Nəzdində baki neft-energetika kolleci “Ümumi geologiya” Fənnindən Təqdimat



Yüklə 46,1 Kb.
səhifə1/4
tarix13.12.2023
ölçüsü46,1 Kb.
#175839
  1   2   3   4
ABASLI İLHAM-ÜMUMİ GEOLOGİYA


AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT NEFT və SƏNAYE UNİVERSİTETİ-nin
nəzdində
BAKI NEFT-ENERGETİKA KOLLECİ

Ümumi geologiya”


Fənnindən


Təqdimat
Geologiya elmi haqqında ümumi məlumat”
İxtisas:040546 “Neft qaz yataqlarında geologiyası və geofiziki işlər”
Qrup:546\2
Tələbə:Abaslı İlham
Müəllim:Əliyeva Nuranə

Bakı-2022


MÜNDƏRİCAT

Giriş-səh.1

Plan
Plan 1:Geologiya haqqında ümumi məlumat-(səh.2)
Plan 2: Sahələri-(səh.4)
Plan 3:Əhəmiyyəti və başqa elmlərlə əlaqəsi-(səh.5)
Ədəbiyyat-səh.7

Giriş
Geologiya Yerin öyrənilməsinə həsr olunmuş təbiət elmidir. Onun məqsədi planetimizin fiziki tərkibini, daxili və xarici quruluşunu, eləcə də onun formalaşmasından bu günə qədər təkamül etməyə imkan verən müxtəlif prosesləri və dinamikaları başa düşməkdir. Adı yunanca Geo, "yer" və logos, "sözlər və ya bilik" sözlərindən əmələ gəlib.
Bir tərəfdəngeologiyaya nəzəri biliklər, məsələn, yerin əmələ gəlməsi üsulu daxildir. Digər tərəfdən, o, həmçinin geotexnika və mülki mühəndislik kimi insan fəaliyyətinin xüsusi sahələrində, hətta zəlzələlər kimi geniş miqyaslı yer hadisələrinin dərk edilməsində və qarşısının alınmasında xüsusi tətbiqləri təmin edir.

Plan 1:Geologiya haqqında ümumi məlumat
Yerin quruluşunu, tərkibini və inkişafını öyrənən elmə “ Geologiya” deyilir. Geologiya sözü “geo“- Yer və “loqos“- elm kəlmələrindən əmələ gəlmişdir, geologiya Yer haqqında elm deməkdir.
Geologiya ibtidai insanların işlətdiyi ilk faydalı qazıntıların (çıxmaq daşı, kvars, kvarsit, əhəngdaşı, daşduz və s.) öyrənilməsindən başlamış, okeanın dərin qatlarının və kosmik fəzanın tədqiqinə qədər çox uzun və mürəkkəb bir inkişaf yolu keçmişdir.
Hazırda sürətlə inkişaf edən geologiya elmi bir-biri ilə qarşılıqlı əlaqədar bir aşağıdakı qollara ayrılır.
Mineralogiya- təbii şəraitdə yer qabığında yaranan müxtəlif miuneralların fiziki-kimyəvi xassələrini, tərkibini, mənşəyini və əmələgəlmə qanuna-uyğunluqlarını öyrənir.
Petroqrafiya- yer qabığını təşkil edən müxtəlif mənşəli süxurlar haqqında tə­lim­dir. Çökmə süxurlar əmələgəlmə şəraitinə və xassələrinə görə maqmatik və meta­morfik süxurlardan fərqləndiyi üçün müstəqil olaraq çökmə süxurlar petroqrafiya­sın­da öyrənilir.

Yüklə 46,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin