Dərs vəsaiti kimi çapa buraxılmışdır (protokol 12). Bakı 2016



Yüklə 266.78 Kb.
Pdf просмотр
səhifə3/19
tarix01.03.2017
ölçüsü266.78 Kb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19

Anaksimander (yun. Ἀναξίμανδρος, təxminən m. ö. 610 – 
547)  olmuşdur.  O,  dünyanın  yaranması  və  quruluşu 
haqqında  fikirlərini  “Təbiət  haqqında”  (yun.  Περί 
φύσεως)  adlı  kitabında  açıqlamışdır.  Bu  kitab  yunanların 
ilk elmi kitabı hesab edilir. Ancaq günümüzə onun yalnız 
bəzi fraqmentləri gəlib çatmışdır.  
Anaksimander  də  öz  dönəminin  ən  bilikli  adam-
larımdan  biri  olmuşdur.  O  ilk  dəfə  “qanun”  anlayışını 
cəmiyyətə  deyil,  həm  də  elmə  və  təbiətə  aid  etmişdir  (6, 
15).  O,  Yunanıstanda  ilk  dəfə  olaraq  günəş  saatını  kəşf 
etmiş,  həm  də  günümüzə  çatmayan  dünya  xəritəsini 
çəkmişdir. 
Anaksimanderə  görə  yer  kainatın  mərkəzində  yer-
ləşir,  silindr  formasındadır  və  bir  sütuna  bənzəyir.  Onu 
hər  tərəfdən  od  bürüyür.  Hər  şey  apeiron  (yun. 
απειρον) adlanan ilk maddədən yaranmışdır (7, 26). O da 
özündə bütün varlığın əsaslarını birləşdirir. Bu baxımdan, 
kainat  canlıya  bənzər  varlıqdır.  O  yaranır,  yaşayır,  sonra 
yenidən  yaranmaq  üçün  məhv  olur.  Sonda  isə  hər  şey 
yenidən “apeirona” qayıdır. 
Onun  fikrincə  həyat  dənizdən  başlamışdır  (7,  26). 
Sonra təkamül  nəticəsində bütün canlılar yaranmışdır. İlk 
olaraq  sudan  iynə  dərili  heyvanlar  əmələ  gəlmiş,  sonra 
onlar lildən çıxaraq iynələrini itirmişdir. İnsan isə çox zəif 

34 
 
olduğundan  başqa  cür  yaranmışdır.  O,  öncə  balıqların 
içində  olmuş,  sonra  oradan  çıxaraq  müstəqil  həyat  sür-
məyə başlamışdır. 
Milet  məktəbinin  daha  bir  filosofu  Anaksimenes 
(yun.  Ἀναξιμένης,  təxminən  m.  ö.  528  –  524)  idi.  O, 
havanı” ilk ünsür saymış və hər şeyin ondan yaranmasını 
iddia etmişdir (5, 116). Başqa şeylər isə havanın qatlaşması 
və  seyrəkləşməsindən  əmələ  gəlmişdir.  Onun  iddiasına 
görə, hava seyrəkləşdikcə oda, qatlaşdıqca bərk maddə və 
mayelərə  çevrilir.  O  həmçinin  qeyd  etmişdir  ki,  bunun 
nəticəsində hər şey müxtəlif formalar alır. 
Fales  kimi  Anaksimenes  də  yeri  yastı  şəkildə 
təsəvvür edirdi (4, 20). O qeyd edirdi ki, yer havada üzür, 
həm də o həyatverici rol oynayır. Ruhlar havanın nəfəsi və 
onun  əsməsidir.  Həm  də  hava  ruhları  səmada  planetləri 
saxladığı  kimi  saxlayır.  Anaksimenes  planetlərin  yerə 
yaxınlıq  məsafəsini  də  düzgün  təyin  etmişdir.  O  deyirdi 
ki, yerə ən yaxın olan planet aydır, ondan sonra isə günəş 
gəlir. Ən uzaqda olanlar isə ulduzlardır. 
 
Mövzu ilə əlaqəli suallar:   
 
 
1.  Milet  məktəbinin  filosofları 
hansı  fəlsəfi 
problemlərə diqqət yetirmişdirlər? 
2. 
Falesin, 
Anaksimanderin, 
Anaksimenesin 
fəlsəfəsində ilk maddələr hansılar idilər?  
3. Miletlilər dünyanın yaranması və quruluşunu necə 
təsəvvür edirdilər? 
4.  Milet  filosoflarının  bioloji  təkamül  haqqında 
fikirləri necə olmuşdur? 

35 
 
Ədəbiyyat: 
 
1.  Aristotle.  De  Anima  /  Translated  by  R.  D.  Higs. 
Cambridge University Press, 1907. 
2.  Aristotle.  Metaphysics  /  Translated  by  T.  Taylor. 
London:  Printed  for  the  author  by  Davis,  Wilks,  and 
Taylor, 1801. 
3. Diogenes Laertius. Lives and Opinions of Eminent 
Philosophers / Translated by C. D. Yonge. London: Georg 
Bell & Sons, 1915. 
4.  Fairbanks  A.  The  First  Philosophers  of  Greece. 
London: K. Paul, Trench, Trübner, 1898. 
5. Guthrie, W.K.C. A History of Greek Philosophy. V. 
1. Cambridge: Cambridge University Press, 1962. 
6.  Park.  D.  The  Grand  Contraption.  Princeton 
University Press, 2005. 
7.  Асмус  В.Ф.  Античная  философия.  М.:  Высшая 
школа, 1976. 
 
1.4. Elea məktəbi 
 
Miladdan  öncə  VI  və  V  yüzilliklərdə  güney  İtali-
yanın  Elea  (yun.  Έλέα,  lat.  Velia)  şəhəri  qədim  dünyanın 
mədəni  və  elmi  mərkəzlərindən  birinə  çevrilmişdir.  Bu 
şəhərdə  fəlsəfi  fikir  də  inkişaf  etmişdir.  Elea  filosofları 
varlıq  haqqında  düşünmüş,  onun  nə  olduğunu  bilmək 
istəmişdilər.  Bu  problemi  çözərkən  onlar  məntiqi  düşün-
cənin  real  duyğularla  ziddiyyətdə  olması  ehtimalını  irəli 
sürmüşdürlər.  Elealılar  həm  də  bütün  dünyanın 

36 
 
vahidliyini iddia etmişdilər. Eyni zamanda, Elea filosofları 
yunan  dininin  bir  çox  aspektlərinin  tənqidçiləri  kimi  də 
tanınmışdılar.  
M.  ö.  VI  –  V  yüzillikdə  yaşamış  Ksenofanes  (yun. 
Ξενοφάνης)  Elea  məktəbinin  ilk  filosofu  hesab  edilir.  O, 
indiki  Türkiyənin  Qərbində  yerləşən  Kolofon  (yun. 
Κολοφών)  şəhərindən  idi.  Sonra  Cənubi  İtaliyaya  səfərlər 
etmiş və sonradan Eleaya köçmüşdür. 
Ksenofanes  çoxtanrılı  yunan  panteonunu  şiddətli 
tənqid  etmişdir.  O  hesab  edirdi  ki,  Olimpus  dağında 
yaşayan  yunan  tanrıları  əslində  şairlərin  uydurduqları  və 
xalq təxəyyülündə formalaşan mifik obrazlardan başqa bir 
şey  deyildir.  Ksenofanesə  görə  insanlar  özlərinə  bənzər 
tanrılar yaratmışdılar. Bu baxımdan hər bir xalqın tanrılar 
haqqındakı təsəvvürləri məhz öz dünyagörüşləri əsasında 
formalaşmışdır. Yenə Ksenofanesə görə əgər öküzlər, atlar 
və  başqa  heyvanların  düşüncəsi  olsaydı,  onlar  tanrılarını 
elə özlərinə bənzər təsvir edərdilər (2, 67). 
Tanrıların  təbiəti  və  başqa  xüsusiyyətləri  haqqında 
doğru  biliyi  əldə  etmək  olmaz,  bu  barədə  ancaq  ehtimal 
edilə bilər. Buna görə də, Ksenofanes qədim yunan şairləri 
Hesiodos  və  Homeri  tanrılara  insan  xüsusiyyətlərini  aid 
etməkdə günahlandırmışdır
31
 (1, 283). 
Eyni  zamanda,  Ksenofanes  ateist  də  olmamışdır.  O, 
dini və tanrını özünəməxsus tərzdə təsəvvür edirdi. Onun 
fikrincə yunan toplumunda olan baxışlar ibtidai səviyyədə 
                                                
31
 Tanrını insan görkəmdə və ya hansısa keyfiyyətlərdə insana bənzər şəkildə 
təsəvvür  etmə  antropomorfizm  (yun.  Ανθρωπος-insan  +  μορφή-görkəm) 
adlanır. 

37 
 
olmuşdur.  Buna  görə  də  Ksenofanes  yunanların  dini  dün-
yagörüşləri  ilə  razılaşmayaraq  öz  fikirlərini  açıqlamışdır. 
Onun  fikrincə  Tanrı  bir  və  bölünməzdir;  eyni  zamanda,  o 
dünyadan  ayrı  bir  şey  də  deyildir  (2,  67).  Beləliklə,  Kse-
nofanes Tanrını dünya ilə eyniləşdirmiş, onu təbiətdən ayır-
mamışdır
32
. Buna görə də, dünya yaradılmamış, həmişə var 
olmuş və hər zaman da olacaqdır. Bu baxımdan Ksenofanes 
panteizmin  əsasını  qoyan  filosoflardan  biri  olmuşdur.  O 
güman  edirdi  ki,  dünya  əbədi,  məhv  olunmaz  və  vahiddir. 
Ona görə vahidlik elə Tanrının özüdür. 
Ksenofanes ay, günəş və  ulduzları tanrılaşdırmamış, 
onları fiziki cisimlər kimi təsəvvür etmişdir. Onun fikrincə 
dünyaların sayı sonsuzdur. Yağışlar isə yerdən günəş şüa-
larının  təsiri  altında  baş  verən  buxarlanmanın  nəticəsidir 
(1, 383). Buxar göyə qalxır  və  yenidən su olub yerə  yağır. 
Onun  fikrincə  insanlar  və  başqa  canlılar  su  və  torpağın 
qarışığından yaranmışdırlar
33
 (1, 383). 
Parmenides (yun. Παρμενίδης, təxminən m. ö. 540 – 
470) də ən tanınmış Elea filosoflarından idi. Ksenofanesin 
öyrəncisi  olmuşdur.  O,  “Təbiət  haqqında”  adlı  kitabın 
yazarı hesab edilir. Ancaq bu kitabın özü deyil, onun bəzi 
fraqmentləri  dövrümüzə  gəlib  çatmışdır.  Parmenidesin 
fəlsəfəsi  Heraklitin  dünyagörüşünə  qarşı  yönəlmişdir. 
Onun  fikrincə  dünya  və  bütün  varlıq  heç  bir  boşluqları 
                                                
32
 Bu  kimi  təsəvvürləri  “panteizm”  (yun.  Παν-hər  şey  +  θεός-tanrı) 
adlandırırlar. 
33
 Qədim  Misir  dinində  də  insanları  qoyunbaşlı  tanrı  Hnum  torpaqdan 
(gildən)  yaratmışdır.  İnsanın  torpaqdan  yaradılması  haqqında  rəvayətlər 
Yəhudilik, Xristianlıq və İslamda da vardır. 

38 
 
olmayan  tam  hərəkətsiz  kürədən  ibarətdir  (3,  286-298). 
Beləliklə,  Parmenides  ilk  dəfə  yerin  kürə  olması  fikrini 
irəli sürən düşünürlərdən biri olmuşdur.  
Bu  kimi  iddialar  ondan  irəli  gəlmişdir  ki,  Par-
menidesin  fəlsəfəsində  varlıq  və  yoxluq  problemi  kəskin 
olaraq  qoyulmuşdur.  Onun  fikrincə  var  olan  şey  yox-
luqdan  yarana bilməz. Deməli, var olan şeylər  hər zaman 
mövcuddur.  Əks  təqdirdə  belə  çıxır  ki,  onlar  nə  vaxtsa 
olmamışlar.  Bu  isə  imkansızdır.  Çünki  yoxdan nəsə var ola 
bilməz.  Həmçinin,  heç  bir  şey  məhv  də  ola  bilməz.  Ona 
görə  ki,  bu  halda  o  yenə  də  yox  olmalıdır.  Deməli,  var 
olan şeylər hər zaman olacaqdır.  
Hər bir şey əbədi  və sonsuzdur. O formasını dəyişə, 
bir  haldan  başqasına  keçə  bilər,  ancaq  məzmunca  hər 
zaman  var  olmaqdadır.  Beləliklə,  Parmenidesə  görə  ger-
çək  olan  yalnız  varlıqdır,  yoxluq  isə  yoxdur  və  onun 
haqqında  düşünülməz  (3,  286-298).  Yoxluq  olmadığına 
görə yaradılış və məhv olma prosesləri də ola bilməz. Belə 
deyilsə, onda yoxluq anlayışı ortaya çıxır. Bu isə mümkün 
deyildir.  Yoxluğun  mümkün  olmamağına  görə  varlıq 
hərəkətsizdir və birdir. Hərəkət olsa onda deməli o məhvə 
doğru  getməlidir,  bu  isə  var  olan  bir  şeyi  yoxluğa  gətirib 
çıxarar. Ona görə də, hərəkət ola bilməz.  
Varlıq  vahiddir,  hərəkətsizdir  və  sükunətdədir. 
Çünki,  o  hissələrdən  ibarət  olarsa,  onlar  bir-birindən  ay-
rıla bilər. Bu isə varlığın məhv olmasına gətirərdi. Həm də 
varlıqda boşluqlar da yoxdur, çünki olsaydı şeylər hərəkət 
edərdilər. 

39 
 
Bununla  belə,  insan  hər  şeyin  dəyişkənliyini  və  hə-
rəkətdə  olmasını  görür.  Beləliklə,  burada  duyğularla 
düşüncələrin qarşıdurması baş verir (3, 286-298). Belə olan 
halda  isə  düşüncələrə  üstünlük  verilməlidir,  çünki 
“düşünmək  və  var  olmaq  eyni  şeydir”  (3,  286-298).  Beləliklə, 
Parmenides  insanları  öz  duyğularına  inanmamağa  ça-
ğırmışdır  və  buna  görə  də  tənqidlərə  məruz  qalmışdır. 
Onun fəlsəfəsində  həqiqət idealizmlə əvəz olunur  ki, bunu 
da sonra Platon inkişaf etdirmişdir. 
Parmenidesin təsəvvürlərində dünyanın mərkəzində 
sevgi  tanrıcası  Afrodita  durur  və  varlığı  idarə  edir.  O, 
ruhları  görünən  və  görünməyən  dünyalarda  yerləş-
dirmişdir.  Hər  şey  kişi  və  qadın  başlanğıcların  (sub-
stansiyaların) qovuşmasından yaranır, (3, 286-298). 
Parmenidesin  öyrəncisi  Zenon  (yun.  Ζήνων,  m.  ö. 
490 – 430) isə müəllimini şiddətli tənqidlərdən qurtarmaq 
üçün  bir  sıra  yeni  ideyalarla  çıxış  etmişdir.  Zenonun 
tərəfindən bir neçə paradoksal müddəa irəli sürülmüşdür. 
Onları  “aporiyalar”  (yun.  ἀπορία)  adlandırırlar
34
.  Filosof 
onların  vasitəsi  ilə  varlığın  tam,  boşluqsuz,  vahid  və 
hərəkətsiz  olduğunu  sübuta  yetirməyə  çalışmışdır.  Ze-
nonun  aporiyaları  haqqında  Apistotel  “Fizika”  əsərində 
xəbər vermiş, onu dialektikanın yaradıcısı hesab etmişdir. 
“Dixotomiya” (yun. διχοτομία – ikiyə bölünmə) adlı 
aporiyasında Zenon iddia edir ki, hər bir məsafəni keçmək 
üçün öncə onun yarısı, sonra yarısının yarısı, daha sonra o 
yarının  yarısı  və  s.  keçilməlidir  (4,  199).  Bu  keçidlər 
                                                
34
 Aporiyalar (ya da paradokslar) – həll olunmayan ziddiyyətlərdir. 

40 
 
sonsuzluğa  qədər  davam  edəcəkdir.  Sonsuzluğu  isə  keç-
mək mümkün deyildir. 
Məhz  bu  fikirdən  çıxış  edərək  Zenon  “Axilles  və 
tısbağa”  adlı  aporiyasında  sübut  edir  ki,  yunan  əsatir-
lərinin  tanınmış  qəhrəmanı  Axilles  nə  qədər  surətlə  qaçsa 
da,  tısbağanı  ötə  bilməz  (4,  199).  Çünki  Axilles  məsafəni 
qısaltdıqca  bu  məsafə  sonsuz  hissələrə  bölünəcək  və  on-
ların  hamısını  keçmək  lazım  olacaqdır.  O  da  onları 
keçmək  üçün  hərəkət  edərkən  tısbağa  bir  addım  qabağa 
irəliləyəcək 
və 
nəticədə 
Axilles 
tısbağaya 
çata 
bilməyəcəkdir. 
“Ox”  adlı  aporiyada  isə  Zenon  sübut  edir  ki,  bu-
raxılan  ox  əslində  hərəkət  etmir  və  sükunətdədir  (4,  183-
184).  O  yenə  də  zamanı  sonsuz  anlara,  fəzanı  isə  sonsuz 
hissələrə bölür. Beləliklə, hər an atılan ox bəlli olan bir yer 
tutur.  Bu  yer  onun  uzunluğuna  bərabərdir.  Bu  isə  o 
deməkdir  ki,  ox  sükunətdədir,  çünki  hərəkət  ehtimal 
edilsə də, onda belə çıxır ki, ox həmin an fəzada özündən 
daha  da  çox  yer  tutur,  bu  isə  mümkün  deyildir.  Deməli, 
hərəkət  əslində  yoxdur  və  o  sükunətlərin  cəmidir.  Be-
ləliklə,  hərəkət  anlayışının  olduğu  ehtimal  edilərsə,  o 
zaman mütləq ziddiyyətlər yaranacaqdır
35
.  
Elea  məktəbinin  daha  bir  tanınmış  filosofu 
Melissus
36
 (yun.  Μέλισσος,  təxminən  m.  ö.  485  –  425) 
                                                
35
 Bu  aporiyanın  müddəalarını  çağdaş  dönəmdə  animasiyalarda  görmək 
mümkündür.  Orada  hərəkət  edən  şeylər  əslində  sükunətdə  olan  şəkillərin 
cəmidir. 
36
 Burada  və  bir  çox  başqa  yerlərdə  filosofların  adları  Azərbaycan  dilində 
latın  səslənməsində  verilmişdir.  Bunun  da  səbəbi  odur  ki,  dünya  elmində 
(özəlliklə də ingilis, fransız, alman, ispan və s. ədəbiyyatında) onların adlarını 

41 
 
olmuşdur. O da başqa eleaçılar kimi varlığı bir tamlıq kimi 
təsəvvür  edərək  hərəkətin  varlığını  və  boşluqların  möv-
cud  olmasını  inkar  edirdi.  Melissusa  görə  varlıq  elə  kai-
natdır  və  o  zaman  içində  sonsuzdur  (4,  62).  Deməli, 
sonsuzluq  təkcə  zamana  deyil,  həm  də  fəzaya  aid  edilir. 
Ehtimal  olunur  ki,  Melissus  ilk  dəfə  kainatın  sonsuzluğu 
fikrini  ortaya  atmışdır.  Həmçinin  o  qeyd  etmişdir  ki, 
tanrılar haqqında fikir yürütmək mümkün deyildir, çünki 
onlar dərk edilməzdir (1, 386). 
 
Mövzu ilə əlaqəli suallar: 
 
 
1.  Ksenofanesin  yunan  dini  və  tanrıları  haqqında 
fikirləri necə olmuşdur? 
2. O tanrını necə təsəvvür edirdi? 
3. Parmenides varlığı necə təsəvvür edirdi? 
4.  Hansı  dəlillərə  əsaslanaraq  Parmedides  hərəkətin 
olmasını inkar edirdi? 
5.  Zenonun  aporiyalarının  yaranma  səbəbi  nə 
olmuşdur, orada o hansı müddəalarla çıxış etmişdir?  
6.  “Dixotomiya”,  “Axilles  və  tısbağa”,  “Ox”  adlı 
aporiyaların məzmunu və məntiqi nədən ibarətdir? 
7. 
Melissusun 
fəlsəfəsinin 
əsas 
müddəaları 
hansılardır? 
 
 
 
                                                                                                     
bu  səslənmədə  tanıyırlar.  Bununla  belə,  onların  yunanca  orijinal  adları  və 
ehtiyac olanda rusca səslənmələri də göstərilmişdir. 

42 
 
Ədəbiyyat: 
 
1. Diogenes Laertius. Lives and Opinions of Eminent 
Philosophers / Translated by C. D. Yonge. London: Georg 
Bell & Sons, 1915. 
2.  Xenophanes.  Fragments  and  Commentary  //  The 
First  Philosophers  of  Greece.  London:  K.  Paul,  Trench, 
Trubner, 1898. 
3. 
Парменид. 
Фрагменты. 
О 
природе. 
// 
Фрагменты ранних греческих философов / Составитель 
Лебедев А.В. Ч. 1. М.: Наука, 1989. 
4.  Физика  //  Аристотель.  Сочинения  в  четырех 
томах / Том 3. Перевод В. П. Карпова: М. Мысль, 1981. 
 
1.5. Pifaqorçular məktəbi 
 
Samoslu  Pifaqor
37
 (yun.  Πυθαγόρας  ὁ  Σάμιος,  lat. 
Pythagoras,  təxminən  m.  ö.  570  –  490)  Samos  şəhərində 
dünyaya  gəlmişdir.  Sonra  isə  Cənubi  İtaliyanın  Krotona 
şəhərinə köçmüşdür. O, dövrünün ən bilikli adamlarından 
biri olmuş, bir çox elmi nəzəriyyələrin yaradıcısı idi. Onun 
ən məşhur elmi kəşfi “Pifaqor teoremi” adlanan düzbucaqlı 
üçbucağın hipotenuz ilə katetlərinin nisbəti qanunudur (2, 
342-343).  Cüt  və  tək  ədədli  rəqəmlər  haqqında  riyaziyyat 
təlimini,  rəqəmlərin  həndəsi  anlamı  nəzəriyyəsini  də 
Pifaqor  kəşf  etmişdir.  O,  həm  də  “kosmos”  anlayışını 
                                                
37
 Rusca səslənmədə verilmişdir. Başqa dillərdə onun adı Pithaqoras, Pisaqor 
 Pitaqor kimi səslənir.  

43 
 
müasir  anlamda,  bütün  dünyanı  əhatə  edən  sonsuzluq 
mənasında  işlətmiş,  onun  ahəngini  və  qanunauyğunluq-
larını göstərməyə çalışmışdır. 
Pifaqor  haqqında  bütün  bilgilər  onun  ardıcılları 
tərəfindən  vermişdir.  Bir  çox  araşdırmaçılar  hesab  edirlər 
ki,  onun  öz  əsərləri  olmamışdır.  Ancaq,  antik  tarixçi  Dio-
genes Laertius yazmışdır ki, o “Tərbiə haqqında”“Dövlət 
haqqında”  və  “Təbiət  haqqında”  adlı  dövrümüzə  gəlib 
çatmayan  kitabların  müəllifi  olmuşdur  (2,  340-341).  Pifa-
qorun  elmi  bilgiləri  qədim  Babil  və  Misir  kahinlərindən 
alması haqqında rəvayətlər də vardır (3, 9). 
Daha  sonra  Pifaqor  Krotonada  “Pifaqorçular  itti-
faqı”  adlı  dini-fəlsəfi  cəmiyyət  yaratmış  və  ona  başçılıq 
etmişdir. Orada tərbiyə edilən gənclər bilikləri ilə seçilmiş 
və  onlar  gələcəkdə  yüksək  vəzifələr  tutmaq  üçün 
hazırlanırdı.  Bu  birliyin  fəaliyyətinin  bir  çox  məqamları 
həmçinin  gizli  saxlanılmış,  onun  barəsində  məlumatlar 
cəmiyyətə  açıqlanmırdı.  Yeni  üzvlər  “Pifaqorçular  itti-
faqına” yalnız müəyyən edilmiş sınaqları keçdikdən sonra 
girə bilərdilər (3, 37).  
Ancaq  bir  sürə  sonra  Krotonada  siyasi  durum  gər-
ginləşmiş,  şəhər  sakinləri  pifaqorçuların  gizliliyindən  eh-
tiyat edərək onları təqib etməyə başlamışdılar. Bu təqiblər 
zamanı  pifaqorçuların  mərkəzi  dağıdılmış,  onlardan  bir 
çoxları  öldürülmüşdür.  Pifaqorun  da  o  hadisələrdə  öldü-
rüldüyü  güman  edilir.  Ancaq  başqa  xəbərlərə  görə  o, baş 
vermiş  hadisələrdən  üzülərək  özünü  aclığa  məruz  qo-
yaraq  ölmüşdür.  Sağ  qalan  pifaqorçular  isə  şəhərdən  qa-
çaraq antik dünyanın müxtəlif bölgələrində məskunlaşmış 

44 
 
və  fəaliyyətlərini  davam  etdirmişdirlər.  Zaman  keçdikcə 
pifaqorçuluq  platonçuların  təlimi  ilə  qarışmışdır.  Yalnız 
Roma imperiyası dönəmində “yeni pifaqorçular” cərəyanı 
meydana  gəlmiş,  müəyyən  bir  müddət  ərzində  fəaliyyət 
göstərmişdir. 
Pifaqorun  ideyaları  bir  çox  məqamlarda  mistikaya
38
 
yaxın  idi.  Ona  görə  də,  sonralar  onun  məktəbinin  ənənə-
lərini  yeni-platonçu filosoflar  davam  etdirmişdilər.  Pifaqor 
bir  sıra  mənəvi  və  əxlaqi  prinsiplər  də  irəli  sürmüşdür. 
Onun  təliminə  görə  insanlar  yetkinliyə  doğru  inkişaf 
etməlidir.  Buna  da  yalnız  gözəlliyə,  eləcə  də  faydalı 
şeylərə  yönəlməklə  çatmaq  mümkündür.  Məhz,  pifaqor-
çular  Yunanıstanda  ilk  dəfə  “Kamil  insan”  ideyasını  irəli 
sürmüşdülər.  Bu  da  sonralar  başqa  dinlərdə  və  fəlsəfi  tə-
limlərdə  təkrarlanmışdır.  Pifaqora  görə  kosmosun 
gözəlliyi yalnız mənəvi cəhətdən yetkin və intizamlı insan 
üçün açılır. Həyatın mənası da kosmosun ahənginin insan 
həyatında əks olunmasıdır.  
Pifaqor  həm  də  ruhların  bir  bədəndən  başqasına 
köçməsinə (reinkarnasiyasına) inanırdı (3, 30). Onun fikrin-
cə, hər şey müəyyən vaxtdan sonra dünyaya yenidən gəlir 
və  əslində  yeni  olan  heç  nə  yoxdur.  Ruh  günahların 
ağırlığına görə bədəndə qalmağa məhkumdur. Məqsəd də 
onu bədəndən azad etməkdir. Buna görə də, mənəvi həyat 
yaşamaq  üçün  ət  və  paxla  kimi  bəzi  yeyəcəklərdən  çə-
                                                
38
 Mistika  (yun.  μυστικός  –  gizli)  –  insanın  bağlı  olduğu  və  ünsiyyət  qura 
biləcəyi  təbiətüstü  qüvvələrin  olmasına  inanc;  tanrı  və  başqa  təbiətüstü 
güclərə  qovuşmaq  məqsədi  güdən  dini-mənəvi  təcrübədir.  Bu  kimi 
təcrübələri əsaslandıran təlimlər “mistisizm” adlanır. 

45 
 
kinmək  lazımdır  (2,  351-352).  Burada  isə  qeyd  etmək  la-
zımdır  ki,  Pifaqorun  bu  kimi  yanaşması  ilə  hind  dünya-
görüşü arasında bənzərliklər vardır. 
Pifaqor  və  onun  ardıcılları  hakimiyyət  məsələlərinə 
də  diqqət  yetirirdilər.  Onların  fikrincə  cəmiyyət  hakimiy-
yətsiz yaşaya bilməz. Bu baxımdan da ən yüksək hakimiy-
yət  tanrılara  məxsusdur.  Onlara  hamı  ibadət  etməlidir. 
Tanrılardan  sonra  hökmdarlar,  hörmətli  insanlar,  vali-
deynlər  və  ən  sonda  qanunun  aliliyi  gəlir.  Beləliklə,  ha-
kimiyyət iyerarxik
39
 sistemlə qurulmalıdır. 
Pifaqor  məktəbinin  təliminə  görə  biliyin  mənbəyi 
vardır. Bunu da “matemata” adlandırırlar. Onun hikmətini 
isə  yalnız  yüksək  məqama  çatmış  müdriklər  bilir.  Onlar 
bu  biliyi  özləri  bildikləri  kimi  öyrəncilərinə  ötürürdülər. 
Öyrəncilər  də  bu  bilikləri  sual  vermədən  dəlilsiz  qəbul 
etməli  idilər.  Buna  da  “akusmata”  deyirdilər  (3,  13).  Bu 
prinsiplər  sonralar  dinlərin,  mistik  təriqətlərin,  mənəvi 
qardaşlıqların qaydalarında təkrarlanmışdır. 
Pifaqorun  və  onun  ardıcıllarının  kosmoqonik  ba-
xışlarına  görə,  hər  şey  4  ünsür:  od,  su,  yer  və  havadan  ya-
ranmışdır.  Yer  isə  kürə  şəklindədir  (2,  348).  O  sonsuz  və 
əbədi  boşluqdan  yaranıb,  o  boşluqla  nəfəs  alır.  Bunun 
nəticəsi  olaraq  dünya  genişlənir  və  daralır.  Bu  səbəbdən 
məkan,  zaman,  göy  cisimləri  və  onların  hərəkəti  yaranır. 
Dünyanın  mərkəzində  od,  baş  tanrı  Zeusun  məbədi  və 
təbiətin  qanunu  (“fatum”  və  ya  “loqos”)  durur.  Sonra  isə 
                                                
39
 İyerarxia  (yun. 
ἱεραρχία  –  müqəddəs  hakimiyyət)  –  hansısa  bir  silsilə 
sistemdə hər bir üzvün özündən öncə gələnə tabe olmasıdır. 

46 
 
oddan  yaranmış  və  onun  ətrafında  fırlanan  yer,  planetlər 
və ulduzlar gəlir.  
Beləliklə,  Pifaqorun  ardıcılları  yeri  kürə  şəklində 
təsəvvür  etmiş  və  onu  dünyanın  mərkəzində  yerləşdir-
mişdirlər. Bu baxışlar isə orta əsrlərin sonuna qədər dünya 
elmi  və  fəlsəfəsində  qüvvədə  olmuşdur.  Ancaq  sonra 
Nikolay  Kopernik  (XVI  yüzillik)  yer  kürəsinin  dünyanın 
mərkəzində  olmasını  inancını  şübhə  altına  almışdır.  Son-
ralar isə inkişaf edən elm sübut etmişdir ki, yer dünyanın 
mərkəzində yerləşmir.  
Pifaqorun  çox  maraqlı  rəqəmlər  fəlsəfəsi  olmuşdur.  O 
hesab  edirdi  ki,  dünya  və  çevrəmizdə  olan  şeylər  heç  də 
bizim  gördüyümüz  və  duyduğumuz  kimi  deyildir.  Onlar 
duyğularımızla  yox,  düşüncəmizlə  qavranıla  və  anlaşıla 
bilər.  Hər  şeyin  arxasında  bir  birlik  durur.  Əlbəttə  dağ 
dağdır,  insan  insandır,  daş  daşdır.  Ancaq,  bu  kimi 
müxtəlifliyin  bir  başlanğıcı,  birləşdirici  nöqtəsi  vardır.  Bu 
da  rəqəmlərdir.  Onlar  hər  şeyin  pərdə  arxası  və  baş-
lanğıcıdır,  çünki  istənilən  şeyi  rəqəmlə  göstərmək  müm-
kündür, hər şeyin rəqəmlə ölçülən ölçüsü vardır. Məsələn, 
suyun  miqdarını  litrlə,  ağırlığın  çəkisini  kiloqramla,  bit-
kilərin sayını ədədlə göstərmək olar. Deməli, rəqəmlər hər 
şeyin əsasında durur.  
Beləliklə,  dövrünün  başqa  filosoflarından  fərqli  ola-
raq  Pifaqor  hər  şeyin  ilkin  səbəbini  maddədə  deyil,  dərk 
olunmayan  şeylərdə  axtarırdı.  Sonralar  bu  fikri  Platon 
daha  da  inkişaf  etdirərək  ideyalar  haqqında  təlimlə  çıxış 

47 
 
etmişdir.  Bu  baxımdan  Pifaqoru  fəlsəfi  idealizmin
40
 yara-
dıcısı  hesab  etmək  olar.  Ancaq  onu  da  qeyd  etmək  la-
zımdır  ki,  bu  kimi  fikirlər  ondan  öncə  Misir  və  Babil 
kahinlərinin  arasında  da  yayılmışdır.  Ehtimal  olunur  ki, 
Pifaqor mistikanı məhz onlardan öyrənmişdir.  
Eyni  zamanda,  rəqəmlər  həndəsi  mənada  da 
anlaşılırdı.  Nöqtə  Bir  rəqəmini  ifadə  edirdi.  Bu  rəqəm  isə 
hər  şeyin  başlanğıcı  və  əsası  hesab  edilirdi.  Pifaqor  üçün 
Bir  rəqəmi  həm  də  Tanrıdır.  Başqa  şeylər  isə  müxtəlif  rə-
qəmlərin cəmidir. Belə  ki, iki  nöqtədən düz  xətt alınır,  üç 
nöqtə isə artıq düz müstəvidir. Dörd nöqtə isə fəzadır. Bu 
rəqəm  dörd  ünsür  olan  od,  yer,  su  və  havanın  təməlində 
durur ki, bu da hər şeyin başlanğıcında duran səbəbdir.  
Həmçinin, bu  nöqtələrdən  üçbucaq, dördbucaq və s. 
fiqurlar  yaranır. Üçbucaq dünyaya gəlmənin  və  hər şeyin 
yaradılmasının  səbəbidir.  Dördbucaq  Tanrı  təbiətinin  tə-
cəssümüdür.  Pifaqorun  ardıcıllarının  rəmzi  isə  pentaqram 
(yun.  πεντάγραμμον    beş  guşəli  ulduz)  olmuşdur.  Bu 
gizli rəmz vasitəsi ilə onlar bir-birini tanıyırdılar. 
Pifaqorun  ardıcıllarının  müqəddəs  rəqəmi  36  idi  (4, 
69).  Çünki,  36  rəqəmi  1+2+3  kombinasiyasından  yaranır. 
Bir  dünyanın  birliyinin  rəmzidir.  Hər  şey  ondan  başlayır 
deyə, o Tanrı ilə eynilik təşkil edir. İki hər şeyin xeyir-şər, 
işıq-qaranlıq  kimi  dualistik  göstəricisidir.  Üç  isə  kamil 
rəqəmdir. Çünki onda başlanğıcorta və son vardır. Həm də 
36  rəqəmində  elə  sirlər  var  ki,  onlar  başqa  rəqəmlərdə 
yoxdur (örnək: 1+2+3+4+5+6+7+8=36). 
                                                
40
 İdealizm  –  hər  şeyin  əsasında  ideyanın  durduğu  haqqında  fəlsəfi 
təsəvvürdür. 
1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə