Dərs vəsaiti kimi çapa buraxılmışdır (protokol 12). Bakı 2016



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə8/19
tarix01.03.2017
ölçüsü266,78 Kb.
#9896
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

1.9.3. Meqara məktəbi  
 
Meqara  məktəbi  (yun.  Μεγαρική  σχολή)  daha  bir 
Sokrat  ardıcılları  tərəfindən  yaradılan  məktəblərdən  biri 
idi  və  onun  adı  yerləşdiyi  şəhərlə  bağlı  olmuşdur.  Onları 
daha çox metafizika, məntiq və ərdəm kimi məsələlər ma-
raqlandırırdı.  Meqaraçıları  mübahisə  etməyə  meylli 
olduqlarına  görə  “eristiklər”
66
 və  ya  “dialektiklər”  də 
adlandırmışdırlar. 
                                                
66
 Eristika  (yun. 
ἐριστικὴ  τέχνη)  –  sofistlər  tərəfindən  tərtib  olunmuş 
mübahisə aparmaq sənəti, ustalığıdır. 

111 
 
Meqara  məktəbi  Sokratın  öyrəncilərindən  olan   Me-
qaralı Euklides
67
 (yun. Εὐκλείδης ὁ Μεγαρεύς, m. ö. 450 – 
360)  tərəfindən  yaradılmışdır.  O,  Sokrat  kimi  bir  çox  za-
manımıza  çatmayan  dialoqların  müəllifi  olmuşdur. Onun 
çoxlu öyrənciləri var idi. 
Euklides hesab edirdi ki, dünyada yalnız Xeyir vardır, 
ona  Həqiqət,  Ağıl,  Tanrı  da  deyilir.  İnsan  həyatının  ən 
yüksək  məqsədi  onu  dərk  etməkdir.  Dünyadakı  bütün 
başqa  şeylər  və  olaylar  əslində  yoxdur,  onların  var  olması 
aldadıcıdır.  Bir  olan  Xeyri  deyil,  başqa  xeyirləri  axtaranlar 
hər  zaman  ziddiyyətlərlə  qarşılaşırlar. Beləliklə,  Euklidesə 
görə varlıq birdir (3, 97).  
Euklides  həm  də  analogiyalarla  (bənzər  hallarla) 
nəyinsə haqqında qəti qərar verməyə qarşı çıxmışdır. Çünki, 
analogiya  nə  qədər  hansısa  olaya  yaxın  olsa  belə,  ondan 
fərqlənir və onun mahiyyətinə uyğun deyildir. Beləliklə, bir 
şey  haqqında  fikir  yürütmək  üçün  bənzərinə  deyil,  o  şeyin 
özünə müraciət edilməlidir (3, 97).  
Diogenes  Laertius  Meqara  məktəbinin  daha  bir 
görkəmli nümayəndəsi Stilpon (yun. Στίλπων, təxminən m. 
ö. 360 – 280) haqqında xəbər vermişdir (3, 100-103). O, fəlsəfi 
polemikanın  ustadlarından  biri  idi,  həm  də  siyasətlə  də 
məşğul  olurdu.  Misir  hökmdarı  Ptolemeus  Soter  ona  yaxşı 
münasibət  bəsləmiş,  ölkəsinə  dəvət  edərək  ona  çoxlu  pul 
təklif etmişdir. Ancaq, Stilpon hər şeydən imtina etmiş və o 
pulun isə çox az hissəni götürmüşdür.  
Meqarada  savaş  zamanı  Stilponun  evi  qarət  olun-
muşdur.  Makedoiya  kralı  Antiqonun  oğlu  Demetriusa  bu 
xəbər  çatdıqda  o  Stilpona  təklif  etdi  ki,  zərərin  qar-
                                                
67
 Rus ədəbiyyatında onun adı Evklid (Эвклид) kimi səslənir.  

112 
 
şılanması  üçün  qarət  olunmuş  əmlakının  siyahısını  gə-
tirsin. Kralın məqsədi ondan ibarət idi ki, ona itirilmişləri 
geri qaytarsın. Ancaq, Stilpon isə krala dedi ki, ona heç bir 
zərər  dəyməmişdir.  Çünki,  onun  malı,  mülkü  oğurlansa 
da, əxlaqı və ağlının ondan alınmamasını qeyd edərək, əsl 
zənginliyin də məhz bu olduğunu bildirmişdir.  
Stilpon  həm  də  tanrılara  və  dinə  qarşı  şübhəçi 
mövqedə dururdu. O demişdir ki, memar Fidiusun ərsəyə 
gətirdiyi  Afinanın  heykəli  onun  yaratdığı  incəsənət  in-
cisidir. Deməli o, tanrı ola bilməz (3, 101). Bu iddiaya görə 
onu mühakimə edib sürgün etmişdirlər. 
Stilpon  ümumi  anlayışların  var  olub-olmaması  haqqında 
düşünən  ilk  filosoflardan  biri  olmuşdur.  Onun  fikrincə 
“insan”  sözünü  deyən  heç  nə  demir,  onun  bu  ifadəsinin 
mənası yoxdur (3, 102). Çünki “insan” deyilən söz ümumi 
bir  şeydir;  nə  bu,  nə  də  o  adama  aid  deyildir.  Yuxarıda 
qeyd edildiyi kimi, ümumi anlayışların var olub-olmaması 
problemi  sonralar  formalaşan  ortaəsr  fəlsəfəsinin  ən 
maraq doğuran mövzularından birinə çevrilmişdir. 
Miletli  Eubulides  (yun.  Εὐβουλίδης,  m.  ö.  IV 
yüzillik)  də  Meqara  məktəbinin  tanınmış  nümayəndə-
lərindən idi. Onun fikrincə duyğularımız bizə ətrafımızda 
olan şeylər  haqqında yanlış bilgi  verir. İstənilən şeyin  hə-
qiqi  mahiyyəti  onun  görkəmində  deyil,  mahiyyətindədir. 
Məqsəd də o mahiyyətləri qavramaqdır. Bu kimi iddiaları 
irəli sürməklə o, Elealı Zenonun yolunu getmiş, bir çox zid-
diyyətləri  (paradoksları)  açıqlamış,  onların  vasitəsi  ilə  öz 
fikirlərini  əsaslandırmağa  çalışmışdır.  Bu  paradokslar 
haqqında  Diogenes  Laertius  xəbər  verərək  onlardan 

113 
 
bəzilərinin başqa meqaraçı Diodorus Kronosa aid olduğunu 
qeyd  etmişdir  (3,  99).  Həmin  paradoksların  ən 
tanınmışları  “Yalançı”,  “Keçəl”, “Qalaq”,  “Elektra”  və 
Buynuzlu”  adlanır.  Günümüzə  qədər  elmi  ədəbiyyatda 
onların  çözülməsi  haqqında  müxtəlif  fikirlər  irəli  sürülür 
(6, 287-295). 
“Yalançı” (yun.  Ψευδόμενον)  adlı  paradoksda  “Mən 
yalan danışıram” iddiası araşdırılır. Bir tərəfdən bunu iddia 
edən  kəs  heç  də  yalan  danışmır,  həqiqəti  deyir.  Çünki, 
yalan danışdığını etiraf edir. Digər tərəfdən isə bu iddiada 
o  adamın  yalan  danışdığı  iddia  edilirsə  onda  o  yalandır. 
Beləliklə,  danışan  yalan  deyirsə  düz  danışır.  Düz 
danışırsa, yalan deyir. 
Daha  bir  paradoks “Keçəl” adlanır.  Burada  Eubu-
lides  deyir  ki,  bir  tükü  itirən  keçəl  olmaz,  ikincisini  itirsə 
də  olmaz.  Bəs  onda  neçənci  tükün  tökülməsindən  başla-
yaraq insanı keçəl saymaq olar?  
Buna  bənzər  daha  bir  paradoks “Qalaq” adlanır.  Bir 
ya  iki  taxıl  dəni  qalaq  deyil.  Bəs  neçənci  dəndən  qalaq 
başlanır? 
Bir  başqa  paradoks  “Elektra” adlanır.  Elektra  adlı 
qadının  qarşısında  örtük  altında  onun  qardaşı  durub.  O, 
öz  qardaşını  tanıyır.  Ancaq  o,  o  örtüyün  altında  kimin 
olduğunu  bilmir.  Deməli,  Elektra  öz  qardaşını  eyni  za-
manda həm tanıyır, həm də tanımır. 
“Buynuzlu” adlanan  paradoks  isə  daha  da  çox  so-
fizmə yaxınlaşır. Burada Eubulides iddia edir ki, insan bir 
şeyi  itirməmişdirsə,  deməli  o  şey  onda  var.  Əgər  o 
buynuzları  itirməyibsə,  deməli  buynuzludur.  Burada  bir 

114 
 
tərəfdən demək olar ki, olmayan şeyi itirmək olmaz, ancaq 
digər  tərəfdən  “məndə  olmadığı  şeyi  heç  vaxt  itirə  bil-
mərəm” də demək mümkündür. 
Meqara  məktəbinin  məşhur  nümayəndələrdən  biri 
misirli Diodorus Kronus (yun. Διόδωρος Κρόνος, m. ö. IV 
yüzillik)  idi.  O,  Elea  məktəbinin  nümayəndələri  kimi  hə-
rəkətin  olmasını  inkar  edirdi.  Onun  fikrincə  hərəkətin 
özünü yox, onun nəticələrini dərk etmək mümkündür.  
Hərəkət  hər  hansı  bir  yeri  əhatə  etməlidir.  Ancaq 
bununla  belə,  hər  hansı  bir  yerdə  olan  hər  bir  şey  hə-
rəkətsizdir.  Deməli,  hansısa  şey  hərəkət  edirsə  həmin 
anlarda  hansısa  bir  yeri  tutur  və  ona  görə  də  hə-
rəkətsizdir.  Ya  da  hərəkət  edən  şey  olduğu  və  olmadığı 
yerdə  düşünülə  bilər.  Ancaq,  olan  yerdə  o  hərəkətsizdir, 
olmayan  yerdə  isə  hərəkət  olmaz.  Beləliklə,  o  zaman 
hərəkətdən  deyil,  yerdəyişmədən  söhbət  gedə  bilər  (8, 
375-376).  
Daha  sonra  Diodorus  ehtimal  edilən  şeyləri  var 
olmuş  kimi  sayırdı.  Ancaq,  oluşan  (həyata  keçirilən)  eh-
timallar  haqqında  söhbət  açmaq  mümkündür.  Oluş-
mayanlar  isə  mövcud  deyildir.  Yəni,  gələcəkdən  keçmişə 
baxanda  məlum  olur  ki,  həyata  keçirilən  ehtimallardan 
başqa digər ehtimallar olmamışdır. Belə olanda bu ehtimal 
deyil,  həqiqətdir.  Ancaq,  bu  gündən  gələcəyə  baxdıqda 
bizə elə gəlir ki, bir neçə ehtimallar vardır. 
Diodorusa görə mövcud olmaq  və mümkünlük eyni 
anlayışlardır. Çünki, mümkünlük mümkünsüzlüyə çevrilə 
bilməz,  bu  anlayışlar  bir-birinə  ziddir.  İki  hadisədən  biri 
baş  vermişdirsə,  deməli  ikincisi  mümkünsüz  imiş.  Çünki, 

115 
 
o  öncədən  mümkün  olsaydı,  onda  mümkünsüzlük  müm-
künlükdən  doğmazdı.  Belədirsə,  onda  deməli  öncədən  bu 
mümkün  olmamışdır.  Beləliklə,  ancaq  mövcud  olan  şey 
mümkün  ola  bilər.  Məsələn,  “Dünya  var”  və  “Dünya  yox-
dur” bir-birinə qarşı olan iddialardır. Ancaq biz görürük  ki, 
dünya  var.  Deməli,  onun  olmaması  imkansızdır.  An-caq, 
dünyanın  yoxluğu  mümkün  olsaydı,  onda imkan  imkan-
sızlığa  çevrilərdi.  Bu  isə  ola  bilməz.  Deməli,  dünyanın  yox 
olması ehtimalı heç vaxt olmayıb (2, 117). 
 
1.9.4. Eretriya məktəbi 
 
Bu  məktəbi  həm  də  Elida-Eretriya  məktəbi  də  adlan-
dırırlar,  çünki  o  Elidada  yaranmış,  sonra  isə  Eritreyada 
fəaliyyətini davam etdirmişdir. 
Eretriya  məktəbinin  fəlsəfəsi  haqqında  zamanımıza 
çox az  məlumat çatmışdır. Ümumiyyətlə demək olar  ki, bu 
məktəbin  filosoflarının  dünyagörüşü  Meqara  mək-təbinin 
nümayəndələrinə  yaxın  idi.  Meqaraçılar  kimi  ere-triyaçılar 
da deyirdilər ki, həqiqi Xeyir birdir və ondan başqa xeyirlər 
yoxdur.  Xeyirlə  Həqiqət  eynilik  təşkil  edirlər.  Xeyri  yalnız 
ağılla dərk edib, ona yönəlmək olar. (14) 
Məktəbin  yaradıcıları Elidalı  Fedon (yun.  Φαίδων,  m. 
ö.  IV  yüzillik)  və Eretriyalı  Menedem (yun.  Μενέδημος
təxminən  m.  ö.  345-261)  olmuşdurlar.  Platonun  məşhur 
dialoqlarının  biri  olan “Fedon” Elidalı  Fedonun  adını  da-
şıyır. Fedon və Menedem haqqında bir neçə pərakəndə fraq-
mentlərdən  başqa  heç  bir  məlumat  zamanımıza  çat-
mamışdır. (14) 

116 
 
Mövzu ilə əlaqəli suallar: 
 
1.  Kiniklər  kim  olmuş,  onların  həyat  tərzi  necə 
olmuşdur?  
2.  Kiniklərin  təlimlərinin  əsas  müddəaları  nədən 
ibarət idi? 
3.  Kiniklərin  ictimai  qanunlara  münasibətləri  necə 
olmuşdur? 
4.  Antisfenes  ümumi  anlayışların  mövcud  olmasını 
nəyə istinad edərək inkar etmişdir? 
5.  Antisfenesə  görə  insan  həyatını  necə  yaşamalı, 
hansı dəyərlərlə üstünlük verməlidir? 
6.  Sinoplu  Diogenesin  dünyagörüşünün  özəllikləri 
nədən ibarət olmuşdur? 
7.  Bion  Boristenes  və  Kerkidas  öz  fəlsəfi  fikirlərini 
açıqlayaraq hansı üslubdan istifadə etmişdilər? 
8. Krates və Hipparxia nəyi təbliğ etmişdilər? 
9. Kirenaçıların fəlsəfəsinin əsas müddəaları hansılar 
idi? 
10.  Aristippusa  görə  həyatın  mənası  nədən  ibarətdir 
və insan dünyanı necə dərk edir? 
11. 
Aristippus 
insan 
azadlığı 
haqqında 
nə 
düşünürdü? 
12.  Hegesiasa  görə  həyatın  mənası  nədədir  və 
xoşbəxtliyə necə çatmaq olar? 
13.  Hegesias  öz  fəlsəfəsində  hansı  nəticəni  əldə 
etmişdir? 
14. Annikeris hansı fikirlərlə çıxış etmişdir? 

117 
 
15.  Teodorusun  insanın  çeşidli  halları  və  dostluq 
haqqında fikirləri nədən ibarət olmuşdur? 
16.  Euhemerusun  dinə  və  tanrılara  münasibəti  necə 
olmuşdur? 
17. Meqara məktəbinin fəlsəfi təlimi nədən ibarət idi? 
18. Euklides varlığı necə təsəvvür edirdi? 
19.  Stilponunun  tanrılara  və  ümumi  anlayışlara 
münasibəti necə olmuşdur? 
20.  Miletli  Eubulides  hansı  paradokslarla  çıxış  etmiş 
və onların məzmunu nədir? 
21.  Diodorus  Kronosun  hərəkət,  ehtimal,  imkan, 
imkansızlıq,  və  var  olmaq  haqqında  hansı  fikirləri  irəli 
sürmüşdür? 
22.  Eretriya  məktəbinin  fəlsəfəsi  nəyin  üzərində 
qurulmuşdur? 
 
Ədəbiyyat: 
 
1.  Aristotle.  Metaphysics  /  Translated  by  T.  Taylor. 
London: Printed for the author by Davis, Wilks, and Taylor, 
1801. 
2.  Copleston  F.  A  History  of  Philosophy.  Greese  and 
Rome. New York: İmage Book, 1993. 
3.  Diogenes  Laertius.  Lives  and  Opinions  of  Eminent 
Philosophers  /  Translated  by  C.  D.  Yonge.  London:  Georg 
Bell & Sons, 1915. 
4. 
Gilbert 
Leung. 

Critical 
History 
of 
Cosmopolitanism // Law, Culture and the Humanities 2009. 

118 
 
5. Marcus Tullius Cicero. On the Nature of the Gods / 
Translated by F. Brooks. London: Methuen, 1896. 
6.  Samuel  C.  Wheeler.  Megarian  Paradoxes  As  Eleatic 
Arguments // American Philosophical Quarterly Volume 20, 
Number 3, July 1983 / University of Illinois. 
7.  Асмус  В.Ф.  Античная  философия.  М.:  Высшая 
школа, 1976. 
8.  Две  книги  против  физиков  //  Секст  Эмпирик. 
Сочинения. Том. 1. М: Мысль, 1976. 
9.  Диодор  Сицилийский.  Греческая  мифология 
(Историческая библиотека) / Перевод О. П. Цыбенко. М.: 
Лабиринт, 2000.  
10.  Киники  //  Философский  энциклопедический 
словарь.  М.:  Советская  энциклопедия.  Гл.  редакция:  Л. 
Ф.  Ильичёв,  П.  Н.  Федосеев,  С.  М.  Ковалёв,  В.  Г.  Панов. 
1983. 
11. Ксенофонт. Воспоминания о Сократе / Перевод 
С.И.Соболевского. М.: Наука, 1993. 
12.  Маковельский  А.О.  История  логики,  М.: 
Кучково поле, 2004. 
13. Нахов И. М. Киническая литература. М.: Наука, 
1981. 
14. 
Элидо-Эритрейская 
школа 
// 
Античная 
философия:  Энциклопедический  словарь  /  Составитель 
Е. В. Афонасин. М.: Прогресс-Традиция, 2008. 
 
 
 

119 
 
II. ELLİNİZM VƏ ROMA 
DÖVRLƏRİNİN FƏLSƏFƏSİ
 
 
 
 
2.1. Ellinizm və Roma dövrünün ümumi 
səciyyəsi 
 
Ellinizm  dövrü  m.  ö.  338  ildə  Makedoniyanın 
Yunanıstan  üzərində  qələbə  əldə  etdiyindən  sonra 
başlamışdır.  Bu  qələbədən  sonra  Makedoniyalı  İskəndər 
Əhəmənilər  dövlətini  darmadağın  edərək  bütün  Yaxın 
Şərq,  Misir  və  Orta  Asiyanın  bir  hissəsinin  hökmdarı 
olmuşdur.  Ancaq,  İskəndərin  ölümündən  sonra  onun 
yaratdığı  imperiya  dağılmış  və  onun  ərazisində  bir  neçə 
dövlət  yaranmışdır.  Bu  dövlətlərin  ən  böyükləri  və 
nüfuzluları  Selevkoslar  (Orta  və  Yaxın  Şərqdə)  və 
Ptolemeuslar (Misirdə) olmuşdur. 
Ellinizm  dövrü  özünə  məxsus  mədəniyyəti  ilə 
seçilmişdir.  Bu  mədəniyyət  yunan  dünyagörüşü,  fəlsəfəsi 
və  elminin  Yaxın  və  Orta  Şərq  mədəniyyətləri  ilə 
qarışması  nəticəsində  yaranmışdır.  Makedoniyalıların 
böyük  ərazilər  və  xalqları  istila  etməsindən  sonra 
həmçinin,  müxtəlif  mədəniyyətlərin  qarşılıqlı  əlaqələri 
güclənmişdir. 
Yunanlar ellinist dövlətlərində azlıqda idilər və yerli 
əhali  ilə  qarışmışdılar.  Ancaq,  buna  baxmayaraq  müxtəlif 

120 
 
xalqları  yunan  mədəniyyəti  və  fəlsəfəsi  ilə  tanış 
etmişdilər.  Yunan  dili  və  dünyagörüşü  uzun  müddət 
Avropa  və  Asiyada  hakim  mövqelərini  saxlaya  bilmişdir. 
Eyni  zamanda,  Yaxın  və  Orta  Şərq  mədəniyyəti  və 
dünyagörüşü  də  qarşılıqlı  olaraq  yunanlara  güclü  təsir 
etmişdir. 
Dövlət  quruculuğunda  ellin  dövlətləri  quldarlıq 
demokratiyasına  son  qoymuş  və  monarxiya  (krallıq) 
quruluşunu 
gətirmişdilər. 
Ellin 
dövlətləri 
krallar 
tərəfindən idarə olunurdu. Həmin dövrdə müxtəlif elmlər 
surətlə  inkişaf  edirdi.  Misirin  İskəndəriyyə  şəhəri 
dünyanın  ən  böyük  və  əhəmiyyətli  elmi  mərkəzlərdən 
birinə  çevrilmişdir.  Ptolemeuslar  sülaləsi  elmlərin 
inkişafına  böyük  önəm  verirdilər.  İskəndəriyyədəki  elmi 
mərkəz 
“Museyon” 
(yun. 
Μουσεῖον
adlanırdı. 
Museyonda  məşhur  kitabxana  var  idi.  Bu  kitabxanada 
qədim dünyanın elmi və fəlsəfi fikrini əks etdirən kitablar 
toplanmışdı.  M.  ö.  48-ci  ildə  Yulius  Sezar
68
 Misiri  istila 
edən  zaman  İskəndəriyyəyə  daxil  oldu.  Orada  gedən 
döyüşlər  zamanı  kitabxananın  böyük  bir  hissəsi  məhv 
edilmişdir.  Ancaq,  sonradan  bu  kitabxananı  qismən 
dirçəldə  bilsələr  də,  bu  hadisədən  bir  neçə  əsrlər  sonra 
ikinci  dəfə  Museyon  və  orada  yerləşən  kitabxananı 
təəssübkeş  xristianlar  miladi  IV  yüzillikdə  darmadağın 
etmişdilər.  Bundan  sonra  isə  Museyonun  və  onun 
kitabxanasının  fəaliyyətinə  son  qoyulmuşdur.  Orta 
                                                
68
 Yulius Sezar (lat. Gaius Iulius Caesar) – qədim Romanın dövlət xadimi və 
hərbi  komandanı  idi.  Romada  konsul  vəzifəsini  tutmuş,  sonra  diktator 
olmuşdur. 

121 
 
əsrlərdə  miladi  VII  yüzillikdə  bu  kitabxananın  ərəblər 
tərəfindən  də  yandırılması  haqqında  əfsanələr  də 
yayılmışdır.  Ancaq  bu  əfsanələr  həqiqəti  əks  etdirmir, 
çünki o zaman kitabxana artıq yox idi. 
Miladdan  öncə  III  yüzillikdən  başlayaraq  Aralıq 
dənizi  hövzəsini  əhatə  edən  ərazilərdə  Romanın  nüfuzu 
artmağa  başlamışdır.  Miladdan  öncə  265-ci  ildə  Roma 
güclənib bütün İtaliyanı özünə tabe etdirə bilmiş, sonra isə 
başqa ölkələrlə uzunmüddətli qanlı savaşlara başlamışdır. 
Yüz  ildən sonra güclənmiş Roma Kartacanı (Karfageni) və 
Makedoniyanı  yenərək  bütün  Aralıq  dənizi  hövzəsini  öz 
hakimiyyəti  altına  almışdır.  Miladdan  öncə  64-cü  ildə 
Romalılar  Selevkoslar,  31-ci  ildə  isə  Ptolemeuslar 
dövlətlərini  məğlub  edərək  onların  ərazilərini  öz 
dövlətlərinə  qatmışdılar.  Bu  olaylardan  sonra  ellinizm 
dövrünə son qoyulmuşdur. 
Beləliklə,  ellinizm  dövründən  sonra  antik  dünyanın 
lider  mədəniyyət  Roma  olmuşdur.  Təxminən  miladi  II 
yüzillikdə 
antik 
dünyada 
Xristianlıq 
yayılmağa 
başlamışdır. IV yüzillikdə isə bu din bütün başqa inancları 
sıxışdırıb  Roma  imperiyasının  dövlət  dininə  çevrilmişdir. 
Bununla da antik dövrə son qoyulmuşdur. 
Ellinizm  və  Roma  dövründə  fəlsəfi  fikrin  inkişafı 
davam 
etdirilmişdir. 
Bu 
dövrdə 
akademiklər, 
peripatetiklər,  stoaçılar  və  başqa  fəlsəfi  məktəblərin 
ardıcılları  fəaliyyət  göstərirdilər.  Görkəmli  düşünürlər 
yunanların vasitəsi ilə fəlsəfə ilə tanış olmuşdurlar.  
O zamanlar filosoflar əxlaqla bağlı problemlərə daha 
da  çox  önəm  verilirdilər.  Filosoflar  artıq  şeylərin  və 

122 
 
olayların  mahiyyətinin  nədən  ibarət  olması  probleminə 
əhəmiyyət  vermirdilər.  Onları  daha  çox  xeyrə,  ərdəmə, 
xoşbəxtliyə hansı yollarla çatmağın mümkünlüyü ilə bağlı 
məsələlər maraqlandırırdı.  
Bir  çox  fəlsəfi  məktəblər  həm  də  müxtəlif  mistik  və 
dini  təlimlərin  təsiri  altına  düşmüşdürlər.  Bununla  belə, 
bəzi  filosoflar  dinlərə  və  mövhumatlara  qarşı  çıxış 
edirdilər. 
Xristianlıq  Roma  imperiyasında  dövlət  dininə 
çevriləndən  sonra  bütün  fəlsəfi  məktəblərin  fəaliyyətinə 
son qoyulmuşdur.  
 
2.2. Skeptisizm 
 
Skeptisizm  (yun.  σκεπτικός  –  araşdıran)  ya  da 
şübhəçilik  Ellinizm  və  Roma  dövrünün  ən  çox  yayılmış 
fəlsəfi  məktəblərindən  biri  idi.  Onun  ardıcılları  obyektiv 
həqiqətin  dərk  olunmasının  mümkünlüyünü  şübhə  altına 
alırdılar  (7).  Skeptiklər  hesab  edirdilər  ki,  iki  iddia 
yetərincə dəlillərlə əsaslandırılırsa, onda onlardan hansısa 
birinə  üstünlük  verərək  onu  qəbul  etmək  olmaz.  Bu  fikir 
də  onların  təliminin  əsasını  təşkil  edirdi.  Aşırı  şübhəçilik 
aqnostisizmə  və  nihilizmə
69
yaxınlaşır,  hətta  onu  onların  bir 
növü kimi dəyərləndirmək də mümkündür.  
Skeptisizm  fəlsəfəsi  ellinizm  dövründə  quldarlıq 
quruluşunun  böhranı  sonrası  yaranmışdır.  Onun  iki 
böyük  qolu  olmuşdur.  Onlardan  biri  m.  ö.  IV  –  III 
                                                
69
 Cəmiyyətdə qəbul edilmiş hər bir dəyərin inkar edilməsidir. 

123 
 
yüzilliklərdə  Yunanıstanda  Pirron,  başqası  isə  miladi  II 
yüzillikdə 
Roma 
imperiyasında 
Sekstus 
Empirikus 
tərəfindən  yaradılmışdır.  Skeptisizmin  ideoloji  əsasları 
daha da qədim təlimlərə əsaslanır. Məsələn, hələ ilk yunan 
məktəblərinin  nümayəndələri  hər  şeyin  nisbi,  keçici  və 
axıcı  olduğunu  iddia  edirdilər.  Bu  kimi  ideyalar 
sofistlərin,  eleaçıların,  eləcə  də  Platonvə  Demokritin 
fəlsəfəsində  öz  əksini  tapmışdır.  Ancaq,  o  zaman  bu 
ideyalar  tam  formalaşmamış,  təlim  kimi  yalnız  ellinizm 
dövründə  yaranmış  və  “skeptisizm”  adlandırılmışdır  (2, 
5-6). 
Skeptisizmin  yaradıcısı  Pirron  (yun.  Πύρρων,  m.  ö. 
365  –  275)  hesab  olunur.  O  Peloponnesus  yarımadasının 
Elida şəhərindən idi. 
Diogenes  Laertius  Pirronun  dünyagörüşü  haqqında 
xəbər vermişdir (1, 407-420). O hesab edirdi ki, heç bir şey 
haqqında  qəti  iddia  yürütmək  olmaz,  çünki  hər  bir  insan 
və ya hər hansı bir varlıq onu fərqli qavrayır (dərk edir və 
duyur). Eyni şey biri üçün xeyirli, başqası üçün ziyanlı ola 
bilər.  Bu  da  o  deməkdir  ki,  xeyir  və  şər  əslində  yoxdur. 
Həm  də  xarici  amillər  də  şeylərin  özəlliklərinə  təsir  edir. 
Məsələn, daş suda yüngül olur,  havada isə ağırdır. Bu da 
o  deməkdir  ki,  onun  çəkisi  haqqında  qəti  fikir 
yürüdülməz.  Buna  görə  də,  dünyanı  dərk  etmək  olmaz. 
Belədirsə, onda hər bir iddiaya qarşı onu təkzib edən iddia 
yürütmək  olar  və  onların  heç  biri  başqasından  üstün 
deyildir.  Şeylərin  təbiətini  anlamaq  imkansızdırsa,  onda 
insan  da  bu  barədə  düşünməməli  və  həyatını  adətlərlə 
gələn  qanunlar  üzərində  qurmalıdır.  Pirrona  görə  insan 

124 
 
hər şeyin həqiqi yada yanlış olduğunu təyin edir və o hər şeyin 
ölçüsüdür
Pirron öz fəlsəfəsində xoşbəxtliyin hansı yollarla əldə 
olunması  probleminə  diqqət  yetirmişdir.  Onun  fikrincə 
xoşbəxtlik  təmkinlik,  sakitlik  və  iztirabların  yoxluğu 
halıdır,  bu  da  ataraksiya  adlanır  (5,  406).  Bu  hala  isə 
yalnız skeptiklərin dünyagörüşünə yiyələnərək nail olmaq 
olar.  Pirrona  görə  xoşbəxt  olmaq  istəyən  insan  üç  suala 
cavab verməlidir:  
1.  Çevrəmizdə  olan  şeylərin  mahiyyəti  nədən 
ibarətdir və onların tərkibi nədir?  
2. Bizim onlara münasibətimiz necə olmalıdır?  
3.  Onlara  münasibət  bildirməyimizdən  biz  nəyi 
qazanırıq? (5, 407) 
Birinci  suala  insan  cavab  tapa  bilməz,  çünki  hər 
hansı  şeyin  mahiyyəti  ya  da  onun  var  olub-olmaması 
haqqında  heç  bir  iddia  yürütmək  olmaz.  Hər  bir  iddiaya 
qarşı  onu  inkar  edən  iddia  vardır.  Deməli,  biz  bir  şey 
haqqında  fikir  yürüdürüksə,  onun  həqiqi  ya  da  yanlış 
olduğu haqqında heç nə deyə bilmərik.  
İkinci  suala  gəldikdə  isə  insan  heç  nəyə  birmənalı 
münasibət bildirməməlidir. Bu o demək deyil ki, hər hansı 
bir  şey  və  ya  olay  haqqında  bizim  bilgimiz  ola  bilməz. 
Onlar 
haqqında 
bizə 
duyğularımız 
xəbər 
verir. 
Yanlışlıqlar  isə  onlar  haqqında  iddialar  ortaya  qoyanda 
ortaya çıxır.  
Üçüncü  suala  cavab  verərkən  Pirron  deyirdi  ki, 
xoşbəxtliyi  axtaran  kəs  gərək  hər  hansı  bir  şey  haqqında 
iddia 
ortaya 
qoymaqdan 
çəkinsin. 
Bununla 
da 

125 
 
“ataraksiya”  halını  əldə  etmək  mümkündür.  Belə  olan 
halda isə bu hala çatmış insanı “filosof” adlandırmaq olar 
(5, 407). 
Pirronun  öyrəncilərindən  ən  tanınmışı  Timon  (yun. 
Τίμων,  m.  ö.  320  –  230)  olmuşdur.  O,  müəlliminin  fəlsəfi 
irsini  təbliğ  etmiş;  eyni  zamanda  skeptisizmi  inkişaf 
etdirmiş,  öz  fikirlərini  ortaya  qoymuş,  bununla  əlaqədar 
bir  neçə  kitab  da  yazmışdır.  Timon  həm  də  çoxlu  ədəbi 
əsərlərin müəllifi olmuşdur. 
Timonun 
fikrincə 
duyğular 
vasitəsi 
ilə 
biz 
ətrafımızda  olan  şeylərin  mahiyyətini  qavraya  bilmirik. 
Hər  bir  şeyin  mahiyyəti  və  onun  duyğular  vasitəsi 
qavranılması arasında fərq  vardır. İnsan elə  bilir  ki, onun 
duyğuları  şeylər  haqqında  ona  həqiqi  bilik  verir  və  bunu 
güman  edərkən  yanılır.  Ona  görə  də,  hər  bir  şey,  hətta 
ziddiyyətli olan iddialar da həqiqi ola bilər. Buna görə də, 
Timon  da  Pirron  kimi  şeylərin  mahiyyəti  haqqında 
hansısa qəti bir fikir irəli sürməyi imkansız bilirdi (4, 301-
302). 
Timondan  sonra  skeptisizm  iki  yüz  il  zəifləmə 
dövrünü  yaşadı.  Sonra  bu  məktəbin  ənənələrini 
Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin