Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   38

 
Qaçışla  oyunlar 
Düz xətt üzrə qaçmaqla estafet 
Üç komanda cərgəyə düzülüb «P» şəklində dayanırlar.  İki komandanın arasında dayanan 
komandanın qarşısında ümumi start xətti çəkilir. Qabaqda 15-20 m o tərəfdə sıra ilə bir-birindən 1,5 m 
aralı üç şəhərcik çilingi qoyulur. Hər komandanın birinci nömrələri qaçışa başlama xəttinin arxasında 
dayanırlar. Müəllimin «Marş» komandası üzrə onlar irəli qaçır və  hər komandanın növbəti oyunçusu 
startda onların yerini tutur. Startdan çıxıb qaçanlar öz şəhərciklərinə çatıb sağ  tərəfdən onların başına 
dolanırlar, geriyə qayıdaraq hər biri sağ əlini (əlin içini) öz komandasının növbəti oyunçusunun sağ əlinin 
içinə vururlar və cərgələrdə öz yerlərini tuturlar. Növbəti oyunçular da öz növbəsində irəli qaçıb birinci 
nömrələrin etdiklərini təkrar edirlər və s. Oyun 2-3 dəfə  təkrar olunur. Qaçıb-qayıtmanı tez başa vuran 
komanda qalib gəlir. 
Marşla qaçdı-tutdu 
Meydançanın qarşı tərəfində, xəttin arxasında iki komanda cərgəyə düzülür. Komandanın biri cərgə 
ilə (sıravi addımla) o biri komandaya tərəf gedir. Marşla gedənlər rəqib komandanın xəttinə 3-5 m 
qalanda müəllim qəflətən siqnal verir, bu zaman hücum edənlər qayıdıb, öz xəttinin arxasına qaçırlar, o 
biri komandanın oyunçuları isə qovub əllərini onlara toxundururlar. Müəllim toxunulmuş oyunçuları 
sayır. Sonra qovan komanda marşla addımlayır, əvvəlcə hücum edən komanda onları qovur. Oyunu 4-8 
dəfə təkrar etmək olar. Digər komandanın daha çox oyunçusunu tutmuş komanda qalib gəlir. 
Qaydalar: 1. Toxunulmuş oyunçular toxunulduqları yerdə dayanırlar. 2. Qaçanlara xəttin arxasında 
toxunmaq olmaz. 

 300
                                
Bayraqlar uğrunda qaçış 
Oynayanlar bərabər sayda iki komandaya bölünürlər. Onların hər biri oyun meydançasının  əks 
tərəflərində onun sərhədindən 1-2 m aralı  çəkilmiş  xəttin arxasında dayanırlar. Meydançanın ortasında 
həmin xətlərə paralel çəkilmiş eni 2-3 m ibarət zolaq əmələ gətirən daha iki xətt çəkilir. Həmin zolaqda 
şahmat qaydası ilə bayraqlar düzülür. 
 Hər komanda özünə kapitan seçir. Müəllimin siqnalı üzrə hər iki komandanın oyunçuları köndələn 
zolağa tərəf qaçaraq daha çox bayraq yığmağa çalışırlar. Sonra hər iki komandanın oyunçuları yığdıqları 
bayraqlarla birlikdə geriyə, öz xətlərinə qayıdıb cərgəyə düzülürlər. Kapitanlar öz oyunçularının 
gətirdikləri bayraqları yığıb sayırlar. Hər bayrağa görə bir xal verilir. Daha çox bayraq gətirmiş komanda 
qalib gəlir. 
Qaydalar: 1. Hər oyunçu istədiyi qədər bayraq yığa bilər. 2. Oyunda yoldaşın yerdən çatdırdığı 
bayrağı onun əlindən almaq qadağandır. Qaydaların hər dəfə pozulmasına görə onu pozan oyunçunun 
komandasından bir xal çıxılır. 3. Bayraqlar sayıldıqdan sonra onları orta zolağa, əvvəlki yerinə düzürlər. 
4. Komandaların kapitanları bütün oyunçularla bərabər hüquqda oynayırlar. 5. Bayraqlar olan mərkəz 
zolağa qaçmaq olmaz. 
Qeyd: Oyunçuların arxasında dayandığı xətt ilə mərkəz zolaq arasındakı məsafə 30-40 metrə qədər 
ola bilər. 30-40 m məsafəyə qaçıb-qayıtmanı 3 dəfəyə qədər təkrar etmək olar. Qaçıb-qayıtma məsafəsi 
qısa olan meydançada və zalda oyun keçirərkən qaçıb-qayıtmanın sayının artırmaq olar. Hər dəfə qaçıb-
qayıtdıqdan sonra sıraya düzülməyə, bayraqların sayılmasına və yenidən öz yerinə qoyulmasına sərf 
olunan vaxt eyni zamanda oyunçuların istirahətinə  zəmin yaradır. Qaçmaq üçün müxtəlif çıxış 
vəziyyətləri (dizüstə dayanmadan, uzanma vəziyyətindən, ayaqüstə durmadan, arxası mərkəz zolağa tərəf 
dayanmadan start və s.) müəyyən etmək olar. 
Qarşılıqlı estafet 
Şagirdlər 2-3-4- komandaya düzülürlər. Sıranın qarşısında dayanmış oyunçuların ayağının 
qabağından xətt çəkilir. Komandaların birinci qaçan oyunçularının hərəsinə estafet ağacı verilir. Estafet 
30 x 25 sm lüləşəkilli, hamarlanmış  və ucları yumrulaşdırılmış  ağacdır. Estafeti sağ  əllə onun aşağı 
ucundan tuturlar (boş tərəfi yuxarı tutulur) , estafeti qəbul edənlər (əks tərəfdəki sırada birinci duranlar) 
dirsəkdən azacıq bükülü, sağ qolunu (əlini) qaldırıb, bir qədər onu yana aparırlar. «Marş» komandası 
verilən kimi əlində estafet olan oyunçular qaçmağa başlayırlar. Qaçanlar qarşı  tərəfdə dayanmış öz 
komandalarının başda dayananlarına qaçıb çatana kimi estafeti onlara ötürürlər və keçib arxada 
dayanırlar. Estafeti qəbul edənlər öz növbələrində hərəsi öz komandasının o tərəfdəki yarısına tərəf qaçıb 
estafeti ötürürlər, sonra keçib arxada dayanırlar və i.a. Qaçışı tez qurtaran komanda qalib gəlir. 
Qaydalar: 1. Estafeti qəbul edən ancaq estafet ona verilən zaman start xəttini keçir (qaçmağa 
başlayır). 2. Estafet sağ əldən solə lə ötürülür (əks tərəfdəki sıraya qarşı sol tərəfdən, yəni qəbul edənin 
sağ  tərəfindən qaçmaq lazımdır). 3. Estafeti ötürərkən, qolu dirsəkdən bir az büküb yana aparmaq 
lazımdır, əks təqdirdə əzilmək olar, yaxud estafet əldən düşər. 4. Növbəti oyunçular qaçarkən daldakılar 
onların yerini tuturlar, bütün komanda isə qaçışın başlanma yerinə doğru bir addım yaxınlaşırlar. 
Hündürlüyə tullanmaqla oyunlar 
Addımlayıb – hoppanmaqla qarmaqatdı 
Oynayanlar hərəsi 6-8 nəfər olmaqla qruplara bölünürlər. Hər qrupun aparıcısı ucunda kisəcik olan 
ipi elə fırlayır ki, kisəcik yerlə sürünür. Qalan oyunçular isə kisəciyin sürüşdüyü dairədən iki addım aralı 
dayanırlar. Kisəcik yaxınlaşanda oyunçu qabağa bir addım atır, ikinci addımdan yerdən təkan verərək 

 301
addımlamaqla ipə bağlı kisəciyin üstündən tullanır, sonra dərhal geriyə, əvvəlki yerinə çəkilir. Kisəciyə 
toxunmuş oyunçu aparıcı olur. Hər oyunçu 6-8 dəfə hoppanana qədər ipi fırladır. Oyunçusu az aparıcı 
olan qrup qalib gəlir. 
Qaydalar: 1. İp kimə yaxınlaşırsa, o, mütləq tullanmalıdır. 2. Hər yeni aparıcı ipi başqa tərəfə 
fırlatmalıdır.  
İp ayaqların altında 
Oynayanlar 3 və ya 4 tək sıraya düzülürlər. Sıralarındakı məsafə azı 2 m olmalıdır. Sırada birinci 
dayanandan başqa bütün oyunçular öz ətraflarına kiçik dairə  çəkirlər. Başda dayanan oyunçulara qısa 
iplər verilir.  
Siqnal verilən kimi birinci oyunçular ipin bir ucunu arxada dayanmış ikinci oyunçulara verirlər və 
hər ikisi onu bütün sıranın ayaqları altından keçirirlər (İp demək olar ki, yerə toxunur), sırada dayananlar 
ipin üstündən tullanırlar. Elə ki, sıranı  təşkil edən bütün oyunçular tullandılar: birinci oyunçu sıranın 
axırında qalır, ikinci isə qabağa qaçır və ipin ucunu üçüncü oyunçuya verir və ip yenə də sıradakıların 
ayağının altından keçirilir. İndi arxada ikinci oyunçu qalır, üçüncü qabağa qaçıb ipin bir ucunu 
dördüncüyə verir və i.a. 
Bütün oyunçular iplə qaçıb onu sıranın altından keçirənə  qədər oyun davam edir. Elə ki, birinci 
oyunçu təzədən sıranın qabağında oldu və ip ona ötürüldü sıra oyunu qurtarır. Oyunçuları ipə az toxunan 
komanda qalib gəlir. 
Qaydalar: 1. İpin üstündən tullandıqdan sonra hər bir oyunçu bir dairə irəli keçir. 2. İpi sıradan 
dayananların ayağı altından keçirənlər mümkün ola bilən hər cür əzilmələrin və  yıxılmaların qarşısını 
almalıdırlar (Tullanan oyunçu ipə toxunarkən dayanmaq lazımdır və yaxud ipini aşağı salmalı və i.a.).  
 
Hündürlüyə və uzununa tullanmaqla oyunlar 
Tullanma ardınca tullanma 
İki komanda bir-biri ilə paralel, biri o birindən 2 m aralı cüt sırada dayanırlar. Hər sıradakı qoşa 
oyunçular yerdən 50-60 sm məsafədən (hündürlükdə) saxlanmış gödək ipin uclarından tuturlar. Siqnal 
verilən kimi birinci qoşa oyunçular ipi cəld yerə qoyub və  hər ikisi öz sıralarının  əvvəlindən axırına 
qaçırlar, bundan sonra sırada dayanmış hər cüt oyunçunun ikisinin üstündən tullanırlar, özlərinin əvvəlki 
yerinə çatan kimi hər iki oyunçu dayanır və yenə ipin uclarından tuturlar. Elə ki, birinci ip yerdən 
qaldırıldı, ikinci cüt oyunçular ipi yerə qoyurlar, birinci ipin üstündən tullanıb sıranın əvvəlindən axırına 
qaçırlar, sonra bütün iplərin üstündən tullanaraq əvvəlki yerlərinə çatırlar. Bu minvalla bütün Qoşa 
oyunçular iplərin üstündən tullanırlar. Tullanmanı birinci başa vuran komanda qalib gəlir. 
                               Hoppananlar və «Ləkələnənlər» 
Oynayanlar iki komandaya ayrılır: «Hoppananlar» və «Ləkələnənlərə» bölünürlər. Hər komanda 
meydançanın ona tərəf olan yan xəttində cərgəyə düzülürlər. Meydançanın üzbəüz sərhədlərinin birindən 
bir metr aralıda ona paralel birinci start xətti, üç metr qabaqda isə ikinci xətt çəkilir. İkinci xətdən 10-12 
m aralıda eni 1,5-2 m olan zolaq çəkilir. «Start» komandası verilən kimi hoppananlar komandasından 4 
nəfəri ikinci start xəttinin arxasında yerlərini tuturlar. Onlara boyunardı olmaqla, birinci start xəttinin 
arxasında ləkəlilər komandasından 4 nəfər dayanır.  «Diqqət» komandası verildikdə hoppananlar və 
ləkələnənlər hündür start vəziyyəti alırlar. «Marş» komandası verildikdə hamı irəli qaçır. Hoppananlar 
sürətlə qaçıb zolağa tez çatmağa və onun üstündən tullanmağa- ləkələnənlər isə hoppananlar zolaqdan 
hoppanana qədər çatıb onları «ləkələməyə» çalışırlar (Ləkələnənlər hoppanmırlar). 

 302
Zolaqdan hoppanana qədər ləkələnənlər tərəfindən toxunulmayan (ləkələnməyən) hoppananlar, 
yaxud hoppanmanı yerinə yetirənə  qədər  əli ilə  ləkəlilərdən  onlara toxuna bilənlərin hərəsi bir xal 
qazanır. Yarışlarda hamı iştirak edənə qədər o biri hoppananlar və ləkələnənlər bu qayda ilə oynayırlar. 
Sonra komandalar yerlərini və vəzifələrini dəyişirlər. Cəminə görə çox xal toplamış komanda qalib gəlir. 
Xallar bərabər olduqda oyun heç-heçə qurtarır. 
Qaydalar: 1. Ləkə istədiyi qaçana toxuna bilər. 2. Tullanma zamanı yerdən təkanvermə anında 
hoppanana toxunma hesaba alınmır. 3. Zolağın qabaq xəttini keçməyən (yaxud zolağın üstündə 
hoppanmayan) hoppanan ləkələnmiş sayılır, xal isə ləkələnənlər komandasına verilir.  
Hədəfə və uzağa atmalarla oyunlar 
Snayperlər 
Oynayanlar tək cərgəyə düzülüb 1-2 sayırlar. Bir sayanlar birinci komandanın, iki sayanlar isə ikinci 
komandanı  təşkil edirlər.  Əgər meydançanın eni hamıya bir cərgədə düzülməyə imkan vermirsə, onda 
oyunçular iki cərgədə boyunardı düzülürlər. Belə olduqda hər cərgə bir komanda hesab olunur. 
Komandalardan birinin oyunçularının hərəsinə bir kiçik top verilir. Cərgənin qarşısında atma xəttindən 6 
m aralıda ona paralel olmaqla bir-birindən 1-2 addım aralı sıra ilə 10 şəhərcik oyununun çilingi qoyulur. 
Cilinglərin 5-i bir rəngdə, 5-i başqa rəngdə olmalıdır.Hər komandaya müəyyən rəngdə ciling təyin edilir. 
Müəllimin komandası ilə komandalar növbə ilə ( oyunçuların hamısı birdən) topları cilinglərə atırlar 
(ayaqüstü, dizüstü və yaxud uzanma vəziyyəti). Vurulub yıxılmış bir rəngli ciling bir addım dala aparılır. 
Başqasına məxsus, lakin vurulmuş ciling bir addım yaxına qoyulur. Oyun ərzində öz hədəflərini daha 
uzağa çəkmiş komanda (hədəfin uzağa aparılmasından addımların sayı nəzərə alınır) udmuş hesab olunur. 
Qaydalar: 1. Top atıldıqdan sonra vurulmuş şəhərcik-ciling təzə yerə qoyulur. 2. Vurulmuş cilinglər 
təzə yerə qoyulduqdan sonra atılmış topların və o biri komandanın oyunçuları  yığırlar. 3. Vurulmuş 
çilingləri qaldırıb təzə yerə qoymaq üçün oyunçulardan biri təyin olunur. 
DƏRS NÜMUNƏLƏRİ 
Kiçik məktəbyaşlı  uşaqların fəaliyyətini tədris prosesinə mütəşəkkil cəlb etməkdən ötrü müəllim 
dərsə qabaqcadan hazırlaşmalı, öyrədəcəyi hərəkətin texnikasına dərindən yiyələnməli, uyğun səmərəli 
üsul və priyomlar seçməli, bunları düzgün tətbiq etməli və  fəal uşaqların gücündən istifadə etməlidir. 
Yadda saxlamaq lazımdır ki, bütün tədris materialları üçün eyni təlim üsulundan istifadə etmək dərsin 
səmərəliliyini azaldır, uşaqların dərsə olan marağına mənfi təsir göstərir. Bütün mövzuların 
öyrədilməsində eyni təlim üsulundan istifadə edilməsi diqqətin tez-tez yayınmasına səbəb olur. Məzh elə 
buna görə də, hər bir müəllim tədrisin səviyyəsini yüksəltmək məqsədilə mütləq keçəcəyi materialların 
məzmununa uyğun üsul və priyomlardan  istifadə edilməsinə xüsusi diqqət verməlidir.  Əgər müəllim 
qaçış, tullanmalar, atmalar və s. üzrə  tədris materialını (bu həm praktik və  həm də  nəzəri material ola 
bilər) nağıletmə üsulu ilə  tədris edilirsə, bu zaman o, müvafiq surətdə izah etmədən, illüstrasiya və 
demonstrasiya metodlarından da istifadə edə bilər. 
 Təcrübədən aydın olur ki,  müəllim dərsin qarşısında qoyulmuş vəzifələri müəyyənləşdirərkən iki 
metodiki və pedaqoji məsələyə xüsusilə diqqət yetirməlidir. Birinci, hər dərsin mərhələsi üçün (hazırlıq, 
əsas, tamamlayıcı) xüsusi tədris materialı nəzərdə tutulmalı, ikincisi, həmin materiallar məzmun etibarı ilə 
bir-birinə uyğun olaraq seçilməlidir. Başqa sözlə desək, dərsin qarşısında duran vəzifələrin 
müvəffəqiyyətlə yerinə yetirilməsinə yönəldilməlidir. 
Bədən tərbiyəsi dərslərinin ayrı-ayrı hissələrində  həyata keçirilən məqsəd və  vəzifələrin bir-birini 
tamamlaması, yalnız pedaqoji cəhətdən deyil, həm də psixoloji nöqteyi-nəzərdən də çox böyük 
əhəmiyyətə malikdir. Yəni dərs prosesində yerinə yetirilən fiziki hərəkətlərin təsir etibarı ilə    uyğun 
olması, biri digərinin dolayı yolla və yaxud birbaşa düzgün icrasına zəmin yaratması, şagirdlərdə əhvali-
ruhiyyəni yaxşılaşdırır və emosionallığı yüksəldir. Digər tərəfdən də  şagirdlər bu zaman mürəkkəb 
hərəkətləri icra etməkdən qorxmurlar, onu daha inamla və yüksək zövqlə icra edirlər, bu da dərsin 
keyfiyyətinin artmasında mühüm əhəmiyyət kəsb edir. 

 303
  Bədən tərbiyəsi dərslərinin hazırlıq, əsas və tamamlayıcı hissələrində verilən fiziki hərəkətlərin və 
mütəhərrik oyunların uyğunlaşdırılaraq eyni məqsədə və vəzifəyə istiqamətləndirilməsinin eyni zamanda 
bioloji, fizioloji və anatomik əhəmiyyəti də vardır. Dərsin yükünnün düzgün dozalaşdırılması (bir dərs 
müddətində  dərsin hissələrinə münasib olaraq orqanizmə düşən yükün düzgün bölüşdürülməsi) 
orqanizmə düşən yükün tədricən artırılmasına və  əksinə, onun tədricən azaldılıb dərsin başlanğıcındakı  
vəziyyətə  gətirilməsinə  səbəb olur. Bu fizioloji əyrilik adlanır ki, bunun da sağlamlığın 
möhkəmləndirilməsi, hərtərəfli və düzgün inkişaf üçün böyük əhəmiyyəti vardır. 
Müşahidələr göstərir ki, bir çox sinif müəllimləri dərsin hazırlıq hissəsinə lazımi diqqət 
yetirmirlər,ən müxtəlif növ fiziki hərəkətlərin icrasında tənəffüsün müntəzəmliyi və tempin 
müvəffəqiyyəti gözlənilmir. Hər bir müəllim bilməlidir ki, dərsin hazırlıq hissəsində əşyalarla və əşyasız 
icra edilən ümuminkişaf hərəkətlərinin müvafiq tempdə yerinə yetirilməsi, lazımi sayda icrası, habelə 
tənəffüsün müntəzəmliliyindən ötrü hər cür şəraitin yaradılması şagirdlərin hərəkət fəallığını artırmaqla 
yanaşı, eyni zamanda onların sağlamlığı üçün də  zəruridir.  Bir cəhəti də qeyd etmək lazımdır ki, sıra 
hərəkətlərinin, ümuminkişaf (əşyalı  və  əşyasız), akrobatika, dırmaşma, sürünmə  və s. hərəkətlərin 
texnikası öyrədilərkən izah etməyə və əyaniləşdirməyə eyni dərəcədə  diqqət verilməlidir. Hər hansı bir 
hərəkətin öyrədilməsi texnikasının əvvəlcə izah olunması, sonra isə göstərilməsi (hərəkət hissə-hissə və 
bütövlükdə göstərilə bilər) onun şagirdlər tərəfindən dərindən öyrənilməsinə zəmin yaradır. 
Bədən tərbiyəsi dərslərinin müvəffəqiyyətlə  nəticələnməsində, öyrədilən fiziki hərəkətlər və 
yaxud mütəhərrik oyunlar üzrə (sağlamlıq haqqında,  əməyə  və  Vətənin müdafiəsi işində rolu, sürət, 
qüvvə, cəldlik, iradəlilik və dözümlülük üçün əhəmiyyəti haqqında, həmçinin dövlətin uşaqların fiziki 
tərbiyəsinə qayğı göstərməsinə dair və s.) nəzəri məlumatların mənimsənilməsi xüsusilə əhəmiyyətlidir. 
Şagirdlər fiziki tərbiyə haqqında nəzəri məlumatlara yiyələnməklə, onun insanın hərtərəfli inkişafına 
müsbət təsirini anlayırlar. Bundan əlavə, fiziki tərbiyə üzrə  mənimsənilmiş  nəzəri məlumatlar bədən 
tərbiyəsi dərslərinə  şagirdlərin marağını  və  şüurlu münasibətini xeyli artırır, onların  şəxsiyyət kimi 
formalaşmasına müsbət təsir göstərir. Xüsusən, bədən tərbiyəsi və idman hərəkətləri ilə müntəzəm 
məşğul olması haqqında, kosmonavtların fiziki tərbiyə vasitələrindən istifadə edərək məşq sayəsində 
bədənlərini daha da möhkəmləndirmək nəticəsində kosmosa uçmaları barədə  məlumatların 
mənimsənilməsi, şagirdlərin həmin nümunələrdə şəxsiyyət kimi inkişaf etməsinə kömək edir. 
Müəllim şəxsi və ictimai gigiyena, istərsə də hərəkətlərin yerinə yetirilməsi texnikasına, mütəhərrik 
oyunların təşkili və keçirilməsinə aid məlumatları müntəzəm və metodik baxımdan  şagirdlərə düzgün 
çatdırmalıdır. Yuxarıda qeyd etdiyimiz bəzi metodik cəhətləri nəzərə almaqla2 dərs nümunəsi veririk: 
        
   
 
  Təsdiq edirəm: 
        
Tədris işləri üzrə direktor müavini: 
     
M.Məmmədli 
                                                 «____» sentyabr 2008-ci il. 
                             
D Ə R S  № ____ 
 
   Mövzu: Sıra təlimi, 20 m məsafəyə qaçış, «Çağırış oyunu». 
Vəzifələr: 1) sıraya düzülməyi öyrətmək; 2) kiçik toplarla ümuminkişaf hərəkətləri; 3) 20 m 
məsafəyə qaçış; 4) «Çağırış» oyununun öyrədilməsi. 
Yer: Meydança. 
  Təchizat: Şagirdlərin sayı qədər kiçik toplar. 
  Sıraya düzülmə: Müəllim uşaqları idman geyimində məktəbyanı meydançaya çıxarır, təbaşirlə bir 
düz xətt çəkib onları boyunardı  xətt üzrə  sıraya düzür. Sonra boyunardı düzülmənin sıra adlandığını, 
birinci duranın istiqamətçi,  axırda duranın isə tamamlayıcı  olduğunu izah edir. 
 Eyni zamanda sıraya düzülmə hərəkətlərinin əhəmiyyəti haqqında şagirdlərə məlumat verir: 

 304
  -  Sıra hərəkətləri orqanizmin inkişafına kömək edir, qol, qıç, xüsusən kürək  əzələlərini 
möhkəmləndirir. Əzələlər möhkəm və qüvvətli olduqda adam çevik olur, qaməti əyilmir. Buna görə də 
sıra hərəkətlərini düzgün icra etməyə çalışmaq lazımdır. Sonra isə müəllim hərəkətin icrasını izah edir. 
Hərəkəti icra edərkən başı düz saxlamalı, bədəni əyməməli və döş qəfəsini bir qədər irəli verməli. 
Yeriş vaxtı sol ayaq irəlidə olarsa, sağ qolu irəliyə  gətirib döş qarşısında dirsəkdən bükməli, sağ ayaq 
irəlidə olduqda isə sol qolu döş qarşısında gətirib dirsəkdən bükməli. Hərəkət vaxtı  tənəffüs sərbəst 
olmalıdır. 
Müəllim daha sonra qeyd edir ki, sırada bir-birindən müəyyən məsafədə durmaq lazımdır. Arada bir 
addım, yaxud da uzadılmış qollar boyu məsafə olmalıdır. Müəllim hərəkəti əvvəlcə özü göstərir, sonra bir 
neçə  dəfə  şagirdlərə   icra etdirir. Bundan sonra şagirdlərə «Dağılın!» komandası verilir. Şagirdlər 
meydançaya dağılıb sərbəst gəzişməyə başlayırlar. Birdən o, şagirdlərə müraciət edib deyir: «Boy sırası 
ilə düzlənin! Sağ  əlinizi qarşıda duran yoldaşınızın çiyninə qoyun!». Şagirdlər bu qayda ilə  sıraya 
düzülməni bir neçə dəfə təkrar edirlər. 
Müəllim qolu dirsəkdən açmaqla arxaya seyrəlmənin texnikasını da şagirdlərə öyrədir. Hərəkət 
«Sinif bir sıraya düzül!» komandası ilə bir neçə dəfə təkrar edilir. 
 
Kiçik toplarla ümuminkişaf etdirici hərəkətlər
I Ç.V.(çıxış vəziyyəti) – əsas duruş, top sol əldə. Bir sayda qolları 
yandan yuxarıya aparıb topu sağ  ələ ötürməli (bu zaman topa baxmalı); iki sayda qolları yandan 
aşağı salıb əvvəlki vəziyyətə  gətirməli; üç-dörd sayda top sağ  əldə, topu baş üzərində solə  lə ötürməli, 
hərəkət 5-6 dəfə təkrar olunur. 
II Ç.V. – ayaqlar çiyin bərabərində, top baş üzərində ikiəlli tutulur. Bir  
sayda irəli  əyilməklə topu ayaqlar arasına qoymalı (qıçlar bükülmür): iki sayda əvvəlki vəziyyətə 
qayıtmalı; üç-dörd sayda əyilməklə topu yerdən götürüb çıxış  vəziyyətinə qayıtmalı.  Əyilərkən nəfəsi 
buraxmalı, qalxarkən almalı. Hərəkət orta tempdə 3-4 dəfə təkrar olunur. 
III Ç.V. – əsas duruş, top sağ  əldə. Bir sayda topu döşəməyə vurmalı: iki sayda döşəməyə  dəyib 
sıçrayan topu ikiəlli tutmalı; üç-dörd sayda topu sol əldə tutub hərəkəti təkrar etməli. 
Topu yerə elə vurmaq lazımdır ki, sıçrayıb döş  səviyyəsinə  qədər qalxa bilsin. Tənəffüs 
müntəzəmdir. Hərəkət orta tempdə hər əllə üç-dörd dəfə təkrar edilir. 
IV Ç.V. – ayaqlar çiyin bərabərində, qollar yanda, top sol əldə. Bir sayda sola əyilərək topu arxadan 
sol əldən sağ ələ ötürməli; iki sayda çıxış vəziyyətinə qayıtmalı; üç-dörd sayda hərəkəti sağ tərəfə (top 
sağ əldə) təkrar etməli. Əyilərkən nəfəsi buraxmalı, qalxarkən almalı. Hərəkət aşağı tempdə dörd-beş dəfə 
təkrar olunur. 
V Ç.V. – əsas duruş, qollar irəlidə (çiyin səviyyəsində) top sol əldə, bir sayda qolları  aşağı salıb 
çöməlməklə qalxıb çıxış  vəziyyətinə qayıtmalı; üç-dörd sayda yenidən çömələrək topu sol ələ götürüb 
düzəlməli (çıxış vəziyyətinə qayıtmalı). Çömələrkən nəfəsi buraxmalı, qalxarkən nəfəs almalı. 
VI Ç.V. – əsas duruş, top sol əldə. Bir sayda qıçları dizdən büküb topu sol ayaq tərəfdə yerə 
qoymalı; iki sayda düzülməli; üç-dörd sayda hərəkəti top sağ  əldə olmaqla (sağ ayağın yanında yerə 
qoymaqla) icra etməli. Hərəkət iki dəfə sağ, iki dəfə isə sol tərəfə icra edilir. 
VII Ç.V. – əsas duruş, top sol ayaq tərəfdə döşəmə üzərində. Bir sayda üç dəfə yerində hoppanmalı; 
iki sayda  topun üstündən yana (sol tərəfə) hoppanmalı; üç-dörd sayda hoppanaraq əvvəlki vəziyyətə 
qayıtmalı. Hərəkəti, topu sağ ayağın yanında yerə qoyub (sağ tərəfə) hoppanmaqla təkrar etməli. Yerində 
addımlama. İrəli addımlama. Qolları yandan yuxarı aparmaqla nəfəs alıb-vermə. Adi yeriş. 
20 m. məsafəyə qaçış. Uşaqlar müəllimin komandası ilə yönü qaçılacaq tərəfə, start xəttində 
cərgəyə düzülürlər. Meydançada start və finiş  xətti qabaqcadan nişanlanmış, aralarındakı  məsafə 60-70 
sm olmaqla bir-birinə paralel 8-10 xətt çəkilmişdir. Hər dəfə starta on nəfər  şagird çağırılır. Onlar 
«Marş!» komandası verilən kimi qaçır və finiş  xəttini keçirlər. Birinci on nəfər qaçışa başlayan kimi 
növbəti on nəfər start xəttinə yaxınlaşır və öz yerlərini tuturlar. Müəllim qaçış zamanı  uşaqların üç 
məsələyə diqqət yetirmələrinə ciddi səy göstərir: 1) qaçış vaxtı bir-birinin qabağına keçməməli; 2) sürətlə 
deyil, sərbəst qaçmalı; 3) finiş  xəttini keçdikdən sonra dayanmamalı, yerişə keçməli və ya tənəffüs 
hərəkətlərini icra etməli. 

 305
 «Çağırış» oyunu. Müəllim uşaqları iki dəstəyə bölüb meydançanın əks tərəfində cərgəyə düzür və 
nömrələyir. Bundan sonra hər dəstənin qarşısında cərimə xətti çəkilir. Meydançanın ortasında diametri 1 
m olan dairə  çəkilir və  mərkəzinə toppuz qoyulur. Müəllimin işarəsi ilə nömrəsi çağırılan oyunçu cəld 
dairəyə  tərəf qaçır, toppuzu götürüb öz dəstəsinə çatdırır. Bu müddət digər dəstənin oyunçusu cərimə 
xəttinə çatana kimi əli ilə rəqibinə toxunmağa çalışır. Tutulmayan oyunçu bir xal qazanır. Daha çox xal 
toplayan dəstə qalib gəlir. 
Qaçış zamanı bir-birini itələməyə və toppuzu zorla əldən almağa icazə verilmir. Oyunun qaydasını 
pozanlar    xal hesabı ilə cərimə olunurlar. 
Bir cəhəti də qeyd etmək lazımdır ki, müəllim oyuna başlamazdan  əvvəl onun məzmununu və 
qaydalarını uşaqların nəzərinə çatdırır. O, deyir ki, bu qaydalara riayət etmək hamının Oyunun maraqlı 
keçməsi üçün onun qaydalarını hamı bilməli və ona düzgün əməl etməlidir. 
Bədəni sakitləşdirici hərəkətlər. Yeriş zamanı qollar yana, yuxarı, irəli və  aşağı.  Əllər boyun 
arxasında, başda, baş üzərində və s. Pəncə və dabanlar üstündə, ayaqların xarici və daxili  kənarı üstündə 
yeriş. 
Evə tapşırıq. Kompleks hərəkətlərin təkrarı. 
                                 
D Ə R S № _____ 
Mövzu:  Sıra təlimi, «Uzun dərə» və «Qazağı» rəqs elementlərinin və «Drma, qaç» oyununun 
öyrədilməsi. 
Vəzifələr: 1) seyrəltmə və sıxlaşma; 2) ümuminkişafetdirici hərəkətlər; 3) qızlara «Uzundərə» oyun 
havası ilə  əsas rəqs addımlarını öyrətmək; 4) oğlanlara «Qazağı» oyun havası ilə  əsas rəqs addımlarını 
öyrətmək; 5) «Durma, qaç» oyunu. 
Dərsin yeri: idman zalı. 
   Təchizat: piano. 
 Yeriş: adi, pəncələr üzərində, qolların müxtəlif vəziyyətlərində. 
 Qaçış: (asta) əllər boyun arxasında, yanlarda, beldə və s. Qaçışdan yerişə keçmək. Meydançanın o 
biri başında müəyyən sahəyə çatdıqda, dönməklə bir sıradan dörd sıra olmaq. Yerində saymaq, müəllimin 
komndası ilə sağa (sola) dönmək, hoppanaraq sağa (sola) dönmək. Qolları  aşağıdan-yandan yuxarı 
aparmaqla dərin nəfəs alıb-vermək. 
 «Qollararası seyrəl!» komandası ilə cərgələrdə yana seyrəlmək. Bu zaman sağ cinahdakı şagirddən 
başqa hamı qolları yana qaldırmaqla bitişən addımlarla sol tərəfə seyrəlirlər. «Sinif, sağa sıxlaş!» 
komandası ilə uşaqlar əvvəlki vəziyyətə qayıdırlar. 
Ümuminkişafetdirici hərəkətlər 
I Ç.V. – əsas duruş, baş aşağı, qollar qabaqda çarpaz vəziyyətdə. Bir – iki sayda qollar yanlardan 
yuxarı qaldırılır. (barmaqlar sıxılır, ovuclar dala baxır); üç – dörd sayda əvvəlki vəziyyətə  gətirilir. 
Hərəkət yavaş tempdə dörd – beş dəfə icra olunur. 
II Ç.V. – əllər boyun arxasında, ayaqlar çiyin bərabərində. Bir – iki sayda gövdəni sağa; üç – dörd 
sayda isə sola əyməli. 
III Ç.V. – əsas duruş, əllər beldə, bir – iki sayda gövdəni düz saxlayıb pəncələr üstdə çöməlməli; üç 
– dörd sayda çıxış vəziyyətinə qayıtmalı. Hərəkət yavaş tempdə yerinə yetirilir . 
IV Ç.V. – ayaqlar çiyin bərabərində, qollar yanlarda, bir – iki sayda sola irəli  əyilməli, sol qıçı 
dizdən bükməli, diz   bükümündə əl çaldıqdan sonra çıxış vəziyyətinə qayıtmalı; üç – dörd sayda hərəkəti 
sağ tərəfə təkrar etməli. 
V Ç.V. – qıçlar düz vəziyyətdə döşəmədə oturmalı, qollar yanlarda. Bir – iki sayda sol qıçı düz 
yuxarı qaldırmalı, diz bükümündə əl çalmalı, qıçı çıxış vəziyyətinə qaytarmalı; üç – dörd sayda hərəkəti 
sağ qıçla təkrar etməli. 
VI Ç.V. – sağ ayaq irəlidə, sol ayaq üstdə dayanmalı. Bir – iki sayda iplə növbə ilə sağ, üç – dörd 
sayda isə sol ayaq üstdə hoppanmalı. Yerində addımlamalı. Dörd addım pəncələr və üç addım dabanlar 
üstdə yeriş. 
 «Uzundərə» oyun havası üzrə birinci növ rəqs addımları (qızlar üçün). Ç.V. – ayaqlar bir yerdə. 
Sağ qol gövdədən qabaqda, çiyindən bir qədər aşağı vəziyyətdə. Dirsək aşağı salınmış, əl isə barmaqları 
azacıq bükməklə bir qədər yuxarı qaldırılmışdır. Ovucun içi bir qədər kənara yönəldilmişdir. Sol qıç çiyin 

 306
səviyyəsindən yana doğru açılmışdır. Dirsək aşağı salınmış,  əl azacıq yuxarı qaldırılmış, barmaqlar bir 
qədər bükülmüşdür. 
Bir sayında – sağ ayağın  əvvəlcə dabanını, sonra isə  pəncəsini yerə qoymaqla irəliyə doğru bir 
addım atılır, sol ayaq yarımpəncədə sağa birləşdirilir. 
İki sayında – sağ ayaq yarımaddım irəli ( həmin hərəkət yarympəncə    üzərində  də edilir) atılır. 
Hərəkət o biri ayaq üzərində (sol) təkrar olunduqda qollar yerlərini dəyişir. Gövdə düz saxlanılır,  çiyinlər 
dönmür. 
Müəllim sadə rəqs addımlarının səlis və sürüşkən olmasına çalışır. Bu rəqs addımları yalnız irəliyə 
doğru atılır. Onu dairə boyu və geriyə getməklə də icra etmək olar. 
 «Durma, qaç!» oyunu (oğlanlar üçün).  Oğlanlar iki dəstəyə bölünür və başçılar təyin edilir. 
Dəstələr bir-birindən 10-12 addım aralıda sıraya düzülürlər. Hər dəstənin qarşısında diametri 1 m olan 
dairə  çəkilir və  uşaqlar nömrələnir (hazırlıq işləri qabaqcadan görülmüş). Nömrəsi çağırılan oyunçular 
(nömrələr başçılar tərəfindən növbə ilə çağırılır) dairəyə girib, üzü öz dəstəsinə  tərəf qaçış  vəziyyəti 
alırlar. Başçının «Başla!» komandası (işarəsi) ilə hər iki oyunçu öz dəstəsinin ətrafına ıdolanır və cəld öz 
dairəsinə daxil olmağa çalışır. Daha tez dairəyə girən oyunçu bir xal qazanır. Çox xal toplayan dəstə qalib 
gəlir. 
Müəllim və başçılar qaçış dövründə oyunçuların bir-birini itələməməsinə nəzarət edirlər.  
Müəllimin göstərişi ilə  oğlan və  qız qrupları öz yerlərini dəyişirlər. Qızlar sərbəst «Durma, qaç!» 
oyunu ilə  məşğul olurlar. Oğlanlar isə müəllimin rəhbərliyi ilə  rəqs elementlərinə yiyələnməyə  
başlayırlar. 
«Qazağı» oyun havası üzrə    rəqs addımları (oğlanlar üçün). Ç.V. – əsas duruş, qollar çiyin 
səviyyəsində yanlara açılmış, ovuclar kənara tərəf çevrilmiş, barmaqlar yuxarı qaldırılmışdır. 
Bir sayında – sağ ayaqla (bütün   pəncə – daban üstdə) bir addım irəli atılır. Sol ayaq yarımpəncə 
üstdə sağ ayağa bitişdirilir.  
İki sayında – sağ ayaqla yarımpəncə üstdə yarımaddım irəli. Həmin    hərəkətlər sağ ayaqla da təkrar 
olunur. Rəqs addımları səlis və düzgün istiqamətdə icra edilir. 
Bədəni sakitləşdirici hərəkətlər. Pəncə  və dabanlar üzərində yeriş,            pəncələr üzərində yeriş, 
qolları qabaqcadan  yuxarı aparmaqla yeriş. 
Ev tapşırığı: Rəqs addımlarını təkrar etməli. 
 Bunlardan göründüyü kimi, müəllim dərs üçün elə  vəzifələr qarşıya qoymuşdur ki, həmin proses 
şagirdlərin yarımqrupa bölünərək fiziki hərəkətləri  yerinə yetirmələrinə və oyunlarla məşğul olmalarına 
imkan vermişdir. Yəni müəllim yeni rəqs elementlərini hər hansı bir yarımqrupa (oğlan) öyrədən vaxt, 
digər yarımqrup  şagirdləri (qız) müstəqil olaraq «Durma, qaç!» oyununu oynamışlar. Sonra isə 
yarımqruplar yerlərini, hərəkət  və oyunları  dəyişmişlər. Tədris prosesinin bu cür təşkili iki cəhətdən 
əhəmiyyətlidir: 1) şagirdlərdə müstəqillik, təşəbbüskarlıq, intizam və s. kimi keyfiyyətlərin inkişafı üçün 
şərait yaranmış; 2) şagirdlər tədris prosesində müvafiq fizioloji yüklə  təmin olunmuş, bu isə  dərsin 
intensivləşdirilməsinə zəmin yaratmışdır. 
Müşahidələr göstərir ki, bir sıra müəllimlər gimnastika hərəkətlərini, yüngül atletika elementlərini 
şagirdlərin gözləri önündə nümayiş etdirirlər. Lakin bu hərəkət və elementlərin yerinə yetirilməsi 
texnikası şagirdlərə izah edilmir. Bəzən də həmin hərəkətlərin icraolunma texnikası sistemsiz şəkildə izah 
edilir. Bir qrup sinif müəllimləri isə  əksinə, yəni hərəkətlərin icrasını  şagirdlərə sözlə izah edir, fiziki 
hərəkətlərin yerinə yetirilmə metodikasını  və onların orqanizmə  nə kimi təsir etdiyini soruşurlar. Yeri 
gəldikcə, şagirdlərin qarşısında düşündürücü suallar qoyur, məsələni müsahibə yolu ilə aydınlaşdırırlar. 
Bütün bunlar şagirdlərin idrak fəallığını yüksəldir, sağlamlıq bədən tərbiyəsi və idman fəaliyyətini daha 
da artırır. Lakin müşahidə edilmişdir ki, müəllimlər bəzi hərəkəti özləri yerinə yetirmirlər. Akrobatika, 
sürünmə, müvazinət və dırmaşma hərəkətləri və s. müəllim tərəfindən deyil, ilk dəfə şagirdlər tərəfindən 
icra olunur. Bundan sonra uşaqlar fəal yoldaşlarına baxaraq həmin hərəkəti icra edirlər. Hətta bəzi 
şagirdlər hərəkətləri özləri bildikləri kimi sərbəst və müstəqil olaraq icra edirlər.  İşə belə yanaşmaq 
hərəkətin texnikasına  şagirdlərin çətinliklə yiyələnmələrinə,  əksər hallarda onun düzgün yerinə 
yetirilməməsinə  səbəb olur. Bədən tərbiyəsinin tədrisi prosesində müəllimin rolunun aşağı düşməsi öz 
funksiyasını icra etməməsi  şagirdlərin gələcək idman fəaliyyətinə öz mənfi təsirini göstərir. Daha 
doğrusu, işə belə münasibət uşaqlarda kiçik məktəbyaşı dövründən başlayaraq, vacib təbii hərəkət 

 307
vərdişlərinin (yeriş, qaçış, tullanma, dırmaşma, atma, müvazinət və s.) düzgün aşılanmasına, həmçinin 
hərəkət keyfiyyətlərinin inkişafına maneçilik törədir. Yuxarı siniflərdə isə  həmin  şagirdlərə düzgün 
hərəkət vərdişlərini aşılamaq və hərəkət keyfiyyətlərini inkişaf etdirmək daha da çətinləşir. 
              Qeyd etmək lazımdır ki, ibtidai siniflərdə bədən tərbiyəsindən dərs deyən müəllimlərin bir 
çoxu sıra hərəkətlərinə, onun düzgün icrasına kifayət qədər əhəmiyyət vermirlər. Onlar yalnız uşaqların 
diqqətini dərsə yönəltmək məqsədilə istifadə etdiklərini bildirirlər. Bədən tərbiyəsinin tədrisində yalnız 
yüngül atletika elementlərini və  mütəhərrik oyunları əsas və vacib tədris materialı hesab edirlər. 
    Doğrudur, sıra hərəkətlərinin yerinə yetirilməsində  şagirdlərin diqqətini tədris prosesinə  cəlb 
etmək də az əhəmiyyət kəsb etmir. Lakin müəllim tədris etdiyi materialın zəruriliyinə birtərəfli 
yanaşmamalı, bütün tədris materialının, o cümlədən sıra hərəkətlərinin  şagirdlərin dərsdə 
fəallaşdırılmasında, yüksək intizamlılıq və mütəşəkkilllik yaradılmasında, əməyə və Vətənin müdafiəsinə 
hazırlıq işində onun rolunu dərk etməlidir.  Sıra hərəkətlərinin tədrisinə  səthi yanaşılması  nəticəsində, 
kiçik məktəbyaşlı  uşaqlar onu lazımi səviyyədə icra edə bilmirlər.  İbtidai siniflərdə  sıra elementlərinə 
yiyələnməmək, onların yuxarı siniflərdə yüksək səviyyədə öyrənilməsini çətinləşdirir. Hətta, yuxarı sinif 
şagirdləri sıra hərəkətlərini yerinə yetirməyə maraq göstərmir, hərəkəti məcburi olaraq icra edirlər. Bu isə 
istər-istəməz tədris prosesinə öz mənfi təsirini göstərir. 
Təcrübə göstərir ki, fiziki hərəkətlərin şagirdlər tərəfindən  yaxşı öyrənilməsi üçün müəllim hərəkəti 
əvvəlcə özü icra etməli, onun şagirdlər tərəfindən qüsursuz və  səlis icrasına nail olmaqdan ötrü, yeri 
gəldikcə, həm də lazımi izahat verməlidir. Bundan əlavə, müəllim  şagirdlərin diqqətini mənimsənilən 
materialın yerinə yetirilmə metodikasına cəlb etməlidir. Bütün bunlarla yanaşı, öyrənilmiş  hərəkətləri 
əvvəlcə  fəal  şagirdlərin bir neçəsinə, sonra isə bütün şagirdlərə icra etdirmək, pedaqoji, metodiki və 
psixoloji cəhətdən vacibdir. 
  Tədris səviyyəsinin yüksədilməsində  dərsin intensivləşdirilməsinin çox böyük əhəmiyyəti vardır. 
Ayrı-ayrı fiziki hərəkətlərin yerinə yetirilməsində, müxtəlif məqsədli mütəhərrik oyunların təşkili və 
keçirilməsində, eləcə  də yüngül atletika elementlərinin icrasında bütün şagirdlərin maksimum dərəcədə 
iştirakı, dərs prosesində boşdayanma hallarını aradan qaldırır, hamının məşğul olmasına möhkəm zəmin 
yaradır və intensivliyini artırır. Bunun üçün də, müəllim fiziki hərəkətlərin öyrənilməsinə və mütəhərrik 
oyunların keçirilməsinə ayrılmış vaxtdan səmərəli istifadə edərək, qısa müddət  ərzində daha çox fiziki 
hərəkət icra etdirməyə nail olmalıdır. Bu zaman hərəkətlərin düzgün və  səlis yerinə yetirilməsi diqqət 
mərkəzində durmalı, oyun dövründə qaydaların pozulmasına, intizamsızlıq hallarının yaranmasına imkan 
verilməməlidir.  
Təcrübədən aydın olur ki, bəzi müəllimlər fiziki tərbiyə üzrə  nəzəri məlumatların verilməsi, 
həmçinin dərsin izahı  və  hərəkətlərin göstərilməsi hesabına, bəzi müəllimlər is gimnastika, yüngül 
atletika elementlərinin və mütəhərrik oyunların öyrədilməsinə ayrılmış vaxtı azaltmaqla, onun 
intensivləşdirilməsinə  səy göstərirlər.  Əlbəttə, dərsin intensivliyini həmin yollla yüksəltmək mümkün 
deyildir.  İntensivləşdirmədən ötrü, hər  şeydən  əvvəl, dərsin ümumi sıxlığını artırmağa, eyni zamanda 
hərəkəti daha çox şagirdin icra etməsinə nail olmaq lazımdır. Bu məqsədlə  tədris prosesində bütün 
şagirdlər hərəkətlərlə  məşğul olmalı, boşdayanma hallarına qətiyyən yol verilməməlidir. Bundan əlavə, 
dərsin intensivləşdirilməsinin  əsas  şərtlərindən biri də  məqsədəuyğun olmayan yeriş, sıra və s. 
hərəkətlərin həddindən artıq təkrar olunmamasıdır. 
 Yadda saxlamaq lazımdır ki, uşaqların marağına az səbəb olan mütəhərrik oyunları, mürəkkəb 
fiziki hərəkətləri dönə-dönə icra etmək uşaqların məşğələyə olan həvəsini azaldır, onlar müxtəlif 
bəhanələrlə bədən tərbiyəsi dərslərindən yayınırlar. 
Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, dərsin intensivləşdirilməsi pedaqoji-metodiki   nöqteyi-
nəzərdən iki cəhətdən mühüm əhəmiyyətə malikdir. Əvvəla, intensivləşdirmə  şagirdlərin fiziki yüklə 
lazımi qədər təmin olunmasına imkan verir. İkincisi, şagirdlərin bədən tərbiyəsi fənninə maraq və meylini 
artırır. 
 
 
 
 
 

 308
 
 
 
«Fiziki tərbiyə» fənni üzrə bir dərsin 
təxmini icmalı 
 
                                          Təsdiq edirəm: 
                             Tədris işləri üzrə direktor müavini: 
   
 
    Mətanət Quliyeva 
                              «____» fevral 2008-ci il. 
 
                                 D Ə R S № _______ 
  
Mövzu: 1. Dayaqlı oturuşda irəli mayallaq aşmaq; 2. Tullanmalar; 3. «Çağırış oyunu». 
Vəzifələr: 1. İrəli mayallaq aşmağın və hoppanmaların öyrənilməsi; 
2. «Çağırış» oyununun təşkili və keçirilməsi. 
Keçirildiyi yer: İdman zalı. 
 Təchizat: Gimnastika döşəkləri,   təbaşir, top. 

 309
 
Dərsin 
hissələri 
Dərsin məzmunu Dozalaşdırma Metodik 
göstəriş 
        1 
           2 
   3 
    4 
Hazırlıq 
hissə 8– 
10  dəq. 
 
 
  Düzülmə,  sayma,raport, dərsin 
mövzu      və vəzifələrini elan etmək.  
Sağa-sola dönmələr.  Müxtəlif növ 
yerişlər,  asta və orta tempdə qaçış.   
Qaçışdan sonra   yerişə keçmək. 
Ümuminkişafetdirici hərəkətlər. 
 
 
 
1.Çıxış vəziyyəti: əsas duruş. 1 
sayda qollar irəlidə. 2 sayda qolları 
yuxarı qaldırmaq (əllər açıq, 
ovuclar bir-birinə baxır). 3 sayda 
qollar yanlarda. 4 sayda əsas 
duruş. 
 
 
 
Yeriş və 
qaçışlar 2-3 
dəq. davam 
etməli. 
 
 
 
Hərəkətlərin 
düzgün 
icrasına 
diqqət 
yetirməli. 
 
 
Hərəkət 3-4 
dəfə icra 
olunur. 
 
 
Gövdənin,ba
şın, qolların 
düzgün 
olmasına 
diqqət 
yetirmək. 
 
 
2. Ç.V.-Əsas duruş. 1-2 sayda qollar 
yanlardan yuxarı qaldırılır (ovuclar bir-
birinə baxır); 3-4 sayda qollar əvvəlki 
vəziyyətə gətirilir. 
 
Hərəkət 4-5 
dəfə təkrar 
olunmalı 
 
Qamətin, 
əllərin 
düzgün 
tutulmasına 
diqqət 
yetirmək 
 
3. Ç.V. – əllər boyun arxasında, 
ayaqlar çiyin bərabərində. 1-2 sayda 
gövdəni sağa, 3-4 sayda isə sola 
əyməli. 
 
Hərəkət 4-5 
dəfə təkrar 
olunur. 
 
Qamətin 
düzgün 
tutulmasına 
diqqət 
yetirmək 
 
4. Ç.V.- əsas duruş, əllər beldə. 1 
sayda gövdəni sağa döndərməli. 2 
sayda əvvəlki vəziyyətə qayıtmalı. 3-4 
sayda hərəkəti sol tərəfə   etməklə 
təkrar etməli. 
 
 
Hərəkət 3-4 
dəfə təkrar 
olunmalı  
 
 
 
 
 
Sinə 
irəli, baş, 
gövdə düz 
saxlanılmalı 
 
5. Ç.V. – ayaqlar çiyin bərabərində, 
qollar yanlarda. 1-2 sayda qıçı dizdən 
bükməklə sola irəli əyilməli. 3-4 sayda 
isə hərəkəti sağa əyilməklə etməli. 
 
 
Hərəkət 3-4 
dəfə təkrar 
olunur. 
 
 
Başı düz 
saxlamalı, 
tənəffüs 
müntəzəm 
edilməli. 
 
6. Ç.V.- sağ ayaq irəlidə. 1-2 sayda iplə 
növbə ilə əvvəlcə sağ, sonra isə 3-4 
sayda sol ayaq üstündə hoppanmalı. 
Yerində addımlamalı. 4 addım 
pəncələr, 3 addım isə dabanüstə 
yeriş. 
 
 
Hərəkət hər 
iki ayaq 
üstündə 4-5 
dəfə icra 
olunur. 
 
 
 
Tənəffüs 
müntəzəm, 
qamət isə 
düz 
tutulmalı 
 

 310
 
Əsas hissə 
–25-30 
dəq. 
 
I. Dayaqlı 
oturuşdan 
irəli mayallaq 
aşmaq 
a) dayaqlı oturmaq qaydasını öyrətmək; 
b) əllərin döşək üzərinə qoyulması və 
ona istinad edilməsini öyrətmək; 
v) aşma və 
yuvarlanmanı öyrətmək. 
 
 
 
 
Hərəkəti bir 
neçə dəfə 
təkrar 
etmək. 
 
 
 
 
 
 
Aşma, 
yuvarlanma 
kürəklər 
üzərində 
edilməli 
(başa, 
boyuna isə 
istinad 
olunmamalı) 
 
2. Tullanmalar 
a) hərəkətin 
əhəmiyyəti 
haqqında məlumat; 
b) sağ və sol ayaq üzərində irəliyə 
tullanmanı öyrətmək. 
v) dönərək 
hoppanmaları öyrətmək. 
 
 
Hərəkəti 2-3 
dəfə təkrar 
etməli. 
 
 
 
 
 
 
---------------
-------- 
 
 
 
3. «Çağırış» oyunu. 
a) oyunun 
əhəmiyyəti haqqında məlumat; 
b) oyunun gedişini izah etmək; 
v) oyunun 
qaydalarını izah 
etmək; 
q) oyunda qalib gəlmə şərtlərini 
izah etmək; 
e) oyunun təşkili və keçirilməsi. 
 
 
Oyunu 2-3 
dəfə təkrar 
etmək. 
 
 
 
 
 
 
 
 
Oyunun 
gedişi 
Qaydaları 
aydın bir 
şəkildə izah 
olunmalı, 
qalib 
komandaları 
ədalətli 
olaraq 
müəyyən 
etməli. 
 
 
Tamamla
yıcı hissə 
– 3-5 
dəqiqə. 
 
Bədəni sakitləşdirici hərəkətlər 
a) pəncələr, dabanlar, ayaqların 
daxili və kənar hissəsi üstündə 
yerişlər; 
b) qolların müxtəlif        
vəziyyətlərində yerişlər; 
v) asta qaçış, qaçışdan yerişə 
keçmək; 
q) tənəffüs  hərəkətləri; 
d) ev tapşırıqları və 
qiymətləndirmə. 
 
 
 
Hərəkətlər 
2-3 
dəq. davam 
etməli. 
 
Tənəffüs 
hərəkətləri 
müntəzəm 
və 
düzgün icra 
olunmalıdır. 
 
 
 
 
 
Tərtib edən sinif müəllimi: 
Qardaşəliyeva Aytən Kərim qızı 
(soyadı, adı, atasının adı) 
 
 
 
 

 311
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
Azərbaycan dilində 
1.
 
Azərbaycan Respublikası Prezidenti H.Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin 
yaranmasının onillik yubileyi haqqındı sərəncamı. Bakı şəhəri, 12 dekabr, 2000-ci il. 
2.
 
Heydər  Əliyev və Azərbaycanda Olimpiya hərəkatı layihənin rəhbəri:İlham  Əliyev, müəlliflər: 
Ç.Hüseynzadə, C.Rəhimov. Bakı, 2002-ci il. 
3.
 
İ.Əliyev Azərbaycanda Olimpiya hərəkatı. Bakı,2002-ci il. 
4.
 
Azərbaycan Respublikasının Konstitusiyası.Bakı.1998-ci il. 
5.
 
Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu. Bakı. «Öyrətmən» nəşriyyatı. 1993-cü il. 
6.
 
Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. «Azərbaycan müəllimi» qəzeti, 7 sentiyabr, 
2009-cu il. 
7.
 
Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu. «Olimpiya dünyası» 
qəzeti, 7 sentiyabr, 2009-cu il. 
8.
 
Səkkizillik və Orta məktəb proqramları. Bədən tərbiyəsi (I-XI siniflər üçün) tərtibçilər-Quliyev 
B.S., Nəsrullayev M.Ə. Bakı, 1981-cı il. 
9.
 
 Orta ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün bədən tərbiyəsi proqramları. Bakı, 1996-cı il. 
10.
 
İbtidai sinif müəlliminin stolüstü kitabı. (Buraxılışa məsul Professor Y.Kərimov), Bakı, 2001-ci il. 
11.
 
Kazımov N.M., Haşimov Ə.Ş. Pedaqoqika. Bakı «Maarif» nəşriyyatı, 1996-ci il. 
12.
 
Kazımov N.M. Məktəb pedaqoqikası. Bakı, «Çaşıoğlu» nəşriyyatı, 2002-ci il. 
13.
 
Əhmədov B.A.Rzayev A.Q. Pedaqogikadan mühazirə konspektləri. Bakı, «Maarif» nəşriyyatı, 
1983-cü il. 
14.
 
Talıbov Y.R., Ağayev Ə.A. və b. Pedaqoqika. Bakı. «Maarif» nəşriyyatı, 1993-cü il. 
15.
 
Əhmədov H. XIX əsr Azərbaycan məktəbi. Bakı «Maarif» nəşriyyatı, 1985-ci il. 
16.
 
Paşayev Ə.X., Rüstəmov F.A.Pedaqoqika. Bakı, «Çaşıoğlu» nəşriyyatı, 2002-ci il. 
17.
 
Acalov E, Əzizova  Ş,  Əkbərov V. Bədən tərbiyəsi və idmanın tarixi (Ali məktəblər üçün dərs 
vəsaiti), “Müəllim”nəşr, B,2007-ci il. 
18.
 
Abiyev A.Q. Quliyev D.K. Helsinkidən başlayan yol. “Adiloğlu” nəşr, B, 2002-ci il. 
19.
 
Quliyev G.B.Çağırışaqədər dövrdə gənclərin güləş üzrə məşğələlərinin təşkili. B., 2005-ci il. 
20.
 
Musayev İ.B.Fiziki tərbiyənin əsasları. B,, 1991 
21.
 
Qurbanov H.H. Əsgərov A.Y., Ramazanov.Ə.X. Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası. B., 
“Avrora” nəşr, 2006 
22.
 
Quliyev B.S. İbtidai siniflərdə bədən tərbiyəsi. B., “Maarif” nəşr, 1974-cü il. 
23.
 
Quliyev B.S. İbtidai siniflərdə bədən tərbiyəsi dərsləri. B. “Maarif”nəşr, 1977-ci il. 
24.
 
Quliyev B.S.Acalov E.F., Məmmədov H.N., Nəsrullayev M.Ə. Bədən tərbiyəsinin tədrisi 
təcrübəsi. B., “Maarif” nəşr., 1978-ci il. 
25.
 
Quliyev B.S., Acalov E.F., Nəsrullayev M.Ə. Ümumtəhsil məktəblərində  bədən tərbiyəsi 
tədrisinin təkmilləşdirilməsi yolları. B, “Maarif” nəşr, 1982-ci il. 
26.
 
Quliyev B.S., Bədən tərbiyəsinin  şərh və göstərmə metodları. Bax: Təlim metodlarının 
təkmilləşdirilməsinin nəzəri və praktik məsələləri. B., “Maarif”nəşr, 1981-ci il. 
27.
 
Quliyev B.S. Fiziki tərbiyə  dərsinin səmərəliliyini yüksəltməyin bəzi  şərtləri. Bax: Azərbaycan 
Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyətinin 82-ci elmi konfransının materialları. 
III buraxılış, s.298-299, B, ADPU-2002-ci il. 
28.
 
Quliyev B.S. Tələbələrin orta məktəbin I-VIII siniflərində  bədən tərbiyəsi və kütləvi idman 
işlərinin təşkilinə hazırlanması məsələləri. B, ADPU-nəşr, 1994-cü il. 
29.
 
Nəsrullayev M.Ə.Məktəblilərin fiziki tərbiyəsi. Dərs vəsaiti. B, 2003-cü il. 
30.
 
Hüseynov Ə.H. Təbii və fiziki amillərin sağlamlığa təsiri. B., “Uşaqgəncnəşr”, 1959-cu il. 
31.
 
Nərimanov B.Ə,,Əlyeva S.Ə.,Nərimanov E.Ə.İdman gimnastikası. B., “Müəllim” nəşr, 2004-cü il. 
32.
 
Babayev Ə.A, Əliyev S.Q. Bədən tərbiyəsində həkim nəzarəti və idman travmatizmi. B. “Maarif” 
nəşr, 1965-ci il. 
33.
 
Ağayev H.H., Hüseynov S.S.Azərbaycan uşaq mütəhərrik oyunları. B., “Maarif” nəşr, 1989-cu il. 

 312
34.
 
Rəsulov R.Y, Baxşəliyev R.M. İbtidai siniflərdə mütəhərrik oyunlar. B., 1985-ci il. 
35.
 
Abbasov T.T. İdman və mütəhərrik oyunlar. B., “Maarif” nəşr, 1987-ci il. 
36.
 
Aslanov İ.Ə.Ümumtəhsil məktəblərində bədən tərbiyəsi. “Maarif”nəşr, 1976-cı il. 
37.
 
Əbdürəhmanov S.H. İdman üzgüçülüyü. B, 1999-cu il. 
38.
 
Qasımov H.İ., Cəfərov Q.T. İdman təbabəti, müalicə  bədən tərbiyəsi, massaj. B., “Mütərəcim”, 
2002-ci il. 
39.
 
Həsənov M. Günüuzadılmış məktəbdə, qruplarda təlim-tərbiyə işləri. B, “Maarif”nəşr, 1976-cı il. 
40.
 
İsmayılov A. Günüuzadılmış qruplarda tərbiyə işinin məzmunu. B., “Maarif” nəşr, 1975-ci il. 
41.
 
Baxşəliyev R.Fiziki və hərbi-tətbiqi təlimlərin fizioloji əsasları. Bakı.1977-ci il. 
42.
 
Qurbanov X.Acalov E. Bədən tərbiyəsi və idmanın ümumi tarixi. Bakı, «3 saylı Bakı mətbəəsi» 
ASC, 2007-ci il. 
43.
 
Salmanova N.B. «Vətənin müdafiəsinə hazıram kompleksi» Bakı, 2004-cü il. 
 
 
 
 
 
Rus dilində 
 
44.
 
Fiziçeskaə kulğtura v şkole. Metodika urokov I-III klassax.Pod.red.Q.P.Boqdanova.M.,izd. 
«Prosvehenie», 1971 q. 
45.
 
B.M.Kaçaşkin. metodika fiziçeskoqo vospitaniə. M, izd. «Prosvehenie», 1979 q. 
46.
 
Qimnastika i metodika prepodavaniə. Pod obh. ped. B.M.Smolevskoqo.M.,izd.«Fizkulğtura i 
sport», 1987q. 
47.
 
Plavanie. Pod obh. red. N.İ.Bulqakovoy. M. izd. «Fizkulğtura  sport», 1984 q. 
48.
 
L.V.Bıleeva., İ.M.Korotkova. podijnıe iqrı. M., izd. «Fizkulğtura i sport», 1982 q. 
49.
 
E.R.Vilğkin, T.M.Kaneveü. Orqanizaüiə rabotı po massovoy fiziçeskoy kulğture i sportu. M., izd. 
«Fizkulğtura i sport», 1985 q. 
50.
 
Fiziçeskoe vospitanie v qruppax  şkolax prodlennoqo dnə. Posobie podqotovleno: T.A.Tretilovoy, 
P.E.Burakom i dr.,  M. izd. «Prosvehenie», 1979 q. 
51.
 
A.R.Laptev, A.A.Minx. Qiqiena fiziçeskoy kulğturı i sporta. M., izd. «Fizkulğtura i sport», 1979 
q. 
52.
 
Fiziçeskie vospitanie uçahixsə podqotovitelğnoy mediüinskoy qruppı. Pod red. L.İ.Kuznetüovoy. 
M. izd. «Prosvehenie», 1970 q. 
 
 
 
 
 

 313
РЕЗЮМЕ 
 
 
Учебное  пособие  «Основы  теоретических,  методических  и  практических  работ  по 
физическому  воспитанию»  создаётся  впервые  для  студентов  педагогических  факультетов,  по 
специальности «Методика и педагогика начального образования». 
В  учебном  пособии  говорится  о  зарождении  и  развитии  физической  культуры  и  спорта  с 
древнейших времен и до наших 'дней, а также об участии и успехах азербайджанских спортсменов 
на Олимпийских играх. 
В книге освещаются основы системы физического воспитания в Азербайджане и понятия в 
этой  сфере,  а  также  сущности  цели,  задачи  и  средства  физического  воспитания  в  начальных 
классах.  Рассказывается  о  научно-теоретических  основах  обучения  физического  воспитания  и  о 
его принципах и современных методах обучения, анализируется и обобщаются содержание, цели 
учебных программ и планы XIX -XX века и современности. 
В  пособим  излагаются  особенности,  цели,  задачи,  типы,  структуры,  части  и  формы 
организации  и  методы  преподавания  на  уроках  по  физической  культуре  в  младших  классах, 
даются  рекомендации  по  их  планированию.  Раскрываются  содержание  основ  знаний,  правила 
первой медицинской помощи в процессе физического воспитания, обратив основное внимание на 
методику преподавания гимнастики, национальным танцам, атлетике, кроссу и подвиженые игры. 
В  книге  отражаются  основы  организации  и  проведение  оздоровительных  мероприятий, 
упражнений  для  двигательного  режима  учащихся,  физического  воспитания  в  малокомплектных 
школах  и  специальных  медицинских  группах.  А  также  излагается  методика  организации  и 
проводение внеклассных и внешкольных работ физического воспитания, физического воспитания 
в семьях, совместные работы в школах, родителей и общественности по физическому воспитанию. 
 
 
 
 
 

 314
SUMMARY 
 
Text book "Basis of theoretical, methodical and practical work on physical training" is written 
for the first time for the students of the pedagogical faculty on specialty. Method and pedagogies in the 
primary education. 
Here is described on creation and development of physical training and sport since the ancient 
time up to our present time and the same the participation and successes of Azerbaijani sportsmen in 
Olympic games. 
 

Document Outline

  • IX.4. Ailədə uşaqların bədən tərbiyəsi dəqiqəsi

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin