1898 ci IL abş-İspaniya müharibəsi


Müharibənin yekunu və nəticələri



Yüklə 30,82 Kb.
səhifə4/4
tarix11.05.2023
ölçüsü30,82 Kb.
#111235
1   2   3   4
referat 659

4.Müharibənin yekunu və nəticələri

1898 ci il dekabrın 10 da Parisdə ABŞ və İspaniya arasında Sülh müqaviləsi imzalandı.


Şərtləri:
1.İspaniya Kubanın suverenliyinə qarşı bütün iddialardan əl çəkməli
2.İspaniya Puerto-Rikonu və digər adaları,İspaniyanın nəzarəti altında olan Vest-Hindi,həmçinin Maryannadaki Guam adasını və Ladronanı ABŞ-a güzəştə getdi.
3.İspaniya Filippin arxipelaqının ABŞ-a güzəştə gedir.ABŞ isə İspaniyaya 20 mln dollar dəyərində məbləğ ödəməyi öhdəsinə götürür.
Müqavilədə Kubanın müstəqilliyi haqqında və ABŞ ordularının Kubada qalacağı müddət haqqında da məlumat yox idi.Amerikanlar özlərini işğalçı kimi aparırdılar.Kubanın Azadlıq ordusuna İspanların çıxdığı ərazilərə girmək qadağan edildi.Gələcəkdə fors-major vəziyyətin yaranmaması üçün ABŞ hökuməti Kuba silahlı qüvvələrini buraxmaq haqqında qərar qəbul etmişdilər.
Belə bir qərar Filippinin xalq ordusuna qarşı da qəbul edilmişdi.Lakin komandan Aginaldo silahı yerə qoymadı və Amerikan işğalçılarına qarşı qiyam qaldırdı.Qiyam 1902 ci ildə Filippinin müstəqilliyinin təntənə ilə qeyd olunmasıyla başa çatdı.Amerikan emissarı Parter,Kuba üsyanşılarının başçısı Qomesi əmin etmişdi ki,ABŞ Azadlıq ordusun ləğvindən sonra Kubaya müstəqillik verəcək.Tərəddüdsüz olaraq general Kuba ordusunun buraxılması haqqında qərar qəbul etdi.O zaman ABŞ ordusunun Kubadan təxliyə olunmasına başlanıldı.
Kubanın işğalından sonra ABŞ kapitalının adaya qısa vaxt ərzində daxil olmasına heç bir maneə qalmamışdı.Amerikan hərbçiləri,siyasətçiləri və biznesmenləri Kubada iqtisadi mövqelərini gücləndirmək üçün mümkün olan hər şeyi edirdilər ki Kubanın bütün iqtisadiyyatını ABŞ bazarları və inhisarçıları ilə əlaqələndirməyə çalışırdılar.Kubalıların böyük bir qismi iqtisadiyyatın dirçəlməsində yeganə ümidi ABŞ la intensiv əməkdaşlıqda görürdü.
ABŞ-ın tərəfində əhalinin varlı təbəqələri dururdu və ABŞ-ı bu inqilabın qarantı hesab edirdilər.14 fevral 1901 ci ildə Kubanın Müəssislər Məclisi konstitusiya qəbul etdi.20 may 1902 ci ildə Kuba üzərində milli bayraqlar dalğalanmağa başladı.İlk prezident seçkisində Estrada Palma qələbə qazandı.
Lakin Kubanın müstəqilliyi ABŞ konqresi tərəfindən qəbul edilan və 22 may 1903- cü ildə qüvvəyə minən “Plattın düzəlişi” ilə məhdudlaşdırıldı.Düzəlişin şərtlərinə görə Kubanın xarici siyasəti ABŞ-ın nəzarəti altında olur,həmçinin Kubanın xarici dövlətlərdən borc götürməsi qadağan edilmişdi.Həmçinin Amerikan hökuməti Kubanın daxili siyasətinə nəzarət etmək hüququnu da əldə etdi və adada iğtişaşların baş verəcəyi anda polis funksiyasını yerinə yetirəcək.Kuba ərazisində bir neçə ABŞ hərbi bazası yerləşdirildi.Faktiki olaraq respublika ABŞ-ın protektorati oldu.
ABŞ-la müharibədəki məğlubiyyət İspaniya üçün faciə kimi qiymətləndirilmişdi.1898 ci il ispanlarda milli təhqir hiss yaratdi.Hərbi məğlubiyyətin səbəblərini dərhal ölkənin iqtisadi,sosial və siyasi problemləri ilə əlaqələndirdilər.Sagasta Liberal hökuməti 1899 cu ildə istefaya getdi.
Müharibədən sonra ABŞ faktiki olaraq 300 min kv.km ərazisi və 10 mln əhalisi olan dünyanın böyük müstəmləkə imperiyalarından birinə çevrilmişdi.İspaniya isə ABŞ-in təsir zonası olan Qərb yarımkürəsindən sıxışdırılıb çıxarıldı.Dünyanın yenidən bölüşdürülməsinə davam edərək,ABŞ digər böyük güclərin hələ zəbt etmədiyi okean adalarını tutmaq barədə düşünürdü.Bu adalar ABŞ -a Asiyada və Çində öz təsirini gücləndirməyə şərait yaradırdı.Bütün əsr ərzində ABŞ-ın xarici siyasəti əvvəlcə Qərb yarımkürəsində,sonra isə Asiyada iqtisadi və siyasi təsirini tətbiq etmak idi.
İspan-Amerikan müharibəsi dünyanın müstəmləkələrini böyük dövlətlərin və xalqların arasında bölüşdürülməsini üzə çıxaran və dünyanın ilk imperialistik hərbi konflikti kimi tanınmışdır.



Yüklə 30,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin