Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   38
Tərbiyə anlayışı. Bəs, tərbiyə anlayışı və tərbiyə haqqında nə demək olar? Qeyd etməliyik ki, tərbiyənin hər bir tarixi 
dövrdə 
məqsədi cəmiyyətin 
                                                 
16
 Н.Казымов. Мяктяб педагоэикасы. Бакы. «Чашыоьлу» няшриййаты, 2002, сящ.98. 
17
 Я.Пашайев вя Ф.Рцстямов. Педагоэика. Бакы, «Чашыоьлу» няшриййаты, 2002, сящ.18. 
18
 
Азярбайъан Республикасынын Тящсил Щаггында Гануну. Бакы «Юйрятмян» няшр, 1993, с.9 
19
 Тящсил щаггында Азярбайъан Республикасынын Гануну. Азярбайъан мцяллими» гязети 11 сентйабр, 2009-ъу ил. 

 30
 iqtisadi, konkret inkişaf səviyyəsi və hakim sinfin yeritdiyi siyasətlə müəyyən edilir. Demək, tərbiyə və 
onun məqsədi müxtəlif ictimai-iqtisadi və siyasi formasiyalarda dəyişib mövcud quruluşa uyğun yeni 
forma və məzmun kəsb edir. «Tərbiyə» anlayışı da bu baxımdan təşəkkül tapmışdır. 
  Pedaqoqika yeni insanın tərbiyəsi haqqında elmdir. Təəsüf ki, uzun illərdir ki, pedaqoqika sahəsində bir 
sıra dərsliklərldə pedaqoqikanın funksiyası məhdudlaşdırılmış və yalnız gənc nəslin tərbiyəsinə dair elm 
kimi qəbul olunmuşdur. 
 Uzun 
müddət istifadə edilmiş «Pedaqogika» dərsliyində bu münasibətlə deyilmişdir: «Sovet 
pedaqogikası gənc nəslin kommunist tərbiyəsi, təhsili, təlimi haqqında elmdir»
20

              B.L.Vulson  tərbiyə haqqında elm olan pedaqoqikanın funksiyası barədə iki tərəfli mövqe 
tutmuşdur. Yəni o, pedaqoji ensiklopediyada «Pedaqogika» məfhumuna  əvvəlcə pedaqogika uşaqların 
tərbiyəsi sahəsində  nəzəriyyə kimi inkişaf etmişdir
21
.  deyirsə, sonra isə yazır ki, pedaqogika təlim-
tərbiyə, yaşlılarla aparılan mədəni-maarif təbliğat-təşviqat işlərini də  əhatə edir.
22 
Lakin məsələnin 
mahiyyətini bir daha dəqiqləşdirməyə təşəbbüs göstərərək o, yenə də əvvəlki fikrinə qayıdır və qeyd edir 
ki, pedaqogika anlayışı gənc nəslin … tərbiyəsinə aiddir.  
  Digər bir «Pedaqogika» dərsliyində də pedaqogika prosesi əvvəlcə düzgün şərh olunaraq göstərilir ki, 
pedaqoji proses dedikdə, pedaqogikanın tələblərinə uyğun olaraq bütövlükdə mütəşəkkil təlim-tərbiyə 
prosesi, pedaqoq və tərbiyə olunanların, müəllim və şagirdlərin fəaliyyəti nəzərdə tutulur, ikinci halda isə 
müəlliflər tərbiyə prosesini sosioloji proseslə eyniləşdirərək yazırlar: İctimai həyatın bütün sahələrində 
cərəyan edən insan tərbiyəsi prosesi və habelə, bu prosesin nəticəsi isə şəxsiyyətin sosioloji formalaşma-
sıdır»
23
.    Məlumdur ki, insan şəxsiyyəti ictimai-iqtisadi, siyasi, ideoloji və i.a. amillərin təsiri altında 
formalaşır.  
Tərbiyə də şəxsiyyəti formalaşdıran amillərdən biridir. Bütövlükdə 
isə o, şəxsiyyəti formalaşdıran yeganə amil deyildir. 
         N.M.Kazımov «Pedaqogikanın bəzi tədqiqat hüdudları haqqında» məqaləsində  tərbiyə prosesi ilə 
sosioloji prosesi eyniləşdirən bir sıra alimlərin  əsərlərini
24
  təhlil etmiş  və belə bir nəticəyə  gəlmişdir. 
Bəziləri  şəxsiyyətin ümumiyyətlə formalaşmasını    tərbiyə hesab edir, şəxsiyyətin hər cür, həm 
məqsədəuyğun və planlı, həm də plansız formalaşmasını, xarici mühit amillərinin  şəxsiyyətə  hər cür 
təsirini tərbiyə kimi başa düşürlər.  
          Bəziləri tərbiyəni iki cəhətə: tərbiyəçinin fəaliyyətinə və tərbiyə olunan şəxsin fəaliyyətinə ayırır, 
bunların birini digərinə qarşı qoyur: birini (tərbiyəçinin fəaliyyətini) tərbiyənin xarici, digərini (tərbiyə 
olunanın fəaliyyətini) isə daxili cəhəti hesab edir. Bu cür şəxslər tərbiyə olunanın   fəaliyyətini tərbiyəyə 
əsas cəhət  
 
kimi qələmə verir, bəzən də, onu özü hərəkətdə olan özü-özünə irəliləyən proses adlandırır
25

N.M.Kazımov daha sonra qeyd edir ki, hər iki halda tərbiyə anlayışı təhrif edilir. Birinci halda tərbiyə 
anlayışı həddindən artıq genişləndirilir, sosioloji proseslə eyniləşdirilir. İkinci   halda isə tərbiyə anlayışı 
xeyli məhdudlaşdırılır, yəni tərbiyənin bir cəhəti nəzərə alınır.        
İ.T.Oqorodnikov tərbiyə prosesini bütövlükldə iki qarşılıqlı  tərəfə bölür. Həyatı  dərk etmək və ona 
münasibətin formalaşması. Həyatı  dərk etmək təhsilin başlıca funksiyalarıdırsa, ona münasibətin 
formalaşdırılması isə tərbiyənin başlıca funksiyasıdır. 
               N.V.Savin  isə qeyd edir ki, tərbiyə anlayışı geniş  mənada təhsil və  təlim də daxil olmaqla, 
böyüməkdə olan gənc nəslin həyata hazırlanması prosesini bütün əhatə edir
26

       Digər dərs vəsaitində isə tərbiyəyə belə tərif verilir: 
 
                                                 
20
 Б.П.Есипов вя Н.К.Гончаров. Педагогика. М., Учпегдиз,1948, с.13. 
21
 Педагогическайа енсиклопедийа. М.,1966, с.282. 
22
 Йеня орда, с.287. 
23
 Н.И.Болдрйев, Ф.Ф.Королйов, Н.К.Гончаров вя     В.Е.Гмурман. Педагогика. М., «Просвешение», 1968, с. 96-97 
24
  В.А.Волкович.  Педагогика  елмдир. 1909, с.21-22  В.А.Сухомлински.  Коммунист  тярбийяси  щаггында  етцдляр. 
Журнал «Народное образование», 1967, № 2.     
25
 А.П.Медведков. Педагогикадлйа самообразованийа, школы и семйи. Петроград, 1914, с.11-12.   Б.Т.Лихачев. 
Шяхси мцнасибятляр вя тярбийянин ганунауйьун мясяляляриня даир. Журнал «Советскайа педагогика». 1966, 
№10. 
26
 Н.В.Савин. Педагогика. М., «Просвешенийе», 1942, с.157. 

 31
 
Tərbiyə bütövlükdə    şəxsiyyətin formalaşması prosesinin məqsədəuyğun və sistematik olaraq 
idarə olunması  və ya cəmiyyətin tələblərinə uyğun öz üzvlərinin xarakterinin, onun ayrı-ayrı 
keyfiyyətlərinin tərbiyələndirilməsidir»
27
.   
              1968-ci ildə nəşr edilmiş «Pedaqogika» dərs vəsaitində  
tərbiyənin iki geniş və dar mənada işlədilməsi qeyd olunur. Tərbiyəyə geniş mənada bunlar daxil edilir: 
Bu məqsədəuyğun, mütəşəkkil proses olub, şəxsiyyətin hərtərəfli inkişafını  təmin  etməklə onu əməyə, 
ictimai fəaliyyətə hazırlayır. O, təhsili də, təlimi də və həm də tərbiyəni dar mənada özündə birləşdirir
28

Bundan  əlavə, müəlliflər düzgün olaraq qeyd edirlər ki, tərbiyə geniş  mənada  şəxsiyyətin sosial 
formalaşması anlayışından fərqlənir. Bu cür formalaşma nəinki bizim bütün təsirlərimizin, həmçinin 
şəxsiyyəti  əhatə edən təbii və sosial mühitin və xüsusi tərbiyəvi fəaliyyətin nəticəsidir. Bunlar isə 
adamların fəal iştirakı zamanı həyata keçirilir. 
       «Tərbiyə anlayışı dar mənada isə … «tərbiyə işi» anlayışı  
ilə eyniyyət təşkil edir və bu prosesdə … inamı, mənəvi davranış normaları, iradə  və xarakteri, estetik 
zövqü, adamın fiziki keyfiyyətləri formalaşır. Nəhayət, belə qənaətə gəlir ki, əgər tərbiyə geniş mənada 
həyatın gerçəkliyi prosesi başa düşülürsə və ona … münasibətlərin formalaşdırılması, tərbiyə dar mənada 
isə ancaq münasibətlər və davranış sahəsini əhatə edir. 
              «Pedaqoqika  v  şkole» dərs vəsaitində  tərbiyə  və onun məqsədi aşağıdakı kimi şərh olunur: … 
Cəmiyyətin qarşıya qoyduğu məqsədlərə uyğun olaraq şagirdlərin tərbiyəsinə mütəşəkkil, məqsədyönlü 
rəhbərlik tərbiyə prosesi adlanır. Onun başlıca məqsədi böyüyən adamın cəmiyyət üçün zəruri və faydalı 
şəxsiyyətin, yüksək mənəvi potensiala malik, əməyi arzulayan və əməyə qadir olan ideyaca mətin, estetik 
cəhətdən həssas və fiziki cəhətdən inkişaf etmiş insanın formalaşmasıdır». 
        Göründüyü kimi, İ.M.Oqorodnikov tərbiyənin funksiyasını göstərməklə, onu təhsillə əlaqəli şəkildə 
götürür və  gənc nəslin tərbiyəsi ilə  məhdudlaşdırır. N.V.Savin də  tərbiyə  məsələsində  həmin mövqedə 
durur. Tərbiyəni böyüməkdə olan nəslin təlim-tərbiyə prosesini əhatə etdiyini göstərir. Bundan sonrakı 
ədəbiyyatda isə tərbiyəyə tamamilə müsbət mənada başqa mövqedən yanaşılır.  
      Əvvəla, tərbiyə məqsədəuyğun və sistematik idarə olunan şəxsiyyətin formalaşması prosesi kimi şərh 
edilir, ikincisi, cəmiyyətin mənafeyinə uyğun onun bütün üzvlərinin xarakter və keyfiyyətlərinin tərbiyə 
edilməsi mövqeyindən yanaşılır. «Pedaqoqika» vəsaitində isə  tərbiyəyə geniş  və dar mənada baxılır. 
Onun  şəxsiyyətin hərtərəfli inkişaf etməsini təmin etdiyi təhsili, təlimi və  tərbiyəni də özündə 
birləşdirdiyi qeyd olunur. Həmçinin çox düzgün olaraq tərbiyəni geniş  mənada  şəxsiyyətin sosial 
formalaşmasından fərqləndirir, formalaşmanın təsirlərimizin, şəxsiyyəti əhatə edən təbii və sosial mühitin 
və xüsusi tərbiyəvi fəaliyyətin nəticəsi kimi izah edilir.   Azərbaycan pedaqoqlarının bir  
qrupunun nəşr etdirdikləri «Pedaqogika» kiitabında «Tərbiyə  nədir?» sualına cavab olaraq göstərilir ki, 
pedaqogikada tərbiyə məfhumu iki mənada – dar və geniş mənada işlədilir. Geniş mənada tərbiyə gənc 
nəslin fiziki və əqli qabiliyyətlərini inkişaf etdirmək, uşaqları bilik, bacarıq və vərdişlərlə silahlandırmaq 
və müəyyən dünyagörüşünə,  əxlaqi sifətlərə yiyələnməkdən ötrü onlara məqsədə yönəlmiş planlı  və 
mütəşəkkil surətdə təsir göstərməkdir»
29
.  
Bu qənaətə gəlirlər ki, geniş mənada tərbiyəyə uşağa edilən bütün 
 məqsədəuyğun və mütəşəkkil təsirlər daxildir. Kitabda dar mənada tərbiyə isə  uşaqda müxtəlif  əxlaqi, 
fiziki, bədii və s. keyfiyyətləri inkişaf etdirmək deməkdir (məsələn, vətənpərvərlik tərbiyəsi, bədən 
tərbiyəsi və s. dedikdə, tərbiyə konkret və dar mənada işlədilir). «Pedaqogikadan mühazirə konspektləri» 
vəsaitində göstərilir ki, «tərbiyə» məfhumu sosial və pedaqoji mənada işlədilir.
 
Sosial mənada tərbiyə məfhumu ilə  «pedaqoji gerçəklik» anlayışı eyni mənada başa düşülməlidir. Sonra 
qeyd olunur ki, pedaqoji mənada «tərbiyə» anlayışının özü də iki (geniş  və dar) mənaya malikdir. 
…Tərbiyənin bütün qolları birlikdə geniş  mənada tərbiyə deməkdir. Dar mənada  tərbiyə isə pedaqoji 
proses kimi iki cəhəti əhatə edir: həyatın dərk olunması və dərk olunanlara münasibəti formalaşdırmaq. 
Dar mənada tərbiyə  məhz münasibətin formalaşdırılması prosesidir. Həyatı  dərk etmək isə  təlimin 
funksiyasıdır»
30
.  B.A.Əhmədov 1979-cu ildə çap olunmuş jurnal məqaləsində isə «tərbiyə» anlayışı 
                                                 
27
 
Н.Е.Ковалев, Б.А.Райский, Е.А.Сорокина. Введение в педагогику. М., «Просвешенийе», 1975, с.28
 
28
 
В.В.Беларусова, И.Н.Решетен. Педагогика.М., «Физкултура и спорт», 1968, с.6.
 
29
 
М.А.Мурадхановун редактяси иля Педагогика. Бакы, «Азяр.Дювлят тядрис-педагожи ядябиййат» няшр 1964,с-5-6.
 
30
 Б.А. Ящмядов, А.Г.Рзайев. Педагоэикадан мцщазиря конспектляри. Бакы, «Маариф» няшриййаты, 1983, с.9. 

 32
haqqında yazmışdır: «Ümumiyyətlə, sözün geniş  mənasında başa düşdüyümüz «tərbiyə» anlayışı 
şəxsiyyətin  əvvəlcədən tərtib olunmuş proqram layihəsinə pedaqoji proses kimi insanın həyata 
hazırlanmasıdır. 
Bu da iki uyğun  şəkildə formalaşmasına rəhbərlik prosesidir, şəxsiyyətin inkişafının müəyyən məcraya 
salınması, məqsədə doğru istiqamətləndirilmiş, inkişaf üçün optimal şəraitin formalaşdırılması 
deməkdir»
31
.  1993-cü ildə bir qrup pedaqoqun nəşr etdirdikləri «Pedaqogika» kitabında tərbiyənin üç 
mənada işlənilməsini bildirirlər:  
a) geniş sosial mənada;  
b) geniş pedaqoji mənada;  
v) məhdud- dar mənada.  
Müəlliflər mənaları iki cəhətdən izah edirlər. Geniş sosial mənada tərbiyə sosial həyatın bütün sahələrini 
sosial institutların insan şəxsiyyətinə təsirini əhatə edir. Bura hər bir xalqın bütün milli-sosial həyat tərzi, 
hər bir dövlətin və ictimai təşkilatların apardıqları  tərbiyə  işi daxildir. Geniş pedaqoji mənada tərbiyə 
tədris-tərbiyə müəssisələrində  həyata keçirilən bütün təlim-tərbiyə  işini  əhatə edən məqsədyönlü və 
mütəşəkkil tərbiyə prosesini nəzərdə tutur. Məhdud mənada  tərbiyə  şəxsiyyətin hər hansı bir xarakter 
əlamətini, mənəvi keyfiyyətinin, əqidəsinin formalaşmasına  təsir göstərən xüsusi tərbiyə sahəsini nəzərdə 
tutur. Məsələn, fiziki tərbiyə, bədən tərbiyəsi milli iftixar hissi, vətən pərvərlik tərbiyəsi və s.
32
 
N.M.Kazımovun «Pedaqogikanın bəzi tədqiqat hüdudları haqqında» məqaləsində  tərbiyənin mahiyyəti 
belə  şərh olunur: «Şəxsiyyətin planlı  və  məqsədə yönəlmiş  şəkildə formalaşdırılması  tərbiyə üçün 
səciyyəvidir»
33

       Bütün bunlardan aydın olur ki, fikrimizcə ilk ədəbiyyatda (1964) tərbiyə anlayışı müəyyən dərəcədə 
məhdudlaşdırılır. Tərbiyə dedikdə yalnız uşaqların və ya gənc nəslin tərbiyə olunması  nəzərdə tutulur. 
Konkret desək, tərbiyənin müxtəlif təbəqələrdən olan sosial qrupları  əhatə etməsi nəzərdən qaçırılır. 
İkinci    ədəbiyyatda (1983) tərbiyə  məfhumuna münasibət konkret və  dəqiq surətdə xarakterizə edilir. 
Üçüncü ədəbiyyatda (1993) tərbiyənin üç mənada işlədilməsi xüsusən açıq qeyd olunmaqla, həm də onlar 
kifayət qədər aydınlaşdırılır. 
 
      Dördüncü ədəbiyyatda isə (1974) tərbiyənin nailiyyətləri izah olunmaqla bərabər, tərbiyəyə konkret  
qısa və düzgün tərif verilir. Müvafiq pedaqoji ədəbiyyatın təhlilindən sonra belə  qənaətə  gəldik ki, 
«Tərbiyə  məhfumu ilə  əlaqədar aşağıdakılara da diqqət yetirmək faydalı olardı: «Tərbiyə» anlayışı 
dedikdə:  
a) əhalinin bütün sosial təbəqələrini əhatə edən;  
b) ictimai quruluşun təbəqələrinə və mənafeyinə tam uyğun gələn; v) insanların mənəvi inkişafına müsbət 
təsir göstərən, onun həyata və ictimai əməyə hazırlanması prosesi müntəzəm məqsədyönlü idarə olunan;  
q)  şəxsiyyətin formalaşmasında və s. əsas amillərdən biri kimi başa düşülür. Demək, tərbiyə  nəinki, 
böyüməkdə olan gənc nəslin, həm də yaşlıların, ümumiyyətlə bütün Azərbaycan vətəndaşlarının milli
.  
zəmində  mənəvi - fiziki və psixoloji  inkişafının sürətlənməsinə təsir göstərən və həyata, ictimai əməyə 
hazırlanması prosesinə müntəzəm, planauyğun və məqsədyönlü rəhbərlik göstərilən geniş və dar mənada 
mahiyyət kəsb edən prosesdir ki, bu da «tərbiyə» anlayışı üçün səciyyəvidir.
 34
 
XXI əsrin əvvəllərində meydana gəlmiş pedaqoji ədəbiyyatda da həmin anlayışa bir daha aydınlıq gətirilir 
və göstərilir ki, … tərbiyə anlayışının mahiyyətini onun məqsədyönlüyündə, planlığında, 
mütəşəkkilliyində,  şəxsin mənəvi aləminə  və davranışına ünvanlanmasında,  ətraf mühitlə bağlılığında 
axtarmaq lazımdır
35

              Təlim anlayışı. Təlimin mahiyyəti anlayışı nədir? Bu sualın düzgün cavabını axtarıb tapmaq üç 
səbəbdən irəli gəlmişdir: Əvvələn, məktəblilərin tərbiyəsi, təhsili, o cümlədən fiziki tərbiyəsi də əsasən 
təlim prosesində həyata keçirilir. İkincisi, fiziki tərbiyə sahəsində əvvəllər və son zamanlar nəşr olunmuş 
pedaqoji və 
                                                 
31
 Б.А.Ящмядов. Тярбийянин тяркиб щиссяляринин ялагясиня даир. «Азярбайъан мяктяби» журналы, 1979, №10, с.53. 
32
 Б.А.Ящмядов. Тярбийянин тяркиб щиссяляринин ялагясиня даир. «Азярбайъан мяктяби» журналы, 1979, №10, с.53 
33
 Н.М.Казымов. Педагоэиканын бязи тядгигат щцдудлары щаггында. «Азярбайъан мяктяби» журналы, 1974, №11, 
с.56. 
34
 Мцяллифин фикринъя 
35
 Н.Казымов. Мяктяб педагоэикасы. Б., «Чашыоьлу» няшриййаты, 2002.  сящ.246). 

 33
metodik  ədəbiyyatda «Təlimin mahiyyəti» o qədər də diqqəti cəlb etməmişdir. Üçüncüsü, müxtəlif 
didaktik  ədəbiyyatda müəlliflər tərəfindən təlimin mahiyyəti müxtəlif mövqedən  şərh edilmişdir, buna 
görə də müəyyən fikir ayrılığı meydana çıxmışdır. 
            Təcrübə  göstərir ki, təlim-tərbiyə sahəsində işin başlıca nailiyyəti onun cəmiyyətin yeni inkişaf 
səviyyəsi və tələblərinə uyğun bir surətdə təşkil edilib həyata keçirilməsindədir.  
        Həmin baxımdan da təlim-tərbiyə üzrə vaxtı keçmiş  bəzi adət-ənənələrdən  əl çəkməli, onun 
nəzəri əsasları müasir həyatın tələblərinə,  həmçinin     son elmi məlumatların nəticələrinə istinad etməli 
və bu əsasda məktəb təlim-tərbiyə  işləri qurulmalıdır.Burada isə başlıca  şərtlərdən biri təlimin yeni 
mahiyyətinin alimlər tərəfindən işlənməsi və müəllimlərə çatdırılmasındadır. Lakin qeyd 
 
 
 etməliyik ki, vaxtı ilə nəşr olunmuş bəzi pedaqoji ədəbiyyatda təlim prosesinin əsil mahiyyəti o qədər 
də diqqət mərkəzində olmamışdır. «Təlim prosesi» kitabında təlimin mahiyyəti üzrə söylənilənləri buna 
misal göstərmək olar. Orada deyilir: … Müəllim təlim prosesinin rəhbəri, şagirdlər isə təlim prosesinin 
iştirakçılarıdır»
36

Həmin tərifdən məlum olur ki, burada təlim prosesinin mahiyyətinə aid olan bütün komponentlər 
vəhdət halında öz əksini tapmamışdır. N.M.Kazımov müasir inkişaf üçün «Təlimin mahiyyəti»nin təhlil 
edilməsinin xüsusi əhəmiyyətə malik olduğunu nəzərə alaraq 1973-cü ildə «Azərbaycan məktəbi» 
jurnalında  
«Təlimin mahiyyəti haqqında» məqaləsi  ilə çıxış   etmişdir. Məqalədə bəzi müvafiq didaktik ədəbiyyat 
təhlil  edilmiş  və qruplaşdırılmışdır. Burada «Təlimin mahiyyəti» üzrə fikirlərin müxtəlif olduğu qeyd 
edilmiş  və bunlar üç qrupa ayrılmışdır. Birinci qrupa daxil olan pedaqoqlar təlimdə  şagirdlərin 
fəaliyyətini ön plana çəkir. Bu fikir hətta 1965-ci ildə çap olunmuş pedaqoqgika proqramında da öz əksini 
tapmışdır. Orada qeyd olunur: «Təlim  şagirdlərin bilik, bacarıq və  vərdişlərə yiyələnməsi, onlarda 
kommunist dünyabaxışının formalaşması, idrak fəaliyyətinin inkişaf prosesidir». L.S.Korotkova «Təlim 
üsulları  məsələsinə dair» adlı  məqalədə yazır: «Təlim  şagirdlərin müəyyən biliklər sisteminə 
yiyələnməsidir ki, bu zaman onlar tədqiqatın ən ümumi və bəsit üsulları … ilə silahlanırlar»
37

              İ.Y.Lerner və M.N.Skatkin isə təlimdə ancaq müəllimin rolunu göstərirlər. Onlar birgə yazmış 
olduqları  məqalədə qeyd edirlər ki, «… təlim dünyanın dərk olunması  və  dəyişdirilməsi üzrə 
ümumiləşdirilmiş təcrübənin verilməsi prosesidir». 
              Göründüyü  kimi,  hər iki fikirdə müəyyən ümumoxşar cəhətlər mövcuddur. Lakin pedaqoqlar 
təlimdə bir tərəfə ya müəllimlərə və yaxud da şagirdlərə üstünlük verir, onların birinin fəaliyyətini nəzərə 
almır. Beləliklə, müəllim və  şagirdlərin birgə  fəaliyyəti olan təlim prosesi   iki hissəyə ayrılmışdır. 
Müəllim və şagirdlərin ayrılıqda fəaliyyətinə. 
              Üçüncü qrup pedaqoji ədəbiyyatda isə məsələyə başqa cür münasibət göstərilir, hər iki fəaliyyət, 
yəni müəllim    və şagirdlərin fəaliyyəti diqqət mərkəzində olmuşdur. Pedaqoji ensiklopediyada «təlimin 
mahiyyəti» məfhumu belə izah olunur: «Təlim insanın idrak fəaliyyəti tərzlərinin bilik, bacarıq və 
vərdişlərin verilməsi və mənimsənilməsi prosesidir». 
         P.N.Qruzdev isə «Pedaqogika» dərsliyində təlimə aşağıdakı kimi tərif verir: «Təlim biliklər, bacarıq 
və vərdişlər sisteminin  
müəllimlər tərəfindən verilməsi və şagirdlər tərəfindən mənimsənilməsi prosesidir». 
              Bütün bunlardan məlum olur ki, üçüncü qrup ədəbiyyatda istər müəllimin, istərsə də şagirdlərin 
fəaliyyətləri nəzərə alınmışdır. Həmin yazının müəllifləri müəllim və  şagirdlərin təlimə aid 
xüsusiyyətlərini qısa da olsa qeyd etməyə çalışmışdılar. Fikrimizcə, üçüncü qrup yazı müəllifləri birinci 
və ikinci qrup müəlliflərə nisbətən düzgün yol seçmişdir. Çünki, onlar hər iki cəhətə müəllim və 
şagirdlərin fəaliyyətinə diqqət yetirmişdir. 
     N.M.Kazımov məntiqi təhlilə əsaslanaraq hansı qrupa daxil olmasından asılı olmayaraq bunların hər 
birinin nöqsanlı olduğunu söyləmiş  və onları belə qruplaşdırmışdır: «Əvvələn, həm pedaqoqlar təlimdə 
müəllimin yalnız bir funksiyasını – bilik və bacarıq vermək funksiyasını qeyd edirlər. İkincisi, şagirdin 
                                                 
36
 В.Окон. Просес обученийа. Учпедгиз, М., 1962, с.61. 
37
 
Л.С.Короткова. Тялим цсуллары мясялясиня даир. «Советскайа педагогика», 1966, №9.  
 

 34
fəaliyyətində yalnız bir funksiya – verilən bilik və bacarığı  mənimsəmək funksiyasını görürlər. Başqa 
sözlə demiş olsaq, müəllim və  şagirdlərin təlimdə funksiyaları  məhdudlaşdırılır. Üçüncüsü, təlimdə 
müəllim və şagirdlərin fəaliyyəti vəhdətdə götürülmür. Dördüncüsü, müəllimin bəzi başlıca funksiyaları 
təhlil etdiyimiz anlayışlara daxil edilməmişdir. Biz təlimdə şagirdlərin idrak fəaliyyətini təşkil etmək, ona 
rəhbərlik və nəzarət etmək, şagirdlərin şəxsiyyətini formalaşdırmaq, onların təfəkkürünü inkişaf etdirmək 
kimi funksiyaları nəzərdə tuturuq. Beşincisi, təlim prosesində dialektika mövqeyindən deyil, mexanizm 
mövqeyindən  yanaşılır. Altıncısı, həmin anlayışlar qabaqcıl məktəblərin və qabaqcıl müəllimlərin iş 
təcrübəsini əhatə etmir»
38

              Təlim prosesinin mahiyyətinin şərhi son rus pedaqoji mənbələrində də diqqəti daim özünə cəlb 
edir. «Pedaqogika» kitabının «Təlim və təhsil nəzəriyyəsi (didaktika)» fəslində təlim prosesi ilə əlaqədar 
oxuyuruq: … Təlim prosesi–bilik almaq üçün müəllimin rəhbərliyi altında şagirdlərin hərəkətidir»
39

              «Pedaqogikaya giriş» dərs vəsaitində isə təlimə belə tərif  
verilir: «Təlim – bu iki tərəfli proses olub, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi (öyrənmə) 
və bu fəaliyyətə müəllimin (tədris) rəhbərlik etməsi daxildir»
40

              Başqa bir mənbədə  təlimə münasibət belədir: «Təlim – bu planauyğun, mütəşəkkil və 
məqsədəuyğun proses olub, böyümədə  
olan nəslə bilik, bacarıq və  vərdişlər verməklə, onların idrak fəaliyyətinə  rəhbərlik və dünyagörüşünün 
yaranmasıdır. Bilik, bacarıq və vərdişlərə yaradıcı yiyələnmə və mənimsəmə, idrakın inkişafı və yaradıcı 
qabiliyyətlərinin prosesidir»
41

    
«Məktəb pedaqogikası» dərs vəsaitinin «Təlim prosesinin mahiyyəti» fəslində isə  təlim prosesi 
anlayışı bu cür şərh olunur: «Təlim prosesi – müəllimin fəaliyyəti ilə  şagirdlərin, həm də ümumi bir 
məqsədə – şagirdləri bilik, bacarıq və  vərdişlərlə silahlandırmaq onları inkişaf etdirib tərbiyələndirmək 
məqsədinə doğru yönəldilmiş olan bu fəaliyyətlərin mürəkkəb bir vəhdətidir»
42
.Azərbaycan pedaqoqları 
da «Təlim» anlayışına biganə qalmamışlar. Müəlliflər kollektivinin nəşr etdirdikləri «Pedaqogika» dərs 
vəsaitində təlimə belə bir tərif verilir: «Təlim müəllimin rəhbərliyi altında planlı və mütəşəkkil surətdə 
həyata keçirilən təhsil prosesinə deyilir. Bu prosesdə iki qüvvə müəllim və  şagird fəaliyyət göstərir. 
Müəllim öyrədir (tədris edir), şagird öyrənir (mənimsəyir)
43

İ.R.Hacıyev göstərir ki, hər hansı bir təlimin qarşısında duran vəzifələr təlim verən və təlim alan 
şəxslərin (müəllim və şagirdin) birgə səyi ilə həyata keçirilir, başqa sözlə desək, təlim prosesi həm təlim, 
həm də şagirdlərin fəaliyyətlərini əhatə edir»
44
.                          
        B.A.Əhmədov, A.Q.Rzayev təlim prosesinin mahiyyətini belə izah edirlər: «Təlim – müəllimin 
rəhbərliyi və müvafiq vasitələrin köməyi ilə şagirdin həyatı dərk etməsidir»
45
.  
                  Digər  «Pedaqogika» vəsaitində isə gənc nəslin biliklərə  
yiyələnməsi məsələsinə toxunularkən qeyd edilir ki, bu iş bilavasitə müəllimin üzərinə düşür»
46

N.M.Kazımov təlimin mahiyyətini geniş  təhlil edərək ona aşağıdakı kimi tərif verir: «… təlim 
şagirdlərin fikri və əməli fəaliyyətinin müəllim tərəfindən təşkili, ona nəzarət və rəhbərlik prosesidir ki, 
bu zaman şagirdlər  biliklərə, bacarıq və vərdişlərə yiyələnir, inkişaf edir və tərbiyə olunurlar»
47

 
 
 
                                                 
38
 Н.М.Казымов. Тялимин мащиййяти щаггында. «Азярбайъан мяктяби» журналы, 1973, №3, с.11 
39
 Н.В.Савун. Педагоэика. М., «Просвешенийе», 1972, с.77 
40
 Н.Б.Ковалев, Б.Ф.Райский, Н.А.Сорокин. Введение в педагогику. М,          «Просвешенийе», 1975, с.28. 
41
 В.В.Белорусова вя И.Н.Решетенин цмуми редаксийасы иля. Педагоэика. М., «Физкултура и спорт», 1978, с.7. 
42
 .Г.И.Шукинанын редаксийасы иля «Мяктяб педагоэикасы», Бакы, «Маариф» няшриййаты, 1982, с.261 
43
 М.А.Мурадхановун рящбярлийи иля, Педагоэика. Бакы, Азярб.Дювлят тядрис педагожи ядябиййат няшриййаты, 
1964, с.6. 
44
 И.Р.Щаъыйев. Тялимин нязяриййя вя тяърцбясиня даир. Бакы. «Маариф» няшриййаты, 1971, с.29. 
45
 Б.А.Ящмядов, А.Г.Рзайев. Педагоэикадан мцщазиря конспектляри. Бакы. «Маариф» няшриййаты, 1983, с.114. 
46
 Й.Р.Талыбов, Я.А.Аьайев вя б. Педагоэика. Бакы. «Маариф» няшриййаты, 1993, с.111. 
47
 
Н.М.Казымов. Тялимин мащиййяти щаггында. «Азярбайъан мяктяби» журналы. 1973, с.1-8. 
 
 

 35
 
 
4.2. Xarici və Azərbaycan pedaqoqlarının bədən tərbiyəsi anlayışları barədə düşüncələri 
 
Şagirdlərin fiziki tərbiyəsinin nəzəri və təcrübi məsələlərinin müsbət həllində mühüm spesifik 
anlayışların (bədən tərbiyəsi, fiziki tərbiyə, idman və s.) məzmun və mahiyyətinin daha da 
konkretləşdirilməsi az rol oynamır. Xüsusilə, bu iş müharibə  şəraitində öz suverenliyini qoruyub 
saxlamaq və onu möhkəmlətmək uğrunda çətin və  şərəfli mübarizə aparan müstəqil Azərbaycan 
Respublikasında daha tez öz həllini tapmalı və tədqiqat obyektinə çevrilməlidir. Həmin baxımdan spesifik 
anlayışların mahiyyətinin aydınlaşdırılması zəruriliyini nəzərə alaraq bu sahədəki münasibətləri nəzərdən 
keçirməyi məqsədəuyğun sayırıq.       
 «Bədən tərbiyəsi», «Fiziki tərbiyə» və  «İdman» anlayışları barədə müxtəlif mövqedən çıxış edənlərin 
sayı çoxdur. Həmin mövqelərin bəziləri üst-üstə düşür, bəziləri bir-birindən müəyyən qədər fərqlənir və 
ya bir-birinə uyğun gəlir, bəziləri isə bir-birindən tamamilə fərqlənir. Bu, təbii bir haldır. Çünki açıq etiraf 
etməliyik   ki, anlayışların arasındakı  fərqləri ortaya çıxarmaq çox vacib və maraqlı, həmçinin qəliz 
məsələdir. 
         Anlayışlar arasındakı  fərqi necə başa düşməliyik? Olduqca mürəkkəb olan bu sualın cavabını 
axtarıb tapmaq məqsədilə tədqiqat işləri 2 istiqamətdə aparılmışdır: 
1). Elmi, pedaqoji-metodik ədəbiyyatın öyrənilməsi, təhlili  
və ümumiləşdirilməsi; 
2). Sorğunun keçirilməsi, təhlili və qruplaşdırılması. 
          Sorğu bədən tərbiyəsi və idman mütəxəssisləri, pedaqogika,tərbiyə sahəsində çalışan ixtisasçılarla 
aparılmışdır. Məlum olmuşdur ki, bu sahədəki fikirlər müxtəlifdir. Həmin fikirləri təxminən aşağıdakı 
kimi qruplaşdırmaq mümkündür: 
Bədən tərbiyəsi, fiziki tərbiyə və idman arasında heç bir fərq yoxdur. Bunlar eyni olub, bir-biri ilə 
sinonimdir. 
Bəziləri bədən tərbiyəsinə, bəziləri fiziki tərbiyəyə, bəziləri isə idmana üstünlük verir. Müvafiq 
olaraq onlardan birini geniş mənada hesab edir, digərlərini isə onun tərkibində görürlər. Yəni dar mənada 
qəbul edirlər; 
Bədən tərbiyəsi, fiziki tərbiyə və idman eyni miqyaslı pedaqoji prosesdir. Bunlar arasında fərq yox 
dərəcəsindədir; 
Bədən tərbiyəsi və ya fiziki tərbiyə pedaqoji proses kimi üstünlük təşkil edir; 
Bədən tərbiyəsi pedaqoji anlayış deyildir. O, müəllim və ya məşqçinin rəhbərliyi altında 
aparılmaya da bilər; 
Fiziki tərbiyə sırf pedaqoji proses olmaqla, bilavasitə müəllimin nəzarəti altında aparılır; 
Nəhayət, suala cavab verməkdən çəkinənlər, yəni susanlar da olmuşdur. 
              Bir  cəhəti də qeyd etmək lazımdır ki, sorğuda iştirak edənlərin cavabı bir neçə  kəlmə ilə başa 
çatır, lakin hər üç anlayışın əsaslandırılmış məntiqi izahı verilmir. Fikrimizcə, bu onunla izah olunur ki, 
bəzi mütəxəssislərin, daha doğrusu bizim müsahibədə iştirak edən mütəxəssislərin bu məsələyə dair tam 
dolğun təsəvvürə malik deyillər. Belə ki, həmkarlarım kifayət qədər mənə kömək göstərə bilmədilər. 
Buna, həm də onların lazımi marağı  və  həvəsləri də olmadı. Bütün bunları  nəzərə alıb,  ədəbiyyata 
müraciət etməli oldum. 
              Yaxın xarici ölkələrin pedaqogika və fiziki tərbiyə üzrə elmi, pedaqoji – metodik ədəbiyyatında 
bu üç anlayış barədə müəyyən məlumatlara rast gəlmək olur. Lakin rus pedaqoji-metodiki mənbələrində 
anlayışların şərhi onun mənasının izahı əsasən bir-birinə yaxın gəlməklə, həm də bir-birindən müəyyən 
dərəcədə fərqlənir. Həmin baxımdan ilk növbədə, əldə etmiş olduğumuz bəzi xarakterik ümumpedaqoji 
mənbələr ilə tanış olmuş, nəticə etibarı ilə onları  təhlil edir və qruplaşdırmağa çalışmış, yaxın tarixi 
keçmişimizə nəzər salmışıq. 
              XX əsrin əvvəllərində sosializm quruculuğunun ilk illərində fiziki tərbiyə termini bədən tərbiyəsi 
(fiziçeskaya kulğtura) termini ilə demək olar ki, əvəz olunmuş, bədən tərbiyəsi termini əhali arasında 
daha geniş yayılmışdır. Əhali həmin illərdə bədən tərbiyəsi anlayışını daha tez-tez işlətməyə başlamışdır. 

 36
Bütün bunlara baxmayaraq, yeri gəldikcə «fiziki tərbiyə», «fiziki təhsil» və «fiziki inkişaf» anlayışları da 
ara-bir  işlənmişdir. 
              Qeyd etməliyik ki, «fiziki tərbiyə» anlayışı XIX əsrin 2-ci yarısında iki mənada «geniş» və «dar» 
mənada işlədilməyə başlamışdır. Fiziki tərbiyə  uşaq orqanizminə mütəşəkkil təsir göstərən proses kimi 
bütün orqanların düzgün inkişafına, onların funksiyalarının təkmilləşməsinə, fiziki qüvvələrin artmasına, 
mühitin zərərli təsirlərinin qarşısını almağa, müqavimətin artmasına və sağlamlığın möhkəmləndirilməsi 
məqsədinə yönəldilmişdir (P.F.Lesqaft, 1874, 1888; A.N.Filippov, 1900 və b.). Onun nailiyyətləri isə hər 
şeydən  əvvəl normal gigiyenik şəraitin yaradılmasına, bədənə qulluq edilməsinə  və fiziki hərəkətlərin 
tətbiqinə xidmət etməli idi. Lakin bəzi müəlliflər axırıncını  qəbul etməmiş (V.V.Qorinevski, 1913; 
D.A.Dyuperron, 1925), fiziki tərbiyənin bu cür dar mənada anlayışını – «fiziki inkişaf» yönəmi 
adlandırmışlar. 
              Fiziki tərbiyə nisbətən geniş mənada anlayış kimi Qərbi Avropa və ABŞ ölkələrində daha geniş 
yayılmış  və digər anlayışlara nisbətən xeyli üstünlüyə malik olmuşdur. Göstərmək lazımdır ki, fiziki 
tərbiyə sahəsində  işləri yaxşılaşdırmaq üçün fiziki inkişafa, sağlamlığın möhkəmləndirilməsinə  və 
müəyyən hərəkətverici hazırlığa yiyələnmək başlıca  şərtlərdən biridir. Eyni zamanda bir sıra görkəmli 
alimlər axırıncını psixikaya təsirlə – intellekt, iradə, emosiya, əxlaq və s. ilə  sıx  əlaqədar olduğunu 
göstərmişlər (F.Laqrnaj, 1894; Q.Demeni, 1900, 1905, 1915 və b.). 
              Tarixə kiçik bir baxışdan göründüyü kimi, «fiziki tərbiyə» anlayışı XIX əsrdən oktyabr sosialist 
inqilabından xeyli əvvəl yaranmış və bizə gəlib çatmışdır. 1920-ci ildən isə «fiziçeskaya kultura» anlayışı 
ilə  əvəz olunmuşdur. Daha doğru desək, «fiziki tərbiyə» anlayışı  ədəbiyyatda və danışıqda az-az 
işlənməyə başlamış və onun mövqeyi tədricən zəifləmişdir. 
              Böyük  rus  anatom  və pedaqoqu P.F.Lesqaft «Məktəbyaşlı  uşaqların fiziki təhsilinə  rəhbərlik» 
adlı çox qiymətli  əsərində ilk dəfə olaraq «Fiziki təhsil» terminini işlətməklə, həm də fiziki təhsil 
nəzəriyyəsini yaratmışdır. O, fiziki təhsili, həqiqi mənada şəxsiyyətin anatomik-fizioloji xüsusiyyətləri ilə 
və  həm də  hərtərəfli inkişafın  şərtləri olan əqli,  əxlaqi və  bədən tərbiyəsi ilə bağlamışdır. Lesqaftın 
fikrincə, fiziki təhsilin son məqsədi tərbiyəli və təhsilli şəxs yetişdirməkdən ibarətdir. Lesqafta görə, fiziki 
tərbiyənin məqsədi, ayrı-ayrı hərəkətləri təlim etməyi, onları bir-biri ilə müqayisə və şüurlu idarə etməyi 
və i.a. öyrətməkdir. 
              P.F.Lesqaft məktəbyaşlı uşaqların fiziki tərbiyə sisteminə, xüsusən məktəblilərin harmonik fiziki 
inkişafını, sağlamlıqlarının möhkəmləndirilməsini, fiziki gücünün artırılmasını və s. daxil etmişdir. 
Lesqaftın fiziki təhsil nəzəriyyəsinin davametdiricisi V.V.Qorinevski (1913)  fiziki inkişafı 
yaxşılaşdırmaq və  hərəki (fiziki) keyfiyyətləri təkmilləşdirmək məqsədi ilə xüsusi olaraq mütəşəkkil 
surətdə  təşkil edilmiş orqanizmin forma və funksiyalarına təsir göstərilməsini fiziki təhsil ilə 
əlaqələndirmişdir. Eyni zamanda bunun müvəffəqiyyətlə həyata keçirilməsini yaxşı hazırlıqlı pedaqoqun 
fəaliyyəti ilə bağlamışdır. O, bütün bunlarla bərabər fiziki təhsilə  uşaqların öz hərəkətlərinə  şüurlu 
yanaşması, onların tətbiqi, hərəki vərdişlərə öyrəşmə, həmçinin iradə və  xarakterin möhkəmləndirilməsi 
kimi baxmışdır. 
 A.D.Butovski (1913) Lesqaftın ideyalarına istinad edərək yazır ki, fiziki təhsil dedikdə, hərəkət 
koordinasiyasının təkmilləşməsi və  hər bir adam üçün zəruri olan ümumi fiziki hərəkət vərdişlərinin 
qazanılması başa düşülür. Daha sonra qeyd edir ki, bu vaxt fiziki təhsil prosesi, həm də fiziki inkişafın 
düzgün getməsinə, fizioloji cəhətdən orqanizm üçün faydalı olmasına kömək göstərməli, insan 
psixikasına – əqli inkişafa, möhkəm iradənin və emosiyanın yaranmasına müsbət təsir etməlidir. 
              Lesqaftın fiziki təhsil irsi ilə müqayisədə onu məhdud və sadə  şəkildə  qəbul edən ideyalar da 
meydana gəlmişdir. Onlar fiziki təhsili hərəki bacarıq və  vərdişlərin aşılanmasının müəyyən işlənmə 
məcmui və istifadə prosesi kimi qəbul etmişlər (Bax: M.fon-Krit, 1912). 
      Q.Dyuperron (1925) fiziki təhsili yalnız fiziki tərbiyə prosesində qazanılmış «bədən keyfiyyətləri»nin 
şüurlu məqsədəuyğun istifadə edilməsinə yiyələnmək incəsənəti kimi qiymətləndirmişdir. Demək,  əgər 
P.F.Lesqaft onun arxasınca V.V.Qorinevski və A.D.Butovski fiziki təhsil fikrinə sözün geniş mənasında 
fiziki tərbiyənin bütöv bir sistemi kimi baxırlarsa, digər mənada isə onu bu sistemin tərkib hissələrindən  
biri hesab edirlər. 
              Yuxarıda söylədiyimiz kimi, oktyabr sosialist inqilabından sonra bu sahədə yeni anlayışlar 
yaranmış, «fiziki tərbiyə» anlayışı sıxışdırılıb aradan çıxarılmışdır. 

 37
              1925-ci  il  13  iyunda  RKP/b/MK  bədən tərbiyəsi haqqında xüsusi qərar qəbul etmişdir. Bu 
qərarda deyilir ki, bədən tərbiyəsinə yalnız fiziki tərbiyə, sağlamlıq, təsərrüfat mədəniyyəti və  hərbi 
hazırlıq nöqteyi-nəzərindən baxılmamalı, ona ümumi siyasi metod, kütlələrin tərbiyə mədəniyyəti, onların 
siyasi həyata cəlb olunma vasitəsi kimi baxılması  zəruridir. Bununla da ümumi xalq kütlələrini 
kommunist tərbiyəsində bədən tərbiyəsinin əhəmiyyəti və yeri müəyyənləşdirilmişdir. Qərarda, həmçinin 
göstərilir ki, bədən tərbiyəsi təkcə fiziki hərəkətlərlə məhdudlaşdırılmamalı, təbiətin təbii amilləri, rejim 
və digər gigiyenik faktorlardan istifadə olunmaqla ora əmək və məişətin gigiyenası da daxil edilməlidir. 
              V.E.İqnatyev RKP/b/MK-nın bədən tərbiyəsi barədə 1927-ci il tarixli qərarına əsaslanaraq qeyd 
edir ki, bədən tərbiyəsi fiziki hərəkətləri kifayət qədər özündə cəmləşdirə bilmədiyi halda o, gigiyena və 
sanitariyanın əsaslarını bir o qədər dərindən həyata keçirir və mənimsədir»
48

          1920-ci illərin sonuna yaxın fiziki tərbiyə anlayışına münasibət yenidən dəyişilməyə başlamışdır. 
Məsələn, A.A.Ziqmund (1926) köhnə terminlərdən istifadə edib, onları tutuşduraraq belə bir qənaətə gəlir 
ki, fiziki tərbiyə və fiziki təhsil–yəni bədən tərbiyəsi …»
49

       1930-cu illərdə isə demək olar ki, «Fiziki tərbiyə» və «Fiziki təhsil» anlayışları tamamilə unudulur. 
Tədris-tərbiyə  işlərinin təkmilləşdirilməsinə, xüsusən: 1) Gigiyenik vəzifələrin (sağlamlıq) həyata 
keçirilməsinə diqqət artırılır; 2) Təhsil vəzifələrinə xüsusi fikir verilir ki, bura isə  əsas hərəkətlərə 
yiyələnmək, ümumi koordinasiyanın inkişafı, hərəki bacarıq və  vərdişlərin formalaşdırılması  və  hərəki 
fəaliyyət üzrə zəruri biliklərin mənimsədilməsi daxildir. 
        M.N.Skatkin məktəb təhsilinin məzmununun bütöv bir sistem olduğunu şərh edərək göstərir ki, … 
bilik, bacarıq və vərdişlərə yiyələnmək məktəblilərin əqli və fiziki qabiliyyətlərinin inkişafını təmin edir. 
… dünyagörüşünün və mənəviyyatının əsaslarını, habelə müvafiq davranışları formalaşdırır, onları həyata 
və əməyə hazırlayır»
50
.  
         N.V.Savin  «Teoriya  i  metodika fiziçeskoqo vospitaniya» (T.İ.M., «Fizkultura i sport», 1967) 
dərsliyinə istinad edərək yazır ki, fiziki tərbiyə-pedaqoji proses olub, insan orqanizminin morfoloji və 
funksional təkmsilləşməsinə, həyat üçün vacib əsas hərəki 
bacarıqların, onlarla əlaqədar biliklərin formalaşmasına və yaxşılaşmasına istiqamətləndirilmişdir»
51

  Bədən tərbiyəsi 
52
ümumi mədəniyyətin bir hissəsi olub, əhalinin fiziki cəhətdən təkmilləşməsinin 
xüsusi vasitəsi və onlardan istifadə işində cəmiyyətin əlldə etmiş olduğu nailiyyətlərin məcmuidir»
53

Fiziki inkişaf – bu proses insan orqanizminin bioloji forma və funksiyalarının qurulması  və 
dəyişdirilməsində, həyat şəraitinin və tərbiyənin təsiri altında onun təkmilləşdirilməsində vacib olsa da, 
lakin o, inkişafda tək amil deyildir»
54

   V.N.Semenov yazır ki, fiziki tərbiyə – şəxsiyyətin hərtərəfli inkişafının komponenti və kommunist 
tərbiyəsinin mühüm vasitəsidir
55

              Bədən tərbiyəsi institutları üçün dərslikdə göstərilir : 
          Fiziki tərbiyə dedikdə pedaqoji proses başa düşülür ki, bunun  
mahiyyətinə insanın fiziki inkişafının və onun fiziki təhsilinin idarə  
olunması daxildir»
56
. 
  Dərslikdə daha sonra qeyd olunur ki, fiziki tərbiyə ümumpedaqoji prosesin bir hissəsidir. Onun 
təyinatı adamları fiziki cəhətdən tərbiyə etməklə yanaşı, yaşlı nəslin bədən tərbiyəsi və idman sahəsində 
toplanmış bilik, bacarıq və vərdişlərini gənc nəslə verməkdən ibarətdir»
57

                                                 
48
 В.С.Игнатйев. Основы советской системы физической културы. М., Изд-во «Работник просвешенийа», 1927. 
49
 А.А.Зигмунд. Основы советской системы физкултуры.М., изд-во «Новайа Москва», 1926. 
50
 М.Н.Скаткин. Основы содержанийа образованийу в советской школе. В кн.: Основы дидактики. Под ред. 
Б.П.Есипов, М., изд-во «Просвешенийе», 1967, с.63. 
51
 Савин Н.В. Педагоэика. М., «Просвешенийе», 1972, с. 250. 
52
 
«Физическая култура» анлайышы азярбайъан дилиндя бядян тярбийяси кими  
тяръцмя олунуб вя дилимиздя дя бу шякилдя ишлянилир. Щалбуки о, физики мядяниййят кими тяръцмя едилмяли иди. 
53
 Савин Н.В. Педагоэика. М., «Просвешенийе», 1972, с.251. 
54
 Йеня орада. Сящ.251 
55
 Г.И.Шукинанын редактяси иля. Педагогика школы. М., «Просвешенийе», 1977, с.138. 
56
 В.В.Беларусова вя И.Н.Решетенин редактяси иля. Педагогика. М., «Физкултура и спорт», 1978, с.230 
57
 Йеня орада, с. 230. 

 38
               İ.A.Kryaçko spesifik anlayışlara xüsusi əhəmiyyət verir və «Fiziçeskaya kultura» adlı elmi-
kütləvi kitabında bədən tərbiyəsi nə deməkdir sualına belə cavab verir: «Bədən tərbiyəsi – insanların 
sağlamlığında və tərbiyəsində güclü vasitədir»
58
 İdmana marağın  
daha dərin və daha möhkəm olması heç də başa düşmək çətin deyildir ki, bədən tərbiyəsi haqqında 
düzgün təsəvvürə yiyələnmək nəticəsində ola bilər. 
  Daha sonra o, qeyd edir ki, bəzən onu ayrı-ayrı fiziki hərəkətlərlə, futbol, üzgüçülük və i.a. idman 
növləri ilə eyniləşdirir və ya qarışdırırlar. Geniş yayılmış «Mən bədən tərbiyəsi ilə  məşğul oluram» 
ifadəsinin «Mən futbol, üzgüçülük, gimnastika və i.a. ilə  məşğul oluram» ifadəsi ilə  əvəz olunması 
düzgün olar və yerinə düşərdi. Çünki, aşağıda görəcəyimiz kimi bədən tərbiyəsi ancaq fiziki hərəkətlərlə 
tükənmir. Bədən tərbiyəsi ilə «fiziki tərbiyə» anlayışı arasında eynilik nişanı qoymaq olmaz. Birinci 
anlayış ikincidən daha genişdir.
 59

   Fiziki tərbiyə – bu mütəşəkkil pedaqoji proses olub, sosialist vətəninin müdafiəsinə və əməyə hazırlıq 
məqsədi ilə adamların sağlamlığının möhkəmləndirilməsinə,fiziki inkişafına istiqamətləndirilmişdir. 
             Bədən tərbiyəsi – mürəkkəb ictimai hadisə olmaqla cəmiyyətin mədəniyyətinin tərkib hissəsidir. 
«Fiziki inkişaf» bioloji proses olub, daxili və xarici  amillərin  
birinci növbədə ictimai mühitin təsiri altında insan orqanizminin artımı və təkmilləşdirilməsidir»
60

  İ.A.Kryaçko bədən tərbiyəsi anlayışını, onun mahiyyətini daha da konkretləşdirmək məqsədi ilə yazır ki, 
sovet dövləti şəraitində bədən tərbiyəsi sosialist mədəniyyəti kimi bütövlükdə öz ölkəsinin maddi rifahı 
naminə  əmək məhsuldarlığının yüksədilməsi kimi xeyirxah məqsədlər güdür. Bədən tərbiyəsi geniş 
mənada insanlara, həm də onların hərtərəfli fiziki inkişafına və mənəvi qabiliyyətlərinə qayğıdır 
61

              «Teoriya fiziçeskoqo vospitaniya» adlı bədən tərbiyəsi institutları  üçün  dərs  vəsaitində  fiziki 
tərbiyə anlayışı bir qədər də 
açıqlanmış  və orada göstərilir ki, fiziki tərbiyənin spesifikasını, yəni xüsusiyyətlərini digər tərbiyə 
vasitələrindən və ictimai həyat hadisələrindən fərqləndirən cəhətin mahiyyəti bundan ibarətdir:  fiziki 
tərbiyə  mütəşəkkil pedaqoji təsirlər sistemi kimi adamların fiziki inkişaf qabiliyyətlərini, onun 
orqanizminin morfoloji və 
funksional baxımdan təkmilləşdirilməsinin təsirlər sistemini təmin edir. Başqa sözlə desək, fiziki tərbiyə – 
insanın fiziki inkişafının vasitəsi, həmçinin yaşlı  nəslin təcrübəsini gənclərə öyrədən vasitədir. Fiziki 
tərbiyənin eyni zamanda bir-biri ilə əlaqəli iki tərəfi vardır: 
             Fiziki  tərbiyə dar mənada dedikdə–sağlamlığın möhkəm-ləndirilməsi, fiziki keyfiyyətlərin 
qazanılması və təkmilləşdirilməsi məqsədi ilə fiziki inkişafa təsir etmək başa düşülür. Fiziki təhsil tərbiyə 
olunanların bilik, bacarıq və vərdişlərlə  
silahlanmasıdır». 
 
 
A.İ.Borisov qeyd edir ki, fiziki tərbiyə – ümumi tərbiyənin  
tərkib hissəsidir. O, tarixi xarakter, sinfi cəmiyyətdə isə sinfi xarakter daşıyır.  Fiziki tərbiyə  – ictimai 
hadisə kimi maddi həyat  şəraitinin inkişafı ilə  əlaqədar yaranır və inkişaf edir, cəmiyyətin tələbatına 
uyğun adamların fiziki və mənəvi inkişafını təmin edir, onları əməyə və müdafiə fəaliyyətinə hazırlayır
62
.  
              Heç  də  təsadüfi deyildir ki, bədən tərbiyəsinin tarixinə dair dərsliklərdə  də  bədən tərbiyəsi 
anlayışının mahiyyətinin  şərhi diqqət mərkəzində olmuş  və orada göstərilir ki, onun fənn kimi 
öyrədilməsi («Bədən tərbiyəsinin tarixi» fənni nəzərdə tutulur) cəmiyyətin mədəniyyətinin tərkib hissəsi 
kimi bədən tərbiyəsinin yaranması və qurulmasına xidmət edir
63

                                                 
58
 И.А.Крйачко. Физическайа култура. М., «Физкултура и спорт», 1958, с.5. 
59
 Йеня орада, с.6. 
60
 1. И.А.Крйачко. Физическайа култура. М., «Физкултура и спорт», 1958, с.6. 
61
 Йеня орада сящ.8. 
62
 
А.И.Борисов. Физическое воспитание важное средство коммунистического 
   воспиатнийа. Ленинград, 1961, с.6-7. 
И
63
 Историйа физической културы. М., «Физкултура и спорт», 1964, с.3. 
64,В.В.Столбов вя И.Г.Чугунов. Историйа физической културы. М., «Радуга»,
 «Физкултура и спорт», 1970, с.3
 

 39
V.V.Stolbov və İ.Q.Çuqunov bədən tərbiyəsinin tarixinə həsr edilmiş dərsliyində bədən tərbiyəsi 
anlayışını belə izah edir : Bədən tərbiyəsi – bu ümumi mədəniyyətin bir hissəsi olub, xalqın fiziki 
təkmilləşməsinin xüsusi vasitələrinin yaranmasında, cəmiyyətin nailiyyətlərinin məcmuyi kimi ondan 
istifadə edir»
64

   Q.N.Satirov  bədən tərbiyəsi dərslərində fiziki təhsil vəzifələrinin həyavta keçirilməsindən 
danışarkən qeyd edir ki, hər  şeydən  əvvəl «Fiziki təhsil» və «fiziki tərbiyə» anlayışları  və onların 
arasındakı fərqləri aydınlaşdırmalıdır. O, həmin məqsədlə yazır: 
Fiziki tərbiyə məktəbdə pedaqoji proses kimi təlim və sanitariya – gigiyena normalarını gözləmək 
məqsədilə uşaq və yeniyetmələrə spesifik təsir göstərməyə, həyat tərzi fəaliyyətinə – fəal hərəki rejimə, 
həmçinin etik və estetik normalara cavab verə biləcək gündəlik icra olunan hərəkət və davranışlara 
istiqamətləndirilir. Fiziki tərbiyənin bir xüsusiyyəti də onun uşaqların iştirakı ilə (özünü tərbiyə) 
kollektiv, pedaqoqlar və valideynlər tərəfindən həyata keçirilir. 
            Fiziki təhsil – bu tədris pedaqoji proses kimi bir qayda olaraq mütəxəssis müəllimlər tərəfindən, 
əsasən məktəb dərs formasında həyata keçirilir»
65

             Görkəmli macar tarixçisi L.Kun bədən tərbiyəsi və idmanın tarixini maraqlı  və  cəlbedici elm 
adlandırır. O yazır ki, tarix bədən tərbiyəsi və idmana bütün insan mədəniyyətinin ayrılmaz tərkib  
hissəsi, adamlara tərbiyə və təhsil verən, onları əməyə və hərbi  fəaliyyətə hazırlayan vasitə kimi baxır
66
 
V.A.Kunanyev göstərir ki, bədən tərbiyəsi və idman kommunizm quruculuğunun müasir mərhələsinin 
müstəsna dərəcədə mühüm 
ictimai-mədəni hadisəsidir. Sovet pedaqogikasında belə bir fikir inkişaf etmişdir ki, bədən tərbiyəsi 
məktəbdə tədris fənninə sadəcə olaraq aid edilə bilməz – bu, bizim cəmiyyət üzvlərinin bədən tərbiyəsinin 
bütöv mürəkkəb sistemidir
67

          Azərbaycan pedaqoqları da şagirdlərin təlim-tərbiyəsində mühüm rol oynayan fiziki tərbiyəyə  və 
bu sahədəki anlayışlara mühüm əhəmiyyət vermişlər. Onlar fiziki tərbiyəni pedaqoji prosesin bir hissəsi 
kimi qəbul etmiş  və müvafiq tədqiqatlar aparmış, faydalı fikirlər irəli sürmüşlər. Məlumdur ki, 
azərbaycan dilində müxtəlif illərdə pedaqoji vəsaitlər nəşr edilmiş  və fiziki tərbiyənin ümumi 
məsələlərinə toxunulmuşdur. Keçən  əsrin II yarısında alimlərimiz fiziki tərbiyə üzrə anlayışlara 
diqqətlərini daha da artırmış və onların izahını verməyə çalışmışlar. 
              M.Ə.Muradxanovun rəhbərliyi altında 1964-cü ildə nəşr  
olunmuş «Pedaqogika» kitabında fiziki tərbiyəni tərbiyənin tərkib hissəsi kimi şagirdlərin bədəncə 
sağlamlığını möhkəmləndirməyə, ahəngdar və normal inkişafına xidmət etməkdən ibarət olduğu qeyd 
edilir. 
        B.A.Əhmədov fiziki tərbiyə üzrə anlayışları    dəqiqləşdirmişdir. O, həmin məsələ ilə  əlaqədar 
müxtəlif vaxtlarda mətbuat vasitəsilə 3 dəfə çıxış etmiş və anlayışların məqsədəuyğun və ətraflı təhlilini 
vermişdir. 
     B.A.Əhmədovun fiziki tərbiyə anlayışlarına dair yazmış olduğu məqalə «Üç anlayış haqqında» 
adlanır. Açıq etiraf etməliyik ki, bu kiçik qəzet məqaləsi olmasına baxmayaraq, orada izahı  çətin və 
dolaşıq olan spesifik anlayışlara aydınlıq gətirilmişdir. 
              B.A.Əhmədov yazır ki, «Bədən tərbiyəsi», «Fiziki tərbiyə», «İdman» anlayışları arasındakı fərqi 
necə başa düşməliyik? Sualına cavab axtarmaq məqsədi ilə sorğu, məsləhətləşmə apardım. Nə  qədər 
qəribə də olsa, alınan cavabların heç biri digərinə uyğun gəlmədi. Alim cavabları təxminən aşağıdakı kimi 
qruplaşdırır: 
a) «Fiziki tərbiyə» anlayışı «Bədən tərbiyəsi» anlayışından  
onunla fərqlənir ki, birinci geniş, ikinci isə ona nisbətən dar  anlayışdır; 
b) bu anlayışlar arasında heç bir fərq yoxdur. Hər ikisi bir- 
biri ilə sinonimdir; 
            v) «Bədən tərbiyəsi» anlayışı «Fiziki tərbiyə» anlayışından genişdir; 
                                                 
 
 
65
 Г.Н.Сатиров. Основнайа задача предмета журн.»Физическайа култра в школе, Н.3,1978,с.13. 
66
 Л.Кун.
 Всеобшайа историйа физической културы и спорта. М., «Радуга», 1982, с.9.
 
67. В.А.Кунанйев  Мяняви зянэинлик, яхлаги сафлыг вя физики камиллик – шяхсиййятин щяртяряфли вя ащянэдар инкишафынын 
зярури тяркиб елементидир». «Советскайа педагоэика» журналы, №1, 1976-ъы ил 

 40
            q) Haqqında danışdığımız anlayışların işlənmə yeri müxtəlifdir.     
              Belə ki, fiziki tərbiyə pedaqoji anlayış olduğu halda, bədən tərbiyəsi pedaqoji anlayışlar sırasına 
daxil deyildir və s.  
              «İdman» anlayışhının mütəxəssislər tərəfindən şərhi də müxtəlif şəkildə olmuşdur. 
              Deyilənlərdən belə bir nəticə çıxara bilərik ki, qaldırılan məsələ təkcə sual verənlər üçün maraqlı 
və çətin olmaqla qalmır, hətta  müsahibədə iştirak edən mütəxəssislər də həmin anlayışlar haqqında lazımi 
fikir söyləyə bilmir.  
          «Bədən tərbiyəsi» («Fiziçeskaya kultura») ən geniş anlayış olub, cəmiyyətin ümumi 
mədəniyyətinin tərkib hissələrindən biridir. O, cəmiyyətin insanın fiziki kamilliyinə xidmətlə  əlaqədar 
olaraq tarix boyu əldə etdiyi bütün nəzəri və əməli nailiyyətləri əhatə edir. Məlumdur ki, «mədəniyyət» 
sözünün geniş mənası insan əməyi ilə yaradılan bütün şeyləri özünə daxil edə bilir. Məsələn, bitkilər belə 
mədəni və yabanı olmaqla növlərə bölünür. Bu mənada fiziki mədəniyyət həm fiziki kamillik, həm fiziki 
inkişaf, həm fiziki tərbiyə sahəsində  bəşəriyyətin  əldə etdiyi ən yaxşı nailiyyətləri özündə  əks etdirir. 
B.A.Əhmədov bir sıra alimlərin fikrini təhlil etdikdən sonra bu sahədə gəldiyi qəti nəticəni belə şərh edir: 
Buradan aydın olur ki, fiziki tərbiyə doğurdan da sırf pedaqoji anlayışdır və müəllimin (tərbiyəçinin) 
rəhbərliyi altında şagirdlərin (tələbələrin) fiziki cəhətdən formalaşmasına xidmət edir. Məsələni daha da 
aydınlaşdırmaq məqsədi ilə bu məqalədə belə bir müqayisə  də aparılaraq göstərilir ki, fizika elmi ilə 
fizikanın tədrisi, eləcə  də başqa elmlərlə onların məktəbdə öyrədilməsi necə  fərqlənirsə, fiziki 
mədəniyyətdə (indii deyildiyi kimi, bədən tərbiyəsi ilə) fiziki tərbiyə  də eləcə  fərqlənir. Elm tədris 
fənninə nisbətən genişdir, elm pedaqoji  anlayış deyildir və s. Eyni qayda ilə fiziki mədəniyyət fiziki 
tərbiyədən geniş anlayışdır. «Fiziki mədəniyyət» anlayışı pedaqoji anlayışlar sırasına daxil deyildir. 
Nəticə  çıxaraq: bədən tərbiyəsi (fiziçeskaya kultura) anlayışı «fiziki tərbiyə» anlayışından genişdir, 
birinci pedaqoji anlayış hesab olunmur, ikinci isə pedaqoji məfhumlar sırasına daxildir. 
      B.A.Əhmədov daha sonra qeyd edir ki, «idman» hərəki  
fəaliyyətin elə bir növüdür ki, insanın həmin fəaliyyət sahəsində yüksək göstəricilər (rekord göstəriciləri) 
əldə etməsinə xidmət göstərir. Burada idmançı idmanın növlərindən biri üzrə, yəni dar sahə ilə 
ixtisaslaşmalı, müəyyən məqsədlə keçirilən xüsusi yarışlarda qələbə qazanmaq məqsədi uğrunda 
çaışmalıdır. 
Bundan  əlavə, o göstərir ki, idman fiziki mədəniyyətin tərkibinə daxildir. Fiziki tərbiyənin isə 
vasitələrindən biri kimi çıxış edir. Nəticə etibarı ilə idman bədən tərbiyəsinin tərkib hissələrindəndir, 
fiziki tərbiyənin isə vasitələrindən biridir         
B.A.Əhmədov fiziki tərbiyə sahəsində bədən tərbiyəsi, fiziki tərbiyə, fiziki inkişaf, fiziki kamillik 
və idman anlayışlarını bir daha aydınlaşdırmaq üçün «Məktəbdə bədən tərbiyəsi» məcmuəsində 
    «Şagirdlərin fiziki tərbiyəsi haqqında» adlı  məqalə ilə  çıxış etmişdir
68
.  Həmin yazı eyni ilə 
«Pedaqogikadan mühazirə konspektləri» nin dərs vəsaitinə daxil edildiyini nəzərə alıb, axırıncı mənbəyə 
istinad edirik. 
    Bu  vəsaitdə  şagirdlərin fiziki tərbiyəsinə aid əsas anlayışların izahı konkret və daha elmi şəkildə 
verilmişdir. Xüsusilə  məsələ pedaqoji- metodiki baxımdan bu sahədəki ilk yazıya nisbətən daha 
qənaətbəxş şərh olunmuş, əlavə olaraq «fiziki inkişaf» anlayışının izahı açıqlanmışdır. Bu yazının müsbət 
cəhətlərindən biri də odur ki, anlayışların hər birinə aşağıdakı kimi tərif verilmişdir
69
.  
Fiziki mədəniyyət – cəmiyyətin ümumi mədəniyyətinin  
tərkib hissələrindən biri olub, insanın öz sağlamlığını möhkəmləndirməsi, fiziki qabiliyyətlərini inkişaf 
etdirməsi, çevik və gümrah böyüməsi üçün tarix boyu əldə edilmiş nailiyyətlərin məcmuyunu ifadə edir. 
Fiziki tərbiyə – müəllimin rəhbərliyi altında şagirdlərin öz  
sağlamlığını möhkəmləndirməsi, çevikliyini və gümrahlığını  təmin etmək prosesidir. Bu proses fiziki 
mədəniyyətin inkişaf səviyyəsinə tam uyğun təşkil edilməli və  şagirdlərin fiziki kamilliyinə  gətirib  
çıxarmalıdır. 
Fiziki inkişaf – istər fiziki tərbiyə prosesində, istərsə  də  kənar təsirlərin sayəsində orqanizmin 
morfoloji funksiyasının, fiziki keyfiyyət və qabiliyyətlərin dəyişməsi, formalaşması prosesidir. 
                                                 
68
 
Б.А.Ящмядов. Шаэирдлярин физики тярбийяси щаггында. МБТ мяъмуяси, №4, 1978-ъи ил.              
 
69
 
Б.А.Ящмядов вя А.Г.Рзайев. Педагоэикадан мцщазиря конспектляри. Бакы, «Маариф» няшриййаты, 1983, с.292-293
 

 41
  
Fiziki 
kamillik 
– isə  şəxsiyyətin fəaliyyətə  (əməyə, təlimə  və s.) fiziki cəhətdən hazır olması 
zəruriliyi ilə şərtləndirilən fiziki inkişaf səviyyəsini əks etdirir. Başqa sözlə desək, fiziki kamillik _ 
cəmiyyətin konkret tarixi dövrdə əldə etdiyi fiziki mədəniyyətlə şəxsiyyətin həmin mədəniyyətə optimal 
yiyələnməsi arasındakı nisbəti ifadə edir. 
            N.M.Kazımov fiziki tərbiyəni tərbiyənin əsas tərkib hissəsi 
 
 
hesab edərək yazır ki, onu səciyyələndirən xüsusiyyətlərdən biri də fiziki tərbiyənin ideyallığıdır, ideya-
siyasi tərbiyəyə, əxlaq tərbiyəsinə xidmət etməsidir. Pedaqoji cəhətdən düzgün təşkil edilən fiziki tərbiyə 
adamların təkcə sağlamlığını möhkəmləndirmir, onların həm də mənəviyyatına güclü təsir göstərir, iradə 
kamilliyinin artırılmasına  kömək edir
70

              N.M.Kazımov elmi-pedaqoji əsərinin başqa bir yerində göstərir ki, fiziki tərbiyə pedaqoji proses 
kimi orqanizmin sistemlərinin ahəngdar inkişafına kömək edir. Gənc nəsli ictimai-faydalı və məhsuldar 
əməyə, vətənin müdafiəsinə hazırlayır
71

Y.R.Talıbov,  Ə.A.Ağayev və başqa kollektiv müəlliflərin hazırlamış olduğu dərs vəsaitində 
göstərilir ki, fiziki tərbiyə məqsədyönlü, planlı və mütəşəkkil proses olub, gənc nəslin can sağlığını təmin 
etməyə, onun fiziki qabiliyyətlərini inkişaf etdirməyə, mütəhərrik vərdişlərin və bacarıqların 
formalaşmasına xidmət edir.  
Fiziki tərbiyə  şagirdlərin bədən quruluşunun mütənasibliyində, qamətin gözəlliyində, hərəki 
keyfiyyətlərin (gücün, hərəkət sürətinin, cəldlik və dözümlüyün, elastikliyin) inkişaf və formalaşmasında 
təzahür edir. Fiziki tərbiyə şagirdlərdə əməkdə iştirak etmək vərdişləri, iradə, kollektivçilik, əzmkarlıq və 
s. keyfiyyətləri inkişaf etdirir, onları vətənin müdafiəsinə hazırlayır
72
. Həmin kitabda sonra bildirilir ki, bu 
zəruri işdə fiziki tərbiyənin mühüm tərkib hissəsi olan bədən tərbiyəsi dərsləri böyük rol oynayır. 
73
Bədən 
tərbiyəsi dərslərində  şagirdlər düzgün yeriməyi, qaçmağı, tullanmağı, maneələri dəf etməyi, idman 
alətlərində  
 
 
çalışmaları, terminləri yerinə yetirməyi öyrənir, öz bədənlərinin sağlamlığına kömək edən 
hifzüsəhiyyə qaydalarına yiyələnirlər
74

          H.N.Məmmədov  bədən tərbiyəsi və idman anlayışına aşağıdakı kimi münasibət bildirmişdir: 
Mədəniyyətimizin bir hissəsi olan bədən tərbiyəsi və idman ölkəmizdə kütləvi hal almış, zəhmətkeşlərin 
məişətinə daxil olmuş  və istirahət vasitəsinə çevrilmişdir.  İdman sağlamlığı  və fiziki inkişafı 
möhkəmləndirmək,  əmək məhsuldarlığını artırmaqla kifayətlənməyərək, həm də zehni inkişafa və elmi 
işlərə böyük təsir göstərir 
75
 
        F.İsmayılov isə «Fiziki cəhətdən kamil adam necə adamdır?»- sualına belə cavab verir: Fiziki 
kamillik – ilk növbədə fiziki mədəniyyətə malik olmaq deməkdir. Belə adam bədəncə möhkəm, sağlam, 
güclü, dözümlü, çevik, cəld olmaqla yanaşı, həm də bir sıra  ən vacib bacarıq və  vərdişlərə 
yiyələnməlidir
76
  
  M.Quliyeva və A.Şükürovun birgə çap etdirdikləri «Şəxsiyyətin fiziki kamilliyi və cəmiyyət» adlı qəzet 
məqaləsində yazırlar:  Fiziki kamillik dedikdə adamların tarixən  şərtlənmiş  hərtərəfli fiziki inkişafı, 
istehsal, məişət, hərbi müdafiə vəzifələrinə hazırlıq, yüksək qabiliyyət, uzun ömür sürmək üçün bacarıq 
nəzərdə tutulur. Məqalədə fiziki tərbiyəyə tərbiyənin zəruri vasitələrindən biri kimi, sinifli cəmiyyətdə isə 
idmandan qazanc mənbəyi kimi istifadə edilməsi, bu gözəl tərbiyə vasitəsinin varlıqların mənafeyinə 
xidmət etməsi və onların zövqünün ödənilməsinə  şərait yaratması kimi baxılır.Y.R.Talıbov və 
H.H.Qurbanov anlayışlara öz münasibətlərini belə bildirirlər:  Bədən tərbiyəsi və idman  tədricən 
                                                 
70
 Н.М.Казымов. Тярбийянин елми-педагожи ясаслары. Бакы, «Маариф» няшриййаты, 1983, с.109. 
71
 Йеня орада, с.104. 
72
 Й.Р.Талыбов, Я.А.Аьайев вя б. Педагоэика. Бакы, «Маариф»  няшриййаты, 1993, с.250. 
73
 йеня орада, с.250 
74
 
Йеня орада с.250.
 
75
 Щ.Н.Мяммядов, Идман, елм вя инъясянят Азярбайъан мцяллими»гязети», 21 .феврал.1979-ъу ил 
76
.Ф.Исмайылов. Физики камиллик:Проблемляр, тяклифляр, «МБТ» мяъмуяси, 1989,№-4,с-10. 

 42
formalaşan ümumbəşər mədəniyyətinin  əsasını  təşkil etməklə  həmin mədəniyyətin tərkib hissəsinə 
çevrilirdi… Fiziki tərbiyə fiziki hərəkətlərin, təbii amillərin köməyi ilə insanın fiziki inkişaf və təlimini 
idarəetmə prosesidir. Fiziki tərbiyə prosesi insanın hərəki vərdişlərinin və fiziki keyfiyyətlərinin 
məqsədyönlü inkişafını  və formalaşmasını  təmin edir. Fiziki hazırlıq – fiziki tərbiyənin nəticəsi olub, 
insanın işgörmə qabiliyyətində öz ifadəsini tapır.   İdman iki mənada: dar və geniş  mənalarda işlədilir. 
Dar mənada idman dedikdə  şəxsi yarış  fəaliyyəti nəzərə alınır. Geniş  mənada idman həm yarış 
fəaliyyətini, həm də yarışa xüsusi hazırlığı, həm də  fəaliyyətin  əsasında  əmələ  gələn spesifik  
münasibətləri, normaları və nailiyyətləri əhatə edir
77

        H.H.Qurbanov  son  dərsliyində isə bir qədər dəqiqləşdirmə apararaq yazır: «Fiziki tərbiyə 
ümumbəşər mədəniyyətimizin tərkib hissəsidir. Onun başlıca qayəsi bütövlükdə  əhalinin sağlamlığı, 
gümrahlığıdır»
78

       Anlayışlar haqqında göstərilənlərin ümumi cəhətlərini nəzərə alıb onları  təxminən aşağıdakı kimi 
qruplaşdırmaq olar. Hər hansı bir anlayışa dair söylənilən fikirlər soyadı mötərizədə göstərilən  
alimlərin hamısına aid ola və ya olmaya bilər. Lakin onlar hər hansı bir və yaxud irəli sürülmüş bir neçə 
fikrin tərəfdarı, eləcə də müəlliflərdən biri ola bilər. 
 1. Bədən tərbiyəsi anlayışı. 
1)  Bədən tərbiyəsinə  cəmiyyətin mədəniyyətinin tərkib hissəsi, kütlələrin ümumi siyasi metodu 
kimi baxmaqla, bura fiziki tərbiyə, sağlamlıq, hərbi hazırlıq, əmək və məişət gigiyenası və s. daxil edilir. 
  2) Bədən tərbiyəsi – ümumi mədəniyyətin bir hissəsi olub,  
əhalinin fiziki cəhətdən təkmilləşməsinin xüsusi vasitəsi və onlardan istifadə  də  cəmiyyətin tarix boyu 
qazanmış olduğu nailiyyətlərin məcmuidir (N.V.Savin, B.A.Əhmədov). 
3) «Bədən tərbiyəsi» ilə «Fiziki tərbiyə» arasında eynilik  
(bərabərlik) qoymaq olmaz. Birinci anlayış ikincidən genişdir. Bədən tərbiyəsi geniş mənada insanların, 
onların hərtərəfli fiziki inkişafı və mənəvi qabiliyyətlərinə qayğıdır (İ.A.Kryaçko, B.A.Əhmədov). 
             4) Bədən tərbiyəsi – ümumi mədəniyyətin tərkib hissəsi kimi  və «bədən tərbiyəsi tarixi» fənni 
olaraq öyrədildiyi üçün bədən tərbiyəsinin yaranması və qurulmasına xidmət edir (A.İ.Borisov). 
    5) Bədən tərbiyəsi – ümumi mədəniyyətin bir hissəsi olub, cəmiyyətin nailiyyətləri kimi xalqın 
fiziki cəhətdən təkmilləşməsinin xüsusi vasitələrinin yaranması  və ondan istifadə kimi başa düşülür 
(V.V.Stolbov, İ.Q.Çuqunov). 
     6) Bədən tərbiyəsi – bütün insan mədəniyyətinin ayrılmaz tərkib hissəsi, adamlara təhsil verən, 
onları əməyə və hərbi fəaliyyətə hazırlayan vasitədir (L.Kun). 
7) Bədən tərbiyəsi – məktəbdə sadəcə olaraq tədris fənninə aid edilə bilməz, bu bizim cəmiyyət 
üzvlərinin bədən tərbiyəsinin bütöv mürəkkəb hissəsidir (V.A.Kunanev). 
 8) Bədən tərbiyəsi anlayışı daha geniş olub, cəmiyyətin əldə etmiş olduğu bütün nailiyyətlərin 
vasitə  və metodların ümumi məcmuyu olmaqla, insanların fiziki inkişafı  və  təhsilinə  təsir göstərir 
(S.V.Yananis). 
    9) Bədən tərbiyəsi – yəni fiziki mədəniyyət pedaqoji anlayışlar sırasına daxil deyildir (B.A.Əhmədov). 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin