Nəzdində baki neft-energetika kolleci “Ümumi geologiya” Fənnindən Təqdimat



Yüklə 46,1 Kb.
səhifə2/4
tarix13.12.2023
ölçüsü46,1 Kb.
#175839
1   2   3   4
ABASLI İLHAM-ÜMUMİ GEOLOGİYA

Dinamiki geologiya- yer qabığının və onun səthinin quruluşunu dəyişdirən müxtəlif prosesləri öyrən­məklə məşquldur.
Tarixi geologiya- yer qabığının bütövlükdə geoloji inkişaf tarixini, ayrı-ayrı mərhələlərdə üzvi aləmini, çöküntülərin əmələgəlmə ardıcıllığını və stratiqrafiyasını öyrənir.
Hidrogeologiya- yeraltı sular haqqında elmdir. Yeraltı suların yatım şəraitini, fiziki-kimyəvi xassələrini, hərəkət qanunlarını və mənşəyini tədqiq edir.
Geologiya bir təbiət elmi olaraq, tamamilə sərbəst, yəni başqa elmlərlə əlaqədar olmadan yaşaya bilməz. Buna görə də müxtəlif heyvan və bitki qalıqlarını öyrəndikdə zoologiya və botanikaya müraciət etməlidir. Geologiya Yer ilə məşğul olduğu halda, ona bir göy cismi kimi baxmalı, onun kainatda, Günəş sistemində, planetlər ailəsində tutduğu mövqeyini aydınlaşdırmalıdır.
Geologiyanın inkişaf tarixi çox qədimdir. Hələ antik dövrün yunan filosoflarının əsərlərində təbiət qanunları və Yer kürəsi haqqında, primitiv halda olsa da, müəyyən fikirlər söylənilmişdir.
Geologiyanın inkişafında 1724-cü ildə təşkil edilmiş Rusiya Elmlər Akademi­ya­sının və onun rəhbərlik etdiyi geoloji ekspedisiyaların böyük rolu olmuşdur. Bu mərhələ böyük rus alimi M.V.Lomonosovun (1711-1765) adı ilə bağlıdır. O, Rusiya­da elmi geologiyanın əsas problemlərini “Yerin təbəqələri haqqında” əsərində şərh etmiş, ilk dəfə olaraq tarixi tədqiqat metodunu və aktualizm prinsipini tətbiq və inki­şaf etdirmişdir.
1833-cü ildə məşhur ingilis alimi Çarlz Layyel “Geologiyanın əsasları“ adlı kita­bını nəşr etdikdən sonra meydana çıxmışdır. Lakin qeyd etmək lazımdır ki, Yer haq­qın­da təsəvvürata mədəni xalqlarda eramızdan 6 əsr qabaq rast gəlmək olur. Belə ki, Heraklitin fikrincə (eramızdan 5 əsr qabaq) bütün aləm daimi yaşayır, lakin həmişə dəyişir, gah dağılma, gah toplanma, yaradılma dövrləri keçirir.
Azərbaycanın geoloji cəhətdən öyrənilməsi akad. G.Abix tərəfindən 1840-1844-cü illərdə aparılmışdır.
XX-ci əsrin başlanğıcı Azərbaycanın geologiyasını öyrənməkdə yeni mərhələ təş­kil edir. Bu zamandan başlayaraq Geoloji Komitə tərəfindən Şimali Qafqazın və Azər­baycanın neftli rayonlarının sistematik öyrənilməsinə başlanmışdır.
Azərbaycanda ayrı-ayrı neftli rayonların müfəssəl öyrənilməsinə Bakıdan uzaq­da yerləşmiş xarici neftlilik əlamətləri olan sahələrdən- Bakıdan şimala doğru sahil boyundan (Qılızı, Çandahar, Nardaran) və Quba qəzasından başlanmış və birinci illərdə qiymətli nəticələr əldə edilmişdir.
Azərbaycanın müxtəlif faydalı qazıntı yataqları (neftdən başqa) demək olar ki, öyrənilməmiş qalırdı. 1900-1910 illərdə Gədəbəy və Daşkəsən filiz rayonlarının öy­rənilməsinə (A.Q.Ern, N.S.Uspenski, Y.S.Fyodorov), petroqrafik xarakterli və filizlə­rin genezisinə aid bir sıra əsərlər meydana çıxır.
1930-cu illərdən sonra respublikamızda geoloji tədqiqat işləri artmış, bu­nun da səbəbi yerli kadrların yetişməsi olmuşdur. Bunlardan Ş.Ə.Əzizbəyov, M.Ə.Qaş­­qay, Ə.C.Sultanov, M.M.Əliyev, Ə.Ə.Əlizadə, Q.Ə.Əlizadə, Ş.F.Mehdiyev, Ə.Ə.Yaqu­bov, H.Ə.Əhmədov, Ə.Ş.Şixəlibəyli, Q.M.Sultanov və başqalarını göstər­mək olar.



Yüklə 46,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin