Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#37875
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   35
am pftmt

Ədəbiyyat 
1. Həşimov Ə.Ş., Sadıqov F.B. Azərbaycan xalq pedaqogikası, Bakı-1993. 
2. Hüseynzadə R.L. Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə-təhsil 
və pedaqoji fikir, Bakı-2007. 
3. Rüstəmov F.A. Pedaqogika tarixi, Bakı-2006. 
4. Seyidov Ə.Y. Azərbaycanda pedaqoji fikrin inkişafı tarixindən, Bakı-1987. 
5. Seyidov Ə.Y. Pedaqogika tarixi, Bakı-1968. 
6. Tusi X.N. Əxlaqi-Nasiri, Bakı-1980. 
 
2.2. Klassik Şərq mütəfəkkirləri uşaqların inkişafı, tərbiyəsi 
və təhsili haqqında 
Plan: 
1.  İslam dinində müqəddəslər uşaqların inkişafı, tərbiyəsi və təhsili haqqında 
2.  Azərbaycan və  Şərq mütəfəkkirləri uşaqların inkişafı, tərbiyəsi və  təhsili 
haqqında:  Əbu Nəsr Məhəmməd  əl-Farabi,  İbn Sina, Nizami Gəncəvi və 
Sədi Şirazi 
3.  N. Tusi, M.Füzuli, A.A.Bakıxanov, M.F.Axundov, S.Ə.Şirvani və 
M.T.Sidqinin uşaqların tərbiyəsi, təhsili və inkişafı ilə bağlı fikirləri 
4.  M.Ə.Sabir, A.Səhhət və Ü.Hacıbəyovun problemlə bağlı müddəaları 
5.  A.Şaiq, H.Cavid, F.Ağazadənin pedaqoji fikirləri. 
 


 
50
1.  Məlumdur ki, müsəlman dünyasının peyğəmbəri Məhəmməd Əleyhissəlam 
və Şərqin böyük irs qoyub getmiş mütəfəkkirlərinin tərbiyə - uşaq tərbiyəsi haqqında 
fikirləri, müddəaları  və  nəzəriyyələri daim tədqiq edilmiş, öyrənilmiş, öyrənilir və 
daim öyrənməyə layiqdir.  
Uşaqlarda humanist keyfiyyətlərin formalaşdırılması elə bir yüksək  əxlaqi 
borc, vəzifədir ki, bütün dövrlərin zəka, fikir sahibləri, mütəfəkkirlər ona biganə 
qalmamış  və onu yüksək fəzilətlərdən biri kimi qiymətləndirmişlər. Müsəlmanların 
müqəddəs Kitabı olan “Qurani Kərim”də  və  Məhəmməd peyğəmbərin (570-632) 
müqəddəs kəlamları içərisində insanların bir-birinə qarşı  mərhəmətli olmaları, 
nəzakətlə  rəftar etmələri, valideynlərə hörmət etmələri, balaca uşaqlara məhəbbət 
bəsləmələri dönə-dönə tövsiyə edilir: “Balaca uşaqlara məhəbbət bəsləməyən
qocaların hörmətini saxlamayan, həmçinin faydalı  iş görməyən, pis əməllərə 
qurşanan kəs bizdən deyildir”; “Bir-birinizi xoşlamayınca imanınız olmayacaq”; 
“Qonşusunun aclığından xəbərdar olan, lakin təkcə öz qarnını doyuran şəxs həqiqi 
müsəlman deyil”; “heç vaxt deməyin ki, xalq bizə yaxşılıq etdiyi halda biz də onlara 
yaxşılıq edərik və eləcə  də bizə zülm etdiyi təqdirdə biz də zülm edərik. Bəlkə 
etiqadınız olsun ki, sizə yaxşılıq edildiyi vaxt, siz də yaxşılıq edin. Əgər sizə zülm 
olunarsa, siz onlara zülm etməkdən çəkinin”; “heç kəs gərək başqasını incitməsin”- 
kimi müqəddəs kəlamlar sahibi Məhəmməd peyğəmbər insansevərliyi, humanistliyi 
insanlara buyurmuş və onları yüksək əxlaqi keyfiyyətlər hesab etmişdir (30. Səh.32, 
39). 
Uşaqlarda xeyirxahlıq və humanist keyfiyyətlərin tərbiyə edilməsi və 
ümumiyyətlə humanistlik istər mütərəqqi  Şərq fəlsəfi fikrində, istərsə  də  Qərb 
fəlsəfəsində özünə geniş yer tapmış əxlaqi keyfiyyətlərdən biridir. 

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin