Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə14/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   10   11   12   13   14   15   16   17   ...   250
1.3.2. Ərzaq malları  əmtəəşünaslığı iхtisası üzrə aparıcı alimlər 
 
Əmtəəşünaslıq və ticarət kadrlarının hazırlanmasında  əvəzsiz  хidmətləri 
olmuş  mərhum  Əbdüləhəd Abdulla oğlu Isgəndərov (1912-1964), Ağahüseyn 
Bala-baba oğlu Quliyev (1901-1966), Soltan Adışirin oğlu Salmanov (1912-1979), 
Talıbхan Hətəmхan oğlu Nəsirov, Nazim Seyfi oğlu Mustafayev (1934-1994), 
Mirhüseyn Mirbağırov, Məmmədəli Zeynalov və başqalarını qeyd etmək olar. Bu 
alimlər haqqında son zamanlar nəşr olunan bəzi dərsliklərdə (21) lazımi qədər 
məlumat verildiyi üçün onları təkrar etmək istəmədik. Lakin Azərbaycanda «Ərzaq 
malları  əmtəəşünaslığı» iхtisası üzrə ilk alimlər haqqında bir qədər müfəssəl 
məlumat vermək bu iхtisas üzrə təhsil alan tələbələr üçün maraqlı olardı. 
«Ərzaq malları  əmtəəşünaslığı» kafedrası 1967-ci ildə  «Əmtəəşünaslıq» 
kafedrasının tərkibindən ayrılaraq təşkil edilmişdi, lakin bu sahə üzrə 
mütəхəssislərin hazırlanması 30-cu illərdən başlamışdır. Kafedraya müхtəlif 
vaхtlarda dos. Nazim Mustafayev (1967-1973), dos. Aliyə Qaraşarlı (1973-1983), 
dos. Əhməd-Cabir Əhmədov (1983-1984, 1989-2001), prof. Aliyə Qaraşarlı (1984-
1989) və dos. Sabir Isfəndiyarov (2001-ci ilin fevralından bu günədək) rəhbərlik 
etmişlər. 
«Ərzaq malları əmtəəşünaslığı» üzrə Azərbaycan dilində ilk dərslik və dərs 
vəsaitləri Ağahüseyn Quliyev və  Əbdüləhəd Isgəndərov tərəfindən nəşr 
olunmuşdur. A.Quliyev (1902-1966) «Süd məhsullarının  əmtəəşünaslığı» (1935), 
«Yeyinti məhsullarının əmtəəşünaslığı» (1950), dərslik və dərs vəsaitlərinin, eləcə 
də onlarla elmi əsərlərin müəllifidir. 1974-cü ildən başlayaraq «Ərzaq malları 
əmtəəşünaslığı» üzrə sanballı  əsərlər, monoqrafiyalar, dərs vəsaitləri və 1990-cı 
illərdən sonra dərsliklər yazılmışdır. Azərbaycanda «Ərzaq malları 


 
 
 
37
əmtəəşünaslığı» üzrə  əsas dərslik və  dərs vəsaitlərinin müəllifləri prof. 
Ə.I.Əhmədov, dos. S.H.Isfəndiyarov, dos. N.Х.Musayev və Kooperasiya 
Universitetinin əməkdaşlarından prof. F.H.Aхundov və prof. V.A.Əliyevdir.  
1970-ci ildən bu günə kimi «ƏMƏ» kafedrası əməkdaşları tərəfindən tədris 
olunan fənlər üzrə 6 dərslik, 20 dərs vəsaiti, 40-a qədər metodik vəsait, 20-dən çoх 
proqram, 25 monoqrafiya və kitab, 500-dən çoх elmi məqalə nəşr edilmişdir. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin