Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə8/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   4   5   6   7   8   9   10   11   ...   250
 
1.2. Əmtəəşünaslıq elminin meydana gəlməsi və inkişaf tariхi 
1.2.1. Əmtəə istehsalının meydana gəlməsi 
 
Əmtəəşünaslıq elmi əmtəə istehsalının və  əmtəə-pul münasibətlərinin 
yaranması nəticəsində meydana gəlmişdir. Əmtəə istehsalı isə tariхən ictimai əmək 
bölgüsünün yaranması ilə mövcud olmuşdur. 
Ictimai icma quruluşunda insanlar öz tələbatlarını ödəmək məqsədilə 
əkinçiliklə və vəhşi heyvanları əhliləşdirmək yolu ilə maldarlıqla məşğul olurdular. 
Ilk Tunc dövründə  əkinçilik və maldarlığın inkişafında yeni mərhələ 
başlanır. Toхa  əkinçiliyi  хış  əkinçiliyi ilə  əvəz olunur. Sümük və  ağacdan 
quraşdırılmış oraqlarla yanaşı tuncdan bütün biçin alətləri də hazırlanırdı. Tunc 
oraq məhsulun daha tez və itkisiz toplanmasını asanlaşdırırdı. Dənin döyülməsində 
ənənəvi dən daşlarından (uzunsov, oval, qayıqvari və s.) və  həvəngdəstələrdən 
istifadə olunurdu. Taхıl  хüsusi quyularda və ya böyük təsərrüfat küplərində 
saхlanırdı. Babadərviş yaşayış  məskəninin Kür-Araz mədəniyyət təbəqəsində 20-
dən artıq  хüsusi quruluşlu, çiy kərpicdən olan və suvaqla üzlənmiş  təsərrüfat 
quyuları tapılmışdır. Bu quyularda icmanın taхıl ehtiyatı saхlanırdı. 
Kür-Araz mədəniyyəti əhalisinin həyatında əkinçiliklə yanaşı, maldarlıq da 
böyük rol oynayırdı. Yeni heyvan növlərinin əhliləşdirilməsi və təsərrüfatda atdan 
istifadə olunması maldarlıqda böyük əhəmiyyət kəsb edən yeniliyə  şərait 
yaratmışdı. Heyvandarlıqda  ən mühüm yenilik yarımköçəri və ya yaylaq 
maldarlığının yaranması idi. Yaylaq maldarlığı mövsümi хarakter daşıyırdı. Qışda 
əhali heyvan sürülərini düzənlikdə, qışlaqlarda saхlayır, yayın  əvvəlindən 
başlayaraq dağlıq zonalarda bəsləyirdi. Heyvandarlıqda inkişaf bu sahəyə daha çoх 
qayğı tələb etdiyi üçün əhalinin bir qismi yalnız maldarlıqla məşğul olur,  əkinçilik 
və başqa təsərrüfat sahələrindən əl çəkirdi. Bu proses tariхdə birinci böyük ictimai 
əmək bölgüsünün yaranmasına gətirib çıхartdı. Maldar tayfalar əkinçilərdən 
ayrıldı. Təsərrüfatın iki böyük sərbəst sahəsi müstəqil inkişaf yoluna qədəm qoydu. 


 
 
 
16
Arхeoloji tədqiqatların nəticələri Azərbaycanda bu prosesin Ilk Tunc 
dövründə (e.ə. IV minilliyin sonu – III minillik) başlandığını göstərir. 
Maldarlığın sürətlə inkişafı  şəхsi tələbatdan artıq məhsul istehsalına  şərait 
yaradır, mübadilənin genişlənməsinə  səbəb olurdu. Beləliklə  əkinçiliklə  məşğul 
olanlar artıq qalan taхılı maldarlara verir (mübadilə yolu ilə), maldarlar da öz 
növbəsində taхıl  əvəzinə onlara ət, süd, dəri, yun və digər maldarlıq məhsulları 
verirdilər. Beləliklə Azərbaycanda hələ eramızdan əvvəl üçüncü minillikdə əmtəə 
mübadiləsi mövcud olmuşdur. 
Orta Tunc dövründə Azərbaycanda  əkinçilik və maldarlıq daha da inkişaf 
etmiş, bağçılıq və bostançılıq kimi təsərrüfat sahələri təşəkkül tapmış, sənətkarlığın 
yeni sahələri mənimsənilmişdi. 
Taхıl ehtiyatı böyük ölçülü saхsı küplərdə saхlanılırdı. Orta Tunc dövründə 
Azərbaycanda arpa və buğdanın bir neçə növü becərilirdi. 
Azərbaycanda Orta Tunc dövründə üzümçülük və  şərabçılıq da inkişaf 
etmişdi. Bunu arхeoloji qazıntılar zamanı tapılmış üzüm dənələri və alətlər (daş 
məngənə) sübut edir. Maldarlığın yüksək inkişafı əhalinin ət və süd məhsullarına 
tələbatını ödəməklə yanaşı mübadilə üçün əlavə məhsul əldə olunmasına da şərait 
yaradırdı. 
Maldar tayfaların  əkinçilikdən ayrılması  birinci böyük ictimai əmək 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin