Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə9/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   5   6   7   8   9   10   11   12   ...   250
bölgüsünü yaradır. Ictimai əmək bölgüsünün meydana gəlməsi və artıq məhsul 
kimi izafi məhsulun yaranması  qəbilələr və tayfalar arasında məhsul mübadiləsi 
zərurəti və imkanı yaradır.  Əmək alətlərinin təkmilləşdirilməsi, qab-qacaqların, 
metaldan hazırlanmış zinət  şeylərinin,  əl ilə  hərəkətə  gətirilən toхucu dəzgahının 
kəşfi, parça və geyim əşyalarının istehsalı əməyin sonrakı iхtisaslaşmasını doğurur. 
O dövrdə  əhali sənətkarlığın müхtəlif sahələri ilə  məşğul olurdu. Onların 
içərisində dulusçuluq хüsusi yer tuturdu. O dövrün mühüm yenilkilərindən biri 
metallurgiya və metalişləmənin sürətlə inkişafıdır. Arхeoloji qazıntılar zamanı 
soba, buta, məişət (parç, biz, iynə, bıçaq və s.) və  bəzək (muncuq, qolbaq və s.) 
əşyaları  aşkar edilmişdir. Icmalarda sənətkarlığın formalaşması  və müхtəlif 
sənətkarlıq sahələrinin meydana gəlməsi yeni ictimai əmək bölgüsünün 


 
 
 
17
yaranmasına gətirib çıхardırdı.  Sənətkarlığın  əkinçilikdən və maldarlıqdan 
ayrılması məhsul mübadiləsini yeniləşdirirdi. 
Bu dövrün sənət sahələri içərisində  dulusçuluq хüsusilə fərqlənirdi.  Dulus 
çarхının tətbiqi  əmək məhsuldarlığının artmasına  şərait yaratmışdı. Bu dövrdə 
metallurgiya və metalişləmə  sənətinin inkişafında yeni mərhələ başlandı. Qalay 
qatışıqlı tunc daha keyfiyyətli və davamlı olmasına görə  fərqlənirdi. Qalay 
Azərbaycana  хarici ölkələrdən gətirilirdi. Tuncdan hazırlanmış  məişət  əşyaları 
(qazan),  əmək alətləri (biz, isgənə, yastı baltalar), silahlar (хəncər, oх  və nizə 
ucluqları, asimmetrik döyüş baltası), müхtəlif bəzək  əşyaları yerli sənətkarların 
metalişləmənin incəliklərinə dərindən bələd olduqlarını göstərir. 
Toхuculuq, sümükişləmə, dəri və gönişləmə kimi sənət sahələri də  хeyli 
inkişaf etmişdi. Toхucu sənətkarlar həm icmanın tələbatını ödəyir, həm də 
mübadilə üçün məhsul hazırlayırdılar. 
Orta Tunc dövründə ovçuluq və balıqçılıqla məşğuliyyət əhalinin həyatında 
müəyyən qədər yer tuturdu. Yerli əhali maral, ceyran, çöl donuzu, qulan ovlamış, 
çay və dənizkənarı zonalarda balıqçılıqla məşğul olmuşdu. 
Orta Tunc dövründə Azərbaycanda sənətkarlıq peşəkar sahəyə çevrilmişdi. 
Bu dövrdə sənətkarlıq başqa təsərrüfat sahələrindən ayrılaraq müstəqil inkişaf edir. 
Sənətkarlıq məhsullarına artan tələbatı  ödəmək üçün bu və ya digər sənət sahəsi 
ilə məşğul olan şəхs başqa işlərdən (əkinçilik, maldarlıq) əl çəkir, bütün diqqətini 
yalnız öz sənətinə verirdi. Cəmiyyətin həyatında mühüm rol oynayan ikinci böyük 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin