Dərs vəsaiti kimi çapa buraxılmışdır (protokol 12). Bakı 2016



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə11/19
tarix01.03.2017
ölçüsü266,78 Kb.
#9896
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

Afrodisialı 
Aleksandr 
(yun. 
Ἀλέξανδρος 
ὁ 
Ἀφροδισιεύς,  II  –  III  yüzilliklər)  da  Aristotelin  əsərlərinə 
şərhlər  yazanlardan  biri olmuşdur.  O,  həm  də  Aristotelin 
təlimini 
başqa 
məktəblərin 
nümayəndələrinin 
tənqidlərindən müdafiə edirdi. Buna görə də sonralar ona 
“Şəhrçi” adını 
vermişdirlər. 
Aleksandrın 
məqsədi 
Aristoteli  tanıtmaq,  onun  əsərlərindəki  ziddiyyətləri 
ortadan  qaldırmaq  olmuşdur.  Məlumdur  ki  o,  Aristotelin 
“Metafizika”, 
“Meteorologiya”, 
“Topika”, 
“Ruh 
haqqında”, “Göy haqqında” kimi  əsərlərinə ətraflı şərhlər 
yazmışdır.  Onun  bir  çox  əsərləri  zamanımıza  ərəb 
tərcümələri vasitəsi ilə gəlib çatmışdır. Çünki orta əsrlərdə 
ərəbdilli filosoflar Aristotelin və onun şərhçilərinin irsi ilə 
çox maraqlanmış və bu ənənəni davam etdirmişdirlər. (10) 
Aleksandr öz şərhlərini özünəməxsus şəkildə verirdi. 
O,  Aristotelin  kitabından  hansısa  bir  sətri  olduğu  kimi 
verdikdən  sonra,  onun  altında  böyük  həcmli  şərhini 
yazmış və sonra başqa sətrə keçirdi. Beləliklə, bütün kitab 
şərh olunurdu. 
Aleksandr  Aristoteli  peripatetik  ənənəyə  dayanaraq 
şərh  edən  sonuncu  şərhçi  olmuşdur.  Ondan  sonra 
peripatetik 
məktəbin 
ardıcılları 
platonçularla 
qarışmışdırlar. 
Aristotelin şərhçisi kimi tanınmış Aleksandrın özünə 
məxsus  fikirləri  də  olmuşdur.  Məsələn,  "Tale  haqqında" 
(yun. Перὶἐἱμαρμένης, lat. De fato) əsərində o tale, azadlıq 
və təsadüf anlayışları haqqında düşünmüşdür. Aleksandr 
taleyin  hər  şeyi  həll  etməsini  iddia  edən  stoaçılarla 
razılaşmırdı.  Onun  fikrincə  tale  qanunauyğunluqdur, 

157 
 
ancaq  zərurət  deyildir.  Bu  qanunauyğunluğun  içində 
təsadüfə  də  yer  vardır.  Belə  olmasaydı,  onda  insan 
fəaliyyətinin  heç  bir  mənası  olmazdı.  İnsanın  hərəkət  və 
davranışlarının  səbəbi  elə  o  özüdür,  hər  şeyi  taleyin 
üzərinə atmaq olmaz. (17, 187-188) 
Aleksandrın “Ruh  haqqında”  (yun.  Περὶ Ψυχῆς,  lat. 
De  Anima)  əsəri  bir  çox  hallarda  Aristotelin  fikirlərini 
təkrarlayır.  Onun  fikrincə,  ruh  bədənin  ondan  ayrılmaz 
formasıdır.  Ruhun  bitkisel,  duyğusal  və  düşüncəvi 
funksiyaları  vardır.  Düşünən  ruhun  özəlliyi  mülahizə  və 
təhlil etməkdir. Bunun vasitəsi ilə insan fikir irəli sürür və 
ya  elmi  araşdırma  aparır.  Eyni  zamanda,  iki  çür  ruh 
vardır:  “imkanlı”  (potensial)  və  “fail”  (aktual).  Birincisi 
doğuşdan  təbiət  tərəfindən  verilir;  o  yazılmamış  vərəqə 
bənzərdir.  İkincisi  isə  sonradan  qazanılan,  məhz  bu 
düşüncənin əsasını təşkil edir. (17, 187-188) 
Bu 
əsərin 
ikinci 
hissəsində “Düşüncə 
haqqında” (yun.  Περὶ νοῦ)  adlanan  bölüm  vardır.  Orada 
Aleksandr  düşüncənin  nə  olması  haqqında  düşünür. 
Onun  fikrincə  insanda  üç  növ  düşüncə  vardır.  Birincisi, 
doğuluşdan  var  olur  və  o  ən  ibtidaisidir;  ikincisini  insan 
öz  fəaliyyəti  nəticəsində  əldə  edir;  üçüncüsü  isə  insana 
əlavə  olaraq  daxil  edilir.  Onun  vasitəsi  ilə  də  düşünmə 
qabiliyyəti yaranır. 
 
Mövzu ilə əlaqəli suallar: 
 
1. Peripatetik məktəb kimin təlimini davam etdirmiş, 
vəzifəsi nədən ibarət olmuşdur? 

158 
 
2.  Teofrastus  botanika  elmində  nə  kimi  uğurlar  əldə 
etmişdir? 
3.  Teofrastusun  təbiət  və  idrak  problemləri  üzrə 
fikirləri necə olmuşdur? 
4.  Teofrastus  tanrı,  din  və  “İlk  mühərrik”  haqqında 
nə düşünmüşdür? 
5.  Teofrastus  kateqoriyalarda  hansı  dəyişikliklər 
etmişdir? 
6.  Teofrastusun  məqsədəuyğunluq  və  təsadüf 
probleminə münasibəti necə olmuşdur? 
7. Teofrastusa görə həyatın məqsədi nədədir? 
8.  Rodoslu  Eudemusun  fəaliyyəti  nədən  ibarət 
olmuşdur? 
9.  Aristoksenusun  müsiqi  nəzəriyyəsi  sahəsində 
hansı nailiyyətləri olmuşdur? 
10.  Aristoksenus  hansı  filosoflara  üstünlük  vermiş, 
kimləri qüsurlu göstərmişdir? 
11.  Aristoksenus  dünyanın  dərk  edilməsini  necə 
təsəvvür edirdi? 
12. Dikearxus ruh haqqında hansı fikirdə olmuşdur? 
13.  Dikearxus  bəşəriyyətin  mədəniyyət  tarixini  necə 
təsəvvür edirdi? 
14.  Dikearxusun  təbiət  və  siyasət  haqqında  hansı 
fikirləri olmuşdur? 
15.  Falerli  Demetrius  hansı  fəlsəfi  fikirlərlə  çıxış 
etmişdir? 
16.  Straton  təbiət,  dünya  quruluşu  və  zaman 
haqqında hansı fikirlər irəli sürmüşdür? 

159 
 
17.  Aristarxus  planetlər  arasındakı  məsafəni  necə 
ölçmüşdür? 
18. Aristarxus kosmosu necə təsəvvür edirdi? 
19. 
Rodoslu 
Andronikusun 
və 
Afrodisialı 
Aleksandrın fəaliyyəti nədən ibarət olmuşdur? 
20. Afrodisialı Aleksandr tale və təsadüf haqqında nə 
düşünmüşdür? 
21. Afrodisialı Aleksandrın ruh və düşüncə haqqında 
fikirləri necə olub? 
 
Ədəbiyyat: 
 
1.  Andronicus  of  Rhodes  //  Dictionary  of  Greek  and 
Roman Biography and Mythology. Boston: C.C. Little and 
J. Brown, 1849. 
2. 
Aristoxenus 
of 
Tarentum 
// 
Chambers's 
Encyclopædia. Vol. 1. London: George Newnes, 1961. 
3. B. L. van der Waerden, The heliocentric system in 
Greek,  Persian  and  Hindu  astronomy.  From  deferent  to 
equant:  A  Volume  of  Studies  in  the  History  of  Science  in 
the  Ancient  and  Medieval  Near  East  in  Honor  of  E.S. 
Kennedy.  Annals  of  the  New  York  Academy  of  Sciences, 
Volume 500, June 1987. 
4.  Cicero.  Tusculan  disputations  /  Translated  by 
Andrew P. Peabody. Boston: Little, Brown, and Company, 
1886. 
5. Diogenes Laertius. Lives and Opinions of Eminent 
Philosophers / Translated by C. D. Yonge. London: Georg 
Bell & Sons, 1915. 

160 
 
6.  Georgius  Sinkellus.  Ecloga  chronographica. 
Oxford University Press, 2002. 
7. Greek Musical Writings. Vol. 1: Musician  and His 
Art, edited by Andrew Barker. Cambridge, 1984. 
8. Marcus Tullius Cicero. On the Nature of the Gods / 
Translated by F. Brooks. London: Methuen, 1896. 
9. Sir John Hawkins, A general history of the science 
and  practice  of  music,  Volume  1,  London:  T.  Payne  and 
Son, 1868. 
10.  Александр  Афродисийский  //  Античная 
философия: 
Энциклопедический 
словарь 

Составитель  Е.  В.  Афонасин.  М.:  Прогресс-Традиция. 
2008. 
11. 
Аристарх 
Самосский 
// 
Философская 
Энциклопедия.  В  5-х  т.  М.:  Советская  энциклопедия. 
Под редакцией Ф. В. Константинова. 1960-1970. 
12.  Две  книги  против  физиков  //  Секст  Эмпирик. 
Сочинения в двух томах / Перевод А. Ф. Лосева. Том 1. 
М.: Мысль, 1976. 
13. 
Дикеарх 
// 
Античная 
философия: 
Энциклопедический  словарь  /  Составитель  Е.  В. 
Афонасин. М.: Прогресс-Традиция. 2008. 
14.  Лукулл  //  Марк  Туллий  Цицерон.  Учение 
академиков  /  Перевод  Н.  А.  Федорова.  М.:  Индрик, 
2004. 
15.  Плутарх.  О  лике,  видимом  на  диске  луны  / 
Перевод  Г.  А.  Иванова  //  Философия  природы  в 
античности  и  средние  века.  М.:  Прогресс-Традиция, 
2000. 

161 
 
16.  Протасов  В.  Ю.  Геометрия  звездного  неба  // 
«Квант» № 2, 2010. 
17.  Солопова  М.  А.  Александр  Афродисийский  и 
его  трактат  «О  смешении»  в  контексте  истории 
комментаторской традиции аристотелизма. М.: Наука, 
2002. 
18. Страбон. География в 17 книгах / Перевод Г. А. 
Стратановского.  Л.:  Издательство  Академии  наук 
СССР, 1950. 
19. 
Теофраст 
// 
Античная 
философия: 
Энциклопедический  словарь  /  Составитель  Е.  В. 
Афонасин. М.: Прогресс-Традиция. 2008. 
20. 
Теофраст 
// 
Новая 
философская 
энциклопедия  /  Под  редакцией  В.  С.  Стёпина.  В  4  тт. 
М.: Мысль, 2001. 
21. Теофраст // Философская Энциклопедия / Под 
редакцией  Ф.  В.  Константинова.  В  5-х  т.  М.:  Советская 
энциклопедия, 1960-1970. 
22.  Феофраст.  Характеры  /  Перевод  Г.  А. 
Стратановского. Л.: Наука, 1974. 
23.  Цицерон  М.  Т.  Письма  Марка  Туллия 
Цицерона к Аттику, близким, брату Квинту, М. Бруту. 
Том  2.  Годы  51-46.  /  Перевод  и  комментарии  В.  О. 
Горенштейна.  М.-Л.:  Издательство  Академии  Наук 
СССР, 1950. 
24.  Эвдем  Родосский  //  Энциклопедический 
словарь Брокгауза и Ефрона: в 86 т. СПб.: 1890-1907. 
 
 

162 
 
2.5. Stoaçılıq 
 
Stoaçılıq  (yun.  Στοά)  ellinizm  dövründə  Afinada 
təxminən  m.  ö.  300-cü  ildə  yaranmış  fəlsəfi  məktəb 
olmuşdur.  Antik  dünyanın  ən  tanınmış  məktəblərindən 
biri  idi.  Məktəbin  tarixini  şərti  olaraq  üç  dövrə  bölürlər: 
qədim  (m.  ö.  IV  –  II  yüzilliklər),  orta  (m.  ö.  II  –  I 
yüzilliklər)  və  yeni  (m.  I  –  III  yüzilliklər).  Stoaçılığın  yeni 
dövrünü  “Roma  stoaçılığı”  da  adlandırırlar.  Stoaçılıq 
fəlsəfəsi bir çox hallarda Heraklitin, Platonun, Aristotelin, 
kiniklərin  təlimlərinə  çox  yaxınlaşmış  və  onlardan 
qaynaqlanmışdır.   
 
2.5.1. Qədim stoa 
 
Məktəbin  yaranması  Zenonun  (yun.  Ζήνων,  m.  ö. 
336  –  264)  adı  ilə  bağlıdır.  O,  Kipr  adasının  Kitiya 
şəhərindən  idi.  315-ci  ildə  ticarət  məqsədi  ilə  Afinaya 
gəlmiş,  orada  məskunlaşmışdır.  Afinada  Zenon  fəlsəfəyə 
böyük  maraq  göstərmiş  və  bir  müddət  kinik  məktəbin 
nümayəndəsi  olan  Kratesin,  daha  sonra  akademik 
məktəbin  təmsilçiləri  olan  Stilpon  və  Ksenokratesin 
öyrəncisi  olmuşdur.  Zenon  Afinada  “Stoa  Poykile”  (yun. 
στοά  ποικίλη  –  naxışlı  portikus)  adlı  portikusda
74
 
öyrəncilər  üçün  dərslər  keçmişdir  (1,  259-260).  Buna  görə 
də məktəbin ardıcıllarını stoaçılar adlandırmışdırlar.  
                                                
74
 Binaya bitişik olan sütünlu açıq tikilidir. 

163 
 
Diogenes  Laertiusa  görə,  bəlkə  də  məhz  Zenon 
“İnsan  təbiəti  haqında”  əsərində  ilk  dəfə  təbiətin 
qanunlarına  uyğun  ərdəmli  həyat  sürmək  fikrini  dilə 
gətirmişdir.  Bununla  da  o,  stoaçılığı  etik  problemlərin 
çözülmənsə yönəltmiş oldu. Həmçinin Zenon hesab edirdi 
ki,  fəlsəfə  üç  tərkib  hissədən:  məntiq,  fizika  və  etikadan 
ibarətdir  və  onlar  vahid  bir  sistemdə  birləşdirilməlidirlər 
(1,  274).  Bu  prinsipləri  o  özü  həyatı  boyu  tətbiq  etmiş, 
sonda isə intihar etmişdir. 
Roma  filosofu  Sisero  yazırdı  ki,  Zenon  təbii  qanunu 
tanrı  sayırdı  (4,  30).  Onun  fikrincə  tanrının  sifəti  və 
şəxsiyyəti  yoxdur.  O  bu  dünyanın  qanunauyğunluğudur 
ya  da  bir  Əqldir.  Buna  görə  də  ona  ibadət  edilməz. 
Zenonun  öyrəncilərindən  bəziləri  hesab  edirdilər  ki,  bəzi 
ərdəmli  insanları  gələcəkdə  tanrılaşdırmışdırlar.  Həm  də 
Zenona  görə  kainat  canlı  və  diri  varlıqdır.  Hər  şeyin 
əsasını isə "yaradıcı od" təşkil edir (4, 109). Bu fikrin ifadə 
edilməsi  ilə  Zenon  Heraklitin  baxışlarını  təkrarlamış 
olurdu. 
Zenon  və  onun  öyrənciləri  Xeyir  anlayışına  önəm 
verirdilər.  Bunu  edərkən  onlar  Platonu  təkrarlayırdılar. 
Zenonun  fikrincə  həyatın  gözəlliyi  vahid  bir  xeyirdədir, 
xoşbəxtliyə  isə  yalnız  müdrik  insan  çatır  (2,  271).  Eyni 
zamanda,  nəfslər  və  mənfi  ehtiraslar  düşüncəyə  qarşı 
duran və təbiətə zidd olan şeylərdir (2, 202). 
Zenonun  tanınmış  öyrəncilərindən  biri  Xrisippus 
(yun.  Χρύσιππος,  m.  ö.  280  –  207)  olmuşdur.  Onun 
fəaliyyəti  nəticəsində stoaçılıq sistemləşmiş bir təlim  kimi 
ortaya  çıxmışdır.  Ona  görə  Xrisippusu  stoa  məktəbinin 

164 
 
ikinci  yaradıcısı  sayırlar.  Xrisippus  çoxlu  kitablar  yazsa 
da,  bizim  zamanımıza  onlardan  bəzi  fraqmentlər  gəlib 
çatmışdır. 
Xrisippus  daha  çox  məntiqi  məsələlərə  önəm 
vermişdir.  O,  başqa  stoaçılar  kimi  hesab  edirdi  ki, 
fəlsəfənin  üç  istiqaməti  vardır:  məntiq,  fizika  və  etika 
(əxlaq).  Məntiq  ritorika  (söz  ustalığı)  və  dialektikadan 
(mübahisə  bacarığı)  ibarətdir.  Dialektika  isə  məna  və  səsə 
bölünür.  Mənalar  təsəvvürlər  və  onlara  əsaslanan 
mülahizələrdən, cins  və  növlərdən, eləcə də  sofizmlərdən 
ibarətdir. Səslər isə deyilən sözlər, cümlələrdir. 
Dünyada  hər  şey  səbəb  və  nəticə  qanununa  tabedir. 
Ona  görə  də  mülahizələr  sadə  və  mürəkkəb olur.  Sadələrdə 
şeyləri  keyfiyyətlərə görə təsnif edib, onlara  dəqiq təriflər 
verirlər.  Sadə  mülahizələrin  örnəkləri  kimi  “o  gəzir”, 
“günəş göydədir” sözlərini misal gətirmək mümkündür.  
Mürəkkəb 
mülahizələri 
Xrisippus 
şərtilərə 
(“günortadırsa,  onda  hava  işıqlıdır”),  birləşdiricilərə  (“həm 
günortadır,  həm  də  işıqlıdır”),  müqayisəlilərə  (“gün 
gecədən  uzundur”)  və  s.  bölürdü.  Bunlardan  ən  önəmlisi 
şərti  olan  mürəkkəb  mülahizələrdir.  Orada  sonrakı  iddia 
öncəkiyə zidd olmamalıdır. Məsələn, “günortadırsa, onda 
hava  işıqlıdır”  cümləsini  təhlil  etsək,  onun  həqiqəti  əks 
etdirdiyini  görərik.  Çünki  “hava  qaranlıqdır”  desək,  bu 
“günortadır”  iddiasına  zidd  olar.  Mülahizələrdən  çıxan 
nəticə  yalnız  onda  həqiqi  sayılır  ki,  o  həqiqi  önərmələrə 
(iddialara) söykənsin. (18) 

165 
 
Zenonun ən tanınmış öyrəncilərindən biri Kleantes
75
 
(yun.  Κλεανθης,  m.  ö.  330  –  232)  olmuşdur.  O,  yeni 
ideyalarla  çıxış  etmiş,  müəlliminin  irsini  yaymış  və  təbliğ 
etmiş,  daha  sonra  stoa  məktəbinə  başçılıq  etmişdir. 
Diogenes  Laertiusa  görə  Kleantes  çoxlu  kitab  yazmış, 
ancaq  onlardan  yalnız  bəzi  fraqmentlər  zamanımıza 
çatmışdır  (1,  325).  Kleantes  də  bəzi  digər  filosoflar  kimi 
könüllü olaraq yeməkdən imtina edərək ölmüşdür. 
Kleantes  panteist  olmuşdur.  O  deyirdi  ki,  bu  dünya 
tanrıdır,  bəzən  isə  təbiətin  Əqli  və  Ruhunu  da  tanrı 
adlandırırdı  (4,  31).  Tanrı  bu  dünyanı  yandırır,  sonra  isə 
dirçəldir.  O  da,  Zenon  kimi  təbiətə  uyğun  həyatın 
sürülməsini vacib hesab edirdi. 
Fəlsəfəni  bir  tamlıq  kimi  dəyərləndirən  stoaçılar 
məntiq  məsələlərinə  önəm  verirdilər.  Onların  fikrincə 
məntiqsiz nə fizikanı (təbiət haqqında elmi), nə də onların 
fəlsəfəsinin  əsasını  təşkil  edən  etikanı  (əxlaqı)  anlamaq 
olmaz. 
Məntiq  elminin  inkişafında  stoaçıların  çox  böyük 
rolu  olmuşdur.  Onların  fəlsəfəsində  məntiq  həm  natiqlik, 
həm  də  fikirləri  əsaslandıran  söz  və  cümlələr  haqqında 
elmdir.  
Stoaçılara görə ilk olaraq duyğu orqanlarının vasitəsi 
ilə şeylər haqqında təsəvvür yaranır. Sonra bu təsəvvürlər 
insanın  ruhunda  əks  olunur  və  ağılla  təhlil  edilərək  dərk 
edilir.  Onlar  hesab  edirdilər  ki,  əgər  duyğular  şeylər 
haqqında  düzgün  (təbiətlərinə  tam  uyğun)  xəbər 
                                                
75
 Rus ədəbiyyatında onun adı Kleanf (Клеанф) kimi səslənir. 

166 
 
verirlərsə,  onda  onlar  ruhda  da  düzgün  əks  olunurlar. 
Duyğular  şeylər  haqqında  onların  təbiətlərinə  uyğun 
olmayan xəbərlər verirsə, onda yanlış təsəvvürlər yaranır. 
Yanlışlıq  duyğu  orqanlarında  ola  bilən  qüsurlar,  ağlın 
çatışmamazlığı,  şeylərin  insan  duyğularına  uyğun 
gəlməməsi kimi səbəblərdən ortaya çıxır. 
Daha  sonra  stoaçılara  görə  insan düşüncəsinin  böyük 
önəmi  vardır.  Düşüncə  biliyin  həqiqi  olmasını  təsdiq 
etməlidir.  Düşüncənin  duyğular  vasitəsi  ilə  alınmış 
bilgilərlə  barışması  nəticələr  ortaya  çıxarır.  Buna  da 
katalepsis  (yun.  κατάληψις)  deyilir.  Ancaq,  insan 
düşüncəsi  eyni  şey  haqqında  fərqli  nəticələr  ortaya  qoya 
bilər.  Ona  görə  insan  o  şey  haqqında  hökm  verdikdə 
onlardan  birinə  üstünlük  verir.  Deməli,  idrak  təkcə  bizə 
xaricdən gələn bilgilərdən deyil, həm də onlara göstərilən 
münasibətimizdən  və  bizim  çevrədəki  şeylər  haqqında 
verdiyimiz  hökmlərdən  asılıdır.  Bu  da  insanın  azad 
iradəsidir.  Səhv  nəticələr  onda  ortaya  çıxır  ki,  insan 
şeylərin  mahiyyətinə  varmır  və  onlar  haqqında  tam 
təsəvvür  yaratmayaraq  o  şeylər  haqqında  hökm  verməyə 
tələsir.  Beləliklə,  yalnız  həqiqi  katalepsis  insanı  həqiqətə 
çatdırır. 
Həm  də  bizim  düşüncəmiz  daxil  olan  təsəvvürləri 
qavrayır  və  onlardan  ümumi  məntiqi  nəticələr  çıxarır. 
Əqlin bu keyfiyyətlərini stoaçılar “Loqos” adlandırmışdır. 
Onların  fikrincə  o  həm  söz,  həm  də  təfəkkür  vasitəsidir. 
Məhz, Loqos insanları heyvanlardan fərqləndirir. İnsanda 
olan Loqos Tanrıların  əqlinə bərabərdir  və dünya Əqlinin 

167 
 
tərkib  hissəsidir.  Ancaq,  tanrılardan  fərqli  olaraq  insan 
səhvlər etməyə meyllidir. 
Bundan başqa yanlışlıqların yaranmasında bir başqa 
səbəb  də  vardır.  İnsan  duyğularla  alınmış  və  düşüncə  ilə 
qavranılmış  şeyləri  özünün  və  cəmiyyətin  tətbiq  etdiyi 
sözlər, cümlələr və hecalarla ifadə edir. Bunlar da o şeyləri 
əks  etdirən  işarələr,  simvollar  və  rəmzlərdir.  Yəni  bizim 
danışdığımız  dil  özü  bir  simvollar  sistemidir  ki,  onlarla 
biz çevrəmizdəki şeyləri ifadə etməyə çalışırıq. Burada da 
bir  başqa  problem  yaranır.  Duyğular  və  düşüncəmiz  bizə 
şeylər  haqqında  doğru  bilgi  verirsə  belə,  onu  işarələrlə 
(dillə) düzgün təqdim etmək lazımdır. 
İşarələr  gerçək  şeyləri  düzgün  əks  etdirirsə  onda 
onun haqqında həqiqi bilik əldə olunur. Belə olmasa (işarə 
şeyə  uyğun  olmasa),  şeylər  haqqında  yanlış  təsəvvür 
yaranır.  Yanlışlıqları  həqiqətdən  ayıran  bilik  sahəsini 
stoaçılar dialektika adlandırırdılar. 
Duyğularla  əldə edilən bilik  və onun ağıl tərəfindən 
qavranılaraq  nəticələr  ortaya  çıxarması  elmi  bilik  deyil, 
yalnız onun mənbəyidir. Elmi biliyin meyarı isə hər şeyin 
sübuta yetirilməsidir
76

Stoaçılara  görə  hər  bir  şey  haqqında  həqiqətə 
dayanan  mülahizə  və  fikir  məntiqi  silsilə  ilə  başqa  şeyin 
həqiqiliyindən  doğmalıdır.  Ona  görə  də  müdriklik  yalnız 
kataleptik  təsəvvürlərlə  düşüncənin  razılıqda  olması 
                                                
76
 Burada  qeyd  edilməlidir  ki,  müasir  dövrdə  də  elmi  biliyin  meyarı  məhz 
iddia  olunan  problemlərin  yoxlama  yolu  ilə  sübuta  yetirilməsidir.  Bu  da 
pozitivizmin  əsasını  təşkil  edir.  Göründüyü  kimi,  zamanımızın  elmi 
metodunun əsasları da antik dövrdə formalaşmışdır.  

168 
 
demək  deyildir.  Müdriklik  doğru  nəticələrin  əldə 
edilməsidir.  Müdrikliyi  çevrədəki  şeyləri  işarə  edən 
sözlərin  o  şeylərə  uyğun  olub-olmamasını  təyin  etməklə 
əldə  etmək  olar.  Deməli  həqiqətə  çatmaq  üçün  şeylərin 
təbiətinə  uyğun  olan  söz  və  cümlələr  tapmaq  lazımdır. 
Belə  olmazsa,  onda  həqiqət  açılmaz.  Beləliklə,  bütün 
yanlışlıqların  kökündə  ikimənalı  sözlər  durur.  Onların 
araşdırılıb  ortalıqdan  qaldırılması  isə  müdrik  insanın 
vəzifəsidir. 
Fizika  sahəsində  stoaçılar  hesab  edirdilər  ki,  yalnız 
cisimlər  vardır,  boşluqlar  isə  yoxluqdur.  Hər  bir  cismin 
substansiyası  vardır,  bu  da  ilk  materiyadır.  Dünya  isə  4 
ünsürdən – od, hava, su və yerdən – ibarətdir. 
Heraklit  kimi  stoaçılar  da  hesab  edirdilər  ki, 
dünyanın  əsasında  od  durur.  Ondan  hər  şey  yaranır  və 
ona  doğru  qayıdır.  Onlara  görə  iki  başlanğıc  vardır: 
birincisi  passiv  materiya,  ikincisi  isə  onu  hərəkətə  gətirən 
Loqosdur (əql, tale). Loqos tanrı kimi də anlaşıla bilər. Hər 
iki  başlanğıc  əbədidir,  yaradılmayıb  və  məhvedilməzdir. 
Ancaq,  Aristoteldən  fərqli  olaraq  stoaçılar  tanrını 
materiyadan  ayırmır  və  onları  vəhdətdə  təsəvvür 
edirdilər.  Beləliklə,  stoaçılar  Aristotelin  dualizmini  (tanrı 
və materiya ikiliyini) qismən aradan qaldırıb, daha da çox 
monizmə
77
 meylli  idilər.  Həm  də  onlara  görə  tanrının 
varlığı  bir  abstraksiya,  nisbilik  kimi  qəbul  edilir.  O  eyni 
zamanda, dünyanın Əqli və toxumudur. 
                                                
77
 Monizm  (yun.  μόνος  –  vahid)  –  dünyada  mövcud  olan  çoxluğun  əslində 
vahid bir başlanğıcın hissəcikləri olması haqqında fəlsəfi təsəvvürdür. 

169 
 
Stoaçıların 
özünəməxsus 
teoloji 
baxışları 
(ilahiyyatları)  da  olmuşdur.  Bu  baxışlara  görə  dünyanı 
yaradan  Tanrı  öz  ilahi  substansiyasının  bir  hissəsini  hava 
və  suya  çevirir.  Sonra  suyun  bir  hissəsi  oda,  daha  bir 
hissəsi  isə  havaya  çevrilir.  Beləliklə,  dünyanın  bədəni 
yaranır. Bu bədəndə tanrı yaradıcı od kimi mövcud olur və 
ruh, əql, eləcə də tale kimi özünü göstərir. 
Digər  tərəfdən  stoaçıların  təlimində  dünya  ilk 
materiyanın  qatılaşıb  seyrəlməsindən  yaranır.  Bunun 
nəticəsində də ortaya ünsürlər çıxır. 
Onlara görə dünyanın əvvəli və sonu vardır. Sonda o 
böyük  yanğında  məhv  olur  və  oda  çevrilir.  Dünyanın 
inkişafı isə səbəb və nəticə qanunlarına uyğun şəkildə baş 
verir.  Səbəbsiz  heç  nə  olmur.  Məhv  olduqdan  sonra 
dünyalar  yenidən  yaranır.  Bu  proseslər  də  sonsuzluğa 
qədər  baş  verir.  Bütün  olaylar  zərurət,  tale  və 
qanunauyğunluq nəticəsində ortaya çıxır. 
Stoaçıların  fəlsəfəsində  ruh  isti  və  odlu  pnevmadır 
(kosmosun nəfəsidir). Onun tərkib hissələri vardır. Zenon 
hesab  edirdi  ki,  ruh  səkkiz  hissədən  ibarətdir  və  onun 
razılıq,  istək,  anlamaq,  qavramaq  kimi  özəllikləri  vardır. 
Onlar da pnevmanı duyğu orqanlarına doğru  yönəldir və 
insanda duyğu hissləri yaranır. 
Bəzi  stoaçılara  görə  ruh  bədənin  ölümündən  sonra 
bir  müddət  yaşayır,  sonra  isə  ümumdünya  ruhuna 
qovuşaraq  fərdi  varlığını  itirir.  Müdriklərin  ruhları  daha 
çox  yaşayır,  ancaq  dünyanın  sonunda  onlar  da  ölürlər. 
Ancaq,  bəzi  stoaçılar  ruhun  ölməz  və  öncədən  olduğunu 
iddia edirdilər. 

170 
 
Tanrı  (Zeus)  dünyanın  dağılmasından  sonra  məhv 
olmur.  O,  başqa  tanrılardan  fərqli  olaraq  ölməzdir.  Eyni 
zamanda,  Zeus  və  başqa  tanrılar  bir  məcaz  kimi  də 
təsəvvür  edilirdi.  Məsələn,  Hrisippus  deyirdi  ki,  Zeus 
əslində  hər  şeyin  ümumi  təbiəti,  taleyi  və  zərurətidir. 
Başqa  tanrılar  isə  odu,  ayı,  günəşi  və  yeri  təcəssüm 
etdirirlər. 
Stoaçıların  təlimində  dünya  insanlar  və  tanrılar 
üçündür.  Onlar  tanrının  varlığını  teoloji  dəlillərlə  sübuta 
yetirməyə  çalışırdılar.  Onların  fikrincə,  əgər  bir  şeyin 
təbiəti  başqa  şeyin  təbiətindən  daha  yetkindirsə,  onda  ən 
yetkin  təbiətə  malik  olan  Tanrı  vardır.  Bu  fikirdən 
gələcəkdə  Anselm  (XI  yüzillik)  və  Dekart  (XVII  yüzillik) 
kimi Avropa düşünürləri də istifadə etmişdilər. 
Daha  sonra  stoaçılar  şərin  təbiəti  haqqında 
düşüncələrini  irəli  sürmüşdürlər.  Onların  fikrincə  şərin 
dünyada olmasına görə Tanrı sorumlu deyildir. Çünki şər 
anlayışı  nisbidir  və  yalnız  insan  fəaliyyətinin  nəticəsində 
yaranır.  Mütləq  şər  isə  yoxdur.  Deməli  Tanrı  onu 
yaratmamışdır.  
Stoaçılar  həqiqi  ərdəmi  təbiətə  uyğun  olan  həyat 
sürməkdə  görürdülər.  İnsanı  xoşbəxtliyə  aparan  tək  bir 
yol yaxşılıq və ərdəmlilikdir. Buna qarşı olan anlayışlar isə 
qüsurlardır.  Ərdəmin  dörd  əsas  çeşidi  vardır:  ağıl
mülayimlik,  ədalət  və  igidlik.  Bunlara  qarşı  duran  qüsurlar 
isə  ağılsızlıq,  azğınlıq,  ədalətsizlik  və  qorxaqlıqdır.  Bütün 
başqa  anlayışlar  isə  etinasızlıq  hissi  doğuran  şeylərdir. 
Yalnız  ərdəm  və  qüsur  insanın  hökmündədir  və  onun 
tərəfindən  könüllü  olaraq  seçilir.  Başqa  şeylərin  üzərində 

171 
 
isə  insanın  hökmü  yoxdur  və  o,  onlara  təsir  edə  bilmir, 
həmin  şeylərin  üzərində  yalnız  yüksəlmək  olar.  Deməli, 
insan  öz  taleyi  qarşısında  acizdir  və  onunla  barışmalıdır. 
O yalnız kosmik qanunauyğunluğa tabe olmalı, özü  üçün 
hökmündə olmayan şeyləri arzulamamalıdır. 
Stoaçıların  etik  idealı  ataraksiyaya  (rahatlığa) 
çatmaq  və  səbrli  (anateya)  olmaqdır.  Stoaçı  müdrik  əqlin 
təcəssümüdür.  O,  səbirli  və  təmkinli  olmalıdır.  Onun 
xoşbəxtliyi  heç  bir  xoşbəxtlik  arzusunda  olmamasıdır. 
Bundan  da  belə  nəticə  çıxır  ki,  insan  istənilər  olayın 
qarşısını  ala  bilməz  və  yalnız  öz  içində  ona  münasibət 
bildirə  bilər.  Buradan  da  görünür  ki,  stoaçılar  taleçiliyə 
(fatalizmə) böyük önəm vermişdilər. Taleyin qanunlarının 
əsasında  baş  verən  olaylara  qarşı  insan  yalnız  öz  daxili 
aləminə, mənəviyyatına arxalana bilər.  
 
Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin