Dərs vəsaiti kimi çapa buraxılmışdır (protokol 12). Bakı 2016



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə13/19
tarix01.03.2017
ölçüsü266,78 Kb.
#9896
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

 (lat. 
Marcus  Aurelius  Antoninus,  m.  121  –  180).  O,  həm  də  m. 
161  –  180  illərdə  Roma  imperatoru  olmuşdur.  Bununla 
belə,  Markus  Aurelius  həyatı  boyu  müxtəlif  elmlər  və 
fəlsəfə ilə də məşğul olmuş və bir filosof kimi tanınmışdır. 
Markus  Aureliusun  dövründə  Romada  artıq  bütün 
sahələri  əhatə  edən  tənəzzül  dövrü  başlamışdır.  Siyasi-
iqtisadi  və  sosial  böhranlar  onun  fəlsəfi  fikrinə  təsir 
                                                
80
 Rus  ədəbiyyatında  onun  adı  Mark  Avreliy  Antonin  (Марк  Аврелий 
Антонин) kimi səslənir. 

186 
 
etmişdir.  Onun  fəlsəfəsində  pessimist  düşüncələr, 
dünyanın  keçici  və  mənasız  olması  kimi  fikirlərə  tez-tez 
rast gəlinir. Buna görə Markus Aurelius taleyə tabe olmağa
ona qarşı çıxış etməməyə çağırırdı. Bütün bu fikirlər onun 
“Özün-özünlə təklikdə” kitabında söylənmişdir. 
Markus  Aurelius  hesab  edir  ki,  dünyada  hər  şey  bir 
düzənə  (nizama)  tabedir.  Eyni  zamanda,  tanrılaşdırılmış 
Yüksək ədalət də vardır. O hər şeyin əsasıdır, hər şey ondan 
yaranır  və  ona  qayıdır.  Həmçinin  dünya  əqli  və  tale  də 
tanrılaşdırılmışdır.  Dünyada  hər  şey  tanrı  düzəninə  və 
məqsədinə  tabedir.  Markus  Aureliusun  fikrincə  dünya 
yetkindir.  Bu  dünyada  baş  verən  hər  bir  şər  isə  tanrının 
dünya  üçün  cızdığı  plana  uyğundur  (11,  10-11).  Şəri 
dünya  düzəni  baxımından  dəyərləndirəndə  o  təbii  bir 
şeyə 
çevrilir. Şərin 
Tanrının 
hökmü 
ilə 
yaranıb-
yaranmaması  problemi  sonralar  ortaəsr  xristian  və 
müsəlman  ilahiyyatı  və  fəlsəfəsinin  əsas  problemlərindən 
birinə çevrilmişdir. 
Xeyir  isə  ilahi  iradəyə  və  təbiət  qanunlarına  uyğun 
olan  bir  ahəngdir.  Xeyir  həm  də  insanın  özü-özü,  öz 
təbiəti  ilə  razılığı  və  mənəvi  ucalığıdır  (11,  55).  Ona  görə 
də,  insan  təbii  düzənə  uyğun  həyat  sürməlidir.  Həmin 
düzəni  pozduqda  o,  ədalətsizliyə  yol  verir,  təbiətə  və 
cəmiyyətə  qarşı  üsyan  edir  (11,  49-50).  Markus  Aurelius 
dövlət  qanunlarını  da  təbii  qanunlara  aid  etmiş,  onlara 
tabe olmağı hər bir insan üçün vacib bilmişdir. 
Markus  Aureliusun  fəlsəfəsində  dünya  hər  zaman 
dəyişən  bir  varlıqdır.  Onun  üzərində  olan  hər  bir  şey 
məhv  olaraq  bir  durumdan  başqasına  keçir.  Beləliklə, 

187 
 
dünyada  hər  şey  dövr  etməkdədir.  İnsan  həyatını  təbiət 
qanunlarına  uyğunlaşdırmalı,  sonda  isə  başı  uca  və 
ləyaqətlə dünyanı tərk etməlidir. 
Ən  tanınmış  Roma  filosoflarından  biri Markus 
Tullius  Sisero (lat.  Marcus  Tullius  Cicero,  m.  ö.  106  –  45) 
olmuşdur.  O,  Larisalı  Filon  və  Askelonlu  Antioxus  kimi 
yunan  və  roma  filosoflarının  mühazirələrinin  dinləyicisi 
olmuş,  dərin  fəlsəfi  düşüncəyə  malik  insan  kimi  bir  çox 
elmlərin bilicisi kimi tanınmışdır. 
Eyni  zamanda  Sisero  siyasi  xadim  idi,  müxtəlif 
vaxtlarda  Roma  imperiyasının  məsul  vəzifələrində 
çalışmışdır.  M.  ö.  63-cü  ildə  Romanın  ən  yüksək  vəzifəsi 
olan konsul görəvinə seçilmişdir (19, 322). O, diktatura və 
kral  hakimiyyətinə  qarşı  olmuş,  respublika  quruluşunun 
qorunub  saxlanmasının  tərəfdarı  kimi  tanınmış,  ona  görə 
də Sezarla ixtilafa girmişdir. 
Romada vətəndaş müharibəsi dövründə Qaius Yulius 
Sezar  (lat.  Gaius  Iulius  Caesar)  hakimiyyətə  gəldikdən 
sonra  Sisero  dövlət  işlərindən  uzaqlaşmış,  fəlsəfi 
yaradıcılıqla  məşğul  olmuş,  kitablar  yazmışdır.  Ancaq, 
Sezarın öldürülməsindən sonra Romada yenidən vətəndaş 
savaşı  başlamışdır.  O  zaman  Oktavianus  və  Antonius 
hakimiyyətə  iddialı  idilər.  Ona  görə  də,  Sisero  yenidən 
siyasətə  qarışmışdır.  O  hesab  edirdi  ki,  Sezardan  sonra 
Romada  respublikanı  bərpa  etmək  mümkün  olacaqdır. 
Ancaq,  o  zaman  imperatorluq  iddiasında  olan  Antonius 
hakimiyyəti  ələ  almağa  cəhd  etmişdir.  Bu  məqsədlə  o, 
müvəqqəti  olaraq  başqa  iddiaçılar  olan  Lepidus  və 
Oktavianusla  birləşmişdir.  İmperatorluğu  rədd  edən 

188 
 
Sisero  isə  Antoniusa  qarşı  çıxış  etmişdir.  Respublikaçılar 
vətəndaş  savaşında  yeniləndən  sonra  Sisero  “xalq 
düşməni”  elan  olunaraq  qəsd  nəticəsində  Antoniusun 
qatilləri tərəfindən öldürülmüşdür (19, 339-340). 
Sisero  öz  əsərlərində  ilk  dəfə  latın  dilində  fəlsəfi 
terminologiya  yaratmışdır. Eyni  zamanda  o,  keçmişdə 
yaşayan alimlərdən və filosoflardan xəbər  vermiş, onların 
fikirlərini  qələmə  almışdır.  Buna  görə  də,  sonralar 
Siseronun  əsərləri  aristotelsonrası  fəlsəfəsinin  çox  dəyərli 
qaynağı  kimi  də  istifadə  edilmişdir.  Bununla  belə  o, 
əsərlərində  təkcə  keçmişdə  yaşayan  filosofların  fikirlərini 
verməklə 
kifayətlənməmiş, 
öz 
fəlsəfəsini 
və 
dünyagörüşünü  ortaya  qoymuşdur.  Ancaq,  onun  orijinal 
fəlsəfi  fikirləri  olmamışdır.  Bir  çox  tədqiqatçılar  onun 
fəlsəfəsinin müxtəlif məktəblərin təlimlərinin qarışığından 
(eklektikadan)  ibarət  olduğunu  və  onu  stoa  məktəbinin 
fəlsəfəsinə  yaxın  olan  fikirləri  ifadə  etdiyinə  görə  stoaçı 
hesab edirlər. 
Siseronun "Natiqlik  haqqında" (lat.  De  oratore)  kimi 
ilk  əsərləri  natiqlik  və  bəlağət  sənətinə  həsr  olunmuşdur. 
Daha 
sonra “Dövlət 
haqqında” (lat. 
De 
republica
və “Qanunlar  haqqında”( lat.  De  legibus)  kitablarında 
ictimai  və  siyasi  problemlərə  münasibət  bildirən  Sisero 
Roma  imperiyasının  hakimiyyət  dairələrinin  məmuru 
kimi  çıxış  etmişdir.  Onun  fikrincə  ən  məqsədəuyğun 
hakimiyyət  monarxiya,  aristokratiya  və  demokratiya 
elementlərinin qarışığından ibarət olmalıdır (13, 32). Buna 
politiya  deyilir.  Vətəndaşların  dövlət  quruculuğunda 
iştirak  etməsi  və  öz  iradələrini  bildirməsi  müdrik  və  alim 

189 
 
insanların rəhbərliyi ilə bir ahəng təşkil etməlidir (13, 32). 
Belə olarsa hər bir növ diktaturanın və istibdadın qarşısını 
almaq mümkündür. 
Eyni  zamanda,  dövlətin  məqsədi  bütün  əmlak 
növlərinin  vətəndaşlar  üçün  açıq  olması  və  onların 
təhlükəsizliyinin  təmin  edilməsindən  ibarətdir. Qanun 
qarşısında  bütün  vətəndaşlar  sorumlu  olmalıdırlar  (13, 
24).  Qanunvericiliyin  əsasında  insanların  maraqları  deyil, 
təbii  qanunlar  və  ədalət  prinsipləri  durmalıdır  (14,  102-
103). Bütün insanların hissləri və yönəlmələri təbiətdəndir. 
Bunların  əsasında  insanın  başqa  insanlara  qarşı  sevgi 
duyğusu durur. Hansısa insanlar bunların qarşısını alıb öz 
istəklərini  yeritməməlidirlər.  Qanun  insan  təbiəti  ilə 
uzlaşmalıdır. 
Dövlət  xalqın  nailiyyətidir.  Xalq  isə  insanların 
düzənsiz  yığımı  deyil,  onların  maraqlarının  üst-üstə 
düşməsi  və  hüquq məsələlərində birliyə gəlməsi əsasında 
əldə olunan birlikdir (13, 20). 
"Akademiklərin  təlimi"  (lat.  Academica)  əsərində 
varlıq  və  idrak  məsələlərinə  münasibət  bildirən  Sisero 
şübhəçi (skeptik) mövqedən çıxış etmişdir. Əxlaqi  və dini 
mövzular isə onun fəlsəfi əsərlərində əsas yerlərdən birini 
tutur. O hesab edirdi ki, ilkin ümumi anlayışlar məfhumu 
vardır.  Onları  insana  təbiət  verir  və  onlar  həqiqidir.  Bu 
ilkin  ümumi  anlayışlar  tanrılar,  ruhlar  və  qədərə  inanc 
kimi şeylərdir. 
Sisero  əxlaqla  bağlı  məsələlərə  özəl  diqqət 
yetirmişdir.  Bu  barədə  o,  öz  fikirlərini "Xeyir  və  şərin 
hüdudları  barəsində" (lat.  De  finibus  bonorum  et  malorum

190 
 
əsərində  yazmışdır.  Xeyrin  mahiyyəti  problemi  onun 
diqqət  mərkəzində  olmuşdur.  Onun  fikrincə  Xeyir 
iradənin  vasitəsi  ilə  bütün  həyatın  çətinliklərinə  sinə 
gəlməkdir.  Fəlsəfə  bunu  anlamağa  yardım  edir.  İnsan 
ağıllı  varlıqdır  və  onda  tanrının  ruhu  vardır.  Siseronun 
fikrincə  hər  bir  fəlsəfi  cərəyan  son  olaraq  Xeyrin 
mahiyyətinin anlaşılmasına xidmət etməlidir. Belə olarsa o 
təlimlərin əsaslarını bir araya gətirmək, onları barışdırmaq 
və  onlardan  yararlanmaq  yaxşı  olardı.  Siserona  görə 
insanlar həyatlarını təbiətə uyğun olaraq yaşamalıdırlar. 
"Tanrıların  təbiəti  haqqında" (lat.  De natura deorum
və "Tale  haqqında" (lat.  De  fato)  əsərlərində  Sisero 
tanrılara  inanc,  dinlərin  mahiyyəti,  tale  və  azadlıq, 
mövhumatlar 
kimi 
problemləri 
fəlsəfi 
baxımdan 
araşdırmış,  ondan  öncə  yaşayan  filosofların  bu  barədə 
fikirlərini  açıqlamışdır.  O,  daha  çox  insan  azadlığına 
üstünlük  vermiş,  mövhumatlara,  ənənəvi  dini  baxışlara 
qarşı  çıxmışdır.  Onun  din  və  tanrı  haqqında  baxışları  və 
dünyagörüşü fəlsəfi düşüncəsinin əsasında qurulmuşdur. 
Sisero  yaradıcılığının  ən  uca  zirvəsi "Tuskulan 
söhbətləri" (lat.  Tusculanae  disputationes)  əsəri  sayılır.  Bu 
əsər  Sezara  qəsd  edən  Markus  Brutusa  həsr  olunmuşdur 
və  beş  kitabdan  ibarətdir: 1)  “Ölümə  qarşı  biganə  olmaq”, 
2) “Ağrıdan 
qurtarmağın 
yolu”, 3) “Kədərdən 
təsəlli 
tapmaq”, 4)  “Ehtiraslar  haqqında”,  5)  “Yetərli  olan  ərdəm 
haqqında”.  Bu  kitablarda  Sisero  çoxlu  fəlsəfi  və  əxlaqi 
məsələlərə toxunmuşdur. Onun fikrincə fəlsəfi düşüncəyə 
yiyələnmək  və  müdriklik  məqamına  çatmaq  həyatı 

191 
 
məzmunla  doldurur  və  bunlar  qocalıq,  ağrı,  ölüm,  itki 
kimi əzabları yüngülləşdirir. 
Bu  əsərdə  ölüm  qarşısında  qorxu  hissi  haqqında 
söhbət  açılır.  Həm  də  burada  ölümün  şər  olub-olmaması 
və  insan  ruhunun  mahiyyəti  haqqında  düşünülür.  Ölüm 
şər  ola  bilməz,  çünki  demək  olmaz  ki,  ölülər 
bədbəxtdirlər. Şər kimi anlayış yalnız bu dünyada  vardır. 
Burada  Sisero  ruhun  ölməzliyini  və  ruhların  bədənlə 
birlikdə  öldüyünü  iddia  edənlərin  fikirlərini  verərək  belə 
qərara gəlmişdir ki, hər iki halda ölümdən qorxmaq lazım 
deyildir.  Çünki,  ölməzliyin  tərəfdarları  haqlıdırlarsa, 
insanı ölümdən sonra həzzlərlə dolu gözəl həyat gözləyir; 
ruhun  ölümünü  iddia  edənlər  haqlıdırlarsa,  onda 
ölümdən  sonra  heç  bir  şey  olmayacaqdır  (2,  87-88). 
Bədənin  ölümündən  sonra  ruhların  əzabda  olması 
haqqında inancları Sisero rədd etmişdir. Çünki belə olarsa, 
onda  insanlar  əbədi  olaraq  əzablar  üçün  yaradılmış 
olardılar,  bu  isə  ədalətə  uyğun  deyildir  (2,  12).  Ona  görə 
də, Siseronun fikrincə bu kimi inanclar uydurmadır. 
Bu  əsərdə  həm  də  iddia  edilir  ki,  ağrı  əzablı  olsa  da 
rüsvayçılıq  və  abırsızlıq  qədər  şər  də  deyildir  (2,  106). 
Buna  görə  də  filosof  gərək  hər  bir  ağrıya  və  çətinliklərə 
qarşı  dayanıqlı  olsun,  öz  simasını  itirməsin  (2,  109). 
Əzablar dözülməz olsa da müdrik həyatına son qoymaqla 
onlardan qurtulmalıdır. 
Hər  bir  insanda  təbiətdən  verilmiş  xeyir  və  ərdəm 
vardır. 
Onları 
inkişaf 
etdirərək 
xoşbəxt 
olmaq 
mümkündür.  Ancaq,  insan  dünyaya  gələn  kimi  şərlə 
əhatə olunur və onlar onun canına hopur. Hər şey ailədən 

192 
 
başlayır,  sonra  cəmiyyətdə  davam  edir.  Kütlələr, 
qohumlar,  dostlar,  fərqli  mürşidlər  və  müəllimlər  də 
insanda  yanlışlıqları  artırır.  Beləliklə,  təbiətdən  yadlaşma 
baş verir. Belə bir təsəvvür yaranır ki, insan pul, şöhrət və 
hakimiyyəti əldə etmək  üçün  yaşamalıdır. Beləliklə, insan 
ərdəmlə  deyil,  şöhrətpərəstliyin  arzusu  ilə  yaşayır.  Xalq 
da  bu  hissləri  dəstəkləyir.  Hər  bir  bədbəxtliyin  səbəbi  də 
elə budur. Ona görə də, fəlsəfənin məqsədi ruhları tərbiyə 
etmək, onları təbii ərdəmə qaytarmaqdır. (2, 160-161) 
Bədbəxtliklərdən qurtulmaq üçün fəlsəfəyə müraciət 
edilməlidir.  Fəlsəfə  insanı  təbiətə  qaytarır.  Ancaq,  o  bir 
anda  əldə  edilmir.  Fəlsəfəyə  doğru  uzun  müddət 
gedilməlidir  ki,  o  məqam  gəlib  çatasan.  Bədbəxtlik  hər 
insan üçün böyük əzabdır. Ancaq, müdrik insan onu daha 
yüngül keçirir, çünki o ona hazırlıqlı olur. 
Siserona  görə  xoşbəxtliyə  çatmağa  ehtiraslar  mane 
olur.  Müdrik  insan  üzərində  kədər  hökmranlıq  etməz. 
Kədərdən  azad  olmaq  eyni  zamanda  qorxudan  da  azad 
olmaq  deməkdir.  Bundan  başqa  aşırı  sevinc  və  istəklər 
vardır.  Ancaq,  kədər  və  qorxuya  sinə  gələn  müdrik  üçün 
onlardan yayınmaq daha asandır. (2, 200-201)  
Xəsis,  qəzəbli,  həsəd  aparan,  vaxtını  eyş-işrətlə 
keçirən, 
qorxaq, 
arvadbaz, 
acgöz 
kimi 
insanlar 
bədbəxtdirlər,  çünki  yanlış  və  təbiətə  zidd  olan  ehtiraslar 
onlara  güc  gəlmişdir.  Ehtiraslarını  təmin  edən  və  onların 
hökmü ilə davranan insanı heç nə sevindirə bilməz, çünki 
ehtirasların sonu yoxdur. Birini təmin edən kimi başqasını 
təmin  etmək  istəyi  yaranır.  Sağlam  və  varlı  insan  belə 
xoşbəxtliyin mahiyyətini bilmirsə, bütün maddi nemətləri 

193 
 
əldə  etmiş  olsa  belə  bədbəxt  həyat  sürür.  Çünki  o,  ruhun 
yüksəlişinə  aparan  yollarını  aça  bilməmişdir.  Xoşbəxt 
insanın  ruhu  isə  küləksiz  havada  bir  dənizə  bənzərdir  ki, 
onu  heç  nə  sakit  durumdan  çıxarda  bilməz.  Belə  insan 
təbiətinə uyğun yaşayır, ehtiraslarını cilovlayır. (2, 257) 
Hər  şeyin  əxlaqı  var  və  hər  şeyin  yaxşısı  əxlaqlı 
olanıdır. Ərdəmli və xoşbəxt insan hər şeyi əxlaqla edir. O, 
həyatını  və  davranışlarını  elə  qurur  ki,  heç  nədən 
utanmasın,  heç  nəyə  ehtiyacı  olmasın  və  heç  nədən 
qorxmasın.  Onun  elədiyi  hər  şey  gözəl,  yüngül  və 
ürəklərə yatan tərzdə alınır. (2, 265-266) 
Siseronun 
əxlaqi 
problemlərinin 
mərkəzində 
insanpərvərlik  (humanizm)  ideyası  dururdu.  Bunun  da 
sonralar  Avropada  humanist  fəlsəfələrin  yaranmasında 
böyük təsiri olmuşdur. Ümumiyyətlə, onun fəlsəfi fikirləri 
Qərb fəlsəfəsinin inkişafında böyük rol oynamışdır. 
 
Mövzu ilə əlaqəli suallar: 
 
1.  Stoaçılığın  hansı  tarixi  mərhələləri  olmuşdur  və 
onların ümumi səciyəsi nədədir? 
2.  Zenonun  və  onun  ardıcıllarının  etik  fəlsəfəsinin 
məzmunu nə olmuşdur? 
3. Hrisippusun stoaçılığın tarixində rolu  nə olmuş, o 
hansı məsələlərə önəm vermişdir? 
4. Hrisippusun məntiq nəzəriyyəsinin əsasında hansı 
müddəalar durmuşdur? 
5. Kleantes hansı fəlsəfi fikirlərlə çıxış etmişdir? 

194 
 
6. Stoaçıların məntiq nəzəriyyəsinin əsas müddəaları 
nədən ibarətdir? 
7.  Stoa  fəlsəfəsində  dünyanın  insan  tərəfindən  dərk 
edilməsi necə baş verir? 
8. Yanlış təsəvvürlər necə yaranır? 
9. Katalepsis nədir? 
10. Stoa fəlsəfəsində “Loqos” nədir? 
11.  Stoaçıların  fizikası  və  tanrılar  haqqında 
təsəvvürləri necə olmuşdur?  
12. Stoaçılar ruh haqqında nə düşünürdülər? 
13.  Stoaçıların  taleyə  və  əxlaqa  münasibətləri  necə 
olmuşdur? 
14.  Orta  stoaçılar  qədim  stoaçılardan  nə  ilə 
fərqlənirdilər? 
15.  Panetiusun  fəlsəfi  fikirlərinin  ümumi  məzmunu 
nədən ibarət idi? 
16. Posidonius dünya, tanrı, ruh, tale, insan və əxlaq 
haqqında hansı fikirlərlə çıxış etmişdir? 
17.  Senekanın  fəlsəfəsi  ilə  həyat  tərzi  arasındakı 
ziddiyyətli məqamlar nə ilə izah edilir? 
18. Senekanın etik təliminin əsasları hansılar idi? 
29. Senekanın əxlaqi fəlsəfəsi ilə xristian ilahiyyatının 
hansı bənzər cəhətləri vardır? 
20. Seneka tale haqqında nə düşünürdü? 
21. Senekaya görə insan çevrəni necə dərk edir? 
22.  Senekanın  tanrı  və  dünya  quruluşu  haqqında 
fikirləri necə olub? 
24.  Epiktetusun  əxlaqi  fikirləri  hansı  müddəalardan 
ibarət idi? 

195 
 
25. Epiktetus fəlsəfəni neçə hissəyə bölürdü? 
26.  Epiktetusun  tanrı,  tale  və  insan  həyatının 
məqsədi haqqında fikirləri necə olmuşdur? 
27.  Markus  Aureliusun  əxlaq  fəlsəfəsinin  əsas 
müddəaları nədən ibarət olmuşdur? 
28.  Siseronun  fəlsəfənin  inkişafında  nə  kimi  rolu 
olmuşdur,  onun  əsərlərinin  fəlsəfə  tarixində  əhəmiyyəti 
nədədir? 
29. Siseronun siyasi fikirləri nədən ibarət olmuşdur? 
30.  Siseronun  əxlaqa  dair  fikirləri  hansı  kitabında 
açıqlanmışdır? 
31.  Sisero  ehtiraslar,  ölüm  və  ağrı  haqqında  nə 
düşünmüşdür? 
32.  Sisero  fəlsəfənin  əhəmiyyəti  haqqında  hansı 
fikirlər irəli sürmüşdür? 
33.  Sisero  tanrılarla  bağlı  məsələlərə  hansı  əsərində 
toxunmuşdur? 
 
Ədəbiyyat: 
 
1. Diogenes Laertius. Lives and Opinions of Eminent 
Philosophers / Translated by C. D. Yonge. London: Georg 
Bell & Sons, 1915. 
2.  Cicero.  Tusculan  disputations  /  Translated  by 
Andrew P. Peabody. Boston: Little, Brown, and Company, 
1886. 
3. Hamm U. Dictionary of Early Christian Literature. 
New York: The Crossroad Publishing Company, 2000. 

196 
 
4. Marcus Tullius Cicero. On the Nature of the Gods / 
Translated by F. Brooks. London: Methuen, 1896. 
5.  Posidonius  //  Encyclopædia  Britannica  Eleventh 
Edition, 1911. 
6.  Асмус  В.Ф.  Античная  философия.  М.:  Высшая 
школа, 1976. 
7. Беседы Эпиктета. М.: Ладомир, 1997. 
8. Корнелий Тацит. Сочинения в двух томах. Том 
I.  //  Анналы.  Малые  произведения  /  Перевод  А.  С. 
Бобовича. М.: Ладомир, 1993. 
9.  Луций  Анней  Сенека.  Нравственные  письма  к 
Луцилию / Перевод С. А. Ошерова. М.: Наука, 1977. 
10. Маковельский А. О. Мораль Эпиктета. Казань: 
Типо-литография императорского университета, 1912. 
11.  Марк  Аврелий  Антонин.  Размышления  / 
Перевод А. В. Добровольского. Л.: Наука, 1985. 
12. Маркс К. и Энгельс Ф. Сочинения. Изд. 2. Т.19. 
М.: 
Государственное 
издательство 
политической 
литературы, 1955-1981. 
13.  О  государстве  //  Цицерон  М.Т.  Диалоги:  О 
государстве  -  о  законах  /  Перевод  В.  О.  Горенштейна. 
М.: Наука, 1966. 
14. О Законах // Марк Туллий Цицерон. Диалоги / 
Перевод  В.  О.  Горенштейна.  М.,  Научно-издательский 
центр “Ладомир” – “Наука”, 1994. 
15.  Об  обязанностях  //  Марк  Туллий  Цицерон.  О 
старости.  О  дружбе.  Об  обязанностях  /  Перевод  В.  О. 
Горенштейна. М.: Наука, 1993. 

197 
 
16. 
Посидоний// 
Москва. 
Философская 
Энциклопедия.  В  5-х  т.  М.:  Советская  энциклопедия. 
1960—1970. 
17.  Сенека.  О  счастливой  жизни  /  Перевод  С.  Ц. 
Янушевского 
// 
Древнеримские 
мыслители. 
Свидетельства. Тексты. Фрагменты. Киев, 1958. 
18.  Хрисипп  //  Новейший  философский  словарь. 
Сост. Грицанов А. А. Минск, 1998. 
19.  Цицерон  //  Плутарх.  Сочинения  /  Перевод  Е. 
Петуховой. М.: Художественная литература, 1983. 
 
2.6. Akademiklər 
 
Ellinizm dövrünün ən məşhur fəlsəfi məktəblərindən 
biri Akademiya (yun.  'Ακαδήμεια)  idi.  Bu  məktəb 
Afinada  Platon  tərəfindən  m.  ö.  380-ci  illərdə  yaradılmış 
və  m.  529-cu  ildə  Bizans  imperatoru  Yustinianın  (lat. 
Flavius 
Petrus 
Sabbatius 
Iustinianus
bütün 
antik 
məktəblərin  bağlanması  haqqında  fərman  verməsinə 
qədər fəaliyyət göstərmişdir. Platon məktəbinin ardıcılları 
olduqları  üçün  akademikləri  həm  də  “platonçular”  da 
adlandırırlar.  “Akademiya”  sözü  tanrılaşdırılmış  igid 
Akademin  adı  ilə  bağlıdır.  Uzun  müddət  fəaliyyət 
göstərməsinə görə Akademiyanın (platonçuluğun) tarixini 
qədimorta və yeni (neoplatonçu) dövrlərə bölürlər. 
Qədim akademiklər Platon irsinin sistemləşdirilməsi 
və  ona  şərhlərin  verilməsi  ilə  məşğul  olmuşdurlar. 
Bundan  başqa  onlar  bir  çox  elmləri  də  inkişaf  etdirmiş, 
özəlliklə də riyaziyyat və astronomiya sahələrində uğurlar 

198 
 
əldə  etmişdirlər.  Ancaq,  onların  bir  çoxlarının  əsərləri 
bizim 
zamanımıza 
çatmamışdır. 
Bundan 
başqa 
platonçuların  mistik  təlimlərində  də  olmuşdur.  Özəlliklə 
də, onlar rəqəmlərin mistikası ilə məşğul idilər. 
 
2.6.1. Qədim platonçuluq 
 
Platondan  sonra  qədim  Akademiyanın  başçısı 
(skolarxı) Speusippus
81
 (yun.  Σπεὐσιππος,  m.  ö.  409  – 
339)  olmuşdur.  O,  müxtəlif  sahələr  üzrə  çoxlu  əsərlərin 
müəllifi kimi tanınırdı (4, 153). Ancaq, həmin əsərlər bizim 
zamanımıza çatmamışdır. 
Speusippus  Platonun  ontoloji  təlimində  də  əsaslı 
dəyişikliklər  etmiş,  onun  ideyalarını  rəqəmlərdə  təsəvvür 
etmişdir  (2,  152).  Bununla  da  o,  ideyaları  inkar 
edirdi. Aristotel  yazırdı  ki,  Platondan  fərqli  olaraq 
Speusippus  şeylərin  gözəlliyini  onların  başlanğıclarında 
görmürdü,  çünki  bu  gözəlliklər  onların  özlərində 
müşahidə olunur (2, 182). 
Bütün  rəqəmlərin  başlanğıcı  hər  şeydən  üstün 
olan Vahiddir. Platon fəlsəfəsində Vahid həm tanrı, həm də 
ərdəm  kimi  başa  düşülürdü. Ancaq,  Speusippusda o  tam 
mənada nə tanrı, nə də ərdəmdir. Vahiddən başqa şeylərlə 
əlaqələndirilən  rəqəmlər  başlayır. Tanrını  isə  Speusippus 
Platonun Demuirqosunda görürdü, 
onu 
Əqllə 
eyniləşdirirdi. 
                                                
81
 Rus ədəbiyyatında onun adı Spevsipp (Спевсипп) kimi səslənir. 

199 
 
Vahiddən  fərqli  olaraq  maddi  aləmdə  hər  şey 
çoxluqdadır  (2,  152-153).  Vahidlə  çoxluğun  ahəngi 
rəqəmlərdə  əks  olunur.  Bunlar  da  Platonun  ideyalarıdır. 
Rəqəmlər  maddi  təzahürlərdən  və  şeylərdən  fərqli  və 
transsendentaldır
82
. Speusippusun  rəqəmlər mistikası onu 
pifaqorçulara  yaxınlaşdırırdı. Həmçinin,  Platondan  fərqli 
olaraq  Speusippus  hesab  edirdi  ki,  duyğular  vasitəsi  ilə 
həqiqi biliyi əldə etmək mümkündür. 
Speusippus  Platon  təlimində  düşüncə  və  duyğu 
arasında  ziddiyyəti  ortadan  qaldırmaq  istəmişdir.  Onun 
fikrincə bəzi şeyləri duyğularla, başqalarını isə düşüncə ilə 
qavramaq  mümkündür.  Düşüncə  ilə  qavranılan  şeylərin 
meyarı “elmi 
düşüncədir” (yun. 
επιστημονικόν). 
Duyğularla  qavranılanların  meyarı  isə “elmi hissdir” (yun. 
αισθησις).  Speusippus  güman  edirdi  ki, "elmi hiss
həqiqətin  açılmasında  düşüncə  ilə  birlikdə  fəaliyyət 
göstərir. Duyğu  orqanları  məşq  vasitəsi  ilə  şeylərin 
arasındakı  fərqi  səhvsiz  təyin  edir.  Məsələn,  musiqiçi 
musiqidə  ahəngi  və  ahəngsizliyi  təbiətin  vergisinə  görə 
deyil,  nəzəriyyəni  öyrənib  bilməsinə  görə təyin  edə  bilir. 
(21, 90) 
Beləliklə,  güman  etmək  olar  ki,  Speusippusa  görə 
belə bir duyğularla duyulan gerçəklik vardır ki, onu “elmi 
hissi idrakla” dərk etmək olar. Bu gerçəklikdən başqa heç 
nə  yoxdur.  Ancaq,  onun  hər  bir  hissəciyi  özünəməxsus 
şəkildə müəyyən bir riyazi qurumla bağlıdır. (23, 439-445) 
                                                
82
 Transsendentallıq  (lat.  transcendens  –  hüdudlardan  aşan)  –  duyulan 
aləmin  anlayışlarına  və  meyarlarına  sığmayan,  onlardan  daha  uca  olan  və 
dərk edilməyən anlayışdır. 

200 
 
Speusippusdan  sonra  Akademiyaya  Kalkedonlu 
Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin