Əhalinin nəqliyyat hərəkətliliyinin hesabı



Yüklə 36,16 Kb.
tarix27.10.2019
ölçüsü36,16 Kb.
#29444
Əhalinin nəqliyyat hərəkətliliyinin hesabı

Əhalinin nəqliyyat hərəkətliliyinin hesabı

İstənilən şəhəri onun əhalisinin yola düşdüyü və gəldiyi məntəqələrin məcmusu kimi təsəvvür etmək olar. Əgər yaşayış yerləri olan birincilər bütün plan üzrə səpələnmiş şəkildə olurlarsa, ikincilər cəzibə fokusları olub daha yğcam yerləşirlər.

Şəhər əhalisinin bütün yerdəyişmələrini təyinatına görə dörd kateqoriyaya bölmək olar: əmək (işə və işdən); işgüzar, bütün iş günü ərzində yerinə yetirilən; təhsil (dərsə və əksinə); mədəni-məişət (məişət, istirahət və s.).

Şəhər əhalisini iki kateqoriyaya bölmək qəbul olunmuşdur: işləyənlər və işləməyənlər. Birinci kateqoriyaya şəhəryaradıcı qrupun və xidmət qrupunun işçiləri aiddir. Şəhəryaradıcı qrupun işçiləri əhəmiyyəti şəhər hüdudlarından kənara çıxan idarələrdə, müəssisələrdə, obyektlərdə (iri sənaye müəssisələri, kənar nəqliyyatın obyektləri, respublika əhəmiyyətli müəssisələr, ali təhsil müəssisələri, texnikumlar və s.) çalışırlar. İstənilən şəhərin yaranması və inkişafı şəhəryaradıcı müəssisələrlə bağlıdır, məhz onlar şəhərin ölçülərini (böyüklüyünü), onun xalq təsərrüfatı profilini, potensial artım imkanını təyin edirlər. Xidmət qrupunun işçiləri şəhər əhalisinə qulluq edən idarə və müəssisələrdə (yerli sənaye, ticarət, müalicə müəssisələri, məktəblər, teatr, kino və s.) məşğuldurlar. İşləməyən əhaliməhsuldar əməklə məşğul deyildir – məktəbəqədər yaşlı uşaqlar, məktəblilər, təqaüdçülər, himayədə yaşayanlar.

Xalq təsərrüfatı profilindən və yerli xüsusiyyətlərindən asılı olaraq şəhərlərin əhalisinin strukturu aşağıdakı kimi olur:

ali məktəb və texnikum tələbələri və müəllimləri də daxil olmaqla şəhər yaradıcı qrupun işçiləri (əməçiləri) – 27…35 %;

xidmət qrupunun işçiləri – 20…23 %;

işləməyənlər – 45 – 50 %.

Əhalinin bütün qrupları şəhərdə olan yerdəyişmələrdə müxtəlif dərəcələrdə iştirak edirlər. Bu zaman yerdəyişməyə sərf olunan vaxt vətəndaşların sərbəst (boş) vaxtını azaldır

Şəhər salınan zaman çalışmaq lazımdır ki, əmək və qeyri – əmək cazibə fokuslarına yerdəyişməyə sərf olunan vaxt minimal olsun. Bu, əhalinin iş ynrlərinə nəzərən rasional səpələnməsi (yerləşdirilməsi) və ya sürətli nəqliyyat tətbiq etməklə əldə oluna bilər.

Şəhərin nəqliyyat siteminin layihələndirilməsinin birinci mərhələsi əhalinin yerdəyişmələrə olan tələbatının təyin olunması ilə bağlıdır. Bu da öz növbəsində əhalinin bir nəfərinə düşən orta illik gedişlərin sayı ilə müəyyən olunan nəqliyyat hərəkətliliyinin tapılmasını tələb edir. Əgər layihələndirmə aqlomerasiyanın mərkəzi olan iri şəhər üçün aparılırsa nəzərə almaq lazımdır ki, şəhərin küçə-yol şəbəkəsi ilə təkcə onun əhalisi yox, hər gün müxtəlif məqsədlərlə şəhərə gələn şəhərətraf zonanın əhalisi də hərəkət edir. Beləliklə,

Burada  - əhalinin ümumi hərəkətliliyi;

- il ərzində daimi şəhər əhalisinin yerdəyişmələrinin miqdarı;

- il ərzində şəhərətrafı zonanın əhalisinin şəhərdəki yerdəyişmələrinin sayı;

- şəhərin daimi əhalisi.

Şəhərin daimi sakinlərinin və şəhərətrafı zonanın sakinlərinin gedişlərinin saya aşağıdakı ifadələrlə təyin olunur





Burada - şəhərin əsas ıə kənar (ətraf) zonasının əhalisindən olan işçilərin sayı;



şəhərin əsas və kənar zonasının əhalisindən olan ali məktəb və texnikum tələbələrinin sayı;

- şəhərin əsas və kənar zonasının əhalisindən olan işləməyənlərin (bekarları) sayı;

- şəhərin əsas və kənar zonasının işləyən əhalisinin il ərzindəki əmək (işçi) gedişlərinin sayı;

- şəhərin əsas və kənar zonasının işləyən əhalisinin il ərzindəki mədəni-məişət gedişlərinin sayı;

- şəhərin əsas və kənar zonasının oxuyan əhalisinin təhsil gedişlərinin sayı;

- şəhərin əsas və kənar zonasının oxuyan əhalisinin mədəni-məişət gedişlərinin sayı;

- şəhərin əsas və kənar zonasının işləməyən (bekar) əhalisinin mədəni-məişət gedişlərinin sayı (bütün hallarda gedişlərin sayı bir istiqamətdə nəzərdə tutulur);

() - şəhərin əsas və kənar zonasının işləyən əhalisinin əmək (mədəni-məişət) gedişlərinin təkrarlıq (geriyə istiqamətin nəzərə alınması) əmsalı;

() - şəhərin əsas və kənar zonasının oxuyan əhalisinin təhsil (mədəni-məişət) gedişlərinin gedişlərinin təkrarlıq əmsalı;

- şəhərin əsas və kənar zonasının işləməyən (bekar) əhalisinin mədəni-məişət gedişlərinin təkrarlıq əmsalı;

1,05 – ümumi işçi gedişlərin 5 % miqdarında qəbul olunan işgüzar gedişlərin payını nəzərə alan parametrdir.

Əhalinin nəqliyyat hərəkətliliyini aşağıdakı kimi qəbul etmək təklif olunmuşdur (cədvəl 2).

Cədvəl 2


Şəhərin əhalisi, min nəfər

50

100

250

500

750

1000

2500

5000 və çox

Nəqliyyat hərəkətliliyi

950

1030

1080

1100

1130

1150

1200

1300…1400

Yüklə 36,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin