Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#37875
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   35
am pftmt

Həzrəti Əli (598-661) islamın ikinci böyük şəxsiyyəti hesab olunur. O, 598-ci 
ildə  Məkkədə  Məhəmməd  Peyğəmbərin  (ə.s.)  əmisi  Əbu Talibin ailəsində anadan 
olmuşdur. 
Əli (ə) islam dinini ilk qəbul edənlərdən olmuş, “İslamın qılıncı” adını 
qazanmışdır.  Əbu Bəkir, Ömər və Osmandan sonra xəlifə (656-661) seçilmişdir. 
Suriya valisi Müaviyə ilə müharibədə müvəffəqiyyətsizliyi nəticəsində  tərəfdarları 
olan şiələr arasında parçalanma baş vermişdir. 661-ci ildə Əli (ə) sui-qəsd nəticəsində 
məsciddə namaz qılarkən zəhərli qılıncla qətlə yetirilmiş, Nəcəf  şəhərində  dəfn 
olunmuşdur. Həyat yoldaşı Fatimə gənc yaşlarında ikən vəfat etmiş, oğlanları Həsən 
və Hüseyn, nəvə və nəticələri amansızlıqla öldürülmüşdür. 
Əli (ə) dünya qəhrəmanlıq,  ədəbiyyat və  fəlsəfə tarixinə ancaq qəhrəman 
sərkərdə və xəlifə, inam və əqidə adamı kimi deyil, yüzlərlə dərin mənalı, zərif ruhlu 
şerlər, qitələr, aforizmlər, risalələr müəllifi kimi daxil olmuşdur. “Nəhcül-Bəlağə” 
kitabı onun islamın müdafiəçisi və carçısı olmaqla bərabər, həm də dövrün görkəmli 
siyasət adamı, dərin təfəkkür, sağlam və  işıqlı düşüncə sahibi, yüksək mənəvi 
keyfiyyətlər daşıyıcısı olmasına dəlalət edir.  
Həzrət  Əli (ə)nin zəngin irsində  həm uşaqların, həm də böyüklərin təlim-
tərbiyə və təhsili məsələləri geniş yer tutur. Onun tərbiyə ilə bağlı fikirlərində məqsəd 
insanı müdrikləşdirmək, ruhunu paklaşdırmaq, əxlaqını kamilləşdirmək, davranış və 
əməllərini salehləşdirməkdir. Bunun üçün insan özünü və Allahını dərk etməli, hər 
şeyə iman gözü ilə yanaşmalıdır.  
Əli (ə) uşağın fiziki və ruhi inkişafında ana südünün böyük təsir gücünə malik 
olduğunu bilirdi. Ana südü uşaqda qorxusuzluq, təhlükəsizlik və rahatlıq yaratmaqla 
yanaşı  uşaqla ana arasında məhəbbət tellərini möhkəmləndirir.  Əli (ə) demişdir: 
“Baxın, övladlarınıza kim süd verir. Çünki uşaq onun südü ilə inkişaf edəcək. Axmaq 
qadını dayə tutmayın, çünki süd təbiətə, xasiyyətə üstün gəlir” (48,151). 
Ana südünün uşağın ruhi və psixoloji vəziyyətinə müsbət təsirini əsaslandıran 


 
53
Əli (ə) bir il doqquz aydan az müddətə uşağa süd verilməsini ona zülm etmək hesab 
etmişdir. 
Əli (ə) uşaqların yaş dövrlərini Aristotel və Məhəmməd Peyğəmbər (ə.s.) kimi 
yeddi-yeddi olmaqlaüç dövrə bölmüş, hər bir mərhələdə  tərbiyənin məzmununu 
açıqlamışdır: uşağı yeddi il azad buraxın, yeddi il ədəb və tərbiyə öyrədin, yeddi il isə 
işlədin. Məhəmməd Peyğəmbərin (ə.s.) “Atanın övladına öyrətdiyi  ən yaxşı  şey 
ədəbdir” – fikrini Əli (ə) daha qüvvətləndirərək yazırdı: “Ata övladına yaxşı ad 
qoymalı, onun ədəb və əxlaqını gözəlləşdirməli, “Quran”ı öyrətməlidir” (48,151).  
Yaxşı  tərbiyə verməyi, təlim yolu ilə onlara ədəb,  əxlaq öyrətməyi 
valideynlərin əsas vəzifələrindən biri hesab edirdi.  
                          Verməsə övlada ana tərbiyət
                          Onda qalar daimə heyvaniyət. 
                          Olmasa fərzəndə ata çün kəfil, 
                          Daim o fərzənd olacaqdır zəlil. 
O, yetim uşaqların tərbiyəsini unutmamağı tövsiyə edirdi (Yetim uşağı öz 
övladını  tərbiyələndirdiyin kim tərbiyə et). Özü övladlarına çıxış etməyi, nitq 
söyləməyi öyrədir. Uşaqları itaət və ibadət etməyə alışdırmaqda tənbeh etməkdən və 
rəğbətləndirməkdən düzgün istifadə etməyi məsləhət bilirdi: “Evindəki kiçik uşaqlara 
dilinlə namaz və paklığı  təlim et, elə ki, on yaşlarına çatdılar tənbeh et, lakin üç 
dəfədən artıq olmasın. Danlamağı ifrat həddinə çatdırmaq, inadkarlıq odunu artırır”. 
Əli (ə) uşaqları sevməklə yanaşı onlara qarşı tələbkar olmağı tələb edirdi: “Tərbiyə 
ağacı yumşaq olanın övlad və təbbəələri tərbiyəsiz olar”.  
Əli (ə) uşaqların iffətli olmasında, hər cür pis əməllərdən uzaq böyüməsində 
onların cinsi tərbiyəsinin düzgün qurulmasını vacib bilirdi: “On yaşına çatanda 
yataqda uşaqlarınızı bir-birindən ayırın”. 

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin