Dərs vəsaiti kimi təsdiq edilmişdir


Ailədə səhər gigiyenik gimnastikasının vəzifələri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   38

Ailədə səhər gigiyenik gimnastikasının vəzifələri. 
1)  Şagirdlərin sağlamlığını  və fiziki inkişafını möhkəmlətmək: 2) Hərəkətlərin səmərəli 
mənimsənilməsinə kömək etmək; 3) Şagirdlərdə müntəzəm olaraq fiziki hərəkətləri icra etmək vərdişə 
yaratmaq; 4) Şagirdlərin tədris-hərəki – gün rejiminə alışdırmaq və s. 
Ailədə səhər gigiyenik gimnastikasının təşkilinə verilən tələblər:  
 Səhər gigiyenik gimnastikasının 1) açıq və təmiz havada keçirilməsi; 2) tədris gün hərəkət rejiminə 
riayət edilməsi; 3) səhət-sağlamlığın nəzərə alınması; 4) səhhətə uyğun və müxtəlif hərəkətlərin 
seçilməsi; 5) keçirilmə yerinin səhiyyə gigiyenik tələblərə uyğun olması; 6) kompleks hərəkətlərin 
tədricən çətinləşdirilməsi; 7) kompleksin 4-6 hərəkət elementindən ibarət olması, 4-5 dəfə təkrarlanması; 
8) kompleksin bədən tərbiyəsi proqramına uyğun olması və s. 
 
      Yoxlama – test sualları 
 
1.Ailədə uşaqların fiziki tərbiyəsinin əhəmiyyəti nədən ibarətdir? 
2.Ailədə kiçik məktəbyaşlı uşaqların gün rejiminin məzmunu və təşkilinə nə daxildir? 
3.Ailədə uşaq orqanizminin təbii amillərlə möhkəmləndirilməsi qaydaları hansılardır? 
4.Ailədə uşaqların orqanizminin fiziki hərəkətlər və oyunlarla 
möhkəmləndlirilməsi qaydalarını göstərin. 
5.Ailədə uşaqların bədən tərbiyəsi dəqiqələrinin təşkilinin əhəmiyyəti nədən ibarətdir? 
6. Ailədə  uşaqların səhər gigiyenik gimnastikasının təşkili və keçirilməsinin mühüm xüsusiyyətlərini 
göstərin. 
 
                     
 
Yaradıcılıq işi üçün təxmini mövzular 
 
1.Ailədə uşaqların fiziki tərbiyəsinin məzmunu və onun təşkili. 
2.Ailədə uşaq orqanizminin möhkəmləndirilməsi 

 275
3.Ailədə uşaqların fiziki tərbiyəsinin təşkili və keçirilməsi prinsipləri 
4.Ailədə uşaqların fiziki tərbiyəsinin təlimi metodları 
                    

 276
X   F Ə S İ L.  ŞAGİRDLƏRİN FİZİKİ TƏRBİYƏSİNDƏ 
MƏKTƏB, AİLƏ VƏ İCTİMAİYYƏTİN 
ƏLBİR İŞİ 
 
PLAN 
 
 1.Valideyn 
konfransı 
 
2.Sinif valideyn iclası 
 3.Valideynlərlə aparılan fərdi iş 
 4. 
Uşaqların fiziki tərbiyəsində ictimaiyyətin rolu. 
 
                                           
ƏDƏBİYYAT 
 
1.Quliyev S.M. Məktəb dostları. Bakı, «Maarif» nəşriyyatı, 1974. 
2.Hüseynov Y. Şagirdlərin fiziki tərbiyəsinin inkişafında məktəbin və ailənin birgə işi. «Məktəbdə bədən 
tərbiyəsi» məcmuəsi, № 3, 1976. 
3.Həmidov S. Şagirdlərin fiziki tərbiyəsində  məktəbin ailə ilə birgə  işi. «Məktəbdə  bədən tərbiyəsi» 
məcmuəsi, № 4, 1976. 
4.Məmmədov H. Şagirdlərin fiziki tərbiyəsinin təşkilində ictimaiyyətin rolu. «Məktəbdə bədən tərbiyəsi» 
məcmuəsi,  № 2 , 1979. 
5.Camalov C. Çağırışaqədər və çağırışyaşlı şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsində məktəbin ail əvə 
ictimaiyyətlə birgə işinin məzmunu və metodları. «Məktəbdə bədən tərbiyəsi» məcmuəsi, №4, 1981-ci il. 
    
 
 
 
X FƏSİL. ŞAGİRDLƏRİN FİZİKİ TƏRBİYƏSİNDƏ 
MƏKTƏB, AİLƏ VƏ İCTİMAİYYƏTİN 
ƏLBİR İŞİ 
 
X.1. Valideyn konfransı 
Bədən tərbiyəsi və idmanın  şagirdlərin həyatına tam daxil olması üçün məktəbin ailə  və 
ictimaiyyətlə  əlbir iş aparması mühüm əhəmiyyət kəsb edir. Valideynləri pedaqoji cəhətcə 
savadlandırmaq, onlara fiziki tərbiyənin nəzəri-metodik  əsaslarını öyrətmək vəzifəsi birinci növbədə 
məktəbin üzərinə düşür. Məktəb və ictimaiyyət probleminin ikinci bir xətti də vardır. Bu pedaqoji 
kollektivin valideynlərlə  iş aparmasından, pedaqoji bilikləri təbliğ etməsindən ibarətdir. Məktəb bədən 
tərbiyəsi kollektivi valideynlərlə  sıx  əlaqə saxladıqda uşaqların ailədə fiziki tərbiyəsi üzrə olan 
nöqsanların yaranma səbəblərini aşkara çıxarır, şagirdlərin ev şəraitində gün rejiminin tərtibi vəziyyətini 
öyrənir və bu sahədə onlara kömək göstərir. 
Məktəbin fiziki tərbiyəsi sahəsində çalışan mütəxəssisləri, bu sahədəki biliklərini valideyn  
ictimaiyyəti arasında yaymaqdan ötrü müxtəlif əlaqə formalarından istifadə edirlər. 
Məktəbin ailə ilə  əlaqə formalarından biri məktəbdə fiziki tərbiyəyə  həsr olunmuş  valideyn 
konfransıdır. Bu forma məktəbin ailə ilə  bədən tərbiyəsi sahəsində  sıx  əlaqə saxlamasında mühüm rol 
oynayır. Konfransda validenylərə öz uşaqlarını fiziki cəhətdən möhkəm, iradəli tərbiyə etmək sahəsində, 
həmçinin   böyüməkdə olan gənc nəslin sağlamlığının möhkəmləndirilməsi və müasir zamanda fəal həyat 
mövqeyinə sahib olması naminə hökumətimiz tərəfindən qarşıya qoyduğu vəzifələr və tələblər onlara izah 
edilir. Bu işdə  nə kimi məsuliyyət daşıdıqları valideynlərin nəzərinə çatdırılır. Belə konfranslarda 
valideynlərə  bədən tərbiyəsi və idmanın, sinifdən və  məktəbdənxaric kütləvi sağlamlıq tədbirlərinin 
uşaqların əməyə hazırlanmasında, düzlük, doğruçuouq, vətənə bağlılıq, onun yolunda canından keçmək 
ruhunda tərbiyə olunmasında rolu başa salınır.  

 277
Məktəb valideyn konfranslarında qabaqcadan hazırlıq işləri aparıldıqda, valideynləri maraqlandıran 
bədən tərbiyəsi, sağlamlıq məsələləri  ətrafında müzakirələr təşkil olunduqda, daha məzmunlu keçir və 
geniş valideyn kütləsini özünə  cəlb edir. Belə konfransların müvəffəqiyyətlə keçməsində mövzunun 
aktual olması, elmi əsasda qurulması vacib şərtlərdən sayılır. 
Valideyn konfransında respublika, beynəlxalq yarışların qaliblərinin, habelə Avropa, Dünya və 
Olimpiya çempionları və mükafatçılarının çıxışlarını və məruzələrini təşkil etmək daha effektli olur. Əgər 
konfransda bədən tərbiyəsi gün rejimi haqqında məruzə dinlənilərsə, həmin məruzənin təxminən 
aşağıdakı  məsələləri  əhatə etməsi məqsədəuyğundur. Məruzəçi  şagirdlərin normal fiziki inkişafında, 
bədənin möhkəmləndirilməsində, eləcə  də iradi, dəqiqlik və mütəşəkkillik kimi keyfiyyətlərin 
aşılanmasında düzgün təşkil olunmuş gün rejiminin əhəmiyyətindən danışması  məqsədəuyğundur. 
Bundan sonra uşağın yaş  və  səhhəti nəzərə alınaraq onlar üçün təşkil edilən  əmək işləri, istirahət və 
səmərəli qidalanma yollarına dair valideynlərə məlumatlar da verilməlidir. Məruzə və məlumatlarda həm 
də ailə  şəraiti üçün fiziki hərəkətlərin, oyunların keçirilməsi, onların məzmunu və orqanizmin təbii 
amillər vasitəsilə möhkəmləndirmək qaydaları öz əksini tapmaqdır. Fiziki tərbiyəyə  həsr edilmiş digər 
valideyn konfransında isə  bədən tərbiyəsi hərəkətlərinin və idmanın orqanizmə  təsiri üzrə  də  məruzə 
təşkil etmək olar. Məruzədə birinci növbədə  məktəblilərin nə kimi zeyni işlə məşğul olmasından, onun 
xarakterindən danışmalıdır. Valideynlərin nəzərinə çatdırmaq lazımdır ki, uşaqlar vaxtlarının çox 
hissəsini parta arxasında oturmaqla, televiziya verilişlərinə baxmaqla, ev tapşırıqlarını yerinə yetirməklə 
məşğul olurlar. Bütün bunlar isə qan təzyiqini artırır, yaxından görməyə, tez yorulmağa səbəb olur. Bu 
beynin qan dövranının normal hərəkətinə  mənfi təsir göstərir, onurğada qeyri-normal əyriliklərin 
yaranmasına şərait yaradır.  Sonra isə bu cür xəstəliklərin və xoşagəlməz halların qarşısının alınmasında 
bədən tərbiyəsi və idmanın böyük profilaktik tədbir olmasını faktlar vasitəsilə sübut etmək, 
əyaniləşdirmək zəruridir. 
 
X.2. Sinif valideyn iclası 
   Valideynlərlə aparılan kollektiv işin  əsas formalarından biri də  sinif valideyn iclasıdır. 
Valideynlər arasında bədən tərbiyəsi, tibbi və idman biliklərinin təbliğində sinif valideyn iclası xüsusi yer 
tutur. Qabaqcıl bədən tərbiyəsi və sinif müəllimləri və  rəhbərləri valideyn iclasları ilə ailə başçılarının 
pedaqoji cəhətdən savadlandırmaqla bərabər, ailədə fiziki tərbiyəni həyata keçirməyin yol və vasitələrini 
də onlara öyrədirlər. 
Sinif müəllimləri valideyn iclasları üçün fiziki tərbiyə üzrə söhbət və  məruzələri, sinfin həmin 
sahədəki ehtiyacını nəzərə almaqla keçirirlər. Bəzi  uşaqların yazı gigiyenası və qaydalarının tələblərinə 
düzgün riayət etməmələrini müşahidə etdiklərini bildirirlər. Onlar həmin nöqsanları  aradan qaldırmaq 
üçün valideynlərlə birgə  işləməyə üstünlük verirlər. Bu məqsədlə  də valideyn iclası çağırırlar. 
Valideynlərə yazı zamanı  uşaqların etdiyi nöqsanları, xüsusən parta arxasında düzgün olaraq 
oturmamalarını, beli əymələrini, sol (sağ) gözün sağ gözə nisbətən kağızdan normadan artıq uzaq 
olmasını  və s. haqqında valideynlərə  məlumat verirlər.  Sonra onlar yazı gigiyenası qaydalarına 
yiyələnməməyin zərərli cəhətlərindən danışırlar. Müəllimlər qeyd edirlər ki, yazı zamanı düzgün 
oturmamaq göz akkomodasiyasının simmetrikliyini pozur, gözün tez yorulmasına və miopiya (yaxından 
görməzlik) xəstəliyi ilə  nəticələnir. Çəp yazı qaydasından istifadə etmək onurğanın yana əyilməsinə 
(skolioza), arxa əzələləri toplusunun simmetriyasının və parta arxasında düzgün oturmaq qaydasının 
pozulmasına səbəb olur.  Gözlə dəftər arasındakı məsafə 25-30 sm əvəzinə 21 sm olur. Arxa, yuxarı çiyin 
və qarın qrupu əzələləri gərginləşir, simmetriklik pozulur. Bu cür yazı, görmə üzvünün qabiliyyətini 
minimum səviyyəyə endirir. Müəllimlər eyni zamanda valideynlərə düz yazı qaydasını da göstərirlər. 
Onlar qamətin düzgün inkişafı üçün bir sıra hərəkətləri də valideynlərə yazdırır, həmin hərəkətlərin evdə 
uşaqların icra etmələrinə  nəzarət etməyi onlara tapşırırlar. Müəyyən müddət keçdikdən sonra 
valideynlərlə söhbət aparmış, uşaqların yazılarına baxış keçirilmişdir. Məlum olmuşdur ki, bir müddət 
sonra sinfin bütün uşaqları yazı qaydasına yiyələnmişlər. Valideynlərlə söhbət zamanı aydın oldu ki, 
onları yazı qaydaları ilə  əlaqədar ailədə  uşaqlarla müntəzəm, ardıcıl iş aparmış  və onların təlim-
tərbiyəsinə nəzarəti gücləndirmişlər. 
 
X.3. Valideynlərlə aparılan əlbir iş 

 278
 Təcrübə göstərir ki, valideynlərlə aparılan fərdi iş  şagirdləri tərbiyələndirməkdə, onlarda təbii 
hərəkət keyfiyyətləri və gigiyenik vərdişlər aşılamaqda müəllimə kömək göstərən ən yaxşı vasitələrdən 
biridir. Fərdi iş zamanı müəllimin uşaqların fiziki inkişafında, fiziki hazırlığında və  səhhətində olan 
qüsurların qarşısını almaqdan ötrü müəyyən tədbir görür. Təcrübədən aydın olur ki, müəllim şagirdlərlə 
fərdi işi iki formada şagirdlərin evinə getmək və ailə başçısını məktəbə dəvət etmək formasında aparır. 
Müəllim ata-ana ilə söhbət edərkən uşağın nöqsanını, yaxşı  cəhətlərini pedaqoji ustalıqla onlara 
çatdırmalıdır.  Söhbət elə təşkil olunmalıdır ki, valideyn deyilən nöqsanlardan düzgün nəticə çıxarsın, öz 
uşağının tərbiyəsində məsuliyyət daşıdığını dərk etsin və bu işi özlərinə borc bilsinlər. Uşağın qüsuru ilə 
əlaqədar, valideynlə müəllim arasında  gedən söhbətdə onların iştirakı  məsləhət deyildir. Bir sıra 
məktəblərdə fərdi iş əlaqə formasında istifadə olunarkən müəllimlər ciddi nöqsanlara yol verirlər. Onlar 
valideyni uşağın yanında danlamaqla, həm də  təhqiredici sözlər işlədirlər.  Bəzən bir uşağın qüsuru ilə 
əlaqədar olan söhbəti digər valideyn və  uşaqlar da eşidirlər. Bu nəticə etibarı ilə söz-söhbətə  səbəb 
olmaqla yanaşı, qüsuru olan uşağa və onun valideyninə pis təsir göstərir. Bəzən buna görə də valideynlər 
müəllimin çağırışına gəlmir, məktəblə  sıx  əlaqəni kəsirlər. Belə  vəziyyətin yaranmaması üçün müəllim 
aparacaq söhbətə qabaqcadan hazırlaşmalı, valideynə məsələni necə çatdıracağı haqqında düşünməlidir. 
Buna aid məktəb təcrübəsindən bir misal çəkək. 
Sinif müəllimlərindən biri onun sinfində oxuyan şagird B.-də bədəncə qüsur olduğunu görür, o, hiss 
edir ki, həmin uşaq  sağ çiynini sol çiyinə nisbətən yuxarı tutur. Qamətini düzgün saxlamır. O, bədən 
tərbiyəsi müəllimi və həkimlə bu barədə məsləhətləşir. Onurğa əyriliklərinin qarşısını almaqla əlaqədar 
tibbi-pedaqoji kitablar oxuyur. Bundan sonra uşağın valideynlərini məktəbə çağırtdırır. O, uşaq 
orqanizminin fiziki inkişafı, anatomik-fizioloji xüsusiyyətləri, fiziki hərəkətlərin sağlamlıq üçün 
əhəmiyyəti onun qamətinin inkişafında rolu və s. dair söhbət edir. Sonra uşağın fiziki inkişafda olan 
qüsurundan və onun qarşısını almaq yollarından danışır. Eyni zamanda, müəllim qamətin düzgün inkişafı 
üçün tərtib etdiyi kompleks hərəkətləri yazdırır, düzgün oturmağa, düzgün yerişə dair valideynə məsləhət 
verir. Göstərilənlərin uşaq tərəfindən müntəzəm olaraq yerinə yetirilməsinə ciddi surətdə nəzarət etməyi 
ona tapşırır. Müəllimin valideynlə apardığı əlbir tədbirin nəticəsidir ki, B. düzgün yerişə yiyələnmiş, onun 
qamətində olan qüsur isə  tədricən aradan qaldırılmışdı. 
Valideynlə  məktəbin fərdi  əlaqə saxlamasının ikinci yolu ailəyə getmək, ev şəraiti ilə tanış 
olmaqdır. Qabaqcıl sinif müəllimləri tədris ilində bir neçə dəfə sinifdə oxuyan uşaqların evlərinə gedir və 
ailə şəraiti ilə tanış olurlar. Müəllim ailə şəraiti ilə tanış olmaqla yanaşı, uşaqların özünü evdə, həyətdə 
necə aparması, gün rejiminə necə əməl olunmasını öyrənir. Bu sahədə valideynlərə lazımi kömək göstərir. 
 
X.4.Uşaqların fiziki tərbiyəsində ictimaiyyətin rolu 
Ölkəmizdə  bədən tərbiyəsi və idman günbəgün inkişaf etdirilir. Onun əsası  məktəbdə  və ailədə 
qoyulsa da, idarə və müəssisələrdə də bədən tərbiyəsi və idman geniş yayılır və kütləviləşdirilir. 
Məktəbli gənclər arasında kütləvi bədən tərbiyəsi və sağlamlıq işinin hər  şeydən  əvvəl yaşayış 
yerlərində inkişaf etdirilməsi olduqca vacibdir. Buna görə də idman qurğularının tikilməsi və hazırda əldə 
olan qurğuların yeniləşdirilərək istifadə olunmasına diqqət artırılmışdır. Onların hansı idarəyə 
mənsubiyyətindən asılı olmayaraq hər bir rayonda və mikrorayonda kütləvi bədən tərbiyəsi və sağlamlıq 
işi canlandırılmış, mənzil haqda, mədəni-kütləvi və idman işi üçün ayrılan vəsaitdən istifadə olunması 
qaydaya salınmışdır. 
Respublikanın 25 rayonunda Olimpiya idman kompleksinin tikilib istifadəyə verilməsi, digərlərində 
isə Olimpiya kompleksinin tikintisinə başlanması, Heydər  Əliyev adına fondun hesabına onlarla 
məktəblərin, məktəbyanı meydançaların, idman zallarının tikilməsi və bir çox şirkətlərin idmana 
himayəçilik etməsi sayəsində ölkəmizdə bədən tərbiyəsi və idman daha sürətlə inkişaf etməyə başlamış və 
daha çox məktəblini özünə  cəlb etmişdir.  Şəhər və  kənd rayonlarımızda yerli təşkilatlar və ictimai 
qüvvələr bədən tərbiyəsi və idmanı yaxşılaşdırmaq üçün öz qüvvələrini səfərbər edir, əllərindən gələni 
əsirgəmir. Nəticədə ictimai qüvvələrin və yerli təşkilatların yaxından köməyi sayəsində bu iş 
məktəblərdə, məhəllələrdə və digər ictimai obyektlərdə daha da canlandırılmışdır. 
İdman cəmiyyətləri və evlər idarələrində  də kütləvi bədən tərbiyəsi işinin genişləndirilməsinə 
kömək etməlidirlər. Yaxın illərdə şəhərlərdəki hər bir idarə nəzdində, hər bir kənddə şagirdlərlə kütləvi 
idman işinin təşkilinə nail olmalı, kompleks idman meydançaları, idman şəhərcikləri və stadionları 

 279
abadlaşdırılmalıdır. Yaşayış yerlərində və bələdiyyə idarələrində uşaqlar və gənclərlə bədən tərbiyəsi və 
idman məşğələlərinin keçirilməsi diqqət mərkəzində olmalıdır. 
İri müəssisə  və idarələrin və ictimaiyyətin qüvvəsinə arxalanaraq respublikamızda da xeyli işlər 
görülmüşdür. Xüsusən Azərbaycanın bir sıra rayon və  şəhərlərində, habelə  məktəblilərin gərgin  əməyi 
sayəsində idman şəhərcikləri, stadion və müvafiq meydançalar yaradılmışdır. Bəzi idman meydançaları 
isə  təmir edilib qaydaya salınmışdır. Bu sahədə Füzuli rayonu zəhmətkeşlərinin təşəbbüsü xüsusilə 
faydalı olmuşdur. Bütün məktəblərdə kompleks idman meydançaları düzəltmişlər. VMH kompleksinə 
hazırlıq və onun tələb və normalarının qəbulu üçün gözəl meydançalar düzəltmişlər. Füzulilərin təşəbbüsü 
rayonlarda da geniş yayılmışdır. Hazırda Yevlax, Ağdam, Qazax və s. rayonlarda idman bazaları, 
Olimpiya kompleksləri yaradılmışdır. 
Bakının bir sıra şəhərlərində, mikrorayonlarda və digər yaşayış yerlərində təşkil olunmuş valideyn 
komitələri məktəblilərlə birlikdə kütləvi idman tədbirləri aparmaqda böyük təcrübə toplamışlar.  İdman 
tədbirlərinin həyata keçirilməsində ayrı-ayrı rayonların gənclər – idman və turizm idarələri yaxından 
iştirak edirlər. Rayonların fəal və ictimaiyyətçi gəncləri, idmançılar MİS-lərə  və  bələdiyyə idarələrinə 
idman bölmələrinin, yarışların, yürüş və ekskursiyaların təşkili və keçirilməsində kömək göstərirlər. 
Bütün bunlar idmançı kadrların hazırlanmasında, onların idman fəaliyyətlərinin 
genişləndirilməsində  zəmin yaradır,  əhalinin yaşadığı yerlərdə kütləvi bədən tərbiyəsi və idmanın 
inkişafına kömək edir. 
Bədən tərbiyəsi və idman tədbirləri, xüsusilə idman yarışları yalnız həyətlər arasında deyil, 
məktəblər və həyətlər arasında, bir rayonun həyət komandaları ilə başqa bir rayonun həyət komandaları 
arasında keçirilir. Yarışan komandaların hər birinin özünəməxsus forması və öz adı vardır. 
Bu yarış qaliblərinə adətən, MİS-in evlər idarəsinin və rayonun fərqlənmə nişanı verilir. Qaliblərə 
həm də bədən tərbiyəsi təşkilatlarının mükafatları təqdim olunur. 
MİS-in evlər idarəsi yeni meydançaların düzəldilməsinə, köhnəsinin təmirinə valideynlərlə yanaşı, 
uşaqları da cəlb etməlidir. Bəzi sadə qurğuları uşaqlar özləri də düzəldə bilərlər. Ümumiyyətlə, uşaqların 
meydançaların düzəldilməsinə  cəlb edilməsi, sadə idman qurğularının hazırlanmasında iştirakı, onların 
avadanlığa qayğısı münasibətinin bəslənməsinə səbəb olur. Əlbəttə, MİS-lərin və evlər idarəsi nəzdində 
bədən tərbiyəsi və idman tədbirləri o zaman yaxşı nəticə verə bilər ki, bu təşkilatlar məktəblə sıx əlaqə 
saxlaya bilsin, ondan lazımi kömək alsın. 
Müşahidələr göstərir ki, bir çox valideynlər uşaqların, xüsusilə  qızların məktəbin idman 
tədbirlərində  iştirak etməsinə icazə vermir, bu işə  hər  vəchlə mane olurlar. Elə buna görə  də  məktəb 
müəllimləri, pedaqoji kollektivin üzvləri belə valideynlərlə  iş aparmalıdır. Bədən tərbiyəsi və idmanın 
sağlamlığın möhkəmləndirilməsində, bəzi  xəstəliklərin qarşısının alınmasında  əməyə  və  Vətənin 
müdafiəsində əhəmiyyətini, zehni, estetik və əxlaq tərbiyəsində  mühüm rolunu onlara izah etməli və başa 
salmalıdır. Yalnız bu zaman ailədə uşaqların fiziki tərbiyəsinin müasir tələblər səviyyəsinə çatmasından 
danışmaq olar. 
 Beləliklə, bütün bunlardan belə  nəticəyə  gəlmək olar ki, dünyada qloballaşma getdiyi bir dövrdə 
yeniyetmə  və  gənclərin sağlamlığını qorumaq və onu daha da möhkəmləndirmək günün vacib 
tələblərindəndir. Bunu isə tam şəkildə  həyata keçirmək məktəb, ailə, ictimai və özəl birliklərin birgə 
fəaliyyətindən asılıdır. 
 
                               
 
 
 
 
 
 
 
 
 
 

 280
Yoxlama – test sualları 
 
1.Məktəb, ailə və ictimaiyyətin əlbir işinin mahiyyəti 
2.Valideyn konfransının məqsədi 
3.Sinif valideyn iclasının vəzifələri 
4.Valideynlərlə aparılan fərdi işin əhəmiyyəti 
                   
 
 
 
Yaradıcılıq işi üçün təxmini mövzular 
 
1.Məktəbin ailə və ictimaiyyətlə aparacağı işin əsas məzmunu. 
2.Valideyn və ictimaiyyətin məktəblə əlaqəsi. 
3.Mənzil-istismar idarələrində və bələdiyyələrdə uşaqların fiziki tərbiyə işlərinin təşkili. 
 
 

 281
Ə L A V Ə  L Ə R 
 
I-IV siniflər üçün mütəhərrik oyunlar 
 
I   S İ N İ F 
 
Kosmonavtlar 
Uşaqlar əl-ələ tutaraq dairə boyunca gedirlər və aşağıdakı misraları oxuyurlar: 
                    Sürətli raketlər gözləyir bizi 
                    Uçub planetdə gəzməyimizi. 
                    Biz hansını istəsək, 
                    Onunla da uçarıq. 
                    Oyunda bir sirr var: 
                    Gecikənə yoxdur yer. 
 Axırıncı söz deyilən kimi, bütün uşaqlar raketdroma tərəf qaçırlar və çalışırlar ki,  raketlərin birində 
öz yerlərini tutsunlar. Raketlərin  şəkilləri,  əvvəlcədən meydançanın müxtəlif səmtlərinə  çəkilir və  hər 
raketin içərisində 2-dən 5-ə  qədər kiçik dairələr olur. Uşaqlar bunların içərisinə girib dayanırlar. 
Raketlərin yanlarında həmin raketin hara uçacağı yazılır. Məsələn: 
              Y A Y: «Yer-Ay-Yer» 
              Y M Y: «Yer-Mars-Yer» 
              Y N Y: «Yer-Neptun-Yer» 
              Y V Y: «Yer-Venera-Yer» 
              Y C Y: «Yer-Saturn-Yer» 
Raketlərdə  uşaqların bir qisminə yer çatışmır. Yer tuta bilməyənlər meydançanın mərkəzindəki 
böyük dairələrin ortasında toplaşırlar. Yer tutanlar isə uçuş yollarını elan etməklə özlərini guya kosmosda 
gəzən kimi təsəvvür edirlər. Sonra uşaqlar yenidən bir yerə yığışır və əl-ələ tutub dairə boyunca gedərək 
oyunu davam etdirirlər. 
Oyunda o uşaqlar qalib gəlir ki, keçirilmiş uçuşların hamısında özlərinə yer tutmuş  və daha çox 
«uçmuşlar» (mümkün olan üç uçuşda). 
 
 
 
 
                          Şəkil 1. 
«Kosmonavtlar» oyunu keçirilən zaman şagirdlərin yerləşdirilməsi sxemi 
 
 
                           Şəkil 2. 
«Atlı idmançılar» oyununda şagirdlərin bölüşdürülməsi sxemi 
 
 
Metodik göstərişlər: Oxunan misraların axırıncı sözü deyilməmişdən  əvvəl qaçmaq olmaz. 
Raketlərin içərisində özünə yer tutmuş yoldaşı itələmək qadağandır. 
 
                               Atlı idmançılar (qaçış üçün) 
Uşaqlar meydançada çəkilmiş böyük dairə boyunca düzülürlər. Bu «Manej» (meydança) hesab 
olunur. 
Uşaqlar «at sürən idmançı»nın vəziyyətini alırlar. «At addımları» atmaq üçün qollar dirsəkdən 
bükülür, əllərin içi aşağıya baxır, uşaqlar dairə boyunca gedərək çalışırlar ki, dizlərini əllərinin içərisinə 
çatdırsınlar. 
Dönmələr: Müəllimin əl çalması ilə uşaqlar hərəkətin istiqamətini dəyişirlər (dairə boyunca hərəkət 
başqa istiqamətdə davam edir). 

 282
 «Sürətlə çapmağa» keçmək və yenidən «addımlamaq» üçün uşaqlar əllərində guya cilov tutduqları 
vəziyyət kimi, dizlərini yüksəyə qaldırmaqla qaçışa başlayırlar. Müəllimin şərti işarəsi ilə yenidən yerişə 
keçirlər. Sonra atlılar «atla oyunda» iştirak  edirlər. Meydançanın kənar tərəfində  xətlərlə atların 
dayanmaları üçün «arakəsmələr» çəkilir. Arakəsmələrin sayı  uşaqların sayından üç-dörd dəfə az olur. 
Uşaqlar çapan atın vəziyyətini alaraq arakəsmələrin qarşısına çatan kimi dağılışıb yanlarına qaçırlar.  
Müəllimin işarəsi ilə idmançı-atlılar (dizləri yüksəyə qaldırmaqla) arakəsmələrin yanına gəlir və  hərə 
çalışır ki, boş olan arakəsmələrin birini tutsun. Yersiz qalan oyunçular uduzurlar. Oyun 3-4 dəfə keçirilir. 
Hər dəfə özündə yer tutan atlılar qalib sayılırlar.  
 Metodik göstəriş: Oyunda hamı dizləri yuksəyə qaldırmaqla qaçır. Bu qaydanı pozanı iki dəfə 
uduzmuş hesab edirlər. Özünə yer tutmuş atlını itələməyə icazə verilmir. 
Bayquş 
Uşaqlar əllərində qum doldurulmuş kisə tutaraq meydançada sərbəst gəzişirlər. «Gecə» komandası 
verilən zaman onlar əllərindəki kisələri başlarına qoyub, qollarını yanlara açaraq pəncələr üzərində 
meydançanın ətrafında gəzişirlər. «Bayquş» (aparıcı) onların arasında gəzişir və nəzarət edir. Əgər kim 
kisəni yerə salsa və ya düşməkdə olan kisəni  əl ilə  tutsa, «bayquş» onu yuvasına aparır. «Gündüz» 
komandası verilərkən «Bayquş» öz yuvasına çəkilir, oyunçular isə sərbəst olaraq qaçışır, rəqs edir, vəhşi 
heyvanları, quşları yamsılayırlar. Uşaqlar bu hərəkətləri bir də «Gecə» komandası verilənə qədər təkrar 
edirlər. «Gecə» komandası veriləndən sonra «Bayquş» yenə də öz yuvasından çıxır və vəzifəsini yerinə 
yetirir. Oyun belə davam edir. 
Oyunda «Bayquş» tərəfindən heç tutulmamış uşaqlar qalib gəlirlər. 
Topu qonşuna ötür 
Şagirdlər bir cərgədə düzülürlər. Müəllimin «Başla» komandası ilə birinci oyunçular topu yaxında 
dayanmış qonşu oyunçuya, o da öz növbəsində qonşu oyunçuya verir və i.a. ötürməyə başlayırlar. 
Top bu qayda ilə axırıncı oyunçuya qədər ötürülür və axırıncı oyunçular topu qəbul edən kimi tez 
yuxarıya qaldırırlar. Bunu birinci edən komandaya qələbə xalı verilr və oyun yenidən başlanır. Oyunu 3-4 
dəfə keçirmək olar. Axırda hansı komandanın qələbə xalı çox, cərimə xalı az olursa, həmin komanda 
qalib gəlir. 
Metodik göstərişlər: 1. Müəllim hər iki cərgədə  topun düzgün ötürülməsinə  nəzarət etmək üçün 
münasib yer seçməlidir. 2. Qonşunu arada qoyub, topu başqasına ötürməyə, topu havadan atmağa, 
cərgədən çıxıb topu almağa və s. icazə verilməməlidir. 3. Bu qaydalar pozuzlduqda komandaya cərimə 
xalı verilir və bu xallar axırda nəzərə alınır. 4. Topu baş üzərindən ayaqlar arasından keçirməklə ötürmək 
kimi variantlardan da istifadə edib oyunu keçirmək olar. 5. Oyunun əhəmiyyəti və qaydaları  nəzəri 
məlumat kimi şagirdlərə çatdırmalıdır. 
                                  Biz şən uşaqlarıq 
Oyuna hazırlıq.  Meydançanın hər iki başında xətlər çəkilir. Bunlar start xətti hesab olunur. 
Oyunçular hamısı bir tərəfdə start xəttindən arxa cərgə də dayanırlar. 
              Müəllim bir nəfər aparıcı təyin edir. Aparıcı meydançanın ortasında dayanır. 
Oyunun gedişi: Müəllimin işarəsi ilə cərgədə dayanmış uşaqlar, aşağıdakı sözləri bir səslə deyirlər: 
                    Biz şən uşaqlarıq, 
                    Həm danışar, həm də qaçarıq. 
                    Biz sevirik cəldliyi, 
                    Hünərin var tut bizi. 
Uşaqlar «tut bizi» sözünü deyən kimi, meydançanın digər tərəfindəki start xəttinin arxasına tərəf 
qaçırlar. Bu zaman aparıcı qaçanlardan birini tutmağa, yaxud əlləri ilə onlara toxunmağa çalışır. Start 
xəttinin arxasına keçmiş oyunçulara toxunmaq olmaz. Aparıcı start xəttinə qədər hansı oyunçuya toxunsa, 
o tərpənmədən öz yerində durur. Müəllim tutulanları qeydə aldıqdan sonra hamı yeniədən cərgəyə 
düzülür və oyun təkrar olunur. Axırda heç tutulmamış, yaxud nisbətən az tutulmuş oyunçular qalib 
sayılırlar. 
Metodik göstərişlər: 1. Oyunu iki komanda arasında da keçirmək olar. Bunun üçün tutulmuş 
oyunçulara görə komandalara cərimə xalı verilir, axırda cərimə xalı az olan komanda qalib sayılır. 2. 
İştirakçılar çox olduqda iki nəfər aparıcı ayırmaq lazımdır. 
Öz bayrağına doğru 

 283
Oyuna hazırlıq. Meydançanın hər iki başında eninə  xətlər çəkilir. Bir xəttin arxasında oyunçular 
dayanırlar, digər xəttin üzərində  uşaqların sayına müvafiq bayraqlar (estafet ağacları) düzülür. 
Meydançanın ortasında 3-5 nəfər «gözətçi» dayanır. 
Oyunun gedişi. Müəllimin işarəsi ilə oyunçular meydançanın bayraqlar olan tərəfinə qaçaraq 
bayraqları dayandıqları yerə gətirməyə çalışırlar. «Gözətçilər» isə onlara mane olurlar, bayraq arxasınca 
qaçan oyunçuya əlləri ilə toxunarlarsa, həmin oyunçular yerlərindən tərpənməyərək dayanırlar. Başqa 
oyunçular vurulmuş oyunçuya toxunmaqla onu xilas edə bilərlər. 
Vurulmuş oyunçunun əlində bayraq olarsa, «Gözətçi» bu  bayrağı alır və meydançanın yan tərəfində 
kvadrat şəklində cızılmış sahəyə qoyur. 
Kvadrat içərisinə qoyulmuş bayraqları qorumaq üçün xüsusi gözətçi təyin edir (əvvəlki 
gözətçilərdən biri). Oyunçular bu bayraqları da qaçıra bilərlər. 
Bu oyunda gözətçilərlə oyunçular arasında mübarizə gedir. Əgər oyunçular kvadratda olan 1-4 
bayraqlardan başqa bütün qalan bayraqları öz sahələrinə gətirə bilsələr, qalib gəlirlər. 
Gözətçilər isə o zaman qalib gəlmiş sayılırlar ki,  bayraqlardan 5-ni ələ keçirmiş olsunlar (şərtə 
görə). 
İki şaxta 
Oyuna hazırlıq: Meydançanın müxtəlif yerlərində dördbucaq şəklində iki növ «ev» çəkilir. 
Oyunçular bu «evlərə» doluşub gözləyirlər. Onların içərisindən iki nəfər «şaxta» rolunu oynayır. Hər iki 
«şaxta» özlərinin arasındakı sahədə sərbəst dayanırlar.  
Oyunun gedişi: Müəllimin işarəsi ilə iki «şaxta» aşağıdakı sözləri oxuyur: 
                    Biz iki cavan qardaşıq, 
                    Mən qırmızıburun şaxtayam. 
                    Mən göyburun şaxtayam. 
                    Hər kəs bizdən qorxmursa,  
                    Qoy bu evdən yola çıxsın. 
              Uşaqlar bir səslə cavab verirlər: 
                    - Biz şaxtadan qorxmuruq. 
Bunu deyən kimi uşaqlar evdən çıxıb o biri «evə» tərəf qaçırlar. «Şaxtalar» onları tutmağa, yaxud 
əlləri ilə toxunmağa çalışırlar. Onlar qaçanlardan kimə toxunsalar, həmin oyunçu tərpənmədən yerində 
«donub» qalır (növbəti qaçışa qədər). Qaçıb qarşı  tərəfdəki «evə» dolmuş  uşaqlara toxunmaq olmaz. 
Sonra yenə də mahnının sözləri oxunur və  uşaqlar cavab verirlər, bununla da oyun davam edir. Ancaq 
oyunda bu dəfə meydançada donub qalmış uşaqlar da qaçıb özlərini xilas edə bilərlər. Oyun bir neçə dəfə 
təkrar edilir.  
Axırda iki «şaxta» tərəfindən heç tutulmayan, yaxud nisbətən az tutulan oyunçular qalib gəlirlər. 
Ləkə vurma 
Oyuna hazırlıq: Oyunçular sərbəst şəkildə meydançaya dağılışırlar. Bir nəfər aparıcı «Ləkə» təyin 
edilir. Aparıcı ortaya çıxıb bərkdən deyir: «Mən ləkəyəm». Uşaqlar onu tanıyırlar. 
Oyunun gedişi: Müəllimin işarəsi ilə aparıcı oyunçuları qovur və onlara çatıb  əli ilə toxunmağa, 
«ləkə vurmağa» çalışır. Oyunçular isə qarmaqla özlərini mühafizə edirlər. Aparıcı onlardan hansına 
toxunarsa, həmin oyunçu aparıcını əvəz edir, əvvəlki aparıcı isə oyunçulara qoşulur. Aparıcı «ləkələnmiş» 
oyunçunu yerində dayanır və  əlini yuxarıya qaldıraraq deyir: «Mən ləkəyəm», bundan sonra oyun 
yenidən başlayır. Təzə «ləkə» həmin anda köhnə ləkəyə toxunmamalıdır. 
Oyun müəyyən vaxt ərzində (8-12 dəqiqə) keçirilir. Axırda heç ləkələnməmiş oyunçular qalib 
sayılırlar. 
Metodik göstərişlər:  I. Oyun keçirilən sahəni xətlərlə cızmaq lazımdır və oyunçulara bu xətlərdən 
kənara çıxmağa icazə verilməməlidir. 2. Oyunu həm açıq meydançada, həm də idman zalında keçirtmək 
olar.  
Hoppanan sərçələr 
Oyunçulardan bir nəfəri (aparıcı) «Böyük quş» hesab edilir. «Böyük quş» dairənin mərkəzində 
dayanır. 
Oyunun gedişi: Müəllimin işarəsi ilə «sərçələr» iki ayaqları üzərində gah dairənin içərisində dayanır 
(hoppanır), gah da hoppanıb oradan çıxırlar. 

 284
Sərçələr dairəyə dən yemək üçün daxil olurlar. «Böyük quş» isə onları dən yeməyə buraxmamağa 
çalışır. «Böyük quş» dairənin içərisində qaçaraq sərçələri dən yeməyə qoymamaq üçün onları dimdiyi ilə 
vurur (Əli ilə dairənin içərisinə toxunur). Vurulmuş «sərçə» müəllim tərəfindən qeydə alındıqdan sonra, 
oyun davam edir. 
Aparıcı tərəfindən heç vurulmamış sərçə qalib sayılır. 
Metodik göstərişlər: I. Aparıcının (Böyük quşu) ya müəllim tez-tez dəyişməli, ya da hər vurulmuş 
sərçə onu əvəz etməlidir. 2. Şagirdlərin sayına görə oyun bir neçə dəfə dairə ətrafında aparıla bilər. Belə 
olduqda müəllim özünə köməkçi-şagird ayırmalıdır. 3. Oyun fasilələrlə bir neçə dəfə təkrar olunur. 
 
 
 
 
Tülkü və toyuqlar 
Oyuna hazırlıq: Dörd gimnastika skamyasını kvadrat şəkildə qoyurlar. Skamyaların arasında qalan 
sahə «toyuq damı» hesab olunur. Bütün «toyuqlar» burada yerləşirlər. 
Aparıcı «tülkü» isə skamyaların arasında dayanır. 
Oyunun gedişi: Müəllimin işarəsi ilə «tülkü» skamyanın üzərindən içəriyə tullanır və «toyuqlardan» 
mümkün qədər daha çox tutmağa (toxunmağa) çalışır. Bu vaxt «toyuqlar» gah tara (skamyanın üzərinə), 
gah da yerə hoppanmaqla özlərini xilas etməyə çalışırlar. Tara qalxmış toyuqlara tülkünün toxunmağa 
ixtiyarı yoxdur. 
Müəllim ikinci dəfə  işarə verdikdə «tülkü» toyuq damından çıxır və tülkünün toxunmuş olduğu 
bütün «toyuqlar» hesaba alınır. Sonra aparıcı dəyişdirilir və oyun yenidən başlanır. 
Axırda tülkü tərəfindən tutulmamış və daha az tutulmuş oyunçular qalib sayılırlar. 
Metodik göstəriş oyunu zal və meydançada keçirmək olar.  
 
 
 
                                       Şəkil 3. 
     
«Tülkü və toyuqlar» oyunu 1-ci yuva; 2-ci-tülkü; 3-cü-toyuqlar; 4-cü-müəllim; 5-ci-skamyalar 
 
 
                   
 
 
 
 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin