Dərs vəsaiti kimi çapa buraxılmışdır (protokol 12). Bakı 2016



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə15/19
tarix01.03.2017
ölçüsü266,78 Kb.
#9896
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19

Tirli Maksim (Μάξιμος Τύριος, lat. Cassius Maximus 
Tyrius;  II-ci  yüzillik)  də  platonik  məktəbin  nümayəndəsi 
sayılır. O, Romada istedadlı natiq kimi tanınmışdır. Onun 
                                                                                                     
davranış qaydalarına dair fikirlərini açıqlamışdır. “Hippokrat andı”nda hər bir 
həkimin riayət edəcəyi əxlaqi məsələlər öz əksini tapmışdır. 

215 
 
qırxa  qədər  fəlsəfi  nitqləri  zamanımıza  gəlib  çatmışdır. 
Onlar 
əsasən 
dini-fəlfəsi 
və 
əxlaqi 
məzmunludur. “Platona  görə  Tanrı  nədir”“Sokratın 
demonu”“Tanrıya  yalvarmağın  mənası  var,  ya  yox?”, 
“Hər  şey  taleyə  tabedirsə,  iradə  azadlığı  var,  ya 
yox?” adlanan  fəlsəfi  nitqləri  daha  çox  maraq  kəsb  edir. 
Burada  din  fəlsəfəsinin  əsas  problemləri  olan Tanrının 
varlığışərin  təbiətiazad  iradə    tale problemlərinə  diqqət 
yetirilir.  Bütün  bu  problemlər  sonralar,  yəni  ortaəsr 
fəlsəfəsinin ən mübahisəli məsələlərinə çevrilmişdir. 
“Tanrıya yalvarmağın mənası var, ya yox?” nitqində 
Maksim  demişdir  ki,  Tanrıdan  nəsə  istəyən  insan  istədiyi 
şeyə  layiq  olmalıdır.  Əgər  layiqdirsə,  onda  dua  etməyin 
mənası yoxdur, çünki səbəb-nəticə qanununa görə istədiyi 
şeyi  duasız  da  əldə  edər.  Layiq  deyilsə,  duaları  etsə  belə 
heç  nə  almaz.  Heç  olmasa  ona  görə  ki,  layiq  olmayana 
nəsə vermək ədalətsizlikdir. Tanrı isə ədalətsiz ola bilməz. 
Dua etmək heç də istədiyin şeyə layiq olmaq demək deyil. 
Layiq  olan  təvazökar  olar,  yalvarmaqla  heç  kəsə  əziyyət 
verməz.  Əziyyət  verən  və  həyasızlıq  edən  layiq 
olmayandır.  Ona  görə  də,  dua  etməyən  layiq  olan  adam 
dua  edən  layiq  olmayandan  yaxşıdır.  Məsələn,  Tanrı 
sərkərdə  olsaydı  və  bir  qul  ondan  əskər  olmaq  istəyində 
olduğunu  bildirsəydi,  məgər  o  ona  istədiyini  verərdimi? 
Ordu  yaşasın  deyə  əskərliyə  layiq  olanı  əskər  edər,  qulu 
isə qul  yerində qoyardı,  hətta o ona nə qədər yalvarsaydı 
belə. Beləliklə, yalvarmağın mənası yoxdur. (25, 196-204) 
Daha  sonra  Maksim  Platona  istinad  edərək 
yazmışdır  ki,  tanrılar  insanlara  tale  yazmışdırlarsa,  onda 

216 
 
onlara dua etməyin mənası yoxdur. Çünki, insan istəyi ilə 
tale  dəyişməz.  Hər  şey  ümumi  və  fərdidən  ibarətdir.  İnsan 
da  kainatın  tamlığında  bir  hissəcikdir.  Tanrı  isə  taleyi 
ümumi  üçün  yazıbsa,  fərd  olan  ayrıca  insanın  duasını 
təmin  etməz.  Çünki,  fərdə  görə  o  tamlığı  pozmaz.  Tanrı 
hər  fərdin  istədiyini  təmin  etsə,  onda  tamlıq  pozular.  Bir 
yerdə  zəlzələdirsə,  onun  sakinlərinin  duaları  ilə  ona  son 
qoyulmaz, çünki o zəlzələ kainat tamlığının bir hissəsidir. 
Əlbəttə  ki,  taledən  başqa  təsadüf  də  vardır.  Ancaq, 
təsadüfün  düzəni  və  düşüncəsi  yoxdur.  Çünki,  öz 
ehtiraslarını  təmin  etmək  üçün  hökmdarlıq  edən  kralın 
düşünülmüş 
siyasəti 
yoxdursa, 
hər 
şey 
hərcmərclikdədirsə,  onda  kraldan  nəyi  diləmək  olar? 
Beləliklə,  təsadüf  olsa  belə  tanrılara  dua  etməyin  mənası 
yoxdur. 
Dualar  etməkdənsə  insan  öz  işini  möhkəm  tutmalı, 
bacarıqlı  olmalı,  öz  üzərində  işləməlidir  ki,  istədiyinə 
layiq olsun. Belə olarsa, onda duasız da istənilən şeyi əldə 
edə bilər. 
Maksimə  görə  Sokrat  və  Platon  kimi  filosoflar 
tanrılara ona görə müraciət etmirdilər ki, özləri üçün nəsə 
əldə etsinlər. Onların istəyi yalnız ərdəmli ruh, sakit həyat 
və ləyaqətli ölüm idi. (25, 196-204) 
Antik dünyanın ən tanınmış yazıçı və filosoflarından 
biri  Platon  məktəbinin  davamçısı  olan Plutarx (yun. 
Πλούταρχος, təxminən 
m. 
45-127) 
olmuşdur. 
O, 
Yunanıstanın  Beotiya  vilayətində  yerləşən  Heroneyadan 
idi.  Plutarx  gənc  yaşlarından  müxtəlif  elmləri  və  fəlsəfəni 
öyrənmiş,  platonçu  filosof  Ammoniusun  öyrəncisi 

217 
 
olmuşdur.  Sonralar  isə  o,  öz  evində  gəncləri  ətrafına 
yığaraq onlarla fəlsəfi dərslər keçirmiş. O, həmçinin başqa 
yerlərə səfərlər etmiş, tez-tez Romada olmuş, imperiyanın 
yüksək 
zümrələri 
arasında 
tanınmışdır. 
İmperator Traianus ona  himayəçilik  etmişdir.  Daha  sonra 
isə  Plutarx  Delfada  yerləşən  Apollon  məbədinin  kahini 
olmuşdur. 
Plutarxın öyrəncilərinə görə o iki yüzdən çox kitabın 
müəllifi  olmuşdur.  Onlardan  bir  çoxu  bizim  zamanımıza 
gəlib 
çatmışdır. 
Müxtəlif 
tanınmış 
insanların 
bioqrafiyalarını  qələmə  aldığına  görə  həmin  əsərlərin 
bəzilərini  “Bioqrafik”;  digərləri  isə  daha  çox  əxlaq  dair 
olduqlarına  görə  Əxlaqi  (moralia)  adlandırırlar. 
Əsərlərinin çoxluğuna baxmayaraq Plutarx orijinal müəllif 
olmamış,  fəlsəfəyə  yeniliklər  gətirməmişdir.  O,  sadəcə 
keçmişdə  yaşayan  filosofların  fikirlərini  qələmə  almışdır. 
Buna  görə  də  elmə  misilsiz  xidmət  göstərmişdir,  çünki 
antik  dünyanın  dünyagörüşü  bir  çox  hallarda  onun 
əsərləri vasitəsi ilə günümüzə gəlib çatmışdır. 
Plutarxın  əsərləri  arasında  çoxlu  fəlsəfi  və  əxlaqi 
mövzulara həsr edilmiş kiçik yazıları da vardır. Onlardan 
biri “Platon 
məsələləri” 
(yun. 
Πλατωνικά 
Ζητήματα) adlanır.  Orada  Plutarx  Platonun  təlimini 
özünəməxsus şəkildə vermişdir. Həmin əsərdə kosmos iki 
elementlərdən  ibarət  təsəvvür  edilir:  şər  olan  ruhdan  və 
maddədən.  Maddəni  Tanrı  yaratmamışdır,  ancaq  onu 
sonradan  formalaşdırmış,  sonra  isə  ondan  bütün 
mövcudiyyəti  yaratmışdır.  Ruh  da  Tanrı  tərəfindən 
yaradılmamış,  o  hər  zaman  mövcud  olmuşdur.  Kosmos 

218 
 
da yaranmış deyil, o diridir: bir tərəfdən materiyaya, digər 
tərəfdən isə Tanrıya bağlıdır. (30, 11-12) 
Beləliklə,  Plutarxa  görə  yaradıcı  (ikinci)  tanrı  olan 
Demiurqos  dünyanı  yaradanda  ilk  başlanğıc  (substansiya) 
kimi maddəni deyil, o maddənin şər olan ruhla qarışığını 
yaratmışdır.  Deməli,  “şər ruh”  da  əbədi  olaraq  hər  zaman 
olmuşdur.  Buna  görə  də  hər  şey  hərəkətdədir.  Ancaq. 
Plutarxın  Platon  fəlsəfəsini  bu  kimi  yorumları  başqa 
platonçular tərəfindən qəbul edilməmişdir. Bu  iddia daha 
çox  zərdüştiliyin  şər  tanrısının  varlığına  bənzərdir.  Buna 
baxmayaraq  “şər  ruhu”  inkar  etsələr  belə,  platonçuların 
bir çoxu maddənin özünü şərlə eyniləşdirirdilər. 
Plutarx  hesab  edirdi  ki,  dünya  ilə  insan  ruhu 
arasında bağlantı vardır. Göylərdə qünəş-ay-yer iyerarxiası 
insanda  düşüncə-ruh-bədən  üçlüyündə  əks  olunur.  Günəş 
tanrıdır,  işıqdır,  əqldir;  yer  isə  zülmətdir,  ruhsuzdur. 
Bunların  arasında  ay  yerləşir,  ona  görə  də  onun  təbiəti 
ikilidir.  Bir  tərəfi  günəşə  yönəlir  deyə,  tanrıya  bənzərdir. 
Başqa  tərəfi  isə  yerə  yönəlir  və  ona  görə  qaranlıqla 
doludur. 
Maraqlısı 
budur 
ki, 
Plutarx 
yerin 
kainatın 
mərkəzində  durmasını  inkar  edirdi;  onun  fikrində  kainat 
sonsuzdur  və  ona  görə  də  onun  mərkəzi  ola  bilməz  (11). 
Həmçinin  o,  Samoslu  Aristarxusun  “yer  öz  oxu  ətrafında 
fırlanır”  fikrini  də  təsdiqləmişdir  (11,  20-21) .  Bu  fikirlər 
bizim zamanımızda təsdiqini tapmışdır. 
Plutarx  həm  də  insanın  bədənini,  düşüncəsini  və 
ruhunu  fərqləndirirdi.  Onun  fikrincə,  düşüncənin  ruhun 
tərkibində  olmasını  iddia  edənlər  yanılırlar.  Ruhla 

219 
 
bədənin qarışması ehtirasların yaranmasına gətirib çıxarır. 
Bu isə ehtiras və həzz alma duyğularıdır. Ruhun düşüncə 
ilə  birləşməsi  isə  təfəkkür  yaradır.  Bu  da  ərdəmin,  xeyrin 
və qüsurların səbəbidir. Ruh öz varlığını düşüncədən alır 
və  sonra  onu  bədənə  verir.  Düşüncənin  mənşəyi  günəş, 
ruhların  ay,  bədənlərin  isə  yerdir.  İnsan  öldükdə  onun 
ruhu ondan ayrılıb aya qalxır. Orada onun ikinci ölümü baş 
verir  və  ruhdan  düşüncə  ayrılır.  Demonlar  da  ayda 
yaşayır və oradan yerə düşür. (11, 28-30) 
Plutarx  bir  sıra  əxlaqla  bağlı  məsələlərə  də 
münasibət  bildirmişdir.  O,  stoaçıları  öz  dediklərinə  əməl 
etməməsində  suçlamışdır.  Onlar  siyasətdən  çox  danışır, 
ancaq əslində ondan çəkinib Epikürçular kimi həzzlə dolu 
həyat  sürürlər;  ya  da  siyasətə  gəlib  öz  əqidələrinə  zidd 
işlər  görürlər  (27,  130).  Burada  nəzəriyyənin  təcrübə  ilə 
uyğunlaşmasının zəruriliyi vurğulanır. 
Plutarx  hesab  edirdi  ki,  ərdəmə  insanları  öyrətmək 
olar,  ona  görə  də  onun  yazılarının  bir  çoxu  nəsihət 
xarakterlidir.  Tanrılara  baxışlarında  o  mövhumatı 
qınamış,  onları  mənəvi  bir  obrazlar  kimi  qəbul  etmiş, 
qədim  dinlərdəki  tanrıların  qısqanc  və  kinayəli  olması, 
qisas  alması,  xırdaçılıq  etməsi  kimi  sifətlərini  rədd 
etmişdir. 
Plutarxa görə cəmiyyətin əxlaqını dəyişmək çətindir. 
Bunu etmək istəyənin özünün də yüksək əxlaqı və nüfuzu 
olmalıdır.  Ona  görə  də  hər  bir  insan  özünə  tənqidi 
yanaşmalı,  ilk  olaraq  öz  danışığı  və  davranışına  fikir 
verməlidir.  Bizim  hamımızın  teatrda  artistlərə  bənzər 
olduğumuzu  yaddan  çıxartmamalıyıq.  Ona  görə  də,  bizi 

220 
 
hamı  görür  və  dəyər  verir.  Əgər  insan  bütün 
qüsurlarından  qurtarmaq  üçün  çətinlik  çəkirsə,  onda  heç 
olmasa  başqalarının  gözlərinə  görünən  qüsurlardan 
qurtarmalıdır. (12, 161-162) 
Plutarx  insanlara  qarşı  dost  münasibət  bəsləməyin 
tərəfdarı  idi.  O  qeyd  edirdi  ki,  insanların  halı  ilə 
maraqlanmaq  lazımdır  ki,  onlara  kömək  edə  biləsən. 
Başqa  insanlara  qarşı  ədəbli,  xeyirli  və  mərhəmətli  olmaq 
lazımdır.  Bu  hisslər  heyvanlara  və  başqa  canlılara  da 
bəslənilməlidir. (12, 283-285) 
M. ö. I yüzillikdən sonra antik fəlsəfəyə Yəhudi, sonra 
isə  Xristian  dinlərinin  təsiri  artmağa  başlamışdır.  Antik 
filosoflar  bir  tərəfdən  öz  fəlsəfələrində  monoteizmin  bəzi 
məqamlarından  istifadə  etmiş,  digər  tərəfdən  isə  onu 
tənqid etməklə məşğul olmuşdurlar. 
Platon  məktəbinə  yaxın  olan  yəhudi  soylu 
İskəndəriyyəli Filon (yun. Φίλων τοῦ 'Αλεξανδρείας, lat. 
Philon Alexandreus; təxminən m. ö. 25 – m. 50) antik fəlsəfi 
ənənələrini  Tövratın  təlimi  ilə  uyğunlaşdırmaq  yolunu 
tutmuşdur.  Ancaq,  bir  filosof  kimi  Tövratda  müəyyən 
qədər  ziddiyyətli  məqamların  olduğunu  görərək  onları 
məcazi  mənada  antik  fəlsəfi  kateqoriyalardan  istifadə 
etməklə  yorumlamışdır.  Onun  fikrincə  Tövratın  gizli 
(batini)  mənaları  vardır  və  onlar  açılmadan  bu  kitabı 
düzgün anlamaq mümkün deyildir (13, 170-171). 
Əhdi-Ətiqin  Tanrısı  hər  bir  çoxluğun  üzərində 
yüksəlmiş 
mütləq 
monadadır 
(varlığın 
bölünməz 
vahididir).  Tanrı  elə  bir  vahiddir  ki,  onun  yanında  başqa 
vahidlər  yoxdur,  o  kamil  və  bölünməzdir  (13,  81-84). 

221 
 
Tanrının  həqiqi  mahiyyətini  düşüncə  ilə  qavramaq 
mümkün  deyildir.  İnsanlar  onun  varlığı  haqqında  bilik 
əldə edə bilərlər, ancaq onun nə olduğunu bilə bilməzlər.  
İnsan  dili  kamil  deyil  və  onun  vasitəsi  ilə  Tanrının 
bütün  özəlliklərini  dilə  gətirmək  mümkün  deyildir.  Ona 
görə  də  demək  olar  ki,  Tanrının  heç  bir  şeyə  ehtiyacı 
yoxdur,  O  bənzərsiz,  bölünməz  və  dəyişməzdir  və  s. 
Beləliklə,  hər  şeyi  inkar  edərək  elə  bir  nəticəyə  gəlirdi  ki, 
Tanrı  haqqında  heç  bir  şey  söyləmək  olmaz.  Bu  hala 
çatanlar öz “Mən”inin xaricinə çıxaraq, ekstaz halına daxil 
olur,  sonra  isə  daha  da  yüksək  mistik  məqamlara  qədəm 
qoyur.  Bu  məqama  çatan  adam  Tanrı  ilə  görüşür,  ancaq 
onu  qavraya  bilmir,  çünki  onun  nuru  insanın  düşüncə 
imkanını  bağlayır. Bu  hal  içki  içmədən  sərxoş  olmağa 
bənzərdir. (10) 
Filon  fəlsəfəsində  Tanrı  yaratdığı  dünyadan  daha 
ucadır.  Ona  görə  o,  yaradılışı Loqos vasitəsi  ilə  həyata 
keçirir. Loqos Tanrının sözüdür, onun sifətidir. O əvvəllər 
Tanrının özündə olub, sonra isə ondan ayrılaraq sərbəstlik 
qazanıb. Antik  dünyaya məlum olan Loqosu (Sözü) Filon 
Tövratın  birinci  kitabında “Tanrı  dedi”  (Yaradılış  1:  3) 
sözlərində görürdü. Loqos haqqında Filonun fikirləri antik 
fəlsəfi  irsinin  yəhudi  ənənəsi  ilə  qarışmasından  irəli 
gəlmişdir. 
Yunan  fəlsəfəsində  olduğu  kimi  Loqos  dünya 
düzəni,  gözəllik  və  harmoniyadır.  Ondan  hər  şeyin  təbii 
əlaqələri  və  forma  müəyyənliyi  yaranır.  Eyni  zamanda, 
Loqos  ideyaların  toplusudur.  Dünya  bu  ideyaların  obrazı 
(qəlibi) ilə Tanrı tərəfindən yaradılmışdır.  

222 
 
İnsan torpaqdan Tanrının obrazına bənzər yaradılıb. 
Onun  düşüncəsi  də  ilahi  Loqosa  bənzərdir.  Yəni  kosmos 
və insanda olan loqoslar mahiyyətcə birdir və birlik təşkil 
edirlər.  Belə  olan  təqdirdə,  insanın  məntiqi  baxımından 
çevrənin  qavranılması  və  onun  barəsində  düşüncələr 
ortaya  qoyması  yaradılmışdan  Tanrıya  doğru  atılan 
addımlardır.  Dünyanın  varlığı  və  gözəlliyi  insanı  Tanrı 
varlığının  anlamasına  gətirməlidir.  Beləliklə,  məntiqi  fikir 
İlahi ilham kimi də qəbul edilə bilər. 
Buna  görə  də,  Filona  görə  yunan  fəlsəfəsi  və  ilahi 
vəhy olan Əhdi-Ətiq bir-birinə zidd deyildirlər, çünki hər 
ikisi  Loqosun  məhsuludur.  Əhdi-Ətiqdə  Loqos  özünü 
peyğəmbərlərə  vəhy,  filosoflara  isə  məntiq  və  düşüncə 
vasitəsi  ilə  açmışdır.  Ona  görə  də,  Musa  və  Platonun 
müdrikliyinin  mənbəyi  birdir.  Ancaq  buna  baxmayaraq, 
Platon  və  Pifaqor  təkcə  öz  düşüncələri  ilə  Tanrının  bir 
olması  fikrinə  gəlməmişdirlər.  Filonun  fikrincə  onlar 
Əhdi-Ətiqlə  tanış  idilər.  Bu  fikri  sonrakı  xristianlar  da 
təkrarlamışdırlar. 
Filon  Loqosu  “Tanrının  oğlu”,  “Səmavi  Adəm”  və 
başqa adlarla adlandırırdı. Bu adlar onun Tanrı ilə dünya 
arasında bir vasitəçi olduğuna işarə edir. 
Loqosa  bu  cür  baxış  Filona  Müqəddəs  Kitabı 
alleqorik yorumlara məruz qoyma imkanını yaratmış, onu 
fəlsəfələşdirmişdir. Bu baxımdan onu ortaəsr ilahiyyatının 
yaradıcısı adlandırmaq mümkündür. 
Tədqiqatçılara  görə  sonralar  xristianlar  Filonun 
Loqosunu  simalaşdırıb  İsa  ilə  eyniləşdirmişlər.  Bu  ideya 
Yəhya İncilində öz əksini tapmışdır. Xristianlıqda olan Ata 

223 
 
(Tanrı) 
– 
Oğul 
(Loqos) 
münasibətləri 
Filonun 
fəlsəfəsindən başlayır. 
Daha bir platonçuluğa yaxın olan filosof Selsus (yun. 
Kέλσον,  lat.  Celsus,  Iiyü  zillik)  Xristianlığın  Romada 
yayılması dövründə yaşamış və onun tənqidçilərindən biri 
olmuşdur.  Onun  haqqında  zamanımıza  çox  az  bilgi  gəlib 
çatmışdır. 
Məlumdur 
ki, 

imperator Markus 
Aureliusun dostu idi.  
Selsus “Doğru söz” (yun. Λόγος άληθής) adlı kitabın 
müəllifi  olmuşdur.  Bu  əsərin  orijinal  mətni  zamanımıza 
çatmamışdır.  Ancaq,  Selsusla  çəkişməyə  girən  xristian 
ilahiyyatçısı  Origen  onun  fikirlərinə  rəddiyələr  yazaraq 
“Doğru  sözün”  bir  çox  fraqmentlərini  özünün  “Selsusa 
qarşı” (lat. Contra Celsum) əsərində vermişdir. 
Selsus  dini  təlimləri  öz  düşüncəsinin  dəlilləri 
baxımından  təhlil  edərək  belə  bir  nəticəyə  gəlmişdir  ki, 
Xristianlıq  heç  də  başqa  dinlərdən  fərqlənmir.  Çünki, 
başqaları kimi xristianlar da öz ehkamlarına düşünmədən 
inanmağa  çağırırlar  (29,  7-8).  Onun  fikrincə,  İsa  tanrı  ola 
bilməz,  çünki  Tanrının  xüsusiyyətləri  başqadır.  İsa 
tanrıdırsa,  o  yerə  enə  bilməz,  çünki  belə  olarsa  öz  taxtını 
tərk  etmiş  olardı  və  dünya  düzəni  dağılardı.  Daha  sonra 
Selsus  yazırdı  ki,  İsa  Loqos  (Tanrı  sözü,  kəlamı)  da  ola 
bilməz, çünki Loqos insan ola bilməz, çünki o insanlıqdan 
daha  uca  olan  Tanrı  sözüdür  (29,  45-46).  Onun  fikrincə 
Xristianlığın  bütpərəstliyi  inkar  etməsi  müstəsna  bir  şey 
deyildir.  Çünki,  doğrudan  da  insanların  düzəltdiyi 
təsvirlər  və  heykəllər  heç  də  tanrılar  deyildirlər.  Hələ 
xristianlardan  çox-çox  qabaq  Heraklit  kimi  filosoflar 

224 
 
demişdilər  ki,  bütlərə  tapınmaq  divarlarla  danışmağa 
bənzərdir. Son olaraq Selsus  hesab etmişdir ki, Xristianlıq 
dövlət üçün təhlükədir. 
Smirnalı  Teon  (yun.  Θέων  6  Σμνρναΐος,  m.  II 
yüzilliyin birinci yarısı) da orta dövrün akademiklərindən 
(platonçularından)  biri  olmuşdur.  O,  “Platonun  əsərlərini 
oxuyarkən  riyazi  predmetlərin  icmalı”  (yun.  Τα  κατά 
μαθηματικόν χρήσιμα εις την Πλάτωνος ανάγνωσιν)  adlı 
əsərin  müəllifi  idi.  Həmin  kitaba  latın  dilində  qısaldılmış 
olaraq  “Expositio”  deyilir.  Bu  kitab  antik  dövrün 
məktəblərində  tədris  edilmək  üçün  yazılmış  və  orada 
riyaziyyat, 
musiqi 
nəzəriyyəsi 
və 
astronomiya 
elmlərindən  bilgilər  verilmişdir.  Mətni  yazarkən  Teon, 
keçmiş alimlərdən çoxlu istinadlar gətirmişdir. 
Əsərin  riyazi  bölümündə  Teon  “bir”  və  “vahid” 
anlayışlarının  fərqləndirilməsini  zəruri  bilirdi,  çünki  hər 
bir  rəqəm  “birlərin”  cəmidir.  “Vahid”  isə  hər  bir  çoxluq 
çeşidlərindən  aralanmış  təklikdə  olan  ideal  başlanğıcdır 
ki, onu yalnız düşüncə ilə qavramaq mümkündür və onun 
bölünməsi  imkansızdır.  Daha  sonra  Teon  tərəfindən 
rəqəmlərin  tək  və  cüt,  sadə  və  mürəkkəb  və  s.  növləri 
araşdırılmışdır. (15, 12-14) 
Əsərin  musiqi  bölümündə  nəğmələrdə  rəqəmlər 
ahənginə  riayət  edilməsinin  vacibliyi  vurğulanmış  və 
bunun 
qaydaları 
açıqlanmışdır. 
Burada 
musiqi 
nəzəriyyəsinin əsas elementləri də araşdırılmışdır. (15, 32-
43) 
Astronomiya  bölümündə  Teon  yerin  kürə  olmasına 
dair  çoxlu  dəlillər  gətirmiş,  planetlər  və  göy  cisimləri 

225 
 
haqqında  öz  zamanının  təsəvvürlərini  açıqlamışdır.  Bu 
təsəvvürlər  yuxarıda  sözü  keçən  başqa  yunan  filosofların 
baxışlarına  bənzər  olmuşdur.  Belə  ki,  Teon  yerin  kainatın 
mərkəzində olmasını iddia edirdi. Onun fikrincə planet və 
ulduzların  çoxu  hərəkət  etmir.  Bəziləri  isə,  günəş  və  ay 
kimi,  yerin  ətrafında  fırlanır.  Burada  həm  də  günəşin  və 
ayın  tutulması  kimi  təbiət  olaylarına  da  münasibət 
bildirilmişdir. (15, 81 və 89) 
 
Mövzu ilə əlaqəli suallar: 
 
1. Akademik məktəbin tarixi kimin adı ilə bağlıdır və 
hansı dövrlərə bölünür? 
2.  Qədim  platonçular  əsasən  hansı  problemlərə 
diqqət yetirirdilər? 
3.  Speusippus  Vahid  və  çoxluq  haqqında  hansı 
fikirləri irəli sürmüşdür? 
4. Speusippus çevrənin dərk edilməsində düşüncə ilə 
duyğu  arasındakı  ziddiyyəti  ortalıqdan  necə  qaldırmaq 
istəmişdir? 
5.  Kalkedonlu  Ksenokratesə  görə  fəlsəfə  hansı 
bölümlərdən ibarətdir? 
6. 
Kalkedonlu 
Ksenokratesə 
görə 
neçə 
çür 
substansiya 
vardır, 
onlar 
hansılardır, 
nə 
ilə 
səciyyələnirlər? 
7.  Kalkedonlu  Ksenokrates  Vahidi,  Əqli  və  Ruhu 
necə təsəvvür edirdi? 
8.  Kalkedonlu  Ksenokratesə  görə  şərin  mənşəyi  və 
insan həyatının məqsədi nədir? 

226 
 
10.  Polemon  və  Kratesin  fəaliyyəti  hansı  sahələri 
əhatə edirdi? 
11.  Heraklidesin  atomlar  və  planetlərin  hərəkəti 
haqqında fikirləri necə olub? 
12. Eudoksus ideyaları necə təsəvvür edirdi? 
13. Arkesilausun fəlsəfəsi nə ilə səciyyələnir? 
14. Karneadesin şübhəçiliyi nəyə əsaslanırdı? 
15. Karneadesə görə idrakın hansı pillələri vardır? 
16.  Orta  platonçuluğun  səciyyəvi  xüsusiyyətləri 
nədədir? 
17. Orta platonçuların fəlsəfəsində əxlaq və fizika ilə 
bağlı məsələlərin özəllikləri nədir? 
18.  Askalonlu  Antioxus  və  İskəndəriyyəli  Eudorus 
platonçuluğu hansı istiqamətə yönəltmişdirlər? 
19.  Alkinousa  görə  filosofun  hansı  keyfiyyətləri 
olmalıdır? 
20. Alkinousa görə fəlsəfənin hansı bölümləri vardır? 
21.  Alkinousa  görə  təfəkkürün  hansı  səviyyələri 
vardır? 
22.  Alkinousun  riyaziyyat  və  dialektika  haqqında 
fikirləri necə olub? 
23.  Alkinous  dünyanın  yaranmasını  və  quruluşunu 
necə təsəvvür edirdi? 
24.  Alkinous  fəlsəfəsində  Tanrı,  Əql  və  Ruh 
anlayışlarını necə təsəvvür edirdi? 
25.  Alkinousa  görə  insan  ruhu  hansı  hissələrdən 
ibarətdir? 
26. Alkinousa görə xoşbəxtliyin şərti nədir? 

227 
 
27.  Apuleius  Lusiusun  "Metamorfozalar"  əsərində 
nədən bəhs olunur? 
28.  Apuleiusa  görə  fəlsəfə  hansı  bölümlərdən 
ibarətdir? 
29.  Apuleius  tanrılar,  tale  və  əxlaq  haqqında  hansı 
fikirlər irəli sürmüşdür? 
30.  Qalen  təbabət  elmində  hansı  uğurlar  qazanmış, 
onu fəlsəfə ilə necə uzlaşdırmışdır? 
31. Qalen ruh haqqında nə düşünürdü? 
32.  Tirli  Maksim  Tanrının  varlığı,  şərin  təbiəti,  azad 
iradə və tale haqqında hansı fikirlərlə çıxış etmişdir? 
33.  Tirli  Maksim  tanrılara  yalvarış  haqqında  və 
düşünürdü? 
34.  Heroneyalı  Plutarxın  yaradıcılığının  əhəmiyyəti 
nədə olmuşdur, onun əsərləri necə təsnif olunur? 
35.  Plutarx  kosmos,  ruh  və  yaradılış  haqqında  hansı 
fikirlərlə çıxış etmişdir? 
36. Plutarxa görə dünyanı kim yaratmışdır? 
37.  Plutarxa  görə  dünyanın  və  insanın  quruluşları 
arasında hansı bağlantı vardır? 
38.  Plutarxa  görə  insanın  bədəni,  düşüncəsi  və  ruhu 
hansı münasibətlərdədirlər? 
39. Plutarx tanrılar haqqında nə düşünmüşdür? 
40. Plutarx əxlaq haqqında nə düşünmüşdür? 
41. İskəndəriyyəli Filonun fəlsəfəsinin məqsədi  nədə 
idi? 
42. Filonun Tanrı haqqında fikirləri nədən ibarət idi? 
43. Filona görə insan Tanrıya necə qovuşa bilər? 
44. Filonun fəlsəfəsində “Loqos” nədir? 

228 
 
45. Filona görə yunan fəlsəfəsinin  və ilahi  vəhy olan 
Əhdi-Ətiqin mənşəyi nədir? 
46.  Selsus  xristianlara  qarşı  hansı  dəlillərlə  çıxış 
etmişdir? 
47. Smirnalı Teonun fəlsəfi fikirləri hansı problemləri 
əhatə edir? 
 
Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin