Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq


  Məşhur ensiklopedist alim, filosof və pedaqoq, hələ sağlığında ikən  Aristoteldən sonra “ikinci müəllim” adını qazanan Əbu Nəsr Məhəmməd əl-Farabi



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#37875
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   35
am pftmt

2.  Məşhur ensiklopedist alim, filosof və pedaqoq, hələ sağlığında ikən 
Aristoteldən sonra “ikinci müəllim” adını qazanan Əbu Nəsr Məhəmməd əl-Farabi 
(870-950) Şərqdə orta əsr fəlsəfəsinin banisi hesab olunur. 
Əl-Farabi yunan mütəfəkkirlərinin, xüsusilə Aristotelin, Evklidin, Ptolomeyin 
irsinin öyrənilməsi ilə ciddi məşğul olurdu. Hegelin yazdığına görə o, Aristotelin 
“Fizika”  əsərini  40  dəfə,  “Ruh  haqqında”  əsərini 100 dəfə,  “Retorika”sını isə 200 


 
54
dəfə oxumuşdur.  
Bir  dəfə  Farabidən soruşurlar: “Kim çox bilir, sən, yoxsa Aristotel?” o, 
cavab verir: “Əgər mən onun dövründə yaşasaydım, onunla görüşüb, yanında təhsil 
alsaydım, mən ən yaxşı davamçısı olardım”.  
Əl-Farabi insanı  həqiqi xoşbəxtliyə aparan yolun məqsəd və  vəzifələri 
haqqında Platon və Aristotelin təlimini inkişaf etdirərək öz elmi-pedaqoji əsərlərində 
tərbiyə məsələlərinə xüsusi diqqət yetirir. Onun fikrincə, tərbiyənin vəzifəsi insandakı 
mənfi keyfiyyətləri cilovlamaq, onda müsbət keyfiyyətlərin inkişafına imkan 
yaratmaqdır. 
Insanların, xüsusilə  gənclərin tərbiyəsi işində Farabi mənəvi tərbiyəni ön 
plana çəkir. Əxlaqi-mənəvi tərbiyə məsələləri onun bir çox əsərlərində (“Xoşbəxtliyə 
yolun göstərilməsi”, “Xöşbəxtliyin  əldə edilməsi”, “Vətəndaşlıq siyasəti” və s.) 
qırmızı xətt kimi keçir.  
Tərbiyənin məqsəd və  vəzifələrindən danışarkən Farabi mənəvi tərbiyənin 
anadangəlmə deyil, təmrinlərin, adət və  vərdişlərin nəticəsi olması ilə bağlı 
Aristotelin ideyalarına istinad edir. Burada iradənin rolu böyükdür, onun köməyi ilə 
insan özündəki hissi və  mənəvi tələbatlarına  şüurlu surətdə seçmək bacarığına 
yiyələnir.  
Şübhəsiz, insanın mənəvi aləmi, xarakteri müxtəlif obyektiv və subyektiv 
amillərin – ictimai mühitin, tərbiyənin, xəstəliklərin, iradənin təsiri nəticəsində 
formalaşır.  
Farabiyə görə düzgün mənəvi tərbiyə insanda nəcib keyfiyyətlərin 
formalaşması ilə başlayır.  Şübhəsiz, insanda bu və ya digər xüsusiyyətin tərbiyəsi 
ətraf mühitdən, tərbiyə olunanın iradə  və arzusundan asılıdır. Yaxşı  əxlaq hər bir 
insanın tərbiyəsində vardır, lakin o, yalnız sistemli, şüurlu tərbiyə vasitəsilə  həyata 
keçirilir və gerçəkləşdirilir. 
Farabinin fikrincə, insanın öz əxlaqını kamilləşdirmək üçün müvəffəq olduğu 
hərəkətlər, onu öz bədənini təkmilləşdirmək üçün nail olduğu hərəkətlərə  bənzəyir. 
Insanın bədənini kamilləşdirməsi sağlamlıqdır,  əgər sağlamlıq varsa, onu qorumaq, 
yoxsa, onu qazanmaq lazımdır. Sağlamlığa yalnız bəzi qaydalara əməl etməklə nail 
olunduğu kimi, yaxşı əxlaqa da yalnız mülayim hərəkətlərlə yiyələnmək mümkündür. 


 
55
Farabi uşağın doğulduğu gündən yetkinlik yaşına çatana qədər onun fiziki 
tərbiyəsinə, fiziki və  mənəvi qüvvələrinin ahəngdar inkişafına xüsusi diqqət 
yetirməyi tövsiyə edirdi.  
Onu özünün elmi-pedaqoji əsərlərində Farabi estetik tərbiyənin xüsusilə, 
musiqinin roluna müstəsna  əhəmiyyət verirdi. Onun fikrincə, musiqi kamilliyə 
çatmayanları kamilləşdirir, tarazlıq vəziyyətində olanlarda həmin vəziyyəti 
saxlamağa kömək edir: “Musiqi həm bədənin, həm də  qəlbin sağlamlığı üçün 
faydalıdır”.  
Musiqi təhsili və  tərbiyəsi məsələsini gözdən keçirərkən Farabi onu 
anadangəlmə  və sonradan qazanılmış qabiliyyətlərlə  əlaqələndirirdi: “Musiqi sənəti 
doğulur, inkişaf edir və fitri istedad formasında kamilləşir, təlimin və  məşqlərin 
köməyi ilə musiqi istedadına və kamilliyə yiyələnmək olar” (48,206). 

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin