Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   38

                                   Bayrağı dəyişdirək 
   Meydançanın bir tərəfində bir-birindən bir addım aralı 4-5 dairə  çəkilir, hər dairədə bir bayraq 
qoyulur (bayraqlar bir rəngdə olmalıdır). Meydançanın o biri tərəfində düz xətt çəkilir. Uşaqlar həmin 
xəttin dalında qarşı-qarşıya 4-5 cərgə düzülürlər. 
    Cərgədə birinci dayanan uşaqlara bir rəngdə (məsələn, qırmızı rəngli) bayraqlar verilir. 
   Tərbiyəçinin: «Bir, iki, üç, qaç» işarəsi ilə  əllərində bayraqlar olan uşaqlar dairələrə doğru 
qaçaraq,  əllərindəki bayraqları dairədəki göy rəngli bayraqlarla dəyişdirib geri qayıdır və öz yerlərində 
duraraq bayraqları yuxarı qaldırırlar. Bayrağı tez gətirib qaldıran uşaq oyunda udmuş hesab olunur. 
Həmin uşaqlar bayraqları sonrakı yoldaşlarına verib, özləri cərgənin axırında dayanırlar. Beləliklə, bütün 
uşaqların iştirakı ilə oyun davam etdirilir. 
                               
 
 
Kəpənəyin tutulması 
   Tərbiyəçi oynayan uşaqlardan 4 nəfərini seçib ayırır. Bunlar topla kəpənək tutan uşaqları, qalan 
uşaqlar isə «kəpənəkləri» təmsil edirlər.  Əllərində tor olan uşaqlar bir tərəfə (meydançanın kənarına) 
çəkilirlər. Tərbiyəçi onların yanında dördbucaq bir yer – «qutu» cızır. Tutulmuş «kəpənəkləri» uşaqlar ora 
toplamalıdırlar. 
   Tərbiyəçi «uçun» dedikdə «kəpənəklər»in hamısı meydançada uçur. «M» işarəsi üzrə ayrılmış 4 
uşaqdan ikisi «kəpənəkləri» vurmağa çalışır. 

 261
    Onlar  kəpənəklərin yanında  əllərini bir-biirinə vuraraq «kəpənəkləri» tuturlar, sonra onları 
«qutuya» - cizgi çəkilmiş yerə aparırlar. 
   Uşaqlar tutduqları «kəpənəkləri» apararkən, o biri «kəpənəklər» cəld «gülün» üstünə qonub 
durduqları yerdə hərəkətsiz dayanırlar. Bu zaman otaqda – meydançada sakitlik olur. 
   Tərbiyəçinin yenidən «tutun» işarəsi ilə qalan 2 uşaq «kəpənək» tutmağa gedir. 
   3-5 «kəpənək» tutduqdan sonra hər uşağın neçə «kəpənək» tutduğu qeyd olunur. Sonra «kəpənək» 
tutmaq üçün başqa uşaqlar seçilir və oyun yenidən başlanır. 
    Oyunu 6-8 dəfə təkrar etmək olar. 
 
                      Əsas hərəkət – dartınma halqadan keç 
    Meydançanın mərkəzində bir-birindən 1 – 2 addım aralı məsafədə 5 – 6 halqa qoyulur. 
   Meydançanın (otağın) bir tərəfində bir xətt üzərində halqalarla qarşı-qarşıya onların sayı  qədər 
bayraqlar düzülür. Meydançanın o biri tərəfində yenə bir xətt çəkilir. Xəttin o tərəfində  uşaqlar 5-6 
manqaya bölünüb düzlənirlər. 
Hər manqa öz halqasının qarşısında sıraya düzülür. Tərbiyəçinin «Başlayın» işarəsi ilə  hər manqada 
dayanmış birinci uşaq öz halqasının yanına qaçıb çöməlir və halqanı götürüb onu yerə qoyaraq şaquli 
vəziyyətdə saxlayır. Tərbiyəçinin : «Bir, iki, üç» - deməsi ilə  manqalarda ikinci dayanmış  uşaqlar 
qaçırlar. Onlar halqanın içindən keçir, bayraqların yanına qaçıb onları yuxarı qaldırırlar. 
 Sonra həmin uşaqlar bayraqları yerinə qoyaraq halqaları tutan yoldaşlarını əvəz edirlər. Onlar isə 
qaçıb öz manqasının axırında dayanırlar. Yenə  də birinci dayanmış  uşaqlar tərbiyəçinin: «Bir, iki, üç, 
qaç» işarəsi ilə bayraqlara tərəf qaçırlar. Hər dəfə manqadakı birinci uşaq bayrağı götürməyə qaçdıqda, o 
biriləri manqa xəttinə doğru irəli gəlirlər. Bayrağı yuxarı qaldıran uşaqların sayı çox olan manqa oyunu 
udmuş olur. 
 
                                 Halqanı tut 
İki uşaq kiçik məsafə, iki-üç metrlik məsafədə qarşı-qarşıya dayanırlar. Onlardan biri əlindəki  kiçik 
halqanı atır, o biri isə tutur (əvvəllər  əl ilə, sonralar ağacla tutur). Bu bacarıqlara yiyələndikdən sonra 
uşaqlar oyun variantının öhdəsindən asanlıqla gəlir və onu həvəslə oynayırlar. 
Uşaqlar cüt-cüt ayrılaraq 3 – 4 metr məsafədə qarşı-qarşıya dayanırlar. Onlardan birində (şərtə görə) 
əlində  ağac, digərində isə  ağac və bir neçə halqa olur (əvvəllər 2, sonra 3-4), axırıncı halqanı  ağacın 
ucuna keçirib onlar bir-bir öz yoldaşlarına tərəf atır, o da öz ağacı ilə halqanı tutur, halqaların hamısı 
atıldıqda tutulan halqalar sayılır, bundan sonra uşaqlar rollarını dəyişirlər. 
 Çoxlu halqa tutmuş uşaq oyunda qalib hesab olunur. 
          
Bayrağın yanına kim tez qaçar 
Uşaqlar otağın bir tərəfində düzülmüş stullarda otururlar. Bunlardan 8-6 addım aralı xətt çəkilir ki, 
bunun da üzərində 4 – 5 uşaq dayanır. 
 Otağın (meydançanın) o biri tərəfində  çəkilmiş  xətdən 18-20 addım məsafədə  hər bir uşağın 
qarşısına stul düzülür və üzərində bayraq qoyulur. Stullar bir cərgədə qoyulmalıdır. 
Tərbiyəçinin: «Bir, iki, üç, qaç» - deməsi ilə  xətt üzərində dayanmış  uşaqlar bayrağa tərəf qaçıb 
onları götürür və yuxarı qaldıraraq, yenə də yerinə qoyurlar. 
Tərbiyəçi bayrağı birinci qaldıran uşağı qeyd edir, sonra onlar gedib öz yerlərində otururlar. 
Yenidən 4-5  uşaq gəlib həmin xəttin üzərində dayanır. 
Hər uşağın bir dəfə bayrağa tərəf qaçması  ilə oyun qurtarır. Oyunu  iki-üç dəfə təkrar etmək olar. 
 
Çoban 
Yer: Meydança və ya dəhliz. 
Hazırlıq: meydançanın mərkəzində iki konsentrik dairə çəkilir. Birincinin diametri 2 metr, ikincinin 
diametri isə 4 metrdir. 
Oyunun təsviri: Bütün oyunçular iki bərabər komandaya bölünürlər. Komandaların kapitanları 
(«çoban») seçilir. Püşkə əsasən komandanın biri dairəyə daxil olur. Həmin komandanın kapitanı birinci 
və ikinci dairənin arasında gəzişir, özünü və yoldaşlarını hücumçulardan qoruyur. Hücum edən komanda 

 262
isə çalışır dairədəki oyunçuları və kapitanı dairədən çıxarsın, özü isə tutulmasın. Dairədəki oyunçular və 
kapitanlar çalışırlar, hücumçuları dairə daxilinə tutub salsınlar. Tutulmuş oyunçu oyundan çıxır. 
Oyunun müddəti 10-15 dəqiqədir. 
Oyunun qaydası: 
1. Rəqib komandanın oyunçusunu tutub saxlayan oyunçu «oldu» deməlidir. 
 2. Hər iki komandanın iştirakçılarına bir-birini birinci və ikinci dairədə tutmağa icazə verilir. 
3. Oyunçunu ancaq əllə tutmağa icazə verilir. 
Metodiki göstəriş: uşaqların oyun qaydalarına riayət etmələrinə, müdafiəçilərin xəttən kənara 
çıxmalarına diqqət vermək lazımdır. Oyunda uşaqlar kollektivdə mütəşəkkil fəaliyyətə öyrəşirlər. 
 
 
 
Yoxlama – test sualları 
 
1.Səhər gigiyenik gimnastikasının başlıca əhəmiyyəti nədir? 
2.Dərsəqədər səhər gigiyenik gimnastikasının təşkili qaydalarını göstərin. 
3.Səhər gigiyenik gimnastikası üçün hərəkətlərin seçilməsi qaydaları hansılardır? 
4.Bədən tərbiyəsi dəqiqələrinin əhəmiyyətini göstərin. 
5.Bədən tərbiyəsi dəqiqələrinin təşkilinin mühüm şərtləri. 
6.Böyük tənəffüslərdə fiziki tərbiyə tədbirlərini şərtləndirən amillər hansılardır? 
7.Günüuzadılmış qruplarda idman «saatı»nın təşkilinin zəruri şərtlərini göstərin. 
 
                     
                   Yaradıcılıq işi üçün təxmini mövzular 
 
1.
 
Kiçik məktəbyaşlı uşaqlarla fiziki tərbiyə və idman işlərinin təşkili. 
2.
 
Səhər gigiyenik gimnastikası üçün fiziki hərəkətlərin və oyunların seçilməsi və  təşkili 
prinsipləri. 
3.
 
Günüuzadılmış qruplarda fiziki tərbiyə işləri. 
4.
 
Bədən tərbiyəsi dəqiqələrinin təşkili prinsipləri. 
 

 263
VIII FƏSİL.   SİNİFDƏN VƏ MƏKTƏBDƏNXARİC 
FİZİKİ TƏRBİYƏ  İDMAN MƏŞĞƏLƏLƏRİ 
PLAN 
 
1.Sinifdənxaric fiziki tərbiyə və idman məşğələləri 
              1.1.Sinifdənxaric məşğələnin məqsədi 
              1.2.Ümumfiziki hazırlıq qrupları 
              1.3.İdman bölmələri (yüngül atletika, stolüstü tennis, bədii gimnastika). 
              1.4. Fərdi məşğələlər 
              1.5.İdman yarışları 
 
2. Məktəbdənxaric fiziki tərbiyə və idman işləri 
              2.1. Uşaq-gənclər idman məktəblərində fiziki tərbiyə və idman 
              2.2.Uşaq yaradıcılıq birliyi və mədəniyyət evlərində fiziki tərbiyə və idman işləri. 
              2.3. İstirahət və mədəniyyət parklarında fiziki tərbiyə və idman işləri. 
              2.4. Mənzil-istismar sahəsində və bələdiyyə idarələrində fiziki tərbiyə və idman. 
              2.5. Gəzinti və ekskursiyalar. 
 
                                  Ə D Ə B İ Y Y A T 
1.İ.Aslanov. Ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idman işləri. Bakı, «Maarif» nəşriyyatı, 1976-
cı il. 
2.T.Abasov. İdman və mütəhərrik oyunlar. Bakı, «Maarif» nəşriyyatı, 1987-ci il. 
3.B.Quliyev. Tələbələrin orta məktəbin I-VIII siniflərində  bədən tərbiyəsi və kütləvi-idman işlərinin 
təşkilinə hazırlanması məsələləri. Bakı, 1994-cü il. 
4.B.Nərimanov, Ş.Əliyeva, E.Nərimanov.  İdman gimnastikası. «Müəllim»  nəşriyyatı, 2004-cü il. 
5.B.Dasenko. Uşaqlarla məktəbdənkənar iş. Bakı, «Maarif» nəşriyyatı, 1973-cü il. 
 
 
VIII  F Ə S İ L. SİNİFDƏN VƏ MƏKTƏBDƏNXARİC BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN 
MƏŞĞƏLƏLƏRİ 
 
VIII.1. Sinifdənxaric fiziki tərbiyə və idman məşğələləri 
 
1.1.
 
Sinifdən xaric məşğələlərin məqsədi 
              İbtidai siniflərdə sinifdənkənar sağlamlıq bədən tərbiyəsi və kütləvi idman tədbirləri bir sıra 
məqsədlə təşkil edilir və burada müxtəlif məktəb şagirdləri cəlb edilir. Daha konkret desək: 
    1.  İdman işləri  şagirdlərlə idmanın bu və ya digər növləri üzrə bilik, bacarıq və  vərdişləri 
aşılamaq onları  həmin istiqamətdə inkişaf etdirmək məqsədilə keçirilir. İdman üzrə  təşkil olunan 
bölmələrdə  şagirdlər bir tərəfdən konkret idman növü üzrə öz ustalığını artırır, bacarıqlarını 
təkmilləşdirir. İkinci tərəfdən onlar idmançı kimi yetişir və sinfinin, məktəbinin və hətta yaşadığı rayonun 
idman  şərəfini qoruyurlar. Həmin bölmələrdə  məşğul olanlar öz sağlamlığını möhkəmləndirir, fiziki 
hazırlıqlarını  və imkanlarını artırırlar. Həmçinin kollektivinin şərəfini yüksək tutmaq, kollektivçilik, 
dostluq və yoldaşlıq, kollektivinə məhəbbət və s. ruhda tərbiyə olunur. 
   2. Məktəblərimizdə səhhətində  bəzi qüsurlar olan şagirdlərə rast gəlmək olur. Həmin şagirdlərin 
səhhətinə müsbət təsir göstərmək, onların fiziki inkişafını formalaşdırmaq və fiziki hərəkət keyfiyyətlərini 
artırmaq üçün ümumi fiziki hazırlıq qruplarında müntəzəm olaraq məşğul olmaq uşaqların mənəviyyatına 
həm də təliminə müsbət təsir edir, tez-tez dərs buraxmaq hallarının qarşısını alır. 
3. Məktəbdə bir qrup uşaqların idman məşğələlərinə və bölmələrinə cəlb olunmasında əsas məqsəd 
onların fiziki keyfiyyətlərini təkmiləşdirməkdən ibarətdir.  Əlbəttə, bu cür məşğələlər  könüllülük prinsipi 
əsasında uşaqların arzu və xahişi nəzərə alınaraq təşkil edilir. 
 Sinifdənkənar bədən tərbiyəsi işlərinə  şagirdlər cəlb olunarkən bir sıra vacib pedaqoji-psixoloji 
məsələləri nəzərə almaq hökmən lazımdır. Xüsusən uşaqların marağı, fiziki hazırlığı, fiziki inkişafı, fərdi 

 264
xüsusiyyətləri, qabiliyyətləri diqqət mərkəzində olmalıdır. Ayrı-ayrı idman hərəkət növünə  şagirdlərin 
cəlb olunmasında seçmə (fərdiləşdirmə) üsulundan geniş istifadə olunur. Bu şagirdlərin marağı ilə yanaşı 
onların fiziki inkişafı, qabiliyyətləri öyrənildikdən sonra həyata keçirilməlidir. Müşahidə olunmuşdur ki, 
deyilənlər bəzən nəzərə alınmır, nəticədə tədricən idman məşğələlərinə gələnlərin sayı günbəgün azalır və 
ya lazımi göstərici əldə etmək mümkün olmur. 
    Elmi tədqiqatlar və təcrübə göstərir ki, kiçik məktəbyaşlılar idmanın üzgüçülük, bədii gimnastika 
və mürəkkəb koordinasiya hərəkətlərini buz üzərində daha yaxşı icra edirlər. Həmin hərəkət növlərinin 
texnikasına böyük yaşlı şagirdlərə nisbətən tez və sürətlə yiyələnirlər. 8-10 yaşlı məktəbli oğlanlarla isə 
futbol və qaçıqşın texnikası daha tez aşılanır. Mürəkkəb futbol priyomlarını  qısa bir müddətdə 
mənimsəyirlər. Ümumiyyətlə, müşahidə olunmuşdur ki, ibtidai sinif şagirdləri ümuminkişafetdirici 
hazırlıq və ilk hərəkətləri böyük həvəslə və müvəffəqiyyətlə yerinə yetirirlər. 
  Sinifdənkənar bədən tərbiyəsi işlərinin qarşısında duran başlıca vəzifələrdən biri də  dərs 
prosesində öyrədilmiş bilik, bacarıq və vərdişlərin dərinləşdirilməsindən ibarətdir. Çünki bədən tərbiyəsi 
dərsləri tədris proqramı materiallarının  mənimsədilməsində mühüm və həlledici mahiyyətə malik olsa da, 
o, yalnız sinifdənkənar müxtəlif tədbirplər vasitəsilə  dərinləşdirilir və möhkəmləndirilir. Sinifdənkənar 
yüngül atletika bölməsində yeriş, qaçış və cisim atmalar və s. hərəkət   növləri üzrə bacarıq və vərdişlərin 
təkmilləşdirilməsi və s. buna misal ola bilər. 
  İndi də ibtidai sinif şagirdləri üçün onların yaş xüsusiyyətlərinə, xarakterinə daha da yaxın olan 
sinifdənkənar keçirilən bədən tərbiyəsi məşğələlərinin bir neçəsinin təşkilini konkretləşdirək. 
 
            1.2. Ümum fiziki hazırlıq qrupları   
Ümumfiziki hazırlıq qrupları könüllülük əsasında təşkil olunur. Çalışmaq lazımdır ki, ümumi fiziki 
hazırlıq məşğələlərinə  şagirdlər kütləvi  şəkildə yazılsınlar. Buna görə  də ilk növbədə bu məşğələlərin 
sağlamlıq  əhəmiyyətini, işgörmə qabiliyyətini artıran başlıca vəzifələrdən biri olduğunu  şagirdlərə izah 
etmək vacibdir. Ümumi fiziki hazırlıq məşğələləri bir neçə  məqsədlə  təşkil edilir. O bütün dərs ili 
dövründə davam etməklə uşaqların səhər çıxışlarına və ya bədən tərbiyəsi bayramlarına hazırlayır. Belə 
məşğələlərin proqramına rəngarəng sadə mütəhərrik oyunlar, idman əyləncələri, idman oyunlarının 
elementləri, gimnastika və yüngül atletikaya dair materiallar daxil edilir. Proqramda iki istiqamətli bədən 
tərbiyəsi tədris proqram materialları və əlavə fiziki tərbiyə materialları daxil edilir. Əgər məktəbdə şərait 
vardırsa,  şagirdlərə akrobatikanı, habelə VMH kompleksinin normativlərindən olan üzgüçülüyü də 
öyrətmək məqsədəuyğundur. 
Ümumi fiziki hazırlıq qrup məşğələləri Bakı, Sumqayıt  şəhərində  və respublikamızın rayon və 
şəhərlərində bütün ilboyu açıq havada keçirilməsi məsləhətdir. Lakin küləkli və soyuq havada isə 
məşğələni idman zalına və yaxud da geniş otaqların birinə keçirmək olar. 
Ümumi fiziki hazırlıq məşğələlərini müəllimin aparması  məsləhətdir. Lakin həmin məşğələlərə 
rəhbərliyi sinif müəllimlərinə, ictimai təlimatçılara və  fəal valideynlərə  də tapşırmaq olar. Bu şərtlə ki, 
onlar bu sahədə təlimatlandırılmış və lazımi biliklərə yiyələnmiş olsunlar. 
 Məşğələlər məktəbin idman bazasında, mənzil-istismar idarəsinin nəzdində olan meydança və 
zallarda təşkil oluna bilər. Lakin onun cədvəli dəqiq tədris planı olmalı və  məktəb direktoru tərəfindən 
təsdiq edilməlidir. 
 
                              1.3. İdman bölmələri 
 
                         3.1. Yüngül atletika bölməsi 
Yüngül atletika əsas idman növlərindən biri olub, təbii elementlərlə  zəngindir. Yüngül atletika 
məşğələlərini digər idman növləri üzrə olan məşğələlərə nisbətən asan təşkil etmək olar. Ona görə ki, bu 
idman növü akrobatika, üzgüçülük və s. kimi xüsusi şərait tələb etmir. Kənd məktəblərinin demək olar ki, 
hamısında yüngül atletika bölməsi təşkil etmək mümkündür. Burada əsas məsələ  kələ-kötür sahələri 
düzəltmək, sahəni daş-kəsəkdən təmizləmək, çalalar qazmaq, habelə xətləmə işləri aparmaqdan ibarətdir. 
Lakin bu məşğələlərdə şagirdləri cəlb etmək üçün bəzi hazırlıq işləri aparmaq lazımdır. Hər şeydən əvvəl 
nədən başlamaq lazımdır. Təbliğat-təşkilati işləri gücləndirilməlidir. Xətai rayonundakı 88 saylı məktəbin 
baş  bədən tərbiyəsi müəllimi Telman Mirzəyev idman bölmələrinin təşkili də  təbliğati məsələlərinə 

 265
xüsusi diqqət yetirir. Bunun üçün də  şagirdlərə yüngül atletika üzrə Olimpiya və ölkə çempionları, 
Azərbaycan rekordçuları haqqında və onların çətin yarışlarda qələbə çalmaları barədə  məlumat verir. 
Yüngül atletikanın məktəbdə və rayonda  vəziyyətinə aid söhbət aparır. Bundan sonra yüngül atletikanın 
sağlamlıq  əhəmiyyətini  şagirdlərə çatdırır bu növ üzrə aparılan yarışlara dair, onun texnikası barədə 
kinofilm nümayiş  etdirir. Bundan əlavə ən görkəmli yüngül atletlərin şəkilləri, tərcümeyi-halı, göstərdiyi 
nəticələri məktəbin idman guşəsində nümayiş etdirir. Məktəb kitabxanasında  isə yüngül atletika kitabları 
ayrı-ayrı məqalələr və s. müəyyən bir guşədə toplanır, şüarlar yazılıb görkəmli yerlərdən asılır. 
  Sentyabr    ayında  şagirdlərin bölməyə yazılması  məsləhətdir. Məşğələlər həftədə 2 dəfə 
keçirilməlidir.  İlk məşğələlərdə xüsusən ehtiyatlı olmalıdır.  Şgirdlərə birdən-birə  ağır fiziki yük 
verilməməli, qaçış məsafələri qısa olmalı, daha uzağa tullanma tələb olunmamalıdır. 
 Bir sıra yüngül atletika məşğələləri nə gərgin, nə də ki, az fiziki hərəkətli olmalıdır. 
Yüngül atletika məşğələlərini müəllim özü keçməyə  də bilər. Fəal idmançılardan, digər fənn 
müəllimlərindən bu işə  cəlb etmək lazımdır. Məşğələlərin yüksək səviyyədə keçməsi məqsədilə  dərs 
ilinin  əvəlində ictimai məşqçilər hazırlayan seminarlar təşkil edilməlidir. Həmin seminar da müəllimlə  
yanaşı  məşhur yüngül atletika mütəxəssisləri, görkmli idmançılar çıxış etməli və öz təcrübələrindən, 
çətinliklərdən və yüngül atletikanın texnika və taktikasından danışmalıdır. Yaxşı olardı ki, ictimai – 
məşqçilərə yüngül atletikaya dair jurnal və təlimati- metodiki  kitab və vəsaitlər verilsin. 
Yüngül atletika məşğələlərinin səmərəli təşkilində onun xarakterinə uyğun yerlərin düzəldilməsi 
vacibdir. Xüsusilə qaçış  cığırları, cismi atmaq yeri, uzununa və hündürlüyə tullanmaq üçün çuxurlar, 
təkan nöqtələri və s. sahələrin xətlənməsi, səliqə-səhmanda və  təmiz saxlanması  şagirdlərin yüngül 
atletika məşğələsinə həvəsini artırır, estetik zövqünü inkişaf etdirir. Meydançalar yaradılarkən şagirdlərin, 
ictimaiyyətin və valideynlərin qüvvəsindən istifadə etməlidir. 
Yüngül atletika məşğələsinin lazımi nəticə verməsində  tədris planına  uyğun ləvazimat və 
avadanlıqların əldə edilməsi mühüm şərtdir. Ləvazimat və avadanlıqlar məktəb hesabına  əldə edilməlidir. 
Lakin yeri gəldikcə sadə avadanlıqların məktəb emalatxanasında şagirdlərin gücü ilə düzəltmək lazımdır.  
Bu şagirdlərin mənəvi tərbiyəsində xüsusi rol oynayır. Onlar idman əşyalarına şüurlu münasibət göstərir, 
onun tezliklə sıradan çıxmasının qarşısını almağa səy göstərir, bu məqsədlə ona ziyan yetirmirlər. 
Yüngül atletika məşğələləri ibtidai siniflər üçün son illərdə  tətbiq olunan normativlərin  əsasında 
təşkil edilməlidir. Aparılan bütün işlər ilk pillənin norma və  tələblərinə hazırlığa və ödənilməsinə tam 
şəkildə istiqamətləndirilməlidir. 
Yüngül atletika idman məşğələlərini ləvazimat və avadanlıqla təmin etmək üçün məktəb rayon və 
şəhərin uşaq-gənclər idman məktəbi  ilə daha sıx  əlaqədə olmalıdır. Uşaq-gənclər idman məktəbi 
ümumtəhsil məktəbinə 2 cəhətdən kömək etmək imkanı vardır.  İşlədilən avadanlıq və  ləvazimatların 
müəyyən hissəsini və yaxud da köhnəlmiş, sıradan çıxmış idman əşyalarını onlara verməklə.  Əlbəttə, 
məktəb ictimaiyyətinin köməyi ilə yararsız  idman əşyalarını təmir edə və yararlı hala da sala bilər. 
 
3.2
 
Stolüstü tennis 
İbtidai sinif şagirdləri üçün ən maraqlı  və  cəlbedici idman növlərindən biri stolüstü tennisdir. 
Stolüstü tennis idman növünün özünəməxsus qaydaları  hərəkət texnikası  və taktikası vardır. Bu idman 
oyunu zamanı sürətlə hücuma keçmək, cəldliklə  və çevikliklə müdafiə olunmaq, həmçinin müxtəlif 
əyilmələrə, topu (şarı) qəbul etmək, nəhayət, rəqibin sahəsinə güclü zərbələr endirmək elementləri 
mövcuddur. Yaxşı tennis oynamaq üçün birinci növbədə şagirdlərin cəldliyini, çevikliyini, qüvvəsini və 
dözümlülüyünü  inkişaf etdirməli və iradəsini möhkəmləndirməlidir. Bu məqsədlə  də  
ümuminkişafetdirici əşyalı və əşyasız hərəkətlərdən istifadə etmək faydalıdır. 
  Stolüstü tennis oyunu üçün xüsusi top, 2 ədə raket və  şar olmalıdır. Stolüstü tennis oyununu 
keçirməkdən ötrü oyun keçirən sahənin eni 4 m., uzunluğu isə 7,75 m x 4,5, 5x3 m ölçülü sahədə  də 
stolüstü oyununu təşkil etmək olar. Məktəbin stolu yoxdursa, emalatxanada möhkəm taxtadan həmin 
stollardan düzəltmək mümkündür. Bu zaman stolu rəngləmək və  xətləri çəkməyi unutmamalı.  İbtidai 
siniflərdə stolun ölçüləri 152, 5x274 sm olmalıdır, yerdən isə 76 sm hündürlükdə durmalıdır. 
Stolüstü tennis üzrə  məşğələyə  də  şagirdlərin cəlb olunması üçün onlarla müxtəlif mövzularda 
söhbətlər aparmalı, idman kinofilmləri göstərməli, güşələr düzəltməli, yaxşı idmançıların çıxışlarını təşkil 
etməlidir. Bu işə məşhur idmançıları da cəlb etmək lazımdır. 

 266
Stolüstü tennis oyununda əvvəlcə duruşlar, raketləri tutmaq qaydaları, sonra isə müdafiə  və 
hücumetmə priyomları öyrədilməlidir. Stolüstü tennis oyununun səmərəli təşkili qaydalarını bilmək üçün 
aşağıdakı kitabları oxumağı  məsləhət görürük: «Pravila sorevnovaniy po nastolnomu tennisu» (izd.FiS, 
1975), V.S.İvanovun «Tennis na stole» tədris vəsaiti (izd.FiS, 1970 q.), «Fiziçeskaya kulğtura v şkole» 
jurnalından başlayaraq müxtəlif illərdə 1975-ci ildə  dərc olunmuş materiallar və s. Eyni zamanda 
«Məktəbdə bədən tərbiyəsi» məcmuəsində dərc olunmuş məqalələrdən istifadə etmək olar. 
3.3
 
Bədii gimnastika 
Fənlərarası  əlaqə  həmişə  tədrisin elmi səviyyəsini yüksəltməkdə böyük rol oynamışdır.  İbtidai 
siniflərdən başlayaraq  şagirdlərə  bədii gimnastikanın elementlərinin öyrədilməsi onlarda estetik zövqü 
inkişaf etdirir, klassik və müasir musiqiyə, xalq musiqisinə, sənətkarlarımıza məhəbbəti daha da artırır. 
Sinifdənkənar bədii gimnastika elementlərinin öyrədilməsi, həm də  hərəkətlərində  dəqiq olmağı, 
çevikliyi, gözəlliyi, başqa sözlə desək, estetik formanı təşəkkül etdirir, ürəyi oxşayır. Buna görə də kiçik 
məktəbyaşından başlayaraq qızların bədii gimnastikaya yüksək həvəs göstərməsi təsadüfi deyil, 
qanunauyğun bir haldır. Bədii gimnastika texnikasını qızlar 7-10 yaşlarında daha tez mənimsəyirlər. Bu 
hərəkətlər qüvvə, dözümlülük və  cəldliyin inkişafına səbəb olur, ayrı-ayrı  əzələ qrupunu 
möhkəmləndirərək qamətin düzgün formalaşmasına kömək edir. 
Bədii gimnastika məşğələlərini keçirməzdən  əvvəl  qızlarla söhbət aparmaq, onun bədən üçün 
əhəmiyyətini başa salmaq lazımdır. Elan verib onları gimnastika zalına və ya meydançaya toplamalıdır. 
Bədii gimnastika məşğələsi musiqinin müyşayiəti ilə aparılmalıdır. Məşğələdə müvafiq idman və 
hərbi marşları, yeri gəldikcə  Vətən,  əmək veteranları, kosmonavtlar haqqında bəstələnmiş    mahnılar, 
musiqilər səslənməlidir. Bu vaxt maqnitafondan da istifadə etmək  mümkündür. 
Bədii gimnastika məşğələlərinin emosionallığını artırmaq məqsədilə  hərəkətlər məşqçi tərəfindən 
düzgün, gözəl və çevikllliklə yerinə yetirilməlidir. Bundan əlavə, göstərməyə, aydın izah verməyə 
çalışmalıdır. Çətin hərəkətlərin birləşməsinə tələsməməlidir. Çətin hərəkətləri birləşdirərək şagirdlər onun 
yerinə yetirməkdə  çətinlik çəkir və ruhdan düşür.  Əlbəttə, eyni hərəkətlərin uzun  müddət  təkrar 
olunmasında bədii gimnastika məşğələsinin təlim-keyfiyyətinə  mənfi təsir göstərir. Buna görə  də  bədii 
gimnastikada fiziki təlim yükü tədricən artırmalı  və  qızların qabiliyyətlərinə, fiziki hazırlığına 
uyğunlaşmalıdır. 
 
                                    3.4. Fərdi məşğələlər 
Fərdi məşğələlər ayrı-ayrı  uşaqlarla və yaxud bədəncə qüsurlu olanlarla təşkil olunur. Həmin 
məşğələlər proqram materiallarını yerinə yetirə bilməyən, səhhət sağlamlığı günü-gündən geri gedən, 
həmçinin qamətində və yastıayaqlılıq qüsuru olan uşaqlarla da təşkil edilə bilər. 
Fərdi məşğələlər səhərlər gəzintilərdə və günün ikinci yarısında keçirilir. Müəllim məktəb həkimi 
ilə birlikdə  fərdi məşğul olunacaq uşaqları  və onlarla yerinə yetiriləcək fiziki hərəkətləri, oyunları 
müəyyənləşdirirlər. 
Fərdi məşğələlərin keçirilməsi metodikası, təlim-tərbiyənin ümumi prinsiplərinə  əsaslanır. Burada 
uşaqların fiziki inkişaf qanunauyğunluqları nəzərə alınmalıdır. Hərəkətlər qarşıda duran vəzifələrə uyğun 
olaraq seçilir. 
Məşğələnin gedişini daima müəllim və həkim müşahidə və təhlil edir. Xüsusən, uşaqların səhhəti və 
davranışı  nəzərdən keçirilir. Antronometrik göstəricilər öyrənilir, ayaqların inkişafı müşahidə olunur. 
Bütün bunlar məşğələnin effektlliliyini artırır,  onun metodikasının təkmilləşdirilməsi yollarını  aşkara 
çıxarır. 
                         
VIII.2. Məktəbdənxaric fiziki tərbiyə və idman işləri 
2.1. Uşaq- gənclər idman məktəblərində bədən tərbiyəsi və idman işləri 
Uşaq və yeniyetmələrin fiziki tərbiyə və idman işlərinin təşkilində uşaq idman məktəblərinin rolu 
böyükdür. UİM-i rayon, şəhər və respublika təhsil şöbələri və təhsil nazirliyi tərəfindən təşkil olunmaqla, 
eyni zamanda onun nəzdində fəaliyyət göstərir. UİM, eləcə də Gənclər və İdman nazirliyi tərəfindən də 
təşkil olunur və onun tabeçiliyində olur. Bu məktəbin  əsas vəzifəsi  şagirdlərin idman ustalığının 
artırılmasından ibarətdir. UİM-ndə idman tədbirləri elə  təşkil edilməli və keçirilməlidir ki, burada da 

 267
göstərilən işlər şagirdlərin məktəbdəki fəaliyyətini, təlim məhdudlaşdırmasın. Habelə, məktəbdə yüksək 
müvəffəqiyyətə nail olmaq  mümkün olsun. 
UİM şagirdlərin müxtəlif bayramlarda və düşərgələrdə çıxışlarını təşkil edir. Məktəb bədən tərbiyəsi 
kollektivlərində idman işlərinin təşkili və keçirilməsinə köməklik göstərir. Məktəb idman fəalları, məktəb 
bədən tərbiyəsi  rəhbərləri ilə  təlimatı seminar məşğələləri təşkil edir, idmanı  məktəbdə  və geniş 
ictimaiyyət arasında təbliğ edir. 
UİM məktəbdənkənar uşaq müəssisəsi kimi orta ümumtəhsil məktəbi ilə  sıx  əlaqədə  iş 
aparılmalıdır. UİM-nin uşaqları öz məktəbinə idman tədbirlərinin təşkilində kömək etməlidir. 
 
2.2.Uşaq yaradıcılıq birliyi və mədəniyyət evlərində bədən 
 tərbiyəsi və idman tədbirləri 
              Göstərilən yaradıcılıq birliyində    və  mədəniyyət evlərində müxtəlif növ idman tədbirləri 
təşkil olunur və keçirilir. Bura məktəblilər cəlb edilirlər. Burada qış  əyləncələri, bayramları, ayrı-ayrı 
idman növləri üzrə bölmələr təşkil edilir. Halbuki məktəblərdə  həmin tədbirləri təşkil edib keçirmək 
olduqca çətindir. Buna şərait də yoxdur. Belə  tədbirlərə daxildir: stolüstü tennisin, üzgüçülüyün və 
gimnastika məşğələlərinin təşkili, bu sahədə yarışların keçirilməsi və s. 
Uşaq yaradıcılıq birliyində və mədəniyyət evlərində, həmçinin müxtəlif gimnastika çıxışları, bədən 
tərbiyəsi bayramları keçirilir, idman ustaları, görkəmli idmançılarla görüşlər təşkil olunur. Həmin işə 
rəhbərliyə yüksək ixtisaslı mütəxəssislər cəlb olunur. 
  Həmin birliyin və  mədəniyyət evlərinin başlıca vəzifələrindən biri də  uşaqlarla aparılan digər 
məktəbdənkənar müəssisələrə metodik kömək göstərilir. Xüsusən onlarla məsləhətləşmələr aparılır. 
Mühazirələr oxunur və seminar məşğələləri keçirilir. 
  Həmin yaradıcılıq birlikləri və  mədəniyyət evləri rayon təhsil  şöbələri ilə birlikdə kütləvi bədən 
tərbiyəsi və sağlamlıq tədbirləri təşkil edirlər. 
 
2.3.İstirahət və mədəniyyət parklarında bədən 
tərbiyəsi və idman işləri 
 Bədən tərbiyəsi və idman üzrə  bəzi işlər mədəniyyət parklarında və istirahət yerlərində  də  təşkil 
olunur. Parkın uşaq bölmələrində idman meydançası və gimnastika şəhərciyi düzəldilir. Oyun sahələrində 
fərdi və kollektiv məşğələlər və oyunlar keçirilir. Həmin parklarda və istirahət yerlərində uşaqlar mövcud 
qurğulardan, avadanlıqlardan və oyunlardan istifadə etmək hüququ vardır. Onlar üçün qrup şəklində 
məşğələlər, rəqslər, xorlar təşkil olunur. 
2.4. Mənzil-istismar sahəsində və bələdiyyə 
idarələrində bədən tərbiyəsi 
Məktəblilər üçün məktəbdənkənar bədən tərbiyəsi və idman işləri mənzil-istismar sahələrində  və 
bələdiyyələrdə də təşkil olunur. MİS və bələdiyyə idarələri, valideynlər daimi fəaliyyət göstərən idman 
meydançaları düzəldirlər. Həmin meydançalar yay və  qış üçün həmin mövsümlərə uyğun hazırlanır və 
müvafiq avadanlıq və  ləvazimatlarla təmin olunurlar. Həmin işə idman təşkilatları, məktəblilər və  uşaq 
yaradıcılıq birlikləri yaxından kömək göstərməlidirlər. 
 Yaşayış yerlərində müxtəlif idman növləri üzrə bölmələr fəaliyyət göstərir. MİS-in və  bələdiyyə 
idarələrinin yığma komandaları rayon, şəhər və respublika birinciliklərində iştirak edirlər. Bundan əlavə, 
onlar eləcə də turist yürüşlərində iştirak edir, açıq və örtülü su hövzələrinə səyahət edirlər. 
Yaşayış yerlərində  bədən tərbiyəsi və idman işlərinə  təcrübəli mütəxəssislər rəhbərlik edirlər. 
Onların mərkəzi isə əsasən məktəb olmalıdır. Eyni zamanda məktəbin idman bazası da olmalıdır. 
 Yay idman meydançalarında müxtəlif cür kütləvi idman tədbirləri, bayramlar, çıxışlar, görüşlər 
keçirilir. Burada gün rejiminə oyunlar, gəzintilər, hava və günəş vannaları, duş  qəbuletmə, ekskursiya, 
yürüşlər və s. daxildir. 
 Yay  idman  meydançalarında  əsas məqsəd uşaqların sağlamlığının möhkəmləndirilməsindən 
ibarətdir. 
  
2.5. Gəzinti, yürüş və ekskursiyalar 

 268
Məktəbdə  ətraf yerlərə  gəzinti, yürüş  və ekskursiyaların təşkilinin təhsil, tərbiyəvi və  həm də 
sağlamlaşdırıcı  əhəmiyyəti vardır. Buna görə  də belə  tədbirlərin konkret məqsəd və  vəzifələri olmalı, 
onunla əlaqədar planlaşdırma və hazırlıq işləri görülməlidir. 
Gəzinti və ekskursiyalara bütün uşaqlar cəlb olunur ki, bu da saat 10 
oo
-dan 12 
oo
-dək davam 
etməlidir. Bu cür ekskursiyaların başlıca əhəmiyyəti təbii şəraitdə fiziki keyfiyyətləri inkişaf etdirməkdir 
(meşədə, çay və dəniz kənarında və s.). Bu zaman fiziki tərbiyənin qarşısında duran digər vəzifələri də 
yerinə yetirmək olar. 
Gəzinti və ekskursiyalara gedərkən müəllim və  uşaqlar müvafiq hazırlıq görməlidirlər. Bura 
marşrutun və qarşıya çıxacaq maneələrin (çay, keçidlər) əvvəlcədən öyrənilməsi daxildir. Bundan əlavə, 
gəzinti və ekskursiya vaxtı icra olunacaq hərəkətlər və oyunlar seçilməlidir. Bunlar istirahət vaxtı yerinə 
yetirilməlidir. Fiziki hərəkətlər uşaqlar tərəfindən öyrənilməlidir. Onlar qısa müddətli istirahət və fasilələr 
də icra olunmalıdır. 
Piyada gəzintilər təxminən 1 saatdan 2 saata qədər davam edə bilər. 16-17 yaşlı  uşaqlar daha 
davamlı olduğu üçün onlar hətta 3-4 km-dək  piyada gəzə bilərlər. Məktəb gəzinti və ekskursiya 
sahələrinə yaxındırsa, ora idman ləvazimatları aparmaq olar. 
Gəzinti və ekskursiyalarla əlaqədar aşağıda göstərilən tövsiyələrə əməl etmək vacibdir: 
         1. Gəzinti və ekskursiya günü uşaqların hərəkətləri müəllimin diqqət mərkəzində olmalı, şagirdlərin 
hərəkət etmələrinə, lüzumsuz enerji sərf etmələrinə imkan verməməli, onların özləri ilə nəzərdə 
tutulmayan əşyaları aparmalarına qadağa qoymalı: 
          2.  Gəzinti və ekskursiyalarla əlaqədar aparılan hazırlıq işlərində başlıca mahiyyət və  vəzifələr 
şagirdlərin nəzərinə çatdırılmalı, burada onların vəzifələri, görəcəyi tədbirlərə aydınlıq gətirilməli; 
          3.  Bədən tərbiyəsi və idman ləvazimatları müəllimi tərəfindən  şagirdlər arasında uyğun  şəkildə 
bölüşdürülməli; 
          4.  Hərəkət və istirahət zamanı  uşaqları  qıcıqlandıran hərəkətlərə, söz-söhbətlərə yol verilməməli, 
geri qayıdılacaq vaxt elan olunmalıdır. 
 
 
 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin