Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#37875
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   35
am pftmt

Məhəmməd Peyğəmbərin  (ə.s.) həyatı  ən güclü tərbiyə  məktəbidir. Çünki 
“Məhəmməddə Adəmin dürüst əxlaqı, Asəfin dərin zəkası, Nuhun ağlasığmaz 
cəsarəti,  İbrahimin tükənməz mərhəməti,  İsmayılın bəlağətli nitqi, Yaqubun 
müəammaları  dərk etmək məharəti, Yusifin misilsiz gözəlliyi, Musanın sarsılmaz    
dəyanəti, İsanın dönməz iradəsi, Davudun təmannasız xeyirxahlığı toplanmışdır.
 
Peyğəmbərin kəlamlarını  gənc nəslin tərbiyəsi baxımından məzmun və 
qayəsinə görə aşağıdakı kimi təsnif etmək olar:  


 
51
1.  Yer üzünün bütün canlılarına, canlı varlıqların əşrəfi və  tacı  olan  insanlara 
qayğı və məhəbbət;  
2.  Torpağa,  doğma  yurda,  əməyə,  əmək  adamlarına, xalqa dərin məhəbbət; 
3.  Haqqı,  ədaləti qorumaq, xeyirxahlıq, elm öyrənmək, elmin faydasını  dərk 
edib, onu xalqın xidmətinə vermək; 
4.  Ümumbəşəri norma və əxlaq qaydalarını qoruyub təkmilləşdirmək; böyüyə, 
 ata-anaya hörmət etmək, nəzakətli olmaq, əmanətə xəyanət etməmək, insani hissləri 
təcəssüm etdirmək; 
5.  Qadınlara hörmət və ehtiramla yanaşmaq, təmiz, pak olmaq və s. 
Peyğəmbərin kəlamları  sırasında insana, canlılara, təbiətə qayğı mühüm yer 
tutur, yer üzündə  hərəkət edən nə varsa, hamısına mehribanlıq göstərmək lazımdır. 
Mövcud olduğu on minillər ərzində bir hörümçək yarada bilməyən insanlar təbiətə
onun canlılarına mərhəmətli olmalı, bir-birinə kömək etməli, qayğı göstərməlidirlər. 
Peyğəmbərlər haqlı olaraq bunu deyirdi ki, necə  uşaqlar doğulması heç 
kəsdən asılı deyildir. Lakin onların yaxşı adamlar kimi böyümələri bizim verdiyimiz 
düzgün tərbiyədən asılıdır. Heç kim dünyaya vəhşi və ya mələk kimi gəlmir. Onun 
insan olması, necə yaşaması  tərbiyədən asılıdır. Buna görə  də peyğəmbərlər kiçik 
yaşlarından uşaqları düzgün tərbiyə etməyi, onlarda həya hissinin tərbiyə olunmasını 
zəruri sayır və deyirdi ki, insan övladı yalnız həyat sayəsində insan olur. Insan həyalı 
olmalıdır. Çünki həya nəcibliyin əsasıdır, həya və iman bir beşikdə iki körpə kimidir, 
həya bəzəkdir. Adamlarda üç gözəl keyfiyyəti həya, etibar, düzlük gördünüzmü, 
onlardan bərk yapışın, onlardan öyrənin.  Ən yüksək fəzilət mehribanlıqdır. 
Mehribanlıq iman nişanəsidir. Mehriban olmayan insan imansızdır.  
Peyğəmbər adamları acgözlüyə, tamahkarlığa, həsədə qarşı mübarizə 
aparmağı çağırır və deyirdi ki, tamahkarlıq yoxsulluğa aparan yoldur. Başqasına 
həsəd aparmaq qəbahətdir. Nəfs və tamah ən böyük düşməndir. Atəş yeri-göyü 
yandırdığı kimi həsəd də yaxşılıqları yandırıb, kül edir. Kin və həsəd çatılan tonqalı 
külə döndərən atəşə  bənzəyir, bütün yaxşılıqları puç edir. Dünyada savaş, döyüş 
çoxdur. Lakin ən böyük döyüş insanın özü ilə döyüşüdür. Dünyada ən böyük qələbə 
insanın öz nəfsi, arzusu və həvəsi üzərindəki qələbədir.  
Peyğəmbər uşaqlara qayğı göstərməyi tələb edirdi. O deyirdi ki, kiçik uşağın 


 
52
ağlamasını  eşidəndə namazı dayandırın. Uşaq olmayan evdə  bərəkət olmaz, hər 
ağacın öz meyvəsi var, qəlbin də meyvəsi övladdır. Bu meyvənin – övladın qayğısına 
qalmaq, ona yaxşı  tərbiyə vermək ata-ananın borcudur. Üç mühüm keyfiyyətin – 
zəiflərlə xoşrəftar, ata-ananı sayan, kölələrə qarşı mərhəmətli olan şəxs cənnətlikdir.  

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin