Dərs vəsaiti kimi təsdiq edilmişdir


II. Fiziki tərbiyə anlayışı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   38

 
II. Fiziki tərbiyə anlayışı 
Fiziki tərbiyə tərbiyənin tərkib hissəsi kimi uşaq orqanizm-inə mütəşəkkil təsir göstərən pedaqoji 
proses olmaqla bütün orqanların düzgün inkişafına, onların funksiyalarının təkmilləşməsinə, hərəki 
keyfiyyətlərin artmasına, sağlamlığın  möhkəmləndirilməsinə, insanların fiziki təhsilinin idarə  
edilməsinə, bədən tərbiyəsi və idman sahəsində toplanmış bilik, bacarıq və  vərdişlərin gənc nəslə 
mənimsədilməsi məqsədinə istiqamətləndirilmişdir (P.F.Lesqaft, A.N.Filippov, N.V.Savin, İ.A.Kryaçko, 
N.M.Kazımov, B.A.Əhmədov, Y.R.Talıbov, Ə.A.Ağayev, H.N.Məmmədov, H.H.Qurbanov). 
Fiziki tərbiyə – sırf psixikaya təsirlə – intellekt, iradə, emosiya, əxlaq və s. ilə  sıx  əlaqədardır. 
(F.Lanqranj, Q.Demeni). 
Fiziki tərbiyə- tərbiyənin mühüm vasitəsi və tərkib hissəsi kimi şəxsiyyətin hərtərəfli inkişafının 
vasitəsidir (V.A.Semenov, B. A. Əhmədov, M.Quliyeva, A.Şükürov). 
                                                 
77
 Y.R.Talıbov və H.H.Qurbanov. ixtisasa giriş. Bakı, 2000, s.6-9 
78
 H.H.Qurbanov. fiziki tərbiyə nəzəriyyəsi və metodikası. Bakı, “Adiloğlu”nəşr, 2001, s.27-28 

 43
Fiziki tərbiyə- insanın fiziki inkişafının vasitəsi, həm də yaşlı nəslin təcrübəsini gənclərə öyrədən 
vasitədir (A.D.Novikov). 
Fiziki tərbiyə- cəmiyyətin tələbatına uyğun adamların fiziki və mənəvi inkişafını təmin edir, onları 
əməyə və müdafiəyə fəal hazırlayır (A.İ.Borisov). 
Fiziki tərbiyə- pedaqoji proses kimi… estetik və etik  
normalara cavab verə biləcək davranış və qabiliyyətlərin yaranmasına yönəldilmişdir. O, uşaqların iştirakı 
ilə kollektiv pedaqoqlar və valideynlər tərəfindən həyata keçirilir (Q.N.Satirov). 
               Fiziki tərbiyənin bir-biri ilə əlaqəli dar və geniş mənada iki tərəfi vardır: 
Fiziki tərbiyə–dar mənada sağlamlığın möhkəmləndir-ilməsi, fiziki keyfiyyətlərin qazanılması və 
təkmilləşməsi məqsədilə fiziki inkişafa təsir göstərmək başa düşülür. 
Fiziki tərbiyə-  geniş  mənada isə fiziki təhsil mənasında başa düşülür. Fiziki təhsil isə  tərbiyə 
olunanların bilik, bacarıq və vərdişlərlə silahlanmasıdır (A.D.Novikov). 
 
                              III. Fiziki təhsil anlayışı 
 
Fiziki təhsil – şəxsiyyətin anatomik-fizioloji xüsusiyyətləri ilə sıx bağlı olub, hərtərəfli inkişafın 
şərtləri olan əqli və əxlaqi tərbiyənin bədən tərbiyəsi ilə əlaqəli həyata keçirilməsidir ki,  bunun da son 
məqsədi tərbiyəli-təhsilli şəxs yetişdirilməsidir (P.F.Lesqaft) 
Fiziki təhsilə – fiziki inkişafı yaxşılaşdırmaq və fiziki  
keyfiyyətləri təkmilləşdirmək üçün xüsusi olaraq mütəşəkkil surətdə təşkil edilmiş orqanizmin forma və 
funksiyalarına təsir göstərmək, bunun müvəffəqiyyətlə  həyata keçirilməsi məqsədilə yaxşı hazırlıqlı 
pedaqoqun fəaliyyəti ilə əlaqələndirmək, nəticə etibarı ilə isə iradə və xarakterin möhkəmləndirilməsidir 
(V.V.Qorinevski). 
Fiziki təhsil-  hərəkət koordinasiyasının təkmilləşdirilməsi, ümumi fiziki hazırlığın qazanılması, 
fiziki inkişafın düzgün getməsi, fizioloji cəhətdən orqanizm üçün daha faydalı olması, xüsusən insan 
psixikasına – əqli inkişafa, iradi keyfiyyətlərə  və emosiyanın yaranmasına müsbət təsir göstərməkdir 
(A.D.Butovski). 
Fiziki təhsil – fiziki tərbiyə prosesində  hərəki bacarıq və  vərdişlərin aşılanmasının müəyyən 
işlənmə  məcmui, qazanılmış «bədən keyfiyyətləri»nin  şüurlu və  məqsədəuyğun prosesi, habelə ondan 
intensiv istifadə edilməsidir (Q.Dyuperron). 
Fiziki təhsil – bu tədris-pedaqoji proses kimi bir qayda olaraq mütəxəssis müəllimlər tərəfindən, 
əsasən məktəb dərs formasında həyata keçirilməsidir (Q.N.Satirov). 
 Bütün bunlardan aydın olur ki, P.F.Lesqaft və b. fiziki təhsil  
fikrinə sözün geniş mənasında fiziki tərbiyə prosesinin bütöv bir sistemi kimi baxılarsa, Q.Dyuperron və 
b. isə fiziki təhsili həmin sistemin bir hissəsi kimi qəbul edirlər. 
                    
IV. Fiziki inkişaf anlayışı 
             Fiziki inkişaf – bu proses həyat  şəraitinin və  tərbiyənin təsiri altında insan orqanizminin bioloji 
baxımdan forma və funksiyasının qurulması  və  dəyişdirilməsi, orqanizmin artması  və  təkmilləşdirilməsi, 
eləcə  də fiziki keyfiyyətlərin və qabiliyyətlərin formalaşması prosesidir (N.V.Savin, İ.A.Kryaçko, 
B.A.Əhmədov). 
 
                    V. İdman anlayışı 
         İdman hərəki fəaliyyətin elə bir növüdür ki, insanın həmin fəaliyyət sahəsində yüksək göstəricilər 
(rekord göstəriciləri)  əldə etməsinə xidmət göstərir. İdman fiziki mədəniyyətin tərkibinə daxildir, fiziki 
tərbiyənin isə ən mühüm vasitələrindən biridir (B.A.Əhmədov, Y.R.Talıbov, H.H.Qurbanov). 
 
                      VI. Fiziki kamillik anlayışı 
              Fiziki kamillik – şəxsiyyətin fəaliyyətə (əməyə, təlimə və  
s.) fiziki cəhətdən hazır olması  zəruriliyi ilə  şərtləndirilən fiziki inkişaf səviyyəsini  əks etdirir, fiziki 
mədəniyyətlə  şəxsiyyətin bu mədəniyyətə optimal yiyələnməsi arasındakı nisbəti ifadə edir 
(B.A.Əhmədov, F.İ.İsmayılov, M.Quliyeva, A.Şükürov və b.). 

 44
         Bundan əlavə, fiziki tərbiyə ilə bədən tərbiyəsini eyniləşdirənlər də vardır (A.A.Ziqmund). 
           Tarixə bir daha nəzər salmış olsaq məlum olur ki, XIX əsrdə  
və XX əsrin 20-ci illərinədək fiziki tərbiyə və fiziki təhsil diqqəti nə qədər özünə cəlb etmiş olsa da 20-ci 
illərdən başlayaraq ölkəmizdə    əhali arasında bədən tərbiyəsi termini və  hərəkatı daha geniş vüsət 
tapmışdır. Məsələyə tarixi nöqteyi-nəzərdən yanaşmış olsaq, aydın olur ki, bədən tərbiyəsinin kökü daha 
dərinliklərə gedib çıxmış  və mahiyyət və  məzmun etibarı ilə xüsusi əhəmiyyət kəsb etmiş, dövlətçilik 
baxımından isə onun ən zəruri və əvəzedilməz atributlarından biri olmuşdur. 
              Bədən tərbiyəsinin dövlətçiliyin qorunub saxlanılmasında vacib atributlardan olduğunu, insanın 
sağlamlığının möhkəmləndirilməsində, fiziki cəhətdən normal və ahəngdar inkişafında mühüm rolunu, 
eləcə də onunla sıx əlaqəli olan spesifik anlayışların hər birinin ayrı-ayrılıqda mahiyyət və məzmununun 
dəyərliliyini, həmçinin pedaqoji-metodiki         baxımdan onları bir-birindən fərqləndirən cəhətlərin 
müasir tələblər nöqteyi-nəzərindən  şərh etməyin zəruriliyini nəzərə alıb, nəticə olaraq yekun 
ümumiləşdirməni veririk. Ümumiləşdirmə spesifik məfhumlar üzrə görkəmli pedaqoq-alimlərin 
fikirlərinə, habelə tədqiqatçının bu sahədə gəlmiş olduğu qənaətə əsaslanır. 
Bədən tərbiyəsi – cəmiyyətin məqsəd və vəzifələrinin həyata keçirilməsinə uyğun olan insan 
mədəniyyətinin tərkib hissəsi kimi ən geniş anlayışdır. Çünki o, insanların fiziki kamilliyi üçün 
tarix boyu hərəki sahəsində qazanmış olduğu bilik, bacarıq və  vərdişlər üzrə bütün nəzəri və 
təcrübi nailiyyətləri özündə  cəmləşdirir.  Mədəniyyət sözün geniş  mənasında insan əməyi ilə 
yaradılan hər nə varsa, hamısını özündə birləşdirir. Bu mənada fiziki mədəniyyət, fiziki tərbiyə, 
fiziki təhsil, hərtərəfli fiziki inkişaf, əməyə və müdafiə fəaliyyətinə hazırlıq, idman və s. üzrə uzun 
illərdən bəri bəşəriyyətin  əldə etmiş nailiyyətləri də özündə  əks etdirən insanların fiziki 
kamilliyində istifadə olunan fiziki vasitələrin məcmusudur. Fiziki mədəniyyət eləcə  də, mühüm 
hərəki vasitə  və metodlar sahəsində toplanmış  təcrübəni adamların fiziki tərbiyə, fiziki inkişaf, 
fiziki təhsil və fiziki kamillik yönəmində  tətbiq etməklə onların inkişafına və  şəxsiyyət kimi 
hərtərəfli və ahəngdar təkmilləşməsinə və formalaşmasına müsbət təsir göstərir. O, eyni zamanda 
cəmiyyət üzvlərinin mürəkkəb və bütöv bir fiziki mədəniyyət sistemi olmuş və olmaqda davam edir. 
Fiziki tərbiyə – tərbiyənin tərkib hissəsi olmaqla, fiziki hərəkətlərin, təbii amillərin və 
gigiyena tədbirlərinin köməyi ilə fiziki inkişafı, fiziki hazırlığı və s. təlimini idarəetmə prosesidir. O, 
tədris-pedaqoji anlayışlar     sırasına daxil olub, mütəşəkkil pedaqoji proses kimi müəllim-tərbiyəçi 
və valideynlərin rəhbərliyi və nəzarəti altında uşaqların bilavasitə iştirakı ilə cəmiyyətin tələbatına 
müvafiq dərs -məşğələ formasında həyata keçirilir. Fiziki tərbiyə  şagirdlərin (tələbələrin) və 
uşaqların hərtərəfli və ahəngdar inkişafına müsbət təsir göstərməklə, onların fiziki cəhətdən 
normal inkişafına, fiziki təhsilinə, onun düzgün idarə edilməsinə yönəldilir. Fiziki tərbiyə bundan 
əlavə, cəmiyyətin bədən tərbiyəsi və idman sahəsində toplanmış bilik, bacarıq və  vərdişlər üzrə 
təcrübəsini gənc nəslə öyrətməklə, onların sağlamlığını möhkəmləndirir, insan orqanizminin 
morfoloji və funksional inkişafına və təkmilləşməsinə istiqamətləndirilir, əmək və hərbi – müdafiə 
fəaliyyətinə hazırlanması məqsədini daşıyır.  
Fiziki təhsil – mütəşəkkil təşkili prosesi olub, fiziki  
tərbiyənin tərkib hissəsi kimi geniş  mənada başa düşülür və  məşğul olanların fiziki bacarıq və 
vərdişləri üzrə xüsusi biliklərə yiyələnməsinə yönəldilmişdir. Həmin biliklər isə insanların fiziki 
inkişafına və  hərəki keyfiyyətlərinin təkmilləşməsinə  səbəb olur. Bunlar isə orqanizmin forma və 
funksiyalarına müsbət təsir göstərməklə, xüsusi hazırlıqlı mütəxəssislərin fəaliyyəti nəticəsində 
həyata keçirilir. Eyni zamanda, hərtərəfli inkişafın  əsas  şərtləri olan əqli,  əxlaqi keyfiyyətlərin 
formalaşmasına və  bədən tərbiyəsinə xidmət edir, son məqsədi isə  tərbiyəli, təhsilli  şəxsiyyət 
yetirməkdən ibarətdir. 
              Fiziki inkişaf – həyat  şəraiti və  tərbiyənin təsiri altında insan orqanizminin forma və 
funksiyalarının keyfiyyət və  kəmiyyətcə  dəyişməsi, fiziki qabiliyyət və keyfiyyətlərin inkişaf 
prosesidir.  
              Bütün bunlar antropometrik göstəricilərlə müəyyən olunur. Bura boy, çəki, döş qəfəsinin 
həcmi, əzələ toplusu və s. daxildir. 

 45
              Fiziki hazırlıq – fiziki bacarıq, vərdiş  və fiziki keyfiyyətlərin inkişaf  səviyyəsi ilə  təyin 
edilir. Fiziki hazırlıq «Vətənin müdafiəsinə hazıram» bədən tərbiyəsi kompleksinin normativləri 
əsasında müəyyən edilir. 
              Fiziki  təkmilləşmə  – insanların müasir cəmiyyətdə  əməyə, ölkənin müdafiəsinə  və  həyata 
fiziki hazırlığı, fiziki inkişafı ilə səciyyələnir. 
              İdman  – fiziki tərbiyənin başlıca vasitəsi olub, fiziki mədəniyyətin ayrılmaz hissəsi kimi 
hərəki fəaliyyətin elə bir növüdür ki, insan bu fəaliyyət üzrə şəxsi və ictimai quruluşun mənayefinə 
uyğun yüksək idman göstəriciləri qazanır. 
              Fiziki  kamillik  – dərin psixoloji, fizioloji və fiziki proses kimi sağlamlığın 
möhkəmləndirilməsinə, bədən münasibliyinə, üzvlər və sistemlərin ahəngdar inkişafına, təbii 
amillər və fiziki vasitələrlə nail olma kimi başa düşülür. Bu mənəvi, əxlaqi və yüksək estetik zövq 
ehtiyacı  şüurlu surətdə  dərk etməklə  həmin komponentləri vəhdət halında götürmək yolu ilə 
şəxsiyyətin hərəki qabiliyyət və keyfiyyətlərinin əməyə, təlimə, müdafiəyə və intellektual səviyyədə 
fiziki cəhətdən hazırlanması ilə  şərtlənir. Fiziki kamilləşmə  şəxsiyyətin ümumi mədəniyyətində 
özünü onun ayrılmaz tərkib hissəsi kimi göstərən fiziki mədəniyyətin nə dərəcədə mənimsənilməsi 
səviyyəsini əks etdirir. 
Bədən tərbiyəsi və idman haqqında qanunda da əsas anlayışlar  şərh olunur. Həmin qanunda 
göstərilənlər mahiyyət və məzmun etibarı ilə apardığımız elmi-tədqiqatın nəticələrinə uyğun gəlir. Lakin 
fərq qanununda anlayışların Daha konkret verilməsidirsə, bu yazıda isə  bədən tərbiyəsi və idman 
anlayışlarının anatomik-fizioloji, pedaqoji-psixoloji və s. baxımdan geniş şəkildə açıqlanmasındadır. 
Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunda bədən tərbiyəsi üzrə  əsas 
anlayışlardan biri «fiziki inkişaf» anlayışının öz əksini tapmaması da müşahidə edilir. (Bədən tərbiyəsi və 
idman haqqında Azərbaycan Respublikasının qanununu Olimpiya dünyası  qəzeti: 1-3 sentyabr.2009-cu 
il). 
İlk baxışdan biz bunu ciddi nöqsan kimi qəbul edə bilərdik. Lakin uzun illərdən bəri apardığımız 
tədqiqatlar, pedaqoji müşahidələr, yanaşmalar, toplanmış faktların təhlili, ümumiləşdirilməsi və bütün 
bunların nəticəsi olaraq əldə edilmiş materialların nəşr olunması prosesində  bəzən qüsurların meydana 
çıxması hallarını qaçılmaz hesab edirik. Əlbəttə qanunda «Fiziki inkişaf» anlayışının öz əksini 
tapmamasını nəzərdən qaçmış qüsurlar siyahısına daxil etmək düzgün olardı. Bədən tərbiyəsi və idman 
haqqında qanunun növbəti nəşrlərində həmin qüsurun aradan qaldırılmasına şübhə yeri qalmır.  

 46
Yoxlama test sualları 
 
1.Pedaqoq alimlərin təhsilin mahiyyəti, məzmunu və vəzifələri haqqında düşüncələrini şərh edin. 
2.Təhsil haqqında yeni qanunda təhsilin mahiyyəti necə səciyyələndirilir? 
3.Tərbiyə anlayışının mahiyyəti nədən ibarətdir? 
4.Təlimin məzmunu və mahiyyətini səciyyələndirin. 
5.Fiziki tərbiyə anlayışlarına dair Azərbaycan pedaqoqlarının fikirlərini söyləyin. 
6.Fiziki tərbiyə anlayışının əsas mahiyyəti nədən ibarətdir? 
7.Bədən tərbiyəsi anlayışının əsas mahiyyəti nədən ibarətdir? 
8.Fiziki tərbiyə və bədən tərbiyəsi anlayışlarının fərqli cəhətləri hansılardır? 
9.İdman anlayışının əsas mahiyyəti nədir? 
10.Fiziki hazırlıq və fiziki inkişaf anlayışlarının mühüm cəhətlərini izah edin. 
11.Fiziki təhsilin əsas mahiyyəti nədən ibarətdir? 
12. Fiziki təkmilləşmənin başlıca cəhətlərini söyləyin. 
                     
 
 
Yaradıcı iş üçün təxmini mövzular 
 
1.Azərbaycan pedaqoqlarının əsərlərində fiziki tərbiyə məsələləri; 
2.Görkəmli alim-pedaqoqlar fiziki tərbiyə anlayışı haqqında; 
3.Görkəmli alim-pedaqoqların bədən tərbiyəsi anlayışları barədə fikirləri. 
 
 
 
 
 

 47
II FƏSİL. İBTİDAİ MƏKTƏBDƏ ŞAGİRDLƏRİN 
FİZİKİ TƏRBİYƏSİNİN ƏSASLARI 
 
P L A N 
 
              1. İbtidai məktəblərdə şagirdlərin fiziki tərbiyəsinin mahiyyəti, məqsədi, vəzifələri və vasitələri. 
2. «Fiziki tərbiyə  və onun tədrisi metodikası» fənninin mahiyyəti, vəzifələri o, tədris və elmi 
fənn kimi. 
              3. Kiçik məktəbyaşlı uşaqların yaş xüsusiyyətləri. 
              4. Fiziki tərbiyə təliminin elmi-nəzəri əsasları. 
              5. Fiziki tərbiyənin təlim prinsipləri. 
              6. Fiziki tərbiyənin təlim metodları. 
                                       
      
 
ƏDƏBİYYAT 
 
1.N.Kazımov. Məktəb pedaqogikası. Bakı, «Çaşıoğlu» nəşriyyatı,2002. Ci-il. 
2.H.Qurbanov. Fiziki tərbiyə  nəzəriyyəsi və metodikası. Bakı, «Adiloğlu» nəşriyyatı, 2001. 
ci-il. 
3.B.Quliyev. İbtidai siniflərdə bədən tərbiyəsi. Bakı, «Maarif»nəşriyyatı, 1974. ci-il. 
4.B.Quliyev. İbtidai siniflərdə bədən bərbiyəsi dərsləri. Bakı, «Maarif» nəşriyyatı, 1977. ci-il. 
5.Fiziçeskaya kulğtura v şkole. Metodika urokov v I-III klassax.(Q.P.Boqdanovanın redaktəsi 
ilə).M., «Prosveşenie», 1971. ci-il. 
6.V.Kaçaşkin. Fiziçeskoe vospitanie v naçalnoy şkole. M, izd-vo «Prosveşenie», 1977. ci-il. 
 
 

 48
II FƏSİL. İBTİDAİ MƏKTƏBDƏ ŞAGİRDLƏRİN 
FİZİKİ TƏRBİYƏSİNİN ƏSASLARI 
 
II. 1. İbtidai məktəbdə şagirdlərin fiziki tərbiyəsinin 
mahiyyəti, məqsədi, vəzifələri və vasitələri 
 
              Hazırda məktəblilərin hərtərəfli inkişaf etdirilməsi və fiziki cəhətdən kamilləşməsi mühüm bir 
vəzifə kimi qarşıya qoyulmuşdur. 
              H.Ə.Əliyev bədən tərbiyəsi və idmanın inkişafına çox böyük diqqət yetirmiş və bu münasibətlə 
vaxtı ilə demişdir: «İdmanın, bədən tərbiyəsinin inkişafı üçün görülən işlər və gələcəkdə də görəcəyimiz 
işlər dövlət, hökumət siyasətinin əsas üstünlüklərindən biridir»
79

              Şəxsiyyətin fiziki cəhətdən kamilləşməsi dedikdə, möhkəm cansağlığının, yaşauyğun fiziki 
inkişaf, habelə  həyat üçün vacib olan hərəkət vərdişlərinin qazanılması  nəzərdə tutulur. Şəxsiyyətin 
hərtərəfli inkişafında fiziki və əqli inkişafın bir – biri ilə sıx əlaqədə olması, ahəngdar inkişaf etməsi əsas 
şərtlərdən biri sayılır. Bütün bunlar uşağın psixoloji inkişafına müsbət təsir göstərir. Onun daxili 
üzvlərində  və sistemlərində, o cümlədən beynin quruluşunda və funksional vəziyyətində  əhəmiyyətli 
dəyişikliklər meydana çıxmasına səbəb olur.  Bu hal kiçik məktəb yaşlarında daha qabarıq şəkildə özünü 
büruzə verir. Qeyd etmək lazımdır ki, ilk dəfə məktəb həyatına qədəm qoyan uşaq, ağır təlim – tərbiyə ilə 
qarşılaşmağa başlayır. O, dərs zamanı sakit oturmalı, nizam-intizamı gözləməli, müəllimi axıra kimi 
diqqətlə dinləməli, bir sözlə, məktəb rejiminə ciddi riayət etməlidir. Bundan ötrü uşaq, fiziki cəhətdən 
normal inkişaf etməli, həmçinin dözümlü, iradəli, səbrli və  təmkinli olmalıdır. Bu keyfiyyətlərin  əldə 
edilməsində  əməyə  və  Vətənin müdafiəsinə hazırlıqda fiziki tərbiyə  məşğələlərinin böyük rolu vardır. 
Təhsilin təməli ibtidai siniflərdə qoyulduğu kimi, məktəblilərin hərtərəfli, ahəngdar inkişafı,  əməyə  və 
Vətənin müdafiəsinə hazırlıq işlərinin əsas bünövrəsi də  
həmin dövrdən başlayır. Buna görə  də bu məsələlərin fiziki tərbiyə ilə  əlaqəliliyinin elmi və  əməli 
cəhətlərini nəzərdən keçirmək olduqca zəruridir. Çünki bu, ibtidai sinif müəllimlərinin elmi- nəzəri 
səviyyəsinin yüksədilməsində böyük əhəmiyyətə malikdir. 
 
                     1.1. Fiziki tərbiyənin mahiyyəti və məqsədi 
Məktəblilərin  ictimai-faydalı əməyə hazırlığında fiziki tərbiyənin rolu. 
Məktəbdə şagirdlərin əməyə hazırlanmasında fiziki hərəkətlərin öyrədilməsinin böyük əhəmiyyəti vardır. 
Yeriş, qaçış, tullanma, qaməti düzgün inkişaf etdirən və s. hərəkətlərin təlimi şagirdlərdə sürət, çeviklik, 
dözümlülük kimi fiziki və psixoloji keyfiyyətlərin tərbiyə olunmasına kömək edir, bu da onları dolayı 
yolla  əməyə hazırlayır. Başqa sözlə desək,  şagirdlərin gələcək istehsalat təliminə  mənəvi, fiziki, əxlaqi 
cəhətdən hazırlığı artır, onlar bədən tərbiyəsi və idmana yaxşı  münasibət bəsləyirlər. Fiziki  hərəkətlərlə 
müntəzəm məşğul olan şagirdlər bədəncə möhkəm və sağlam olur, ağır tərpənən, bədəncə  zəif olan 
uşaqlara nisbətən onlar yorulmur, müəyyən bir işi daha tez və keyfiyyətlə yerinə yetirirlər. 
              Əzələnin gücünü və  uşağın çevikliyini artıran fiziki hərəkətlər və bunların bir-biri ilə düzgün 
əlaqələndirilməsi  əməyə hazırlıq üçün böyük zəmin yaradır. Belə  hərəkətlərin  şagirdlərə öyrədilməsi, 
onların bədən tərbiyəsi dərslərinə olan marağını artırır və  hərəkətlərin icraedilmə keyfiyyətini xeyli 
yaxşılaşdırır.  Respublikanın şəhər və kənd məktəblərində apardığımız müşahidələr göstərmişdir ki, təbii 
hərəkət keyfiyyətlərinə yiyələnmiş şagirdlər iş görərkən əzələ gücü enerjisinə qənaət edir, dəqiq olmağa, 
habelə artıq hərəkətlərə yol verməməyə çalışırlar. Onlar hər hansı fiziki işi başqalarından fərqli olaraq az 
enerji sərf etməklə, qısa bir vaxt ərzində yerinə yetirirlər. 
              Fiziki  tərbiyə  məşğələlərində ritmililiyin gözlənilməsi, bilik, bacarıq və  vərdişlərin aşılanması, 
müvazinət hərəkətlərinin mənimsədilməsi  şagirdlərin  əməyə hazırlanmasında mühüm rol oynayır. 
Məsələn, müntəzəm olaraq müvazinət hərəkətləri ilə məşq etmiş və bu sahədə lazımi hərəkət vərdişlərinə 
yiyələnmiş şagirdlər müxtəlif növ əmək işlərinə ( şəkil çəkmək, yazmaq, toxumaq və s.) daha yaxşı hazır 
olur və  iş prosesində gec yorulurlar. Bundan əlavə  bədən tərbiyəsi üzrə  nəzəri məlumatların  şagirdlərə 
                                                 
79
 И.Ялийев. ХВЫЫ йай олимпийа ойунлары щаггында. «Олимп»оскор.Б, 
2003-ъц ил, Олимпийа журналы, 14 ийул, 1999-ъу ил. 

 49
çatdırılması da həmin hərəkətlərin icrasının effektini artırır, bacarıq və  vərdişlərin aşılanmasına kömək 
edir. 
              Fizioloji  və psixoloji tədqiqatlardan aydın olur ki, fiziki hərəkətlər  şagirdlərin iş qabiliyyətini 
artırır, sağlamlığını möhkəmləndirir, fiziki inkişafına müsbət təsir göstərir. Eyni zamanda bu hərəkətlər 
üzrə  nəzəri məlumatların mənimsədilməsi  şagirdlərin hərəkətləri  şüurlu icra etməsinə kömək edir. 
Nəticədə  şagirdlər həmin hərəkətlərlə ardıcıl məşğul olmağa, onları düzgün və  dəqiq yerinə yetirməyə 
çalışırlar. Bu həm də ürək fəaliyyətinin yaxşılaşmasına, maddələr mübadiləsinin tədricən sürətlənməsinə, 
əmək prosesi ilə əlaqədar keyfiyyətlərin yüksədilməsinə, habelə müvafiq hisslərin inkişafına müsbət təsir 
göstərir. İdman əşyalarının və avadanlıqlarının təmiz saxlanılması,  hərəkətin icrası zamanı təhlükəsizlik 
qaydalarına riayət olunması öz sağlamlığını qorumaqda onlara kömək edir. Bu da əməyə hazırlığın əsas 
amillərindəndir. 
              Şagirdlər ayrı-ayrı  hərəkətlərin icrasına xeyli əmək sərf edirlər.  Şagirdlərin  əmək qabiliyyətini 
artıran  şərtlərdən biri əmək elementlərinə malik fiziki hərəkətlərin tənəffüslə uyğunlaşdırılmasıdır. 
Hərəkətlərin tənəffüslə  əlaqələndirilməsi  şagirdləri  əməyə hazırlamağa zəmin yaradır. Nəhayət, təbii 
amillərin (hava, günəş, su) vasitəsilə  bədənin möhkəmləndirilməsi də  şagirdlərdə  əmək qabiliyyətinin 
artırılmasına müsbət təsir göstərir. 
              Şagirdlərin  şəxsi həyatında və fiziki inkişafında mütəhərrik oyunların rolu böyük olub, onları 
əməyə hazırlayır, əmək prosesində lazım olan şərtləri (intizam, qayda-qanun, çeviklik, dəyanətlilik və s.) 
yerinə yetirməyə alışdırır. 
              Oyunlar  təşəbbüskarlıq, müstəqillik, mətanət, işgüzarlıq, yenilməzlik və s. kimi yüksək  
keyfiyyətlərin mənbəyi olmaqla, uşaqları yaşadıqları cəmiyyətə bağlayır, kollektivin şərəfini üstün tutur 
və bunu yerinə yetirməyə cəhd edir. Oyun uşaqları əmək fəaliyyətində iştirak etməyə hazırlayır, uşaqda 
əməyə hörmət, məhəbbət hissi tərbiyə edir, tüfeylilərə, tənbəllərə,  əməyə xor baxanlara qarşı isə nifrət 
hissi oyadır. 
              Elə mütəhərrik oyunlar vardır ki, onlar uşaqları bilavasitə  əmək işlərinə  cəlb edir. Məsələn, 
«Qalalarla oyun» və «Evcik-evcik» oyunları buna misal ola bilər. «Qalalarla oyun»da uşaqlar kollektiv 
surətdə qalanı sökmək, hasarları (daşları) səliqə ilə bir yerə yığmaq, sonra sökülmüş daşları divarda öz 
yerinə qoymaq kimi bir çox işlər görürlər;  bu zaman uşaqlardan kollektiv işləmələri, diqqətli olmaları, 
intizama riayət etmələri tələb olunur.  Bu haqda verilən məlumat uşaqları birgə ictimai-faydalı  əməyə 
hazırlayır. Onlarda dostluq, yoldaşlıq hissləri tərbiyə edir, hətta uşaqlara hasarların gözəyarı ölçülməsi, 
müqayisə edilməsi, qalanın yaraşıqlı, davamlı, yüksək estetik zövqdə tikilməsi kimi anlayış verir. Bu 
oyun hər bir uşağa müəyyən vəzifə  və tapşırıq verməklə yanaşı, bir sıra nəzəri bilik əldə etməyə 
hazırlayır, onların yaradıcı təxəyyülünün inkişafına səbəb olur. Beləliklə, şagirdlər qalanın yenidənqurma 
işlərini müvəffəqiyyətlə başa çatdırırlar. 
              Uşaq əməklə əlaqəli oyunda öz əlləri ilə müstəqil yaratdığı işlərə tamaşa etdikdə ondan xüsusi 
zövq alır, sevinir, gülür, şənlənir və özünü gümrah hiss edir. Əməklə əlaqəli oyunlar haqqında uşaqların 
aldıqları nəzəri məlumatlar uşaq xəyalının və təxəyyülünün yaranıb inkişaf etməsinə, hərəkətlərin  şüurlu 
icrasına təsir göstərir. Deməli, uşaq nəinki ictimai əməyə qoşulmalı  və onunla tanış olmalıdır, eyni 
zamanda keçirilən oyunun əməklə bağlılığına dair nəzəri məlumatları  ətraflı öyrənməlidir. 
A.S.Makarenkonun dediyi kimi: «Yaxşı oyun, yaxşı işə bənzəyir. Bu bənzəyiş çox böyükdür»
80
. Buradan 
belə bir nəticə çıxarmaq olar ki, uşaq oyunda necədirsə,  böyüyəndən sonra işdə də bir çox cəhətdən elə 
olacaqdır. 
 
 
 
               «Vətəni sevməyən insan olmaz, 
              Olsa da, o  şəxsdə vicdan olmaz» 
      
                                       (A.Səhhət) 
 
 
                                                 
80
 А.С.Макаренко. Сечилмиш педагожи ясярляри, Бакы, Азярняшр, 1950, сящ.378. 

 50
Məktəblilərin vətənin müdafiəsinə hazırlığında fiziki tərbiyənin əhəmiyyəti. 
 
              XX əsrin sonlarında Azərbaycan öz müstəqilliyini təmin etdi. Müstəqil Azərbaycan Respublikası 
yarandı. Qeyd etməliyik ki, ölkəmizdə müstəqillik yarandığı gündən etibarən bir sıra problemlərlə 
qarşılaşdıq. Həmin problemlər ölkənin iqtisadiyyatı  və  mədəniyyəti ilə  sıx  əlaqədardır. Son vaxtlar 
iqtisadiyyat, mədəniyyət, xüsusi ilə də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müsbət 
nəticələr əldə edilmişdir. 
              Azərbaycan müstəqillik aldığı gündən etibarən daha bir ciddi problemlə qarşılaşdı. Bu 
ermənistanın Azərbaycana təcavüzü ilə  sıx  əlaqədardır. Vəhşi ermənistan ordusu torpaqlarımızın 20 
faizini işğal etmişdir.  İndinin özündə  də 7 rayonumuz və Yuxarı Qarabağ ermənistanın dəstəyi ilə 
seperativ rejimin işğalı altındadır. 
          Bunlar  göstərir ki, torpaqlarımızın işğaldan təmizlənməsi üçün bir sıra tədbirlərin həyata 
keçirilməsinə çox böyük ehtiyac  vardır. 
              Hazırda atəşgah dövründə digər təşkilatlarla yanaşı, orta və ali təhsil müəssisələrinin qarşısında 
da vacib vəzifələr qoyulmuşdur. Həmin məqsəd və  vəzifələrə böyüməkdə olan nəslə  hərtərəfli bilik 
verməklə  bərabər, təhsil alan yeniyetmə  və  gənclərin fiziki tərbiyəsinə, idmanına diqqət yetirilməsi 
mühüm məqsəd və  vəzifə kimi qarşıya qoyulmuşdur. Bu baxımdan ümumtəhsil və ali məktəblərdə  və 
digər təhsil müəssisələrində, müxtəlif idman cəmiyyətlərində yeniyetmə və gənclərin bədən tərbiyəsi və 
idmanını inkişaf etdirmək lazımdır 
              Ümummilli liderimiz sabiq ölkə prezidenti H.Ə.Əliyev əhalinin, ümumiyyətlə, bütün yaşlardan 
olan adamların, xüsusi ilə uşaqların, yeniyetmə və gənclərin bədən tərbiyəsi və kütləvi idmanın, həmçinin 
turizmin, ekskursiyaların, yürüşlərin inkişafını təhsil müəssisələrindən bu sahədə səmərəli işlər görməsini 
ciddi surətdə  tələb etmiş,  bədən tərbiyəsi və idmanı gündəlik həyatımıza daxil etməyi məsləhət 
görmüşdür. Çünki həmin yolla həyatda gözümlülük, yüksək keyfiyyətlilik, mövkəm iradə, mərdlik və 
mətanətlik kimi vacib keyfiyyətlər tərbiyə etməklə vətəndaşların can sağlığına, əməyə hazırlığa,  gəncləri 
hərbi xidmətə hazırlamağa müvəffəq olmaq mümkündür. H.Ə.Əliyev bədən tərbiyəsi və idmanın 
Azərbaycanda  ən qədim tarixə malik olduğunu, vətənin müdafiəsi işində çox böyük əhəmiyyətini 
dəfələrlə qeyd etmişdir. H.Ə.Əliyev ölkəmizdə  bədən tərbiyəsi və idmana ən qədim zamanlardan belə 
həmişə böyük diqqət yetirildiyini də vurğulamışdır. 
              İstər Böyük Vətən Müharibəsində  və istərsə  də Qarabağ  uğrunda gedən döyüşlərdə sağlam 
insanlar, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olub öz sağlamlığını möhkəmləndirmiş 
vətəndaşlar vətənin müdafiəsi və onun faşizmdən azad olunmasında daha böyük qələbələr qazanmışlar. 
Onlar suda, quruda və hava döyüşlərində cəldlik, çeviklik və möhkəm iradə göstərərək düşmənlərə ağır 
zərbələr endirmişlər. 
              Torpaqlarımızın erməni faşizmindən təmizlənməsi üçün məktəblərimizdə idman məşğələlərində 
şagirdlərə müxtəlif yeriş  və qaçışlar, kroslar, maneələrin dəf edilməsi ilə uzununa, hündürlüyə 
tullanmalar, qumbara atma, sərbəst və düzgün olaraq hədəfi nişan almaq, çay və göllərdən üzüb keçmək 
öyrədilir. Fiziki cəhətdən hazırlıqlı  gənclər Vətənin müdafiəsində yaxşı bir döyüşçü kimi nümunə 
göstərirlər. 
              Böyük  Vətən müharibəsi başlandıqda milliyyətindən asılı olmayaraq on minlərlə idmançılar 
könüllü müharibəyə gedərək Vətənimizi qəhrəmancasına müdafiəyə başladılar. Sovet İttifaqı qəhrəmanı 
O.Borzenkonun bədən tərbiyəsi və idmanın vətənin müdafiəsindəki rolunu və onu öz təcrübəsində 
sınaqdan necə keçirməsini qeyd etsək kifayətdir. O, bu haqda deyir: « Fiziki möhkəmlik müharibədə 
mənə çox lazım oldu. Mübaliğə etmədən deyə bilərəm ki, uşaqlıq dövründə mən öz bədənimə və iradəmə 
təlim verməsə idim, məni azı 20 dəfə öldürə bilərdilər. Lakin hər dəfə döyüşdə  mən düşməndən daha 
güclü və çevik çıxırdım. Alman ölür, mən isə sağ qalırdım. Krım sahilinə çıxardığımız sonuncu desant 
əməliyyatında  ən qəti dəqiqədə gülləm qurtardı. Lakin mən fürsətdən istifadə edərək, təpiklə alman 
zabitini vurub öldürdüm. Başqa bir vaxt mənim gətirdiyim katerə  mərmi düşüb onu batırdı. Buz kimi 
soyuq suda silah və paltarla mən 2 km üzərək sahilə çıxdım və hətta zökəm belə olmadım. 
              Bütün bunlar məhz ona görədir ki, bizim məktəbin idman müəllimi bizdə fiziki məşğələyə qarşı 
böyük həvəs oyatmışdır. Dnepr sahilində yaşayan, lakin üzməyi öyrənməmiş bir gənc, güclü bir kiyevli 

 51
gördüm. Döyüş  şəraitində suya düşən bu adam batmağa başladı. Belə adamlar orduda tam qiymətli 
əsgərlər olmurlar»
81

              Özlərini odların-alovların altına atan azərbaycanlı Sovet İttifaqı  qəhrəmanları: H.Aslanov (2 
dəfə), İsrafil Məmmədov,  Hüseynbala Əliyev, Gəray Əsədov, Mehdi Hüseynzadə və onlarla azərbaycan 
oğullarının möhkəmliyinə , şücaətinə, mərdliyinə, cəsurluğuna gündəlik bədən tərbiyəsi ilə  məşğul 
olmalarının çox böyük əhəmiyyəti olmuşdur. 
              Müharibənin ilk günlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının şəxsi 
heyətindən 314 nəfər könüllü olaraq döyüşə getdilər. Həmin akademiyanın məzunu İ.İslamov kəşfiyyatda 
olarkən  əlindən ağır yaralanmasına baxmayaraq verilən tapşırığı yerinə yetirməmiş geri qayıtmadı. Üç 
gündən sonra sol əlini itirsə  də, lazım olan məlumatları  əldə etdikdən sonra geri qayıtdı. Həmin 
akademiyanın məzunu H.M.Əsgərov da böyük şücaət qazanmışdı.  
İkinci Pribaltika cəbhəsinin 116-cı tank briqadasının tank tağımının komandiri olmuş, Oryol 
çıxıntısındakı döyüşlərdə vuruşmuş yoldaşlarının azad edilməsində iştirak etmişdir»
82

  Dəfələrlə akrobatika üzrə Azərbaycan çempionu,  pedaqoji elmlər namizədi dosent H.H.Ağayev 
müharibədə özünü qorxmaz bir kəşfiyyatçı kimi aparmış, basketbol üzrə əməkdar məşqçi, professor Tofiq 
Abbasov ağır döyüşdə özünün idmanda qazandığı qüvvə və cəsarəti sayəsində yaralı komandirini döyüş 
meydanından çıxara bilmiş, respublikanın əməkdar bədən tərbiyəsi və idman xadimi, təcrübəli və hamının 
sevimlisi Həsən Qarayev Böyük Vətən müharibəsində  əsl azərbaycanlı, mərd, cəsur və  cəsarətli bir 
şəxsiyyət kimi özünü göstərmiş, ömrünün axırına qədər gənclərin fiziki tərbiyəsi ilə  məşğul olmuş, 
onlarla çempionlar və  vətənin layiqli müdafiəçiləri hazırlamışdır. Həsən müəllim deyirdi: «Biz heç 
kəsdən  əksik deyilik. Bütün cəhətlərdə millətimizin adını yüksəklərə qaldırmalıyıq.  Biz buna qadirik. 
Belə də etməliyik. Bunu bizdən ata-babalarımızın ruhu tələb edir. Bunun üçün də əliəyri, töhmətgətirici, 
millətə xas olmayan əməllərdən uzaq olmalı, siqaret çəkməməli, təhsilə xüsusi diqqət yetirməli, bədən 
tərbiyəsi və idmanla müntəzəm məşğul olmalı və sağlamlığımızın qayğısına qalmalıyıq. Bu sənin ictimai 
və vətəndaşlıq borcundur».          
              Məkrli ermənilərlə Qarabağ savaşında da bədən tərbiyəçi  və idmançılarımız vətən uğrunda 
canlarından keçmiş, mərdlik və cəsurluq göstərərək, torpaqlarımızın müdafiəsinə qalxmış, Vətən, doğma 
torpaq, haqq-ədalət, qeyrət və ismət naminə şəhid olmuş, Vətənə, torpağa, xalqa, ata və anaya məhəbbət 
hissinin ecaskar mənasını daha da zənginləşdirmiş və bundan qürur duymuşlar. 
              Yuxarı Qarabağ  və onun ətrafında gedən vuruşlarda  da igidlik və  şücaət göstərdiklərinə görə 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və  İdman Akademiyasını bitirmiş 2 məzun:  Əliyar Yusif oğlu 
Əliyev, İlqar Sədi oğlu İsmayılov,   
Azərbaycan Dövlət Pedaqoji Universitetinin hərbi və fiziki hazırlıq fakültəsini bitirmiş Mirələkbər 
İbrahimov və  Mətləb Quliyev Azərbaycan Respublikasının milli qəhrəmanı adına layiq görülmüş, 
yüzlərlə  məzun və  tələbələrimiz vətən uğrunda  şəhid olmuş, yaralanmış  və  İtkin düşmüşlər.  Onların 
xatirələri ürəklərdə yaşayır. Onlar qədirbilən xalqımız tərəfindən daim yad edilir, unudulmur. Milli 
qəhrəmanlarımızın adları  əbədiləşdirilmiş, oxuduqları  məktəblərə, yaşadığı küçələrə onların adları 
verilmişdir. Qəhrəmanların büstləri, heykəlləri məktəblərdə, küçə və meydançalarda qoyulmuş,  keçdiyi 
döyüş yoluna həsr edilmiş muzeylər, küçələr yaradılmışdır. 
              Torpaq  uğrunda  şəhid olmuş igidlərin keçdiyi döyüş yolunun əyaniləşdirilməsi, məktəblilərin 
gözü önündə bir daha canlandırılması, onlarda vətənə, anaya məhəbbət hissi oyadır, bədən tərbiyəsi və 
idmana marağı qat – qat artırır. Şagirdlərdə Vətənin müdafiəsi üçün ilk hərbi hisslər və hərəkət vərdişləri 
kiçik məktəb yaşlarından təşəkkül tapmağa başlayır. Onlar hərbi mövzularla əlaqədar yazılmış kitabları 
oxumağa, kinofilmlərə tamaşa etməyə böyük maraq göstərir və  öz hərəkətlərində Həzi Aslanov, Mehdi 
Hüseynzadə, Əli Dadaşov, Aleksandr Matrosov və b. qəhrəmanlar kimi cəsur döyüşçü, çevik və möhkəm 
iradəli adamlar olmağa çalışırlar. Bütün bu keyfiyyətlərin uşaqlara aşılanmasında fiziki tərbiyə 
məşğələləri mühüm rol oynayır. Bütün bunlar ölkənin müdafiəsi və işğal olunmuş  Yuxarı Qarabağın və 7 
rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın) azad olunmasına hazırlıq işinin 
daha da gücləndirilməsinə zəmin yaradır. 
                                                 
81
 Б.П.Йесинов, Н.К.Гончаров. Педагоэика. Бакы, Азярняшр, 1950-ъи ил, сящ 128. 
82
 
Е.Ф.Аъалов. Азярбайъанда бядян тярбийяси вя идманын инкишафы тарихи.1985-ъи ил, сящ.59-60. 
 

 52
              Tam  əminik ki, Azərbaycan xalqı  və onun milli iftixarı olan Silahlı Qüvvələrin bütün heyəti 
bütövlükdə torpaqlarımızın geri qaytarılmasına, milli himnimizin mahiyyəti və ruhunda başlayaraq, 
böyük şərəf və şücaətlə zəfərlər qazanacaqdır. 
              Xalqımızın iradəsi və milli ruhu himnimizdə aşağıdakı kimi öz əksini tapmışdır: 
           
   Azərbaycan! Azərbaycan! 
              Ey qəhrəman övladın şanlı Vətəni! 
              Səndən ötrü can verməyə cümlə hazırız! 
              Səndən ötrü qan tökməyə cümlə qadiriz! 
              Üçrəngli bayrağınla məsud yaşa! 
              
  Minlərlə can qurban oldu! 
              Sinən hərbə meydan oldu! 
              Hüququndan keçən əsgər,  
              Hərə bir qəhrəman oldu! 
 
Sən olasan gülüstan, 
Sənə hər an can qurban! 
Sənə min bir məhəbbət 
Sinəmdə tutmuş məkan! 
 
              Namusunu hifz etməyə, 
              Bayrağını yüksəltməyə 
              Cümlə gənclər müştaqdır! 
              Şanlı Vətən! Şanlı Vətən! 
              Azərbaycan! Azərbaycan! 
               
Fiziki tərbiyə məktəblilərin zehnini inkişaf 
etdirən vasitədir. 
Şagirdlərin zehni inkişafına kömək edən mühüm vasitələrdən biri də  bədən tərbiyəsidir. P.F.Lesqaft 
demişdir: «… Zehni və fiziki inkişaf arasında sıx əlaqə vardır»
83
, yəni uşaq orqanizminin fiziki inkişafı 
onun müvafiq olaraq əqli və s. psixi funksiyalarının formalaşmasını tələb edir. 
              Şagirdlər hərəkətləri yerinə yetirərkən düşünməli, yaranmış  vəziyyəti tez duymalı  və hiss 
etməlidirlər.  Həm də onlar çevik, sürətli, dəqiq olmalı, təşəbbüskarlıq və fəallıq göstərməlidirlər.      
              Böyük  rus  alimi  V.V.Qorinevski  göstərirdi ki, bədən tərbiyəsinin vəzifələrindən biri 
gimnastikanın köməyi ilə mərkəzi sinir aparatının funksional inkişafına nail olmaqdan ibarətdir ki,  bütün 
sümük-əzələ sistemi beynin əmrlərini icra edərək, sadə və mürəkkəb hərəkətləri böyük dəqiqliklə, tələb 
olunan qüvvə və sürətlə, ümumiyyətlə, arzu edilən mükəmməlliklə yerinə yetirsin. 
              Göründüyü  kimi,  bədən tərbiyəsi görmə, eşitmə kimi duyğu üzvlərinə, qavrayışa, diqqətə, 
iradəyə və eləcə də təfəkkürə müsbət təsir göstərir, bilik, bacarıq və vərdişləri inkişaf etdirir. Hərəkətlərin 
icrası şagirdlərin duyğu hissələrinin inkişafına səbə olur. Həm də, bu vaxt beyin tərəfindən qəbul olunmuş 
müxtəlif hisslər onun fəallığının artmasına və iş qabiliyyətlərinin yaxşılaşmasına kömək edir. 
 Fizioloji 
və psixoloji tədqiqatlar göstərir ki, xarici mühüt qıcıqlandırıcıları hissi-sinir uclarına nə 
qədər qüvvətli təsir göstərirsə, beyin mərkəzlərində ona qarşı oyanmalar da bir o qədər güclü olur. 
 
Bədən tərbiyəsi hərəkətləri də belə  qıcıqlandırıcılardandır. Onunla müntəzəm məşğul olduqda 
beyin qabığı mərkəzlərində həmişə oyanma baş verir. Bu da fikir fəallığına səbəb olur və xarici mühitdən 
gələn müxtəlif təsirlərə uyğun cavab verə bilir. Məsələn, II sinifdə «Tək sıradan dairə düzəltmək» 
mövzusunun tədrisinə  əvvəlcə  şagirdlər müəllimlə birlikdə, sonra isə müəllimin rəhbərliyi altında 
müstəqil olaraq dairə düzəldirlər. Dairəni əmələ gətirmək 
                                                 
83
 П.Ф.Лесгафт. Сечилмиш педагожи ясярляри, ъилд 1, 1951, сящ.287 (русъа) 

 53
üçün hər bir şagird müəllimin «Ardımca …marş!...», «Sinif, dur!», «Sinif, dairə  təşkil et!» və s. 
komandalarının mənasını  dərk etməli, verilən komandanı vaxtında eşitməli, düşünməli və yerinə 
yetirməlidir. Bundan əlavə, şagirdlər dairənin düzgün olub-olmadığını, özünün və yoldaşlarının dairədə 
necə durduqlarını görməlidirlər. 
              Deməli, bu hərəkətlərin öyrədilməsində görmə, eşitmə hissləri ilə yanaşı, qavrama, diqqət və 
təsəvvür kimi əqli keyfiyyətlər də  iştirak edir.  Bu da şagirdlərin dairə haqqında yeni biliyə 
yiyələnmələrinə  səbəb olur və  təfəkkürün inkişafına təsir edir. «Bir, iki saymaq», «Sıra nömrəsi ilə 
saymaq», «Tək cərgədən iki cərgə olmaq», «Seyrəlmə» və s. hərəkətlərin də icra olunması  uşaqların 
təfəkkürünün inkişafına müsbət təsir edir. 
              Şagirdlərin zehni inkişafına müsbət təsir göstərən mühüm vasitələrdən biri də oyunlardır. 
Oyunlar uşaqların həyatı dərk etmələrinə kömək edir. M.Qorkinin təbiri ilə desək, uşaq on yaşına qədər 
əyləncələr tələb edir və onun tələbi bioloji cəhətdən qanunidir. O, oynamaq istəyir, bütün şeylərlə 
oynayır, onu əhatə edən dünyanı, hər şeydən əvvəl və hər şeydən asan oyunda, oyunla dərk edir. 
              Bəzi oyunlar  heyvan və quşların adlarını, onların fayda və  zərərini  şagirdlərə öyrədir. Onları 
təbiətin nemətlərini sevmək və qoruyub saxlamaq ruhunda tərbiyə edir. Didaktik oyunların nəinki köhnə 
biliklərin möhkəmləndirilməsində, hətta yeni biliklərin qazanılmasında da böyük rolu vardır. Hazırkı 
məktəb proqramına müasir oyunlar daxil edilmişdir ki, bunlar da cisim və hadisələrlə, elm və texnikanın 
yeni nailiyyətləri ilə  məktəbliləri tanış edir,  kainatın sirlərini açan, kosmik fəzanı  fəth edən iradəli,  
möhkəm və  səbatlı adamları onlara sevdirir. Bu oyunlar müxtəlif  biliklər verməklə  bərabər, uşaqları 
qəhrəmanlıq ruhunda tərbiyə edir. 
              I sinifdə keçilən «Kosmonavtlar» oyunu məhz belə məqsəd daşıyır. 
              Uşaqlar bu oyunda xəyalən planetlərə uçur, onlarda elm və texnikanın, habelə təbiətin sirrlərini 
öyrənməyə maraq yaranır. Bundan başqa, kiçikyaşlı  uşaqlar texniki adlar və göy cisimləri haqqında 
müəyyən biliklərə yiyələnirlər. Bu da onların təfəkkür və təxəyyülünün inkişafına müsbət təsir göstərir. 
              Oyunların bir qismi mahnılarla müşayiət edilir, müsahibə xarakteri daşıyır, uşaqlar  şer 
əzbərləyir, mahnı oxuyurlar. Bu cür oyunlar uşaqlarda  şən  əhval-ruhiyyə yaradır, onları zehni 
gərginlikdən azad edir. Bu da zehni fəaliyyət tələb edən dərs üçün zəmin yaradır. Müsahibə xarakterli 
bəzi oyunlar uşaqlara ilin fəsillərinə dair sadə, elmi məlumatlar verməklə, onları həm də əməyə və əməli 
həyata hazırlayır. Belə oyunlardan biri də «İki şaxta» oyunudur. Uşaqlar bu oyunda qışın şaxtalı, sərt və 
soyuq olmasını, bədənə mənfi təsir göstərməsinə, xüsusən burnun qızarmasını və göyərməsini öyrənirlər. 
Eyni zamanda, uşaqlara üzün səthindəki kiçik damarlarda qanın hərəkətinin çətinləşməsinə  və ya 
donmasına soyuğun təsir etməsi səbəbi və onunla mübarizə yolları da öyrədilir. 
              Uşaqlara bədən quruluşu, daxili üzvlərin vəzifəsi, onların iş qabiliyyətlərinin artırılması  və 
sağlamlığının möhkəmləndirilməsinə dair bəzi biliklər də  mənimsədilir.  Şagird təfəkkürünün inkişafına 
və onların fiziki hazırlığının artmasına nişanalma, atıcılıq və  məsafənin gözəyarı  təyin edilməsi ilə 
əlaqədar hərəkət və oyunların öyrədilməsi də müsbət təsir göstərir.  Elə oyunlar da vardır ki, bunlar 
uşaqların nitqini inkişaf etdirir, onlara say və hesab öyrədir, hazırcavablığa hazırlaşdırır. 
              Azərbaycan xalq oyunları haqqında məlumatların verilməsi bu baxımdan böyük  əhəmiyyətə 
malikdir.  
              Xalq  oyunları  uşaqların təfəkkürünü inkişaf etdirib onları düşündürür. Məsələn, «Darı-darı», 
«Tapmaca» və s. oyunları göstərmək olar. 
              «Tapmaca» oyununda uşaqlara bu cür sual-tapmaca verirlər: 
                                     
                                            Əzizinəm baş aşağı, 
                                            Bir yol gedir baş aşağı. 
                                            Bu gün bir meşə gördüm,  
                                            Kök yuxarı, baş aşağı. 
                                                                              (Saqqal) 
              İştirakçılar düşünüb tapmacanı tapırlar və oyun bu cür davam edir. İştirakçılar  ədəbiyyat, 
incəsənət, elm və müxtəlif hadisələr haqqında düşünür, yeni bilik və məlumatlar əldə edirlər. 

 54
              Xalq oyunları  nitq mədəniyyətini də inkişaf etdirir. Əksər xalq oyunları danışıq, şer xarakterli, 
şer ahəngli, hətta bəziləri də mahnılardan ibarət olur. Məsələn, Azərbaysanda geniş yayılmış «Bənövşə» 
belə oyunlardandır. 
              Bəzi xalq yanıltmaclarından da oyun kimi istifadə edilir: 
             «Bir talada yeddi ala səkil,  təpəl, təkə çəpiş otlayır. O. hansı yeddi ala səkil, təpəl, təkə çəpiş idi 
ki, bizim yeddi ala səkil, təpəl, təkə çəpişin yerini otlayırdı».  
              «Ocağı qığılcımlandırsam da qığılcımlanacaq, qığılcımlan-dırmasam da qığılcımlandıracaq». 
              «Axşama aş asmışam, bilməmişəm, qazanı boş asmışam» və s. kimi yanıltmacları nitq 
qüsurunun düzəldilməsinə kömək edir. 
              Elə oyunlar da vardır ki, onlar müalicə əhəmiyyətinə malikdir. Belə oyunlar baş ağrısının, ürək 
döyünməsinin qarşısını alır, müvazinət saxlamağı nizama salır. Məsələn, «Düz irəli», «Düz hədəfə» və s. 
belə oyunlardandır. 
 
 
              Fiziki tərbiyənin mənəvi keyfiyyətlərə təsiri.  
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin