Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə11/35
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#37875
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   35
am pftmt

Ibn Sina (980-1037) həmişə öyrənmək, axtarışlar aparmaqdan yorulmurdu. 
O, deyirdi: “Yerdən Zühəl ulduzuna qədər hər şeyin sirrini öyrəndim, lakin ölümün 
sirrini aça bilmədim”.  
Ibn Sina həkim haqqında deyirdi ki, “həkimin qartal baxışı, zərif, qız  əlləri 
kimi əlləri, ilan müdrikliyi və şir ürəyi olmalıdır”. 
Ibn Sina insan sağlamlığında üç şərti  əsas götürür: səmərəli qida, yuxu və 
rejim.  
Rejimə idman oyunları, iradi çalışmaları və bərpaedici çalışmaları daxil edir. 
O, gimnastikanı sağlamlığın rəhni hesab etmişdir. Gimnastika təbabətin tərkib 
hissəsidir, şəfaverici dərmandır, hərəkətsiz müalicə yoxdur, deyirdi.  
Ibn Sina “Qanun”da xəstəliyin müalicəsi üçün üç yol təklif edirdi: Rejim, 
Dərman və Müxtəlif prosedurlar. (Hamam, təpitmə, qanalma və s.), İbn Sinaya görə 
sağlamlığı qorumaq məharətinin  əsasını sağlamlığa təsir edən amillərin ölçüsünü 
bilmək, onları gözləməkdir. Bu amillər həkimlərin böyük və daimi qayğısına 
möhtacdır. Sağlamlığı  təyin edən amillərdən yeddisinə  İbn Sina xüsusi əhəmiyyət 
verirdi. Onun fikrincə həmin amillərə: bədən quruluşunun bir qaydada saxlanılması, 
qida və yemək rejiminin düzgün seçilməsi, bədənin artıq  şeylərdən təmizlənməsi, 
bədən üzvləri arasında tarazlığın saxlanılması, paltarın, habelə  bədənin təmasda 
olduğu hər  şeyin təmizliyi, müəyyən dərəcədə yuxu və oyaqlığın da daxil olduğu 


 
56
cismani və ruhi həyat arasında müvazinətin gözlənilməsi daxildir. Bu bir həqiqətdir 
ki, həmin məsləhətlərdən həkimlər indi də istifadə edirlər, lakin təəssüflə qeyd 
etməliyik ki, çox vaxt həmin məsləhətlərə riayət olunmur.  
Ibn  Sina  bunu  da  unutmur  və  deyirdi  ki,  sağlamlığın  qorunması  rejimdə 
başlıca məsələ fiziki hərəkətlərlə  məşğul olmaqdır. Qida və yuxu  rejimi sonrakı 
məsələdir. Fiziki hərəkətlə müntəzəm və vaxtında məşğul olan adama heç bir müalicə 
lazım deyildir. 
Böyük loğman gənc nəslin tərbiyəsinə, sağlamlığına xüsusi əhəmiyyət verər, 
uşaqların tərbiyəsi qayğısına qalmağı  zəruri sayır və deyərdi ki, uşağın təmkinli 
olmasına lazımi diqqət yetirilməlidir. Buna nail olmaq üçün İbn Sina uşağı 
əsəbilikdən, qorxmaqdan və yuxusuzluqdan qorumağı lazım bilirdi. Istədiyi və 
arzuladığı şeyi ona vermək üçün daim hazır olmaq, istəmədiyi şeyi isə dərhal ondan 
uzaqlaşdırmaq lazımdır. Böyük təbibin fikrincə, bu iki baxımdan xeyirlidir. Xeyrin 
biri onun qəlbi üçündür. O, uşaqlıqdan  ədəbli, tərbiyəli böyüyər. Ikinci xeyir onun 
bədəni üçündür. Çünki bəd xasiyyət müxtəlif növ pis təbiətdən irəli gəlir. Bu isə ona 
bərabərdir ki, pis xasiyyət adətə çevrilərsə, onda o, özünə uyğun pis təbiətə  səbəb 
olur. Buradan aydın olur ki, İbn Sinanın uşağa müvafiq qaydada yanaşmaq tələbi 
insanda onun fiziki və psixi tərəfləri sıx qarşılıqlı  əlaqədə olduğunu dərindən dərk 
etməsindən irəli gəlir.  
Ibn Sina pedaqoji məsələlərə yaradıcı  iş kimi baxır, uşağın təbiətinə, 
temperamentinə bir həkim, psixoloq və pedaqoq kimi yanaşırdı. Uşağın tərbiyəsi, 
təhsili və təliminin məzmununu aşağıdakı kimi müəyyənləşdirirdi: 1) əqli tərbiyə; 2) 
fiziki sağlamlıq; 3) estetik tərbiyə; 4) əxlaq tərbiyəsi; 5) sənət (peşə)  öyrətmək. 
Deməli,  Əbu  Əli  İbn Sina uşaqların inkişafında tərbiyənin gücünü 
əsaslandırır. 
Dahi Azərbaycan şairi və mütəfəkkiri, yaradıcılığında yüksək insanpərvərlik 
nümunələrini dünya mədəniyyəti xəzinəsinə  bəxş etmiş  Nizami Gəncəvi  (1141-
1209) insanpərvərliyə, onun tərbiyə edilməsinə yüksək qiymət vermişdir. N.Gəncəvi 
əxlaq tərbiyəsi, həmçinin humanistlik tərbiyəsinin formalaşmasında təlimə xüsusi 
əhəmiyyət verərək, onun tərbiyələndirici rolunu yüksək qiymətləndirmişdir. 
Nizamiyə görə  təlim insanı  həm maddi, həm də  mənəvi cəhətdən yüksəldir, zehni 


 
57
cilalayır, təlimsiz ağıl sərt və qabadır – pardaxlanmamış daş kimi kobuddur. Buna 
görə də təlim hamı üçün zəruridir. Təlim insanı həmişə təkmilləşdirməlidir, həm də 
təlimə kiçik yaşlardan başlamaq daha səmərəlidir. Qızların təlim-tərbiyəsinin həm 
birlikdə kiçik yaşlardan, həm də ayrılıqda böyük yaşlarda həyata keçirmək olar. 
Təlimin məzmunu və  nəzəriyyə ilə praktikanın uyğunluğuna dair Nizaminin irəli 
sürdüyü fikirlər, mülahizələr XV-XVI əsrlərdə  Qərbi Avropada intibah dövrünün 
humanistərinin (Vittorino, Rable, Rotterdamlı Erazm və başqaları), həmçinin XVIII 
əsr maarifpərvərlərinin ideyaları ilə müəyyən dərəcədə səsləşir. 
Nizami Gəncəvinin  əsərlərində  əxlaq tərbiyəsinə  də geniş yer verilmişdir. 
Bunun hamısı  şairin dərin insanpərvərliyindən,  şəxsiyyətə  və xalqa olan sonsuz 
məhəbbətindən irəli gəlir. O, həyatın məqsədini xeyirxahlıqda görürdü, insan 
xeyirxah olmalıdır. Lakin belə adamlar başqalarına qarşı münasibətini düzgün 
müəyyən etməyi, xeyirxahlığı tətbiq edərkən səhvə yol verməməyi də bacarmalıdır. 
Bütün adamlara, daha doğrusu, düşmənə xeyirxahlıq göstərmək olmaz, əksinə 
xeyirxahlıq düşməni, şər qüvvələri məhv etməyi tələb edir. Əxlaq tərbiyəsi və əxlaq 
məsələlərinə dair görüşlərində dostluq və yoldaşlıq da mühüm cəhətlərdən biri kimi 
nəzərə çarpır.  Şair dönə-dönə qeyd etmişdir ki, adam-adama gərək olur. Dostu, 
yoldaşı olmaq insanı fərəhləndirir, sadiq dost adamın sevincinə, kədərinə şərik olur
dostsuz, yoldaşsız keçinmək, bəşər cəmiyyətindən uzaq düşmək adamı yazıq 
vəziyyətə salır və s. 
Yüksək  əxlaqi keyfiyyətlərin formalaşmasında qarşılıqlı yardımı, 
xeyirxahlığı, böyüklərə və həmyaşıdlarına hörməti həqiqi insanın ilkin əlamətlərindən 
biri kimi hesab edir. O, təlim-tərbiyədə tərbiyəçinin roluna böyük əhəmiyyət verərək 
göstərmişdir ki, müəllim, tərbiyəçi geniş biliyə, saf əxlaqa, iti zehnə malik olmalıdır. 
Onun fikrincə  tərbiyəçi həm dünyagörüşü, həm yüksək mənəvi keyfiyyətləri ilə 
tərbiyə edilənə nümunə olmalıdır. Hər bir tərbiyəçi tərbiyə etdiyi şəxsə qayğı ilə 
yanaşmalıdır. Tərbiyə verənlə  tərbiyə olunan arasında səmimi dostluq münasibəti 
olmalıdır (38, səh.11-18).  

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin