1. Hüceyrənin kimyəvi tərkibi



Yüklə 11.94 Kb.
tarix17.04.2017
ölçüsü11.94 Kb.
1.Hüceyrənin kimyəvi tərkibi.
Müxtəlif hüceyrələr kimyəvi cəhətdən çox oxşardılar.Beləki bitki və heyvan,mikroorqanizmlərin hüceyrələri oxşar maddələrdən təşkil olunmuşdur.Kimyəvi cəhətdən insan,heyvan,bakteriya və s. hüceyrələrində eyni elementlerə,maddələrə rast gəlinir.Əlbətdə miqdarca həmin maddələr müxtəlif heceyrələrdə müxtəlif olur.

Mendeliyevin elementlərin dövri sistemində məlum olan 111 elementdən 60-ı hüceyrə tərkibində tapılmışdır.Hüceyrədə elə bir element tapılmayıb ki,o ancaq hüceyrəyə xas olsun.Beləki hüceyrənin tərkibi cansız təbiətin elementlərindən təşkil olunmuşdur.

Hofmeystr adlı alim hüceyrədəki molekulların miqdarını hesablamış və onun hesablanmasına görə bir qaraciyər hüceyrəsində molekulların təxmini miqdarı aşağıdakı kimidir.

Bu rəqəmlər göstərir ki,hüceyrədə müxtəlif molekulların miqdarı olduqca çoxdur.Lakin təkcə hücəyrədə molekulların miqdarı hüceyrənin fəaliyyəti haqqında məlumat vermir.Həmin molekulların hər birinin hüceyrədə müəyyən mövqeyi var.Onlar hüceyrədə elə qanunauygun,ardıcıllıqla yerləşmişlər ki,onların etdiyi proseslər də o qədər qanunauyğun,ardıcıl,biri digərini tamamlamaqla yerinə yetirilir.Bu proseslər ağlasığmaz dərəcədə sürətlə gedir. 1 saniyədə hücyrədə milyonlarla parçalanma və sintez reaksiyaları gedir.Onların gedişini fermentler sürətləndirir.

Hüceyrə tərkibindəki elementləri miqdarına görə 3 qrupa bölürlər:Birinci qrup 4element– oksigen(O),hidrogen(H),azot(N)

Karbon(C) aid edilir.Bu elementlər orqanogen elementlər adlanır və bütün hüceyrə tərkibinin 98%-ni təşkil edir.İkinci qrupa 8 element-kalium,kalsium,maqnezium,natrium,fosfor,kükürd,dəmir,xlor daxildir.Bu elementler hüceyrə tərkibinin cəmi 1.9%-ni təşkil edir.Üçüncü qrupa bütün qalan elementlər daxildir ki,onlar da 0.01% təşkil edirlər.

Orqanizmlərin hüceyrələrindəki maddələr və onların həyat fəaliyyəti məhsullarında xüsusi karbonlu birləşmələr var ki,onlar ancaq üzvi aləmə-canlı orqanizmə xasdır.Bununla belə orqanizmdə elə maddələr də var ki,onlara qeyri-üzvi təbiətdə də rast gəlinir.Məsələn,su,bir çox duzların məhlulları və s.

Hüceyrədəki maddələr aşağıdakı kimi qeuplaşdırılır:


1.Hüceyrənin qeyri-üzvi maddələri

2.Hüceyrənin üzvi maddələri


Qeyri-üzvi maddələrə su,mineral duzlar,üzvi maddələrə isə zülallar,yağlar,karbohidratlar,nulein turşuları,ATF və s. daxildir.

SU.Miqdarına və faizinə görə hüceyrədəki bütün maddələr içərisində ən çox rast gələni sudur.Hesablamalar göstərmişdir ki,hüceyrədə 1molekul zülala 40.000-50.000 su molekulu düşür.

Ümumiyyətlə,hüceyrə çəkisinin 2/3 hissəsini su təşkil edir,orta hesabla 75-80%.Su cavan orqanizmin hüceyrələrində 80%,rüşeym hüceyrələrində 95%,qoca hüceyrələrində-60% təşkil edir.Suyun miqdarı toxumanın növündən aslıdır.Belə ki,sinir hüceyrələrində-85%,piy hüceyrələrində-40%,sümük toxumasında-20%,quru toxumalarda-10% su olur.Orqanizm 20% su itirdikdə ölə bilər.Suyun miqdarının hüceyrədə çox olması onun həyat fəaliyyəti proseslərinin normal getməsi təmin edən şərtlərdən biridir.Hüceyrədə suyun miqdarı nə qədər çox olarsa,maddələr mübadiləsi də o qədər şiddətli gedir.Odur ki,bütün hüceyrələrdə suyun miqdarı eyni olmur.İbtidai orqanizmlərdə hüceyrədəki suyun çox hissəsinin itməsi onlarda həyat fəaliyyətinin kəskin zəifləməsinə -anabioza səbəb olur.Belə hüceyrələrə su yenidən daxil olduqdaonlar öz fəaliyyəyini bərpa edir.

Sitoplazma tərkibindəki su sərbəst və birləşmiş halda olur.Sərbəst su mineral duzlar,amin turşuları,karbohidratlar,zülalllar və digər maddələr üçün həlledici olub,dispersiya rolunu oynayır vəfermantetiv reaksiyaların çoxunda iştirak edir.
Hüceyrədə birləşmiş suyun hətda azacıq hissəsi çıxarıldıqda biopolimerlərin qurluşu pozulur və hüceyrəninkimyəvi məhvinə səbəb olur.

Hüceyrə tərkibinə daxil olan elementklərin hidrogen,oksigen, azot və karbon üzvi maddələrin-zülalların,yağların,karbohidratların,nuklein turşularının və s.tərkibinə daxil olurlar.Digər qeyri-üzvi elementlərdən kükürd bir çox zülalların tərkibinə daxil olur.fosfor nuklein turşularının,ATF-in əsas tərkib hissəsini təşkil edir.

Maqnezium xlorofilin,dəmir hemoqlobinin,mis bir çox oksidləşdirici fermentlərin,yod tiroksinin(qalxanvari vəzin hormonu),kobalt B6,B12 vitamininin və s.tərkibinə daxil olur.

Hüceyrədəki digərv elementlər qeyri-üzvi duzların,bəzi üzvi maddələrin tərkibinə daxil olurlar.Hüceyrədə ən geniş yayılmış kation K,Na.Ca,Mg,anionlar isə HPO,H2PO4,Cl,HCO3-dir.



Hüceyrədə mineral duzlar adətən suda həll olmuş vəziyyətdə mövcud olurlar.lakin bəzi hüceyrələrdə duzlar həll olmayan birləşmələr şəklində də mövcud olurlar.Məsələn,sümük toxumasının,ilbizlərin çanğının möhkəmliyinin səbəbi onların tərkibində həll olmayan kalsium fosfat duzununolmasıdır.Əgər insan və heyvanların qidasında bitkilərin tərkibində qeyd edilən elementlər (P,K,Na,Ca,Cu,Y,Co,Mn)kifayət qədər olmasa sümük toxumasının yaranması prosesi pozular,nuklein turşuları,hemoqlobin,xlorofil,tiroksin və s. həyat üçün zəruri olan birləşmələrin sintezi pozular və nəticədə müxtəlif xəstliklər baş verər, böyümə və inkişaf gecikər və s. Fe – hemoqlobinin, Mg – xlorofilin ,İ2 – tiroksinin, Zn,Mn,Co- fermentlərin aktiv mərkəzinə, Zn – insulin hormonunş Co – B qrupundan olan vitaminlərin tərkibinə, F – dişin tərkibinə daxildir
Каталог: 2014
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
2014 -> Мisvak вя онун XXI ясрдя истифадяси
2014 -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
2014 -> Cü il tarixində əlavə edilmişdir 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?
2014 -> Вместе к высотам стоматологии
2014 -> 31(2): 106-13 Müzeyyen Kayataş, 1 Rabia Figen Kaptan
2014 -> Ankara Numune E¤itim ve Araflt›rma Hastanesi Aile Hekimli¤i Klini¤i, Asistan Dr., Ankara


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə