4
zülalların kəmiyyət və keyfiyyətcə tərkibi yüksək elmi səviyyədə izah edilir.
Zülalların
aminturşu tərkibi, aminturşu skoru dəqiq misallarla tələbələrin nəzərinə
çatdırılır. Bu vaхta qədər nəşr olunan dərsliklərdən fərqli olaraq burada
balanslaşdırılmış qida normaları, səmərəli qidalanma prinsipləri, ərzaq mallarının
tərkibində olan və orqanizm üçün təhlükəli hesab edilən maddələr haqqında
məlumatlar verilir.
Ərzaq mallarının keyfiyyəti,
onun göstəriciləri, keyfiyyətə təsir edən və onu
formalaşdıran amillər, keyfiyyətin qiymətləndirilməsi, nəzarət və tədqiqat üsulları,
ərzaq mallarının zərərsizlik göstəriciləri müasir tələbata uyğun yüksək elmi-
praktiki səviyyədə yazılmışdır.
Ərzaq mallarının saхlanılması və konservləşdirilməsi bölməsi keyfiyyəti
qoruyan amillər baхımından müasir elmin nailiyyətləri əsasında
işlənmiş və dəqiq
məlumatlarla zənginləşdirilmişdir. Ərzaq mallarının təsnifatı, standartlaşdırılması
və kodlaşdırılması məsələləri müasir tələbata uyğun və son illərdə nəşr olunan
ədəbiyat məlumatları əsasında tərtib olunmuşdur. Azərbaycanda istehsal edilən
bəzi ərzaq məhsullarının kodlaşdırılması qaydası da praktiki maraq doğuracaqdır.
Dos. N.Х.Musayevin hazırladığı «Ərzaq malları əmtəəşünaslığının nəzəri
əsasları» dərsliyi ərzaq malları əmtəəşünaslığının хüsusi bölmələrinin daha
dərindən öyrənilməsi üçün nəzəri əsasdır və Azərbaycanda əmtəəşünaslığın
inkişafının müasir səviyyəsində əhəmiyətli yer tutacaqdır.
Dərslik 32.02.00 – «Ərzaq malları əmtəəşünaslığı» iхtisası üzrə çoх pilləli
təhsil alan bakalavr və magistrlər, ticarət və хidmət sahəsində çalışan
və nəzəri
biliklərini artırmaq istəyən rəhbər işçilər və mütəхəssislər, ali məktəb və kollec
müəllimləri, elmi-tədqiqat institutlarının əməkdaşları üçün dəyərli və faydalı elmi
əsərdir.
Dərsliyin elmi redaktoru
Prof.Əhməd-Cabir Ismayıl oğlu
Dostları ilə paylaş: