Dərs vəsaiti kimi çapa buraxılmışdır (protokol 12). Bakı 2016


Mövzu ilə əlaqəli suallar



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə7/19
tarix01.03.2017
ölçüsü266,78 Kb.
#9896
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   19

Mövzu ilə əlaqəli suallar: 
 
1.  Sokrat  kim  olmuş,  hansı  şəxsi  keyfiyyətləri  ilə 
fərqlənmişdir? 
2. Evristika nədir, onun hansı tərkib hissələri vardır? 
3.  Sokrat  fəlsəfəsində  ironiyanın  rolu  və  onun 
mahiyyəti nədən ibarətdir? 
4.  Maevtika  və  indiksio  nədir,  Sokratın  fəlsəfəsində 
onların əhəmiyyəti nədən ibarətdir? 
5. Sokrat fəlsəfəsi hansı istiqamətə yönəlmişdir? 
6.  Sokratın  əxlaqi  problemlərə  münasibəti  necə 
olmuşdur? 
7.  Platon  fəlsəfəsində  hansı  problemləri  qaldırmış, 
onun hansı əsərləri olmuşdur? 

97 
 
8. Platonun ideyalar haqqında təlimi nədən ibarətdir? 
9. Platon materiyanı necə təsəvvür edirdi? 
10. Platon tanrını necə təsəvvür edirdi? 
11. Platonun hipotezlərinin məzmunu nədir? 
12.  Platon  ruhlar,  onların  öncədən  olması  və  köçməsi 
haqqında nə düşünmüşdür? 
13. Platon sevgi hissinə nə dərəcədə əhəmiyyət verirdi? 
14.  Platonun  dövlət  və  cəmiyyət  məsələlərinə 
münasibəti necə olmuşdur? 
15. Platona görə insanlar hansı təbəqələrə bölünürlər? 
16. Platona görə hansı dövlət quruluşları vardır? 
17.  Aristotel  kim  olmuş,  dünya  fəlsəfəsinə  və  elminə 
hansı töhfələr vermişdir? 
18. Metafizika nədir?  
19.  Aristotel  Platonu  tənqid  edərək  hansı  müddəalar 
irəli sürmüşdür? 
20. “İlk mühərrik” və onun vəzifəsi nədir?  
21.  Aristotelin  fəlsəfəsində  materiya  və  forma  nədir, 
onların vəhdəti necə təsəvvür edilir? 
22.  Aristotelin  fəlsəfəsində  “kateqoriyalar”  nədir  və 
onlar hansılardır? 
23. Aristotelin idrak nəzəriyyəsi nəyə əsəslanırdı? 
24.  Aristotelin  məntiq  təliminin  əsasları  nədən 
ibarətdir? 
25. Sillogizm nədir? 
26.  Aristotel  ruh  haqqında  hansı  fikirlərlə  çıxış  etmiş, 
onun hansı çeşidləri haqqında söhbət açmışdır? 
27. Aristotel əxlaq haqqında nə demişdir? 

98 
 
28.  Aristotel  dünyanın  quruluşunu  necə  təsəvvür 
edirdi? 
29.  Aristotelin  dövlət  və  cəmiyyət  haqqında  fikirləri 
necə olmuşdur? 
30.  Aristotelin  siyasi  təlimində  hansı  hakimiyyət 
növləri vardır? 
 
Ədəbiyyat: 
 
1.  Alcinous.  The  Handbook  of  Platonizm  /  Translated 
by J. Dillon. Oxford University Press, 2002.  
2. Anonymous Prolegomena to Platonic Philosophy, 2 
//  Journal  of  the  History  of  Philosophy.  Vol.1,  №  2, 
December 1963. 
3.  Aristotle.  Metaphysics  /  Translated  by  T.  Taylor. 
London: Printed for the author by Davis, Wilks, and Taylor, 
1801. 
4.  Aristotle.  Nicomachean  Ethics  /  Translated  by  D.  P. 
Chase. London: George Routledge & Sons, 1910. 
5.  Aristotle.  Organon  /  Translated  by  Octavius  Freire 
Owen. London: Henry G. Bohn. 1853. 
6.  Aristotle.  Prior  Analytics  /  Translated  by  H. 
Tredennick. London: William Heinemann LTD, 1949. 
7.  Diogenes  Laertius.  Lives  and  Opinions  of  Eminent 
Philosophers  /  Translated  by  C.  D.  Yonge.  London:  Georg 
Bell & Sons, 1915. 
8. Olympiodorus. Life of Plato // The Works of Plato: A 
NEW  and  literal  version.  Vol.  VI.  London:  Henry  G.  Bohn, 
1865. 

99 
 
9.  Platon.  Apology  //  The  Dialogues  of  Plato  / 
Translated  by  B.  Jowett.  Vol.  2.  Oxford  University  Press, 
1892.  
10.  Государство  / Перевод  А. Н.  Егунова.  //  Платон. 
Собрание сочинений в 3-х томах. Т. 3 (1). М.: Мысль, 1994. 
11.  Менон  /  Перевод  С.  А.  Ошерова.  //  Платон. 
Собрание сочинений в 4-х томах. Том 1. М.: Мысль, 1990. 
12.  Метеорологика  /  Перевод  Н.  В.  Брагинской  // 
Аристотель. Сочинения в 4 томах. Т. 3. М.: Мысль, 1981. 
13.  О  душе  /  Перевод  П.  С.  Попова  //  Аристотель. 
Сочинения в 4-х томах. Т. 1, М.: Мысль, 1976. 
14.  О  небе  /  Перевод  А.  В.  Лебедева  //  Аристотель. 
Сочинения в 4-х томах. Т. 3, М.: Мысль, 1981. 
15.  О  софистических  опровержениях  /  Перевод  М. 
И.  Иткина  //  Аристотель.  Сочинения  в  4  томах.  Т.  2.  М.: 
Мысль, 1978. 
16. Парменид / Перевод H. И. Томасова. // Платон. 
Собрание сочинений в 4-х томах. Том 2. М.: Мысль, 1990. 
17.  Пир  /  Перевод  С.  К.  Апта.  // Платон.  Собрание 
сочинений в 4-х томах. Том 2. М.: Мысль, 1993. 
18.  Политика  /  Перевод  С.  А.  Жебелева  // 
Аристотель. Сочинения в 4 томах. Т. 4. М.: Мысль, 1983. 
19.  Теетет  /  Перевод  Т.  В.  Васильевой.  //  Платон. 
Собрание сочинений в 4-х томах. Том 2. М.: Мысль, 1993. 
20.  Тимей  /  Перевод  С.  Аверинцева.  //  Платон. 
Собрание сочинений в 4-х томах. Том 3. М.: Мысль, 1994. 
21.  Топика  /  Перевод  М.  И.  Иткина  //  Аристотель. 
Сочинения в 4 томах. Т.2. М.: Мысль, 1978. 

100 
 
22.  Федон  /  Перевод  С.  П.  Маркиша.  //  Платон. 
Собрание сочинений в 4-х томах. Том 2. М.: Мысль, 1993. 
23.  Физика  //  Аристотель.  Сочинения  в  четырех 
томах / Том 3. Перевод В. П. Карпова: М. Мысль, 1981. 
 
1.9. Sokratçı məktəblər 
 
Qeyd  olunduğu  kimi  Sokratın  irsini  davam  etdirən 
çoxlu öyrənciləri olmuşdur. Onun ölümündən sonra onlar 
müxtəlif  fəlsəfi  məktəblər  yaratmışdırlar.  Bu  məktəblərə 
“sokratçı”  məktəblər  deyilir.  Ümumiyyətlə,  bir  çox  araş-
dırmaçılar  qədim  yunan  fəlsəfəsini  iki  mərhələyə  bölürlər: 
sokratöncəsi və sokratsonrası. Bu da onu göstərir ki, Sokratın 
irsi qədim yunan fəlsəfə tarixinin mərkəzində durur. 
 
1.9.1. Kinik məktəbi 
 
Sokratçı  məktəblərdən  biri  olan  Kinik  ya  da  Sinik 
(yun. κῠνικοί – it, lat. cynici) məktəbinin ardıcıllarının fik-
rincə müdriklik nəzəri biliklər deyil, xeyrin nə olduğunun 
dərk edilməsidir. Həqiqi xeyir hər bir şəxsə ayrı-ayrılıqda 
aid  edilə  bilər.  Ərdəmli
62
 həyatın  məqsədi  bir  məqamdır, 
yəni  məmnunluq  halıdır.  Bu  hala  çatmağın  şərti  hər  bir 
asılılıqdan  (o  cümlədən  ailədən,  əmlakdan)  azad  olmaq-
dır.  Ona  görə  də  kiniklər  abidliyi,  sadə  həyat  yaşamağı 
təbliğ  etmişdirlər.  Hətta  onlardan  bəziləri  bir  çox  ehtiyac 
                                                
62
 Ərdəm  –  insanın  müsbət  keyfiyyətlərinin  toplusu,  xeyrə  yönəlməsi  və  o 
xeyrin həyata keçirilməsidir. 

101 
 
və  tələbatlarını  inkar  edib  onları  rədd  edirdilər.  Onlar 
adətlərə  və  dini  ayinlərə  istehza  ilə  yanaşırdılar.  Kiniklər 
çox vaxt ictimai əxlaqa və qaydalara qarşı olduqlarını açıq 
olaraq sərgiləyirdilər. Buna da sinizm (kinizm) deyilir.  
Kiniklər  bütövlükdə  dərin  fəlsəfi  təlimlər  ortaya 
qoymamışdılar. Kinizm daha çox bir həyat tərzi idi. Onlar 
abidliyi,  yoxsulluğu  və  cəmiyyətdən  ayrılaraq  xüsusi  bir 
həyatın  sürülməsini  təbliğ  edirdilər  (10).  Onların  fikrincə 
həyatın  məqsədi  azadlığa  nail  olmaqdır  ki,  bunu  da  cə-
miyyətdə yaşayaraq əldə etmək mümkün deyildir. 
Kiniklərin  daimi  yaşayış  yeri  olmamışdır.  Onlar 
təkliyə  çəkilərək  fərdi  həyat  sürür,  köhnəlmiş  libaslar 
geyinib  gəzir,  dilənçiliklə  məşğul  olurdular  (10).  Yox-
sulluq kiniklər üçün vacib şərtlərdən biri idi. 
Daha  sonra  kiniklər  heç  bir  avtoritetləri  tanımır, 
başqa  ideyaları  və  fəlsəfi  məktəbləri  inkar  edir,  beləliklə 
öz  həyat  tərzlərini  istənilən  vasitələrlə  olsa  belə  müdafiə 
edirdilər. Onlar  üçün  vətənə bağlılıq anlayışı olmamışdır, 
hər bir cəmiyyətdə öz qanunları ilə yaşaya bilərdilər. Kos-
mopolitizm  adlanan  bu  dünyagörüşün  əsasını  onlar  qoy-
muşdur  (4,  371).  Həmçinin  onlar  mübahisələrdə  rəqib-
lərinə qarşı dözümsüzlük sərgiləyirdilər. 
Kiniklərin  yolunu  sonralar  Xristian  abidləri  və  mü-
səlman  dərvişləri  davam  etdirmişdirlər.  Müasir  dövrdə 
inkişaf  etmiş  ölkələrdə  bu  kimi  baxışlar  metallistlər,  hip-
pilər,  anarxistlər  kimi  qruplarda  və  təlimlərdə  özünü 
göstərməkdədir. 
Kinik  məktəbinin  yaradıcısı  Antisfenes  sayılır  (yun. 
Ἀντισθένης,  təxminən  m.  ö.  V  yüzilliyin  1-ci  yarısı).  An-

102 
 
tisfenes  öncə  Qorgiasın  öyrəncisi,  sonra  isə  Sokrat  təli-
minin  ardıcılı  olmuşdur.  Onun  fəlsəfəsində  ümumi 
anlayışların  mövcudluğu  inkar  edilir.  O  hesab  edirdi  ki, 
yalnız fərdi şeylər  vardır. Antisfenes  deyirdi:  “Mən atı gö-
rürəm, atlığı yox” (12, 64) və iddia edirdi ki, insanı görmək 
mümkündür,  insanlığı  yox.  Hər  bir  fərdi  şey  haqqında 
demək  olar  ki,  o  vardır.  Məsələn,  “at  atdır”,  “fil  fildir”. 
Ümumi  şeylər  isə  yoxdur,  onlar  yalnız  insan  düşün-
cəsindədir  (7,  31).  Bu  baxımdan  Antisfeni  ilk  nominalist
63
 
adlandırmaq  mümkündür.  Bu  problem  sonralar  ortaəsr 
fəlsəfəsinin əsas mövzularından biri olmuşdur. 
Antisfenesə  görə  fəlsəfənin  vəzifəsi  insanın  iç  alə-
minin  araşdırılmasından  ibarətdir.  Ərdəmə  çatmaq,  xe-
yirlə həyat sürmək həyatın mənasıdır ki, buna da abidliklə 
çatmaq mümkündür (3, 220-221). İnsan öz təbiətinə uyğun 
yaşamalı,  şəxsi  maraqlarını  cəmiyyətin  maraqlarından 
üstün  saymalıdır. Heyvanların (özəlliklə də  itlərin) həyatı 
insanlar üçün təbii yaşamın nümunəsi olmalıdır. Ona görə 
də,  Antisfenesa  “İt”  (yun.  κῠνικοί  –  kinik)  ləqəbini  ver-
mişdirlər  (3,  221).  Bu  səbəbdən  sonralar  onun  bütün  ar-
dıcılları kinik adlandırılmışdır. Ancaq başqa bir məlumata 
görə  məktəbin  adı  Antisfenesin  dərs  dediyi  yerin  adı  ilə 
bağlıdır. 
Eyni  zamanda,  Antisfenes  özünü  hansısa  dövlətin 
deyil,  bütün  dünyanın  vətəndaşı  elan  etmişdir.  Dini  və 
ictimai qanunlar da onun tərəfindən inkar olunurdu. 
                                                
63
 Nominalizm  (lat.  nominalis)  –  ümumi  anlayışların  gerçəklikdə  deyil, 
yalnız insan düşüncəsində olduğunu iddia edən fəlsəfi təlimdir. 

103 
 
Sinoplu Diogenes (yun. Διογένης ὁ Σινωπεύς, m. ö. 
412  –  323)  da  kinik  məktəbinin  tanınmış  təmsilçisi,  An-
tisfenesin  öyrəncisi  idi.  Onun  barəsində  əsasən  Diogenes 
Laertius yazmışdır (3, 224-248). 
Sinoplu  Diogenes  özünü  açıq  şəkildə  ictimai  əxlaqa 
qarşı  qoyan  adam  olmuşdur.  Buna  da  epataj  deyilir.  Onu 
epataj  üslubunun  ilk  fəlsəfi  nümayəndəsi  saymaq  müm-
kündür.  Məsələn,  günlərin  birində  Diogenes  meydanda 
fəlsəfi  nitq  söyləyərkən  insanların  onu  dinləmədiklərini 
görmüş və buna görə də onların diqqətini cəlb etmək üçün 
quş  səsləri  çıxarmışdır.  O  zaman  hamı  susub  onu  din-
ləməyə  başlamış  və  bunun  qarşılığında  Diogenes  onlara 
demişdir:  “Bu  da  sizin  ağlınız.  Mən  ağıllı  şeylər  haqqında 
danışanda  məni  dinləmədiniz,  indi  isə  ağılsız  quşun  səslərini 
çıxardıram, siz də ağzıaçıq məni eşitməyə başladınız”. 
Bir  kərə  çəlləkdə  oturan  Diogenesin  yanına  Ma-
kedoniyalı İskəndər gəlib demişdir ki, “məndən dilədiyin bir 
şey varmı?”.  Diogenes  isə  cavabında:  “Sən mənim isindiyim 
günəşin  önünü  kəsdin;  ona  görə  istəyim  odur  ki,  qarşımdan 
çəkiləsən”. 
Bundan  başqa  Diogenes  bir  çox  cəmiyyət  tərəfindən 
qınanılan  hərəkətləri  hamının  qabağında  edirdi.  Bununla 
da  öz  azadlığını  sərgiləyirdi.  Diogenesin  fikrincə  əxlaq 
nisbi  anlayışdır.  O, bu  hərəkətləri  ziyan  vermək  üçün  de-
yil,  insanların  diqqətini  müxtəlif  problemlərə  cəlb  etmək 
üçün  edirdi.  O  həm  də,  hər  şeyi  üzə  deyən  kobud  insan 
olmuşdur.  Ona  görə  Platon  ona  “Dəli  Sokrat”  demişdi. 
Diogenes  dünyadan  ayrılaraq  abid  həyatı  keçirdirdi.  O 
hətta,  evini  tərk  edib  çəlləkdə  yaşamış  və  orada  olarkən 

104 
 
dünya  haqqında  fikirlərə  qapanmışdır.  Diogenes  zən-
ginliyə nifrət edib və köhnə geyimlərdə gəzirdi. Həmçinin 
o,  evlənməyə  qarşı  idi.  O  deyirdi  ki,  kişilərlə  qadınların 
münasibətləri azad olmalıdır. 
Diogenesə  görə  xeyrə  yönəlmək  ictimai  qanunlara 
riayət  etməkdən  üstündür.  O,  dövləti  və  dini  də  inkar 
edərək  onları  bəzi  demaqoq  insanların  uydurması  hesab 
edirdi. 
Tanınmış  kiniklərdən  biri  də  Bion  Boristenes  (yun. 
Βίων  ὁ  Βορυσθενίτης;  m.  ö.  325  –  250)  olmuşdur.  Bion 
Boristenes öncə bir neçə fəlsəfi məktəblərin ardıcılı olmuş, 
ancaq  sonra  kinik  olaraq  əyninə  xirqə,  əlinə  əsa  alaraq 
gəzən  abid  həyatını  yaşamışdır  (3,  174).  Bion  sadə  xalq 
kütlələri  arasında  fəlsəfi  fikirləri  ədəbi  üslub  vasitəsi  ilə 
yayırdı. Bunun üçün o parodiyaistehzaironiyasarkazm və 
kinayədən  istifadə  edirdi.  Beləliklə,  başqa  kiniklər  kimi 
Bion  “diatriba”
64
 adlanan  ədəbi  janrının  yaradıcılarından 
biri  olmuşdur.  Bu  janrda  ciddi  və  dərin  mövzular  sadə 
xalq  dilində  anlaşıqlı  olaraq  təqdim  edilir;  həmçinin, 
burada müqayisələrdən, əsatirlərdən, xalq deyimlərindən, 
istehzadan, bayağı xalq sözləri və zarafatlarından da geniş 
istifadə  edilirdi.  Bion  öz  diatribalarında  insanların  nöq-
sanlarını,  varlanmaq  istəklərini  və  ağılsızlıqlarını  tənqid 
etmiş;  tanrıları  və  onlara  yönələn  duaların  əhəmiyyətini 
inkar etmişdir.  
Filosof  Kerkidasın  (yun.  Κέρκιδᾰς)  da  Misirdə  tapı-
lan  və  “meliambalar”  adlanan  poetik  üslubu  diatribalara 
                                                
64
 Diatriba (yun. διατριβή) – sarsıdıcılıqla dolu söz, “yıxıb sürümək”dir. 

105 
 
çox  yaxın  idi  (13,  94).  Kerkidas  aristokratlardan  idi,  ona 
görə  də  başqa  kinik  filosoflarından  fərqli  olaraq  daha  da 
mötədil  mövqedə  durmuşdur.  Meliambalarda  Kerkidas 
təvazökarlığın  və  sadəliyin  carçısı  kimi  çıxış  etmiş,  var-
dövlətə nifrət hissləri aşılamış, insanları ədalətə və yüksək 
əxlaqa  çağırmışdır.  Ona  görə  də  sonralar  bəzi  Xristian 
ataları onu hörmətlə yad edirdilər. 
Kinik  məktəbinin  daha  bir  tanınmış  nümayəndəsi 
Diogenesin öyrəncisi Krates (yun. Κράτης) və onun həyat 
yoldaşı Hipparxia  (yun. Ἱππαρχία) olmuşdur. Məlumdur 
ki,  onlar  da  abid  həyatı  sürmüşdürlər.  Onların  ikisi  də 
varlı  ailədən  olduqlarına  baxmayaraq  hər  şeydən  imtina 
etmiş, abid həyatı yaşamışdırlar (3, 251 və 254-255). Onlar 
hesab  edirdilər  ki,  zənginliyi  və  şöhrəti  dəyər  kimi  qəbul 
etmək  olmaz.  Çünki,  müdrik  insan  üçün  bütün  bunlar 
şərdən  başqa  bir  şey  deyildir.  Krates  və  Hipparxia  cə-
miyyətdə hökm sürən ictimai əxlaq qaydalarına istehza ilə 
yanaşır,  imkan  olduqda  onları  hamının  gözü  önündə 
kobudcasına pozurdular. 
 
1.9.2. Kirena məktəbi 
 
Daha bir sokratçı məktəb Kirena şəhərində yerləşmiş 
və  o  məktəbin  ardıcılları  isə  kirenaçılar  adlandırılmışdır 
(yun.  Σχολή  της  Κυρήνης).  Onlara  ilk  hedonistlər
65
 də 
deyirlər.  
                                                
65
 Hedonizm  (yun. 
ἡδονή)  –  həyatın  məqsədini  həzz  almaqda  görən  əxlaqi 
təlimdir. 

106 
 
Kirenaçıların  çoxusuna  görə  insan  çevrəsindəki 
dünyanı  duyğular  vasitəsi  ilə  qavrayır  (dərk  edir);  ona 
görə  də  duyğu  qavramın  (idrakın)  əsasında  duran  əsas 
amildir  (8,  99).  İnsana  xoş  gələn  duyğular  qəbul  edilməli, 
gəlməyənlər isə rədd edilməlidir. 
İnsanın  məqsədi  həyatdan  həzz  almaq  və  ağrıdan 
çəkinməkdir (3, 89). Həzz keçmiş və gələcəyə deyil, yalnız 
indiki  mövcud  zamana  aid  edilə  bilər.  Məhz,  bu  kimi 
həzzə  can  atılmalıdır.  Keçmiş  və  gələcək  isə  bizim  hök-
mümüzün  xaricindədir.  Ona  görə  nə  keçmişdəki  gü-
nahlarımızdan  peşman  olub  üzülmək,  nə  də  gələcəyin 
sınaqlarından  qorxmaq  lazımdır.  Azadlıq  xoşbəxtliyə 
aparan nemətdir. 
Kiniklər  kimi  bir  çox  kirenaçılar  da  əxlaqi  qa-
dağanların  insan  təbiətinə  zidd  olduğunu  iddia  edib, 
onlara riayət edilməsini vacib saymırdılar (3, 93-94). Hətta, 
“xeyir” və “maddi zənginlik” kimi anlayışlar əslində həzz 
almaq  üçün  vasitədirsə,  onda  gərəkli  və  yararlı  sayıla 
bilərlər. Belə olmasa onda onlar mənasızdır. 
Kirenalılar  dinə  qarşı  da  inkarçı  mövqedə  dur-
muşdular.  Ona  görə  də  onların  bəzilərini  “ateist”  ad-
landırırdılar.  Onların  fikrincə  vətənə  bağlanmaq  yox, 
dünya  vətəndaşı  olmaq  lazımdır.  Onlardan  bəziləri  bu 
dünyada  yaşamağın  mənasız  olmasını  və  intihar  etməyin 
üstünlüyünü də iddia edirdilər. 
Eyni  zamanda,  kirenalıların  mötədilləri  də  olmuş-
dur.  Mötədillər  bu  kimi  aşırı  fikirləri  qəbul  etmirdilər. 
Onların  fikrincə  insan  cəmiyyətdə  yaşamalı,  onun  qa-
nunlarına  tabe  olmalıdır.  Ancaq  eyni  zamanda  bacardığı 

107 
 
qədər  həyatından  həzz  də  almalı,  narahatlıqlardan 
qaçmalıdır.  
Kirena  məktəbinin  yaradıcısı  Aristippus  (yun. 
Ἀρίστιππος,  təxminən  m.  ö.  435  –  355)  olmuşdur.  Dio-
genes  Laertiusa  görə,  Aristippus  üç  hissədən  ibarət  olan 
“Liviyanın  tarixi”  və  bir  çox  dialoqların  müəllifi 
olmuşdur (3, 88).  
Aristippusa  görə  biz  yalnız  öz  duyğularımıza  əsas-
lanaraq  bu,  ya  digər  şey  haqqında  hökm  veririk.  Halbuki 
bu heç də o demək deyil ki, duyğularımız o şey haqqında 
doğru bilgi verib. Deməli, əslində şeylərin əsl mahiyyətini 
açmaq olmaz və təbiətin öyrənilməsi imkansızdır. 
Təbiətdə isə hər şeyi yalnız “xeyir” və “şərə” bölmək 
mümkündür. Ona görə də, onlara müvafiq dəyərlər ancaq 
“yaxşı”  və  “pis”  ola  bilər.  Bu  səbəbdən  də,  Aristippus  bu 
anlayışlar arasında fərq qoymayan riyaziyyatı inkar edirdi 
(1,  51).  Aristippusa  görə  həyatın  məqsədi  həzz  almaqdan 
ibarətdir. Bununla belə, bunu edərkən aşırılığa yol vermək 
və həzzlərin köləsi olmaq olmaz.  
Aristippus  şəxsi  azadlığı  yüksək  dəyərləndirmişdir. 
Onun  fikrincə,  hansısa  ölkənin  vətəndaşı  olmaq  vacib 
deyildir.  İnsana  yetər  ki,  hər  yerdə  yadelli  kimi  yaşasın 
(11,  40).  Çünki,  var-dövlət  insan  azadlığını  məhdudlaş-
dırır.  Ona  görə  də,  onun  miqdarı  gəmi  qəzası  anında 
apara biləcəyin qədər olmalıdır. 
Hegesias  (yun.  Ἡγησίας,  m.  ö.  320  –  280)  və  onun 
ardıcıllarının fikirlərini də Diogenes Laertius açıqlamışdır 
(3,  89-92).  Onlar  hesab  edirdilər  ki,  həzz  və  ağrı  hissləri 
vardır. Məqsəd ağrıdan qaçıb həzzə doğru yönəlməkdir.  

108 
 
Əslində  nə  dostluq,  nə  ərdəm,  nə  kimdənsə  razılıq 
kimi  hisslər  yoxdur.  Biz  onlara  hansısa  məqsədlər  üçün 
yönəlirik, çünki məqsədlər olmasa bu hisslər də olmaz. 
Xoşbəxtliyi  əldə  etmək  mümkün  deyildir.  Çünki, 
həyat  istənilən  arzuların  qarşısını  alır.  Həzz  almaq  üçün 
varlı  və  ya  yoxsul  olmağın  fərqi  yoxdur.  Çünki,  həzz 
alırsansa  hər  iki  durumda  onu  ala  bilirsən.  Əgər  həzz  ala 
bilməsən,  o  zaman  var-dövlətin  heç  bir  əhəmiyyəti 
yoxdur. 
Bizim  duyğularımız  dəqiq  biliyə  gətirib  çıxartmır. 
Ona  görə  ağılımıza  güvənməliyik.  Başqa  adamların 
yanlışlıqlarını  bağışlamaq  lazımdır.  Çünki  onlar  bilmirlər 
ki, yanılırlar. Ona görə insanlara davranışlarına görə nifrət 
etməkdənsə,  onları  öyrətmək  yaxşıdır.  Beləliklə  də,  başqa 
adamların  davranışlarına  və  hərəkətlərinə  qarşı  biganə 
(yun.  άδιαφορία)  olmaq  lazımdır.  Biganəlik  isə  iztirabın 
qabağını ala bilməyəndə, onda insana ancaq ölmək qalır.  
Son  olaraq  Hegesias  belə  bir  nəticəyə  gəlmişdir  ki, 
həzzə çatmaq mümkün  deyildir. Ona görə də, yaşamağın 
mənası  yoxdur.  Bu  fikri  inkişaf  etdirərək  o,  “Aclıqla 
özünü  öldürmək”  (yun.  ἀποκαρτερνῶ)  kitabını  yazmışdır 
və  buna  görə  də  ona  “Ölüm  müəllimi”  adı  vermişdilər. 
Onun  bir  çox  öyrəncisi  intihar  etməklə  həyatlarına  son 
qoymuşdular. 
Daha  bir  kirenaçı  Annikeris  (yun.  Ἀννίκερις,  m.  ö. 
III – II yüzilliklər) olmuşdur. Annikeris və onun ardıcılları 
haqqında da Diogenes Laertius xəbər vermişdir (3, 92-93). 
Onun  fikrincə  dostluq,  valideynlərə  ehtiram,  vətənə  qul-
luq  hissləri  reallıqda  vardır.  Dosta  yalnız  maraqlarla  ya-

109 
 
naşmaq olmaz. Onunla münasibətlərdən ruhi məmnunluq 
alınmalıdır.  Hegesiasdan  fərqli  olaraq  o,  müdrik  insanın 
xoşbəxtliyə çatmağını mümkün saymışdır. 
Diogenes Laertiusa görə Kirena məktəbinin ardıcılla-
rından  biri  Teodorus  (yun.  Θεόδωρος,  m.  ö.  V  –  IV  yüz-
illiklər) olmuşdur (3, 93). Teodorus xalq arasında yayılmış 
tanrılar  haqqında  təsəvvürləri  inkar  etmiş,  buna  görə  də 
“Ateist”  adlandırılmışdır.  O,  bu  barədə  hətta  “Tanrılar 
haqqında” kitab da yazmışdır. 
Onun  fikrincə  sevinc  və  kədər  hissləri  vardır.  Bi-
rincisi düşüncədən, digəri isə düşüncəsizlikdən irəli gəlir. 
Xeyir  düşüncədəndir  və  ədalətdir,  şər  isə  onlara  əks  olan 
hər şeydir. Bunların ortası isə həzz və ağrıdır.  
Dostluq  əslində  yoxdur.  Maraqlar  sona  çatan  kimi 
dostluq da qurtarır. Müdrik insan isə özü özünə yetərlidir, 
ona dost lazım deyildir. Həmçinin ağıllı insan üçün bütün 
dünya vətəndir, hansısa bir yerə bağlı olmaq olmaz.  
Oğurluq, əxlaqsızlıq, müqəddəsliyə qarşı olmaq kimi 
əməllərdən  ikrah  doğuran  bir  şey  yoxdur.  Bu  anlayışlar 
təbiətdən  deyil,  yalnız  insan  cəmiyyətindən  irəli  gəlir. 
Buna  görə  də,  bu  anlayışlar  haqqında  cəmiyyətdə  qəbul 
olunmuş fikirlərlə razılaşmaq olmaz. Bu barədə müdrikin 
öz  fikri  olmalıdır.  Bu  əməllərə  görə  ictimai  qınaqlar  ağıl-
sızların  qarşısını  almaq  üçün  tətbiq  edilmişdir.  Bunlar 
müdrik insan üçün deyildir. 
Kirena məktəbinin daha bir ardıcılı Euhemerus (yun. 
Εΰήμερος,  təxminən  m.  ö.  340  –  260)  olmuşdur.  Euhe-
merus  Messena  şəhərindən  idi.  Bizim  zamanımıza  onun 
Panheya  adasına  səyahəti  haqqında  “Müqəddəs  siyahı” 

110 
 
(yun.  Ίερά άναγραφή)  adlı  utopik  hekayəsi  çatmışdır.  Bu 
əsərin  fraqmentləri  qədim  yunan  tarixçisi  Siciliyalı  Dio-
dorusun  (yun.  Διόδωρος  Σικελιώτης,  m.  ö.  90  –  30)  kita-
bında  verilmişdir  (9,  108-110).  Orada  Euhemerus  bir 
məbədin yanındakı sütun üzərində həkk olunan bir yazını 
görmüşdür.  O  yazıda  yunan  tanrılarının  siyahısı  verilmiş 
və  onların  keçmişdə  krallar  olduqları  haqqında  məlumat 
verilmişdir. 
Beləliklə,  Euhemerus  qədim  tanrıları  inkar  edirdi. 
Onun  fikrincə  bütün  tanrılar  əslində  ölümlərindən  sonra 
tanrılaşdırılan  krallar  və qəhrəmanlar  idilər (5, 71). Məsə-
lən, o, baş tanrı Zeusu Krit adasının kralı olduğunu, sonra 
isə  tanrılaşdırıldığını  iddia  edirdi.  Euhemerusun  bu 
fikirləri  “euhemerizm”  adlanmışdır  və  buna  görə  onu 
ateizmdə suçlamışdılar. Sonralar euhemerizm dinşünaslıq 
elmində bir nəzəriyyə kimi istifadə edilmişdir. 
 
Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin