Pedaqoji ünsiyyət və onun quruluşu. Pedaqoji unsiyy



Yüklə 353,47 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix30.04.2023
ölçüsü353,47 Kb.
#105125
1   2   3   4   5   6   7   8   9   ...   12
Pedaqoji usatalığın əsasları (Mühazirələr 21-40)

M
əktəb və teatral pedaqogikaların qarşılqlı əlaqələri 
M
əktəbdəki təlim-tərbiyə prosesi olduqca mürəkkəb, hərtərəfli, dinamik bir hadisədir. Pedaqoji işin incəsə-
n
ətlə çox sıx bağlı olduğu çoxdan məlumdur. Bu da məlumdur ki, incəsənət talantın və ustalığın qovuş-
masından yaranır, ustalıq isə bir çox nəsillərin ənənələrini və təcrübəsini özündə toplamış məktəbdə for-
malaşır. Məktəb şagirdin təbii imkanlarını inkişaf etdirir, ona lazım olan bilikləri və vərdişləri verir, talantını 
t
əşkil edir, onu hər bir yaradıcı işə əsaslı şəkildə hazırlayır. 
Pedaqoji inc
əsənəti, adətən, bir aktyorun teatrı adlandırırlar. Ona görə də müəllim üçün teatral işin prin-
sipl
ərini və qanunlarını bilmək çox vacibdir. Həm də müəllimlik peşəsinin müəyyən psixoloji mexanizmi 
vardır. Bu mexanizmin mahiyyətinin açılması müəllimlik peşəsinin sirlərinə nüfuz etməyi asanlaşdırır. Mü-
əllimlik fəaliyyəti ilə aktyorluq və rejissorluq fəaliyyətlərinin müqayisəsi həmin psixoloji mexanizmi dərin-
d
ən anlamağa və müəllimin öz psixoloji vəziyyətinə nəzarətini gücləndirməsinə əsaslı bir imkan verir. 
Müəllimlik fəaliyyəti ilə rejissorluq fəaliyyəti bir-birinə çox yaxındır və bunların bir-birinə oxşar və fərqlən-
dirici c
əhətləri mövcuddur. Bu peşələrin oxşar cəhətləri bunlardır: 
Rejissor da, müəllim də rəhbərlik etdiyi kollektivdə vəzifə bölgüsü aparır. Tamaşa ilə bağlı olaraq bütün iş-
l
ər rejissorun göstərişinə əsasən icra edilir, o, aktyorların fərdi xüsusiyyətlərini nəzərə almaqla, onların hə-
r
əsinə uyğun bir rol tapşırır. Pedaqoji işdə də rol bölgüsü var. Müəllimin göstərişi ilə dərsdə hər bir şagird 
bir işlə məşğul olur: biri keçmiş mövzunu danışır, digəri suala cavab verir, başqası lövhəni təmizləyir, bir 
başqası isə hazıırladığı əyani vəsaiti lövhədən asır və s. 
Rejissorun da, müəllimin də fəaliyyəti kollektiv səciyyə daşıyır, yəni rejissor aktyorlar, bəstəkar, rəssam, 
dekorator, işıqçı, modelyer və s. kimi tamaşaya aid olan sənətkarlar kollektivi ilə işləyir. Müəllim də şagird 
kollektivi il
ə işləyir, onu təşkil edir, şagird kollektivində fəalları müəyyənləşdirir, onlara tapşırıqlar verir, 
rejissor kimi o da kollektiv işlə fərdi işi sıx əlaqələndirməyə çalışır. 
Rejissor da, müəllim də öz fəaliyyətləri ilə dövrün problemlərinə toxunur, ictimai-siyasi həyata fəal şəkildə 
müdaxilə edirlər 
Rejissorun da, müəllimin də təxəyyülü sürətlə inkişaf edir. Tamaşa hazır olana, tamaşaya çıxarılana qə-
d
ər onun ayrı-ayrı elementləri rejissorun təxəyyülündə canlandırılır. O, tamaşanın hər bir detalını qabaq-
cadan düşünür, aktyorun sözünü hansı şəraitdə, necə deyəcəyini, bu vaxt necə görkəm alacağını öncə-
d
ən görə bilir, təsəvvüründə tam bir obrazı, tamaşanı canlandırmağı bacarır. Müəllim də növbəti dərsini 
t
əxəyyülündə qura bilir, onun mərhələlərini, bu mərhələnin ardıcıllığını, dərsdə şagirdlərə veriləcək sual-
ları, təqribən alacağı cavabları, hansı əyani və texniki vasitələrdən necə istifadə edəcəyini, dərsini hansı 
üsullarla keçəcəyini və s. cəhətləri qabaqcadan ölçüb-biçir, dərsi beynində qurmağı bacarır. 
Lakin rejissorluq v
ə müəllimlik peşələrini bu oxşar cəhətlərinə görə tamamilə eyniləşdirmək olmaz, çünki 
oxşarlıqla yanaşı, onlar arasında müəyyən fərqli cəhətlər mövcuddur. Bu fərqli cəhətlər aşağıdakılardan 
ibar
ətdir: 
Rejissor, 
əsasən, aktyorlar, müəllim isə əsasən, şagirdlərlə işləyir, onlar arasında vəzifə bölgülərini aparır. 
Rejissor hazırladığı tamaşa vasitəsilə, müəllim isə dərsi vasitəsilə həyata təsir göstərir. 
Tamaşada rejissorun özü görünmür, onun əməli, fikri duyulur. Təlimdə isə müəllimin özü də, əməli də, 
fikri d
ə göz qabağında olur, görünür. 
D
ərs müəllimin pedaqoji əsəridir, tamaşa isə rejissorun əməyinin məhsulu olan səhnə əsəridir. 
Göründüyü kimi, müəllimin fəaliyyətində aktyorluq və rejissorluq əlamətləri, bütövlükdə dramaturgiya əla-
m
ətləri var. Bu əlamətlərin nədən ibarət olduğunu aydın başa düşən müəllim lazım gələndə onlardan us-
talıqla istifadə edə bilir. 



Yüklə 353,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin