidələr dəsti 

yaradılmışdı. Burada I Daradan başlayaraq dörd Haxamaniş 

şahının qaya oyuqlarında məqbərələri inşa edilmişdi. 

Haxamanişlər dövründə mixi işarələr  əsasında qədim fars yazı 

növü icad edilmişdi. Bu yazı "hecalı əlifbadan" ibarət idi. Qədim 



______________Milli Kitabxana_____________ 

 195


fars mixi yazısının yaradılmasını I Daranın adına çıxırlar. Bəzi 

mülahizələrə görə, bu yazı növü əvvəllər də işlədilirdi, guya onu 

midiyalılar Urartu mixi işarələrinin təsiri altında icad etmişdilər, 

sonra haxamanişlər bu yazı növünü midiyalılardan 

mənimsəmişdilər. Lakin bu mülahizəni təsdiq edə biləcək Midiya 

mixi yazısı nümunəsi tapılmayıb. Ehtimal edirlər ki, midiyalılar 

akkad, yaxud arami yazı növündən istifadə edirdilər. 

Herodotun məlumatına görə, midiyalı Harpaq II Kuruşa 

məktub yazmışdı, Kuruş özü Astiaqın adından məktub tərtib 

etmişdi. Bəziləri bu məktubların Midiya mixi yazısı ilə  tərtib 

olunduğunu söyləyirlər. Lakin bu məktubların Elam mixi yazı 

növü ilə tərtib olunması fikri həqiqətə daha uyğundur. 

Hələ qədim fars yazı növü icad olunmazdan əvvəl I Daranın 

göstərişləri Elam, akkad və arami işarələri ilə yazılırdı. Bisütun 

yazısında I Dara deyir: "Mən  əvvəl işlədilməyən kitabə növü 

yaratdım. (Bu) ari dilində gil və gön üzərindədir". Beləliklə, o, ilk 

dəfə ari dili mətnlərini yazıya köçürtdürdü. Belə hesab edirlər ki, 

ari dili anlayışı  qədim fars və Midiya dillərini nəzərdə tuturmuş. 

Lakin bu belə deyil. Bəzi mülahizələrə görə, fars dili Midiyada da 

işlənirdi. Qədim fars mətnlərindəki bəzi fonetik fərqlər Midiya 

dilinə aid edilir, halbuki onlar əslində fars dilinin dialekt 

formalarıdır.  Əksinə, belə  də  fərz edirdilər ki, Bisütun yazısının 

qədim fars nüsxəsi əslində, guya Midiya dilində tərtib olunmuşdu. 

Demək olar ki, Bisütun kitabəsinin Elam və Akkad nüsxələri 

qayaya əvvəlcə həkk olunmuş, sonra isə qədim fars yazı növü ilə 

tərtib edilmiş mətnlər Bisütun qayasına köçürülmüşdü. 

Haxamaniş kitabələri qədim fars, Elam və akkad dillərində 

müxtəlif mixi yazı növü ilə  tərtib olunmuşdu. Eyni zamanda, 

arami dili və əlifbasından istifadə edirdilər. 

Qədim  İran  əhalisi təqvim sistemi yaratmışdı.  Ən qədim 

təqvim elamlılara mənsub idi. Onlar ilk əvvəl Akkad təqvim 

sistemindən istifadə edirdilər. Ayların Elam dilindəki  əvəzi 

qaynaqlarda əks olunmayıb. E.ə. I minilliyə aid qaynaqlarda Elam 

aylarının adı  çəkilmişdir, lakin burada qədim fars dilinin təsiri 

özünü göstərirdi. Elam təqvimi qəməri təqvim  əsasında 

yaranmışdı. Elam dili və  mədəniyyəti Haxamaniş dövlətinin 



______________Milli Kitabxana_____________ 

 196


tərkibində müəyyən  əhəmiyyətli mövqeyə malik idi. Sənədlər 

elam dilində  tərtib olunurdu. Suz mərkəz  şəhərlərindən birinə 

çevrilmişdi. Burada Haxamaniş  şahlarının xəzinəsi saxlanılırdı. 

Suz canişini eyni zamanda xəzinədar (elam dilində kabnişkir) idi. 

Haxamaniş dövləti dağıldıqdan sonra Elimaida da (keçmiş Elam) 

Kabnişkirlər (xəzinədarlar) sülaləsi hakimiyyətə  gəlmişdi. 

Kabnişkiri sülaləsi hökmdarları pul kəsirdilər və  hətta parflara 

tabe deyildilər. Eramızın II əsrində bu son Elam sülaləsinin də 

hakimiyyətinə son qoyuldu. 

Elam mədəniyyətinin izləri e.ə. VI minilliyə aid arxeoloji 

laylardan üzə  çıxarılmışdı. Sonrakı minilliklərdə Elam 

mədəniyyətinin təsiri geniş yayılmışdı. Bu təsiri nəinki  İran 

yaylasında və  İkiçayarasında, həm də  Cənubi Qafqazda və  hətta 

Hindistanda müşahidə etmək mümkündür. Sinfi cəmiyyətə keçid 

zamanı Elamda piktorafik (şəkli) yazı sistemi icad edilmişdi. Buna 

oxşar işarələr Hindistanda da tapılmışdı. Bu işarələrin sayı 

təxminən 500-ə çatırdı. Piktoqrafik yazı sisteminin inkişafı Elam 

xətti yazı formasının meydana gəlməsinə  səbəb olmuşdu. Xətti 

yazı piktoqrafik işarələrin sxematik (cizgi) görkəmini əks etdirir. 

Xətti yazı 80 və ola bilsin ki, daha çox işarəyə malik imiş. E.ə. III 

minilliyin ikinci yarısında elamlar Şumer-Akkad mixi yazı 

sistemini mənimsəmişdilər. Mixi yazı  işarələri elam dilinin 

xüsusiyyətinə tam da olmasa uyğunlaşdırılmışdı. Mixi yazı elam 

dilinin fonetikasını, səs xüsusiyyətlərini aydın verə bilmirdi. Mixi 

işarələri ilə  tərtib olunmuş ilk elamdilli yazı "Naram-Suen ilə 

müqavilənin" mətnindən ibarətdir. Elam mixi işarələrinin sayı 

200-ə çatırdı. Bunlardan 174-ü hecalı  işarələrdən, 25-i isə söz 

bildirən işarələrindən (loqoram) ibarət olmuşdu. Son Elam 

dövründə mixi işarələrin sayı azaldılmış, yazı sadələşdirilmiş  və 

123 mixi işarə saxlanılmışdı. Elamlılar öz kitabə  və  təsərrüfat 

sənədlərini nəinki elam dilində, həm də akkad dilində  tərtib 

edirdilər. Mixi yazının işlədilməsi baxımından Elam İkiçayarası 

mədəniyyəti dairəsinə daxil idi. 

Elam mədəniyyətini yaradan əhalinin etnik tərkibi tam 

məlum deyil. Əhalinin əsas hissəsini elamlılar təşkil edirdi. Lakin 

bu ərazi təmiz elamdilli əhalidən ibarət olmamışdı. Erkən dövrdə 



______________Milli Kitabxana_____________ 

 197


buraya sami tayfaları yol açmışdı. Ola bilsin ki, Elamın cənub-

qərbində  şumerlər də  məskən salmışdılar.  Şimaldan Elam 

ərazisinə turukkilər (prototürklər), kassilər və  bəlkə  də subir və 

hurrilər yayılmağa başlamışdılar. Bu tayfaların heç biri əhalinin 

elam mənşəli tərkibində  dəyişiklik edə bilmədi. Son dövrlərdə 

Elam ərazisinə irandilli tayfalar yol açdılar. Onlar əvvəlcə Anşan 

vilayətində, sonra da Elamın başqa vilayətlərində  məskən 

salmışdılar. Müxtəlif tayfaların Elamda məskunlaşmasına 

baxmayaraq Elam mədəniyyəti özünəməxsus  əlamətləri 

saxlayırdı. Minilliklər  ərzində elamların mənəvi aləmi, qədim 

ayinləri və dini görüşləri öz varlığını saxladı. 

Din Elam əhalisi arasında, onun gündəlik həyatında mühüm 

yer tuturdu. Elamlılara məxsus allahlar panteonu yaradılmışdı. 

"Narm-Suenlə müqavilə"  şahid kimi 37 allah adını sadalamışdı. 

Burada Elam allahları ilə yanaşı Akkad allahlarının da adları 

çəkilmişdi. Elam panteonunda Akkad və  bəlkə  də başqa mənşəli 

allahlar da təmsil olunmuşdu. Qarışıq panteon qədim Şərqin digər 

ölkələrinə  də xas idi. E.ə. III minillikdə Elam panteonuna ana 

ilahə Pinenkir başçılıq edirdi. Bu da Elam cəmiyyətində ana nəsli 

qaydalarının saxlanılmasını göstərən amil hesab edilər bilər. Elam 

vilayətlərinin hərəsinin özünəməxsus ana ilahəsi vardı. Pinenkir 

Suz şəhər icmasının ilahəsi sayılırdı. O, "səma hökmdarəsi" kimi 

məlum idi. İkiçayarası əhalisi Pinenkiri özlərinin İştar (məhəbbət 

və məhsuldar ilahəsi) ilahəsi ilə eyniləşdirirdilər. Pinenkir böyük 

ana ilahə hesab edilirdi. Elamın Liyan (İran körfəzi sahili) vilayəti 

əhalisi Kiririşa ("Böyük ilahə") ilahəsinə sitayiş edirdi. Anşan 

vilayətində isə ilahə Partiyə ibadət yayılmışdı. Kiririşaya ibadət 

ümum Elam səviyyəsinə qalxmışdı. E.ə. III minillikdə allah 

Humpan Elam panteonunda ikinci yer tuturdu, lakin II minilliyin 

ortalananda o artıq panteona başçılıq edirdi. Elam cəmiyyətində 

baş vermiş  və  dərinləşmiş sosial-iqtisadi və ictimai dəyişikliklər 

dini təsəvvürlərə  də  təsir göstərmişdi. Elamlıların mənəvi 

aləmində ata nəsli hüququ üstünlük qazanmışdı. Humpan da 

"Səma hökmdarı" hesab edilirdi. Bu allah Pinenkirin və 

Kiririşanın  əri kimi təsəvvür olunurdu. Humpan və Kiririşanın 

nikahından allah Humpan yaranmışdı. 



______________Milli Kitabxana_____________ 

 198


Minillik ərzində ictimai-iqtisadi amillərin təsiri altında Elam 

panteonu dəyişilirdi. E.ə. III minillikdə allah İnşuşinak panteonda 

altıncı yer tuturdu. İnşuşinak adı Suz şəhərinin  şumer adından 

əmələ  gəlmişdir.  Şumercə Nin-şuşin-ak  əslində "Suzun (Şuşinin) 

sahibəsi" mənasını daşıyırdı.  İlk  əvvəllər  İnşuşinak qadın ilahəsi 

kimi tanınmışdı. Min il sonra onun adı Humpan və Kirjrişa ilə 

yanaşı, bəzən də ikinci yerdə çəkilirdi. İnşuşinaka "zəiflərin atası", 

"allahların yerdə  və göydə havadan", "Sirli allah" kimi rütbələr 

verilirdi.  İctimai-iqtisadi münasibətləri  əks etdirən sənədlərdə 

İnşuşinak andiçmə allahı mövqeyini tuturdu. Onun adı ilə and 

içirdilər, axirət dünyasında isə o, məhkəmə qururdu. İnşuşinak 

Elam axirət dünyasının hakiminə çevrilmişdi. And mərasimində 

onunla yanaşı ilahə  İşmekarabın adı da çəkilirdi.  İşmekaraba 

(akkadca "O, duanı  eşitdi") ibadət ola bilsin ki, Akkad təsiri 

altında yaranmışdı. Bu ilahənin Elam müqabili Laqamal (yaxud 

Laqamar) olmuşdu.  İşmekarab və Laqamal axirət dünyasının 

ilahələri hesab edilirdilər. İşıq dünyasının allahı Nahhunti (elamca 

"Günəş") idi. O, sənədlərdə  şahidlərin havadarı kimi qələmə 

verilirdi. Nahhunti qanun-qaydanı qoruyur, hüquq və  məhkəmə 

allahı  vəzifəsini görürdü. Elamlılar ay allahı Napirə  də sitayiş 

edirdilər. O, "yetimlərin atası" adını qazanmışdı. Narundi qələbə 

ilahəsi idi, lakin qonşu assurilər onu "yeddi şər ruhun" bacısı 

adlandırmışdılar. Elamlar bir çox yerli allahlar ilə yanaşı 

İkiçayarası allahlarına (Adad, Nerqal, Enki və s.) da sitayiş 

edirdilər. Elam cəmiyyətində çoxallahlılıq (politeizm) mövcud 

olmuşdur. 

Şifahi xalq ədəbiyyatı  və  əfsanələr Elam cəmiyyətində 

müəyyən yer tuturdu. Bunu qədim dövrün möhürləri və qabları 

üzərində əks olunmuş təsvirlərdən görmək mümkündür. Təsvirlər 

müxtəlif mövzuları əhatə edirdi. Möhür üzərində yırtıcı quş başı, 

dırnaqlı  və qanadlı Aslan təsvir olunmuşdu. Antik ədəbiyyatda 

belə qarışıq  əlamətlərə malik olan vəhşi heyvan qrif adlanırdı. 

Qrif surəti Elam əfsanəsinin məhsuludur. Qrif mövzusu möhür 

təsvirlərinə Elam şifahi xalq yaradıcılığından keçə bilərdi. 

Möhürlərdən biri üzərində ikicərgəli  əfsanəvi təsvirlər həkk 

olunmuşdu.  Şəkildə aypara və ulduz, insan başlı öküz, qrif, 



______________Milli Kitabxana_____________ 

 199


əllərində dirilik ağacları, heyvan üstündə allahlar və s. təsvir 

edilmişdi. Bu, Elam sənətkarlığının gözəl nümunəsi hesab olunur, 

lakin onun əfsanə  məzmunu qaranlıq qalır. Digər möhürlər 

üzərində  əks olunmuş  əfsanəvi səhnələrin mövzusunu da açmaq 

tam mümkün deyildir. Bir sıra möhürlərin təsvirləri elamlıların 

gündəlik həyatına həsr olunmuşdur. Burada ov səhnəsi, torpağın 

kotanla  şumlanması, üçdişli toxa ilə sahənin becərilməsi, 

qadınların xurma məhsulunu toplaması, keçilərin çöllərdən 

qayıtması  və  pəyəyə salınması  səhnələri verilmişdir. Möhürlərin 

birində emalatxana təsvir edilmişdir: kişilər saxsı qab hazırlayır, 

qadınlar isə yun təmizləyir, bayırda anbarlara taxıl tökürlər, anbar 

yanında diz üstə oturan mirzə  qəbul olunmuş taxılın hesabını 

aparır. Bunlar elamlıların gündəlik məşğul olduqları  əmək 

prosesini gerçək əks edən təsvirlərdir. 

Elam sənətkarlığının gözəl nümunələrindən biri uzunsov 

qədəh hesab edilir. Onun üzərində dağ keçisinin əndamı ümumi 

şəkildə  cızılmışdır. Dağ keçisinin yay kimi burulmuş buynuzlan 

belinə kimi çatdırılmışdır. Keçi təsvir olunan hissə  çərçivəyə 

alınmış, onun üstündən isə sanki sıçrayışa hazırlaşan tazı təsvirləri 

verilmişdir. Yuxarı hissədə boğazı nazik və uzunsov quşlar təsvir 

olunmuşdur. Təsvirlərin hamısı ümumi incəlik və gözəl uyğunluq 

yaradır. Təsvir öz gerçəkliyi ilə fərqlənir. Nazik səthi olan güldana 

isə  qıvrılıb qalxan ilan təsviri vurulmuşdur.  İlan müxtəlif 

rənglərdə  işlənmişdi.  İlan Elam mədəniyyətinin ana xəttini təşkil 

edirdi. Elamlıların təsəvvürünə görə, ilan məhsuldarlığı  təmsil 

edirmiş. Bitişik qoşa ilan təsvirlərinə rast gəlinir. Qoşa ilanlar 

məhsuldarlıq rəmzini bildirirmiş. Qoşa ilan mövzusu Misirə  də 

sirayət etmişdi. Elamlılar ilanı ilahiləşdirmişdilər. Eyni zamanda 

ilana insan sifəti verilirdi. İnsan başlı ilan Elam mədəniyyətinə xas 

olan cəhətdir. Belə təsvirlər İkiçayarasında da məlum deyildi. 

Metaləritmə  və metalişləmə  sənəti Elamda yüksək inkişaf 

səviyyəsinə qalxmışdı. Hökmdar qadın Napirasunun heykəli buna 

bir nümunədir. Heykəl çox böyük əzəmətə malikdir. Heykəldə 

hökmdar dadının uzun barmaqları, qəddi-qaməti böyük bir 

incəliklə  işlənmişdi. Abidənin ağırlığı 1800 q çatırdı. Hökmdar 

Untaş-Napirişaya məxsus tunc balta tapılmışdır. Baltanın tiyəsi 



______________Milli Kitabxana_____________ 

 200


aslanın geniş açılmış ağzına yapışdırılmış, əl tutacağının sonu isə 

vəhşi qaban fiquru formasında qızıldan tökülmüşdü. Bununla 

əlaqədar Luristan tunc əşyalarının kökünü Elam metallurgiya 

sənətində axtarırlar. 

Memarlıq sahəsində  də Elam sənətkarları öz üslubları ilə 

fərqlənirdilər. Dur-Untaş  məbədi özünün əzəməti ilə, inşaat 

texnikası ilə İkiçayarası məbədlərinə oxşamırdı. Bu qülləli məbəd 

(zikkurat) beş  mərtəbədən ibarət idi. Tikintidə çiy və bişmiş 

kərpicdən  istifadə olunmuşdu.   Minlərlə işçi qüvvəsi,  bənna və 

memar tikintidə çalışırdı. Məbəd ətrafına qala divarı hörülmüşdü. 

Divarın yeddi darvazası vardı. Bəzi darvazaların önündə müxtəlif 

Elam allahlarına mənsub kiçik məbədlər tikilmişdi. Elam qonşu 

xalqlar mədəniyyətinə xeyli təsir göstərmişdi. 

 Qədim fars təqvimi isə Babil qəməri-şəmsi (günəş-ay) 

təqvim sisteminə uyğun tərtib olunmuşdur. Təqvim 12 və bir 

əlavə aydan ibarət idi. İranda Zərdüşt təqvimi də  işlədilirdi. Bu 

təqvim, adətən, ayları allahların adı ilə bildirirdi. İl 365 gündən 

ibarət idi. Babilistanda olduğu kimi, il 12 aya, hər ay 30 günə 

bölünürdü. İlə 5 gün əlavə edirdilər. 

Haxamaniş dövlətinin yaranması və yüksəlişi dövründə İran 

mədəniyyəti imperiyaya daxil olan xalqlara güclü təsir 

göstərmişdi və eyni zamanda, əks təsirə də məruz qalmışdı. 

İranın  ən qədim  əhalisi müxtəlif allahlara sitayiş edirdi. 

Elamda artıq müəyyən panteon sistemi yaradılmışdı. Qaynaqlar 

Urmiyyə gölü hövzəsi sakinlərinin dini dünyagörüşü barədə çox 

cüzi təsəvvür yaradırlar. Burada çoxallahlılıq, bütlərə sitayiş 

mövcud olmuşdur. Assurilər dəfələrlə Manna allahlarını 

(təsvirlərini) qənimət kimi aparmışdılar. 

İranın cənubunda farslar arasında zərdüştlük təlimi 

yayılmışdı. Herodotun verdiyi məlumata görə, farslar məbəd 

tikməzdilər, ibadəti açıq havada keçirirdilər. Onlar müxtəlif təbiət 

qüvvələrinə sitayiş edirdilər. Günəş, su, ay, külək və s. sitayiş 

obyektinə çevrilmişdi. 

Ehtimala görə, zərdüştlük e.ə. VII əsrdə meydana gəlmişdir. 

Zərdüştlüyün müqəddəs kitabı Avesta hesab edilir. Avestanın 

mətnlərindən göründüyü kimi, bu dinin banisi Zərdüşt (Avestada 



______________Milli Kitabxana_____________ 

 201


Zaratuştra) olmuşdu. Zərdüştün yaşadığı dövr və dini təlimə 

başladığı yer mübahisəlidir. Zərdüştün e.ə. VII əsrdə yaşaması 

ehtimalına üstünlük verilir. Belə hesab edirlər ki, Zərdüşt dini 

Orta Asiyada, yaxud Şərqi İranda meydana gəlmiş və İranın digər 

yerlərinə yayılmışdı. Lakin bu müddəa daha çox ümumi 

mülahizələrdən ibarətdir.  İran  ərazisində  qədim dövrlərdən 

Anuramazdaya sitayiş  əks olunmuşdu. Fərz edirlər ki, Astiaqın 

dövründə  zərdüştlük Midiyada rəsmi dinə çevrilmişdi. Zərdüşt 

tarixi şəxsiyyət hesab edilir. 

İran panteonuna işıq, həqiqət və müqavilə allahı Mitra, su 

ilahəsi Anahit daxil idilər. Bu allahlara irandilli tayfalar sitayiş 

edirdilər. Avestada və Haxamanişlər dövründə Ahuramazda 

(Hörmüzd) qabaqcıl mövqeyə malik idi və baş allah hesab 

edilirdi. Avestada kainatın və həyatın yaradılması Ahuramazdanın 

əməli kimi qiymətləndirilir. Haxamaniş kitabələrində isə deyilir: 

"Böyük allah Ahuramazda bu torpağı yaratdı, bu səmanı yaratdı, 

insanı yaratdı". Ahuramazda müqəddəs ruhu (Spanta-manyu), 

Anqro-manyu (Anqro-maynyu) isə  şər ruhu təmsil edirdilər. 

Bunlar  əkiz qardaş hesab olunurdular. Anqro-manyu (sonrakı 

Əhriman,  Əhliman) div (dev) adlanan şər allahlarına başçılıq 

edirdi. Həqiqətin və xeyrin təcəssümü olan Ahuramazda ilə  şər 

qüvvələri təmsil edən Anqro-manyu arasında  əbədi mübarizə 

gedirdi. Onlar hər ikisi zaman allahı Zrvananın övladları idilər. 

İnsanlar Anqro-manyu və onun köməkçiləri olan divlərə qarşı 

mübarizə aparmalı idilər. Zərdüşt təliminə görə,  şər ilə xeyir, 

yalan ilə  həqiqət arasında ölüm-dirim mübarizəsi gedirdi. 

Zərdüştlük dininin ehkamları Avestanın müxtəlif bölmələrində 

əks olunmuşdur. 

Avestanın  ən qədim hissəsini qatlar təşkil edir. Qatlar 

Avestanın Yasna bölməsində təmsil olunmuşlar. Qatlar Zərdüştün 

təlimindən ibarətdir. Ehtimala görə, qatlar ilk əvvəl şifahi şəkildə 

ifa olunurdular. Onların yazıya alınmasını Haxamanişlərdən 

sonrakı dövrə aid edirlər. Zərdüştün təlimində  təkallahlıq 

tərənnüm edilir. O, Ahuramazdanı yeganə ali allah kimi təbliğ 

edirdi. Zərdüştün təsvirinə görə, xeyir və şər dünyanın əvvəlindən 

mövcud olmuş  və onların arasında mübarizə gedir. İnsanlar 



______________Milli Kitabxana_____________ 

 202


həyatda xeyri, yaxud şəri seçməkdə  sərbəstdirlər, lakin son 

məqamda xeyir və  həqiqət üçün imkan tapır. Avestada əks 

olunmuş dialekt leksikasına və ümumi mülahizələrə  əsaslanaraq 

Zərdüştün vətənini Orta Asiyada, yaxud Əfqanıstanda 

yerləşdirirlər. Bu mülahizə özü mübahisəli qalmaqdadır. Sonrakı 

İran  ənənəsi Rey şəhərini, yaxud Azərbaycanı  Zərdüştün vətəni 

hesab etmişdilər. Qatların dili asanlıqla anlaşılmır. Onun bir çox 

parçaları müxtəlif cürə başa düşülür, çətinliklə izah olunur. 

Yasna maldarlıq təsərrüfat sahəsini təbliğ edir. Zərdüşt 

"peyğəmbər" kimi çıxış edir, Ahuramazdanı mal-qaranın 

yaradıcısı kimi qələmə verir. Qatda yazılır: "Biz Ahuramazdanı 

tərifləyirik, çünki o, mal-qaranı  və Artanı, suyu və bitkiləri, işıq 

və torpağı, bütün nemətləri yaratdı... Mal-qaraya dinc otlaq və 

yem verməyə çağırırıq". Zərdüştün təliminə görə, mal-qaranın 

canıyanan sahibi olmalıdır, buna görə Ahuramazda çoban yaratdı. 

Lakin divlərə (qədim farsca "dayva") sitayiş edənlər çobana 

zorakılıq edirlər, evləri, kəndləri, vilayətləri və ölkələri talayırlar. 

Onlara qarşı silahla vuruşmaq, mal-qaranı zorakılıq və 

qəddarlıqdan qorumaq lazımdır. Yalançılar ölkədə mal-qaranın 

çoxalmasını istəmirlər. Hakimiyyəti onların  əlindən almaq 

lazımdır. 

Qatlar  əhalinin maldarlıqla məşğul olduğu dövrü əks 

etmişlər. Ara müharibələrim nəticəsində  əhalinin mal-qarası, 

davarı, əmlakı talan edilirdi. Burada müharibə törədənlər yalançı, 

div, Anqromanyunun tərəfdarları kimi şər qüvvələrə  şamil 

edilmişdir. Qatlar, şübhəsiz, sinfi cəmiyyət və müharibələr 

şəraitini  əks etmişlər. Məlum olduğu kimi, İran  ərazisi tez-tez 

İkiçayarası hökmdarlarının basqınlarına məruz qalırdı, ölkə 

talanırdı, mal-qara aparılırdı. Ölkədə yaranan narazılıq və ehtiyac 

yeni təlimlərin meydana gəlməsinə 

şərait yaradırdı, 

çoxallahlılıqdan tək allaha ibadət bərqərar olurdu. Zərdüşt 

təliminin  İran  ərazisində, xüsusilə maldarlıqla məşğul olan dağ 

əhalisi arasında meydana gəlməsi üçün tarixi şərait mövcud idi. 

Ola bilsin ki, Zərdüşt təlimi buradan şərqə doğru yayılmışdı. Bu 

təlimin mahiyyətini xeyir və  şərin mübarizəsi təşkil edir: guya 

varlığın əvvəlində xeyirxah və bədxah ruhlar öz əməllərinə, ,  


______________Milli Kitabxana_____________ 

 203


digəri onu dağıdırmış. Onların arasında "nə fikir, nə  təlim, nə 

arzu, nə əqidə, nə söz, nə əməl, nə inam, nə ruh uyğun gəlmirdi". 

Təlimə görə, son məqamda yalançılar,  şər qüvvələr zülmət 

padşahlığına, həqiqət tərəfdarları, xeyirxah qüvvələr işıqlı 

padşahlığa düşəcəkdilər. Qatlarda sinfi cəmiyyətdə mülki 

bərabərsizliyin, haqsızlığın törətdiyi ziddiyyətlər dini boyalarla və 

fəlsəfi mühakimələrlə öz əksini tapmışdır. 

Zərdüşt bu ziddiyyətlərdən özü üçün çıxış yolu tapır. O, 

özünü Ahuramazdanın pərəstişkarı elan edir, bu məsləkə sahib 

olan kəndlərin talanmasını, mal-qaranın oğurlanmasını  və 

aparılmasını pisləyir. Yasnada deyilir: "Mən bu torpaqda mal-qara 

saxlayan hər bir sahibkara sərbəst hərəkət və azad həyat təmin 

edirəm... Mal-qaranı tutub aparmaqdan, Mazda məsləkli kəndlərə 

ziyan vurub talamaqdan imtina edirəm... Mən alçaq, ziyankar, 

yalançı, bədxah divlərlə birgə olmaqdan imtina edirəm, divlərdən 

və onların tərəfdarlarından, cadugərlərdən və onların 

tərəfdarlarından, canlı  məxluqa zorakılıq işlədənlərdən imtina 

edirəm". Nəhayət, Zərdüşt öz təliminə uyğun olaraq yeni 

əməllərinə sadiq qalacağına and içməli olur: "Mən Mazda inamına 

sadiq olmağa and içirəm, çünki o, hərbi basqınlara son qoymağa, 

silahı yerə qoymağa, özününkülər ilə nikah bağlamağa çağırır". 

Çox güman ki, Zərdüşt təlimi Midiya irandilli tayfalarının 

siyasi yüksəlişi zamanı, e.ə. VII əsrdə meydana gəlmiş  və 

formalaşmışdı. Bu təlim yerli (div, dayva) dini dünyagörüşü 

saxlayan etnoslara qarşı yönəldilmişdi, onlar dinsiz qələmə 

verilirdi, bütün bəd  əməllər onların adına çıxılırdı. Zərdüştün 

təlimini qəbul etməyənlər, yalançı  və  şər qüvvə  tərəfdarı elan 

edilirdi. Ahuramazdaya sitayiş edənə axirət dünyasında işıqlı 

həyat vədi verilirdi. Zərdüşt qədim dini dünyagörüşündən imtina 

edərək yeni siyasi şəraitə uyğun olaraq Ahuramazdaya inamı  və 

ibadəti seçmişdi. 

Avestanın digər bölməsi "Yaşt" adlanır. Burada ayrı-ayrı 

ilahələrə həsr olunmuş himn və mahnılar toplanmışdı. Biri Mitra 

allahıdır. Qədim hind-Avropa tayfaları Mitraya sitayiş edirdilər. 

Lakin yaştlar Mitranın yaradılmasını Ahuramazdanın  əməli kimi 

qələmə verirlər. Mitra çoxlu otlaqlara malik olan ilahi adlandırılır. 



______________Milli Kitabxana_____________ 

 204


Mitra insanları qələbəyə aparan, onları dinc və yaxşı həyatla təmin 

edən qüvvə kimi təsvir edilir. Ahuramazda peyğəmbər Zərdüştə 

Mitraya sitayiş etməyi tövsiyə edir: "Ey Spitama, Mitraya ibadət 

eylə. Şagirdlərinə (onun barəsində) danış. (Ey Mitra) sənə Mazda 

tərəfdarları xırda və iri heyvanları, qanad vuran lələkli quşları ilə 

birlikdə ehtiram göstərəcəklər". 

Yaştlar eyni zamanda, Qayamarta (Qaya-Martan) sitayiş 

etməyi tövsiyə edir. Qayamart Ahuramazdanın yaratdığı ilk insan 

olmuşdur. Qaynaq qeyd edir ki, Qayamart "Ahuramazdanın fikrini 

və təlimini birinci eşitmişdi". Qayamart Əhriman (Anqru-manyu) 

ilə döyüşdə yaralanır, can verəndə "toxumu" tökülür, torpağa 

çökür. Qırx ildən sonra torpaqdan Martiya və Martyanaq göyərmiş 

və insan görkəmi almışlar. Onlardan da Ahuramazda, guya ari 

torpaqlarını və etnoslarını törətmişdi. 

Yaştlarda Zərdüştün  şərəfinə  mədh söylənilmişdi. Zərdüşt 

ilk xeyirxah fikir sahibi, ilk kahin, döyüşçü və maldar, divlərdən 

(köhnə dinlərdən) birinci üz döndərən, Ahuramazdaya birinci 

sitayiş edən kimi qələmə verilmişdir. Zərdüşt köhnə dinlər 

mövcud olan şəraitdə yeni dinin yaradıcısı kimi çıxış edir. İlk 

zamanlar onun təliminin  əsasını maldarlığı inkişaf etdirmək və 

bununla əlaqədar şər qüvvələrə qarşı mübarizə aparmaq müddəası 

təşkil edirdi. 

Avestanın üçüncü bölməsi Videvdat (Vendidad) adlanır. Bu 

hissə nisbətən sonrakı dövrlərdə meydana gəlmişdir. Burada 

zərdüştlük dininin ehkamları, ayin və  mərasimləri  əks 

olunmuşdur. Eyni zamanda, bu hissədə qədim əsatirlər, rəvayətlər, 

hüquq qaydaları özünə yer tapmışdır. Zərdüşt dindarlarının 

gündəlik mərasimlərdə istifadəsi üçün "Xırda Avesta" tərtib 

edilmişdi. Qeyd etmək lazımdır ki, Videvdat artıq oturaq həyatı, 

əkinçilik təsərrüfat sahəsini, bolluq yaratmağı təbliğ edirdi. Mətn 

Zərdüştün suallarına Ahuramazdanın cavabı  şəklində  tərtib 

olunmuşdur. Sualların birinə ki, harada yaxşıdır, Ahuramazda 

cavab verir: "Həqiqətən orada ki, ey Spitama Zaratuştra, nə zaman 

ki, dindar ər əlində odun, ağac budaqları, süd, həvəng, dinə inam 

barədə müqəddəs söz deyə-deyə, geniş otlaqlı Mitraya və xoş 

otarma bəxş edən Ramana müraciət edə-edə hərəkət edir... Orada 



______________Milli Kitabxana_____________ 

 205


yaxşıdır ki, mömin ər ev tikmişdir, onu odla, südlə, arvad-uşaqla, 

(ev heyvanları) sürüsü ilə  təmin etmişdir. Orada yaxşıdır ki, nə 

zaman ki, xeyli əkirlər, taxıl, ot, barlı bitkilər becərirlər, susuz 

yerə su çəkirlər, bataqlığı qurudurlar... çoxlu buynuzlu xırda və iri 

heyvan saxlayırlar... xırda və iri buynuzlu heyvanlar çoxlu peyin 

verirlər". Zərdüşt təlimi dinə sitayiş etməyə,  əkinçiliklə  məşğul 

olmağa, ailə qurmağa, bir sözlə, zəhmət çəkməyə  dəvət edir, 

torpağa qulluq eləməyə çağırır. Qaynaq yazır: "Uzun müddət 

əkilməyən və  əkinçidən becərilməni gözləyən, bunun üçün 

kəndlidən yaxşılıq arzulayan torpaq qane deyildir, necə ki, uzun 

müddət övladsız qalmış  qəddi-qamətli cavan qadın bunun üçün 

ərindən yaxşılıq arzulayır... Kim bu torpağı becərmirsə, o, 

yaşamaq üçün çarə axtaranlar arasında başqasının qapısına 

söykənir, lakin ağız suyu axıdan (yəni dadlı) hər bir xörəyi onun 

yanından aparıb, onsuz da hər  şeyi kifayət qədər olana 

verəcəklər... Kim əkir, taxıl becərirsə, o, həqiqət  əkir (yaradır), 

Mazda inamını  aşılayır, Mazda inamına çörək verir... Qoy evdə 

həmişə un xörəyi olsun ki, divləri lərzəyə salsın". 

Sonra Zərdüşt hansı ölkələrin yaşayış üçün yaxşı olduğunu 

Ahuramazdadan soruşur. Ahuramazda belə ölkələr cərgəsində 

Ariyanam vayca (Orta Asiyada), Qava-soqdalar diyarı, Margiana, 

Baktriya, Nisaya (Baktriya və Margiana arasında), Areya, 

Araxoziya, Raqa, Varna, Yeddi hind vilayəti, Ranhi ölkəsi və 

başqalarının adını  çəkmişdir. Bu siyahıda  əsasən irandilli 

tayfaların, qismən də türk etnoslarının yayıldığı, yaxud 

məskunlaşdığı  ərazilər və ölkələr təmsil olunmuşdur. Midiya 

(Raqa  şəhərindən başqa), Azərbaycan burada öz əksini 

tapmamışdır. Deməli, bu zaman Zərdüşt təlimi nə Midiyada, nə də 

Azərbaycanda geniş yayılmamışdı. Lakin İranın başqa ölkələrində 

olduğu kimi, burada da, dini ayin və mərasimləri kahinlər yerinə 

yetirirdilər. Haxamanişlərin hakimiyyəti illərində kahinlər maq 

adını daşıyırdılar. 

Çox güman ki, maqlar dini mərasimləri keçirən, ayinləri 

qoruyan kahinlər idilər. Qaynaqların məlumatına görə, Midiya 

tayfalarının birini maqlar təşkil edirdi. Lakin maqlar din xadimləri 

kimi müəyyən ictimai təbəqəyə daxil idilər.  İlk maqlar nə 



______________Milli Kitabxana_____________ 

 206


Midiyada, nə  də  İranın cənubunda zərdüştlük dininə xidmət 

etmirdilər. Ehtimal edirlər ki, məhz e.ə. VI əsrin sonunda maqlar 

zərdüştlük dininə də xidmət etməyə başladılar. Avestada Zərdüşt 

kahinləri atravan adlanırdılar. Atravan "od saxlayan" mənasını 

daşıyır. Lakin erkən zərdüştlük oda sitayişi  əsas müddəa kimi 

qəbul etməmişdi. Güman etmək olar ki, zərdüştlüyə  qədərki 

kahinlər oda sitayiş edirmişlər, yəni atəşpərəst idilər. Kahinlər 

atəşpərəstlik ehkamını  zərdüştlüyə  təxminən e.ə. V-IV əsrlərdə 

gətirmişdilər. Atəşpərəstlik, qədim dini ayin kimi, İranda təmsil 

olunmuşdu. E.ə. VIII əsr mixi yazılarında od ilə  əlaqədar 

toponimlər adı  çəkilmişdir. Persepol elam mətnlərində "od 

saxlayan" kahinlər yad edilirdi. İlk atəşpərəstlər müxtəlif etnik 

mənsubiyyətə malik imişlər. Bəzi tədqiqatçılar Midiya maqlarını 

İran mənşəli yox, turan (türk) tayfalarına mənsub edirdilər. 

Zərdüştlüyün yayılması ilə  əlaqədar onun təlimini qəbul etmiş 

maqlar İran dillərini də bilməli idilər, çünki Avesta dili İran dilləri 

qrupuna aid idi. 

Maqlar Haxamaniş şahlarının rəsmi kahinləri imişlər. Buna 

baxmayaraq belə hesab edirlər ki, Haxamanişlər zərdüştlüyü qəbul 

etməmişdilər. Başqa bir mülahizəyə görə, onlar Zərdüşt dininə 

sitayiş edirdilər, çünki I Daradan başlayaraq Haxamanişlər 

Ahuramazdanı yeganə böyük allah hesab edirdilər. Güman edirlər 

ki,  əhali arasında zərdüştlük kök salmamışdı. Herodotun 

məlumatına görə, farslar məbəd tikməzmişlər, ibadəti açıq havada 

keçirərmişlər. Haxamanişlər, o cümlədən farslar ölünü dəfn 

edirdilər, lakin maqlar meyiti basdırmırdılar. Onun qurd-quşa yem 

kimi qoyurdular, sonra sümükləri torpağa quylayırdılar. Bu ayin 

zərdüştlüyün ilk mərhələsinə xas deyildi. Farslar köhnə allahlara 

da sitayiş edirdilər. Erkən zərdüştlük dini ayinləri məbəddə yox, 

açıq səma altında keçirilirdi. Lakin yerli İran  əhalisi arasında 

məbədlərdə oda sitayiş etmək dini ayini mövcud idi. Yəqin ki, 

yerli dinlərin Zərdüşt dini ayinlərinə  və  mərasimlərinə  təsiri 

olmuşdu. Maqların oda sitayiş etməsi və sönməz odu məbədlərdə 

qoruması ayini qədim olmuş, sonralar məbədlərdə oda ibadət 

zərdüştlüyə  də keçmişdir. Ehtimala görə, I Daranın 

hakimiyyətindən başlayaraq Haxamanişlər erkən zərdüştlüyü 



______________Milli Kitabxana_____________ 

 207


qəbul etmişdilər, çünki e.ə. Vl-V əsrlərdə  zərdüştlük ehkamları 

hələ tam formalaşmamışdı. 

Maddi istehsal və ixtisaslaşdırma ticarətin genişlənməsinə 

şərait yaradırdı. Hər vilayət özünəməxsus məhsul ilə tanınırdı. 

Maqadha metal və düyü ilə məşhur idi. Ölkənin şimal-qərb hissəsi 

at və arpa, cənubu qiymətli daş, mirvari və  şirniyyat ilə, qərbi 

pambıq və pambıq parçalar ilə  fərqlənirdi. Dövlət ticarət işindən 

böyük gəlir götürürdü. Buna görə dövlət yolların çəkilməsi, 

bazarda qayda-qanun yaradılması, çəki daşlarının 

dəqiqləşdirilməsi və ticarət müqavilələrinin bağlanmasına qayğı 

göstərirdi. Ticarətin inkişafı pul dövriyyəsini genişləndirdi. 

Ən geniş yayılmış pul vahidi pana idi. Ölkənin  şimal-

qərbində Haxamaniş  və yunan pul vahidləri də  işlədilirdi. 

Sələmçilik ölkədə vüsət almışdı. Borcun illik faizi müxtəlif idi. 

Borc faizi 15-60 %-ə çatırdı. 

Sənətkarlıq kənd və  şəhərlərdə  təmsil olunmuşdu.  Əsl 

sənətkarlıq mərkəzləri  şəhərlərdə  cəmləşmişdi. Burada qara və 

əlvan metallurgiya inkişaf tapmışdı.  Şəhərlərdə  dəmirçilik, silah 

hazırlama, zərgərlik işi, ağac, daş  və sümükişləmə, dulusçuluq 

sənətkarlığı,  ətriyyat hazırlama və s. peşə sahələri geniş 

yayılmışdı. Müxtəlif peşə sahələrinin ittifaqı  (şreni) yaranmışdı. 

Hökmdara, ayrı-ayrı varlılara məxsus sənətkarlıq emalatxanaları 

vardı. 

Qədim  İran mədəniyyəti qonşu xalqların mədəniyyətində, 



bütövlükdə  bəşər mədəniyyətinin inkişafında  əvəzolunmaz iz 

buraxmış, onun inkişafına güclü təsir göstərmişdir. 

 


______________Milli Kitabxana_____________ 

 208


 

______________Milli Kitabxana_____________ 

 209


 

 

 



 

______________Milli Kitabxana_____________ 

 210


 

______________Milli Kitabxana_____________ 

 211


 

______________Milli Kitabxana_____________ 

 212


 

______________Milli Kitabxana_____________ 

 213


Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin