1898 ci IL abş-İspaniya müharibəsi



Yüklə 30,82 Kb.
səhifə1/4
tarix11.05.2023
ölçüsü30,82 Kb.
#111235
  1   2   3   4
referat 659


1898 ci il ABŞ-İspaniya müharibəsi.


PLAN

1.Müharibənin başlama səbəbi və bəhanə


2.Müharibənin iştirakçıları


3.Müharibənin gedişi


4.Müharibənin yekunu və nəticələri


1898 ci il İspan-Amerikan müharibəsi Amerika Birləşmiş Ştatları üçün mühüm əhəmiyyət kəsb edirdi.O,kapitalizmin inkişafının imperilistik mərhələsini açmışdır.Kaloniyaların dünyanın böyük dövlətləri tərəfindən yenidən bölüşdürülməsi də,məhz bu dövrdən başlanmışdır.XIX əsrin ortalarındn başlayaraq ABŞ Avropada və dünyanın digər regionlarında ictimai-iqtisadi və ictimai-siyasi təsirini nəzərə çarpan dərəcədə artırmışdı.
İspan-Amerikan müharibəsi göstərdi ki,ABŞ özünü Şimali və Cənubi Amerikanın tam hüquqlu sahibi hesab edir və Qərb yarımkürəsində heç bir xarici qüvvənin iştirakına icazə verməyəcək.Faktiki olaraq 1898-ci ildə ABŞ beynalxalq əhəmiyyətli dövlət rolunu oynamağa başladı.
1.Müharibənin başlama səbəbləri

Bütün XIX əsr ərzində ABŞ kuba ilə bağlı siyasətində 2 istiqamət müəyyənləşdirmişdi:


Ya ABŞ Kubanı özünə tabe edəcək ,yada ki o,İspan müstəmləkə imperiyasının hissəsi kimi qalacaq.1808-1809 cu ildən başlayaraq prezident Ceferson,Şimali Amerikalıların Kubada hökmranlığını qurmaq üçün bəyanatlar verməyə başladı.Birləşmiş Ştatlar Kubanın İspaniyanın hakimiyyəti altında qalmasını üstün tutdu və ada üzərində nəzarəti ələ almaq üçün düzgün anı gözlədi.
Vəziyyət Texasın və Kaliforniyanın,həmçinin Arizona və Yeni Meksikanın Birləşmiş Ştatlar tərəfindən zəbt edilməsindən sonra dəyişdi.ABŞ öz hakimiyyətini Meksika körfəzi sahilində genişləndirdikdən sonra,Kubanı ələ keçirtməyə cəhd göstərdi.Lakin İspan tərəfi bundan imtina etdi.Bundan sonra isə ABŞ-ın Şimalı və Cənubu arasında 1861-1865 ci illərdə vətəndaş müharibəsinin baş verməsi ilə bu danışıqlar təxirə salındı.
Köləliyin ləğvi ilə,ABŞ-ın inkişafında yeni xüsusiyyətlər ortaya çıxdı.XIX əsrin sonlarında Birləşmiş Ştatlar inkişafın daha sürətli yolu olan İmperialistik inkişaf yolunu tutmuşdur.
XIX əsrin sonunda Kuba yenidən ABŞ-İspaniya müharibəsində əsas yeri tutmağa başladı.Əminliklə demək olar ki,Amerikan imperializminin meydana çıxan ilk böyük bazarı Kuba idi.
ABŞ in daxili bazarları artıq Amerikan müəssisələrinin istehsal etdiyi məhsulların həcminin öhdəsindən gələ bilmədi və buna görə də xarici bazarlara ehtiyac yarandı.
Buna görə də İspan-Amerikan müharibəsinin əsas səbəbi bu idi:
1) Qərb yarımkürəsində ABŞ-ın iqtisadi dominantlığını təmin etmək və Asiya bazarlarını ABŞ üçün açmaq.
Amerikan kapitalistlərinin Kuba iqtisadiyyatına qoyduğu kapital 1895- ci ildə 50 milyon dollar təşkil edirdi.Bu dövlətlər arasındakı mal dövriyyəsi isə 100 milyon dollara çatmışdır.ABŞ-ın kommersiya şirkətləri və bankları Kuba iqtisadiyyatının əsas sahələrinə nəzarət edirdilər.Bu sahələr sırasına şəkər xammalı,həmçinin ikinci vacib sahə olan tütün sahəsi daxil idi.Amerikanlara şəkər və tütün plantasiyaları və zavodları,dəmir yolları,mədənlər,limanlar,gəmiqayırma və ticarət müəssisələri,maliyyə təşkilatları və.s məxsus idi.Beləliklə,Kubanın maliyyə və iqtisadi həyatı faktiki olaraq ABŞ-ın nəzarəti altında idi.
Bütün XIX əsr ərzində Amerikan hokumətləri İngilis və Fransız ordularının kuba ərazisindən öz bazaları üçün istifadə edərək ABŞ-a hücum etmək imkanlarının olması barədə fikirlər söyləmişlər.Faktiki olaraq Birləşmiş Ştatlar ehtiyat edirdi ki,bu dövlətlərin hər ikisi,həmçinin Qərb yarımkürəsində dominantliğına səy göstərən dövlətələr Kubanı Amerikan kapitalının yolunda maneəyə çevirə bilər
Buna görə də İspan-Amerikan müharibəsinin ikinci səbəbi bu idi:
2) Avropa dövlətlərinin Qərb yarımkürəsindəki siyasi və iqtisadi təsirini zaiflətmək istəyi.
1895- ci ildə Kuba üsyançıları,İspaniyadan Kubanın müstəqilliyini tələb edərək qiyam qaldırdılar.İspan ordusu Kubadakı Amerikan vətəndaşlarının və onların mülkiyyətlərinin təhlükəsizliyinə zəmanət verə bimədi.Beləliklə müharibənin başlanmasının üçüncü səbəbi kimi:
3) Kubada ABŞ vətəndaşlarının və onların mülklərinin üsyançıların hücumlarından qorumaq.
Daha bir səbəb isə Kubadakı qiyamı yatırmaq üçün buraya göndərilmiş ispan generalı Veylerin qəddar siyasəti idi.Belə ki,onun qəddar siyasəti nəticəsində kaloniya əhalisinin 1/3 məhv olmuşdur.
ABŞ- hökuməti hesab edirdi ki,onlar Kuba xalqını İspan hərbi hakimiyyət orqanarından qorumalı idilər.
Muharibənin başlanmasına əsas 2 insident səbəb olmuşdur.
1) Prezident Mak-Kinli haqqında İspan diplomatik nümayəndəsi Kanalehasunun boş fikirlərini ozündə cəmləşdirən məktubun Havanada görüş zamanı ABŞ-nümayəndə heyyətinə təqdim edilməsi.Lakin İspan hökuməti dərhal səfiri geri çağırdı və elan etdi ki,onun şəxsi fikirlərinə görə məsuliyyət daşımır.ABŞ mətbuatı isə bunu dövlətin təhqiri kimi elan etmişdir.
2)1 Fevral 1898-ci ildə Amerikan kreyseri “Meyn” xoşməramlı səfərlə Havana körfəzinə daxil olmuşdur.Həmin vaxtda Amerika sahillərində ispan hərbi gəmiləri yerləşirdi.15 fevralda “Meyn” partladı və batdı.Onun bütün heyyəti (266 nəfər) isə həlak oldu.
Kreyserin parçalanmış hissələrini araşdırdıqdan sonra Amerikan komissiyası elan etdi ki,partlayışın səbəbi sualti mina olmuşdur və bu hadisədə günahı İspan dənizçilərində gördü.Lakin ispan tərəfi isə bildirdi ki,partlayışın səbəbi gəminin daxilindəki baş verən nasazlıqdır və bu partlayışda ispan tərəfinin heç bir günahı yoxdur.lakin yenə də razılıq əldə olunmadı.
Beləliklə,1898 ci il fevralın sonunda ABŞ və İspaniya arasındakı gərginlik ən yüksək həddə çatmışdır.”Meyn” in məhv olmaq səbəbi hələ də qeyri-müəyyən qalırdı.Lakin amerikanların gəldiyi nəticəni də həqiqətə uyğun hesab etmək olardı.Ancaq İspaniya ABŞ-la müharibədə qətiyyən maraqlı deyildi və hər yolla bunun qarşısını almağa cəhd edirdi.Lakin belə bir fikir də var idi ki partlayışı Amerikan hərbi agentləri törətmiş və müharibənin alovlanmasına səbəb olmuşdur.

Yüklə 30,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin