Pedaqoji ünsiyyət və onun quruluşu. Pedaqoji unsiyy



Yüklə 353,47 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix30.04.2023
ölçüsü353,47 Kb.
#105125
  1   2   3   4   5   6   7   8   9   ...   12
Pedaqoji usatalığın əsasları (Mühazirələr 21-40)




Pedaqoji ünsiyyət və onun quruluşu. 
Pedaqoji unsiyy
ət müəllimin şagirdlərlə təlim-tərbiyə prosesində həyata keçirdiyi peşə 
ünsiyyətidir.Bu cür ünsiyyət hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması üçün şərait 
yaradılmasına yönəlmiş olur,kollektivdəki sosial-psixoloji prosesləri idarə etməyə və 
s
əmərəli psixoloji iqlim yaratmağa imkan verir.Düzgün qurulmayan pedaqoji ünsiyyət 
qorxu,inamsızlıq yaradır,diqqətin,hafizənin,iş qabiliyyətinin zəifləməsinə səbəb olur.Ona 
görə də hər bir müəllimin pedaqoji ünsiyyətin mahiyyəti,onun sosial-psixoloji 
mexanizml
əri ilə dərindən tanış olması və şagirdlərlə birgə fəaliyyəti zamanı ondan 
lazımi şəkildə istifadə etməsi zəruridir.Pedaqoji ünsiyyət,ümumiyyətlə,ünsiyyətin bütün 
xüsusiyyətlərini özündə əks etdirir.Ünsiyyətin əsas xüsusiyyətləri isə bunlardır: 
1)adamlar arasında informasiya mübadiləsi,2)adamlar arasında qarşılıqlı təsir 
prosesi,3)adamların bir-birinin qavraması və bunun əsasında bir-birini anlaması. 
Pedaqoji ünsiyyətin bu növləri məlumdur: 
1)V
əzifələriə görə - informasiya mübadiləsi,şəxsiyyətlərarası anlama,başqa adamın 
davranışını tənzimləmə. 
2)M
əzmununa görə - təşkiledici,qiymətləndirici,intizamyaradıcı. 
Müəllim elə bilik,bacarıq və vərdişlərə malik olmalıdır ki,onların köməyilə şagirdlərə təsir 
göstərə bilsin,şagird kollektivindəki qarşılıqlı münasibətləri fəal şəkildə idarə edə 
bilsin.Bunlar is
ə səmərəli pedaqoji ünsiyyətin olması deməkdir.Ünsiyyət və fəaliyyət 
qırılmaz əlaqəlidir. Onun bu komponentləri var: 1) ünsiyyətin məqsədi, 2) məzmunu, 3) 
motivl
əri, 4) vasitələri, 5) normativləri. Pedaqoji ünsiyyət müxtəlif məqsədlər daşıya bi-
l
ər: 1) fərdi-idraki (nə isə yeni bir şeyi öyrənmək, məlumatı almaq məqsədi güdür), 2) 
emosional (qiym
ətləndirmək, təəssüratı bölüşdürmək, münasibətləri bildirmək məqsədi 
daşıyır). 
Pedaqoji ünsiyyət zamanı məqsəd sadəcə olaraq elə ünsiyyətə girmək, ünsiyyət saxla-
maq ola bil
ər. Ünsiyyətin məzmunu təlim prosesində müəllimin qarşıya qoyduğu məq-
s
ədlə müəyyən edilir. Ünsiyyət vahid məqsədə yönəlmədən səmərəli nəticə verməz. 
Ünsiyyətin səmərəliliyi onun məqsədindən, məzmunundan, motivlərindən, vasitələrin-
d
ən, normalara əməl edilməsindən asılıdır. Kiçikyaşlı məktəblilərdə ünsiyyətin məqsədi 
d
ərk edilmir, o seçici olmur. Yuxarı siniflərdə bu isə əksinə, dərk edilmiş və seçici olur. 
T
əlim prosesində şagird şəxsiyyətinə kifayət qədər diqqət yetirməmək, təkcə təlim me-
todlarına üstünlük vermək böyük pedaqoji qüsurlarla nəticələnir. Odur ki, müəllim şa-
girdl
ərlə işləyərkən həmişə səmərəli pedaqoji ünsiyyət yaratmağa çalışmalıdır. 


Müəllimin şəxsiyyəti, ünsiyyət üslübları, ünsiyyət texnikası 
İdarəetmə ilə bağlı sosial psixologiyada 5 cür rəhbərlik üslubu qeyd olunur: 
1) 
avtokratik üslub, 2) avtoritar üslub, 3) demokratik üslub, 5) qeyri-sabit üslub. Buna uyğun olaraq 
pedaqoji ünsiyyətin də eyni üslublarını qeyd etmək mümkündür. Ünsiyyətin 2-ci tərəfinə - 
qarşılıqlı təsirə xüsusi diqqət yetirməklə onları öyrənək. Adətən, avtokratik və avtoritar rəhbərlik 
üslublarına malik olan müəllimlər pedaqoji ünsiyyətin təşkilində demək olar ki, eyni cür mövqe 
tuturlar. Bel
ə müəllimlər həmişə hökmran olmağa çalışır, şagirdə yalnız obyekt kimi yanaşır, 
onlarla 
əmr, göstəriş, təlimat, töhmət dili ilə danışır, onların təşəbbüsünü qırır, fərdi xüsusiy-
y
ətlərini nəzərə almır, hamı ilə eyni cür münasibət saxlamağa can atır. 
Demokratik r
əhbərlik üslubunda isə şagird subyekt kimi qavranılır. Müəllim şagird kollektivinin fikrinə 
istinad edir, onlarla razılaşır. Şagirdlərə daim məsləhət, xahiş, məlumat vasitələri ilə hərəkət edir, 
uşaqların müstəqilliyini, təşəbbüslərini, fəallığını inkişaf etdirir, özünüidarəni tətbiq edir, hər bir şagirdin 
yaxşı işini rəğbətləndirir, onlarda öz qüvvəsinə inam yaradır. Şagirdlərin fərdi xüsusiyyətlərini, 
maraqlarını, qabiliyyətlərini nəzərə alır, müsbət emosional əlaqəyə üstünlük verir, qiymətləndirmədə 
h
əmişə obyektiv olurlar. 
Liberal r
əhbərlik üslubuna malik olan müəllimlərin şagirdlərlə ünsiyyəti kortəbii, anarxist xarakter daşıyır, 
onlar h
ər şeyə laqeyd, etinasız yanaşırlar, kollektivin həyatına qarışmaq istəmirlər, heç bir fəallıq 
göstərmirlər. Burada ünsiyyətin xarakteri şagirdlərdən asılı olur, onlar tərəfindən diqtə edilir. O heç vaxt 
m
əqsədini həyata keçirməyə can atmır, məsələlərə formal yanaşır, məsuliyyətdən yaxa qurtarmağa 
çalışır. Belə halda müəllimin nüfuzundan danışmaq olmaz. Qeyri-sabit rəhbərlik üslubu da belədir. 
Bunların hər ikisi də pis rəhbərlik üslublarıdır. 
Aliml
ər pedaqoji ünsiyyətin bu üslublarını müəyyənləşdirmişlər: 
1) birg

Yüklə 353,47 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin