Pedaqoji ünsiyyət və onun quruluşu. Pedaqoji unsiyy



Yüklə 353,47 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix30.04.2023
ölçüsü353,47 Kb.
#105125
1   2   3   4   5   6   7   8   9   ...   12
Pedaqoji usatalığın əsasları (Mühazirələr 21-40)

T
əlqinedici pedaqoji təsir texnikası 
T
əlqin kimi pedaqoji təsir metoduna müraciət edən hər bir müəllim onun effektiv şəkildə həyata 
keçirilməsi üçün vacib olan vasitələr arsenalının olub-olmadığıını ilk öncə müəyyənlişdirməlidir. 
Lazımi texnika olmadıqda, müəllimin təlqin etməsi də nəticəsiz qalacaq, ya da daha pis şagird-
l
ərin gülüşünə səbəb olacaqdır. 
Çox vaxt təlqinedici təsirin effektivliyi səsin qoyuluşu, baxış, hərəkət kimi “xırda məsələlərdən” 
asılı olur. Odur ki, təlqinedici təsir zamanı jest və mimika sözlə təsirin məzmununa və onun into-
nasiyasına əks olmamalı, uyğun olmağı ilə onu möhkəmləndirməlidir. 
T
əlqinedici təsirlərin praktiki tətbiqi hislərini idarə etmək, hislərinin daha dəqiq idarə olunması 
üçün düzgün forma seçmək bacarığı kimi keyfiyyətlər üzərində qurulmalıdır. Təlqin edən şəxs 
heç vaxt özünə və başqalarına qarşı şitlik etməməlidir. O, həmişə sakit, zəhmli, sərtbaxışlı, səli-
q
əli geyinmiş, təlqin etdiyi adamın düz gözünün içinə baxmalı, bir qayda olaraq qətiyyətli, inamlı 
danışmalı, hərəkət etməlidir. 
T
əlqin zamanı baxışlar əsas rol oynayır. Baxışları inkişaf etdirmək üçün mütləq xüsusi məşqlər 
keçirmək lazımdır. Bunun üçün hər gün səhər və axşam 10 dəqiqə ərzində güzgüdə öz gözləri-
nin içinə baxmaq məsləhət görülür. Bir neçə vaxt müntəzəm məşqlərdən sonra görəcəksiniz ki, 
gözlərinizi qırpmadan nəyəsə 1 dəqiqədən 5 dəqiqəyədək nəhayət, 20 dəqiqəyədək saxlaya bi-
l
ərsiniz. Belə uzun baxışlardan sonra gözlərinin yorulmayacaq, göz qapaqlarınızlazımi dərə-
c
ədə böyüyəcək, daha diqqətli baxmağa alışacaqsınız. 
Uşağı təlqin etmək üçün əsas eşitmə aparatına, görmə aparatına, dəri reseptorlarına təsir et-
m
ək lazımdır. 
Gözlə təlqinlər, sakit musiqi, eyni ritmli təkrar səs, saymaq-eşitmə aparatına; parıltılı gümüş əş-
ya, gözlənilməz güclü işıq, diqqətlə subyektin gözünə baxmaq – görmə aparatına, yuxarıdan 
aşağıya doğru dəriyə azacıq və ya soyuq külək vermək – dəri reseptorlarına təsir edən əsas 
vasit
ələrdir. 
T
əlqin edənin ustalığı ondadır ki, o hələ uşağın təqlini qəbuletmə qabiliyyətini yoxlamadan 
adamlara baxmaqla, d
ərisinin rənginə, ağız quruluşuna, saçının rənginə görə tez seçir və on-
ların təlqini qəbuletmə qabiliyyətini təyin edir. 
Ağdərili qadın və kişilər, mavi gözlülər, ağızlarının quruluşuna görə gülərüz görünən adamlar, 
h
ər şeylə maraqlandıqlarını hiss etdirənlər, sarışın saçlılar təlqini daha yaxşı qəbul edirlər. 
Bel
əliklə, müəllim tərəfindən istifadə edilən vasitələrin təlqinedici təsiri bu hallarda yüksəlir: 
1) 
İfadə vasitələrinin konkretliyi – mənası konkret olan sözlər təlqinliliyi yüksəldir, mücərrəd 
m
ənalı sözlər isə onu azaldır; 
2) 
Mövzunun xüsusiyyətləri – mücərrədliyin yüksək olması təhlil edilən surətin təlqinedici 
t
əsirini azaldır; 
3) 
Nitq dinamikası – yumşaqlıq və səsin gücü effektiv təsiri artırır; 
4) 
Musiqi (ritmik musiqi) böyük təlqinedici təsirə malikdir. Ona görə də orduda bundan əs-
g
əri intizamı artırmaq vasitəsi kimi geniş istifadə edilir. 


Pedqoji t
əlqinetmə bacarığına yiyələnmək üzrə gənc müəllimlərə 
m
əsləhətlər 
İnandırma və təlqin bir-birilə o qədər sıx bağlıdırlar ki, çox vaxt onları dəqiq fərqləndirə 
bilmirl
ər. İnandırmanın və təlqinin müsbət cəhətləri bunlardır: 
1) H
əm inandırmada, həm də təlqində əsas təsir vasitəsi sözdür
2) T
əsirin nəticələrinə görə əksər hallarda tərbiyə olunanın müvafiq hərəkət aktının 
t
əlqinin, yoxsa inandırmanın təsiri nəticəsi olduğunu fərqləndirmək də çətindir. 
T
ənbəl, laqeyd tonda deyilən inandırma müəllimin soyuq, süni mimikası ilə müşa-
yi
ət edilərsə, nə qədər məntiqi olsa belə, faydasız olur və təlqində də məntiqin
qanunları pozularsa, o da alınmır. Deməli, inandırma və verbal (sözlü) təlqin qar-
şılıqlı olaraq sıx bağlıdır və çox vaxt insan psixikasında təsirin vahid, kompleks 
vasit
əsi kimi çıxış edir. İnam həmişə təlqinedici xarakter daşımalı, həmçinin təlqin 
d
ə inam üçün möhkəm bünövrə hazırlamalıdır. 
Bel
əliklə, müəllimin vəzifəsi uşağa komminukativ təsiri təşkil edərkən təsirin dərəcəsini 
d
əqiq müəyyənləşdirməkdən və onun inandırmasını təlqinli, təlqinini isə inandırıcı edə 
bil
əcək müvafiq vasitələr tapmaqdan, bunlardan düzgün və yerində istifadə etməkdən 
ibar
ətdir. Bütün deyilənləri yekunlaşdıraraq işə yeni başlayan gənc müəllimlərə inandır-
ma v
ə təlqin bacarıqlarına yiyələnmək üçün aşağıdakı məsləhətləri vermək olar: 
1. 
Daha çox müşahidə aparmalı. Müəyyən müddət ərzində hansı hallarda şəxsiy-
y
ətlərarası qarşılıqlı təsirdə sizin sözləriniz, xahişləriniz, məsləhətləriniz müqavi-
m
ətə, etirazlara rast gəlmədən danışıqsız yerinə yetirdiklərini dəqiq qeyd edin. 
Onun n
ə ilə əlaqədar olduğunu müəyyənləşdirməyə çalışın: 1) məlumatın məz-
munu il
ə; 2) təsir forması ilə; 3) sizin nüfuzunuzla; 4) şagirdlərin yaş və psixoloji 
xüsusiyyyətləri ilə və s. 
2. D
ərsi hazırlayarkən onun geniş məntiqi və təsiredici seximini də işləyin, təlqinin 
hansı növünü, hansı vasitələrini tətbiq edəyəcəyinizi müəyyənləşdirin; 
3. D
ərsə başlamazdan qabaq əzələnizdəki gərginliyi yoxlayın və varsa, aradan qal-
dırmağa çalışın, məşqlər edin; 
4. 
İş günündən sonra mövcud gərginlikləri götürmək üçün fərdi yollar işləyib hazırla-
yın, kitab terapiyası, musiqi terapiyası ilə məşğul olun, axşam öz əhvalınızı təhlil 
edin; 
5. 
Əgər şagird sizin izahatınızı başa düşməyibsə və qəbul etməyibsə, bu barədə fi-
kirl
əşin, izahatınızın ardıcıl, məntiqi, inandırıcı olub-olmadığını təhlil edin. 
Bu 
ən sadə qaydaların köməyilə pedaqoji təsirin effektivliyini əhəmiyyətli dərəcədə yük-
s
əltmək olar. 



Yüklə 353,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin