Dərs vəsaiti kimi çapa buraxılmışdır (protokol 12). Bakı 2016



Yüklə 266.78 Kb.
Pdf просмотр
səhifə9/19
tarix01.03.2017
ölçüsü266.78 Kb.
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

Enesidemus  (yun.  Αἰνησίδημος)  davam  etdirmişdir. 
Enesidemus ya m. ö. I, ya da m. I yüzilliyində yaşamışdır. 
Onun 
soyu 
Krit 
adasından 
idi, 
ancaq 
həyatı 
İskəndəriyyədə keçmişdir.  
Enesidemus  bir  neçə  kitabın  müəllifi  olmuşdur. 
Onlardan  ən  tanınmışı  “Pirronun  sözləri”  (yun. 
Πυρρώνειοι λóγοι) adlanır. Bu kitabda o, bir neçə maraqlı 
məsələlərə  toxunmuşdur.  Məsələn,  o,  səbəblərin  olub-

126 
 
olmaması  haqqında  düşünürdü.  Onun  fikrincə  səbəb 
anlayışı ziddiyyətlidir. Ətrafımıza nəzər saldıqda təbiətdə 
bir-birinin yaranmasına səbəb olan müəyyən olayların baş 
verməsini  müşahidə  edirik.  Hər  bir  hərəkət  onu  doğan 
səbəbdən  öncə  yaranır.  Belədirsə,  onda  səbəb  hərəkətlə 
eynilik  təşkil  edir  ya  yox?  Edirsə,  onda  səbəb  və  hərəkət 
bir-birindən ayrı anlayışlar deyildirlər. Əgər  onlar eynilik 
təşkil etmirlərsə, onda deməli səbəb hərəkəti ortaya çıxara 
bilməz, çünki onların təbiətləri fərqlidir. 
Enesidemus  skeptisizmə  dair  “tropos”lar  (yun. 
τρόπος)  adlanan  dəlillərini  açıqlamışdır  və  onların  sayı 
ondur (6, 219-239): 
1.  Canlıların  duyğuları  fərqlidir,  hər  bir  canlı 
dünyanı  özünəməxsus  tərzdə  görür  və  qavrayır.  Deməli, 
eyni  şey  müxtəlif  canlılar  üçün  fərqli  görsənir.  Beləliklə, 
biz  şeylərin  bizə  görsənən  özəlliklərindən  danışsaq  da, 
onların təbiəti haqqında heç nə deyə bilmərik.  
2.  İnsanların  da  şeylərə  münasibəti  fərqlidir.  Ona 
görə  də,  o  şeylər  haqqında  birmənalı  fikir  yürütmək 
mümkün deyildir.  
3. İnsanın bir neçə duyğu orqanları vardır, onlar eyni 
şey  haqqında  fərqli  xəbərlər  verir.  Məsələn,  bal  ilk 
baxımdan ikrah hissi doğurur, ancaq o dadlıdır. Ona görə 
də  əvvəlcədən  bilinmir  ki,  onlardan  hansına  üstünlük 
verilməlidir. 
4.  İnsanın  halı  hər  zaman  dəyişir.  Məsələn,  aç  olan 
insana  yemək  dadlı,  tox  olana  isə  dadsız  gələ  bilər.  Buna 
görə  də,  onun  gəldiyi  qərarlar  fərqli  olur  və  bilinmir  ki, 
onlardan hansına üstünlük verilməlidir. 

127 
 
5. Gəlinən nəticələr məsafə və yerin təsiri altında irəli 
sürülə  bilər.  Hər  bir  şey  tutduğu  məsafə  və  yerdən  asılı 
olaraq  bizə  fərqli  görsənir.  Məsələn,  gəmi  uzaqdan  kiçik, 
yaxında isə böyükdür. 
6.  Heç  bir  şey  bir  maddədən  ibarət  deyil,  qarışıqdır. 
Məsələn,  biz  bir  şeyi  dərk  ediriksə,  mütləq  ona  öz 
düşüncəmizi  və  münasibətimizi  qatırıq.  Ona  görə  də, 
hansısa  bir  şeyin  mahiyyəti  haqqında  heç  nə  demək 
olmur.  
7.  Kəmiyyətlərin  (eləcə  də  dəyərlərin)  nisbətinə  və 
quruluşuna  görə  şeylər  müxtəlif  görünə  və  duyula  bilər. 
Məsələn,  qum  eyni  zamanda  həm  bərk,  həm  də 
yumşaqdır.  
8.  Şeylər  kəmiyyət  və  keyfiyyətdən  asılı  olaraq 
dəyişir.  Hər  şey  nəyə  isə  nisbətdə  bu  və  ya  başqa  cür 
görsənir. Ona görə də, onun hansısa görkəmdə görünməsi 
daha  da  çox  ehtimal  oluna  bilər,  onun  həqiqi  təbiəti 
bilinməz.  
9.  Şeylərə  münasibət  onlara  rast  gəlməkdən  asılıdır. 
Belə  ki,  bəzi  şeylər  nadir  hallarda  rast  gəlindiyi  üçün 
qiymətli  sayılır.  Məsələn,  əgər  qızıl  daş  kimi  hər  yerdə 
olsaydı, onda o heç də qiymətli metal sayılmazdı. 
10.  Şeylər  haqqında  iddialar  qanunlar,  inanclar  və 
adətlərin  təsiri  altında  da  yürüdülə  bilər.  Ona  görə  də, 
onların  mahiyyəti  haqqında  birmənalı  fikir  yürütmək 
olmur. 
Enesidemusun  ardıcıllarından  biri  Aqrippa  (yun. 
Ἀγρίππας)  idi.  O,  təxminən  m.  I  yüzillikdə  yaşamışdır. 
Diogenes  Laertiusa  görə  Aqrippa  Enesidemusun  10 

128 
 
troposuna  daha  beşini  əlavə  etmişdir  (1,  412).  Onlar 
aşağıdakılardır: 
1. Hər hansı bir şey haqqında ziddiyyətli fikirlər irəli 
sürülür.  Buna  görə  də,  onlar  haqqında  qəti  bir  fikir 
söyləməkdən çəkinmək lazımdır. 
2.  Sübutlar  silsiləsi  sonsuzluğa  qədər  davam  edir. 
Deməli,  hansısa  fikri  əsaslandırmaq  üçün  gətirilən 
sübutun  özü  də  sübut  edilməlidir.  Sonra  bu  yeni  sübut 
başqası ilə isbatlanmalıdır. Bu silsilə də sonsuzluğa qədər 
sürəcəkdir. 
3.  Hər  şey  nisbidir.  İnsana  şeylərin  mahiyyəti  deyil, 
onun duyğuları daxilində onların görsəntiləri (təzahürləri) 
açılır.  Ona  görə  də  onların  əsl  təbiətinin  nə  olduğu 
haqqında fikir yürütməkdən çəkinmək lazımdır. 
4.  Hər  bir  həqiqət  kimi  iddia  edilən  şey  əslində 
fərziyyədir  (hipotez).  Bu  kimi  fərziyyələr  nəyinsə 
barəsində nəticə çıxartmaq üçün kifayət etmir. 
5.  Sübutlar  bir-birini  sübuta  yetirməlidir.  Bu  da  o 
deməkdir  ki,  hansısa  iddianı  sübut  etmək  üçün  irəli 
sürülmüş sübutu da qarşılıqlı olaraq həmin iddia ilə sübut 
etmək  lazımdır.  Onda  belə  nəticəyə  gəlinir  ki,  onlardan 
heç biri başqasını sübut etmək üçün yetərli deyildir. Buna 
görə  də,  hər  hansı  iddiadan  çəkinmək  lazımdır.  (6,  239-
240) 
Skeptisizmin 
Roma 
dönəminin 
ən 
tanınmış 
nümayəndəsi 
Sekstus 
Emprikus 
(yun. 
Σέξτος 
Εμπειρικός,  m.  II  yüzilliyin  ikinci  yarısı)  olmuş  və  o,  bu 
məktəbin  ənənələrini  davam  etdirmişdir  (3,  21).  Sekstus 
Emprikus  ixtisasca  həkim  idi.  O,  “Pirron  müddəaları” 

129 
 
(yun.  Πυῤῥώνειοι  ὑποτύπωσεις)  və  “Riyaziyyatçılara 
qarşı”  (yun.  Πρὸς  μαθηματικούς)  kimi  bir  neçə  kitabın 
müəllifi idi. Bu kitablarda o şübhəçiliyin tarixi, əsasları və 
nəzəriyyəsini vermişdir. 
Sekstus  Emprikus  skeptik  baxışlarını  tibb  elmi  ilə 
əlaqələndirirdi.  O  həm  də,  skeptisizmi  başqa  fəlsəfi 
məktəblərin  təlimlərindən  ayırır,  onlarla  qarışmağa  qarşı 
çıxırdı.  Onun  əsərlərində  skeptisizm  ətraflı  və  dolğun  bir 
təlim  kimi  təqdim  edilmişdir.  Sekstus  Emprikus 
Enesidemusdan  sonra  skeptisizmin  əsaslarını  sübuta 
yetirən  10  troposda  yetərincə  dəyişikliklər  etmiş,  onları 
yenidən sistemləşdirmişdir. 
Bilindiyi  kimi  digər  antik  düşünürlər  bilginin  əldə 
olunmasının  mümkünlüyünü  iddia  edirdilər.  Sekstus 
Empirikus 
isə 
şübhəçilərin 
gələnəyini 
(ənənəsini) 
sürdürərək  iddia  edirdi  ki,  bilgi  nisbidir.  Ona  görə  də, 
problemlərin  çözülməsi  və  şeylərin  mahiyyətini  açmaq 
cəhdlərindən çəkinmək lazımdır (3, 22). Belə olarsa, insan 
kamilliyə  çatmış  olur.  Onun  fikrincə  qanunlar,  ənənələr, 
qaydalar və vərdişlərə riayət edilməlidir. Bu sırada sağlam 
düşüncəyə özəl yer də verilməlidir. 
Qədim zamanlardan başlayaraq duyğular vasitəsi ilə 
əldə  edilən  biliyin  nisbiliyini  və  ziddiyyətli  olduğunu 
sübuta  yetirmək  istəyən  düşünürlər  öz  dəlillərini  Sekstus 
Empirikusun 
kitablarından 
gətirirdilər. 
Onun 
“problemlərin  həllindən  çəkinmə”  prinsipi  tibb,  fiziologiya, 
zoologiya,  fizika  və  digər  elmlərdən  alınmış  faktlara 
əsaslanırdı. 
 

130 
 
Mövzu ilə əlaqəli suallar: 
 
1.  Skeptisizm  fəlsəfəsi  hansı  müddəalar  əsasında 
qurulmuşdur? 
2. Pirrona görə şeylər hansı meyarla ölçülür? 
3.  Pirrona  görə  xoşbəxtliyə  hansı  yollarla  çatmaq 
olar? 
4. Ataraksiya nədir? 
5. 
Timonun 
şübhəçiliyi 
nəyin 
üzərində 
qurulmuşdur? 
6. Enesidemus səbəblər haqqında hansı fikirdə idi? 
7.  Enesidemus  öz  “tropos”larında  nədən  bəhs 
etmişdir? 
8. Aqrippa hansı “tropos”ları irəli sürmüşdür? 
9.  Sekstus  Emprikus  fəlsəfəsinin  mahiyyəti  və 
əhəmiyyəti nədən ibarət olmuşdur? 
 
Ədəbiyyat: 
 
1. Diogenes Laertius. Lives and Opinions of Eminent 
Philosophers / Translated by C. D. Yonge. London: Georg 
Bell & Sons, 1915. 
2.  Long,  A.  A.,  2006,  From  Epicurus  to  Epictetus: 
Studies  in  Hellenistic  and  Roman  Philosophy,  Oxford: 
Oxford University Press. 
3.  Mary  Mills  Patrick.  Sextus  Empiricus  and  Greek 
Scepticism.  Cambridge  Deighton  Bell  &  Co.  London 
George Bell & Sons, 1899. 

131 
 
4.  Zeller  E.  Outlines  of  the  history  of  Greek 
philosophy. London: Longmans, Green and Co, 1886. 
5.  Асмус  В.Ф.  Античная  философия.  М.:  Высшая 
школа, 1976. 
6.  Секст  Эмпирик.  Три  книги  Пирроновых 
положений / Перевод Н. В. Брюлловой-Шаскольской // 
Секст  Эмпирик.  Сочинения  в  двух  томах.  Том  2.  М.: 
Мысль, 1976. 
7.  Софисты  //  Философия:  Энциклопедический 
словарь / Под ред. А.А. Ивина. М.: Гардарики. 2004. 
 
2.3. Epikürçülük 
 
Epikürçülük  ellinizm  və  Roma  dövrlərində  ən 
yayılmış  fəlsəfi  cərəyanlardan  biri  olmuşdur.  Onun 
yaranması Epikürün (yun. Ἐπίκουρος, m. ö. təxminən 342 
– 270) adı ilə bağlıdır
70
. O, Samos adasında anadan olmuş 
və  daha  sonra  Afinaya  gedərək  orada “Bağ”  (yun. 
Κῆπος) adlanan  öz  fəlsəfi  məktəbini  yaratmışdır  (7,  32). 
Epikür  bir  çox  kitabın  müəllifi  olmuş,  ancaq  onlardan 
zamanımıza yalnız bəzi fraqmentlər gəlib çatmışdır.  
Epikür təliminin məqsədi insanlara xoşbəxtliyin əldə 
olunması və qorxu hissindən aşma yollarını göstərmək idi. 
Bunun  üçün  də  o,  əfsanələrə  inanmamağa  və  təbiəti  dərk 
                                                
70
 Epikür  fəlsəfəsini  ətraflı  araşdıran  alimlərin  sırasında  azərbaycanlı  Əddin 
Şakirzadə də olmuşdur. Onun "Epikür" adlı monoqrafiyası Moskvada 1963-
cü  ildə  yayımlanmışdır  və  zamanımıza  kimi  bu  sahədə  ən  dəyərli  rusdilli 
araşdırmalardan  biri  kimi  qiymətləndirilir,  ona  elmi  istinadlar  edilir.  Bu 
kitabın  ön  sözünü  isə  tanınmış  Azərbaycan  (Sovet)  alimi  A.  O.  Makovelski 
yazmışdır. 

132 
 
etməyə 
çağırırdı. 
Beləliklə, 
Epikürün 
və 
onun 
ardıcıllarının  fəlsəfəsi  fizika,  kanonika  və  etikadan 
(əxlaqdan) ibarət olmuşdur (1, 434). 
Fizikasında 
Epikür 
Demokritin 
atomlar 
nəzəriyyəsini  inkişaf  etdirmişdir.  Məsələn,  Demokrit 
atomların kəmiyyət, forma və fəzada 
tutduğu 
yerə əhəmiyyət  vermişdirsə,  Epikür  buna  daha  bir 
kateqoriyanı 
– onların 
ağırlığını da 
əlavə 
etmişdir. 
Demokrit  kimi,  Epikür  də  düşünürdü  ki, atomlar 
boşluqda  hərəkət  edirlər.  Ancaq,  ondan  fərqli  olaraq 
Epikürün  fəlsəfəsində  atomlar  təkcə  düzxətli  istiqamətdə 
hərəkət  etmir,  onlar  hərəkət  zamanı  bu  istiqamətdən 
yayına  bilərlər.  Deməli,  atomların  hərəkətində  əyintilər 
ola bilər. (1, 439-440)  
Epikür  hesab  edirdi  ki,  əgər  atomların  hərəkəti 
yalnız  düzxətli  olsa,  onda  onlar  bir-biri  ilə  toqquşmazlar. 
Bu halda onlar eyni surətlə hərəkət edərək bir-birinə qarşı 
müəyyən 
məsafədə 
olmalıdırlar. 
Ancaq, 
düzxətli 
istiqamətdən  yayınma  baş  verdikdə  də  onların  bir-biri  ilə 
toqquşması  və  dolaşması  mümkün  olur.  Bu  səbəbdən  də 
dünyada hər şey yaranır. 
Atomların  hərəkətində  əyintilərin  olması  ideyası 
həm  də  Demokritin  taleçiliyinə  (fatalizminə)  qarşı 
yönəlmişdir.  Məlumdur  ki,  Demokrit  təsadüfü  inkar 
etmiş,  təbiətdə  yalnız zərurətin  hökm  sürməsini iddia 
etmişdir  (6,  62).  Bu  fikri  də  atomların  yalnız  düzxətli 
hərəkət  etməsi  ilə  əsaslandırmaq  olardı.  Epikür  isə 
atomların  hərəkətində  müəyyən  hallarda  əyintilərin 
olması  fikrini  ortaya  atmaqla təsadüfün  də  var  olmasını 

133 
 
iddia  edirdi  (4,  242-244).  Beləliklə  Epikür  həm  zərurətin, 
həm  də  təsadüfün  var  olması  fikrini  irəli  sürmüş, 
Demokritin 
providensializm 
(qədərçilik) 
ilə 
razılaşmamışdır.  Mahiyyətcə  isə  atomlar  əbədi,  dəyişməz 
bölünməz  və  məhv  olunmazdırlar.  Atomların  və  onların 
hərəkət etdikləri boşluqların sayı sonsuzdur. 
Epikürün  kosmoqonik  fikirləri  də  maraq  doğurur. 
Onun fikrincə kainat sonsuzdur və onda sonsuz miqdarda 
atomlar  vardır.  Bütün  dünya  cisimləri  atomların 
qasırğasından  yaranmışdır.  Onlar  isə  atomların  hərəkəti 
və 
birləşmələrindən 
ortaya 
çıxır. 
“Herodotusa 
məktubunda”  Epikür  yazmışdır  ki,  dünyanı  heç  kəs 
yaratmayıb,  bütün  olaylar  isə  təbii  qanunauyğunluq 
səbəbi  ilə  baş  verir;  yoxluqdan  heç  nə  yarana  bilməz  (1, 
437). 
Epikürün  fəlsəfəsində ruhlar  materiyanın  özəl  bir 
formasıdır  və  atomlardan  ibarətdir (1,  447).  Ona  görə  də 
ruhlar  ölməz  deyil,  sonludurlar.  Bədənin  ölümündən 
sonra  ruhlar  da  ölür.  Epiküra  görə  ölümdən  qorxmaq 
lazım deyil, çünki o yalnız duyğuların kəsilməsidir.  
“Kanonika” adlandırdığı 
idrak 
və 
dünyanın 
qavranması  ilə  bağlı  məsələlərdə  Epikür  sensualizmə 
(duyğuçuluğa)  üstünlük  verərək  duyğunu  həqiqətin  əsas 
meyarı elan etmişdir. Onun fikrincə düşüncənin fəaliyyəti 
tam  olaraq  insanın  düyğularından  asılıdır.  Ətrafda  olan 
şeylərdən onların obrazları (yun. εἴδολα) ayrılır. Onlar incə 
atomlardan  ibarətdir  və  o  şeyləri  əks  etdirir.  Bu  obrazlar 
insanın duyğu orqanlarına daxil olur, onlarla təmasa girir 
və insan öz ruhu vasitəsi ilə hiss etməyə başlayır. 

134 
 
Eyni zamanda, bu obrazlar insan orqanlarına birbaşa 
təsir  etməyə  də  bilərlər.  Onlar  havada  yayılarkən  bir-biri 
ilə qarışır və yalnız sonra insan tərəfindən qavranılır. Belə 
olduqda  insanda  gerçəkliyə  uyğun  olmayan  fantastik 
təsəvvürlər yaranır. Məsələn, kentavr kimi mifik heyvanın 
təsəvvürü  insan  və  at  obrazının  qarışığından  yaranır. 
Ancaq reallıqda isə belə bir şey yoxdur. 
Duyğu  ilə  əldə  edilən  bilgilərdən  fərdi  təsəvvürlər, 
onların 
əsasında 
isə prolepsislər (yun. 
προλήψεις
adlandırılan  ümumi  anlayışlar  yaranır.  Prolepsislər 
duyğulara  gələn  şeylər  haqqında  xatirələrdir  və  onlar 
təcrübə  yolu  ilə  əldə  olunur.  Məsələn,  qabağımızda  at  ya 
inəkdir  sualına  düzgün  cavab  vermək  üçün  insan  öncə 
onların vücudunu xatırlamalıdır (1, 436). 
Bundan  başqa  Epikür  həqiqətin  meyarını  həm 
də “düşüncə sıçrayışında” (yun. τὰς φανταστικὰς ἐπιβολὰς 
τῆς διανοίας) görürdü. Bu da intuisiyadır ki, yuxularda ya 
da  sayıqlama  kimi  hallarda  üzə  çıxır.  Onlar  gerçək 
obrazlardan  yaransa  da  insanın  subyektiv  aləmi  və  ya 
xəyalları ilə qarışır və buna görə də yanlış olur. 
Duyğularla  alınan  bilgi  yanlış  ola  bilməz  və 
düşüncənin  onları  təkzib  etməsi  imkansızdır,  çünki 
düşüncə  həmin  duyğulara  əsaslanır  (1,  235).  Yanlışlıq 
düşüncənin  onun  haqqında  çıxaran  qərarlarından  və 
hökmlərindən irəli gəlir. 
Demokritdən  fərqli  olaraq  Epikür  etik  (əxlaq) 
məsələlərə  böyük  önəm  verirdi.  Onun  etik  təliminin 
əsasında  duyğusallıq  dururdu.  Epikürün  fikrincə  əgər 
insanın  duyğuları  varsa,  onda  onlar  əxlaqın  əsas 

135 
 
meyarıdır. Çünki, ümumiyyətlə onun fəlsəfəsində idrakın 
əsasını  duyğular  təşkil  edir.  Xeyir  və  şər  anlayışları 
duyğularla əldə olunur. Ən  yüksək  nemət isə həzz, zövq, 
məmnunluq və ləzzət hissləridir. İnsan bunlara mane olan 
hər  bir  şeydən  çəkinməlidir.  Həyatdan  həzz  alma  və 
iztirablardan  çəkinmə  hər  bir  insanın  məqsədi  olmalıdır. 
(1, 471) 
Müdrik  insan  ölümdən  qorxmamalıdır,  çünki  ölüm 
yalnız  duyğuların  sona  çatmasıdır.  Ondan  sonra  əbədi 
“olmamazlıq”  başlanır.  İnsan  mövcud  olduqda  onun 
məqsədi  həzz  almaqdan  ibarət  olur.  “Olmamazlıqda”  isə 
duyğular  yox  olduğundan  həzz  almaq  mümkün  olmur. 
Ona  görə  də,  hər  iki  hal  bir  sabitlikdir:  biri  duyğuların 
olması, digəri isə olmaması kimi. (1, 468-469) 
Xoşbəxt  olmaq  üçün  möhkəm  və  dayanıqlı  ləzzət 
halını  yaşamaq  lazımdır.  Epikür  mənəvi  ləzzəti  üstün 
bilsə də, cismi ləzzəti də inkar etmirdi. Həzz alaraq insan 
xoşbəxt  olur  və  bunun  üçün  tanrılara  ibadət  etməyə 
ehtiyacı  olmur.  Bu  kimi  fikirlərə  görə  sonralar  xristianlar 
Epikür 
məktəbinin 
ardıcıllarını 
əxlaqsızlıqda 
suçlayırdılar. Ancaq  Epikürün  özü  deyirdi  ki,  həzz  alma 
heç  də  əxlaqsızlıq  demək  deyildir,  o  bədənin  əzablardan 
azad  olmasıdır.  Qadınlarla  yaxınlıq  etmək  ya  da  yemək 
kimi  cismani  həzzlər  bizim  həyatımızı  gözəlləşdirmir. 
Onu gözəlləşdirən isə bizim istəklərimizi yönəldən sağlam 
düşüncədir  ki,  o  ruhumuzda  olan  rahatsızlığı  ortadan 
qaldırır (1, 471-473).  
Epikürə görə müdriklik və xoşbəxtlik insan ruhunun 
müstəqil  və  sakitlik  məqamına  çatmasıdır.  Bu  məqama 

136 
 
çatan  müdrik  insan  ona  zərər  verən  hər  bir  şeydən 
uzaqlaşır, ona xeyir verən şeylərdən həzz almağa başlayır. 
Həzz alma məqamına çatmanın zəruri şərti ataraksiyadır 
(yun.  ἀταραξία –  ruhun  sakitliyi)  (1,  453-454). Ataraksiya 
halına  dünyanın  xarici  təsirindən  və  ehtiraslardan  azad 
olduqdan  sonra  çatmaq  mümkündür.  Fəlsəfə  ilə  məşğul 
olmaq  isə  ruha  ən  böyük  həzz  və  məmnunluq  hissləri 
verir (7, 133). Bu baxımdan Epikür fəlsəfəsinin bu məqamı 
da  sonrakı  dövrlərdə  tənqid  olunaraq  eqoizm  kimi  başa 
düşülmüşdür. 
Həzz  alma  prinsipi  Epikürün  ictimai  baxışlarına  da 
təsir  etmişdir.  O  hesab  edirdi  ki, cəmiyyət  üzvləri  bir-
birinə  zərər  verməmək  haqqında  anlaşmışdırlar  (1,  477). 
Çünki,  zərər  əzabdır,  ona  görə  də  həzzə  qarşı  durur.  Bu 
anlaşmaya  əməl  etmə  ədalət,  bundan  çəkinmə  isə 
ədalətsizlikdir. Dostluq  müdrik  insanın  ən  yüksək 
məqamıdır (1, 477). 
Siyasətdə  epikürçülər  quldarlıq  demokratiyasının 
tərəfdarları idilər. Epikürün fikrincə müdrik insan (filosof) 
siyasi fəaliyyətdən çəkinməlidir. 
Epikür tanrılar haqqında da fikirlər irəli sürmüşdür. 
O,  tanrıların  varlığını  inkar  etmir,  ancaq  hesab  edirdi  ki, 
onlar aləmlərarası məkanlarda yaşayıb, təbiət hadisələrinə 
və  insan  həyatına  müdaxilə  etmir.  İnsanlar  isə  özü-
özlərinin  problemlərini  həll  etməli,  bu  barədə  tanrılara 
yalvarmamalıdırlar.  Əgər  tanrılar  insanların  bütün 
yalvarışlarını  qəbul  etsəydilər,  onda  bəşəriyyət  məhv 
olmalı  idi.  Çünki,  insanlar  bu  yalvarışları  bir-birinə  qarşı 
edirlər. (7, 70) 

137 
 
Epikürə  görə  xalq  kütlələrinin  tanrılar  haqqında 
təsəvvürləri  yanlışdır.  Buna  görə  də  o,  tanrıları  inkar 
edənləri deyil, onları kütlələrin düşündüyü kimi təsəvvür 
edənləri qınamışdır (7, 69). Bununla belə o, kütlə inancına 
qarşı  açıq  çıxış  etməyin  əleyhinə  idi.  Hətta,  Epikürə  görə 
zərurət  olduqda  xalq  qınağından  qurtarmaq  üçün  dindar 
kimi  görsənmək  də  olar  (7,  70-71).  Beləliklə,  Epikür 
ənənəvi  dinə  qarşı  çıxmağı  mənasız  hesab  edirdi,  çünki 
onsuz  da  xalqın  çoxu  öz  inanclarında  qalacaq.  Müdrik 
üçün  isə  əsas  məqsəd  təbiətlə  uyğunlaşaraq  yaşamaq, 
iztirablardan çəkinərək həzz almaqdır. 
Epikürün fikrincə tanrılar əbədi deyil, onların varlığı 
sonludur.  Çünki,  onların  da  təbiəti  atomlardan  ibarətdir. 
Sadəcə tanrılar insanlara nisbətən çox yaşayırlar (7, 69).  
Epikürün  bir  çox  öyrənciləri  olmuşdur.  Onlardan 
biri Lampsakuslu  Metrodorus (yun.  Μητροδωρος, m.  ö. 
331 – 278) idi. O, bir sıra zamanımıza çatmayan kitabların 
yazarı  olmuşdur.  Sisero  yazırdı  ki,  Metrodor  öz 
fəlsəfəsində  cismani  hissiyyatlara  böyük  önəm  verirdi  (2, 
68-69).  
Epikürün 
daha 
bir 
öyrəncisi Militenalı 
Hermarxus (yun. Ἕρμαρχoς, m. ö. 325 – 250) olmuşdur. O, 
müəlliminin  ölümündən  sonra  onun  məktəbinə  başçılıq 
etmiş  və  onun  fikirlərini  yaymışdır.  Eyni  zamanda, 
Hermarxus  Aristotel  və  Platonun  ardıcılları  ilə  də  fəlsəfi 
polemikalar  aparmışdır.  Ancaq,  onun  da  əsərləri 
zamanımıza gəlib çatmamışdır. (7, 136-137)  
Epikürün təlimi m. ö. II yüzillikdən başlayaraq Roma 
imperiyasında  yayılmışdır.  Roma  epikürçülüyünün  ən 

138 
 
görkəmli 
nümayəndələrindən 
biri 
Qadaralı 
Filodemus (yun.  Φιλόδημος,  m.  ö.  110  –  40)  idi.  O,  Afina 
epikürçü  məktəbinin  başçısı  Sidonlu  Zenonun  öyrəncisi 
idi.  M.  ö.  80-ci  ildə  Filodemus  İtaliyaya  gedərək  orada 
Neapol  şəhərinin  yaxınlığında  yerləşən  Herkulanumda 
epikürçü  məktəbinin  əsasını  qoymuş  və  ona  rəhbərlik 
etmişdir.  İkiyüz  ildən  sonra  Vezuvium  vulkanının 
püskürməsi sonu Herkulanum Pompeya ilə birlikdə məhv 
olmuşdur.  
Bizim  zamanımızda  aparılan  arxeoloji  qazıntılar 
nəticəsində  orada  Filodemusun  bəzi  əsərləri  tapılmışdır. 
Onların  arasında  “İnduksiya  haqqında”  adlı  bir  kitab  da 
var  idi.  Orada  Filodemus  stoaçıların  bəzi  fikirlərini  təhlil 
etmişdir. Belə ki, stoaçılara görə induksiya yolu  ilə gəlinən 
nəticə  apriori
71
 dəlillərin  əsasında  çıxarıldığı  zaman  həqiqi 
olur  (3,  445).  Filodemus  isə  burada  ön  plana  görünən 
(zahirin) 
və 
görünməyənin 
(batinin) 
müqayisəsinə 
arxalanan  analogiyanı  önə  çəkirdi.  Məsələn,  induktiv 
metodla belə qərara gəlmək olar ki, bəzi cisimlərin hərəkət 
etməsi  üçün  müəyyən  şərtlər  olmalıdır.  Belədirsə,  onda 
ümumiyyətlə bütün digər cisimlərin hərəkətinin də həmin 
şərtlərlə  baş  verdiyini  iddia  etmək  mümkündür.  Burada 
Filodemus  hərəkətin  mövcud  olmasının  zəruri  şərti  kimi 
boşluqların  olmasını  sübuta  yetirirdi.  Deməli,  onun 
fikrincə  hər  bir  nəticənin  əsasında  analogiyaya  arxalanan 
düşüncə  metodu  durur.  Əgər  induksiyanın  istinad  etdiyi 
                                                
71
 Apriorizm  (lat.  a  priori)  təcrübədən  öncə  olan  və  ondan  asılı  olmayan 
bilikdir. Bu cür bilik öncədən vardır və əzəlidir. 

139 
 
faktları  və  müşahidələri  təkzib  edən  bir  dəlil  yoxdursa, 
deməli yürüdülən əqli nəticə düzgündür. (3, 445)  
Roma  epikürçülüyünün  ən  tanınmış  təmsilçisi 
isə Titus  Lukretius  Karus (lat.  Titus Lucretius Carus,  m. ö. 
99  –  55) olmuşdur. Hər  şeyin  təbiəti  haqqında (lat.  De 
rerum  natura)  adlı  məşhur  əsərində  o  bir  çox  fəlsəfi 
problemlərə  toxunmuşdur,  bunu  edərkən  Epikürün 
fəlsəfəsindən  yararlanmışdır.  Bu  kitabda Lukretius  ilk 
növbədə  xalqın  arasında  yayılmış  müxtəlif  mövhumat  və 
inanclara  qarşı  çıxış  etmişdir.  Onun  fikrincə  onlar 
insanlarda  qorxu  hissi  yaradır.  Azadlığı  əldə  etmək  üçün 
isə  bu  qorxudan  qurtarmaq  gərəkdir  (5,  60-61).  Bunun 
üçün  təbiət  olduğu  kimi  öyrənilib  qavranılmalıdır. 
Mövhumatların  əsasını  isə  din  təşkil  edir,  insanları 
bədbəxtliklərə  sürükləyir.  Ona  görə  də,  Lukretius  dini 
tamamilə inkar edirdi. 
Lukretiusdan  da  öncə  bəzi  filosoflar  (örnək  üçün 
Kritius)  hesab  edirdilər  ki,  əslində  tanrılar  yoxdur. 
İnsanlar onları uydurmuşdurlar. Ancaq, tanrılara inanc və 
onlardan  qorxu  hissi  olmasaydı,  insanlar  ağlasığmaz 
dərəcədə  qətllər  və  digər  başqa  cinayətlər  törədərdilər. 
Ona  görə  tanrıları  uyduranlar  cəmiyyətdə  düzənin 
saxlanması üçün müsbət iş görmüşdülər. 
Ancaq,  Lukretius  bu  fikirlə  razılaşmırdı.  Onun 
fikrincə, dini inkar etməklə insanlar arasında cinayətkarlıq 
artmayacaq, 
əksinə 
bəzi 
hallarda 
müxtəlif 
dini 

140 
 
mövhumatlar 
adamları 
cinayətin 
törədilməsinə 
sürükləyəcəkdir 
72
 (5, 29-30). 
Təbiətdə  hər  şey  özü-özlüyündən,  yəni  onun  əzəli 
qanunauyğunluğundan  irəli  gələrək  baş  verir.  Bütün 
bunların  yaranmasında  heç  bir  tanrı  iradəsi  yoxdur. 
Dünyanı da heç bir tanrı yaratmayıb və idarə etmir, çünki 
heç  nədən  nə  isə  yarana  bilməz  (5,  31).  Eyni  zamanda, 
dünya  yalnız  insanlar  üçün  deyil,  özü  üçün  mövcuddur. 
İnsan  isə  dünyanın  məqsədi  deyil,  yalnız  onun  bir 
hissəciyidir.  O  da  təbiətin  qanunlarına  tabedir  və  onu 
üstələyə bilmir. 
Lukretius  tanrıların  var  olmasını  inkar  etməsə  də, 
onları  yaradıcı  və  idarəçi  funksiyalardan  məhrum 
etmişdir.  O  hesab  edirdi  ki,  tanrılar  ölməzdir,  ancaq 
təbiətin  və  insanların  işlərinə  qarışmırlar.  Onlar  özlərinə 
məxsus  bir  məkanda  yaşayır  və  həzzlərlə  dolu  həyat 
sürürlər  (5,  28).  O  məkan  insanlardan  sonsuz  qədər 
uzaqdadır. Bu səbəbdən tanrılara nə insanlar, nə də edilən 
ibadət  və  dualar  gərək  deyildir.  Onlar  insanlara  qarşı 
biganədirlər.  Bu  səbəbdən  də,  Lukretiusa  görə  dinlərə, 
kahinlərə, falçılara, peyğəmbərlərə heç bir ehtiyac yoxdur. 
Lukretius  tanrılar  və  dinlərin  rolunu  heçə  endirərək 
əsas dəyəri insanların düşüncəsində görürdü. Düşüncəsiz 
insanın  ömrü  qaranlıq  və  qorxu  içində  keçir. Ağıl  və 
sağlam  düşüncə  isə  mövhumatın  qarşısını  alır;  insanı 
                                                
72
 Bəlkə  də  bu  fikir  zamanımızda  İsveç,  Norveç,  Danimarka  kimi  əsasən 
sekulyar  (laik)  və  liberal  dövrlərdə  cinayətkarlığın  yayğın  olmamasında  və 
dində  möhkəm  olan  Yaxın  Şərqdə  din  adı  ilə  çoxlu  cinayətlərin 
törədilməsində öz təsdiqini qismən də olsa tapır. 

141 
 
ölüm, xəstəlik və həyatın problemləri qarşısında qorxudan 
qurtarır.  Yalnız  sağlam  düşüncənin  vasitəsi  ilə  təbiətdə 
hər  şeyi  olduğu  kimi  anlamaq  olar.  İnsan  sağlam 
düşüncədən  başqa  mühakimə  etmə  xüsusiyyətinə  də 
malikdir. Çünki, dünyada bir çox şeyləri yalnız mühakimə 
yolu ilə izah etmək mümkündür. 
Lukretiusa  görə  təbiətdə  fövqəladəlik  yoxdur. 
Dünyalar  gözə  görünməyən  və  duyulmayan  hissəciklərin 
qasırğalarından  yaranır.  Bu  hissəciklər  hər  şeyin 
“toxumlarıdır” (atomlardır) (5, 34-35). Cisimlər, ruhlar  və 
dünyalar  onlardan  ibarətdir.  Onlar  təbii  zərurətdən 
yaranır.  Hissəciklərin  hərəkətdə  olması  üçün  boşluqlar 
vardır (5, 35-37). Hissəciklər əbədidir, onlardan ibarət olan 
hər şey məhvə məhkumdur və keçicidir. 
Ətrafımızın  dərki  prosesində  duyğulara  böyük 
əhəmiyyət  verən  Lukretius,  eyni  zamanda  onların 
çərçivəli  olmasını  etiraf  edirdi.  Buna  görə  də  o,  idrakda 
düşüncəyə  də  böyük  əhəmiyyət  verirdi.  Məsələn,  kainat 
duyğu vasitəsi ilə deyil, düşüncənin fəaliyyəti nəticəsində 
anlaşıla bilər. 
Ümumiyyətlə, heç  nədən  nə isə yaranmır. Hər şeyin 
əsasında  toxumlar  (atomlar)  durur  (5,  39-43).  Şeylərin 
məhv  olması  materiyanın  məhv  olması  demək  deyildir. 
Bu  yalnız  daha  mürəkkəb  şeyin  ən  sadə  elementlərə 
bölünməsidir. 
Lukretiusun  fikrincə  ruh  da  bədən  kimi  kiçik 
hissəciklərdən  (atomlardan)  ibarətdir  və  o  bədəndən 
asılıdır. 
Bədənin 
ölümü 
hissəciklərin 
əlaqələrinin 
pozulması və dağılmasıdır. Bu baş verən kimi bədənlə bir 

142 
 
yerdə  ruhun  hissəcikləri  də  dağılır  və  o  məhv 
olur. Beləliklə,  Epikür  kimi  Lukrtetsius  da  ruhun 
ölməzliyini qəbul etmirdi. (5, 97-98) 
Daha  sonra  o,  ölümlə  həyatın  bir-biri  ilə 
qarşılaşmamasını  iddia  etmişdir.  Onlar  qarşılaşmır  deyə 
ölüm  həyatda  olan  insan  üçün  qorxulu  deyil,  çünki 
həyatda  olan  insanın  ölüm  haqqında  təsəvvürü  yoxdur. 
Ölümün  gəlişindən  sonra  isə  insanlar  artıq  bu  dünyada 
olmur  və  heç  nəyi  duymur.  Ona  görə  də  ölümün 
qarşısında qorxu hissi olmamalıdır (5, 415-420). 
Ruhun  bir  bədəndən  başqasına  köçməsi  ideyasını 
(metempsixozu) və onun insanın doğulmasından öncə var 
olması  inancını  rədd  edən  Lukretius  hesab  edirdi  ki,  belə 
bir  şey  olsaydı,  onda  insanlar  öz  keçmiş  həyatlarını  yada 
salardılar.  Metempsixoz  ya  da  ruhların  öncə  var  olmasını 
iddia  edənlərin  fikrincə  ruh  bədənə  girərkən  öz  keçmiş 
həyatını  yaddan  çıxarır.  Bu  belədirsə,  onda  Lukretiusa 
görə  bu  hal  ölümdən  fərqlənmir.  İnsanın  keçmişdə 
həyatda  olmasının  mənası  yoxdur.  Ona  görə  ölən 
adamların  ruhları  ölü,  dirilərin  isə  diri  hesab  edilməlidir. 
(5, 410-413) 
Bundan başqa əgər metempsixoz real bir şey olsaydı, 
onda heyvanların davranışı bir-biri ilə qarışardı. Məsələn, 
şahin göyərçindən qorxardı. Düşüncə isə təkcə insanlarda 
deyil, həm də heyvanlarda olardı. 
Lukretius  əxlaqi  fikirləri  irəli  sürərkən  Epikür 
təliminin  müddəalarını  təkrar  edir  və  deyirdi  ki, 
iztirabların aradan qaldırılması, ruhi sakitlik və ataraksiya 
xoşbəxtliyin əsas şərtləridir.  
1   ...   5   6   7   8   9   10   11   12   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə